text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Həyatımızdakı multikultural dəyərlər. "Azərkitab"da onun şahidinə çevrildim. Yanvarın damarında bir az soyuqluq olan bu havasında hər hansı bir tədbirə qatılmaq bəlkə də sözdən uzaq adamlar üçün xoş olmaya bilər. Amma tam səmimi şəkildə vurğulamaq istəyirəm ki, dünən, yəni yanvar ayının 29-da mən havanın soyuqluğuna kö... | ANL |
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bu gün işğal altında olan Qarabağın dağlıq hissəsindəki abidələrin bir qismi albanlara məxsusdur. Ermənilərin iddialarına baxmayaraq, bu monastrlar zaman-zaman alimlərimiz tərəfindən araşdırılmış və aparıla... | ANL |
Fikrət Əmirov. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Novator bəstəkar, simfonik muğam janrının - şərq simfonizminin yaradıcısı. Azərbaycan professional musiqisinin, milli operanın və milli bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkarımız Üzeyir... | ANL |
Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar. Fəlakətlə, ölümlə üzləşən azərbaycanlılar ev-eşiklərini atıb xiyabanlara, dağlara qaçmışdılar. Mən Noraşen kəndində ailə üzvlərimlə bir tövlədə bir köynəkdə, alt paltarında qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin va... | ANL |
İTMİŞ BOYUNBAĞI. Nizami Gəncəvi adına Milli Azərbaycan. Ədəbiyyatı muzeyinin əməkdaşı. Qaranlıq gecənin səssizliyindən vahimələnib, yerimdə fırlanmaqdan yorğun düşmüşdüm, heç cür yuxuya gedə bilmirdim. İtin dayanmadan hürməsindən narahat olub yerimdən dik atıldım. Yatmış balaca Şahidənin yanından sakitcə sivişib... | ANL |
Sonuncu dərvişliyə iddia. (Kənan Hacının "Sonuncu dərviş” romanı haqqında düşüncələr). Müəllifin istər bədii, istərsə də publisistik yazılarının əksəriyyətində olduğu kimi bu dəfə də o, özünün təbirincə desək dərvişsayağı ömrünün müxtəlif məqamlarına, acılı-şirinli xatirələrinə güzgü tutub. Həmin gerçək romanın y... | ANL |
Qazağstanın Cənubi Qazaxıstan vilayətinin Türküstan şəhərində yerləşən şair və mütəsəvvif Xoca Əhməd Yəsəvinin məzarı üzərindəki mavzoley "Həzrət - Sultan" tarixi-mədəni muzey-qoruğunun mərkəzi abidəsidir. İnsanı Tanrıdan qopan nur zərrəciyi hesab etdiyi üçün Yəsəvilik mürşid və mürid münasibətləri üzərində qurulan , ... | ANL |
Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı. OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN. ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA. MİN ÜÇÜNCÜ GECƏ. Şəhrizad da bacısına cavabında dilləndi: - Şahım icazə versə, davam etdirərəm. Qız nağılın mabədini dan... | ANL |
Ötən əsrin sonlarında Azərbaycanın istiqlaliyyət əldə etməsi ədəbi-nəzəri irsə münasibətdə mövcud stereotipləri aradan qaldıraraq milli-kulturoloji zəminə söykənən yeni baxışlar sisteminin əsasını qoymuş oldu. Məhz bunun nəticəsində folklorşünaslığın ayrı-ayrı problemlərinin, indiyədək tədqiqatdan kənarda qalmış ... | ANL |
Həmid KƏSƏMƏNLİ. Doğma anamın dili, həmişə mənimlədi, Bu dildə verilibdi anamın məhəbbəti. Bələd oldum bu dilin incəlik, ahənginə. Bu dil canıma hopub, hafizəmə yazılıb, Qeyrət, şücaət verib, məndə mənlik oyadıb. Bu dil bütün millətin milli varlıq rəmzidir, Hər vətən övladına güc, mənəviyyat verir. Onun incəliyindən ... | ANL |
Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı. OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI “MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA. MİN DÖRDÜNCÜ GECƏ. Şəhrizad da bacısına cavabında dilləndi: - Şahım icazə versə, davam etdirərəm. Qız nağılın mabədini dan... | ANL |
(əvvəli ötən saylarımızda). Yunus İmrə "yalan dünya"dan "doğru (haqq) dünya"ya gedərkən Yer üzünə gələnləri məhbəsdən qurtaran məhbus sevinci (bəlkə də insanın üzündəki son təbəssüm həmən o sevincin görüntüsüdür) ilə salamlayır. Biz dünyadan gedər olduq, Qalanlara salam olsun! Salamın bu tərzdə və bu dərəcədə poetik ... | ANL |
Məmməd Kazımın romanı. Kənan Hacı yazır. Azərbaycan ədəbiyyatında elə əsərlər var ki, yazıldığı dövrdə və təəssüf ki, ondan sonrakı dövrlərdə də nədənsə diqqətdən kənarda qalıb. Ara-sıra hansısa yazıda, söhbətdə ötəri xatırlanan bu əsərlərin ədəbi-bədii, ictimai fikrimizdə əhəmiyyəti haqqında düşünəndə başqa bir... | ANL |
