text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qastroenteroloq, hepatoloq Sergey Vyalov və tibb elmləri doktoru Zuhra Pavlova insanların qida rasionunda bol olması lazım olan qidaların adlarını açıqlayıblar. Vyalovun sözlərinə görə, zülal xərçəngin əsas “tormozlayıcısıdır”. O, P53 zülalının hüceyrə ölümünün qarşısını almaq üçün nəzərdə tutulduğunu izah edib. Mütəxə...
publikaz_normalized
Son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlaka yararsız bəzi ət məhsullarının satışının qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir. Oktyabrın 5-də vətəndaş şikayəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı mə...
publikaz_normalized
Gizləndiyiniz yerləri xarabalığa çevirəcəyik":"İsrailin Qəzza zolağında Fələstinin radikal HƏMAS təşkilatına qarşı hərbi əməliyyatı uzun və mürəkkəb olacaq". O, məliyyatın məqsədinin Qəzzada HƏMAS strukturunun tamamilə məhv edilməsi olduğunu vurğulayıb və anklav sakinlərini onun ərazisini tərk etməyə çağırıb. Şənbə gün...
publikaz_normalized
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında bildirdi ki, “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”. Bununla Azərbaycan lideri Aİ r...
publikaz_normalized
Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun qatıldığı, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb ...
publikaz_normalized
İsrailin cənubundakı Kibbutz Beeridə fələstinli yaraqlılar tərəfindən girov saxlanılan israillilər bir neçə saat sonra sərbəst buraxılıblar". Bundan əvvəl HƏMAS lideri Saleh əl-Arouri hərəkat qüvvələrinin bütün fələstinliləri dəyişdirmək üçün kifayət qədər israilli girov götürdüyünü bildirib. Qeyd edilib ki, İsrail həb...
publikaz_normalized
qapıçı "qırmızı" aldı, hücumçu qapıya keçdi - VİDEO":"İtaliya A seriyasının 8-ci turu çərçivəsində keçirilən “Cenoa” - “Milan” matçında dramatik anlar yaşanıb. Bu zaman əvəzetmə limiti başa çatdığı üçün qapıya “Milan”ın hücumçusu Olivie Jiru keçib. O, matçın davamında komandasını qoldan xilas etməyi də bacarıb. Qarşıla...
publikaz_normalized
Hər bir insan gələcəyin onları nə gözlədiyini bilmək istər. Bir insanın hansı bürc altında doğulduğunu öyrənmək kifayətdir. Astroloqlar deyirlər ki, bəzi bürclər ilin sonunda inanılmaz dərəcədə şanslı olacaq və onlar həyatlarını yaxşılığa doğru dəyişə biləcəklər. Kim bütün arzularını gerçəkləşdirə bilər? Şir" "Bu, həya...
publikaz_normalized
ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlan Özbəkistanın Daşkənd şəhərində keçirilən MMA (qaydasız döyüş-Qeyd) idman növü üzrə çempionatda qalib olub. O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb. Özbəkistanda yaşayan azərbaycanlılar idmançıya dəstək veriblər. Qeyd edək ki, E.Xanoğlanlı...
publikaz_normalized
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 812 milyon 260 min 364manatdır.
publikaz_normalized
Tacikistan və Qırğızıstanın hökumət nümayəndə heyətlərinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işçi qrupları iki ölkənin sərhədi üzrə olan 43,32 kilometr ərazi üzrə razılığa gəliblər. Qeyd olunur ki, 2023-cü il oktyabrın 3-dən 7-dək Qırğızıstanın Batken vilayətinin Batken şəhərində iki ölkənin hökumə...
publikaz_normalized
İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini açıqlayıb. Kirayəçilərin istifadəsinə 4055 yaşayış sahəsi verilib.
publikaz_normalized
Venesuela ABŞ-ın Cənubi Amerika ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən həbsinə order verilmiş müxalifət lideri Xuan Quaydonu müdafiə edən çıxışına kəskin etirazını bildirib və onun ekstradisiyasını təklif edib. Qeyd olunub ki, Venesuela Bolivar Respublikası ABŞ Dövlət Departamentinin ölkə ədliyyəsindən qaçan Xua...
