text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Argentina millisinin üzvü Alexandro Qomes cəzalandırılıb. O, iki il futboldan uzaq qalacaq. Bu barədə "Relevo" məlumat yayıb. Mənbənin sözlərinə görə, ötən ilin noyabrında, dünya çempionatının başlamasına bir neçə gün qalmış alınan dopinq-test müsbət nəticə verib. 35 yaşlı Qomes uşaqların qəbulu üçün nəzərdə tutulan ös... | publikaz_normalized |
PSJ-nin ulduz futbolçusu Kilian Mbappe gələcəsi ilə bağlı qərar verib. Bu barədə “Marca” məlumat yayıb. Forvardın yayda azad agent kimi Madrid “Real”ına keçəcəyi gözlənilir. Qeyd edək ki, fransalı oyunçunun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, 2017-ci ildən PSJ-də çıxış edir. | publikaz_normalized |
Oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 33 ailə (177 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 15-i dördotaqlı, 8-i beşotaqlı fərdi yaşayış ... | publikaz_normalized |
Maral buynuzunun qanı, Pant vannaları - Cavanlıq möcüzəsi":"Bu gün Manset.az saytı Ramiz Mehdiyevin səhhətində problem yaranması haqda məlumat yayıb. Sayta açıqlama verən Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev bildirib ki, hazırda qayınatası telefona cavab verə bilmir, çünki, masaj olunur. Bu məlumatları uzun... | publikaz_normalized |
Şəhəri zəhərli hörümçəklər basacaq":"Avstraliyada zəhərli Sidney huni tor hörümçəklərinin işğalı başlayıb. Bildirilir ki, yerli zəhərli buğumayaqlıların çoxalma mövsümü tezliklə ölkənin şərq sahillərində, xüsusən də Yeni Cənubi Uels əyalətində başlayacaq. Erkəklər dişilərin axtarışına çıxmaq və yeni yuvalar qurmaq üçün... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan İranın paytaxtı Tehranda görüşə bilər. “Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - o deyib. Nazi... | publikaz_normalized |
Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. | publikaz_normalized |
Nigeriya və Avropa İttifaqı arasında səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sahələrdə inkişaf layihələri üçün 900 milyon avroluq maliyyələşdirmə sazişi imzalanıb. Urpilainen bəyanatında Aİ-nin təhlükəsizlik, demokratiya və hamı üçün rifah prioritetlərinə sərmayə qoymağa davam edəcəyini bildirib: “Tərəfdaşlıqlarımızı ... | publikaz_normalized |
Azərbaycanda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər. Belə ki, 7 dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib. Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul olunub. | publikaz_normalized |
Qarabağdan Ermənistana gedən separatçılar ətrafında son günlər yeni proseslər baş verir: Samvel Babayan Şahramanyanın qondarma rejimin buraxılması haqda qərarını “qeyri-legitim” hesab edərək, ləğvi çağırışları etdi; Şahramanyan bu gün İrəvanda “Qarabağdan gedən ermənilərin” qarşısına çıxaraq, bu qərarından imtina etdi;... | publikaz_normalized |
Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Müdafiə Nazirliyində general-leytenant Azər Əliyev ilə görüşüb. Görüşdə Azərbaycan Ordusunda aparılan islahatlardan danışılıb, ordu quruculuğu sahəsində qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq... | publikaz_normalized |
20 oktyabr 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təbii və texnogen hadisələrin əhali və ərazilərə təsiri və onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlər” mövzusunda seminar keçirilib. Seminar iştirakçıları, əvvəlcə Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və ... | publikaz_normalized |
Gələn ilin ortalarına qədər əhali hava şəraiti ilə bağlı xüsusi xəbərdarlıqları mobil telefonlarına gələn SMS vasitəsilə ala biləcək. Bu istiqamətdə lazımi işlər aparılır". Nazir müavini onu da diqqətə çatdırıb ki, 40-dan artıq böyük çaylarda avtomatik müşahidə sistemləri mövcuddur: “Bəzi çaylarda isə 24 saat işlək ola... | publikaz_normalized |
