text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İsraildə ehtiyatda olan təxminən 300 min hərbçi orduya çağırılacaq. Bildirilib ki, bu İsrail tarixindəki "ən böyük, ən sürətli" çağırışdır. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu səfərbərlik elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyy...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaxınlıqdakı nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. ...
publikaz_normalized
13:10" "Qarabağda separatçıların qandallanaraq Bakıya gətirilməsindən sonra Ermənistanda əsas müzakirə mövzularından birinin Azərbaycanın “qara siyahı”sında olan cinayətkarların taleyinin necə olacağıdır. Bu cinayətkarların bir qismi artıq qandallanıb. Bəs digərlərinin cəzalandırılması baş tutacaqmı? Aydındır ki, Ermən...
publikaz_normalized
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destruct...
publikaz_normalized
Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra bölgədə kütləvi olaraq narkotik tərkibli bitkilərin əkildiyi plantasiyaların aşkar olunması barədə məlumatlar verilib. Fermer təsərrüafatı adı altında fəalliyyət göstərmiş plantasiyada yetişdirilən narkotik tərkibli...
publikaz_normalized
Gürcüstanın keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili Lvov vilayətində baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, qəza oktyabrın 8-də baş verib. Tkeşelaşvilinin olduğu “Audi A8” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Toqquşma ...
publikaz_normalized
HƏMAS-ın hücum etdiyi İsrailin "Nature Party" musiqi festivalından görüntülər yayılıb. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb. Eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab o...
publikaz_normalized
İsrailin Beeri şəhəri uğrunda döyüşlərdə ordunun 36 yaşlı azərbaycanlı zabiti Emin Axundov həlak olub. Həmyerlimiz şəhərin hərbi məzarlığında dəfn edilib.
publikaz_normalized
İngiltərəli qadın futbolçu Madlen Rayt "OnlyFans"da hesab açıb. Raytın "İnstaqram" hesabında 326 min izləyicisi var. O, mütəmadi olaraq məftunedici fotolar paylaşır. İndi idmançı bunu növbəti səviyyəyə qaldırıb. Rayt "OnlyFans" hesabını yaratdıqdan sonra təxminən 500.000 funt sterlinq qazanc əldə edib. Onun səhifəsini ...
publikaz_normalized
Güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Final görüşlərinin ardından qaliblər medal və diplomlarla təltif olunublar. Mükafatlandırma mərasimindən sonra ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançılara, hakimlərə və çempionatın uğurla keçirilməsi prosesində işt...
publikaz_normalized
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni baza məktəblərinin yaradılması planlaşdırılır. Qeyd olunub ki, ADPU-nun baza məktəblərinin yaradılması ilə bağlı qaydalar layihəsi, baza məktəbi ilə ADPU arasında birgə iş planının layihəsi və təklif olunan baza məktəblərinin siyahısı hazırlanaraq, Elm və təhsil Na...
publikaz_normalized
İnter Mayami"nin futbolçusu Lionel Messinin mühafizəçisi Yasi Çeuko növbəti dəfə diqqət mərkəzinə düşüb. O, demək olar heç kimi Leoya yaxın buraxmır. Azyaşlı fanatlardan biri Mayami təmsilçisinin son oyunu bitdikdən sonra Messiylə şəkil çəkdirmək üçün meydana daxil olub. Bu zaman Yasin həmin fanatın qarşısını kəsib və ...
publikaz_normalized
Razı deyildim, gizli getdilər":"“Deyilənə görə yaxşı ifaşı olmuşam. Çox təəssüf edirəm ki, səsimi itirdim. Kaş balamla bir duetim olardı. Onunla “Ninnə yarım” mahnısını orijinal formasında oxuyardım”. Sonra anası dedi ki, bilirsən qızın nə oxuyur? Təsadüfən səsini dinlədim, ürəyim getdi. Onu saxlamaq günah idi” - deyə ...
publikaz_normalized
Əlbəyaxa dava - VİDEO":"Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçından (0:2) sonra qalmaqal yaşandığı barədə məlumat vermişdik. Daxili İşlər Nazirliyi bundan sonra məlumat yayaraq milli komandamızın üzvünün çantasının oğurlandığını və izahat yazması üçün bölməyə dəvət edild...
