text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ötən ildən Avropa İttifaqı Ukraynaya dəstək üçün 80 milyard avro ayırıb, bu məbləğ həmçinin hərbi yardıma da xərclənir. Onun sözlərinə görə, Aİ ABŞ-da baş verən hadisələrdən asılı olmayaraq Ukraynaya maliyyə dəstəyini artırmaqda davam edəcək: Ukraynanın yeni müdafiə naziri Rustem Umerovla görüşdə bəzi hallarda dəstəyim... | publikaz_normalized |
Boz ayı Kanadanın Banff Milli Parkına gələnlərə hücum edib. Parks Canada"nın sözçüsü, ayının artıq zərərsizləşdirildiyini bildirib. Parks Canada"nın xarici əlaqələr üzrə meneceri Natali Fey agentliyin cümə günü axşam saatlarında GPS cihazından ayı hücumu xəbəri aldığını bildirib. Cihaz "Red Deer" çayı vadisindəki fövqə... | publikaz_normalized |
2023-cü ilin üçüncü rübündə Rusiyada işlənmiş avtomobilin orta qiyməti illik ifadədə 39 faiz artaraq 640 min rubla çatıb. “İyun-iyul aylarında Rusiya Federasiyasına işlənmiş avtomobillərin idxalı 181 faiz artıb. İyun ayında ruslar son üç ildə işlənmiş avtomobillərə rekord məbləğdə pul xərcləyiblər, - deyə araşdırmada q... | publikaz_normalized |
Misirdə aparılan arxeoloji qazıntılar zamanı mütəxəssislər yüzlərlə gil küp aşkar ediblər. Onların içərisində yaşı beş min ildən çox olduğu ehtimal edilən şərab qalıqları olub. “Misir, Almaniya və Avstriyadan olan arxeoloji missiya Birinci Sülalədən olan Kraliça Merneitin məqbərəsində yüzlərlə qapalı küp aşkar edib. On... | publikaz_normalized |
Türkiyənin Adana vilayətinin Kozan rayonunda yerli vaxtla saat 03:43-də 3,9 bal gücündə zəlzələ baş verib. Bildirilib ki, zəlzələ təxminən 7 kilometr dərinlikdə olub. | publikaz_normalized |
Kanadanın Baş naziri Castin Trüdo ölkədə söz azadlığını boğmağa çalışır. O, Kanadada onlayn xidmətlərlə bağlı yeni qaydaları biabırçılıq adlandırıb. | publikaz_normalized |
Bu gün Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası keçiriləcək. Həmin məsələlər aşağıdakılardır: Milli Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi" "2. “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətd... | publikaz_normalized |
08:12" "Ermənistan və qondarma rejimin bayraqları Xocalı hava limanı ərazisində endirilib. Bununla da Qarabağın ən strateji məntəqələrindən biri olan Xocalı hava limanı da Azərbaycanın mərkəzi hakimiyyətinin nəzarətinə keçib. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Banqladeşdə denge virusundan ölənlərin sayı min nəfəri ötüb. Qeyd olunub ki, ölkədə hər gün minlərlə insan denge qızdırması səbəbilə xəstəxanalara müraciət edib. Müraciət edənlərdən 1 006 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Banqabandhu Tibb Fakültəsinin dosenti Rafiqul İslam bildirib ki, virus ölkənin 64 bölgə... | publikaz_normalized |
oğlu şahzadə Diana ilə birlikdə...":"Misirli milyarder Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib. Milyarderin ailəsinin dediyinə görə, Əl-Fayed təbii səbəblərdən dünyasını dəyişib. Məlumata görə, o, Londonun Mərkəzi Məscidində Regents Parkında dəfn edilib. Məhəmməd Əl-Fayed İngiltərənin “Fulham” futbol klubunun və London... | publikaz_normalized |
Tovuz rayonunun Əyyublu kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
Rusiyanın müttəfiqlərinin Avropada hakimiyyətə gəlməsi Kiyevə dəstəyin zəiflədiyini göstərir. O, xüsusilə, Slovakiyada keçirilən parlament seçkilərində müxalifət partiyası Smerin qələbəsini xatırladıb. Jurnalistin fikrincə, bu, Qərbdə Ukraynaya dəstəyin azalmasının növbəti əlamətidir. Koen həmçinin Slovakiyadan Kiyevə ... | publikaz_normalized |
