text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin inkişafı daha intensiv xarakter alır. İyunun 17-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əş-Şeyxin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul... | ANL |
Heydər Əliyev Fondu ilə tanışlıq. Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin nümayəndə heyəti iyunun 17-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məl... | ANL |
ATXƏM 15 İyun - Milli Qurtuluş Gününü Xocavənd rayonunda qaçqınlarla birlikdə qeyd etmişdir. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Xocavənd Rayon İcra Hakimiyyəti ilə birlikdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon ... | ANL |
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilmişdir. İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexan... | ANL |
Dilini gözəl sözlərə öyrət. Ümummilli lider Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci ildə fərman imzalamışdır. Dil ünsiyyət vasitəsi olmazdan öncə insanın mənəvi aləminin güzgüsü, daxili zənginliklərinin əks-sədası, milli varlığının ifadəsidir. "Dilini gözəl sözlərə öyrə... | ANL |
Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı işə başlamışdır. Azərbaycanda İnsan Hüquqları Günü və "Ekologiya ili" münasibətilə iyunun 17-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri" mövzusunda Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı... | ANL |
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı "Qanın milləti yoxdur" aksiyası keçirmişdir. Leyla Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) növbəti dəfə "Qanın milləti yoxdur" xeyriyyə aksiyası keçirmişdir. RAGT artıq üçüncü ildir İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin A... | ANL |
Bakı Dövlət Universitetində Vatikanın arxiyepiskopu ilə görüş keçirilmişdir. Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda səfərdə olan Vatikanın mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.BDU-nun mətbuat xidmətindən bildirmişlər ... | ANL |
Vatikanın mədəniyyət üzrə Pantifik Şurasının nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. İyunun 17-də Vatikanın mədəniyyət üzrə Pantifik Şurasının ölkəmizdə səfərdə olan prezidenti, arxiyepiskop Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara ümummilli lider Heydər ... | ANL |
Azərbaycan haqqında kitab yazan tanınmış ABŞ tədqiqatçı-jurnalisti ilə AzərTAc-da görüş olmuşdur. Müasir müstəqil Azərbaycan haqqında kitab yazmaq məqsədi ilə ölkəmizə səfərə gələn tanınmış amerikalı tədqiqatçı-jurnalist xanım Kati Travis iyunun 17-də AzərTAc-da olmuşdur. Azərbaycan dövlətinin informasiya siyasəti, hab... | ANL |
Müstəqillik dövrünün şərəfli səhifələri. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərilməsi barədə qərar çıxardı. F.Xoyskinin təşkil etdiyi koalisiyalı hökumətdə ruslara üç, ermənilərə iki nazir yeri təklif olundu. Azərbaycan hökumətinin xalq tərəfindən müdafiə olunduğun... | ANL |
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi dönməzdir. Türkiyə Respublikası ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttinin əsas tərkib hissələrindən biridir. Rəsmi Ankaranın Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen eh... | ANL |
Nazirlər Kabinetində görüş. İyunun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyxin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Baş nazir A.Rasizadə Azərbaycan ilə Səudiyyə Ərəbistanı... | ANL |
"Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edildi. İyunun 18-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov gündəliyə təklif olunan məsələlər barədə məlumat verdikdən sonra müzakirələr başlandı. Milli Məclisin Hüquq siyasəti və döv... | ANL |
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun təhlili Azərbaycanın qlobal maliyyə böhranından zərər çəkmədiyini təsdiqləmişdir. ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu iyunun 16-da "Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri" mövzusunda konfrans keçirm... | ANL |