publikaz_normalized
Onların sirri bu 5 dəqiqədədir":"Dünyanın ən uzunömürlü insanları - yaponlar günə 5 dəqiqəlik bəsit məşqlə başlayır. Sağlam qidalanma, müsbət düşüncələr, yaxşı münasibətlər... Bütün bunlar uzun ömür üçün təsirli olsa da, fiziki aktivlik əslində bu formulun əvəzolunmaz hissəsidir. Radio Taiso yaponların hər gün etməyə ç...
publikaz_normalized
Aktyor Müşfiq Şahverdiyev və həyat yoldaşı Aynurə ayrılıb. Aynurə övladı ilə birlikdə Ukraynada yaşayır. Qeyd edək ki, Müşviq və Aynurə 2017-ci ildə ailə qurub. Onların 2019-cu ildə bir oğul övladı dünyaya gəlib. Onlar sonuncu dəfə ötən ilin fevralında Dubayda istirahət edərkən birlikdə foto yayımlayıblar.
publikaz_normalized
Uşaqlar arasında yayılan virus...":"Payız və qış aylarında havaların soyuması baş verən zaman kəskin respirator virus infeksiyaları daha çox yayılır. İstər böyüklər, istərsə də uşaqlar arasında çoxsaylı xəstələnmə halları törədir. Bu viruslar müxtəlifdir, hər mövsümdə bəziləri yenilənir. Onların törətdikləri xəstəliklə...
publikaz_normalized
Tarixi qərar sabah rəsmən açıqlanacaq":"Sabah, oktyabrın 10-da Avro-2032-ni qəbul edəcək ölkənin adı rəsmən açıqlanacaq. Bu iki ölkə 9 il sonra bşa tutacaq yarışı birlikdə qəbul edəcək. Rusiya da Avro-2032-ni qəbul etmək üçün UEFA-ya müraicət edib. Ancaq şimal qonşularımızın bu təklifi Ukrayna ilə müharibə şəraiti olma...
publikaz_normalized
Putin tapşırıb ki...":"Rusiya prezidenti Vladimir Putin seçkilərin keçirilməsinin zəruriliyindən danışıb, Kreml onun sözlərini rəhbər tutur. Peskovun sözlərinə görə, çətin ki, hətta nəzəri cəhətdən kimsə qarşıdan gələn seçkilərdə indiki Rusiya lideri ilə rəqabət apara bilsin. Biz Putinin sözlərindən çıxış edirik, o, Ko...
publikaz_normalized
“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia növbəti dəfə Əlcəzair yığmasına çağırılmayıb. Benzia ən yaxşı formada olan əlcəzairli yarımmüdafiəçidir. 10 avrokubok matçında iştirak edib, amma dəvət almır”. Benzia isə dostunun bu fikirlərini İnstaqram səhifəsində paylaşaraq narazılığını büruzə verib. Əlcəzair yığmasının ba...
publikaz_normalized
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Bildirilib ki, ötən həftə tank əleyhinə 67, piyada əleyhinə isə 31 mina aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 426....
publikaz_normalized
“Alyans Biznes” MMC və bir neçə şirkətin rəhbəri Elxan Vahidov həbs edilib. Bildirilib ki, E.Vahidovun şirkətlərinin büdcəyə ümumilikdə 283 min 383,82 manat vergi borcu formalaşıb və o, həmin vergiləri ödəməkdən yayınıb. Belə ki, mülki iddiaçı Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi E.Vahidovdan 63 min ...
publikaz_normalized
Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov iştirak edəcək. Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmi...
publikaz_normalized
İsrail-Fələstin müharibəsi haqda nə deyib?":"Daha çox “Nostradamus” kimi tanınan Mişel de Nostradamın İsrail və Fələstinlə bağlı proqnozları yenidən gündəmə gəlib. Qəzetin yazdığına görə, son 100 ildə Adolf Hitlerin yüksəlişindən tutmuş Con Kennedinin güllələnməsinə qədər bir sıra hadisələri düzgün proqnozlaşdıran Mişe...
