text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Böyük Pirəli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Lada” markalı minik avtomobili və “Qaz” mark... | publikaz_normalized |
İranın polad istehsalı zavodunda etiraz aksiyası keçirən 17 işçi şallaq, həbs və ya cərimə cəzasına məhkum edilib. Məlumata görə, hökm Polad Sənayesi və Ticarəti Şirkətinin şikayəti əsasında Əhvaz şəhər İnqilab Məhkəməsi tərəfindən çıxarılıb. Şirkətin idarəetmə, eləcə də hüquqi vəziyyətinə etiraz edən işçilər “mübahisə... | publikaz_normalized |
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb. Azərbaycanın səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ... | publikaz_normalized |
Bəşəriyyətin istilikdən məhv olacağı tarix çoxunu maraqlandırır. Həmin dövrdə qitələr birləşəcək, okeanlar azalacaq, nəticədə vulkanlar çoxalacaq, Yerin atmosferini karbob qazı örtüyü tutacaq. Məməli heyvanlar üçün istiyə alışmaq və qorunmaq daha çətindir. Qlobal istiləşmə və texnogen iqlim dəyişikliyi yaşayış şəraitin... | publikaz_normalized |
Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində amerikalı milyarder İlon Maskın (Elon Musk) çıxışı gözlənilir. Onun sözlərinə görə, çıxış onlayn olacaq və canlı yayımlanacaq: “Mən IAF-ın prezidenti olanda hazırkı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərkosmos”a rəhbərlik edirdi və tez-tez m... | publikaz_normalized |
Ermənistan KTMT-dən, Rusiya ordusu da Gümrüdən çıxır":"Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ehtimal edib ki, Ermənistan yaxın gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını elan edə bilər. O... | publikaz_normalized |
Sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından açılan atəş nəticəsində şəhid olan hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı ... | publikaz_normalized |
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakinləri Sevilə Səmədova və Ramil Bəkirov sonuncunun idarə etdiyi "Reno" markalı avtomobildə Masallı-Yardımlı yolunda saxlanılıblar. Bundan əlavə, şəxsi axtarış zamanı S.Səmədovanın üz... | publikaz_normalized |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin geridə qalan doqquz ayı ərzində beynəlxalq arenalarda ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb. Bunlar belçikalı Romelu Lukaku və isveçrəli Zeki Amdunidir. Lukaku millisinin heyətində daha çox qol vurduğu üçün ilk sırada qərarlaşıb. ... | publikaz_normalized |
Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısı beynəlxalq axtarışa verilib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısı qeydə alınıb: “Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən... | publikaz_normalized |
Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib. Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı həmin dövrdə David Babayan, Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib: “Onlardan bi... | publikaz_normalized |
Azərbaycanın Baş prokuroru Kamran Əliyev cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən ermənilərə müraciət edib. “Onlara müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”. Baş prokuror qeyd edib ki, artıq axtarışda olan 4 nəfər həbs olunub. | publikaz_normalized |
Türkiyə Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb. Bundan əlavə, Ankaranın cinayət məhkəməsi mediaya yayım qadağası tətbiq etmək qərarına gəlib. Qadağa istintaqa xələl gətirə biləcək və ya ictimai iğtişaşlara səbəb ola biləcək məlumatların medi... | publikaz_normalized |
BMT-nin missiyası Qarabağa gəlib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir. Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub. | publikaz_normalized |
