text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İnsan Mənzərələri. Uşaqlığımda yaman başı bəlalı idim... İndi də qolumu boynumdan asmışdılar. Məhəd əmimin, (Qaleyçi Məhəd) iki öküzün boyunduruğuna qoşub gətirdiyi yoğun, uzun qoz kərəni yoldan xeyli aralıya düşürmüşdü. Məhəd əmim atamın əmisi qızı Fatma mamamın həyat yoldaşı idi. İranın Ərdəbil şəhərindən mühacirət e...
ANL
Yazıçı təxəyyülünün gücü və tarixin gerçək üzü. Hələ uşaqlıq illərindən yay aylarında bədii əsərlərin mütailəsinə ayrıca həvəs göstərmişəm və bu mənim ən ləzzətli əyləncəm olub. Bu yay günlərində də belə oldu. Artıq yazıçı obrazının kamilliyi ilə özünü çoxdan təsdiq etmiş Yunus Oğuzun "Şah arvadı və cadugər” romanını o...
ANL
"Gözümü açandan kitab aləminə düşmüşəm". "Üzeyir musiqisini ilahi musiqi hesab edirəm". Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov apa-ya müsahibə verib. Adalet.az müsahibəni təqdim edir. - Cənab nazir, Sizin haqqınızda bir fikir formalaşıb: Səlim Müslümov işinin peşəkarı olan dövlət məmurunda...
ANL
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNDA MÜASİRLƏŞMƏ UĞURLA DAVAM EDİR. Respublikamızda son dövrlər aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadiyyatının əhəmiyyətli dərəcə güclənməsinə imkan vermiş, dinamik sosial inkişafı və insanlarımızın rifah halının yaxşılaşdırılmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi ink...
ANL
XATİRƏ XATUNUN ŞEİR ALƏMİ. Son illərdə qadın yazarlarımızın sıraları getdikcə çoxalır və əlbəttə, onların hər bir cəhd edir ki, böyük ədəbiyyat meydanında görünsünlər, ulu şair nənələrimiz - Məhsətinin, Natəvanın, Heyran xanımın layiqli davamçıları olsunlar. Bu gün qadın yazarlarımızın sırasında (söhbət şair xanımlarda...
ANL
Kitabların elektronlaşdırılması nə vəd edir? İnformasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri kimi artıq hər bir sahədə tətbiq edilir. Müasir texnologiyanın təsir dairəsi iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini...
ANL
MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ. Tanrı neməti. Suyun əvəzedilməz həyat neməti olması haqqında, onun dadı, qoxusu vəg qoruxusu haqqında ulu Dədə Qorquddan, dahi Nizamidən, elə Antuan Sent de Ekzüperidən tutmuş müasir mütəffəkkirlərimizəcən xeyli hikmətli sözlər, əhvalatlar eşitmişik. Çayalara, göllərə, ...
ANL
Bir məktub göndər mənə Cavabına özün gəl... Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsində dərs deyirəm. Hər dərsimdə sankı özümlə tanış oluram. Şübhəsiz, məni özümlə tanış edən tələbələrimdir. Belə tələbələrdən biri Qalibə İlisuludur. Lap gəncliyimdən tələbələrimin hansı bölgədən olduğu ilə maraqlanmışam və yaxud ...
ANL
Dilqəm sənsən? Bir hadisə baş verib? Sadəcə darıxdım, zəng elədim. Amma yuxuya gedə bilmirlər. İstiliyi verir içəri. Döşəmənin də altında siçovillar ciyildəyir. Sən neyləyirsən? Gözətçi neyləyər. Oturub səhərin acılmasını gözləyirəm. Sərindir. Dispenser də işləyir. Həm Gədəbəyin soyudulmuş bulaq suyu var, həm qaynar. K...
ANL
Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı müzakirə edilib. Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr edilmiş tədbir k...
ANL
MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ. Mil-Muğan hidroqovşağından götürülən suyun Baş Mil kanalı ilə Yuxarı Mil, Yeni Xanqızı və digər kanallara ötürülməsi, beləliklə də Füzuli, Beyləqan, Ağcabədi və İmişli rayonlarında 120 min hektara yaxın əkin sahəsinin su ilə təmin edilməsi nəzərdə tutulub. Bu da Beyləqa...
ANL
XƏTİB TƏBRİZİNİN ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ. Nəzəri fikir tariximizdə özünəməxsus yeri olan, bədii əsərlərə yazdığı müfəssəl, məzmunlu şərhlərlə ədəbiyyatşünaslıq elmimizin, bədii təhlil sənətinin bünövrə daşlarını qoyan Xətib Təbrizinin ədəbi-nəzəri irsi uzun müddət Azərbaycan oxucusu üçün əlçatmaz olmuşdur. Ancaq ölkəmiz...
ANL
Həyat və yaradıcılıq salnaməsi. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, akademik Mirzə İbrahimov ədəbiyyatşünas alim, publisist, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnsti-tutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovu "işinə,...
ANL
Azərbaycan prezidenti İlham Əliyevin dünya klassiklərinin və Nobel mükafatı laureatlarının əsərlərinin Azərbaycan dilinə tərcüməsi və çapı barədə tarixi sərəncamına əsasən Amerika yazıçısı, Nobel mükafatı laureatı Con Steynbekin seçilmiş əsərləri ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmişdir (Şərq-Qərb nəşriyya...
