text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Bu Mərkəz indiyədək bütöv bir institut qədər iş görüb". Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə keçiriklən görüşdə AMEA-nın Ədəbiyyat İnstitutu ilə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin əməkdaşlığı müzakirə olunub. Dünən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr...
ANL
Vaşinqtonda Azərbaycan mədəniyyəti axşamı. Aprelin 20-də Azərbaycanın ABŞ-dakı səfirliyi və “N Street Village” qadınlar üçün reabilitasiya mərkəzinin təşkilatçılığı ilə Vaşinqton şəhərinin evsiz və yoxsul sakinləri üçün “Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib. “N Street Village” reabilitasiya mərkəzinin icraçı d...
ANL
Tərtibatçı-dizayner Əziz Zeynalov: "Ən xırda səhvi də görməyi bacarırıq". Bəzən hər hansı bir memarlıq abidəsi və ya hansısa binanın tərtibatı, dizaynı diqqətimizi cəlb edər, hətta uzun müddət onun gözəlliyinə tamaşa edib zövq alarıq. Ancaq bu gözəlliyin yaradıcısı, qurucusu ilə maraqlanmaq çoxlarımızın ağlına belə gəl...
ANL
Şair Atif Zeynallı... Bəlkə də müasir poeziya həvəskarları bu adla qarşılaşarkən sanki nəyi isə, kimi isə xatırlayacaqlar. Lakin şübhəsiz ki, bu adın o qədər də tanış gəlmədiyini etiraf edənlər də tapılacaq. Həm də belələrinin, xüsusən gənc nəsil arasında az olmayacağı istisna deyil. Bəllidir ki, o illərdə daha çox ort...
ANL
Davalı kino. Adına "yetim Qüdrət" deyərdilər. Yay-qış başına tükləri tamamilə tökülmüş keçə bir papaq taxardı. Çünki uşaqlar başına qapaz vuranda əməlli-başlı toz çıxardı. Qapazı da niyə vururdular? Ona görə ki, kinonu yaxşı göstərməyəndə, lenti tez-tez qıranda, "sapojnik, sapojnik" deməkdən uşaqlar artıq yorulanda hün...
ANL
"Azərbaycan xalçaları"nın növbəti sayı. Jurnal bu saydan etibarən "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunur. AZƏRTAC xəbər verir ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Ko...
ANL
Türkcəni dünyaya çatdıran ulu şair. Məhəmmədhüseyn Şəhriyar "Hər il bir böyük türk bilgi şöləni"ndə anıldı. O möhtəşəm ədəbiyyat hadisəsindən - Türkiyənin qədim Bursa şəhərindəki Uludağ universiteti ilə Türk Ocaqları Dərnəyi Bursa şöbəsi tərəfindən "Her yıl bir büyük türk" layihəsi çərçivəsində düzənlənən "Şəhriyar bil...
ANL
Uşaqlıq və yeniyetməlik çağlarımda da, elə sonralar da tale dəfələrlə öz sərt üzünü mənə göstərərək qəlbimi yaralayıb... İndi görməyi çox arzuladığım, kövrələrək xatırladığım doğma kəndimizdə, nisgillə yad etdiyim camaat arasında bir gün, heç nədən, yox yerdəncə adımı "oğru" qoydular. Utanıb sıxılırdım, gizlənib görünm...
ANL
Milli azadlıq ideyaları və Mirzə İbrahimovun hekayə yaradıcılığı. Mirzə İbrahimov, ilk hekayələrindən tutmuş "Gələcək gün" kimi məşhur romanlarınacan, hər bir əsərində minillik folklor nümunələrimizdən, xalq yaradıcılığından böyük sənətkarlıqla yararlanıb. O, xalqın həyatını, ruhunu, dilini yaxşı bildiyindən əsərlərind...
ANL
Milli Kitabxana ilə İLESAM arasında əməkdaşlıq müqaviləsi bağlayıb. Aprelin 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, professor Kərim Tahirov İLESAM b...
ANL
Musa Yaqub - qum dənəsində kainatı görən şair. İlk dəfə böyük şairimiz Bəxtiyar Vahabzadənin 80 yaşının təntənəsini gördüm. Sonra gözəl şairlərimiz Nəbi Xəzrinin, Qabilin, Nəriman Həsənzadənin və Fikrət Qocanın 80 yaşlarına çatdıqlarına sevindim. Azərbaycan həm də uzunömürlü şairlər diyarıdır. Səməd Vurğunun və Əli Kər...
ANL
QÖNÇƏLƏRİM, GÜLLƏRİM... Qönçələrim, güllərim, Mənim qız nəticələrim! Bu quşlar, qanadlılar. Şirin-şirin gülərək, Yaxınıma gələrək. Ətəyimdən tutdular. Mürgüləyən babanı. Tələbləri budur ki, Nəğmə yazım onlara, Yerdəki ulduzlara. Əvvəlcə onu deyim, Lap düzünü söyləyim: Nənələr arasında. Yaxşı möhüb gördülər. Fəxr ilə ad...
ANL
1927-ci ilin aprelində Azərbaycan mühacirlərinin qardaş Türkiyədə nəşr etdikləri “Yeni Qafqasiya” məcmuəsinin xüsusi nömrəsi Azərbaycan matəminin 7-ci ildönümünə həsr edilmişdi. Mən 1997-ci ilin aprelində bu məcmuəni kiril əlifbasına çevirərək orijinalla, yəni o vaxtkı ərəb əlifbasındakı nüsxəsi ilə bərabər, qısa bir g...
