text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Xankəndidə ara qarışdı":"Qarabağ ermənilərinə “9009” qısa telefon nömrələrindən “Qarabağ Azərbaycandır” məzmunlu SMS-lər daxil olub. Bildirilir ki, belə mesajlar kütləvi surətdə, əksər şəxslərə gəlib. Bu da separatçılar arasında təşviş yaradıb. Separtçı-terrorçular əhaliyə müraciət edərək panikaya düşməməyə çağırıblar.... | publikaz_normalized |
Sərt davranacağıq":"Varşava Avropa İttifaqının (Aİ) qərarına baxmayaraq, Ukrayna taxılını bazara buraxmayacaq. Qeyd edək ki, bundan əvvəl kənd təsərrüfatı naziri Robert Telus Avropa İttifaqının (Aİ) mövcud məhdudiyyətləri başa çatdıqdan sonra Polşanın Ukraynadan taxıl idxalına qoyulan qadağanı uzadacağını bildirib. Biz... | publikaz_normalized |
Dənizkənarı Milli Parkda “Berqa”nın baş sponsorluğu ilə yay mövsümünün bitməsinə həsr olunmuş “Əlvida, Yay” konserti təşkil edilib. Həyata keçirdiyi tədbirlərlə insanlara sevinc dolu anlar yaşadan çay markasının reallaşdırdığı möhtəşəm layihədə Azərbaycanın ən populyar müğənniləri iştirak ediblər. Qonaqlar üçün xüsusi ... | publikaz_normalized |
“44 günlük Vətən müharibəsindən sonra imzalanan müqavilə bölgəyə gözlənilən sülhü gətirmədi”. O bildirib ki, bütün baş verənlər yeni bir müharibə ehtimalını işə salıb: “Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanıyıb. Rusiya ilə Azərbaycan arasında problemin həlli prosesinə başlayıb. Bu da regionda balansların dəyişməs... | publikaz_normalized |
Roma Papasının elçisi Ukrayna ilə bağlı sülh danışıqları üçün Pekinə gedəcək. Kardinal Zuppinin sentyabrın 13-də Çinin baş naziri Li Qianq da daxil olmaqla yüksək institusional liderlərlə görüşəcəyi gözlənilir. Mehti Kamiloğlu" " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "Yaponiyada güclü zə... | publikaz_normalized |
İlk dəfə deyil ki, bu əməl törədilir":"AFFA Ermənistan və Xorvatiya yığmaları arasında oynanılmış AVRO-2024-ün seçmə mərhələsinin oyununda baş verən hadisə ilə bağlı bəyanat yayıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bildirir ki, 11 sentyabr 2023-cü il tarixində AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş ... | publikaz_normalized |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa... | publikaz_normalized |
Güvəndiyi bu iki ölkədən zərbə aldı":"İran mediasında gedən yazılarda Ermənistanın yürütdüyü siyasətdən asılı olmayaraq İranın regional sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyi vurğulanır (eqtesaddan.ir.) "Yəni Ermənistan Zəngəzur məsələsində Azərbaycana güzəştə getmək istəsə belə İran buna qarşı çıxacaq. Azərbay... | publikaz_normalized |
Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə bu gün daha 13 xəstə öz müşayiətçiləri ilə birlikdə Ermənistana aparılıb. Gün ərzində artıq sağalmış 5 xəstə də Xankəndiyə gətiriləcək. | publikaz_normalized |
ABŞ-da Donald Trampın təqib edilməsi indiki şəraitdə Rusiya üçün yaxşıdır, çünki bu, Amerika siyasi sisteminin çürüklüyünü göstərir. Onun sözlərinə görə, ABŞ başqalarına demokratiya öyrətmək iddiasında ola bilməz. “Trampın başına gələn hər şey onun siyasi rəqibi tərəfindən siyasi motivli təqibdir”. | publikaz_normalized |
imzalar təqdim edildi":"Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları Konstitusiya Məhkəməsinə təqdim edib. Telekanalın məlumatına görə, hakim partiyanın sədri İrakli Kobaxidze, eləcə də buna səlahiyyət verilmiş 4 deputat impiçme... | publikaz_normalized |
