text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ondan sonra İnqilab oldu. Orada bu cür cümlə var: “Məşhur Sovet pompaduru sularda istirahətə gedir”. Sonra da öz səlahiyyət vəsiqəsini çıxarıb göstərir. Cavab həmin günlərdə “Pravda” qəzetində dərc olunmuş bir məqalədədir. “Pravda”nın həmin ilki 111-ci sayında yazılmışdı: “Mərkəzi İcraiyyə Komitəsinin üzvü yoldaş Ruhul...
ANL
Azərbaycançılıq siyasi ideologiya kimi. Azərbaycançılıq ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsində əsas rol oynayan milli dövlətçilik ideologiyası olmaqla yanaşı, ideologiya və siyasətin vəhdətindən ibarət ideya, elmi nəzəriyyə və siyasi ideologiyadır. Azərbaycançılıq demokratik rejimi və vətəndaş cəmiyyətinin özünd...
ANL
Azərbaycançılığın və dövlətçiliyimizin əsas atributları. Dövlət gerbimiz və himnimiz. Dövlət gerbi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, dövlətçiliyin və azərbaycançılığın müqəddəs rəmzlərindən, atributlarından biridir. “Xarici sözlər lüğəti”ndə gerb polyakca “herb”, almanca ecvi sözündən olub “vərəsəlik” ...
ANL
Azərbaycançılıq və milli mənlik şüuru. Azərbaycançılıq çox geniş, mürəkkəb və əhatəli anlayışdır. Nəzəri cəhətdən yanaşılsa, azərbaycançılıq “özündə fundamental prinsipləri (vətənçilik), kateqoriyaları (milli şüur və milli mənlik), mənafeləri (güclü, qüdrətli Azərbaycan), ümumi müddəaları (iqtisadi, siyasi inkişaf, hər...
ANL
“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası"nın imzalanma mərasimi keçirildi. “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar”da yerləşən satış məntəqəsində “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabının imzalanma mərasimi keçirilib. Mərasimi “Park-Bulvar”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gü...
ANL
Azərbaycançılıq və milli ləyaqət. Azərbaycançılıq xalqımızın milli ləyaqətilə çox bağlı olan ideyadır. Ulu Öndər Heydər Əliyev hələ 1997-ci il 25 dekabr tarixli “Bütün dünya azərbaycanlılarına” müraciətində azərbaycançılıq və milli ləyaqət probleminə toxunaraq, bu dəyərlərin dünya əhəmiyyəti kəsb etdiyini, azərbaycançı...
ANL
Bəstəkarlar İttifaqında konfrans keçirilib. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında III Beynəlxalq Muğam Simpoziumu ərəfəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda konfrans işə başlayıb. APA-nın məlumatına görə, tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq a...
ANL
Yox olan qəhrəman, bizi qırmızı planetdə gözləyənlər. Bu yarış – kommunizmlə kapitalizmin psixoloji mübarizəsinin ən üzdə olan təzahürü kimi çox ciddi qarşılanırdı: dünyanın iki qütbündən hansı biri elmi-texniki nailiyyətdə daha önə çıxırdısa, beynəlxalq rəyi öz tərəfinə çəkmək üçün bu üstünlükdən maksimum istifadə edi...
ANL
Daşkəsəndə Ağsaqqallar Şurasının konfransı keçirilib. Daşkəsən rayon ağsaqqallar şurasının ənənəvi konfransı keçirilib. Konfransda respublika qurultayına nümayəndələr seçilib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsən rayonunda ağsaqqalların toplantısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə b...
ANL
"Hitler əslində yəhudiləri yox, türkləri qırdı" Artur Köstlerin itirilmiş illüziyaları. Bu talelər arasında yazıçı Artur Köstlerin həyat yolu özünəməxsus yer tutur. Vaxtilə Sartrın “anqajement” (“cəlb olunma”) adlandırdığı fenomen ondan da yan keçmədi - Köstler öz əsrinin böyük və əksərən faciəvi hadisələrindən kənarda...
ANL
O əyalətlərdə həmin illərdəki bütün uşaqlar kimi onun da uşaqlığı ağacdan asılmış yelləncəklərdə keçib. Fransız komediyasının gələcək metrinin məktəb illəri çox sönük keçib. Dəqiq elmlər ümumiyyətlə Luiyə görə deyildi. Həmin dərslərdə tam fəaliyyətsiz olurdu demək də düzgün olmazdı, çünki müəlliminin arxasınca mimikala...
ANL
Əvvəllər adını bir neçə dəfə eşitsəm də, açığı, yazdığı kitabı oxuyana qədər bu insanın nə qədər böyük bir ziyalı olduğunun fərqinə varmadığım üçün öz-özümə xeyli deyindim. Sonuncu dəfə Cəbrayıl barədə filmin ssenarisi üzərində işləyəndə dostumun mənə verdiyi video görüntülərdə maraqlı bir kadrla rastlaşdım. Sən demə, ...
