text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Əbülfət MƏDƏTOĞLU. Dördüncü yazı. Muzeydən çıxırıq. Bizi içəri dəvət etmiş xanıma təşəkkür edirəm və Bakıdan gəldiyimizi, jurnalist olduğumuzu söyləyirəm. Xanımın çöhrəsindəki təbəssüm bir az da artır. İndi əvvəlkindən də səmimi bir şəkildə bizi salamlayır. Hiss edirəm ki, qonaqların çoxluğı onun ürəyincədi. O da mənim...
ANL
Əbülfət MƏDƏTOĞLU. «Zorbulaq»ın suyundan bir ovuc da içib maşına əyləşirəm. Sürücü mühərriki işə salır. İndi dağlardan üzü aşağı qayıdacağıq. Amma hələ bu ətrafda görməli, baxmalı çox yerlər var. Ona görə üzümə baxan sürücüyə deyirəm: - Heç buralardan ayrılmaq istəmirəm. Maşınımız gölün kənarı ilə hərəkət edir. Öz-özüm...
ANL
"...Görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, daha da zənginləşdirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin edilsin". Azərbaycan Respublikasının Prezidenti. Regionların İnkişafın...
ANL
Bu günlərdə redaksiyamıza qəzetimizlə zaman-zaman əməkdaşlıq edən Hüseyn bəy gəlmişdi. Təbrizdən qəzetimizin ünvanına böyük bir sovqatla gələn Hüseyn bəy özü ilə birlikdə bizə gözəl hədiyyələr gətirmişdi. Təbii ki, bu hədiyyələr təkcə «Ədalət»ə, «Ədalət»çilərə deyil, bütün Azərbaycana aid idi. Belə ki, Hüseyn bəy özü i...
ANL
"Azərbaycanın hər bir şəhəri, hər bir kəndi bizim üçün əzizdir, doğmadır. Dəfələrlə olmuşam və bundan sonra da olacağam. Hər bir rayon üzrə proqramlar var, vəsait ayrılır". Azərbaycan Respublikasının Prezidenti. Azərbaycan səhiyyəsi yeni mərhələdə. Azərbaycan səhiyyəsi artıq özünün ən yüksək dövrünü yaşayır. Yəni müstə...
ANL
Poetik düşüncənin axtarışda yeri. Həyatda baş verən hadisələrin müxtəlifliyi heç şübhəsiz ki, insana, onun mənəvi dünyasına bu və ya digər dərəcədə öz təsirini göstərməyə bilməz. Ona görə ki, gəlimli-gedimli, axarlı-baxarlı, enişli-yoxuşlu həyat tərzimizdə bir özünəməxsusluq var. Bu özünəməxsusluq insanın mənəvi, iç dü...
ANL
Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir. Dünyanın müxtəlif yerlərində Azərbaycan günləri keçirilir. Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu artıq bütün dünya bilir. Bakıda, eyni zamanda, bölgələrdə müxtəlif mədəni tə...
ANL
Yəqin hamı Xalq yazıçısı Anarın "Evləri köndələn yar" televiziya tamaşasına baxıb. O Şairi bir də tamaşanın sonunda - elçilik mərasimində görürük. O "mərasim"də Səyavuş Aslan, Səməndər Rzayev, Hamlet Qurbanov, Yaşar Nuri, Elxan Ağahüseynoğlu kimi gözəl sənətkarları gördük (Allah hamısına rəhmət eləsin!). Və Şairin gülü...
ANL
"AKADEMİK MİRZƏ İBRAHİMOV". Professor Teymur Əhmədovun yeni kitabı barəsində... Öncədən onu deyim ki, bir oxucu kimi həyatımın sovet dönəminə minnətdaram. Çünki həmin dönəmdə kitaba, mətbuata sevgi də tamam fərqli idi, söz adamına, qələm sahibinə münasibət də. Bu mənada həmin o illəri demək olar ki, bütün qələm sahiblə...
ANL
Yazıçı İlqar Fəhminin kitabları təqdim olundu. Müasir Azərbaycan ədəbiyyatının ən ciddi imzalarından biri olan şair, yazıçı-publisist, dramaturq İlqar Fəhminin yanvarın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda 4 kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimini açan şair, "Ulduz" jurnalını...
ANL
"... Kənd təsərrüfatının inkişafı üçün kreditlər, gübrələr, əlavə texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Çünki hər bir bölgədə, hər bir kənddə yaxşı şərait olsun, rifah artsın, iş yerləri açılsın və gözəl abadlıq işləri görülsün". Azərbaycan Respublikasının Prezidenti. Yeni ilin ilk ayının ilk gün...
ANL
Açığını deyim ki, onun barəsində o qədər də böyük bilgim yox idi. Və hətta bildiklərimi də demək olar ki, unutmuşdum, çünki bu, unutqanlıq deyilən bəla bizim qanımızda-canımızdadı. Üstəlik bu canımızda-qanımızda olan bəlaya haqq qazandırmaq üçün bir deyim də uydurmuşuq: Gözdən uzaq olan, könüldən də uzaq olar... Bəli, ...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. (əvvəli qəzetimizin ötən sayında). Azərbaycan Prezidenti İlham Əliyev ...
