text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Şimali Koreya lideri Kim Çen In qatarla "Vostoçnıy" kosmodromunun dəmir yolu stansiyasına gəlib. Rusiya prezidenti Vladimir Putin də kosmodromuna gedib. O məhz burada Şimali Koreya rəhbəri ilə təkbətək görüşüb. Görüş zamanı iki ölkə rəhbəri arasında qısa söhbət olub. Hələlik görüşün digər təfərrüatı barədə məlumat veri... | publikaz_normalized |
630 milyonluq müqavilə imzalandı":"Təxminən iyirmi gün əvvəl Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsi Ermənistan-Türkiyə sərhədində Marqara gömrük postunun tikintisinin ikinci mərhələsi üçün podratçısı “Artcon” QSC ilə 630 milyon avro dəyərində müqavilə imzalayıb. Bildirilir ki, 2021-ci ildə başlayan Erməni... | publikaz_normalized |
“Təbii ki, münasibətlərdə hər hansı kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir, ləngidir, vaxt keçir, biz yenidən qayıdıb oturub işə başlayaq”. Overçukun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin regionda nəqliyyat əlaqələrinin açılmasına dair növbəti görüşü bunun üçün şəra... | publikaz_normalized |
Bunu edən ilk milli oldu":"Futbol üzrə İngiltərə milli komandası yoldaşlıq görüşündə Şotlandiyanı məğlub edib. Kayl Uolker, Cud Bellingem və Harri Keynin vurduğu qollarla qələbə qazanan ingilislər tarixlərinin 600-cü qələbəsini qazanıblar. Bu, Avropa milli komandaları arasında rekord göstəricidir. İngiltərə 600 qələbə ... | publikaz_normalized |
2020-ci ildə COVID-19 pandemiyası səbəbiylə karantin elan olunan zamanı kiçik bir Niderland muzeyindən oğurlanan Vinsent van Qoqun rəsmi tapılıb. “Bizim inanılmaz yaxşı xəbərimiz var. rəsm əsəri oğurlandıqdan üç il yarım sonra Qroningen muzeyinə qaytarılır”, - muzeyin bəyanatında deyilir. Rəsm zədələnib, lakin ilk baxı... | publikaz_normalized |
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rumıniya - Kosovo oyunu azarkeşlərin siyasi pankart nümayiş etdirməsi səbəbindən dayandırılıb. Buxarestdə baş tutan görüşün 18-ci dəqiqəsində baş hakim Villi Delayau komandaları meydandan çıxarmağa qərar verib. UEFA dərhal reaksiya verərək oyunun “tamaşaçıları... | publikaz_normalized |
Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə pensiya ala bilmirlər. Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb. “Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nın reallaşdırıl... | publikaz_normalized |
Ukraynalı qaçqınları inandırsınlar ki...":ABŞ-ın Polşadakı səfirliyi yerli medianı ukraynalı qaçqınları evlərinə qayıtmağa təşviq etməyə çağırıb. ABŞ-ın Krakov Baş Konsulluğunun İctimai Diplomatiya Bölməsi yerli KİV-lər üçün “Ukraynalı ailələrin Polşadan Ukraynaya qayıtması”nın təbliğatını işıqlandırmaq üçün müsabiqə e... | publikaz_normalized |
Avstriyanın müdafiə naziri Klaudia Tanner “Avropa Göy Qalxanı Təşəbbüsü” çərçivəsində Almaniyadan hava hücumundan müdafiə sistemləri alacaqlarını bildirib. O təşəbbüs çərçivəsində qonşu Almaniya ilə təlim və təchizat mövzusunda əməkdaşlıq edəcəklərini də bildirib. Avstriyanın qısa və orta mənzilli hava hücumundan müdaf... | publikaz_normalized |
Danimarka Ukraynaya 5,8 milyard Danimarka kronu (833 milyon dollar) dəyərində hərbi yardım edəcək. Sözügedən paketə tanklar, piyada hücum maşınları, tank sursatları və zenit silahları daxil olacaq. Dəyəri 833 milyon dollar olan paketin 2023, 2024 və 2025-ci illərdə üç hissədə çatdırılması gözlənilir. Bu paket 2022-ci i... | publikaz_normalized |
Dünya böyük neft qıtlığı ilə üzləşəcək, hər şey bahalaşacaq":"Tezliklə ən böyük neft qıtlığı qeydə alına bilər. Bu isə Səudiyyə Ərəbistanının hasilatın azaldılmasını uzatması ilə on ildən çox müddətdə ən böyük kəsir ola bilər. Bu barədə "Bloomberg" məlumat yayıb. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) çərşənbə axş... | publikaz_normalized |
