text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Türk tarixinə, türk mənəviyyatına, türk mədəniyyətinə gözəl bələd olan M. Novruzoğlu bir türk ziyalısı kimi yaxşı bilir ki, qədim türk ictimaiyyətində ailə ən vacib sosial birlik olduğundan, ailənin əsasını təşkil edən qadın türk dastanlarında, türk əfsanələrində çox uca mərtəbəyə qoyulmuşdur. Qadına bunca yüksək qiymə...
ANL
YENİ TİPLİ ORTA İXTİSAS KADRLARI DÖVRÜN TƏLƏBİDİR. Təhsil cəmiyyətin inkişaf göstəricisidir. Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılıdır. Bütün dövrlərdə cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirib. Elmi-texniki tə...
ANL
Vahid Məhərrəmli bu günün üzdə olan, publisistik yazıları və bədii nəsri ilə geniş oxucu kütlələrinin diqqətini cəlb edən bir müəllifdir və mən iyirmi ildən artıqdır ki, onun yazılarını izləyirəm (istər mətbuat səhifələrində, istərsə də çapdan çıxan kitablarında). Son illərdə o, daha məhsuldar işləyir və açıqca görürəm...
ANL
Bi az tündməcazdı desəm, inanmayın. Əmma körpə uşaq qədər məsumdu desəm, inanın. Təkəbbürlüdü desəm də inanmayın. Söz sərrafıdır. Pisə yaxşı deməyi yoxdur. Yaltaq adam görəndə qutuda ilanı görür. Amma könüldən sevdiyi beş-üç adam ala bilər. Əsəbi olanda üzünü görmə. Sözü düz adamın üzünə çırpar. Hər adamla xoş ünsiyyət...
ANL
Mənim müharibəm. Nemət VEYSƏLLİ, Azərbaycan Dövlət Rəssamlıq. (əvvəli ötən saylarımızda). Arxa cərgədən nə vaxt qalxmışam, kürsüdə çıxış edən natiqin əlindən mikrofonu nə vaxt almışam və zalda əyləşənlərə nə demişəm - heç nə yadımda qalmayıb. Bir də ayılıb görmüşəm ki, Azad qadın heykəlinin yanındayam. Məndən başqa, mə...
ANL
MƏHƏMMƏD FÜZULİNİN ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ. Rafiq Yusifoğlu, şair, filologiya elmləri doktoru, professor. Məhəmməd Füzulinin qəzəlləri, rübailəri, qitələri, tərci-bəndləri, tərkib-bəndləri, müxəmməsləri, mürəbbeləri, poemaları onun bu janrların spesifikasını, qayda-qanunlarını, poetik xüsusiyyətlərini, Şərq poetikasının...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli türk yazıçısı və dramaturqu Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəl...
ANL
MƏHƏMMƏD FÜZULİNİN ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ. Rafiq Yusifoğlu, şair, filologiya elmləri doktoru, professor. Məhəmməd Füzulinin ədəbi mühitlə bağlı mülahizələri də maraqlıdır. Ol rütbədə qədri-nəzmdir dun, Kim küfr oxunur kəlami mövzun. "Bir dövrdəyəm ki nəzm olub xar" deyə şeiri anlamayan mühitdən gileylənən şair o ümidlə...
ANL
Mənim müharibəm. Nemət VEYSƏLLİ, Azərbaycan Dövlət Rəssamlıq. (əvvəli ötən saylarımızda). Əsgər düşüncəsinin orijinallığı ilə bağlı başqa bir epizodu da görmüşəm. Harasa dönmüşdüm - yoxlama-buraxılış məntəqəsinəmi, yoxsa səngərəmi. İşıq olmadığına görə əsgərlər adi britvanın hər iki başına nazik məftil keçirib onu salm...
ANL
Dövrü mətbuatda, eləcə də qəzetimizdə silsilə yazıları ilə çıxış edən Qarabağ qazisi, tanınmış jurnalist və ən əsası yazdığı xatirələrindən də kəsərli söz sahibi olan Rey Kərimoğlundan söhbət gedir. Rubrikamızın budəfəki qonağı ilə dəyərli söhbətlərimiz reallaşdı. Müsahibənin məğzindən yəqin ki, oxucularımız agahdır. E...
ANL
"Ağ ayaqqabı" Mətanət Ulu Şirvanlının yeni şeirlər kitabının adıdır, bu onun yeddinci kitabıdır və əlbəttə, təəssüf edirəm ki, bundan əvvəlki şeirləri toplanan kitablarla tanış olmamışam. Amma şairi tanımaq, sevmək və onun oxucusu olmaq üçün məncə, beş-on şeiri kifayətdir. Mətanət xanımın "Ağ ayaqqabı" kitabında belə ş...
ANL
Əbülfət MƏDƏTOĞLU. Çoxdan yazmaq istəyirdim, lap çoxdan. Və hər dəfə də əlimə götürüb bir, uzağı iki vərəqini oxuduğum kitabda, daha doğrusu onun təsir dairəsindən çıxa bilmirdim. Düzünü deyim heç çıxmaq da istəmirdim. Ona görə də çoxdan yazmaq istədiyim kitab haqqında yazmırdım da... Daxilimdə bütün götür-qoylardan so...
ANL
"...Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir. Dünyanın müxtəlif yerlərində Azərbaycan günləri keçirilir. Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu artıq bütün d...
