text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ən yaxşı məktəblərimiz. Heydər Əliyev adına lisey. Lisey Təhsil Nazirliyinin tabeliyindədir və 2004-cü ildən fəaliyyət göstərir. Müəllimlərindən 5 nəfəri elmlər namizədi, 5 nəfəri respublikanın əməkdar müəllimi, 1 nəfər isə "Tərəqqi" medallıdır. Bundan başqa, 8 nəfər müəllim "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. ...
ANL
Dövlət maraqlarının müdafiəsində. vətəndaş təəssübkeşliyi. Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar i...
ANL
Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi. Tələbə Elmi Cəmiyyəti (bundan sonra - TEC) elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsili sahəsində isə ali tibb təhsili müəssisələrində və rezidenturada təhsil alan tələbələrin könüllü i...
ANL
Ali təhsil müəssisəsində təhsilalanların elmi. tədqiqat işinin təşkili haqqında. Azərbaycan Respublikası təhsil nazirinin. Təhsilalanların elmi tədqiqat. Müasir dövrdə istehsal texnologiyalarının informasiyalaşdırması ilə əlaqədar xüsusi informasiyaların (elmi, texniki, texnoloji və s.) həcmi sürətlə artır. Belə bir şə...
ANL
Kəlbəcər. Kəlbəcər rayonu Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Xanlar (Göygöl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər əhalisinin 98 faiz...
ANL
Ali təhsil keyfiyyətinin planlaşdırılması, idarə. edilməsi və ölçülməsində yeni tendensiyalar. Təhsildə planlaşdırma və keyfiyyət nədir? Bu gün dünyanın qlobal inkişaf tendensiyası sosial-iqtisadi tərəqqinin hərəkətverici qüvvə və mənbəyinin maddi sferadan intellektual sferaya keçidi ilə müşayiət edilir. Belə şəraitdə ...
ANL
"Azərbaycan dili və ədəbiyyatı tədrisi". Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini davam etdirərək, Azərbaycan dövləti mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşl...
ANL
Abdulla Şaiqin mənzil-muzeyində. Mirzə Şəfi Vazehin xatirəsi anıldı. İyunun 24-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatının dünya şöhrətli klassiki, maarifçi şair Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi münasibətilə "dəyirmi masa" keçirildi. Tədbirdə Abdulla Şaiqin mənzil-muzeyinin əməkdaşlarının ...
ANL
Ümumtəhsil məktəblərinin. planlarının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq. Azərbayca...
ANL
Təlimatda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası təhsil nazirinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar" təsdiq edilmişdir. Həmin qaydaların 6-cı və 7-ci b...
ANL
Beynəlxalq Bakalavriat Proqramı: bu günün və sabahın təhsili. Qloballaşmanın getdikcə artdığı, rəqabətin gücləndiyi müasir dövrümüzdə inkişafın əsas hərəkətverici qüvvəsi olan təhsilin keyfiyyətinin yüksəldilməsi ən prioritet məsələlərdən hesab olunur. Bununla əlaqədar demək olar ki, bütün ölkələrdə təhsilin keyfiyyəti...
ANL
Ən yaxşi məktəblərimiz. 1995-ci ildə təhsil müəssisəsinə Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adı verilmiş və bu mərasimdə ulu öndərimiz Heydər Əliyev şəxsən iştirak etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olan Tahir Həsənov adına...
ANL
Tədris planlarına dair qeydlər. Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən başlanır. Tədrisi I (...
ANL
"Gələcəyimiz məktəb və maarifə bağlıdır. Hakim bir millətin məhkum düşməsi, məhkum bir millətin yox olması məktəbsizlikdən irəli gəlir". Məşhur maarifçi və mühərrir, istedadlı publisist İsmayıl Qaspıralıya məxsus olan və təhsilin, məktəbin əsas tərəqqi aləti olmasını çox dəqiq və aydın ifadə edən bu fikirləri dəyərli a...
ANL
Ən yaxşı müəllimlərimiz. orta məktəbin biologiya müəllimi. 1998-ci ildə Gəncə Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Bir çox treninq və seminarların iştirakçısıdr. Tədris etdiyi fənn üzrə şagirdləri dəfələrlə respublika fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə qalib olublar. Şagirdləri qəbul imtah...