Birliyin məişət tipli qaz sayğaclarına yaranmış tələbatının ölkədaxili imkanlar çərçivəsində yerli istehsal hesabına tam təmin edilməsi məqsədi ilə SOCAR “Azəriqaz” İstehsalat Birliyi və "Gəncə Cihazqayırma Zavodu" ASC arasında müqavilə imzalanıb. Bundan əlavə, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, yeni iş y... | publikaz_normalized |
16-20 oktyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş voleybol üzrə çempionat keçirilib. Çempionatın baş hakimi Asif Əliyev olub. Yarışın son günündə final görüşləri keçirilərək qa... | publikaz_normalized |
“Azərpoçt” Xankəndi və digər işğaldan azad olunmuş ərazilərdə fəaliyyətini davam etdirir. Rəqəmsal İnkişaf və Nəqiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərpoçt MMC-nin Füzuli, Cəbrayıl, Ağdam və Göygöl Poçt Filialları tərəfindən işğaldan azad olunmuş ərazilər üzrə poçt xidmətlərinin həyata keçirilməsi təmin... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 21-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. | publikaz_normalized |
İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub. Bildirilib ki, tədbirlər çərçivəsində İrandan idxal olunan "Hame Fan Harifan Khedmat Gostar", "Shayan Sam Milad" və "Amin Tejarat Atlas Darya" şirkətlərinə məxsus ərzaqlıq kartof məhsulu partiyalarından agentlik əm... | publikaz_normalized |
Polkovnik-leytenantın işi üzrə şahid dindirildi":"Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, külli miqdarda mənimsəmədə təqsirləndirilən polkovnik-leytenant Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, təqsirləndirilən şəxs olan Mahir Şirvanovu tanıma... | publikaz_normalized |
Oktyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə mövcud perspektivlər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, habelə bölgədəki cari... | publikaz_normalized |
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 14-cü toplantısında diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi olub. Ermənilərin otuz illik işğal dövründə Qarabağda dini-mədəni irsimizə q... | publikaz_normalized |
Çoxumuz hesab edirik ki, düzgün və sağlam yuxu səkkiz saat olmalıdır. Lakin dahilərin həyat tərzi bizə başqa bir alternativ olduğunu göstərir. Əgər evdə pişik və ya itiniz varsa, yəqin ki, ev heyvanınızın nə qədər yatdığını görmüsünüz. Demək olar ki, bir insan kimi, həm uzun müddət, həm də iki mərhələdə: heyvanınız gün... | publikaz_normalized |
Tanınmış politoloq Nəzakət Məmmədova saxlanılıb. O bildirib ki, N.Məmmədova Rusiyaya casusluqda ittiham olunur. | publikaz_normalized |
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Brüsseldə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının, Avropa Regional Ofisinin, BMT-nin Ətraf Mühit Proqramının və Brüssel Koordinasiya İdarəsinin birgə təşkilatçılığı ilə “Təmiz, sağlam və dayanıqlı ətraf mühit hüququ” mövzusunda İnsan hüquqları 75 - Avropa və Mərkəzi... | publikaz_normalized |
Hazırda metronun 28 May stansiyasında sərninişin sıxlığı yaşanır. Sərnişinlərin dediyinə görə, həftənin son iş günündə belə bir sıxlığı müşahidə etmələri onlarda təəccüb yaradıb. Bəzi insanlar sıxlığa tab gətirməyərək, metro stansiyanı tərk etməyə məcbur olublar. Bu vəziyyət daha çox azyaşlı uşaqları qorxudub. Belə ki,... | publikaz_normalized |
Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir. Məlumata görə Orxan Hacılı qəza törətdikdən sonra qaçmış və əvəzinə başqa şəxsi hadisə yerinə göndərərək sürücü kimi göstərməyə cəhd etmişdir. Məsələ ilə bağlı Arif Hacılı və Orxan Hacılı ilə əlaq... | publikaz_normalized |
