text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"...Kənd təsərrüfatının, sahibkarlığın inkişafı isə bizim üçün prioritet istiqamətlərdir. Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkil... | ANL |
Torpaq onlara qarşı daha çox dartınır, can atır, onları tez öz soyuq, səssiz-səmirsiz, qaranlıq ağuşuna alır. Heç nəyə baxmır, atı həyat atından daha yüyrəkdir. Və atını həmişə dördnala çapır. Məqsədim bambaşqadı. ( Bir-birindən rəngbərəng (başqa söz tapmadım) mollacıqlar haqqında tez-tez müşahidə elədiyim həqiqətləri ... | ANL |
Çəkdim ki, izim qala... Ədəbiyyatçılar dünyaya gəlişimizlə gedişimiz arasında bir sözlük, riyaziyyatçılar bir rəqəmlik, bəstəkarlar bir notluq, rəssamlar da bir fırçalıq məsafənin olduğunu deyirlər. Olmaq-ölmək fəlsəfəsi yaranışdan bu günə kimi düşündürüb insanı. AN-ı ölçmək istəyimiz ilk baxışdan alın yazımıza qarşı ç... | ANL |
Mirdamət ƏZİZ. ŞAİR OLDUĞUMU BİLƏN OLMASIN. İndi hər amaldan irəlidir pul, Göyərib sənətə, sözə gedən yol, Şerimi deyəndə ehtiyatlı ol, Şair olduğumu bilən olmasın. Hər ağız bir dolu zəhrimar camı, Gedib, sözün-sovun qalmayıb tamı, Məni müəllim tək tanısın hamı, Şair olduğumu bilən olmasın. Harınlar-hampalar quran məcl... | ANL |
Bu gün faktiki olaraq cəbhə bölgəsi sayılan və sərhəddində hər gün düşmən atəşlərinin səsi eşidilən Ağcabədidə həyat qaynayır. Bu həm insanların torpağa bağlılığı ilə, həm Ali Baş Komandana inamı ilə, həm də yerli rəhbərliyin daima onlarla təmasda olması ilə bağlıdı. Bir az da dəqiq ifadə etsəm, insanlar yerli icra str... | ANL |
SƏHİFƏ-SƏHİFƏ VƏRƏQLƏNƏN ÖMÜR YOLU. Professor Ağamusa Axundov elmi imkanları baxımından həmişə diqqəti çəkən, diqqət mərkəzində lövbər salan, araşdırmalarının geniş arsenalı ilə seçilən və tanınan alimlərdəndir. A.Axundov bir alim kimi miqyaslı tədqiqatları ilə tanınmaqla Azərbaycan fonologiyası məktəbinin əsasını qoym... | ANL |
"Hər sətrində yaddaş tarixi, düşüncə tarixi olan yazıçı". Filologiya elmləri doktoru, professor. Natəvan Dəmirçioğlunun yaradıcılığını oxuyanda hər sözün hər sətrin üzərində istər-istəməz düşünməli olursan. Açıq, tam səmimi deyirəm ki, bəzən yazdığı hekayələri bir dəfə oxuyub, ona yenidən qayıdanda görürsən ki, sətirlə... | ANL |
musiqişünas. Onun haqqında bəstəkarlarımız və musiqişünaslarımızın, mətbuatda məqalələri dərc olunub, kitablar yazılıb, görkəmli sənət adamları onun fitri istedadına çox yüksək qiymətlər vermişlər. Keçmiş SSRİ-nin dəmir pərdəsi arxasından Azərbaycanı və bəstəkarlarımızın əsərlərini xarici ölkə dinləyicilərinə ilk tanıd... | ANL |
SƏHİFƏ-SƏHİFƏ VƏRƏQLƏNƏN ÖMÜR YOLU. Müəllif dərsliklə eyni zamanda Z.V.Şerba, V.V.Vinoqradov kimi dilçi alimlərin elmi yaradıcılıq yoluna da bir dilçi kimi çox diqqətlə yanaşır və onların dilçiliyə dair fikirlərinə bir aydınlıq gətirir. Heç şübhəsiz ki, Azərbaycan dilçlilik elmi inkişafında müəyyən mərhələlərdən keçib.... | ANL |
Biz iqtisadi müstəqilliyimizi düşünülmüş siyasətlə, aparılan islahatlarla, investisiya siyasətimizlə və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə təmin etmişik". Azərbaycan Respublikasının Prezidenti. (Əvvəli ötən saylarımızda). Öncədən də vurğuladığımız kimi böyüyən nəsil, yəni gələcəyimiz ... | ANL |
"Sənət fədailəri" silsiləsindən. Deyirlər ki, səhnə-teatr bir məktəbdir, ən gözəl tamaşa elə həyatın özünə bənzəyir. Və belə bir həqiqət də varki, aktyorlar bəzən səhnədə elə öz talelərini yaşayırlar. Kimisi Aydını, kimisi Gültəkini, kimisi Dezdemonanı, kimisi Oqtayı kimisi də kefli İsgəndəri. Budur, günahsız Amaliya q... | ANL |
Xalqa xidmət edən qələm. Hacıbala Əmir əyalətdə yaşayıb-yaradan yazıçımızdır. Cəlilabad rayonunun Alar kəndində yaşayır. Ömrün 66 ilini yola salan bu istedadlı satira ustası hazırda nə çox ,nə az düz 47 ildir gəlimli-gedimli dünyanın rüşvətxoruna, yalanına, cəhalətinə, nadanlığına qarşı savaşdadır. Həyatda olan bütün a... | ANL |