ANL
X sinifdə oxuyarkən ATV kanalında yayımlanan "LC" Bilik Akademiyası yarışında həftənin oyununda I yerə, ayın oyununda isə III yerə layiq görülüb. Lakin həm də həyəcanlı idim. Fikirləşirdim ki, birdən yığa bilmərəm. TQDK-nin və "Araz" ali məktəbə hazırlıq kurslarının sınaq imtahanlarında daim iştirak edirdim. Mən Tibb U...
ANL
Təhsil mütəxəssisləri müəllimlik ixtisaslarına qəbul olunmuş. tələbələr üçün stimullaşdırma proqramını dəstəkləyirlər. Stimul keyfiyyət amilidir. Əjdər AĞAYEV, pedaqoji elmlər doktoru, professor. Son zamanlar bir qayda olaraq müəllimlik ixtisasına qəbul imtahanında aşağı bal toplayanlar gəlirlər. Hətta bəzi valideynlər...
ANL
Sənətkar hazırlığı Dövlət. Strategiyasının tələblərinə cavab verməlidir. Ölkəmizdə gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri, dayanıqlı makroiqtisadi yüksəlişin təmini, yoxsulluğun azaldılması, iqtisadiyyatın diversifikasiyası və onun dünya iqtisadi sisteminə inteqrasiyası insan potensialını...
ANL
Riyaziyyat və informatika dərslərində. təqdimatlardan necə istifadə edirəm? İnsan fəaliyyətinin hər bir sahəsinə daxil olan informasiya texnologiyaları müasir dərs prosesində də özünə geniş yer ayırıb. Danılmaz faktdır ki, müasir dövrdə dərsi kompütersiz təsəvvür etmək qeyri-mümkündür. Cavabı almaq üçün hazır alqoritml...
ANL
Azərbaycan məktəbliləri beynəlxalq. mədəni-təhsil forumundan qayıdıblar. İyunun 25-dən iyulun 2-dək dünyanın ən mənzərəli guşələrindən biri olan İssık-Kul gölünün (Qırğızıstan mirvarisi) sahilindəki kurort-sağlamlıq kompleksində MDB ölkələrinin "Birliyin uşaqları" beynəlxalq illik mədəni - təhsil forumu keçirilib. Foru...
ANL
Azərbaycanlı rəssam Roma. Rəssamlıq Akademiyasından dəvət alıb. Roma Rəssamlıq Akademiyası (RRA) azərbaycanlı gənc və istedadlı rəssam Məryəm Ələkbərlinin yaradıcılığına hörmət əlaməti olaraq ona fəxri dəvət məktubu göndərib. Bu haqda AzərTAc-a məlumat verən Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin səd...
ANL
Azərbaycan əlyazmalarının. yorulmaz tədqiqatçısı. Müasir dövrümüzdə Azərbaycan ədəbiyyatşünaslığı fundamental addımlar atır. Bu addımlar Azərbaycan təsəvvüf ədəbiyyatı irsinin öyrənilməsi, üzə çıxarılması və təbliği istiqamətindədir. Son dövrlərdə təsəvvüf şairlərinin divanının, təriqət rəhbərlərinin elmi-nəzəri əsərlə...
ANL
Yeniyetmələrin Respublika. Şahmat Olimpiadasına start verilib. İyulun 12-də İsmayıllı şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri illik əsasnaməyə uyğun olaraq 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının açılış...
ANL
Ən yaxşı müəllimlərimiz. Bənövşə BİNNƏTOVA, Yevlax rayon Aran qəsəbə 2 nömrəli. tam orta məktəbin fransız dili müəllimi. Əmək fəaliyyətinə Yevlax rayon Aran qəsəbə 2 nömrəli tam orta məktəbində fransız dili müəllimi kimi başlayıb. Yetirmələrindən bir çoxu respublikanın müxtəlif məktəblərində fransız dili müəllimi kimi ...
ANL
Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə iyulun 20-də keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. Aşağıda onları təqdim e...
ANL
Mərkəzi Xocalı şəhəridir. Rayonun ərazisindən uzunluğu 32 km olan birinci kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmiryolu keçirdi. İşğala qədər rayonda 56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə, kənd təsərrüfatı və sənaye müəssisələri, aeroport və s. fəaliyyət göstərirdi. Əhali əsasən üzüm...