ANL
Şeyx Cəmaləddin Əfqani və azərbaycançılıq məsələləri. XIX əsrdə milli ideologiyamızın formalaşmasında mühüm rol oynayan ziyalılarımızdan biri də Şeyx Cəmaləddin Əfqani olmuşdur. Millətçilik, türkçülük, azərbaycançılıq, islamçılıq ideyalarının beşiyi olan Azərbaycanda milli-mənəvi dəyərlərimizin təsiri ilə formalaşan mi...
ANL
Elməddin Nicata məktub. Poeziya ruhumuzun şeirləşməsidir. Amma qəlbinin döyüntüsünü poetikləşdirən şair dostumuz, Elməddin Nicat, “Sənə şəkk eləmək olmur”. Niyəsini bu yaxınlarda işıq üzü görən “Dağlar, yuxunuz çin olsun” adlı kitabına münasibət bəsləyərək təsdiqləyə bilərik. Müxtəlif mövzulu və müxəlif janrlı şeirləri...
ANL
Azərbaycan maarifçiliyində azərbaycançılıq ideyası. XIX əsrin II dövrü Azərbaycan xalqının həyatında mühüm rol oynayan bir dövr oldu. Akademik Feyzulla Qasımzadə XIX əsri “Azərbaycan xalqının iqtisadi və mədəni inkişafı tarixində ziddiyyətli bir dövr kimi” qiymətləndirərək yazmışdır: “Bu dövrdə bir tərəfdən məfkurə və ...
ANL
Nəriman Nərimanov yaradıcılığında azərbaycançılıq ideyası. Görkəmli Azərbaycan dövlət xadimi, yazıçı, publisist, dramaturq Nəriman Nərimanov azərbaycançılıq ideyasını milli dil, xalqın azadlığı, milli dövlətçilik məfkurəsilə vəhdətdə göstərirdi. Professor Nizaməddin Şəmsizadə N.Nərimanovun azərbaycançılıq ideyasının in...
ANL
Azərbaycançılıq və ailə-məişət şəraitləri. Azərbaycançılıq ideyalarının daşıyıcılarından biri ailə-məişət mərasimləridir. Ailə-məişət mərasimlərinin əhatə dairəsi mövsüm mərasimlərinə nisbətən məhdud xarakter kəsb edir. Mövsüm mərasimini bütöv bir xalq kütləvi halda keçirdiyi halda ailə-məişət mərasimi məhdud şəkildə a...
ANL
“Bir də inanmaram adam sözünə”- deyərək “öz ali ağasının nökəri” olan şair İbrahim İlyaslının “YUXUMA SÖYKƏNMİŞ ADAM” kitabıyla baş-başa qalanda: “Önündə qurub məhşəri, Heyrətdə qoyub bəşəri, Mənəm deyən aşiqləri, Tarixdən sildirə billəm.” qənaətinə gəlmək olar. Özü tarix səhifəsində qərarlaşan şairin yerini-yurdunu da...
ANL
Şeyx Cəmaləddin Əfqani və azərbaycançılıq. XIX əsrdə milli ideologiyamızın formalaşmasında mühüm rol oynayan ziyalılarımızdan biri də Şeyx Cəmaləddin Əfqani olmuşdur. Millətçilik, türkçülük, azərbaycançılıq, islamçılıq ideyalarının beşiyi olan Azərbaycanda milli-mənəvi dəyərlərimizin təsiri ilə formalaşan milli Azərbay...
ANL
Azərbaycançılıq ideologiyasının diasporun inkişafında rolu. Qədim dövrlərdən başlayaraq bu günə qədər Azərbaycan xalqının gözəl adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik-psixoloji xüsusiyyətlərini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideologiyası yaranıb və... Qədim dövrlərdən baş...
ANL
Ədəbi-bədii proseslərdə azərbaycançılığın təcəssümü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi-bədii proses bilavasitə milli ruhun oyanışına, azərbaycançılığın inkişafına xidmət edirdi. Ulu Öndər Heydər Əliyev bu dövr haqqında demişdir: "Xalqımız bu dövrdə - XX əsrin əvvəlindən indiyədək çox şərəfli bir yol keçmişdir...
ANL
Azərbaycan elmində azərbaycançılığın tədqiqi. Müasir Azərbaycanın müxtəlif elm sahələrində azərbaycançılıq ideyası və ideologiyası artıq tədqiqat obyektinə çevrilmişdir. Azərbaycançılığın tədqiqi istiqamətində aşağıdakı elmi-nəzəri əsərləri qeyd etmək olar: Nizaməddin Şəmsizadənin "Azərbaycançılıq ideologiyası", "Azərb...
ANL
Bəhruz Kəngərli Muzeyi istifadəyə verilib. Bəhruz Kəngərli Muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı olub. Mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. .Ali Məclisin Sədri Bəhruz Kəngərli Muzeyinin bərpa və yenidənqurma işlərindən so...
