text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Seyid Əzim Şirvani irsində mühüm tarixi ştrixlər. VƏ YA DÖVRÜN, MÜHİTİN MƏNZƏRƏSİ MAARİFÇİ ŞAİR QƏLƏMİNDƏ. Böyük şairimiz Seyid Əzim Şirvaninin yaradıcılığında məktub janrında yazılmış onlarla şeiri var. Bunların əksəriyyəti müəyyən münasibətlə qələmə alınmış ictimai məzmunlu, ezop maneralı, bədiilik cəhətdən diqqəti c... | ANL |
Göyərən zəmidi, nurlanan torpaq, Ruzi-bərəkətdi payız yağışı. Sanırsan hər qaya qaval daşıdı, Görürsən durnalar bağları aşdı. Həzin bir nəğmədi, sevinc yaşıdı, Köhnə rəvayətdi payız yağışı. Çən, duman içində çaşır ucalar, Baxıb köks ötürür tənha qocalar. Bir "Vağzalı" çalır düşən damcılar, Şirin söz-söhbətdi payız yağı... | ANL |
Kitabçılıq sahəsində Azərbaycan-Gürcüstan əlaqələri genişlənir. Yanvarın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Gürcüstan Milli Parlament Kitabxanasının baş direktoru Giorgi Kekelidze, biblioqrafik resurslar üzrə direktor müavini Levan Taktakişvili və şöbə müdiri Ru... | ANL |
Xalq şairi Vaqif Səmədoğlu Fəxri Xiyabanda anılıb. Bu gün I Fəxri Xiyabanda mərhum Xalq şairi Vaqif Səmədoğlunun anım mərasimi keçirilib. Mərasimdə şairin yaxınları, qələm dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şairin yarad... | ANL |
AZƏRBAYCANDA MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN YARADILMASINDAN KEÇƏN 10 İLDƏ HƏR İKİ SAHƏNİN İNKİŞAFI NAMİNƏ ÇOX MÜHÜM İŞLƏR GÖRÜLÜB. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra müasir dövlətimizin qurucusu Heydər Əliyevin tarixi xidmətləri, siyasi uzaqgörənliyi nəticəsində güclü inkişaf yoluna istiqamətlənən ölkəmi... | ANL |
Əli Həsənov: Prezident İlham Əliyev heç zaman ölkə vətəndaşlarının və cəmiyyətin ciddi kataklizmlərlə üzləşməsinə imkan verməyəcək. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Trend, AZƏRTAC və APA agentliklərinə müsahibəsi. - Əli müəllim, 2015-ci ilin ikinci yarısından d... | ANL |
Mən niyə yazıçı ola bilmədim... Leyla Hüseynbəyli İstanbuldan yazır. Yeddinci sinifdə oxuyurdum. Atama baxıb mən də nəsə uydururdum. Bir dəfə ağlıma gələn bir hadisəni yazıb ona göstərdim. Dedim ki, hekayə yazmışam. Dama-dama dəftəri ona uzatdım. Məzmunu təxminən beləydi: Bir səhər işə gedirdim, möhkəm yağış yağırdı. Y... | ANL |
Zaman oğurladı saflığımızı, İndi nağıllar da gülməli mənə. Günah səndə deyil, kişinin qızı, Hamıdan, hər şeydən gülməli mənəm. Cırıq çəkmələrim yollar yorğunu, Cibimdə siqaret, sonuncu manat. Gecələr başına çəkir yorğanı, Məni səfillikdə üşüdən həyat. Sənə nə verəcəm kədərdən başqa? Bir quru daxmam yox, baş girələyəm, ... | ANL |
Akademik yazı qaydaları nədir və onları bilmək niyə vacibdir? Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi yenilik və üstünlüklərdən biri də elm və təhsil sahəsində yanaşmaların, standartların unifikasiyalaşması, yəni vahid bir forma alması və bunun tez bir zamanda yayılaraq dünya elm ictimaiyyət... | ANL |
YAXUD İNCƏ ÇAYI AĞLAYIRDI... Şairlər dünyanın İsaq- Musaq quşlarıdı. Yazda gəlirlər oxumağa, ötməyə. Payızda varıb gedirlər yenidən gəlmək üçün. İsaq- Musaq quşlarının özünəməxsus cəhəti budur ki, gözə görünmürlər (əslində hər gözə görünmürlər!). Özlərinin baxtı yatsa da yatan baxtları oyatmaq üçün oxuyurlar. M. Dəmirç... | ANL |
“Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2015-ci il tarixli Sərəncamından sonra yazıçı-publisist, naşir, redaktor, tərcüməçi, tədqiqatçı, diplomat, istiqlal mücahidi Ceyhun Hacıbəyli irsinin ardıcıl, sistemli araşdırılmasına diqqət daha da artırılm... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
Ağdamda nəyim qaldı? Nənəmlə mən. Qubadan Şəfiqəsiz qayıdıb gələndən sonra ailəmizin və təbiidir ki, həyatımın yeni bir mərhələsi başladı. Bura onu da əlavə eləyim ki, Papam hələ də işsizdi, deməli, maddi vəziyyətimiz gərgin, hətta dözülməzdi. Nənəm çox qoca olduğundan heç xö. rək də bişirə bilmirdi, qab-qazan əlindən ... | ANL |
