text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Hazırda HƏMAS ilə danışıqlar aparılmır. “Xeyr, biz HƏMAS ilə heç bir danışıqlar aparmırıq. Dövlətimiz müharibə vəziyyətindədir və hesab edirik ki, hazırda heç bir danışıqlar mümkün deyil. Biz bunu heç müzakirə etmirik”, - Hayat vurğulayıb. O əlavə edib ki, İsrailin Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi əməliy...
publikaz_normalized
23:09" "Ermənistandan sülh və firavanlığa yönəlmiş yanaşma gözləyirik. “Ermənistan verdiyi vədləri yerinə yetirsə, xüsusən də Zəngəzur dəhlizini açarsa, Türkiyə əlaqələri addım-addım inkişaf etdirməyə hazırdır”, - Ərdoğan bildirib. Ərdoğan Azərbaycanı Qarabağda qazandığı qələbə münasibəti ilə bir daha təbrik edib.
publikaz_normalized
Türkiyə İsrail və Fələstin arasındakı silahlı münaqişəyə son qoymaq üçün vasitəçilik etməyə hazırdır. “Tərəflər arasında məhbusların mübadiləsi və qarşıdurmanın dayandırılması üçün istənilən vasitəçiliyə hazırıq”, - deyə o qeyd edib.
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın ən yüksək mükafatı – “Kadırov ordeni” ilə təltif edilib. Çeçenistan Respublikasının ən yüksək mükafatı - bir nömrəli Əhməd Hacı Kadırov adına ordeni Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə verildi", - Kadırov Teleqram kanalında yazıb. O, 2007-ci ildə ...
publikaz_normalized
Qaxda ayı rayon sakininə xəsarət yetirib. Belə ki, kənd sakini Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayı hücumuna məruz qalıb. Ayı Fəxri Babayevi atdan salmaq istəyən zaman o, heyvanı təpiklə uzaqlaşdırmaq istəyib. Bu zaman ayı onun ayaqlarını dişləyib. Özünü itirməyən F.Babayev onu qorxuda bilib ...
publikaz_normalized
müharibə İrana çatacaqmı?":"Həmasın hücumundan sonra başlanan müharibənin arealı genişlənir. İsrail ordusunun Livan ərazisinə zərbələr endirməsi bunun ilk siqnalı hesab edilə bilər. Baş verənləri “İsrailin 11 sentyabrı” adlandıran Təl-Əvivin Həmas tam məğlub, yaxud təslim olmayana qədər dayanmaq niyyətində olmadığı ayd...
publikaz_normalized
İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddəki ərazinin terrorçulardan təmizlənməsini başa çatdırır və artıq hücuma hazırlaşır. “Çətin başlanğıcdan sonra təmas xəttini formalaşdırırıq. Biz çoxlu terrorçu öldürmüşük - kim yaxınlaşsa öldürüləcək. Ərazimizdə terrorçu olmaması üçün ərazinin təmizlənməsini başa çatdır...
publikaz_normalized
Xalq artisti Yalçın Adıgözəlovun qızının ötən gün toyu olub. Qeyd edək ki, “Şöhrət” ordenli Yalçın Adıgözəlovun iki oğlu da var.
publikaz_normalized
Astrologiyada bəzi bürclər şorgöz olmaları ilə tanınır. Həmin bürclərin kişiləri bir qadına bağlanmaqdasa, bir neçəsi ilə flirt etməyə üstünlük verirlər. Əkizlər bürcü – Ən şorgöz bürclər siyahısında birinci yerdədir. Onlar yeni insanlarla tanış olmağı sevirlər. Bu səbəbdən onlar münasibətlərində sadiq qalmaqda çətinli...
publikaz_normalized
Bu gün Azərbaycanın Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclası başlayır. İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq. Qeyd edək ki, İq...
publikaz_normalized
Təklifi qəbul etsəniz, maddi durumunuzu yaxşılaşdıra bilərsiniz":" "Qoç - yetərincə mürəkkəb və çətin gündür. Başqasının problemlərini ürəyinizə salmayın. Çətinliyə düşmüş insanlara yardım etmək istəyiniz təqdirə layiqdir. Amma məşəqqətlə üzləşmiş insanların hamısına kömək etmək mümkün deyil. İmkan və qüvvələrinizi dür...