ANL
ŞAİR OLMADI, AKTRİSA OLDU. Böyüksənətkarlara nə qədər tərif desən, yaradıcılığını hansı sözlərlə bəzəsən, nəbutərif, nə dəogözəl sözlər ürəyincəolmayacaq.Çünkibutərifələr,buallı-güllü təşbehlər sənətkarömrününbircə anını belə ifadə edə bilməyəcək. HüseynƏrəblinskinin,ÜlviRəcəbin,AbbasMirzə Şərifzadənin hansımonoloqunus...
ANL
Millət vəkili, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın Adalet.az-a müsahibəsi. - Ülviyyə xanım, YAP tərəfindən namizədliyinizin irəli sürülməsi sürpriz olaraq qarşılanmışdı. Seçkilər sonrası da sosial şəbəkələrdə ən çox müzakirə olunan məhz Siz idiniz. Buna təəccüblənənlər də vardı, sevinənlər də... - ...
ANL
Dağlar qoynunda şəhər. Gədəbəyin bu günü. Yaxşı yadımdadı, həmin gün Bakıda əməlli-başlı od püskürürdü, nəfəs almaq o qədər çətinləşmişdi ki, adam bir anlıq da olsa kondisionerdən aralanmaq istəmirdi. Sanki günəş bütün istiliyini, hərarətini bir yerə toplayıb bir ünvana səpirdi. Ölkənin paytaxtı bu hərarətin içərisində...
ANL
Jurnalın "Özüylə söhbət..” rubrikasının qonağı Rübabə Sahibdir. Budəfəki "Şeir vaxtı”ı Rəsmiyyə Sabirlə "tənzim"lənir. "Tərcümə saatı”da Ales Badakın "Yağışdan qurtulan gün” hekayəsi Kamran Nəzirlinin təqdimatında oxuculara təqdim olunur. Tərcüməçi Sultan Mərzili isə yapon şerinin yaradıcılıarından biri İsikava Takubok...
ANL
Mütəfəkkir, tarixçi, şair A.Bakıxanov Qüdsi tərəfindən yaradılan "Gülüstan" ədəbi məclisinin bu yaxınlarda 180 illiyi qeyd edilib. Quba rayonunda fəaliyyət göstərən məclisin sədri pedaqoq-jurnalist Şıxəmməd Seyidməmmədovdur. Kitabdan bəzi nümunələri təqdim edirik. Dərband "Gülüstan" ədəbi məclisinin sədri, "Dərbənd" qə...
ANL
Tofiq Hacıyevi də ilk dəfə bu universitetdə görmüşdüm. Sonralar bildim ki, Tofiq Hacıyev ilk əmək fəaliyyətinə Xarici Dillər İnstitutunda başlayıb. Universitetə isə təzə keçib. Bizə "Azərbaycan ədəbi dili tarixi" fənnini tədris edirdi. Bu fənnin isə doğma dilimizdə dərsliyi yox idi. Odur ki, Tofiq müəllimin əvəzedilməz...
ANL
BU RAMİZ KƏRƏM, ANCAQ ÖZÜNƏ OXŞAYAN ŞAİR. Ramiz Kərəm şeirsevən oxuculara yaxşı tanışdır. Əlbəttə, bu oxucuların sayı çox deyil, yəni Ramiz Kərəm öz adaşı Ramiz Rövşən kimi məşhur olmayıb. Amma Ramiz Kərəm də oxunulası şairdir və onun şeirləri poeziyada özünəməxsus, heç kimə bənzəri olmayan bir şairin varlığından xəbər...
ANL
Qiyamətdə çəkilməyəcək. amnistiyadır... çeçenlərlə bizim. bircə fərqimiz var, bizdə satqınların üzünə. Karvan getdi, dalınca bax, Bu kəsərsiz qılınca bax. özəlləşdirilmiş apteklərdə. saxtası əslindən seçilməyən. dərmanlar. avtomat gülləsindən bahadı. onsuz da ölüm həmişə vaxtsızdı, yanlarımızda, qollarımızda. iynələrin...
ANL
Onu milləti sevir, Türk dünyası sevir. Onu poeziya sevərlər, Azərbaycanı tanıyanlar sevir. Yunus adını Yunis İmrə, Nizami adını Gəncəvi, Vaqif adını Molla Pənah, Ələsgər adını Aşıq Ələsgər, Səməd adını Vurğun... möhürlədiyi kimi, Zəlimxan adını da Zəlimxan Yaqub möhürlədi. Alçaqlıq insana bir sənət deyil, Ucalıq yaxşıd...
ANL
Əlisəfdər Hüseynov milli kinomuzda Anar fenomenini araşdırıb. Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri, dəyərli əsərlər müəllifi Anarın bu günə kimi çap etdirdiyi kitabların adını saymaq adamdan vaxt və hünər istər. Görkəmli yazıçı haqqında da az kitab çap olunmayıb, sözsüz ki, bundan sonra da yazılacaq və dərc ediləc...
ANL
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Bu gün ölkə həyatına diqqət yetirəndə təbii ki, daha çox göz oxşayan bir gerçəklik insanın ovqatını xoş edir. Bu da həm insanların iş yerinin olması, həm də bu iş yerinin mahiyyətinin ...
ANL
Qələm dostumun yeni kitabı barəsində qeydlərim. Oxucular Müzahim İsmayılzadəni daha çox nasir kimi tanıyırlar. Onun bir-birindən maraqlı hekayə və povestləri, eləcə də publisist yazıları ölkə mətbuatında kifayət qədər böyük tirajlarla yayılıb və oxucuların da həmişə marağına səbəb olubdu. Şəxsən mən bir oxucu kimi onun...