Ramilə Səyavuş qızı Da-vudova çox gəncdir. Hələ heç on səkkiz yaşı tamam olmayıb. Məktəblidir. Dərs əlaçısıdır. Ramilə şeirə-sənətə də könül verib. Almanaxlarda indiyəcən bir neçə şeiri də dərc olunub. Bu kitab onun oxucularla ilk görüşüdür. Qarşıda isə yol durur. Aydın Tağıyev, AYB Şabran bölməsinin sədri. Dalğalanır ... | ANL |
"Ömür bir nağıldır" romanının janr xüsusiyyətləri. Salidə Şərifova filologiya elmləri doktoru. Dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da müəlliflərin öz həyatına, tərcümeyi-halına aid olan hadisələri əks etdirən bədii nümunələrə tez-tez rast gəlinir. Müəlliflər bu cür əsərləri ictimaiyyətə müx... | ANL |
Əməkdar artist “Qarabağ şikəstəsi”nin sözlərini dəyişdi. Elnur Zeynalov: "Qarabağın işğalına göz yuman, ikili standartlar nümayiş etdirən, yurdumun viran qalmasına şərait yaradan dünya ictimaiyyətinə bir etiraz səsimdir”. Tanınmış xanəndə, Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti kimi bu teatrın ... | ANL |
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. (əvvəli ötən saylarımızda). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli sərəncamı ilə 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan ediməklə böyük şair və mütəfəkkir İmadə... | ANL |
ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA. Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı. və Rəsul Rza Ədəbi Mükafatlar. MİN BEŞİNCİ GECƏ. gəldikdə Dünyazad üzünü bacısına tutub dedi: - Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir. O, çox gözəl bilirdi və sövqi-təbii olaraq duyurdu ki, paytaxt... | ANL |
Nəcibə İlkin. Ağlama şəhid balası. (Şəhid oğlunun yaxasından atasına verilən medalı asdılar. Ağlama şəhid balası, Ağlama gözümün nuru. Atan sənə qoyduğu ad, Ürəyincə olmamışdı. Doyunca nazını çəkib, Qayğına da qalmamışdı. Medalla əvəz olundu. Arzuların, ümidlərin, Bu medal üstdə qalandı. Dərdlərindən halı olub, Sən... | ANL |
Şair Zaur İlhamoğluna oxucu məktubu. Novruz bayramı ərəfəsində bir hədiyyə döydü qapımı. Maraqla mətbuatdan, internet səhifələrindən imzalarını izlədiyim Zaur İlhamoğlu göndərmişdi bu hədiyyəni. Kitabın da içərisinə çox isti bir cümlə yazmışdı: - Zaur İlhamoğlundan dəyərli insan Əbüfət müəllimə xoş arzularla. Bu... | ANL |
Azad Müzəffərli. Səfərin kafesi özgə aləmiydi. Hündürmərtəbəli yaşayış binasının arxa həyətində yerləşən bu xudmani iaşə obyektinə əsasən məhəllə sakinləri toplaşardı. Bəzi hayküyçüləri hesaba almasaq burada asudəçilikdi. Kimsə kimsənin xətirinə dəyməzdi. Söhbətləşər, çaydan nuş eləyə-eləyə nərd və ya domino çı... | ANL |
"Ömür bir nağıldır" romanının janr xüsusiyyətləri. Salidə Şərifova. filologiya elmləri doktoru. Bu kitabdan başqa müəllifin ulu öndər Heydər Əliyevə "Müstəqillik yollarında" adlı poema həsr etməsi, "və rəngli fotolarla müşayiət olunan eyni adlı kiçik həcmli kitab çap" etdirməsini də məhz "Ömür bir nağıldır" xatir... | ANL |
Azərbaycan yazıçılarının əsərlərində “erməni”mövzusu. XIXyüzilvə XXyüzilinəvvəlləri Azərbaycan xalqınınictimai-siyasi, mədəni həyatındamühümönəm daşıyanbirmərhələdir. Ədəbiyyatımızınbudönəmi ədəbiyyat tariximizdə çoxsaylı tədqiqatlarla müşayiətolunur.Lakinbutədqiqatarda elə məsələlər vardırki, zamanın tələbləri ... | ANL |
Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı. ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA. MİN ALTINCI GECƏ. gəldikdə Dünyazad üzünü bacısına tutub dedi: - Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir. Qız nağılın ardını danışmağa başladı: - Qibleyi-alə... | ANL |
İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq. İ.Şıxlı ədəbiyyat tariximizdə yeni bir səhifə açan sənətkarlarımızdandır. Hələ sağlığında ikən öz layiqli qiymətini almış bu böyük nüfuz sahibi özünə tələbkarlıqla yanaşan, üzərinə düşən məsuliyyətin ağırlığını bütün varlığı ilə dərk edən, əsərlərinin bədii cəhətdən... | ANL |