“Azərbaycan mədəniyyətinə səyahət”. Vaşinqtonda, ABŞ Konqresinin binasında www.AzerbaijaniArtifacts.com virtual sərgisinin başlanmasına həsr edilmiş “Azərbaycan mədəniyyətinə səyahət” adlı mədəni tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkil... | ANL |
Hər dəfə adı dilimə gələndə, onun bağlı günlər yaddaşımda təzələnəndə özümdən asılı olmadan bir ağrılı-acılı durumun qoynuna düşürəm. Elə bil kimsə məni arxadan sərt bir zərbə ilə vurub qaynar qazana atır. Bax, belə bir yaşamın içərisində Ağdamı, Ağdamlı günləri xatırlamaq və o xatirələrlə yaşamaq həqiqətən də çətindi.... | ANL |
Məhərrəm Şəmkirli İçilmədi lazım olanların sağlığına. Bir məclisdə badə qaldırıb dedi biri: - içək əhli halların sağığına, damağı çağların sağlığına, mey qədrini bilib mey içənlərin sağlığına. Bu məclisdə çox- çox sağlıqlara içildi, bircə içilmədi mərdlərin sağlığına, yer- yurd qədri bilənlərin sağlığına, sağlığları la... | ANL |
Qəzəllər. Vüqar Həmati. Qayıdıb Həccə gedən tülkü lələ qan elədi, Xoruza cani deyib aləmə tüğyan elədi. Banlayıb çün oyadır sübh, obaşdan hamını, Deyərək ol xoruzun qətlini fərman elədi. Bunu gördükdə xoruzlar susaraq qaçdı hamı, Neyləsinlər, dinəni qanına qəltan elədi. Gül bülbülə naz etməsə bülbül ötə bilməz, Bülbül ... | ANL |
Cəhalətdən işığa doğru... Bədii zövqü, ictimai baxışları milli ədəbiyyatımızın qabaqcıl ənənələri ilə formalaşan XX əsr Azərbaycan ədəbiyyatı realist ədəbi məktəbinin görkəmli nümayəndələrindən sayılan İbrahimbəy Musabəyovun yaradıcılığında dövrünün qabaqcıl ideyaları dolğun təcəssümünü tapır. Sənətkarın bir neçə poves... | ANL |
XX yüzilliyin əvvəllərində Azərbaycan mədəniyyəti və ictimayi fikrin inkişafında Ü.Hacıbəyovun mənalı həyat yolu, ictimayi-mədəni, pedaqoji fəaliyyəti, ədəbi və musiqi yara-dıcılığı xalqa əvəzsiz xidmətləri yüksək zirvədə durur. Yaşar Qarayevin dediyi kimi: "Üzeyir Hacıbəyov iki böyük dövrün klassiki kimi tarixə daxil ... | ANL |
Baba həyətə düşəndə səhər açılmışdı, quşlar oyanmış, öz nəğmələrinə başlamışdı. İlk oyanan isə qaratoyuq idi, bir ağacda qərar tutmağı bacarmayan quşdu. Uzun quyruğunu yellədir, sanki bədəninə istilik gətirirdi. Yarpaqların arasına sinir, qırmızı dimdiyini açıb-yumur, cingiltili, sərt səslə nəğmələrini oxuyurdu. Sonra ... | ANL |
"Böyük Füzulimizin yadigarı mən özüməm!" deyən ustad şair Əliağa Vahiddən sonra uzun müddət idi ki, qəzəl bir janr kimi öz ömrünün qışını yaşayırdı. Doğrudur, muğam ustaları oxuduğu dəstgahlarda, ifa etdikləri təsniflərdə yenə qəzəl oxuyurdular, ara-sıra qəzet və jurnallarda müasir şairlərimizin qəzəlləri ilə rastlaşır... | ANL |
Təbriz səfərinə çıxmışdıq... Qəfil qəza varmış bu ölümlü-itimli dünyada, ölümün özündən betər ölümlər də varmış bu fanidə. Gözəl şairimiz Məmməd İlqar tuş gəldi belə qəfil qəzalardan birinə. Sükan arxasındaca "İnsult" keçirmiş, beyninin arxa kürəsinə qan sızmış, və qəzadan salamat qurtulsa da yaddaşını itirmişdi... Nə ... | ANL |
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Dünyanın inkişaf sürəti bizim inkişafımızı həm öz axarına alır, həm də onun formalaşmasına təkan verir. Bu mənada Azərbaycan insanının artıq dünya çapında özünü təsdiq etməsi, öz elmi ... | ANL |
Səlim Müslümov Şamaxıda vətəndaşları qəbul edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şamaxı rayonunda bu rayonun və Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə ve... | ANL |
KÜRDƏMİR: İNKİŞAFIN VƏ MODERNLƏŞMƏNİN YENİ ÜNVANI. Bura Vətəndir, Ana Vətən... ...Uzaqdan, lap uzaqlardan baxanda əvvəlcə göylərdə dalğalanan bayraq görünür. Ay-ulduzlu, üç rəngli Azərbaycan Bayrağı! Yolun hansı istiqamətdən olur-olsun, Kürdəmir şəhərinə yaxınlaşdığını (əslində hələ bir 30-35 km qaldığını) beləcə görüb... | ANL |
Vaqif Bəhmənlidə ürəyə bax... Allah məmləkətində adam ştatında çalışan şair özünə yubiley mərasimi qurdu. 60 il öncə bir yay günündə Füzulidə doğulan şair Vaqif Bəhmənli payız axşamında dost-tanışlarını, oxucularını Dövlət Gənc Tamaşaçılar Teatrına topladı. Hər işi vaxtında görməyə çalışan yubilyarın məclisi niyə belə ... | ANL |