publikaz_normalized
Bakı şəhərinin Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oktyabrın 10-da saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-d...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 15-18° isti olacaq. Atmo...
publikaz_normalized
Ermənistan ordusunun əsgəri Narek Nazaryan aldığı güllə yarasından ölüb. Onun hansı şəraitdə öldüyü açıqlanmır, faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Ölən var":"Qəbələdə iki avtomobil toqquşub, ölən var. Hadisə nəticəsində “VAZ-2107”dəki sərnişin, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Elşad Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Hazırda Fələstin Prezidenti Mahmud Abbasın Moskvaya səfərinə hazırlıq gedir. O əlavə edib ki, Fələstin tərəfi Moskvanın Fələstin-İsrail nizamlanması ilə bağlı mövqeyini yüksək qiymətləndirir.
publikaz_normalized
Çeçenistan rəhbəri Ramzan Kadırov İsrailə qarşı müharibədə Fələstini dəstəklədiyini bildirib. Ramzan Kadırov deyib ki, çeçen bölmələri “istənilən problem yaradanlara” qarşı çıxmaq üçün sülhməramlılar kimi çıxış edə bilər. “Bir daha bütün müsəlmanları, bütün vətəndaşları və dövlətimizi haqqı dəstəkləməyə və bu müharibən...
publikaz_normalized
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Azərbaycana səfər edəcək. Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak edəcək. Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğı...
publikaz_normalized
Onlayn qumar oynayan azərbaycanlı yarım milyon manat uduzub. Amma internetdə tez-tez qumar oyunları reklam edilir. Qeydiyyatdan keçmək üçün mobil nömrə və bank kartı məlumatları istənilir. Adını və soyadını açıqlamaq istəməyən bu şəxs də internetdə qumar oynayanlardan biridir. Sonradan qumar oynamaq onda asılılıq yarad...
publikaz_normalized
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin (99-LP-400 dövlət nömrə nişanı) sürücüsü Sabir Kamil oğlu Qocayevi saxlayıblar. S.Qocayev isə ictimai asayişi kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq buna fəal ...
publikaz_normalized
İsrail ordusunun hərbi-dəniz qüvvələri HƏMAS-ın Qəzza sahilində yerləşən hədəflərini bombardman edir. Bildirilib ki, təfərrüatlı məlumat daha sonra veriləcək.
publikaz_normalized
Heç vaxt olmadığı kimi...":"İsrail HƏMAS-a qarşı müharibədə qalib gələcək. Onun sözlərinə görə, İsrail HƏMAS-a qarşı heç vaxt olmadığı kimi kütləvi hücuma hazırlaşır: “Qəzza zolağına endirilən zərbələr yalnız başlanğıcdır”. O, müxalifət liderlərini ilkin şərt olmadan milli birlik hökuməti yaratmağa çağırıb: “Biz hamımı...
publikaz_normalized
Vatsap növbəti funksiyasını təqdim edib. Söhbət kilidi adlanan funksiyadan yararlanmaq üçün "Face ID" və ya barmaq izi üsullarından birini seçmək lazımdır. Kilidlənmiş söhbətlər qovluğu mesencerin yuxarı hissəsindəki pəncərədə yerləşir. Buraya daxil olaraq istədyiniz zaman yazışmanının kilidini aktiv və ya deaktiv edə ...
publikaz_normalized
Türkiyəli aktyorlar Kıvanç Tatlıtuğla Barış Arduç iki qadınla bir kişi arasındakı hekayədən bəhs edən "Sapkın" adlı filmdə rol almaqdan imtina ediblər. Dijital platformadan yayımlanacaq film üçün aktyor axtarışları davam edir.
publikaz_normalized
Türkiyəli aktyor Çağatay Ulusoyun "Gaddar" serialından alacağı qonorar bəlli olub. Beləliklə, Çağatay 1.5 milyon lirə qazanan həmkarı Kıvanç Tatlıtuğu da ötüb.
publikaz_normalized
2017-ci ildə Xalq artisti Nazpəri Dostəliyevanın evindən içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyfi oğurladığı üçün həbs həyatı yaşayan 36 yaşlı Ruslan Verdiyev iki gün öncə vəfat edib. Komatoz vəziyyətinə düşən 1987-ci il təvəllüdlü R.Verdiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas...