ANL
Xalça Muzeyindən xoş təəssüratlarla. Sentyabrın 27-də Beynəlxalq Turizm Günü ilə əlaqədar ölkə ərazisində yerləşən bir çox mədəniyyət obyektləri öz qapılarını insanların üzünə açmışdı. Bu münasibətlə Adalet.az-ın müxbir heyəti də Xalça Muzeyinə gedərək yeni açılmış mədəniyyət ocağının eksponatları ilə tanış olub. Həmin...
ANL
Nazir: "Turizm mövsümünün yekunları bizi qane etdi". "Bu il turizm mövsümünün yekunları bizi qane etdi. Öncədən atdığımız addımların nəticəsində bu il yay mövsümündə heç bir müəssisədə hər hansı fövqaladə və ya narahatlıq törədən hadisə baş vermədi. Monitorinqlər keçirərək keyfiyyətin artırılmasına nail olmuşuq". Adale...
ANL
EKOLOGİYANIN VƏ TƏBİİ SƏRVƏTLƏRİN QORUNMASINDA YENİ MƏRHƏLƏ. Ekosistemlərin formalaşmasında meşələrin rolu. Meşələrin qorunması və artırılması son dövrlər dünya səviyyəli problem kimi səciyyələnir. Səbəbsiz deyil. Planetimizin gələcəyi dünya ekosistemlərinin formalaşmasından və meşələrin normal mövcudluğundan da asılıd...
ANL
(Söhbət şair-publisist Əbülfət Mədətoğludan gedir). Hər il yanvarın 1-də yeni ilin sevincləri ilə yanaşı, bir qələm dostunun, bir gözəl şairin, yorulmaq nə olduğunu bilməyən bir qəzet işçisinin-dünyanın hər gedişinə, həyatın hər olayına sözünü-sovunu deyən işgüzar bir publisistin də ad gününə sevinirsən. Başın yeni il ...
ANL
Göygölün ağ günləri. (Əvvəli qəzetimizin ötən sayında). Ötən il Göygöl rayonunda müxtəlif təyinatlı yeni obyektlərin tikintisi davam etdirilib, geniş həcmli abadlıq-quruculuq işləri həyata keçirilib. Rayonda iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Gəlir artır, qayğı çoxalır. Rayon İcra Hakimiyyətinin atdığı addım...
ANL
Şeiri uzunçuluq, bol-bol söz yığımı, nəzmçilik müəyyənləşdirmir. Bəzən bir bənd və yaxud ikicə misra adamın ruhunu elə tovlayıb "dara çəkir" ki, təsirindən xeyli müddət yaxa qurtara bilmirsən. Poeziyada yenilik, navatorluq elə budur, yaşayıb-aradan Aybəniz Əliyarın "canım" şeirində bir neçə misra o saat diqqətimi çəkdi...
ANL
Uğurlara köklənən reallıq. Etiraf edək ki, ziyalılar bolluğunda yaşasaq da, əsil ziyalıya rast gəlmək, onunla həmsöhbət olub zövq almaq hər birimizə nəsib olmur. Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri Şükür Ömürmalı oğlu Məmmədov da məhz belə ziyalılarımızdandır. Neçə illərdir böyük bir kollektivə rəhbərlik edən Şükür...
ANL
YADDAŞIMDAKI YAZININ FRAQMENTLƏRİ. Üç məqama bir aydınlıq... Artıq tarixə çevrilmiş 2013-cü ilin son günlərində ölkəmizin tanınmış ziyalıları ilə, söz, qələm adamları ilə həm telefon vasitəsilə, həm də birbaşa təmaslar zamanı müxtəlif mövzularda fikir mübadiləsi etdik. Həmin söhbətlərin ana xəttini indiki durumumuz, ic...
ANL
Uğurlara köklənən reallıq. Məktəbin direktoru Zeynəb Nüsrət qızı Əsgərovanın incə qadın zövqü dəhlizdən tutmuş sinif otaqlarına qədər hər yerdə hiss edilir. Ali məktəblərə qəbul zamanı da bu məktəbin məzunları həmişə yüksək bal toplamışlar. Məktəbdə istedadlı şagirdlərin aşkara çıxarılması daim diqqətdə saxlanılır. Nət...
ANL
Başına-qıçına döydü Qızyetər. Onun şivəninə, qışqırtısına tökülüb gəldi camaat... Yetimin ölüsünə çırpan Höccətin arxasınca söyüş, nalə, qarğış. Yerdən qaldırdılar onu. Üz-gözü şişmişdi, dodağının ucundan qan gəlirdi. Ağlamırdı, içini çəkmirdi, hamıya donuq-donuq baxırdı. əllərini çətinliklə göyə qaldırdı, dodaqları tə...
ANL
Ümumtəhsil sistemində müasirləşmə dövrü. Sosial dövlət olan müasir Azərbaycanda vətəndaş, onun maraqları, rifahı dövlətimizin siyasətinin mərkəzində dayanır. Bu baxımdan son dövrlər ölkəmizdə təhsilin inkişafına yönəldilən məqsədyönlü tədbirlər təbiidir. Ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdi...
ANL
Həmsöhbətim danışdıqca, məntiqi ardıcıllıqla cümlələri bir-birinə caladıqca, asanlıqla mövzudan mövzuya keçdikcə xəyalımda keçən əsrin 50-80-ci illəri canlanırdı. O vaxtlar çox savadlı, bilikli və çox məlumatlı adamları "canlı ensiklopediya" adlandırırdılar. İndi belələrini barmaqla saymaq olar. Sayı-hesabı bilinməyən ...