Gün qızandan sonra biçənəkdə çox qala bilmədim. İş görən kimi tər dabanımdan süzülürdü. Güclə nəfəs alır, susuzluqdan dil-dodağım quruyurdu. Tərslikdən termosdakı çay da qurtarmışdı. Əlimi bir az iti tərpətdim ki, başladığım layı vurub evə qayıdım. Dəryazın ağzı kütləşdiyindən otu yaxşı biçmirdi. Olan-qalan gücümü topl... | ANL |
BÖYÜK ALİMİN ƏDƏBİ TƏNQİDİ DÜŞÜNCƏLƏRİ. Tənqid, ədəbi fikir, ədəbiyyatşünaslıq ədəbiyyatın ayrılmaz tərkib hissələridir. Ədəbiyyatımızda tədqiq, təbliğ və nəşr daim üstünlük verilən sahələrdən biri olmuşdur. Məhz bunun sayəsində bir-birindən dolğun, ədəbiyyatımızın bu və ya digər sahəsini işıqlandıran, bu və ya digər p... | ANL |
İki həftədən sonra bala şanapipiyin yaraları tam sağaldı. Günlərin birində ona yem gətirən anasına qoşulub uçub getdi. Fikirləşdik ki, onlar bir daha həyətimizə gəlməzlər. Yavaş-yavaş şanapipiklər üçün darıxmağa başladıq. Çox keçmədi ki, quşları həyətimizdə gördük. Bala quş gəlib çiynimə qondu. Başının tükünü pırpızlaş... | ANL |
KÜRDƏMİR: İNKİŞAFIN VƏ MODERNLƏŞMƏNİN YENİ ÜNVANI. Kənd təsərrüfatı ilində... Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda aqrar sektorun inkişafı sahəsində ardıcıl işlər aparılmışdır. Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuş, taxıl biçininə hazırlıq mütəşək... | ANL |
BÖYÜK ALİMİN ƏDƏBİ TƏNQİDİ DÜŞÜNCƏLƏRİ. Görkəmlı tənqidçi Həmid Araslı kitab haqqinda qeyd edir ki; "Bəkir Nəbiyevin F. Köçərlinin çoxcəhətli fəaliyyətinin elmi əhəmiyyətini açıb göstərən ilk və bu günə qədər yeganə əsəri, xüsusən "Azərbaycan ədəbiyyatı Böyük Vətən müharibəsi illərində", "Süngüyə çevrilən qələm", "Böyü... | ANL |
"Musiqi töhfələrimiz"lə bağlı düşüncələr... Dünya musiqi tarixində önəmli yer tutan Üzeyir Hacıbəyli musiqisi bəşəriyyətə məxsus mənəvi dəyərlər sırasındadır. Hər bir xalqın incəsənət, musiqi, ədəbiyyat sahəsində tanınmış simaları olduğu kimi, Azərbaycan torpağının yetirməsi olan dahi Üzeyir bəy də bizim millətimizin i... | ANL |
Mayisə Əsədullaqızı. Qarabağ kədərim, Qarabağ şanım, Həm dərdim, sevincim, toyum- nişanım, O gözəl gülüstan, cahi-cəlalım, Tanrının verdiyi dövlətim, canım, Bütöv bir adın var-Azərbaycanım! Tarixləri görmüş kamanım-sazım, Şəhid qanı hopmuş qara torpağım, Gözü intizarda can, Qarabağım! Torpağımdan gəlir zərif sorağım, S... | ANL |
Yusif Həsənbəy. Mən xalq yazıçısı Elçinin evinə heç vaxt qonaq kimi gəlməmişəm. Burada həmişə ailənin istəkli üzvü kimi mehribanlıqla qarşılanmışam. Övladları gözümün qabağında böyüyüblər. Qapıdan girdiyimi görən nəvələri "əmi gəldi", "əmi gəldi" bağıraraq qucağıma atılıb, boynuma sarmanıblar. Alınlarından öpüb, başlar... | ANL |
Musiqişünas. Keçən əsrin əvvəllərindən başlayaraq evlərdə, çayxanalarda səsləndirilən və böyük maraqla dinlənilən qrammafon vallarında məşhur xanəndələrimizin oxuduqları muğamlar, təsniflər, xalq mahnıları çox incə musiqi duyumu olan xalqımızın zövqünü oxşayırdı. Xüsusilə də həmin valların üstündə yazılan "Yetim Segah"... | ANL |
Azərbaycan ədəbiyyatının Bəxtiyar şairi. Oktyabrın 29-da Heydər Əliyev Sarayında , Azərbaycanın Xalq şairi, dramaturq, ədəbiyyatşünas və ictimai xadimi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub. Adalet.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi ilə t... | ANL |
VÜSAL NURUNUN KEÇMİŞƏ "SƏYAHƏTİ" ƏDƏBİ HƏYAT. "Azərbaycan" jurnalının sentyabr sayında gənc yazar Vüsal Nurunun "Dorantağ" romanını oxudum. Roman haqqında ilkin olaraq qısaca təəssüratımı bildirmək istərdim. Bəri başdan deyim ki, bu roman oxucuların da maraq dairəsindən kənarda qalmayacaq, bugünkü roman bolluğunda (mən... | ANL |
Şair Musa Ələkbərli ilə payız ovqatlı söhbət. Tədqiqatçılarından biri onu ən iddiasız şair adlandırıb. İddiası olmasa da, istedadına görə poeziyamızda öz yeri olan şair Musa Ələkbərlinin bir istəyi var- şeirləri, kitabları yayılsın, yazdıqları oxucu nəfəsi hiss etsin. Yağışlı, çiskinli bir payız günü şairlə qabaq-qənşə... | ANL |
