text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Pisliyə, yaxşılıqla cavab verən insanam. Bugünkü qonağımız görkəmli xanəndəmiz, respublikanın xalq artisti Səkinə İsmayılovadı. - Səkinə xanım, sənətdə həmişə seçilən, sevilən başqa həmkarlarınızdan fərqlənən bir xanəndə olmusunuz. Bir sənətkar kimi bu qədər sevgiyə, məhəbbətə necə nail olmusunuz? - Sənətdə fərqli olma...
ANL
Fransız ədəbiyyatının əfsanəsi. Keçən əsrin 70-ci illərində ünlü fransız yazıçısı Romen Qari ciddi tənqidlərə tuş gəldiyi ərəfədə Fransada hər kəs ədəbiyyatda uğurlu addımlar atan Emil Ajardan danışırdı. Emil Ajar fransız ədəbiyyatında qəfildən peyda olsa da, tez bir zamanda parlamağı, oxucuların sevimlisinə çevrilməyi...
ANL
Azərbaycanı heç nə kino qədər azərbaycanlılaşdıra bilməz! Bu gün kino Azərbaycanca danışmalıdır! Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində dövlətimiz dünyada və regionumuzda gedən proseslərin qarşısında durmaq yox, proseslərə təsir etmək imkanı qazanıb. Selin qarşısında durmaq yox, selin istiqamət...
ANL
Ümummilli lider Heydər Əliyev və Azərbaycan əhalisinin sosial müdafiəsi. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb və unudulmayıblar. B...
ANL
"Dolu" Şimali Kiprdə də nümayiş etdirildi. Yazıçı, deputat Aqil Abbasın "Dolu" romanı və onun əsasında çəkilmiş film Şimali Kiprdə də nümayiş etdirildi. Yakın Doğu Universitetinin minlərlə tələbəsi filmi seyr etməyə qatıldı. Dünən Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbas Yakın Doğu Universitetində azərbaycanlı t...
ANL
Şeir təhlilləri. Mirzə Ələkbər Sabir. Ata nəsihəti. Gündüz, gecə səy eyləyibən dərsə alışma, Canın tələf oldu! Bu şəhridə çoxdur, görürəm, elm oxuyanlar, Onlar nə tapıblar? Divanədilər malını bu yolda qoyanlar, Guya ki, yatıblar. Rəngin saralıb axırı rəncur olacaqsan, Bağrında yağ olmaz. Çoban-çoluq oğlu bəy ilə bahəm ...
ANL
Gedəndə özləri ilə yaxından-uzaqdan tanıdığımız, ətrafımızda görməyə alışdığımız insanları da özləri ilə aparırlar. Tariyel Vəliyev də ötən il belə günlərin birində, belə günlərin birinə qoşulub getdi. Bir ildir ki, ailədə, çalışdığı telekanalda, dərs dediyi ali məktəbdə yeri görünür. Müsahibələrinin birində "Mən telev...
ANL
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. V...
ANL
Təzə-təzə yetişirik ərsəyə, Ana, bizə indən belə gərəksən, Zəhmətinin bəhrəsini görməyə, Ana, bizə indən belə gərəksən. Evimizin nəbzi kimi vurmağa, Neçə-neçə toy məclisi qurmağa, Gecə-gündüz qulluğunda durmağa, Ana, bizə indən belə gərəksən. Hamımızı başıuca görməyə, Dar ayaqda ürək-dirək verməyə, Taleyini nəvə-nəvə h...
ANL
Bu gün-bu maddiləşmiş dünyada əsrlər boyu mənəvi sərvət kimi anılan və sevilən poeziyanın durumunu düşünəndə səni bir az bədbinlik hissi çulğalayır. Fikirləşirsən ki, indi keçən əsrdə olduğu kimi şeiri sevmirlər, oxumurlar və şeir ötən əsrdəki kimi təbliğ olunmur. Amma çox tezliklə bu hisslər səni tərk edir. Böyük "nik...
ANL
Çoxdandır ki, ürəyim qəribə duyğuların, hisslərin əlində qalıb. Nə qədər çalışsam da o duyğuların, o hisslərin əlindən təkcə ürəyimi deyil, bütövlükdə yaxamı da qurtara bilmirəm. Çünki onlar o qədər doğma duyğular, hisslərdi ki, onlardan qurtulmaq üçün bircə yol var: o da özümdən qurtulmaqdır. Təbii ki, özümdən qurtulm...
ANL
Çörək xırçıltısı. Bu gün Elnur anasına hədiyyə almaqdan ötrü səhər tezdən yuxudan durmuşdu. Yuxuda çox qarmaqarışıq şeylər görmüşdü. Müharibə, tankların, topların uğultusu, şəhid olan silahdaşlarının qışqırıqları bu gün səhərəcən onu rahat buraxmamışdı. Dəhşətli yuxunun təsiri, bu günün həyəcanı ona bərk sirayət etmişd...
ANL
Paytaxt rabitəsinin intibah dövrü Ümummilli liderin adı ilə bağlıdır. BEYTULLA HÜSEYNOV, Bakı Telefon Rabitəsi. İstehsalat Birliyinin baş direktoru. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə dövlətin elektron xidmətlərinin yaradılması, onun yenidən formalaşdırılması müasir dövrün tələbidir. Cəmiyyə...
