text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
MÜASİR AZƏRBAYCAN ROMANI. (Əvvəli ötən şənbə saylarımızda). Bu gün Azərbaycan oxucusu böyük səbirsizliklə ədəbi hadisə ola biləcək romanlar həsrətindədir. Olsun ki, bu romanlar yazılır və tezliklə oxucu o romanları ya "Azərbaycan" jurnalı səhifələrində, ya da kitab halında oxuyub feyziyab olacaqlar. Amma oxumağa, mütal... | ANL |
Laçınlı Aşıq Umbayın Dədə Şəmşirlə görüşü. 1969-cu ildə Həsən bəy Zərdabi adına Gəncə dövlət pedeqoji institutunun tarix fakültəsinin II kursunda oxuyurdum. Yaxınlaşıb ehtiramla ustadla görüşdüm. Çox sevindim və Allaha şükür etdim ki, ustadın nəfəsi üzümə dəydi. O vaxta qədər 8 il aşıqlıq sənətində olmuşdum. Dədə Şəmşi... | ANL |
Xalqımızın tarixində elə səhifələr var ki, onlar qanla yazılmışlar. Zaman baxımından yaxın ya uzaq olsun, yaddaşımızda o səhifələr həmişə kədərlə oxunur. İyirmi beş il keçir o qanlı faciədən. Hər il 20 Yanvar günü Bakıda, Azərbaycanın digər şəhərlərində insanlar axın-axın Şəhidlər Xiyabanı adlanan, günahsız insanların ... | ANL |
MÜASİR AZƏRBAYCAN: ŞƏHƏRLƏRDƏN KƏNDLƏRƏ, KƏNDLƏRDƏN ŞƏHƏRLƏRƏ... Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. "Yeni iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan 55 sentner. Yəni, bu yeni, müasir yanaşma, əlbəttə ki, dövlət vəsaiti hesabı... | ANL |
Tanınmış Azərbaycan şairi, sözü, sənəti ilə milyonların sevgisini qazanan, xalq şairi Zəlimxan 65 illik yubileyi ilə əlaqədar şairin haqqında yeni kitab işıq üzü görüb. "Sözün Zəlimxan zirvəsi” adlı kitabın müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğludur. Giriş və on üç bölmədən ibarət olan monoqrafiyada... | ANL |
"Azərbaycan kitab qrafikasının vəziyyəti çox acınacaqlıdır". Arif Hüseynov: "Qarabağla bağlı tarixi layihə üzərində işləyirəm". Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinin rəhbəri Arif Hüseynov Adalet.az-a müsahibə verib. "İndiki kitablar pis vəziyyətdə çıxır". Arif müəllim, ... | ANL |
Sosial-iqtisadi inkişafın qələbə estafetləri. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanı... | ANL |
Zaman-zaman başının üstündə qara buludlar çalxalanıb, dağlarının ətəyində səmum yelləri əsibdi. Dağları insanların üzünə gülür, bəlkə elə ona görə də insanları gülərüzlüdü". Yazıçı-publisist-şair Nizami Muradoğlunun "Baba ocağı" romanı bu sətirlərlə başlayır və roman boyu biz Naxçıvanın ən qədim məskənlərindən biri - Ə... | ANL |
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. "... Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək...". Azərbaycan Respublikasının Prezidenti. Danaçı kəndi böyük yüksəliş. dövrünü... | ANL |
Müqəddəslik qurtaran yerdə... dünyanın qara yelləri əsir. Yazıçı Natiq Məmmədlinin "Körpüdə ümid" romanını oxuyub tamamlayıram və səmimi etiraf edim ki, bu zaman səhifələrin necə çevrildiyinin, hadisələrin bir-birini necə əvəzləndiyinin fərqində olmuram. Obrazların söhbətlərindən, düşüncələrindən təsirlənirəm. Xarakter... | ANL |
"Ağdamda keçirdiyim günlərin hamısı ömrümə yazılasıdır...". İlk dəfəydi ki, Qarabağa, doğma Ağdamıma o yerlərdə doğulmayan şəxslə gedirdim. Həmsöhbətim nə Ağdamda, nədəki Şuşada dünyaya gəlib. Amma Ağdamı, Şuşanı, Qarabağı qarabağlılardan çox sevir. Həqiqətən düz deyiblər ki, qarabağlı olmaq üçün, azərbaycanlı olmaq üç... | ANL |
Sözün ən gözəli, söyləyənin doğru söylədiyi, dinləyənin də faydalandığı sözdür. -Sizə elə gəlmirmi ki, dində Allahı dərk bir mühafizəkarlıqla müşayiət olunur. Yəni, Allahı dinin təbliğ etdiyi kimi qavramaqda qorxu və tamah ön plana gəlir. Cənnət tamahı, Cəhənnəm xofu. Məncə Allahı dərkdə insan azad olmalıdı. Ondan qorx... | ANL |
MÜASİR AZƏRBAYCAN ROMANI. Məlumdur ki, yaşadığımız bu həyat mürəkkəbdir, təzadlarla doludur. İnsan çeşidləri də rəngarəngdir. Təbii ki, hər bir yazıçı cəmiyyətdə baş verən mürəkkəb hadisələri, ictimai-siyasi olayları, mənəviyyat aləminin təzadlı mənzərələrini və bu fonda XXI əsr insanının, konkret desək, müasir azərbay... | ANL |