publikaz_normalized
Peskov Jirinovskinin Yaxın Şərqdə üçüncü dünya müharibəsi ilə bağlı öngörücülüyündən danışıb. O qeyd edib ki, hər kəsin başı İsrail-Fələstin müharibəsinə qarışacaq və Ukrayna münaqişəsi unudulacaq. Kremlin sözçüsü bildirib ki, Jirinovski gələcəkdə dünya işlərindəki tendensiyaların dəqiq təhlilini ehtiva edən bir çox bə...
publikaz_normalized
Azərbaycanın müxtəlif bölgələrində xalis kərə yağı adı altında, saxta yağlar satılır. Hətta onların daha çox Gəncə və Bərdədən gətirildiyi də deyilir. Hazırda marketlərdə xalis kərə yağının 1 kiloqramına olan qiymət 18-20 manat aralığında satılır. Qiymət fərqinin bu qədər kəskin olmasına baxmayaraq insanlar hələ də 4 m...
publikaz_normalized
İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu ölkəyə və əks istiqamətdə reyslərlə bağlı xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir. Bildirilib ki, AZAL-ın sərni...
publikaz_normalized
Because Armenia" adlı erməni "Facebook" səhifəsi nağara-zurnanın Ermənistana aid olduğunu iddia edən bir paylaşım edib. Ermənilər "dhol və zurna (nağara və zurna) ənənəvi erməni musiqisində mühüm əhəmiyyət kəsb edir və onlar zəngin musiqi irsimizin şərəfləndirilməsində mühüm rol oynayırlar" ifadələri ilə başlayan yazın...
publikaz_normalized
İsraildə azərbaycanlı zabitin həlak olduğu haqda məlumat vermişdik. "Publik.az xəbər verir ki, Emin Axundovun İsrail polisində komanda rəisi kimi xidmət etdiyi məlum olub. O, Beer döyüşündə həlak olub. 36 yaşlı mərhum polis zabiti İsrailin cənubundakı Ofakim şəhərinin sakini idi. O, dünən Beer Şeva hərbi qəbiristanlığı...
publikaz_normalized
Bioimperializmin zəhərli məhsullarından necə qorunaq?":"Payız fəsli davam etdikcə evdə konserv hazırlamaq təlaşı artır. Bu gün demək olar ki, hər evdə konservləşdirilmiş qidalardan istifadə olunur. Bəzi həkimlər konservlərin insan orqanizminə vurduğu zərərdən danışsa da, bəziləri insan üçün xeyrini də vurğulayır. ÜST k...
publikaz_normalized
“Naxçıvan Muxtar Respublikası Xəstəxanası” PHŞ-nin Kardioloji Mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin ölməsi ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı toplanmış sübutlara əsasən Elməddin Vəliyevdə aşkar edilmiş sağ ağciyər xərçənginin həkimlər ...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib. Bildirilib ki, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi polkovnik Mustafa Rəcəbov və...
publikaz_normalized
Dünyaca məşhur şou ulduz, model Kayli Cennerin İsraili dəstəkləyən paylaşımı böyük əks-səda doğurub. Biz indi və həmişə İsrail xalqının yanındayıq. Kayli Cenner-in İsrailə dəstək yazısı qısa zamanda reaksiya görüb. Model tənqidlərdən sonra paylaşımını silib.
publikaz_normalized
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xocalı rayon Məşğulluq Mərkəzinin sabiq müdiri həbs edilib. Onun haqqında Bakı şəhər Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsilə açılmış işin materialları Nizami rayon Məhkəməsinə göndərilib. Məlum olub...
publikaz_normalized
AFFA İntizam Komitəsi (İK) “Qarabağ”ı cərimələyəcək. Bayramovun fərqli şortla oynaması klubu sadəcə maddi baxımdan ziyana salacaq. Bununla bağlı başqa bir qərar olmayacaq. Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
publikaz_normalized
1 şüşə arağa görə... - Video":"Oktyabrın 6-da Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən “Bolmart” supermarketində insident baş verib. Bu zaman supermarketin mühafizəçiləri onu tutublar və polisə təhvil veriblər. Məlum olub ki, spirtli içkini oğurlayan şəxs Lerik rayonunun Murya kəndində anada...
