text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndə. heyəti Fransada rəsmi səfərdə olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri rəsmi səfər çərçivəsində Paris Sarbonna Abu Dabi (PSAD) Universitetində olublar. PSAD-da keçirilən tədbirdə BŞTİ-nin müdir əvəzi Elnur Əliyev Azərbaycan təhsil sisteminə dair təqdima... | ANL |
Naxçıvan Dövlət Universitetində. yeni kitabın təqdimatı olub. Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərlinin "Naxçıvan Muxtar Respublikası konstitusiyalarda" kitabının təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimini Naxçıvan Dövlət ... | ANL |
Təhsil Nazirliyində mətbuat konfransı keçirilib. Noyabrın 6-da Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib. Mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorun... | ANL |
Peşə təlimi və təhsilinə. Noyabrın 5-də Bakıdakı "Avropa" otelində "Turin prosesi və Azərbaycanda Milli İxtisas Çərçivəsinin həyata keçirilməsinə dəstək" mövzusunda seminar keçirilib. Seminar "Turin prosesi" və "Milli İxtisas Çərçivəsi" olmaqla iki məsələyə həsr edilmişdi. Seminarda Təhsil Nazirliyi, Əmək və Əhalinin S... | ANL |
Təhsil Nazirliyində əməkdaşlıq. Noyabrın 4-də Təhsil Nazirliyi ilə "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumun imzalanmasında məqsəd 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi barədə" Azərbaycan R... | ANL |
Təhsilimi xaricdə davam etdirmək istəyirəm. Artıq xeyli müddətdir ki, ali və orta təhsil müəssisələrində yeni dərs ilinə başlanılıb. Bəs görəsən ən yüksək nəticə göstərmiş məzunlar tələbə olaraq da özlərini doğrulda bilirlərmi? Məktəbdə olduğu kimi universitetdə də eyni nəticəni əldə edə bilirlərmi? Bu suallara cavab t... | ANL |
Məktəb həkimlərinin. fəaliyyəti qənaətbəxşdirmi? Şagirdlər razı, valideynlər narazıdır. Övladlarını məktəbə göndərən valideynləri maraqlandıran vacib amillərdən biri də onların təhsil müəssisələrində sağlamlığının qorunmasıdır. Hamımıza məlumdur ki, təhsil müəssisələrində tibb məntəqələri mövcuddur və həmin məntəqələrd... | ANL |
Uşaqları döymək olarmı? Uşaqların tərbiyəsində hansı metodlardan istifadə olunması bu gün bütün pedaqoqların, psixoloqların, valideyn, müəllim və tərbiyəçilərin qarşısında duran əsas problemlərdən biridir. Yaxın keçmişimizdə istər ailələrdə, istərsə də təhsil müəssisələrində zorakılıq metodlarından istifadə etməklə bu ... | ANL |
Təhsil müəssisəsi fəaliyyətini. müasir tələblər səviyyəsində qurur. Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətində Azərbaycan Respublikasının Prezident... | ANL |
"Qürbət ölkədə öz dövlətinin qayğısını. hiss etmək mənim üçün çox önəmlidir". İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsinin tələbəsi Aysel Həsənova ilə müsahibə. 2009-cu ildə TQDK tərəfindən keçirilən imtahanların nəticəsinə görə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. 2012-ci ... | ANL |
Hər dərs bir hesabatdır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunmasından bir ildən çox vaxt keçir. Təlim prosesinin hər bir şagirdin maraqlarına cavab verməsi üçün təhsilin məzmununda yeniliklərin tətbiqi, Milli Kurikulum tələbləri əsasında qurulması həmin sənəddə təsbit ol... | ANL |
İnformatika fənnindən fəal dərs. Fənn: İnformatika. Dərsin məqsədi: * Seçilmiş fraqmenti çoxaltmaq. * Mozaikanın elemetlərini çəkmək. * Çəkilmiş elementləri çoxaltmaqla müxtəlif mozaikalar hazırlamaq. Əsas elementlər: Mozaika elementləri, naxışlar. İş üsulları: modelləşdirmə, "beyin həmləsi", diskussiya, təqdimat kompü... | ANL |
Tarix dərslərində şagirdlərin yazılı nitq. bacarığının inkişaf etdirilməsi imkanları. Yazı savadının şüura təsirindən bəhs edən alimlər təsdiq edirlər ki, danışıq dilini yazıda ifadə etmək bacarığı təfəkkür qabiliyyətinə böyük təsir göstərir. Lurianın məşhur nəzəriyyəsinə görə, yazı mədəniyyəti olmayan xalqlar dünyadan... | ANL |