Qapıları döyən əlin sahibi, Bizim küçəmizdən keçəndə, yatıb. Saralmış dəftər, Barmaqlarımın toxunuşundadı. Saralmış pərdələri araladım. İllərin altına düşdüm, Ayların üstünə çıxdım. Ayağım da büdrədi. İçimdə buz bağlayan. Ürəyim də titrədi... Ölümünü gözləyən İnsanın, Ölüm qapısında. Üzündə vida nəğməsi oxunan, Gözl... | ANL |
Azərbaycan yazıçılarının əsərlərində "erməni" mövzusu. Tural ADIŞİRİN LDU-nun magistrantı. O, hətta əsərdə arvadbaz və cimrinin biridir. Uşaqlıq dostu Hacı Qəmbərə bir tikə çörəyi çox görür. Komediyanı oxuduqca yazıçı erməni obrazının hansı sifətlərə malik olmasını oxucunun nəzərinə çatdırır. Bundan əlavə bir şeyi də... | ANL |
Rüstəm Kamalın insanlıq dərsi. Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsi Rüstəm Kamal cəmiyyətdə hamının etiramla yanaşdığı çağdaş ziyalılarımızdan biridir. Ədəbi tənqiddə öz sözü, öz bənzərsiz dəst-xətti olan bu alim haqqında çox yazılıb, çox fikirlər söylənilib. Amma mən Rüstəm Kamalın elmi yaradıcılığından ... | ANL |
İBADƏT VƏ İTAƏTDƏ MAHİYYƏT. elmləri üzrə fəlsəfə doktoru. Müasir dünya və çağdaş cəmiyyət münasibətlərinin həmişəcavan və həmişəyaşar Quran ayələrilə şərhinə cəhd göstərilərsə, Peyğəmbər(ə) dövründə olduğu kimi, bu gün də Yəsin 60 ayəsində diqqəti cəlb edən "Ey Adəm övladı" xitabı və "ibadət" terminidir. Quran a... | ANL |
Adalet.az yazıçı Kənan Hacı ilə müsahibəni təqdim edir. Redaksiyada, nəşriyyatda nə kimi maraqlı hadisələr yaşamısan? Amma qəzet məvacib verə bilmirdi. Xatırlayıram, dəyərli qələm sahibimiz, rəhmətlik (indinin özündə də ona rəhmətlik deməyə dilim gəlmir) Tofiq Abdinlə "Azərbaycan” nəşriyyatına gəlmişdik. Onda da ... | ANL |
Gülüstan Əliyeva: "Sənətdən uzaq adamların məşhurlaşmasının günahkarı televiziyalardır". Tanınmış xanəndə, əməkdar artist Gülüstan Əliyeva "Ədalət" qəzetinin sualların cavablandırıb. Özünüz efirə çıxmaq istəmirsiniz, yoxsa dəvətlərin sayı azalıb? - Dəvət edildihyim efirləri seçim edərək gedirəm, iştirak edirəm. Bu... | ANL |
deyə öz kövrək, həzin düşüncələrini şeirə-sözə köçürən tanınmış saz-söz adamı Gülarə Azaflı istəsə də, istəməsə də öz zərif taleyini, sənətkar ömrünü söz ağrısının köynəyindən keçirib, söz ağrısı çəkdiyi məqamların xoşbəxti olub. Öz dəyərli ömrünü heç vəchlə bir qədirbilməzin, dərdə yanmazın yandırıb odunda ... | ANL |
İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq. M.Şoloxov "Sakit Don" romanında isə Mitka kübar ailədən olan Lizanı balıq tutmaq adıyla aldadaraq onu qayığa mindirib Don çayının o biri sahilinə aparır... Onlar geri dönəndə bütün kənd bu hadisədən xəbər tutur... Mitka təmkinini pozmadan deyir: "İxtiyar sahibisiniz... | ANL |
Fəxrəddin Əzizə məktub. Bu günlərdə redaksiyamıza köhnə dostlardan biri qonaq gəlmişdi. Və həmin dostlardan biri Ramiz İsmayıl mənə bir kitab da bağışladı. Əvvəl elə bildim ki, özünün yeni kitabıdı. Dərhal məni bu narahatlıqdan xilas etdi: - Fəxrəddinin kitabıdı, sənə göndərib. Kitabla birlikdə salamlarını da göndərdi... | ANL |
Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı. ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA. MİN YEDDİNCİ GECƏ. gəldikdə Dünyazad üzünü bacısına tutub dedi: - Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir. Ramizin də həyatında belə yaddaqalan günlər çox, lap... | ANL |
Tərlanə Yaqubqızı. Şəkil. Boylanıb baxırsınız bir saralmış varaqdan, Boylanıb min həsrətlə mən də sizə baxmışam. Şəkil çəkdirən günü necə də bəzəniblər, Üzlərində mən xoşbəxt bir təbəssüm görürəm. Heyif ki, bu dünyadan yaman vaxtsız gediblər, O dünyada yaxşı ki, qovuşublar deyirəm. Bir sədaqət timsalı, vəfa rəmziy... | ANL |
MÜBARİZLİYİN KEŞİYİNDƏ DAYANAN ŞAİR. Mübarizlik məktəbinə R.Rza poeziyasının bu iki misra ilə gözümüzü açdıq. Vətənə məhəbbət, xalqına sevgi duyulan bu misralarda vətən harayı, vətən səsi vardı. Bu səsdən ucalırdı müqəddəslik, bu səsdə tamamlanırdı ilahi eşq.Hər birimizin dilində əzbər idi. Sanki məktəbin şagird... | ANL |
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə bütün sahələrlə yanaşı, diaspor quruculuğunda da əsaslı dönüş baş verdi. Hər bir xarici səfəri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanan Ümummilli Lider həmvətənlərimizi yenicə müstəqil... | ANL |