ANL
Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var...
ANL
Ağlamırsan, hayqırırsan, Saatı, dəqiqəni, Billur qab kimi, çilikləyirsən. Evi silkələyirsən. Mübarəkdir gəlişin. Billursan;-ağlamırsan, Körpə, cingildəyirsən, Bahar günəşi kimi. Qışı zəncirləyirsən. Müqəddəssən! İsadan və Musadan, Məhəmməddən ulusan. Sən, bütün millətlərin, Yerin peyğəmbərisən;. Allahla söhbətləşib. su...
ANL
Azərbaycan tarixinin bütün səhifələrində maraqlı, yaddaqalan və xalq üçün yaşayan insanların izlərinə rast gəlmək mümkündür. Lakin bu tarixdə elə bir şəxsiyyət yaşayıb-yaratmışdı ki, onun həyatının hər bir anı xalqımızın bütün tarixinin səhifələrində özünü ifadə edibdir. Yəni hakimiyyət sükanı arxasında olduğu bütün za...
ANL
Sərkərdənin ölümü, döyüşdən qaçan "Rembo", qırıq pulemyotun yandıran hekayəti... Qarabağ müharibəsinin gerçək hekayətlərini Lent.az-a və "Ədalət"-ə kəşfiyyatçı Rey Kərimoğlu yazır. Layihə: "Kəşfiyyatçının xatirələri". Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləm...
ANL
Həyatda qazandıqlarımda kitabların çox böyük rolu olub. Ta uşaqlıqdan oxuduğum nağılların qəhrəmanları həyatımın formalaşmasında əl ağacım olub. Sonralar Azərbaycan və dünya ədəbiyyat nümunələri yol yoldaşıma, tale sirdaşıma çevrildilər. Orta məktəbdə oxuyanda məktəb kitabxanasında oxumadığım kitab qalmamışdı. Hətta el...
ANL
Mərahim Fərzəlibəyov: "Bu gün müasir dramaturgiyaya ehtiyac var". Tanınmış rejissor, Xalq artisti Mərahim Fərzəlibəyovun müsahibəsi. - 32 il çalışdığınız Akademik Milli Dram teatrından niyə getdiniz? - Bildiyiniz kimi hazırda bütün sahələrdə islahatlar aparılır. Teatrlarda da islahatlar aparmaq lazım idi. Akademik Mill...
ANL
ŞƏRƏFLİ ÖMÜR YOLU. Orta məktəbdə dəqiq elmləri yaxşı bilsəm də, IX sinifdə birləşmiş şagird və müəllim ilk komsomol təşkilatının katibi seçiləndən sonra birdən-birə hüquqşünas olmaq həvəsinə düşdüm. hüquq fakültəsinə gətirib çıxardı. O zamana qədər mən Seyfulla Əkbərovu tanımırdım. Hüquq fakültəsində oxuduğum illərdə S...
ANL
"Sahibkarlığın inkişaf etdirilməsi bizim strateji yolumuzdur". Ümummilli lider Heydər Əliyevin sahibkarlığın inkişafında rolu danılmazdır. Bu danılmaz bir faktdır ki, Azərbaycanın bugünkü inkişafı, regionda lider dövlətə çevrilməsi məhz ümummili lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində baş verib. 1990-cı il...
ANL
Bir neçə dəqiqədən sonra qonşumuz Teyyub və başqa bir cavan oğlan xərəkdə ağır vəziyyətdə olan Sakif müəllimi həmin maşının içərisinə qoydular. Sakif müəllimin çöhrəsi ağarmışdı. Hiss olunurdu ki, vəziyyəti o qədər də yaxşı deyil. Həkimlərlə ayaqüstü söhbət elədim. Dedilər ki, qonşunuzun vəziyyəti çox ağırdır - o, infa...
ANL
Həmidə Ömərova: “Rejissorlar potensialımın vacib cəhətini hələ də görmürlər”. Xalq artistiHəmidə Ömərovanın Milli.Az-a verdiyi müsahibən Adalet.az təqdim edir. Görünüşüm də əsl utancaq azərbaycanlı qızının görünüşü idi - uzun hörüklərim var idi. Bütün fənlərdən əlaçı idim, amma bir dəfə də olsun, etüd göstərməmişdim. B...
ANL
Alim ömrü bambaşqadı, müəllim ömrü başqa. Yalnız həyatda ən uğurlu, ağıllı insanlar bu iki ömrü birləşdirir, vəhdət şəklində yaşaya bilir. Daha doğrusu, bir alim ömrünü yaşamaq naminə gərək bir insan ömrünü girov qoyasan. Alim - həm hərfi mənada, həm də elə böyük anlamda müəllimdi, eyni zamanda öyrətmək eşqiylə daim ür...
ANL
"Dolu"nu əsgəri xidmət kimi qəbul elədim. Bugünkü qonağımız çox istedadlı insan, bir neçə uğurlu filmlərin, eləcə də Qarabağ müharibəsi haqqında çəkilmiş ən yaxşı filmlərdən biri olan "Dolu" filminin rejissoru Elxan Cəfərovdu. - Elxan bəy, sizi ilk dəfə kinoya gətirən məhz aktyorluq məharətiniz olmuşdur. Lakin sonradan...