Azərbaycanı yaxşı tanıyırlar". Kanadada təhsil alan Orxan Fətullayevlə söhbət. Həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanında 685 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinə kompüter elmləri ixtisası üzrə qəbul olub. Yüksək göstəriciyə görə Prezident təqaüdünə layiq g... | ANL |
Uşaqlarımızı xəstəliklərdən necə qoruyaq? Artıq havaların soyuduğu və qışın qapımızı çaldığı ayları yaşayırıq. Soyuq aylar bərabərində bir çox xəstəlikləri də gətirir. Xüsusilə də uşaqlar (məktəblilər) arasında yoluxucu xəstəliklərin sayı artır. Bəs uşaqlarımızı bu xəstəliklərdən qorumaq üçün hansı qabaqlayıcı tədbirlə... | ANL |
İlk uşaq bağçaları. harada və necə yaranıb? Böyük fransız yazıçısı və dramaturqu Viktor Hüqo deyir ki, məktəb açan şəxs həbsxanaları bağlayır. Əgər bir insan başqasına təhsil vermək üçün əlindən gələni əsirgəmirsə, o insanlığa ən böyük yaxşılığı edir. Valideynlər uşaqlarını məktəbdən əvvəl uşaq bağçalarına etibar edirl... | ANL |
İbtidai siniflərə müəllim. köməkçisi lazımdırmı? Dünyanın təhsil sahəsində uğur qazanmış bir çox qabaqcıl ölkələrində ibtidai siniflərdə dərs deyən müəllimlərə köməkçi müəllimlər təyin olunur. Həmin köməkçi müəllimlər tədris prosesində, təşkilati işlərdə, zəif qavrayan şagirdlərin yazı və digər bacarıqlarının formalaşm... | ANL |
Dünyanın ən yüksək reytinqli. universitetlərində təhsil. alan azərbaycanlı tələbələr. Fərman FƏRMANOV, Oksford Universitetinin tələbəsi. 2014-cü ildə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində kompüter elmləri üzrə Böyük Britaniyanın Mançester Universitetind... | ANL |
Təhsil naziri Fransada səfərdə olub. Səfər çərçivəsində nazir bir sıra görüşlər keçirib. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri xanım Najat Vallo-Belkasemin dəvəti ilə 12-13 noyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərinə işçi s... | ANL |
Məktəblilər arasında "Nə? intellektual oyunu üzrə. Azərbaycan çempionatı keçirilib. intellektual oyunu üzrə Azərbaycan çempionatı keçirilib. Təhsil Nazirliyinin dəstəyi və təşkilatçılğı ilə keçirilən və AzTV kanalı ilə yayımlanan çempionatda bu ilin aprelində məktəblilər arasında təşkil olunmuş "Nə? oyunu üzrə regional... | ANL |
Kəngərli Muxtar İsgəndər oğlunun əziz xatirəsinə həsr olunur. "Mən dünyada müəllimlikdən yüksək ad tanımıram". Heydər ƏLİYEV, Azərbaycan xalqının ümummilli lideri. Muxtar müəllim 30 il Naxçıvan internat-məktəb kompleksinin direktoru olmuş görkəmli ziyalı, müəllim, tərbiyəçi-pedaqoq, təşkilatçı və ən əsası şəxsiyyət idi... | ANL |
Məktəb onun məbədi idi. Rafil müəllim şagirdlərinin yaddaşında ustad müəllim kimi qalıb. Ömrüm boyu onun kimi ikinci müəllim görmədim. Rafil müəllim öz yaradıcısını təsdiq edə bildi. Tanrı bu kamilliyi qiymətləndirdi; ona çox mənalı və əqidəli ömür pay verdi, sonsuz həvəs, tükənməz müsbət enerji, saysız insan məhəbbəti... | ANL |
Bəzən böyük auditoriyaya daxil olursan, paylaşmağa bir təəsürat belə tapmadan çıxırsan. Kiçik bir auditoriyadan elə təəssüratlarla ayrıldım ki, bilmirəm sözü haradan başlayım. Bu yubiley tədbiri təsadüfdənmi, ya zərurətdənmi mərhumun vəfatının qırx gününün tamamına təsadüf etdi. Amma bu sadə cümlələr Rafil İmanovun anı... | ANL |
Siz də tanıyın, liseyin direktor müavinidir. Nuranə Şıxəliyevanı liseylərində keçirilən çoxsaylı tədbirlərin birində tanımışam. Bakının Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına lisey say-seçmə tədris müəssisələrindən olduğundan rayon üzrə keçirilən təhsillə bağlı əksər tədbirlərə ev sahibliyi edir. Nümunəvi... | ANL |
Naxçıvan haqqında ilk dərslik. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı haqqında son illərdə xeyli sayda fundamental kitablar, xüsusilə 1 cildlik və 2 cildlik "Naxçıvan ensiklopediyası"nın, 3 cildlik "Naxçıvan tarixi"nin ilk cildinin və digər bir çox kitabların çap olunması qədim diyarın tarixini... | ANL |
