text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR. Söhbət Şahismayıl Şəmmədoğlundan gedir. Onu efirdən tanımışam. İlk dəfə Dövlət Televiziyasının efirində Gürcüstanla bağlı süjeti təqdim edirdilər. Və həmin süjetin təqdimatçısı da O idi. Diksiyası, faktı təqdim etməsi, eləcə də fakta uyğun olaraq seçilən məqam, mənzərə ...
ANL
Məhəbbət yaşatdı onu dünyada. Həsənağa Sadıqov-uşaqlıq illərindən tanıdığım, dostum, hər sevincimi, kədərimi onunla bölüşdüyüm, ixtisasca riyaziyyat müəllimi olsa da, bir gün belə içərisindəki şeirə məhəbbətinə xəyanət etməyən bu gözəl insan oktyabrın 6-da dünyasını dəyişdi. Yaşadığı Masallı rayonunda hamı onu ə...
ANL
HÜSEYN SARAÇLININ SONUNCU ŞƏYİRDİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Burada orta məktəbi bitirib. Bu gün dədə-baba aşıqlarını xatırlayanda ilk növbədə yada düşənlərdən biri də Kövrək Muraddır. XX əsr Azərbaycan aşıq sənətinin çox böy...
ANL
Təbiəti sevib-sevdirən alim. Deyirlər, torpaq insanın anası, hava isə laylasıdır. Çünki biz Ana torpağın qoynunda dünyaya gəlir, onun saf havasını uda-uda, suyunu içə-içə, istisinə qızına-qızına yaşayırıq. Əslində biz özümüz də təbiətin bir zərrəsi, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır. Adını ...
ANL
AKİF SƏMƏDİN MƏNZƏRƏSİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Sözündə özümü gördüm, Özümdə Akif Səmədi. Zülümdə fani dünyanı, Dözümdə Akif Səmədi. O ayağa durub mənimlə görüşdü. Təzəcə çapdan çıxmış "Uzaqlardan gəlirik" kitabını "Ən əsası...
ANL
Əyilməz dirəyim mənim. Üstümə qıjanan kimisən, Sevincdən yapışan qəmsən. Yumruq boyda söz demişəm, Əzilib ürəyim mənim. Güdməyi düdəndə dedin, Sözü söz edəndə dedin, Mən gəlib gedəndə dedin, Yüklənib kürəyim mənim. Dağılıb başımın çəni, Şumlanıb saçımın dəni. Sən mənim qəlbimin SƏNİ. Əyilməz dirəyim mənim. Əmim Kərəm...
ANL
Almatıda "Azərbaycan dili" dərsliyi çap olunub. Mənfur "Qırmızı imperiya" zahirən bir bayraq altında birləşdirdiyi respublikalarda anti-türk siyasəti yürüdür, gizlin-aşkar əlaqə körpülərini uçurur, birini digərinə qarşı qoyur, xalqların yaxınlaşmasına maneçilik törədirdi. Eyni soya-kökə mənsub qazaxlarla Azərbay...
ANL
Frans Kafkanın çaqqallarına ehtiramla. Müzəffərli Azad. Müstəqilliyimizin 100 illiyini elliliklə bayram etdik. Bu qüruru hələ də bölüşməkdəyik. Əksəriyyətimiz bir o qədər dərindən mahiyyətinə varmasaq da, əslində, bu, ələdüşməz xoşbəxtlikdir. Tanrının bəni-insana bəxş edə biləcəyi ən böyük sərvət. Neçə-neçə soyda...
ANL
AĞAMALI SADİQ ƏFƏNDİ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Məni şirin yuxydan qəfil oyadıb soruşslar ki, ən çox sevdiyin şair kimdir? Heç düşünmədən, tərəddüd etmədən, Ağamalı Sadiq Əfəndidir- deyərdim. Təbii, sonra fikirləşib görürsən ki...
ANL
Kəndiri kirlənmiş təsbehdi bu eşq. Cavab məktubunu qollamıb hələ? Ruhumun damında quşlar ev tikir, Ömür şüşəmizdə çatlar böyüyüb. Könül al butalı palaz kimidi, Bir doğru fikir yox, közüm öyrəşsin. Sən elə bildin ki, eşq səltənətdir, Hər axşam üzümə qapı bağladın. Qonşu elçi gəldi, baş barmağına, Mənim rənglədiyin sap...
ANL
elmləri üzrə fəlsəfə doktoru. Sevgi Rəbbin bəşərə fitratdən verdiyi ən xeyirli və ən müqəddəs nemətlərdən biridir. Buna dəlil hər bir insanın sevdiyi, xoşladığı, hörmət görüb, hörmət etdiyi insanlarla ünsiyyətdə olmaq istəyidir. Dünyəvi həyatdan fərqli olaraq Allahın Cənnətdə bütün insanların kin-küdurətini yo...
ANL
MƏNZƏR NİYARLININ ƏSƏRLƏRİNDƏ REALLIĞIN TƏCƏSSÜMÜ. Mərziyyə Nəcəfova. Filologiya elmləri doktoru. Mənzər xanımın qələmindən çıxan hekayələr, istər sovet dövründə, istərsə də müstəqillik illərində, həyatı düşüncələrin, qəlbdən gələn həqiqətlərin, səmimi, inandırıcı duyğuların təcəssümüdür. Onun çılğın bir ehtiras...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bu gün danılmaz bir həqiqətdi ki, saz-söz adamlarının çoxu bu müdrik aşığın qiymətli kəlamlarından istifadə edirlər. Çal-çağır məclislərində ondan söhbət açır, aşıq Əhməd Rüstəmovun qoşmalarını, dastan...