ANL
Heydər Əliyevin yubileyi MTN-də qeyd olundu. Ziya Yusifzadə: "Azərbaycanın dövlətçiliyini qurub-yaradan ulu öndər Heydər Əliyevi böyük siyasətə aparan yol təhlükəsizlik orqanlarından başlanmışdır". Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasi ...
ANL
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. V...
ANL
Ağasəfanın "Göydələndən baxan uşaq" və "Bir dəqiqəlik sükut" poemalarında onun şairlik təbiətinin başqa bir xüsusiyyəti də diqqəti cəlb edir. Bu da onun ictimai mövqeyidir, şair rastlaşdığı, üz-üzə gəldiyi, müşahidə etdiyi həyat hadisələrinə, neqativ hallara münasibətini bildirir, bəzən ironiya ilə, bəzən lap açıq şəki...
ANL
Dünya xalqları, mədəniyyətləri arasında nizam yaratmaq missiyasını hələ yaradılışın ilkin mərhələsindən əbədi tale kimi qəbul edən türklər bu taleyin cızdığı yolda əsrarəngiz tarix yaratmışlar. Türklərin tarix boyu dünyaya açıq olmaları, dünya ilə fəal münasibətləri yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli x...
ANL
BİR SƏSƏ QOŞULUB GƏLDİM. Bəsti xanım Sevdiyevanın doğum gününə. Bu yazını beş il bundan öncə yazmışam. Amma dünyada, həyatda elə şeylər var ki, ona mütləq inanmaq lazımdır. Çünki həmin o qeyri-adi, gözlənilməz, gözə görünməz olan varlıqmı deyim, möcüzəmi deyim, sirmi deyim, hər nədisə bilmirəm, o, insana Allahın hökmü,...
ANL
Şeir təhlilləri. Filologiya üzrə fəlsəfə doktoru. Cəfər Cabbarlı. Azərbaycan bayrağına. Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım, Şu sevimli üç boyalı, üç mənalı bayrağı. Mələklərin qanadımı üzərimə kölgə salan? Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı? Çiçək solur, otlar yerdə tapdanır. Fəqət bizim bayrağımı...
ANL
Bəzən verilən ilkin ad böyüyəndə sahibinə əsla yaraşmır. Nə qədər Qoçaq var ki, həddi-buluğa çatanda qorxaq kimi tanıyıb. Nə qədər Böyükağa var ki, kiçiklərə boyun əyməkdən beli bükülüb... Amma elə insanlar da var, doğulanda aldığı ad elə bil ömür yolunun bələdçisinə dönüb, məramı olub, varlığıyla daşıdığı adın məna yü...
ANL
Görən kimdir müqəssir? Məşq edən yaradıcı qrup bu sualın cavabını bilir, lakin açıqlamaq istəmir. Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində məşq gedir. Rejissorun tapşırıqlarını yerinə yetirən aktyorları deyəsən axı mən başqa teatrda görmüşəm. Əməkdar artist Çingiz Əhmədov, aktyorlar Ələkbər Əliyev, Hüseyn və Gültac...
ANL
Astanada qalmışam. Doğrusu, sərhədlərimizi keçməyi xoşlamıram. Əsasən də inkişaf etmiş şəhərlərdə olandan sonra qayıtdığım Bakı ən azı 3 gün əsəblərimdə kəndirbazlıq edir. Müqayisələri uğursuz sayan adamdan soruşardım, başqasının geyimini görəndə beyninə ilk daxil olan informasiya hansıdı? Əlbəttə belə cavab verərdi: "...
ANL
Dünyanın iqtisadi-siyasi xəritəsində öz layiqli yerini tutan Aaərbaycanımız haqqında indi danışmaq istəməyənlər də danışmağa məcburdur. Uğurlu siyasətin əsasını təşkil edən iqtisadi durum, iqtisadi qüdrət isə elə-belə yaranmır. Təbii sərvətlərlə zəngin ölkəmizin iqtisadi vəziyyətini, yüksəlişini təmin edən həm də respu...
ANL
Məmməd Arazın hər cümləsi bir obrazdır. İradə Tuncay: “Yeni nəsilin Məmməd Araz marağı təbii qarşılanmalıdır”. Bugün Respublika İncəsənət Gimnaziyasında xalq şairi Məmməd Arazın 80 illiyi ilə bağlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə Məmməd Arazın həyat qoldaşı Gülxanım Fətəliqızı, qızı İradə Tuncay, millət vəkili, ...
ANL
Azərbaycana həyatı bəxş edən lider. "Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolu danılmazdır". Dünya Su Forumu həyəcan təbili çalır. Forumun keçirilən iclaslarından sonra qəbul olunan qərarlarda göstərilir ki, bir sıra ölkələr yaxın zamanlarda içməli su problemi ilə üzlə...
ANL
Kremlə sancılmış türk bayrağı. Kremlə sancılmış türk bayrağı - Heydər Əlirza oğlu Əliyev sonradan bütün türkdilli dövlətlərin bayrağına çevrildi. Bilmirəm, nədənsə hər dəfə ümummilli liderimiz Heydər Əliyevi xatırlayanda yadıma Ramiz Rövşənin bu misraları düşür: Kimini tale səsləyir, Kimi bəxtə-bəxt doğulur. Dünyaya hə...