Bu ilin aprel ayında "balaca adam" obrazının yaradıcısı, XX əsr dünya kinematoqrafiyasının nəhəng siması - amerikalı kinorejissor və kinoaktyor Carlz Spenser Çaplinin anadan olmasının 130 illiyi tamam olur. Ç.Çaplinin çəkdiyi 80-dən artıq (səssiz və səsli) ekran əsərinin əksəriyyəti dünya mədəniyyətinin qızıl fo... | ANL |
Ələsgər ƏLIOĞLU. Havalanmişdi...Bəzən əl-qol açıb çıxardı ortalığa.Başlayardı oynamağa.Elə süzərdi,elə süzərdi ki,deyərdin dünyanın ən xoşbəxtidi. Bəzən də saçını yolar,üzünü cırar,ah-nalə eləyərdi... Ərdə olan üç qızının üçü də ananın düşdüyü bu vəziyyətə tab gətirmirdi.Üçü də kar-kas qalmışdı...Qohum-qonşu məs... | ANL |
İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq. (əvvəli ötən saylarımızda). O, öz təfəkkür tərzinə, düşüncəsinə görə də tələbə dostlardan fərqlənir: "Mən bilirəm ki, seminariya elm və maarif ocağıdır. İdrakın məşəlini bizim əlimizə verib deyir: "Gedin harda qaranlıq və cəhalət gördünüz, bu məşəlin nuru ilə məhv ed... | ANL |
Fəxri Müslüm. Doğum günümün ovqat şeirləri. bir tut ağacı, qızılı yarpaqları payıza daşıyar məni. Içimdə. siyah rəngli bir dəsmal sərgadan-sərgadandərər, ağlayan könlümün, dərin dərələrə uzanmış. həsrət dolu kədərini, qəmini. Hərdən, gecənin gecə türküləri çaşdırar məni, sanki açılmış Ay qabağıdı, süzülər işığı ki... | ANL |
Qəşəm İsabəyli. Növbəti yaralını da cərrahiyyə stoluna uzatdılar. Səhra həkimimələfəni çəkib, güllə yerinə baxan kimi güldü. Acı gülüşün soyuq təbəssümü xətt kimi sifətində səyriyən həkim yanpörtü çevrildi: –Gözün aydın, cənab polkovnik! Bu təbrikdəki aşkar kinayəni həzm eləməyə məcbur olan komandirinqaşları çatı... | ANL |
VAQİF YUSİFLİ, Filologiya elmləri doktoru. Ədəbiyyatşünas Şöhrət Səlimbəylinin «XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadinin həyat və yaradıcılığı». Ədəbiyyat tariximizdə elə şəxsiyyətlər var ki, onların yaradıcılığı haqqında demək olar heç bir bilgiyə rast gəlmirik, yaxud, tədqiqatçılar ... | ANL |
BUDAQ TƏHMƏZİN POETİK DÜNYASI VƏ ONUN YARADICILIĞI HAQQINDA DEYİLMİŞ DƏYƏRLİ FİKİRLƏR. Qədim Şərur torpağının Siyaqut kəndində dünyaya göz açan şair-publisist Budaq Təhməzi 50 ildən çoxdur tanıyıram, yaradıcılığına da elə o müddətdən bələdəm. Bu gün ömrünün 80-cı baharını tamamlayan qələm dostum onlarla şeir, po... | ANL |
(Gündəliyimdən səhifələr). Ancaq heç vaxt indiki kimi olmamışam. Bu an yaşadığım hissləri adi sözlərə çevirib izah eləmək olmur. O "Qazanılmış manat”dakı uşaq kimi yəqin illərlə qazanmağa çalışdığım "manat”ı əlim yana – yana odun içindən çıxarda bildiyimdəndi bu hala düşməyim. Adamın ruhu rahatlıq tapır. Uzun za... | ANL |
Oxuyun, məsləhətdir. Və eyni zamanda, həm də qabardır, fokuslaşdırır sevgisizliyin dəhşətlərini, ürəklərə, ailələrə vurduğu əxlaqi-mənəvi travmaları. Bir evdə, bir məkanda cərəyan edir romandakı hadisə və əhvalatlar. Elə romanın qəhrəmanları da, əsasən, şəhərdə (Bakıda) yaşayır, şəhərdə fəaliyyət göstərirlər. Həy... | ANL |
Oduncaq adam- Buratino yenidən səhnəyə qayıtdı. İldırım sürəti ilə dəyişən texnologiyalar dövründə uşaqlarda teatr tamaşalarına baxmaq vərdişi oyatmaq, canlı ünsiyyət vasitəsi olan bu sənəti təşviq etmək aktual məsələlərdən biridir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da bununla bağlı daim addımlar atır, ... | ANL |
Haqqında yazılan ədəbi-tənqidi məqalələri ardıcıl oxuduqca qəribə bir məqamla rastlaşdım; qələminə inanmaq istədiyim bir tənqidçi onun əvvəlcə bəh-bəhlə təriflədiyi romanını 6 ay sonra elə yıxıb sürüyür ki, dədəm vay, xəbərimiz yoxmuş, bəs guya bu əsər Murakamidən plagiat imiş. Universiteti bitirməyimə az qalsa ... | ANL |
Bacısının baxışları onun qəlbinə od salır. Cahandar ağa ilk dəfə bacsını görürmüş kimi diqqətlə süzdü. Ona elə gəlirdi ki, qarşısındakı Şahnigar yox, anasıdır. Müəllif Cahandar ağanın hərəkətlərini elə psixologi dərinliklərlə təsvir etmişdir ki, oxucu onun dərin mənəvi sarsıntılar keçirdiyinin şahidi olur. Cahand... | ANL |
Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı. ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA. MİN SƏKKİZİNCİ GECƏ. gəldikdə Dünyazad üzünü bacısına tutub buyurdu: - Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılın mabədini danış. Şəhrizad da bacısına cavabında dedi. Şah s... | ANL |
Göz yaşları quruyanda. Azad Müzəffərli. Qan su yerinə axırdı. Erməni vəhşəti ərşə bülənd olmuşdu. Bu dəfə növbə xocalılara çatmışdı. Dığalar day-dayları şimal ayısı ilə birgə kimsəyə aman vermirdilər. Nə uşağına,nə ahılına, nə qadınına, nə də xəstəsinə fərq qoymadan türklərə olmazın divan tutmaqdaydılar. Azərbaycanlı... | ANL |
İYİRMİ KİTAB BİR TƏQDİMATDA. Aprelin 12-də Azərbaycan Yazıçılar Birliyi və birliyin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə AYB-nin "Natavan” klubunda tənqidçı, publisist, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, "Qızıl kəlmə” ədəbi mükafatı laureatı Nərgiz Cabbarlının yaradıcılığına həsr olunmuş "20 kita... | ANL |
Göyərçin Kərimi. Din dühanın məhsuludur, o, bütün dövrlərdə layiqli. qiymətini almış və bütün xalqların həyatında xilaskar rolu. Din,yaxud fəlsəfə insanın bioliji varlıq qılafından çıxmaq ehtiyacından əmələ gəlmişdir, amma birinciyə mənəviyyatın doldurulması, ikinciyə zehnin işıqlandırılması istəyi səbəb olmuş... | ANL |
Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı. ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA. gəldikdə Dünyazad üzünü bacısına tutub buyurdu: - Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa tarzən haqqında nağılı bizim üçün qurtar. Şəhrizad da bacısına cavabında dedi: - Əgər şah... | ANL |
ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT. (əvvəli ötən saylarımızda). Məhəbbətdə (hələlik bu ifadəni işlətmirəm), daha doğrusu, onun qovuşdurduğu iki cinsdə mənəvi mədəniyyət, etik davranış yalnız Şərqə, Hindistana və sair ölkələrin abidələrinə məxsus xətdir. Məsələn, hindlilərin məşhur "Kamasutra... | ANL |
“Ailələrin dağılmasının ən başlıca səbəbi virtual həyatın genişlənməsidir”. Ölkəmizdə son illərdə ildırım sürətilə baş verən boşanma halları, abort cinayətləri, etnopsixologiyamızın məhv edilməsi və digər bu kimi hallarla bağlı müstəqil ekspert psixoterapevt Murad Nəsirovla söhbətimiz baş tutdu. -Muradmüəllim, zəh... | ANL |
Bunun əksini sübut etməyə çalışan gərək özünü dağa-daşa salsın. Böyük yazıçımız, Yazıçılar Birliyinin sədri Anarın ən qatı əleyhdarlarının səsləndirdiyi çoxsaylı tənqidi fikirlərin içərisində "Ulduz” jurnalı ilə bağlı bircə cümləyə də rast gəlməmişəm. Qulu özü elə ulduz kimidir, onun gur işığından ətrafındakı hə... | ANL |
“Gülüstan”da incilər. Azərbaycanın təfəkkür və sənət mərkəzlərindən biridir Quba. Tanrı bu məkana təbiətin bütün gözəlliklərini bəxş edib – Quba Azərbaycan təbiətinin şah əsəridir, - desəm, qətiyyən yanılmaram. Hər dəfə yolum Qubaya düşəndə, o nadir gözəllikləri seyr edəndə yalnız bircə sözün işığına bürünürəm... | ANL |
Nüsrət Kəsəmənli. Gətmək istəyirsən, bəhanəsiz get, Oyatma mürgülü xatirələri. Saxta məhəbbətin saxta sənəd tək. Nə vaxtsa üstündə tutulacaqdır. Döşənib yollar tək ayaqlarına. Qoymaram qəlbimtək vüqarım sına. Alçalıb yaşamaq ömür-gün deyil. Tikanlı yastığa dönəcək yerin. Getmək istəyirsən, bəhanəsiz get, Oyatma mü... | ANL |
Yalan ayaq tutsa da... Ermənipərəst qüvvələr erməni lobbisinin "şivənini" həqiqət hesab edib Azərbaycan həqiqətlərini qulaqardına vururlar. Burda deyiblər,e! Oğru elə dindi doğru bucağa qısıldı. Ermənilərin vəhşiliyi barədə İngilis siyasi xadimi Vilsonun dediyi tutarlı faktı nəzərinizə çatdırmağı özümə borc bild... | ANL |
Sadaladığım məhəllələrdə azərbaycanlılar yaşayırdılar. O ərazidə erməniyə məxsus bir dənə də olsun yer-yurd adı yox idi. Həmin tarixi abidələri, məhəllələri ermənilər də bizim kimi adlandırırdılar. O zaman şəhərin kiçik bir küçəsinin qərb tərəfində erməni sənətkarları yaşayırdılar. Onlar evlərinin qabağında xır... | ANL |
Lesnoy Rusiyanın şimalında, çox da böyük olmayan, lakin iri sənaye müəssisələri və böyük elmi araşdırmalarla məşğul olan elm ocaqları ilə məşhur təmiz, gözəl, qışı soyuq, yayı sərin keçən şəhərdir. Azərbaycandan hüquq universitetində oxumağa göndərilmiş iki nəfərdən, daha doğrusu artıq elə bir nəfərdən biri idi. ... | ANL |