Avropadan Azərbaycana və əks istiqamətdə xüsusilə külli miqdarda valyutanın köçürülməsi üzrə gizlin sistem təşkil edən dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş tədbirlərlə ifşa olunub. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanı tərəfindən verilə... | publikaz_normalized |
Şimali Koreyanın ballistik raketləri 350 və 650 km uçub. Məlumata görə, raketlər müvafiq olaraq təxminən 350 və 650 kilometr uçub. Onlar Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Qeyd edək ki, Yaponiya Sahil Mühafizəsi daha əvvəl iki şübhəli ballistik raketin buraxılması barədə məlumat vermiş və bölgədəki ... | publikaz_normalized |
Avstriyanın Zalsburq şəhərindəki zooparkda kərgədan tərəfindən ağır yaralanan baxıcı hadisə yerində dünyasını dəyişib. Qeyd olunub ki, qadına kömək etməyə gələn 34 yaşlı kişi baxıcı da kərgədanın hücumuna məruz qalıb və ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Zooparkın direktoru Sabine Qrebner mətbuata açıqlamasınd... | publikaz_normalized |
“Meşədə ağacla tək qalaram, amma Oqtayla yox” - VİDEO":"Meyxanaçı və müğənni Samirə Yusifqızı həmkarı Oqtay Kamil ilə münasibətlərindən söz açıb. Proqramin aparıcısı Amil Xəlilin “Oqtayla “ər-arvad” münasibətiniz var?” sualı ilə Samirəyə müraciət edib. Yusifqızı isə həmkarı ilə yalnız dost olduğunu bildirib: O mənim ür... | publikaz_normalized |
Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17.8 faiz artaraq 2 milyard dollardan çox olub. V.Bayramov qeyd edib ki, qeyri-neft ixracı dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da, bu, mövsumi olaraq şimal qo... | publikaz_normalized |
500 gündən çoxdur ki...":"Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell İranda 500 gündən artıqdır ki, həbsdə olan isveçli Aİ diplomatı Yohan Floderusun azad edilməsi üçün çalışdıqlarını bildirib. 22 yaşlı Məhsa Əmininin 2022-ci ilin sentyabrında polis tərəfindən ö... | publikaz_normalized |
Real"ın keçmiş skautu Manolo Romero "kral klubu"nun transfer siyahısında olan "Palmeyras"ın hücumçusu Endrikdən şübhələnir. Romero Endrikin "lipa" olduğunu düşünür: Göstərilən yaşın etibarlı olub-olmamasıyla bağlı həmişə şübhələrim olub. Narahatlığım onun fiziki cəhətdən çox güclü olması ilə bağlıdır. Avropaya gələndə ... | publikaz_normalized |
sıxlıq yarandı":"Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub. | publikaz_normalized |
Dünən Rusiya daha 30 artilleriya sisteminin, 14 zirehli döyüş maşınının və 590 hərbçinin itkisinə məruz qalıb. Müharibə başlayandan hal-hazıradək Rusiyanın ümumilikdə verdiyi itkilər isə aşağıdakı kimidir: şəxsi heyət - təxminən 270350 (+590) nəfər," "tanklar - 4584 (+16) ədəd," "zirehli döyüş maşınları - 8792 (+14) əd... | publikaz_normalized |
Hatayda 6 mərtəbəli bina sökülən zaman ərazidə olan iş maşınının üzərinə aşıb. Həmin hadisə anbaan telefon kamerası vasitəsilə çəkilib. Əsrin fəlakəti nəticəsində ağır zədə alan şəhərdə dağıntıları təmizləmə işləri gecə-gündüz davam edir. Antakyanın Saraykent bölgəsində axşam saatlarında ağır zərər görmüş 6 mərtəbəli b... | publikaz_normalized |
Yeni müavinlərin vəzifələri...":"Azərbaycan Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub. Bildirilib ki, yeni nazir müavini Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə, digər nazir müavini Yalçın Rəfiyev isə Beyn... | publikaz_normalized |
Astrologiya həyatımızın hər sahəsinə təsir edir. Bürclər bəzən əhvalımızı, bəzən də hərəkətlərimizi müəyyənləşdirir. Lakin bu məsələdə insanlara ən maraqlı mövzular pul və sevgidir... Bəs görəsən, sentyabrda hansı 3 bürc sevgi və pulu tapacaq? Buğa" "Buğa bürcləri sentyabr ayının ən şanslı bürcülərindəndir... Bu bürclə... | publikaz_normalized |
Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çək... | publikaz_normalized |
