text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
istiqaməti üzrə görülən işlər. Sağlam təhsil texnologiyalarına verilən əsas tələblər layihənin elmi məsləhətçisi, Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, professor Vladimir Filippoviç Bazarnıy tərəfindən təqdim edilib. Bu müddət ərzində sağlam təhsil texnologiyalarının nəzərdə tutulduğu şəkildə tətbiqinə... | ANL |
"Sağlam təhsil sinif"ləri şagirdlərdə bir. sıra problemlərin azalmasına zəmin yaradır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Təhsil Texnologiyaları Mərkəzi ilə birgə reallaşdırdığı "Sağlam təhsil - sağlam millət" layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin ekspertlər qrupu təhsilalanların fiziki v... | ANL |
Şərəfli, ləyaqətli alim ömrü. Əslində alimliklə bərabər həm də müəllim ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur. Çətin və keşməkeşli, enişli, yoxuşlu həyat yolundan keçərək zirvələri fəth edən, ömrünün 75-ci baharına qədəm qoyan bu şəxs həm də gözəl insan, el ağsaqqalıdır. Haqqında söhbət açdığımız şəxs Bakı Dövlə... | ANL |
Tarix dərslərində interaktiv. texnologiyaların tətbiqi. Müəllimlərin hazırladığı rəqəmsal interaktiv. tədris resurslarının (RİTR) təhlili. Ötən məqaləmizdə müasir dərsin və interaktiv resursların vacib mərhələləri. olan motivasiya və tədqiqat sualının qoyulması məsələləri şərh olunmuşdu. Bu yazımızda isə interaktiv tap... | ANL |
Ədəbiyyatın aktual məsələlərinə. həsr olunmuş dərs vəsaiti. İstedadlı filoloq alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Pərixanım Soltanqızının bu günlərdə yeni kitabı çapdan çıxıb. "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis şəkildə çapdan buraxılmış kitab "Klassik və müasir ədəbiyyatın a... | ANL |
Çiçəkləmək istəyən arzuların. Çağdaş Azərbaycan mətbuatında özünəməxsus yeri və rolu olan "Tumurcuq" qəzeti 20 yaşını qeyd etməyə hazırlaşır. Azərbaycan uşaq mətbuatının yaşı bir əsrdən çoxdur. Həmin məcmuələr görkəmli Azərbaycan ziyalılarının qayğısı sayəsində yaşamış, uşaq ədəbiyyatının balacalara çatdırılmasında böy... | ANL |
Balaca Həsənbala doğulduğu ailədə anasının əməksevərliyinə və hədsiz qayğıkeşliyinə elə isinmişdi ki, adi iş üçün həyətə düşəndə, mətbəxə gedəndə onun əlindən yapışıb ardınca yollanardı. Anaların və uşaqların naləsi, qışqırtısı, göz yaşları, qar və buz üstündə yalın ayaqlarının donması, erməni vəhşilikləri ilə körpələr... | ANL |
Səni axtarmağı sevirəm. Necə sevirmişəm axtarım səni, Gözlərim dörd gəzsin səni hər yerdə. Başqası özünə dərd eləyərdi, Mənsə, vurulmuşam bu acı dərdə. Sevirəm arxanca düşdüyüm zaman, Keçdiyin yollarda qalan qoxunu. Sevirəm gecələr yatdığım zaman, Dəvətsiz gəldiyin şirin yuxunu. Səni axtarmağı sevirəm ancaq, Bəlkə də r... | ANL |
Azərbaycan əsgərinə. Dan yeridi son damla qan, Doğulan danına söykən! Meydan Vətən meydanıdı, Dayan, meydanına söykən! Dəli nərən qırılmasın, Qızıl qanın qaralmasın. Vuran qolun yorulmasın, Oğuzun şanına söykən! Mərd oğullar candan keçib, Haqq deyib, divandan keçib. Ərlik sənə qandan keçib, Babanın qanına söykən! Dar g... | ANL |
Müəllim ömrü. Ən parlaq ulduzdu, nur saçan aydı, Dalğalı dənizdi, ləpəli çaydı, Ömrü ömürlərə paylanan paydı, Safdı, müqəddəsdi müəllim ömrü! Həlimlik gözünün qarasındadı, Əzizlik qəlbinin parasındadı, Hər an şagirdlərin arasındadı, Kövrəlmiş bir səsdi müəllim ömrü! Günəş hərarətli, dağ vüqarlıdı, Saçları dalğındı, bəy... | ANL |
Mənim ağrılarım. dünyanın heç bir dilinə tərcümə edilə bilməz. Bizi cərgə ilə düzdülər. Sonra güllələdilər. Bir-birinə top atırdı uşaqlar. Susdular qaçdılar. Sonra biz qaçdıq. Saçımız ilişdi barmaqlıqlarda, Saçımızı qoyub qaçdıq. Mənim sükutum. dünyanın heç bir dilinə tərcümə edilə bilməz. Bizi cərgə ilə düzdülər. Sonr... | ANL |
