text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ancaq qəribə burasıdır ki, hər dəfə o şəkilə baxanda xəyal çəkib məni çox uzaqlara aparır. Və o qədər uzaqlara aparır ki, hərdən oradan üzü bu günə qayıdıb gəlmək istəmirəm. Sabirlə elə bu universitetin divarları arasında, daha doğrusu, universitetin "Lenin tərbiyəsi uğrunda" adlı qəzetinin redaksiyasında tanış oldum. ... | ANL |
Ocaqlarımızı sönməyə qoymayacağıq. İndi o dağları duman bürüyüb və o dumanı ancaq uzaqdan seyr etmək mümkündü. Çünki başını duman-çən almış, sinəsi ağappaq ağarmış o dağlara bir ruhlar hakimdi, bir də xatirələr. Xatirələri özümüzlə gətirmişik, ruhumuz, istəklərimiz, arzularımız, izlərimiz orda qalıbdı. İstər-istəməz qa... | ANL |
Elçin dramaturgiyası xarici ölkə teatrlarının səhnəsində. Elçinin Türkiyəyə hər gedişi, yalnız ədəbi və teatr ictimaiyyəti tərəfindən deyil, teatrsevərlər, tələbələr tərəfindən də sevinclə qarşılanır. Bu barədə dövri mətbuatda istənilən qədər xəbərlərə rast gəlinir. Bir neçə misal: "Teatr" ("Salam, mən sənin dayınam") ... | ANL |
Əməkdar artist Fərhad İsrafilov: "Artistlik etməyi bacarmıram". Müsahiblə söhbətdən məqamlar: "...Bizim "Yuğ" teatrının poetikası tamam fərqlidi. Mən deyəndə ki, "Sirlər xəzinəsi" tamaşasında Sol Göz Yaşını oynayıram, jurnalistlər çaşıb qalır... ...Ustadımız Vaqif İbrahimoğlu arzusunu axır ki, bir tamaşada həyata keçir... | ANL |
YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR. Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam... | ANL |
Vətəni səsiylə gəzir Ağalar. Hər bir xalqın qəhrəmanlıq salnamələrini, döyüş səhnələrini və şəhidlərin taleyini ilahi yazılarla üzündə əks etdirən Vətən mövzusu istər mənzum, istərsə də hikmətamiz nəql formasında dillər əzbərinə çevrilmiş, yaddaşlara həkk olunmuşdur. Klassik şairlərin yaradıcılığından tutmuş müasir qəl... | ANL |
Sən yazıçısan, neftçi yox! İsi Məlikzadəni anırıq. Bunu özdöşümdən demirəm, "Radioda, televiziyada çalışan yaşıddaşlarını qara torpaq alandan sonra kim xatırladı İsi müəllimi?! - Bunu mənə kürəkəni - qızı Xatirə xanımın həyat yoldaşı Arif müəllim deyəcəkdi. Hardan başlamaq lazımdır? Qulu Ağsəs telefona əl aparıb Aqil A... | ANL |
Onun ilk şeirlərinə yarpaq boyda xeyir-dua da vermiş, sonralar "Sonuncular" adlı silsilə məqaləmdə onun şeirlərindən söz açmışam. Ədəbiyyata təsadüfi deyil, təbii bir istəklə gələn və gəlişində də içindəki yığın-yığın duyğuları poeziya dililə ifadə etməyi heç də başqalarından pis bacarmayan Narıngül haqqında o zaman ya... | ANL |
İblis nədir? Cümlə xəyanətlərə bais! Eyvandan ətraf aydın görünürdü: bir-birilə bəhsə giribmiş kimi səmaya millənən göydələnlər,İçəri şəhərin köhnə çopur daşlı hasarı, qədim binaları, Qız qalası, Sahil bağı, suları rəngdən-rəngə düşərək üfüqdə göylə birləşən Xəzər. Bu bənzərsiz mənzərəyə baxmaqdan doymurdu: sübhün gözü... | ANL |
Bəlkə elə buna görə insan yer üzünün əşrəfi, yəni ən nəcibi sayılır. Bu nəcib insanlar dünyadan köçüb gedəndən sonra yadigarları, pozulmaz izləri qalır... İnsanların yadigarları, izləri tikib - qurduğu evlər, şəhərlər, kəndlər, fabrik - zavodlar, saldığı bağlar, küçələr, yollar, yaratdığı əsərlər, bir də övladlarıdır. ... | ANL |
Qadın və Toplum. Qadın üçün: gender bərabərliyi aranır, feministika həşiri kükrədilir, ona qarşı şiddət kəşf edilir;. Qadın: sevgili olmaqdan çıxarılır, analıqdan çıxarılır, arvadlıqdan çıxarılır, zəriflikdən çıxarılır, ərinə qarşı qaldırılır;. Satır, alır, rüsvay eləyir, rüsvayçılığa alışdırır, rüsvayçılıqda normallaş... | ANL |
PULUN ÜZƏRİNƏ ƏKSİNİ HƏKK EDƏN YAZIÇI... Çoxlarına görə bədii təfəkkürün formalaşması üçün insanda yalnız istedadın olması yetərlidir. Lakin bu fikirlə razılaşmayıb müəllifin münasib mühtdə olmasını daha önəmli hesab edənlər də az deyil. Onlara görə, lazımi mühit olmadan böyük əsərlər yarana bilməz. Bu məsələ ilə bağlı... | ANL |