ANL
Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanla vida mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, S. Aslan Azərbaycan teatr sənətinin sonuncu mogikanlarından biridir: “Onun tamaşalarını yüz dəfələrlə, min dəfələ...
ANL
Tarixi yaddaşımızı vərəqləyən əsər. Özünəqayıdış prosesi ictimai həyatın əsasını qoymaqla yanaşı, həyatımızın ən önəmli problemlərindən sayılır. Bu çox mühüm və mürəkkəb məsələdir. Bu məsələ hər bir xalqın oyanışı, davranışı, dərketmə prosesi ilə həyata keçir. Öncə hadisələri qavramaq çətinlik yaradır. Onun mahiyyətinə...
ANL
Azərbaycançılıq və milli musiqi mədəniyyətimiz. Dünya peşəkar musiqisinin güclü inkişafı XVI-XVII və XVIII əsrlərdə Avropada başlamışdır. Musiqinin opera, simfonik musiqi, kamera musiqisi kimi əsas janrları bu dövrlərdə təşəkkül tapır. Sənətşünaslar musiqinin əsas janrlarından birinin simfonik musiqi olduğunu qeyd edir...
ANL
Milli musiqi mədəniyyətimizdə azərbaycançılığın təbliği. Azərbaycan milli musiqi mədəniyyəti XX əsrdə-sovet dövründə özünün yüksək inkişaf mərhələsinə çatdı. Bu dövr haqqında Elmira Abbasovanın müştərək əsəri çap olunmuşdur. İnna Semyonovanın fikrincə, bu mərhələ daxilində 1924-28-ci illəri xüsusi qeyd etmək olar: bu v...
ANL
Azərbaycançılıq və milli muğamlarımız. Azərbaycançılıq ideyaları Azərbaycan professional musiqisinin “şifahi” ənənəyə malik, özünəməxsus xalq musiqisi janrı olan muğamlarla da sıx bağlıdır. Tədqiqatçıların fikrincə, qədim dövrlərdən meydana gələn muğam musiqisi haqda bizə ilk məlumatı orta əsrlər verir. Məlumdur ki, o ...
ANL
Azərbaycançılıq və milli musiqi folkloru. Azərbaycançılıq milli musiqi folklorunda təzahür edir. Azərbaycan musiqi folkloru dedikdə, xalqımızın yaratdığı əmək, epik, məişət, qəhrəmanlıq, lirik və satirik mahnılar, rəqs melodiyaları və eləcə də, sintetik aşıq yaradıcılığı, emosional-obrazlı məzmunu ilə fərqlənən klassik...
ANL
Azərbaycançılıq və Azərbaycan təsnifləri. Azərbaycançılıq ideyası həm muğamın bədii dəsgah kimi təşkilində böyük əhəmiyyət kəsb edən, həm də müstəqil janr şəkli almış təsnif və rənglərlə də bağlıdır. Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov milli təsniflərin yad ünsürlərdən qorunmasına, onun milliliyinin saxlanmasına x...
ANL
Azərbaycançılıq - birləşdirici ideya. Azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüşü istiqamətində qədim tarixi vardır. Millətin formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbaycançılıq fərddən cəmiyyətə, cəmiyyətdən dövlət səviyyəsinə qədər böyük bir inkişaf yolu keçmişdir. Mədəniyyəti...
ANL
Azərbaycançılıq, Novruz mərasim milli dəyər kimi. Məlum olduğu kimi, Novruz bayramının yaranışından üzü bəri şənlikdə mahnılar oxunar, rəqs edilər, yallı gedərlərmiş. Tarixi bayram şənliklərində ibrətamizliklə dolu bayatı söyləmək, mahnı oxumaq və deyişmələrlə yanaşı, müxtəlif rəqslər, güləş, tutaş, dirədöymə, cıdır və...
ANL
Azərbaycançılıq ruhunun aşılanmasında sazın rolu. Azərbaycançılıq ideyası milli musiqi alətlərilə, onların milli hissləri cuşa gətirən saz alətilə sıx bağlıdır. Simli musiqi aləti olan saz azərbaycanlılar arasında geniş yayılmışdır. Mənbələr göstərir ki, qədimdə olduğu kimi, orta əsrlərdə Tiflisdən tutmuş Gəncənin şima...
ANL
Süfrə mədəniyyəti və azərbaycançılıq. Süfrə mədəniyyətimiz xalqımızın əsrlər boyu formalaşan milli-mənəvi mədəniyyətinin və azərbaycançılıq ideyasının ayrılmaz tərkib hissəsidir. Süfrə mədəniyyəti, xüsusilə, sevincini yaşadığımız Novruz süfrəsi öz qeyri-adiliyilə fərqlənir. Tədqiqatçı İradə Məmmədbəyova Novruz mərasiml...