Qamət Vəlicanovun fransalı həmkarlarına iradı var. Fransanın "Charlie Hebdo" jurnalında İslam Peyğəmbərinin təhqir olunması və bundan sonra baş verən terror hadisəsi dünyanın siyasi gündəminə öz damğasını vurdu. Həmsöhbət seçdiyimiz tanınmış karikaturaçı-rəssam, Azərbaycan Karikaturaçılar Birliyinin və Dünya Karikatura... | ANL |
Tovuz Azərbaycanın sazlı-sözlü sənət ocaqlarından biridir. O, təkcə gözəl təbiəti, bərəkətli torpaqları ilə deyil, həm də yetirdiyi görkəmli sənətkarları ilə fəxr edə bilər. Bu torpaqda təkcə gözəl nemətlər yetişmir, onun bağrından Aşıq Hüseyn Bozalqanlının, Mikayıl Azaflının saz möcüzələri fəvvarə vurub. Ozan-Aşıq məd... | ANL |
Hacıqəhrəmanlı qəsəbəsi ötən ilə yekun vurdu. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. "... Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır, heç kimdə şübhə doğurmur. Azərbaycan hətta dünyanı bürümüş böhran illərində də öz inkişafını təmin etmişdir, inamla irəliyə getmişdir, insanlar... | ANL |
Xalçaçı ədib... Azərbaycan Xalça Muzeyinin əməkdaşı Nərminə Babayevanın “Azərbaycan xalçası” kitabı işıq üzü görüb. Müəllif maraqlı faktlara toxunur, qədim xalça sənətimiz haqqında ətraflı məlumatlar verir. Kitabda xalçaçılığın ilkin növləri olan həsir, buriya, çətən, xovsuz və xovlu xalçalar, onların tarixi və məktəbl... | ANL |
İŞIQ OLAN YERDƏ... Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Sonra Azərbaycan Ordusu bu torpaqları azad etdi, yenidənqurma-bərpa işləri başlandı. Birinci mərhələdə əlbəttə ki, maliyyə çətinliklərimiz var idi, imkanlarımız o qədər də geniş deyildi. Amma nəyimiz var idi Azərbaycan döv... | ANL |
Buna inanmaq mümkün deyil. Ötən həftənin şənbə günü köhnə dostum İlhamla (İlham Alışanov Ə.M.) üzbəüz oturmuşdum, ordan-burdan danışırdıq... Dağı arana çəkirdik, aranı da dağa. Bəli, düz bir il bundan öncə elə-belə yağışlı, çiskinli bir gündə döydü qapımızı qara bir xəbər. Dostların, onun sənətinin pərəstişkarlarının ü... | ANL |
Xatirələrdə əbədi qalacaq şair. Heç vaxt təsadüflərə inanmamışam. Hər təsadüfdə bir zərurət, əlamət olduğuna inanmışam ki, bu inancda da tək deyiləm. Bu gün Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatı ilə bağlı tədbir keçirilirdi. Uşaq ədəbiyyatını Səməd Vurğunsuz təsəvvür etmək olarmı? Nəinki özümüz, hətta valideynlərimizi... | ANL |
İŞIQ OLAN YERDƏ... Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. "... Artıq Horadiz şəhərinin abadlaşması hamımız üçün bir nümunədir. Çünki bu onu göstərir ki, işğaldan azad olunan ərazilərdə belə gözəl şərait yaratmaq mümkündür. Bunu biz etmişik, Azərbaycan xalqı Azərbaycan dövlətinin ... | ANL |
O, Bakıdan-qaynar ədəbi mühitdən iki yüz kilometr uzaqda - Cəlilabadda yaşayır. Bu rayon təkcə maddi sərvətləri ilə deyil, Səs və Söz mühiti kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyətinə və milyonlarla dinləyicilərə yaxşı tanış olan Sabir Mirzəyev, Teymur Mustafayev, Ağadadaş Ağayev, Qədir Məmmədov kimi məşhur SƏS... | ANL |
“Ögey ana”nın Cəmiləsinin Milli.Az-a müsahibəsi. Miqyas etibarilə kiçik bir ölkə olan məmləkətimizin elə təkcə kino tarixinə nəzər salıb ötən əsrdə çəkilmiş filmlərin bir çoxunun bu günə qədər baxımlılıq iqtidarından düşmədiyinin fərqinə varanda qürur keçirməmək mümkünsüzdü. “Azərbaycanın kino incilərindən” adlı layihə... | ANL |
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Çalışacağam ki, bundan sonra da Sabirabad rayonunun inkişafı üçün öz dəstəyimi verim. Siz yaxşı bilirsiniz ki, Ulu Öndər Heydər Əliyev Sabirabada xüsusi münasibət göstərmişdir...". Azərbaycan Respublikasının Prezidenti. Tarixə nəzər. Sabirab... | ANL |
MÜASİR AZƏRBAYCAN ROMANI. (Əvvəli ötən şənbə saylarımızda). XX əsrin sonları-XXI əsrin əvvəlləri Azərbaycan nəsrində yeni roman axtarışları ilə diqqəti cəlb edir. Bu axtarışlar bir neçə istiqamətdə reallaşır: əvvəla, dünyada, məmləkətdə, ictimai-siyasi həyatda baş verən hadisələrin ədəbi həyata, o cümlədən, roman yarad... | ANL |
Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Xalq artisti, Prezident Mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı Pərvanə Qurbanova ilə görüşmək üçün onun yaşadığı və çalışdığı Nizami yurduna getməyə ehtiyac olmadı. Son vaxtlar teleseriallara müntəzəm dəvət aldığından tez-tez Bakıya gələn istedadlı səhnə ustası ilə ... | ANL |
(əvvəli ötən şənbə saylarımızda). Sözün ən gözəli, söyləyənin doğru söylədiyi, dinləyənin də faydalandığı sözdür. - Ən varlı adamlar belə nə geyimdə, nə yeməkdə sadə insanlardan artıq edə bilmirlər. Bu qədər var-dövləti yığmaqla nə əldə etmək istəyirlər? -Bu mərəz adamı maddiyyatın quluna çevirir. Əgər o maddiyyata şüu... | ANL |
QƏDİRŞÜNASA QƏDİRŞÜNASLIQLA. Vaqif Yusifliyə məktub. Məqaləndə Tovuzu "Şanlı-şöhrətli sənət ocağı" kimi qəbul etdiyinə, Tovuz aşıq-şairlərindən Hüseyn Bozalqanlı və Mikayıl Araflının yaradıcılığına yüksək qiymət verdiyinə, professor Məhərrəm Qasımlı və məni yada saldığına, şair Binnət Eloğlunu ədəbi ictimaiyyətə layiqi... | ANL |
Onu mən də tanıyıram. Hələ orta məktəb illərindən yadımda bir şeirin misraları qalıb. Yanılmıramsa misralar belədir: Dünyada yollar çoxdur, Məktəb yolu, kənd yolu... Hə, əgər bu misralarda nəyisə səhv etdimsə, müəllifindən və oxuculardan üzr istəyirəm. Amma həqiqətən dünyada kifayət qədər yollar var və o yollar həmişə ... | ANL |
Yenə də cəbhə bölgəsinə ezamiyyətə gedirəm. Amma bu gediş əvvəlki gedişlərdən tamam fərqlidi. Hərbi səhra paltarını da əynimə xoş ovqatla geyinirəm. Bir neçə gündür ordumuzun hissələri bütün cəbhə boyu zəfər yürüşünə başlayıb. Atəşkəs rejimini pozan ermənilər neçə müddətdir həm mövqelərimizi, həm də yaşayış məntəqələri... | ANL |
"Dahinin tənhalığı - Fazil Hüsnü Dağlarca" kitabının imza günü keçirildi. Aprelin 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda ədəbiyyatşünas Tofiq Məliklinin "Fazil Hüsnü Dağlarca: Dahinin tənhalığı” kitabının imza günü keçirildi. Adalet.az xəbər verir ki, təddbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar ... | ANL |
“Milli Məclis regional siyasətdə çox mühüm rol oynayır". Cavanşir Feyziyev: “Müvafiq iş planım var və gündəlik fəaliyyətimdə də bu vəzifələrin öhdəsindən gəlməyə çalışıram”. Milli Məclisin deputatı, "Avromed" MMC-nin təsisçisi Cavanşir Feyziyevin Adalet.az-a müsahibəsi. -Cavanşir müəllim, seçkidə növbəti dəfə qələbə qa... | ANL |
"Rübai karvanı, dördlük çələngi" silsiləsindən nümunələr. Kükrəyib çağlamır güc sevməyəndə, Axtar ulduzunu, seç sevməyəndə. Möhkəm vurularsan - Məcnun olarsan, Müqəvva olarsan, heç sevməyəndə! Niyə yarpaqların rəngi sarıdır? Çünki yol payızdan qışa sarıdır. Baharı geriyə qaytaran Günəş. Kiminsə eşqinin yadigarıdır. Ürə... | ANL |
Millət vəkili, yazıçı Aqil Abbasın AzNews.az-a müsahibə verib. Adalet.az müsahibəni təqdim edir: – Aqil müəllim, son günlər Qarabağda gedən döyüşlərin içərisində məncə, həm mənəvi, həm də fiziki baxımdan daha çox görünən millət vəkili sizsiniz. Gah mətbuata açıqlamalar, müsahibələr verirsiniz, gah da döyüş bölgəsinə ge... | ANL |
Müharibənin ağır bir dövrü idi. Artıq Şuşa işğal olunmuşdu, şuşalılar da səpələnmişdi bütün Azərbaycana. Ona görə də Bakıda şuşalıların toplantılarında, tədbirlərində yaxından iştirak edirdi. Təkcə şuşalı, qarabağlı kimi yox, həm də Şuşada, Qarabağda qazandığı ictimai nüfuza görə. Adamlar onu həmişə öndə görmüşdülər, s... | ANL |
Türk dünyasının qədim Şəkisi. Müasirləşən yurdun. paytaxt olmaq səlahiyyəti. Bu günün Şəkisindən söhbət açılarkən əvvəlcə mütləq olaraq mühüm bir məsələni xatırlamaq, müqayisə aparmaq zərurəti yaranır. Hər yerdə olduğu kimi, burada da insanlar çalışır, kənd təsərrüfatı, sənaye, digər sahələr inkişaf edir, əhalini... | ANL |
Türk dünyasının qədim Şəkisi. İrriqasiya sistemlərinin quraşdırılması İsrail şirkətləri tərəfindən həyata keçiriləcək. Hazırda bağda 25 nəfər daimi işlə təmin olunmuşdur. Məhsul yığımı dövründə əlavə olaraq 100 nəfərin mövsümü işlərə cəlb olunması nəzərdə tutulmuşdur. Rayonun Kosalı kəndi ərazisində isə "Green Fakt... | ANL |