Təhsil Problemləri İnstitutunun yeni nəşri. Təhsil Problemləri İnstitutunun bu günlərdə hazırladığı "Müasir təhsilin aktual sosial-psixoloji problemləri" adlı monoqrafiyası oxucuların ixtiyarına verilib. Respublikamızda baş verən dəyişikliklər, qloballaşma, inkişaf etmiş dünya dövlətlərinə inteqrasiya, cəmiyyətin həyat... | ANL |
Azərbaycan dili fənni. üzrə dərs nümunəsi. Mövzu: "Felin qrammatik məna növləri haqqında ümumi məlumat". Məqsəd: 1.felin qrammatik məna növləri barədə ümumi məlumat vermək;. 2. sözləri ümumi qrammatik mənalarına görə fərqləndirmək;. 3. söylənmiş müxtəlif fikirlərə münasibət bildirmək;. 4. verilmiş mövzunu müxtəlif form... | ANL |
Düzgün seçilmiş metod. uğurlu dərsin açarıdır. Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə, "Təhsil əsri" elan olunmuş XXI əsrdə təhsil də daim inkişaf edir, təkmilləşir. Təhsil sistemində demokratik, milli və ümumbəşəri dəyərlərə istinad etməklə islahat aparılır. Ümumi təhsilin keyfiyyətini daha da yüksəltmək ... | ANL |
Azərbaycan şahmatçıları Avropa. birinciliyində 9 medal qazanıblar. Azərbaycan idmançıları noyabrın 12-dən 17-dək Estoniyanın Tallin şəhərində keçirilən sürətli şahmat üzrə 14-cü Avropa birinciliyindən uğurla qayıdıb. Sürətli şahmat üzrə Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər... | ANL |
Dünyanın ən yüksək reytinqli. universitetlərində təhsil alan. azərbaycanlı tələbələr. Röya TALIBOVA, Harvard Universitetinin tələbəsi. 2007-ci ildə Azərbaycan Dillər Universitetini beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb. Hazırda "2007-2015-ci illər... | ANL |
Şərəfli ömrün səksəninci baharında. Hər bir uğurlu həyat salnaməsinin ən şərəfli səhifələrində elə müəllim adları var ki, qırmızı xətlə yazılır. Həmçinin, adı bu səhifələrə düşən müəllimlərin ömür tarixçəsində böyük şəxsiyyətlərin adları yer alır. Müəllim ömrü haqqında yazmaqla söz tükənmir. Çünki sözün dəyərini müəlli... | ANL |
"Azərbaycanda mənim dərimin. rənginə yox, savadıma fikir verdilər". - Salam, sizdə fransız dilini tədris edən konqolu müəllimdən müsahibə götürməyə gəlmişik. Bura gəlməkdə məqsədimiz Azərbaycanda ingilis, fransız dillərini tədris edən Konqo əsilli fransız müəllim Fransis Vilfrid Mang Benzadit Mantohotadan müsahibə alma... | ANL |
təhsildə imkanları genişlənir. XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Kompüter və elektron texnologiyaları həyatımızın böyük bir hissəsini təşkil edir. Müəllimlərimiz müasir dövrün bu ən mükəmməl texnologiyalarının tədrisdə tətbiqi istiqamətində yaradıcı axtarışlar aparmaqda və ortaya maraqlı fəaliyyət nümunə... | ANL |
Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin. inkişafında şeirdən istifadənin rolu. Uzun illər xarici dilin şagirdlərə mənimsədilməsi məqsədilə müəllimlər tərəfindən tətbiq edilən səmərəli üsullardan biri şeirlərdən istifadədir. Şeirlər əslində həyat həqiqətlərini əks etdirən qafiyəli mətnlərdir. Bu səbəbdən şagirdlərin ə... | ANL |
Bakı Şəhəri üzrə Təhsil. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 31 mart tarixli 1399 nömrəli sərəncamına əsasən, Bakı şəhəri təhsil şöbələri ləğv edilmişdir. Nazirlər Kabinetinin 28 iyul 2006-cı il... | ANL |
Azərbaycan Uşaqlarının III. Ümumrespublika Forumu keçirilib. Noyabrın 17-də Bakıda Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilib. Ölkə üzrə 350-dək uşağın qatıldığı forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Mərasimin aparıcıla... | ANL |
ABŞ-da təhsil müəssisələrinin. akkreditasiyası necə təşkil olunur? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın "Strateji hədəflər və tədbirlər" bölməsində (bölmə 7) qeyd o... | ANL |
Naxçıvan Dövlət Universitetində. görkəmli bəstəkarın ustad dərsi. Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, respublikanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli sənətkar, Prezident təqaüdçüsü Musa Mirzəyev ustad dərsi keçib. Bəstək... | ANL |