ANL
("Bölgələrdə ədəbiyyat" silsiləsindən). "Azərbaycan ədəbiyyatına ağır itki üz vermişdir. Vaxtsız əcəl sıramızdan tanınmış şair Abbasağa Azərtürkü apardı". Qara çərçivədə şairin şəkli, altında nekroloq. Altmış dörd illik ömür. Bir müddət Bakıda fəhlə işlədi, amma bütün qalan ömrü Cəlilabadda keçdi, dil-ədəbiyyat müəllim...
ANL
Ümumtəhsil sistemində müasirləşmə dövrü. Ötən il rayonun məktəblərində Respublika Təhsil Nazirliyinin "Təlim prosesində müasir yanaşmaların təşəkkülü ilinin davamı" haqqında əmrinə uyğun olaraq başlanmış tədbirlər uğurla davam etdirilmiş, pedaqoji kollektivlər, müəllim və şagirdlər müvafiq respublika müsabiqələrində fə...
ANL
Əfsanə bolluğu. "Şəxsiyyətlər Parkı"nda kimlər var? Dünyanın qabaqcıl dövlətlərinin mədəniyyət siyasəti sahəsindəki təcrübəni dərindən öyrənən Mədəniyyət və Turizm Nazirliyi xalqımızın qeyri-maddi irsinin qorunması istiqamətində mühüm işlər görür. Qeyri-maddi mədəni irsimizin təbliği və təşviqini nəzərdə tutan bu proqr...
ANL
Vaxtilə böyük şairimiz Səməd Vurğun yazırdı: "Əgər sənin dediyin xırdaca bir söz özünə məxsusdursa, sən vüqarlı adamsan! Sən dediyin bir söz başqasınındırsa, sən vüqarsız adamsan! Sənət təcrübəsi-sənət tarixi belə bir həqiqəti sübut edir ki, bütün sənətkarlar ilk yaradıcılıq dövründə kimisə təqlid edə bilərlər, ancaq b...
ANL
Xaçmazda gözəllikdən doymur ürək. Xaçmaz yerli və xarici turistlərin ən çox gəldiyi bölgələrimizdəndir. Xəzər dənizi boyunca uzanan çimərliklərdə, istirahət mərkəzlərində qonaqlar üçün hər cür şərait var. Xaçmaz öz abadlığı və təmizliyi ilə də gələnləri heyran qoyur. Son illər həyat keçirilən tədbirlər nəticəsində rayo...
ANL
Zirvəyə gedən yol. Tarixin bütün dövrlərində Azərbaycan qadını haqsızlığa, ədalətsizliyə, zülmə qarşı mübarizə aparıb, xalqın azadlığı uğrunda çarpışıb, ziyalılığı ilə seçilib. Bərdə hökmdarı Nüşabə uzaqgörənliyi, iti ağlı, dərin zəkası ilə böyük Nizaminin gözəllik simvolu kimi vəsf etdiyi bu torpağa göz tikənlərə sila...
ANL
Xaçmazda gözəllikdən doymur ürək. (Əvvəli qəzetimizin ötən sayında). Dövlət başçısının imzaladığı "Azərbaycan Respublikası Regionlarının İnkişafı" ikinci Dövlət Proqramının (2009-2013-cü illər) icrası ilə bağlı Xaçmaz rayonunda xeyli iş görülüb. Proqramda Xaçmazla bağlı nəzərdə tutulan tədbirlərin əksəriyyəti uğurla ba...
ANL
Bunlar həm sevincli, həm də kədərli anlardır. Yəni insan torpağını itirəndə nələr çəkdiyini onun özündən başqa heç kim bilmir. Və yenidən yurduna qayıdanda onun sevincinin şirinliyini də yurda dönənlər daha yaxşı bilirlər. Kimlər bilməsə də füzulililər torpaq itkisinin, yurdun ağrısını, acısını çox yaxşı bilirlər. Avqu...
ANL
Qəribə adam. O zaman Oktay bizimki.org ədəbiyyat portalında yorulmadan ədəbiyyat üçün çalışırdı. Təsadüfən internetdə tanış olduq və Oktay mənim paytaxt ədəbi mühitinə açılmağıma, ədəbiyyatla daha ciddi məşğul olmağıma təkan verdi. Şeirlərim haqqında ilk yazıları da məhz Oktay yazıb və məni ədəbi mühitə təqdim edib. So...
ANL
Hardasa imzasına rast gəldiyim tarix və yaddaşıma köçən həmin o "Ulduz" jurnalı bu müəllifi qiyabi olaraq mənə təqdim etdi və jurnalın həmin sayında mən başqa bir yeni imza da gördüm. Nağıllarda deyilən kimi illər, aylar ötdü və zaman elə gətirdi ki, mən Səyyad Aranla birbaşa təmas qurmaq, qarşı-qarşıya dayanmaq, həmsö...
ANL
FHN-nin Akademiyası - ümummilli liderimiz Heydər Əliyevin ideyalarının gerçəkləşdiyi məkan. Ümummlli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın uzaq gələcəyini nəzərdə tutaraq güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsinə hədsiz qayğı...
ANL
Məhsul verən sahələr. ... Bayaq bərəkətli Qarabağ torpağından danışdıq. Dedik ki, bu yerlərin torpağı daha bərəkətlidi. Mer-meyvəsinin, bostan-tərəvəz məhsulunun dadından adam doymur. Hələ biz quzu ətinin tamını demirik. Qarabağın quzusunun kababının özgə ləzzəti var. Xüsusən də qara quzular daha dadlı olur. Bu sözləri...