BİR ÖMRÜN MONOLOQU. Ömrü boyu monoloqlar söylədi. Gah Romeo oldu, Şekspir qəhrəmanının çılğın məhəbbət duyğularını səsləndirdi, gah Cəlal kimi "düşmən qızı"nın-Humayın qarşısında diz çökdü, gah da Ezop kimi insanları ağıla, təmkinə səslədi... 1942-ji ilin 22 aprel günü Təbrizdə, şirniyyatçı Abbasqulu kişinin evində bir... | ANL |
SABAHIN ŞƏHƏRİ – AĞCABƏDİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Bunu görmək lazımdı. "Bu il Azərbaycanda kənd təsərrüfatının bütün sahələri üzrə irəliləyişlərə nail olmaq əsas vəzifədir. Bunun üçün investisiya qoyulmasından, eləcə də sahənin bütün təlabatlarının ödənilməsindən ... | ANL |
SABAHIN ŞƏHƏRİ - AĞCABƏDİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Bunu görmək lazımdı. "Bu il Azərbaycanda kənd təsərrüfatının bütün sahələri üzrə irəliləyişlərə nail olmaq əsas vəzifədir. Bunun üçün investisiya qoyulmasından, eləcə də sahənin bütün təlabatlarının ödənilməsindən ... | ANL |
Vərəqlərə bağışlanan ömür. Fərqanə Mehdiyeva. Gündüz görünmələr ulduzlarla dolu göy üzü kimidir. Allahın qəlbindəki hələ də gəlib bizə çatmamış ilahi sözün, ilahi şeirin varlığına kiçiçik bir işarədir. Hardan xatırladın bu sözləri? Hardan yadddaşıma hopub gəldi, bilmirəm. Bəlkə də ağlıma gələnlərdi ürəyimdən keçənlər. ... | ANL |
Mənim ilk universitetim. Lənkəran Humanitar Kollecinin 90 illiyinə. 1957-ci ilin yayı isti gəlmişdi.Orta məktəbi 42 nəfər bitirdik.Bizə kamal attestatı verilən gün əsl bayrama çevrilmışdi.Tədbirə raykomdan, maarif şöbəsindən nümayəndələr gəlmişdilər. Direktorumuz əməkdar müəllim Mürsəl Mirzəyev bizi təbrik elədi.Məzunl... | ANL |
Əflatun Nemətzadəyə MƏKTUB. Kitabı oxuduqca ikili hisslər keçirdim. Düşündüm ki, Azərbaycan mədəniyyətini dünyada yayan, təmsil edən, möhtəşəm işlər görən dostum, Azərbaycanda layiq olduğu səviyyədə tanınmır, qiymətləndirilmir. Qardaşım, bu məqaləndə bir məsələyə də aydınlıq gətiribsən. O vaxt şayiə yayılmışdı ki, Kəri... | ANL |
Şəhriyarın məqbərəsində onu da qeyd etdilər ki, böyük şair söhbətə başlayanda da, söhbəti bitirəndə də dahi Nizamidən misallar çəkər, ona həmişə rəhmət oxuyar, bəşər poeziyasının yolgöstərəni, komandanıdır - deyərmiş. Məqbərədə öyrəndim ki, Şəhriyar Tehranda yaşayarkən fars dilində yazdığı şeirlər ona böyük şöhrət qaza... | ANL |
SABAHIN ŞƏHƏRİ - AĞCABƏDİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Bunu görmək lazımdı. "Regionların inkişafı Proqramının icrası ilə bağlı əvvəlki dövrdə başladığımız işlər bu gün artıq reallaşır və özünü büruzə verir. Regionlarda bütövlükdə işlər yaxşı gedir. Mən bu bölgədə dəfəl... | ANL |
Aktrisa Əminə Babayeva nazirin əmrindən sonra işlərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir. Ötən mövsüm Akademik Milli Dram Teatrının daxilində yaşana narazılıq və çəkişmə yeni mövsümə də adladı. Bir qrup titullu və tanınmış aktyor məzuniyyətdən dönən kimi ölkə rəhbərinə müraciət ünvanladı. Teatrın direktoru, profess... | ANL |
Miladdan qabaq, IV əsrdə Afina şəhəri yaxınlığındakı bağların birində yunan filosofu Platon bir məktəb təsis edir və onun adını AKADEMİYA qoyur. Sonralar bu ad öz ilkin mənasını daha da genişləndirir, elm və sənətləri inkişaf etdirmək məqsədilə yaradılan müəssisələr, yüksək ali təhsil verən məktəblər də akademiya adlan... | ANL |
"Əlibala Hacızadə öz xalqını platonik məhəbbətlə sevib, xalqının Məcnunu olub". Bəxtiyar Vahabzadə. Doğma kəndindən ayrıldığı, ilk dəfə şəhərə düşdüyü üçün qərib bir adam kimi sıxılsa da, qəlbi böyük arzularla qanadlanırdı. Zənn edirdi ki, bu az yaşında üzləşdiyi acılardan, itkilərdən sonra taleyi yəqin ki, bir daha on... | ANL |
SABAHIN ŞƏHƏRİ – AĞCABƏDİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Bunu görmək lazımdı. "...Rayonun gələcək inkişafı ilə bağlı konkret proqramlar var. Xüsusilə indi infrastruktur layihələri icra edilir. Kənd yollarının tikintisinə vəsait ayrılır. Sosial obyektlər tikilir. Ölkəmizi... | ANL |
Dünən Nizami Kino Mərkəzində yeni “QaynanaMız” serialının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində iştirak edən, serialda əsas rolardan birini ifa edən xalq artisti Afaq Bəşirqızı uzun illərdən sonra çəkildiyi ilk serial haqqında təəssüratlarını Lent.az-la bölüşüb: - Yeni seriala çəkilməyə razılığınızı necə al... | ANL |