ANL
Tənqidimizin Vaqifi. Bədii sözü sevmək və sevdirmək istedadı. Müasir Azərbaycan nəzəri-estetik fikrinin sayılıb-seçilən nümayəndələri haqqında düşünərkən dərhal yadımıza Bəkir Nəbiyev, Yaşar Qarayev, Asif Əfəndiyev, Arif Abdullazadə, Akif Hüseynov, Şamil Salmanov, Qurban Bayramov kimi görkəmli tənqidçi və ədəbiyyatşüna...
ANL
Gənc komandirin ölümü, direktor oğlunun bəxti, polkovniksiz ilk döyüş... Qarabağ müharibəsinin gerçək hekayətlərini Lent.az-a və "Ədalət"ə Rey Kərimoğlu yazır. Layihə: "Kəşfiyyatçının xatirələri". Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə b...
ANL
Neftçala yeni inkişaf mərhələsində. 2012-ci ilin fevral-dekabr aylarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə Kür çayının məcrasının dərinləşdirilməsi məqsədi ilə lilsoran qurğulardan vurulan lil qarışıqlı suyun yığılması və çökdürülməsi üçün Neftçala rayonunun Bankə qəsəbəsində Dövlət Torpaq Fondundan ...
ANL
İsti yay günlərindən baş götürüb paytaxtdan əyalətlərə gələnlərin sayı indi qat-qat çoxdur. Bürkülü istidən qurtulmaq, gecələri dağlarda, bulaq başında keçirmək, sərinləmək istəyi təbii hissdir. Bu təbii hissi təbiətin qoynunda, doğmalarla, dostlarla paylaşmaq isə ən gözəl istirahətdir. Bakıdan cənuba uzanan avtomobil ...
ANL
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovun Kulis.az-a müsahibəsi. - Yusif müəllim, Mədəniyyət və Turizm Nazirliyinin kino siyasətinin əsas prinsipləri nədən ibarətdir? - Əvvəlcə ordan başlamaq lazımdır ki, bizim kino çox böyük problemlər qarşısında qalıb. Düşüncə səviyyəsi ...
ANL
Rabitə xidməti öncül yerdədir. Masallı rayon sakinlərinin daha çox öyündükləri və hər zaman qürur duyduqları infrastrukturlardan olan rabitə və kommunikasiya xidməti doğrudan Masallıda inkişaf etmiş sahələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ili "İnformasiya-Kommunikasiya Texnologi...
ANL
ŞEİRİMİZDƏ QARABAĞ. Böyük ədəbiyyat, Əlahəzrət Söz yalanı sevmir. Çexovun bir fikrini xatırlayıram: "İncəsənət elə onunla əhəmiyyətlidir ki, onda yalan qırıldatmaq olmaz. Məhəbbətdə, siyasətdə, təbabətdə yalan danışmaq, adamları aldatmaq olar, cənab Allahın özünü də aldatmaq olar, belə hallar çox olmuşdur, lakin incəsə...
ANL
O YUXUNU BİR DƏ GÖRMÜRƏM... Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA ,QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlli verici şeylər yaşanmışd...
ANL
60 yaşlı pirotexnik Vaqif Qurbanovun ilk müsahibəsi. Vaqif Qurbanov milli kinematoqrafiyamızın sıra nəfərlərindən biridi. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən bədii filmlərin əksəriyyətində onun əməyi var. Təcrübəli və təvazökar pirotexnik kadr arxasında qalsa da, bəzən adı titrlərdə g...
ANL
"ŞAİR HADİSƏLƏRİN BAROMETRİDİR". Zəlimxan Yaqubla bir könül söhbəti. Ötən şənbə qəzetimizin əməkdaşı Əbülfət Mədətoğlu xalq şairi Zəlimxan Yaqubun qonağı oldu. Öncə haradan bu misralara kökləndiyimi anlaya bilmədim. Mətbuatdan xalq şairi Zəlimxan Yaqubun on üç cildliyinin çap olunduğu barədə xəbəri oxuyanda, o misralar...
ANL
QOBUSTAN: BOZ DAĞLARIN YENİ HƏYAT ŞƏRQİSİ. Ucqarların xoş taleyi. Məlum olduğu kimi iyul ayının 18-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmiş, ölkəmizdə gedən sosial...
ANL
QOBUSTAN: BOZ DAĞLARIN YENİ HƏYAT ŞƏRQİSİ. Heç bir içməli su mənbəyi olmayan, yarandığı gündən içməli sudan korluq çəkən Ərəbqədim, Göydərə kəndlərinin içməli su ilə təmin edilməsi üçün 9 km-lik xəttin çəkilməsinə başlanılmış, artıq 7 km xətt çəkilmişdir. Yaxın aylarda bu iş başa çatdırılacaqdır. Növbəti aylarda Qobust...
ANL
Göyçay rayonu son vaxtlar ildən-ilə deyil, aydan-aya, bəlkə də gündən-günə yeniləşir, bütün istiqamətlər üzrə inkişaf edir. Məşhur güleyşə narı və xan çinarları ilə həmişə diqqət mərkəzində olan qədim-müasir Göyçay indi başqa bir istiqamətdə mövcud rəmzlərinə qovuşur. Rayon mərkəzinin, Göyçay şəhərinin urbanik inkişafı...