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 1-2-də Qətərə dövlət səfəri edəcək. Səfər çərçivəsində o, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar aparacaq. Onlar Özbəkistan-Qətər əməkdaşlığının vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, aktual beynəlxalq və regional problemlər ətrafında fi... | publikaz_normalized |
Zonquldakın Ereğli rayonunda konsert verməyə gedən rep ifaçıları 26 yaşlı Vahap Canbay və Wolker ləqəbli 23 yaşlı Umut Bolatın mindiyi mikroavtobus qəzaya uğrayıb. Qəza xəbərini eşidən reperlərin pərəstişkarları xəstəxanaya axın edib. Qəza nəticəsində müğənnilər də daxil olmaqla 7 nəfər xəsarət alıb. Mikroavtobusun sür... | publikaz_normalized |
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 2-22 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarkaya hazırlıq işləri artıq yekunlaşıb və qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsullarının S... | publikaz_normalized |
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. | publikaz_normalized |
37 yaşlı aktrisa Fahriye Evcen sərvət dəyərində saatı və digər bəzək əşyaları ilə diqqət çəkib. Məlum olub ki, 18 əyar qızıl saatının və kiçik əl çantasının hər birinin ayrı-ayrılıq dəyəri on bir manatdır. | publikaz_normalized |
Molla rejimi Azərbaycanı çevrilişlə təhdid edir":"İran mediasında Azərbaycanın keçirdiyi antiterror əməliyyatının yaratdığı ajiotaj davam edir. Qərb və ya erməni KİV-lərində getmiş materialları tərcümə edərək olduğu kimi, bəzən də boyaları daha da tündləşdirən şərhlərlə təkrar dərc edir, çoxsaylı orijinal təhlil, müsah... | publikaz_normalized |
Qarabağdakı keçmiş qanunsuz terrorçu xuntanın keçmiş “ombudsmanı”, separatizmin əsas təbliğatçılarından olan Artak Beqlaryan artıq İrəvandadır. Beqlaryan “Laçın” sərhəd-keçid məntəqəsindən necə keçdiyi haqda heç bir məlumat verməyib. | publikaz_normalized |
Türkiyəli aktrisa Melisa Aslı Pamuk ötən gün Paris Moda Həftəsi çərçivəsində keçirikən zərgərlik nümunələrinin dəfiləsinə qatılıb. Henson, Sara Sampaio, Coy Kruks, Kelli Roulend kimi tanınmış simalar iştirak edib. 70-ci illərin üslubunu əks etdirən unikal şouda tamaşaçılara "Messika" brendinin yeni "Midnight Sun" zərgə... | publikaz_normalized |
“Bir arzusu var idi, deyirdi bu döyüşlərdən qayıdandan sonra əllərini açıb məni gözləyərsən. “Kim görürdü, deyirdi bu nə gözəl cütlükdür, bu nə gözəl sevgidir belə. Oktyabrın yeddisi toyumuz olmalıydı. Sentyabrın 20-i şəhid xəbərini eşitdim. Bütün arzularımız yarımçıq qaldı”. Daha ətraflı Baku TV-nin süjetində: | publikaz_normalized |
Yaponiyada ildırım vurması nəticəsində azı 7 nəfər xəsarət alıb. Hadisə Hokkaydo adasında yerləşən parkda qeydə alınıb. Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıb. Həmin vaxt parkda məktəb şagirdləri tədbir keçirirmiş. | publikaz_normalized |
Bu yaxınlarda məni görənlər qəza keçirdiyimi zənn etdilər. Bəziləri üzümün yandığını düşünürdü. Bir müddətdir ki, üz yogası ilə maraqlanırdım. Bu mövzuda xüsusi təlimçi ilə işləməyə başladım. Masaj zamanı istifadə olunan yağ məndə allergiya yaratdı və sonra infeksiyaya çevrildi. Aktrisa bildirib ki, üzünə çəkdiyi yağ d... | publikaz_normalized |
Bu günün hava proqnozu açıqlanıb. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında bəzi yer... | publikaz_normalized |
Kral ailəsini tərk edərək dünya gündəminə çevrilən Şahzadə Harri həyat yoldaşı Meqan Marklın aktyorluq karyerası zamanı rol aldığı səhnələrindən danışıb. Harri təsvirləri başından çıxarmaq üçün elektrik şokuna ehtiyacı olduğunu söyləyib. Harri Meqanla evliliyindən iki il əvvəl onu məşhur edən "Suits" serialı haqqında f... | publikaz_normalized |