(Yazıçı Əlibala Hacızadənin anadan olmasının 80 illiyi). Mən uzun müddət bu cür sorğulara cavab vermirdim, ancaq bu sualları verənlərin çox olduğunu görüb indi deyirəm; çünki mən bütün insanları, sizin hamınızı ülvi, təmannasız bir məhəbbətlə sevirəm; çünki mən sevənlə sevmişəm, ölənlə ölmüşəm, ac qalanla ac, susuz qal... | ANL |
Qocaman ədəbiyyatşünas alim, Professor Yavuz Axundluya MƏKTUB. Əzizim Yavuz müəllim, Səmimi avtoqrafla göndərdiyiniz "Xatirələr işığında ömür keçdi, gün keçdi" kitabınızı aldım. Əsərin adı hardasa oxuduğum, yaddaşımda daşlaşan bir bayatını yada saldı: Keçdi ömrüm, Gör necə keçdi ömrüm. Harayladım dönmədi, Elə bil heçdi... | ANL |
İçərişəhərli yubilyar. Bütün təbriklər milli televiziyamızın canlı əfsanələrindən biri- Xalq artisti Vasif Babayevə ünvanlanıb. Azərbaycanın ən tanınmış televiziya və kino rejissorlarından biri, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının üzvü, "Humay" mükafatı laureatı, mi... | ANL |
YADDAŞIN MÜHAKİMƏSİ. Mustafa Çəmənlinin ilk hekayəsinin işıq üzü görməsindən düz qırx üç il keçir və bu müddət ərzində o, özünü istedadlı bir yazıçı və publisist kimi tanıda və sevdirə bilmişdir. Onlarla hekayənin, bir neçə povestin, "Xallı gürzə" və "Ölüm mələyi" tarixi romanlarının, xalqın sevimli sənətkarları - Xan ... | ANL |
İSTEDADLILARA "YAŞIL İŞIQ" YANDIRILIR. "...Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Sosial dövlət o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir". Azərbaycan Respublikasının Prezidenti. Bu gün ölkəmizdə ... | ANL |
Zamanından və məkanından asılı olmayaraq söz və kəlam insanı yaşadır, ona ömür verir və həyatını nura qərq edir. Hər adamın da qələmə aldığı kitab bir o qədər də yaddaqalan olmur. Amma şair-publisist və gözəl ziyalı Səməndər Məmmədovun araya-ərsəyə gətirdiyi "El sevəni aləm sevər" kitabının 3-cü cildi də əvvəlkilər kim... | ANL |
"... Ərzaq təhlükəsizliyi ilə bağlı institusional islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir. Çünki əminəm ki, biz yaxın gələcəkdə özümü... | ANL |
YER ÜZÜ BİR BEŞİKDİMİ? (Gənc şair Faiq Hüseynbəylinin şeirləri haqqında). Faiq Hüseynbəyli bugünkü gənc şairlərin ən "qocamanı"dır. Şeir yazmağa on yaşından başlayan Faiq artıq yeddi kitabın müəllifidir və yaşıdları bu baxımdan ona həsəd çəkə bilərlər. Doğrudan da, onun mətbuatda tez-tez çıxış etməyi, kitablarının işıq... | ANL |
Tələbə dostum, istedadlı qələm sahibi, Əməkdar jurnalist Ələkbər Abbasova - Şəhriliyə ömrümüzün 75-ci payızında sayğı və cansağlığı arzusu ilə. Günəş qüruba endikcə sönməkdə olan tonqal kimi közərir, qızılı şüaları ilə səmaya, dənizin mavi sularına bənzərsiz naxışlar vururdu. Eyvanın məhəccərinə söykənib qürub yerinə t... | ANL |
Dövlət Gənc Tamaşaçılar Teatrı - repertuar dəyişir, məqsəd və məram isə birdir. Azərbaycanda yeni teatr mövsümünə rəsmən start verildi. Bu münasibətlə Gəncədə təşkil olunan mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, tanınmış rejissor və aktyorlar, incəsənət xadimləri iştirak etdilər. Dövlət Gənc Tamaşaçıla... | ANL |
Hüseynbala Mirələmov kimdir... Mahir QABİLOĞLU. Nəsə yerlibazlıq eləməyim gəlir. Deyirlər ki, bakılılar, şirvanlılar yerlibaz olmur. Bunu lap çoxdan, uşaq vaxtı atam Qabildən eşitmişəm. Subyektiv fikrim kimi qəbul edin bunu, mümkünsə. İndi deyəcəksiniz ki, bəs sən şirvanlısan, Hüseynbala Mirələmov isə talış zonasından ... | ANL |
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Çox sevindirici haldır ki, ölkə prezidenti cənab İlham Əliyevin elan etdiyi 2015-ci il, yəni "Kənd təsərrüfatı ili" çərçivəsində İsmayıllıda da digər regionlarımızda olduğu kimi, təbii... | ANL |
GÖYÇAY: MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK. Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri heyrətamiz aura yaratmışdır. Bu yerlərə təzə nəfəs, təbiətin əbədi şahanəliyi ilə müasirliyin vəhdətini bəxş etdi. Hər gün burada yüzlərlə rayon sakininin, qonaqların gəzintiyə çıxması, bu gəzintidən, istirahətdən ... | ANL |