publikaz_normalized
Uzun illərdir küsülü olan “W-trio” qrupunun keçmiş üzvləri Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Səidə Sultan bir araya gəliblər. O, şəklə "İllər keçsə də, nə qədər didişsək də, doğmalıq keçmir" qeydini yazıb. Onlar Röyanın bağında qonaq olublar. Fotoda Natavanın və Səidənin bacıları da yer alıb. Qeyd e...
publikaz_normalized
İsrail ordusu Qəzza zolağında “HƏMAS” terrorçularının olduğu 1 707 hədəfi məhv edib. İsrail ordusunun mətbuat xidməti bildirib ki, hədəflər həm qurudan, həm də dənizdən atılan raketlər vasitəsilə məhv edilir. “İsrail ordusu Qəzza zolağına dənizdən və havadan zərbələr endirməkdə davam edir. Bu gün təyyarələr HƏMAS-ın te...
publikaz_normalized
Qadın yaralandı":Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
ABŞ prezidenti Cozef Bayden vitse-prezident olduğu vaxta (2008-2016 - Qeyd) aid analitik mərkəzində və evində məxfi sənədlərin saxlanması ilə bağlı aparılan istintaq çərçivəsində könüllü ifadə verib. Bayden xüsusi prokuror Robert Heyrun rəhbərlik etdiyi istintaq çərçivəsində ifadə verib. Sorğu iki gün ərzində könüllü o...
publikaz_normalized
Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
Bu il Avropa İttifaqı, Norveç və İsveçrəyə 800 mindən çox sığınacaq ərizəsi təqdim edilib. Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir. Belə ki, cari ilin əvvəlindən oktyabrın 3-dək 29 ölkədə 801 459 sığınacaq müraciəti edilib. Ən böyük artım Latviyada (+168%) və Es...
publikaz_normalized
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir. Futbolçu 2026-cı il dünya çempionatında da oynamağı planlaşdırır. Artıq Ronaldu klub rəhbərliyinə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istədiyini də bildirib. Ronaldo 2 yanvar 2023...
publikaz_normalized
Baş prokuror Kamran Əliyev Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib. Orada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül dəstəsi düzüb. Baş prokurora cəbhə zonasından kənarda ...
publikaz_normalized
Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri birgə bəyanat yayaraq, İsraili dəstəklədiklərini və HƏMAS-ın hərəkətlərini pislədiklərini bildiriblər. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Corcio Meloni, Böyük Britaniyanın baş naziri Rişi Sun...
publikaz_normalized
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;" "2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrosta...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun...
publikaz_normalized
Ukraynada 4,5 maqnitudalı zəlzələ olub. Zəlzələ qonşu ərazilərdə də hiss olunub. Hətta Lvov və Ternopil vilayətlərinin sakinləri də yeraltı təkanlar barədə məlumat veriblər.
publikaz_normalized
Sabirabadda son günlərdə narkotiklərlə bağlı 30 nəfər saxlanılıb. Şöbə əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 30 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 18 kiloqramdan artıq olan çətənə kolu, 3 kiloqr...
publikaz_normalized
Rusiya ordusu hücuma keçdi, bu əraziləri tutdu":"Rusiya hərbçiləri Kupyansk və Liman yaxınlığında, həmçinin Zaporojye və Cənubi Donetsk istiqamətlərində hücuma keçib . "Publik.az xəbər verir ki, bu barədə “Voenkorı Russkoy Vesnı” Telegram kanalı məlumat yayıb . Döyüşçülər cəbhənin dörd sektorunda silsilə hücum əməliyya...
publikaz_normalized
İrəvanın mərkəzində “Təzəpir” məscidinin “açılması” erməniləri şok salıb. Erməni tarixçi Vahe Sarkisyan iddia edir ki, bunu Azərbaycan edib: “Ggoogle map” sistemində belə müdaxilələr etmək olur. Lakin maraqlı olan Ermənistan hakimiyyətinin nə etdiyidir. Faktiki olaraq, heç nə etmirlər, amma Ermənistanın İT sektorunda l...
publikaz_normalized
ABŞ nüvə müharibəsinə başlayır":"Amerikalı jurnalist Taker Karlson İsrail və HƏMAS arasındakı münaqişə səbəbindən ABŞ üçün nüvə müharibəsi olacağını proqnozlaşdırıb. Jurnalistin fikrincə, İsraillə HƏMAS arasındakı qarşıdurma İran və onun Qərblə müttəfiqləri arasında müharibəyə çevrilə bilər. Belə bir ssenaridə nüvə sil...