EVİNİ AXTARAN SƏSİN SÖZÜ. RÜSTƏM KAMAL filologiya elmləri doktoru, professor. Azərbaycanın görkəmli şairi İsmayıl İmanzadə ilə tanışlığım Mehdi Hüseyninonun "Şimşək” adlı bir şeirinitərifindən başlayır-mən hələ də İsmayıl müəlliminşeirlərinə böyük yazıçının gözü ilə baxıram. Vaxt vardı, ömrünü ata yurduna bağla... | ANL |
Ramiz MÖVSÜM. Yeni vəzifəyə təyin edildiyi gündən etibarən, quruculuq işlərinə ürəkdən can yandıran. Bakı şəhər İсra Başçısı. Eldar Əzizov сənablarına itaf edirəm. O, qazandı xalqın etibarını, Çatdı məqamına verdiyi hər söz. Torpaq sevgisiylə yoğrulub qanı, İşinin üstədi geсəbəgündüz!.. Sürətlə sökülür daxmalar in... | ANL |
Fazil Mustafanın yeni kitabları təqdim olundu. Bu gün Böyük Qurtuluş Partiyasının rəhbəri, fəlsəfə doktoru, Milli Məclisin deputatı Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimi keçirilib. Adalet.az xəbər verir ki, tədbirdə deputatlar – Aqil Abbas, Musa Quliyev, Fəzail İbrahimli, eləcə də "Teleqraf" medi... | ANL |
Tanınmış müğənni, əməkdar artist Bəsti Bəkirova "Ədalət" qəzetinin sualalrını cavablandırıb. Yəqin ki, yaradıcılıqla məşğulsunuz... - Yalan danışmağı xoşlamıram. Yaradıcılıqda nəsə olmaqdan ötrü insanın gərək həvəsi ola. Bir ölkənin ki, torpaqlarının iyirmi faizi işğal altındadır, hamı da deyib-gülür, toydan, şənlikd... | ANL |
Tütək səsi. İstidən nəfəs almaq olmurdu. Belə bir vaxtda Əbili bir manat əlli qəpik verərək Möhübbətindükanından aldığıarağıdüt deyincəvurandan sonra kəndin düzortasınaçıxmışdı. Dodağının altında da "siz ey ilk eşqimin şahidi dağlar” mahnısınızümzümə edirdi. Əbilinin dünyavecinədeyildi. Olan olmuşdu.Tale onunüzünə... | ANL |
QARAKÖPƏKTƏPƏ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçiliktarixinin,milliadət-ənənələrinin,elmvə mədəniyyətinin təbliği. Azərbaycantarixininhərbirsəhifəsi təkcə adıyladeyil, həm dətariximizinbirzamankəsiyini özündə yaşadığıüçünhəmişəmaraqdoğurub, diqqət çəkib.Heçdə təsadüfideyilki,bircoğrafiəraziolaraqAzərbayc... | ANL |
Yazıçı taleyinə qəriblik yazılmış QƏRİB MEHDİYƏ açıq məktub. Deyilənə görə insan anadan doğulunda ona verilən adla gələcək taleyində bir oxşarlıq olur. Bu sirrin çözümündə bir şoxları kimi məndə çətinlik şəkirəm. Onu deyim ki, insana verilən adın adamın gələcək taleyində özünü doğrultduğunu görəndə həmin sirrə inanmay... | ANL |
İSMAYIL İMANZADƏ. Biri girləyir başını, Öləndə qınında ölür. Adam var, artıb-törəmir, Çiçəyi burnunda ölür. Kimisi söykənib vara, Dünyadan "beşəlli” tutur. Kasıbın qolundan ancaq. İllər başımızı qatıb. Keçir,aldada-aldada... Qalxırıq ömrün yoxuşun, Əldən-ayaqdan qan çıxır. Bəxtin üzü dönən kimi. Sivişib ortadan çıxır. ... | ANL |
Budəfəki müsahibimiz ilahiyyatçı Elşən Soltanzadədir. Onunla söhbətimiz çox təsadüfi alındı. Adalet.az saytı İlahiyyatçı Elşən Soltanzadə ilə müsahibəni sizə təqdim edir. - İslam alimləri Quran ayələrini iki hissəyə bölür: Peyğəmbərə Məkkədə gələn ayələr, bir də Mədinə də gələn ayələr. Və baxdıqda görürük ki, Mə... | ANL |
O İsmayılın ki, bəlkə də... Azad Mirzəcanzadənin, Midhət Abbasovun tələbəsi, dostu olmuş dostum, riyaziyyat üzrə elmlər doktorluğunun bir addımlığında olan Həşim Məmmədcəfər oğlu Əliyevin mənə danışdığı bir incə ştrixlə açmasını verim: Məmmədcəfər müəllim ali məktəb müəllimi olub: Politexnikdə, AZİ-də. Oğlunun - m... | ANL |
Yeni nəşrlər. Tarix boyu Lənkəran bölgəsində dərin, ensiklopedik biliyə malik din alimlərimiz olub. Onların hər biri dini və milli-mənəvi dəyərlərimizin fədakar daşıyıcıları kimi tanınıb, İslam dininin humanist ideyalarının təbliğində, milli mənəvi dəyərlərimizin, adət və ənənələrimizin qorunmasında misilsiz xi... | ANL |
Sevincgətir, Bayramgətir. Ömrümə. Ruhlandırməni. Sevməyə, Ruhlandıryaşamağa. İşiqsaçhəyatıma. Nurlandırömrümümənim. Barsizeşqənübargətir., Gəl, Gəlişinlə. Səadətgətir. Məhəbbət, dünyagətir. İşıqsaçsınmışqəlbimə. Sevincligünlər. Nəsibolsunmənə. Mənimüçünolsun. Dərdligünlərimi. Silimqəlbimdən. Birdahakədəri. Dərdigörməyi... | ANL |