Əziz Kərim - qocaman şairimiz uşaqların görüşünə "Körpə qanadlar" adlı yeni bir şeir toplusu ilə gəlib. Artıq yaşı səksəni haqlayan, ömrünün müdriklik zirvəsinə ucalan Əziz müəllimin öz balaca, hələ dünyanı tam dərk edə bilməyən oxucularına deməyə sözü çoxdu. Yaşanmış illərin təcrübəsi, həyat sınaqları, zamanın istisi-... | ANL |
Bu dünyada hər şeyin sahibi var. Biz sahibsiz saydığımız, beli mamırlı qara daşdan tutmuş, ən xırda canlıya və cansıza qədər hər şeyin. Bizə elə gəlir ki, bu gün Azərbaycanda hər şeyin, xüsusən də hasara alınmış torpaqlardan, dəniz sahillərindən tutmuş, bomboz təpələrə, (Novxanıdakı duz gölünün də sahibi tapıldı, hasar... | ANL |
GÖYÇAY: MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK. (əvvəli ötən saylarımızda). Keçən il rayon mədəniyyət evinin özfəaliyyət kollektivi 20 iyul tarixində Şəki şəhərində I Şirniyyat festivalında və avqustun 24-ü tarixində Qəbələdə mürəbbə festivalında iştirak etmişdir. Bakıda keçirilən dövlət tədbirlərində də rayon mədəni... | ANL |
Azərbaycan çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz bir ölkədir. Müasir azərbaycanlıların əcdadları müxtəlif sivilizasiyalara və mədəniyyətlərə mənsubluq elementlərini çox ahəngdar şəkildə özlərində cəmləşdirib. Qədim dövrə aid bir sıra arxeoloji və memarlıq abidələri zamanın keşməkeşlərindən sa... | ANL |
Tədbirdə vurğulanıb ki, son altı ildə Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonuna dəfələrlə səfər edib, bu obyektlərin əksəriyyətinin təməlqoyma və açılış mərasimlərində iştirak edib, görülən işləri yüksək qiymətləndirib. Mərasimdə çıxış edən kənd sakinləri qayğı və problemlərinin həllinə göstərdiyi gündəlik diqq... | ANL |
1945-ci il sentyabrın 30-da Şəkidə anadan olmuş Orta təhsilini başa vurduqdan sonra Bakıda o vaxtkı Azərbaycan Neft və kimya institutuda davam etdirmişdi. Amma elə məktəb illərindən ədəbiyyatı, peziyanı sevirdi-şeirlər yazırdı.İstedadı,fərqliliyi, zəhməti onu çox tez tanıtdı. Öz yaşıdları arasında seçildi, yaşlı nəslin... | ANL |
NƏRİMAN HƏSƏNZADƏNİN YENİ POEMASI: "ŞEYX NİGARİ TÜRBƏSİ". Xalq şairi Nəriman Həsənzadə yeni bir poeması ilə oxucularının görüşünə gəlib. Yaradıcılığında çox zaman tarixi hadisələrə və şəxsiyyətlərə müraciət edən, bu yolla da tarixlə müasirlik arasında bir körpü yaradan Nəriman müəllim öz ədəbi ənənəsinə sadiq qalır: ta... | ANL |
Sosial şərait həyat amilidir. Taxta körpü ərazisində məskunlaşmış əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə müxtəlif gücə malik 4 ədəd transformatorda əsaslı, 35 ədəd transformatorda isə cari təmir işləri aparılmışdır. Dövlət Qaçqınkomdan alınmış 1 ədəd 160 kva transformator Alxaslı obasınd... | ANL |
UCARIN MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK. İnkişafın mühüm amilləri. Son illər Ucar rayonunun bütün istiqamətlərdə nəzərəçarpacaq inkişafı diqqəti cəlb edir. Rayon rəhbərliyinin ciddi səyi nəticəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tarixi fərmanları, xüsusilə quruculuğun və inkişafın ən yüksək ... | ANL |
Qısa ömrün əbədi poeziyası. Azərbaycan XX əsr poeziyasının ən parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin 6 yanvar xatirə günüdür. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayan şair Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Bundan sonra dövri mət... | ANL |
Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanılmasını təmin etmək və insanların rahat yaşamasına xidmət etmək - bu çox şərəfli vəzifədir. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və ar... | ANL |
UCARIN MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Mədəniyyətin inkişafına. ... Və bu gözəl ənənələr müəyyən dövr bir qədər öləziyib durğunlaşsa da, son illər yenidən özünü göstərməkdə, rayonun mədəni həyatında xüsusi yer tutmaqdadır. Bu gün U... | ANL |