ANL
“Saytlar birləşməlidir” - Mahir Rüstəmli. "İdman ölkəsi adına iddialıyıqsa, bütövlükdə idman təssərrüfatında dəyişikliklər olmalıdır". "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin Adalet.az-a müsahibəsi. Təbii ki, bu yolda itkilərimiz də olub, qazancımız da, yəni fəaliyyətimizi birmənalı qiymətləndirmək çətindir...
ANL
Dünya qarapapaqları İstanbulda bir araya gəldilər. Dünya Qarapapaq Türklərinin I Qurultayından qayıtmışıq. Və bu neçə gün ərzində görüb yaddaşımıza yazdığımız elə gözəl xatirələr var ki... Yeri gəlmişkən, bir haşiyə çıxım: Şair Dərviş Osmanın dilindən təkrar-təkrar eşitdiyim və çox xoşladığım bir lətifə var. Əslində bu...
ANL
Əvəzsizlərinin bir nümunəsi: Əzizim kəsə məndən, Yol keçər kəsə məndən. Ölən Poyludan olsun. Ağlayan Kəsəməndən... Unudulmuş özümə ağı əvəzi. Kimnənsə də miras qalmış. Gözümə gözüm deyimmi? Varım yox azdan yuxarı, Tarım yox, sazdan yuxarı, Neçə boğazdan yuxarı. Sözümə, sözüm deyimmi? (Altdan imza silmirəmsə. Dünənlə bu...
ANL
Elə adamlar var ki, onlar qocalmırlar, həmişə cavandılar… Elə yazılar da var ki, onlar da həmişə oxunur… Bax, illərin sürətinə nə qədər qoşulmağa çalışsaq da illər bizi qabaqlayır və bizi həmin o həmişə cavanların yanına, həmişə oxunan yazıların əhatə dairəsinə aparır. Onlardan biri də qocalmayan və barəsində həmişə ca...
ANL
Bu cür adamlar həmişə arzulanıblar. "Azərbaycan" nəşriyyatının qapısını tanıdığım ilk gündən uzun illər keçib. Öncə mən bu binaya oxucu kimi, hansısa bir əl boyda məktub yazan müəllif kimi gəlmişdim. Təbii ki, ilk qapısını döydüyüm "Azərbaycan pioneri" və "Azərbaycan gəncləri" qəzetləri olubdu. Sonra "Sovet kəndi" qəze...
ANL
Sualları millət vəkili, professor, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov cavablandırır. Ən çox sevdiyiniz ədəbi cərəyan? Çağdaş ədəbiyyatımızda ən çox oxunan yazarlar kim(lər)dir? Elə bir yazıçı və ya şair tanımıram. - Gənc yazarlardan ən çox kimləri oxuyursunuz? -Buna dəqiq cavab verə bilməyəcəyəm. Mən daha çox yaş...
ANL
SÖZÜN RƏNGİ CİLVƏLƏNİR SƏSİNDƏ. Son zamanlar özünü bədii qiraət ustası adlandıranlar yaman çoxalıb. Bu sənətin əsl sahibləri qalıb bir yanda, indi az qala hansısa şadlıq sarayında bir-iki dəfə tamadalıq edənlər də özünü bədii qiraət ustası sayır. Əslində, bəlkə, burda təəccübləniləsi bir şey də yoxdur. Özünə sponsor ta...
ANL
UNUDULMAğA ÜZ TUTAN JANRLAR VƏ UNUDULMAZ ŞAİR HÜSEYN KÜRDOğLU. Sevimli şairimiz Hüseyn Kürdoğlunun çox sayda həcvləri, satirik və yumoristik şeirləri vardır. Şairin yaradıcılığına dair kitab yazmağa başlayanda məlum oldu ki, arxivində rəngi saralmış vərəqlərdə onlarla həcvləri, satirik və yumoristik şeirləri vardır. Hə...
ANL
BİTMƏMİŞ ÖMRÜN NAğILI. Amansız xəstəlik onu heç də arzulamadığı, haqqında belə düşünmədiyi ölümə ürcah elədi. Mahir İsmayıl oğlu Səmədov. Şair kimi öz yaşıdları arasında seçilirdi və inanırdıq ki, poeziyada yeni uğurlara imza atacaq. Mahir Səmədov imzasına oxucuların diqqəti, marağı da artmışdı. Ədəbi-tənqidi icmallard...
ANL
MÜASİR AZƏRBAYCAN ROMANI. (Əvvəli ötən şənbə saylarımızda). Kamal Abdullanın "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox..." romanları da daxil olmaqla bu üç əsəri bir-birini tamamlayan və bir ideyanın daşıyıcısı olan romanlar kimi qiymətləndirmək olar. İdeya bundan ibarətdir ki, bu romanların üçündə də "eyni dünya qavr...
ANL
UNUDULMAĞA ÜZ TUTAN JANRLAR VƏ UNUDULMAZ ŞAİR HÜSEYN KÜRDOĞLU. Çağdaş ədəbiyyatımızda tez-tez rast gəlinən, çap və təqdir edilən satirik şeirlər də vardır. Bu şeirlərdə cəmiyyətdə kök salan rüşvətxorluq, eybəcərlik və s. tənqid atəşinə tutulur. Burada araqatanların, çuğulların, mərdimazarların, haqqı olmadığı halda xal...
ANL
Yazıçı-jurnalist Natiq Məmmədli "Körpüdə ümid" romanında istifadə etdiyi simvolları keşikçi məntəqələri sayır. Əməkdar jurnalist, tarix elmləri namizədi Natiq Məmmədli ilk romanını - "Körpüdə ümid"i oxucuların ixtiyarına verib. Qəzetçilikdə sözünü deməyi bacarmış istedadlı həmkarımız yazıçı kimi də adından söz etdirmək...