Üşüyən əllərim yumağa dönüb. Kirpiyim sırsıra, baxışım donub. Üzümə bağlıdır açıq qapılar. Köhnə qapıların cəftəsi paslı. Qıfılı qapıda qalıb asılı. Bu tanış yollarda azıb qalmışam. Kölgəmə qoşulub gedirik qoşa, Səsim girov düşüb, yazıq qalmışam. Ağaclar söykənib göyün üzünə. Mənim pəncərəmə kölgəsi düşmür. İşığın kölg... | ANL |
Görkəmli Azərbaycan kinorejissoru doğum gününü qeyd edir. Görkəmli Azərbaycan kinorejissoru, xalq artisti, professor, dahi bəstəkarımız Tofiq Quliyevin oğlu Eldar Quliyev özünün 71 yaşını qeyd edir. 1960-1966-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində, Serqey Gerasimovun kursunda təhsil almış, institutu biti... | ANL |
Folklorumuzu qoruyaq və yaşadaq. Şifahi xalq ədəbiyyatı zəngin bir xəzinədir.Yaradıcı insanlar zaman-zaman bu xəzinədən bəhrələnməklə həm özlərinin mənəvi dünyalarını zənginləşdirmiş, həm də milli ənənələrə sadiq qalaraq yeni ədəbi nümunələr yaratmışlar. Xalq ədəbiyyatının yazılı ədəbiyyata təsiri inkaredilməzdir və bu... | ANL |
MUSİQİYƏ BAĞLI ÖMÜR. 1958-ci ilin sentyabr ayında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsinin nəzdində görkəmli sənətkarımız Əfsər Cavanşirovun rəhbərliyi ilə yaradılan "Bənövşə" Uşaq Xorunda istedadı olan yüzlərlə uşaq ilk addımlarını atıb. İndi hamımızın yaxşı tanıdığı Zeynəb Xanlarova, Xuraman Qası... | ANL |
QƏDİRİN DƏRDİ. İlk dəfə əlimdə titrəyir qələm, Gözümdə qaranlıq görünür aləm. Ürəyim açılmır, gülə bilmirəm, Özümə yenə də gələ bilmirəm. İztirab içində sönüb nəfəsim, Elə bil yox olub eşqim,həvəsim... Yanıram, atəşim köz-köz olubdur, Gözlərim buludtək qəmə dolubdur. Bəs mənim nisgilim hara baş alır? Ağır bir itkidir h... | ANL |
Dövlət qayğısının təzahürləri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər ölkənin paytaxtında, istərsə də regionlarda səfərlərində, xüsusilə səhiyyə müəssisələrindəki görüş və çıxışlarında sosial-iqtisadi inkişafın effektiv nəticələri olaraq əhalinin sağlamlığına göstərilən qayğını xüsusi vurğulayır, bunu... | ANL |
Gördüyü mənzərə onu necə yerində dondurdusa, tüfəng əlindən düşdü... Böyük Qardaş evə girəndə anası soruşdu: - Dədən harda qaldı? Böyük Qardaş bir söz demədən keçdi öz otağına. Qapı təpiklə necə açıldısa, nəinki ana, qonşu otaqdakı Böyük Qardaş da dik atıldı. - bu minillik evliliklərində ilk dəfəydi xanımını belə təhqi... | ANL |
ELƏ ÖLÜLƏR VAR Kİ... Bilmirəm niyə, amma uşaqlığımda mənə elə gəlirdi ki, Nazim Hikmət Azərbaycan şairidi. Bir az ağlım kəsəndən isə "Nazim Hikmət" və "Türkiyə" xüsusi isimləri mənim üçün sinonim kimi səslənirdi. Və heç bir xırdalığa varmadan Türkiyəni, İstanbulu onun poeziyasında tanıyıb, sevmişdim. Lap sonralar ideol... | ANL |
Elçin dramaturgiyası xarici ölkə teatrlarının səhnəsində. Moskvada hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı "Dərviş teatrı"nın bədii rəhbəri Mərdan Feyzullayevdir. Bakıda aktyorluq, Moskvada rejissorluq təhsili alan Mərdan Feyzullayev vaxtilə ölkəmizdə məşhur olan Şəki Dram Teatrında çalışmış, onun v... | ANL |
"İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uyduranlardan daha zalım kim ola bilər?" Cəmiyyət müxtəlif olduğu kimi, bu gün müsəlmanlar da müxtəlifdir.Bu gün hansısa bir müsəlman və ya özünü müsəlman təşkilatı adlandıranlar hardasa bir terror əməli törədirsə,bunu İslamdan və dindən bilmək olmaz.Gəlin əvvəlcə baxaq,... | ANL |
Xalqımızın tarixində elə səhifələr var ki, onlar qanla yazılmışlar. Zaman baxımından yaxın, ya uzaq olsun, yaddaşımızda o səhifələr həmişə kədərlə oxunur. İyirmi iki il keçir o qanlı faciədən. Hər il 20 Yanvar günü Bakıda, Azərbaycanın digər şəhərlərində insanlar axın-axın Şəhidlər Xiyabanı adlanan, günahsız insanların... | ANL |
Bu ikicə misra demək olar ki, şair Hacının mənzərəsinə işıq salır. İşıq düşən yerdə hər nə var açıqca görünür, işıq düşməyən yer qaranlıq olur, rənglər, formalar yoxa çıxır. Mən molbert arxasında oturub bu işıqlı, nurlu kişinin portret mənzərəsini işlədiyim zaman, politramda rənglərin özü belə bu nurlu kişinin işığında... | ANL |