O, iki ocağı birləşdirməyi bacardı. Öncədən deyim ki, onu Şuşa işğal olunandan sonra tanıdım. Və mən şuşalı dostlardan birinin, yəni, Zahid müəllimin iş otağında adını eşidib, üzünü görmədiyim Mirkamil müəllimlə üz-üzə oturdum. Söhbətləri, xüsusilə, ağır təmkini məni öz aurasına aldı. Hiss etdim ki, bu insanda təkcə sə... | ANL |
UCARIN MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK. (əvvəli ötən saylarımızda). Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2014-cü il tarixili sərəncamı ilə "Dünyanın ən gözəl güşəsi" başlığında görkəmli alim, dünya şöhrətl... | ANL |
RAMİZ ORSƏRİN ŞEİRLƏRİ. Şəki əzəldən Azərbaycanın sənət ocaqlarından biri olub və indi də bu ənənəni yaşadır. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadədən tutmuş ta orada yaşayan bu günün bir cavan şairinə qədər zəngin söz, musiqi, teatr dünyası var bu bölgənin. Milli dramaturgiyamıza öz komediyaları ilə yeni bir nəfəs g... | ANL |
BU DÜNYANIN QARA ŞAİRİ. O, təpədən dırnağa yumor idi. Həyat çox qəribəliklərlə və həm də bu qəribəliklərin özünün təsiriylə zəngin olduğu kimi, həm də yaşamaq üçün sözün bütün mənalarında çox çətindi. Düşünməyin ki, bu ilk və dolaşıq cümlə ilə mən elə yazının əvvəlində sizləri çətin bir duruma salmaq istəyirəm. Öncə on... | ANL |
Duyduqların, gördüklərin nəmənə, Dərya ağlım, nə kəisrsən dünyadan? Göydən düşən alamların kalıydı, Acı həyat o zamanlar balıydı! Yığdıqların bu dünyanın malıydı, Aparmağa tələsirsən, ay adam?! Kotan sınmaz, torpaq çoxdan şumlanıb, Şamlıq iplər o vaxtlardan mumlanıb, Ağılsızlar təzə bilib şadlanıb;. Övladındı gözlərini... | ANL |
MÜASİR AZƏRBAYCAN ROMANI. Azərbaycan romanının üçüncü mərhələsi ilk növbədə, özünün yeni müəllifləri ilə diqqəti cəlb etdi. Bu yazıçılar Azərbaycan romanında bir sıra yeniliklərin, novator meyllərin də müəllifləri oldular. Nəsrdə öz lirik-psixoloji hekayələri ilə uğur qazanan İlyas Əfəndiyev "Söyüdlü arx", "Körpü salan... | ANL |
Əməkdar incəsənət xadimi Bəhram Osmanov: "İndi biz eşitdiyimiz yox, gördüyümüz barədə fikir yürütmək imkanı qazanmışıq". Bir neçə ildir tanınmış əcnəbi rejissorlar ölkəmizə gəlir və onlar həm Bakıda, həm də paytaxtdan kənarda fəaliyyət göstərən teatrlarda tamaşalara quruluş verirlər. Sevindirici haldır ki, Azərbaycanlı... | ANL |
Bu, Biləsuvar rayonunda ən böyük kənddir. Xırmandalı kəndi həm də əhalisinə görə rayonda birincidir. 9642 nəfər əhalisi olan bu kəndin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. İndi bu kənddə 2634 hektar ərazi pay torpaqları kimi sakinlərin ixtiyarındadır. Əsasən taxılçılıqla məşğul olan xırmandalılılar ötən il b... | ANL |
Həmidə açılmış 61110 nömrəli cinayət işi İmamqulunun və Sadayın cinayət işindən ayrılıb icraatda saxlandı. Evində və atasının mənzilində eyni vaxtda, ayrı - ayrılıqda axtarış aparıldı. Sabiq polis rəisinin gizləndiyi yerin müəyyənləşdirilməsi, tapılıb istintaqa təqdim olunması ətrafında əməliyyat - axtarış tədbirləri m... | ANL |
Bu, gözəl şairimiz, poeziyada özünəməxsus yolu olan, bir kimsəyə bənzəməyən Adil Mirseyidin vəfatından sonra ilk kitabıdır. Və bu kitaba Adilin şeirləri deyil, sənət haqqında düşüncələrini əks etdirən məqalə və esseləri toplanmışdır. Bəri başdan "VEKTOR" Nəşrlər evinin baş naşiri, şair-alim dostumuz Elçin İsgəndərzadən... | ANL |
RƏNGLƏRİN İFADƏSİ. Yarpaqlar öncə açır və sonra... Bəli, insan həyatı o vaxt maraqlı olur ki, bu həyatda işıq, hərarət, doğmalıq, ünsiyyət, ən önməlisi isə böyük hərflərlə yazılan İNSANLIQ çalarları özünü göstərsin. Yəni, həyatın məhz həmin o vurğuladığım naxışları ömür boyu səninlə yol-yoldaşı olanda, səni öz aurasına... | ANL |
Fikrət Yusifov: “Hazirki nəzarət mexanizmi ayrılan maliyyə vəsaitlərinin həcminə adekvat deyil”. "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktor, professor Fikrət Yusifovun Adalet.az-a müsahibəsi. Proseslər proqnozlara uyğun şəkildə cərəyan edir, yoxsa gözlənilməz məqamlar var? Pro... | ANL |