Qanunvericilik bazası təkmilləşdirilməkdədir. İnsan hüquqları üzrə Milli Fəaliyyət Proqramı uzunmüddətli inkişafa xidmət edən strategiyanın tərkib hissəsidir. Müstəqilliyin bərpa edilməsindən sonrakı illər ərzində ölkəmizdə insan hüquqlarının təminatı və cəmiyyətimizin müasir inkişafı naminə son dərəcə vacib və mühüm q... | ANL |
Qadın hərəkatı günbəgün genişlənir. Nurlana Əliyeva: «Vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsində qadınların rolu artmaqdadır». «Hazırda qadınlarımızın müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarınd... | ANL |
Müasir cəmiyyətdə siyasi fəallıq əsas faktordur. Cəmiyyətin müxtəlif sosiomədəni tipləri özünəməxsus dəyərlərə malikdir. Cəmiyyətdə sosial-siyasi fəallığı universal xarakterli qarşılıqlı fəaliyyət prosesləri ilə yanaşı öyrənmək lazımdır. İnkişaf, hərəkət və dəyişiklik yalnız predmet və hadisələrin qarşılıqlı təsiri zam... | ANL |
Söz azadlığı vətəndaş cəmiyyətinin əsasını təşkil edir. Hüquq və azadlıqlar içərisində vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək hüququ əsas yer tutur. Bu gün vətəndaşların siyasi proseslərdə fəal iştirakını siyasi hüquq və azadlıqlar təmin edir. Bütün bunlar vətəndaş cəmiyyəti və hüquqi dövlə... | ANL |
Cəmiyyətdə ailə institutu günbəgün möhkəmləndirilir. Komitə sədri: «Vətəndaşların hüquqi mədəniyyət səviyyəsinin yüksəldilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xüsusi rolu var». «Bu gün gender siyasətinin daha da inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası, gender bərabərliyi və qadın hüq... | ANL |
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. Hər il martın 31-də Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Ulu öndərHeydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən qeyd edilən bu qətliam Azərbaycan xalqının tarixində faciəli hadisələrin xalq yaddaşında təzahürüdür. İki əsr ərzində Azərbayca... | ANL |
Uşaqların hüquqlarını bilməsi üçün maarifləndirməyə ehtiyac var. Mövcud qanunvericilik qadın və uşaqlara insan hüquqlarının qorunması ilə bağlı bütün imkanları yaradır. Bu gün Azərbaycanda uşaq və qadınlar cəmiyyətin müdafiəyə daha çox ehtiyacı olan təbəqəsi kimi tanınır. Azərbaycanın mövcud qanunvericiliyi həm qadınla... | ANL |
Azərbaycana qarşı qərəzli yanaşmalar ortaya qoyulur. Millət vəkili: «Ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub». «Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub». Bunu Milli Məclisin deputatı Nəriman Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan son illər sürətlə inkişaf ... | ANL |
Vətən onu sevənlərin məskənidir. Gənc nəslin vətənpərvərlik hisslərinin və hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi prioritet vəzifələrdən biridir. Bu gün gənc nəslin milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin və hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi dövlətin qarşısında duran prioritet... | ANL |
Uşaq yaşlarımda anam mənə çox nağıl danışıb. Lap çox... Onun danışdığı nağılları dəfələrlə eşitsəm də, hər dəfə sakitcə oturub, maraqla qulaq asardım. Çünki anam bu nağılları elə maraqla danışardı ki, elə bil özü də bu nağılların iştirakçısı olmuşdu. Elə bil bu hadisələr onun öz başına gəlmişdi... Amma nağıllardan birı... | ANL |
Ədalətli ictimai baxışların təbliği önə çəkilməlidir. İnsan haqlarının qorunması demokratik quruluşlara xas olan keyfiyyətdir. Demokratiya hər hansı bir cəmiyyətin özünüdərketmə və özünüifadə formalarından biridir ki, bu da ilk növbədə fərdin azadlığını nəzərdə tutur. Çünki cəmiyyət, xalq, millət, toplum və qrup – bütü... | ANL |
İnsan hüquqları ideyasına əsaslanan demokratiya. Demokratik cəmiyyətdə insana qayğı yüksək, ali məqsəd sayılır. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiya və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. İnsan hüqu... | ANL |