publikaz_normalized
Bu, xalqımızın xəyallarını gerçəkləşdirmək üçün...":"Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya ərizə təqdim edib. 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya niyyət məktubu göndərmişik. Bu, FİFA-ya üzv ...
publikaz_normalized
Deyə bilməzsən ki...":"Ukrayna prezidenti Vladimir Zelenski HƏMAS-ın İsrailə hücumunu Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqələndirib və hər iki münaqişə ilə bağlı İranı tənqid edib. O, toplantıya videobağlantı vasitəsilə qoşulub. “İran deyə bilməz ki, Rusiyaya “Şahid” (dronlar) satırsa, Ukraynada baş verənlərlə heç b...
publikaz_normalized
Prezident İlham Əliyev Siyəzən rayonunun Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələl...
publikaz_normalized
İsrail-Fələstin münaqişəsinin tarixi uzun əsrlərə dayanır. Belə ki, elə son yüz ildə biz 3 dəfə - 1947-1949-cu illərdə, 1967-ci ildə və 1973-cü ildə Ərəb-İsrail müharibələrinə şahidlik etmişik. Yəni bu proses davamlı şəkildə gedir. "Politoloq hesab edir ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yenidən alovlanma...
publikaz_normalized
HƏMAS-ın son illərdə İsrailə qarşı həyata keçirdiyi ən böyük əməliyyatın əks-sədası davam edir. Dünya “İsrail necə hazırlıqsız tutuldu?” sualına cavab axtararkən, bütün gözlər HƏMAS-ın İsrailə qarşı hücumlarından sonra “Qonaq” ləqəbli o ada çevrilib. İsrailə qarşı ölümcül hücumun arxasındakı memar” başlıqlı xəbərdə Dey...
publikaz_normalized
qadağan olunmuş maddə qəbul edəcək":"ABŞ Antidopinq Agentliyi (USADA) transgender qaçışçıya istifadəsi qadağan olunan testosteron qəbul etməyə və yarışmağa icazə verib. O, testosteron qəbul etməsinə baxmayaraq, ABŞ Atletika Federasiyasının himayəsi altında keçirilən turnirlərdə iştirak etmək üçün Amerika Antidopinq Age...
publikaz_normalized
Elektrik, yemək, yanacaq yoxdur":"İsrailin müdafiə naziri Yoav Qallant Qəzzanın tam mühasirəyə alınması əmrini verdiyini bildirib. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiklərini açıqlamışdı. Qəzzadan İsrailə doğru min...
publikaz_normalized
Yarasaların viruslarla mübarizə aparmağa imkan verən güclü immun sisteminə malik olduğu məlumdur. Yeni bir araşdırma yarasaların xərçənglə mübarizədə yeni yolların açılmasında əsas rol oynaya biləcəyini göstərir. Oxford University Press tərəfindən nəşr olunan bir məqalə yarasaların COVİD-19 və xərçəng kimi infeksiyalar...
publikaz_normalized
Abşeron rayonunun Qobu qəsəbəsində keçirilən əməliyyat zamanı 35 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçi...
publikaz_normalized
Oktyabrın 7-də səhər HƏMAS təşkilatı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirib, hücumlara başlayıb. Baş verənləri bir neçə sual ətrafında aydınlaşdırmağa çalışaq. İran mediası uzun müddət idi ki, İsrailin Bəhreyn, Şimali İraq və Azərbaycanda yerləşərək İranı mühasirəyə almasına cavab olaraq “Hizbul...
publikaz_normalized
Polşa Rusiya səfirliyindən ələ keçirdiyi istirahət mərkəzini hərbçilərə təhvil verib. Obyektin hərbçilərə təhvil verilməsi mərasimində Polşanın müdafiə naziri Mariuş Blaşçak iştirak edib. Nazir bildirib ki, bu ərazilərdə hərbi ərazi müdafiəsi təlimləri keçiriləcək. Qeyd edək ki, 1980-ci illərdə Rusiya səfirliyi Varşava...