ANL
Fərdi təhsil üzrə nümunəvi. tədris planının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər ...
ANL
Məktəbli formalarının tikilişində istifadə. olunan parçalar Türkiyədən gətirilir. Artıq bir neçə ildir ki, paytaxtın orta ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq edilir. Məktəbli formasının tətbiqinə 2007-2008-ci tədris ilindən başlanmış və şagirdlərin uzun illər məktəbə sərbəst geyimdə gəlmələri nəzərə ...
ANL
Gəncə Dövlət Universiteti: sabahımız daha müasir, daha güclü. Azərbaycan Xalq Komissarları Sovetinin 1938-ci il 14 aprel tarixli qərarı ilə İkillik Müəllimlər İnstitutu kimi ilk qədəmlərini atmış, 1943-cü ilin payızından Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu olaraq fəaliyyət göstərmiş, ulu öndər H...
ANL
Yay mövsümü ilə bağlı. baş pediatrdan xəbərdarlıq. "Qafqazinfo"nun məlumatına görə, bunu Modern.az-a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. Onun sözlərinə görə, uşaqlarda durmadan çəki artımı baş verir və valideynlər də elə bilir ki, bu iştah küskünlüyüdür: "Yay fəsli isti...
ANL
potensialını aşkar etməyə imkan verir". Avstraliyanın Queensland Universitetinin tələbəsi Günay Gözəlova ilə söhbət. Elə həmin il yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsi nəzdində ingilis dilində fəaliyyət göstərən Xüsusi İstedadlar Qrupuna daxil olub. Təhsil ald...
ANL
"Azərbaycan müəllimi" qəzeti. Ali Media Mükafatına layiq görülüb. İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş mərasim keçirilib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri tədbir Dövlət himninin səslənməsi...
ANL
Təhsil naziri Sumqayıt şəhər. Təbiət Elmləri Təmayüllü Gimnaziyada. Mayın 31-də Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada "Son zəng" tədbiri keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, şəhər təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər işti...
ANL
Nazir Bakı şəhəri üzrə ümumtəhsil. məktəblərinin müəllimləri ilə görüşüb. İyunun 3-də təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşüb. Görüşdə Təhsil Nazirliyinin müfaviq struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və idarənin ə...
ANL
Sınaq qiymətləndirilməsinin keçirilmə vaxtı açıqlandı. Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) iyunun 4-də müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə əlaqədar məktəb direktorlarının iştirakı ilə növbəti iclasını keçirib. İclasda BŞTİ-nin r...
ANL
Müəllimlər sınaq qiymətləndirilməsi. ilə bağlı nə düşünürlər? "Sınaq qiymətləndirilməsinin. müəllimlərə böyük faydası olacaq". Səadət VEYSOVA, Bakı Avropa liseyinin fizika müəllimi, əməkdar müəllim. Məlum olduğu kimi, son günlərdə təhsil ictimaiyyətinin, ümumiyyətlə, bütün cəmiyyətin diqqət mərkəzində olan müəllimlərin...
ANL
Təhsilimizin uğurları. İyunun 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün 4-cü - sonuncu sınaq imtahanları keçirib. Sınaq imtahanlarının iyunun 4-də açıqlanmış nəticələrinə görə, ölkə üzrə 28 şəhər və rayonda təşkil olunmuş imtahanlarda 44014 a...
ANL
Bülbül adına Orta İxtisas Musiqi. Məktəbinin şagirdi Beynəlxalq. müsabiqələr və festivallar qalibidir. Atabəy İsmayılov 1998-ci ildə Fizuli rayonunun Horadiz qəsəbəsində anadan olub. O, Bakıdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdidir. Hazırda əməkdar müəllim Əflaruz Məmmədovun sinfində tar ixtisası üzrə...
ANL
Rubrikamızın budəfəki qonağı ABŞ-ın Boston Universitetində. magistr təhsili alan Qəmər Abdullayevadır. Orta təhsilini Bakı Avropa Liseyində alıb. Ali təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində davam etdirib. Daha sonra Böyük Britaniyanın nüfuzlu təhsil ocaqlarından ol...