Müzahim İSMAYILZADƏ. Gənc və gözəl xanımın ərkyana, heç kimdən çəkinməyərək stulda oturub kitablarına avtoqraf yazdığı və başı adamlarla dolu olan şairə dediyi sözlər beşaçılan gülləsi kimi partladı, sanatoriyanın inzibati binasına, sonra qarşı dağlara dəyərək əks-səda verdi, şairin yanında oturub ona köməklik g... | ANL |
Azərbaycan Respublikasında demokratiyanın yaranması və inkişafı problemləri. Bu mövzuya müraciət edib, elmi araşdırma aparmaqda əsas məqsəd Azərbaycanda demokratiyanın, adət-ənənənin, milli dəyərlərə hörmətlə yanaşılmasından, bəşəriyyətdə demokratik tolerant mühitin formalaşmasından gedir. Demokratiya institutu hər ... | ANL |
Afət Viləşsoy. Sərin bir aprel günündə gəldim tanımadığım tanışların yanına... Ögeylik çəkmirdim. Qəribə hissdir. Çox qəribə. Kitablardan, xəritədən məlumatlandığım, uzun qış gecələrinin nənə-baba dizində dinlədiyin nağılabənzər gerçək hekayələrindəki insanlarla qarşı-qarşıya əyləşib,yan-yana gəzib, həmsöhbət o... | ANL |
Azərbaycan Respublikasında demokratiyanın yaranması və inkişafı problemləri. Dövlət, qarşısında duran siyasi, sosial, iqtisadi inkişafı təmin etmək vəzifəsini yalnız xalqın marağını təmin etmək prinsipləri əsasında yerinə yetirməklə, dünya ölkələri içərisində layiqli yer tuta bilər. Şübhəsiz ki, milli suveren demokra... | ANL |
Müzahim İSMAYILZADƏ. Baldızı Kifayət ağzına zurna alıb çalacaqdı ki, Məmməd paxıllığından yerə-göyə sığmır, nə bilim, bizi gözü götürmür. Elə Kifayət evdə hökmranlıq edir, onun sözü son kimi qəbul edilir və Əmənulla o deyənlə oturub-durur. Onu da özlüyündə saf-çürük etmişdi ki, iki bacının ailəsi arasında səmim... | ANL |
Sadıq MURTUZAYEV, filologiya üzrə fəlsəfə doktoru. Yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı Rafiq Hacıyevin bu fundamental əsərini böyük acgözlüklə oxudum və əsərin qəhrəmanı Ramiz Quliyev haqqında yazdıqlarına təəssüratımı bildirməkdən əvvəl elə müəllif haqqında bir neçə kəlmə demək ist... | ANL |
Hər ikimiz orta məktəbi bitirdikdən sonra, ali təhsil almaq üçün o Naxçıvanın Nehrəm kəndindən, mən isə İsmayıllının Tircan kəndindən Bakıya gəlib sənədlərimizi Azərbaycan Sənaye İnstitutuna ("AZİİ”, indiki Sənaye və Neft Universiteti) vermişdik. Hər ikimiz ilk imtahandan müvəffəq qiymət alsaq da, ikinci imtahan... | ANL |
Əfsun Əhməd. Əhməd Əfsun Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. Hələ gənc yaşlarından şeirə, ədəbiyyata böyük marağı olub və erkən yaşlarından şeir yazmağa başlayıb. Şeirləri müxtəlif qəzetlərdə, poeziya almanaxlarında respublikamızın bir sıra mətbu orqanlarında çap olunur. Kitabda Əhməd Əfsunun müxtəl... | ANL |
Yazıçı-publisist, dramuturq, tarixçi alim Yunus Oğuzun "Səfəvi Şeyxi" adlı yeni tarixi romanı işıq üzü görüb. Adalet.az-ın məlumatına görə, kitaba ön sözü filologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov yazıb. Qeyd edək ki, roman əsasən ilk dəfə olaraq sünnü təriqətindən şiə ... | ANL |
Mənzər Niyzarlı. Aytikə püstə evindən çıxıb doqqazın ağzında dayananda kəndi ovcunun içi kimi görürdü. Ona görə ki, evi lap dikdəydi və yazda sel-su Toğanağı götürəndə təhlükə arvadın evindən yan keçirdi. Kiçik oğlu Əliyusifin yaşından tikilmiş evi köhnə olsa da, möhkəm idi: divarları çiy kərpicdən hörüldüyü üç... | ANL |
Öncədən deyim ki, Xosrov Natili mənə tanıdan, sevdirən və yaradıcılığını izləməyə yönəldən şair dostum rəhmətlik Vahid Əlifoğlu olubdu. Mən bu gün də Xosrov Natillə görüşəndə vahid gəlib dayanır gözümün önündə. Və onu da deyim ki, bunların hər ikisinin söhbətlərində, mövzularında, hətta jestlərində bir oxşarlıq var. İ... | ANL |
VAXTSIZ İTİRİLMİŞ DÜNYA. Bəlkə də bu münasibət iş yoldaşlığından savayı Abdullayevlərin həm də bizə uzaq qohumluqları çatdığından idi. O illərdə mən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun yuxarı kurslarının tələbəsi olanda Tofiq həkimin oğlu Vitya da bizim ali məktəbə qəbul ol... | ANL |