publikaz_normalized
Çinin Tibet muxtar rayonundakı Şişabanqma dağında baş verən qar uçqunu nəticəsində 2 alpinist ölüb, digər ikisi itkin düşüb. Ölənlərdən biri ABŞ, digəri isə Nepal vətəndaşıdır. Elə itkin düşənlər də ABŞ və Nepal vətəndaşlarıdır. Nepaldan olan digər alpinist isə ciddi xəsarət alıb. Hazırda xilasedicilər hadisə yerində a...
publikaz_normalized
Apple" növbəti smartfonlar seriyası olan "iPhone 16"nın istehsalına başlamağı planlaşdırır. Media mənbələrinin verdiyi məlumata görə, Amerika korporasiyası artıq "iPhone 16"nın ilkin prototipini yaradıb və artıq nümunəni sınaqdan keçirib. Apple" həmçinin dekabrın əvvəlində Çinin Çenqdu şəhərində digər smartfon prototip...
publikaz_normalized
Türkiyənin Malatya vilayətində 4,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 5,93 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
publikaz_normalized
İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının hədəflərinə zərbələr endirir. Bundan əvvəl İsrail Ordusu Qəzza zolağının sakinlərini evlərini tərk etməyə çağırıb. Bundan əlavə, ölkənin cənubundakı İsrailin Barzilai xəstəxanası Qəzza zolağından raket hücumuna məruz qalıb. Hücum nəticəsində 6 nəfər yaralanı...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 3 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.
publikaz_normalized
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq. İlk olaraq "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. Rəqiblərindən bir görüş az keçirən "gənclik şəhəri" təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş xalla sonuncu-10-cu pillədə qərarlaşıb. Tur "Neftçi" və "Qarabağ" arasında keçiriləcək Azərb...
publikaz_normalized
Hər bir evdə və bağda, eləcə də maşında tibbi çanta olmalıdır. Çünki həyat şəraiti bəzən həkimə qədər yardımda insanın özünün özünü xilas etməsi məqamlarını yaradır. -Nurofen, ibuprofen, parasetamoldan biri – yüksək hərarətdə" "-Papaverin, No-şpa – ağrılar, sancılar və əl ayaq donmasında" "-Hidrogen peroksid, bint, bak...
publikaz_normalized
ölənlərin sayı 2 mini ötdü - YENİLƏNDİ 3":"Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb, 9 000-dən çox insan yaralanıb. Agentlik qeyd edib ki, təbiət hadisəsində 2 053 nəfər ölüb, 9 240 nəfər yaralanıb. Bundan başqa, 1 329 ev dağılıb. Eyni zamanda, “Taliban” hökumətinin ...
publikaz_normalized
Birləşmiş Millətlər Təşkilatı (BMT) Pakistandan əfqan qaçqınları ölkədən deportasiya etməməyə çağırıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı həmçinin qeyd edib ki, “Taliban”ın siyasətinə görə vətənlərində risk altında olan şəxslərin deportasiyasına Pakistan xüsusi diqqətlə yanaşmalıdır.
publikaz_normalized
Bərdə rayonunun Saatlı kəndində ümumi sahəsi 40 m² olan bələdiyyəyə məxsus birmərtəbəli tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla...
publikaz_normalized
Əksər yaşayış məntəqələrinə nəzarət bərpa olunub":"İsrail ordusu Qəzza zolağı ilə sərhəddəki yaşayış məntəqələrinin əksəriyyətinə nəzarəti bərpa etdiyini bildirib. İsrail ordusunun sözçüsü bildirib ki, ordu şənbə günü Qəzza sərhədində “Həmas” yaraqlılarının sızdığı yaşayış məntəqələrinin əksəriyyətinə nəzarəti bərpa ed...
publikaz_normalized
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub. “İsrail bir müddət əvvəl HƏMAS terror təşkilatının 10 hədəfinə hücum edib. Hədəflər HƏMAS-ın istifadə etdiyi çoxmərtəbəli binalarda olub. Onların arasında terror təşkilatına məxsus kəşf...
publikaz_normalized
yaralılar var":"Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərini yaşayış məhəllələrini atəşə tutması nəticəsində bir körpə olmaqla 11 nəfər yaralanıb. Bildirilib ki, gecə saatlarında Xersonun yaşayış məhəllələri dəfələrlə işğalçılar tərəfindən atəşə tutulub. Evlərə, avtomobillərə, qazpaylayıcı şəbəkələrə ziyan dəyib. Bəz...