ANL
Müəllimlərin sınaq. qiymətləndirilməsinə. aid test nümunələri. Bildiyiniz kimi, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcəkdir. Bu məqsədlə Bakının 12 rayonunda müəllimlərlə gö...
ANL
Ən yaxşı müəllimlərimiz. Xalidə NƏZƏROVA, Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin. 1984-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Şagirdləri respublika fənn olimpiadalarının...
ANL
Sumqayıt təhsil işçiləri dərs. Müstəqilliyimizin ilk illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Təhsil sahəsində İslahat Proqramı"nın qəbul edilməsi ölkəmizdə milli təhsil quruculuğuna start verdi. Ötən dövr ərzində təhsilimizin məzmunu dəyişdirildi, normativ-hüquqi bazası yaradıldı, təh...
ANL
Səttar Bəhlulzadə. yaddaşlarda necə qalıb? Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində doğulub. İki dəfə Qırmızı Əmək Bayrağı ordeni və müxtəlif medallarla təltif olunub. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M.Şaqalın...
ANL
Musiqi Kollecində bəstəkar. Ramiz Mirişli ilə görüş olub. Tanınmış Azərbaycan bəstəkarı, qəlboxşayan bəstələri, incə, lirik mahnıları ilə neçə-neçə nəsillərin musiqi zövqünü oxşamış, bədii-estetik duyumunun formalaşmasında yardımçı olmuş Azərbaycan Respublikasının xalq artisti, professor, "Şöhrət" və "Şərəf" ordenli Ra...
ANL
Təhsil Nazirliyində ötən tədris ilinin. nəticələrinə həsr olunmuş təqdimat keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmələrinin rəhbərləri, media təmsilçiləri və müstəqil bloqçu jurnalistlər iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov giriş nitqində bildirib ki, son bir ildə fəaliyyətin...
ANL
Bakıda müəllimlərin sınaq. qiymətləndirilməsi davam edir. Sınaq qiymətləndirilməsində iştirak etmiş. müəllimlərin imtahanla bağlı təəssüratları. İyunun 10-da Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinə başlanıldı. Sınaq qiymə...
ANL
Təhsil Problemləri İnstitutunun. nümayəndə heyəti Fransada səfərdə olub. Bu günlərdə Paris Təhsil Assosiasiyasının vitse-prezidenti xanım An Mari Polonun dəvət məktubuna əsasən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, direktor müavini Ənvər Abbasov, aparıcı elmi işçisi Gülbəniz Camalova və tərcüməçi, fr...
ANL
"Elektroenergetikada kadr problemi: gələcəyə baxış" mövzusunda konfrans. İyunun 6-da "Elektroenergetikada kadr problemi: gələcəyə baxış" mövzusunda konfrans keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, "Bakıelektrikşəbəkə" ASC idarə heyətinin sədri Baba Rzayev və digər qonaqlar iştirak edib. Konfransda Baba Rzay...
ANL
mövzusunda konfrans keçirilib. İyunun 9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində "Media və təhsil dialoqu: yeni çağırışlar" mövzusunda praktik konfrans keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətl...
ANL
Musiqi Məktəbinin şagirdi Beynəlxalq. festivalda ölkəmizi təmsil edib. Təhsil Nazirliyinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VI sinif şagirdi Çinarə Əzimova Moskvanın Böyük Kreml Sarayında "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq Musiqi Festivalında ölkəmizi təmsil edib. Uşaqların Beynəlxalq Müdafiəsi Gün...
ANL
Azərbaycan məktəblisi Beynəlxalq. Türkiyənin Əskişəhər şəhərindəki Osmanqazi Universitetində şagirdlər arasında keçirilən Türk Dünyası Bilik Olimpiadası yekunlaşıb. Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan və bu formatda ilk dəfə olaraq keçirilən olimpiadada 17 türk ərazisinin - Azərbaycan, Türkiy...
ANL
Tələbələr nəzəri biliklərini. təcrübədə tətbiq etdilər. Artıq neçə ildir ki, ölkəmizdə təhsil sahəsində islahatlar aparılır. Təhsilin məzmunu köklü şəkildə dəyişilir. Məzmunla bərabər təlimin təşkilinə verilən tələblər və qiymətləndirmə məsələlərində də ciddi dəyişikliklər aparılır. Azərbaycan Respublikasının Prezident...