ANL
Azərbaycançılığın tədqiqi. Akademik Ramiz Mehdiyev azərbaycançılıq ideyasının tədqiqi sahəsində ciddi tədqiqat aparan görkəmli ideoloq və tədqiqatçıdır. Akademik Ramiz Mehdiyev özünün “Azərbaycan: qloballaşma dövrünün tələbləri”, “XXI əsrdə milli dövlətçilik” əsərlərində bu ideyanı daha da inkişaf etdirdi. Akademik Ram...
ANL
Səbaildə rəsm sərgisinin açılışı olub. Akademik Zərifə xanım Əliyevanın 90 illiyi münasibəti ilə rəsm sərgisinin açılışı olub - Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi paytaxtımızın Səbail rayonunda geniş şəkildə qeyd olunur. ...
ANL
Məktəblilər bacarıqlarını nümayiş etdirdi. Kimi yanar dağını, kimi ekoloji kənd layihəsini, kimi çəkdiyi rəsmləri, kimi də hisslərlə öyrənmə metodlarını nümayiş etdirir. Bütün bunlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkil etdiyi “Təhsil, texnologiya və tərəqqi” mövzusundakı sərgidəndir. Heydər Əliyevin anadan...
ANL
Azərbaycançılıq milli təhlükəsizliyin əsas təminatçısı kimi. Ölkəni təkcə düşmən təcavüzündən deyil, məsələn, ekoloji fəlakətdən qorumaq və milli bəlalardan xilas etməyin özü də milli təhlükəsizliyin təmin olunmasıdır. Qərb milli təhlükəsizlik nəzəriyyəçiləri dövləti ideoloji prinsiplərin müdafiə funksiyasından azad et...
ANL
Azərbaycançılıq siyasi ideologiya kimi. Azərbaycançılıq ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsində əsas rol oynayan milli dövlətçilik ideologiyası olmaqla yanaşı, ideologiya və siyasətin vəhdətindən ibarət ideya, elmi nəzəriyyə və siyasi ideologiyadır. Azərbaycançılıq demokratik rejimi və vətəndaş cəmiyyətinin özünd...
ANL
“Azərbaycanşünaslığın aktual problemləri”. Mayın 1-də Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IV beynəlxalq elmi konfrans başlanıb. Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən, mərhum prezident ...
ANL
Naxçıvan Dövlət Universitetində “Ədəbiyyatşünaslıq və dilçilik: Azərbaycan filologiyasının görkəmli alimləri” mövzusunda elmi konfrans keçirildi. Filologiya elmləri doktoru, professor Kamran Əliyevin 60, Adil Babayevin isə 75 illik yubileylərinə həsr olunmuş konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezi...
ANL
Azərbaycançılığın və dövlətçiliyimizin əsas atributları - dövlət gerbimiz. Dövlət gerbi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, dövlətçiliyin və azərbaycançılığın müqəddəs rəmzlərindən, atributlarından biridir. “Xarici sözlər lüğəti”ndə gerb polyakca “herb”, almanca ecvi sözündən olub “vərəsəlik” mənasında i...
ANL
Azərbaycançılığın və dövlətçiliyimizin əsas atributu: dövlət himnimiz. “Himn” sözü yunan sözü “humons” sözündən olub qədim Yunanıstanda allahları və qəhrəmanların şərəfinə oxunan nəğmə mənasında işlənmişdir. Himn Avropa ölkələrində XIX əsrə qədər dini nəğmə və mahnıları səciyyələndirən söz olmuşdur. Müasir dövrdə “himn...
ANL
Azərbaycançılıq ədəbi-estetik təlim kimi. Azərbaycançılıq milli dövlətçilik təfəkkürü ilə sıx bağlı olan milli ideologiya və milli ideya olmaqla yanaşı, həm də cəmiyyətində öz layiqli yerini tutan ədəbi estetik təlimdir. Bu sahədə mükəmməl tədqiqat əsəri olan “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kim...
ANL
Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 21 il keçir. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə daxil olub. Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmala...
ANL
YAP Daşkəsən rayon təşkilatının VIII konfransı keçirilib. Bu gün YAP Daşkəsən rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının baş təlimatçısı Rafael Gülməmmədov, “Səs” Media Hol...
ANL
Azərbaycançılığın təşəkkül tarixi: Azərbaycan folkloru və azərbaycançılıq ideyası. Məlum olduğu kimi, qədim xalqların, o cümlədən, azərbaycanlıların ideologiyası əvvəlcə mifologiya, sonra din - əski inamlar olmuşdur. N.Şəmsizadənin qeyd etdiyi kimi, “Azərbaycan ideologiyasının ana bətni, ilkin mərhələsi olan mif azərba...
ANL
YAP Xətai rayon təşkilatının X konfransını keçirib. YAP Xətai rayon təşkilatının X konfransı keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, abidəsi önünə əklil və qızıl gül dəstələri qoyublar. Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam edən konfransı giriş sözü il...