ANL
Ramiz Qusarçaylının yeni kitabı nəşr olunmuşdur. Ramiz Qusarçaylının “Gedəsən dünyanın axırınacan...” adlı yeni kitabı nəşr olunub. Kitabda müəllifin Vətən sevgili duyğuları, Qarabağ uğrunda gedən döyüşlərin təsviri, vətənpərvər gənclərimizin döyüş əzmi və şəhidlik zirvəsi, yurdumuzun gözəlliklərinin tərənnümü, dünyada...
ANL
Seyran Səxavət. Stalinin qırxı təzə çıxmışdı. Sovet Sosialist Respublikaları İttifaqının ucsuz-bucaqsız ərazisi uşaq bağçası təmayüllü nəhəng yetimxanaya oxşayırdı – bəlkə də oxşamırdı, elə heylə idi. Həddi-buluğa çatmamış, böyük və qarışıq bir xalqın atası ölmüşdü – atadan yetim qalmaq pis şeydi. Bu ayaqdan götürsək, ...
ANL
Kiçik yaşlı uşaqlar üçün kitab. Azərbaycan oxucusu, xüsusilə "Ədalət" qəzetini daimi izləyənlər Salatın Əhmədlinin yaradıcılığı ilə tanışdılar. Salatın xanım məhsuldar çalışan, oxucularla tez-tez söz məkanında görüşən, onları özünün yeni kitağldarı ilə sevindirən müəlliflərdən biridir. Demək olar ki, yazıçı-publisist S...
ANL
Seyran Səxavət. Stalinin qırxı təzə çıxmışdı. Sovet Sosialist Respublikaları İttifaqının ucsuz-bucaqsız ərazisi uşaq bağçası təmayüllü nəhəng yetimxanaya oxşayırdı – bəlkə də oxşamırdı, elə heylə idi. Həddi-buluğa çatmamış, böyük və qarışıq bir xalqın atası ölmüşdü – atadan yetim qalmaq pis şeydi. Bu ayaqdan götürsək, ...
ANL
Hər dəfə yeni bir kitabla qarşılaşanda bir anlıq da olsa, onun müəllifinin imzasını içimdə vərəqləyirəm. Yəni, bu imzaya öncə rast gəlib-gəlmədiyimi içimdə dəqiqləşdirmək istəyirəm. Təbii ki, tanıdığım imzaları oxumaq, onların yeni kitablarıyla tanış olmaq mənim üçün həmişə xoşdur. Ən azından ona görə ki, bu imza sahib...
ANL
Azərbaycan oxucusunun imzasını çox yaxşı tanıdığı və bugünlərdə 60 yaşını qeyd etmiş Əlabbas özünün yeni kitablarıyla redaksiyamızın qonağı oldu. Öncədən deyim ki, çox nəfis şəkildə "Xam" nəşriyyatında işıq üzü görmüş hər üç kitab əkiz övladlara bənzəyir. Mən bir söz adamı olaraq müəllifdən qəbul etdiyim kitabların bu ...
ANL
Əsə-əsə budaqdan-budağa, yarpaqdan-yarpağa tələsir. Hərdən yarpaq salır, hərdən yarpaqda dincini alır. İlin-günün bu vaxtı bu görüntülərin yanından ötüb-keçən ağsaqqal kişi ayaq saxlayana da məhəl qoymur, uğurundan qalmayana da - öz aləmindədi... İllərin o üzündə qalanları xatırlayır.On illər əvvəl yellər belə əsmirdi....
ANL
Nəriman Əbdülrəhmanlı haqqında monoqrafiya çap olundu. Tanınmış yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı haqqında yeni – "Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı” adlı monoqrafiya işıq üzü görüb. Adalet.az-ın məlumatına görə nəşrin müəllifi gənc ədəbiyyatşünas Yeqzar Cəfərlidir. Kitabda Azərbaycan ədəbiyyatının 80-c...
ANL
ƏSA Teatrından növbəti bir ilk – İşarət dili ilə tamaşa. Ötən il müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünya miqyaslı bir ilkə imza atacaq. Belə ki, 2 may 19:00-da premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik...
ANL
SABAHIN XEYİR, MAESTRO ŞİRİN RZAYEV. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Gəncə tarixən ölkəmizin ədəbiyyat və incəsənət aləminə böyük sənətkarlar vermişdir. Bu gün onların hər biri mədəniyyət tariximizin sayılıb, seçilən fərdlərindən biridir....
ANL
Cəbrayıl Qəhrəmanın şeir kitabı haqqında düşüncələrim. Cəbrayıl Qəhrəmanı qaçqınlıq dönəmi başlayandan tanıyıram. Bu tanışlığın da bünövrəsini tələb yoldaşlarım qoydular. Çünki onlar Cəbrayıl müəllimlə birlikdə pedaqoji fəaliyyətlə məşğul idilər. Bir andan başlayan bu tanışlıq yavaş-yavaş şaxələnməyə, necə deyərlər, qo...