ANL
Ən yaxşı müəllimlərimiz. məktəbin ibtidai sinif müəllimi. 1994-cü ildə Rusiya Federasiyasının Omsk şəhərindəki Omsk Dövlət Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. 2009-cu ildə Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif o...
ANL
Şagirdimiz Yeniyetmələrin II. Olimpiya Oyunlarına lisenziya qazanıb. Bakıdakı 80 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Fizika, riyaziyyat, kimya fənlərini çox sevir. Amma həyatını idmana bağlamaqda qərarlıdır. Nazim özü hələ gənc olsa da, respubikamızın idman salnaməsində artıq onun öz...
ANL
Sumqayıt Dövlət Universitetində. alimin yubileyi qeyd olundu. İyunun 2-də Sumqayıt Dövlət Universitetində qocaman alimin çırağına tələbə və professor-müəllim heyəti yığışaraq onun doğum gününü böyük şərəflə qeyd etdilər. Bu münasibətlə keçirilən tədbirdə bildirildi ki, insan ömrü ağrılı-şirinli xatirələrdən ibarətdir. ...
ANL
Dünya ölkələrində ali təhsil. Finlandiyada ali təhsil. Finlandiya ali təhsil müəssisələri universitetlərə və politexnik təhsil ocaqlarına bölünür. Ali məktəblərə qəbul zamanı tələbələrin seçimi əsasında milli və qəbul imtahanlarından istifadə edilir. Universitetlərdə əsas diqqət elmi tədqiqatlara ayrılır və tələbələrə ...
ANL
Abituriyentlərə və valideynlərə psixoloq məsləhəti. İmtahan zamanı psixoloji gərginliyi aradan qaldırmaq üçün nə etməli? İnsan üçün həyatın bəzi məqamları həqiqətən də streslidir. Bu məqamlardan biri də məhz ali və orta ixtisas məktəblərinə qəbul imtahanları ilə bağlı olur. Məlumdur ki, abituriyentlərin bəziləri bu imt...
ANL
Azərbaycanda duet janrında. əsər yazan ilk bəstəkar. Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti, bəstəkar Ramiz Mirişli ilə söhbət. Tanınmış Azərbaycan bəstəkarı Ramiz Aqil oğlu Mirişli 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xa...
ANL
Böyük maarifçi, tanınmış alim və şair. Respublikamız müstəqillik qazandıqdan sonra dövlətimiz xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinə daim qayğı göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin görkəmli alim, şair, ictimai fikir tarixində layiqli yer tutan Abbasqulu...
ANL
Müstəqilliyimizi gözü götürməyən mürtəce qüvvələrin dəstəyi ilə ötən əsrin sonlarında Ermənistan dövləti Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisini və onun ətrafındakı 7 inzibati rayonunu işğal etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox insan q...
ANL
Beynəlxalq müsabiqələr qalibi. Hər dəfə beynəlxalq müsabiqə və festivallarda qalib adını qazanan yeniyetmə və gənclərin xoş sorağını eşidəndə qürur hissi keçiririk. Belə gənclər cəmiyyətdə öz sözlərini deməyi bacaran, dünyagörüşləri, intellektual səviyyələri, həyata baxışları və istedadı ilə seçilən fəal gənclərdir. Ha...
ANL
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi. hesabat konserti ilə çıxış edib. Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi hesabat konsertləri ilə çıxış edib. Mərkəzin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirdiyi "Dostluq çələngi" adlı hesabat konsertində "Milli rəqs" dərnəyinin üzvləri v...
ANL
III respublika müsabiqəsi. qaliblərinin yekun konserti. Azərbaycan Dövlət Filarmoniyasında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirilib. Konsertdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Üzeyir Hacıbəyli adına ...
ANL
Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran və Xocavənd, həmçinin Füzuli rayonları ilə həmsərhəddir. Rayonun mərkəzi olan Ağdam Bakıdan 362 km məsafədə, Qarqar çayının sahilindən 3 km aralı, Qarabağ düzünün cənub-qərbindədir. Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdə...
