text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal ilə görüşmüşdür. Martın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal ilə görüşmüşdür. Görüşdə iki qurum arasında əməkdaşlığın perspekt... | ANL |
Azərbaycan palçıq vulkanları ölkəsidir. Palçıq vulkanizmi problemi geologiya elminin mühüm istiqamətlərindən biridir. Vulkanlar xərcsiz başa gələn təbii kəşfiyyat quyusu kimi Yer təkinin quruluşunun öyrənilməsi və dərin qatlarda karbohidrogen yataqlarının axtarışında neftçi geoloqlara kömək edir. Bununla belə, vulkan g... | ANL |
Azərbaycan iqtisadiyyatı qlobal böhranın təsirlərinə uğurla davam gətirmişdir. Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Beynəlxalq Valyuta Fondunun missiya nümayəndələri xanım Ratna Saha və Ninke Omes ilə görüşmüşdür. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, səmimi görüşə görə B... | ANL |
Azərbaycanın malik olduğu strateyi-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ölkəmizin iqtisadi potensialını daim gücləndirməyə, dünya iqtisadiyyatına daha sıx inteqrasiyaya geniş imkanlar açmışdır. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal eneryi və kommunikasiya layihələrinin həyata keçirilməsində əsas ... | ANL |
Rusiya Baş nazirinin birinci müavini Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyəti martın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heyd... | ANL |
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda səfərdə olan Litva seymi sədrinin birinci müavini Raymondas Şukisın başçılıq etdiyi nümayəndə heyəti martın 3-də Fəxri xiyabana gəlmişdir. Litvalı qonaqlar xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Ə... | ANL |
Azərbaycanda yeni təyin olunmuş səfirlər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Filippinin, İrlandiyanın, Liviyanın və Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Pedro O.Çan, Tomas Rassel, Saad Mustafa Mucbir və Ole Egberg Mikkelsen martın 3-də Heydər Əliyev sarayını... | ANL |
Jan Perrən: Prezident İlham Əliyev Azərbaycanın Avropaya inteqrasiyasına mühüm əhəmiyyət verir. Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən ölkəmizə xoş münasibətinin ifadəsi olaraq "Azərbaycanın dostları" cəmiyyəti yaratmışdır və ona rəhbərlik edir. Xalqımıza dost münasibəti bəsləyən tanınmış diplomat tez-tez A... | ANL |
"Azərbaycan: məcburi köçkünlərin müdafiəsindəki boşluqların təhlili" hesabatının təqdimatı olmuşdur. Martın 3-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) "Azərbaycan: məcburi köçkünlərin müdafiəsindəki boşluqların təhlili" hesabatının təqdimatı olmuşdur. Baş nazirin müavini, Qaçqınla... | ANL |
AzərTAc-da görüş. Martın 3-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) baş direktor Aslan Aslanov Belarusun BELTA informasiya agentliyinin baş direktoru Dmitri Juk, həmin agentliyin baş direktorunun müavini İqor Lutski və Yaponiyanın KYODO News informasiya agentliyinin xarici əlaqələr departamentinin direktoru... | ANL |
Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantın başçılıq etdiyi nümayəndə heyəti ARDNŞ-də olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, martın 3-də ölkəmizdə səfərdə olan Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantın başçı... | ANL |
Erməni separatizmi bütün bəşəriyyətə qarşı böyük təhlükədir. Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçir... | ANL |
Elmi əsərləri yüksək dəyərləndirilən alim. Professor Şahlar Əsgərovun tədqiqatlarına dünyanın nüfuzlu alimləri istinad edirlər. Tarixən hər bir xalqın dünya miqyasında tanınmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalıları, elm xadimləri mühüm rol oynayırlar. Yüksək zəkası, istedadı ilə fərqlənən b... | ANL |
İçərişəhərdə maddi mədəniyyət abidələri aşkar olunmuşdur. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, son dövrlərdə İçərişəhərdə aparılan abadlıq işlərinin miqyası genişlənmişdir. İçərişəhərin formalaşmış planlaşma strukturuna, tarixi-memarlıq görkəminə xələl gətirilmədən görülən işlər burada... | ANL |
