text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Tezliklə bütün dünya...":"Real”ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərin debütünün nə vaxt olacağı ilə bağlı sualı cavablandırıb. Yaxşı uyğunlaşmalıdır, hamı ona kömək edir. O, çox da xoşbəxt deyil, çünki başqa cür başlamaq istəyirdi. Bununla belə, burada uğur qazanmaq üçün hər şey var. Tezliklə onun bir çox keyfiyy... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, HƏMAS iki qadın məhbusu azad edib. Bildirilib ki, onlar ABŞ vətəndaşları Yeudit Raanan və 18 yaşlı qızı Natalidir. Çikaqo sakinləri oktyabrın 7-də Nahal Oz kəndində Həmas silahlıları tərəfindən əsir götürülüb. Girovlar Qətərin vasitəçiliyi ilə azad olunub. | publikaz_normalized |
Qadınlar arasında bu turnir Səudiyyə Ərəbistanında keçirilsin":"Səudiyyə Ərəbistanının qadınlardan ibarət milli komandasının texniki direktoru, Almaniya millisinin sabiq futbolçusu Monika Staab 2035-ci ildə qadınlar arasında dünya çempionatının bu ölkədə təşkili imkanlarının nəzərdən keçirilməsini təklif edib. “Mən Səu... | publikaz_normalized |
“Haqqin.az” saytının baş redaktoru Eynulla Fətullayev “Xural.com” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsində dindirilib. O, Ə.Zeynallıya qarşı rüşvətalma ittihamıyla bağlı ifadə verib. Məsələ burasındadır ki, Zeynallı ötən ilin sentyabrında Fətullayevin yaydığı səs yazısından sonra proku... | publikaz_normalized |
“Hər şeyin çoxu ziyandır” deyimi təkcə atalar sözü deyil. Bəzi qidalar həddindən artıq miqdarda istehlak edildikdə öldürə bilər. Yetişməyən şaftalı və ərik" "Həddindən artıq istehlak edildikdə ishal kimi xəstəliklərə səbəb ola bilər. Ərik isə böyrəklər pis təsir edir. Allergik reaksiyalara da səbəb ola bilər. Banan" "K... | publikaz_normalized |
Fələstin-İsrail münaqişəsi zamanı 20-dən çox jurnalist həlak olub. "Bildirilir ki, oktyabrın 20-nə olan məlumata görə, 22 jurnalist həlak olub. "Onlardan 18-i fələstinli, 3-ü israilli, 1-i isə livanlı olub. Bununla yanaşı, 8 media nümayəndəsi xəsarət alıb, 3 jurnalist isə itkin düşüb. | publikaz_normalized |
İnter"in və İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Barella jurnalist Fabritsio Koronanı qanunsuz mərc oyunlarında iştirakı ilə bağlı yalan məlumat yaydığına görə məhkəməyə verəcəyini bildirib. “Haqqımda yazılan hər şeyə baxmayaraq, uzun müddət susmuşam. Mən heç vaxt mərc etmək (xüsusilə də işimdə) bir yana, qumar o... | publikaz_normalized |
Hipotoniya, yəni aşağı qan təzyiqi hipertoniya ilə eyni təhlükəli vəziyyətdir. Arterial təzyiqin 90/60-dan aşağı düşməsi hipotoniya hesab olunur. Rusiyalı kardioloq və terapevt Valeriya Txorikova bu vəziyyətin nə qədər təhlükəli olduğu və niyə yarandığı barədə danışıb. Txorikova izah edib ki, təzyiqi düşən xəstəni üfüq... | publikaz_normalized |
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,72 ABŞ dolları, yaxud 1,79 % artaraq 97,68 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 92,16 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiym... | publikaz_normalized |
7 oktyabrdan bəri Qəzzada olan döyüşlər zamanı 14200 yaşayış yerindən ibarət olan 5500 bina tamamilə dağılıb. O qeyd edib ki, hücumlarda 14 min 200 yaşayış yerindən ibarət 5 min 500 bina tamamilə dağıldılıb: “62 ictimai bina və 133 min 370 yaşayış evi qismən zədələnib. 10 min 127 bina isə yaşayış üçün yararsız hala gəl... | publikaz_normalized |
“Kaş bilərdim...” - VİDEO":"Oktyabrın 17-də tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı intihar edib. Türkan Məmmədli yoldaşı ilə hadisədən bir neçə saat əvvəl danışdığını qeyd edib. “İndi hər kəs bir söz danışır. Amma kimsə nələr yaşadığımızı bilmir… Ölümündən iki saat öncə danışdıq. Xahiş edirəm, daha çox ahı... | publikaz_normalized |