publikaz_normalized
“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq. Filmdə bəhs edilən hadisələr Bakıda cərəyan edir. Süjetin mərkəzində klassik sevgi üçbucağı mövzusu var: Film ərzində baş verən proseslər bir daha sübut edir ki, insanlar arasında mental və mədəni fərqlər həqiqi sevgiyə və xoşbəxtliyə mane ola bilməz. Azərbaycan, R...
publikaz_normalized
Lerik rayonunun Züvüç kənd sakinləri bu aydan etibarən artıq odunun yox təbii qazın istisinə isinəcəklər. Birlik hər zaman olduğu kimi öz ənənəsinə sadiq qalaraq, şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlayıb. Belə ki, təbii qazla yeni təmin olunan Züvüç kəndində şəhid ailələrinin yaşadığı fərdi yaşayış evl...
publikaz_normalized
Millimizə qarşı oynamayacaq - RƏSMİ":"Avstriya millisinin kapitanı David Alaba Avro-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı keçiriləcək oyunları buraxacaq. Bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Baş məşqçi Ralf Ranqnik ona dəvət göndərsə də, tibbi müayinədən sonra yığmanı...
publikaz_normalized
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədr ümavini Şəhriyar Heydəri Qarabağın erməni torpağı olduğunu iddia edib. Daha sonra “Azərbaycan sionist rejimdən istifadə edərək, Ermənistan üzərində hərbi üstünlük əldə edib” iddiasını təkrarlayıb. “Qarabağ ənənəvi olaraq Ermənistana məxsusdur və ...
publikaz_normalized
Oktyabrın 9-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azə...
publikaz_normalized
Zəlzələlər piltələrin Yerdaxili tektonik hərəkətləri nəticəsində baş verdiyinə görə dünyanın müxtəlif seysmogen zonalarında baş verir. Bildirilib ki, bu ilin əvvəlində qardaş Türkiyədə baş verən zəlzələ də piltələrdə hərəkətliyin dinamikasının artması nəticəsində baş verdi. Mütəxəssislərin gəldiyi bundan ibarətdir ki, ...
publikaz_normalized
Bakı Dövlət Sirki yeni mövsümə "Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı ilə başlayır. Onun sözlərinə görə 26 noyabr tarixinə kimi davam edəcək proqram ilk olaraq 13 oktyabr tarixində valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunacaq. İlk dəfə ol...
publikaz_normalized
Tanınmış stilist və moda butikinin sahibi Keytlin artıq aktuallığını itirmiş dəb qaydalarından danışıb. Mütəxəssis bildirib ki, indi qızıl və gümüş zinət əşyalarının birlikdə taxılması tövsiyə olunur, həmçinin eyni materialdan olan zinət əşyalarını istifadə etmək uzun müddətdir ki, aktual deyil. Bundan əlavə, stilist p...
publikaz_normalized
Bir neçə gün əvvəl həbs edilmiş qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Vardanyan həbs qərarından narazıdır. Vəkil müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə birinci inst...
publikaz_normalized
30 il əvvəl qaçıqınları...":"Almaniyada məhkəmə 30 il əvvəl qaçqınların yaşadığı evləri yandıran şəxsə cəza kəsib. Belə ki, 2023-cü il oktyabrın 9-da məhkəmə 52 yaşlı Peter S.-ni təqsirli bilərək, onu 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Məlumata görə, Peter "skinhed" hərəkatının üzvü olub.
publikaz_normalized
Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib, tapşırıqlar verilib. Bildirilib ki, hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelekron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib. Eyni zamanda Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqa...
publikaz_normalized
Sultan Səlim dövrünün CANLI İZİ":"Aydının Kuyucak səmtində yerləşən və 1811-ci ildə inşa edilən Kayran məscidi bəzəkləri və Osmanlı bayrağının daşınması ilə seçilərkən, kök ağacı ilə işlənmiş motivlər hələ də canlılığını qoruyub saxlayır. Minlərlə illik tarixi, təbii gözəllikləri və canlı təbiəti ilə Egey dənizinin inc...