Mərakeş Krallığının Sosial İnkişaf və Ailə Nazirliyi ilə memorandum imzalanmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-dən 18-dək Mərakeş Krallığının sosial inkişaf və ailə məsələləri üzrə naziri xanım Nuja Skallinin dəvə... | ANL |
Azərbaycan ətraf mühitin mühafizəsinə böyük diqqət ayırır. İyunun 18-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Ombudsmanların VIII Beynəlxalq konfransının iştirakçıları ilə görüşdü. Qonaqları Milli Məclisin Sədri Oqtay Əsədovun adından salamlayan Ziyafət Əsgərov ... | ANL |
Alman-Azərbaycan Forumunun növbəti iclası keçirilmişdir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Alman-Azərbaycan Forumunun (AAF) növbəti iclası keçirilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, AAF-ın... | ANL |
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia və Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Filippe Jottardla görüşmüşdür. Ali Məclisin sədri qonaqların Naxçıvana səf... | ANL |
BMT və digər beynəlxalq qurumlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həllinə çalışmalıdırlar. "Hyatt Regency" hotelində "Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər" devizi ilə keçirilən tədbirdə bu fikir dönə-dönə vurğulandı. İyunun 18-də keçirilən mərasimdə əvvəlcə BMT-nin ... | ANL |
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafı üçün geniş potensial vardır. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iyunun 18-də nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyxin başçılıq ... | ANL |
Azərbaycan-Fransa: Hüquqi sahədə əlaqələr genişlənir. Fransanın ölkəmizdəki səfiri Qabriel Keller iyunun 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin dinam... | ANL |
Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunda Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirilmişdir. AMEA-dan bildirmişlər ki, iclasda Problem Şurasının səd... | ANL |
Daşkəsən gəl-gəl deyir. Bu yerlər əsl istirahət, turizm məskənidir. Əziz daşkəsənlilər. Çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Ağsaqqal öz çıxışında daşkəsənlilərin mənə olan münasibətini bildirdi. Mən də öz tərəfimdən demək istəyirəm ki, daşkəsənliləri sevirəm, daşkəsənliləri dəstəkləyirəm və Daşkəsənin hərtərəfli ... | ANL |
Qaçqın və məcburi köçkünlər daim dövlət qayğısı əhatəsindədir. "Azərbaycanın indiki inkişafında bir nömrəli problem öz doğma torpaqlarımızı qaytarmaq və etnik təmizləmə siyasətindən əziyyət çəkən insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır. Biz hər iki problemi həll etməyə çalışırıq və bundan sonra da bunu edəcəyik.... | ANL |
Keçən əsrin 30-cu illərinin sonunda ən işıqlı ulduzları söndürən - ən parlaq istedadları məhv edən, Azərbaycan xalqının ən layiqli oğullarını aradan götürən Stalin rejimi Məmməd (Hənəfi) Baba oğlu Zeynallıdan da yan keçmədi. Hənəfi Zeynallı ədəbiyyatşünas alim, folklorçu, tənqidçi, müəllim, naşir idi. Çox qısa zamanda ... | ANL |
Tarixi incilərin ilmələnmiş nağılı. Minilliklər boyu gözəlliyi göz oxşayan, əlvan naxışları insanı valeh edən, məişətimizə xüsusi rahatlıq gətirən, folklorumuzun yaşıdı xalı-xalçalar, kilim və palazlar, cecim və dərnələr, şəddə və sumaxlar bir vaxtlar gəlin köçən qızların ən qiymətli cehizləri sayılıb. Cehizlik xalıxal... | ANL |
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Xudiyevin Xaçmaz rayonuna həsr olunmuş "Xaçmaz" və Xudat şəhər 1 nömrəli orta məktəbin müəllimi Ramiz Məmmədovla birgə tərtib etdiyi "Xaçmaz: görüşlər, düşüncələrE" adlı kitabları "Təhsil" nəşriyyatı tərəfindən işıq üzü görüb. "Xaçmaz" kitabının elmi... | ANL |
Beynəlxalq maliyyə institutları Azərbaycan hökumətinin antiböhran tədbirlərini təqdir edir. ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda keçirilmiş beynəlxalq konfransda respublikamızın iqtisadi siyasətinin səmərəliliyi bir daha vurğulanmışdır. Azərbaycanın son illərdə ciddi ma... | ANL |
Azərbaycanın bütün uğurları Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar sayəsində qazanılmışdır. "Azərbaycanın bütün uğurları Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar sayəsində qazanılmışdır". Bu cümlə Azərbaycanın Lüksemburq Hersoqluğundakı s... | ANL |
Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı yüksəkdir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi onlarda tezliklə öz doğma yurdlarına dönəcəklərinə əminlik yaradıb. Hər il iyunun 20-si BMT Baş Assambleyasının qətnaməsinə əsasən Beynəlxalq Qaçqınlar Günü kimi qeyd olunur. 2000-ci il dekabrın 4-də Baş A... | ANL |
Vladimir Çernenko: Azərbaycanın daha böyük uğurlara imza atacağına inanıram. Rusiyalı alim ölkəmizdə iqtisadi sahədə həyata keçirilən inkişafı çox yüksək qiymətləndirir. Sosial-iqtisadi sahədə inkişaf tempinə görə son altı ildə dünyada lider olan Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən dö... | ANL |
Ombudsmanların Beynəlxalq konfransında Bakı bəyannaməsi qəbul edilmişdir. İyunun 19-da Azərbaycanda İnsan Hüquqları Günü və "Ekologiya ili" münasibətilə "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri" mövzusunda Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı basa catmışdır. Konfransda Ba... | ANL |
İslam İnkişaf Bankının prezidenti Azərbaycan ilə qurumun üzvü olan ölkələr arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edir. İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əli İİB-in Müdirlər Şurasının 35-ci illik toplantısında iştirak etmək məqsədilə iyunun 19-da Azərbaycana səfərə gəlmişdir. Heydər Əli... | ANL |
Qədim Ellada həm də müasirliyin simvoludur. Yunanıstana bir həftəlik səfərdən sonra azərbaycanlı jurnalistlər məhz bu qənaətə gəldilər. Ölkəmizin kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Bakı ilə Xanya şəhəri arasında birbaşa aviasiya reysinin açılışı ərəfəsində iyunun 9-dan 16-dək Yunanıstanda səfərdə ol... | ANL |
Azərbaycanın folklor paytaxtı. Qazaxın çoxsahəli folkloru, hələ yazı mədəniyyətinin kifayət qədər formalaşmadığı bir dövrdə rəvayətlər, əsatirlər, əfsanələr, tapmacalar, atalar sözləri, xalq tamaşaları və s. şəklində yaddaşlarda yurd salaraq nəsillərdən-nəsillərə keçə-keçə xalqın tarixi, taleyi barədə əvəzsiz bilgilər ... | ANL |
Yeni nəşrlər. Cəlal Allahverdiyevin təqdimatında geniş ictimai auditoriyaya çıxarılan "İrəvan ədəbi mühiti" (1920-1950-ci illər) kitabı tariximizin və ədəbiyyatımızın, həmçinin mədəniyyət və incəsənətimizin bütövlükdə elmi, ədəbi təhlilə gətirilməsi nöqteyi-nəzərdən olduqca mühüm əhəmiyyət daşıyır. Müəllif kitabda Azər... | ANL |
Bir gün eşidərsiz... Aşıq ədəbiyyatı inciləri yaradan ustad sənətkarlar arasında sayılıb-seçilən klassiklərdən biri də Göyçə aşıq məktəbinin yetirməsi Aşıq Alı olub. Aşıq ədəbiyyatı nümunələrində dövrün xoş ovqatlı anları ilə yanaşı, hicranın geniş yer alması heç də təsadüfi deyildir: "Aşıq gördüyün çağırır", - bunu at... | ANL |
Qadın və kişi bənzərsizliyi. Hər bir insan unikal və təkrarolunmaz varlıqdır. Dünyada eyni oxşarlıqda adam tapmaq qeyri-mümkündür. Buna baxmayaraq, insanlar arasında dərhal nəzərəçarpan fərqlər də mövcuddur. Bu, kişi ilə qadın arasındakı bənzərsizlikdir. Onların arasında xarici bənzərsizlikdən savayı, daxili bənzərsizl... | ANL |
Azərbaycanda iqtisadi və sosial sahələrin paralel inkişafına xüsusi diqqət verilir. Azərbaycan dünya maliyyə böhranı şəraitində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi siyasət nəticəsində öz dinamik inkişafını qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, Azərbaycanda mühüm sosial-iqtisadi layih... | ANL |
Bakıda İslam İnkişaf Bankının İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu keçirilir. İyunun 21-də Bakıda "Gülüstan" sarayında İslam İnkişaf Bankının (İİB) İslam maliyyəçiliyinə dair "Qlobal sabitlik və inteqrasiyaya doğru" mövzusuna həsr olunmuş 5-ci Qlobal Forumu öz işinə başlamışdır. Forum İslam Tədqiqat və Tədris ... | ANL |
Bakıda "İslam Konfransı Təşkilatının üzv ölkələri arasında ticarətin gücləndirilməsi üçün Yol xəritəsinin hazırlanması"na dair Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının iclası başlanmışdır. İyunun 21-də Bakıda İslam İnkişaf Bankının illik toplantısı "İslam Konfransı Təşkilatının üzv ölkələri ... | ANL |