publikaz_normalized
Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər davam edir. Müdafiə nazirinin əmrinə əsas...
publikaz_normalized
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri Komandanlığı Livan-İsrail sərhədində sabit vəziyyətin qorunması üçün əlavə tədbirlər görüb. Onun sözlərinə görə, sülhməramlılar İsrailə raket hücumları təhlükəsini nəzərə alaraq, bütün məsuliyyət zonasında patrulları artırıblar. “Qəzzada hadisələrin başlandığı gündən qüvvələr koman...
publikaz_normalized
İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə Əl-İslamiyyə) terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 800 nəfər yaralanıb.
publikaz_normalized
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi başa çatıb. Oktyabrın 8-də Azərbaycan H...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfərə gedib. Azərbaycan Prezidentini Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşılayıblar.
publikaz_normalized
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 9-cu turunun “Osasuna” ilə oyununda (4:0) dubla imza atıb. 20 yaşlı ingilis bu mövsüm “Real”ın heyətində bütün yarışlarda 10 oyunda meydana çıxıb, 10 qol vurub, 3 məhsuldar ötürmə edib. Bu, Kriştiano Ronaldonun “Real”da ilk 10 oyununda əldə etdiyindən çoxdur – 10+1. Be...
publikaz_normalized
İsrailin özünümüdafiə haqqı var və ABŞ-ın bu məsələdə mövqeyi dəyişməz qalır. Bəyanatda nazir Lloyd Ostinin İsraildəki hadisələri yaxından izlədiyi və ölkəyə yardım vəd etdiyi bildirilib: “Yaxın vaxtlarda Müdafiə Nazirliyi İsraili özünümüdafiə və vətəndaşların zorakılıq və terrorizmdən qorunması üçün lazım olan hər şey...
publikaz_normalized
İsrail aviasiyası Qəzza zolağında Fələstinin HƏMƏS radikal qruplaşmasının “kəşfiyyat bölməsinin rəhbəri”nə məxsus binalar kompleksinə zərbə endirib. “Bir müddət əvvəl İsrail ordusunun qırıcı təyyarələri HƏMƏS terror təşkilatının kəşfiyyat bölməsinin rəhbərinə məxsus binalar kompleksini vurub. Hazırda İsrail Qəzza zolağ...
publikaz_normalized
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin nişanlanıb. Nəzrin gənc müğənni Mərdan Kazımovla nişanlanıb. Qeyd edək ki, M.Eyubovanın dörd övladı var.
publikaz_normalized
ABŞ-nin Türkiyədəki səfirliyi Ankaranın İsrail-Fələstin münaqişəsi ilə bağlı çağırışlarına qatıldığını açıqlayıb. “Fələstin və İsraildə böyük miqyaslı insani faciələrin baş verdiyinin şahidi oluruq. Gərginlik və zorakılığın azaldılması çağırışlarında Türkiyə hökumətinə və bir çox dünya liderinə qatılırıq”, - səfirlik d...
publikaz_normalized
Qəzza zolağında 400-dən çox HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlısı zərərsizləşdirilib, onlarla silahlı əsir götürülüb. “Qəzzada 400-dən çox terrorçunu məhv etdik, onlarla terrorçu isə əsirliyimizdədir”, - telekanal mətbuat katibindən sitat gətirib. Qeyd olunub ki, Kfar-Azda şiddətli döyüşlər gedir. Xatırlad...
publikaz_normalized
Bu gün Bakıda və rayonlarda yağış yağacaq. Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq....
publikaz_normalized
HƏMAS lideri Ayman Yunis bu gün səhər aparılan əməliyyat nəticəsində öldürülüb. Məlumata görə, İsrail ordusunun zərbələri nəticəsində onun Nusirat şəhərindəki evi dağıdılıb. Terrorçunun meyiti dağıntılar altından tapılıb.
publikaz_normalized
Lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş döyüş mövqelərindən birinə baxış keçirilərkən hərbi tibbi yardım üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin hərbi yükün daşınması məqsədilə istifadə edilməsi müəyyən edilib. Qeyd edək ki, mülki təyinatlı texnikanın hərbi məqsədlərl...