Qadınlar cəmiyyətin fəal və aparıcı üzvünə çevrilib. Azərbaycanda qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edilib. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu d... | ANL |
İnsan hüquqları anlayışı toxunulmaz statusa malikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan bu gün olduğu kimi gələcəkdə də insan hüquqları sahəsində çox böyük uğurlar əldə edəcək. Son vaxtlar illərlə düşmənçilik mövqeyində olan bəzi dövlətlər arasında xeyli yaxınlaşmalar müşahidə olunmaqdadır. Bir-birindən asılı olan ... | ANL |
QHT-lər vətəndaş cəmiyyətinin əsas atributudur. Vətəndaş cəmiyyətinin formalaşması, hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi prosesi şəxsiyyətin inkişafına təsir edən məsələlərdəndir. QHT-lər dövlətdən asılı olmayan təşkilat olmaqla, həmin dövlətin müəyyən qisim vətəndaşlarını özündə birləşdirən birliklərdi... | ANL |
Uşaqların xüsusi qayğıya hər zaman ehtiyacı var. İnsan hüquqlarının müdafiəsi sahəsində xüsusi diqqət cəlb edən məsələlərdən biri də uşaq hüquqlarının müdafiəsidir. Müasir dövrdə insan haqları anlayışı demokratik cəmiyyət quruculuğunun başlıca meyarlarından hesab olunur. İnsan hüquqlarının müdafiəsi sahəsində xüsusi di... | ANL |
Hər bir fərdin informasiya almaq hüququ var. Ombudsman: «İnformasiya azadlığı insan hüquqlarının təminatçısı olan cəmiyyətin mühüm xüsusiyyətidir». Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə ictimai həyatda məlumatlandırmanın xüsusi çəkisinin yüksəlməsi, informasiya cəmiyyəti qurulması prioritet istiqamətlərdən biridi... | ANL |
İnformasiya müharibəsində qalib bizik! Vətəndaşlarımızın siyasi fəallığının artırılması hər zaman prioritet olmalıdır. Bu gün dünyamızda cərəyan edən proseslər əsas verir ki, hər bir dövlətin ən başlıca vəzifələrindən biri, onun öz informasiya məkanına nəzarət etməsi uğrunda mübarizəsi olsun. Dövlətlər onların məqsədlə... | ANL |
Hər bir insan yaşamaq hüququna malikdir. Ömürlük azadlıqdan məhrum etmə cəzasının ölüm cəzasını əvəz etməsi insan hüquqlarının təmin edilməsi yolunda atılmış uğurlu hüquqi addım idi. «Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir». 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan hüquqları bəyanna... | ANL |
Hər kəsin şərəf və ləyaqətini qorumaq hüququ var. Beynəlxalq Pakta görə, insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəllələşdirən və ümu... | ANL |
Nazir təhsildə yüksək nəticə. qazanmış tələbələrlə görüşüb. Sentyabrın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində təhsil naziri Mikayıl Cabbarovun təhsildə yüksək nəticə qazanmış tələbələrlə görüşü keçirilib. Görüşdə Bakı ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrini - Gəncə, Abşeron, Bərdə, Qəbələ, Cəbrayıl, Zaqatala... | ANL |
Azərbaycan təhsili yeni. dərs ili ərəfəsində. Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin Avrop... | ANL |
Təhsil Nazirliyi cavab verir. Hüquqi məsələlər. Sual: Əvəzçilik qaydasında əmək fəaliyyəti ilə məşğul olmanın proseduru necədir? Cavab: Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzç... | ANL |
Ötən dərs ilində təhsil müəssisələrinə 9. min ədəd kompüter və noutbuk verilib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın dördüncü strateji istiqaməti müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət üzrə görüləcək... | ANL |
Azərbaycan Dövlət Aqrar Universiteti. "Mənim universitetim" layihəsinin budəfəki hədəfi. Azərbaycan Dövlət Aqrar Universitetidir. Aqrar Universitet 6 tədris korpusundan ibarətdir. Hazırda universitetdə struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya ... | ANL |