ADMİU-da tələbənin. fotosərgisi təşkil edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin foyesində sənətşünaslıq fakültəsində teatrşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Babək Novruzovun "Təxəyyül və şəxs" adlı fotosərgisi təşkil edilib. 60-a yaxın iş nümayiş olunan sərgidə universitetin re... | ANL |
Musiqi Kollecində yubilyar. Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecinin müəllim və tələbələri strukturuna daxil olduqları ali məktəbin rəhbər işçiləri, o cümlədən də rektoru ilə tez-tez görüşürlər.Tanınmış musiqi xadimi, konservatoriyanın rektoru, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ... | ANL |
Sənətinin vurğunu. Söhbət Arif Hüseynovdan gedəndə onu yaxından tanıyanlar hər zaman bu fikri xüsusi vurğulayırlar: "Onun sənəti xalqa yaxın, quruluş verdiyi rəqslər isə ruhu oxşayandır". Yazımızın qəhrəmanı olan rəqs müəllimi Arif Hüseynovun ömür payına milli rəqslərimizi yaşatmaq və onu gənclərimizə düzgün şəkildə öy... | ANL |
Uşaqlıqdan musiqiyə, tar alətinə böyük həvəsi olduğundan valideynləri onu 2001-ci ildə 15 nömrəli uşaq musiqi məktəbinə Nadir Babayevin sinfinə qoyublar. Nadir müəllim tarın sirlərini ona dərindən öyrətməyə çalışıb. Musiqi məktəbində oxuyarkən bir çox tədbir və konsertlərdə iştirak edib. 2003-cü ildə keçirilən Bəhram M... | ANL |
Ölkəmizi layiqincə. təmsil edəcəyinə əmindir. Paytaxtdakı Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin VII sinfində fortepiano ixtisası üzrə əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın sinfində təhsil alır. Yaşıdlarından istedadı ilə fərqlənən, bir çox beynəlxalq müsabiqə və festivalların qalibi olan E... | ANL |
Müsabiqə və festivallar qalibi. Burada təhsil alarkən bir çox tədbirlərdə uğurla çıxış edib. 2002-ci ildə Uşaq musiqi və incəsənət məktəblərinin "Qönçə-2002" devizi ilə keçirilmiş VI Bakı uşaq musiqi festivalında uğurlu çıxışına görə fəxri fərmanla, 2006-cı ildə Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepi... | ANL |
Bakıda təhsil almaq. arzusu gerçək olub. Valideynləri uşaqlıqdan musiqiyə olan həvəsini görüb, onu 2004-cü ildə Sankt-Peterburq şəhərindəki Andreyev adına musiqi məktəbinin fortepiano sinfinə qoyublar. Burada təhsil aldığı müddətdə məktəbdaxili və şəhər üzrə müxtəlif tədbirlərdə, konsertlərdə solo proqramlarla çıxış ed... | ANL |
Gənc istedad "Xatirə" ansamblının solistidir. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərib. Valideynləri onu Bakıdakı Fikrət Əmirov adına 6 nömrəli uşaq incəsənət məktəbinin pianino sinfinə qoyublar. Amma o heç vaxt pianoçu olmaq istəməyib. Məşhur tarzən olmaq arzusu ilə yaşayır. Yeri gəlmişkən qeyd edək ki, atası i... | ANL |
qazanacağına inanır. Hazırda X sinif şagirdidir, skripka ixtisası üzrə professor, əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır. Bir çox müsabiqə və festivalların laureatıdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 ... | ANL |
skripkaçı olmaqdır. Həmidə Ağasoy 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində musiqiçi ailəsində anadan olub. Onda musiqiyə marağı anası oyadıb. Ailədə bacısı İlahə də həyatını musiqiyə həsr edib. Bir il Naxçıvanda musiqi məktəbində skripka sinfində oxuyub. Bakıdakı 15 nömrəli musiqi məktəbində oxuyark... | ANL |
müsabiqəsinin qalibi. Hazırda paytaxtdakı 252 nömrəli tam orta məktəbin IV sinfində təhsil alır. Sinif rəhbəri Aybəniz Həsənova şagirdinin istedadlı yeniyetmə olduğunu, onda yüksək yaradıcılıq keyfiyyətlərinin aşkar olunduğunu, məktəbin ictimai işlərində fəal iştirak etdiyini söylədi. Dedi ki, Cavid artıq 4 ildir ki, N... | ANL |
qrossmeyster adına layiq görülüb. Azərbaycan şahmatçısı Günay Məmmədzadə 14 yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adına layiq görülüb. Şahmat Federasiyasından aldığımız məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Rusiyanın Soçi şəhərində keçirilən Prezident Şurasının iclasında qərar qə... | ANL |