Adı gələndə zəhri yarılırdı çoxlarının. Özü kimi dəlisov atı vardı, gecə-gündüz çapır, qabağına çıxanı qırmancına dolayır, qızmış kəhərin döşünə salıb qovur, nəfəsini kəsirdi adamın... Heç yadımdan çıxmaz. Evimizdə yeməyə bir şey qalmamışdı. Nənəmlə anama qoşulub başağa getmişdim. Zəmi çoxdan biçilmişdi, torpağa qarışa... | ANL |
Qəzetimizin bu sayından etibarən hər həftənin cümə günü-yəni beşinci günü "Həmkar" rubrikasıyla görüşünüzə gələcəyik. Rubrikamızda, istər mətbuatda, istərsə də televiziyada öz imzasıyla, hazırladığı maraqlı reportaj və süjetlərlə tanınan, sevilən jurnalistlərlə müsahibələri təqdim edəcəyik. Çünki insanları, problemləri... | ANL |
REGİONLARIN İNKİŞAFI BÜTÜN SAHƏLƏRƏ NÜFUZ EDİR. Qoruğun relyefi torpaq və iqlim şəraitinin mürəkkəb olması ərazidə yarımsəhra və bozqır bitki formasiyalarının yaranmasına şərait yaratmışdır. Ərazinin özünəməxsus arid bitki örtüyü vardır. Qoruq ərazisində coğrafi amillərin dəyişməsi ilə əlaqədar olaraq bitki örtüyü şima... | ANL |
Üzü sabaha olan qədim yurd yeri. Yurdumuzun qədim yaşayış məskənlərindən olan Lənkəranın tarixi kifayət qədər maraqlı və şərəflidir. Burada aparılan arxeoloji qazıntılar bu yerlərdə eramızdan əvvəl III-II minilliklərdə insan yaşayışı olduğunu sübut etmişdir. Gözəl təbiəti, əlverişli iqtisadi-coğrafi mövqeyi, Qərbi və Ş... | ANL |
Torpaqşünaslıq və ekologiya elminin fədaisi. Anadan olmasının 65, elmi-pedoqoji fəaliyyətinin 45 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, BDU Torpaqşünaslıq kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, Azərbaycanın torpaqşüna... | ANL |
YALNIZ QƏLƏM... Onun yaşam haqqında düşüncələri, yaxud həyat fəlsəfəsi bədii əsərlərində mükəmməl şəkildə öz əksini tapmışdır. Oxucu bütün bunlarla yanaşı yazıçının bir sıra əsərlərində təsvir etdiyi hadisələrin dini və mənəvi problemlərin, yaxud həyat fəlsəfəsinin hər dəfə böyük ustalıqla bədii həllinin şahidi olur. Ö... | ANL |
Adamın ürəyi açılır ki, qışın bu oğlan çağında nə yaxşı Füzuli torpağına qar yağıb. Elə camaat uzun müddətdir ki, qarın yağmasını səbirsizliklə gözləyirdi. Çünki əkin-biçin adamları torpağı şumlayıb, taxıl əkib və bir çox yerlərdə böyük işlər görüblər. Onlar üzünü Allaha tutub yalvarırdılar ki, qış belə mülayim keçsə, ... | ANL |
Üzü sabaha olan qədim yurd yeri. Muzeyin əməkdaşı Həcər Nəsirova burdakı şəkillər, əşyalar haqqında çox geniş məlumat verəndən sonra əlavə etdi ki, Həzi Aslanov haqqında daha çox yazmaq lazımdır. Bəli, yenə əqrəb zəhərli erməni məmurları, onların əlaltıları bu adın H.Aslanova təkrar verilməsini uzun illər ört-basdır ed... | ANL |
Müstəqil Azərbaycanın Gömrük Xidməti respublikamızın iqtisadi təhlükəsizliyini layiqincə qoruyur. XX əsrdə öz müstəqilliyini bərpa edən ölkəmiz gənc olmasına baxmayaraq 20 illik zaman kəsiyində xeyli uğurlara imza atmış, demokratik, hüquqi, dünyəvi dövlətlər sırasında özünə layiqli yer tutmuşdur. Əldə olunan nailiyyətl... | ANL |
İşğal olunmuş torpaqlarımız hələ də düşmənin tapdağı altındadır. Bu müqəddəs torpaqların azad olunması isə hər bir qeyrətli azərbaycanlının namus borcudur. Biz hər an fikirləşirik ki, hansı yolla olursa olsun, torpaqlarımızı azad edib kimlərinsə hesabına özgə torpaqlarını zəbt edən erməniləri qarşımızda diz çökdürək. H... | ANL |
"İçəri Şəhər" məqaləsini yazanda, yəni Bakı, bakılılar, Bakı kəndləri , bakılı xarakteri haqqında yazmışdım və ədalətçilərə söz vermişdim ki, bir vaxt "16-cı Respublika - NAXÇIVAN " adlı məqalə yazacam, yəni Naxçıvan, naxçıvanlılar, naxçıvanlı xarakteri, düşüncəsi haqqında. Yaza bilmirdim, deyəsən, zamanı gəlib. Bir az... | ANL |
1988-ci ilin həyəcanlı fevral günlərində Yevlax şəhərinə ezam edilmişdim. Azərbaycan Kommunist Partiyası MK-nin nümayəndəsi kimi, Moskvadan tapşırıq almış, harınlıqdan və türk millətinə kin-küdurətdən qudurmuş ermənilərin Xankəndində təşkil olunmuş və elə baş mərkəzdən idarə olunan mitinqləri bütün Azərbaycanımızın baş... | ANL |
Naxçıvan Kiçik Qafqazda yerləşir. Son zamanlar yazılı mətbuatda və yaxud ictimaiyyət arasında, Naxçıvanı sevənlər "KİÇİK TORPAQ", sevməyənlər isə "məlum region" adlandırırlar. İndi "məlum region" anlayışını mətbuata gətirənin ovurdları şişib , yəni kökəlib. Əvvəllər şalvarını əynində saxlaya bilmirdi, yəni arıqlığından... | ANL |