Bu cümlə fikrimizi az-çox sübuta yetirə bilər. Həmin hekayədə ərinə nifrət edən bir qadının qəlbindəki bütün hisslər məchulluqlar örtüyündən çıxır, həmin qadın daxili bir tənhalığın əsiridir, ruhən azad deyil və ərinin ona münasibətində bir istinad nöqtəsi tapa bilmədiyindən ölüm haqqında fikirləşir. Ümumiyyətlə... | ANL |
Türk dünyasının qədim Şəkisi. İpəkçiliyin yem bazasının genişləndirilməsi məqsədilə rayonda yeni toxmaçar bağlarının salınması üçün yerlər müəyyən edilir, toxmacar tingi yetişdirilməsinə diqqət artırılır. Carı ilin payız mövsümündə 17 hektar sahədə yeni toxmacar bağı salınması üçün indidən hazırlıq işləri apar... | ANL |
Heç cür mümkün deyil onu beynin və ürəyin yaddaş səhifəsindən qoparıb atmaq. Dostluq daimi, bəlkə gündəlik münasibətlər tələb edir. Ona görə də anadan olmasının səksən illiyi münasibətilə (2006. avqust) İctimai Televiziyanın həyətində, açıq havada təşkil olunan verilişdə aparıcı Yusif Günaydından xahiş etmişdi k... | ANL |
Səlim Babullaoğlu ilə “İmzalı görüş” olub. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "İmzalı görüş” layihəsi çərçivəsində şair, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib. Fonddan Adalet.az-a verilən məlumata görə, tədbirdə Bilik Fondunun əməkdaşları, Könüllülər Birliyinin üzvləri, ədəbiyyatsevə... | ANL |
Azərbaycanlı yazıçı Türkiyədə tələbələrlə görüşdü. Noyabrın 28-də Türkiyənin İstanbul şəhərində yerləşən Mərmərə Universitetində azərbaycanlı yazıçı Əzimə Ağalarovanın türk tələbələrlə görüşü keçirilib. Adalet.az-ın məlumatına görə, İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin m... | ANL |
"Muğam Qəsri” kitabı işıq üzü gördü Bu gün sizə təqdim edilən "Muğam Qəsri” ensiklopedik toplu yazıçı-punlisit Saminə Hidayətqızının "Göy qurşağı” layihəsindən ikinci kitabıdır. Kitabda muğamın tarixinə tədqiqat baxımından yanaşılmış, qədim dövrlərdən üzü bəri klassik muğam bilicilərinin yaradıcılığı, onların həyat yol... | ANL |
Nəriman Həsənzadənin yubileyi qeyd edilib. Sumqayıt şəhər Poeziya Evində Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirildi. Tədbiri şairin "Zirvə” şeiri ilə açan Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı yubilyar şairin ömür və yaradıcılıq yo... | ANL |
Kitabın redaktoru Eldəniz Elgün, rəssamı Cəlil Qaryağdı, korrektoru Mahmud Qəzənfəroğlu, bədii tərtibçisi Zaur Qafarzadədir. Kitab "Adiloğlu” nəşriyyatında çap edilib. | ANL |
Azərbaycan şairi İsraildə anılıb. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının ("Azİz”) İsraildəki Azərbaycan mədəniyyət mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyi qeyd edilib. Poeziya sərraflarının toplaşdığı gecədə böyük şairin əsərlərinin müxtəlif nəşrləri təqdim edilib. Qonaqlar böyük şairin ən ... | ANL |
Yenicə ədəbiyyata marağımı, mehrimi salırdım. Hardasa iki il əvvəlin söhbətidir, ilk getdiyim ədəbi ocaq AYB-nin Gəncə filialı idi... Ora ilk getdiyim gün heç vaxt yadımdan çıxmaz. Özümü Nizami Gəncəvi zənn etdiyim günlərdi... Axı uşaqlıq dövrü belə olur... İlk dəfə gedəndə cızma-qaralarımı böyük fəxarətlə, həvəslə oxu... | ANL |
AĞ GÜNLƏRİN ÜNVANI. Ağjabədi rayonunun sosial-iqtisadi inkişafı təkjə onun kəndlərində yox, həm də şəhərində də kompleks şəklində həyata keçirilir. Ona görə də bu gün şəhərdə jərəyan edən hadisələrin fonunda yenidənqurmanı, tikinti-abadlığı görməmək, ondan yan keçmək mümkün deyil. Əgər təkjə bu ilin ilk ayında ölkə pre... | ANL |
Rəşad Mahmudov: “Azərbaycanda yaxşı həkimi xalq dolandırır”. "Türkiyədə terapevt təhsilini bitirdikdən sonra gedib dövlət xəstəxanasında işlədiyi zaman dövlətdən aldığı rəsmi maaşı 4-5 min dollardan başlanır”. Milli Məclisdəki büdcə müzakirələri zamanı ölkə səhiyyəsindəki durum və icbari tibbi sığortaya keçilməsi zərur... | ANL |
“Tarixin yaddaşında yaşamaq istəyirəm”. Nərgiz Eminova: "Hədəflərim isə gələcəkdə Azərbaycanın ilk qadın klarnet ifaçısı adı ilə tanınmış musiqiçi olmaqdır”. Musiqi insan ruhunun qidasıdır. Bu sahədə bir çox dahi bəstəkarlar, sənətkarlar tarixdə iz qoymuşdular. Azərbaycanda da akademik musiqinin banisi Üzeyir Hacıbəyov... | ANL |
Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma”, "Sehrbazlar dərəsi” romanlarından sonra bu trilogiyanın sonuncu romanı "Unutmağa kimsə yox...” (Kemal Abdulla. Adalet.az xəbər verir ki, bir müddət əvvəl Moskvada işıq üzü görən bu roman indi türk oxucusuna nəfis tərtibatda təqdim edilib. Romanı türk dil... | ANL |
“Danabaş kəndinin əhvalatları” Türkiyədə nəşr olunub. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, Azərbaycan kitabının tanıdılması və dünyəviləşd... | ANL |
“Tarixin yaddaşında yaşamaq istəyirəm”. Nərgiz Eminova: "Hədəflərim isə gələcəkdə Azərbaycanın ilk qadın klarnet ifaçısı adı ilə tanınmış musiqiçi olmaqdır”. Musiqi insan ruhunun qidasıdır. Bu sahədə bir çox dahi bəstəkarlar, sənətkarlar tarixdə iz qoymuşdular. Azərbaycanda da akademik musiqinin banisi Üzeyir Hacıbəyov... | ANL |
Dünya azərbaycanlılarının həmrəyliyinə itihaf edirəm. Mənim qismətimə bir diyar düşüb, Dünyanemətindənşirinbardüşüb. O elə diyardır axar-baxarlı, Dağları vüqarlı, bağçası barlı. Hər qarış torpağı qızıldı, zərdi, Göyləri dalğalı mavi Xəzərdi. Qoynunda buruqlar məskən salıbdı, Ömrünün üzünü sevinc alıbdı. Füsünkar guşədi... | ANL |
“Teatr üzüdönükləri bağışlamır”. Səhnədə Leyli, Cülyetta, həyatda isə Zemfira Əbdülsəmədova. Kinorejissorlar, teleserial istehsalçıları aktrisa Zemfira Əbdülsəmədovanı gec kəşf ediblər. Son illər onu tez-tez bədii filmlərə dəvət edir, teleseriallarda səxavətlə rol verirlər. Amma bu müsahibədə Zemfira xanımın səhnə fəal... | ANL |
“Dolu”-Qarabağ mövzusunda yazılmış ən yaxşı əsər. Bu günlərdə tanınmış yazıçı –publisist,millət vəkili Aqil Abbasın "Dolu”romanı İran İslam Respublikasında nəşr edildi.Bu xəbəri nəzərə alıb roman haqqında fikirlərimizi Faktinfo.az olaraq oxuculara təqdim edirik. İsa peyğəmbəri çarmıxa çəkənlər 2000 ildi həmin çarmıxın ... | ANL |
Söhbət pianoçu Nərmin Nəcəflidən gedir. Onun barəsində ötən ilin isti günlərinin birində, daha doğrusu, Qəbələdə musiqi bayramı keçirilən zaman yazmışdım. Və vurğulamışdım ki, Qarabağda sayılıb-seçilən ağsaqqallardan biri olan, dəyərli dostum Aslan Mehdiyevin nəvəsi Nərmin Etibar qızı Nəcəfli öz parlaq istedadı ilə Azə... | ANL |
Mən də Rəşad Məcidi özündən əvvəl sözündən tanımışam. Sonra şairin özünü tanıdım və bu tanışlıqdan sonra iç dünyamın ağappaq işıqla dolduğunu hiss elədim. Onu da hiss elədim ki, şeirlərini sevə-sevə oxuduğum Rəşad Məcidin böyük və işıqlı ürəyi var, onun kimi işıqlı, səmimi adamlara həmişə inanmaq və söykənmək olar. Şei... | ANL |
AĞCABƏDİ ŞƏHƏRİNİN BU GÜNÜ. Regionların İnkişafına dair Dövlət Proqramının tərkib hissələrindən biri də təbii ki, insan faktorudur. Yəni görülən bütün işlər məhz Azərbaycan insanın həyat səviyyəsinin yüksəldilməsinə, onun sosial-iqtisadi durumunun yaxşılaşmasına, üstəlik insanların dünyaya inteqrasiyasına yönəlibdi. Ba... | ANL |
AĞCABƏDİ ŞƏHƏRİNİN BU GÜNÜ. "...Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı, rifahı, təhlükəsizliyi üçün hər şeyi edirik və edəcəyik. Ölkəmiz sürətlə qabağa gedir. Azərbaycan Respublikasının Prezidenti. Ağcabədi rayonunun s... | ANL |
İnternetdə alman yazıçısı Erix Mariya Remarkın 1971-ci ildə çapdan çıxan "Cənnətdə kölgələr" adlı kitabı diqqətimi cəlb etdi. Remarkın kitabında baş qəhrəman jurnalist Robert Ross İkinci Dünya müharibəsində gestapodan, əsir düşərgələrindən, təhlükələrdən canını qurtarmaq üçün bir çox almanlar kimi Amerikaya mühacirət e... | ANL |
Arxada qalan səkkiz ilə yaxın müddət ərzində hər rübdə bir dəfə oxucu ünvanı soraqlayan "Mingəçevir leysanı" ədəbi dərgisinin yeni ilin əvvəllərində işıq üzü görən otuz birinci sayı ədəbiyyatsevərlərə "Bənövşə" adı ilə təqdim olunmuşdur. Jurnalın baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İ... | ANL |