ANL
Yusif Həsənbəyin bu günlərdə qələmə aldığı "Tisiflərin qiyamı" poeması həmin mövzuya həsr olunmuş çoxsaylı əsərlərdən, ilk növbədə, ona görə fərqlənir ki, şair-mütəfəkkir, erməni faşizminin törətdiyi faciələrə ümumən insanlığın taleyi kontekstində baxmağın ideya-estetik təcrübəsini verməklə bu faciələrin siravi...
ANL
Yusif Həsənbəy. Qarabağın Xan kəndində. Alının çəpərinə bir daş atdı! Çiyninə səpələnmiş saçları. Xarlanmış kümüş, Üz-gözü armud qaxı kimi bürüşmüş. Qonşuma qarşı! Kəndi gülləyə basdı bir neşə avtomatdı! Biz qan-qada istəmirik! Qonşuluqda kimsə kiməsə. Axı, bizlər Lenin tərbiyəsi görmüş. Ev-ev gəzib, quş tüfənglərini...
ANL
Azərbaycan Ədliyyəsinin inkişaf tarixi. Müstəqil Azərbaycan dövlətinin Ədliyyə Nazirliyi ilk dəfə 1918-ci ilin may ayının 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün yaradılmış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də nazirliy...
ANL
Rəisi həkim Rövşən Məmmədovu lap çoxdan tanıyır. Əslən İmişlidən olduğunu eşitmişdi. Olduqca sadə, səmimi, alicənab adamdı. Hamısına da eyni mehribançılıqla qayğı göstərir. Bəlkə də elə bunun nəticəsidi ki, pasentlər həmişə ondan razılıq edirdilər. Poliklinikanın labaratoriya müdiri rus təhsilli olana oxşayırdı. On...
ANL
Azərbaycan ədliyyəsi - müasirlik nümunəsi. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və ardınca əksər dövlət orqanlarının 100 illik yubileylərinin böyük təntənə ilə qeyd olunması il boyu davam edən bayram ovqatı yaratmışdır. Bu unudulmaz günlərdə hər birimiz müstəqil dövlətin vətəndaşı ...
ANL
"KÖHNƏ KİŞİLƏR" silsiləsindən. filologiya elmləri doktoru. Qocaman, az qala bir əsrin özü qədər yaşı olan yazıçı-publisist Əli İldırımoğlunun on iki cildlik seçilmiş əsərləri qarşımdadır və mən bu on iki cilddə toplanan bütün romanları, povestləri, hekayələri, felyetonları, publisist yazıları bir xeyli müddətdən s...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Dünyanın ən görkəmli bioqrafları, tarixçiləri həmişə bir sualın önündə tərəddüd etmişlər: Məhəbbətlə süslənmiş kövrək ömür sahibləri - qadın obrazları sənətkarın həyatında olmuşlarmı, yoxsa onlar xəyal...
ANL
Bütöv Azərbaycana uzanan ömür yolu. Şəxsiyyətinə və qələminə xüsusi rəğbət bəslədiyim dostum, tanınmış jurnalist, Hərbi Jurnalistlər Birliyinin sədri, "Bütöv Azərbaycan" qəzeti, "Bütöv.az" və "Ordum.az" saytlarının təsisçisi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İnformasiya Proqramları studiyasının...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Onun keçirdiyi iztirabları Məcnunla bərabər biz də yaşayırıq. Bu gənclərin artıq Məhəbbətdən Eşqə mübtəla olduqlarına şübhə eləmirik. Bu vaxt Leylidə, Məcnun da şəhvanilik xəyalından uzaqlaşırlar. Mə...
ANL
Gözümə dərman qoyacağam. Çox yemək, naharda ləngimək onda adət deyildi. Otuz illik zabit həyatı elə beləcə də gəlib keçmişdi. Birdən özünü lap darıxan kimi hiss elədi. Qara eynəyini taxıb həyətə çıxdı. İşin başlamasına hələ bir neçə dəqiqə vardı. Xoş bahar havasında gəzinmək, nəfəs almaq hər şeyə dəyərdi. Yaxın...
ANL
Ruhu payızda ağaclardan düşən son yarpaq kimi əsirdi... Küçəyə çıxanda gecədən keçmişdi. Bir inni-cinni gözə dəymirdi. Yaxınlıqdakı boş skamyaların birində oturdu. Əllərini pırtlaşıq saçlarında gəzdirdi. Gözləri bir nöqtəyə zillənmişdi. Belə havaları sevərdi. Qara paltosuna bürünmüş, barmağında siqaret közərirdi....
ANL
Tanınmış şair Maşallah Məftunun"Güllərin soyqırımı”kitabı yenicə işıq üzü görüb.Xalq şairi Nəriman Həsənzadənin bu kitaba ön söz yazmagı onun bir poeziya örnəyi kimi dəyərinin yüksəkliyini,möhtəşəmliyini möhürləmişdir.Axı Nəriman Həsənzadə hər kitaba ön söz yazmır. Bəli,kitabı əlimə alanda keçən əsrin 80-ci illər bir ...