Afffair" brendinin yaradıcısı Rüfət İsmayıl dünya şöhrətli müğənni Adellə əməkdaşlıq edib. O, Adelin konsert proqramlarından birində onun hazırladığı qara libası geyindiyini bildirib və ulduzun fotolarını paylaşıb. Məlumat üçün bildirək ki, dizayner bir çox Hollivud ulduzunu da geyindirməyə müvəffəq olub. Onların arası... | publikaz_normalized |
Sentyabrın 28-də vəfat edən millət vəkili Qənirə Paşayevanın Şimali Kipr Türk Cümhuriyyətində anım mərasimi keçiriləcək. Bildirilib ki, oktyabrın 5-də Azərbaycan-Kipr Dostluq Cəmiyyətində keçiriləcək anım tədbirində Qənirə Paşayevanın ruhuna Quran oxunacaq, xatirə dəftərinin imza mərasimi təşkil olunacaq. | publikaz_normalized |
“Bakcell” şirkəti şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib. Bununla da, şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-dən yuxarıya çatdırılıb. Burada quraşdırılmış baza stansiyaları ilə “Bakcell” şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyası... | publikaz_normalized |
Azərbaycanın azad edilmiş ərazilərinin sürətli dirçəlişinə öz töhfəsini vermək məqsədilə “Nar” geniş mobil şəbəkəsi ilə Qarabağı əhatə edir. “Nar” texniki heyəti Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, C... | publikaz_normalized |
Biz həm Türkiyədə, həm də onun hüdudlarından kənarda terrorla mübarizəni qətiyyətlə davam etdirəcəyik. Fidan terrora cəhdi pislədiyini, həmçinin xəsarət alan polis əməkdaşlarına şəfa arzuladığını vurğulayıb. Qeyd edək ki, hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Ankara Baş Prokur... | publikaz_normalized |
Xankəndi şəhərində tibbi işin təşkili ilə bağlı tədbirlər görülür. Artıq poliklinikanın işi təşkil edilib. Xatırladaq ki, Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası ok... | publikaz_normalized |
Azərbaycanın Qarabağ bölgəsində tikinti işlərində, parkların salınmasında süni zəkadan istifadə etmək mümkündür. şəhərsalma vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib. Qarabağ çox fərqli bölgədir. Burada qədimlik, xatirələr, insanların sevinc və kədərləri var. Ona gör... | publikaz_normalized |
Beynəlxalq Şahmat Federasiyası (FİDE) oktyabr üçün reytinq cədvəlini açıqlayıb. 36 yaşlı qrossmeyster 2745 əmsalla 14-cü pillədə qərarlaşıb. Milli komandanın üzvlərindən Şəhriyar Məmmədyarov (2734) 1 pillə geriləyərək, 17-ci sırada dayanır. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) bir pillə irəliləy... | publikaz_normalized |
Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanıb. Məlumatda bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edili... | publikaz_normalized |
Sabah qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq. Məlumata görə, oktyabrın 2-də əsasən gecə və səhər saatlarında qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var. | publikaz_normalized |
“Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir. Qeyd edək ki, vaxtilə ölkədaxili ... | publikaz_normalized |
Ordumuzun həyata keçirdiyi antiterror tədbirləri zamanı ağır yaralanan Cahan Xəqani oğlu Qasımov bu gün şəhid olub. Məlumata görə, şəhidimizin cənazəsi doğulduğu İsmayıllı rayonu, Qalınçaq kəndinə gətirilir. | publikaz_normalized |
özündən 19 yaş kiçik qızla - FOTO":"Avropada "Sampdoriya", "Parma", "Latsio", "Mançester Yunayted", "Çelsi" və "İnter"də çıxış etmiş məşhur argentinalı yarımmüdafiəçi Xuan Sebastyan Veron ikinci dəfə evlənib. Evlilik barədə məlumatı da sosial şəbəkədə məhz Valentina yayıb: “Mən bunu xəyal edirdim və həmişə gələcəyinə i... | publikaz_normalized |
Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar. | publikaz_normalized |
“Səhhətimdəki problemlərlə bağlı yalan yayan şəxslərin məqsədi dövləti, dini və xalqı məhv etmək istəyirlər. Mən tamamilə sağlamam”, - Kadırov bildirib. | publikaz_normalized |
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi q... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə yağan güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə məlumat daxil olub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kə... | publikaz_normalized |
Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik. Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik", - Azərbaycan XİN-in paylaşımında qeyd edilib. | publikaz_normalized |
Azərbaycan ərazisi olan Qarabağ 30 illik işğaldan sonra azad edilib və haqq öz yerini tutub. “Uzatdığımız dostluq əlini tutan hər kəslə bu yolda ortaq maraqlar istiqamətində addımlamaqdan məmnun olarıq. Son vaxtlar bu istiqamətdə bir çox mühüm uğurlu addımlar atmışıq”, - Ərdoğan vurğulayıb. “Ölkəmizin ətrafında sülh və... | publikaz_normalized |
Rəsmi Bakı Qarabağda erməni sakinlərin etnik təmizlənməsi və soyqırımı ittihamlarını rədd edir. Prezidentin köməkçisi erməni sakinlərin bölgəni tərk etmək və ya qalmaqda sərbəst olduğunu deyib. Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik. Etnik təmizləmə mülki şəxslərə qarşı zorakılıq aktıdır ki... | publikaz_normalized |
Almaniyada yaşayan azərbaycanlılar bu gün saat 14-dən 17-dək Almaniyanın paytaxtı Berlin şəhərinin Brandenburq qapıları önündə dinc aksiya keçirirlər. Bununla yanaşı aksiya iştirakçıları Azərbaycan torpaqlarının 30 ildən çox davam etmiş işğalına son qoyulduqdan sonra regionda sülhü dəstəkləməyə çağırışlar ediblər. | publikaz_normalized |
Roma Papası Fransisk Azərbaycan və Ermənistanı dialoqa çağırıb. Mən bir daha Azərbaycan və Ermənistanı dialoqa çağırıram. Ümid edirəm ki, tərəflər arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan danışıqlar humanitar böhrana son qoyacaq uzunmüddətli razılaşmaya gətirib çıxaracaq”, - pontifik əlavə edib. | publikaz_normalized |
Yeni ayın ilk gününə yeni uğurumla başlamaq istədim. Bəli, bu, mənim böyük sevgi, həvəs, bol enerji və hərtərəfli düşünüb verdiyim qərardır. Həyatımda yeni səhifə, yol, başlanğıc, hekayələr... Sınaqlar, öz gücündən əmin olmaq, yeniliklər çox gözəldir və bunun ən gözəl tərəfi həyəcandır. Böyük bir etimadı doğrultmaqda i... | publikaz_normalized |
Terrorizmlə mübarizədə həmrəyliyə ehtiyac var. Terror təşkilatının siyasətə müdaxiləsinə imkan verməyəcəyik. Polisin vaxtında müdaxiləsi nəticəsində vətəndaşların əmin-amanlığını, təhlükəsizliyini təhdid edənlər öz məqsədlərinə çata bilməyiblər", - Ərdoğan deyib. Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxi... | publikaz_normalized |
Baş Prokurorluğun rəhbərliyi prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə oktyabrın 1-də Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Sonra Şəhidlər xiyabanı və İkinci Şəhidlər Xiyabanına gələn prokurorluğun kollektivi A... | publikaz_normalized |
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün İrana səfər edib. Səfər zamanı Qriqoryan İranın rəsmi şəxsləri, o cümlədən ölkənin Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əki-Əkbər Əhmədianla görüşəcək. | publikaz_normalized |