09:12" "Qarabağda həyata keçirilən antiterror əməliyyatından sonra silahlarını yerə qoyub təslim olan erməni silahlı dəstələri bölgədə yeni təxribatlar törədir. Məğlubiyyətlə barışa bilməyən erməni terror təşkilatları silahlanmağa davam edir. "İtaliya və Fransanın “Gucci” moda brendinin reklam simalarından olan erməni ... | publikaz_normalized |
Braziliya Amazonunda şiddətli quraqlıqdan əziyyət çəkən 100-dən çox delfin ölüb. Braziliyanın Elm Nazirliyi tərəfindən maliyyələşdirilən tədqiqat müəssisəsi olan Mamirahua İnstitutunun məlumatına görə, son 7 gündə bütün ölü delfinlər Tefe gölündə tapılıb. İnstitut belə yüksək sayda ölümün gözlənilməz olduğunu bildirib.... | publikaz_normalized |
Bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başlayır. Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur. Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Mill... | publikaz_normalized |
“İnter Mayami”nin futbolçusu Lionel Messinin meydanlara qayıdacağı vaxt müəyyənləşib. Argentinalı forvard oktyabrın 5-də baş tutacaq "Çikaqo Fayr"la qarşılaşmanı tribunadan izləyəcəyi dəqiqdir. Qeyd edək ki, Messi zədə səbəbindən "İnter Mayami"nin son üç oyununu, o cümlədən ABŞ Açıq Kubokunun finalında “Hyuston Dinamo”... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0,0173 manat, 1 Avro isə 1,7968 manata kimi ucuzlaşıb, Türkiyə lirəsi 0,0620 manata kimi bahalaşıb. | publikaz_normalized |
7 nəfər ölüb, 30 nəfər dağıntılar altında qalıb":"Meksikada kilsənin damının uçması nəticəsində 7 nəfərin öldüyü, 30 nəfərin dağıntılar altında qaldığı açıqlanıb. Polisin məlumatına görə, çökmə zamanı kilsə binasında 100-ə yaxın adam olub. Dağıntılar altında qalanlar arasında çoxlu uşağın olduğu təxmin edilir və xilase... | publikaz_normalized |
Namib səhrasında 50 il əvvəl yoxa çıxan xalq aşkar edilib. Məlumata görə, Afrikanın cənubundakı Namib səhrasında yaşayan xalqlardan biri olan kvepelər Quadi dilində danışıblar. Tədqiqat qrupuna İsveçrənin Bern Universitetinin, həmçinin Portuqaliyanın Porto Universitetinin və Almaniyanın Maks Plank Təkamül Antropologiya... | publikaz_normalized |
Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana yola düşən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər. Xatırladaq ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi məqsədilə Dövlət Miqrasiya ... | publikaz_normalized |
Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir. Görüş İstanbul təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun diqqətçəkən hadisələrindən biri son dəqiqələrdə - 5-ci qoldan sonra yaşanıb. Fənərbağça"nın norveçli hücumçusu Coşua Kinq "Rizəspor"la oyunda son nöqətni qoymaqla yanaşı, bunu xüsusi şəkildə q... | publikaz_normalized |
Qərbi Azərbaycan İcması Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin süqut etməsi və oradakı Ermənistan silahlı qüvvələrinin və digər qanunsuz silahlı birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılması nəticəsində həmin bölgədə dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilmə... | publikaz_normalized |
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Əliyev narkotik vasitə heroini satarkən saxlanılıb. Keçirilən baxış zamanı B.Heyd... | publikaz_normalized |
Vaqif Xaçatrryan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Baş prokuror bildirib ki, Vaqif Xaçatrryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Az... | publikaz_normalized |
Azercell"in dəstəyi ilə Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. Milli Gimnastika Arenasında baş tutan turnirdə 61 ölkədən 446 cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 11 çəki dərəcəsində 26 kişi və 7... | publikaz_normalized |