İslam ölkələrindən olan Müşavirlər Federasiyası Baş Assambleyasının 24-cü iclası keçirilmişdir. İyunun 21-də İslam İnkişaf Bankının İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində İslam ölkələrindən olan Müşavirlər Federasıyası Baş Assambleyasının 24-cü iclası keçirilmişdir. Federasiyanin prezidenti İzzət Sə... | ANL |
Bakıda İslam İnkişaf Bankı İcraedici Direktorlar Şurasının iclası olmuşdur. İyunun 20-də Bakıda İslam İnkişaf Bankının (İİB) İcraedici Direktorlar Şurasının prezidenti Əhməd Məhəmməd Əlinin sədrliyi ilə 268-ci iclası öz işinə başlamışdır. Tədbirdə İİB Müdirlər Şurasının 35-ci İllik Toplantısına ev sahibliyi etdiyi üçün... | ANL |
Bakıda Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası Baş Assambleyasının 26-cı iclası. İyunun 21-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankının İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası (MİMİA) Baş Assambleyasının 26-cı iclası keçirilmişdir. Q... | ANL |
Bakıda "İslam İnkişaf Bankı Qrupu tərəfindən təmin olunmuş maliyyələşdirmə və imkanlar" mövzusunda seminar. İyunun 21-də Bakıda, "Gülüstan" sarayında "İslam İnkişaf Bankı Qrupu tərəfindən təmin olunmuş maliyyələşdirmə və imkanlar" mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan İslam İnkişaf Bankının (İİ... | ANL |
Bakıda İslam İnkişaf Bankı Müdirlər Şurasının 35-ci illik toplantısı çərçivəsində "Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları" mövzusunda konfrans keçirilir. İyunun 21-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İxracın və İnvest... | ANL |
ATƏT ilə hüquqi əməkdaşlıq yüksək səviyyədədir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorellə görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın ATƏT ilə sıx əməkdaşlığını vurğulayan nazir respublikamızda aparılan məhkəmə-hü... | ANL |
Azərbaycanın inkişaf strategiyası iqtisadi nəzəriyyənin tədrisinə yeni baxış tələb edir. "İndi cəmiyyətimiz qarşısında, ilk növbədə elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və ... | ANL |
Azərbaycan iqtisadiyyatı növbəti illərdə də uğurla inkişaf edəcək. Bu fikir Türkiyə və Orta Şərq İdarəçilik İnstitutunun baş direktoru Eyyup Günay İşbirə məxsusdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) bu günlərdə "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində ant... | ANL |
Teatr festivaldan qayıdıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nüfuzlu beynəlxalq tədbirlərdə uğurlu çıxışları onun yeni-yeni ölkələrdən dəvət almasına səbəb olmuşdur. Teatr belə dəvətlərdən birini də Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərində keçirilən "Bosporskie aqonı" XII Beynəlxalq Antik İn... | ANL |
Yaşıl dünya naminə. Son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, daşqınlar, torpaq sürüşmələri və digər kataklizmlər hamını narahat etməkdədir. Bəlkə də bütün bunlar təbiətin hədsiz istismarına, insafsızlığa etiraz əlamətidir. Gəlin etiraf edək ki, biz təbiətdən daha çox şey götürməyə tələsirik.... | ANL |
Z.Ə.Səmədzadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
F.M.Ələsgərova "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Fuad Murtuz oğlu Ələsgərova "Əməkdar hüquqşünas" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu ilin avqust ayında müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun anadan olmasının 80 ... | ANL |
Azərbaycan Respublikasında dövlət qulluğunda fərqlənən şəxslərin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə. Baxışov Ha... | ANL |
XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Müstəqil Azərbaycan Respublikasında Olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Ölkəmizin idmançılarının 2008-ci il Pekin Olimpiadasında 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edərək böyük nailiyyət qazanması bunun parlaq... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul etmişdir. Dövlət başçısı Fikrət Akçuranı BMT-nin Azərbaycanda reziden... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Silvia Mayer-Kaybiçin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçin etima... | ANL |
Nazirlər Kabinetində qəbul. İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda səfərdə olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Kanayo Nvanzeni qəbul etmişdir. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səmimi keçən görüş zamanı hər iki tə... | ANL |