ANL
İştə türk müvərrixinin (tarixçisinin) bundan tam 7 sənə əvvəl Bakıda vüqu bulan hadisəyə verəcəyi ən müvafiq bir ism. Yüz sənəlik bir əsarət dövrü, bu dövrdə yaşanan tarixin müxtəlif həyat səhifələri, məhkumiyyət və əsarət! Hər dürlü hürriyyət və istiqlal təsəvvürlərini xatir və xəyaldan silən ümidsiz günlər. Rus səltə...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. ABŞ-ın inqilabi təsiri Cənubi Amerikada da əks-səda tapdı. Latın Amerikasında azadlıq uğrunda xalqların mübarizəsi bir qədər sonra uğur qazanmağa başladı. İspaniyanın Napoleon Fransasına qarşı azadlıq mübarizəsi təkcə Avropa ölkələrində milli özşüurun oyanmasına şərait y...
ANL
Polimatın biliyi və onun əməli nəticələri. MÖVZU ÜZRƏ SUALLARI PROFESSOR HAMLET İSAXANLI CAVABLANDIRIB. Bu müsahibə ilk dəfə ingiliscə dərc olunub (Knowledge of Polymath Walks, Talks, Makes Waves, Turns into Deeds. Interviewee: Professor Hamlet Isaxanli, Interviewer: Waqas Ahmed. 92-109) və hazırda nəşr prosesində olan...
ANL
İrəli gedərkən arxaya baxmağı da unutma... Türk dünyasına mənsub olaraq, kiçik yaşlarımdan kitaba böyük maraq göstərdiyim üçün, kitab mağazalarında türk dillərindən tərcümə olunmuş hər hansı bir kitab görünən kimi, təbii ki, onu nə qədər mümkünsə tez əldə etməyə tələsirdim. Mənim kitaba olan bu hədsiz sevgim barədə sin...
ANL
Ədəbiyyatın özəyində tanıtım missiyası var. Bu missiya ədəbiyyat festivallarında daha çox gerçəkləşir. Ayrı-ayrı millətlərə məxsus insanlar ədəbi tədbirlər zamanı doğmalaşır, bir-birini daha da yaxından tanıyırlar. Hətta bir araya gəldikləri məkanla da yaxından tanış olurlar. Ədəbiyyatın birləşdirici gücünün nümayişinə...
ANL
... sonra gördü ki, ağır bir daş sürəti ilə başıaşağı sıldırım qayaların arasından dibi görünməyən yarğan boyu aşağı uçur - uçdu, uçdu, nəhayət, yarğanın dibinə çırpıldı və parçalanmış kəlləsindən pırtlayıb çıxan beyini başından fışqıran Qana qarışıb, yalçın qaya parçalarının üstünə çırpıldı. Əbinin iri, yaşıl gözlərin...
ANL
Seyran Səxavətin Sumqayıtda oxucularla görüşü oldu. Aprelin 27-də Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanada yazıçı Seyran Səxavətlə oxucuların görüşü keçirilib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə keçirilən görüşdə yerli oxucular, tələbələr, kitabxananın əməkdaşları və ədəbiyyat ...
ANL
Tanınmış şair Yusif Nəğməkarın “Nizami demiş...” poeması bu günlərdə kitab halında nəfis tərtibatla nəşr olunub. Kitabın redaktoru Xalq şairi Nəriman Həsənzadədir. “Şairdən alimə...” adlı önsözün müəllifi, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli yazır: “Ədəbiyyat aləmində bir-birinin uğurlarına sevinənlər az deyil. Təbii...
ANL
İLESAM RƏHBƏRİ MEHMET NURİ PARMAKSIZ BƏXTİYAR VAHABZADƏ ADINA MÜKAFATA LAYİQ GÖRÜLÜB. Aprelin 28-də Azərbaycan Yazıçılar Birliyində (AYB) “Türk şeirində eşq” almanaxının təqdimat mərasimi keçirilib. Tədbirdə AYB rəhbərliyi, tanınmış yazarlar, ziyalılar, media nümayəndələri iştirak ediblər. AYB sədri, Xalq yazıçısı Anar...
ANL
Lev Qumilyov: “Damarlarımda Qızıl Ordanın qurucusu Cuçi xanın türk qanı axır”. Avqust Muran: Lev Nikolayeviç, Yakutiyada sizin “Qədim türklər”, “Hunnlar”, “Xəzəristanın kəşfi”, “Etnogenez və Yerin biosferi” kitablarınız yaxşı məlumdur. Rusiyaya tatar-monqol basqınından bəhs edən “Apokrifik dialoq” məqalənizi oxudum. Le...
ANL
"Ömrün müdriklik fəlsəfəsi"ndə yazılanlar. İstedadına, fəaliyyətinə çox dəyər verdiyim Kazım müəllimlə - Kazım Məmmədli ilə səmimi bir ünsiyyətimiz var. Bir dəfə növbəti telefon söhbətimizdə dedi ki, kitabım çıxıb, göndərərəm, oxuyarsan, fikrin maraqlıdır. "Ömrün müdriklik fəlsəfəsi..." adlı növbəti kitabını göndərdi. ...