publikaz_normalized
Goranboyda evə girən oğrular ər və arvadı döyüb. Xəsarət alan 1951-ci il təvəllüdlü Verdiyev Səməd Həmid oğlu və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Verdiyeva Sədaqət Ədil qızı xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir. Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğru...
publikaz_normalized
Müdaxilə etməyin":"Amerikalı general İranı İsraildəki münaqişəyə qarışmamağa çağırıb. Braun İranı İsraildəki münaqişəyə qarışmamağa çağırıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. General Çarlz Q.Braun "İrana hansı mesajı göndərmək istəyərsiniz" sualına belə cavab verib: “Biz olduqca güclü mesaj göndərmək istəyir...
publikaz_normalized
“İnter Mayami”nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanı klublardan birinə keçə bilər. Bu barədə “Sport.es” məlumat yayıb. “İnter Mayami” MLS-də pley-off mərhələsinə vəsiqə qazanmaq şansını itirib. Florida təmsilçisinin turnirdə formal xarakter daşıyan 2 oyunu qalıb. Ondan sonra uzun müddət Messi futbolsuz qalacaq...
publikaz_normalized
Şotlandiyanın regional baş naziri Həmzə Yusuf, fələstinli həyat yoldaşı Nadia Əl-Naklanın anası və atasının Qəzzada qapalı vəziyyətdə qaldığını bildirib. Yusif israillilərin onlara ölkəni tərk etmələrini söylədiklərini, lakin bunun mümkün olmadığını bildirib. O qeyd edib ki, Xarici İşlər Nazirliyi təhlükəsiz keçidə zəm...
publikaz_normalized
Oktyabrın 10-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda qar yağıb, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Düşən yağıntının miqdarı Astarada 24 mm, Lənkəranda 14 ...
publikaz_normalized
Rusiyanın kömür tədarükü azalıb. Məlumata görə, bu dinamika əsasən Rusiya kömürünün qiymətlərinin artması ilə bağlı olub. Nəticədə sözügedən məhsulun əsas alıcıları olan Hindistan, Çin və Türkiyə idxalı azaltmaq məcburiyyətində qalıb. Ekspertlərin fikrincə, Asiya ölkələri Rusiya kömürünün alışında azalma tempinə görə l...
publikaz_normalized
İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə cənub sərhədinə nəzarəti ələ keçirib. “İsrail Qəzzada Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən yarılmış sərhəd hasarına nəzarəti bərpa edib”, - məlumatda deyilir. Həmçinin qeyd edilir ki, İsrail qüvvələri hasarın dağıdıldığı ərazilərə minalar qoyur. Kontr-adm...
publikaz_normalized
Anam can üstə olanda, xalamla atamı...":"Müğənni Nüşabə Musayeva "Bizimləsən” verilişində doğma xalası haqda şok açıqlamalar edib. Xalam rayonda vaqonda qalırdı. Ona ev aldılar biz 4-cü, onlar 2-ci mərtəbədə qalırdılar. Sonra anam atamdan xahiş etdi ki, onu işə düəzltsin, atam da onu kitabxanada işə düzəltdi. B...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi 0,0613 manata kimi ucuzlaşıb, Rusiya rublu 0,0170 manata kimi, 1 Avro isə 1,7953 manata kimi bahalaşıb.
publikaz_normalized
PSJ-nin futbol,u Kilian Mbappe 2018-ci ildən sonra ən pis qolsuzluq seriyasını yaşayır. Bu, hücumçunun 2018-ci ilin yazından bəri ən pis seriyasıdır. Bundan başqa, Kilian ardıcıl beş matçda rəqiblərin qapısına zərbə endirə bilməyib. Bu mövsüm Fransa millisinin üzvü ümumilikdə 9 matçda iştirak edərək 8 qol vurub. Liqa 1...
publikaz_normalized
Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır. Onun sözlərinə görə, tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir: Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məh...