publikaz_normalized
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb.
publikaz_normalized
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb ...
publikaz_normalized
Ölənlər var - VİDEO":"Misirin İsgəndəriyyə şəhərində israilli turistləri daşıyan avtobus atəşə tutulub. Məlumata görə, hadisəni törədən polis əməkdaşı saxlanılıb. Bildirilib ki, ölənlər İsrail və Misir vətəndaşlarıdır.
publikaz_normalized
İran hökumətinin müxtəlif şəhərlərdə təşkil etdiyi HƏMAS-a dəstək aksiyalarında Azərbaycan əleyhinə təhdidlər səsləndirilib. Oktyabrın 7-i gecə saatlarında SEPAH və "Bəsic" üzvlərinin Zəncanda keçirdikləri aksiyada çıxışçı Mehdi Rəsuli Azərbaycanın İsrailə dəstək verdiyini deyib, bunun Azərbaycan üçün ağır nəticələrə g...
publikaz_normalized
Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopt...
publikaz_normalized
Sumqayıtda 37 yaşlı kişi itkin düşüb. Faktla bağlı polisə məlumat verilib.
publikaz_normalized
ABŞ-ın “Di Si Yunayted” klubu baş məşqçisi Ueyn Runi ilə yollarını ayırıb. Vaşinqton klubu 37 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını açıqlayıb. Qeyd edək ki, Ueyn Runi ötən ilin yayında "Di Si Yunayted"ə baş məşqçi təyin olunmuşdu.
publikaz_normalized
HƏMAS yaraqlılarının İsrailə hücumunu əks etdirən şəkillər yayılıb. Fotolarda hərbi münaqişə zamanı həlak olan mülki şəxslər əks olunub. Xatırladaq ki, dünən HƏMAS qruplaşması İsrailə qəfil hücuma keçib. Hərbi əməliyyatlar nəticəsində HƏMAS döyüşçüləri İsrailin müxtəlif şəhərlərinə soxulublar və dinc sakinləri güllələy...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.
publikaz_normalized
“Tək istəyim Bakıya qayıtmaqdır” - VİDEO":"Tel-Əvivə konsertə gedən “Avroviziya” təmsilçilərimizdən olan Samirə Əfəndi ailəsi ilə birlikdə orada qalıb. Kövrələn müğənni bu gün Bakıya qayıtmaq üçün bilet aldıqlarını deyib: “Videolara baxırıq, dəhşətdir. Bir də təsəvvür edin burada nələr olur. İnsanlar qışqırır, qaçır, a...
publikaz_normalized
Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk. Ənənəvi görüşlərin ölkələrimizin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha sıx dostluq etməsi məqsədinə xidmət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Əsrlər boyu bizi...
publikaz_normalized
Xalq artisti Röya Ayxan həmkarı Dilarə Kazımovanın obrazını təkrarlayıb. Məlum olub ki, 10 kq-lıq kosretdə bir neçə ay əvvəl müğənni Dilarə Kazımova da fotosessiya etdirib. Qeyd edək ki, Rusiyada populyar simalarla əməkdaşlıq edən dizayner Saşa Amplitudanın müəllifi olduğu aksesuarın qiyməti 2 min manatdır.
publikaz_normalized
Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin...
publikaz_normalized
Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir. Gürcüstanın baş naziri bu ilin aprelində Qəbələyə səfərə və səmimi qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Bizim Azərbaycan Prezidenti ilə çox səmərəli görüşümüz oldu, bir çox məsələləri, o cümlədən enerji, nəqliyyat və logistika sahəsində...
publikaz_normalized
Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm ta...
publikaz_normalized
İsrailin daha bir şəhəri terrorçuların hücumuna məruz qalıb. Bölgədə İsrail ordusu terrorçular arasında gərgin döyüşlər gedir. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
publikaz_normalized
Son illər ərzində respublikanın əksər bölgələrində müxtəlif dövrlərdə əkilmiş Eldar şamı ağaclarının kəskin quruması halları müşahidə olunur. Təəssüflər olsun ki, bu cür quruma halları Naftalan şəhərinin yaşıllıq ərazilərində də baş verib. beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda keçirilən beynəlxa...