publikaz_normalized
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov polis tərəfindən saxlanılıb. Federasiya prezidenti 7 oktyabr 2023-cü il tarixində avtomobili saxlanılan zaman Dövlət Yol Polisi əməkdaşlarını təhqir edib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onların ünvanına nalayiq ifadələr işlədib. S...
publikaz_normalized
Bir çoxlarımız üçün payız balqabaq və saralmış yarpaq tonları ilə assosiasiya olunur. Qızıl payız tonları dəb sənayesində olduğu kimi, saç və makiyajda da öz sözünü deməyə başlayıb. Əks halda balqabaq ətirli latte adlanan yeni bir tendensiyanın meydana gəlməsini başqa necə izah etmək olar? Gözəllik menyusunda artıq "St...
publikaz_normalized
Rus stilist Aleksandr Roqov 2023-cü ilin payızı üçün ən dəbli üst geyimləri sadalayıb. Cari əşyaların siyahısına pambıqdan və ya qabardindən hazırlanmış plaş daxildir. Eyni zamanda, ekspert qarderobun bu elementini çəkmə, cins və ya klassik enli şalvarla geyinməyi təklif edib. Bundan əlavə, Roqov dəri gödəkçələrin popu...
publikaz_normalized
Azərbaycanın sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib. Görüş Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub. Görüş zamanı oktyabrın 10-da Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şura...
publikaz_normalized
2024-ün ən dəbli rəngi - FOTO":"Hər kəsin müəyyən bir marka ilə əlaqələndirəcəyi bir rəng tapmaq hər hansı bir moda marketoloqunun qızıl arzusudur. Bir çox brendlərin artıq “öz” rəngləri var: məşhur "Tiffany" göy, "Valentino" parlaq çəhrayı və "Burberry" brendinin Daniel Linin gəlişi ilə təqdim etdiyi tünd göy. Deyəsən...
publikaz_normalized
SOCAR AQŞ mürəkkəb layihələrdən biri olan, eləcə də SOCAR-ın tarixində Günəşli yatağında ilk dəfə 8 saylı platformadan yan lülə quyusu qazıb. Yan lülə quyusu Fasilə lay dəstəsinə uğurla qazılaraq sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilib. Quyuda 6 5/8” istismar kəməri daxilində istiqamətləndirici ...
publikaz_normalized
Oktyabrın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanı...
publikaz_normalized
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərinə rəsmi səfərə gəlib. Nümayəndə heyətinə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat A...
publikaz_normalized
Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb. “Neftçi”nin oyunçusu AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək. Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Canni De Byazinin kollektivi bundan üç gün sonra Bakıda Avstriyanı qəbul ed...
publikaz_normalized
18:05" "İsrail ilə Livan arasında hərbi toqquşma başlayıb. Məlumata görə, hazırda İsrail helikopterləri Livan ərazisinə zərbələr endirir.
publikaz_normalized
11-14 oktyabr tarixlərində geomaqnit qasırğası gözlənilir. Bildirilib ki, geomaqnit sahəsinin aktivliyi 5 oktyabrda fasilələrlə G1 səviyyəsinə kimi yüksəlib və qısamüddətli geomaqnit qasırğası baş verib. Hazırda Kp indeksi 1.3 -ə bərabərdir, kosmik hava sakitdir. 9-15 oktyabr tarixlərində C sinif alışmanın baş verməsi ...
publikaz_normalized
Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Baş katibi Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçək...
publikaz_normalized
Oktyabrın 9-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlvəzdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 27-32 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
publikaz_normalized
İsrailin Yerusəlim şəhərinə 10-dan çox raket atılıb. Raket hücumu ilə əlaqədar Yerusəlimdə hava hücumundan xəbərdarlıq elan olunub. İsrailin Baş naziri Benyamin Netenyahu isə bəyan edib ki, ölkəsi Qəzzaya quru qoşunları göndərəcək. O söyləyib ki, İsrail buna məcbur olub.
publikaz_normalized
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) 2022-ci ili 9,958 milyon manat xalis mənfəətlə başa vurub. Ötən il Bakı Limanının əsas əməliyyat gəlirləri 50,143 milyon manat (əvvəlki ilə nisbətən 18,8 % çox), agentlik haqlarından (digər əməliyyat) gəlirləri 340 min manat (2,7 dəfə az), maliyyə aktivləri üzrə ...