... Horadiz şəhərinə qayıdarkən yolun kənarında yeni inşa edilmiş müxtəlif ticarət obyektləri və köşklər diqqətimizi cəlb eləyir. Bu ticarət obyektləri və köşklər müasir üslubda və çox səliqəli tikilib. Milli memarlıq üslubu, tikililərin bir-birini tamamlaması sanki hansısa bir yaradıcı insanın təxəyyülündən süzülüb gə... | ANL |
- Azərbaycanda möhtəşəm "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqlar hansı mərhələdədir? - Ölkəmizdə uzun müddətdir bu müsabiqəyə hazırlıq gedir və hazırlıq işlərini çox müsbət qiymətləndiririk. Avropa Yayım Birliyinin nümayəndələri dəfələrlə Bakıda olublar, hazırlıq prosesinin müxtəlif tərəflərinə dəfələrlə baxılı... | ANL |
Hacıqabul keçmişlə müasirliyin qovuşağında. Çörəyi torpaqdan çıxan əkin-biçin adamları yazın, yay və payızın təsərrüfat işlərində canlarına hopmuş yorğunluqlarını almaq üçün fürsət tapmışlar. Ancaq çox az müddətdən sonra onlar yenidən arata qoyduqları torpaq sahələrinə üz tutacaqlar, yenidən həyat qaynayacaq. Yeni uğur... | ANL |
Həmsöhbətim millət vəkili Tahir Rzayevdir. Fransa senatının son qərarından sonra türk dünyasında, o cümlədən də məmləkətimizdə siyasi müstəvidə baş verənlərə münasibət birmənalı şəkil almağa başladı. Artıq hər kəs Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın bu siyasi qərarını aşkar düşmənçilik kimi qiymətləndirm... | ANL |
Hacıqabul keçmişlə müasirliyin qovuşağında. İqtisadi inkişaf həm də sosial qayğıların həlli deməkdir. Proqrama uyğun olaraq Ağsu rayon ərazisindən rayonun Padar, Qarasu, Muğan yaşayış məntəqələrindən keçəcək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişi, Pirsaat çayındakı su anbarının lildən təmizlənməsi davam etdirilir... | ANL |
İKİ DİLDƏ YAZAN MÜƏLLİF. Səkinə Sadiqin doğum gününə. Onun imzasına mətbuatda rast gəlmişəm. Həmin o ilk imza tanışlığımda düşündüm ki, Səkinə xanım yəqin ki, rusdili olduğuna görə yaradıcılığında bu dilə üstünlük verir və bu səbəbdən də "Literaturnıy Azerbaycan" jurnalında, eləcə də digər rusdilli mətbu orqanlarda ard... | ANL |
Mən bu yazını dörd il əvvəl yazmışdım. Avropada futbol çempionatı gedirdi və çempionatın devizi də "No to rasizm" idi. Dekorasiyalar və şəxslər dəyişsə də, siyasət dəyişmir. Bu avropalılar çox saxtakardılar. Dünyanın ən böyük irqçiləri özləri, bütün millətlərə yuxarıdan baxan özləri, nə qədər xalqları dünyanın etnoqraf... | ANL |
"Nə qədər yaxşı oxusam da, yenə lazım olanın yarısının yarısını oxuyuram". Həmişə olacaq adam. Həyat əbədidi, ömür müvəqqəti. Həmişə həyatı olan adam. Həmişə həyati adam. Həmişə həyatda qalan adam. Oxucunun həmişə təzə qəbul etdiyi adam. Sərhədsiz adam. Qədir Rüstəmov gəlmişdi redaksiyaya, Aqil Abbasla görüşməyə. Aqil ... | ANL |
Elçin dramaturgiyası xarici ölkə teatrlarının səhnəsində. (Əvvəli ötən şənbə saylarımızda). İndi baxacağınız "Şekspir" tragikomediyası XX əsrin sonu, XXI əsrin əvvəllərində yaranmış ən yaxşı modernist pyeslər sırasındadır. Bu əsərin qısa müddətdə Avropa teatr səhnələrini dolaşacağına mənim şübhəm yoxdur". Sonra Azərbay... | ANL |
Bu məqaləni yazarkən satirik jurnalistikamızın Şah əsəri sayılan "Molla Nəsrəddin"in ərsəyə gəlməsi üçün malını-mülkünü əsirgəməyən Həmidə xanımı, neçə-neçə kimsəsiz uşağa isti ocağında yer verən, qulluğunda duran, təhsil problemini həll edən Hənifə xanımı və daha neçə-neçə belə nəcib, xeyirxah, səxavətli, alicənab xan... | ANL |
Mürşüdüm Akif Səməd yazırdı ki, Tanımır atanı, ananı onlar, Aldadır bazarda satanı onlar, Yazanın yerinə utanır onlar. Yaman şairlərin yaxşı şerləri. Mən deyən bunların heç birindən deyil. Mən deyən yaxşı şairlərin yaxşı şeirləridir. Şair Rəfail İncəyurd və onun şeirləri kimi. "Of köhnə kişilər, köhnə kişilər" deyə içi... | ANL |
Çəliyinə söykənib üzü "Dəyirman çala baxırdı. Nələri düşünürdü görəsən. Yaş öz sözünü demiş, həyatın çalın- çarpaz yolları, amansız və islah olunmaz qanunları, bəxtin, yığvalın pozulmaz yazıları, Tanrının dəyişməz hökmü günbəgün, anbaan çin olmuşdu qənçərində. Ömür-gün yoldaşı Şərqiyə xanımla köçüb getdi hər növrağı aş... | ANL |