ANL
"Kitabi-Əsgəriyyə" hekayəsinin. məzmununa yeni baxış. Abbasqulu Ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsinin adından göründüyü kimi, bu, müəllifin əsərinə ad qoyması ilə yanaşı, həm də onun janrının müəyyənləşdirilməsi cəhdidir. "Kitab" sözünün bir ədəbi termin olaraq epik növün irihəcmli əsərlərinin adlandırılması Q...
ANL
eksperiment qaydasında yeni. qiymətləndirmə mexanizmi tətbiq olunub. Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları, təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu respublikamızın müxtəlif tədris müəssisələrində tətbiq olunur. 2009-2010-cu tədris ilindən başlayaraq ümumtəhsil pilləsinin dövlət stan...
ANL
Öyrənmə fəaliyyətini. səciyyələndirən xüsusiyyətlər. Kurikulum üzrə təlim əzbərçiliyə deyil, həyati bacarıqlara, birbaşa nəticəyə aparan yoldur. Bu zaman müəllim və şagirdlərin fəaliyyət mexanizmi dəyişir. Müəllim şagirdləri müstəqil, yaradıcı fəaliyyətə istiqamətləndirməklə onun öz fəaliyyətinin nəticələrini qiymətlən...
ANL
"Dövlət Proqramı ilə təhsil. aldığımız üçün başqa ölkələrdən. olan tələbələr bizə həsədlə baxırlar". Kanadanın Toronto Universitetində təhsil alan. azərbaycanlı tələbə Mahirə Səfərəlizadə ilə söhbət. 2007-ci ildə anasının təkidi ilə Bakı Dövlət Universitetinin nəzdində yenicə açılmış "Gənc istedadlar" liseyinə imtahan ...
ANL
Uşaqlar məktəbə gedəndə. nələri bilməlidirlər? Hər birimizin ailəsində uşaqlar böyüyur. Uşaqlıq dövrünü qayğısız yaşayan balacalarımızın valideynlərini onların müəyyən yaş dövründən sonra artıq bir məsələ düşündürür: necə etsinlər ki, övladları məktəb təliminə hazırlıqlı olsunlar və ilk dəfə məktəbə qədəm qoyduqları gü...
ANL
Məktəbəqədər təhsilin perspektivləri. Azərbaycan Respublikasında təhsilin digər pillələri ilə yanaşı, məktəbəqədər təhsil sistemində baş verən müasir proseslər müxtəlifdir və mühüm vəzifələrin həllinə yönəldilmişdir. Bunlar da məktəbəqədər təhsil sistemində yeni yanaşmaların tətbiqini və təlim prosesinin təşkili üçün y...
ANL
Nümayəndə heyətimiz. Belarusdan qayıdıb. Bu ilin 6-14 iyun tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti Belarusun Minsk vilayətindəki Zubryonok Milli Uşaq Mərkəzində keçirilən "Sərhədsiz dostluq" X Beynəlxalq gənclər forumunda iştirak edib. Forum MDB hökumət başçıları tərəfindən təsdiq olun...
ANL
Barak Obama azərbaycanlı. şagirdə təbrik məktubu göndərib. Hər dəfə Azərbaycan təhsilinin yetirmələri olan istedadlı şagirdlərimizin dünyanın ayrı-ayrı ölkələrində yüksək bilik və intellektual qabiliyyətlər nümayiş etdirməsi qürurverici hadisəyə çevrilir. Bu günlərdə isə ABŞ-ın Men ştatındakı "Thornton Academy" məktəbi...
ANL
Ən yaxşı müəllimlərimiz. orta məktəbin tarix müəllimi. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Çalışdığı 5 nömrəli tam orta məktəbdə nümunəvi tarix kabineti yaradı...
ANL
BSU Məktəb-Lisey Kompleksinin şagirdləri. Beynəlxalq olimpiadada uğur qazandılar. Bu günlərdə Moskvada Beynəlxalq Rus dili günü və Puşkinin anadan olmasının 215 illiyinə həsr olunmuş məktəblilər arasında XIII Beynəlxalq Rus dili olimpiadası baş tutub. Olimpiada Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi, Rossotrudniçe...
ANL
Ən yaxşı müəllimlərimiz. Xədicə ƏZİMOVA, Lənkəran şəhər 4 nömrəli. məktəb-liseyin ibtidai sinif müəllimi. 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika fakültəsini bitirib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif olunub....