publikaz_normalized
Polşanın paytaxtı Varşavada azərbaycanlılar Ermənistanın destruktiv siyasətinə etiraz edirlər. Onlar Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroruna etiraz edir və sülhə çağırırlar.
publikaz_normalized
Təl-Əviv yaxınlığında yerləşən İsrailin ən böyük David Ben-Qurion Beynəlxalq Hava Limanı normal şəkildə işləməyə davam edir, uçuşların ləğvi ilə bağlı bütün qərarlar aviaşirkətlər tərəfindən özəl olaraq verilir. “Vətənə qayıtmaq istəyən xaricdəki israillilərə bildirmək istəyirik ki, Ben Qurion hava limanı uçuşlar və en...
publikaz_normalized
Həm enerji, həm də nəqliyyat sahəsində çox böyük planlarımız var. Bu sahədə böyük uğurların olduğunu vurğulayan dövlət başçısı bildirib: “Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir”.
publikaz_normalized
İsrailin dünyadakı səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib. "Bütün İsrail diplomatlarına təhlükəsizlik orqanlarının icazəsi olmadan evlərini tərk etməmək tapşırılıb. "İsrail mediası xəbər verir ki, xaricdə işləyən diplomatlar “bu cəfəngiyatdır və praktiki olmayan göstərişdir” deyib və onlardan bəziləri X...
publikaz_normalized
Qlükoza kimi tanınan rusiyalı müğənni Natalya İonova əri və qızları ilə ikinci gün İsrailin bomba sığınacağında gizlənməli olub. Məlum olub ki, onlar amerikalı ifaçı Bruno Marsın oktyabrın 7-də Təl-Əvivdə baş tutmalı olan konsertini izləməyə gediblər, lakin Həmasın ölkəyə hücumu başladığından proqram ləğv edilib. Qlüko...
publikaz_normalized
Qranada görüşündə Əliyev olmadan Paşinyan, Şolz, Makron və Mişelin qəbul etdiyi birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü (86,600 km2) tanınsa da, detallar heç də Bakının maraqlarına və mövqeyinə uyğun deyil. Mümkündür ki, bu bəyanat öncədən hazırlanmışdı və Əliyevin görüşdən imtina etməsinin səbəblərindən biri də m...
publikaz_normalized
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 8-i saat 14:00-a olan məlumatına əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 17 m/s olub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-28 dərəcə isti, Naxçıvan ...
publikaz_normalized
O ki qaldı, gələcək planlarımıza, burada da əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik var. Biz Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında böyük məmnuniyyətlə iştirak edə bilərik. Gürcüstanın baş naziri ilə görüşdə Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayan dövl...
publikaz_normalized
Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən yaşıl enerji dəhlizi layihəsidir. Burada da biz, Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik. Bu layihənin texniki-iqtisadi əsaslandırmasının yaxın aylarda hazır olacağını qeyd edən dövlətimizin başçısı bildiri...
publikaz_normalized
Sabah dumanlı hava şəraiti ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq. Oktyabrın 9-da əsasən gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-800 m-dək məhdudlaşacağı ehtimalı var.
publikaz_normalized
Məşhur müğənni Murad Bozun həmkarı Oğuzhan Koçla görüntüləri gündəm yaradıb. Sözügedən kadrlar sosial mediada yayılıb. Sənətçilər yayılan kadrlarla bağlı heç bir açıqlama vermeyib. Qeyd edək ki, Oğuzhan Koçla aktrisa Demet Özdemir avqust ayında boşanıb. Your browser doesn't support video.
publikaz_normalized
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
publikaz_normalized
38 yaşlı aktyor Burak Özçivit Pakistan səfərində qorxulu anlar yaşayıb. Aktyoru görə bilmək üçün ticarət mərkəzinə yüzlərlə insan axışıb. Əzilmək təhlükəsi yaşayan ulduz mühafizəçilərin yardımı ilə izdihamdan xilas ola bilib. Sözügedən görüntüləri sosial mediada yayılıb.