ANL
İrəvana həsr edilmiş veb-saytın təqdimatı keçirilib. Prezident Kitabxanasında "İrəvan şəhəri" əsərinin veb- saytının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, müasir dövrdə məlumat- informasiya mərkəzi rolunu oynayan kitabxanalar qarşısında qoy...
ANL
Bu layihəni təkcə Bakının yox, həm də bütün SSRİ-nin tarixində ən qeyri-adi və sirli layihələrdən biri (bəlkə də birincisi) saymaq olar. Onun barəsində bilgilər olduqca cüzidir, üzərindəki sirr haləsi hələ də götürülməyib, bir çoxları isə onun mümkünlüyünü ümumiyyətlə, şübhə altına alırlar. Ancaq indiyədək heç kim onun...
ANL
Azərbaycançılığın qaynaqları: “Kitabi Dədə Qorqud” dastanı və azərbaycançılıq ideyası. Məlumdur ki, azərbaycançılıq ideyası öz əksini “Kitabi-Dədə Qorqud” dastanında da tapmışdır. Dastan ayrı-ayrı xalqların müxtəlif tarixi dövrlərdəki ədəbi-bədii, ictimai-fəlsəfi düşüncəsinin bir sıra cəhətlərini əks etdirən yaradıcılı...
ANL
Sədərəklilər həmişə mübariz olub. Sədərəklilər hər zaman Vətənimizin düşmənlərdən təmizlənməsində gücünü, əməyini əsirgəməyən fədakar insanlar olmuşlar. Hələ ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif yerlərində, o cümlədən İrəvanda, Vedibasarda, Zəngəzurda, Şərur-Dərələyəzdə yerli əhaliyə qarşı olmazın vəhşiliklər ...
ANL
Bakıxanov yaradıcılığında azərbaycançılıq. Azərbaycanşünaslığın inkişafında mühüm rol oynamış A.A.Bakıxanov azərbaycançılıq ideyasının təşəkkülünə öz töhfəsini bəxş etmiş görkəmli mütəfəkkir və tarixçi ziyalılarımızdan biridir. Tədqiqatçı Zöhrə xanım Əliyevanın “Azərbaycan maarifçiliyi və dünya ədəbi-nəzəri fikri” əsər...
ANL
Sumqayıt Texnologiyalar Parkının böyük uğurları. İnşasına 2007-ci ildən başlanılan Sumqayıt Texnologiyalar Parkı bu gün Azərbaycanın qeyri-neft sektorunda özünün layiqincə yerini tutan müəssisələrdən biridir. Özündə 17 zavodu birləşdirən böyük Texnoparkda işlər bu gün də uğurla davam edir. Burada yeni zavodlar tikilir ...
ANL
BSU-da çex dili və Mədəniyyət Mərkəzinin kitabxanası açılıb. Bakı Slavyan Universitetində (BSU) Çex Dili və Mədəniyyəti Mərkəzinin kitabxanası açılıb. BSU-dan SalamNews-a bildiriblər ki, Çex Respublikasının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə təmir və texniki avadanlıqla təchiz olunmuş kitabxanada çex dili ...
ANL
Həsən bəy Zərdabi və azərbaycançılıq. XIX əsrdə azərbaycançılıq görüşlərilə Azərbaycan cəmiyyətində əsaslı dönüş yaradan ziyalılardan biri də Həsən bəy Zərdabi idi. XIX əsrdə islam ideologiyasının mövqeyi möhkəm olsa da, sonralar o öz yerini türkçülük və azərbaycançılığa verdi. Lakin bu milli ideyalar islamı inkar etmə...
ANL
"Azərbaycan ədəbiyyat tarixçiliyinin babası". AMEA Ədəbiyyat İnstitutunda Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya keçirildi. Bu gün AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi...
ANL
Qobustan Qoruğu mükafata layiq görülüb. Mədəniyyət və Turizm Naziriyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropanın 41 tanınmış muzeyinin iştirak etdiyi müsabiqədə Qobustan qoruğu mürəkkəb seçim mərhələlərindən keçərək xüsusi mükafata layiq görülüb. Avropa Muzey Forumu (European Museum Forum) tərəfind...
ANL
Sənətdə özünü təsdiqləyən sənətkar. Azərbaycan rejissorluq sənəti tarixində xüsusi yeri olan Mehdi Məmmədovun quruluş verdiyi tamaşalarda idrakin gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq tamaşaçını düşüncələr aləminə aparır. Onun quruluş verdiyi tamaşalar obrazların xarakterini a...
ANL
Şəhid Cəbrayıl Əsgərovun xatirəsi anılıb. Səbail rayonunda yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların vətənə sədaqət və məhəbbət ruhunda böyüdülməsi işləri çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ən qədim və zəngin tarixə malik Bibiheybət qəsəbəsindəki...