ANL
Kəmaləddin Qədim şairdi. Sözün əsil mənasında şairdi. Çağdaş ədəbi mühitin dərdlər məhəlləsində yurd-yuva qurmuş şairlərimizin biri də Kəmaləddin Qədimdi. Onunla da şərikəm ki, bütün şairlər özlərindən çox yaşadıqları mühitə daha çox oxşayırlar. Şairlik bir peşə deyil. Şairlik oxumaqla, elm almaqla da olmur. Şairlik ve...
ANL
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Ünvanlı sosial yardım əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Eyni zamanda, infrastruktur layihələr, ilk növbədə içməli su ilə bağlı ol...
ANL
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. "... Kənd təsərrüfatının inkişafı üçün kreditlər, gübrələr, əlavə texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Çünki hər bir bölgədə, hər bir kənddə yaxşı şərait olsun, rifah artsın, iş yerləri açılsın və gözəl abadlıq işləri...
ANL
Hüseyn Abbaszadə Böyük Vətən müharibəsi iştirakçısı olub. Tank qoşunları hissəsində xidmət edib. Ukrayna ərazisində gedən döyüşlərdən birində ağır yaralanıb. Xeyli müddət hərbi hospitalda müalicədən sonra döyüş qabiliyyətini itirdiyi üçün ordudan tərxis edilib. Oğlunun yolunu gözləməkdən gözünün kökü saralan ananın qap...
ANL
Hər bir şəhər inkişaf etməlidir. Tarixi qorumaqla müasir şərait yaratmalıyıq və yaradırıq. Bakıda da belədir. Burada da belədir. Azərbaycanda bir çox şəhərlər var ki, orada çox zəngin tarixi irs və mədəniyyət vardır. Zaqatala da onların arasındadır". Azərbaycan Respublikasının Prezidenti. Bütün gözəlliklərin ona yaraşd...
ANL
ADU-nun filologiya fakültəsində şeir yazmayan çox az tələbə olardı, amma o şeir yazanları heç də hamısı mətbuatda çap olunmurdu. Əvəz Nəbioğlu isə üçüncü-dördüncü kurslarda artıq respublika mətbuatında şeirləri dərc edilən cavan şairlərdən biriydi. Yaxşı yadımdadır ki, o, Ağacavad Əlizadənin Lenin adına kitabxanadakı Ə...
ANL
Azərbaycan idmanının ən parlaq səhifələrindən birini şübhəsiz ki, Fərid Mansurov təşkil edir. Fərid Mansurov 2004-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. O, hazırda Azərbaycan Güləş Federasiyasının Gənclər üzrə vitse-prezidentidir. Adalet.az-ın "Fəxri kürsü" r...
ANL
Adətən mən doğmalarla, dostlarla, tanınmış şəxslərlə, ümumiyyətlə, cəmiyyətdə layiqli yeri olan insanlarla bağlı xoşməramlı, təbrik xarakterli, bir növü içimdən gələn yazılar yazmaq istəyəndə çox da düşünmürəm, götür-qoy etmirəm. Sadəcə, birbaşa bilgisayara yaxınlaşıb ürəyimdən keçənləri, düşündüklərimi diktə edirəm......
ANL
"Səttar Bəhlulzadə məktəb formalaşdırmayıb". Tofiq Ağababayev: "Mən istərdim ki, bizim xalqın talantlı canına üç damla alman qanı keçsin". İlk rəssamlıq təhsilini 1946-1951-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almış, daha sonra isə Sankt-Peterburqda keçmiş V.Muxina adına Ali-sənaye Rəssamlıq Məktəbinin (...
ANL
Atlı, qanadlı günlər daha seyrək olurmuş. İllər ötüb keçdikcə, haqladıqca yaş yaşı. Qalıb yarsız, yoldaşsız bu yolu getmək olmur, Ömür də sürüşkəndi, düşüb gedir əlindən. Mən qayıdan deyiləm, axı, tökülən dolmur, Qaçmaq da mümkün deyil vaxtın gəlhagəlindən. İndi nədəndir belə tükənir gücüm axı?! Adam da ağac təki yaman...
ANL
İsmayıl İmanzadənin uşaqlara hədiyyəsi. Etiraf etmək lazımdır ki, bu gün çap olunan əsərlərin sırasında uşaq ədəbiyyatı azlıq təşkil edir. Ümumiyyətlə, uşaqlarla bağlı istər qəzet-jurnal, istərsə də ədəbiyyat nümunələrinin çeşidi azlıq təşkil edir. Doğrudur, son illərdə kitab mağazalarında, ümumiyyətlə bu ədəbi camiyəd...
ANL
Bu gün Batıdan Doğuya, Doğudan Batıya-hər bir türkün sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Bu müqayisədə heç bir mübaliğə görmürəm. Şairlərin böyüklüyünü xalq bilir, xalqın yaddaşı onun sevgisi kimidir. Neçə il öncə - B.Vahabzadənin anadan olmasının 70 illiyi münasibətilə belə bir kitab nəşr olunmuşdu: "Poe...
ANL
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Cəfər Namiq Kamalın Milli.Az-a müsahibəsi. - Cəfər müəllim, yaradıcılığınızda hansı yeniliklər var? - Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasında generalı oynayıram. Quruluşçu rejissor xalq artisti Ramiz Həsənoğludur. Bu tamaşada məndən başqa Mehriban Xanlarov...