“Bağışlanan” Balasanyan İrəvanda Rusiya səfirliyinə getdi":"Qarabağdan qaçan separatçı Vitali Balasanyan İrəvana gəldikdən sonra şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu. "Onun barəsində qondarma rejimdə başlanmış cinayət işinə xitam verildiyi, oğluna qarşı da işin bağlan... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi i... | publikaz_normalized |
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ağ Evin rəhbəri Co Bayden arasında telefon danışığı olub. "Digər mövzularla yanaşı liderlər ATACMS uzaqmənzilli raketlərin tədarükü məsələsini də müzakirə ediblər. Zelenski Baydenə təşəkkür edib. “Ukraynalılar ATACMS raketlərini almaqdan çox həyəcanlandılar və əsgərlərimiz onlar... | publikaz_normalized |
İsrail ordusunun sərhəddəki postları Livandan raket atəşinə tutulub. İsrail Müdafiə Ordusu isə atəş mənbələrinə artilleriya atəşi ilə cavab verib. | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Bakı metrosunda qatarların hərəkəti ləngiyir. Bu zaman maşinistin idarəetmə lövhəsində dərhal müvafiq siqnal işə düşüb. Bu səbəbdən maşinist qatara baxış keçirib, sonra bütün məsələlər qaydasında olub və o, yoluna davam edib. Sonradan təkrar eyni hal yaranıb və qatar xəttin ortasında olduğundan o... | publikaz_normalized |
Rusiya Silahlı Qüvvələri bu günə qədər Ukraynanın 500 təyyarəsini, 250-dən çox helikopterini məhv edib. “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi 8104 pilotsuz uçuş aparatı, 441 zenit-raket kompleksi, 12778 tank və digər zirehli döyüş texnikası, 1165 çoxlu sayda döyüş maşını məhv edilib”, - məlumatda... | publikaz_normalized |
Yay fəslində 40 dərəcəyə yaxın temperaturun qeydə alındığı günlərin sayı əvvəlki illərə nisbətən çox olub. İnstitutun baş direktoru bildirib ki, əvvəllər 40 dərəcəyə yaxın temperatur 3-5 gün olurdusa, bu il avqust ayında həmin müddətin sayı 20 günü ötüb. | publikaz_normalized |
Ermənistan yenə şərt qoydu":"Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb. O əlavə edib ki, İrəvan hələlik cavab olaraq hər hansı yazılı təklif göndərməyib, Azərbaycanın göndərdiyi təkliflər hələ də müzakirə olunur. O bildirib ki, cavab təkliflərinin hazırlanması prosesində Ermənista... | publikaz_normalized |
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin azərbaycanlı həmkarı Samir Şərifovla Bakıda məsləhətləşmələr aparıb. “Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-h... | publikaz_normalized |
Orduya göndərilən yardım talan edilib":"Ukraynada hərbi hissələrin almalı olduğu humanitar yardımın üçdə biri yoxa çıxıb. “2023-cü ilin əvvəlindən hərbi obyektlərə humanitar yardımın göndərilməsi ilə bağlı 9000 hadisə yoxlanılıb. 3000-dən çox halda yardımın hərbçilərə çatdığını təsdiqləmək mümkün olmayıb”, - açıqlamada... | publikaz_normalized |
Çex Respublikası Senatının regionumuzda baş verən proseslərə dair qəbul etdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən qətnaməsi təəssüf doğurur. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Növbəti dəfə erməni lobbisinin və onun havadarla... | publikaz_normalized |
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmə, Baş Prokurorluq və Vəkillər Kollegiyasının mütəxəssis mülah... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hücumlarının miqyasını genişləndirməyərək, əməliyyatları dərhal dayandırmağa çağırıb. O, bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzzada humanitar atəşkəsin tezliklə bərqərar edilməsi təşəbbüsləri səmimi şəkildə dəstəkləməyə dəvət edib: “Türkiyə daha çox günahsız insa... | publikaz_normalized |
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura star verilib. Tovuzda keçirilən matç 2-2 hesabı ilə başa çatıb. Qonaqların heyətində Olavio Juninyo 7-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərində 46-cı dəqiqədə Otto Con fərqlənib. 89-cu dəqiqədə Leandro Andrade komandasını yenidən hesabda önə keçirsə də, 90+4-cü dəqiqəd... | publikaz_normalized |