ANL
Milli azadlıq ideyaları və Mirzə İbrahimovun hekayə yaradıcılığı. İkinci Cahan savaşının başlaması ilə dünyada yeni siyasi situasiyanın yaranması səbəbindən Azərbaycanın yerləşdiyi region da siyasi proseslərin əsas mərkəzlərindən birinə çevrildi. Dünyadakı hərbi qruplaşmaların əsas güc mərkəzlərindən olan Sovet dövləti...
ANL
Müharibə görənlər. Babasının üzünü təkcə Uğur yox, heç atasının özü də görməmişdi. Uğurun babası çar ordusunun zabiti idi və Birinci Dünya Müharibəsində həlak olanda oğlu anasının, yəni ki, Uğurun nənəsinin boynunda idi. Uğurun atasının da qismətinə müharibə düşdü, Uğurun atası o müharibədən sağ-salamat qayıtdı. Əli-ay...
ANL
Görkəmli səhnə xadimi Həsən Əbluc anılıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, bədii qiraət ustası Həsən Əblucun 75 illiyi münasibətilə "Ölülər" tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov Həsən Ə...
ANL
Avstriyanın paytaxtı Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Əli və Nino” romanının ilk nəşrinin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, bu romanın müəllifliyi ilə bağlı ədəbi dairələrdə fikir ayrılığı mövcud olm...
ANL
Azərbaycan dilinin lüğət tərkibində nur deyilən bir söz də var. Hərdən adama elə gəlir ki, nur sözü işıq sözündən də tutumludur. Çünki nur sözünün semantikasında çoxmənalılıq, çoxçalarlılıq məzmunu var. Torpaq susuzluqdan yananda qəflətən bəxtinə düşən yaz yağışını xalqımız "göydən yerə nur yağır" deyimi ilə qiymətlənd...
ANL
Mətbuat Şurasının sədri Mədəniyyət və Turizm naziri ilə görüşüb. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyində keçirilmiş görüşdə nazir Ə.Qarayev M...
ANL
Naxçıvan tarixindən bəhs edən nəşrlərin təqdimatı keçirilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 6 dekabr 2005-ci il tarixli "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təş...
ANL
BDU-da Mir Cəlal Paşayevlə bağlı tədbir. Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli yazıçı və ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin “M.Ə.Sabirin sənət dünyası” kitabının təqdimatı keçirilib. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edibl...
ANL
Tənqidçi-ədəbiyyatşünas. Ədəbi-bədii sözün sehrinə sığınanlardan və Sözə sidq-ürəkdən ibadət üçün söz mehrabına doğru 70 ildir aramsız addımlayanlardan biri də şair, nasir, publisist Şahməmməddir! Özünəməxsus yaradıcılıq yolunda şaqraq yerişli Şahməmməd!.. Respublika "Araz" Ali Ədəbi mükafatı, "Qızıl Qələm", "Zərdabi" ...
ANL
Xəyalə Sevilin şeirləri. Qapından qayıdır dualarım da, Məni qarğışın tutacaq. Bir ulduzsuz gecəyəm, Bir kimsəsiz küçəyəm. Daha əlimi açmaram sənə, Eh!Daha əllərim qoynumda qalar. Asaram özümü göyün üzündən, İlahi, ölümüm boynunda qalar. Bütün güclü qadınlar... Qurduğun xəyallarından. Geriyə dönmək qədər. Çətin yol yoxd...
ANL
Kitab kimi ömür. Firuzə NADİR. Mən onun ömrünü gözəl, nəfis, vərəqlədikcə vərəqlənən, oxunduqca oxunan və bitmək bilməyən bir kitab kimi oxudum. O, mənim üçün Ağdam ruhlu, Ağdam qürurlu, Ağdam nisgilli insanlardan biri idi! Ağdamı, Qarabağı təkcə sözü-söhbəti, gözündəki kədəri, ağrı-acısı, xiffəti, xatirələri, əməlləri...
ANL
Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək. BÖYÜK ŞAİRİN İSTİQLAL, VƏTƏN, MİLLƏT VƏ DİL UĞRUNDA MÜBARİZƏLƏRİ. Akademik, Milli Məclisin deputatı. Hərçənd, elə sağlığında da canlı tarix idi və sadəcə istedadlı söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisi olmaq məsudluğu və məsul...
ANL
“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir! Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Heydər Əliyev. Dilimiz dünya dilləri arasında. Bu dillərin 96 faizi dünya əhalisinin cəmi 4 faizi tərəfindən işlənilir və yalnız 5 faizindən fəal istifadə edilir. ABŞ-...
ANL
Hüquq üzrə fəlsəfə doktoru. Avqustun 1-də 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı şəhərinin keçmiş prokuroru, milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, 30 ilə yaxındır ki, ...
ANL
IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi oldu. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki Heydər Ə...
ANL
V Beynəlxalq multikulturalizm yay məktəbi başa çatdı. KAMAL ABDULLAYEV: "BU GÜN MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ BÜTÜN DÜNYA ÖLKƏLƏRİ ÜÇÜN ÖRNƏKDİR". "Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya" adlı V Beynəlxalq multikulturalizm yay məktəbinə uğurla yekun...