ANL
Əbülfət Mədətoğlu “Dünya dəyirmanı mənim kimiləri rahat üyüdür”. Persona.az –ın bu dəfəki qonağı tanınmış şair-publisist, "Ədalət” qəzetinin redaktor müavini Əbülfət Mədətoğludur. Adalet.az müsahibəni təqdime dir: -Xoş gördük, Əbülfət müəllim! Sizə müraciət edərkən ağlıma qəribə bir ifadə gəldi: "Qarabağ-adam”. Maraqlı...
ANL
Aydın Ağazadə də altmışın belini sındırdı. Hər dəfə, xüsusilə dostların əhatəsinə düşəndə müxtəlif xatirələr adamın yaddaşını təzələyir, söz-sözü çəkir, fikir fikrə calanır. Açığını deyim ki, hərdən o yerlərdən üzü bəri qayıdıb gəlmək də istəmir adam. Şəxsən mən nostalji hisslərin bir növ dəlisiyəm. Elə məni ayaqda sax...
ANL
(Ölməz şairimiz Əliağa Vahidin xatirə gününə). Əliağa Vahid XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri. Füzuli və Seyid Əzimdən sonra qəzəl janrını və əruz vəznini yeni bir zirvəyə qaldıran, klassikanı sönməyə, qürub etməyə qoymayan bənzərsiz şairimiz. Qəzəlləri muğam sənətimizin, muğam ifaçılarının...
ANL
"Zamandan gileylənən adam deyiləm". Hərəmizə zamandan bir ömür payı düşüb. Onu necə yaşamaq, nəyə həsr etmək insanın öz əlindədir. İnsan ona biçilən zamanın bəlkə də çox hissəsini özünü tapmağa həsr edir. Amma elələri də var ki, ağlı kəsəndən kim olacağını, zamandan nə alacağını anlayır. "Ədalət”in vaxtı”nın bu qonağı ...
ANL
Xeyli müddətdir Musiqi Kolleci adlanan Ağdam "uçilişa"sıyla bağlı apardığım araşdıma və görüşlərdə diqqətimi iki məqam daha çox çəkdi. Əvvəlcə bu məqamlara toxunmaq istərdim. Danılmaz faktdır ki, Qarabağ Azərbaycanın inkişafına səbəb ola bilən hər bir sahəsinə öz layiqli töhvəsini verib. Ancaq mədəniyyət sahəsinin inki...
ANL
Dördüncü Möhür. (Əvvəli ötən saylarımızda). Binnət məktəb binasından çıxıb yavaş-yavaş Sərkisin "Qaz 53"-nə sarı addımladı, sual dolu nəzərlərini rayon mərkəzindən gələn bu yekəpər adama dikdi. Sərkis Binnət müəllimin qoluna girib ətrafa oğrun-oğrun baxdı, pıçıltıyla sözə başladı: -Ara, mən ömrüm boyu sənin dədənin çör...
ANL
BMM-də təqdim olundu. Dünən Beynəlxalq Mətbuat Mərkəzində qəribə bir mühit yaranmışdı. Adətən jurnalistlər gur olan yerdə səs-küy daha çox olur. Elə bil ki, qəzetçilərin əlinə bu mühitdə özünü göstərmək imkanı düşür və onlar da bunu peşəkarcasına istifadə edirlər. Amma dünən vəziyyət heç də belə deyildi... Bəli, dünən ...
ANL
MÜASİR AZƏRBAYCAN ROMANI. (Əvvəli ötən şənbə saylarımızda). Bu gün ədəbi prosesdə "roman axını" deyilən bir ifadə də formalaşmaqdadır. Bu, əlbəttə, böyük rəqəmdir, hətta Azərbaycan romanının bütün mərhələləri üçün ən yüksək bir nəticədir. Bəli, roman çox yazılır, kimi dindirirsən deyir roman yazmışam və təəssüflə qeyd ...
ANL
Dərd dərdin əlini tutur. Ramiz Rövşən. Olanlar olmuşdu mənə. Olmayanlar gəldi yenə. Dərd dərdin əlindən öpüb, Gülümsədi bir-birinə. Sordum nə var çəkiləsi? Dinəmmədi heç birisi. Didibdilər sevincimi, Ələ gəlmir bir tikəsi. Ha istədim kənar gəzim, Dərdlər kənar gəzmədi heç. Dərdlərin əlindən bezdim, Onlar məndən bezmədi...
ANL
ADİL MİRSEYİD. Ekranda Adil Mirseyidin adını görəndə sümüklərim sızıldadı, içimdən ruhum qarışıq bütün cismimi titrədən bir ağrının səsini eşitdim. Bu səs qulaqlarımda min, milyon dənə çırçıramaya dönüb, uzun-uzad zingiltilər qopararaq qara tüstü misalı səmaya bülənd oldu. İçimdə ölü bir sükur əvəz etdi bu qarmaqarışıq...
ANL
Səhnəyə gələndən bəstələri, fərqli ifa tərzi, ekstravaqant geyimləri, fikirləri ilə gündəm yaratdı. Qınayanları, sevənləri, qibtə edənləri oldu. Hər nə etdisə müzakirə olundu. Özü və yaradıcılığı haqqında danışanda zamanı qabaqladığını deyir. Tarixin səhifələrində yaşadığı dövranda qəbul edilməyib, zəmanəsində dəli dey...