Resursları təhsilə nə verir? Gələcəyin layiqli qurucularının yetişdirilməsi sahəsində fəaliyyət göstərən hər bir müəllim özünü elmi cəhətdən təkmilləşdirməli, elmi ədəbiyyatı müntəzəm olaraq izləməli, yəni təhsilini fasiləsiz olaraq davam etdirməli, digər tərəfdən isə pedaqoji ustalığını artırmalıdır. Peşəkar müəllimlə... | ANL |
Azərbaycan təhsilində gözlənilən inkişaf. ...Müəllimlər ilk növbədə təcrübələrini zənginləşdirməli, inkişaf etmiş ölkələrin təhsil proqramlarına inteqrasiya edərək aparılan islahat işlərində tələskənliyə yol verməyib təkamül yolunu seçməlidirlər. Heydər ƏLİYEV. Çağdaş dövrdə informasiya-kommunikasiya texnologiyaları cə... | ANL |
"Yemək bişirməyi bacarmıram". SABAH qruplarında təhsil alan tələbələrin yataqxanasından reportaj. Bəzən belə bir fikir səslənir ki, tələbə həyatını yaşamaq istəyən yataqxana şəraitində yaşamalıdır. Yataqxanada yaşamış tanışlarım da bu sözü təsdiqləyirdi. Deyirdilər ki, biz tələbəliyi təkcə universitetdə yox, elə yataqx... | ANL |
Dünyanın ən yüksək reytinqli universitetlərində. təhsil alan azərbaycanlı tələbələr. Səbinə ŞAHBAZZADƏ, Kaliforniya Berkli Universiteti. 2002-ci ildə İncəsənət Gimnaziyasını əla qiymətlərlə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetini informatika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2012-ci ildə Azərb... | ANL |
Ailə təhsilinin rəsmi statusu 45 ölkədə tanınıb. Ailə təhsili keçmiş vaxtlarda adi hal olub, lakin icbari ümumi təhsilin yayılması ilə ələqədar olaraq köklü surətdə unudulub. Uşaqlar müstəqil surətdə orta və ümumi təhsilin proqramlarını ailədə mənimsəyə bilərlər. Fənlərin tədrisi ilə isə valideynlər özləri və ya dəvət ... | ANL |
Ali məktəblərdə elmin vəziyyəti ilə. bağlı araşdırmalarımız nə göstərdi? Dünyanın yüksək reytinqli universitetlərinin əksəriyyəti həm də nəhəng elm mərkəzləri kimi tanınır. Bu müəssisələrdə geniş elmi-tədqiqat işləri aparılır, dünya elminə töhfələr verən böyük layihələr həyata keçirilir. Elmin müxtəlif sahələri üzrə tə... | ANL |
Bakı Pedaqoji Kadrların İxtisasartırma və. Yenidənhazırlanma İnstitutunun 75 yaşı tamam olur. Təkzibolunmaz həqiqətdir ki, cəmiyyətimizin inkişafında təhsil zəncirvari bir sistem kimi mühüm rol oynayır. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın yeni Təhsil Strategiyası bu gün ölkə... | ANL |
Təhsil Nazirliyində əməkdaşlıq. Noyabrın 26-da Təhsil Nazirliyi ilə Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında "Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi" haqqında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumu təhsil naziri Mikayıl Cabbarov və Roqaland Təli... | ANL |
Azərbaycan Dillər Universitetində. layihənin təqdimatı olub. Noyabrın 21-də Azərbaycan Dillər Universitetində Böyük Britaniyanın "Pearson" şirkəti ilə anlaşma memorandumuna əsasən həyata keçirilən böyük layihələrdən biri olan EDI (Education Development International) Cert TEFL ("İngilis Dilini xarici dil kimi Tədris ed... | ANL |
Sumqayıt Dövlət Universitetində. əmək yarmarkası. Noyabrın 21-də Sumqayıt Dövlət Universitetində əmək yarmarkası keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə reallaşıb. SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov Dövlət Məşğu... | ANL |
üzrə növbəti reytinq cədvəli açıqlanıb. Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan Times Higher Education-un növbəti araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir. Reytinq Thomson Reuters kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdi... | ANL |
"Əsas hədəfim Vətənə töhfə verməkdir". Kanadanın Toronto Universitetində bakalavr. təhsili alan Namiq İsmayılovla söhbət. 2011-2013-cü illərdə Qafqaz Universitetinin informasiya texnologiyaları mühəndisliyi fakültəsində təhsil alıb. 2013-cü ilin sentyabrından etibarən "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici... | ANL |