ANL
Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək - III hissə. BÖYÜK ŞAİRİN İSTİQLAL, VƏTƏN, MİLLƏT VƏ DİL UĞRUNDA MÜBARİZƏLƏRİ. Akademik, Milli Məclisin deputatı. Hərçənd, elə sağlığında da canlı tarix idi və sadəcə istedadlı söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisi olmaq məsudl...
ANL
Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək - IV hissə. BÖYÜK ŞAİRİN İSTİQLAL, VƏTƏN, MİLLƏT VƏ DİL UĞRUNDA MÜBARİZƏLƏRİ. Akademik, Milli Məclisin deputatı. Hərçənd, elə sağlığında da canlı tarix idi və sadəcə istedadlı söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisi olmaq məsudlu...
ANL
Əli bəyə məktublar. Vilayət QULİYEV. Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində XX əsrdəki ilk milli dövlətimizin qurucularının və fəal xadimlərinin epistolyar irsinin öyrənilməsi xüsusi ilə böyük əhəmiyyət kəsb edir. Onların yazışmalarında yer alan, əksər hallarda rəsmi tarix səhifələrinə düşməyən bir sıra detal...
ANL
Milli kinomuzun bayramı. Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş tədbir keçirildi. Artıq bir neçə ildir ki, təntənəli şəkildə qeyd olunan bu tədbirin ənənəsi var. Hər il Kino günündə tamaşaçılara yeni bir film təqdim olunur. Bu dəfə qısa müddətdə uğur qazanmış “Nar bağı” filmini də seyr etmə...
ANL
Bəhruz AXUNDOV. Hörmətli oxucu! Sizə təqdim etdiyim bu ədəbi nümunə bu günlərdə dünyasını dəyişmiş dostumuz, həmkarımız, “Təhsil” nəşriyyatının yaradıcısı və Baş direktoru, Əməkdar mədəniyyət işçisi Bəhruz Axundovun macal tapıb cəmi iki kiçik bölməsini yaza bildiyi “Ölümə alınmış bilet” adlı həyat romanındandır. Bu ədə...
ANL
Xalq yazıçısı Anar yazır. Arxivimi səliqəyə salarkən keçən əsrin altmışıncı illərində qələmə aldığım və unutduğum bir yazıya rast gəldim, “Qələmə aldığım” - deyirəm, çünki o vaxt hələ kompüter yox idi, əllə yazır, sonra makinada köçürürdüm. Yazının hər iki variantı - əllə yazdığım mətn də, makinada köçürdüyüm də qalıb....
ANL
“Qarabağ təkcə Azərbaycanın yox, bütün Türk, hətta İslam dünyasının məsələsidir”. Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında onun xidməti əvəzsizdir. Azərbaycanlı yazarların Türkiyədə əsərlərinin tərcüməsi, çapı sahəsində fədakarlıqlar göstərən yazar-tərcüməçi İmdat Avşar bugünlərdə paytaxtımızın qonağıdı...
ANL
Azərbaycan Dillər Universitetində ödənişsiz Yay məktəbi. AKADEMİK KAMAL ABDULLA: “BU, UNİVERSİTETİN HƏYATINDA İLK BELƏ ADDIM İDİ”. Universitetin rektoru, akademik Kamal Abdullanın qərarına əsasən, akademik borcu olan tələbələrin kəsrlərinin ödənilməsi məqsədilə təşkil edilən yay məktəbi ödənişsizdir. Yay məktəbləri uni...
ANL
Uzun illər öncəydi - hələ onda məktəbli idim - anamın işlədiyi məktəbin kitabxanasında kitabların yenilənmə işləri gedirdi. Kitabxanaçı sinif yoldaşımın anası olduğundan mənim kitablara düşkünlüyümü bilirdi. Ona görə də anama xəlvəti demişdi ki, Şahanəyə denən gəlsin köhnə kitablardan ürəyi istəyəni seçib aparsın, onsu...
ANL
MUSTAFA ÇƏMƏNLİNİN YAXINLAŞAN 70 YAŞINA. Mustafa Çəmənlinin əsərlərindən birində oxuduğum bir fikir vaxtaşırı yadıma düşür: "Hər kəs içində öz nəğməsini oxuyur". Bunu görkəmli nasir, publisist, muğam ifaçılığımızın yorulmaz tədqiqatçısı, onlarla bədii və publisistik əsərin müəllifi gəlişigözəl söz kimi deməyib, bu onun...
ANL
Qəlbimizin Bəhruz nisgili. Milyon illərdir insan dünyaya gəlir və milyon illərdir dünyaya gələn insan bu dünyanı tərk edir. Amma gəlimli-gedimli bu dünyada insan itkisinə insan heç vaxt öyrəşə bilmir. Və etiraf edək ki, insandan insana fərq olduğu kimi, yaxşı insanın, bu dünyada yaxşılıq izi qoyan insanın ölümünə heç i...
ANL
Kitaba bağışlanan ömür... Sevinc NURUQIZI. Bəzən düşünürəm, SÖZ ona görə göndərilib ki, onunla mənəvi borclarını ödəyəsən. Heç nə ilə ödənilməyəcək mənəvi borclarını. İlləri vərəqləyəndə onların səhifələrindən söz borcum olanlar boylanır. Bir dünya haqqı yalnız SÖZlə ödəniləcək insanlar... Qaçay Köçərli, Ələkbər Salahz...