24 yaşlı gənc...":"Göygöldə intihar hadisəsi baş verib. Kərimli yaşadığı evin həyətində özünü asaraq intihar edib. Kərimlinin atası İlham Kərimov polis zabitidir. O, Ucar və Ağstafa Rayon Polis Şöbələrində rəis müavini olub. Hazırda Gədəbəy Rayon Polis Şöbəsində təhqiqatçıdır. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Oktyabrın 20-də İDEA İctimai Birliyinin təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş növbəti həyət Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 12, 13, 14, 15, 16, 17, 19, 20, 21 ünvanında 3000 ... | publikaz_normalized |
Qarabağ" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib. - "Turan Tovuz"u təbrik edirəm. Hər bir halda xallarımızın üzərinə 1 xal gəldi. Fasilə ərəfəsində yorğunluq çox idi. Marko Yankoviç millidə zədələnib. Son vaxtlar çempionatda nadir hallarda 2 top buraxırıq. Turan Tovu... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah Sisi ilə telefon danışığı aparıb. Məlumata görə, dövlət başçıları telefon danışığında Yaxın Şərqdəki vəziyyət və həll yolu üçün atılacaq addımlar müzakirə edilib. Ərdoğan Qəzzadakı fələstinlilərin vətənlərindən köçməyə məcbur edilməsinin qəbuledilməz o... | publikaz_normalized |
“Azərpoçt”un adından saxta SMS-lər göndərilir":"Kiberdələduzlar “Azərpoçt” MMC-nin adından istifadə edərək vətəndaşlara saxta SMS-lər göndərir. Vətəndaşlardan onlara göndərilən keçidə daxil olmaları, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara na... | publikaz_normalized |
ABŞ Çinin 3 şirkətinə sanksiya tətbiq edib. Miller ABŞ-ın ballistik raket istehsalı üçün material və ya texnologiyanı Pakistana ötürdüklərinə əsaslanaraq sanksiya qərarı verildiyini bildirib. Qeyd edək ki, oktyabrın 17-də ABŞ Çinin 13 şirkətinə ixrac məhdudiyyətləri tətbiq edib. | publikaz_normalized |
Dedilər ki, rəqibin köynəyini əynindən çıxarıb":"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 10-cu turunda doğma meydanda "Qarabağ"la 2:2 hesablı heç-heçə edib. - Bizə də Tovuzda axşam oyun keçirmək qismət oldu. Qarabağ"ı burada görmək xoşdur. İddialı olmaq istəyiriksə, bu cür komandalarla oyunda çəkinməməliyik. İkinci h... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasının 10-cı turu çərçivəsində "Turan Tovuz" "Qarabağ"la 2:2 hesablı heç-heçə edib. - İkinci dövrənin açılış matçında komandanız “Qarabağ”la heç-heçə oynadı. Qarşılaşma barədə fikirləriniz necədir? İşıqlandırmadan sonra Tovuz şəhərində keçirilən ilk görüş idi. Qarabağ" çox güclü, Avropada öz sözün... | publikaz_normalized |
Fələstinin radikal “HƏMAS” hərəkatı bildirib ki, onun silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadaları İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib. Qeyd olunub ki, azad edilən ana və onun qız övladıdır. İsrail ordusunun məlumatına görə, “HƏMAS” Qəzza zolağında 203 mülki vətəndaşı girov saxlayır. | publikaz_normalized |
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb, Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesindəki mümkün inkişaf perspektivlərini müzakirə edib. Görüşdə Azərbaycan ilə Avropa ölkələri... | publikaz_normalized |
Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Bakanımız @HakanFidan, #BirleşikKrallık Dışişleri Bakanı James Cleverly'yi #Ankara'da ağırladı. Görüşmede Filistin-İsrail çatışmasın... | publikaz_normalized |
Qəzza zolağında baş verən faciəli və ürəkağrıdan hadisələr heç kəsi laqeyd qoymur. Onun sözlərinə görə, dünyanın hər gün gördüyü kadrlar hər bir insanın Fələstin müsəlmanlarının soyqırımının şahidi olduğunu açıq şəkildə nümayiş etdirir. O qeyd edib ki, bu dəhşətli cinayətlərə görə məsuliyyət daşıyanlar çoxdan bütün ağl... | publikaz_normalized |