"Xəbər verdiyimiz kimi, aparıcı İlkin Həsəni oğul atası olub. Aparıcının xanımı paylaşımına "Həyatımıza xoş gəldin, oğlum. Allah arzusunda olan hər kəsə qismət etsin" sözlərini yazıb. | publikaz_normalized |
Rekord məbləğə":"Mançester Yunayted" yeni titul sponsoru ilə anlaşıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb. Bildirilib ki, Mançester təmsilçisi bu əməkdaşlıqdan 60 milyon funt-sterlinq gəlir əldə edəcək. Bu, klubun tarixindəki ən yüksək gəlir gətirən əməkdaşlıqdır. Tərəflər arasında müqavilənin nə vaxt başlayac... | publikaz_normalized |
Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür. Qeyd edilib ki, 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edilib. Atış ... | publikaz_normalized |
Cənubi Qafqazda gərginliyin azaldılması kontekstində Rusiyanın humanitar yüklərinin Ağdam-Xankəndi marşrutu ilə keçməsi mühüm addımdır. Biz bu addımın həssaslığını başa düşürük və ümid edirik ki, bu, yerli əhaliyə müntəzəm tədarükün bərpasına təkan verəcək. “Orada vəziyyət sürətlə pisləşir. Qarabağ ermənilərinə lazımi ... | publikaz_normalized |
Bakıda 11 yaşlı məktəbli qıza qarşı seksual hərəkətlər edilib. M.A barəsində barəsində Cinayət Məcəlləsinin 153.2-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək özəl şirkətlərdən birində satış meneceri işlədiyini bild... | publikaz_normalized |
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin yekun heyəti açıqlanıb. Valqeir Lunddal Fridriksson, 13. Qeyd edək ki, H qrupunun ilk turunda “Qarabağ” “Molde”ni, “Bayer 04” isə “Hakken”i qəbul edəcək. Oyunlar sentyabrın 21-də keçiriləcək. | publikaz_normalized |
ABŞ prezidenti Co Bayden Vyetnam lideri ilə görüşü ilə bağlı statusunda başqa bir siyasətçinin fotosunu paylaşıb. “Prezident Vo Van Txıonq, belə məhsuldar görüş üçün təşəkkür edirik. Bu tərəfdaşlıq xalqımızın potensialını və onunla birlikdə bir sıra inanılmaz imkanları ortaya çıxamaq məqsədi daşıyır", - deyə ABŞ lideri... | publikaz_normalized |
Zavodda partlayış oldu, xəsarət alanlar var - VİDEO":"Sentyabrın 13-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (AFU) Sevastopoldakı gəmi təmiri zavoduna on qanadlı raketlə hücumu həyata keçirib. Şəhər qubernatoru Mixail Razvojayev bildirib ki , hücum nəticəsində “Sevmorzavod” ərazisində yanğın baş verib . Sevastopol rəhbə... | publikaz_normalized |
Ondan ibrət götürməliyik":"Ərdoğan İsrailə liberalizm dərsi verir. Təhlildə vurğulanır ki, Türkiyə Ukrayna müharibəsində vasitəçi rolu, NATO-nun Zirvə toplantısı və G20-də atdığı addımlarla diqqəti cəlb etməyə davam edir. Yazıda həmçinin prezident Ərdoğanın insan haqlarına həssaslığından da bəhs olunur. Onun bu istiqam... | publikaz_normalized |
Sentyabrın 12-də saat 16:45-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Nor... | publikaz_normalized |
Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ceyms Uebb Kosmik Teleskopu uzaq planetdə həyat əlamətləri ilə bağlı təsdiqlənməmiş məlumatlar əldə edib. Bununla belə, tədqiqatçılar 120 işıq ili uzaqlıqdakı planetin aşkarlanması ilə bağlı təsbitin “kifayət qədər güclü olmadığını” və molekulun varlığını təsd... | publikaz_normalized |
Milli Hidrometeorologiya Xidmətinin senytabrın 13-ü saat 9-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Şahdağda 2750 metr hündürlüyə qar yağıb. Düşən yağıntının miqdarı Qəbələdə 57 (aylıq normanın 73%-i), Göyçayda 41 (aylıq normanın 108... | publikaz_normalized |
Onu bu qızdan da ayırıb":"Tottenhem"in yeni kapitanı Son Hın-Minin şəxsi həyatı, demək olar, yoxdur. Bunun səbəbi barədə mətbuatda məlumat yayılıb. Bildirlir ki, atası onun şəxsi həyatına müdaxilə edir və bəzi qadağalar qoyur. Premyer Liqa ulduzunun atası Son Vun-Junqun özü də futbolçu olub. O, şəxsi həyatın peşəkar ka... | publikaz_normalized |
Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb. Bu çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb. Qeyd edək ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv ye... | publikaz_normalized |
ABŞ Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir. “Dünən dediyim kimi, dövlət katibi şəxsən bununla məşğuldur və ötən həftə bir neçə danışıqlar aparıb”, - Miller bildirib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə iki ölkə yekun sülh razılaşmasına mütləq nail ol... | publikaz_normalized |
11:16" "Siyəzən şəhərində 43 yaşlı şəxs həbs edilib. barəsində inzibati protokol tərtib edilib. Siyəzən Rayon Məhkəməsində keçirilən iclasda Namiq S. O, əvvəllər də aralarında münaqişə olan şəxslərin ondan qərəzli şəkildə şikayət etdiyini deyib. Saxlanılan şəxs həmçinin qeyd edib ki, sentyabrın 17-də qızının toyudur və... | publikaz_normalized |
Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilin... | publikaz_normalized |
Bəzi insanlar bürc əlamətlərinin xarakterə təsir etdiyinə inanırlar. Astroloqların təhlillərinə görə, bəzi bürclər öz müsbət enerjiləri ilə ətrafdakıları canlandırıb ruh yüksəkliyi yaradırlar. Oxatan emosional olsa da, son dərəcə enerjili xarakteri ilə diqqət çəkir. Onlar yeni yerləri kəşf etməyi sevirlər. Macəra və əy... | publikaz_normalized |
Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Prezidenti Rumen Radevlə görüşüb. Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan dövlət başçısı qeyd edib ki, Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq münt... | publikaz_normalized |
Azərbaycanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabrın 15-də nəzərdə tutulub. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. | publikaz_normalized |
Böyük Qayıdış proqramı çərçivəsində bu günədək 2000-dən çox məcburi köçkün işğaldan azad olunmuş ərazilərə köçürülüb. Qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, dövlət komitəsinin... | publikaz_normalized |
Bakı və Abşeron yarımadasında hazırda qeyri-sabit yağıntılı hava şəraiti müşahidə olunur. “Bakı və Abşeron yarımadasında bu gün axşam saatlarına doğru yağıntılar kəsiləcək. Sentyabrın 14-ü gündüz saatlarından isə əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Sentyabrın 15 havanın gün ərzində yağıntısız keçəcəyi gözlə... | publikaz_normalized |
Bakıda səyyar masaj xidmətləri göstərən, sosial şəbəkələrdə minlərlə izləyiisi olan “Naz Studio”nun rəhbəri, 1990-cı il təvəllüdlü Nazlı Musayevaya cinayət işi açılıb. Belə ki, cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb. Onların 200 manat sifarişlə getdikləri masaj xidmətləri zamanı müştərilərlə pul müq... | publikaz_normalized |
Yaponiya hökuməti bütünlüklə istefa verib və baş nazir Fumio Kisida Nazirlər Kabinetinin müvafiq tələbini qəbul etdi. Baş nazir və “Komeito” partiyasının rəhbəri Natsuo Yamaquçinin yeni kabinetin formalaşdırılması məsələsini müzakirə edəcəyi planlaşdırılır. Yeni hökumət 19 nazirdən 13-nü əvəz edəcək. 11 nəfər ilk dəfə ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. Bu səbəbdən, radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün rad... | publikaz_normalized |
Vətəndaşların ən çox müraciət etdiyi xəstəxanalardan biri də 26 saylı Birləşmiş Şəhər Xəstəxanasıdır. Xəstəxana Xəzər rayonu ərazisindəki ən iri səhiyyə ocağıdır və ümumi ərazisi 4 hektardır. Xəstəxanada uşaq, cərrahiyyə, anesteziologiya, reanimasiya, ginekologiya, doğuş, sinir və daxili xəstəliklər, təcili yardım şöbə... | publikaz_normalized |
Otuz ilə yaxın müddət ərzində işğal altında qalmış Qubadlı və Zəngilan rayonlarında da məzarlıqların aşkarlanması faktı Ermənistan tərəfindən azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərə qarşı törədilmiş amansız cinayətlərin miqyasının genişliyini göstərir". Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı i... | publikaz_normalized |
Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq fənni pilot şəkildə tədris ediləcək. Bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi “ORT İsrail” tərəfindən müvafiq dərs vəsaiti hazırlanıb. Qeyd edilib ki, sözügedən vəsait şagirdləri gələcəyin çağırışlarına hazırlayacaq sahib... | publikaz_normalized |
Azərbaycanla normallaşma prosesini Ermənistan pozur":"Rusiya Ermənistanın hərəkətlərini Roma Statutunun mümkün ratifikasiyası kontekstində qeyri-dost kimi qiymətləndirir. Zaxarova xatırladıb ki, Ermənistan səfiri artıq nazirliyə çağırılıb və ona İrəvanın bir sıra qeyri-dost hərəkətləri, o cümlədən Roma Əsasnaməsinin ra... | publikaz_normalized |
Azərbaycan Ordusunun hərbi texnikaları üzərindəki “∀” simvolu - tərsinə A işarəsi Ermənistanda da narahatlıq yaratmağa başlayıb. Buna səbəb isə ermənilərin bu işarənin mənasını anlamaması olub. Erməni mediasında artıq bu işarə haqda məqalələr, fikirlər tirajlanmağa başlayıb. Onlar əsasən azərbaycanlıların “∀” işarəsini... | publikaz_normalized |
Qırmızı Ürəklər Fondunun “Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” aksiyasına ilk olaraq ASC "Kapital Bank" qoşuldu. Ölkənin birinci bankının aksiyaya ianə etdiyi 15 000 manat məbləğlə 2023/2024-cü tədris ilində 10 tələbəyə təhsil təqaüdü veriləcək. Xatırladaq ki, “Onu oxut” ianə aksiyasıdır. A... | publikaz_normalized |
Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsə... | publikaz_normalized |
Çin hökuməti daşqınlardan zərər çəkmiş Quandun əyalətində fermadan qaçan 75 timsahlı axtarır. Əyalət sakinlərinə evlərini tərk etməmək tapşırılıb. Çin səlahiyyətliləri 7 nəfərin öldüyünü açıqlayıb. Həmçinin 3 nəfərin itdiyi bildirilir. Tayfun Çindən başqa, Honq-Konq, Tayvan və Yaponiyanı da əhatə edib. Hökumət timsahla... | publikaz_normalized |
Rusiyanın Nijni Novqorod vilayətində 13 yaşlı qız “ərə gedirəm” deyərək evdən gedib və yoxa çıxıb. Kanalın məlumatına görə, Maloye Tumanovo kənd sakini gün ərzində naməlum oğlanla yazışıb. Sonra o, böyük bacısına ərə getmək istədiyini desə də, onun sözləri ciddiyə alınmayıb. Bir neçə saatdan sonra qız bayıra çıxıb, evə... | publikaz_normalized |
Liverpul"un baş məşqçisi Yurgen Kloppun agenti Mark Kositske açıqlama verib. “Kloppun “Liverpul”la müqaviləsi var. Bu baxımdan, Almaniya millisində işləmək variantı real deyil”, – deyə Kositske bildirib. Klopp 2015-ci ilin oktyabrından Mersisayd təmsilçisinin baş məşqçisidir. Tərəflər arasında mövcud əmək müqaviləsi 20... | publikaz_normalized |
Estoniyanın baş naziri ərinin Rusiyadakı biznesinə görə zorakılıöa məruz qalmasından şikayətlənib. Nəşrə şərhində Kallas bildirib ki, baş verənlər hakim partiyanın irəliləməsinə mane olur. Qeyd edək ki, bundan əvvəl Estoniyanın baş naziri ərinin Rusiyadakı biznesi ilə bağlı vəziyyətdən təəssüfləndiyini bildirsə də, bun... | publikaz_normalized |
Podolyakın bu sözlərinə görə":"Çin Xalq Respublikasının Daxili İşlər Nazirliyi rəsmi Kiyevdən Podolyakın Çin və Hindistanın “zəif intellektual potensialı” ilə bağlı bəyanatına aydınlıq gətirməyi tələb edib. O vurğulamışdı ki, bu iki ölkənin nümayəndələri öz hərəkətlərinin nəticələrini təhlil etmirlər. | publikaz_normalized |
Ermənistan 30 illik işğal dövründə müharibə cinayətləri törətdi, insan hüquqlarını pozaraq uşaqlar, yaşlılar və qadınları istisna etmədən etnik təmizləmə həyata keçirdi". O, ermənilərin azərbaycanlılara qarşı aqressiyasının faciə ilə nəticələndiyini, minlərlə azərbaycanlının yaşamaq, təhsil, sağlamlıq, təhlükəsizlik ki... | publikaz_normalized |
Qarabağ"dan ayrılan Şahruddin Məhəmmədliyev "Instagram" hesabında paylaşım edib. Mənə qarşı xoş münasibətinizi və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağ olun, Hoca. Allah sizdən razı olsun" - deyə Məhəmmədəliyev sabiq baş məşqi barədə yazıb. Elxan Həsənova da təşəkkür edən Şahruddin onun... | publikaz_normalized |