Təhsil işçilərinin sentyabr konfransları. Şuşa təhsil işçilərinin dərs ili qabağı sevinci. Şuşa rayonu təhsil işçilərinin sentyabrın 9-da Bakıdakı 276 nömrəli tam orta məktəb-liseyin akt zalında keçirilən ənənəvi konfransında iştirak edən müəllimlərin, rayonun rəhbər işçilərinin simasından bir sevinc və məmnunluq hissl... | ANL |
üzrə eksperimentə başlayır. Seçilmiş tədris ocaqları buna hazırdırmı? Son illər ölkəmizdə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biri də tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayüllər üzrə təşkilinə başlanılmasıdır. 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan ... | ANL |
Azərbaycan təhsil sistemində ilk dəfə... ADU-nun 10 tələbəsi universitet hesabına Çində təhsil alır. Ölkəmizin təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universiteti qarşısında qoyduğu bütün vəzifə və öhdəlikləri layiqincə yerinə yetirir. Universitet inkişaf prosesində uğurla addımlayan ölkəmiz üçün xar... | ANL |
"Bu uğurumda təhsil aldığım. məktəbin xidməti çox böyükdür". Müsahibimiz 700 bal toplayan tələbə Əli İsgəndərovdur. Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyi bitirib. I sinifdən XI sinfə kimi bütün fənlərdən əla qiymətlər alıb. Abşeron rayonu üzrə riyaziyyat fənni olimpiadalarında birinci yeri tutub... | ANL |
"Ən yüksək bal topladığımı. eşidəndə çox sevindim". Müsabiqənin birincisi Firuzə Kərimli ilə söhbət. Artıq bir neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir. Nəticədə müsabiqənin hər 3 mərhələsini uğurla başa vuran 2445 müəllim v... | ANL |
ölkələrində nə vaxt başlayır? Ölkəmizdə yeni dərs ilinin başlanmasına günlər qalıb. Dünyanın bir sıra ölkələrində isə yeni dərs ili ənənəyə uyğun olaraq sentyabrın 1-də başlayır. "Bilik günü"nün dünyanın ayrı-ayrı ölkələrində fərqli vaxtda və fərqli qaydada keçirilməsi ənənəsi də vardır. Beləliklə də dünya ölkələrində ... | ANL |
Məşhur ingilis dramaturqu Şekspirin müdrik fikirlərindən birini xatırlamaq istərdik: "Həyat bir səhnədir, insanlar isə aktyorlar. Həqiqət də budur ki, yaxşılar el-obanın, xalqın hörmət və məhəbbətini qazanır, müxtəlif peşə və sənət sahibi olmaqla təbiətin, kainatın sirlərini açmağın yollarını öyrənən insanlar kimi uca ... | ANL |
Beynəlxalq müsabiqələr laureatı. Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində əməkdar müəllim Tamilla Məmmədovanın sinfində fortepianonun sirlərinə dərindən yiyələnir. Gənc yeniyetmə 10 yaşında olarkən Polşanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə keçirilən Şopen müsabiqəsində uğurlu çıxışına görə diplo... | ANL |
Yanvarın 4-də Türkiyənin Qars vilayətində Sarıkamış şəhidlərinin xatirəsinə həsr olunmuş yürüş təşkil olunub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Sarıkamış şəhidlərini anma yürüşündə Türkiyənin dörd bir tərəfindən gəlmiş 7-dən 70-ə hər yaşdan olmaqla 30 min adam iştirak edib. O şəhidləri ki, 100... | ANL |
Gənclər Azərbaycanın gələcəyidir. Gənclərin sosial və siyasi fəallığının artırılması dövlətin gələcək inkişafının təməl prinsiplərini təşkil edir. Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı milli dövlət quruculuğu vəzifəsini həyata keçirməyə başladı. Bu yolda atılan addımların nəticəsidir ki, Azərbaycan dövləti dax... | ANL |
“Ulduz” filminin KADRARXASI. Aktyorlar bir-birinə düşmən kəsilibmiş. Modern.az saytı “Kadrarxası” layihəsinin növbəti sayını təqdim edir. Bu dəfə “Kadrarxası”nda yarım əsrlik tarixi olan “Ulduz” filmidir. Həmsöhbətimiz hər kəsdən küskün olduğunu dilə gətirən, hamının “Nazik” deyə xatırladığı Məleykə Ağazadədir, “Ulduz”... | ANL |
İlk olaraq bu münasibətlə sizi və kollektivinizi təbrik edirik. - İlk növbədə təbrikə görə təşəkkürümü bildirirəm. “İki sahil” qəzeti yarandığı gündən etibarən söz və mətbuat azadlığının verdiyi imkanlardan sui-istifadə etməyib. Müqəddəs jurnalistika ənənələrinə sadiq qalıb, daim dövlətin, dövlətçiliyin və milli ... | ANL |
Müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olmuş “İki sahil” qəzetinin yaranmasının 25-ci ildönümü tamam olur. Fəaliyyətinin ilk dövrlərində çox gərgin ictimai-siyasi proseslərə və üzləşdiyi çətinliklərə baxmayaraq, “İki sahil” qəzeti jurnalistikanın əsas prinsiplərinə əməl edərək, cəmi... | ANL |
Azərbaycanın Baş nazirinin müavininə Yaponiyanın geniş lentli “Gündoğar” ordeni təqdim edilib. İyulun 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifova Yaponiya hökumətinin 2016-cı il Yaz Mövsümü Əlahəzrət İmperator Mükafatının təqdim olunması mərasimi keçirilib. Azərbaycan Respublikası Baş nazir... | ANL |
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47 ili tamam olur. Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, müasir müstəqil Azərbaycan ... | ANL |
Çünki, həddindən artıq ictimaiyyətçi, gümrah və yaşadığımız məhəllədə bütün məsələrdə hamıya yardımçı olan, hamının qeydinə qalan Əzizə xanım yaşından çox cavan görünür. O, bu gün həmin sumqayıtlılardandır ki, əfsanələrdən yaranan və bir vaxtlar “göylərə meydan oxuyan” şəhər onun gözləri qarşısında tikilib. Ata... | ANL |
Həbsxanada bəy qızına vurulan azərbaycanlı aktyorun qəribə taleyi. Xalq artisti Rza Əfqanlı Azərbaycan səhnəsinin əfsanəvi aktyorlarındandır. Amma onun haqqında çox şeyləri bilmirik. Əməkdar artist Əli Nurzadə azvision.az-a müsahibəsində Rza Əfqanlı ilə ilk tanışlığı, birgə işləməsi, xatirələri haqqında söhbət açıb. Mə... | ANL |
HƏLL EDIB, TAĞIYEV, YOXSA... Görkəmli Azərbaycan sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin fəaliyyətinin bir qolunu Bakı şəhərinin su təchizatı probleminin həllində yaxından iştirak təşkil edirdi. Altun.az teleqraf.com-a istinadən xəbər verir ki, indiyədək bu fəaliyyətin əsasən bir istiqaməti - H.Z.Tağıyevin... | ANL |
Uşaq ədəbiyyatına dəyərli töhfə verən şair. Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri də şair İlyas Tapdıqdır. 1934-cü ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yar... | ANL |
“Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu qərar YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycan və İranın birgə təqdim etdiyi nominasiya qəbul edilib. Azərb... | ANL |
Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb. Bu ildən etibarən ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəş... | ANL |
Musiqi məktəbində “Səslən tarım” adlı tədbir keçirilib. Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində “Səslən tarım” adlı tədbir çərcivəsində xalq artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyevlə görüş və ustad dərsi keçiril... | ANL |
“Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının dahisi kimi”. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda“Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının dahisi kimi” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev dahi Azərbaycan şairi Ni... | ANL |
Azərbaycan mədəniyyəti Yaponiyada təbliğ olunur. Böyük, qədim tarixə və zəngin mədəni irsə malik olan Azərbaycan öz mədəniyyəti, adət-ənənələri, qonaqpərvərliyi ilə həmişə dünya xalqlarının diqqət mərkəzində olub. Belə ki, türk xalqlarına yaxın olan yaponlar da indiyə qədər öz adət-ənənələrini əzəmətlə qoruyub saxlayıb... | ANL |
Rus Dram Teatrında əfsanəvi “Mixaylo”nun yubileyi qeyd edilib. Rus Dram Teatrında əfsanəvi “Mixaylo”nun yubileyi qeyd edilib. Dekabrın 19-da Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycanın və Rusiya... | ANL |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərdən daha 130 nəfəri istirahətə yola salınıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 50 nəfəri Quba rayonunda, 80 nəfəri isə Xaçmaz rayonunda (Nabran) yerləşən istirahət mərkəzlərində dincəl... | ANL |