"Dost qalmaq istəyənlər din və siyasətdən mübahisə etməzlər”. Bu yazım kimlərəsə cavab deyil, son dövrlər qatma-qarışıq münasibətlərin və hadisələrin baş verməsi və sənət insanlarının ictimai rəyə təsir edən olaylara münasibət bildirməməsi, bu mövzuya sənət insanı kimi münasibət bildirmək istəyi yaratdı. Həm də bu... | ANL |
BURAXIN, DƏRDİMİ YEYİM! Şah İsmayıl Xətaidən miras qalan. Haqqımı ver, Ermənistan! Firəngistan, haqqımı ver. İçimdə qardaş həsrəti, Kükrəyib tufan qoxuyur. Canım vurdun sərhədə. Tikanları qan qoxuyur. İçim çölümü görmür, Özümə meydan oxuyur. Necə yeyim bu zəhəri. İçimdən dərd məni yeyir. Buraxın, dərdimi yeyim, Buraxın... | ANL |
TANINMIŞ ŞAİRİN YENI SÖZ SOVQATI. Ötən əsrin altmışıncı illərinin sonlarına yaxın çeşidli qəzet-jurnal və ədəbi almanaxlarda dərc olunan şeirləri ilə imzasını tanıdıb, 1980-ci ildə "Gənclik” nəşriyatında işıq üzü görən "Səni soraqlaram” adlı ilk şeirlər kitabı ilə geniş oxucu kütləsi qarşısına çıxan şair-publisi... | ANL |
Yorulmadıq, eyni şeyləri danışmaqdan? Əvvəlki müsahibələrdən bərk narazı qalmışdınız. Onda cavan vaxtların idi, dişlərinin hamısı yerində idi, indi klassiksən. İndiki Kəramət Böyükçöl elə şeylər eləməz! Bəs özünüzdə bir dəyişiklik hiss eləmirsinizmi? Artıq əvvəlki emosiyanız yoxdur, xeyli sakitləşmisiniz. Zaman ... | ANL |
Ramiz Mehdiyev: “Ermənistan fürsəti əldən verərək sülhü uduzub”. Akademik Ramiz Mehdiyevin "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı çapdan çıxıb. Azərbaycanın müstəqillik illərində yürütdüyü tarazlaşdırılmış xarici siyasət, neft-qaz ehtiyatlarında... | ANL |
Fərid Hüseynin "Səmərqənd divanı” poeması haqqında. Fərid Hüseynin "Səmərqənd divanı” modern poeması da tarixin dərin qatlarına və türk milli kimliyinə açılmış bir pəncərədir. Poemanın özəlliklərinə öncə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın fikirləri ilə işıq salmaq istəyirəm: "Şərqin Roma... | ANL |
Hüsniyyə Əlizadə. Peyqəmbərlərdən sonra isə şairlər gəlir, deyilər. Bir də deyirlər şeir mələklərin pıçıltısıdır. Bəli, deyirlər ki, dünyanın yaradılışından üzü bəri sözün sehrini, onun möhtəşəmliyini insanlara çatdıran şairlər söz aləmindən çələng hörüb onun üzərində ilmə-ilmə naxışlar salırlar. Söz haqqında çox şe... | ANL |
SALYANDA İLHAM QƏHRƏMAN GÜNÜ. Avqustun 7-də Salyan şəhərində şair-publisist İlham Qəhrəmanın 60 illik yubiley tədbiri keçirilib. Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsi tərəfindən təşkil edilən tədbir Salyan Diyarşünaslıq Muzeyində baş tutub. İlham Qəhrəman özü tədbirə qələm dostları tənqidçi Əsəd Cahangir... | ANL |
Sumqayıt dastanı. Möhtərəm prezidentimiz cənab İ. Əliyev Sumqayıtın 70 illiyini yüksək səviyyədə keçirməsi üçün sərəncam imzalayıb. Hamı əyləşmişdi nurlu mağarda, Gözəl bəzənmişdi, burda mağar da. Yaxından, uzaqdan qonaqlar gəldi, Qaynana sevindi, qaynata güldü. Məclisin bax belə şirin çağında, Bəyimiz gül dərdi b... | ANL |
Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Tehran şəhərində "Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, avqustun 14-dən 18-ə kimi davam edən festivalda Lənkəran sənətçiləri iranlı dramaturq Bəhram Beyzayini "Senemar” faciəs... | ANL |
FƏHLƏ ŞƏHƏRİNİN PEŞƏKAR QƏLƏM FƏHLƏSİ. Bir vaxtlar Sumqayıtı "Jurnalistlər şəhəri” adlandıranlar da olub. Əmək cəbhəsində xarüqələr yaradan insanların şöhrəti fəhlə şəhərinin jurnalistlər üçün tükənməz mövzu mənbəyi idi. Qalib Əhmədov da mətbuat mühitinə elə bu vaxtlar gəlmişdi. Mən burda tərbiyəçi olan şair do... | ANL |
Əbülfət MƏDƏTOĞLU. ADINI PIÇILDADIĞIM KÜÇƏ. Gənc həmkarıma əl boyda məktub. Necə deyərlər, gözümün qabağına söz-söz, moisra-misra böyüyüb, inkişaf edib. Mərhum atasını dəyərli söz adamı kimi tanıdığımız, həm də "Ədalət”in səhifələrində şeirləri ilə də çıxış edib. Və günlərin birində biz kollektivimizin bu gənc əmə... | ANL |
Qələndər Xaçınçaylı. Didərgin. Qarlı,şaxtalı bir qış gecəsi idi. Göydən lopa-lopa yağan qar yerin üzünü yorğan kimi örtmüşdü. Hər yan ağ örpəyə bürünmüşdü.Yağan qarın işıltısından ətraf açıq görünürdü. Xocalı öz ağır günlərini yaşayırdı. Şəhər hər gün erməni silahlı birləşmələri tərəfindən atəşə tutulurdu. Şə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.