ANL
Hesabat dövründə abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində xeyli işlər görülmüşdür. Şəhərin mərkəzində bayraq meydanının tikintisi və abadlaşdırılması işləri başa çatdırılmış, H.Əliyev prospektində çoxmənzilli yaşayış binalarının, Göyçay bələdiyyəsinin inzibati binasının fasad hissələrinin müasir tələblər səviyyəsi...
ANL
SÖZ HAVASI ÜSTƏ. Hərdən sözdən qaçmaq istəyirəm. Kağızı, qələmi görmək, onun yanında durmaq, onun hənirini hiss etmək məni əməlli-başlı əldən salır. Çünki söz Allahın yaratdığıdı və mənə görə, ən böyük söz elə Allahın öz adıdır və üstəlik də içimizdə bir Allah xofu olduğundan bütün sözlərdən qaçmaq mümkün olsa da, həmi...
ANL
KÜRDƏMİR: ARZULAR GERÇƏKLƏŞİR. Köhnə bazar öz missiyasını necə başa vurdu? Keçən əsrin əvvəllərindən üzü bəri məhz dəmiryolu, Kürdəmir stansiyasının tikintisi və bütün bunların primitiv görkəmli mövcudluğu rayon mərkəzini uğursuz bir əraziyə çəkdiyindən bu yerlərin bir şəhər kimi formalaşması uzun onilliklər boyu çətin...
ANL
KÜRDƏMİR: ARZULAR GERÇƏKLƏŞİR. Cari dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir. Taxıl istehsalının artırılması tədbirləri daim diqqət mərkəzindədir, bu sahədə ardıcıl işlər görülür. 36830 hektarda əkilmiş taxıl sahələri aqrotexniki...
ANL
KÜRDƏMİR: ARZULAR GERÇƏKLƏŞİR. (əvvəli ötən saylarımızda). Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılmışdır. Ötən ilin birinci rübündən sonra rayonda geniş vüsət almış quruculuq-abadlıq işləri bu ilin birinci rübündə də sü...
ANL
Səndən doymaq olarmı, həyat sən nə şirinsən! Ancaq hamının deyil, sən həyatın qədrini. yalnız bilənlərinsən!.. Bu həyat düsturu olan qızıl misraların müəllifinin kim olduğunu hər kəsdən soruşsan, inanmıram ki, "Bəxtiyar Vəhabzadə" cavabını almayasan. O həyatı elə bezdiyi qədərində də sevir, yaş üstünə yaş gəldikkcə isə...
ANL
Millətçiliyin gələcəyi. Gələcəyi varsa, güləcəyi də var. Millətin mövcudluğu onun uğurluğudur. "Vətənə məhəbbət - mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir. İnsan cəmiyyətinin inkişafı prosesi təbiətin inkaredilməz və yenilməz qanunudur. Bu proses dünyanın cürbəcür ...
ANL
Sənətin izi ilə... Azərbaycan təsviri sənətində elə sənətkarlar var ki, həyat və yaradıcılığı ilə yaxından tanış olmağımıza baxmayaraq, onlar hələ də açılmamış kitab səhifəsinə bənzəyirlər. Yaratdıqları əsərləri tamamlamaqla onlar əslində sonu deyil, başlanğıcı ifadə edirlər. Belə tanınmış rəssamlardan biri də Azərbayc...
ANL
“Milli-mənəvi dəyərlərin qorunması və yaşadılmasında orta təhsilin rolu böyükdür”. Tural Hümbətov: “Bu gün gənclərimiz istər tarixlərinə, istərsə də dövlətçilik və mədəni irslərinə hörmətlə yanaşır”. Şərqi Avropada Təhsil Alan Tələbə və Məzunlar İctimai Birliyi 2011-ci ildən fəaliyyətə başlayıb. Adından da göründüyü ki...
ANL
“Türkiyədə ölkəmizlə bağlı həqiqətləri yaymağa çalışırıq”. Sara Əliyeva: “Elmi işimin Türkiyə hissəsini bitirmişəm, Azərbaycanla bağlı hissəsini bitirdikdən sonra Ankarada müdafiə etmək istəyirəm”. Ölkədə təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların...
ANL
QƏDİM MÜASİR ŞAMAXI. Rayon iqtisadiyyatında kənd təsərrüfatının mühüm yeri. Məlum olduğu kimi, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin altı ayı ərzində bu sahədə 19,1 milyon manatlıq məhsul istehsal edilmişdir. Qeyd olunmalıdır ki, istər məhsul istehsalının ...
ANL
Hacıqabul çiçəklənən ömrünü yaşayır. Paytaxtdan qərbə - qonşu Gürcüstan Respublikasına uzanan, həm avtomobil, həm də dəmir yolunun sağ və sol sahilində qərarlaşmış Hacıqabul rayonunun təşkil olunmasından 23 ildən çox vaxt keçir. Planlı təsərrüfat sistemindən tam yeni bir iqtisadi formaya keçən respublikada yeni yaranmı...
ANL
Hacıqabul çiçəklənən ömrünü yaşayır. Hacıqabulda gənc nəslin təlim-tərbiyəsinə, xüsusən təhsilinə çox böyük diqqət verilir. Rayonda fəaliyyət göstərən 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə "Təhsil Qanunu"nun həyata keçirilməsində fəal rol oynamağa çalışırlar. Ötən müddət ərzində rayon Təhsil şöbəsi tabeliyin...