publikaz_normalized
Bakı və İrəvan bu məsələni öz aralarında həll edib":"Qarabağdakı Rusiya sülhməramlı kontingenti ABŞ və Aİ qeyri-sabitlik səpdiyi bir vaxtda Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır. İndi Brüssel öz geosiyasi ambisiyalarının qayğısına qalaraq öz "vasitəçilik xidmətlərini" Azərbaycan və Erməni...
publikaz_normalized
Rusiya Ukrayna ilə münaqişədə dünən 450 canlı qüvvəsini itirib. Müharibə başlayandan bugünədək isə Rusiya ordusunun ümumilikdə verdiyi itkilər aşağıdakı kimidir:
publikaz_normalized
İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu baş tutub. Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin...
publikaz_normalized
ABŞ-ın Türkiyə və Azərbaycana qurduğu tələ - Generaldan sensasion iddia":"11:31" "İsraillə Fələstin arasında başlayan müharibə əslində iki dövlət arasında gedən müharibədir. Ancaq hadisələrin irəliləməsindən sonra bu müharibənin regional, daha sonra qlobal müharibəyə çevrilməsi ehtimalı güclüdür". Hücumu İsrailin qəsdə...
publikaz_normalized
Kriminalist model sevgilisini necə ayaq üstə saxladı? - FOTOLAR":"Devi Klassen adı futbolsevərlərin bir qisminə yaxşı tanışdır. O, "Ayaks" futbol məktəbinin yetirməsi olan və böyük perspektiv vəd edən futbolçulardan biri idi. Niderland millisinin üzvü nədənsə potensialını aça bilmədi. O, 2017-ci ildə böyük ümidlərlə "E...
publikaz_normalized
Gələn ilin ilk aylarından minimum əməkhaqqı və pensiya məbləğlərinə dəyişiklik ediləcəyi proqnozlaşdırılır. Onun sözlərinə görə, müavinət və təqaüdlərin artırılacağına dair sosial paketin açıqlanması ehtimalı da yüksəkdir. Gözlənilir ki, 2024-cü ilin əvvəlindən bu göstəriciyə dəyişiklik ediləcək. Minimum əməkhaqqı təxm...
publikaz_normalized
Fransa ordusu Ermənistana gəldi - FOTO":"Fansa hərbçiləri Ermənistana gəlib. Məlumata görə, Fransa mülki təhlükəsizlik qüvvələrinin 56 hərbçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici it dünən axşam saatlarında İrəvana gəlib. Rəsmi məlumatda qeyd olunur ki, Fransa hərbçiləri E...
publikaz_normalized
Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində iştirak edəcəklər. Parlament sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev MDP PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın və Müdafiə və təhlükəsizlik üzrə dai...
publikaz_normalized
Qətnamələri pozursunuz":"Venesuela prezidenti Nikolas Maduro İsraili Fələstin xalqına qarşı soyqırımda ittiham edib və dərhal atəşkəsə çağırıb. Maduro xatırladıb ki, BMT 1967-ci ildə iki dövlətin (Fələstin və İsrail) yaradılmasına dair qətnamə qəbul edib və buna məcburi riayət edilməsi bütün İsrail hökumətləri tərəfind...
publikaz_normalized
İsraili dayandırın":"Fələstin prezidenti Mahmud Abbas BMT-ni İsrailin Qəzza zolağına hücumunu dayandırmağa kömək etməyə çağırıb. Quterreş vurğulayıb ki, BMT Qəzza zolağının sakinlərinə humanitar yardım göstərməyə çalışır və münaqişənin eskalasiyasını dayandırmaq üçün bütün maraqlı beynəlxalq tərəflərlə əlaqə saxlayır.
publikaz_normalized
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi gələn il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib. Müraciət üçün son tarix 10 dekabrdır. Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. M...
publikaz_normalized
Bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri tərk-silah olunur, "boz zona"nın minasızlaşdırılması və silahsızlaşdırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avantürist başçıları Bakı həbsxanalarında istintaqa ifadə verirlər". ...
publikaz_normalized
İşlərimizi təxirə salmaq artıq bir vərdiş halını alıb. Bəzən bilmədən etdiyimiz bu hərəkət həyatımıza ciddi təsir edir. "Bəs bunun xəstəlik əlaməti ola biləcəyini bilirdinizmi? Atalarımız “bu günün işini sabaha qoyma” deyiblər, indi isə bu gün görüləcək işlərimiz günlərlə, bəzən isə həftələrlə qalır. Bu həm uğura, həm ...