ANL
Tofiq Abdinin yeri. Hər şənbə imzası "Ədalət"in və "525-ci qəzet"in səhifələrində görünsə də Tofiq Abdinin sonuncu iş yeri Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Xəzər" jurnalının redaksiyası idi. Mərkəzin ikinci qatındakı sadədən də sadə iş otağında özü üçün bir dünya qurmuşdu. Ötən bu bir ildə çox şey...
ANL
ŞƏKİNİN FƏRƏHLİ GÜNLƏRİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. gerçək cavabları. Ölkəmizin şimal-qərb bölgəsində yerləşən və 2700 illik tarixə malik olan qədim Şəkinin son illərdəki uğurlu inkişaf yolu göz önündədir. Şəki nəinki bölgənin, bütövlükdə respublikamızın ən böyük yaşa...
ANL
“Məmurun işi heç də ona müraciət edən insanın problemini həll etməkdən ibarət deyil”. Rasim Məmmədov: “Gəncliyimiz ötən dövrdə üzləşdiyi problemlərdən daha da təhlükəli problemlə üzləşir”. Sabitlik və İnkişaf Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədovun Ada...
ANL
“Mən yaşımı hiss etmirdim, amma bu ədalətsizlik məni qocaltdı. Dünənə kimi Elnur vardı, amma yada düşmürdü. Türkiyədə yer tutan kimi başladılar, nə başladılar”. Xalq artisti Mübariz Tağıyev “aznews.az”a müsahibə verib. – Bir müddət bundan öncə səhhətinizdə problem yaranmışdı. İndi özünüzü necə hiss edirsiniz? Hər şey q...
ANL
İsmayıl İmanzadə. O gecə harayım kəməndə düşdü, O gecə qırıldı səsim içimdə. Ölüm görməmişdim belə nişanda, Ölüm görməmişdim belə biçimdə. Üfüqlər diksindi ağrı-acımdan, Boğulan elimin səsi-ünüydü. Xocalım asıldı dar ağacından, O gecə xalqımın qətl günüydü. Mərmilər yağırdı torpağa dən-dən, Günahsız adamlar odda yanırd...
ANL
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Eyni zamanda, deyə bilərəm ki, bu layihə Qəbələ rayonunda da dağ xizəyi kurortunun yaradılmasına təkan vermişdir. Yəni, bu kurortun yaradılması bir neçə məqsədi güdür. Bu, bizə qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi dünyada daha ...
ANL
Dördüncü hakimiyyətin gücü. Ümumiyyətlə, yazmaq, yaratmaq, dilsiz, boş vərəqələri gözəl misralarla bəzəmək, könül oxşayan, üzdə təbəssüm və eyni zamanda kədər hissi oyadan həyatdan mənzərələrə ədəbi dil ilə qulaq asmaq-bu, həm şair, həm yazar, həm də dinləyici üçün başqa bir aləmdir. Kimisi bu hissləri içində saxlayır,...
ANL
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. "Bu mərkəz Azərbaycanda ən böyük turizm mərkəzidir və dövlət xətti ilə turizm infrastrukturna qoyulan ən böyük vəsait Qusar rayonuna yatırılıb". Azərbaycan Respublikasının Prezidenti. Gözəlliklər məskəni Ləzə kəndinin adı dünyaya yayılmaqdad...
ANL
“Azərbaycan rəssamlarının tənqidə münasibəti çox pisdir”. Ziyadxan Əliyev: "Min politoloqun məruzəsindənsə, Tahir Salahovun bir Xocalı qaçqını portreti tutarlı olardı". Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev Adalet.az-a müsahibə verib. "Azərbaycan sənətşünaslığında dil kasadlığı var". - Sənətşünaslıq sizi...
ANL
ADİL MİRSEYİD. Məmməd Dəmirçioğlunun qara sazı üçün ikinci hava. gecə yağırdı yenə. qaynadı qızıl qanım. qafamda qovğalarım. cibimdə yatağanım. qara sevda çiçəyi. kimsə qara saz çalıb. sahildə köhnə qayıq. ay doğdu qəlbiləndi. İnsanlar da təbiət kimidi. Amma qəribə olsa da mənə elə gəlir ki, eyni cins quşlar isə bir-bi...
ANL
MÜASİR AZƏRBAYCAN ROMANI. (Əvvəli ötən şənbə saylarımızda). Ömrünün ədəbi gənclik yaşı ilə vidalaşmayan Natiq Məmmədli də ilk romanını oxuculara təqdim edib. Biz onun hekayələr kitabı haqqında bir resenziya ilə çıxış etmişdik və yazmışdıq ki, Natiqdə həyatı müşahidə qabiliyyəti güclüdür, o, gerçəkliyin reallıqlarını bə...
ANL
"Təyyarəni ən təhlükəsiz nəqliyyat vasitəsi sayıram". "Turne" verilişinin müəllifi Mirsəməd Cəfərli: "Təəssüf ki, bu gün şou-proqramlar telekanallara daha çox reytinq qazandırır". Yerli telekanallardakı verilişlərin sayı çox olsa da, maraqlı və məzmunlu proqram qıtlığı var. Yaxşı telelayihə isə tamaşaçı gözündən yayınm...
ANL
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Ağcabədi səfərimdən qeydlər. Ancaq Ağcabədidə bu işlər daha yaxşı icra olunur. Bu da onu göstərir ki, burda işlərin bünövrəsi mükəmməl qoyulub və bu gün də həmin işlər uğurla davam etdirilir". Azərbaycan Respublikasının Prezidenti. Və bu boz...