ANL
Teatr mənim həyatımdır. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qədim diyarımızda teatr ənənələrinin inkişafına yüksək qiymət verərək demişdir: "Naxçıvan teatrı fəaliyyət göstərdiyi ...
ANL
Tək səni sevməkdi mənim günahım, Gül belə insafsız olarmı gülüm? O qədər yoluna göz dikmişəm ki, Yetim bənövşəyə dönübdü könlüm. Bu şeirin müəllifi Damət Salmanoğludur. Könlü yetim bənövşəyə dönən bir sevən insanın intizarını əks etdirir bu şeir. Damət çoxdan, on beş-on altı yaşından şeir yazmağa başlayıb, amma illər b...
ANL
Ağcabədinin dan ulduzu: Həmidə xanım Cavanşir. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan tarixində iki yüz ilə qədər hökm sürmüş qüdrətli Qarabağ xanlığının banisi məşhur Pənah xan Cavanşiri, eləcə də bu nəsildən olan, qatı cəhalət illər...
ANL
Hər saxsı parçası bir tarixdi. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Öz keçmişini bilməyən gələcəyi üçün də vuruşmayacaq. Öncə tarixdən başlayaq. Biz də orta məktəbin aşağı siniflərindən auditoriyalara qədər bu tarixi az-çox öyrənmişik və hər i...
ANL
Hər saxsı parçası bir tarixdi. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Öz keçmişini bilməyən gələcəyi üçün də vuruşmayacaq. Öz qədimliyi ilə hətta Mesopotomiya tarixini də xatırladan, bəzən isə onunla müqayisə edilə biləcək bu maddi-mədəniyyət nü...
ANL
Akif İslamzadə: “Səsimin açılmasının heç arzusunda da deyiləm”. 8 avqust tarixi təkrarsız ifası ilə yaddaşlarda silinməz iz qoymuş tanınmış müğənni Akif İslamzadənin doğum günüdür. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına ...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Adamın arxalandığı, inandığı, güvəncli bir yeri olanda, baş verən hadisələrə, hətta ötən günlərə görə ürəkli olur, iftixar hissi ilə öyünür, bəzən də arxayınlaşaraq başının altına yumşaq yastıq qoyur. Burad...
ANL
GƏNC ŞAİR ELNURUN YUXULARI. Səməd Vurğun. Bütün hallarda poeziya nə qədər "həyatın bir parçasıdır"sa, bir o qədər də müəllifin yaşamı, başqa sözlə, tərcüməyi-halıdır. Bu fikir "Dədə Qorqud kitabı"nın yaradıcısına, Nizaminin "Xəmsə"sinə, Homerin "İluada" və "Odisseya"sına... və müasir ədəbi simaların yaratdıqlarına müna...
ANL
GƏNC ŞAİR ELNURUN YUXULARI. Şairin bu il Şuşanın işğal günündə yazdığı "Şuşa" şeiri rəssam işindən bizə baxır. Özü də iki rəssam işindən. Birində həqiqətən Şuşanın bu gününü çəkmiş bir rəssamın işindən söhbət gedir. Qalmısan qüssəylə, qəmlə baş-başa! Sənə əsir olmaq yaraşmır, Şuşa! Qoruya bilmədi səni nadanlar, Vətən t...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Ancaq bu hadisələrin yaranma səbəblərini özləri bilərəkdən həyata keçirmişdilər. Andronik özü bilirdi ki, Sultan bəy ondan qat-qat qüvvəli, cəsur sərkərdədi, onun arxasında qeyrətli, namuslu eli-obası durmu...
ANL
İyirminci ildə Qarabağ döyüşləri. Dostları gedəndən sonra Səməd bəy yata bilmədi. Yuxusu ərşə çəkilmiş nazir oturduğu yerdə xeyli fikrə getdi. Gərgin düşüncələr onu ağır məngənə kimi sıxırdı. Günorta üstü polkovnik Bəhram bəyin batareyasında olan şən əhvali-ruhiyyəsindən elə bil onu illər ayırmışdı. Dirsəyini mütəkkəyə...
ANL
Atəşpərəstlik tanrı panteonu. «Avesta»da Ahur-Məzd Zaratuştrun əsas ilhamvericisi, hamisi və həmsöhbətidir. Ahur-Məzd – atəşpərəstliyin baş tanrısıdır, sözün hərfi mənası «müdrik yaradıcı» deməkdir. Müraciətlərdə qısa şəkildə də yazılır: Məzda. «Müqəddəs ruh» mənasını verən «Manyu-Spenişt» də onun adlarından biridir. Ç...
ANL
“Bütün alternativlərimi gələcəyə saxlamışam”. Emin Piri: “Sədaqətin yoxdursa, səni heç vaxt qəbul etməyəcəklər”. Gənc şair Emin Pirinin Kulis-ə müsahibəsini oxucularımıza təqdim edirik. Nəyə görə belə qoymusan adını? - Düşünürsənsə varsan demək istəyirəm. İnsanın duyğuları, hisləri varsa, sevə bilirsə, o insan sağdır. ...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan tarixinin böyük şəxsiyyətlərindən biri də dünya şöhrətli alimimiz Xudu Məmmədovdu. Onun elmə gətirdiyi yeniliklər Azərbaycanın tanınma coğrafiyasını kifayət qədər böyütmüşdü. Bu böyük insanın həy...