publikaz_normalized
Millət vəkili Fazil Mustafa Qarabağda küçələrdən birinə erməni hüquq müdafiəçisi Georgi Vanyanın adının verilməsini təklif edib. Fazil Mustafanın bu təşəbbüsü müzakirələrə səbəbə olub. "Bəs, son günlər personası ətrafında qızğın müzakirələrin aparıldığı Georgi Vanyan kimdir? O, sülh tərəfdarı olduğu, Ermənistanın Azərb...
publikaz_normalized
Aygün Kazımovanın “Parol” mahnısı dijital platformalarda dinlənmə rekordu qırıb. Eyni zamanda Pop divanın bu il hit olan “Vəfasızlar” və “Qorxuram” mahnıları “Top 100”lükdə ön sıralarda qərarlaşıb. Eyni zamanda “Parol” TikTok-da (hazırda ölkədə fəaliyyəti müvəqqəti dayandırılıb) son günlər ən çox video çəkilən mahnılar...
publikaz_normalized
2028-ci il Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarış proqramına yeni beş idman növünün əlavə edilməsini təklif edib. “Təklif etdiyimiz idman növləri oyun meydançasında təxəyyül inkişaf etdirir və mədəniyyəti təbliğ edir. Onlar aktual, yenilikçi və icma yönümlüdürlər. Adları qeyd edilən idman növləri ABŞ-da və bü...
publikaz_normalized
Fələstinin HƏMAS hərəkatı BMT Təhlükəsizlik Şurasının sessiyasında Rusiyanın Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyindən razıdır. HƏMAS siyasi bürosunun üzvü Musa Əbu Mərzuk bildirib ki, Rusiyanın mövqeyi “çox layiqli”dir, çünki bu, ABŞ və İsrailin Təhlükəsizlik Şurasında öz qətnamələrini irəli sürməsinə mane olub...
publikaz_normalized
11:01" "Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxtımızda III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir. Toplantıda T...
publikaz_normalized
Amerikalı senator Hauli Ukrayna üçün nəzərdə tutulan vəsaiti İsrailə verməyə çağırıb. ABŞ senatorunun fikrincə, İsrail ekzistensial təhlükə ilə üz-üzədir. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qalıb. İsrail ordusu 3000-dən çox raketin buraxıldığını bild...
publikaz_normalized
Siti" əl-ayağa düşdü":"Mançester Siti"nin Erlinq Haalanda yeni müqavilə təklif etmək istədiyi barədə məlumat vermişdik. The Telegraph" nəşrinin məlumatına görə, norveçli forvard "şəhərlilər"i tərk etmək fikrinə düşüb. İddiaya görə, norveçli forvard "Real"a transfer olunmaq istəyir. Artıq Madrid klubunun nümayəndələri f...
publikaz_normalized
Məşhur aktyor Şevket Çoruh keçmiş həyat yoldaşı Günay Karacaoğlu ilə eyni serialda rol alacaq. Fox tv-də yayımlanacaq layihənin rejissoru Fikrət Reyhan, ssenari müəllifi isə uğurlu ssenarist Erkan Birgörendir. Ekran işində Şevkət Çoruh mayak gözətçisi Nihata, Günay Karacaoğlu isə Seher obrazına həyat verəcək. Qeyd edək...
publikaz_normalized
Təranə Səmədova həbs olunmamışdan əvvəl onlar yanıma gəldilər. Böyük qızı Suel, onun isə qucağında körpə bacısı vardı. Uşaqlara baxdım, iydən körpəyə yaxın durmaq mümkün deyildi. Təranə əlində siqareti tutmuşdu. Ona göz ağardıb dedim ki, uşaqlarının yanında bu hərəkəti etmə. İki saat ərzində Təranə oturduğu yerdən durm...
publikaz_normalized
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı arvadı Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı Alim Sadiqov saxlanılıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Saqareco Bələdiyyəsinin kəndlərindən birində 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı...
publikaz_normalized
Qəti bir şərh gözləməyin":"Naci Görür zəlzələ bölgəsində yaşayanlara xəbərdarlıq edib. 6 fevral zəlzələlərinin olduğu qonşu bölgələrdə bəzi qırılma xətlərinin də gərginlik yaratdığına diqqət çəkib. Naci Görür sosial media hesabında mühüm paylaşım edib: “Əziz dostlar, hamınız çox ağrılısınız, sizi başa düşürəm. Narahatl...