“Transfermarkt” internet portalı transferlərə ən çox pul xərcləyən məşqçilərin reytinqini tərtib edib. Bunadək "Barselona" və "Bayern"i də çalışdırmış mütəxəssisin rəhbərliyi dövründə bu klublar transferlərə ümumilikdə 2 milyard avrodan çox pul xərcləyib. Transferə ən çox pul xərcləyən məşqçilər aşağıda adları qeyd olu... | publikaz_normalized |
2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 11-dək olan dövrdə işğaldan azad edilmiş ərazilərdə 306 nəfər minadan zərər çəkib. O cümlədən, 42 mülki şəxs həlak olub, 101 nəfər isə xəsarət alıb. Eyni zamanda, 13 hərbi qulluqçu həyatını itirib, 150 nəfər isə yaralanıb. Həmin dövrdə 96 558 ədəd mina və digər partlayıc... | publikaz_normalized |
Ötən həftə amerikalı turist liposaksiya və saç transplantasiyası əməliyyatından sonra dünyasını dəyişib. Bu dəfə azərbaycanlı qadın plastik əməliyyatın qurbanı olub. Döş əməliyyatından sonra onun həyatı kabusa çevrilib. Əvvəlcə amerikalı turistin, indi isə döş kiçiltmə əməliyyatından sonra səhhətində problemlər yaranan... | publikaz_normalized |
Hörmətsizliyə görə":"Union Berlin"in və İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi keçmiş klubu "Yuventus"u məhkəməyə verəcək. O, klubun bazasına daxil olmasına icazə verilməməsindən də narazıdır. Bonuççi iddia edir ki, bu hərəkətlər onyb peşəkarlığına və imicinə ziyan vurub. 36 yaşlı müdafiəçi bildirib ki, məhkəm... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsində yeni dizayn və konsepsiya əsasında bərpa olunmuş “Azərbaycan” otağının açılışını edib. C.Bayramov və T.Valovaya çıxış edib, BMT-nin Cenevrədəki Ofisinin səmərəli fəaliyyət göstərməsi üçün “Azərbaycan otağının” olduqca faydalı töhfə olduğunu vur... | publikaz_normalized |
Amerika Birləşmiş Ştatlarının (ABŞ) bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir". Qeyd olunub ki, ABŞ dövlət katibi Entoni Blinkenin 10 sentyabr 2023-cü ildə verdiyi bəyanatı qeydə aldıq. O, bəyanatında Ermənistan və Azərbaycan arasında istənilən sülh razılaşmasının Azərbaycanın... | publikaz_normalized |
Senytabrın 12-si saat 15:00-a olan məlumata əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Çilov adası, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Qrız, Şabran, Şahdağ,... | publikaz_normalized |
Danimarka onilliklər ərzində əlillərə qarşı pis rəftarına görə üzr istəyib. Qeyd edilir ki, 1933-cü ildən 1980-ci ilə qədər minlərlə əlil uşaq və böyüklər yerləşdirildiyi müəssisələrdə məcburi sterilizasiya və cinsi istismar kimi zorakılıqlara məruz qalıblar. Ümumilikdə, bu cür müəssisələrə geniş spektrli əlilliyi olan... | publikaz_normalized |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Sabunçu rayonu, Zabrat dairəsində yerləşən mebel sexi və anbar kimi fəaliyyət göstərən obyektdə suyun talanması faktı müəyyən edib. Məlumata görə, obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan içməli sudan qeyri-qanuni şəkildə istifadə edib. Ramana qəsəbəsi, südçülük... | publikaz_normalized |
DÇ-2026-cı seçmə mərhələsi çərçivəsində bu gecə Boliviyanın qonağı olacaq Argentina millisi maraqlı addım atıb. Buna səbəb matçın keçiriləcəyi “Estadio Hernando Siles” stadionunun dəniz səviyyəsindən 3637 m yüksəklikdə yerləşməsidir. Yüksəklikdə təzyiqin artması ilə oksigen miqdarının aşağı düşməsini nəzərə alan Argent... | publikaz_normalized |
müdafiə sahəsinə ən böyük investisiya":"Estoniya və Latviya Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur və İnara Murniece Almaniyanın müdafiə naziri Boris Pistorius ilə Avropa İttifaqının (Aİ) hava hücumundan müdafiə sistemi, Avropa Göy Qalxanı Təşəbbüsünə (ESSI) qoşulmaq planlarına dair məktub imzalayıblar. Qeyd olunur ... | publikaz_normalized |