ANL
Kitab payı. Kitab elmin çeşməsi, əxlaqın mədənidir. Kitab hikmət bağçasının qapısıdır. Gül gözəldir, kitab güldən də gözəldir. "İnsanın başına nə bəlalar gəlirsə, hamısı onun biliyinin azlığından gəlir" - deyilir el sözündə. Kainat qədər maraqlı olan insan öz bədəninin sağlam qalması üçün təbiətdən qida maddələri aldığ...
ANL
Nizami adına Ədəbiyyat İnstitutu 80 yaşının işığında. Azərbaycan elminin həyatında əlamətdar günlər yaşanır. Tarixlə çağdaşlığın mənəvi varisi olan AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 yaşı tamam olur. Bu nüfuzlu elm təşkilatının keçib gəldiyi yolu - klassik tarixi irslə müasirliyin birliyini ehtiva edən bir kit...
ANL
Ömrünü şeirlərdə yaşayan insan! Doxsan illik ömrünü təzəcə tamamlamış İncəsənət Universitetinin qarşısındayam. Bu soyuq qış günündə sanki insanlar kimi bu binada elə bir soyuqdan üşüyür. İllərin sınağından çıxmış yorğun, yorğun olduğu qədər də əzəmətli binanın divarlarına baxa-baxa fikirləşirəm. Görəsən, bu daş-divarla...
ANL
Milli Kitabxanada gənclərlə görüş keçirilib. Mirzə Fətəli Axundzadə adına Azərbatcan Milli Kitabxanasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə yaradıcı gənclərlə görüş keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə gənc dramaturqlar,rejissorlar,teatrşünaslar,teatr rəssamları, bəstək...
ANL
ŞƏHİDLƏR XİYABANI. Sıra ilə düzülərək. Baxır bizə. Qanlı yanvar şəhidləri. Bir işıqlı məhəbbət var. Əsmir külək, Susub durmuş ağaclar da. Məzarların o başında. Bir əbədi məşəl yanır. İçimdə alvolanır. Kədərlidir burda gənclər. Kədərlidir burda güllər. Məzarların üzərində. Qan rəngində qızılgüllər. Heç biri də qocalmayı...
ANL
Mərifət məbədinin qapıçıları - müəllimlər. Söhbət Şirvan şəhərindəki Nofəl Quliyev adına 9 saylı tam orta məktəbdən gedir. Şirvan şəhərində, eləcə də respublikada öz yeri, öz çəkisi olan Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyevin adını daşıyan Şirvan şəhər 9 saylı tam orta məktəbi doğrudan təhsilimizin fəxarət yeridi...
ANL
Allahverdi Məmmədli az yaşadı, cəmi əlli bir il. 1947-cü ildə Lerik rayonunun Yuxarı Anburdərə kəndində, kolxozçu ailəsində anadan olmuşdu. Allahverdigilin ailəsi də öz doğmaları ilə ata-baba yurdunu tərk edib Biləsuvar rayonundakı Əmənkənd kəndində məskunlaşırlar. Beləliklə, dağ iqlimi Aran istisinə dəyişdirilir, bəlk...
ANL
Don vurmuş bənövşələr. Dünyaya gəlməyən 24 yaşlı övladın dilindən. Heyf ki, onlara heç vaxt belə müraciət edilmədi. Birinə əlisilahlı, bədheybət qatil atəş açdı, o birinə isə elə öz zərif əlləri zəhər içirtdi... Mən şəhid olacaq gənclə şəhidliyə qovuşacaq gözəlin arzusu - qarşılıqlı saf məhəbbətlərinin ilk bəhrəsi idim...
ANL
Bəlkə də bu igid oğulların ruhları bu gün də sakitləşmirlər. Ən azından ona görə ki, onların xilas etmək istədikləri torpaqlar erməni işğalı altındadır, müqəddəs yerlərimizi, yurdlarımızı ermənilər yaman günə qoyublar və murdarlayıblar. O yerdə ki, döyüşən oğullar var, o yerdə ki, şir ürəkli igidlər sinəsini düşmənin v...
ANL
Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti, millət vəkili, professor Ağacan Abiyev bu fikri bizimlə söhbətində xüsusilə vurğuladı. Sirr deyil ki, ildən-ilə Azərbaycanda boks yüksələn xətlə inkişaf edir. Ən azından ona görə ki, ölkəmizdə bu idman növünün dirçəlişi və yüksək sürətlə inkişafı üçün hər cür əlver...
ANL
Yaxın günlərin söhbətidi. Dəyərli söz adamı Vaqif Nəsib Sarıhüseynoğlunun 75 yaşının tamamı ilə bağlı Atatürk Mərkəzinə toplaşmışdıq. Vaqifsevərlər, Vaqifi duyanlar və bütövlükdə ədəbiyyata könül bağlayanlar həmin gün Vaqif Nəsiblə bağlı ürək sözlərini söylədilər, xatirələrini dilə gətirdilər. Beləcə, bir doğum tarixi ...
ANL
Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu k...
ANL
Ədəbiyyatda elə mövzular var ki, hər dəfə onlara müraciət olunanda yeni, daha müasir bir ədəbi nümunə yaranır və ya əksinə, heç nə dəyişmir, "köhnə" havalar təkrar olunur. Biz poeziyada, nəsrdə və dramaturgiyada ənənəvi mövzular üzrə təsnifat aparmaq fikrində deyilik. Yalnız bir mövzu üzərində dayanmaq və bu mövzuda qə...