ANL
Müasirliyin ünvanı - Ağcabədi. "Respublikamızın hər bir bölgəsinin, o cümlədən Ağcabədinin uğurlu inkişafı bizim qarşıya qoyduğumuz əsas məqsədlərdən biridir". Azərbaycan Respublikasının Prezidenti. Kürün körpüsündən keçib gedən yolla üzü bağlara tərəf hərəkət edirəm. Əslində bu yol dağlara gedən və daha doğrusu, dağla...
ANL
Müasirliyin ünvanı - Ağcabədi. "... Kənd təsərrüfatının inkişafı üçün kreditlər, gübrələr, əlavə texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Çünki hər bir bölgədə, hər bir kənddə yaxşı şərait olsun, rifah artsın, iş yerləri açılsın və gözəl abadlıq işləri görülsün". Azərbaycan Respublikasının Prezident...
ANL
Gənc şair, hal-hazırda Azərbaycan ordusu sıralarında xidmət edən Tural Balabəylinin ilk şeirlər kitabı- "Bütün kişiləri mən biləcəksən" - çapdan çıxıb. Kitabın lap arxa səhifəsində Xaln şairi, unudulmaz Vaqif Səmədoğlunun, yazarlardan Aqşin Yeniseyin və Əsəd Qaraqalpanın Turalın şeirləri haqqında təəssüratları ifadə ol...
ANL
Müasirliyin ünvanı - Ağcabədi. "...Biz öz gücümüzlə, öz bacarığımızla, öz qabiliyyətimizlə bütün dünyaya nəyə qadir olduğumuzu bir daha sübut etdik. Beynəlxalq aləm gördü ki, Azərbaycan nəyə qadirdi, hansı gücün sahibidi. Bunu ermənilər də gördü. Ermənistan hakimiyyəti bundan nəticə çıxarmalıdı...". Azərbaycan Respubli...
ANL
DÖZMƏYİR ÜRƏK DƏ, GƏLİBDİ DİLƏ... Böyük hind mütəfəkkiri R.Taqor yazırdı: "Ədəbiyyat dünyanı insan qəlbinin nuru ilə işıqlandırır". Bu sözün gerçəkliyinə həmişə inanmışam və oxuduğum gözəl bədii əsərlərin mənə aşıladığı estetik zövqün təsirindən çıxmamışam. Düşünmüşəm ki, müəllifin mənə aşıladığı bu hiss və duyğu, bu e...
ANL
O zaman Camal "Son söz" qəzetinin baş redaktoru vəzifəsində çalışırdı. Dövrü mətbuatda az-çox tanınan dərgilərin yayım səbəbi çox vaxt onun redaktorunun şəxsiyyətilə bağlı olur. Bu gün C.Zeynaloğlu doqquz kitab müəllifidir, amma buna baxmayaraq buna baxmayaraq onun qarşısında hələ çoxlu perspektiv planları vardır və bu...
ANL
Elçin Quliyev «Sərhədçi»nin idmançıları ilə görüşüb. Dünən Dövlət Sərhəd Xidmətinin Aparatında «Sərhədçi» idman olimpiya mərkəzinin idmançıları və məşqçilərlə görüş keçirilib. DSX-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-po...
ANL
Azərbaycanda fransızlarla birgə arxeoloji ekspedisiya aparılır. Azərbaycan – Fransa beynəlxalq arxeoloji ekspedisiyası Tovuz rayonunun neolit abidələrində tədqiqatlar aparır. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, əsasən Tovuz rayonundakı eradan əvvəl VI mini...
ANL
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. "... Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır, heç kimdə şübhə doğurmur. Azərbaycan hətta dünyanı bürümüş böhran illərində də öz inkişafını təmin etmişdir, inamla irəliyə getmişdir, insanların rifah halı yaxşılaşır, iqtisadiyyat artır. İqtisadiyyatın bütün sektorları inkişa...
ANL
Yusif Hüseynə kitabı ilə bağlı oxucu məktubu. Xeyli vaxtdır ki, yazı masamın üstündə bir kitab var. Onu mənə dəyərli qələm dostum Məhəmməd Nərimanoğlu çatdırıb. Çatdırıb deyəndə ki, o da bir eloğlusunun arzusunu yerinə yetirib. Mən də həmin o kitabı qəbul etdiyim gündən aradabir onu əlimə götürüb üz qabığındakı mənzərə...
ANL
Hələ erkən yaşlarından rastlaşdığı ikinci dünya müharibəsinin fəsadları onun ailəsindən də yan keçməyib. II dünya müharibəsinin başlanması Jannanın uşaqlıq illərinə düşdüyü üçün o, özünü hər zaman müharibə uşağı adlandırıb. Müharibənin başlanmasıyla atasının müflisləşməsi, ingiis qanı daşıdığı üçün anasının həbs olunma...
ANL
Baş qəhrəman Azərbaycandır. "Uzun illər idi ki, oxucularımı bu kitaba hazırlayırdım". "Tükənməz yaradıcılıq potensialına, böyük istedadına, publisistik dilinin bənzərsizliyinə, zəhməti və çalışqanlığı sayəsində sənətin fövqündə yer tutmağına əla bələd olduğuma görə görkəmli publisist Fazil Rəhmanzadənin yeni kitabının ...
ANL
gəlmişdim. Akif Səməd. Mən Bakıya oxumağa gedirdim. Dünyanın ən böyük cayı Kürü, ən böyük şəhəri Qazağı, ən gözəl mənzərəli məkanı Qarayazı meşələrini, ən doğma evi "Meyvə tingçilik" sovxozundakı iki otaqlı evimizi sanırdım. Bu sovxoza Niyazın sovxozu da deyirdilər. Uzun illər sovxoza rəhbərlik etmiş Niyaz kişi qılınc ...