Ölüm əlçatmaz “varlıq” kimi maraqlı idi, sehrli idi Vaqif Səmədoğludan ötəri. Onun hənirini nə zamansa telefon dəstəyindən duymuşdu, xəbərin çəkisini dünyanın ən ağır qanteli ilə müqayisə etmişdi... Kim bilir, bəlkə də gözünü açandan ədəbiyyat, sənət mühitində böyümüş yeniyetmənin şeir yazmaq ehtiyacı məhz bu məqamdan,... | ANL |
Poçtalyon, tapdım!” Az qala uşaq kimi qışqıracaqdım, “Yaşıl eynəkli adam”dan dilimin əzbəri olmuş bu cümləni. Axtardığım bu yazının “Giriş”i idi, tapdığım isə girişsizliyi oldu. Bilirsən niyə? Axı Vaqif sənin ruhunun insanıdır. “Sizdən ruh barədə soruşsalar, deyin ki, bilgim azdır”, deyəsən, belə deyilir müqəddəs kitab... | ANL |
Azərbaycan Yazıçılar Birliyi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “Dramaturgiya” adlı xüsusi nömrəsi çapdan çıxıb. SalamNews xəbər verir ki, bu nömrədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ilə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair... | ANL |
Yəqin ki belə bir məqam olub: Uzun zaman Əjdəri görə bilməmişəm, darıxmışam. Ya da gözəl bir şeirini oxumuşam, könlüm açılıb, duyğulanmışam, istəmişəm Əjdərə sözümü deyim: Deyim ki, gözəl şeirdir, səni təbrik edirəm, bax belə yaz. Amma onu tapa bilməmişəm. Bəlkə də bu misra bütün yay, payız boyu yaşadığım doğma kəndim ... | ANL |
Mədəniyyət və Turizm Nazirliyinin 10 illiyi qeyd olunub. Yanvarın 29-də “JW Marriott Absheron Baku” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət rəsmləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimlər... | ANL |
Yazıçılar Birliyində Araz Dadaşzadə yad edildi. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) mərhum alim, görkəmli ədəbiyyatşünas Araz Dadaşzadəyə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə alimin II Fəxri Xiyabandakı məzarı ziyarət olunub. Ömrünün böyük bir hissəsi Azərbaycan Ensiklopediyasının nəşrə hazırlanması... | ANL |
Zəlimxan Yaqub Rustavidə anıldı. Yanvarın 28-də Rustavi şəhərində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun xatirəsi yad edilib. Gürcüstanda fəaliyyət göstərən “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəbova tədbiri açaraq Zəlimxan Yaqubun həyat və yaradıcılığından söhbət açıb, söz ustadının xatirəsinin xalqı... | ANL |
Nəriman Nərimanovun faciəsi. Bu sayımızda Azərbaycan yazıçısı, ictimai xadim Nəriman Nərimanov haqda parçanı oxuculara təqdim edirik. Azərbaycanın bu gündən başlanan Sovet tarixi 71 il çəkdi. Bu dövr xalqımız üçün nə ilə əlamətdardır - bütün nöqsanlara, kəsirlərə, hətta cinayətlərə baxmayaraq, müəyyən yönlərdə, xüsusən... | ANL |
Ötən il ölkəmiz Avropa tarixində yeni səhifə olan I Avropa Oyunlarına çox böyük uğurla ev sahibliyi edərək Avropa idman tarixinə şərəfli səhifə yazdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun Prezident... | ANL |
Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları. LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ. ƏLAQƏLƏRİMİZİN KARAİM KÖKƏNLİ TELLƏRİ... Litva-Azərbaycan və həmçinin Polşa-Azərbaycan qədim elmi-mədəni əlaqələrinin dinamikasına və ümumən Avropada şərqşünaslıq elminin inkişaf mərhələlərinə nəzər salarkən XX əsrin... | ANL |
Sahibkarlar dövlət siyasətinə dəstək verməlidir. SOSİAL MƏSULİYYƏT SAHİBKARLAR ÜÇÜN PRİORİTET MƏSƏLƏLƏRDƏN BİRİ OLMALIDIR. Qlobal iqtisadi böhranın Azərbaycanda nəticələrinin minimuma endirilməsi istiqamətində dövlət səviyyəsində ciddi fəaliyyət aparılır. Ölkə başçısı İlham Əliyevin birbaşa nəzarəti və tapşırıqları alt... | ANL |
Odlar Yurdu Universitetində elektron kitabxana portalının təqdimatı oldu. REKTOR ƏHMƏD VƏLİYEV: “UNİVERSİTETİN BÜTÜN TƏDRİS BÖLMƏLƏRİ MÜVAFİQ ƏDƏBİYYATLARLA TƏCHİZ OLUNUR VƏ OXUCULARINI İSTƏNİLƏN ELM SAHƏSİNDƏ KİTABLARLA TƏMİN EDİR”. Odlar Yurdu Universitetində 2003-cü ildən fəaliyyət göstərən elektron kitabxananın yen... | ANL |