ANL
Bağışlasın məni bəzi oratorlar, Bu gecəyə bir azacıq əlavəm var. Mən də şerin xidmətçisi, Mən də şerin yiyəsiyəm. Var sözümü bir məzarın. Qulağına deyəsiyəm: Tərif, tərif səhnə dolu-yetməz sona! Sən gəlmədin bu axşama, səsin gəldi, Səsin əzəl qulağıma həzin gəldi, Sonra bir az nəfəsinə qüvvət gəldi, Çox xəbislər elə bi...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Xudu müəllimin Mərzilidə olduğu günlərin birində yenə söhbət məktəbdən, elmdən, təhsildən, təhsilin əhəmiyyətindən düşür. Bu zaman Xudu müəllimin qohumlarından olan Xəlil söhbətə qoşulur: -Bilirsiniz, Lenin...
ANL
Rəssam emalatxanaya gələndə şəfəq qaralmışdı. Dənizdən əsən külək qağayıların qanadlarına toxunub sahilə axırdı. Ağaclarda nə günah: bağban onları meşədə əksəydi daha yaxşı olardı, insanlar haradan görəcəkdi övladsızdılar. Sahildə isə... Rəssam bu gün daima oxuduğu qəzeti masanın üstünə qoydu və qara kofe dəmləməyi qər...
ANL
Yarımçıq qalmış qızın yumşaq baxışları həmsöhbət axtarırdı, jaləli dodaqlarında hələ ehtiras cücərməmişdi. Bu qız may yasəməni kimi təravətli olmalıydı, yanaqları alma çöhrəli uşağı xatırlatmalıydı. Rəssam portretin görünüşünü dəyişmək istədi, ehtiyac duymadı: - Bütün yeniyetmə qızlar bir-birinə oxşayır, - deyib, bir d...
ANL
XX əsr klassik Azərbaycan şairlərinin yaradıcılığında vətənpərvərlik ideyaları. İstər müasir, istərsə də klassik ədəbiyyat nümunələrində vətənpərvərlik mövzusu həmişə ön planda olmuşdur. Yəqin ki, həm də bu səbəbdən dahi Füzulidən başlamış bugünkü çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələri Səməd Vurğun, Rəsul Rza, S...
ANL
Akif Cabbarlıya kiçik bir məktub. Mən Akif Cabbarlını mətbuatdan tanımışam. Sonra həyat elə gətirdi ki, "Ədalət" qəzetində görüşdük, necə deyərlər, yollarımız kəsişdi. Sonra "Azərbaycan" qəzetində... Və bu kəsişmə nöqtələri bizi bir-birinə yaxınlaşdırdı, doğmalaşdırdı. Necə deyərlər, bizi bir-birimizə SÖZ bağladı. Bax,...
ANL
Əyyub Paşa. İsrafil ağadı, Məmməd koxadı. Bir yanı İrəvan, bir yanı Qazax, İgidlər aradım, elədim soraq, Xalqının yolunda yandıran çıraq, İsrafil ağadı, Məmməd koxadı. Adı, qeyrətilə yaşayan qoşa, İsrafil ağadı, Məmməd koxadı. Elində məktəbdə təhsili quran, Ürəyi xalq ilə döyünən, vuran. Düşmən qarşısında mərdanə duran...
ANL
Laçın qartalları. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. 1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərin birində Kamil Nəsibov düşmən tərəfindən atılan snayper gülləsindən ağır yaralanmış, döyüşçü dostları onu ...
ANL
İradə Aytel, sən də imkanın varsa kitabın barəsində. fikirlərimi gec bölüşdüyüm üçün məni bağışla. Bəri başdan deyim ki, az qala iki ilə yaxındı ki, indi barəsində danışağacım kitab mənim yazı stolumun üzərindədi. Amma ikisinin də müəllifi İradədi, yəni İradə Aytel. Çünki onun "Ədalət"in səhifələrində imzası zaman-zama...
ANL
Laçın qartalları. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. (Əvvəli ötən saylarımızda). Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevral a...
ANL
Şirin şey var ki, onun dadından doymaq olmur və uzun müddət bu ləzzət damağından getmir… uzun müddət düşünürsən ki, elə bundun gözəl, bundan şirin heç nə ola bilməz… uzun muddət düşünürsən ki, nə yaxşı bu anları yaşadım… Dünyada bal da şirindi, bala da şirindi, valideyn də şirindi. Bunların hamısı bizim gördüyümüz, bil...