Yunus Oğuzun daha bir tarixi romanı işıq üzü görüb. Müəllifin “Atabəy Eldəniz” adlı kitabı Yunus Oğuzun sayca 7-ci tarixi romanıdır. Kitaba ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, millət vəkili İsa Həbibbəyli və filologiya elmləri doktoru, akademik, AMEA-n... | ANL |
Musiqili Teatr İrandan qayıdıb. Azərbaycan Dövlət Musiqili Teatrının İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfəri başa çatıb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehra... | ANL |
Bir düz xəttin yanındakı nöqtədən həmin xəttə yalnız bir paralel xətt çəkə bilərsən. Min illərdir ki, elm bu və ya digər aksiomlara dayaqnalaraq ixtiralar edir. O da var ki, bir düz xətt onun yandakı nöqtədən həmin düz xəttə istənilən qədər əyri xətt çəkmək olar. Bu əyri xətlər üzərindəki ixtiralar isə məhvə məhkumdur.... | ANL |
Bir düz xəttin yanındakı nöqtədən həmin xəttə yalnız bir paralel xətt çəkə bilərsən. Min illərdir ki, elm bu və ya digər aksiomlara dayaqnalaraq ixtiralar edir. O da var ki, bir düz xətt onun yandakı nöqtədən həmin düz xəttə istənilən qədər əyri xətt çəkmək olar. Bu əyri xətlər üzərindəki ixtiralar isə məhvə məhkumdur.... | ANL |
Heydər Əliyev Fondu uşaqların ən böyük himayədarına çevrilib. Nəsimidə xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilib. Yeniyetmələrin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Məktəblilərin yay tətili günlərinin m... | ANL |
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun 60 illik yubileyinə həsr olunmuş tədbir və akademik Nizami Cəfərovun "Afaq Məsud dünyası" monoqrafiyasının təqdimatı keçirilib. SalamNews xəbər verir ki, tədbirdə... | ANL |
Bakıda dahi rus şairi Puşkinin ildönümü qeyd edilib. Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 216-cı ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və “Sodrujestvo” Cəmiyyətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq böyük rus şairinin abidəsi önü... | ANL |
“Naxçıvan dialekt və şivələrinin lüğəti”. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən “Report”a verilən məlumata görə, bu günlərdə isə regionun dialekt və şivələrini öyrənilməsi istiqamətində aparılan araşdırmaların və dialektoloji ekspedisiyaların nəticəsi olaraq daha bir kitabın nəşri həyata keçirilib. Belə ki, A... | ANL |
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti layihəyə start verib. Teatrdan verilən məlumata görə, “3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış simaları üç gün ard-arda tamaşaçıların görüşünə gələcəklər. Bu dəfə xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların qarşısına çıxacaq. “3... | ANL |
Xaqaninin həyatında müəyyən dövrü Şabranla bağlıdır. Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Şabran rayon İcra Hakimiyyəti Şabran şəhərində böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaniyə həsr olunmuş e... | ANL |
Ömrünü Cavidşünaslığa həsr etmiş alim. Bu günlərdə filologiya elmləri doktoru, professor Cavidşünas, filoloq-tarixçi Əjdər Tağıoğlunun (İsmayılov) “Elm və təhsil” nəşriyyatında “Dünya romantizm ənənələri və Hüseyn Cavid” adlı kitabı yenicə işıq üzü görmüşdür. Cavidşünaslıqda müstəsna yeri olan bu kitab 1983-cü ildə kir... | ANL |
Şuşasız keçən 25 il... Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 25 il ötür. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də ax... | ANL |
Dövlət Gənc Tamaşaçılar Teatrının yenilikləri beynəlxalq mətbuatda. Məlum olduğu kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2011-ci ildən Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in üzvüdür. Dünyanın 105-dən artıq aparıcı ölkəsinin teatrlarının üzv olduğu bu nüfuzlu qurumun hər ay elektron formatda aylıq bülle... | ANL |