“Azərbaycan ərazisinə humanitar məqsədlərlə yardım gətirmək istəyən hər bir dövlət, istənilən təşkilat və qurum öz niyyətini Azərbaycanın müvafiq hökümət orqanlarına bildirməlidir”. Deputat bildirib ki, Azərbaycan hökümətinin bu yardımı qəbul etməyə razı olduğu halda yüklər razılaşdırılmış marşrutla razılaşdırılmış mən... | publikaz_normalized |
Sentyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin insan hüquqları üzrə ali komissarı cənab Folker Türk ilə görüşüb. Görüşdə tərəflər arasında Azərbaycan və BMT arasında insan hüquqları sahəsində cari əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəz... | publikaz_normalized |
La Liqanın prezidenti Xavyer Tebas İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubialesin istefası haqda danışıb. “O, hər şeyi son həddə çatdırdı. Luis bilirdi ki, bir gün nəsə olacaq. İşdən sonra orgiyalar, dostları paellaya dəvət etmək... Elə şeylər var idi ki, onları normal adlandırmaq olmaz. Bunların düz... | publikaz_normalized |
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında danışıqlardan sonra baş tutan nahar süfərsində nələrin olduğu açıqlanıb. Bu barədə “Shot” Telegram kanalı məlumat yayıb. Menyuda həmçinin əncir və nektarinli ördək salatı, göbələk və kartof ilə nərə balığı və ya bişmiş tərəvəzlə mal əti olub. ... | publikaz_normalized |
Neftin qiyməti kəskin artacaq":"ABŞ Energetika Nazirliyi 2023 və 2024-cü illər üçün Brent markalı neftin qiymətləri ilə bağlı proqnozunu artırıb. Məlumata görə, bir barelin bu il 84,46 dollar, gələn il isə 88,22 dollar olacağı gözlənilir. Qeyd edilir ki, ABŞ-da 82,62 dollar və 86,48 dollar dəyərində təhlükəsizlik tədbi... | publikaz_normalized |
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov partiya fəalları ilə görüşüb. | publikaz_normalized |
Ordumuz tədbir gördü":"Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub. Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", ... | publikaz_normalized |
Çinin keçmiş xarici işlər nazirindən sonra bu dəfə müdafiə naziri itkin düşüb. Ölkə mətbuatı bu suala cavab axtarır. Li sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib. Çinli nazir bundan sonra heç bir tədbirə qatılmayıb və ictimaiyyət arasında görünməyib. Məsələ ilə bağlı Pekin administrasiyasından hə... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlar... | publikaz_normalized |
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib. Əmrə əsasən, Şəki DYP-nin rəisi vəzifəsinə Ramid Eyvazov təyinat alıb. Eyvazov bundan əvvəl Qobustan DYP-nin rəisi işləyib. | publikaz_normalized |
“Ermənistanın basdırdığı minalar...”":"“Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yüz minlərlə mina yerləşdirib və həmin minalar günahsız insanların həyatına son qoymağa davam edir. Bundan başqa, ərazilərdə aparılan yenidənqurma və bərpa işlərini çətinləşdirir, azərbaycanlıların yurdlarına qayıtma hüquq... | publikaz_normalized |
Azərbaycanda qeyri neft sektorunun inkişafı, eləcə də qida emalı sənayesində peşə təhsilli kadrların yetişdirilməsi üçün növbəti memorandum imzalanıb. Avrora MMC Peşə Təhsili üzrə Dövlət Agentliyi, EBRD və “SustainEra” birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə nəticəsində spesifik istehsal sahələri üzrə k... | publikaz_normalized |
erməni separatçı yaralandı":"Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan qanunsuz erməni silahlı dəstəsi tərəfindən Ordumuzun mövqeləri atəşə tutulub. | publikaz_normalized |