Yadında tək o qalacaq. Gəl, dənizin yaddaşında. İstədiyin oyuncağı. Sənə leylək gətirəcək. Ləngər vurur, yuxuludur, Gəmi suda batar birdən. Karusellər qorxuludur, Tut əlimi, gedək burdan. Yesən, boğazın ağrıyar, Dondurmadan gözünü çək. Bir kişi qocalacaq mənimlə. bir hüzn bürüyəcək, bir kişi qollarım arasında. ürəyimin... | ANL |
Son zamanlar çox kitablar işıq üzü görür. Amma hər kitab oxucunu öz işığında saxlaya bilmir. Məni də bu kitab haqqında yazmağa onun kitabdakı şeirlərinin işığı çəkdi. Poeziya haqqında çox fikirlər var. Bu maraqlı deyimlərdən biri də V.Q.Belinskinin yazdığıdır: "Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yar... | ANL |
SEÇİLMİŞ ƏSƏRLƏRİ. Çağdaş Azərbaycan poeziyasının istedadlı və tanınmış nümayəndəsi Akif Səmədin "Seçilmiş əsərləri"nin birinci cildi (şeirlər) "Oka-Ofset" nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan çıxıb. Kitaba ön sözü Türkiyənin 9 eylül Universitetinin professoru, şair Məmməd İsmayıl, sön sözü isə tənqidçi Bəsdi Əli... | ANL |
Hisslərin tərbiyəsi. Orda ayla, illə, burda müxtəsər dillə... Dünyanın ucqar deyilən yerinin havası belədir ki, günün günorta çağı da yazıya pessimist konsepsiya ilə başlamalı olursan. Vətən deyilən də hələ kef yeri yox, kəfən yeri idi. İldə, iki ildə bir dəfə mən də Bakıya gedirdim və ildə, iki ildə bir dəfəyə gətirdi... | ANL |
Qədirin qanadlı mələklərisiz. Ay sona bülbüllər, sona bülbüllər. Ay sona bülbüllər, sona bülbüllər. Gəlin, nəğmə deyin sözünün üstdə. Sizi mehman edər gözünün üstdə. Yığışın başına dəstəbədəstə. Coşsun, təbi gəlsin cana, bülbüllər. Ay sona bülbüllər, sona bülbüllər. Sizi yolunuzda, əridir canın. Gəlin nəğmənizlə qoşa d... | ANL |
Köhnə evinizdən varmı xəbərin? O gün qabağından keçəndə gördüm. Ot basıb qapını, tozdu hər yeri, Kimsəsiz yetimdi küçədə gördüm. Olsa da yazığın, yetimin biri, Evin bəziyirmiş küçəni gördüm. Qapı arasından baxdım içəri, Nə ananı gördüm, nə səni gördüm. Həmişə baxdığım saata baxdım, Sevgi tamamıydı, gözlərin aydın! Səni... | ANL |
Dağlardan gələn fəlsəfə. Görkəmli filosov, ictimai və dövlət xadimi, BDU-nin kafedra müdiri İzzət Rüstəmovun 80 illik yubileyinə. Dünya fəlsəfəsinin başlanğıcı hesab ediliən istər Şərq fəlsəfəsi və istərsə də Qərb fəlsəfəsinin yaradıcı dühaları həmişə öz mülahizə və fikirlərini təbiətə istinadən izah etmiş və onun fonu... | ANL |
Nə itirmisən o çardaqda? Məgər məni tapdığına sevinmirsən? Amma bu sevinci itirməkdən də qorxuram. Onun canını soyuq bir gizilti bürüdü; lakin özündə güc toplayıb ürəyindən keçənləri dilinə gətirdi: - Bilirsən... kişilər pul qazana bilməyəndə qadınların gözündə miskin görünürlər. Dünyada miskin görünməkdən pis şey yoxd... | ANL |
"Ən böyük rolum Cindir, taleyimlə barışmışam". Müsahibimizi təqdim etmək üçün vərdiş etdiyiniz bər-bəzəkli girişə ehtiyac yoxdur. Daha doğrusu müsahibəyə girişi Gənc Tamaşaçılar teatrının girişindəcə teatrın baş rejissoru Bəhram Osmanov verdi- "O kimdir ki, onunla müsahibə edirsiniz?" cümləsiylə başlayan, ömrünün çoxun... | ANL |
Onu görəndə təbəssüm qonur dost-tanışların, tanıyanların üzünə. Nədən ona bu qədər yaxın, lap yaxın olmaq istəyirlər? Məgər hər adama bu qədər can atarlarmı, məgər hər adama onun kimi dost, arkadaş demək olurmu? Yəni heç mən də bilmədim ötüb keçən bu qırx ildən çox uzun bir ömür yolunda. Yazıçı, publisist, millət vəkil... | ANL |
BİR HEKAYƏNİN SEHRİ. Tarix saxtalığı sevmir, tarix yalanı qəbul etmir, tarix uydurma hadisələri öz səhifələrində saxlamır. Tarixi şəxsiyyətləri, tarixi hadisələri olduğu kimi qəbul edir və öz səhifələrində həmin hadisələri necə var elə saxlayır. Tarix insan ruhu kimidir - bu tarixin qapısından həmişə mələklər daxil olm... | ANL |
"Zatən mənim nöqteyi-nəzərimcə Gəncə üsyanı quranlar millətə qarşı böyük xəta işlətmişlər. Bakıda məclisi-məbusan əzası imzaları ilə hökuməti şuralara tərk etdikdən sonra Gəncə hadisəsinə lüzum varmı idi?". Yusif Vəzir Çəmənzəminli. Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastand... | ANL |