ABŞ prezidenti Cozef Bayden ABŞ Konqresinə Ukrayna və İsrailə təqribən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sorğu göndərib. Sənəddə iddia edilib ki, Bayden administrasiyası Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab verib və indi müttəfiqi İsrailin kömək etməlidir. A... | publikaz_normalized |
İsinmək üçün pulları peçə atırıq" - FOTO":"Tanınmış bloger Fatimə Əhmədova izləyicilərinin suallarını cavablandırıb. Yəni, heç demisiniz ki, bu qədər pulu nə edirəm? sualına özünəməxsus reaksiya verib. Arada məni o qədər fikir aparır. Hətta elə olur ki, evdə yer olmadığından isinmək üçün pulları peçə atırıq" deyib. | publikaz_normalized |
Ermənistanın Aştarak şəhərinin meri Vardan Safaryan silahlı insident zamanı xəsarət alıb. Bildirilib ki, hadisə “Qalusti dzor” istirahət zonasına gedən yolda baş verib. Belə ki, 65 yaşlı Qalust.Q., onu oğlu 37 yaşlı Ayk Q. və 34 yaşlı Aştarak icmasının sədri Tovmas Şaqinyan arasında torpaq məsələsinə görə mübahisə yaşa... | publikaz_normalized |
Yaxınlarınıza hədiyyə verin, onları sevindirin":"Təxribatlara uymasanız, gün yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma çəkəcəklər. İş yerini dəyişmək, yeni tanışlıqlara can atmaq məsləhət deyil. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından pis deyil. Axşam saatlarına yaxın tək qalın, düşünüb-daş... | publikaz_normalized |
İsrailin Sterod ərazisində çəkiliş aparan REAL TV-nin və Türk mediasının əməkdaşlarının olduğu ərazi bombalanıb. Həmin anın videosunu təqdim edirik: | publikaz_normalized |
Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Ba... | publikaz_normalized |
Böyük nəticələri olacaq":"Hindistan hökumətinin 41 kanadalı diplomatın ölkədən çıxarması diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır. Onun sözlərinə görə, Yeni Dehlinin hərəkətləri Hindistan və Kanadada milyonlarla insanın həyatını inanılmaz dərəcədə çətinləşdirəcək. “Hindistan hökumətinin bu hə... | publikaz_normalized |
Rusiyanın İl-76MD hərbi-nəqliyyat təyyarəsi Düşənbədəki hərbi aerodromdan havaya qalxan zaman yanıb. İlkin məlumatlara görə, oktyabrın 19-dan 20-nə keçən gecə təyyarədə təkər sürətlənmə zamanı partlayıb, bundan sonra yanğın başlayıb. Təyyarə uçuş-enmə zolağından çıxıb və tamamilə yanıb. Mənbələrin məlumatına görə, təyy... | publikaz_normalized |
Diplomat, Rusiya xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadze xarici agent kimi tanınıb. Kunadze Rusiyanın mənfi imicini yaratmağa yönəlmiş yalan məlumatlar, habelə ölkənin dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət, habelə RF Silahlı Qüvvələrinin hərəkətləri barədə yalan məlumatlar ... | publikaz_normalized |
Belçikanın ədliyyə naziri Vinsent Van Kukenborn oktyabrın 16-da Brüsseldə törədilən terror aktına görə istefa verib. Brüsseldə iki isveçli futbol azarkeşi öldürülüb. Belçikanın xarici işlər naziri Aja Labib hadisəni terror aktı adlandırıb. “Sudinfo” portalının xəbərinə görə, Brüsseldə atışmanı həyata keçirən şəxs İŞİD ... | publikaz_normalized |
FİFA-nın Müstəqil Etika Komitəsinin Məhkəmə Palatası Conatan Bukabakvanı azyaşlı futbolçuya qarşı cinsi təcavüzdə təqsirli bildikdən sonra 20 il müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırmaq qərarına gəlib. Bu iş bir neçə media platformasında yer alan Konqo Demokratik Respublikası Futbol Assosiasiyasında... | publikaz_normalized |
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabr ayında casusluq məqsədilə edilmiş kiberhücumunun qurbanı olub. BCM təxminən beş həftə əvvəl ciddi kibertəhlükəsizlik insidenti olduğunu müəyyən edib. Məhkəmədən qeyd ediblər ki, mövcud sübutlar casusluq məqsədilə məqsədyönlü və mürəkkəb hücuma işarə edir. Əlavə edilib ki, bu ... | publikaz_normalized |