ANL
ŞEİRLƏRİNDƏN TANIDIĞIM ŞAİR. Bu yazım şair-publisist Əbülfət Mədətoğlu haqqındadır. Ancaq sözümə xeyli əvvəl «Ədalət» qəzetinin ünvanına yazdığım bir Məktubla başlamaq istəyirəm: «Hörmətli redaksiya, salam! «Ədalət» qəzeti mənə təsisçi və məsləhətçisi, tələbəykən «Rast» povestimin qərəzli tənqidinə qarşı Sovet ...
ANL
Rafiq Yusifoğlu poeziyasında Füzuli eşqi. Zəkulla Bayramlı. Mən şəxsən çoxdan tanımasam da, Rafiq Yusifoğlu çoxdanın adamıdır, ən azından respublikada çoxdan tanınmış şair və alim-professordur. Düzünü deyim ki, belə sadə, təvazökar və istedadlı bir insanı gec tanıdığıma görə təəssüflənirəm və hər görəndə ürəklə ...
ANL
Payız fəsli mənim üçün çox maraqlı fəsildır. Belə düşünürəm ki, türk qardaşlarımız bu fəsli daha layiqli adlandırırlar, onlar payıza "son bahar" deyirlər. Amma payızın- son baharın özəl gözəllikləri var. Baharda mayalanan bitkilər öz məhsullarını payızda yetişdirib başa çatdırır və təbiətə, insanlara bəxş edir. B...
ANL
Birinci sırada soldan: Vaqif Aslan, prof.Rafiq Rasulov, Çingiz Ənvəroğlu. İkinci sırada soldan Ramiz Məmmədov, İlham Tacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Vüsal Baxışov. Sarıbaşlı Siracəddin Əhmədov. Bu suala prefessor Rafiq Rəsulov məntiqli cavab verdi. O, dedi: - Mən hər dəfə televiziya kanallarında xəbər...
ANL
Rafiq Oday, şair-publisist, respublikanın. Gözlərimin giləsinə. Bir damla yaş keşik çəkir. Üzdü xəyanət canımı, Yurda əmanət canımı. Namərd kəsdirib yanımı, Əlində daş keşik çəkir. Bol yerindən ağrıyır. Canımı hara qoyum? İçimə damcılayır. Çölümün qançırları. Kürəyim qamçıların. Zol yerindən ağrıyır. Bədəsillər, ...
ANL
bu dəfə üzünü Şah İsmayıl Xətayiyə tutub. Tariximizin ən ünlü simalarlnda olan şah babamız, şair babamız Xətayi barəsində xüsusi buraxılışın işıq üzü görməsi özü təqdirəlayiq hadisədir. Buraxılışın baş redaktoru Azər Abdulla maraqlı axtarışların bəhrəsi olan "Yazıçı"nın bu sayında Şah İsmayıl Xətayi ilə bağlı müxt...
ANL
Nahar vaxtından başlayan məclis gün batana qədər davam etdi. Süfrədə müxtəlif yeməklər var idi. Axırda təndirdə bişirilmiş quzu kababı gətirdilər. Məclisdə oturanların heç biri çox yeyib- içməyə həvəs göstərmirdi. Bizə vaxtın necə keçdiyini hiss etdirməyən Vaqif Aslanın, professor Rafiq Rəsulovun, Vüsal müəllimin...
ANL
Nahar vaxtından başlayan məclis gün batana qədər davam etdi. Süfrədə müxtəlif yeməklər var idi. Axırda təndirdə bişirilmiş quzu kababı gətirdilər. Məclisdə oturanların heç biri çox yeyib- içməyə həvəs göstərmirdi. Bizə vaxtın necə keçdiyini hiss etdirməyən Vaqif Aslanın, professor Rafiq Rəsulovun, Vüsal müəllimin...
ANL
MusaƏləkbərlininyenikitabı barəsindəoxucusözü. Öncədənonudeyimki, Azərbaycan ədəbiyyatında eləimzalarvarki, onları təqdim etməksondərəcə asandı.Çünkibuimzasahibləri özləri özlərini təqdim ediblər.Yəni onların ürəklərinin pıçıltıları qələmləriləoxucuqapısınıdöyübvəoqapılardaüzlərinə açılıbdı.Bumənada şeirləriözo...
ANL
Məşhur yazıçının mağazasından reportaj. Adalet.az Ayxan Ayvazın "Yazıçılar başqa yerlərdə" layihəsindən ilk reportajını təqdim edir. Telefonu açan kimi öz quraşdırdığım misranı deyirəm. İndi Nərimanov metrosu yaxınlığındayam və onun marketinə gedirəm. Hava buz kəsir... Mübariz elə marketin qarşısında dayanıb. Diqqət...
ANL
(Tələbə-dizayner Günay Nəbiyevanın ilk fərdi yaradıcılıq sərgisindən qeydlər). Qədim memarlıq-şəhərsalma mədəniyyətini özündə yaşadan tikili abidələr məkanından. Əyri-üyrü, darısqal küçələri, gündüşməyən mənzilləri, az qala bir əl uzunluğu qədər məsafəyə malik eyvanları, sanki şiddətli Bakı küləyindən qorunmaq üçü...