İlk fərqli biblioqrafiya. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin yalnız bir ildəki elmi fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli. AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabda akademik İ.Həbibbəylinin təkcə 2016-cı ildəki çoxşaxəli elmi fəaliyyətinə işıq salınıb... | ANL |
Gürcüstan Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdırdı. Gənc Tamaşaçılar Teatrının qonağı olan Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan səfə... | ANL |
Slavyan Universitetində rus dili ilə bağlı kitabların təqdimatı olub. Yenixeber.org: “Literatura” dərsliyi və “Müəllimlər üçün vəsait” lə bağlı BSU-nun prorektoru, professor Telman Cəfərli çıxış edərək kitab üzərində iş prosesi, kitabın məziyyətləri barədə məlumat verib. O, dərslik və metodik vəsait hazırlanərkən yeni ... | ANL |
Maarifpərvər ziyalılarımızın lıəyaqətli davamçısı . Görkəmli alim Kərim Məmmədov ömrünün yarım əsrdən çoxunu pedaqogika elminin inkişafına sərf edib. Ulu Borçalı tarix boyu onlarla tanınmış şəxsiyyət, ziyalı, ictimai-siyasi xadim yetişdirmişdir. Dünya elminə, ədəbiyyatına töhfələr vermiş alimlər, yazıçılar, şairlər ara... | ANL |
Azərbaycanlı alimlər Ərzincan elmi simpoziumunda . Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklorunun dünyanın digər xalqlarının folkloru, xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə ardıcıl olaraq məşğul olur. Bu baxımdan Folklor İ... | ANL |
Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına yeni kitablar daxil edilib. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna üç yeni kitab - 1907-ci ildə Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan “Kərbəla yanğısı” əsəri, 1922-ci ildə Camo ... | ANL |
Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor, Pedoqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli alim Rafiq Novruzovun Maksim Tank adına Belorus Dövlət Universitetinin professoru Anatoli Girutski ilə birgə yazdığı və Moskvanın məşhur “Flinta” nəşriyyatı tərəfindən nəşr edilmiş “Elm və din” adlı ... | ANL |
Musiqili Teatrının Əməkdar artistının Boris Qrafkinin 80 illik yubileyi qeyd olunub. Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Boris Qrafkinin 80 yaşı tamam olub. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu SİA-ya bildirib ki, təqribən 60 ildir ki, Musiqili Teatrın rus bölməsində aktyor və rejissor kimi... | ANL |
Görkəmli sənətkarın xatirəsi yad edilib. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan mədəniyyət sarayında Xalq Artisti, aktyor Eldəniz Zeynalovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə iştirakçılar sarayın foyesində Eldəniz Zeynalovun həyat və yaradıcılığını ə... | ANL |
Kolumbiyalı yazıçı ilə AMEA-da görüş keçirilib. İsa Həbıbbəyli : Kolumbiyada Azərbaycan Ədəbiyyatının tanıdılmasını ehtiyac var. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kolumbiyalı yazıçı, professor Konrado Zuluaqa ilə görüş keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa ... | ANL |
Beynəlxalq uşaq kitabı günü keçirilib. 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da qeyd olunub. Kitabxanada beynəlxalq uşaq kitabı gününə həsr olunmuş kitab sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova bu günün əhəm... | ANL |
Dilsuz müəllimlə çay süfrəsinə oturmuşduq və ədəbiyyatla bağlı maraqlı söhbət edirdik. Şair Dilsuzun şeirlərinə nəzər yetirir, onun haqqında yazılan yazıları vərəqləyirdim.Bu zaman Dilsuz müəllim mənə bir neçə şəkil təqdim etdi və maraqla şairin şəkillərinə baxdım. Şəkillər içərisində Aşıq Şəmşirin fotosuna ra... | ANL |