Hollivud ulduzu Jan Klod Van Damın oğlu Kristofer Van Damla ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə qayınansı Qledis Portiqeslə bağlı paylaşım edib. Heç vaxt təslim olmayan, sevgi dolu gözəl ürəyə sahib, nə olursa-olsun həmişə uşaqlarının, ailəsinin yanında olan gözəl və güclü qadın, ad gününüz mübarək. Həyat ço... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasında VIII turun oyunları davam edir. Yerli komanda “Kəpəz” doğma meydanında “Qəbələ”ni qəbul edib. Bu matç autsayder mövqeyindən uzaqlaşmaq baxımından hər iki komanda üçün vacib idi. Qarşılaşmanın ilk hissəsində qapılara yol tapmaq mümkün olmayıb. Fasilədən sonra vurulan yeganə qol görüşün taley... | publikaz_normalized |
Bakıda onmərtəbəli yaşayış binasında yanğın baş verib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
Əgər belə olmasa...":"Türkiyə Aİ-dən birliyə qoşulmaqla bağlı heç nə gözləmir". Onun sözlərinə görə, Aİ vizaların verilməsi ilə bağlı ədalətsiz rəftardan əl çəksə, o zaman səhvlərini düzəldəcək. Əgər belə olmasa, onlar bizdən nəsə gözləmək hüququnu itirəcəklər", - o bəyan edib. Bundan əvvəl Ərdoğan Türkiyənin Avropa İt... | publikaz_normalized |
İstədiyimi ala bildim":"Turnir cədvəlində bir-birinə yaxın kollektivlər qarşılaşırdı. Gəncə səfəri hər bir komanda üçün ağırdır. Kollektivdən daha çox oyuna nəzarət etməyi, hücumun təşkil edilməsini istəyirdik. Futbolçular da bunu yerinə yetirməyə çalışırdı. Komandadan İstədiyimi ala bildim, vacib qələbə idi, futbolçul... | publikaz_normalized |
Türkiyə və Gürcüstan parlamentləri sədrləri Dublində keçirilən görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri və parlament sədrlərinin üçtərəfli formatda görüşünün keçirilməsi barədə razılığa gəliblər. Onun sözlərinə görə, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvi... | publikaz_normalized |
Aparıcı Zaur Kamal yeni televiziya mövsümündə daha bir kanalda aparıcılıq edəcək. Bununla yanaşı, aparıcının sonuncu dəfə 7 il əvvəl nümayiş olunan "Ay Zaur" proqramı da bərpa olunacaq. Sözügedən layihə isə ARB-də yayımlanacaq. Qeyd edək ki, Zaur uzun illər "Xəzər TV"də çalışıb. O, hazırda ARB-də nümayiş olunan "Həmin ... | publikaz_normalized |
Böyük Britaniya oktyabrın 15-nə təyin edilmiş parlament seçkiləri öncəsi ölkənin təhlükəsizliyini təmin etmək üçün Polşaya “Eurofighter Typhoons” qırıcılarını göndərib. Onun sözlərinə görə, “polşalı dostların xahişinə cavab olaraq, döyüş təyyarələri Polşaya enib”. Nazir göndərilən təyyarələrin sayını dəqiqləşdirməyib. ... | publikaz_normalized |
Matçla bağlı danışılası çox şey yoxdur. Evdəki məğlubiyyət seriyamız davam edir. Futbolçular uduzmamaq üçün əllərindən gələni etdi. Bizim üçün altı xallıq matç idi. Qəbələ"yə uduzmamağı düşünürdük. Çalışacağıq ki, sona qədər Premyer Liqada qalmaq uğrunda mübarizə aparaq". - Oyundan sonra azarkeşlər yenə sizi istefaya s... | publikaz_normalized |
Dünya futbolunun superulduzu, argentinalı Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə fotosunu yayıb. Futbolçu iş adamını evində qonaq edib. Görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak ediblər. Xatırladaq ki, həmyerlimiz Messinin doğum günündə də iştirak etmişdi. A.Əhmədzadə futbolçuya Azərbaycan xalç... | publikaz_normalized |
Avtomobil ona məxsus olub, PKK isə...":"PKK terror təşkilatı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb. Bildirilib ki, hücum edənlər yüngül ticari avtomobillə Daxili İşlər Nazirliyinin binasına gəliblər. Avtomobil Kayseri vilayətində oğurlanıb və Dəv... | publikaz_normalized |
Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar. Cari mövsüm Superliqada keçirdiyi... | publikaz_normalized |
ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlı oğlu Aydın Qaradağlıya toy edib. Məclis ötən gün şəhər restoranlarından birində baş tutub. Toyda sənət adamları, televiziya əməkdaşları iştirak ediblər. Qeyd edək ki, Aydın və Lalənin nişanı bu ilin yanvarında olub. Bir müddət əvvəl V.Qaradağlının qızı Gültək... | publikaz_normalized |
Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Donetskin Kleşçeyevka bölgəsində Ukraynaya məxsus Su-25 təyyarəsini vurub. Qıcının ekipaj üzvlərinin taleyi ilə bağlı məlumat verilməyib. | publikaz_normalized |
Dünyanın ikiüzlü qaçqın siyasəti ifşa oldu":"Bu gün xalq olaraq təkcə Qarabağda suverenliyimizin tam bərpa olunmasını, torpaqlarımızda tarixi bir əsrdən də artıq olan erməni separatizminin ləğv edilməsini yox, həm də baş verən bütün bu proseslər fonunda dünyanın ikiüzlülüyünü yenidən görürür, eşidir və bu, dəhşətli tra... | publikaz_normalized |
Cəlilabadda 5 otaqlı ev yanıb. Qeyd olunub ki, Cəlilabad rayonunun Komanlı kəndində ümumi sahəsi 78 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
Koronavirus yeni "pirola" ştammının təhlükəsi onun immun müdafiədən yayına bilməsidir. Buna baxmayaraq, yeni ştamın xüsusi patogen xüsusiyyətlərə malik olduğuna dair hələ heç bir sübut yoxdur". Pirola" ştammı niyə təhlükəlidir? Rizvanov deyib ki, "pirola" omikron ştammının bir növüdür, lakin digər omikron variantlarınd... | publikaz_normalized |
Bu gecə dünyanın bəzi ölkələrində qeyri-adi astronomik hadisəni müşahidə etmək mümkün olacaq. Məlumata görə, hər iki obyekt Qoç bürcündə olacaq. Yerin 90% işıqlandırılan təbii peyki axşam saatlarından başlayaraq nəhəng planetə yaxınlaşacaq. | publikaz_normalized |
Çeçenistanın rəhbəri Ramzan Kadırov "Axmat" xüsusi təyinatlı dəstəsinin təlim mərkəzinə baş çəkib və Ukraynadakı döyüşlər zamanı ələ keçiriləng NATO ölkələrinin istehsalı olan texnikanın nümunələrinə baxıb. O qeyd edib ki, səfər zamanı şəxsi heyətin hazırlığını yoxlayıb: Gördüklərimdən məmnun qaldım. O, bazada məşq etm... | publikaz_normalized |
Oktyabrın 1-də Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb. Qroningen yatağı 1959-cu ildə kəşf edilib. Ən pik dövründə burada ildə 50 milyard kubmetrdən çox qaz hasil edilirdi. Lakin zəlzələlər səbəbindən hasilatın 2018-ci ildə tədricən azaldılması və yatağın bağlanması barədə... | publikaz_normalized |
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən radikal erməni qrupunun təşkilatçılığı ilə Azərbaycana qarşı yürüş keçirilib. Aksiyaçılar burada Azərbaycan və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. Polis radikal qrupa özünü buraxmış qondarma qur... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bərdə rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Təcili tibbi ... | publikaz_normalized |
Fransanın xarici işlər naziri Ketrin Kolonna oktyabrın 3-də Ermənistana səfər edəcək. O, həmçinin Parisin Ermənistanın Sünik bölgəsində Fransa konsulluğunu açmaq, eləcə də İrəvanla müdafiə sektorunda əməkdaşlığı gücləndirmək planlarını açıqlayıb. | publikaz_normalized |
Sahibkarların sözlərinə görə, sementin bahalaşması bir neçə gün ərzində digər mallara da təsir göstərəcək. Onlar bildirir ki, əvvəllər sementin 1 kisəsi 7 manata satılırdısa, indi artıq 7.40 manata təklif edilməkdədir. Bu tendensiyanın hələ nə qədər davam edəcəyi bilinmir. Xəzər Xəbər"in mövzu ilə bağlı daha ətraflı vi... | publikaz_normalized |
PSJ-nin futbolçuları Randal Kolo Muani, Əşrəf Hakimi, Usman Dembele və Layvin Kurzava, Liqa 1-in 6-cı turunda baş tutan qarşılaşmada “Marsel” azarkeşlərinə qarşı işlətdikləri təhqiramiz şüarlara görə sosial şəbəkələrdə üzr istəyiblər. “Dünən “Klermont”la oyunda iştirak etdiyiniz üçün bütün azarkeşlərimizə təşəkkür edir... | publikaz_normalized |