"Azərbaycan mədəniyyəti Macarıstanda" seriyası təsis olunmuşdur. Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi ölkəmizin mədəniyyəti, tarixi və elminin təbliği məqsədilə Budapeştdə yerləşən Avropa Folklor İnstitutu ilə birgə macar dilində "Azərbaycan mədəniyyəti Macarıstanda" adlı silsilə kitabların nəşrinə başla... | ANL |
Heydər Əliyev Fondu ilə tanışlıq. Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətləri martın 2-də Heydər Əliyev Fondunda olmuşlar. Burada qonaqlara xalqımızın ümummilli liderinin adını ... | ANL |
Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə tanışlıq. AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB ölkələri Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən qonaqlar martın 2-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə tanış olmuşlar. Qonaqlar Rusiyanın İTAR-TASS agentliyin... | ANL |
Qonaqlar Bakının görməli yerləri ilə tanış olmuşlar. AzərTAc-ın 90 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş qonaqlar martın 2-də şəhərimizin görməli yerlərini gəzmişlər. Gəzintiyə İçərişəhərdən başlayan qonaqlar əvvəlcə "Şirvanşahlar sarayı kompleksi" Dövlət Tarix-Memarlıq Muzey-Qoruğunda olmuşlar. Qonaqlara ... | ANL |
Azərbaycanın bölgələri sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Qəbələ rayonuna səfəri yeni istehsal müəssisələrinin açılışı ilə əlamətdar oldu. Çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan son illərdə iqtisadi qüdrətini daha da artırmaqla dünyada layiq olduğu yeri möhkəmləndirməkdədir... | ANL |
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirə... | ANL |
C.X.Əkbərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə Canəli Xanəli oğlu Əkbərov "Şərəf" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xüsusi xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasını... | ANL |
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında aztəminatlı insanlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə və Azərbaycan Qızıl Aypa... | ANL |
S.M.Abdullayevin Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Səbuhi Məhəmməd oğlu Abdullayev Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
T.H.İbrahimovun Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Tofiq Hüseyn oğlu İbrahimov Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
S.S.Mikayılovun Bakı Şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Süleyman Surxay oğlu Mikayılov Bakı Şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Gürcüstanın Prezidenti zati-aliləri cənab Mixeil Saakaşviliyə. Hörmətli cənab Prezident! Tkibuli şəhərindəki şaxtada baş vermiş partlayış nəticəsində insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azər... | ANL |
T.H.İbrahimovun Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Tofiq Hüseyn oğlu İbrahimov Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
S.S.Mikayılovun Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Süleyman Surxay oğlu Mikayılov Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
H.İ.İsrafilovun Bakı Şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Hüseyn İsrafil oğlu İsrafilov Bakı Şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezi... | ANL |
Hər ilin əvvəli, adətən, iki mühüm məqamla diqqət çəkir: bir tərəfdən qət edilmiş yola yekun vurulur, itirilib-artırılanlar sərf-nəzər olunur, digər tərəfdənsə yeni məqsəd və niyyətlər hədəflənir, konkret öhdəlik və vəzifələr müəyyənləşdirilir. Əldə olunmuş uğurlar, bir qayda olaraq perspektivdəki, gözlənilən daha böyü... | ANL |
Humanitar elmlərin inkişaf strategiyası milli ideologiyaya cavab verməlidir. Müasir qloballaşma dövründə elmi-intellektual potensial davamlı və sabit inkişafın əsas meyarına çevrilərək hər bir dövlətə qarşıya qoyduğu strateji məqsədləri inamla həyata keçirmək, dünya arenasında layiqli yer tutmaq imkanı yaradır. İqtisad... | ANL |
Bakıda "Daşınmaz əmlak idarəçiliyində səmərəlilik və şəffaflıq" mövzusunda beynəlxalq seminar keçirilir. Martın 4-də Bakıda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) və BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlakın İdarəçiliyi üzrə İşçi Qrupunun birgə təşkilatçılığı ilə "Daşınma... | ANL |