Yunan əsilli amerikalı soprano Mariya Kallasın həyatından bəhs edən "Mariya" filmində 69 yaşlı türk aktyoru Haluk Bilginer Ancelina Coli ilə birlikdə çəkiləcək. Filmin rejissoru Şahzadə Dinana haqqında çəkdiyi bioqrafik ekran işi ilə məşhurlaşan rejissor Pablo Larrain olacaq. Çəkilişlərinə oktyabr ayında Budapeştdə baş... | publikaz_normalized |
“Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda... | publikaz_normalized |
Yaxşı olardı ki, Avropa Parlamenti öz statusu, öz imici barəsində düşünsün. Onun hansı qərarı verəcəyinin Azərbaycan üçün heç bir fərqi yoxdur. O qurum ölkəmizi pisləyən bir bəyanat yaymaqla beynəlxalq hüquqa növbəti dəfə hörmətsizlik etmiş olacaq. Qeyd edək ki, ötən həftə Ermənistan mətbuatında Avropa Parlamentinin ok... | publikaz_normalized |
Aztelekom MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir. Aztelekom MMC Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini qürur hissi ilə bildirir. Aztelekom MMC işğaldan azad ... | publikaz_normalized |
Aktyor Müşviq Şahverdiyev maraqlı paylaşım edib. M.Şahverdiyev sözügedən videosunu "Allah haqqı hə" sözləri ilə yayımlayıb. | publikaz_normalized |
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezinin cinayət işi hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil. Xatırladaq ki, Vaqif Xa... | publikaz_normalized |
Baş Prokurorluğun İstintaq idarəsində Ermənistan Respublikasının hərbi-siyasi rejimi tərəfindən BMT-nin “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın tələblərinin kobud şəkildə pozulması ilə əlaqədar 8 cinayət işinin ibtid... | publikaz_normalized |
Yenə də Priqojinə tapşıracaqlar":"Priqojinin oğlu "Vaqner"ə rəhbərlik edəcək? İnstitut bununla bağlı hesabat hazırlayıb. Hesabatda qeyd olunur ki, "vaqnerçilər" Belarus, Mərkəzi Afrika Respublikası, Liviya və Mali də daxil olmaqla bir neçə ölkəyə səpələnib və onların vahid lideri yoxdur. Analitiklər xatırladırlar ki, s... | publikaz_normalized |
bu ölkələr müharibə astanasında":"Kosovanın daxili işlər naziri Xhelal Sveçla Serbiyanın Kosovonun şimalını ilhaq etməyə çalışdığına dair dəlillər topladıqlarını və hücumçuların serb hərbi bazalarında uzun müddətdir hazırlıq gördüklərini bildirib. Serbiya prezidenti Aleksandr Vuçiçin Kosovonun şimalını ilhaq etmək cəhd... | publikaz_normalized |
Bu dəqiqələrdə Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilir. Dövlət başçısı Konqresin açılış mərasimində çıxış edib. xxx" "Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü ... | publikaz_normalized |
ÇL tarixə qovuşur?":"UEFA avrokubokların formatının dəyişdirilməsi variantını nəzərdən keçirir. Bildirilir ki, UEFA rəhbərləri və Avropa Klublar Assosiasiyası üç divizionun - Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqi variantını nəzərdən keçirir. UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müz... | publikaz_normalized |
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Bayer” klub tarixinin rekorduna imza atıb. Komanda son olaraq VI turda “Maynts” üzərində 3:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, hazırda Bundesliqada liderlik edən “Bayer” VII tur çərçivəsində oktyabrın 8-də “Köln”lə qarşılaşacaq. | publikaz_normalized |
Barselona"nın futolçusu Lamin Yamalın klubla yeni müqaviləsinə bir milyard avroluq təzminat maddəsi daxil olacaq. Yeni müqavilənin rəsmən bu gün açıqlanacağı gözlənilir. 16 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub. 16 yaşlı Yamal "Barselona"nın yetirməsidir. Onun hazırkı müqaviləsi 2024-... | publikaz_normalized |
Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var". Dövlətimizin başçısı bildirib: “Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik”. | publikaz_normalized |
Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir". “Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bizim bu təşkilata sədrliyimiz yekdil qərarla - 120 ölkənin yekdil qərarı ilə uz... | publikaz_normalized |
Bakıda çalışanların orta aylıq maaşı açıqlanıb. Bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artıb. Paytaxtda orta aylıq nominal əməkhaqqı 1179,8 manat təşkil edib. | publikaz_normalized |
Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb. İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. | publikaz_normalized |
Türkiyə Ukraynaya “Bayraktar Akıncı” pilotsuz uçuş aparatları vermək məsələsini nəzərdən keçirir. “Baykar” şirkətinin baş direktoru izah edib ki, Ukraynada bu və ya digər tip PUA istehsalı üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır. O qeyd edib ki, müdafiə sahəsində əməkdaşlıq üçün “Baykar”ın icazəsi tələb olunur... | publikaz_normalized |
Eyni zamanda Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfddaşlıq haqqında bəyannamə imzalayıb. Bu onu nümayiş etdirir ki, bizim xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir". Azərbaycanın iki müh... | publikaz_normalized |
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşü Salyan rayonunda keçirəcək. Aksiya Təzəkənd ərazisində qaz paylayıcı stansiyasının (QPS) qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 3-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilə... | publikaz_normalized |
Zeytun bağları" markası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təmizlik aksiyası həyata keçirib. Novxanı çimərliyində baş tutan layihədə "Zeytun bağları" markası rəhbərliyi və əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi könüllüləri, “Azərsun Holdinq” əməkdaşları, xüs... | publikaz_normalized |
İraq Daxili İşlər Nazirliyi Mosulun Həmdaniyyə rayonunda şadlıq sarayında 100-dən çox insanın həyatını itirdiyi, yüzlərlə insanın yaralandığı yanğının yeni görüntülərini paylaşıb. Bağdadda Daxili İşlər Nazirliyində keçirilən mətbuat konfransında İstintaq Komissiyasının sədri general Saad Falih bildirib ki, Həmdaniyyədə... | publikaz_normalized |
Əsrlər boyu Azərbaycanın çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub. 30 illik müstəqillik dövrümüzdə biz bu amilləri gücləndirmişik". Dövlət başçısı bildirib ki, biz bunu sabitliyin, proqnozlaşdırmanın və bütün konfessiyaların nümayəndələri arasında birgəyaşayış nümunəsi hesab edirik: Biz bir vahid ailə kimi... | publikaz_normalized |
Separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın Qarabağı tərk edərək, Ermənistana getdiyi xəbərləri təkzib olunur. Lakin Ermənistanın digər media resurslarında bu məlumat təkzib olundu. “Aravot” nəşri mənbələrinə istinadən bu separatçıların Qarabağda qaldığını yazıb. “Məlumatlar tə... | publikaz_normalized |
Nə qədər artacağı AÇIQLANDI - VİDEO":"2024-cü ilin yanvar ayından etibarən bütün əmək pensiyaları indeksiyasiya olunaraq artırılacaq". İlkin gözlənti ondan ibarətdir ki, pensiyalar təxminən 11 faiz ətrafında indeksiyasiya olunaraq artımlar reallaşacaq. Çünki bu ilin geridə qalan aylarında orta aylıq əməkhaqqı 11.3 faiz... | publikaz_normalized |
Azərbaycan XIX əsrin ortalarında dünyada neft hasil edən ilk ölkə olub. O zaman biz dünya neft hasilatının həcminin yarısını hasil edirdik. Ola bilər bir çox adam bilmir ki, dənizdə də ilk neft hasilatı Azərbaycan neftçiləri tərəfindən XX əsrin ortalarında həyata keçirilib. “Bu gün müstəqil olduğumuz dövrdə bizim təbii... | publikaz_normalized |
Bolqarıstan oktyabrın 2-dən Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq edəcək. Məlumata görə, Rusiya dövlət nömrə nişanlı avtomobillərin keçidinə qoyulan məhdudiyyət oktyabrın 2-i, bazar ertəsi gününün sonuna qədər tətbiq olunmağa başlayacaq. Qeyd olunur ki, qadağa yük maşınlarına da şamil... | publikaz_normalized |