ANL
Çarli Çaplinin qızına yazdığı duyğu dolu məktubu. Yer üzündə yalnız valideynlərin öz övladlarına qarşı olan sevgi təmənnasızdır. Ceraldina Paris səhnələrində rəqs etmək istəyirdi. Məktub emosional, yetərincə şəxsi, lakin bizim hər birimizə aid edilə biləcək bir məktubdur. Bu məktub ata sevgisinin və qayğısının, kəd...
ANL
Mahir Naziroğlu. şeytana lənətlər yağdırdı. sındırdı içindəki inad adlı bütü. mən Allahın bəndəsiyəm,-dedi. Allahdan istəyir. məmləkətinə dönəcəyi günü. Dadlı gülüşünün yumar gözlərini. Şilonmata parkında gəzişdiyi. gecələrin. Zindanda, axirət gününü gözləyənlərin. həsrəti böyüklükdə olur. qəriblərin həsrəti zindanda....
ANL
Sirli Örənqala. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Gəlin etiraf edək ki, biz tariximizin alt qatlarına hələ də tamamilə əmin dyelik. Yəni bütünlüklə öz tariximizin səhifələrini araşdırıb, oxuyub və bu gün üçün yazıb ortaya qoya bilməm...
ANL
Arpaçayın zümzüməsinə bənzəyən səs. Bu, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynovanın səsidir. Oxuyacağı xəbərlərə dəfələrlə baxmışdı. Onların bəziləri yaddaşına həkk olunmuşdu. Bununla belə həyəcanını boğa bilmirdi. Bir qədər özünə təskinlik verir, sonradan yenə həyəcanlanmağa başlayırdı. Nədənsə ona elə gəli...
ANL
Əsərlərinizdə də Laçının havası duyulur. Oralar yaddaşınızda necə iz qoyub? Necə xatırlayırsınız oraları? Son vaxtlar bu haqda danışa bilmirəm. Məndə ikincilərdəndir. Zaman keçdikcə Laçın yaddaşımda magik-mistik dumana bürünür və həm şəxsi, həm sosial, həm fəlsəfi planda bütün çata bilmədiyim arzuların simvolu...
ANL
Sirli Örənqala. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. O, torpaq altındakı şəhərdir. Tarixin dərinliklərinə, yəni bizdən uzaq əsrlərə üz tutduqca təkcə zamanın özünün fonunda xalqımızın keçdiyi yolun möhtəşəmliyi Azərbaycan adlı məkanın, onu...
ANL
Qurani-Kərim Puşkin poeziyasında. elmləri üzrə fəlsəfə doktoru. Bir tərəfdən müasir dünyada gedən inteqrasiya və qloballaşma prosesi, digər tərəfdən bütün xalqların milli maraq və özünəməxsusluğunu saxlamaq cəhdi artıq İslam dinini ictimai-siyasi olayların mərkəzinə çıxarıb. Səbəb isə iudaizm və xristianlıqdan f...
ANL
Toyda-düyündə, el şənliklərində, radio dalğalarında, televiziyi ekranlarında eşitdiyimiz bu ad, bu elan, bu bildiriş bizə nə qədər əziz, yaxın və doğmadır. Elə gözəl səsli əvəzsiz müğənnimiz Eynulla Cəbrayılov da bu çayın səfalı sahilində yerləşən, ona candan əziz olan qonaqpərvər Şüşün kəndində dünyaya göz açıb...
ANL
XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.azsaytının suallarını cavablandırıb. Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnıların sözlərinin müəllifidir. Rəhilə Kəsəmənli 1970-ci ildənBakı Dövlət Universitetin...
ANL
Ananız Nüsrət müəllimlə evlənməyinizə razı deyildi. Bəs olubmu ki, ailənizdə problem olanda ananız bunu sizə irad tutsun? - Mən heç vaxt anama yaşadıqlarım, problemlərim haqqında danışmazdım. Heç bir şeydən xəbəri olmazdı. Biz noyabr ayında ailə qurmuşuq. O razılaşdı və idarədə keçirilən Yeni il axşamına qatıld...
ANL
Bizdən dilənçi çıxmaz. Azad Müzəffərli. İnsanı adamlar təkləsə, yenə də şükürlüdür. Vay o gündən ki, insanı Allah da təkləyə... Qismətin də taleyi belə gətirmişdi... Ucsuz-bucaqsız, yaraşıqlı hipermarketlə üzbəüzdə, yolun o tayındakı oturacaqların ikisi dilənçilərin ixtiyarındaydı. Həmin oturacaqlar yanaşıydı. El...
ANL
Müəllimlər. Elmin qızıl şəfəqini yaya-yaya, Mühəndisə, aqronoma, yazıçıya, Hamımıza bilik verən müəllimlər! Müəllimin özünü də. yetişdirən müəllimlər! Gözlərimdə gözünüzün ziyası var, Qanımdasa eşqinizin mayası var;. Ürəyimə köçürmüşəm izinizi, Yaddaşımda yaşadıram səsinizi. Babalardan miras qalıb vüqarınız, Nəsillə...