ANL
Yenə iş otağının pəncərəsində səliqə ilə sıralanan dibçəklərdəki çiçəklərlə, güllərlə başbaşa idi. Ləçəkləri, yarpaqları ehmal-ehmal oxşayır, eynən sonbeşik nəvəsi Floranın başını sığallayırmış kimi nazını çəkirdi. Yadıma birgə çalışdığımız illər düşür. Nəşriyyatın dördüncü mərtəbəsində "Azərbaycan" qəzeti redaksiyasın...
ANL
Torpaqda, daşda da yaşayır insan, Bir para torpağı yarada bilmir. Yatır qərinələr daş yaddaşında, Zaman xəlbirindən keçən haqq olur. Bu həyat göylərdən töhfədir yerə, Hər kəsin payına bir ömür düşər. Ağlının gözüylə yol gedir hərə, Ağlın kölgəsində bərqərardı şər. Hər insan ağlına bir göz istəməz, Görməyən görənə gətir...
ANL
Tofiq Abdinlə. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Kitab rəfi önündə söhbət. İş otağımda bir kitab rəfi var. Mənə bağışlanan kitabları öncə orda yerləşdirirəm. Sonra da iki bir, üç bir daşıyıb aparıram mənzilimə... Mən kitabsevənlər cəmiyyəti...
ANL
Prokuror Sabir Cəfərov xəstələnib. Nədi dərdi? Birinci katib, xalq hakimi, milis rəisi... Onu yaxından tanıyıb sevənlər, xoş, mülayim xasiyyətinə, ədəb-ərkanlı oturuşuna-duruşuna bələd olanlar inanmaq istəmirdilər bu xəbərə. Bilgəhdən bir həftə olmaz gəldiyi, işə qayıdıb. Vəzifəsinin icrasını davam elətdirir. nə olub k...
ANL
Zəlimxan yanğısından bir damla... Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Xoş gördük, xalqımın böyük şairi! Yayın bu qora bişirənində sizə məktub yazmaq qərarına gəldim. Həm də xeyli vaxtdı ürəyimi didib-parçalayan, necə deyərlər, məni məndən alı...
ANL
SADƏ, SƏMİMİ, TƏBİİ... Azərbaycanın Cənub bölgəsinin Astara deyilən gözəl bir məkanı var. Elə bir məkan ki, dənizlə dağ, yamyaşıl meşələrlə ilin hər fəslində barını əsirgəməyən limonlu bağlar, göz oxşayan çöllər, zərif xalçalara bənzəyən çəmənlər və hər həyətin bəzəyi olan qızılgüllər bu gözəl diyarın təbii mənzərəsidi...
ANL
Vətən oğlu Məmməd Araz. Lələdağ. 30 ilə yaxındır ki, doğma yurda, isti ocağa, bərəkətli bucağa, buz bulaqlara, meyvəli bağlara, sərin çeşmələrə, zümrüd yamaclara, dərin dərələrə, yarpızlı, baldırğanlı gözələrə, yaşıl yaylaqlara, zirvəsində qartal gəzən, sinəsində qurd ulaşan başı dumanlı dağlara hiyləgər, xain, çörək i...
ANL
Sinəmdə o yerin dağ havasıdır, Qaynar bulaqları qaynar qanımda. Doğma Şahbuzum da, Naxçıvanım da. Mən burdan baxıram bütün aləmə, Bu yerin qışı da yazımdır mənim. Axan çaylarına lal sudur demə, Onlar min nəğməli sazımdır mənim. Yazılmış Atabəy məqbərəsində. Yaxşı bax, hər qara qayanın, dağın, Dibi Zərdüştlərin ocaq yer...
ANL
Qəzənfər Paşayevin sözlə fotosunun birləşdiyi ünvan. Özü də bu bacarıq onun həm Allah tərəfindən verilən istedadının, həm də əməyə öyrəşmiş dözümünün işartılarından qaynaqlanırdı. Yəni bu insan doğulduğu, yaşadığı və necə deyərlər, köynəyindən keçdiyi həyatın hər üzünü öyrənə-öyrənə öz yolunu seçməyi bacarmışdı. Yıxılm...
ANL
Kəşfiyyatçının ilk kitabında toplanan maraqlı xatirələri. Hansı hissəni? Niyə yaza bilmirsən? Həqiqətən də çətindi. Amma mənim tanıdığım Rey, bizim tanıdığımız Rey Kərimoğlu nə vaxt asan işlə məşğul olub ki? Rey həmişə işin ən çətinindən yapışıb. Milli Qəhrəman, igidliyi dillərdə dolaşan Şirin Mirzəyevin komandirliyi a...
ANL
Zakir Bayramlının "Çağlayan bulağ"ı. Zakir BayramlıgBəlkə də oxuculara bu ad-bu imza yaxşı tanış deyil. O, Şabranda yaşayır, mərkəzi qəzet və jurnallarda nadir hallarda çap olunur. Amma buna baxmayaraq beş bədii-publisistik və üç şeir kitabı işıq üzü görüb və Şimal bölgəsində yaşayan oxuculara yaxşı tanışdır. "Mən çağl...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Əslində bu yazını içimdə çox yazmışam. Özü də hər dəfə fərqli-fərqli üslublarda, fərqli-fərqli fikirlərlə, sözlərlə. Düzünə qalsa, bu cür yazmağımın, yazıya bu yanaşmağımın səbəbini heç fikirləşməmişəm də. ...