110 illiyi tamam olan xalq şairi Məmməd Rahimin yaradıcılığı haqqında qeydlər. Həmişə Məmməd Rahim haqqında düşünəndə onun bu dördlüyünü xatırlayıram: Mən ağ sular kimi axıb getmərəm, Şimşəyəm, havayı çaxıb getmərəm. Dünyanı pəncərə sandı babalar, Mən ondan mənasız baxıb getmərəm. Niyə bu dördlüyü xatırladım? Birincisi... | ANL |
Xeyli vaxt bundan əvvəl “Ulduz” jurnalını vərəqləyirdim. Burda silsilə şeirlərə rast gəldim. Bu şeirlər çox xoşuma gəldi. Təzə fikirlər, təzə gəzişmələr, poetik duyğular məni aldı. Müəllifi ilə maraqlanmalı oldum. Gördüm ki, bu yeniliklərlə dolu poetik sətirlərin müəllifi Kəmaləddin Qədimdir. Mənim indiki bu yazdığım f... | ANL |
Qocalmağa tələsirəm, Qalsın arxada. Beynimə sızan həqiqətsiz gözləntilərim. Atları uşaqlar minib getsinlər daha, Gücüm ona çatar ki, baxışlarım. Atları qamçılasın. Bilsəniz, əllərim çəliyə qonmağa necə tələsir, Uçurlar çəliyin başında yuva qurmağa. Çəlik ağac olduğu vaxtlar, Başına quşlar qonardı, İndi də yorğun quş qa... | ANL |
O qanadı sınan quşun, Canı hələ özündədir. Yerdə elə çabalayır, Ümidi göy üzündədir. ÖVLADLARIMA ÜÇ-BEŞ KƏLMƏ. (Ömür-gün yoldaşım İradə xanımın vəfatı ilə bağlı). Qaranlıq içində yaşayarammı, Özümü tapmıram axı özümdə. Çətin ki, dünyaya könül açam mən, Daha qılığıma girənim yoxdur. Torpağı havayı qucaqlamayın, Bilin ki... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Henrixin düşüncələri əvvəllər Portuqaliya cəmiyyətində anlaşılma ilə qarşılanmadı. Dəniz ekspedisiyalarının əleyhdarları təkrar edirdilər ki, bunlar krallığın əsas məsələsi olan mavrlarla mübarizə kimi bir işdən diqqəti yayındırır. Həqiqətən də, bu səfərlər uzun müddət P... | ANL |
Estoniyada ədəbiyyatımızın zərif və əzəmətli səsi... Azərbaycan xalqının zəngin etnokulturoloji dəyərləri tarixin bütün mərhələlərində müxtəlif dünya xalqlarının maraq mərkəzində olmuşdur. Bir çox xalqların Azərbaycan mədəni sərvətlərinə yaxından maraq göstərib dərin hörmətlə yanaşması onları xalqımıza mənən daha da ya... | ANL |
Ədəbiyyatımıza 50 il təmənnasız xidmət. Bilmirəm indi təmənnasız sözünü hansı məqamda işlətmək olar. Zəmanənin keşməkeşləri onu bizə çox gördü. “Təmənnasız iş”, “təmənnasız adam” ifadələrini işlətməkdən çəkinirik. Lakin çəkinmədən deyirəm, o, əlli il ədəbiyyatımıza təmənnasız xidmət etdi. Özü də “Ədəbiyyat qəzeti” kimi... | ANL |
Səkkizinci səhifə, yaxud yanan şamlar heç vaxt sönmür. Tünd rəngli kitabın üz qabığında yanan şamın onu mühasirəyə almış qaranlığa o qədər də gücü çatmır - bu qatı qaranlıqdakı soyuq işıqda heç şamın özü o qədər də aydın görünmür. Boy-buxunundan görünür ki, bu şam çoxdan yanır, əməlli-başlı oturuşub, ömrünə az qalıb. A... | ANL |
“Bizdə ədəbiyyata solaxay münasibət var”. GƏNC YAZIÇI CAVİD ZEYNALLININ FİKRİNCƏ, YAŞLI ƏDƏBİ NƏSİL DƏ, GƏNCLƏR DƏ ANLAŞILMAZ DURUMDADIR. - Cavid, Yazıçılar Birliyinin üzvü olsanız da, tədbirlərdə, görüşlərdə az-az görünürsünüz? Söhbətə elə bunun səbəblərindən başlayaqmı? Amma gəlin, təkcə Yazıçılar Birliyində keçirilə... | ANL |
Eynəyin itməkliyi. Yayxınmışdı kresloya, masanın üstü səliqəsiz halda kağız-kuğuzla, müxtəlif qəzetlərlə doluydu, qələmdanda müxtəlif rəngli on-on beş qələm vardı. O, qələmləri topasıyla iki ovucunun arasında oxlov kimi oynatmaqdan, özü də kabinetdə işçiləri və kənar adamlar olanda oynatmaqdan həzz alırdı. Bunu da bir ... | ANL |
Martın 31-i unudulmaz öndərimiz Heydər Əliyevin təşəbbüsüylə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. 99 il bundan qabaq məşum mart günlərində Şaumyanın rəhbərlik etdiyi bolşevik-daşnak Bakı Kommunası on minlərlə azərbaycanlını amansızcasına qətl etdi. Akademik Ziya Bunyadov yazırdı: “Daşnaklar Bakıda qırğın ... | ANL |
Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, hal - hazırda Riyaziyyat və Mexanika İnstitutunda 222 nəfər işçi çalışır. Onlardan 39 nəfər riyaziyyat üzrə elmlər doktoru, 68 nəfər riyaziyyat üzrə fəlsəfə doktorudur. İnstitutda mənimlə bərabər çiyin-çiyinə çalışanl... | ANL |
Ağdam nümunəsində sabaha ümidlərlə. ƏMƏKDAR MEMAR YEGANƏ HACIYEVA: “AĞDAM NÜMUNƏSİNDƏ QARABAĞIN DAVAMLI İNKİŞAFI” LAYİHƏSİ MƏNİM ÜÇÜN ÇOX DƏYƏRLİDİR”. Martın ilk günlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsinin təqdimatı olmuşdu. AzMİU-nun profe... | ANL |
Ötən il aprel döyüşlərində qəhrəmanlıqlar göstərmiş, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilmiş Laçınlı şəhid Ülvin Məmmədovun əziz xatirəsinə. Yazın ikinci həftəsi olsa da, dağların başını qara buludlar örtmüşdü. Bir toxunan olsaydı, buludlar gözlərindən leysan axıdardı. Bu leysan yazı... | ANL |
Həmişə yeri görünəcək insan. Bu gün - aprelin 4-ü Maliyyə Nazirliyinin İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin sabiq müdiri, mərhum Mərdan Mərdanovun doğum günüdür. Modern.az M.Mərdanovun xatirə günündə, mərhumu yaxından tanıyan insanların onunla bağlı düşüncə və xatirələrini təqdim edir. Mahir Abbaszad... | ANL |
Ölümsüzlük istəməm... Sənətin təqdimatı olmasa, həyatdan nə qalar? İstər bir insanın həyatı, dünyası olsun, istər bütöv xalqın, sənətdə əksini tapınca tarixə çevrilir. Yəni yaddaşlarda qalan tarixə... Amma qəribədi ki, sənət də həyatdan, gedişatdan, hətta bəzən gündəlik nəzərə çarpmayan hadisələrdən xeyli asılıdı. Bəzə... | ANL |
Elmin böyük fədakarı. Xeyli məqaləsini və kitablarını oxumuşdum. Doktorluq dissertasiyamda və məqalələrimdə onun nəzəri fikirlərindən sitatlar vermişdim. Azərbaycan ədəbiyyatında cəlilşünas alim kimi tanınırdı. Bir də 2012-ci ildə müdafiəm ərəfəsi avtoreferatımı tanınmış ədəbiyyatşünas, professor Gülşən Əliyevaya verib... | ANL |
Şəxsiyyət meyar olanda. Hər bir şəxsiyyətin tarixi dəyəri onun öz xalqı üçün etdiyi xidmətlərlə ölçülür. Xalq dəniz kimi, okean kimidir: ancaq səmimiyyəti qəbul edir, saxtalığı, ədalətsizliyi xalq tez görür, dəniz çirkabı sahilə tulladığı kimi xalq da namərd, ikiüzlü adamları çığdaş edir. Nahaq yerə deməyiblər ki, xalq... | ANL |
Həyat bahasına qazanılan əbədiyyət. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən aramsız olaraq güclü artilleriya atəşinə tutuldu. Buna cavab olaraq, mülki şəxslərin təhlükəsizliyinin təmin olunmas... | ANL |
"Aprel döyüşləri" Qarabağ müharibəsində qələbənin ilk müjdəçisi, dönüş nöqtəsi oldu. Uzun illərdən sonra işğal olunmuş torpaqlarımızın bir parçasını azad edən, bizə qələbə sevinci yaşadan Aprel şəhidlərinin ruhu qarşısında baş əyirik. "Murov qartalı" "Aprel döyüşləri"ndə qəhrəmancasına şəhid olmuş əfsanəvi kəşfiyyatçı,... | ANL |
Şəhər bürkü, istidi, Çağırır dağlar məni. Bir gözəl qocalığam, Gözüm üstə qaş kimi. Şiş qayalar göy sağır, Bulaq da dərədədi. İzim-tozum çöllərin, Gözə dönüb axıram. Əkdiyimdə bəhər çox, Nübarlar göndərmişəm. Böyük oğul. Alnından axan təri. Böyük oğul. Bir ürəyə toxunmur, Sözünü sərin deyir. Böyük oğul. Ağlı kəsməyən i... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. 1502-ci ildə Kalikutdakı üsyan vaxtı orada yaşayan portuqaliyalılar öldürüldükdən sonra Vasko da Qama yenidən Hindistana göndərildi. Onun əmri ilə Kalikut dağıdıldı, Portuqaliya qəsəbəsi isə bərpa edildi. Elə həmin ilin sonunda özünün Hindistana üçüncü səyahəti vaxtı Vas... | ANL |
Folklora bağlı ömür. Folklor xalqın bədii düşüncəsinin ifadəsi olduğuna görə daha zəngin və daha dözümlü mədəni irs hesab edilir. Əhatə dairəsinin genişliyi ilə seçilən folklor xalq düşüncəsi ilə bədii düşüncənin harmoniyasının, həmahəngliyinin, uyğunluq səviyyəsinin də təcəssümüdür. Folklor nümunəsi mətnin məzmunu ilə... | ANL |
Mən Dilbəri sordum... Göydələnin təpəsində yamyaşıl ot bitib... Hündür binaları Günəşi gizlədən şəhərin mərkəzində, tıxacların əsəblərlə oynadığı, maşın siqnallarının qulaq batırdığı yerdə təbiətin bu bapbalaca parçası elə əcaib görünür ki... Amma axı, həyatda hər şeyin cavabı var! Nə qədər əcaib, nə qədər qəribə görün... | ANL |