ANL
M.F.Axundzadənin əsərlərində azərbaycançılıq ideyaları. XIX əsrdə Azərbaycan mədəniyyətinin, azərbaycançılıq milli ideyasının inkişafında mühüm xidməti olan nəhəng şəxsiyyətlərdən biri M.F.Axundzadədir. Sona xanım Vəliyevanın təbirincə desək: “Mirzə Fətəli Axundov bu dövrdə Azərbaycan xalqının mütərəqqi ideallara inteq...
ANL
XIX əsr maarifçilik fəlsəfəsində azərbaycançılıq ideyası. XIX əsrin birinci yarısında A.A.Bakıxanovla yanaşı İ.Qutqaşanlı, M.Ş.Vazeh, Q.B.Zakir, Natəvan kimi maarifçilər də azərbaycançılıq ideyalarına dair əsərlərilə diqqəti cəlb etmişdir. Akademik Feyzulla Qasımzadə XIX əsr Azərbaycan ictimai fikrində maarifçiliyin üç...
ANL
Quranda təsvir edilən itmiş şəhər- Atlantida. Kosmos əsrində yaşayırıq. Necə deyərlər, bir ayağımız Yerdə, o biri ayağımız Ayda, Marsda, Merkuridə, amma yenə də Yer üzündə nə qədər sirli-sehrli məkanlar var ki, hələ də sirrinə vaqif ola bilməmişik. Misir ehramlarını kim tikib, texnikanın bu qədər kasıb və ibtidai bir d...
ANL
AXC ideoloqları və azərbaycançılıq. Əlibəy Hüseynzadənin siyasi türkçülüyü. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında milli ideya zəmini rolunu oynayan azərbaycançılıqla yanaşı, Əlibəy Hüseynzadənin siyasi türkçülük ideyası da mühüm rol oynamışdır. Ə.Hüseynzadənin sistemli siyasi türkçülük baxışı aşağıdakıları əhatə...
ANL
Çoxmillətlilik və Azərbaycançılıq ideyası... Tarixən Azərbaycan çoxmillətliliyi, sosio-mədəni tolerantlığı ilə fərqlənib. Azərbaycanda məskunlaşan müxtəlif dinə, etnik xalqlara məxsus millətlər burada sərbəst, azad və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün ölkədə yaşayan gürcü, yəhudi, rus, ukraynalı, ləzgi və s....
ANL
Gənclər Kitabxanasında treninq keçirilib. 6 oktyabr 2008-ci il tarixdə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müxtəlif mövzularda mütəmadi olaraq treninq və ...
ANL
Azərbaycançılıq və milli yaddaş. Bütün millətlər və xalqlar kimi Azərbaycan xalqı da milli özünüdərk prosesini yaşayır. Milli özünüdərkin əsas komponenti milli yaddaşdır. AMEA-nın müxbir üzvü Yaşar Qarayev göstərirdi ki, tarixdə hər bir xalq inteqrasiya prosesinə özünün milli yaddaşı, ədəbi-bədii, mədəni irsilə gəlir. ...
ANL
Noyabrın 12-də “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Xorvatiyanın “Zorin dom” Karlovaç Şəhər Teatrının təqdimatında “Vəfalı dostlar” tamaşası təqdim edildi. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının zalı tam dolub və hər kəs səbirsizliklə tamaşanın başlamasını gözləyir. Hiss olun...
ANL
Azərbaycançılıq konseptual ideya kimi. Azərbaycançılıq ümummilli məfkurə olaraq, milli birliyin təminatı, Azərbaycanın dünyaya inteqrasiyası, mədəniyyətimizin bütövləşməsi, vahid Azərbaycan ideyasının yayılması, ümumtürk dəyərlərinə sədaqət kimi mühüm məsələləri özündə birəşdirir. Ölkəmizdə azərbaycançılıq ideyası isti...
ANL
Həqiqət carçısına dayaq olaq! Siyasət Türkdilli Dövlətlərin Siyasətnə Dəstək Fondu Moldova ombudsmanı Aureliya Qriqoriunun müdafiəsinə qalxmağa, mümkün vasitələrlə onun təqib olunmasına imkan verməməyə, onun namizədliyini Nobel sülh mükafatına, digər beynəlxalq mükafatların verilməsi üçün irəli sürməyə, ona dünyanın sü...
ANL
Masallıda “Dolu” filminə baxış keçirilib. Masallı Mədəniyyət Mərkəzinin geniş zalına toplaşan rayon ictimaiyyətinin nümayəndələrini, tamaşaçıları maraqlı bir görüş gözləyirdi. Onlar Millət vəkili, yazıçı-publisist Aqil Abbasın ssenari müəllifi olduğu “Dolu” filminə (yazıçının eyni adlı romanı əsasında çəkilib) baxacaq,...
ANL
Görkəmli alimin 60 illik yubileyi qeyd olunub. AMEA-nın müxbir üzvü Teymur Kərimlinin 60 illik yubileyi qeyd olundu. AMEA-nın Əsas binasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas alim, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbayc...