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, mərhum deputat Qənirə Paşayeva xatirəsi parlamentin payız sessiyasının ilk plenar iclasında bir dəqiqəlik yad edilib. Qeyd edək ki, sentyabrın 23-də səhhətində yaranan ciddi problemlərlə əlaqədar Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirən Qənirə Paşayeva sentyabrın ... | publikaz_normalized |
Cennifer Lopez və Ben Afflek maşında gərgin söhbət edərkən növbəti dəfə paparatsilərə yaxalanıblar. Jurnalistlər cütlüyü qızğın söhbət edərkən lentə alıb. Cennifer əvvəlcə ərinə baxsa da, sonra hirsli baxışla üzünü çevirib. Ulduzun əsəbi və gərgin olduğu diqqətdən yayınmayıb. Bu, birinci dəfə deyil ki, onlar mübahisə e... | publikaz_normalized |
“Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda... | publikaz_normalized |
Bu gün enerji və nəqliyyat xəritələrinə baxsanız, o cümlədən boru kəmərlərinə nəzər salsanız, görəcəksiniz ki, burada Azərbaycanın izi var. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və tərəfdaşlarımızla birlikdə onları uğurla həyata keçirmişik. Bununla da təkcə bizim bölgənin deyil, daha geniş regionun enerji təhlü... | publikaz_normalized |
Azərbaycan öz suverenliyini bərpa etdi. Bəzi siyasi qüvvələr bunu həzm edə bilmirlər. O qeyd edib ki, Prezident İlham Əliyev Nadir şahdan sonra ilk dəfə olaraq torpaqlarımızı geri qaytaran lider kimi tarixə düşüb: Biz xalq olaraq ölkə başçısının bu tarixi xidmətlərini yükəsk qiymətləndirməliyik. Təklif edirəm ki, ölkə ... | publikaz_normalized |
İzləyicilərini hər çıxışı ilə təəccübləndirməyi sevən Xalq artisti Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalıb. Artistin instaqramda paylaşdığı son kadrları xüsusilə diqqət çəkib. Qısa qara ətəkdə səhnəyə çıxan sənətçi həm də karmera qarşısında pozalar verib. Onun bu görüntüləri sosial şəbəkələrdə yayılaraq qısa mü... | publikaz_normalized |
Çox xoşbəxt xalqıq ki... -":"Azərbaycanın haqlı maraqları ən yüksək səviyyədə təmin edilir. Biz çox xoşbəxt xalqıq ki, bugünkü günləri yaşayırıq. O qeyd edib ki, erməni hiyləsi bu gün yenə də dayanmır: “Buna qarşı biz də bütün imkanlarımızı səfərbər etməliyik. Yaxşı olardı ki, xarici dil bilgisi olan həmkarlarımız və d... | publikaz_normalized |
Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoya... | publikaz_normalized |
Ermənistan hər zaman olduğu kimi...":"Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Suverenliyimiz bütün tarixi torpaqlarımızda bərqərar olunub. O qeyd edib ki, erməni revanşizminə qarşı ayıq-sayıq olmalıyıq: Çünki Ermənistan hər zaman olduğu kimi yenə də Azərbaycana qarşı təbliğatını dayandırmır". | publikaz_normalized |
Bu dəfə nə qədər səbri çatacaq? - FOTOLAR":"Əfsanəvi braziliyalı futbolçu Ronaldo Nazario yenidən ailə həyatı qurub. Keçən həftə o, 47 yaşında dördüncü dəfə evlənib. Onun növbəti seçimi yeddi ildir görüşdüyü Selina Loksdur. Toy İbitsada “Es Kubell” kilsəsində baş tutub. Daha sonra Ronaldo evində 400-ə yaxın qonağın qat... | publikaz_normalized |
Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib. Yalnız bir klubda çalışan Sadıqov bu matçların hamısında “qartallar”ın “sükanı arxasında" olub. 2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən Sadıqov 2020/21 və 2021/22 mövsümlərinin hərəsində 28, ötən çempionatda isə 36 görüşün işt... | publikaz_normalized |
Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik":"Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəmiz çox misilsiz və unikal bir hadisədir. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik". “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Əməkdaşlıq, birgə mənf... | publikaz_normalized |