Ünvansız qatarın ünvanı. REJİSSOR BƏHRAM OSMANOVUN GƏNC TAMAŞAÇILAR TEATRINDA, DRAMATURQ ƏLİ ƏMİRLİNİN “ÜNVANSIZ QATAR” PYESİ ƏSASINDA HAZIRLADIĞI EYNİADLI TAMAŞA HAQQINDA QEYDLƏR. “Ünvansız qatar”ın Əli Əmirli yaradıcılığında səciyyəvi özəlliyi ondadır ki, öz müəllifinin 90-cı illər dramaturgiyası üçün xarakterik siya... | ANL |
Səmimiyyət və təbiilik. VAQİF NƏSİBİN YENİ KİTABINA YAZILMIŞ ÖNSÖZ. Mən ədəbiyyatda “kənd nəsri”, “şəhər nəsri” kimi bölgüləri bəsit bir təsnifat hesab edirəm, çünki istedad eynidir, “kənd nəsri” bir cür istedad, “şəhər nəsri” isə başqa cür istedad tələb etmir və bizim əsasən kənd mövzusunda yazan ən istedadlı nasirlər... | ANL |
Şairliyindən böyük şair. "Səhər-səhər" rubrikasında. Yevgeni Yevtuşenkonun sözüdür: “Rusiyada şair olmaq - şairlikdən böyük işdir”. Doğrudan da belədir, amma tək Rusiyada yox, bütün SSRİ ərazisində... Elə SSRİ anlayışı da əslində Rusiya imperiyasının təxəllüsü deyildimi? Bu aforizmin dəruni mənası nədir? “Sənət - sənət... | ANL |
Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış. (əvvəli ötən şənbə saylarımızda). Hörmətli oxucular, diqqətinizə çatdırım ki, tarixən bu institutda iki elmi jurnal buraxılıb. Bunlardan birincisi 1946-cı ildən nəşr olunan “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, onun ilk baş re... | ANL |
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun 60 illik yubileyi ərəfəsində, onun haqqında təbrik yazısına hazırlaşdıqca onlarla məqalə, müsahibə, informasiya oxudum, üstəlik, ən müxtəlif vaxtlarda çəkilmiş video materialları da izlədim. Bir sözlə, çağdaş internet axtarış sistemləri bu nadir soyadla bağlı ən f... | ANL |
İlahi, sən məni o yurda döndər, İlahi, sən məni Uruda döndər... Parlamentin komitələrində və plenar iclaslarında, kütləvi informasiya vasitələrində öz işgüzar və prinsipial çıxışlarıyla elektoratın hörmətini qazanmış Milli Məclisin deputatı Musa Quliyev ölkəmizdə demək olar ki hər kəsə tanışdır. Bir çoxları onu səhiyyə... | ANL |
Təhsildə multikulturalizm: günün nəbzi, zamanın tələbi. Yaşadığımız zaman çoxqütblü, çoxcəhətli proseslərin zənginliyi, ictimai-siyasi hadisələrin axarının sürətli olması ilə ötən dövrlərdən xeyli fərqlənir. Dünyada sürətlə dəyişən, bir-birini əvəzləyən reallıqlar fonunda bəzən gözləmədiyimiz hadisələrlə, faktlarla üz-... | ANL |
Bir insan şəkli tapdım, Asdım qəlbimin üstündən. Dərdlərini dəstələyib. Asdım qəlbimin üstündən. Asdım qəlbimin üstündən!.. Aramızda böyük yaş fərqi var. Yol ağzında yel vurub titrədən sarı sünbül. kimidi ürək. Ürəyimdən gözlərimə gələn yolda. sillə səddi, Saçımda yoldan tapdığım lentin. Acı parıltısı.. Qulağımda qonşu... | ANL |
Lənkəranda səhər. Dəniz çağlayırdı duman içində, Dalğalar uzaqda köpüklənirdi. Əsgərlər nizamla ötüb keçəndə. Yaşıl Lənkərana nur ələnirdi. Sanki planetin hər tərəfindən. Bizim qarşımızda güllər açırdı. Sözlə demək olmur bütün bunları, Rəssamlıq etməyi bilsəydim nə qəm. Xoş ətir tutmuşdu yaşıl şəhəri, Coşurdum baxdıqca... | ANL |
Petro İqnatyeviç Qoretski 1919-cu ildə Ukraynanın Marinski rayonunun Maksimovka kəndində anadan olub. 1939-cu ildə hərbi xidmətə çağırılıb, Azərbaycanın Astarxanbazar (Cəlilabad) rayonunun Prişib (Göytəpə) qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasında qulluq edib. Gənc yaşlarından şeir yazmağa başlayan P.Qoretski so... | ANL |
İstedadlı söz ustası, tanınmış şair Təvəkkül Yanarın anadan olmasının 80 illiyi münasibəti ilə Ağcabədidə tədbir keçirilib. Yubiley tədbiri şairin doğulduğu Rəncbərlər kəndində təşkil olunub. Yığıncağa rayon ziyalıları, müəllimlər, ağsaqqallar, şairin qələm dostları, ailə üzvləri, yerli icra hakimiyyəti və bələdiyyə nü... | ANL |
“Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” araşdırılıb. Aprelin 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransa təqdim olunan məqalələrdə ədəbiyyat incəsənətin bir sahəsi k... | ANL |
“Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz”. Bu mövzu Bakıda keçirilən elmi-praktik konfransda ətraflı müzakirə olunub. Aprelin 4-də Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın milli musiqi alətləri: Keç... | ANL |
Elmin böyük fədakarı. Akademik İsa Həbibbəyli "Kitabi-Dədə Qorqud" ilk yazılı abidəmizin araşdırılmasına da, müasirimiz, istedadlı şair Rəşad Məcidin poeziyasına da qədirşünaslıqla münasibət bildirib. R.Məcidin yaradıcılığına yüksək qiymət verən alim yazır: "... Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və do... | ANL |
Elmin böyük fədakarı. Akademik İsa Həbibbəylinin elmi yaradıcılığına diqqətlə nəzər yetirdikdə oxşar taleli, oxşar üslubda yazan, eyni mühitin, dövrün yazıçıları arasında paralellər apardığı aydın görünür. Yuxarıda qeyd etdik ki, Eynəli bəyi milli teatr sahəsində gördüyü işləri kimlərlə müqayisə edir. Başqa bir fikrind... | ANL |
Bəkir Çobanzadə macar mətbuatında. Macar mətbuatında bir müəllif kimi fəal iştirakı universitet təhsilini başa vurduğu 1918-ci ildən başlanmışdı. Macar türkologiya məktəbinin yetirməsi olan polyak alimi, Poznan universitetinin professoru Henrix Yankovskinin Budapeştin kitabxana və arxivlərindəki axtarışları da səmərəsi... | ANL |
Bəkir Çobanzadə macar mətbuatında. Heç bir xalqın mədəniyyəti qapalı mühitdə formalaşmır. Türk xalqları da bu cəhətdən istisna deyildilər. Bəkir Çobanzadə yuxarıda adıçəkilən yazısında bir neçə amilə əsaslanaraq tarix boyu ümumtürk mədəniyyətinin təmasa girdiyi digər mədəni təmayülləri, yaxud məruz qaldığı təsirləri mü... | ANL |
Polad Bülbüloğlu prioritetlərini açıqladı. “Azərbaycan hökumətinin UNESCO-nun baş katibi vəzifəsinə namizədliyimi irəli sürməsi mənim üçün həm gözlənilməz oldu, həm də qarşıma ölkəmizin humanitar əməkdaşlıq sahəsində müsbət təcrübəsinin qlobal səviyyədə yayılması öhdəliyini qoydu”. Bu sözləri Azərbaycanın Rusiyadakı sə... | ANL |
Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə önəmli yeniliklər və məşhur simalarla qatılır. Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılır. Sərginin Türkiyə üzrə təşkilatçısı, T... | ANL |
BMT baş katibinin Bakı Forumunda iştirak imkanları müzakirə olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil ediləcək Beynəlxalq Təşkilatların Yüksək səviyyəli Görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədi... | ANL |
Ağaclar yallı oynaya bilərmi? Ağdamın Zəngişalı kəndində gözü-könlü tox bir qoca yaşayır. Əlindən torpağa düşən hər bir toxum cücərib bəhrə verir, əkdiyi hər ağac sürətlə boy atır. Sözün əsl mənasında bitkilərin dilini bilən qoca onlarla söhbətləşir, qayğılarına qalır, nazlarını çəkir. Övladlarından, doğmalarından da y... | ANL |
Azərbaycan tarixinin Atabəy romanı. Azərbaycanda Atabəylər dövrünə maraq həmişə mövcud olub, bir sıra dəyərli elmi, eləcə də bədii əsərlər yaradılıb ki, onlardan ikisini - akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti (1136-1225)" monoqrafiyası ilə Xalq şairi Nəriman Həsənzadənin "Atabəylər" mənzum dramını ayr... | ANL |
Əbülfəs Qarayev Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı müzakirələrdə iştirak edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə BMT-nin “2030 Davamlı İnkişaf Gündəliyi” və onun əhəmiyyə... | ANL |
Yazıçılar Birliyində Ayaz Vəfalının 80 yaşı qeyd olunub. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, tənqidçi, füzulişünas alim, tərcüməçi, Əməkdar incəsənət xadimi Ayaz Vəfalının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə şairin sənət dostları, tanınmış mədəniyyət işçiləri, yaza... | ANL |