ANL
Qrupumuz ürəyimizcə idi. Səmimi, mehriban, çalışqan həmyaşıdlarım özləri ilə Azərbaycanın müxtəlif bölgələrinin ab-havasını gətirmişdilər. İlk gəncliyimizin arzusuna çatmış, tələbəlik həyatına qədəm qoymuşduq. Uşaqlıq, yeniyetməlik arxada qalmışdı. Ömrümüzün həmin çağlarına atalarımızın, yaxınlarımızın girdabına düşdüy...
ANL
KÖVRƏK XƏYALLARLA KƏNDDƏN BOYLANAN ŞAİR. Sazı-sözü qədimdən qədim olan, adət-ənənəsi min illərin qaynağından su içən Borçalı mahalında, Bolnisi rayonunun Darvaz kəndində Təbriz İman adlı bir şairimiz yaşayır. Adı ən çox sevdiyimiz ana şəhərimiz Təbrizin adından götürülüb. Kəndinin adı Darvazdır. Darvaz kəndinin uca qay...
ANL
Mənim qəlbim yenə şan-şan. Yetim kimi bu çöllərdə. Dolub qaldım yana-yana. Dərin-dərin dəryalara, Dalıb qaldım yana-yana. Duyğulardan duman qalxır, Xəyallarım sisə düşüb. Keşməkeşli dünyamızda, Ömür yolum kəsə düşüb. Bu gün ələm dodağından, Ruhuma bir busə düşüb. Qəmlənəndə gülə bildim, Nəfsi ruha kölə bildim. Güc alır...
ANL
DƏRDİN DƏ DİLİ VARMIŞ... Sabir Sarvan "Qibləm ürəyimdi" adlı yeni şeirlər kitabı ilə oxucularının görüşünə gəlib və bu görüş altmış yaşı ərəfəsində öz poetik fərdiyyətini bir daha təsdiqləmək üçün ən vacib bir məqamdır. Əslində, onun buna ehtiyacı yoxdur, çünki Sabir Sarvan elə ilk şeirlərindən oxucu auditoriyasının rə...
ANL
VƏTƏNDAŞ SÖZÜ. İndi hər kəs bir rahatlıqla nəfəs alır. Elə bil insanların çiynlərindənindən ağır bir yük götürülüb. Özü də mən bunu tam səmimiyyətimlə deyirəm. Çünkü yük təkcə ölkə rəhbərliyinin, yarışları təşkil eləyənlərin, oyun iştirakçılarının çiynində deyildi. Bu yük, bütün Azərbaycan xalqının, uşaqdan böyüyə hər ...
ANL
Zəfərin mübarək, Azərbaycan boksu! Paytaxtımızda təşkil olunan I Avropa Oyunları tarixin yaddaşına qovuşdu. Yüksək səviyyəli təşkilatçılıqla yadda qalan turnirlə bağlı təəssüratlar hələ uzun müddət istər yerli əhalinin, istərsə də xarici qonaqların xatirələrində yaşayacaq. Ölkəmizi təmsil edən idmançılar da öz növbəsin...
ANL
ONLAR BİZİM GƏLƏCƏYİMİZDİR. "... Əlbəttə, Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin d...
ANL
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. "...Görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, daha da zənginləşdirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin edilsin". Azərbaycan Respubli...
ANL
Almaniyanın SSRİ-yə hücumunu "xaincəsinə"adlandırmaq nə dərəcədə düzgündür? Stalin Sovet İttifaqının hansı ərazilərini hərbi əməliyyatların dayandırılacağı təqdirdə Hitlerə təklif etmişdi? Müharibədən əvvəl kəşfiyyatçılar nə üçün məhv edilirdi? -İkinci Dünya müharibəsindən 70 ildən çox keçməsinə baxmayaraq, politoloqla...
ANL
BU DÜNYA GÖRÜŞ YERİDİ. Elə bil ki, bir-birimizin kölgəsinə çevrilmişik, ayrı dura bilmirik bir-birimizdən. Üstəlik dost-tanış, yaxın ətrafım da mənə bu dərddən-kədərdən uzaqlaşmağa imkan vermir. Onların da mənlə obrazlı desəm, "düşmənçilikləri" var, yoxsag. Hə, iki gün öncə xətrini çox əziz tutduğum, sözə, ədəbiyyata b...
ANL
Aydın Hüseynov: “O anları xatırladıqca qürur hissi duyuruq”. “Oyunların baş tutması, yüksək səviyyədə təşkili qara qüvvələri susmağa vadar etdi”. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun Adalet.az-a müsahibəsi. -Aydın müəllim, Birinci Avropa Oyunla...
ANL
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Keçən ili də uğurla başa vurmuşuq. Bu ili də uğurla başa vuracağıq. Baxmayaraq ki, dünyada indi müxtəlif proseslər gedir. Bölgədə iqtisadi vəzi...
ANL
Bir təcrübə kitabı. Jurnalistlik fəaliyyətinə uzun illər öncə başlamış və imzasını geniş oxucu kütləsinə çatdırmış Qərənfil Dünyamin qızı (Qərənfil Quliyeva) bu yaxınlarda jurnalistlərə, mətbuatla maraqlananlara və ümumən Azərbaycan oxucusuna yeni kitabı olan "Dahinin istəyi, qələmin qüdrəti" kitabını təqdim etdi. Kita...
ANL