publikaz_normalized
Sarımsağın məqbul miqdarda müntəzəm istifadəsi insan sağlamlığına müsbət təsir göstərir. Bu məhsul orqanizmi faydalı mikroelementlərin bütün siyahısı ilə təmin etməklə yanaşı, infeksiyalarla mübarizəni asanlaşdırır. Sarımsağın tərkibində antioksidantlar, minerallar, manqan və kalium, həmçinin qan təzyiqi və xolesterin ...
publikaz_normalized
Vitamin D insanların çoxunun il boyu əlavə qəbul etməli olduğu yeganə faydalı elementdir. O, işığın təsiri altında dəridə sintez olunsa da, havalar soyuqdan sonra yetərli olmur. Onun sözlərinə görə, qida rasionunuza balıq, kürü, yumurta sarısı və süd əlavə etməklə, həmçinin təmiz və günəşli havada kifayət qədər vaxt ke...
publikaz_normalized
İsrail Təhsil Nazirliyi təhlükəsizlik vəziyyəti ilə əlaqədar oktyabrın 9-da və 10-da ölkə üzrə təhsil müəssisələrində dərsləri ləğv edib.
publikaz_normalized
Keçmiş futbolçu Lior Asulin İsraildə alovlanan münaqişə zamanı dünyasını dəyişib. Onun itkin düşdüyü bildiriləndən bir neçə saat sonra məlum olub ki, klubun sabiq oyunçusu Lior Asulin Raim şəhərində terrorçular tərəfindən öldürülüb. “Hapoel” bu çətin vaxtda Lior ailəsinə başsağlığı və dəstək verir. Özünüzün və ailə üzv...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib. Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqını...
publikaz_normalized
İnsan Afrika vəbasına yoluxa bilməz, lakin donuzlar arasında epidemiya başlaya bilər. Virus insanlar üçün patogen deyil. Xəstəlik yalnız donuzlardan donuzlara yoluxa bilər. Virusun genomuna malik ət pərakəndə satışda olsa da, bu, ümumiyyətlə insanlar üçün təhlükəsizdir", - Aqranovski bildirib. Lakin mütəxəssis qeyd edi...
publikaz_normalized
700-dən çox ölü, 2200-dən yuxarı... - YENİLƏNDİ":"Oktyabrın 8-i axşam saatlarında HƏMAS-ın İsrailə hücum nəticə ölənlərin sayı 700-ü ötüb. İtkin düşənlərin və yaraqlılar tərəfindən əsir götürülənlərin sayı dəqiqləşdirilir. xxx" "17:48" "Həmas qruplaşmasının Qəzza yaxınlığındakı İsrail icmalarına kütləvi hücumu və İsrai...
publikaz_normalized
Bərdə rayonunun Qazaxlar kəndində traktorun kabinası yanıb, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 188 nəzarətç...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin nişanlanıb. Nəzrin gənc müğənni Mərdan Kazımovla nişanlanıb.
publikaz_normalized
Sosial şəbəkələrdə HƏMAS silahlılarının İsrailin cənubundakı hücumundan sonra zorla Qəzza zolağına aparılan israilli qızların videosu yayılıb. Bir çoxu yeniyetmə kimi görünən qızlar yerdə oturub və qorxudan qucaqlaşırlar. Çoxları istirahət paltarı və pijama geyimindədirlər. Otağın girişində avtomatla silahlanmış bir ad...
publikaz_normalized
Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. - Bizim çox hörmətli qonağımız, əziz dostumuz cənab İlham Əliyevi salamlayıram. Cənab Prezident, Sizi Gürcüstanda görməyə şadam. Sizi və nümayəndə heyətinizi sala...
publikaz_normalized
Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir. Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək. Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstəri...
publikaz_normalized
ABŞ dövlət katibi Antoni Blinken Livanın "Hizbullah" qruplaşmasına müraciət edərək onun ardıcıllarını İsrailə qarşı müharibədə iştirak etməmək barədə xəbərdarlıq edib. ABŞ prezidenti Co Bayden vəziyyətdən istifadə etmək istəyən hər kəsə aydın mesaj verib: İstər "Hizbullah" və Livanla birlikdə şimal, istər İordan çayını...