ANL
Əvəz Mahmud Lələdağın söz dünyasına atüstü baxış. Oxuculara xatırlatmaq istəyirəm ki, Əvəz müəllimlə şəxsi tanışlığımın tarixi yaxın vaxtlara təsadüf edir. Amma üzünü ilk dəfə gördüyüm bu nurlu insanın sözünü çoxdan tanıyırdım. Hətta onun yaradıcılığı barəsində "Ədalət"də çap olunmuş yazılardan başqa digər mətbu orqanl...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Əslində bu yazını içimdə çox yazmışam. Özü də hər dəfə fərqli-fərqli üslublarda, fərqli-fərqli fikirlərlə, sözlərlə. Düzünə qalsa, bu cür yazmağımın, yazıya bu yanaşmağımın səbəbini heç fikirləşməmişəm də. ...
ANL
Əvəz Mahmud Lələdağın söz dünyasına atüstü baxış. Oxuculara xatırlatmaq istəyirəm ki, Əvəz müəllimlə şəxsi tanışlığımın tarixi yaxın vaxtlara təsadüf edir. Amma üzünü ilk dəfə gördüyüm bu nurlu insanın sözünü çoxdan tanıyırdım. Hətta onun yaradıcılığı barəsində "Ədalət"də çap olunmuş yazılardan başqa digər mətbu orqanl...
ANL
Yeni yaranan BSU-ya onun rektor, mənim isə tələbə kimi ilk gəlişim idi. O insanla ilk dəfə üz-üzə gələndə və onun kim olduğunu biləndə, bir nağıl dünyasının qəhrəmanı kimi hiss etmişdim özümü. İnanılmaz bir hiss idi. İllərlə televiziya ekranından həvəslə izlədiyim Kamal Abdulla artıq mənim müəllimim olacaqdı... O vaxt ...
ANL
Muğamımızı yaşadaq... "Muğam - Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır". Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi: "Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının tanıtma nişanlarından biri kimi, milli-mədəni irsim...
ANL
Deyən Kişi dünya ilə heç-heçədi. Şair Sabir Yusifoğlu öz sözünü artıq oxuculara çatdırıb. Necə deyərlər, o, necə yazdığını, hər bir misrasıyla, hər bir fikriylə oxucu süfrəsinə təqdim edib və onun təqdim etdiyi rəngarəng misra və fikirləri də biz artıq yaddaş kartımıza yazmışıq. Bu obrazlı deyimin ardınca vurğulamaq is...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan ictimai-mədəni, ədəbi-estetik fikrinin inkişafında milli mətbuatımızın danılmaz rolu vardır. Bu mətbuat orqanlarından hər biri milli məfkurə, azərbaycançılıq, dövlətçilik, türkçülük, maarifçilik,...
ANL
Xürrəmilər hərəkatı. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan tarixinin şanlı səhifələrindən biri də Xürrəmilər hərəkatı ilə bağlıdır. Bu hərəkat zamanında böyük bir xilafəti sarsıtmış və bütün dünyanın diqqətini özünə çəkə bilmişdir. E...
ANL
Yeni yaranan BSU-ya onun rektor, mənim isə tələbə kimi ilk gəlişim idi. O insanla ilk dəfə üz-üzə gələndə və onun kim olduğunu biləndə, bir nağıl dünyasının qəhrəmanı kimi hiss etmişdim özümü. İnanılmaz bir hiss idi. İllərlə televiziya ekranından həvəslə izlədiyim Kamal Abdulla artıq mənim müəllimim olacaqdı... O vaxt ...
ANL
Muğamımızı yaşadaq... "Muğam - Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır". Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi: "Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının tanıtma nişanlarından biri kimi, milli-mədəni irsim...
ANL
Deyən Kişi dünya ilə heç-heçədi. Şair Sabir Yusifoğlu öz sözünü artıq oxuculara çatdırıb. Necə deyərlər, o, necə yazdığını, hər bir misrasıyla, hər bir fikriylə oxucu süfrəsinə təqdim edib və onun təqdim etdiyi rəngarəng misra və fikirləri də biz artıq yaddaş kartımıza yazmışıq. Bu obrazlı deyimin ardınca vurğulamaq is...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan ictimai-mədəni, ədəbi-estetik fikrinin inkişafında milli mətbuatımızın danılmaz rolu vardır. Bu mətbuat orqanlarından hər biri milli məfkurə, azərbaycançılıq, dövlətçilik, türkçülük, maarifçilik,...
ANL
Xürrəmilər hərəkatı. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan tarixinin şanlı səhifələrindən biri də Xürrəmilər hərəkatı ilə bağlıdır. Bu hərəkat zamanında böyük bir xilafəti sarsıtmış və bütün dünyanın diqqətini özünə çəkə bilmişdir. E...