Dəyərlər, standartlar, tələblər. Bildiyimiz kimi, İKT-nin inkişafı həyatın bütün sahələrində, həmçinin təhsildə qloballaşmanı sürətləndirmişdir. Bu gün qarşımızda duran əsas vəzifə ölkəmizdə zamanın tələblərinə cavab verən, milli dəyərlər, adət-ənənələr üzərində qurulan təhsil sistemi formalaşdırmaq, dünyəvi biliklərə ... | ANL |
İbtidai sinif müəlliminin. qabaqcıl iş təcrübəsi öyrənilib. Qabaqcıl təcrübənin öyrənilməsi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının metodiki iş sistemində əsas istiqamətlərdən sayılır. Filialın dislokasiyasına daxil olan rayon və şəhərlərin ümumtəhsil müəssisələrində qarşılıqlı dərsdinləmələri, "açıq dərs... | ANL |
"Təkcə ictimai nəqliyyatdan istifadə. Mütaliə ilə bağlı əməkdaşımızın budəfəki hədəfi ali məktəb tələbələri oldu. Mütaliə ilə bağlı qəzetimizin ötən sayında dərc olunmuş yazını hazırlayarkən şagirdlər arasında apardığımız araşdırma zamanı yeniyetmələrin demək olar ki, əksəriyyəti ali məktəblərə qəbul imtahanlarına hazı... | ANL |
Saxta diplomların qarşısını almaq olarmı? İnkişaf etmiş ölkələrdə bu problem. hansı mexanizmlərlə həll edilir? * Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyətini dayandırmaqla nazirlik böyük bir saxtakarlıq yuvasını dağıtmış oldu. * İnkişaf etmiş ölkələrdə diplom bir o qədər əhəmiyyət daşımır. İşəgötürə... | ANL |
Fəxri adlar alan təhsil işçiləri ölkə. başçısına minnətdarlıq edirlər. Habil və Şamil İSMAYILOV qardaşları, Cəlilabad rayonu, Qarazəncir kəndi, əməkdar bədən tərbiyəsi və idman xadimləri. 74 illik ömrümüzün 50 ilə yaxınını təhsilə və idmana, balalarımızın fiziki cəhətdən sağlam böyüməsinə həsr etmiş biz əkiz qardaşlara... | ANL |
Ən yüksək nəticə göstərmiş müəllimlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi sınaq. qiymətləndirilməsinin nəticələri əsasında. Ramiz KAZIMOV, "Zəngi" liseyinin riyaziyyat müəllimi. Elə həmin ildə Moskva Dövlət Universitetinə daxil olub və 1987-ci ildə universitetin mexanika-riyaziyyat fakültəsini bitirib. 1993-c... | ANL |
Təhsil Problemləri İnstitutu dünya. təhsil ekspertlərinın marağında. 25-26 sentyabr 2014-cü il tarixlərində Rusiyanın Moskva şəhərində Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin təşkilatçılığı ilə "Sərhədsiz dünya: açıq, distant, ... | ANL |
Dünya ölkələrində müəllim əməyinin. xüsusiyyətlərinə dair hesabat açıqlanıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinin genişmiqyaslı öyrənilməsinə dair hesabatını açıqlayıb. "Təhsil və Təlimin Beynəlxalq Tədqiqatı" (Teaching and Learning International Survey, T... | ANL |
Kəlbəcər rayonundan olan 88 yaşlı müəllim Şəmşir Şəldiyevdən bəhs olunur. Onunla görüşə gedəndə əlimdə yalnız quru faktlar vardı. Hətta bu faktlar belə onun haqqında məlumat verirdi. Bir ömrün hekayəsini danışırdı mənə. Kəlbəcər və 88 yaş şifrələri qarşılaşacağım həyat səhifələrini artıq gözümün önündə yarıbayarı canla... | ANL |
Şagirdlərin sevimlisi. Şərəfli peşə sahiblərindən söz düşəndə ilk növbədə, müəllimlərimiz yada düşür. Bu peşə qaranlıqları nura boyayan, gələcəyin alimlərini, həkimlərini, müəllimlərini yetişdirən, ağla, düşüncəyə aydınlıq bəxş edən bir peşədir. Müəllimlər hər bir çətinliyə sinə gərib, bütün güclərini şagirdlərin yaxşı... | ANL |
Şərəfli peşəmlə fəxr edirəm. Oktyabrın 5-i biz müəllimlərin peşə bayramıdır. Müəllim adı dünyanın hər yerində qürurla, hörmətlə səslənir. Bu təşkilat eyni zamanda müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edib. İndi dünyanın 100-dən çox ölkəsi müəllimlərin peşə bayramını yüksək səv... | ANL |
Təhsil Problemləri İnstitutunun ən yeni nəşrləri. Təhsil Nazirliyinin sifarişinə əsasən Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda bu fənləri tədris edən müəllimlərə metodik köməklik məqsədilə ingilis, rus, fransız və alman dillərinin tədrisinə dair V-VII siniflər üzrə 4 adda (Azərbaycan Respublikasının... | ANL |