Adalet.az xəbər verir ki, bu nömrənin ilk səhifəsi tanınmış alim, filologiya elmləri doktoru Şirindil Alışanlının "Qulu Ağsəsə məktub” adlı ekspert yazısı ilə açılır. Jurnalın "Şeir vaxtı” bölməsində şairlər – Emin Akif, Elşad Barat, Vüqar Əlisoy, gənc türk şairi Cumali Karabülbülün və başqalarının şeirləri yer alıb. "... | ANL |
AĞCABƏDİ ŞƏHƏRİNİN BU GÜNÜ. (əvvəli ötən saylarımızda). Regionun inkişaf etmiş və artıq öz simasını köklü şəkildə dəyişmiş mərkəzlərindən birinə çevrilən Ağcabədi şəhəri təhsildə, səhiyyədə, mədəni-kütləvi tədbirlərin keçirilməsində qazandığı uğurlara görə də bu gün haqlı olaraq seçilir və diqqət mərkəzində öz yerini q... | ANL |
ADINDAN GƏLƏN AYDINLIQLA... Musa Ələkbərli. Ömrünün ötən illərinə ötəri bir nəzər salsaq, onun çoxtərəfli ədəbi-elmi-ictimai fəaliyyətini izləsək, fəxarət və öyünc gətirən saysız uğurlarının şahidi olarıq. Yusif Günaydın H.Cavid yaradıcılığının ən yaxşı tədqiqatçılarındandır. O, öz dissertasiyasını rus dilində yazıb. Y... | ANL |
Ağdamda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mü... | ANL |
Aydın Hüseynov: " Appelyasiya Şuralarının yaradılmasını müsbət addım kimi dəyərləndirirəm". Millət vəkili Aydın Hüseyovun Adalet.az-a müsahibəsi. -Aydın müəllim, bugün neftin qiyməti durmadan azalmaqda davam edir. Avropalı ekspertlər isə bu qiymətin 10 dollara qədər enəcəyini proqnozlaşdırır. Neftin qiymətində yaranan ... | ANL |
«ƏLLƏRİNDƏKİ GÖYÜZÜ». Qalib Şəfayətin kitabı barəsində bir neçə söz. Bəri başdan deyim ki, barəsində söhbət açdığım müəllifi mənimlə dəyərli şairimiz Musa Ələkbərli tanış etdi. Günlərin birində Musa müəllim mənə bir ismarıc göndərdi: - Qağa, bir istedadlı cavan oğlan göndərirəm yanına. Özü də müharibə görmüş oğlandı, ş... | ANL |
Nəsimi Quliyev vəziyyəti tam təfərrüatı ilə gizirə danışdı. O, Nəsimini dinlədikdən sonra dedi: - Bu hərbi hissə Zaqafqaziya Hərbi Dairəsində ən böyük və ən möhkəm qorunan hərbi hissələrdən biridir. Nəsimi oğlana dedi ki, o, burada xidmət edən uşaqları bir yerə toplasın, onlarla söhbət aparmaq istəyir. O, arxa c... | ANL |
Milis idarəsinin rəisi Həsənovun oğlu ali məktəbi bitirib təyinatını da atasının işlədiyi rayona almışdı. Bəlkə qaz idarəsində müdir müavini? Bəlkə kənd təsərrüfatı idarəsində mütəxəssis?.. Bəlkə "ispolkom"da mühüm bir vəzifə? İşlər başa çatmışdır. Nə tapşırığınız var? Onlar tövlənin baş tərəfinə söhbət edə... | ANL |
"Hər bir kənd təsərrüfatı əməkçisi, hər bir fermer, sahibkar, ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olan və bu sahəyə diqqət yetirmək məsuliyyəti daşıyan təşkilatlar, qurumlar birmənalı şəkildə zəruri olan bütün tədbirləri görməlidilər. Elə etməliyik ki, insanlarımız öz əməklərinin bəhrəsini görsünl... | ANL |
Bu günlərdə imzası oxucularımıza yaxşı məlum olan dəyərli yazıçı-publisist, elm adamı Allahverdi Eminovun sanballı bir monoqrafiyası işıq üzü gördü. Öncədən xatırladım ki, Allahverdi Eminov söz məkanında, ədəbi camiyədə baş verən prosesləri yaxından izləyən, yeni nəşrlərə qayğı və canıyananlıqla diqqət ayır... | ANL |
Görkəmli tənqidçi-ədəbiyyatşünas, akademik Kamal Talıbzadə yazırdı ki: "Orta əsrlərdə Azərbaycan ədəbi fikri üç istiqamətdə inkişaf etmişdir. Birinci istiqamətə Xətib Təbrizinin, Yusif Xoylunun, Nəsrəddin Tusinin, Əssar Təbrizinin, Şərəfəddin Həsən Rami Təbrizinin, Vəhid Təbrizinin, Məhəmməd Rəfi Dost Məhəmməd oğ... | ANL |
Azərbaycanda turizm sənayesini inkişaf etdirmək, müasir turizm infrastrukturunun yaradılmasına nail olmaqla ölkəmizi dünyaya daha yaxından tanıtmaq prioritet məsələlərdən biridir. Dövlətin bu sahədə siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Nazirlik yerli imkanları dü... | ANL |
Bunu qiymətləndirməmək ən azından insafsızlıq olar. Həmin məqamları bu tarixi romanın müəllifi sadə, amma dəqiq faktlarla zamanının ictimai-siyasi mühitini bütün ştrixləri ilə ifadə etməklə mənə və bütün oxuculara çatdırıbdı. Əgər xatırlayırsınızsa, mən yazımın birinci hissəsində, yəni romanın birinci böl... | ANL |