publikaz_normalized
Xankəndi şəhərində digər həyati vacib sahələr kimi tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.
publikaz_normalized
Biz vətəndaşlarımızın təhlükəsizliyi naminə lazım olduğu müddətcə HƏMAS-la mübarizəni davam etdirəcəyik. Qeyd olunub ki, İsrail ordusu son saatlarda Qəzza zolağında Beyt Hanun, Sacaiya, Əl-Furqan kimi şəhərlərə zərbələr endirib. Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netenyahu daha əvvəl ordunun quru əməliyyatlarına...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Malayziyanın Baş naziri Ənvər İbrahim arasında telefon danışığı olub. Onlar İsrail-Fələstin kontekstindəki son hadisələri müzakirə ediblər.
publikaz_normalized
İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun! “Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazası önün gül dəstələrinin düzülməsi isə doğrudan da ürəkaçandır", - səfir bil...
publikaz_normalized
Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq. A.İsmayılovanın sözlərinə görə, artıq Füzuli-Ağbənd dəmiryolu xəttinin 60 %-dən çoxu hazırdır: 3 ildən az bir müddətdə multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib. Dəhliz bo...
publikaz_normalized
Türkiyə xarici işlər naziri Hakan Fidan britaniyalı həmkarı Ceyms Kleverli ilə telefon danışığı aparıb. XİN başçıları Yaxın Şərqdəki son proseslər barədə müzakirələr aparıblar.
publikaz_normalized
Astroloqlara görə, 3 bürc altında doğulan insanlar bu həftə xoşagəlməz hadisələrlə rastlaşa bilərlər. Astroloqlar bildirir ki, balıq bürcü altında doğulan şəxslər bu həftə ərzində pis xəbər ala bilərlər. Ona görə də, planlarınızı yaxşı qurmalı və hər şeyə hazırlıqlı olmalısınız. Rastlaşdırdığınız çətinliklər sizi ruhda...
publikaz_normalized
Genişmiqyaslı müharibə başlayandan bəri Azərbaycan Ukraynanın enerji sisteminin bərpası üçün 10 humanitar yardım göndərib. Qeyd olunub ki, bu ilin sonuna qədər yeni yardım partiyasının tədarükü gözlənilir. Həmçinin bildirilib ki, Ukraynanın energetika naziri German Qaluşenko və Azərbaycanın Ukraynadakı fövqəladə və səl...
publikaz_normalized
İsraildə, o cümlədən "Ben Gurion" Beynəlxalq Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar "Azərbaycan Hava Yolları" aviaşirkətinin oktyabrın 10-a planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edilib. Qeyd edək ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkə...
publikaz_normalized
Azərbaycan və Tacikistan arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, çoxtərəfli platformalarda əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib. Belə ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Şuşada keçiriləcək 27-ci İclas...
publikaz_normalized
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib. Oktyabrın 9-u gundüz saatlarından oktyabrın 10-u səhər saatlarınadək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s acıq dənizdə 33-35 m\s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürl...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasla telefon danışığı aparıb. Ərdoğan Türkiyənin bölgədəki münaqişələrin tez bir zamanda sona çatması və sabitliyin təmin edilməsi üçün səy göstərdiyini diqqətə çatdırıb.
publikaz_normalized
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına endirilən zərbələrin quşbaxışı görüntüsünü yayıb. "Xatırladaq ki, oktyabrın 7-dən HƏMAS yaraqlıları ilə İsrail silahlı qüvvələri arasında davam edən hərbi toqquşmalar nəticəsində hər iki tərəfdən minlərlə qurban və yaralı var. Həm hərbi, həm də mülki İsrail əsirlərinin də o...
publikaz_normalized
Oktyabrın 5-də Müəllimlər günü qeyd olundu. Həmin təsirli görüntüləri təqdim edirik.