ANL
Universitetlərdə azərbaycançılıq ideyasının təbliğat üsulları: "Azərbaycan tarixinin ən yaxşı səhifələrini üzə çıxarıb onu universitet tələbələri arasında təbliğ etmək lazımdır". Azərbaycan xalqı mənəvi-əxlaqi keyfiyyətlərilə bütün dünya xalqlarına örnək ola biləcək bir xalqdır. Ulu babalarımızın həyatı, məişəti, adət-...
ANL
AMEA Naxçıvan Bölməsində Naxçıvan ərazisində aparılan arxeoloji araşdırmalarla bağlı dördüncü hesabat toplantısında bölmənin sədri, akademik İsmayıl Hacıyev gələn il Naxçıvan şəhəri ərazisində arxeoloji araşdırmaların aparılması imkanlarının nəzərdən keçirildiyini deyib. SİA-nın məlumatına görə, “Ərəbyengicədə arxeoloj...
ANL
Kulis.Az Osmanlı İmperiyası ilə bağları ilkləri təqdim edir. Osmanlı tarixində ilk müharibə 1284-cü ildə Bizans təkfurları-valiləri ilə aparılan Erməni Beli müharibəsidir. Osmanlı dövləti ilk borcunu Krım müharibəsi dönəmində İngiltərədən alıb. Sultan Məcidin vaxtında 28 iyun 1855-ci ildə Londonda imzalanan saziş əsası...
ANL
Azərbaycançılıq - birləşdirici ideya. Azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüşü istiqamətində qədim tarixi vardır. Millətin formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbaycançılıq fərddən cəmiyyətə, cəmiyyətdən dövlət səviyyəsinə qədər böyük bir inkişaf yolu keçmişdir. Mədəniyyəti...
ANL
Uşaq kitab karvanı: növbəti səfərlərədək. Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 4-8 noyabr tarixində “Uşaq kitab karvanı - Şirvan yolunda” adlı səyyar kitab sərgisi keçirib. Kitabxanadan verilən məlumata görə, ölkə Prezidentinin müvafi...
ANL
Özü də məsələ burasındadır ki, bunu dünya durduqca söyləyəcəksən. Əbədi olaraq deyəcəksən və yandırıb-yaxacağın gələcək nəsillər də “elə biləcək” ki, bu yanıqlı, bu ilahi, bu sazənin Səsdən savay zövqüncə bir barın olmayıb, sənə könül verən bir yarın olmayıb... Belə də yanlış-yanıltmaclıqmı olar, ay bu xalqın ən qədir-...
ANL
Sevimli pedaqoq, mahir tədqiqatçı. Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova haqqında bu məqaləmizin sərlövhəsini onun həmkarı və bizim də çox hörmətli müəllimimiz Xalq artisti, professor Ramiz Zöhrabovun 1993-cü ildə «Ədəbiyyat və incəsənət» qəzetində dərc olunmuş ...
ANL
Azərbaycan Antalyada sağlamlıq turizmi sərgilərində təmsil olunub. Ruslan Quliyev: «Ölkəmizin sağlamlıq turizmi potensialını bütün dünyaya. Noyabrın 14-dən 16-dək Türkiyənin Antalya şəhərində bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Antalya valiliyi və «Anfaş» təşkilatının dəstəyi ilə V beynəlxalq sağlamlıq və I alte...
ANL
Lənkəranda turizm sərgisi. Noyabrın 18-19-da Lənkərandakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Lənkəran Turizm İnformasiya Mərkəzi və şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı, İcra Hakimiyyətinin dəstəyi ilə turizm sərgisi keçirlib. Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İlqar ...
ANL
“Teatr festivalı çox vacib mədəniyyət hadisəsidir”. Noyabrın 9-dan 16-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) birgə təşkilatçılığı ilə Bakıda “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı keçirildi. Festivalın yüksək səviyyəli qonaqları arası...
ANL
Azərbaycanın arxeoloji turizm imkanları İtaliya sərgisində. Ölkəmiz ilk dəfə "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda iştirak edib. Noyabrın 14-dən 17-dək İtaliyanın Paestum (Kapaço-Pestum) şəhərində "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" keçirilib. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin ...
ANL
Duyğulardan qanadlanan rənglər. Gənc rəssam Məryəm Ələkbərlinin bu yaxınlarda işıq üzü görmüş kitab-albomu haqqında ştrixlər. Bu yaxınlarda UNESCO xətti ilə işıq üzü görmüş, gənc rəssam Məryəm Ələkbərlinin həyat və yaradıcılığını əks etdirən kitab-albomla tanış oldum. Fransız dilində nəfis şəkildə nəşr edilmiş kitab-al...
ANL
Noyabrın 15-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Weit Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! Sarayın foyesində filmin çəkiliş anlarını əks etdirən fotolardan ibarət sərgi nümayiş olunurdu. Mərasimdə Azərbay...
ANL
Xalq artisti Məcnun Kərimin xatirəsi yad edildi. Noyabrın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəri, Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Kərimin xatirə gecəsi keçirildi. Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla B...