ANL
Xürrəmilər hərəkatı. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Xürrəmilərin uğurları getdikcə artır. Bu barədə ərəb mənbələrində deyilir: "Babəkin işi böyük vüsət aldı. Ərəblər ondan qorxmağa başladılar. Lakin qalib gələ bilmirdilər. Babək qoşunlar...
ANL
Yusif Həsənbəy. (əvvəli ötən saylarımızda). Yumşaq, qaynar əllərini ovcuma aldım. Nurcahan titrəyə-titrəyə qımışır, mənə sığınırdı. Sonra pal-paltar dolu ləyəndən bir "Moskva" sabunu çıxartdı. Kağızını iki parça elədi. Təzə dəsmalı çırpıb, qatlarını açıb çiynimə atdı. Çox tərbiyəli, dilavər qızdı. Əbdül dayı, sən, evin...
ANL
Oyanma və ya Səltənətin bir gündə üç dəfə bayılması. Bir dəstə arvad Səltənətin Köndələn arxa baxan beş daş üstündə tikilmiş təzə evinin qulabanında böyük oğlunun bu payızda inşallah baş tutacaq toyu üçün bəylik yorğan-döşəyi salırdılar. Hər şey necə olmalıydısa eləcənə öz xoşuyla gedirdi. Xırda mismarlarla tarıma çəki...
ANL
Çünki bizim dostluqdan başqa qohumluq əlaqəmiz də var. Cavanşir müəllim haqqında nə qədər danışsaq, nə qədər yazsaq, bu, bir kitaba sığmaz. Bu insanın işindəki uğurlarından öncə insanı keyfiyyətlərini qələmə almağı özümə böyük şərəf hesab edirəm. Cavanşir müəllimin ömür yoluna nəzər salsaq görərik ki, istər Azərbaycand...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bu gün Azərbaycanın işğal altında olan torpaqları barəsində düşünəndə istər-istəməz yeraltı və yerüstü sərvətlərimiz, əslində həm də bizim kimliyimiz yada düşür. Çünki milləti, xalqı, ümumiyyətlə, coğrafi m...
ANL
Söz İlahi işarədir. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir.Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir.“Söz adamı” layihəsinin növbəti qonağı jurnalist Ağa Cəfərlidir. - Son zamanlar mətbuatda ədəbi normaların...
ANL
ZƏKALAR KƏHKƏŞANINDA. Azərbaycanda coğrafiya və torpaqşünas elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təb...
ANL
Bu inam yaşadır məni. Adətən şeir kitablarını vərəqləyəndə özümdən asılı olmadan öncə düz sonuncu səhifəyə qədər çıxıb gedirəm. Və sonra başlayıram sondan üzü birinci səhifəyə qədər gəlməyə. Və maraqlı da burasıdır ki, kitabı arxadan üzü geri oxumağa başladıqca içimdə bir qəribə ab-hava yaranır. Sanki sondan, son nöqtə...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bu gün işğal altında olan Qarabağın dağlıq hissəsindəki abidələrin bir qismi albanlara məxsusdur. Ermənilərin iddialarına baxmayaraq, bu monastrlar zaman-zaman alimlərimiz tərəfindən araşdırılmış və aparıla...
ANL
TARİXİN ŞAHİDİ QALALAR. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan coğrafiyasındakı qalaların mühafizəsi, öyrənilməsi və onların tariximizə verdiyi bilgiləri elə tarixin öz kitabına köçürülməsi üçün planlı işlər görülür. Bu sahə ilə mütəx...
ANL
Səhnənin, ekranın mavi gözlü, gözəl, istedadlı bu fədaisini, əməkdar artist, Prezident mükafatçısı Nübar Novruzovanı heç kim unutmayıb. Sadəcə olaraq illər boyu yaddaşımdan silinməyən səhnə və ekran tamaşasında oynadığı bir rolu xatırladım. İnsan varlığını titrədən, heyrətə salan, az qala hər kəsi böyük bir faciənin iş...
ANL
PAK VƏ ÜLVİ DUYĞULARIN TƏRƏNNÜMÇÜSÜ SÜSƏN KƏRİMLİ. Bu yazını Naxçıvanda yaşayan şair dostumuz Əbülfəz Ülvi redaksiyamıza təqdim etdi. Oxucularının görüşünə "Bir ömürlük xatirə" ilə gələn və ya şeirləri ilə oxucularının qəlbində "Bir ömürlük xatirə" yaşadan Süsən müəllimə öz davranışı, yüksək etikası, mədəniyyəti, nəcib...
ANL
Dünən dəfn eləmişəm bir sevgini içimdə, İndi məzarı üstdən ağlamaqdan gəlirəm. Ürəyimi qoymuşdum gül əvəzi, darıxmış, Səhər qaçıb yanına yoxlamaqdan gəlirəm. Xəbərim yoxmuş, səni sevən gündən ölmüşəm, Öz əlimlə gözümü bağlamaqdan gəlirəm. Öz başıma tökməyə bir ovuc külüm olmaz... Qaysaq tutan yaramı dağlamaqdan gəlirəm...