Veysəloğlu Şirkətlər Qrupuna məxsus Araz Supermarket mağazalarında Narın 1 kq 15.99 AZN-ə satılır. O, bu faktı gördükdən sonra qısa araşdırma apardığını bildirib: “Hazırda Göyçayda növündən asılı olaraq narın 1 kq. 0,40-2.0 AZN arasında dəyişir. Yalnız məşhur Bığır Narının 1 kq hazırda rayonda 9-10 AZN-ə satılır. Araz ... | publikaz_normalized |
Bu cür lobbizm, “pul danışıqları”, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir. Onun sözlərinə görə, Bob Menendez ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə, ABŞ Senatının Xarici əlaqələr komitəsinə yalan məlumat verir və s... | publikaz_normalized |
Ukrayna Krımı vurdu":"Ukrayna Silahlı Qüvvələri (AFU) aviasiyanın köməyi ilə Krım ərazisinə zərbə endirib. Raket zərbəsini şərh edən Oleşuk ukraynalı pilotlara “əla döyüş əməyinə görə” təşəkkür edib. “Strana.ua” nəşri yazır ki, Ukrayna Silahlı Qüvvələrinin aviasiyası yalnız Qərbin uzaqmənzilli “Storm Shadow” və “SCALP”... | publikaz_normalized |
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) hazırkı heyətlərinə ən çox sərmayə yatıran klubların siyahısını dərc edib. Cəmi 4 klubun futbolçuları üçün xərclədiyi ümumi məbləğ 1 milyard avroya çatıb. Onlardan üçü İngiltərə Premyer Liqasının təmsilçiləridir. Siyahıya müvafiq olaraq “Mançester Yunayted”, “Çelsi” və “Man... | publikaz_normalized |
Meyvə-tərəvəz alırıq, evdə təmizləyirik, sonra isə yeyirik. Alınan, yuyulan meyvə-tərəvəzlərin istifadəsində səhvə yol verilir. Əgər meyvə və tərəvəzləri istehlak etməmişdən əvvəl bu səhvi etsəniz, zəhər yaymağa başlayırlar. Xüsusilə pandemiyadan sonra tərəvəz və meyvələrin yuyulması daha ciddi bir vərdişə çevrilib. Da... | publikaz_normalized |
Sabah" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Transfer yaxın zamanda açıqlanacaq. Klub sosial şəbəkə hesabında transferin anonsunu verib. Paylaşımda forvardın oynadığı klubların adları qeyd olunub. Belfodil karyerası ərzində "Lion", "Bolonya", "İnter", "Parma", "Verder", "Hoffenhaym", "Herta"da çıxış edib... | publikaz_normalized |
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra şəhid rayonun Mahmudlu kənd qəbiri... | publikaz_normalized |
Avropa İttifaqı Məhkəməsi rusiyalı milyarder Viktor Raşnikova qarşı sanksiyaları ləğv etməkdən imtina edib. Məlumata görə, Raşnikov Aİ-nin sanksiyalar siyahısına 2022-ci ilin martında daxil edilib. O, may ayında məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini tələb edib. Həmçinin bir il əvvəl Macarıstan da Aİ-dən Raş... | publikaz_normalized |
13 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 54-cü sessiyasında iştirak və çıxış edib. Nazir Ceyhun Bayramov, ölkəmizin Ümumdünya İnsan Hüquqları Bəya... | publikaz_normalized |
Qərbi Azərbaycan İcması Avropa İttifaqının 2023-cü il 12 sentyabr tarixli və son günlər verdiyi digər açıqlamalar ilə əlaqədar bildirir ki, Avropa İttifaqının məsələlərə ikili standartlar prizmasından yanaşmaqda davam etməsi təəssüf doğurur". Sual meydana çıxır ki, gərginliyin azaldılmasının vacibliyindən, sülhdən danı... | publikaz_normalized |
Mexiko Konqresində keçirilən dinləmələrdə insan olmadığı iddia edilən iki varlığın qalıqları təqdim edilib. San Lazaro Qanunvericilik Sarayında danışan Mossan bildirib ki, bu nümunələr bizim yer təkamülümüzün bir hissəsi deyil: Bunlar UFO qəzasından sonra tapılan varlıqlar deyil. Onlar diatom (yosunlar) mədənlərində ta... | publikaz_normalized |
12 sentyabr tarixindən, Zərdab sakinləri rayon mərkəzində yenilənmiş “Nar” mağazasında daha üstün müştəri xidmətləri ala bilərlər. Zardab rayonu, Azərbaycan prospektində yerləşən mağaza nömrələrin satışı, bərpası və dublikasiyası da daxil olmaqla bir sıra xidmətlər, geniş çeşidli mobil telefonlar, cihazlar və aksessuar... | publikaz_normalized |
“Haber Global”ın baş redaktoru Taha Dağlı Qarabağda erməni təxribatı və İranın təsirindən yazıb. O bildirib ki, ermənilər Qarabağda təxribatlar törədirlər: “İran əvvəlki kimi yenə də Ermənistanın tərəfindədir. Qərblə İranın erməni tərəfdə qarşılaşdığı qəribə mənzərə yaranır. Ermənistan təkbaşına Azərbaycana meydan oxum... | publikaz_normalized |