ANL
İslam Səfərli. Müəllim.Bu adın mənası dərin. Odur ilhamçısı gənc nəsillərin. Nə sözüm tükənər,nəqəlbim susar. Ona canımı da mən qurnab desəm. Bir şair qəlbinin buna haqqı var. Dünyanın ən böyük dahilərini. Onun zəhmətini,alın tərini. Dostlar unutmayaq gəlin heç zaman. Gəlin,alqış deyək,dostlar,ürəkdən. Əsil müəllim tə...
ANL
Rüstəm Süleyman. Müəllimlik müqəddəs bir sənətdir həyatda, Müəllimin hər sözü həqiqətdir həyatda. Üz-gözü, pal-paltarı mürəkkəbli körpələr, Çırpınan ürəkləri xoş mətləbli körpələr, İlkin vətən sözünü müəllimdən öyrənir, Mənliyini, özünü müəllimdən öyrənir, Başım ağarıbsa da, deyilsəm də mən cavan, Yanımda bir m...
ANL
Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tamaşanın premyerası olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib. Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tədbir Prezident İlham Əliyevin Mikay...
ANL
OXUYUR KİMYA BABAYEVA... Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Kimya Babayevanın sənətkər ömrü haqqında dağınıq sətirlərim. Sehrləyib məni elə, Bu səsə dözə bilmirəm. Yoxdur onun bənzər-tayı, Ovsunlayıb Ulduz-Ayı, Göydən gələn Tanrı payı, Bu səsə dözə b...
ANL
Azərbaycan romantik ədəbi məktəbinin görkəmli nümayəndəsi Hüseyn Cavid yaradıcılığının tədqiqində, əsərlərinin nəşrində mühüm xidmətləri olan filologiya üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevanın böyük xidmətləri var. "Cavid minilliklərin yazarıdır. Cavid kimi sənətkarlar bəşəriyyət üçün doğulanlardır. Bəşəriyy...
ANL
Əbədi yaşamaq dairəsi. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. İ.Şıxlı şəksiz böyük yazıçıdır və bu günə...
ANL
Sərvaz Hüseynoğlu. "Ayaqlarının köçdən qalıb, xəyallarının külli-Qarabağı birər-birər dolaşdığı saatlarda Cabbar Qaryağdıoğlu dа, Seyid Şuşinski də ismarış yollayarlarmış Xan əmiyə ki, gecikməyib gəlsin... Ustad sözü yerə salınmazdı. Durmayıb gələrdillər. Dünyanın "ən xoşbəxt adam”ı olan gənc bir jurnalistin dü...
ANL
Mirzə Cəlilin cibinə girən oğru... Adalet.az Azərbaycan yazıçılarının həyatından maraqlı əhvalatları oxuculara təqdim edir. - Cəlil Məmmədquluzadə bir dəfə Tiflisdə yolla gedərkən gənc bir oğlan onun cibinə girərək əlyazmalarını çıxarır. Demə, bu hadisəni polis uzaqdan görürmüş. Tez gəncin arxasıyca qaçaraq onu ...
ANL
Əslən Dəvəçinin (hazırkı Şabran) rayonunun Zöhrabkənd kəndindən olan Məmməd Əliyevi gözəl bir ziyalı, tanınmış filoloq alim kimi tanıyırdı. Onun belə bir ədəbi püxtə qələm sahibi olmasından xəbərsiz idi. Bu günlərdə "Elm və təhsil" nəşriyyatında çap olunmuş, mərhum anası Züleyxaya həsr etdiyi "Bir yay gecəsi" po...
ANL
O gün evi yanan yaşlı kişinin, Gözlərində sönən ümidləri gördüm. Tural Cəfərli. Ümidlərini. Hardasa səni axtaran ölüm də, Bir gün elə vaxt gəlir ki: Təzəcə yaşamağa başlayırsan, Təzəcə öyrənirsən sevməyi, Təzəcə tanıyırsan dostları... Bir ovuc ümid. Gecə qaranlığa təslim olur, amma. Külə dönən evinə baxıb... Məni ta...
ANL
Yəhya Paşazadə. Bəzən düşünürəm,bəlkə,payızda. Hamıdan daha çox kövrəlirəm mən? Kövrələn günəşin soyuq şəfəqi, Düşür gah dağlara,gah dərələrə. Əsir talelərə xəzan küləyi, Yarpaqlar çevrilir xatirələrə... Qarşımda bir soyuq. Bahar gözəlliyin köç edib,gedib, Qarşımda bir soyuq payız kimisən... Ömür pəncərəmiz nə bərk ...
ANL
Bu günlərdə "Azərnəşr" tərəfindən unudulmaz və söz-şeir dünyamızda öz dəsti-xəttini, öz izini, öz möhürünü hopdurub Tanrı dərgahında yer tutmuş Şahmar Əkbərzadənin kitabı işıq üzü görüb. Həmin kitabın nəşrinə Anar Eldaroğlu dəstək verib. Kitabın ön sözünün müəllifi və naşiri isə dəyərli Əlövsət Ağalarovdu. Yüks...
ANL
Məlum olduğu kimi, ədəbiyyat insanın, cəmiyyətin hisslərini, düşüncələrini obrazlı şəkildə əks etdirən söz sənətidir. Son illər, xüsusilə, poetik duyğuların daha obrazlı şəkildə ifadə olunması, əhval-ruhiyyənin emosional ifadə vasitəsilə təsvir edilməsi baxımından şairlərin yaradıcılığında poetik imkanların geniş...