Qarabağın qapısı. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Mənə verilən statistik məlumatlara görə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bütövlükdə 4 milyard dollardan çox vəsait xərclənmişdir. Onun 3,7 milyardı Azərbaycan dövləti tərəfindən xərclənmişdir... | ANL |
AYDIN TAĞIYEVİN HEKAYƏLƏRİ. Əsl istedad üçün harada yaşamağın, qaynar ədəbi mühitdə ya ondan kənarda yaşamağın heç bir əhəmiyyəti yoxdur. Dünya şöhrətli bir yazıçı idi, Nobel mükafatına layiq görülmüşdü, amma balaca bir qəsəbədə yaşayırdı. Bu gün Azərbaycanda da "Vətənin qıraq yerlərində" yaşayan istedadlı yazarlar tan... | ANL |
Zakir Məmməd. Vətən naqqında hamı yazır, amma Maarif Soltan tam özünəməxsus bir mətnlə yazır. Sevgi, məhəbbət, qəm, kədər, ömrün baharı və payızı haqqında, keçmişimiz və gələcəyimiz, şəhər və kənd, dağ çayı, dəniz, həsrət və ayrılıqlardan da Maarif Soltanın yazdıqları başqa heç bir şairdə təkrar edilməyən səviyyədə diq... | ANL |
Tanınmış Azərbaycan türkoloqu Ramiz Əskər. Babaxan Şərif, tərcüməçi və türkoloq. Bu yaxınlarda görkəmli Azərbaycan ədəbiyyatşünası və türkoloqu, professor, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafederasının müdiri Ramiz Əskər haqqında qardaş Özbəkistan Respublikasının popul... | ANL |
Coşqun seli xatırladan Aşıq Yusif Cəfərov. Hacı Tofiq Seyidzadə Sədərək şairləri haqqında dörd kitab, Sədərəyin aşıqları, o cümlədən, Aşıq Yusif Cəfərov haqqında da bir o qədər kitab yazıb ərsəyə gətirib. Dəyərli qələm sahibi, 56 kitab müəllifi Hacı Tofiq Seyidzadə aşıq sənəti barəsində belə yazır: Aşıq yaradıcılığında... | ANL |
Zəlimxan Yaqub poeziya aləminə gəldiyi ilk gündən ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş və bu diqqət, bu məhəbbət bir an belə səngiməmiş, çəkilmələrə məruz qalmamışdır. Ona görə də şairin poeziyasında həyat həqiqətdə olduğundan daha həyatidir. Ən önəmlisi isə odur ki, onun poeziyası milli oyanışa, milli ruhun təb... | ANL |
Aylar, günlər, fəsillər, illər ötdü... Zirəddin Qafarlı - müasir Azərbaycan poeziyasının bu istedadlı nümayəndəsi 60 yaşına gəlib çatdı. Tovuzun Azaflı kəndində dünyaya göz açan, ilk poeziya qaynağını ordan götürən, saz-söz dünyasının havasını ciyərlərinə çəkən Zirəddin on yeddi yaşından yolunu Sumqayıta saldı, orada h... | ANL |
ŞƏKƏRCİYƏ GEDƏN YOL. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. "Siz düşmənlə üz-üzə yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, abad şəhər görürük. Getsinlər öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığa görə onları... | ANL |
Məmməd Aslan Şahdağın ətəyində, Ləzə kəndində dağla şəkil çəkdirib. Onlar analarının sevgisini paylaşmaq üstündə küsüşmüş əkizlər kimi oxşar və qəmli düşüblər. Yəqin " Varlıqla yoxluq arasında" var-gəl edənlər belə mənalı və dumanlı olurlar: Sənin saçın gur meşə, Mənimki kövşən yeri. Dağla şair ildırım düşən yerdə xış ... | ANL |
Tədqiqatçı monoqrafiyasında Zəlimxan Yaqubun saza-sözə, aşıq sənətinə münasibətini şairdən sitatla tamamlayır və hər şey aydın olur: "Saz mənim üçün Türk ruhunun şəksiz və şəriksiz, tək və müqəddəs alətidir. Saz mənim üçün ana laylası, beşikdən məzara qədər ömür yolunda yol yoldaşım, könül sirdaşım, həyatım, varlığımdı... | ANL |
Görkəmli geoloq-alim, akademik, Azərbaycan neft sənayesinin canlı əfsanələrindən sayılan Xoşbəxt Yusifzadənin bu günlərdə 85 yaşı tamam oldu. Doğum gününü Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi məsul vəzifədə qarşılayan Xoşbəxt müəllim çoxsaylı orden və medallarının, titullarının sırasına "Azərbaycan Resp... | ANL |
MÜASİR AZƏRBAYCAN: ŞƏHƏRLƏRDƏN KƏNDLƏRƏ, KƏNDLƏRDƏN ŞƏHƏRLƏRƏ... Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyə yardımı ilə. "... Ərzaq təhlükəsizliyi ilə bağlı inst... | ANL |
"Sözün ən gözəli, söyləyənin doğru söylədiyi, dinləyənin də faydalandığı sözdür". İnsan varlığının bu qədər mücərrədliyi, zənginliyi və kamilliyi "hər insan özü boyda bir dünyadır" fikrini söyləməyə imkan verir. Demək olar ki, dünyanı dərk etməyə başlayan hər bir söz adamı öz subyektiv fəlsəfələri ilə dünyanı necə dərk... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.