ANL
Betona gömülən gözəl. Minvod aeroportuna çatanda axşam düşmüş, hava qaralmışdı. Şər düşən vaxtdı. Səma qorxunc, vahiməli, tünd qara, bir də zolaqlı qırmızımtıl rəngdə idi. Belə darıxdırıcı, üşütməli səmanı heç yanda görməmişdim. Ani olaraq bu qərib yerdən qaçmaq, tez uzaqlaşmaq istədim. Bir işıqlı otaq lazımdı ki, ora ...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Şirməmməd HÜSEYNOV. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr ...
ANL
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. (Əvvəli ötən şənbə saylarımızda). İnsanlar sərt dini qaydalarla barışmaq istəmirlər. Dinin yaranması insanlara cəmiyyəti müəyyən ideologiya ətrafında birləşdirmək məqsədi güddüyündən, əsasən nəcib bəşəri dəyərləri təbliğ etdiyindən, onun nüfuz dairəsi getdikcə genişlənir, i...
ANL
Şahmatdan saata gedən yol... YAXUD UNUDULMAZ BƏXTİYAR VAHABZADƏNİN OĞUL YADDAŞINDAKI TƏKRARSIZ OBRAZI. Əslində, həqiqi şair, yazıçı, rəssam, müğənni, bir sözlə, yaradıcı insan bütövlükdə xalqa məxsusdur. Hələ Bəxtiyar Vahabzadə kimi ömrünü, həyatını dövlətə, millətə həsr etmiş insanları xalq özününküləşdirər, onlara sa...
ANL
“Bədii mətnə aid heç bir peşəkar yozum yanlış sayıla bilməz”. GƏNC ŞAİR VƏ ƏDƏBİYYATŞÜNAS RAMİL ƏHMƏDİN FİKRİNCƏ, ÜSLUB VƏ ÜSLUBÇULUQ ÇAĞDAŞ ƏDƏBİYYATIN ƏN ÖNƏMLİ CƏHƏTLƏRDİR. - Ramil, yaradıcılığında, ədəbi fəaliyyətində nə kimi yeniliklər olub son vaxtlar? Elə həmin il Bakı Dövlət Universitetində bakalavr təhsilimi b...
ANL
Elçin Mirzəbəyli: “Sözə, ədəbiyyata minnətdarlıq borcum var”. 50 YAŞINI QEYD EDƏN ŞAİR “ƏDƏBİYYATDAN AYRI DÜŞDÜYÜM İLLƏRƏ GÖRƏ PEŞMANAM” DEYİR. Azərbaycan ədəbiyyatında şair kimi, çağdaş milli mətbuatımızda publisist və baş redaktor olaraq özünəməxsus mövqe tutan Elçin Mirzəbəylinin bu gün - avqustun 12-də 50 yaşı tama...
ANL
Bugünlərdə Xalq yazıçısı Anarın “Seçilmiş əsərləri”nin X cildi işıq üzü görüb. Kitaba yazıçının son illərdə qələmə aldığı müxtəlif janrlı əsərləri daxil edilib. Cildin redaktoru və ön sözün müəllifi Pərvindir. Önsözü oxucularımıza təqdim edirik. Anarın “Seçilmiş əsərləri”nin X cildi mövzu və janr rəngarəngliyi baxımınd...
ANL
DAMLADAN DƏRYAYA YALVARIŞ. Sevirəm yaradılmış olan hər şeyi, başda özümü və sonra cümlə məxluqatı. Damla olmaq eşq dəryasına çata bilmək üçün Yaradanın bizə lütf etdiyi bir tale. Damla olduğunu bilən fani qul ancaq və ancaq sevgililər sevgilisi, hər şeyin sahibi olan üçün darıxar. Lakin bəzilərimiz həm damla, həm də şə...
ANL
Şahanə MÜŞFİQ. Bir neçə ay öncə dünyanın ondan çox müxtəlif ölkəsindən layihə çərçivəsində Azərbaycana gənc yazarlar təşrif buyurmuşdular. Adətən, başqa ölkədən gələn qonağın sənin vətənin, mədəniyyətin haqqında hansı dərəcədə bilik sahibi olması maraqlı gəlir. Xorvatiyalı qonaqla söhbət əsnasında soruşdum ki, Azərbayc...
ANL
Şahanə MÜŞFİQ. Bu cümlələri yaza-yaza fonda yenə Alim Qasımova qulaq asıram... İfadakı, səsdəki ecazkarlıq əlimdən bərk-bərk yapışıb məni uzaqlara, lap uzaqlara aparır. O uzaqlarda səma yerə daha yaxındır, ulduzlar bir nur kimi barmaqlarımın arasından süzülür, dağlar buludlardan özünə don biçib, hardasa-uzaqların da uz...
ANL
Rüstəm BEHRUDİ. Söz ruhun, səs tənhalığın rəsmidi. Səs tənhalığın rəsmidi - rəngləri ahdan, nalədən, iniltidən. Sən rəsm çəkirsən göy üzünün boşluğuna. ...Gündüzlərin axşamlara, gecələrin səhərlərə qarışdığı, keçmişlə gələcəyin birlikdə göründüyü olmayan bir yerdəyəm. Cəhənnəmdə bir mövsümdü bu ömür! Günahlar və günahk...