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib. Kapital Bank Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Gənclik şəhəri" təmsilçisinin heyətində 62-ci dəqiqədə Roi Kehat fərqlənib. Bu nəticədən sonra xallarının sayını 11-ə yüksəldən "Sumqayıt" 6-cı sıradakı "Tur...
publikaz_normalized
Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Azərbaycana rəsmi səfər edəcək. Cilani həmçinin tədbir çərçivəsində üzv ölkələrin nazirləri və digər nüfuzlu şəxslərlə ikitərəfli görüşlər keçirəcək. Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri iş...
publikaz_normalized
Oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.
publikaz_normalized
Türk xalqları arasında mədəniyyət sahəsi üzrə çoxşaxəli əməkdaşlıq əlaqələri var". Türk xalqları üçün ən əsas məqsədlərdən biri ortaq film anlayışının inkişafı məsələsidir". Nazir müavini festival çərçivəsində türk kino xadimlərinin bir araya gəlməsinin türk xalqlarının ortaq film və layihələri istiqamətində önənli mər...
publikaz_normalized
Misli Premyer Liqasında 9-cu tura yekun vurulur. Neftçi Arena"da keçirilən matç başlar-başlamaz, "Forza Neftçi" azarkeş qrupunun üzvləri stadionu tərk ediblər. Belə ki, polis əməkdaşlarının azarkeşlərə pankart açmağa icazə verməməsi onların narazılığına səbəb olub və fanatlar tribunaları tərk ediblər. Bu barədə məlumat...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Əraziyə nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000-dən çox raket atıldığını bildirib. "Tel-Əvivə konsertə gedən "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi də bu səbəbdən ailəsi...
publikaz_normalized
Türkdilli xalqlar arasında dil sahəsindəki anlaşılmazlığın həlli kino sahəsindən keçir". Onun sözlərinə görə, türklər öz aralarında ortaq bir dillə anlaşmalıdır: Bu problem də təbii ki, kino sektoru ilə aradan qaldırıla bilər. Türkdilli xalqlar bir-birilə söhbət edərkən yaşadığı anlaşılmazlıq qəbuledilməzdir". Sayit Yu...
publikaz_normalized
İngiltərə Premyer Liqasının 8-ci turunda "Brayton" "Liverpul"u qəbul edib. Oyunda hesab 20-ci dəqiqədə açılıb. Simon Adinqra "qırmızılar"ın qapıçısı Alisson Bekerin mövqeyini itirməsindən istifadə edərək ev sahiblərinin ilk qolunu vurub. 40-cı dəqiqədə Mersisayd təmsilçisi "status-kvo"nu bərpa etməyi bacarıb: Məhəmməd ...
publikaz_normalized
Yaxın Şərqin "qara düyün"ü belə açıla bilər":"Yaxın Şərqdə sülh ancaq Fələstinin müstəqilliyi ilə mümkündür". Alov yandırmağa ehtiyac yoxdur, ədalətli dünyanın itirənləri yoxdur, Fələstin məsələsi beynəlxalq hüquq normaları və iki dövlətin birgə yaşaması faktının tanınması əsasında həll edilməlidir", - deyə siyasətçi b...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 8-də başa çatıb. Azərbaycan Prezidentini Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yola salıb.
publikaz_normalized
Korkut Ata" tanınmış mötəbər festivala çevrilib":"Korkut Ata" Türk Dünyası Film Festivalı üç ildir ki, fəaliyyər göstərir. Tanınmış mötəbər festivala çevrilib". Bu ilki festivalda çox maraqlı proqram var. Bir çox türk xalqlarının filmləri nümayiş olunacaq. Fürsətdən istifadə edən bütün müsabiqə iştirakçılarına uğurlar ...
publikaz_normalized
xəsarət alan var":Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 9 m² sahədə yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğınd...
publikaz_normalized
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən HƏMAS-ın mövqelərini bombardman etməyə başlayıb. Həmin videonu təqdim edirik:
publikaz_normalized
daha iki məntəqə...":"Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları daha iki daimi müşahidə məntəqəsini bağlayıb. Qeyd edilir ki, gün ərzində tərəflərin təmas xəttindən mühafizə postlarının tərksilah edilməsi və geri çəkilməsi ilə əlaqədar Xocavənd və Ağdərə rayonlarında iki müşahidə məntəqəsi b...
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub. Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. İlk qolu 46-cı dəqiqədə Olavio Juninyo vurub. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb. Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" lider "Zirə"yə ça...
publikaz_normalized