Liverpul"un hücumçusu Məhəmməd Salah həftəlik minimum 1 milyon avro qazanır. The Guardian xəbər verir ki, bu məbləğə təkcə klubdakı maaş deyil, həm də kommersiya əməliyyatlarından əldə olunan gəlirlər daxildir. Abbas bu barədə Harvard Biznes Məktəbinin araşdırması çərçivəsində danışıb. Liverpul"un Salaha nə qədər ödədi... | publikaz_normalized |
“Qarabağ” Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsini qazanaraq, “Neftçi”nin rekordunu təkrarlayıb. Ağdam təmsilçisi rəqibini 5:0 hesabı ilə üstələyərək, 138-ci böyükhesablı qalibiyyətini əldə edib. “Qarabağ” həm də öz meydanında qazanılan belə qələbələrin sayında “Neftçi”yə çatıb. Hər iki komanda evdə 8... | publikaz_normalized |
Mən bunu yaşadım":"Ötən həftə hersoginya Keyt Middlton əlilliyi və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş Kent Portage Xidmətini ziyarət edib. Qreyvsenddən olan dörd uşaq atası Stiv İkebuv görüşdə Keytə həyat yoldaşının hiperemezis adlanan şiddətli səhər xəstəliyindən əziyyət çəkdiyini deyib. Keyt M... | publikaz_normalized |
Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb. “Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni,... | publikaz_normalized |
Minatəmizləmə Agentliyi (ANAMA) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda mükafatlandırılıb. Qeyd olunub ki, son 25 ildə ANAMA Azərbaycan ərazisində minaların təmizlənməsində ciddi işlər görüb. | publikaz_normalized |
“Bu gün 3 gündür ki, yoxsan dünyada... Rəsminə baxıram, mənimlə rəqs edirsən... Bomboz soyuq daşlardan tikilən yeni evinə baxan şəklinə, yoxsa qol-qaldırıb xanımyana böyük zövqlə rəqs etdiyin “Uzun dərə”yə? Hansına ay sənin canın yanmasın, zalım qızı... Heç bilirsən daşa dönmüş ruhun şəkli necə ağrıdır insanı şəklin o ... | publikaz_normalized |
Kədərli və sevincli günlər yaşayırıq. Şəhidlərimizin olduğu bir zamanda dəyərli millət vəkillərimizi də itirdik. O qeyd edib ki, Azərbaycan bu gün tarixinin ən şanlı səhifələrindən birini yaşayır: Vaxtilə Ermənistan tərəfindən zorla köçürülmüş soydaşlarımızın Xankəndiyə qayıdışı təmin edilməlidir. Bu gün xalqımıza o və... | publikaz_normalized |
Hüznlü günlər təqvimdən çıxarılmalıdır". O bunu Azərbaycanın qalib ölkə olması ilə əlaqələndirib: “Qalib xalq, dövlət olaraq ancaq zəfərlə bağlı tarixləri qeyd etməliyik. Artıq yeni dövrə başlamaq lazımdır”. | publikaz_normalized |
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib. Bildirilib ki, hazırda həmin bö... | publikaz_normalized |
İnter Mayami" klubunun sahiblərindən biri olan Devid Bekhem qalmaqala səbəb olub. 12 yaşlı qız atasını anası Viktoriya Bekhemin moda nümayişinə özü hazırlamaq qərarına gəlib. Teylor Svayftin "Style" mahnısının fonunda Harper atasının üzünü makiaj edib. Onlar mahnını bir arada oxuyaraq bu anları maraqlı və əyləncəli edi... | publikaz_normalized |
Borrel ABŞ-ın Ukraynaya yardım nəzərə alınmadan büdcə qəbul etməsindən təəssüfləndiyini bildirib. Bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat yayıb . “Son anda verilən qərar bizi təəccübləndirdi və buna görə çox təəssüflənməliyik. Ümid edək ki, bu, son söz deyil”, - deyə siyasətçi bildirib. Borrell həmçinin əlavə ed... | publikaz_normalized |
İran Qızıl Aypara Cəmiyyəti Qarabağı könüllü şəkildə gedən ermənilərə yardım göndərəcək. Bildirilir ki, Molla rejimi “qardaşlarına” 50 ton humanitar yardım göndərəcək . Yükə gigiyena vasitələri, qida məhsulları, yorğan-döşək, geyim və istilik avadanlıqları daxildir. Yaxın vaxtlarda yük maşınlarının yardımların çatdırac... | publikaz_normalized |