ANL
Süleyman Rüstəmin Cənubi Azərbaycan xatirələri. Ağsaqqal kişi dedi ki, "neçə ay bundan qabaq qonşu kənddə zülmdən cana doymuş kəndlilərin mülkədar nökərlərilə qanlı toqquşması olub. Atışma zamanı bir güllə tüfəngin qundağını sındırıb, uşağın atasının ürəyinə dəyib. Uşaq ona görə bu tüfəngi vermək istəmir ki, ...
ANL
müasir dastançılığın ən gözəl nümunəsidir. Azərbaycan ədəbiyyatı dünyanın ən zəngin ədəbiyyatıdır. Əhalisinin say tərkibini mükəmməl qələm sahiblərinə nisbətdə müəyyənləşdirməklə bunu isbata ehtiyac olmadan sübuta yetirmək mümkündür. Ədəbiyyatın zənginliyi şifahi xalq ədəbiyyatı ilə yazılı mənbələrin vəhdətindən ...
ANL
O, əsl insan idi. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. (əvvəli ötən saylarımızda). Mən əvvəlcə içməkdən q...
ANL
Mehmangilin küçə qapısının ağzı. iki dilənçi gördüm bayaq. biri susaraq dilənirdi. əlimin cibimə ehtiyacı olmur. dəniz dalğalanır. aylıq maaşımızı hesablayıram. ödəyəndən sonra. bəs edəcəkmi bir ay dolanmağa. hava hikkəsindən qaralır... yolpulu qalxır deyirlər. bir çimdik duz az işlədək. yenə cibimizi sağır. yenə qanı...
ANL
Bahar Bərdəli. Dərs ilinin sonu idi. Kölgəli kənd orta məktəbində sonuncu sinfin sonuncu imtahanı gedirdi. Bütün müəllimlər - imtahanı olan da, olmayan da məktəbə yığışmışdı. Direktor bundan istifadə edib sonuncu pedşuranı da bu günə salmağı qərara aldı. Ona görə də fikrini müəllimlərə bildirəndə hamı bu təklifə yekdil...
ANL
"Ailə dəyərlərini simvollaşdıran kultlar" kitabı. "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 15 may - 10 sentyabr 2018-ci il tarixində "Ailə dəyərlərini özündə simvollaşdı...
ANL
Gürcüstan ədəbiyyatından danışanda ilk ağla gələn böyük şair Şota Rustavellidir. Amma müasir gürcü ədəbi dilinin və ədəbiyyatının əsas pay sahiblərindən (iki nəfərdən) biri yazıçı-şair, dramaturq, aktyor, jurnalist, maarifçi, mütəfəkkir, həmçinin Gürcüstan milli-azadlıq hərəkatının ideya rəhbərlərinin avanqardı...
ANL
Aləmin seyrinə gəl. Aləm Kəngərlinin "Naməlum adam" kitabı haqqında qeydlər. Onun bu sədiyanə mövqeyinin obyektiv səbəbi aydındır - Aləmin sənətdə ilk addımlarını atdığı 80-ci illərin ortalarına doğru aləmin nizamı pozulmağa başlamışdı. Amma "Qanun" nəşriyyatı tərəfindən işıq üzü görən kitaba ön söz yazmış görkə...
ANL
GÜLLƏ İŞIĞINDA. Qələndər Xaçınçaylının yeni kitabı. Ötən əsrin 80-ci illərindən başlayaraq şeir və məqalələrilə dövrü mətbuata gəlmiş Qələndər Xaçınçaylı fəaliyyətinin müəyyən dövrünü də "Ədalət" qəzeti ilə bağlamışdı. Ona görə də köhnə həmkar kimi onun yaradıcılıq yolunu izləyir və hər bir yeni uğuruna sevi...
ANL
Nə qəlbimdən çıxır, nə də başımdan, Şeir vurğunluğu,- Iqtisadiyyat. Biri nə müddətdi çörək ağacım, Süfrəmin bəzəyi neməti, varı. Misra çələnglərdən o biri tacım, Arzumdu qış-bahar solmasın barı. İlhamdan qəlbə toy, düyün düşəndə, Fidan misralarım qol-budaq atır, Beynimdə rəqəmlər düyün düşəndə, Şerimin yaşılı dadıma ça...
ANL
Boşanmış qadın. Evdən yığışıb gedir. Otağı tərk eyləyir. Güzgü önündə qadın. Gözü yerə dikilib. Həyat iki nəfərə. Mənə səndən keçib. Sənə aid olanlar. Mənim arxivimdədi. Ürəyimin içində. Neçə nömrəli yara. Sən indi təbaşirin. Lövhədə yeri kimi. Vacibsən, zərurisən. Mənim şeirlərimdə. Vərəqlərin yerinə, Qələmlərin yerin...
ANL
TÜRK DÜŞÜNCƏSİNİN İRFAN ÇOBANI. Mən onu iyirmi ildir tanıyıram və bu illər ərzində Azərin get-gedə yaşa dolduğunun, amma xasiyyətcə, xaraktercə qətiyyən dəyişmədiyinin şahidi olmuşam. Tanıdığım adamlardan biri də Azərdir ki, yaşa dolduqca daha da kamilləşir, məşğul olduğu peşənin, sənətin lideri olmağa can atır....