Milli Məclisin növbədənkənar sessiyası başa çatmışdır. İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdə duran ilk məsələnin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə bağlı olduğunu bildirdi. Bununla əlaqədar məluma... | ANL |
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əs... | ANL |
Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü ma... | ANL |
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə v... | ANL |
Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununu... | ANL |
Azərbaycanda ictimai və humanitar elmlərin problemlərinə mükəmməl nəzəri-konseptual yanaşma. Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər:zaman kontekstində baxış" kitabı haqqında qeydlər. Son dərəcə mürəkkəb və ağır proses kimi xarakterizə edilən keçid dövrünü geridə qoyaraq modernləşmə prosesinin yeni keyfi... | ANL |
Avropa Xalq Partiyası Yeni Azərbaycan Partiyası ilə əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır. İtaliyada Avropa Xalq Partiyasına (AXP) daxil olan siyasi qurumların birgə toplantısı keçirilmişdir. Yığıncaqda ölkəmizi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan... | ANL |
Milli Məclisin deputatları Rumıniyada keçirilən beynəlxalq konfransda iştirak etmişlər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Rumıniyadakı Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi sa... | ANL |
Dövlət idarəçiliyində xalqa xidmət əsas məqsəddir. Mövcud dünya təcrübəsi belə bir həqiqəti əyani surətdə təsdiq edir ki, aralarındakı fərqdən asılı olmayaraq, bütün sivilizasiyalı ölkələrdə cəmiyyətin hər bir fərdinin layiqli həyat tərzinin təmini doğru və rasional dövlət idarəçiliyindən keçir. Bu zaman dövlət idarəçi... | ANL |
Bakıda "İslam Konfransı Təşkilatının üzv ölkələri arasında ticarətin gücləndirilməsi üçün yol xəritəsinin hazırlanması"na dair Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının iclası başa çatmışdır. İslam İnkişaf Bankının (İİB) illik toplantısı çərçivəsində Bakıda keçirilən "İslam Konfransı Təşkilat... | ANL |
Bakıda İslam İnkişaf Bankının Strateji Əməkdaşlıq forumu keçirilmişdir. İyunun 22-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankının (İİB) Strateji Əməkdaşlıq forumu keçirilmişdir. Tədbirin məqsədi İİB-in fəaliyyət dairəsinə daxil olan ölkələrdə strateji siyasət dialoqunun inkişafını, problemlərin birgə həll edilmə... | ANL |
İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Bismillahir-Rəhmanir-Rəhim! Hörmətli İslam İnkişaf Bankının prezidenti doktor Əhməd Məhəmməd Əli! Hörmətli qonaqlar! Xanımlar və cənablar! Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Az... | ANL |
Bakıda İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. İyunun 23-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Pre... | ANL |
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Vergi orqanlarının vəzifəli şəxsləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müə... | ANL |
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin: Sıra. Azərbaycan Respublikasını... | ANL |
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zama... | ANL |
"Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tari... | ANL |
"Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının Nazirlər ... | ANL |
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək, sosial-mə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Avstriya Respublikasının xarici işlər naziri Mixael Şpindeleqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (İFAD) prezidenti Kanayo Nunzeni qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (İFAD) prezidenti Kanayo Nunzeni qəbul etmişdir.... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İranın iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin başçılıq etdiyi nüma... | ANL |