Bir gün atandan yenə məktub aldım. O, Naseh təxəllüslü bir şairin şeirini də göndərmişdi. Şeir qayət dərəcədə xoşuma gəldi. Dərhal ona məktub yazıb xahiş elədim ki, həmin şairin nə qədər şeiri varsa göndərsin. Ancaq bir neçə gündən sonra Səhhətdən aldığım məktub məni heyrətdə qoydu. O yazırdı ki, şeirlərini "Naseh" təx... | ANL |
BİR HEKAYƏNİN SEHRİ. Bu romanda çox maraqlı məqamlar var. İsrayıl Ori ermənidir. Ori o dövrdə Rusiyaya çarlıq edən I Pyotrla (dəli Petro) tanış olur və Pyotrdan ruslar üçün Şərqə qapı olan osmanlı imperiyası ilə Səfəvi dövlətinə aid olan torpaqlarda erməni dövlətinin yaradılmasında, ermənilərə kömək etməsini I Pyotrdan... | ANL |
(əvvəli ötən saylarımızda). Səhər çağı Tokay Nodar Canidzenin kabinetinə girəndə sahibkar ayağa durdu, Tokayın qabağına yeriyib gülərüzlə onun boynunu qucaqladı, dedi: - Tokaycan, sən çox böyük igidlik eləmisən! Afərin! Belə bir müştərinin həyatını xilas etmək bilirsən nə deməkdir? Sən əsl igidsən! Sarpi səninlə fəxr e... | ANL |
BAĞIŞLA, ƏLİBOŞ GƏLDİM. Günlər yaman sürətlidi, Zakir müəllim. Səhər açılmamış axşam düşür. Günü günlə görüşdürmək, axşamı səhərlə tanış etmək yaman çətinləşib. Yerindən oyanıb əl-üzünü yuyub evdən çıxanda görürsən, neçə iş tökülüb qaldı, neçə görüş təxirə düşdü. Bax, onda ötən anlara, ötən günlərə doğrudan-doğruya təə... | ANL |
Qara xəbərin qorxusu. keçdi güllələr;. kömür-kömür oldu boylu zəmilər, - gündüzləri günəşli, gecələri aylı zəmilər, bürünüb isti çörək qoxusuna. Vətən torpağı. girdi əsgər Qədrin yuxusuna. diksinib güllə səsinə, iti süngüyə döndü Qədir, sancıldı düşmənin sinəsinə. Yaxılanda gözlərə. bu xəbərin acısı, hardan biləydi Qəd... | ANL |
(əvvəli ötən saylarımızda). Ay fırlanıb karvansaranın dəmir barmaqlı yanları uçmuş gözlüyünün bərabərində dayandı. O hər gecə süd işıqlı iyun ayını gözlərdi. İlin iki fəslində ona baxmaqdan, tamaşa etməkdən xüsusi zövq alardı: bir qışın oğlan çağında, bir də yayın ortalarında. Hər gecə dəmir barmaqlıqlar arasında gəlib... | ANL |
(əvvəli ötən saylarımızda). Tokay dənizi sevirdi; o, Manana ilə məhz bu dənizin sahilində tanış olmuşdu, ona öz ürəyini bu ləpələrin yuduğu daşlı sahillərdə açmışdı. Dəniz onun qəlbinin ən təmiz hisslərini dilə gətirmişdi və indi o, bu qara, mavi, ağ köpüklü sulara minnətdarlıq hissilə baxırdı. Gərək hər şeyi bax beləc... | ANL |
BİR HEKAYƏNİN SEHRİ. (əvvəli ötən saylarımızda). Bu Bağırovun Üzeyir bəyə, eyni zamanda sənətkarlara olan hörmətidir. Bu Bağırov kimi bir qəddarın, qəbul etsək də, etməsək də, hər halda, ürəyindəki işıqlı cəhətidir. Hörmətli yazıçımız Hüseynbala Mirələmov da bu hadisəni, necə deyərlər, "havadan götürüb yazmayıb", biz B... | ANL |
Hər bir cəmiyyətin inkişafı sevgiyə bağlıdır. Bugünkü qonağımız mənim hər zaman sevdiyim aktyorlardan biri olub. Onunla əlaqə saxlayıb qəzetimiz üçün müsahibə götürmək istədiyimi bildirəndə, buna çox məmnuniyyətlə razılaşdı. Müsahibə zamanı da bütün sualları dolğun və özünəməxsus şəkildə dürüst cavablandıran müsahibim ... | ANL |
Hər bir cəmiyyətin inkişafı sevgiyə bağlıdır. - Nurəddin bəy, indiyə qədər müxtəlif, çoxsaylı rollar oynamısınız. Oynadığınız həmin rolların daxilinizdən keçib getməsi, üst-üstə yığılması, xarakterinizə necə təsir göstərdi? Burda qarşılıqlı şəkildə ötürmə və götürmə prinsipi var. Amma indi bir məsələ də var ki, kimin x... | ANL |
Şeir təhlilləri. Hüseyn Cavid. Sarışın balkonun kənarında, Yazın atəşli zərbəsilə solub. Fəri uçmuş beş-altı saqsı çiçək, Gah bihiss, gah titrəyərək, Bəkləyir mavigözlü bir mələyin. Nurdan tökmə nazik əllərini. Həpsinin hüsni-pürqübarında. Artıyor hər dəqiqə hüzni-qürub;. Gələrək şimdi bir pəriyi-şəbab, Əldə bir dəsti ... | ANL |
"Səadət sevginin təməlindədi". Yaradıcı ömrün pillələri. "Yaradıcılıq insanın mənəvi məhsuludur". Müdrik sözü. Bax küknarın yarpağına, Qırov düşüb budağına, Dağların ağ duvağına, Bağlayasan gəlinbağı, Kim sevməyir bu növrağı?! Köhnə kişilər deyiblər ki, Qüdrət sahibi dünyanı yaradanda bu yerlərdən ilahi səxavətini əsir... | ANL |