Qazandığımız uğurlarda Azərbaycan qadınının rolu əvəzsizdir. Sivil və tərəqqipərvər dünya hər il 8 mart - Beynəlxalq Qadınlar Gününü qadınlara yüksək hörmət və ehtiramla qeyd edir. Bu əlamətdar təqvim ümumən dünyada gender bərabərliyinin təmini ilə bağlı mübarizənin başlanğıcı, habelə qadın hüquqlarına hörmətin yüksək ... | ANL |
Bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bütün zamanlarda hər bir cəmiyyətin dayağını sağlam bədənli və sağlam ruhlu insanlar təşkil etmişlər. Bədən tərbiyəsi və idman insanın kamilləşməsinə və sağlamlığının möhkəmlənməsinə xidmət edir. Hər il martın 5-i bütün dünyada Bədən Tərb... | ANL |
"Ağsaqqallar dünyası". "Nafta-Press" nəşriyyatında akademik Budaq Budaqovun "Ağsaqqallar dünyası" kitabı nəşr edilmişdir. Kitab böyük həyat yolu keçmiş alimin dünyaya, cəmiyyətə, insanlara baxışını əks etdirmişdir. Alim kitaba yazdığı ön sözdə bildirir: "Atalar tədricən öz sıralarından irəli çəkilən müdriklərə ağsaqqal... | ANL |
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik etmişdir. Hörmətli xanımlar! Sizi, ölkəmizin bütün qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi ... | ANL |
Qana Respublikasının Prezidenti zati-aliləri cənab Con Evans Atta Millsə. Hörmətli cənab Prezident! Qana Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Qana münasibətlərinin inkişafı daim xalqlarımız arasında dostluq və əməkda... | ANL |
Prezidentin mətbuat xidmətinin məlumatı. Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir. Telefon söhbəti zamanı Azərbaycanın dövlət başçısı Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsində... | ANL |
"Şərq" İstehsalat Birliyinin "İqlim" müəssisəsində yeni istehsal sahələrinin açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində yeni istehsal sahələrinin açılı... | ANL |
Prezident İlham Əliyev "Üfüq" İstehsalat Birliyinin "Dalğa" müəssisəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyinin "Dalğa" elm-istehsalat müəssisəsinin yenidənqurma işlərindən sonra açılışında işti... | ANL |
Azərbaycan Respublikası Milli Məclisinin Amerika Birləşmiş Ştatlarının Konqresinə müraciəti. Hörmətli həmkarlar! Bu günlərdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"na dair qərar qəbul etməsi barədə aldığımız xəbər bizdə dərin narahatlıq və hiddət doğurmuşdur. Tarixi... | ANL |
Azərbaycan hər zaman Türkiyənin yanındadır. Deputatlar ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin lehinə səs verdiyi qətnaməni tarixin kobud şəkildə saxtalaşdırılması və təcavüzkara dəstək kimi qiymətləndirdilər. Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası giriş sözü ilə... | ANL |
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" qanun layihəsini qəbul etmişdir. Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı dinləmələr keçirilmi... | ANL |
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında elm, təhsil və səhiyyənin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar elm xadimi". Quluzadə Zümrüd Əliqulu q... | ANL |
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər: Hacıyeva Asya Hüseyn qızı. Hüseynova Gültəkin Şəmsəddin q... | ANL |
Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: Komissiyanın sədri. Əli Həsənov - Azərbaycan Respublikası Baş nazir... | ANL |
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-cı bəndinə və "Azərbaycan Respublikasının İnsan hüquqları üzr... | ANL |
Azərbaycan qadını xalqımızın adını həmişə uca tutub. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlar... | ANL |
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan ilə müzakirələri intensivləşdirəcəklər. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan ilə müzakirələri intensivləşdirəcəklər. Bu barədə həmsədrlər Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə keçirdikləri görüşdə bildirmişlər. Görüşdə, həmçinin Ermənistan-... | ANL |
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış etmişlər. ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək işçi sessiya keçirmişlər. Görüşdə danışıqların hazırkı mərhələsi qiymətləndirilmiş və 2009-cu ilin dekabr və 2010-... | ANL |