Rejissor taleyinin zirvə məqamları. Kino Azərbaycan bədii mədəniyyətinin mühüm tərkib hissəsidir. Neçə-neçə onilliklər sovet ideologiyasının basqısına məruz qalsa da, kinomuz milli-mənəvi taleyimizin, xalq həyatının canlı aynası olaraq diqqətəlayiq uğurlar qazanıb. Çağdaş Azərbaycan kinosunun nailiyyətlər qazanmasında ... | ANL |
Bilik Fondu gəncləri “Dolu” filminin yaradıcıları ilə görüşdürdü. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “Dolu” bədii filminin nümayişi və yaradıcı kollektivlə görüş təşkil edilib. Fonddan 525.az-a verilən məlumata görə, Aqil Abbasın “Dolu” romanı əsas... | ANL |
İtaliya mətbuatında Azərbaycanla bağlı məqalə dərc olundu. İtaliyanın “Notizie Geopolitiche” analitik portalında italyan tədqiqatçılar Corciya Pilar və Domeniko Letisianın birgə müəllifi olduğu "İtaliya və Azərbaycan hər zaman daha yaxın" adlı məqalə dərc olunub. Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin 25-c... | ANL |
"Arzular"dan "Tövbə duaları"nadək keçilən yol. Arif Abdullazadəni xatırlarkən. Yaradıcı şəxsiyyətlər, rəssam, bəstəkar, şair və yazıçılar haqqında çox tez-tez deyilən "yaradıcılıq yolu heç kimə bənzəməyən", "orijinal yazı üslubuna malik", "qeyri-adi, özünəməxsus dəsti-xətti ilə seçilən" kimi bir az orijinallıqdan çıxmı... | ANL |
Yaponiyada “Azərbaycanlılığın yaradılışı” adlı elmi kitabı çap olunub. Yaponiyada “Azərbaycanlılığın yaradılışı” adlı elmi kitab çap edilib. Bu haqda məlumatı Yaponiyada diaspor fəaliyyəti göstərən, konfliktologiya elmi üzrə tədqiqatçı Əlibəy Məmmədov verib. O qeyd edib ki, 434 səhifəlik kitabın müəllifi ədəbiyyat üzrə... | ANL |
Azərbaycanı öz vətənindən az sevməyən Düsen Kaseinov. Son illərdə TÜRKSOY türk dilində danışan ölkələrin ortaq mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, dilinin, adət və ənənələrinin təbliğində əhəmiyyətli rol oynamağa başlamışdır. TÜRKSOY-un türkdilli ölkələrdə həyata keçirməyə başladığı böyük miqyaslı layihələr b... | ANL |
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Səfir saatı” klubunda Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil ilə görüş keçirilib. Görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisadiyyat, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment Unive... | ANL |
Azərbaycan xalqının tarixi ərəb dilində. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” kitabı ərəb dilində işıq üzü görüb. Kitab dünyanın qədim tarixə malik xalqı olan azərbaycanlıların “tərcümeyi-halı”ndan, millət kimi formalaşma... | ANL |
"Mükəmməl keyfiyyət infrastrukturu inkişafın əsas vasitələrindən biridir". "Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir". Müasir bazar iqtisadiyyatının ən mühüm şərtlərindən biri onun iştirakçıları üçün azad rəqabət mühitinin formalaşdırılmasıdır. Çünki məhz azad rə... | ANL |
Doğma el-obanın unudulmaz mərasimləri. ... Ana torpağın qoxusunu, onun üzərində bitən güllərin, çiçəklərin könül oxşayan ətrini ciyərlərimə çəkmək, cəh-cəh vuran quşların möcüzəvi səslərini yenidən ruhuma hopdurmaq istəyirəm! Xəyalən Qara bulağımızdan, göz yaşı kimi saf təmiz suyu olan Sarı bulağımızdan, insanın gözünə... | ANL |
Atif Zeynallının 90 illiyilə bağlı elmi sessiya keçirilib. Aprelin 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnsitutunda ədəbiyyatşünas alim və şair Atif Zeynallının 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru... | ANL |
Gülsadə İbrahimli "Son tanqo"nu təqdim edib. Aprelin 8-də "Azərkitab" Kitab Təbliği Mərkəzində gənc şair Gülsadə İbrahimlinin "Son tanqo" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı, şair-publisist, eyni zamanda kitabın redaktoru olan Əkbər Qoşalı açıb. Qon... | ANL |
Amsterdamda "Nasimi Passion" təntənəsi. Firəngiz Əlizadənin əsəri Hollandiya paytaxtında təqdim edilib. Hollandiyanın "Amsterdam Royal Concertgebouw" konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin "Nasimi Passion" əsərinin premyerası olu... | ANL |