Təcrübəli müəllimin "İllər, sizdə nəyim. kitabı işıq üzü görüb. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli peşədir. Bu peşə mövcud olduğu vaxtdan cəmiyyətdə hörmətlə qarşılanıb və müqəddəs sayılıb. Çünki müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa ma... | ANL |
İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq elm sahəsində 2014-cü il üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu barədə Nobel Mükafatları Komitəsi məlumat yayıb. Hər il oktyabrın ilk günlərində Nobel həftəliyi (6-13 oktyabr) çərçivəsində tibb və fiziologiya, fizika, kimya, ... | ANL |
Cənubi Koreya ilə təhsil. sahəsində əməkdaşlıq genişlənir. Naxçıvan Dövlət Universitetində son iyirmi ildə tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülmüşdür. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən "... | ANL |
"Millət vəkili olmaq istəyirəm". X sinif şagirdi Nərmin Heydərova ilə söhbət. Atası iqtisadçı, anası rus dili müəllimidir. Kiçik yaşlarından incəsənətin bir çox sahələri ilə də maraqlanır. Özünün dediyinə görə indi müxtəlif mövzularda şəkillər çəkməyi xoşlayır. Ailədə özündən başqa bir qardaşı var ki, o da Azərbaycan T... | ANL |
Məktəblilər kompüterdən necə istifadə edirlər? Etiraf edək ki, müasir dövrümüzdə kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hər bir şəxsin az da olsa kompüter biliklərinə yiyələnməsi dövrün tələbidir. Yaş fərqindən asılı olmayaraq insanların böyük əksəriyyəti istəsə də, istəməsə də kompüterdən istifadə etmək məc... | ANL |
SABAH qrupları haqqında nə bilirik? Azərbaycanın ali təhsil tarixində ilk dəfə tətbiq olunan SABAH qrupları layihəsində məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Ali məktəb kollektivləri, müəllim və tələb... | ANL |
Təhsil işçiləri dövlət başçısına minnətdarlıq edirlər. Təhsilə və idmana göstərilən diqqət bizi sevindirir. Şamil İsmayılov, Cəlilabad rayonu, Qarazəncir kəndi, əməkdar bədən tərbiyəsi və idman xadimi. Son illər ölkəmizdə təhsilə, idmana göstərilən böyük dövlət qayğısı, hər iki sahədə əldə etdiyimiz uğurlar məni - qoca... | ANL |
Təhsil Nazirliyinin təşkilatçılığı ilə. Oktyabrın 10-11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıdakı "Jumeriah" otelində 1-ci SABAH Forumu keçirilib. 2 gün davam edən forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbə iştirak edib. Qeyd edək k... | ANL |
"Sabahın alimləri" IV Respublika. Müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdı... | ANL |
Təltif olunan təhsil işçilərinə. mükafatlar təqdim edilib. Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Tərəqqi" medalı, "Əməkdar müəllim" və "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Görüşdə... | ANL |
edən tələbələrin təəssüratları. Xəbər verildiyi kimi, bu il 10-11 oktyabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq I SABAH Forumu keçirilib. Ölkənin 7 ali təhsil müəssisəsinin SABAH qruplarında təhsil alan 250-yə yaxın tələbəsinin iştirak etdiyi forumda ölkə təhsilinin strateji hədəflə... | ANL |
Dünya bəşər tarixinin. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası - red.) Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib. Epidemiya, əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrinə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Sonun... | ANL |
Dünyanı yalnız ədalətin xilas. Söhbət geniş mütaliəli, incəsənət vurğunu, yüksək intellektli Ayxan Əhmədzadədən gedir. Mütaliəli insanla ünsiyyətdə olmaq kitab oxumağa bərabərdir, bu istər uşaq olsun, istərsə böyük. Bunlardan biri də fəlsəfi əsərlərə maraq göstərməsi ilə yaşıdlarından fərqlənən on beş yaşlı Ayxandır. M... | ANL |
Dərslərimi yeni təlim. texnologiyalarına uyğun qururam. Əsasında şagirdləri şəxsiyyət kimi formalaşdırmaq konsepsiyası dayanan kurikulum gənc nəsli müasir, sivil dünyaya qovuşdurmaq məqsədini daşıyır. Kurikulum siyasətinin mərkəzində şagird, onun mənəvi, psixoloji dünyası, müstəqilliyi, milli dəyərlərə sahibliyi dayanı... | ANL |