ANL
Sənətdə keçən ömür. Noyabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə filarmoniyanın foyesində yubilyarın həyat və yaradıcılığına həsr edilən sərgi ilə tanış ...
ANL
Duyğulardan qanadlanan rənglər. Gənc rəssam Məryəm Ələkbərlinin bu yaxınlarda işıq üzü görmüş kitab-albomu haqqında ştrixlər. Bu yaxınlarda UNESCO xətti ilə işıq üzü görmüş, gənc rəssam Məryəm Ələkbərlinin həyat və yaradıcılığını əks etdirən kitab-albomla tanış oldum. Fransız dilində nəfis şəkildə nəşr edilmiş kitab-al...
ANL
Xaricdə müasir Azərbaycanın izləri və azərbaycançılıq izləri... Azərbaycançılıq əsl milli ideyadır. Milli ideya mənəvi dəyərlərin universallığıdır. Bütün etnik fərdlərin, dinlərin, etnosların, məzhəblərin bir ölkənin sərhədləri daxilində, vahid mənəvi məkanda, beynəlmiləlçilik adlı ortaq milli səma altında birliyidir, ...
ANL
Gülarə Əliyevanın 80 illik yubileyi qeyd edilib. Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirli Əbülfəs Qarayev, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, ədliyyə naziri Fikrət Məmmədov, xalq artistləri İlhamə Quliyeva, Mələkxanım Əyyubova, Yalçın Rzazadə, Azər Zeynalov və başqa incəsənət xad...
ANL
Akademikin 85 illiyinə həsr olunan konfrans keçirilib. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunan "Neft-qaz sahəsində qeyri-Nyuton sistemləri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, iki günlük tədbir Riyaziy...
ANL
Noyabrın 19-da 3 saylı Uşaq İncəsənət məktəbində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mirzə Babayevin 100 illik yubileyinə həsr olunmuş "Kimlər gəldi, kimlər getdi" adlı tədbir keçirildi. Tədbirdə Mirzə Babayev haqqında çəkilmiş film nümayiş olundu. Müğənninin ifasında lent yazısı ...
ANL
Azərbaycançılıq və ədəbi-bədii irs. Ədəbi-bədii irs Azərbaycan söz sənəti korifeylərinin yaratdığı zəngin mənəvi xəzinədir. Mənəvi mədəniyyətimizin tərkib hissəsi olan ədəbi-bədii irsdə azərbaycançılıq ideyaları öz dərin təzahürünü tapmışdır. Varisliyə, irsə, o cümlədən, ədəbi-bədii irsə, özündə azərbaycançılığı əks et...
ANL
Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi qeyd edilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış edərək ...
ANL
Azərbaycanın iqtisadi yüksəlişi və azərbaycançılıq. Azərbaycançılıq ideyaları iqtisadi yüksəlişdən ayrılmazdır. Hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün iqtisadi bazanın yaradılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuşdur: “O dövrlərdə (sovet dövrü) yaranmış iqtisadi potensial da bizim b...
ANL
Azərbaycançılıq və Milli opera sənəti. Azərbaycanın milli musiqi mədəniyyəti dünyada şöhrət qazanmış mənəvi xəzinə olmaqla azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir. Azərbaycan milli musiqi mədəniyyəti professional və xalq musiqisindən ibarətdir. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyalarının təcəssü...
ANL
“Məni öləndən sonra kəşf edəcəklər”. Bu gün Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu dünyasını dəyişib. Xırdalan qəbiristanlığında dəfn olunan şairin ölümü ədəbi ictimaiyyətdə sarsıntı yaradıb. Modern.az şairin ən yaxın dostlarından olan və işlədiyi qurumda onunla son ünsiyyətdə olan qələm yolda...
ANL
Tahir Salahovun fərdi sərgisi açılıb. Sərgilər Heydər Əliyev Mərkəzində Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib. AzərTAc xəbər verir ki, sərginin açılışından əvvəl xalq rəssamı Tahir Salahov jurnalistlərin s...
ANL
Azərbaycançılıq və milli musiqi mədəniyyətimiz. Dünya peşəkar musiqisinin güclü inkişafı XVI-XVII və XVIII əsrlərdə Avropada başlamışdır. Musiqinin opera, simfonik musiqi, kamera musiqisi kimi əsas janrları bu dövrlərdə təşəkkül tapır. Sənətşünaslar musiqinin əsas janrlarından birinin simfonik musiqi olduğunu qeyd edir...
ANL
Azərbaycançılıq və qədim milli musiqimiz. Musiqi tarixinin öyrənilməsi azərbaycançılıq ideyaları ilə vəhdət təşkil edir. Müəyyən dövrlər, ictimai-iqtisadi formasiyalar çərçivəsində, etnik və milli birliklərin mövcudluğu şəraitində meydana çıxan mədəniyyət və incəsənət, o cümlədən, musiqi müxtəlif estetik, konsepsiya və...
ANL