ANL
"Uşaqların (şagirdlərin) ümumi təhsil. müəssisələrinə qəbulu və yerdəyişməsi. Qaydaları"nın təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uşaq və şagirdlərin Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaric...
ANL
Beynəlxalq fənn olimpiadalarında. iştirak edəcək komandalar və onların. rəhbərləri ilə görüş keçirilib. İyunun 21-də Təhsil Nazirliyində beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdlərdən ibarət komandalar və onların rəhbərləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi fənlər üzrə beynəlxalq olimpa...
ANL
On bir yaşlı beynəlxalq müsabiqələr laureatı. Ölkəmizdə xüsusi istedada malik olan yeniyetmə və gənclərə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Belə gənclərin üzə çıxarılması, səmərəli təhsil almaları istiqamətində mühüm layihələr həyata keçirilir. Onlar xarici ölkələrdə təşkil olunan beynəlxalq müsabiqə və...
ANL
Bakı məktəblisi beynəlxalq müsabiqənin. Qran-pri mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıdakı G. Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 10-cu sinif şagirdi Atabala Manafzadə 2014-cü il 6-9 iyun tarixlərində İsveçin Stokholm şəhərində keçirilən ...
ANL
Yeniyetmə şahmatçılarımız dünya. çempionatında 10 medal qazanıblar. 13-27 iyun tarixlərində Yunanıstanın Kavala şəhərində məktəblilər arasında şahmatın rapid və blits növü üzrə dünya, klassik şahmat üzrə isə Avropa çempionatları keçirilir. Komandanın rəhbəri beynəlxalq dərəcəli hakim, Azərbaycan Şahmat Federasiyasının ...
ANL
Hamımıza məlumdur ki, XIX əsrin əvvəllərindən başlayaraq Şimali Azərbaycan çar Rusiyası tərəfindən işğal olunmuş və Azərbaycanda müstəmləkəçilik siyasəti yürüdülmüşdür. Eyni zamanda, Rusiya öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün Azərbaycan dilinə, bu dili bilən tərcüməçilərə, savadlı mütəxəssislərə böyük eh...
ANL
Uşaqların (şagirdlərin) ümumi təhsil. müəssisələrinə qəbulu və yerdəyişməsi. Azərbaycan Respublikasının təhsil nazirinin. "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə (bundan sonra - məktəblərə) şa...
ANL
Ankara Universitetində rezidentura təhsili alan Adil Hüseynov ilə söhbət. Hüseynov Adil Vaqif oğlu 1985-ci il sentyabrın 9-da Qərbi Azərbaycanın Krasnoselo rayonunun Ardaniş kəndində anadan olub. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Həmin il Türkiyə Respublikasında u...
ANL
Qarşıda qələbə günümüz var. Zəngin biliyi, dünyagörüşü, xarakteri və xoş davranışı ilə hamıya nümunə olan müəllimlər gənc nəslin tərbiyəsində müstəsna rol oynayır. Xoşbəxt o müəllimdir ki, onu şagirdləri bir ömür boyunca hər zaman xatırlayır. İlk gənclik illərindən yorulmadan hər səhər dərsə, şagirdlərinin yanına tələs...
ANL
AMİ-nin Mingəçevir filialında. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanına əsasən fəaliyyətə başlayan Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının yaradılmasından 14 il ötür. Qısa müddət keçməsinə ba...
ANL
Rima Abbas qızı Hənifəyeva. Əməkdar müəllim, Prezident təqaüdçüsü Rima Abbas qızı Hənifəyeva vəfat edib. Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış pedaqoq Rima Hənifəyevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. 1947-ci ildə Yerevan Pedaqoji Texn...
ANL
Narkomaniyanın cəmiyyətə vurduğu ziyan. “Biz dünyada ümumbəşəri problemlərin tezliklə həll olunmasının tərəfdarıyıq və bundan sonra da bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizənin ön sıralarında olacağıq”. Ümummilli Lider Heydər Əliyev. Azərbaycan Respublikası ərazisində narkomaniya v...
ANL
"Sabahın alimləri" III Respublika. müsabiqəsinin yekunları haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Müsabiqə İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin həmtəşkilatçıları və sponsorları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşç...