İKT-nin tətbiqi ilə əlaqədar yeni bacarıqların formalaşması haqqında müzakirələr aparır, şagirdlərin maraq və qabiliyyətlərinin üzə çıxarılmasına çalışıram. Bir informatika müəllimi kimi düşünürəm ki, kompüter biliklərinin əsası məhz orta məktəbdə, ibtidai təhsildə qoyularsa, daha yaxşı nailiyyətlər əldə edə bilərik. Ə... | ANL |
Coğrafiya fənninin. tədrisində İKT-dən istifadə. İnformasiya-kommunikasiya texnologiyaları hər bir sahəyə olduğu kimi, təhsil sahəsinə də sürətlə tətbiq olunur. İKT-dən istənilən fənnin tədrisində geniş istifadə etmək imkanları var. Texnologiyalar müəllimlərin öz şagirdlərinə təklif edə bildiyi resursları artırır, şagi... | ANL |
formalaşmasında əhəmiyyətli addım, yoxsa tərbiyəyə vurulan zərbə? "Uşaqlarınızı tərbiyə etməyə çalışmayın. Çünki onsuz da sizə oxşayacaqlar. Bu günlərdə qarşıma çıxan bu sözlər və onun əks olunduğu şəkil məni bir daha gələcəyimizi etibar edəcəyimiz bugünkü uşaqlarımızın və gənclərimizin təlim-tərbiyəsinə nəzər salmağa ... | ANL |
Nobel sülh mükafatına layiq görüldü. Məktəbli qızın həyat hekayəti. Məlum olduğu kimi, oktyabrın 10-da Osloda Nobel Mükafatları Komitəsi 2014-cü il Nobel Sülh Mükafatına pakistanlı təhsil fəalı Malala Yusifzay və hindistanlı uşaq hüquqları müdafiəçisi Kailaş Satyartini layiq görüb. Nobel Komitəsinin bildirdiyinə görə, ... | ANL |
Azərbaycanın uşaq yazıçısı. Sevindirici haldır ki, dünyanın müxtəlif ölkələrinin 57 yazıçısının laureatlar siyahısında Azərbaycanın uşaq yazıçısı Qəşəm İsabəyli də yer almışdır. Andersen Fəxri Diplomu nə deməkdir? Son iki ildə dünya uşaq yazıçılarının müasir ədəbi mühiti özündə əks etdirən ən yaxşı əsərlərinin seçimi. ... | ANL |
"Valideynlərim məni uşaqlıqdan. kitabla dost münasibətdə böyüdüb". Avstraliyanın Melburn Universitetində magistr təhsili alan Adil Adilli ilə söhbət. Burada 4 il təhsil aldıqdan sonra TCS (Türkiyə Cumhuriyyətləri Sınavı) imtahanı verərək arzuladığı və yeganə seçimi olan Türkiyənin Ankara şəhərində yerləşən Orta Doğu Te... | ANL |
Təhsil televiziyasının yaranması vacibdirmi? Artıq xeyli müddətdir ki, ölkə ictimaiyyəti müxtəlif səviyyələrdə təhsillə bağlı ayrıca televiziya kanalının yaradılması məsələsini müzakirə edir. Əlbəttə, son dövrlərdə İdman Azərbaycan və Mədəniyyət adlı televiziya kanallarının yaradılmasından sonra mütəxəssislər bu təşəbb... | ANL |
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VIII sinfində oxuyur. Fortepiano ixtisası üzrə əməkdar müəllim Dilarə Mirzəquliyevanın, skripka üzrə əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır. Təhsil illəri ərzində uğurları az olmayıb. Festival və konsertlərdə, müxtəlif nominasiyalı müsabiqələrdə qazandığı n... | ANL |
Beynəlxalq müsabiqələr qalibi. Aytən İbrahimova 1997-ci ildə Bakı şəhərində musiqiçilər ailəsində anadan olub. Hazırda XI sinif şagirdidir, skripka ixtisası üzrə professor, əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır. Dəfələrlə məktəbdə və dövlət tədbirlərində iştirak edib. Respublika və beynəlxalq səviyy... | ANL |
Prezidentlə görüşüm oldu". Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin III sinif şagirdi ilə söhbət. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin üçüncü sinif şagirdidir. O, 5 yaşından 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinə qəbul olaraq şahmatın sirlərini öyrənməyə başla... | ANL |
160 nömrəli klassik gimnaziyanın şagirdi. müsabiqəsinin milli mərhələsinin qalibi oldu. Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində "Eko Rəsm Gündəliyi-2014" Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçis... | ANL |
Ali məktəblərdə mühazirələr necə olmalıdır? Hazırda ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətində hələ də sovet dövründən qalma bəzi ənənələr davam edir ki, bunlardan da biri köhnə qaydalarda aparılan mühazirələrdir. Etiraf edək ki, bəzi müəllimlər bu gün də ötən əsrdən qalan saralmış vərəqlərd... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.