ABŞ Konqresi "erməni soyqırımı" ilə bağlı qətnaməni müzakirə etməyəcəkdir. Bunu ABŞ Prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton bəyan etmişlər. Barak Obama Administrasiyası Birinci dünya müharibəsi illərində uydurma "erməni soyqırımı" haqqında qətnamənin Konqresdə müzakirəsinin qarşısını almağa çalışacağını... | ANL |
ABŞ Konqresinin uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarı Fransa mətbuatında geniş tənqid olunur. Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin uydurma "erməni soyqırımı"nın tanınması barədə qəbul etdiyi qərar erməni lobbisinin güclü olduğu Fransa kimi ölkənin d... | ANL |
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Martın 6-da "Avropa" mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirmişdir. BMT-nin Əhali Fondunun və "Azercell Telekom" MMC-nin dəstəyi ilə təşkil olunmuş ... | ANL |
Gəncədə akademik Siddiqə Məmmədovanın 85 illik yubileyi qeyd edilmişdir. Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı elminin tanınmış simalarından biri, AMEA-nın akademiki, əməkdar elm xadimi Siddiqə Məmmədovanın 85 illik yubileyi qeyd edilmişdir. Şəhər ziyalılarının iştirakı ilə keçirilən yubiley mərasimi... | ANL |
Türkiyənin xarici siyasəti və Rusiya: qlobal sülhə regional yanaşma. "Rossiya v qlobalnoy politike" jurnalında Türkiyənin xarici işlər naziri, professor Əhməd Davudoğlunun "Türkiyənin xarici siyasəti və Rusiya: qlobal sülhə regional yanaşma" adlı məqaləsi dərc edilmişdir. Müəllif həmin məqalədə Türkiyənin xarici siyasə... | ANL |
"Azərbaycan qadını naminə" kitabının təqdimatı olmuşdur. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "Azərbaycan qadını naminə" kitabının təqdimat mərasimini keçirmişdir. Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda ulu öndər Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə müraciətləri, ümummilli liderin ... | ANL |
Şahbuzda kitaba, kitabxanalara maraq artıb. Şahbuz şəhərində müasir üslubda inşa olunan və ya əsaslı təmir olunaraq yenidən qurulan obyektlər çoxdur. 28 May küçəsində inşa olunan ikimərtəbəli bina yaxınlıqdakı digər sosial obyektlərdən DSMF-in rayon şöbəsindən, əhalinin sosial müdafiəsi mərkəzindən, təhsil şöbəsindən h... | ANL |
Necə rəhmlidir, necə amansız, Necə mehribandır qadın ürəyi! Güldürsən, ömürlük səadətindir, Söndürsən, yanmağı bir də çətindir. O, əsl qayğının, məhəbbətindir, Sevgisiz zindandır qadın ürəyi. Onunla dünyadır sənə qəfəs də, Onsuz heç yaşama bu torpaq üstə. Sevən bir ürəyə axır nəfəsdə. Ən gözəl dərmandır qadın ürəyi. Qə... | ANL |
Nəsillərə örnək. Azərbaycanın ziyalı qadınları bütün dövrlərdə qətiyyəti, cəsarəti və müdrikliyi ilə seçilmiş, yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış etmiş, dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışlar. Belə əməl sahiblərindən biri də görkəmli ictimai-si... | ANL |
Xatirə yarpaqları. Telefonum zəng çaldı, dəstəyi qaldırdım. Zəng "Azərbaycan" qəzetindən idi. Mehriban, xoşrəftar həmkarımla xeyli söhbətdən sonra məlum oldu ki, qəzetdə 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş səhifədə mənim də çıxışım nəzərdə tutulub. Doğrusu, çox kövrəldim. Keçən əsrin 30-cu illəri Azərbayca... | ANL |
Gəncə səhnəsinin pərvanəsi. Heç kəsə sirr deyil ki, tamaşaçı teatra adətən sənətkarın ifasına baxmağa gedir. Mənim çox sevdiyim Gəncə teatrına da həmçinin. Amma prezident mükafatçısı Pərvanə Qurbanovaya tay tapmaq heç də asan deyil. Əli Əmirlinin "Varlı qadın" komediyasına baxırdıq. İlk səhnələrdə əsas rolu dilənçi bic... | ANL |
Sərt döngələrdən keçən ömür. Seyidovlar ailəsi (ailənin digər üzvləri sonralar Seyidzadə soyadı ilə tanınacaqdılar) İrəvan quberniyasının baş şəhərində yaşayırdı. Ailəlikcə, hələ desən, ulu babaları da bu yerdə dünyaya gəlmişdilər və buranın Azərbaycanın bir parçası olduğuna heç kəsin şəkk-şübhəsi yox idi. Amma yaxşı d... | ANL |
Ə.M.Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Məhəmmədəli oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Azərbaycan. | ANL |