13 NƏFƏR ÖLDÜ":"İspaniyanın Mursiya şəhərində gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb. Məlumata əsasən, hadisə ilə bağlı ilk məlumat yerli vaxtla saat 06:00 radələrində gəlib. Yanğının söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. “La opinión de Murcia” qəzeti bildirib ki, yanğın qıs... | publikaz_normalized |
Türkiyənin yerli uçan avtomobili "AirCar" TEKNOFEST İzmirdə sərgilənir. AirCar"ın stendinə gələnlər uçan avtomobillə şəkil çəkdirmək və avtomobili yaxından araşdırmaq imkanı əldə edirlər. Proqram mühəndisi Mehmet Turan AA müxbirinə bildirib ki, onların hazırladıqları uçan avtomobilin çəkisi təxminən 450 kiloqramdır. Tu... | publikaz_normalized |
Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçılarının lideri Samvel Şahramanyanın Xankəndini tərk edəcəyi vaxt açıqlanıb. Ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün başladılan axtarış-xilasetmə əməliyyatları bitənə qədər qrupla birlikdə Xankəndidə qalacam", - xunta rejiminin rəhbəri dey... | publikaz_normalized |
Aldıqları torpaq sahəsinin özlərindən başqa 40 sahibi var. Belə ki, bir qrup paytaxt sakini torpaq sahəsi almaq istəyərkən dələduzların qurbanına çevriliblər. Ünvanı dəqiqləşdirərək əraziyə baxmağa yollanıb. Hər şey ürəyincə olduğundan torpaq sahibi ilə telefonda razılığa gələrək alqı-satqı müqaviləsi bağlayıblar. Razi... | publikaz_normalized |
Rusiyanın Balaşixa şəhərində “Chery” markalı avtomobil “Kamaz” markalı yük maşını ilə toqquşub. Qeyd olunub ki, qəza nəticəsində 4 nəfər ölüb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. | publikaz_normalized |
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaşların öz xoşları ilə Ermənistana köçürülməsi prosesi başa çatmaq üzrədir. Publiika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb. Son məlumatlara görə, Qarabağdan Ermənistana 100 514 erməni gedib. ... | publikaz_normalized |
Türkiyə ordusu İraqın şimalında terrorçulara ağır zərbə endirib. Əməliyyat Metine, Hakurk, Qəndil və Qara bölgələrində keçirilib. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Zərbələrlə terrorçulara məxsus 20 hədəfin məhv edildiyi bildirilib. Məlumata görə, mülki itkilərin qarşısını almaq üçün bütün tədbirlər ... | publikaz_normalized |
qıcıqlı davranıb könül sındırmayın":" "Qoç - etibar etdiyiniz insanlarla səmimi olun. Özünüz barədə xoş sözlərlə yanaşı, sərt tənqid də eşidəcəksiniz. Davranışınızda tranformasiya edin, əməllərinizdə aktiv dəyişikliklərə əl atın. İşlərdə də tənqidə sakit, normal yanaşın. Çalışdığınız yerdə rəhbərliklə mübahisə etməyin,... | publikaz_normalized |
Qarabağda keçmiş separatçı rejimin “başçısı” Samvel Şahramanyan bir qrup şəxslə birlikdə Xankəndində olduğunu, ölən və itkin düşənlərin tapılması prosesi başa çatana qədər şəhərdə qalacağını açıqlayıb. Proses başa çatandan sonra Şahramanyan Qarabağı tərk edə biləcəkmi? Bu sualın cavabı hələki bəlli deyil. Təhvil-təslim... | publikaz_normalized |
ölənlərin sayı artdı":"Zaqatalada baş verən partlayış zamanı xəstəxanaya yerləşdirilən 32 yaşlı şəxs vəfat edib. Bununla da, hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. Qeyd edək ki, hadisə sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində baş verib. Belə ki, partlayıcı maddəni... | publikaz_normalized |
Tehran səhvlərini düzəldir - VİDEO":"Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə edam olunacaq. Qeyd edək ki, həmin terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki müh... | publikaz_normalized |