Avstriya Azərbaycanla bütün sahələrdə əlaqələri intensivləşdirməkdə maraqlıdır. Avstriya Azərbaycanla bütün sahələrdə əlaqələri intensivləşdirməkdə maraqlıdır. Bu fikir Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin ölkəmizdə səfərdə olan Avstriyanın Avropa və beynəlxalq işlər üzrə federal naziri Mixael Şpinde... | ANL |
Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında saziş imzalanmışdır. İyunun 23-də Azərbaycanın xarici siyasət idarəsində "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Avstriya Respublikası Xarici İşlər Nazirliyi arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizanın ləğv edilməsi haqqında ... | ANL |
Konstitusiya Məhkəməsinin yeni təyin olunmuş hakimləri təqdim edilmişdir. İyunun 23-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə bu qurumun yeni təyin olunmuş hakimlərinin təqdim edilməsi mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Preziden... | ANL |
İslam İnkişaf Bankı Müdirlər Şurasının işçi iclası keçirilir. İyunun 23-də İslam İnkişaf Bankı (İİB) Qlobal Forumu çərçivəsində İİB Müdirlər Şurasının işçı iclası keçirilmişdir. Azərbaycan Respublikası iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrlik etdiyi iclasda namizədliyi Səudiyyə Ərəbistanı Krallığı tərəfindən ... | ANL |
Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğu günü ilə bağlı konfrans olmuşdur. İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Azərbaycanda dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Dövlət qulluqçularının pe... | ANL |
Bakıda İİB üzvü olan ölkələrdə böhrandan sonra ərzaq təhlükəsizliyinə nail olunması üzrə 21-ci illik simpozium işə başlamışdır. İyunun 23-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankının (İİB) üzvü olan ölkələrdə böhrandan sonra ərzaq təhlükəsizliyinə nail olunması üzrə 21-ci illik simpoziumu keçirilmişdir. Simpo... | ANL |
İslam İnkişaf Bankı bir sıra nominasiyalar üzrə mükafatlarını təqdim etmişdir. İyunun 23-də Buta sarayında İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik toplantısının iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi ziyafət verilmişdir. Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri ... | ANL |
Leyla xanım Əliyevanın təşəbbüsü Balkan ölkələrinin gənc liderləri tərəfindən qəbul edilmişdir. İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbulda yerləşən baş ofisindən AzərTAc-a verilən məlumata görə, "Grand Cevahir" hotelində "Cənubi-Şərqi Avropa əməkdaşlığı prosesi" mövzusunda beynəlxalq konfrans öz işini başa çat... | ANL |
Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydaları. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na və digər normat... | ANL |
Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı qaydaları. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na (bundan sonra - II Dövlət Proqramı) müvafiq olaraq hazırlanmış və ö... | ANL |
Dostluğun yeni təntənəsi. Azərbaycanda Gürcüstan Mədəniyyət günləri. İyunun 22-dən Azərbaycanda Gürcüstan Mədəniyyət günləri başlanıb. Bu münasibətlə Bakıya gələn Gürcüstan nümayəndə heyəti Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Nazir Gürcüstanın mədəniyyət, abidələrin qorunması və idman nazi... | ANL |
2010-cu ildə Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təli... | ANL |
Xorvatiya Respublikasının Prezidenti zati-aliləri Cənab İvo Yosipoviçə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Xorvatiya münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz x... | ANL |
Sloveniya Respublikasının Prezidenti zati-aliləri cənab Danilo Türkə. Hörmətli cənab Prezident! Milli bayramınız - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Sloveniya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim d... | ANL |
Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Şahin Şakir oğlu Abdullayev Azərbaycan... | ANL |
Z.A.Həşimovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Zakir Arif oğlu Həşimov Azərbaycan Respub... | ANL |
Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Şahin Şakir oğlu Abdullayev Azər... | ANL |
Z.A.Həşimovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında və Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıra... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.