Nazirlər Kabineti avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə qərar qəbul etmişdir. Martın 6-da Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbay... | ANL |
Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfərə gəlmişdir. Martın 9-da Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Polşalı həmkarını Ba... | ANL |
Polşada keçirilmiş forumda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mükafatlandırılmışdır. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə müsahibəsində bildirmişdir ki, martın 3-5-də Polşada Birinci Avropa Sosial Forumu keçirilmişdir. Forumda DSMF İnformasiya Kommunikasiya Texnologiya... | ANL |
Ədalətli sülhə gedən yol döyüş meydanından keçməli olacaq. Amansız müharibənin 22-ci ildönümünü də geridə qoyduq. İllər, aylar sürətlə bir-birini əvəzləsə də, fakt faktlığında qalır: zorən hərbi münaqişəyə cəlb edilmiş Azərbaycanın 20 faizdən artıq ərazisi hələ də işğal altındadır. 1 milyondan çox soydaşımız hələ də do... | ANL |
Xalq öz tarixinə sahib çıxmalıdır. "Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi" kitabının təqdimat mərasimindən qeydlər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun və tari... | ANL |
Heydər Əliyev Fondu tərəfindən xalq artisti Canəli Əkbərovun musiqi albomu nəşr olunmuşdur. Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etdirmişdir. Azərba... | ANL |
Mədəniyyət tariximizin parlaq səhifələri. Azərbaycanda Milli Teatrın yaradılmasından 137 il keçir. Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun misilsiz xidmətləri var. İlk teatr binasını tikdirən də məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Ötən 137 il ərzində də ... | ANL |
Çexovun qəhrəmanları səhnədə. Dünya şöhrətli yazıçı və dramaturq Anton Pavloviç Çexovun anadan olmasının 150-ci ildönümüdür. Təkcə rus xalqının deyil, bəşəriyyətin dəyərinə çevrilən Çexovun yubileyi Azərbaycanda da qeyd edilir. Gənc Tamaşaçılar Teatrı bu əlamətdar gün münasibətilə yazıçının "Albalı bağı" pyesini tamaşa... | ANL |
Qarşıdan güllü yaz - mübarək Novruz gəlir. İllərdir ki, xalqımız bu gözəl bayramı böyük məhəbbətlə, səbirsizliklə qarşılayır, yüksək ovqatla qeyd edir. Novruzun insanların ürəyində sevgisi o qədər dərindir ki, onun adət-ənənəsinə, mərasimlərinə hamı, sözsüz əməl etməyi müqəddəs borc bilir. Novruzun gəlişini ta bineyi-q... | ANL |
Meksikada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Latın Amerikası bölgəsində Azərbaycanla tanışlığın artırılması məqsədi ilə Meksikada martın 6-dan 11-dək davam edəcək Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Əlamətdar hadisə ərəfəsində Meksikanın ingilis dilli mətbu orqanı "The News" qəzeti martın 5-də ölkəmiz barə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Polşa Respublikasının Baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə Po... | ANL |
Hörmətli qonağın şərəfinə. Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Baş naziri Donald Tuska işçi nahar verilmişdir. AzərTAc. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizi... | ANL |
Polşa Azərbaycanın Avropa strukturlarına inteqrasiya etmək səylərini dəstəkləyəcəkdir. Polşa Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın Avropa strukturlarına inteqrasiya etmək səylərini dəstəkləyəcəkdir. Polşanın Baş naziri Donald Tusk bu fikri martın 10-da Azərbaycan hökumətinin başçısı ... | ANL |
İçərişəhərlə tanışlıq. Polşanın Baş naziri Donald Tuskun rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da İçərişəhərlə tanış olmuşdur. Qonaqlar əvvəlcə İçərişəhərin baş planı ilə tanış olmuş və Qız qalasını seyr etmişlər. Onlara məlumat verilmişdir ki, XII əsrdə inşa olunmuş Qız qalası Azərbaycan memarlığının nadir incil... | ANL |
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi təntənəli surətdə qeyd olunmuşdur. Martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) yaradılmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilmişdir. AQAC-ın prezidenti, Milli Məclisin d... | ANL |