Biz çalışmalıyıq ki...":"Regionalarda ipoteka ilə bağlı məsələlərə fərqli yanaşmalar olmalıdır. O qeyd edib ki, regionlarda yaşayan gənclər paytaxtla eyni səviyyədə ipoteka şərtləri ilə üzləşməməlidir: Biz çalışmalıyıq ki, həmin gənc öz rayonunda rahat ipoteka əldə edib orada özü üçün yaşayışını təmin edə bilsin. Axı r... | publikaz_normalized |
Moldova bundan sonra “Qazprom”dan qaz almayacaq. Energetika Nazirliyinin rəhbəri Rusiya yanacağından imtinanı Moldovanın qazı alternativ mənbələrdən alması ilə izah edib. Nazir həmçinin vurğulayıb ki, Avropa bazarında qiymətin aşağı olduğu da üzə çıxıb. Qeyd edək ki, 2021-ci ildə tədarük müqaviləsini yenidən imzalamaq ... | publikaz_normalized |
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib. Qeyd olunub ki, sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də Tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.... | publikaz_normalized |
İtburnu həlimi və balqabaq qocalıq dövründə sağlamlığınızı yaxşılaşdırmağa kömək edəcək. Həkim xatırladıb ki, 100 qram itburnuda təxminən 426 milliqram askorbin turşusu var. Buna görə də, bir stəkan giləmeyvə həlimi bədəni güclü antioksidant kimi zəruri olan C vitamininin gündəlik dozası ilə təmin etmək üçün kifayətdir... | publikaz_normalized |
20 sentyabr 44 günlük İkinci Qarabağ müharibəsinin davamıdır və “Bütövlük Günü” kimi qeyd oluna bilər". Deputat xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 19-20 sentyabrda həyata keçirilən antiterror tədbirləri xalqımıza hərbi zəfər, 4 min kvadrat kilometr ərazidə konstitusion bütövlük qazandırdı: Nəinki Xa... | publikaz_normalized |
ölkədə cəmi bu qədər əhali qalıb":"Ukrayna əhalisi azalmaqda davam edir və hazırda ölkədə 23 milyon insan yaşayır. Qeyd edilir ki, Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına görə , 2022-ci il yanvarın 1-nə ölkə əhalisinin sayı 41 milyon nəfərdən çox olub. “Ölkədə 23 milyon insan qalıb və yalnız 3,5 milyon ukraynal... | publikaz_normalized |
Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə "Xəzri-2023" birgə taktiki təlimi keçirilir. Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Q... | publikaz_normalized |
lazımsız bazarlıq...":"Türkiyənin ən zəngin iş adamlarından biri Hakan Baş ilə evli olan 32 yaşlı aktrisa Bensu Soral alış-veriş etməyi xoşlamadığını deyib. O, bildirib ki, bir çox qadınların əksinə o, mağazaları dolaşmağı xoşlamır. Sadəcə onlayn alış-veriş edirəm. Nəyə ehtiyacım varsa, onu alıram. Lazımsız bazarlıqdan... | publikaz_normalized |
Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onların etdiyi xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb. Məlumata görə, aparılmış radiomonitorinqlər nəticə... | publikaz_normalized |
Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi ... | publikaz_normalized |
Oktyabrın 1-dən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bildirilib ki, icazələr AYNA tərəfindən 7 il müddətinə verilir: Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sər... | publikaz_normalized |
Liverpul" müdafiəçisi Trent Alexander-Arnold ilə yeni müqavilə imzalayıb. Bu, əvvəlki müqavilə ilə müqayisədə 50 min funt çoxdur. Bu barədə İngiltərənin aparıcı KİV-ləri məlumat yayıb. Ancaq anlaşmanın müddəti barədə informasiya verilməyib. Alexander-Arnold "Liverpun" yetirməsidir. Bu mövsüm 24 yaşlı futbolçu 5 matçda ... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər. Dövlətimizin başçısı ICESCO-nun Baş direktorunun 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakını yüksək qiymətləndirdi. Salim bin Məhəmməd əl-Mal... | publikaz_normalized |
Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsinə təyin olunub. Xatırladaq ki, Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edirdi. | publikaz_normalized |
Bu gün saat 13:15 radələrində Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib. Nəticədə sürücü və avtomobildə olan 4 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Yoldan keçən digər şəxslər polisə və təcili tibbi yardıma məlumat veriblər. Hadisə yerindən görüntüləri təqdim edirik: | publikaz_normalized |
Real"ın prezidenti Florentino Peres "Jirona"nın hücumçusu Portudan üzr istəyib. Peres şəxsən üzr istəmək üçün futbolçuya zəng edib. Bu barədə AS nəşri məlumat yayıb. Qeyd olunur ki, Portunun ombasında problemlər var. Lakin futbolçu özünü yaxşı hiss edir. Qeyd edək ki, görüş "Real"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.... | publikaz_normalized |
Razıyıq, amma...":"Tehran beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasətə qarşıdır. Oktyabrın 1-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan İrana səfər edib və orada İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar aparıb. Tehran regiondakı bütün ölkələri... | publikaz_normalized |
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Türkiyə və Pakistana başsağlığı verib. Oktyabrın 1-də Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə edilən terror hücumunu qətiyyətlə pisləyir, hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarına şəfa diləyir, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından qard... | publikaz_normalized |
İsveçrənin Lozanna şəhərində keçirilən Beynəlxalq Atletlər Forumunda (İAF) erməni idmançı təxribat xarakterli çıxış edib. Cüdo üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Rüstəm Orucov isə Culfalakyanın çıxışını cavabsız qoymayıb. Azərbaycan Atletlər Komissiyasının s... | publikaz_normalized |
Qalmaqallı çağırış edildi":"Yunan mətbuatı Türkiyə ilə Yunanıstan arasındakı müsbət atmosferi tərsinə çevirəcək xəbərlərlə oxucularının qarşısına çıxıb. Azərbaycanın Qarabağdakı tarixi qələbəsini gündəmə gətirən yunan qəzeti "Kathimerini" bəyan edib ki, “Qarabağ Azərbaycanın suveren ərazisi kimi beynəlxalq səviyyədə ta... | publikaz_normalized |
Bakının Sabunçu rayonunda 1986-cı il təvəllüdlü Elcan bacısının nişanlısı Həşimə (adlar şərti verilib – red.) Elcan qəsəbədə yerləşən yanacaqdoldurma məntəqəsinin yanında bacısı Xatirə ilə nişanlı olan Həşimin nişanı qaytararaq, bacısı ilə evlənməkdən imtina etməsindən özünü və ailə üzvülərini açaldılmış, habelə Həşimi... | publikaz_normalized |
Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti “Kanvas” təşkilatından üç Serbiya vətəndaşının gənclərə və nüfuzlu QHT üzvlərinə hökuməti devirmək taktikalarını öyrətmək üçün sentyabrın sonunda ölkəyə gəlməsi barədə məlumat yayıb. Müstəntiqlərin sözlərinə görə, onların təlimləri və konfransları USAİD-in Gürcüsta... | publikaz_normalized |
Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgər beynəlxalq platformalarda ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyən və həqiqətdən kənar iddialar səsləndirən Almaniyanın xarici işlər naziri Annalena Berboka müraciət edib. Müraciətdə qeyd olunub ki, beynəlxalq hüquq normalarına və demokratik dəyərlərə əməl etmək öhdəliyi daş... | publikaz_normalized |
Xocalıda çətənə bitkisi kultivasiya yolu ilə əkilib-becərilib":"“Xocalıda narkotik plantasiyasının aşkarlanması onu deməyə əsas verir ki, 30 il ərzində harada ki, narkotik vasitələrin kultivasiya yolu ilə əkilib-becərilməsi mümkündür, orada bu işlər geniş səviyyədə təşkil olunub”. Onun sözlərinə görə, antiterror tədbir... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.