ANL
O, əsl insan idi. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. (əvvəli ötən saylarımızda). Donub qaldım. Qəşəm ya...
ANL
Mil Minarə şəhəri. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Azərbaycanın şimal hissəsində qeydə alınan qəd...
ANL
Xoşbəxtlik gələndə. qırıq xəyallar kimi. gözlərinin suyunda. Anlayırsan ki, xoşbəxtlik gələndə. bütöv gəlməli, tam gəlməli. Tofiq Abdinsizliyə. Bilmirsən sonrası. Qəfil hava çönür, yağış başlayır, ömrünə kədərdən naxış başlayır, dünənə bugündən baxış başlayır, elə bilirsən ki... göynəməlisən. Dodaqlarımda iki-üç ...
ANL
Məhkəmədə iş təzəcə başlamışdı. Bu hərəkətdə əslində dəftərxana müdirinin də gizli məqsədləri vardı. Bu da hörmət-izzət qazanmaq üçün göstərilən xidmətin, qayğıkeşliyin bir növü kimi ona xoş gəlirdi. Zənən xeylağının gəlişinə oxşayırdı. Bunu ayaqqabı səslərinın ritmik ahəngindən, hökmündən də bilmək olurdu. Dəftə...
ANL
Söhbət akademik Nizami Cəfərovdan gedir. Adətən hər bir yeni kitab oxucu üçün müəyyən maraq yaradır. Amma bu yenilkilərin içərisində bir xüsusi yaradıcılıq, araşdırma tələb edən məqam da var. Yəni seçilən ünvan, müraciət edilən mövzu hamının gözü önündədisə, onun barəsində yeni söz demək, onun yeni çalarlarını açıb ...
ANL
Elşad Miri “Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular”. Müsahibimiz fikirlərilə cəmiyyətdə birmənalı qarşılanmayan tanınmış ilahiyyatçı Elşad Miridir. Elşad Miri oxucuların və eləcə də bizim suallarımızı cavablandırıb. Adalet.az saytı Elşad Miri ilə müsahibəni sizə təqdim edir. Həcc ziyarəti paltaryuyan maş...
ANL
Bədii dil və musiqinin vəhdəti. Şəkidə köhnə tanışlarla birlikdə çay içib söhbətləşirdik. Onladan biri- Əməkdar Mədəniyyət İşçisi Vaqif Kərimov həmyerlimiz Şahid Əbdükərimov haqqında maraqlı söhbətlər etdi və bu ilin oktyabr ayının 30-da onun anadan olmasının 80 illiyi olacağı haqqında məlumat verdi. Vaqif Kərimo...
ANL
Kəbəmdir, pirimdir yurd yerim mənim. Hüseynəliyev. Doğma yurd yerinin həsrəti məni. Gözümün önündən getmir surəti, Gənclik illərimin sevgisi kimi. Allahım, yaşat sən bu məhəbbəti, Daima ilk eşqin dəlisi kimi. Vətən eşqi ilə döyünsün ürək, Arzu, diləyinə çatan günədək. Sonrası sənlikdir özün bilərsən, Demərəm bircə an ...
ANL
Müzahim İSMAYILZADƏ. Sanatoriyanın zirzəmisi Liliya Vasilyevnanın boyuna biçilmişdi, çox alçaq idi, qadının buralarda sərbəst hərəkət etməsinə baxma, şəxsən ona elə gəlirdi ki, indicə başı harasa toxunacaq, odur ki, qorxa-qorxa hərəkət edirdi. Pəncərənin bozarmış üzlərindən düşən işıq bəyaz qaranlığı düz xətt bo...
ANL
Yeni kitab barəsində qeydlərim. Bu gün bölgələrdə yazıb-yaradan ədəbiyyat adamlarının təkcə özəl həyat şəraitləri deyil, həm də yaradıcılıq mühitləri Sovet dönəmindən xeyli fərqlənir. Yəni bu qəbildən olan insanlar öz ictimai fəaliyyətlərində olduğu kimi, yaradıcılıq müstəvisində də sərbəstdilər, daha çox sözə...
ANL
Dar Ağacında heykəlləşən milli qürur. Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin 100 illiyi xatirəsinə. XX əsrdə dünyada cəmiyyətlərin feodalizmin qalığı olan monarxiya rejimlərindən demokratik dövlət modelinə keçid mərhələsi uğrunda böyük inqilablar baş verdi. Şərq aləmində bu inqilabın beş...
ANL
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Hər bir xalqın özünəməxsus tarixi var və bu tarix də zaman-zaman ar...
ANL
Lev Yaşinin ailəsini yaxından tanıyanlar arvadı Valentinanın digər məşhur idmançıların xanımlarına bənzəməyən, qızıl xasiyyətli olduğunu söyləyirdilər. O, çox sadə, sağlam düşüncəli, müasir futbolun görkəmli nümayəndəsinin sədaqətli və qayğıkeş həyat yoldaşıdır. Bununla belə, Valya Moskva komandaları arasındakı ...
ANL
Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na da...