ANL
Mərifət məbədinin qapıçıları - müəllimlər. Söhbət Şirvan şəhərindəki Nofəl Quliyev adına 9 saylı tam orta məktəbdən gedir. Ölkənin 40-a yaxın şəhər və rayonlarının təmsil olunduğu Azərbaycan Təhsil Şurasının "Təhsil və zaman" qəzeti ilə birgə təşkil etdiyi "Təlim keyfiyyətinin yüksəldilməsi problemləri" adlı elmi-prakt...
ANL
ÖTƏN İLİN NƏŞRLƏRİ. Və biz geriyə baxıb həmin o ilin həm siyasi, həm də ədəbi mənzərəsini göz önündə canlandırmağa çalışırıq. Təbii ki, siyasi məsələlər nə qədər aktual olsa da, amma ədəbi-mədəni hadisələr də kifayət qədər diqqətçəkən, insanları öz ətrafında birləşdirən mövzulardandı. Yəni Azərbaycan oxucusu öz mənəvi ...
ANL
Yola saldığımız il ölkəmizin müstəqillik tarixində böyük uğurlar, sürətli inkişaf, tərəqqi ili kimi yaddaşlarda qaldı. 2013-cü ildə böyük dövlət xadimi, sağlığında insanların qəlbində özünə əbədi heykəl ucaltmış ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd olundu. Tale Heydər Əliyevi Azərbaycan xalqına bəx...
ANL
Müəllimi olub demirik ha, olmayanları soruşuruq. Təbii ki, çox nadir insan tapılar ki, həmin adam müəllim qarşısında əyləşməsin, oxumasın, öyrənməsin və bir sənətin qulpundan yapışmasın. Dünyanın ən dahi insanlarının yol göstərəni və istiqamət verəni məhz müəllimlər olub. Buna görə də hamımız müəllimlərimizə və o gözəl...
ANL
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan İdarənin rəisi, polis polkovnik-leytenantı Habil Əsədov bildirdi ki, zaman-zaman ən sərt sınaqlara sinə gərən vətənimizin qəhrəmanlıq dolu tarixində hər zaman qürur hissi ilə xatırlanacaq bu gün müstəqillik uğrunda xalqım...
ANL
Yandırılmış məktəb yenidən bərpa edildi. Aydındır ki, erməni işğalçıları heç nəyə məhəl qoymadan bütün yaşayış binalarını, səhiyyə ocaqlarını və eləcə də digər yerləri yandırmaqla sanki bizdən qisas almaq istəyirdilər. Horadiz şəhəri daxil olmaqla 22 yaşayış məntəqəsində yaşayış binaları, təhsil və səhiyyə ocaqları yen...
ANL
Valeriy Marçenko stal nastoəhim borüom za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırı...
ANL
Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna. Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünməz saf bir...
ANL
Rəşad Məcidə. Çörəkdən başqa nə qədər yemək-içmək var idisə, səliqəsiz şəkildə səpələnmişdi göy otların arasına. Bircə doğranmış təndir çörəkləri qəzet parçalarının üstündəydi... ... Dirsəklənmişdi üzü bulağa sarı. Qalan üç nəfər arxası üstə uzanmışdılar. Sir-sifətləri pörtmüşdü, gözləri yumulu idi... Baxırdı bulağa. Q...
ANL
Bir neçə il öncə dostlar soruşdular: - Dərvişi tanıyırsan, naxçıvanlı şair? Gəlişi ilə ortama bir dəyişiklik qatdı. Fərqli hərəkətləri, danışığı, fikirləri adamı özünə cəlb edirdi. Aləmi qatırdı bir-birinə, bəzən fikirlərini, bəzənsə mövqeyini tutmaq olmurdu. Baş açmırdım şairdən. Çox istəməyə başlamışdım onu, görüşlər...
ANL
Xalq şairi Bəxtiyar Vahabzadə Əbülfət Mədətoglu barəsində yazıb: "Əbülfət sözün əsl mənasında şairdi, onu oxuyanda tüstüm təpəmdən çıxır. Ümumiyyətlə, Əbülfət Mədətoğlu barəsində yazılan bütün fikirlərdə onu dərdi kişi kimi çəkən, sevgini pıçıltı ilə söyləyən bir şair kimi xarakterizə edirlər. Hətta şairin 2007-ci ildə...
ANL
Ömər Qoçulu. Yerin cənnətlik olsun, Akif Səməd. Sənin tanış etdiyin bütün insanların demək olar ki, hamısı ürək, könül dostlarıma çevrildilər, məslək yoldaşlarım oldular. Onu mənimlə sən yox, sənin ruhun tanış etdi, özü də sənin ayaq izlərinin hələ soyumadığı Az.TV-nin həyətində. Bir-birimizdən xəbərsiz sənin haqda ver...
ANL
Qəzetlərdə qələm dostları təbrik etdilər onu. Çox güman ki, yaşadığı Naxçıvanda da bunu təntənəli şəkildə qeyd edəcəklər. O, Naxçıvan Yazıçılar Birliyinin sədridir. Həyatı, ömür-gün yolları, bütün uğurları, sevinc dolu illəri Naxçıvanda keçib. Onu tanıyırlar, şeir kitablarını oxuyurlar, ona minnətdarlıq dolu məktublar ...