Türkiyəli aktrisa Öykü Gürmanla sevgilisi Fatih İçmelinin bu gün toyudur. Sənətçi nikah zamanı göz yaşlarını saxlaya bilməyib. Cütlüyün özəl günündən görüntülər sosial şəbəkədə yayılıb. Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi etmişdi. Daha sonra ailə arasında keçirilən kiçik mərasimlə ni... | publikaz_normalized |
Bu axşam Türkiyə telekanallarında "Yalı çapkını" və "Ateş kuşları" seriallarının yeni bölümləri yayımlanmayacaq. Qeyd edək ki, ötən gün də "Kuruluş Osman", "Adım Farah" və "Benim güzel ailem" serialları yayımlanmamışdı. | publikaz_normalized |
Yalı çapkını" serialında rol alan aktrisa Afra Saraçoğlu yeni reklam təklifi alıb. O reklam çəkilişindən 20 milyon lirə məvacib qazanacaq. | publikaz_normalized |
Bir neçə gün əvvəl 33 yaşını qeyd edən aktrisa Pərvin Abıyeva istirahətə yollanıb. Abıyeva tətilindən görüntülərini sosial şəbəkədə paylaşıb. | publikaz_normalized |
Türkiyənin İzmir vilayətinin Buca ilçəsində 3,9 bal gücündə zəlzələ olub. Zəlzələnin 9,23 km dərinlikdə meydana gəldiyi bildirilib. Dağıntı və tələfat barədə məlumat verilmir. | publikaz_normalized |
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 21-də Qahirədə keçiriləcək Yaxın Şərq sammitində iştirak edəcək. Görüşdə bir çox ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək. Rəsmilər Qahirədə Qəzzadakı hadisələri və Fələstinlə İsrail arasında sülh prosesini müzakirə edəcəklər. | publikaz_normalized |
Yeməkdən əvvəl və sonra mədədə, qarının üstündə sancı, sanki mədənin sıyrılması, yanma hissi, ürək bulanma artıq xoralı yaradan xəbər verə bilər. “Xora qastritdən qat-qat dərin və xroniki prosesdir. Səbəbləri çoxdur, amma ən başlıca rolu helikobakter pilori bakteriyası ilə yoluxma olur. Ona görə diaqnoz üçün helikobakt... | publikaz_normalized |
Bəzi insanlar risk etməkdən çəkinsələr də, bəziləri bunun tam əksini edə bilirlər. Adətən macəra həvəsi yüksək olan şəxslər heç kimin cəsarət etmədiklərini qorxmadan sınayırlar. Şir bürcü - Son dərəcə dürüst və qətiyyətli davranan şirlər istənilən münasibətdə liderliyə can atırlar. Şirlər risk almağı sevir və bundan qo... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, politoloq Nəzakət Məmmədova Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb. | publikaz_normalized |
Türkiyədə yaşamaq icazəsi əldə etməyə imkan verən daşınmaz əmlakın minimum qiyməti 200 min ABŞ dollarından az olmamalıdır. Yeni qanuna əsasən, bu halda kadastr qiymətləndirməsi tələb olunmayacaq. Sənədi əldə etmək üçün yalnız “tapu” – mənzilin dəyərinin qeyd olunduğu daşınmaz əmlaka sahib olmanı təsdiq edən mülkiyyət s... | publikaz_normalized |
Payızın son günlərində üç bürc sevgi, karyera və maliyyə vəziyyəti baxımından sevinəcəklər. Onlar iş həyatlarında gözlədikləri yüksəlişi əldə edəcəklər. Uzunmüddətdir sevgi axtarışında olan Tərəzilərin eşq həyatı da parlaq görünür. Əqrəblər oktyabrda bir qədər ruh düşkünlüyü yaşasalar da, il sonuna qədər həm maliyyə, h... | publikaz_normalized |
Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60... | publikaz_normalized |
Niderland Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Livana səfər etməmək barədə xəbərdarlıq edib. Açıqlamada Livana səyahət etməməyə çağırılıb və Niderland vətəndaşlarına ticarət uçuşları davam edərkən bu ölkəni mümkün qədər tez tərk etmələri tövsiyə edilib. Həmçinin Livanı tərk etməməyi seçən Niderland vətəndaşlarından... | publikaz_normalized |
Bu gün oğlumla telefonda danışdım. Aqşin heç vaxt belə danışmamışdı. Aqşinin səsindən belə bildim ki, danışmaq istəmir. Özüm üçün bir problem yaratsam, narahat olma” dedi. Elə hey sağollaşır, sanki danışmaq istəmirdi. Bu gün artıq balam 7 aydır düşmənin evində nə çəkdiyini dilə gətirdi, səbrinin daşdığını açıqladı". " ... | publikaz_normalized |