ANL
Zəmanə utansın bu misralardan, Üzü qara olsun fani dünyanın. Ehtiyac şairi salır vüqardan, İnsafı, mürvəti hanı dünyanın. Mələklər tanrıdan yetirər ruzu, Bəndələr şairin üzünə baxmaz. Dönəndə əlləri ətəkdən uzun, Evdə qadını da sözünə baxmaz. Haqq nahaq önündə durub müntəzir, Bu yalan dünyada düz axtarırıq. İndi hamı d...
ANL
Onun şeirlərini çoxdan izləyirəm, neçə il öncə qalın bir şeir kitabı da nəşr edilib: "Mən belə dünyanı istəməmişdim". Bu kitabda demək olar ki, onun bütün şeir yaradıcılığı əks olunub. Cəbrayıl rayonunun ucqar dağ kəndlərinin birində - Xələflidə dünyaya göz açan Əjdər Yunis elə orta məktəb illərindən şeirə, bədii yarad...
ANL
Molla Pənah Vaqifin əsərlərinin tədqiqi və nəşri tarixinə dair. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Molla ...
ANL
Əyyub Paşa. Hüsnünə baxmaqdan doymayır ürək, Həmişə qoynunda müjdə bitirək, Oğullar böyüdək, qızlar yetirək, Budur millətimin arzusu, varı - Ey əziz vətənim - Odlar diyarı! Bakımın səhəri necə də aldır, Bayrağı salamla, başını qaldır, Çaldığım zəfərlər xalqı ucaldır, Zəhmətdi, hünərdi günün meyarı - Ey əziz vətənim - O...
ANL
Tarixlə qol-boyun addımlayan türk dünyasının mənəviyyat rəmzlərindən olan, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlı aşıq və saz-söz sənəti haqda qələm işlətmək hər kəsin hünəri deyil. Elə biz də qorxa-qorxa bu mövzuya yaxınlaşmışıq...Daha doğrusu sorağı eldən soruşulan bir ustad sənətkarın adı bizi bu ...
ANL
Bəşəri ideyalar carçısı. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi fikir tarixində, dövlətçilik sisteminin formalaşmasında, mədəni həyatında böyük rol oynayan Səmədağa Ağamalıoğlunun (1...
ANL
İltizam Rüstəmin kitabı haqqında qısa qeydlər. Bugünlərdə redaksiyamıza gəlmişdi. İlk qarşılaşmada onu tanımadım. Və açığını deyim ki, səsi təqdim etdi özünü mənə, xatırladım dərhal. İllər onu çox dəyişmişdi, amma səsi olduğu kimi qalmışdı. Bu, həmkarım, xətrini çox istədiyim, əslən Beyləqandan olan və uzun müddət mətb...
ANL
Bəşəri ideyalar carçısı. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə sərəncamı müxtəlif ideologiya daşıyıcısı olan cüm...
ANL
QƏZƏNFƏR MÜƏLLİMİN ŞUŞAYA YÜRÜŞÜ NİYƏ BAŞ TUTMADI? Bir şair kimi təqdir etdiyimz Əjdər Olun "525-ci qəzet"in səhifələrində hekayələri ilə də rastlaşırıq. Şeirdən nəsrə "keçidi" təbii qəbul etmək lazımdır, burada istedadın rolu mühüm rol oynayır. Əlbəttə, nəsrin öz ciddi qayda-qanunları var və Əjdər Olu bu hekayələrdə b...
ANL
Bu günə qədər Qarabağ müharibəsi haqqında çox kitablar yazılıb. Ümid edirəm ki, indən sonra da bu mövzuya müracitə edənlərin sırası seyrəlməyəcək. Təbiidir ki, bu, belə də olmalıdır, çünki Qarabağ bizim hələlik çarəsi tapılmayan ağrı-acımızdır. Tanınmış yazıçı və publisist Nemət Veysəllinin "Mənim müharibəm" adlı kitab...
ANL
Yoxdu gözlərində qorxu əsəri, Bütün oylaqları gəzir sərsəri. Dəyirman daşına dönüb fırlanır, Dağların başına dönüb fırlanır. İskəndər quşları baş alıb gedir... Qədim qoşqusunu salır yadına. Babanın gözünü yaş alıb gedir... Əvvəl qoruqçular zəli deyildi, Əvvəl dağkəlilər dəli deyildi, Bu yollar heç kəsə bəlli deyildi. B...
ANL
Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan xalqının XVIII əsrdə yetirdiyi ədəbi şəxsiyyətlərin ən qüdrətlisi Molla Pənah Vaqifdir. Onun yaradıcılığı Azərbaycan poetik düşüncə və bədii-estetik fik...
ANL
Çağdaş poeziyamızda öz dəst-xətti ilə seçilən şairlərimizdən biri də İslam Sadıqdır. O, öz üslubuna və mövzuya yanaşma fərdiliyinə, şeirlərindəki ahəngliliyə, həzinliyə görə seçilən şairlərimizdəndir. Doğulub boya-başa çatdığı bölgə saza-sözə və şeirə yüksək qiymət verən bölgələrimizdən biridir. İslam Sadıq sazın və sö...
ANL