ANL
Ay işığına bələnən ömür. SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU, MƏRHUM AYTƏKİN HƏSƏNOVANIN XATİRƏSİNƏ. Bəzən adam özünə ən yaxın bildiyi doğması, dostu, tanışı, daha yaxşı tanıdığı qohumu haqqında belə ürəklə, istədiyi kimi söz aça bilmir, lap elə özü barəsində də. Amma bacarsaydı bir dastan bağlayardı, çünki sinəsi dolu ...
ANL
Sabir Abdinin şeirləri. Professor Nizaməddin Şəmsizadənin "Türkə yiyə-Türkiyə" məqaləsindən. Türklərin ümid yeri. Düşmənləri boğuldu, Neçə şəhid doğuldu, Torpağına oğuldu, Türkə yiyə - Türkiyə. Tarix qansız yazılmaz, Türk elləri basılmaz, Yad bayraqlar asılmaz, Türkə yiyə - Türkiyə. Ayaqlar altından qaçan torpağın... A...
ANL
"Türk dünyası gənc yazarlar görüşü" öz işinə başladı. Avqustun 14-də Türkiyənin İstanbul şəhərində "Avrasiya Yazarlar Birliyi"nin təşkilatçılığı ilə "Türk dünyası gənc yazarlar görüşü" layihəsi start götürüb. 22 dövlət və millətdən 58 gənc şair və yazarın qatıldığı tədbirin dəstəkçisi Türkiyə Cümhuriyyəti Mədəniyyət və...
ANL
Şahanə MÜŞFİQ. (Əvvəli ötən saylarımızda). Altmış il öncə dünyaya gələn körpəyə atası Həmzə və anası Mədinə xanım Pənah adını verirlər. Zəif olduğundan xəstəlik keçirən uşağı Bakıya qədər gətirirlər. Anası bir qadının məsləhəti ilə oğlunun adını dəyişir ki, bəlkə düşərli olar. Elə də olur, Pənahın adını dəyişib Alim qo...
ANL
Şahanə MÜŞFİQ. (Əvvəli ötən saylarımızda). Ədəbiyyatşünas-tənqidçi, professor Qurban Bayramov Alim Qasımovun da nəzərdə tutduğu klassik muğama qayıdış məsələsi haqqında deyir: "Mən qəsdən ona rəsmi adı olan Xalq artisti adı ilə müraciət etmirəm, o, hamıdan fərqli olduğundan Xalq xanəndəsidir və onda artistlik yoxdur, l...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Şirməmməd HÜSEYNOV. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr ...
ANL
Vilayət QULİYEV. Qorxulu 1918-ci ildə əvvəlcə mart qırğını zamanı Stepan Şaumyanın daşnakları, sonra isə ermənipərəst Sentrokaspi diktaturası tərəfindən iki dəfə həbsə atılan, aylar boyu həyatı hər an tükdən asılı olan Əlimərdan bəy Topçubaşov yalnız həmin il avqustun əvvəllərində, müstəqillik elanının üçüncü ayında bö...
ANL
Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə məktubları. Çox hörmətli Fətəli Xan. Bu gün Sizdən aldığım məktuba, xüsusən də qeyri-normal münasibətləri açıqlayan məlumatınıza görə çox sağ olun. Təəssüf ki, məktubun türkcə mətninin surətini əlavə etməmisiniz. Əlbəttə, mən ondan özünü getdikcə daha kəskin şəkildə büruzə...
ANL
“ƏDƏBİYYATDA İRONİYANIN DOĞMA DİLİNİ, DÜZGÜN İFADƏ TƏRZİNİ HEÇ CÜR TAPA BİLMİRİK”. - Seyfəddin müəllim, öncə sizə, XXI əsrdə yazılmış ən maraqlı on romandan biri sayılan “Aqibət duyğusu”nu tərcümə etdiyiniz üçün, təşəkkürümü bildirirəm. Baş redaktoru olduğunuz “Dünya ədəbiyyatı” dərgisinin son sayı da İngiltərə ədəbiyy...
ANL
Mirbəhram Əzimbəyli: “Oksfordda Ermənistanın işğalçı dövlət olduğunu bilirlər”. BÖYÜK BRİTANİYANIN NÜFUZLU ALİ MƏKTƏBİNDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI ÖLKƏMİZİN HAQLI MÖVQEYİNİ TƏBLİĞ EDİR. Müstəqillik dövrünün yetişdirdiyi gənc azərbaycanlılar bu gün dünyanın müxtəlif ölkələrində...
ANL
Rəşad Məcidi necə oxumalı: maraqlananlar üçün bələdçilik cəhdi. İrfan ÇİFTÇİ. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri. Şair və nasir, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Dəlicəsinə” adlı kitabı bu yaxınlarda Türkiyə türkcəsində nəşr olunub. Kitaba Rəşad Məcidin müxtəlif illərdə qələ...
ANL
Şeirimizin səməndər quşu, yaxud sözün ucalığındakı Məmməd Aslan ünvanı. Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan, ilk qələm təcrübələrindən öz yolunu, poetik mənini uğurla təsdiq etdirən şair Məmməd Aslan ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz ...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Konfransın protokolunda bir dəfə də olsun “məhv edilmə” sözünə rast gəlinməsə də, iştirakçıların hamısına bu qərarların mənası tamamilə aydın idi. Heydrixin konsepsiyası heç bir şübhə yeri qoymurdu ki, “qəti” həll Avropadakı bütün yəhudilərin məhv edilməsi mənasını verir...