ANL
İKİNCİ DÖNƏM: İSA İSMAYILZADƏ. Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmı...
ANL
("Bölgələrdə ədəbiyyat" silsiləsindən). Saqif Qaratorpaq Azərbaycanın şair yetirən, böyük söz ustadları ilə qürur doğuran Qazax rayonundandır. Əlli yaşına oktyabr ayında yetişəcək Saqifin otuz il şeir yazmağına baxmayaraq cəmi iki kitabı işıq üzü görüb. Deyilənə görə çox mədəni, abırlı-həyalı, utancaq bir adamdı. O böl...
ANL
Şirvan şəhər İcra Hakimiyyəti, hüquq-mühavizə orqanlarının rəhbərləri, şəhər ziyalıları və fəalları tədbirə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoymaqla başlamışdır. Sonra tədbir Şirvan şəhərin girişində, xeyli hündürlükdə yerləşən Bayraq Meydanında davam etdirilmişdir. Tədbir iştirakçıları və qonaqlar 50 ildə ...
ANL
"Pirotexniklər bircə dəfə səhv edir". Təcrübəli pirotexnik Əlibala Məmmədov niyə davamçı yetişdirə bilmir? Əlibala Məmmədov otağın qapısını açıb bizi içəri buraxır. Kənar şəxslərin otağa daxil olması yasaqlansa da "Ədalət"in əməkdaşına istisna hal kimi icazə verilir. Səliqə ilə düzülən avtomatları, tapançaları, pulemyo...
ANL
ZAQATALA: İNKİŞAFIN VƏ GÖZƏLLİYİN TƏNTƏNƏSİ. İnamlı olmaq səlahiyyəti. İyul ayının ortalarında yolu Zaqatalaya düşənlər bu gözəl şəhərdə küçələrin nə gündə olduğunu görüb verilən proqnozlara şübhə ilə yanaşırdılar. Su-kanalizasiya xətlərinin çəkilişi, bir sıra binaların əsaslı təmiri və ya fasadlarının müasirləşdirilmə...
ANL
ZAQATALA: İNKİŞAFIN VƏ GÖZƏLLİYİN TƏNTƏNƏSİ. Çoxistiqamətli tikinti işləri davam edir. Keçid obyektləri olan rayon Hərbi Prokurorluğunun, rayon Polis şöbəsinin və Qaz İstismar Sahəsinin yeni inzibati binalarının, Zaqatala şəhərində 500 nömrə tutumluq elektron ATS binasının, Yeni Suvagil və Göyəm kəndində sahə baytarlıq...
ANL
Maestro Niyazinin ailə dramı. Bura Azərbaycanın dahi incənət xadimi, Maestro Niyazinin ev-muzeyidir. Ev-muzeyin tarixçəsi. Sonradan bu mənzilə köçüb. Digər 2 otaq isə ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Niyazinin ev-muzeyi onun şəxsi əşyaları və yaradıcılıq qalereyası ilə zəngindir. Burada bə...
ANL
ZAQATALA: İNKİŞAFIN VƏ GÖZƏLLİYİN TƏNTƏNƏSİ. (əvvəli ötən saylarımızda). Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamının icrası olaraq cari ilin I yarısında 6061,77 ha buğda sahəsinin becərilməsinə görə 242470 manat subsidiya verilmiş, kənd tə...
ANL
"Ömrün qatarı" kitabı barəsində düşüncələrim. Bu günlərdə mənə bir kitab bağışladılar. Açığını deyim ki, kitabın tərtibatı, xüsusilə üz qabığı... rəssamın məharətlə işlədiyi bu üz qabığı məndə nostalji hisslər oyatdı...gPəncərəyə yağan yağış, qaranlıqla işığın bir-birinə qarışması, damlaların səsi və bir də yağış altın...
ANL
Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: GERİYƏ BAXMA, QOCA... Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. ...
ANL
ŞEİRİMİZDƏ QARABAĞ. Bu silsilədən qələmə aldığım yazıda mərhum şair Mətləb Misirdən söz açmasam, insafsızlıq olar. Doğrudur, bu silsilədən olan II yazıda Mətləb Misirin "Çadır şeirləri" haqda lap qısaca söz açmışdım, amma şairin yaradıcılığında Qarabağ mövzusu, daha doğrusu, Qarabağ dərdi bir neçə şeirlik deyil. Ömrünü...
ANL
("Bölgələrdə ədəbiyyat" silsiləsindən). Ələddin İncəlini Azərbaycanın Qərb bölgəsində - Tovuzda, Şəmkirdə, Qazaxda hamı tanıyır. Elə məmləkətimizin başqa bölgələrində də Ələddin İncəlini tanıyanlar, sevənlər az deyil. Bir şair və bir ağsaqqal kimi o, hamının hörmətini qazanıb. Bu adamın həyatı, taleyi Qazaxla bağlı olu...