Bütün bunlar göstərir ki, Elçinin müasir dövr nəsri, xüsusən “Baş” romanı indiyədək mövcud olan bədii model, forma və konstruksiyaları transformasiya edərək yeni bədii paradiqmaların köməyi ilə dəyişdirməyə meyllidir. Bizə belə gəlir ki, Elçin yaradıclığında bu cəhət modernizmlə yeni realizmin ( yəni postreal... | ANL |
Sizə təbrik yazmağı ürəyim istədi. Adətən şənbə günləri üçün yazdığım yazıları zaman-zaman içimdə gəzdirib sonra ürəyimin pıçıltısı kimi bilgisayara diktə edirəm. Və həmin o yazıları sonradan oxuyanda da nəyisə unutduğuma, nəyinsə yanından keçdiyimə görə çox da narahat olmuram. Mən də onda həmin unutduğum... | ANL |
Çörək isə müharibə başlayandan süfrələrdən yoxa çıxmışdı. Ata beli çiyninə qoyub, həyətdən çıxan kimi ana qazançanı götürüb şahtutun dibinə gəldi. Dəyib, yetişmiş şehli tut dənələriylə qabı doldurub, yarısını damın üstünə sərdi ki, qurusun, qışa azuqələri olsun, yarısını da götürüb apardı evə. İki qardaş yerlərinin içi... | ANL |
Könüllərin FƏRMANI. Aprelin 1-dən 2-nə keçən gecə ermənilərin mövqelərimizi atəşə tutmasına cavab olaraq Azərbaycan ordusunun əks hücuma keçməsi xəbəri ilə açıldı. Fərman da getdi. Sosial şəbəkələrdə onlar haqqında yazılanlar ... "Yeznə-qayın döyüş bölgəsinə yaxın əraziyə yardıma gedib və yaralanıblar. Yeznəs... | ANL |
Ötən həftənin sonlarına yaxın Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə "Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunan "Uzaqdan ğələn səs” almanaxının Mingəçevir şəhər Bələdiyyəsinin iclas zalında təqdimat mərasimi keçirilmişdir. Mingəçevir şəhərindəki təbiət, riyaziyyat və humanitar təmay... | ANL |
Bu tamaşa yalnız teatr aləmində deyil, bütün ideoloji mübarizə sahəsində böyük əhəmiyyət kəsb etdi. Tamaşaçılar əsəri böyük rəğbətlə qarşıladılar.Hələ heç bir əsər salonda bu qədər həyəcan doğurmamış, belə ruh yüksəkliyilə qarşılanmamışdı. ...Ərəblinskinin rejissorluğu, müəllifin yaxından köməyi və baş roll... | ANL |
"Cəlilabad böyük rayondur, əhalisi də çoxdur. Əlbəttə ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər görülür, vaxtaşırı Prezidentin ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər öz həllini tapır. Növbəti illər üçün Cəlilabadda bu günə qədər həll edilməyən məsələlər d... | ANL |
Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri də şeirləri dildə-dodaqda gəzən, əsərləri geniş oxucu kütlələri tərəfindən böyük məhəbbətlə qarşılanan Məmməd Arazdır. Cəmi iki bənddən ibarət olan həmin şeir belə tamamlanır: Ölə-ölə yazmıram, Yaza-yaza ölürəm. Bu şeir, xüsusilə onun son misraları sevim... | ANL |
Nə yaxşı ki, müfəttiş gəldi... Yoxsa məmurların bu qədər gülünc vəziyyətə düşməsinə tamaşa edə bilməzdik. Lap bəri başdan deyim ki, səhnədə tamaşaçıların maraqla izlədiyi hadisə bizim məmləkətdə baş verməyib. Hər halda özümüzü buna inandıraq. Paytaxtdan hansısa bir müfəttişin gələcəyi ilə bağlı xəbərdən başını itirən, ... | ANL |
Ədəbiyyat tariximizdə həm özü, həm də adı və ya təxəllüsü Vaqif olan sənətkarlarımız az deyildir: Molla Pənah Vaqif, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Vaqif İbrahim... Şəki rayonunun Kiş kəndində yaşayıb-yaradan, on beş ilə yaxındır ki, AYB-nin Şəki bölməsinə rəhbərlik edən istedadlı qələm sahibi Vaqif Aslanı da cəsarətl... | ANL |
Adalet.az xəbər verir ki, kitabı rus dilinə çevirən və " Tərcüməçidən” başlıqlı ön sözün müəllifi, əməkdar incəsənət xadimi, qocaman tərçüməçimiz Siyavuş Məmmədzadədir. Eyni zamanda, nəşrdə müəllifin "Kitaba dəvət” adlı kiçik yazısı da yer alıb. 256 səhifəlik, qalın üzlü və nəfis poliqrafiya ilə çap edilən kitab nəşrə ... | ANL |
Keçmişdən gələn birisi hesab eləyib xətrimə dəysəniz də küsmərəm, incimərəm. Neyləyim, hara gedim, kimə deyim dərdimi. Köhnə, qədimi mahnıların, sənətkarların vurğunuyam. Dinməyin, səs salmayın, Şövkət xanım Ələkbərova necə məlahətlə, ilhamla oxuyur: Armudu stəkanda çay, Ürəyimiz yananda çay... Kimin ağrıyır canı, Qoy ... | ANL |