Türkiyə Səfirliyi Mədəniyyət Müşavirliyindən maraqlı addım. Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılıb. Onlardan biri də Türkiyə Hava Yolları ilə birgə təşkil edilmiş çəki... | ANL |
Aprelin7-də Azərbaycan mədəniyyətinin ölməz incilərindən olan “O olmasın, bu olsun” musiqili kinokomediyası Los Ancelesdə nümayiş etdirilib. Baş Konsulluqda keçirilən nümayişdə amerikalı elm və mədəniyyət xadimləri, jurnalistlər, sənətsevərlər, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirin əvvəlində ç... | ANL |
Azərbaycan muğamı "Müqəddəs musiqi" festivalında. Fransanın Reze şəhərinin "La Soufflerie" konsert zalında Azərbaycan muğamlarından ibarət konsert olub. Konsertdən əvvəl Rezenin mədəniyyət işləri üzrə baş direktoru Moris Kosson dinləyicilərə Azərbaycan muğamından danışaraq bildirib ki, muğamımızı Mərakeşdə Fez festival... | ANL |
İngilis dili qrammatikasının tədqiqinə töhfə. Tarixin bütün dövrlərində Qərb, onun mədəniyyətinin əsas aparıcı nümayəndələri bütövlükdə Şərqə olan maraqları çərçivəsində Azərbaycan mədəniyyətinə də öz münasibətlərini göstərməklə yanaşı, ondan bəhrələniblər. Bu gün qloballaşma dünyada mədəniyyətlər arası dialoqun müəyyə... | ANL |
Ruslan Dostəlinin gənclik hesabatı. "Ürəyimi kəsik-kəsik edirəm, nə vaxt şeir yazıramsa qan çıxır" - misraları gənc qələm sahibi Ruslan Dostəliyə məxsusdur. Ruslan ilk kitabını 2016-cı ildə layiq görüldüyü Prezident təqaüdü hesabına çap etdirib. "Ruslan dostumun kitabı" adlanan bu toplu "Günahlar içində batıram daha, e... | ANL |
Sözü sözsüz anlayanda xoş olur, ovqatın da, eynin də saz olur, xiridar əlinə düşməyəndə naxoş və nasaz olur. Anlaqlı olanda söz səninlə, sən də sözlə yaşayırsan. Sözün namın çəkirsən, sözü qoruyursan, sözü daşıya bilirsən. Sözə vurğunluq da bəxti-tale işidi, elə belə vurğunluq deyil. Əksərən, bu baxımdan yanaşıram oxud... | ANL |
Öz könül dünyası olan şair... Bəzən insanlar yazıb-yaradırlar, səssiz-səmirsiz öz işlərilə məşğul olurlar. Elə bilirsən ki, onlar problemlərdən, qayğılardan uzaq olan insanlardır ki, səslərini çıxarmır, heç yerdə özlərini önə çəkmirlər. Bir də baxırsan ki, sakit təbiətli bu insan qəlb ağrıdan, insanı düşünməyə vadar ed... | ANL |
Azərbaycan və Dağıstan turizm sahəsində əməkdaşlığı genişləndirəcəklər. Azərbaycan və Dağıstan arasında turizm sahəsində əməkdaşlıq perspektivləri Azərbaycan Respublikası Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın görüşün... | ANL |
Səni yaman gözdən, Yalan sözdən, Sürtük üzdən. Ürəyimin içində gizləyirdim. Bilmirəm ürəyim ağrıyır, Yoxsa ürəyimin içində sən ağrıyırsan. Mən ağlamağı bacarmıram, oğlum, Yəqin ürəyimin içində sən ağlıyırsan. Bəlkə mən sənin həyatındayam, oğlum. Torpağın sən yatan qatındayam, oğlum. Ağlama qurbanın olum. | ANL |
Ədəbi-fəlsəfi fikir tariximizin diqqətəlayiq səhifəsi. Ömür yolu, yaradıcılıq istiqamətləri barədə indiyədək geniş, sistemli tədqiqat işi aparılmayan görkəmli ədəbiyyatşünas, istedadlı nəzəriyyəçi, peşəkar ədəbiyyat tarixçisi, Azərbaycan - Rusiya ədəbi-mədəni əlaqələri sahəsində müstəsna xidmətləri olan alimlərimizdən ... | ANL |
"Mirzə Fətəli Axundov, mənə elə gəlir ki, türk xalqlarının, daha doğrusu, Azərbaycanın ictimai fikir tarixinin inkişafında çox böyük şəxsiyyətlərindən biridir. Digər türk-tatar xalqları arasında onun fəaliyyəti çox geniş yayılmamışdı. O, Azərbaycana nisbətdə şübhəsiz böyük xadim, böyük islahatçıdır, ümumiyyətlə, həm də... | ANL |
Foto qəhrəmanımın dünyaya heyrətlə baxan gözlərinin ifadə gücündən sehirlənirəm... Bu dünyada bəlkə də hər şey adicə bir heyrətdən başlanır və sonra Böyük Heyrətə çevrilir. İndiki dünyamızın özü elə bir heyrət hissinin nəticəsi deyilmi?! HEYRƏT - təbiətin sirləri haqqında saysız-hesabsız maraqlarının ardınca düşən insa... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.