Rusiyanın işğalı altında olan Ukraynadakı zooparkda ağır travma keçirən Asiya qara ayısı Şotlandiyadakı zooparkda övladlığa götürülməyə hazırlaşır. 12 yaşlı ayı sağ qalan azsaylı heyvanlardan biri idi. Şotlandiyadakı zooparkın yaydığı açıqlamaya görə, o da ağır yaralanıb – qəfəsinin yaxınlığında mərmi partlayanda beyin... | publikaz_normalized |
“Bu sənətə gəldiyimə görə, heç zaman peşman olmamışam. 10 yaşım olanda atam məni musiqi məktəbinə apardı. Musiqi məktəbində 5 il təhsil aldım, savadlandım. Sonra vokal dərsləri aldım, ardınca xor dərnəyində solist oldum. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub, rejissorluq və aktyorluq sənətinə yiy... | publikaz_normalized |
Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidi... | publikaz_normalized |
Naxçıvanda yaşayıb, ali məktəbə qəbul olmaq istəyən qazilər üçün Naxçıvan Dövlət Universitetində (NDU) ödənişsiz hazırlıq kursları təşkil olunacaq. Paylaşımda qeyd olunur ki, müharibə iştirakçıları həmçinin universitetin IELTS mərkəzində ödənişsiz dil kurslarından da yararlana biləcək. O cümlədən, universitetin xəstəxa... | publikaz_normalized |
Müğənni Nadir Qafarzadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. “Hərdən mənə elə gəlir ki, indi də uşağam. Heç özümü 52 yaşında hiss etmirəm. Bir də onu deyim ki, kasıbların heç uşaqlığı da olmur, mənim kimi… | publikaz_normalized |
Ən imtiyazlı qocalar evi" şərhi müzakirələrə səbəb oldu":"ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində ən güclü namizədlər hazırkı prezident Bayden və keçmiş prezident Trampdır. Ancaq hər ikisinin yaşı mübahisə mövzusudur. NBC News-un son sorğusuna görə, cəmiyyətin 77 faizi siyasətçilər üçün yaş məhdudiyyətin... | publikaz_normalized |
İnter Mayami"nin futbolçusu Lionel Messi növbəti dəfə diqqət mərkəzinə düşüb. Messinin lüks mənzil üçün 10,75 milyon dollar ödədiyi vurğulannıb. Köşkdə səkkiz yataq otağı, üç maşın üçün qaraj, hovuz, idman zalı var. Qeyd edək ki, bu, Leonun ABŞ-dakı ilk evi deyil. Onun hazırkı komandası "İnter"in təmsil olunduğu Mayami... | publikaz_normalized |
“Azərbaycan ilk gündən etibarən Qarabağın ermənilər yaşayan ərazilərinə bu və ya digər yüklərin məhz Ağdam – Xankəndi yolu ilə daşınmasında israr edirdi və bunda da haqlı idi. Söhbət Azərbaycanın suveren ərazisindən gedirsə, demək ki, istənilən yük də məhz Azərbaycan ərazisindən çatdırılmalıdır”. O bildirib ki, BQXC sü... | publikaz_normalized |
Bu gün Bakıda yol polisi avtomobili qəzaya düşüb. Dövlət Yol Polisinə məxsus olan “Mercedes” markalı xidməti avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə avtomobilə xeyli ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. | publikaz_normalized |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətinin fövqəladə hallara effektiv cavab verməsi, gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, onların mülki müdafiə sahəsində biliklərinin, təbii və texnogen xarakterli fövqəladə hallara h... | publikaz_normalized |
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov vəzifəsindən azad edilib. | publikaz_normalized |
Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Tofiq Məmmədəli oğlu Ağababayev “Şöhrət” ordeni ilə təltif edilib. | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb. Bildirilib ki, görüşdə tərəflər Azərbaycanın BMT orqanları sistemində, o cümlədən Avropa İqtisadi Komissiyasında fəal mövqeyini yüksək qiymətləndiribl... | publikaz_normalized |
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər. Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir. Bunda... | publikaz_normalized |
Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib. Müdafiə naziri qonaqları salamlayaraq, Az... | publikaz_normalized |
Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb. Onun sözlərinə görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb: “Artıq onlar Ağdam-Xankəndi yo... | publikaz_normalized |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətinin fövqəladə hallara effektiv cavab verməsi, gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, onların mülki müdafiə sahəsində biliklərinin, təbii və texnogen xarakterli fövqəladə hallara h... | publikaz_normalized |
Milli Məclisin deputatları Könül Nurullayeva və Naqif Həmzəyev sentyabrın 13-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin IX Qlobal Konfransında iştirak etmək üçün Vyetnam Sosialist Respublikasının Hanoy şəhərinə səfər edəcəklər. Vyetnam Milli Assambleyası və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı il... | publikaz_normalized |
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev işdən çıxarılıb. Axar.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. | publikaz_normalized |
Sentyabr ayının 13-də saat 15:00-da feysbuk və instaqram sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır. Bildirilib ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciət edə bilərlər. | publikaz_normalized |
12 sentyabr 2023-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır. Aviaşirkət həftədə 4 dəfə uçuşlar həyata keçirəcək. Bu reyslərin uçuş cədvəli ilə şirkətin rəsmi internet saytından www.azal.az tanış olmaq olar. Aviabiletləri həmçinin mobil əlavədə və aviaş... | publikaz_normalized |
Sentyabrın 12-də keçirilən ticarət zamanı "Brent" markalı neftin qiyməti keçən ilin noyabrından bəri ən yüksək səviyyəyə qalxıb. Eyni zamanda, "Texas WTI" markalı neftin də qiyməti yüksəlir. Oktyabrda çatdırılma fyuçersləri 2,15 faiz bahalaşaraq bir barel üçün 89,17 dollar olub. Bakı vaxtı ilə saat 17:52-də qiymət bir ... | publikaz_normalized |
Bakıda və rayonlarda leysan yağıb. Bildirilib ki, sentyabrın 12-si saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Balakən, Şəki, Qax, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir le... | publikaz_normalized |
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub. Onun sözlərinə görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva məhkəməyə ezam edilib. T.Hüseynov deyib ki, buna səbəb Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin iş yükünün çox olmasıdır. O qeyd edib ki, bir müddət öncə 3 hakimin təqaüdə çıxması və hakim... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Daren Tanq ilə görüşüb. Görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında mövcud tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu istiqamətdə g... | publikaz_normalized |
Futbol üzrə Türkiyə millisi yoldaşlıq oyunu keçirib. Matç Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:2. Yaponların qollarına Atsuki İto, penaltidən Yunya İto və dubl edən Keito Nakamura imza atıblar. Türkiyə millisinin heyətində Ozan Kabakla Bertuğ Yıldırım fərqləniblər. | publikaz_normalized |
Aldatmaq qadın davranışını kökündən dəyişə bilər. Onun fikrincə, xəyanət edən qadın özünü günahkar hiss edə bilər. Buna görə o, daha qayğıkeş olur və ailədə baş verən hadisələrə daha aktiv reaksiya verir: Eyni zamanda, xanım zaman-zaman söhbətdən yayına bilər. Sanki fikirləri başqa yerdədir". Həmçinin, kişini aldadan q... | publikaz_normalized |
Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib. İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib. İclasın yekununda 2024-cü ilin büdcə zərfinə daxil olan bütün sənəd və məluma... | publikaz_normalized |
Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin Baş prokuroru Bəkir Şahin ölkəmizə rəsmi səfərə gəlib. Bildirilib ki, bu gün Baş prokuror Kamran Əliyevlə türkiyəli həmkarı arasında baş tutan görüş z... | publikaz_normalized |
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan şəhərində sentyabrın 13-ü saat 00:00-dan 04:00-dək təxirəsalınmaz zəruri təmir işləri həyata keçirəcək. | publikaz_normalized |
Cəlilabadda qanunsuz at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatı aşkarlanıb. Bildirilib ki, AQTA-nın Lənkəran-Astara regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Cəlilabad rayonunun Təzəkənd kəndində qanunsuz olaraq at ətinin istehsal edild... | publikaz_normalized |
“Azercell Biznes” ilə şirkət hesabında olan bütün mobil nömrələrinizi vahid mərkəzdən idarə edin! Ən müasir və innovativ həllərin tətbiqi ilə biznes tərəfdaşlarının işgüzar fəaliyyətini daha səmərəli şəkildə təşkil etməyə dəstək verməyi hədəfləyən Azercell bu missiyanın reallaşdırılması istiqamətində önəmli addım atır.... | publikaz_normalized |
2-3 gün içində Ağdərə…" - ŞOK FAKTLAR":"Azərbaycan ərazilərində ermənilərin qanunsuz hərbi birləşmələri yerləşir. Onlar Qarabağ bölgəsində baş verən hadisələrin səbəbkarıdır. Ağdamı, gah da Şuşanı atəşə tuturlar. Həmin ərazilər üzərindən keçən təyyarələr üçün maneə yaradılır və təyyarənin istiqamətləndirilməsi üçün sün... | publikaz_normalized |
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. 45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun... | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib. Liviyadan böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir". | publikaz_normalized |
Ermənistan Qarabağla bağlı təkliflə razılaşmadı, dedilər, savaşacağıq":"Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında vaxtilə Qarabağ münaqişəsinin həlli üçün öz variantlarını təklif etməsindən danışıb. “Biz nizamlanma üçün öz variantlarımızı təklif etmişdik. Ermə... | publikaz_normalized |
İçərişəhərdə ağsaqqallar arasında “Oyunçu aparsın” adlı nərd yarışması təşkil edilib. Sentyabrın 17-dək davam edəcək yarış ağsaqqalların asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə keçirilir. Tarixi, əyləncə və sağlam mübarizəni özündə birləşdirən bu maraqlı yarışda “İçərişəhər” Ağsaqqallar Şurasının üzvlər... | publikaz_normalized |
plastırı əvəz edəcək UNİKAL VASİTƏ":"Bəzən elə olur ki, təcili ehtiyac yarananda əlində yapışan plastır olmur. Heç kim kiçik kəsiklər, aşınmalar və yüngül yanıqlar kimi kiçik məişət xəsarətlərindən immun deyil. Bildirilir ki, bir qəpiklik vasitə kiçik kəsiklərin öhdəsindən gələcək. Söhbət dodaq balzamından gedir. Zədəl... | publikaz_normalized |
Azərbaycanın U-17 millisi Türkiyəyə uduzub. Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da keçirilmiş ilk matçda millimiz qələbə qazanmışdı - 2:... | publikaz_normalized |
Keçmişdən bu günə Kənd Əhmədlidə çox dəyişikliklər olub. Xüsusilə də, burada binaların tikilməsi kəndin görünüşünü dəyişib". Onların razı olduqları məqamlar az deyil: Heç bir kənddə metro yoxdur, amma Əhmədlidə var”. Qəsəbə əhalisinin sözlərinə görə, əvvəllər kəndin öz qayda-qanunları olub: “Yasamala olduğu kimi, bura ... | publikaz_normalized |
1980-ci illərdə Sovet İttifaqının elmi nailiyyətləri milyarder İlon Maskın ailəsini iflasa sürüklədi. 1980-ci illərdə Elon Maskın atası Errol Mask Cənubi Afrikada zümrüd biznesinə sahib idi. O, Zambiyanın üç mədənlərindən qiymətli daşlar idxal etdi və onları Yohanneşurqda kəsdikdən sonra satış üçün şəxsən xaricə daşıdı... | publikaz_normalized |