publikaz_normalized
Əfqanıstanda 4,9 bal gücündə zəlzələ olub. Zəlzələ ölkənin qərbində, təxminən 272 min nəfər əhalisi olan Herat şəhərindən 40 km şimalda meydana gəlib. Zəlzələ 10 km dərinlikdə baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Qeyd edək ki, oktyabrın 7-də Əfqanıstanda 6,3 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla israilli həmkarı İshaq Hersoq arasında telefon danışığı baş tutub. Ərdoğan sağlam düşüncə ilə hərəkət etmək lazım olduğunu və bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının bütün regionun rifahı üçün böyük əhəmiyyət daşıdığını bildirib.
publikaz_normalized
Ermənistanda 50 mindən çox vətəndaş narkotik vasitələrin qanunsuz ticarəti ilə məşğul olan Telegram kanallarına abunədir. Onun sözlərinə görə, 2022-2023-cü illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4029 cinayət işi araşdırılıb, 1063 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 287-si həbs edilib. Narko...
publikaz_normalized
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib. Bildirilib ki, görüş zamanı Azərbaycan-İran münasibətlərinin gündəliyində duran bir sır...
publikaz_normalized
Gəncə şəhəri, Şəmkir və Goranboy rayonlarının bəzi yerlərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılır. Hazırda Gəncə şəhərinin bir küçəsində, Goranboy rayonunun isə iki kəndində ağac aşması nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilələr yaxın saatlarda...
publikaz_normalized
Bu gün Xalq artisti Miri Yusif ilə həyat yoldaşı Nərgiz xanımın evlilik ildönümüdür. Fotoları sosial şəbəkədə paylaşan sənətçi şərh bölümünə "15 il öncə nişan üzüklərimizi dəyişdirdik və söz verdik ki, həm dar, həm də şad günlərdə biri-birimizə dayaq olaq. Ömrümüzün son gününə, son nəfəsə qədər bir yerdə! Allah bizi ay...
publikaz_normalized
Çox şükür artıq Vətənimizdəyik, yəqin ki, orada keçirdiyimiz həyəcan uzun müddət canımızdan çıxmayacaq. Müğənninin sözlərinə görə, Təl-Əvivdə olan zaman diaspor və səfirlik nümayəndələri mütəmadi olaraq olaraq onlarla əlaqə saxlayıb: Hadisə baş verən gecə saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənmə...
publikaz_normalized
4 nəfər yaralandı":"Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 35-ci km-də, rayonun Nərəcən kəndindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Novruzov Alim Əlirza oglu, 1998 -ci il təvəllüdlü Novruzova Gülyanə Tahirmirzə qızı, 1971...
publikaz_normalized
Almaniya Xarici İşlər Nazirliyi dağıdıcı zəlzələdən zərər çəkmiş Əfqanıstan xalqına yardım üçün 5 milyon avro ayırmağa qərar verib. “Əfqanıstandan gələn xəbərlər sarsıdıcıdır - dəhşətli zəlzələlər nəticəsində minlərlə insan həlak olub. Biz sağ qalanları diqqətdən kənar qoymayacağıq. Əfqanıstana yardım üçün humanitar fo...
publikaz_normalized
Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub. Hər iki tərəf elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqram üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Bildirilib ki, bu günə ki...
publikaz_normalized
Yaxın Şərqdə gərginliyin qarşısının alınması və digər ölkələrə keçməsini əngəlləmək üçün bölgə liderləri ilə əlaqə saxlayırıq. Mən bu terror təşkilatlarına hücumları dərhal dayandırmaq və bütün girovları azad etmək çağırışımı təkrar edirəm. BMT-nin xüsusi koordinatoru və mən bölgədə davam edən vəziyyətdən ciddi narahat...
publikaz_normalized
İsraildə HƏMAS-ın hücumları nəticəsində ölənlərin sayı 900-ü keçib. Ölənlərin sayı ilə bağlı heç bir rəsmi təsdiq yoxdur. Fələstin tərəfinin məlumatına görə, 100-dən çox İsrail vətəndaşı, o cümlədən yüksək rütbəli hərbçilər əsir götürülüb. Onlar Qəzza zolağında saxlanılır.
publikaz_normalized