ANL
Gecikmiş yubiley təbriki. Professor Cahangir Məmmədliyə açıq məktub. Firuzə NADİR. Hörmətli Cahangir müəllim!.. “Zərdüşt Şəfizadənin çiçək dükanında düşüncələr”iniz çox təsirli idi, indi də xəyalımdan çıxmır. Üzünü bir dəfə də olsun görmədiyiniz, imzasından tanıdığınız müəllifin “Sonuncu çiçək dükanı” hekayəsini ustadc...
ANL
“Türk dünyası gənc yazarlar görüşü” öz işinə yekun vurdu. Dünən “Türk dünyası gənc yazarlar” görüşü öz işinə yekun vurub. Avqustun 14-də İstanbulda Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə hazırlanan görüşdə 22 dövlət və millətlərdən 58 gənc şair və yazar iştirak edib. Dörd gün boyunca gənc yazarlar hekayə, şeir...
ANL
Xalq yazıçısı Anar yazır. "Səhər-səhər" rubrikasında. Bir yandan müstəqilliyin eyforiyası, sevinci, bir yandan 20 yanvar, Xocalı faciələrinin sarsıntısı, Qarabağ müharibəsi, hər gün cəbhə bölgələrindən bəd xəbər “uçqunlarının” üstümüzə tökülməsi, torpaqların itkisi və s. Ölkədaxili siyasi qarşıdurmalar, gərginlik də öz...
ANL
Şeirimizin səməndər quşu, yaxud sözün ucalığındakı Məmməd Aslan ünvanı. Məmməd Aslan poeziyasında söz olduqca dinamikdir və daim canlı bir bədii obraz kimi çıxış edir. Şair özü də hər zaman sözə canlı bir varlıq kimi yanaşmış, onunla mükaliməyə girişmiş, dərd-sərini onunla bölüşmüş, ən mübhəm ürək sirrini də sözə pıçıl...
ANL
Bakıda Qlobal Gənc Liderlər Forumu başladı. "MÖTƏBƏR TƏDBİRİN AZƏRBAYCANDA KEÇİRİLMƏSİ ÖLKƏMİZİN ARTAN NÜFUZUNA VERİLƏN QİYMƏTDİR". Dünən Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb. AZƏRTAC-ın məlumatına görə...
ANL
Şeirimizin səməndər quşu, yaxud sözün ucalığındakı Məmməd Aslan ünvanı. (Əvvəli ötən saylarımızda). Məmməd Aslanın publisistik dili də olduqca şairanə, sadə və aydın, bir sözlə xalq dilinin zəngin qatlarından süzülüb gələn bir ruh nəğməsidir. Şairin yaradıcılığında Cənubi Azərbaycan mövzusu - Təbriz, Ərdəbil, Xoy, Urmi...
ANL
Məhəmməd Turanın şeirləri. Alışdı sinəmdə qoxun, Tüstüsü başıma vurdu... Həsrətin çəkdi yayını. Gözünün dərin yerində. Bəzən çəkir xoşbəxtliyə. külə döndü. Yoxluğunu görərəm... Gecələri sayıram. Yoxluğuna çəkiləndən. Məni buralarda sevən olmadı, Uzaqda, uzaqda gözləyənim var... Gecələr yuxuma girən olmadı, Gecələr yuxu...
ANL
Ankara-Bakı münasibətlərinə kölgə salmaq cəhdi: Türkiyə sərhədləri açmayacaq. "ERMƏNİSTAN TÜRKİYƏ-AVRASİYA İQTİSADİ BİRLİYİ ƏLAQƏLƏRİNƏ ŞƏRT QOYA BİLMƏZ". Dağlıq Qarabağ münaqişəsi həll olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərilən təşəbbüslərin səmərə vermədiyi dəfələrlə müşahidə edilib. 2009-cu il...
ANL
Fəxriyyə Xələfova: “Bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm”. Beynəlxalq Avrasia Mətbuat Fondu yeni layihəyə start verir. “Mərkəzi Asiya" adlanan bu layihədə məhz Mərkəzi Asiya coğrafiyası, bu bölgə ilə bağlı maraqlı təşəbbüslər, tanınmış şəxslər ilə tanışlıq, Azərbaycanın bu bölgə ölkələri ilə birgə layihələri barə...
ANL
"Qırğızıstan ədəbi mühitində vəziyyət ürəkaçan deyil". ALTINBEK İSMAYILOV: "BİZDƏ DÖVLƏT YAZIÇILAR BİRLİYİNƏ DƏSTƏK VERMİR, ƏMƏKDAŞLAR MAAŞSIZ ÇALIŞIRLAR". Qırğızıstan Milli Yazıçılar Birliyinin üzvü, Manas Universitetinin müəllimi, Dünya Gənc Türk Yazarlar Birliyi Qırğızıstan təmsilçisi, şair-tərcüməçi Altınbek İsmayı...
ANL
Mənim İstanbul nağılım. Şahanə MÜŞFİQ. İlk dəfə evimizdəki köhnə dördkünc televizorun mavi ekranından boylanmışdı mənə. Ərincəklikdənmi, yoxsa yaddaşsızlıqdanmı, adına gah "Təhminə", gah da "Zaur" dediyimiz, amma bir türlü bu iki adı qoşalaşdırıb "Təhminə və Zaur" demədiyimiz o məşhur kino ilə tanımışdım onu mən də. Ad...