publikaz_normalized
Azərbaycanlı futbolçuların aşağı keyfiyyətdə çıxış etməsinin səbəbi budur":"Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniyanın “ABC” nəşrinə açıqlama verib. “Azərbaycan millisi ilə təcrübəm yaxşı gedir, biz çox inkişaf edirik. Aydındır ki, yüksək səviyyəli oyunçuların daha çox aşağı keyfiyyətdə çıxış etməsi ...
publikaz_normalized
Xəyanəti bağışlayaram, kişi xeylağıdı də" - VİDEO":"Ötən gün Atv kanalında yayımlanan "Rəngarəng" verilişində qonaq olan Xalq artisti Röya Ayxan kişi xəyanətini normal baxdığını etiraf edib. Bağışlayaram, kişi xeylağıdı də. Amma situasiyalar başqadır, başqasının da həyatına girə bilmərik. Ümumiyyətlə, harasa gediblər, ...
publikaz_normalized
Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir. Əlverişli qiymətlərlə aviabiletləri bu gündən başlayaraq oktyabrın 19-na qədər əldə etmək mümkündür. Həmin biletlərlə 1 noyabr 2023-cü ildən 30 mart 2024 -cü ilə qədər (bayram günləri istisna olmaqla) səyahət etmək mümkündür....
publikaz_normalized
Ayın içində...":"Ayın daxili nüvəsinin əslində dəmirin sıxlığına bənzər möhkəm bir top olduğu açıqlanıb. Tədqiqatçılar bunun Ayın ürəyinin içinin bərk və ya yumşaq olması ilə bağlı uzun mübahisəni həll etməyə kömək edəcəyini söyləyiblər. Komanda bildirib ki, nəticələrimiz daxili nüvənin mövcudluğunu nümayiş etdirməklə ...
publikaz_normalized
Hədəfdə Qəzza parlamenti və nazirliklərdir":"Qəzza parlamenti və mülki nazirliklər İsrail Müdafiə Qüvvələrinin (IDF) zərbələri üçün qanuni hədəfdir. Publik.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Riçard Heht bildirib. Bir yaraqlı oradan raket atsa, o, hərbi hədəfə ...
publikaz_normalized
Real" klub prezidenti Florentino Peresin koronavirusdan sağalmasından sonra vinger Vinisius Juniorun müqaviləsinin uzadıldığını elan etməyi planlaşdırır. Mənbənin sözlərinə görə, braziliyalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı tədbir ötən həftə baş tutmalı idi. Lakin Peresin xəstəliyi səbəbindən təxirə salın...
publikaz_normalized
Bu insanlar...":"COVID-19 təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) risk altında olan insanları təcili peyvənd etməyə çağırıb. Bildirilib ki, tez-tez mövsümi soyuqdəymədən əziyyət çəkən insanlar da peyvənd edilməlidir. Həm COVID-19, həm də mövsümi qripdən sığortalanmayan, xüsusən də ən həssas və risk alt...
publikaz_normalized
Ailəsindən Prezidentə MƏKTUB":"Milli Məclisin sabiq deputatı, mərhum Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev və qardaşı Hüseyn Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb. Ağır günlərimizdə göstərdiyiniz diqqət va qayğını ailəmiz heç vaxt unutmayacaq. Qənirə Paşayev...
publikaz_normalized
HƏMAS yaraqlıları, o cümlədən Rusiya ilə əlaqələri olan haker qrupları İsrail hökuməti və media saytlarına hücum edir. Rus haker qrupu “Killnet” bazar günü elan edib ki, daha çox DDoS kimi tanınan paylanmış hücumlardan istifadə edərək İsrailin bütün hökumət sistemlərinə hücum edəcək. Səbəblərdən biri də İsrailin Ukrayn...
publikaz_normalized
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" çoxseriyalı bədii filmi gələn il təhvil veriləcək. O, qeyd edib ki, filmin 200 çəkiliş gününün artıq 85 günü çəkilib. Film 8 seriyadan ibarət olacaq. Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir. Orman Əliyev onu da qeyd edib ki, "Hadrut, sən azadsan" film...