Tədbirlər görməliyik...":"Misir Prezidenti Əbdülfəttah Sisi Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşündə Qəzza bölgəsindəki müharibənin bütün regiona yayılmasının qarşısını almaq üçün hərəkətlərin əlaqələndirilməsinin vacibliyini bildirib. “Müharibənin regional səviyyəyə keçməsinin qarşısını almaq üçün koordi... | publikaz_normalized |
350 nəfər xəstəxanaya yerləşdirildi":"Türkiyənin Manisa şəhərində kütləvi zəhərlənmə baş verib. Xəstəxanaya yerləşdirilən vətəndaşların yedikləri yeməkdən zəhərləndikləri müəyyən edilib. Müalicə alan 350 nəfərin 321-i evə buraxılıb. Hazırda 29 xəstənin müalicəsi davam etdirilir. Şəhərin səhiyyə idarəsi hadisə ilə bağlı... | publikaz_normalized |
Omeqa-3 yağ turşuları baş beynin hüceyrələrini iltihabdan qoruyur. Yarıdoymuş yağ turşuları ilə yağlı dəniz balıqları zəngindir, o orqanizmdə iltihabı azaldır, depressiyada kömək edir. Əvvəlki tədqiqatlar göstərib ki, böyük depressiv pozuntusu olan insanlarda orqanizmdə iltihab səviyyəsi daha yüksək olur. Balıq yağının... | publikaz_normalized |
Zəngəzuru götürəcək? - “Stratfor”":"Azərbaycanın Ermənistanın cənubunu və qondarma Zəngəzur dəhlizini zorla ələ keçirməsi perspektivinə baxmayaraq, Bakı çox güman ki, Ermənistanı sazişlə razılaşmağa məcbur etmək üçün nisbətən kiçik ərazi müdaxilələri və sərhədyanı atəşə məruz qoyacaq. Məqalədə “Politiko” nəşrinin artıq... | publikaz_normalized |
İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçısı Salvan Momika şənbə günü yeni analoji nümayiş keçirməyi planlaşdırır. “Əgər Belçikadakı terror hücumu hansısa şəkildə Quranın yandırılması ilə bağlıdırsa, bu, mənim məsuliyyətim deyil”, - Momika bəyan edib. Xatırladaq ki, oktyabrın 16-da Belçikanın paytaxtında fut... | publikaz_normalized |
HƏMAS radikal qruplaşması son iki həftə ərzində Qəzza bölgəsindən İsrailin ərazisinə 6,9 mindən çox raket atıb. Qeyd olunub ki, İsrailə 6900-dən çox raket atılıb ki, onların da 450-dən çoxu uğursuz buraxılış olduğu üçün Qəzza ərazisinə düşüb. İki həftə ərzində atılan raket və HƏMAS terrorçuları 1400-dən çox şəxsin ölüm... | publikaz_normalized |
Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu kollegiya ilə bağlı mətbuatda dərc olunan fikirlərinə görə məhkəməyə verib. Sözügedən araşdırmada qeyd olunub ki, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkəti Pirallahı rayon Məhkəməsinin sədri Faiq Qasımovun oğluna məxsusdur və Vəki... | publikaz_normalized |
Xalq artisti Emin Ağalarov yeni layihəsi üçün təəccüb doğuran addım atıb. Klipdə həmin kadr qüsursuz alınsın deyə Emin bir neçə dəfə hovuza tullanmalı olub. Sözügedən görüntüləri isə Ağalarov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. | publikaz_normalized |
İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə zərbə endirib. “İsrail Müdafiə Qüvvələri hazırda Livandakı “Hizbullah” terror qruplaşmasının hədəflərinə zərbələr endirir”, - bəyanatda deyilir. Digər təfərrüatlar açıqlanmır. Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağında... | publikaz_normalized |
Tayvan Silahlı Qüvvələri Yilan qəzasının sahillərində artilleriya atəşi zamanı göyərtəsində 34 nəfərin olduğu mülki əyləncə gəmisini təsadüfən zədələyib. Belə ki, beş ekipaj üzvü və 29 turistin olduğu gəmi təsadüfən sahil mühafizəsi tərəfindən qorunmayan hərbi təlimin keçirildiyi əraziyə daxil olub. Mərmilərdən biri gə... | publikaz_normalized |
Rusiyanın baş naziri Mixail Mişustin Moskva ilə Helsink arasında transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verən sərəncam imzalayıb. Qeyd olunub ki, 2012-ci il aprelin 13-də Helsinkidə imzalanmış iki ölkə arasında transsərhəd əməkdaşlığın təşviqi haqqında sazişə xitam verilsin. Rusiya Xarici İşlər Nazirliyin... | publikaz_normalized |