ANL
Məktəblilərin fənn olimpiadalarının. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsil Nazirliyinin 07.11.2002-ci il tarixli, 1041 nömrəli əmri ilə təsdiq edilmiş "Məktəblilərin fənn olimpiadaları haqqında Qaydalar"ı rəhbər tutaraq, məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə. Olimpiadal...
ANL
Təhsil naziri "Şöhrət" ordenini. Ramiz Əskərova təqdim edib. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmiş filologiya elmləri doktoru Ramiz Əskərovla ...
ANL
Təhsil naziri Təhsil Problemləri. İnstitutunun yeni strukturunu təsdiq edib. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun strukturunun yeni redaksiyada təsdiq olunması barədə" əmr imzalayıb. Əmr Təhsil Problemləri İnstitutunun (TPİ) fəaliyyətinin tək...
ANL
Yubiley təbrikləri. Həsən HƏSƏNOV, "Xalq qəzeti"nin baş redaktoru. Azərbaycanın çoxminli təhsil işçiləri, elmi-pedaqoji içtimaiyyəti özlərinin sevimli dövri nəşri "Azərbaycan müəllimi" qəzetinin ilk sayının işıq üzü görməsinin 80 illiyini əlamətdar hadisə kimi qeyd edirlər. Bu tarix anadilli mətbuatımızın önəmli səhifə...
ANL
Görkəmli sənətkar. (Süleyman Rəhimovun anadan olmasının 60 illiyi münasibəti ilə). Azərbaycan sovet ədəbiyyatının ən görkəmli yazıçılarından və istedadlı nasirlərindən olan Süleyman Rəhimov 60 illik ömrünün yarısını mədəniyyətimizin tərəqqisi və inkişafı yolunda mübarizəyə həsr etmişdir. Onun çoxşaxəli, geniş miqyaslı,...
ANL
Redaksiyamızın qonağı Bakı Dövlət Universitetinin. kafedra müdiri, professor, "Şöhrət" ordenli Qara Mustafayevdir. Qara müəllim uzun illər Azərbaycan Televiziyasından yayımlanmış "Təbiəti sevənlər" verilişinin müəllifi olub. Teleməkanda hər hansı bir verilişin 30 ildən artıq efir həyatı yaşaması dünya telejurnalistikas...
ANL
Bayramınız mübarək, əziz qadınlar! Elmə aparan uğurlu. Əgər əvvəllər mənə "Müasir tələbə necə olmalıdır" sualını versəydilər, yəqin ki, cavabında müasir tələbə üçün zəruri olan keyfiyyətləri sayardım. Bakı Dövlət Universiteti filologiya fakültəsinin II kurs magistrantı Ayşən Sadıqlı haqqında uzun-uzadı danışmıram. Sadə...
ANL
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd olunur ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ-hüquqi bazası t...
ANL
Övladlarımızı döyərək deyil, sevərək tərbiyə edək! Psixoloq məsləhəti. Aidə NƏBİYEVA, Müasir Psixologiya Mərkəzinin baş psixoloqu. Aidə Sübhan qızı Nəbiyeva 2007-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavriat pilləsini psixologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2...
ANL
Bağçadan və ailədən məktəbə gələn. şagirdlər arasında fərq nədən ibarətdir? 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulduğu kimi, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektu...
ANL
İnformasiya və kommunikasiya. ilinin gətirdiyi böyük uğurlar. Son illər ölkəmizdə möhtərəm Prezidentimizin sərəncamları ilə hər təqvim ilinin cəmiyyətin həyatında, ölkənin inkişafında mühüm rol oynayan bir fəaliyyət sahəsi ilə adlandırılması artıq yaxşı bir ənənə halını alıb. Bu yolla bir tərəfdən ictimaiyyətin diqqəti...
ANL
Baharın müjdəçisi Novruz. İnsan ömrü öz fizioloji inkişaf dinamikasına, məna və məzmununa görə dörd hissəyə bölünür; uşaqlıq, yeniyetməlik, gənclik və ahıllıq dövrünə. Döğulduğu gündən axirət dünyasına qovuşanadək ömrünün qaynar bahar, qızmar yay, solğun payız və müdrik qış mərhələsini yaşayan insan da təbiətin bir par...
ANL