ANL
Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümündə daimi tamaşaçılarına daha bir maraqlı layihə təqdim etməyə hazırlaşır. Teatrda kollektivlə sıx yaradıcılıq əlaqələri saxlayan istedadlı dramaturq Əli Əmirlinin "Hasarın o üzü" pyesinin məşqləri yekunlaşmaq üzrədi. Bu, Əli Əmirlinin Gənc Tamaşaçılar Teatrında səhnə həyatı ...
ANL
Xalq şairi Məmməd Araza həsr edilən poçt markası tədavülə buraxılıb. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş poçt markası hazırlanaraq tədavülə buraxılıb. Üzərində Məmməd Arazın portreti əks olunmuş marka 20 min tirajla ...
ANL
Gənc kadrlara etibar edilir. Bu gün ölkəmizdə olduğu kimi, Füzulidə də gənc kadrların seçilib yerləşdirilməsinə böyük önəm verilir. Ən azından ona görə ki, onlar çox enerjilidir və vəzifə kreslosuna əyləşərkən həyata fərqli yanaşırlar. Üstəlik də, bu gənclərin yeni vəzifəyə təyin edilməsi insanlar arasında hörmətlə qar...
ANL
Bakıda dekabrın 9-da Beynəlxalq Yunus İmrə Konfransının öz işinə başlaması münasibəti ilə. Siracəddin Səyyid, Özbəksitan xalq şairi. Siracəddin Səyyid - Özbəksitan xalq şairidir. 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət universitetinin jurnalistika fakultə...
ANL
Xəzər dənizinin sahilində yerləşən Neftçala rayonu arxada qalmaqda olan ili də zəfərlə başa vurmaqdadır. İlin qurtarmağına bir neçə həftə qalmağına baxmayaraq bunu inamla demək olar. Arxada qalan 9 ay ərzində rayonda 3 yeni müəssisə yaradılmış, 1 müəssisənin fəaliyyəti bərpa edilmiş, 466 fiziki şəxs fəaliyyətə başlamış...
ANL
CƏLİL MƏMMƏDQULUZADƏ VƏ BU GÜNÜMÜZ. Soydaşlarını maarifləndirmək, yatanları qəflət yuxusundan ayıltmaq, millətini, vətənini tərəqqi etmiş xalqlar, ölkələr sırasında görmək arzusu Cəlil Məmmədquluzadə yaradıcılığının başlıca leytmotivini təşkil edir. Onun bütün əsərlərində: hekayələrində, povestlərində, pyeslərində, fel...
ANL
ALMASI OĞURLANMIŞ NAĞILLAR... Könül dostum, gözəl şair, dəyərli publisist Vahid Əlifoğlunun evində olanda arxivinə baş çəkdim. Xeyli çap olunmamış yazıları ilə qarşılaşdım. Ailəsinin razılığıyla həmin yazıları özümlə Bakıya gətirdim. İnşallah, bir qayğıkeş dostun köməkliyilə Vahidin çap olunmamış yazılarından ibarət ki...
ANL
Yaxşı təhsil yaxşı gələcəkdir. Bütün respublikada olduğu kimi Neftçala rayonunda da təhsilə xüsusi fikir verilir. Rayon Təhsil şöbəsi tərəfindən tədrisin keyfiyyətinin, maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə bir sıra layihələr işlənib hazırlanmışdır. Rayonun fənn olimpiadalarında birinci mərhələnin 42 nə...
ANL
CƏLİL MƏMMƏDQULUZADƏ VƏ BU GÜNÜMÜZ. Cəlil Məmmədquluzadənin öz felyotonlarında verdiyi suallar indi də cavabını gözləyir, indi də maarifpərvər, millətin gələcəyini işıqlı görmək istəyən ziyalıları düşündürür. Suallara fikir verin: :Bakı qiraətxanalarında niyə bayquşlar banlayır? : :Bakının küçələri niyə dilənçilik edən...
ANL
ALMASI OĞURLANMIŞ NAĞILLAR... (əvvəli ötən saylarımızda). Kişi qırmızı üzlü mütəkkəyə dirsəklənib, yemək camının üstünə əyilmişdi. Camın üstündə dağ kimi düyü qalaqlanmışdı. Düyü qalağının zirvəsində bir ovuc qovrulmuş xurma par-par yanırdı. Düyü süfrənin qırağına qoyulmuş yekə, mis qazandan təzəcə çəkilmişdi. Ona görə...
ANL
Dastan bağlamaq cəhdi. Romanın əvvəlində görüşən iki gənc yazıçı ənənəvi həyatdan yorulub roman yazmaq qərarına gəlirlər. Əsəri oxuyub sona çatdırdıqda isə oxucu bu struktur cəhdinin uğursuz alındığı qənaətinə gəlir. Bir oxucu kimi mən ikinci hissədə tələskənlik, darıxdırıcılıq hiss etdim. Bu cəhd öz-özlüyündə maraqlı ...
ANL
NASİR ƏDƏBİ İRSİNİN ŞƏFƏQİ. Tələbəlikdən tanıdığım və yaxınlıq etdiyim Şəfəq Nasir imzasını maraqla izlədiyim, sevdiyim qələm sahibidir. Məni ona bağlayan həssaslığı, dosta sədaqəti, torpaq sevgisi, həmkar təəssübkeşliyi, sözə, sənətə özünəməxsus yanaşma tərzidir. Əslində, Şəfəq Nasir istedadlı yazıçıdır. Onun hələ çox...