Hər məfhumun ifadə etdiyi məna çalarları var... Ömür ifadəsinin yozumu çoxdu... Ömür xalq üçün, millət üçün, dövlətçilik üçün yaşanılan aylardı, illərdi. Min illərdi belə olub, əbədiyyən belə də olacaq... Yaz-payız binəsinə gedəndə atam dəyəmizi palıd ağacına yaxın yerdə tikərdi. "Həm də palıd müqəddəs ağacdı, bədxahlı... | ANL |
Tarix göstərir ki, bütün əsrlərin sonu, digər əsrlərin başlanğıcı inqilablarla zəngin olub. Bu inqilablar təkcə siyasi müstəvidə deyil, texnoloji, ədəbi, mədəni, dəb və s. sahələri əhatə edib ki, əsrin növbəti davamı həmin dirçəlişin kölgəsində "sərinlənib”. Xronoliji ardıcıllıqla mövzunu başqa yönə aparmaq niyyətində ... | ANL |
Əjdər Qiyaslının yeni kitabı. Mənə elə gəlir ki, Azərbaycanın söz məkanında ən mülayim, ən səmimi və həm də ən çox diqqət göstərən müəlliflərdən, yazarlardan biri, bəlkə də birincisi Əjdər Qiyaslıdı. Ona tanıdığım gündən birmənalı şəkildə dərk etmişəm ki, bu insan hər kəsə müsbət enerji ötürür, ətrafında həmişə s... | ANL |
Şərq ədəbiyyatında ən çox işlənən və demək olar ki, əsrlər boyu şeir formaları içərisində populyarlığını itirməyən qəzəlin vətəni Ərəbistandır. Mərhum ədəbiyyatşünas, professor Azadə Rüstəmovanın "Klassik Azərbaycan poeziyasında qəzəl" monoqrafiyasında bu haqda xeyli maraqlı bilgilərlə qarşılaşırıq. Müəllif yazırdı: "... | ANL |
ZAQATALA: GÖZƏLLİKLƏR DİYARINDA İNKİŞAFIN TƏNTƏNƏSİ. "...Şəhərin abadlaşdırılması prosesi gedir, tikinti gedir. Yəni, burada hər cür sosial infrastruktur mövcuddur. Bu məqsədlər üçün vaxtaşırı vəsait ayrılır. Azərbaycan Respublikasının Prezidenti. Ovsunçu - Zaqatala fenomeni. Həqiqətən belədir, hər dəfə Zaqataladan s... | ANL |
Yeniləşən Salyan. Bizim kifayət qədər təbii, iqtisadi sərvətlərimiz, gücümüz, imkanlarımız var. Çalışmalıyıq ki, bundan sonra da qeyri-neft sektorunu daha da geniş əhatədə, daha böyük sürətlə inkişaf etdirib Azərbaycanın nemətlərini təkcə özümüzün, ölkəmizin bazarlarında deyil, həm də dünya bazarlarına çıxaraq". ... | ANL |
Təbii ki, hər bir sayında oxucular üçün maraqlı ədəbi nümunələr təqdim edən jurnal həm də yeni imzalara, yeni bölmələrə də xüsusi diqqət yetirir. Bax, bu mənada jurnalın builki 5-ci sayındı mən ilk dəfə olaraq qarşılaşdığım imzalar da var idi. Həmin imzalarla bağlı fikirləri bölüşməmişdən öncə necə deyərlər, qa... | ANL |
Ruhun baxışları altında. Əbülfət MƏDƏTOĞLU. Necə deyərlər, dərzi kimi iynəmi sancmışam yaxama, səyyah kimi çantamı atmışam kürəyimə və çıxıb gedirəm. Həmin divarın üstünə çıxmaq olmaz. O divardan sadəcə boylanmaq olar, əllərini qaşının üstünə qoyub boylanmaq, lap uzaqlara baxmaq olar... Amma bu beş məktubun vərəq... | ANL |
Nemət Bəxtiyar. Azərbaycan Jurnalistlər. Birliyinin üzvü. Həsənov ikinci il idi ki, tələbə həyatı yaşayırdı. Səhərisi, hələ də maraqlı hind filminin təsiri altında olan. Həsənov qonşunun oğlunu səslədi: - Bəlkə bu gün də gedək filmə baxmağa... Həmişə tezdən yuxudan qalxan Həsənov bu gün yatıb qalmışdı. Tez, tələsik y... | ANL |
GÖYÇAY: MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİ. 2015-ci ildə nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, yeni avtomobil yollarının çəkilişi sahənin inkişaına öz müsbət təsirini göstərmiş, nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 868 min ton yük, 131,8 min nəfər... | ANL |
QAX: İNKİŞAFIN TƏNTƏNƏSİ. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir". Azərbaycan Respublikasının Prezidenti. Bunlar təkcə urbanik təəssürat oyatmır. Bunlar həm də Qax ray... | ANL |
GÖYÇAY: MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİ. (əvvəli ötən saylarımızda). Rayon əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsinin ... | ANL |
Bir sevən qadının həyat hekayəsi. Ueda AKİNARİ. (əvvəli ötən şənbə saylarımızda). Ev sahibi dedi: "Sizin sözləinizi eşitmək çox kədərlidi. Çox təəssüf, mənim burda məskunlaşmağım bir il ancaq olar və kənddə qabaqlar kimlərin yaşadığını bilmirəm. Bu yerlərin köhnə sakinləri qiyam olan günlərdə buranı tərk etdilər, indik... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.