Əfsanəvi tennisçi Novak Cokoviçin azarkeşlərlə görüşündə emosional anlar yaşanıb. İdmançı duyğularını saxlaya bilməyib və göz yaşlarına boğulub. ABŞ Açıq çempionatında qazandığı qələbə sayəsində Cokoviç Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinq cədvəlində birinci yerə qayıdıb" "Serb sayca 24-cü dəfə Böyük Dəbilqə y... | publikaz_normalized |
Şərq xristianlarını erməni lobbisinin təsirindən necə çıxarmalı? - FOTO":"Xəbər verdiyimiz kimi, Misir qibti kilsəsinin rəhbəri bu ayın əvvəlləri Papa II Tavadros (Teodor və ya Feodor) Qahirədəki İqamətgahında Misirdəki Erməni Arxiyepiskopu Aşotu və Ermənistan səfiri Hraçya Poladyanı qəbul edib. Onlar baş qibti ruhanis... | publikaz_normalized |
“Heç Afrika tayfalarında da belə vəhşi toy adətləri yoxdur”":"Xəbər verdiyimiz kimi, Naxçıvan Mahmudkənd kəndinin ağsaqqalları yas mərasimində ehsanın ləğvi barədə qərara gəliblər. "Bu barədə sakinlərə müraciət ünvanlanıb. Bildirilib ki, kənd əhalisinin birgə qərarı ilə 10.09.2023-cü il tarixdən yas mərasimlərində 3,7,... | publikaz_normalized |
Qarabağdakı separatçıların keçmiş “başçısı” Araik Arutyunyan və keçmiş qondarma “müdafiə naziri" Cəlal Arutyunyan sentyabrın sonuna qədər Ermənistanda 44 günlük müharibəni araşdırdıran komissiyasına çağırılacaqlar. Araik Arutyunyan sentyabrın sonuna qədər komissiyanın iclasında iştirak etmək üçün İrəvana necə gedəcək? ... | publikaz_normalized |
“Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib. O bildirib ki, Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır. | publikaz_normalized |
Ukrayna Futbol Federasiyası UEFA-ya etiraz edib. Ukrayna Futbol Federasiyası yaydığı bəyanatda UEFA-dan qərara yenidən baxılmasını və təyinatın ləğv edilməsini xahiş edib. Bu zaman Rusiya komandalarının və həmin ölkədən olan nümayəndələrin son il yarım ərzində beynəlxalq oyunlara buraxılmadığı xatırladılıb. Həmçinin Ru... | publikaz_normalized |
Bu mümkün olacaq":"“Google” “Gmail”ə reaksiya funksiyasını gətirməyi planlaşdırır. Bu yenilik, əslində, ilk dəfə bir neçə həftə əvvəl “Gmail”in “iOS” proqramında aşkar edilib. Artıq “Android”də də yeniliyin tətbiqinə başlanılıb. Sözügedən reaksiyaların tezliklə “Gmail”ə əlavə ediləcəyi bildirilir. Qeyd edək ki, belə bi... | publikaz_normalized |
12 sentyabr tarixində keçirilmiş mətbuat konfransının sual-cavab sessiyasında Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın səsləndirdiyi, bölgədə sülh və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikir... | publikaz_normalized |
Havaların soyuq keçməsi və qış fəslinin yaxınlaşması ilə əlaqədar kökəlmək bir çox insanın ümumi probleminə çevrilir. Öz sahəsində mütəxəssis olan dietoloqlar qış aylarında kökəlmək qorxusunun bir çox insan üçün problem olduğunu bildirərək, qışı kökəlmədən keçirmələri üçün qızıl təkliflər ediblər. Maddələr mübadiləsini... | publikaz_normalized |
Zədə ciddidir":"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan Almaniya millisinin heyətində oyunda zədələnib. 32 yaşlı yarımmüdafiəçi meydanı göz yaşları içində tərk edib. Barselona" yeni transferinin sağlıq durumuna görə ciddi narahatdır. Məlumata görə, ilkin diaqnoz çox ciddi çanaq əzilməsi olduğunu göstərib. Yaxın v... | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Priqojinlə birlikdə şəklini görəndə şoka düşüb. Bu barədə "Business Insider" nəşri məlumat yayıb. Belə ki, ondan Priqojinin təyyarə qəzasında ölməsi xəbərinə "şok" olub-olmadığını soruşduqda, cavabı belə olub: Məni şoka salan odur ki, ötən gün Sankt-Peterburqda keçirilən G8 sammitindən foto gör... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.