ANL
Heydər Əliyev Azərbaycanda Meliorasiya və su təsərrüfatı sistemlərinin yaradıcısıdır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı sahəsinin titanik inkişafı,ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Cəmiyyətimizin bütün təbəqələrindən olanlar yaxşı bilirlər ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin bu günü...
ANL
Akademik Milli Dram Teatrında xalq şairi Məmməd Arazın dövlət səviyyəli yubiley tədbiri keçirildi. Adalet.Az xəbər verir ki, böyük şairin 80 illik yübiley gecəsində Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Fəttah...
ANL
FİLMƏ ÇEVRİLMİŞ HƏYAT. ...Onda qaçqın, köçkün düşmüş hər kəs öz başının hayında idi. Hər kəsin müharibədən əziyyət çəkmiş bir tərəfi vardı. Ona görə də döyüşənlər, şəhid olanlar, milli qəhrəmanlar haqda o qədər də yazılmırdı. Həmin vaxtlar Əbülfət Mədətoğlunun iş masasının üstündə bir kitabını gördüm: "Qəhrəman İbad". ...
ANL
Qələmin ucundakı mürəkkəb. O, təntənəli məclisləri sevərdi. Və bu məclisləri də çox yüksək səviyyədə təşkil etməyi bacarırdı. Sənəti, ədəbiyyatı bütün incəliklərinə qədər dərk edərdi. Görünür, xalqın içindən çıxmış olması, doğma dilin bütün laylarını dərindən bilməsi ona xalqa, xalqın ruhuna necə xitab edəcəyinə də yar...
ANL
Bir kitab barəsində qeydlərim. Çox qısa müddətə oxudum... Demək olar ki, son illərdə əlimə düşən və sürətlə oxuduğum dedektiv əsərlər içərisində bu kitabın ayrıca yeri var. Səbəbini izah etməyə çətinlik çəkirəm. Ola bilsin ki, burada müəlliflə şəxsi tanışlığım, üstəlik bir regiondan olmağım, bu ailəyə simpatyam və nəha...
ANL
Görkəmli şərqşünas, iranşünas, tarixçi və tədqiqatçı-alim, professor Şahin Fazilin "İran səfərnamələri" adlı möhtəşəm kitabının təqdimatı ilə əlaqədar təşkil olunmuş tədbir təntənəli surətdə və yüksək səviyyədə keçirildi. Mərasimdə Azərbaycanin taninmış şərqşünas alimləri, yazıçıları, publisistləri, mediya nümayəndələr...
ANL
Bugünkü müsahibim Akademik Milli Dram Teatrının istedalı və gənc aktrisası əməkdar artist Şəlalə Quliyevadır. O, məni və aktrisa Məsmə Aslanovanı ilk dəfə teatra özünün hazırladığı "Ah Paris, Paris" tamaşasına baxmaq üçün gətirmişdi. Olduqca maraqlı bir iş idi. Çünki, ona qədər heç vaxt teatra gəlməmişdim. Həmin dövrdə...
ANL
Təbii ki, qədim və zəngin tarixə malik olan bir rayonun mədəniyyət abidələrini erməni işğalçıları nə qədər dağıtsalar da, məhv etsələr də onların izini tamamilə itirə bilməyiblər. Çünki Azərbaycan xalqı o qədər zəngin və qədim bir tarixə malikdir ki, bir müharibə ilə, bir döyüşlə heç vaxt onun tarixini məhv etmək mümkü...
ANL
Fərqanə Mehdiyeva: "Kaş böyüməyəydim, elə balaca olub həyatın bu dərdlərini, ağrılarını görməyəydim". Şair zamanın sifətidir, hər bir şeirində onu əks etdirməlidir. Belə bir deyim də var: şairin başı edam kötüyündən və dar ağacından ayrılmamalıdır. Deməli, əsl şair insan taleyini şair taleyinə qurban verməlidir. Azərba...
ANL
TARİXİMİZİN DAHA BİR SİRRİ AŞKAR EDİLDİ. Tarixi romanlar müəllifi Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti Cəlaləddin: "Dağda olanda bir neçə dəfə şəkil çəkdim, amma hər dəfə bu fotolar qeyri-müəyyən səbəblər üzündən fotoaparatın yaddaşından silindi...". Bu yaxınlarda Tovuz rayonunda xəzinə aşkar edilib. Rayon mərk...
ANL
"Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər". Möhtəşəm Gimnastika Kompleksi Nizami rayonuna yeni görkəm qazandıracaq. Bakı günü-gündən böyüyür və gözəlləşir. Nizami rayonu da yenidənqurma-abadlıq axarından geri qalmır. Son illərdə Nizami rayonunda onlarla park, məktəb, uşaq bağçası yenidə...
ANL
(Şair Yusif Nəğməkarın "Bəsirət gözəli" şeirlər kitabı haqqında). Zirvələrə səmt olub. Çıxıram dolaylara, Çıxıram pillə-pillə. Yoxuş yolu çıxınca. Otuz ildən artıq tanıdığım Yusif Nəğməkarın şeiridir bu. Səhv etmirəmsə, "Yazıçı" nəşriyyatından gənc şair Yusif Mədətovun ilk şeirlər kitabını mənə rəyə vermişdilər. Mən də...
ANL