Daxili Qoşunların zabitlərinə yeni mənzillərin orderləri təqdim edilmişdir. Martın 10-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində zabitlər üçün yeni inşa edilmiş yaşayış binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilmiş mərasimdə daxili işlər nazi... | ANL |
Sumqayıt hadisələrinin, əslində, erməni ssenarisi olduğunu faktlar da təsdiqləyir. Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcəkdir. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermən... | ANL |
Prezident İlham Əliyev bütün türk dünyasının rəğbətlə qəbul etdiyi güvənli liderdir. Müasir dövrdə hər bir dövlət məhz iqtisadi sahədə qazandığı nailiyyətlərlə gündəmə gəlir, uğurlu xarici siyasət yürütmək imkanı qazanır. İqtisadi cəhətdən qüdrətli olmayan dövlətin dünya çapında öz mənafeyini və təhlükəsizliyini lazımi... | ANL |
Azərbaycan və Türkiyə birliyi tarixin sınağından bir daha uğurla çıxır. Qondarma "erməni soyqırımı" ilə bağlı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı elə ABŞ-ın özünün də maraq və mənafelərinə ciddi zərbədir. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı"nın tan... | ANL |
Fransanın Nansi Universitetində "Azərbaycan günü" keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təqaüdçülərin oxuduqları ali təhsil müəssisəsində Azərbayc... | ANL |
Məmməd Arazın xatirəsinin əbədiləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram: Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində küçələrdən birinə... | ANL |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırı... | ANL |
V.Q.Süleymanova "Əməkdar həkim" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə tibb xidməti polkovniki Vaqif Qüdrət oğlu Süleymanova "Əməkdar həkim" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
R.N.Əliyevaya "Əməkdar artist" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Daxili Qoşunlarda uzunmüddətli məhsuldar işinə görə gizir Rəna Nuruş qızı Əliyevaya "Əməkdar artist" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan R... | ANL |
“Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Nazir... | ANL |
“Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 696-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında. Azərb... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul etmişdir. Görüşdə ölkələrimiz ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Koreyanın torpaq, nəqliyyat və dəniz işləri üzrə naziri Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Koreya Respublikasının torpaq, nəqliyyat və dəniz işləri üzrə naziri Çanq Conq Hoanın başçılıq et... | ANL |
Polşanın Baş naziri Donald Tuskun Azərbaycana səfəri başa çatmışdır. Martın 11-də Polşa Respublikasının Baş naziri Donald Tuskun Azərbaycana rəsmi səfəri başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü... | ANL |
Bakıda Xəzərdə təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişin layihəsi müzakirə olunur. Martın 11-də Bakıda "Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında" sazişin layihəsinin müzaki... | ANL |
Milli Təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gənclərimizin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində apardığı m... | ANL |
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının iclası olmuşdur. Son illər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Bir sıra beynəlxalq təşkilatlar və qurumlar... | ANL |
Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki ə... | ANL |
Qurub-yaradanların yolunu davam etdirməliyik. Mən həyatımı insanlara səadət gətirməyə bəxş etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşmasına həsr etmişəm. Həyatımı Azərbaycanda qurub-yaratmağa həsr etmişəm. Heydər ƏLİYEV. Yaxşı insanlar qurub-yaratmağı, ev tikməyi, ağac əkməyi, kimsəsizlərə əl tutmağı... | ANL |
Milli Onkologiya Mərkəzi ilə "Beynəlxalq Onkoloji Yardım" Təşkilatı arasında Memorandum imzalanmışdır. Azərbaycan Milli Onkologiya Mərkəzi İtaliyanın "Beynəlxalq Onkoloji Yardım" qeyri-kommersiya İctimai Təşkilatı (C.A.İ. Onlus) ilə səmərəli əməkdaşlıq edəcəkdir. Bununla əlaqədar hər iki qurum arasında Memorandum imzal... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.