saxta “erməni tarixi”nin atası":"Erməni yalanı və saxtakarlıqlarından biri də Movses Xorenatsi və onun mövcudluğudur. Z.Əliyev bildirib ki, M.Xorenatsi adlı tərcüməçini ermənilər öz tarixşünaslıqlarının atası sayırlar: “Çünki bu şəxs “Patmutyun hayots” adlı bir kitab yazıb. “Patmutyun hayots” söz birləşməsi tərcümədə h... | publikaz_normalized |
Yaxın Şərqdə İsraillə HƏMAS arasında yaşanan müharibə tək regionda deyil, min kilometrlərlə kənarda da hiss olunmaqdadır. Müharibənin təsirləri artıq Yaxın Şərqdən Avropaya sıçrayıb. Yəhudi və ərəb miqrantların yaşadığı ölkələrdə gərginlik hiss olunmaqdadır. Miqrantlara qarşı sərt mövqe nümayiş etdirən Fransa da ərəb-y... | publikaz_normalized |
Bloger və QHT-lərə bu tapşırıq verildi":"Qarabağdan könüllü olaraq köçən ermənilər Ermənistan hökuməti üçün yeni ciddi problemə çevrilməkdədirlər. Ümumilikdə Ermənistan ermənilərinin Qarabağ ermənilərinə münasibəti yaxşı deyil. Mərkəzi hakimiyyət, Paşinyan hökuməti nə qədər gizlətməyə çalışsa da, bunu ört-basdır edə bi... | publikaz_normalized |
standartlar qəbul olundu, əməl ediləcək?":"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən uşaq oyuncaqları ilə bağlı yeni dövlət standartı qəbul edilib. Bu qərar oyuncaq bazarında hansı dəyişikliklərə ... | publikaz_normalized |
İsrail Qəzzanı Fələstin Milli Administrasiyasına verməyə hazırlaşmır. “Baş nazir Netanyahu hədəfi müəyyən edib: İsrailin Qəzzanı Fələstin Muxtariyyətinə, yaxud digər tərəfə verməyə hazırlaşması ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır”, - deyə bildirilib. Qeyd edilir ki, bundan öncə bəzi İsrail KİV-lərində İsrailin ... | publikaz_normalized |
Sevinə biləcəyik?":"Azərbaycanda inflyasiya göstəricisi bu il 9 faiz, 2024-cü ildə isə 5,8 faiz səviyyəsində gözlənilir. Bu barədə Dünya Bankının "Regional Economic Outlook" hesabatında bildirilib. Bankın yaz proqnozlarına nisbətən bu gözləntilər 2023-cü ildə 0,5 faiz artıb, 2024-cu ildə isə 0,4 faiz azalıb. Sənədə əsa... | publikaz_normalized |
ABŞ-ın büdcə kəsiri son bir ildə 320 milyard dollar artaraq 1,7 trilyon dollara çatıb. Sənəddə göstərilir ki, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində ABŞ-ın büdcə xərcləri 6,1 trilyon dolları, gəlirləri isə 4,4 trilyon dolları ötüb. Beləliklə, 2022-ci maliyyə ilinin məlumatları ilə müqayisədə büdcə kəsiri 32... | publikaz_normalized |
Nyu-York məhkəməsi keçmiş prezident Donald Trampı məhkəmə məmurları haqqında danışmamaq əmrini pozduğuna görə 5000 dollar cərimələyib. Hakim ona iki dəfə xəbərdarlıq etmişdi. Onun cərimə olunmasına səbəb "Truth Social"da hakim Artur Engoronun əməkdaşının fotosunu paylaşması olub. | publikaz_normalized |
Yığılan pul hara gedir?":"Yeni tikili binalarda liftlərin, blokun qapılarının üzərində A4 vərəqində sakinlərə kommunalı ödəmədikləri halda liftin işləməyəcəyi, binaya verilən işığın dayandırılacağı ilə bağlı xəbərdarlıqlar tez-tez edilir. Demək olar ki, əksər çoxmənzilli binalarda belə elanlara rast gəlirik. Hətta bəzi... | publikaz_normalized |
Fermerlər bağları niyə ləğv edirlər?":"“Qubanın ağ alması, yeməyə var alması... Qubadan alma aldım, yarıma yola saldım...” " "Vaxtilə adına mahnılar bəstələnən, yara ən gözəl hədiyyə sayılan Quba alması dardadır. Fermerlər almanın keyfiyyətsizliyindən, satılmamasından, dəyərinin azalmasından şikayətlənir, mütəxəssislər... | publikaz_normalized |
Əməkdar artist Mətanət İsgəndərli sosial media hesabında paylaşdığı fotosu ilə diqqət çəkib. M.İsgəndərlinin həddindən artıq fotoşopdan istifadə etməsi onu tanınmaz hala gətirib. O, paylaşımına "məni tanıdınız? | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.