ANL
BU İL AZƏRBAYCANIN ƏN GÖZƏL OPERA İFAÇILARINDAN OLAN ÜZEYİR BƏYİN. İnsan həyata gələndə ilk olaraq işığı hiss edir, yarıyumulu, bapbalaca gözlərini işığa zilləyir. İlk insanların günəşə sitayiş etdiyi, aya heyrətlə baxdığı, işığın nə olduğunu anlamaq üçün çaba göstərdiyi vaxtlardan min illər sonra fiziklər müəy...
ANL
HƏYATIMIN İFADƏSİ OLAN ŞEİRLƏR. silsiləsi barəsində düşüncələrim. Ötən həftənin "Ədəbiyyat" qəzetini gözdən keçirirdim. Və bu oxunaqlığın da əsas səbəbləri, mənim zənnimcə, bu qəzetin sözün bütün sahələrinə diqqət ayırması və yaradıcı mühitə daha çox yaxınlaşmasıdı. Sadəcə sözgəlişi fikrimi oxucu yaddaşına bir t...
ANL
Qiymətli tədqiqat işi. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Ədəbi-mədəni həyatımızda bu gün olduğu ki...
ANL
Budəfəki müsahibimiz tanınmış ilahiyyatçı, din xadimi Hacı Şahin Həsənlidir. Elşad Miriyə verdiyimiz sualları ona da ünvanladıq. Adalet.az müsahibəni sizlərə təqdim edir. - Hər il müxtəlif ölkələrdən bir xeyli adam Həcc ziyarətinə göndərilir. Ümumiyyətlə, Həcc ziyarəti İslam dinindən gələn adət-ənənədir, yoxsa ...
ANL
Alman-faşist işğalçılarına qarşı keçirilən hərbi əməliyyatlarda yaxından iştirak edib. Onun əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub. Dişi canavar artıq neçənci dəfə idi ki, yenidən dağın yoxuşundan yerə enirdi. Balalarını əmizdirməkdən tamam zəifləmişdi, aclıqdan gözləri od saçırdı. Yenə də aclıqla...
ANL
Çətin məqamlarda özünü sına, Qütbü də dolaşıb gəz yana-yana;. Sərvətlər ölkəsi Azərbaycana! Üzmə qanununu kəşf edən zaman. Uşaq tək sevinib, qaçıb Arximet. Dünyanın hələ də dərd-səri çoxdur, Qayğılı axşamı, səhəri çoxdur. Batan gəmilərin müsibətindən. Yaxşı ki, alimin xəbəri yoxdur! Fəzadan bəhs edən roman yaradıb. Efi...
ANL
Dan ulduzu doğanda, sən yuxudan oyandın, Xəzərdə dalğaların, qarşısında dayandın. Xəzər çox çalışsa da, qamətini əymədi, Qollarında güc görüb, özün daha öymədi, Tikdiyin buruqlara, səndən qorxub dəymədi, Zəhmətinin bəhrəsi gətirdi bol-bol çörək, Bu gün sənin günündü, bu bayramın mübarək. Demədim. Kor olsun gözləri...
ANL
HƏYATA YENİ GƏLİŞİNİZ MÜBARƏK. Tanınmış ziyalı, yazıçı-publisist, el ağsaqqalı Miryavər Hüseynova açıq məktub. Hörmətli Miryavər müəllim! 80 yaşınızın tamam olmasını eşidib bu münasibətlə bir yazı hazırlamaq, sizi təbrik etmək istədim, ancaq bu fikrimdən tez daşındım. qərara aldım ki, düşündüklərimi açıq məktu...
ANL
"Prokurorluq orqanı hüquq - mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaq üçün və qanun əsasında cinayətkarın cinayətkar olduğunu sübut etmək üçün əsas vasitədir. Prokurorluq peşəsi hörmətli, şərəfli peşədir. Prokurorluq işi yüksək int...
ANL
DƏDƏ ŞƏMŞİRİN HİKMƏT DÜNYASI. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Saz bizim ən qədim musiqi alətimi...
ANL
"Prokurorluq orqanı hüquq - mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaq üçün və qanun əsasında cinayətkarın cinayətkar olduğunu sübut etmək üçün əsas vasitədir. Prokurorluq peşəsi hörmətli, şərəfli peşədir. Prokurorluq işi yüksək int...
ANL
ZİYALI ÖMRÜNÜN İŞIĞI. Belə ziyalılardan biri də İsmayıl Ələkbərov idi. O gözəl insanı, o vətənpərvər şəxsiyyəti, müəllim adını daha da şərəfləndirən o böyük və işıqlı ürək sahibini təkcə doğulub boya-başa çatdığı Gədəbəydə yox, Şəmkirdə, Tovuzda da yaxşı tanıyırdılar. Bilənlər bilirlər. Bilməyənlərə demək ist...
ANL
Şeirləri dilimizə Dayandur Sevgin çevirib. İZTİRAB. Sevgi verdim sənə həddən ziyada. Dözdüm həsrətinə, ağrılarına. Qaş qabaq eledin üzün gülmədi, Qəlbimi mən sənə açdığım zaman. Bir şəfqət vermədin, gözün gülmədi. Al-yaşıl bağçamı eylədin xəzan. Görürmü göylərə yüksələn ahı? Sevənin qəlbiylə məzələnrlər, Tanrı bağ...
ANL