Hər şey "Ana"dan başlamır... Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev həmişə mətbuatın gündəmindədi. İstedadlı rejissor, dəyərli alim, pedaqoq və çalışdığı sahənin incəliklərini mükəmməl bilən təcrübəli məmur kimi. Əliqismət müəllimin daha bir bacarığını özüm qəsdən lap sona saxlad... | ANL |
Son illərin ədəbi nümunələri sırasında hekayəyə maraq və diqqətin xeyli artdığının şahidi oluruq. Təəssüf ki, bu maraq və diqqət çox zaman keyfiyyət faktoruna aid olmur. Üstünlük əksər hallarda kəmiyyətindir, yəni çoxlu hekayə yazılır, nəşr edilir, amma "hekayə axını" heç də ciddi uğurların yaranmasına gətirib çıxarmır... | ANL |
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. V... | ANL |
(əvvəli ötən saylarımızda). SEMİNARİSTİN NAKAM ÖMRÜ. Gül budağına xar həris olan kimi, cavan müəllimlərə də bimürvət ciyər vərəmi hərisdir. Zülfüqar bəy Hacıbəyov Zaqafqaziya Müəllimlər Seminariyasına 1899-cu ildə qəbul olunmuş, 1904-cü ildə əla qiymətlərlə qurtarmışdır. Həmin ili Seminariyanı on yeddi nəfər azərbaycan... | ANL |
"Kitabı necə ələ götürməyi, vərəqləməyi bilmirik". Müşfiq XAN: "Hər bir ölkəni onun ədəbiyyatı yaradır, onun ədəbiyyatı qoruyur, onun ədəbiyyatı gələcəyə daşıyır". Bunlar Müşfiq XANın kitablarının adlarıdı. Ümidlərin izi ilə kitabını Şəmil Sadiqlə birgə yazıb. Detektiv janrda yazan Müşfiq XANın "Sonuncu hədiyyə" romanı... | ANL |
A.ABİYEV: "MÖHTƏŞƏM DÖYÜŞLƏR BOKSÇULARIMIZI GÖZLƏYİR". Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, millət vəkili, professor Ağacan Abiyev bizimlə söhbətdə bu fikri xüsusilə xatırlatdı. Son illər Azərbaycanda idmanın digər növləri ilə yanaşı, boksun inkişafına da böyük önəm verilir. Yəni ölkə ərazisində boks yük... | ANL |
O nə vaxtsa ədəbi əsərlərdə öz əksini tapacaq. Həmin gün Neftçalada xoş bir ovqat yaşanırdı. Bu da səbəbsiz deyildi. Çünki rayona onun ədəbi-ictimaiyyəti ilə görüşə ölkənin kifayət qədər tanınmış söz adamları, millət vəkilləri qonaq gəlmişdilər. Həmin qonaqların gəlişində isə əsas məqsəd artıq ölkə ictimaiyyətinin 90 i... | ANL |
Yusif Gədikli: "Azərbaycandan bəzi yazarlar kitablarını tərcümə etməyim üçün pul təklif etdilər, qəbul etmədim". Azərbaycan ədəbiyyatının türkiyəli tərcüməçisi və tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Yusif Gədiklinin APA-ya müsahibəsi. - Azərbaycan ədəbiyyatından yeni tərcümələr etmisinizmi? - Açıq deyim ki, s... | ANL |
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. V... | ANL |
Vahid Məmmədlinin imzası artıq Azərbaycan oxucularının çoxuna tanışdır. Beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru olan, ədalət keşikçisi tək hal-hazırda prokurorluq sistemində çalışan Vahid Məmmədli bir yazıçı kimi də məşhurlaşmağa başlayır. O, Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatın... | ANL |
Adətən hər hansı bir mövzuda yazı yazmaq istəyəndə bir neçə gün öncə içimdə bir götür-qoy edirəm. Necə deyərlər, bəmdə, zildə gəzişirəm. Yazacağım mövzunu özümlə gah dağa aparıram, gah da aranag özümü də kökləyirəm, mövzunu da. Sonra hardansa ilahi bir işıq düşür, bir ip uzanır və mən də o işıqdan, o ipdən tutub özümlə... | ANL |
Şeir təhlilləri. Mirzə Ələkbər Sabir. Neylərdin, İlahi? Daş qəlbli insanları neylərdin, İlahi?! Bizdə bu soyuq qanları neylərdin, İlahi?! Artdıqca həyasızlıq olur el mütəhəmmil, Hər zülmə dözən canları neylərdin, İlahi?! Məzlumların göz yaşı dərya olacaqmış, - Dəryaları, ümmanları neylərdin, İlahi?! Bağın, əkinin xeyri... | ANL |
Sənətkarların faciəli taleyi. İsti güllədən, iti bıçaqdan, bumbuz biganəlikdən ölən aktyorlar haqqında tamaşa. Xalq yazıçı Elçin teatrlarımızla ən sıx yaradıcılıq əlaqələri saxlayan müəlliflərdəndi. Xarici ölkələrdə də Elçinin dramaturgiyasına böyük maraq var. İngiltərənin, Rusiyanın, Türkiyənin müxtəlif teatrları tanı... | ANL |