Məmməd Kazımın ədəbi dünyası (Elegiya) - Ağalar İdrisoğlu. Eşidəndə ki, Cənub bölgəsində ədəbiyyatın, jurnalistikanın ağsaqqallarından biri, dəyərli ziyalı, böyük vətənpərvər insan Məmməd Kazım dünyasını dəyişib, açığı bu mənə çox pis təsir elədi. Onun xəstə olduğunu bilirdim. Hətta danışmışdıq ki, rayondan Bakıya gəti... | ANL |
ADU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib. Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad ... | ANL |
Gəncədə Mir Cəlal Paşayevin ildönümü qeyd edilib olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü münasibətilə görkəmli elm xadiminin Gəncədəki ev-muzeyində tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tə... | ANL |
baxış müstəvisində. Hər bir milli mədəni düşüncə sistemində onu hərəkətə gətirən, fasiləsiz həyat enerjisi ilə təmin edən və eyni zamanda, həmin sistemin kimlik simvoluna çevrilən məna vahidləri var. Nizami, Füzuli, Xətai... kimi adlar azərbaycanlı düşüncəsində mədəni milli kimliyin açar işarələri olduğu kimi, ey... | ANL |
O, əməliyyat etdiyi gözə son tikişlərini vururdu. Əməliyyat şöbəsinin baş tibb bacısı ona yaxınlaşıb yavaşca dedi: – Mənə indi çatdırdılar, “şef” sizi əməliyyatdan sonra kabinetinə dəvət edir. Göz cərrahı Kamil Quliyev gözlərini əməliyyat mikroskopundan ayırıb, bütün personala uğurlu keçən əməliyyata görə təşəkkü... | ANL |
Tarixən hökmdarlar, böyük dövlət xadimləri, öz əməli ilə yadda qalır, xalqın taleyində oynadığı əhəmiyyətli rola görə əbədiləşir, ölməzləşir. Bir də elm, ədəbiyyat, incəsənət xadimləri, şairlər, yazıçılar öz əsərləri ilə əbədiyaşarlıq qazanır, ölməzliyə qovuşur. Hər iki məziyyəti özündə birləşdirən belə tarixi ş... | ANL |
əvvəli ötən sayımızda. Bu sözləri dinlədikcə o, valideynlərini, çoxsaylı müəllimlərini, həmpeşə dostlarını minnətdarlıqla xatırladı. Sürücünün səsi onu fikirlərindən ayırdı: – Doktor, mənim sizdən şəxsi xahişim olacaq. Xahiş edirəm, ona baxasınız. Onsuz da məndən şöbədəki xəstələrə baxmağımı xahiş edirlər. Göz ... | ANL |
Naxçıvanın zəngin tarixinin. Naxçıvan Muxtar Respublikasında əkinçilik çox qədim tarixə malikdir. I Kültəpə, Uçan ağıl, Ovçular təpəsi, Zirincli yaşayış yerləri və digər qədim ərazilərdə aparılan arxeoloji tədqiqatlar Neolit, Eneolit dövrlərində Naxçıvanda əkinçilik mədəniyyətinin mövcudluğunu, eləcə də dənüyüt... | ANL |
“Azərbaycan dünyada tolerantlığın məkanıdır”. Fonddan Trend-ə verilən məlumata görə, qurumun "İl boyu bilik" proqramı şərçivəsində tədbir Qəbələ rayonunun Nic qəsəbəsindəki yeni açılan “Azərbaycan Udi Ocağı” mədəniyyət mərkəzində keçirilib. “Azərbaycan dünyada tolerantlığın məkanıdır” mövzusunda təşkil olunan “... | ANL |
İlyas Tapdığı öncə uşaq şeirlərinin yaradıcısı kimi tanıdım, sevdim. Hətta çoxları Azərbaycan uşaq ədəbiyyatının "axsadığını", yaxşı inkişaf etmədiyini, şair və yazıçıların bu mövzudan qaçdığını dedikdə, bir çox uşaq yazarları sırasında ilk yadıma düşənlərdən biridir o. Onu əksərən uşaq şairi kimi tanıyır və ta... | ANL |
Tarix İnstitutunda Cümhüriyyətlə bağlı ayrıca şıbə fəaliyyət göstərir. Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqq... | ANL |
Mavi Xəzərin kəhraba qumlu sahilində üfüq boyu ağ mirvari boyunbağı kimi uzanan əfsanəvi şəhər... Xəzərin sinəsində mirvaritək bərq vuran qədim Coratın qoynunda salınan şəhər... Azərbaycanın başqa şəhərlərindən fərqli olaraq düzənlikdə yerləşən bu şəhər 70 yaşın astanasında olan möcüzələr məskəni Sumqayıtdır. Hə... | ANL |
Sənin vəfasız Vəfan. "Anam özü xoşbəxt olmaq istəmədi" - Metbuat.az xəbər verir ki, bu sözlər mərhum əməkdar artist Vəfa Fətullayevanın anası xalq artisti Hökümə Qurbanova haqqında yazdığı xatirə dəftərindəndir. Mən anamı həmişə bir gün qabaq təbrik edərdim. Səhər tezdən qaçardım Passaj bazarına, böyük bir gül buke... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.