ANL
Azadinform-un "Uğurun sirri” layihəsinin növbəti qonağı tanınmış publisist və yazıçı-jurnalist İradə Tuncayın müsahibəsini təqdim edir: İradə xanım, sizcə, uğurun rəngi, dadı, qoxusu, səsi, görüntüsü necədir və ona toxunmaq nə zaman mümkündür? Amma cəhd eləmək olar. Dadı, qoxusu yəqin uşaqlıqda yemək istədiyimiz ən dad...
ANL
Mətbuat Şurası yekun hesabat verdi. MŞ-nın mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, ötən il rəhbərlik etdiyi quruma ümumilikdə 610 müraciət daxil olub. 610 müraciətdən 423-ü bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. Bunlardan 105-...
ANL
Gənc həmkarım Zəka Vilayətoğlunun kitabı barəsində düşüncələrim. Ötən ilin son günləri idi. Dəyərli ziyalımız, yazıçı-publisist və həm də ağsaqqal dostumuz olan Əlövsət Bəşirli bizi bir süfrə arxasına toplamışdı. Bu məclisdə qarşıdan gələn ili qeyd etməklə yanaşı, həm də Əlövsət müəllim mənim doğum günümü də dostlarla ...
ANL
Müasir kəndlərimizin ikisi - Rəncbər və Qubalıbaloğlan kəndləri. Bunlar Hacıqabul rayonunda yerləşir. Maraqlı həmsöhbət olan Xəlfəli müəllim 20 ildir dövlət qulluqçusudur. 4 ildir ki, Rəncbər kəndində inzibati ərazi nümayəndəsi işləyir. Kəndin tarixini, adət-ənənəsini, sosial həyatını incəliklərinə qədər şərh edən Xəlf...
ANL
Sənədli hekayə. Elə tədbir olmurdu ki, orda görükməsin, söz deməsin. Yığıncaqda, tədbirdə ön sırada əyləşirdi, elan olunanda ki, indi də söz verilir qabaqcıl pambıqçı, Qəhrəman ana Qəmər Quliyevaya, tez cumurdu tribunaya, partkomun öyrətdiyi cümlələri ustalıqla təkrarlayırdı. Kommunist Partiyasına, L.İ.Brejnevə xoşbəxt...
ANL
Keşməkeşlərdən keçmiş insan. Tanınmış araşdırmaçı-yazar, Qarabağ müharibəsi veteranı Hacı Kərim Həmdulla oğlu Dünyamalı 1953-cü ildə Quba rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Kiyev Rəssamlıq Məktəbini bitirmiş, Taras Şevçenko adına Kiyev Dövlət universitetinin tarix fakültəsinin dinləyicisi olmuşdur...
ANL
HORADİZDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ. Son vaxtlar ermənilər bütün təmas xətti boyu işğal etdikləri ərazilərimizdən bizim yaşayış məntəqələrini fasiləsiz olaraq atəşə tuturlar. Elə təsəvvür edirlər ki, bu əvvəlki vaxtlardır və nəyəsə nail olacaqlar. Amma onlar unudurlar ki, Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmlənmiş v...
ANL
Xalq artisti Şamil Süleymanlının:”Aktyora bir milyon manat da versən, çatmayacaq”. Adalet.az həmin müsahibəni təqdim edir: - Şamil müəllim, son vaxtlar yaman qaç-qovdasınız, nə vaxt zəng vururam, tez-tələsik sağollaşırsınız ki, başqa vaxt danışarıq. Az qala həftədə üç dəfə zəng edirsən. - Son illər çəkilən az qala bütü...
ANL
Aysel Əlizadənin kitabı. Çoxdandır yazı stolumun üzərində bir kitab var. Gözəl tərtibatı, həm də sadə dizaynı ilə adamın diqqətini özünə çəkir. Mən bunu ona görə xüsusi vurğulayıram ki, bu kitabın üz qabığında əlini çənəsinə söykəmiş, barmaqlarının arasında qələm tutmuş müəllif şəkili yoxdu. Sadə, olduğu qədər də maraq...
ANL
Həsən Əliyev : "Olimpiya çempionu olmasam, həyatımda natamamlıq kompleksi yaranar". "Bütün işlərimi olimpiadadan sonraya saxlamışam". Həsən Əliyev 1989-cu ildə Azərbaycan respublikasının Qazax rayonunda anadan olub. O, idmanın yunan-Roma güləşi növündə bir çox titullar qazanıb. 2009-cu ildə gənclər arasında Avropa və d...
ANL
Neçə gündür əllərimi bir gəncin yandırdığı ocağın istisinə uzatmışam. Misra-misra, sətir-sətir, bənd-bənd alışıb yanan bir ürəyin istisinə. Neçə gündür gözlərimdə Laçın dərdi çəkən gənc bir şairin - doktor Şərahilin uzaqlara dikilmiş intizar baxışları, qulaqlarımda oxuduğu muğamın insan qəlbini ovsunlayan, onu riqqətə ...
ANL
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. "...Bütün bu əsas layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu təşəbbüslər əminəm ki, xalq tərəfindən də yüksək qiymətləndirilir. Çünki rayon qarşısında duran əsas infrastruktur məsələləri qısa müddət ərzində öz həllini tapır. Əl...
ANL
Qara Söyünün erkəkləri. Nənəm danışır ki, mənim kiçik bacım Sevil anadan olan ili (bu düşür Şıxəli Qurbanov ölən ilə, yəni 1967) quyruq doğan vaxt, qoyun qırxınından sonra aşıq Həsrət Hüseynov gəlmişdi yaylağa, Murad təpəsinə, özü ilə xanəndə Eynulla Cəbrayılovu da gətirmişdi. Qara Söyünün ferması düz Murad təpəsinin ə...