FƏXRİ MÜSLÜM. Oxucuların və ədəbi ictimaiyyətin yaxından tanıdığı şair Fəxri Müslümün bu günlərdə 65 yaşı tamam olur. Bu münasibətlə biz şair dostumuzu ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzu etməklə yanaşı, onun son şeirləri ilə özünə də, oxuculara da şeir boxçası hədiyyə edirik. Zəncir kimidi ... | ANL |
Gecə yarıdan keçmişdi. Çadır düşərgəsində itlərin tənbəl-tənbəl hürüşməsindən başqa heç bir səs-səmir yox idi. Xaçın çayın qıjıltıyla axan suyunun səsi uzaqdan belə eşidilirdi. Ay, gəlin kimi bəzənib aləmə işıq saçırdı. Aradabir İsaq-Musaq quşlarının səsi gəlirdi. Ta qədimdən onlar bir-birini haraylayırdılar. Bax belə ... | ANL |
Sən qəmin əlçatmaz yuvasını tap, Dərdin məlhəmini, davasını tap. Axtar öz dünyamın havasını tap - Mənim sümüyümə düşməz bu hava. Viranə könlümdə gül əkənə bax, Qarşımda dikələn pilləkənə bax. Yolumu bağlayan çiləkənə bax - Mənim sümüyümə düşməz bu hava. Özüm də bilmirəm nəçiyəm, kiməm. Dirilik suyunda gərək ta çiməm. A... | ANL |
"Mənim sevimli dəlim" Londonda. "Tristan Bates" teatrında Londonda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin (AZICS) və ALOFF teatrının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Baş nazirin müavini və Azərbaycan xalq yazıçısı Elçin Əfəndiyevin "Mənim se... | ANL |
Folknerdən yazarlara məsləhətlər. Nobel mükafatçısı yazar Uilyam Folkner deyir: "Öz səhvlərinizdən nəticə çıxarmağı öyrənməlisiniz. Bir insan ancaq öz səhvlərindən nə isə öyrənə bilər. Yaxşı yazıçı heç kimin ona tövsiyə verəcək qədər yaxşı olmadığına bilməlidir". Kulis.Az yazıçşının müxtəlif mühazirələrinin videoları ə... | ANL |
"Hakimiyyət mexanizm tapmalıdır". Fərəc Quliyev: "Ayrılan vəsait kommunal xərcləri ödəmək, aparatı saxlamağa belə yetmir". Müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevdir. - Fərəc bəy, qarşıdan prezident seçkiləri gəlir. Seçki öncəsi siyasi situasiyanı necə dəyərləndirirsiniz? Hər... | ANL |
Türk şeİrindən seçmələr. | ANL |
Çok küçük bir yalanı. | ANL |
Beş yaşlı ədəbi dərgi. Nəşrə başladığı ilk günlərdən oxucuların rəğbətini qazanan "Mingəçevir leysanı" jurnalının bu günlərdə işıq üzü görən iyirminci sayı ilə beş yaşı tamam olmuşdur. Hər rübdə bir dəfə ədəbiyyatsevərlərin görüşünə gələn ədəbi dərginin yeni sayında da çeşidli ədəbi janrlarda qələmə alınan yazılar yer ... | ANL |
Oxucuya doğru gedən yeni kitab. Bu günlərdə mənə yeni bir kitabın çapa hazırlanan səhifələrini oxumaq nəsib oldu. Doğrusu, hələ mətbəə yolunda olan bu vərəqləri oxumağa başlarkən ürəyimdən qəribə hisslər gəlib keçdi. O hisslərin bir ucu təbii ki, xatirələrə gedib bağlanırdı. O xatirələr ki, onun əlifbəsı doğulduğum el-... | ANL |
ŞAİRİN İLK KİTABI, TUTARLI QƏLƏMİ. Mən, əlimə hər hansI bir yazarın ilk dəfə işıq üzü görmüş bir kitabını götürüb kitabla ilk tanışlıq üçün onu vərəqləməmişdən əvvəl xeyli həyəcan keçirirəm. Ürəyimdə dua edirəm ki, bu kitab bir oxucu kimi həm mənim, həm də bütün kitabsevərlərin könlünü oxşayıb, etimadını doğrulda... Bu... | ANL |
İLLƏR BİZİ SINAĞA ÇƏKİR... Hər il ötdükcə onların ürəyində bir ümid göyərir. Bir ümid göyərir ki, bu insanlar yenidən öz doğma yurd-yuvasına dönəcəklər. Ürəklərdəki arzular tükənmək bilmir, illər isə bu insanları sınağa çəkməkdədir. Amma onların qəlbindəki, ürəyindəki ümidi və sevgini heç kim unutdura bilməz. Nə zamanı... | ANL |
Amaliya Pənahova: "Bütün seriallarımızın dili qüsurludur". Xalq artisti Amaliya Pənahova ilə müsahibəsi. - Amaliya xanım, Azərbaycan tamaşaçısı sizi professional kino və teatr aktyoru kimi tanıyır. Bir aktrisa olaraq Azərbaycan mədəniyyətində gördüyünüz işlər, göstərdiyiniz xidmət misilsiz və danılmazdır. Səhv etmiriks... | ANL |
Şuşalılar “Dolu”nu ayaq üstə alqışlarla qarşıladılar. Aqil Abbas: “Qarabağ uğurunda savaşa da əlimdə avtomat sizinlə birgə gedəcəyəm”. Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimi Birliyi 60 illik yubileyi və "Şöhrət” ordeni alması münasibəti ilə yazıçı, millət vəkili Aqil Abbasla Şuşa ictimaiyyətinin görüşünü təşkil ed... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.