publikaz_normalized
ABŞ hökuməti Litvada ukraynalı qaçqınlara yardım edən təşkilatlara 1,48 milyon avro ayırıb. Bəyanata görə, vəsait Kaunas, Klaypeda, Telsiai, Şaulyay və Vilnüsdən 9 qeyri-hökumət təşkilatına köçürülüb. Yardım çərçivəsində ABŞ Dövlət Departamenti 90 min avro ilə 250 min avro arasında dəyişən layihələri maliyyələşdirib.
publikaz_normalized
Azərbaycanda əhali bərpa edilən enerji ilə bağlı günəş panelləri qoyaraq öz enerji tələbatını ödəyə bilər. O qeyd edib ki, bərpa edilən enerjidən istifadə edən şəxslər öz tələbatlarını ödədikdən sonra elektrik enerjisinin artıq qalan hissəsini dövlətə sata bilər. Artıq qalan enerjinin qiyməti həmin dövrə müəyyən edilən...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civ...
publikaz_normalized
Bəzi hallarda bankdan kredit götürmüş şəxs işdən çıxarıldığına görə ödənişlərin edilməsində çətinlik çəkir. Belə olan təqdirdə bankla vətəndaş arasında ödənişin gecikməsi və ya edilməməsi ilə bağlı problemlər yaranır. Bəs görəsən belə hallarda banklar vətəndaşlara hüquqi olaraq güzəşt etməlidirmi? İşəgötürənlər tərəfin...
publikaz_normalized
Hər gün eyni şeyi etmək olar? - VİDEO":"Barselona"nın futbolçusu Joao Kanselo maraqlı video ilə gündəmə gəlib. Joao onları hər gün gördüyünə görə narazılıq edib. Niyə hər gün maşınımı burada saxlamalıyam?” - deyə Kancslo şikayət edib. "Bununla belə Joao azarkeşlərin onunla şəkil çəkdirməsinə könülsüz şəkildə olsa belə ...
publikaz_normalized
Krım körpüsündə avtomobillərin hərəkəti 7 saatlıq bağlanıb. Bildirilir ki, körpüdən Moskva vaxtı ilə saat 17:00-a qədər avtomobillər buraxılmayacaq. Bu qərara səbəb kimi ərazidə aparılan bərpa işləri göstərilib. Bundan əvvəl Nəqliyyat Nazirliyi nəqliyyat keçidinin oktyabrın 10-da bağlanacağı ilə bağlı xəbərdarlıq etmiş...
publikaz_normalized
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri qurbanları üçün sığınacaqlarının potensialının artırılması” layihəsi çərçivəsində təlimləri davam etdirir. Layihənin icra müddəti 3 ay, əsas tərəfdaşı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsidir...
publikaz_normalized
Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib. Gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb. Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq ...
publikaz_normalized
Yıldırım Toğrul Türkeş Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan Türkeş Milliyyətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeşin oğludur.
publikaz_normalized
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib. Qeyd edək ki, iclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq. Xatırladaq ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxısta...
publikaz_normalized
Qəhvə ilə süd içə bilərsiniz, ancaq ayrı-ayrılıqda və ölçülü şəkildə, əks halda bədəninizə zərər verə bilərsiniz. O iddia edib ki, qəhvə maddələr mübadiləsini sürətləndirir, süd isə kalsiumun yaxşı mənbəyidir və onsuz dayaq-hərəkət sisteminin inkişafı mümkün deyil. Ancaq bu iki məhsulu birləşdirmək arzuolunmazdır. Fakt...
publikaz_normalized
Türkiyədə mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinə həsr edilən film çəkilə bilər. O bildirib ki, filmin ssenarisi hazırdır: Türk dünyası Qarabağ savaşını və onun haqlı davasını daha çox Qənirə Paşayevadan eşidib. Biz bunları filmdə əks etdirmək istəyirik. Bilirsiniz ki, Qənirə xanımın bacısı Türkiyədə yaşayır...
publikaz_normalized
Barselona"nın futbolçusu Lamin Yamal İspaniya millisinin düşərgəsindən ayrılıb. Bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb. Millinin düşərgəsində tibbi yoxlanışdan keçilən Laminin matçlarda iştirak etmək üçün yaxşı fiziki vəziyyətdə olmadığı məlum olub. Tez sağalması və "Barsa"nın oyunlarına hazıra olmas...
publikaz_normalized