Qarabağda baş vermiş hadisələrlə əlaqədar olaraq Qırğız Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğız Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüqu... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. | publikaz_normalized |
Bakı vaxtı ilə təxminən saat 16:00-da Yer kürəsində maqnit qasırğasının başlayıb. Qasırğanın gücü G1 kateqoriyasına uyğundur, yəni zəifdir. Zəif və hətta mülayim geomaqnit qasırğaları demək olar ki, Yerdə əks olunmur. | publikaz_normalized |
Cazibədar müğənni Nigar Camal yenidən obyektiv qarşısına keçib. İzləyicilər onun paylaşımına tərif dolu şərhlər yazıblar. Onların sırasında bir çox məşhur simalar da olub. Sözügedən video və fotoları təqdim edirik: | publikaz_normalized |
saxlanılan var":"Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub. Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsic... | publikaz_normalized |
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin spikeri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanında “Naməlum əsgər” abidəsini ziyarət edib. Azərbaycan nümayəndə heyətinin şərəfinə fəxri qarovul də... | publikaz_normalized |
Apple" yeni cihazların illik təqdimat mərasimində "iPhone 15"in qiymətini açıqlayıb. iPhone 15" alüminium korpusa, beş bədən rənginə, "Dynamic Island" kəsikli yeni displey və 48 meqapiksellik əsas kameraya malikdir. Smartfona USB "Type-C" vasitəsilə qoşulmaq mümkün olacaq. 6,1 düym və 6,7 düymlük ekranla. 128 GB yaddaş... | publikaz_normalized |
Qadın sonsuzluğuna qarşı YENİ DƏRMAN TAPILDI":"Çikaqo Universitetinin alimləri yumurtalıqların polikistik sindromunun (YPS) səbəb olduğu qadın sonsuzluğu üçün yeni dərman tapıblar. Polikistik yumurtalıq sindromu bir çox simptomlara və çox vaxt aydın olmayan səbəblərə görə müalicəsi çətin olan endokrin xəstəlikdir. YPS-... | publikaz_normalized |
Sentyabrın 12-si saat 20:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Kilsəkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə ... | publikaz_normalized |
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma "seçkilər" təcavüzkar separatizmin təzahürüdür. O, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri qismində son illər Cənubi Qafqaz regionunda cərəyan edən prosesləri diqqətlə izlədiyini, nəhayət regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün zamanın y... | publikaz_normalized |
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni qızı azərbaycanlılara heyranlığını etiraf etdi” adlı veriliş efirə gedib. Verilişdə gənc erməni diplomat, “Ilona Educational Center”in rəhbəri İlona Sahakyanın erməni millətçiliyi ilə zəhərlənmiş d... | publikaz_normalized |
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 12-də Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov ilə görüşüb. Vurğulanıb ki, dost və strateji tərəfdaş olan ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də uğurlu əməkdaşlıq üçün zəngin baza yaradır. Xüsusilə 2015-ci ildə Bolqarıstan və A... | publikaz_normalized |
Gözəl oyun alınmasa da, istəyimizə nail olduq". 67 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib: Rəqibin yaxşı futbolçuları var. Belçika ilə görüşdə çoxlu enerji sərf etmişdik. Meydan da yaxşı vəziyyətdə deyil". İtaliyalı baş məşqçi Emin Mahmudovun oyunda hər şeyi etdiyini söyləyib: Nəzərə alaq ki, meydanda ... | publikaz_normalized |