ANL
Hocabəy İhsan Doğramacı fenomeni - Türk İnsanının hüdudsuz qüdrətinin və ölçüyəgəlməz humanistliyinin sübutu, qondarma "erməni soyqırımı"nı tanıtmaq istəyənlərə qarşı qoyulası aşkar dəlildir. Erməni təbliğat maşını uydurma soyqırım məsələsinin yüzüncü ilini daha hay-küylü keçirməkdədir. Dünya ictimaiyyəti bu apreldə qu...
ANL
Qəşəm İsabəylinin yeni kitabı və bu kitaba bir baxış. Novruz qabağı görüşdük. Zəng edib çərşənbə xeyir-duasını, arzularını bildirdi. Sözarası da xatırlatdı ki, yeni bir kitabı işıq üzü görüb. Mənim də qəribə xüsusiyyətim var. Kitab barəsində eşidəndə dərhal onu əldə etməyə çalışıram. Odur ki, Qəşəm müəllimin sözünü göy...
ANL
Nərgizin "Yersiz cümlələr"i. Türkiyədə yaşayan gənc şairənin ilk kitabı işıq üzü görüb. İstanbulun "İkinci adam yayınları" nəşriyyatı əslən Azərbaycandan olan gənc şairə Nərgiz Qəriblinin şeirlər kitabını bu yaxınlarda çap edib. Sizi əvvəlcə Nərgizlə tanış etmək istəyindəyəm. Qardaş ölkəyə kövrək addımlarla. Sənətçi ai...
ANL
"Zaman mənimlə ədalətli davranıb". İnsanı həyata bağlayan səbəblərdən biri də arzularının arxasınca getmək bacarığıdır. Dünənin nostalgiyası, sabahın xəyalı insan hafizəsinin, düşüncəsinin qaçılmaz məqamları olsa da, müdrik insan bu arzular naminə bu gününün gerçəkliyini yaşamalıdır, zamanın, təbiətin ona nə demək istə...
ANL
USTAD ŞAİR. Azad qardaşım var, onunla xoşam, Mən gərək sahili sahilə qoşam. İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha. İllər nə tez gəlib keçdi, Söhrab əmi.. İndi doxsanın astanasındasan. Bir həftə Naxçıvanda - bu qədim odlar diyarında əsil poeziya havasına büründük. Hansı məclisə gedirdiksə, orada Məm...
ANL
(Qəşəm Nəcəfzadə haqqında). Yaşadığımız dünya az müddətdə elə sürətlə dəyişib ki, bir qədər əvvəl dildə çox işlənən "inteqrasiya" və bu kimi leksikanın istinad etdiyi ictimai təfəkkürün yeri daralmaqdadır və ya bu gün mediada inteqrasiyadan danışan yoxdur. Çünki bizim şüurumuz daha geniş auditoriyanı fəhm etmək zorunda...
ANL
DAŞDƏMİR. Lerik ecazkar təbiətə malik diyardır. Cənubunda alça, ərik, gilas ağacları çiçək açıb, meşələr yaşıl donunu geyinir. Cığırları ol-ələf basıb, yolların palçığı quruyub. Quş quşu çağırır. Çayların şırıltısı həzin nəğməyə dönüb. Bu mənzərəni seyr etdikcə insanın ruhu dincəlir. Şimalında qış hələ təslim olmaq ist...
ANL
Xalq yazıçısı Çingiz Abdullayev"Neftçi” klubunun yeni yaradılan Müşahidə Şurasına sədr seçilib. Şuranın sədr də daxil olmaqla ümumilikdə 7 üzvü var. Bunlar futbol veteranları Mübariz Zeynalov, Səməd Qurbanov, SOCAR-ın iki nümayəndəsi, aktyor Bəhram Bağırzadə və Sadıq Sadıqovdur. Klubun idarə edilməsi ilə Müşahidə Şuras...
ANL
Ömür-gün həqiqətən nağıldırmı? Naxçıvanda yaşayıb-yaradan qələm dostum Fərəc Fərəcovun "Ömür bir nağıldır" kitabını acgözlüklə, birnəfəsə oxudum və elə ilk təəssüratım bu oldu ki, xatirə-coşan altmış ildən yuxarı bir insan ömrünün bədii-publisistik salnaməsidir. Bu kövrək salnamə ürkək-ürkək, çəkinə-çəkinə yazılıb, təv...
ANL
İlqar Əlfi: "Bütün dünya ədəbiyyatını dilimizə çevirmək kimi qeyri-real bir hədəfə can atmaq faydasızdır". İlqar Əlfi 1955-ci ildə Bakıda tanınmış Azərbaycan yazıçısı Əlfi Qasımovun ailəsində anadan olub. 1972-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin "Şərqşünaslıq” fakültəsinə qəbul olub. Bir m...
ANL
Bir həftədən də çox çəkən Novruz tətili telekanallarımızı təftiş etmək üçün əlverişli şərait yaratdı. Sonda rastlaşdığımız mənzərə əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Uzun illər öncə hazırlanmış uğurlu televiziya tamaşalarına baxmaqdan özgə əlacımız olmadı. Tamaşaçıları təəccübləndirən, maraq oyada bilən verilişlər i...