Bu mövsüm heç də yaxşı çıxış etməyən “Neftçi” Azərbaycan Premyer Liqasının 8-ci turunda Tovuz səfərinə yollanıb. Ağ-qaralar" “Turan Tovuz”la matçda rəqibin ciddi müqaviməti ilə üzləşsə də, görüşdən minimal hesablı qələbə ilə ayrıla bilib. - Öncə qarşılaşma barədə fikirlərini öyrənərk. Sizin üçün bu görüş çox çətin keçd... | publikaz_normalized |
Oktyabrın 1-də futbol üzrə İtaliya A Seriyasında 7-ci turun növbəti oyunları keçirilib. Qonşu pillələrdə qərarlaşan “Atalanta” ilə “Yuventus” arasında keçirilən matçda qapılara qol vurulmayıb – 0:0. Bu nəticədən sonra “Yuventus” 14 xalla dördüncü, “Atalanta” isə 13 xalla beşinci pillədə qərarlaşıb. Günün digər qarşılaş... | publikaz_normalized |
ölənlər var":"Slovakiyanın qərbində yerləşən Senitsa şəhərində ultra yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. İlkin məlumata görə, faciəyə səbəb pilotun şəhərdəki kotteclərdən birinin yaxınlığında idarəetməni itirməsi olub. | publikaz_normalized |
Bu gün Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin Xankəndi şəhərinə səfəri gözlənilir. Görüşdə İşçi qrupunun şəhərə səfəri ilə bağlı erməni nümayəndələr də məlumatlandırılıb. İşçi qrupunun Xankəndiyə gedişinin məqsədi təsərrüfat, kommunal və digər b... | publikaz_normalized |
İrana nüvə silahı yaratmaq üçün iki həftə vaxt lazımdır":"ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın rekord müddətdə nüvə qurğusu yarada bilməsindən narahatdır. Qeyd edilib ki, Tehran belə bir silah yaratmağa qərar verərsə, bunun üçün ölkəyə cəmi iki həftə vaxt lazım olacaq. Pentaqon İranın hazırda aktiv şəkildə nüvə sila... | publikaz_normalized |
“Paşinyanı Saakaşvilininin aqibəti gözləyir, onu da həbs edəcəklər və heç kim onun müdafiəsinə qalxmayacaq. Amma bizim üçün ən pisi Rusiya, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizini bütün vasitələrlə açmaq planıdır. Hər üç ölkə üçün bu, həyati əhəmiyyət kəsb edir”. Onun sözlərinə görə, Qərb Ermənistanı müdafiə etməyə... | publikaz_normalized |
3 separatçı lider Ermənistana keçib?":"Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün qondarma rejimin üç keçmiş "prezident"i və hökumət üzvləri Ermənistana köçüb. Caliber"in məlumatına görə söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan gedir. Qeyd edək ki, bu barədə Azərbaycan mərkəzi hakim... | publikaz_normalized |
Britaniya kral ailəsinin rəsmi internet saytı DoS hücumuna məruz qalaraq 90 dəqiqəlik fəaliyyətini dayandırıb. bu barədə "İZ" məlumat yayıb. Bildirilib ki, hücuma görə məsuliyyət rusiyalı haker “KillMilk”in üzərinə düşür. O, saytın sındırılmasını “pedofillərə qarşı hücum” adlandırıb. Həmçinin qeyd edilir ki, oxşar hücu... | publikaz_normalized |
Antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazilərində tarixi hadisələr yaşanır. Separatçıların təslim olmasından indiyə qədər (20 sentyabr - 2 oktyabr) cəmi 12 gün keçməsinə baxmayaraq, artıq bölgənin təmizlənməsi və mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi işlər gör... | publikaz_normalized |
Türkiyənin paytaxtı Ankara şəhərində terror aktını törədənlərdən biri PKK üzvüdür. Hücuma cəhd edən 2 terrorçu təhlükəsizlik qüvvələrimizin dərhal reaksiyası nəticəsində zərərsizləşdirilib. Hadisə zamanı yaralanan iki polis qəhrəmanımızın müalicəsi davam edir. İstintaq zamanı terrorçulardan birinin şəxsiyyəti müəyyən e... | publikaz_normalized |
Astroloqlar yaxın gələcəkdə taleyin səxavətlə hədiyyələr verəcəyi iki bürcün adını çəkib. Şir" "Şirlərin çoxdandır istədikləri hər şeyi nəhayət əldə etmək üçün inanılmaz şansı olacaq. Bu bürc brilyant və ipək arasında lüks yaşamaq arzusundadır. Beləliklə, sentyabrın sonunda yaxşı bonus alacaqlar və maaş artımına da ümi... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.