Şimali Koreyanın sədri Kim Çen In Rusiyada qırmızı xalça ilə qarşılanıb. Siyasətçinin Primorsk diyarının Xasan stansiyasında qatarından düşdüyü deyilir. O, qırmızı xalçanın döşəndiyi pilləkənlərlə aşağı enib. Kim Çen Inın zirehli qatarının vaqonlarından birində ən qabaqcıl texnologiyalara malik qərargah yerləşir və qat... | publikaz_normalized |
əks halda fəsadlar ciddi ola bilər":"Çözüm və həlli təxirə salmayın. Yaxın ətrafınızdakı insanların qayğısına qalın, amma öz maraqlarınızı da unutmayın. Günün ikinci yarısında səbrli olun. Situasiya çətinləşəndə, vəziyyət qəlizləşəndə diqqətli olun. Adi mübahisə böyüyərək münaqişəyə çevrilə bilər. Belə qarşıdurma əhval... | publikaz_normalized |
Xankəndi üçün son mərhələ başlayır":"Putinin müharibədən öncə baş verən Qarabağ danışıqları haqda dedikləri bizim üçün o qədər də əhəmiyyətli deyil, çünki bu məsələlər artıq keçmişdə qalıb. Bunu indi niyə gündəmə gətirməsinin isə iki mümkün səbəbi görünür: Birincisi, Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə getmək ... | publikaz_normalized |
xəsarət alan var":"Bakının Xəzər rayonununun Binə qəsəbəsində mebel mağazasında yanğın baş verib, xəsarət alan var. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çağırılıb və yanğın söndürülüb. Hadisə zamanı mağazanın sahibi, 1980-ci il təvəllüdlü Həbibov Ramin Hidayət oğlu xəsarət alıb. Hadisənin təf... | publikaz_normalized |
böyük qızıl xəzinəsi tapıldı":"Norveçdə həvəskar arxeoloq yerli peşəkar arxeoloqların artıq "əsrin tapıntısı" adlandırdıqları böyük gizli daş-qaş yeri tapıb. Gizli yerdə təxminən 1500 illik qızıl zərgərlik kolleksiyası olub. “Live Science” xəbər verir ki, ekspertlər qədim əşyaların axtarışının həvəskarı olan Erlend Bor... | publikaz_normalized |
Türkiyədə bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub. Bildirilib ki, Van-Hakkari yolunun 90-cı kilometrliyində yük maşını qarşıdan gələn sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Əraziyə xilasetmə, təcili tibbi yardım və jan... | publikaz_normalized |
BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma "seçkilər"lə bağlı sualı cavablandırıb. Düjarrik bunun regional sülh və təhlükəsizlik üçün də faydalı olacağını deyib. Biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı BMT Təhl... | publikaz_normalized |
ermənilərin arzuları "suya düşdü":"Şimali Atlantika Alyansı (NATO) təşkilatın Genişlənməsi üzrə Avropa Komitəsi qeyri-hökumət təşkilatının sədri Günter Fehlingerin Ermənistanı bloka qoşulmağa çağıran bəyanatını şərh edib. NATO-nun rəsmi nümayəndəsi vurğulayıb ki, Fehlinger rəsmi olaraq NATO-ya bağlı deyil, ona görə də ... | publikaz_normalized |
BMT Baş Assambleyasının hazırkı, 78-ci sessiyasının prezidenti Trinidad və Tobaqonun sabiq Baş naziri və beynəlxalq təşkilatın yanında daimi nümayəndəsi Dennis Frensis Qoşulmama Hərəkatına (QH) üç il müddətində sədrliyi dövründəki səmərəli fəaliyyətlərinə görə Azərbaycana təşəkkür edib. O, QH-nın 60 illik fəaliyyəti mü... | publikaz_normalized |
İtaliya, İspaniya və Belçika evdə, Avstriya səfərdə qələbə qazandı - VİDEO":"Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulub. Azərbaycan millisinin istirahət etdiyi turda F qrupunda iki görüş baş tutub. Üç gün əvvəl Bakıda yığmamız üzərində minimal hesablı qələbə qazanan Belçika bu dəfə digər autsayde... | publikaz_normalized |
üç bankın əmlakı hərraca çıxarılır":"Sentyabrın 28-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf BankI” ASC-nin balansındakı daşınmaz əmlak 3-cü dəfə təkrar açıq hərraca çıxarılacaq. Daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerl... | publikaz_normalized |