ANL
Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni tapıntılar. 2017-ci ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli Tarix bədii qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində "Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi" çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatı işini davam etdirirlər. Bui...
ANL
İncəsənət Muzeyindən bölgələrdəki tarix-diyarşünaslıq muzeylərinə işgüzar səfər. Azərbaycan Milli İncəsənət Muzeyi öz 80 illik fəaliyyət dövrü ərzində xalqımızın davamlı ziyarət ocağı, yaradıcı şəxslərin sənət məbədi, təhsil müəssisələrinin elmi-təcrübə bazası, muzeylər üçün isə örnək olmuşdur. Burada aparılan mühüm iş...
ANL
"Xınalıq" Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda arxeoloji qazıntılar aparılıb. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2007-ci il tarixli 2563 nömrəli Sərəncamı ilə Quba rayon...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Şirməmməd HÜSEYNOV. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr ...
ANL
Dövlətin əzablı doğuluşu. Vilayət QULİYEV. Qorxulu 1918-ci ildə əvvəlcə mart qırğını zamanı Stepan Şaumyanın daşnakları, sonra isə ermənipərəst Sentrokaspi diktaturası tərəfindən iki dəfə həbsə atılan, aylar boyu həyatı hər an tükdən asılı olan Əlimərdan bəy Topçubaşov yalnız həmin il avqustun əvvəllərində, müstəqillik...
ANL
Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun baş nazir Fətəli xan Xoyskiyə məktubları. Ə.Topçubaşovun Fətəli xan Xoyskiyə məktubu. İstanbul. Çox hörmətli Fətəli xan! və missiya üzvləri üçün gəmi kirayə olunub. Doğrudur, belə bir şey gözlənilirdi, lakin gəminin nə zaman yola düş...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Ən böyük müharibələr. Müharibə qan axıtdığına, insan həyatı qurbanlarına səbəb olduğuna, xalqların həyatında oynadığı mənfi rola, şər mənbəyi olmasına görə heç də “kiçik” sözü onların dəyərləndirilməsinə, hətta təsnifləşdirilməsinə də uyğun gəlmir. Müharibə dərd, bəla mə...
ANL
Fikrət Qocanın şeirləri. Çağdaş poeziyamızın öncül nümayəndələrindən olan Xalq şairi Fikrət Qocanın bugünlərdə növbəti doğum günü qeyd edildi. Söz xəzinəmizə onlarla parlaq poetik nümunə, yüzlərlə dəyərli əsər bəxş etmiş, bu gün də əzmlə, ilhamla yazıb-yaradan Fikrət Qoca, haqlı olaraq, ədəbiyyatımızın canlı klassiki, ...
ANL
Adını köksümə yazdım onun da, Həssas, alicənab, uzaqgörəndir;. Hər il gül qoxulu mayın sonunda. Sabir bayramına rəvac verəndir. Kimlik, vətəndaşlıq, el şərqisində. Güclü şairlərin ön cərgəsində. Əjdər Olumuz var, Əjdər Olumuz! Neçə yüz ustadın siyahısında. İkicə hərfli təxəllüsü var. Kitab bağışlayıb gül sərgisində. Gü...
ANL
FOTODASTAN” KİTABINA YAZILMIŞ ÖNSÖZ. Ön sözünü, böyük ehtiramla qələmə aldığım bu kitab poliqrafik təyinatına görə fotoalbomdur. Belə kitablar postsovet məkanında, eləcə də Azərbaycanda prestijli nəşrlər sayılmış, yüzlərlə adda, yüzlərlə görkəmli şəxsiyyətlərin həyatından bəhs edən toplular işıq üzü görmüşdür. Bu o dem...
ANL
Ümidlərin ardınca. Bu münasibətlə dəyərli Aydın müəllimi təbrik edir, Xalq yazıçısı Anarın təbrikini, Pərvinin “Ümidlərin ardınca” məqaləsini oxucularımıza təqdim edirik. İstedadlı qələm adamı Aydın Tağıyevin 65 yaşı tamam olur. Mən hələ 80-ci illərdən, ilk hekayələri işıq üzü görəndən Aydın Tağıyevin ədəbi mühitin diq...
ANL
Milli şüur oyadan alim. Qəzənfər Paşayev adı, soyadı heç bir titulsuz, elmi dərəcələri sadalamadan da geniş oxucu auditoriyasına yaxşı tanışdır. Bu adı, soyadı çəkən kimi hamının gözü önünə müasir Azərbaycan humanitar elminin ən məşhur simalarından biri gəlir. Qəzənfər Paşayev Azərbaycan filologiyasında öz sözü, bənzər...
ANL
Bir mahnının həsrəti. Şahanə MÜŞFİQ. Nə zamanı vardır darıxmağın, nə də məkanı... Birdən ən gərəksiz zamanda düşər yadına birisi, elə darıxarsan, elə darıxarsan ki, darıxdığın adama özünün belə paxıllığın tutar, “görəsən mənimçün də bu cür darıxan varmı” deyə. Bir andaca ətrafındakı hər şey yox olar gözündə, başlayarsa...
ANL