ANL
Çanaqqala səfərindən təəssüratlar. Vahid Novruzovu demək olar ki, bütün Çanaqqalalılar tanıyır. Bunu ondan hiss etdim ki, şəhərdə hər addımbaşı onu salamlayırdılar. Çanaqqalada on beş ildi yaşayır. Çanaqqala Universitetinin Rənkkarlıq fakültəsinin xocasıdı. Saxladığı qısa saqqalı və beretqası onun rəssam olmağını dərha...
ANL
(Qəşəm Nəcəfzadə haqqında). Zakir Məmməd. "Elə bil neftimiz yerin altından çıxdıqca təpələr ölür, Neftimiz çıxdıqca hirsimiz soyuyur, ay gül oğlan, gül oğlan". Şeir yazmaq üçün nə lazımdır? Siyahını bir qədər də genişləndirmək olar. Şair poetik modellərə, modern layihələrə açıq olmalıdır. Bu layihələr ənənəvi və postmo...
ANL
Nizaminin ŞƏXSİYYƏTİ VƏ ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ. Rafiq Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor. Nizami Gəncəvi dünya şöhrətli bir qələm sahibi olmuşdur. Elə buna görə də onun yaradıcılıq nümunələri bütün dünya alimlərinin, sənət adamlarının diqqətini cəlb etmiş...
ANL
İyirmi beş il bundan öncə, günlərin bir günü Şamaxının Çuxanlı kəndindən Bakıya arıq, qarayanız, çəlimsiz bir qız uşağı yol aldı. O qız hələ çoxlarının eşitmədiyi, dinləmədiyi səsinin arxasınca yüyürürdü, istəyirdi ki, bu səsi muğam biliciləri eşitsinlər, ona dəyər versinlər. Bu niyyət, bu arzu onu Asəf Zeynallı adına ...
ANL
Dərdləşdiyim kitablardan biri. Onlar məni təklənməyə qoymur. Xeyli vaxtdı ki, masamın üzərindəki bir kitab mənimlə üz-üzə dayanıb. Və hər dəfə də mən bu kitabı götürüb onun içərisindəki hekayələrdən birini oxuyub sonra da əvvəlki yerinə, yəni gözümün önünə qaytarıb qoyuram. Bilmirəm, bu yaxşı cəhətdi, yoxsa yox, amma e...
ANL
İnsan və zaman – yaranışından bu yana bir-birinə hökm etməyə can atan iki qüvvə... Həmsöhbətimin dediyi kimi "tarixi və zamanı insan yaradır. Amma o da var ki özünə lazım olan insanı elə zaman yetişdirir, "zaman özü öz qəhrəmanlarını səhnənin önünə çıxarır”. Bu dəfə zamana sırf fəlsəfi prizmadan yanaşdıq. Amma əvvəlcə ...
ANL
Ondan artıq povestin, artıq iki romanın, neçə-neçə hekayənin, ruscadan tərcümələrin, sayını-hesabını itirdiyi yüzlərlə publisistik məqalənin, radio verilişlərinin müəllifidir O. Ağlı kəsəndən qələm əlindədir, özü demişkən, başqa heç nəyi bacarmır. Bu, istedadlı nasirimiz Məmməd Orucdur...g. Ədəbiyyata yetmişinci illərd...
ANL
Ramiz Rövşən. Bu yerləri bu göyləri. Bu dünyada çox şeyləri. Qəbrimizin daşını da. Bu dünya öz kefindədi. İçindən yıxılır adam. Təkcə gücsüzlüyündən. yıxılmır, atam balası, Arabir gücündən yıxılır adam. Başını dik tutub gəzdiyi yerdə. içindən yıxılır adam. İllər boyu neçə dərdə. dözüb dayanır, Qəfil sevincindən yıxılır...
ANL
GÖRÜŞÜNƏ TƏLƏSDİYİM AĞCABƏDİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Hər dəfə bu bölgəyə səfər edəndə yeniliklərlə qarşılaşmağa artıq adət etmişəm. Ona görə də Qarabağın bir parçası olan Ağcabədiyə bu dfəki səfərmidə də bütün diqqətimi yeniliklər axtarmaq üzərində qurmuşdum. Bura...
ANL
Bu, professor Qəzənfər Paşayevdi. Öncədən qeyd edim ki, bugünkü Azərbaycan ədəbi-elmi ictimaiyyətinin nümayəndələri arasında elə alimlərimiz var ki, onlar həm də şəxsiyyətdi. Yəni, sözün bütün mənasında özlərini həm elmə, həm də insanlığa xidmətə həsr ediblər. Bu alimlərin həyat qayələri elmi fəaliyyətləri ilə Azərbayc...
ANL
GÖRÜŞÜNƏ TƏLƏSDİYİM AĞCABƏDİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Azərbaycan bu gün tamamilə müasir əsaslar üzərində inkişaf edir - istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində. Ancaq biz bu sahədə, xüsusilə sosial məsələlərin həllində ink...
ANL
NOVATOR ŞAİR. (Əli Kərimin seçilmiş əsərlərinin ikicildliyi çapdan çıxmışdır). Əli Kərim XX əsr poeziyasında özünəməxsus, orijinal və bənzərsiz bir sənətkar olmuşdur - bu fikri ustad Rəsul Rzadan tutmuş bütün söz sərrafları da təsdiq edir. Azərbaycan şeirinin altmışıncı illərdən başlayaraq dərininə-keyfiyyətə doğru ink...
ANL