İncəsənət tarixinin ən görkəmli simalarından olan holland rəssam Vinsent Van Qoqa məxsus olan oğurlanmış rəsm əsəri öz doğma vətənində Hollandiyada tapılıb. Rəsm əsərinin dəyəri 3-6 milyon avro aralığında qiymətləndirilir. Xatırladaq ki, əsər üç il bundan əvvəl Almaniyanın Amsterdam şəhərində yerləşən Singer Laren muze... | publikaz_normalized |
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aleks Sureni Avanesyan sentyabrın 12-də saat 19:50 radələrində aldığı güllə yarasından ölüb. Bildirilib ki, hadisənin baş vermə şəraiti araşdırılır. | publikaz_normalized |
Amerikalı müğənni və aktrisa Selena Qomez açıq-saçıq obrazda yeni fotosunu nümayiş etdirib. 31 yaşlı müğənni V formalı dərin dekolteli qara rəngli, tək parça çimərlik paltarı geyinərək güzgü qarşısında poza verib. Məşhurun saçları zərif at quyruğu üslubda düzəldilib, üzünə sadə çalarlarda makiyaj edilib. Sənətçi böyü... | publikaz_normalized |
eyni vaxtda iki başsız cəsəd tapıldı - FOTO":"Sentyabrın 12-də Moskvada iki başsız cəsəd tapılıb. Bildirilib ki, Özbəkistandan olan homoseksual kişilərin başlarını kəsib. İlk qurban Buryatiyadan olan yaşlı turistdir. Moskvaya gələndə o, gey miqrantı lentə alıb şantaj etmək qərarına gəlib. Lakin qiymətdə razılaşmayıblar... | publikaz_normalized |
Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda meşə yanğını olub. Bildirilib ki, yanğın havadan və qurudan müdaxilə ilə nəzarətə götürülüb. Hadisə yerinə yanğınsöndürənlər, o cümlədən helikopterlər cəlb olunub. İntensiv müdaxilədən sonra yanğın nəzarət altına alınıb. Hazırda ərazidə soyutma işləri aparılır. | publikaz_normalized |
Sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezid... | publikaz_normalized |
Meksikada turistləri daşıyan avtobus uçuruma aşıb. Hadisə zamanı 10 turist həyatını itirib, daha 18 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər cəlb olunub, yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Qeyd edilir ki, qəza ilə bağlı araşdırmalara b... | publikaz_normalized |
Hollandiyanın Utrext Universitetinin müxtəlif regionlarda minə yaxın çayda baş verən dəyişiklikləri təhlil edən ekoloqlarının fikrincə, ekstremal hava şəraiti səbəbindən bütün dünyada çay suyunun keyfiyyəti pisləşib. Mütəxəssislər qeyd ediblər ki, vəziyyətin pisləşməsi son onilliklərdə isti dalğaları, quraqlıq, leysan ... | publikaz_normalized |
Sentyabrın 13-ü saat 03:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətd... | publikaz_normalized |
Hacıqabulda evdə yanğın olub, zərərçəkən var. Rayonun Navahı qəsəbəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin zirzəmisində 20 m² sahədə yığılan yun və taxta tullantıları yanıb, yüksək temperaturdan zirzəminin tavanının taxta atmaları qarsalanıb. Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissə... | publikaz_normalized |
Separatçıların “başçısı” Samvel Şahramanyan dünən axşam saatlarında qondarma “ordunun” rəhbərliyi ilə görüşüb. Separatçıların “başçısının” indi silahlı dəstələrlə görüşü və tapşırıqlar verməsi Qarabağda yeni təxribatlar gözləntisini artırır. Mövcud vəziyyətdə bu təxribatların olacağı gözləntisi hər keçən gün artmaqdadı... | publikaz_normalized |
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "3. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;" "4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından ... | publikaz_normalized |
Su-24 hərbi təyyarəsi Volqoqrad vilayətində qəzaya uğrayıb. “Volqoqrad vilayətində planlaşdırılmış təlim uçuşu zamanı Su-24 təyyarəsi qəzaya uğrayıb, uçuş sursatsız həyata keçirilib. Təyyarə qeyri-yaşayış sahəsinə düşüb”, - məlumatda deyilir. Digər təfərrüatlar açıqlanmayıb. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.