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yola iki cür hərəkət zolağı var. Onlardan biri sürətli keçiddir, digəri isə adi keçiddir. A.Nəcəflinin sözlərinə görə, adi zolaqlarda sürücü məntəqə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır. O bildirib ki, əldə edilən ... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, dünən – oktyabrın 20-də İrəvanda Qarabağdan köçən ermənilərin etiraz aksiyası keçirilib. Etirazçılar Araik Artyunyanın yaxın dostu Karen Şahramanyanı da döyüblər, onu sürüyərək təpikləyiblər. “Hraparak” iddia edir ki, bu etirazı Nikol Paşinyan təşkil edib. Paşinyan bununla da “Qarabağı təhvil ver... | publikaz_normalized |
“Bic doğub..." - VİDEO":"Müğənni Afət Fərmanqızı sənətçi həmkarlarını tənqid atəşinə tutub. Daha sonra həmkarlarının şəxsi həyatı barədə danışan Fərmanqızı ad çəkməkdən onlara ultimatum göndərib: “Türkiyədə “Söylemezsem olmaz” adlı proqram var, mən də izləyirdim. Orada başqasının əmlakını, ərini, haqqını ələ keçirən ad... | publikaz_normalized |
Nyu-York ştatının hakimi Artur Enqoron ABŞ-ın keçmiş prezidenti Donald Trampı “Truth” sosial şəbəkəsində foto dərc etdiyinə görə cərimələyib. Tramp fotoya şərh yazıb və məhkəmə katibini Şumerin “sevgilisi” adlandırıb. Məhkəmə bundan əvvəl fotonun siyasətçinin şəxsi səhifəsindən silinməsi barədə qərar çıxarmışdı. Lakin ... | publikaz_normalized |
Qəzza zolağından azad edilən amerikalı qadınların gözəgörünən xəsarətləri yox idi. Bundan əvvəl İsrail hakimiyyəti Qəzzada iki girovun azad edildiyini təsdiqləyib. Bunlar Yudit Tay Raanan və Natali Şuşana Raanandır. Ana və qızı Nahal Oza hücum zamanı əsir götürülüb. ABŞ vətəndaşları iki həftə əsirlikdə qalıblar. Amerik... | publikaz_normalized |
“2023-cü il oktyabrın 1-nə SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə istehlakçıların sayı 2 561 740 nəfərə çatıb. Əhali sektoru üzrə abonentlərin sayı 2 520 082, qeyri-əhali sektoru üzrə isə 41 658 abonent təşkil edir”. Şöbə rəisi həmçinin 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 50 479 yeni abonentin qeydiyyata alın... | publikaz_normalized |
Bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsidir. Artıq həm şimaldan, həm cənubdan ölkəmizə daxil olan tranzit, həmçinin daxili yüklərin bu yol vasitəsilə rahat daşınması təmin olunacaq. A.Nəcəfli ödənişli yolun standartlara uyğun olaraq sürətli yol kimi inşa edildiyini və hər bir istiqamətdən xüs... | publikaz_normalized |
Elə gözəl yuxular görəcəksiniz ki...":"Yuxuları öyrənmək və onlardan nəticə çıxarmaq inanılmaz dərəcədə çətindir. Təbii ki, yuxuları idarə edə bilmərik. Çünki onlar gündəlik həyatımızdan və ən dərin düşüncələrimizdən parçalarla doludur. Ancaq yuxunu yaxşılaşdırmaq və stressi idarə etmək üçün edə biləcəyimiz şeylər var.... | publikaz_normalized |
İndoneziya Futbol Assosiasiyası (PSSI) 2034-cü il dünya çempionatına ev sahibliyi hüququ uğrunda mübarizədə Səudiyyə Ərəbistanına dəstək verib. “İndoneziya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının ev sahibi kimi Səudiyyə Ərəbistanını dəstəkləyir. Bundan əlavə, İndoneziya 2034-cü ildən sonra Asiya zonası... | publikaz_normalized |
Yeni texnologiya":"YouTube" məzmun yaradıcılarına məşhur musiqiçilərin səslərindən istifadə edərək mahnılar hazırlamaq imkanı verə biləcək yeni süni intellekt aləti üzərində işləyir. Bununla "YouTube", süni intellektə öyrətmək üçün müəyyən mahnılardan istifadə etmək hüququ əldə etməyə və eyni zamanda onların məhkəməyə ... | publikaz_normalized |
Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola buraxılmayacaq. Onun sözlərinə görə, bunun üçün yolun giriş-çıxışına xüsusi tərəzilər quraşdırılıb: “Avtonəqliyyat vasitələrinin beynəlxalq tələblərə uyğun yükgötürmə normaları var. Həmin normalara görə avtomobilin hər bir oxuna düşən çəki müəyyən e... | publikaz_normalized |
Avstraliyanın baş naziri Entoni Albaneze İsrailə səfər etməyəcəyini açıqlayıb. Perthdə sualları cavablandıran Albenese, "Hazırda Yaxın Şərqə səfər etmək planım yoxdur" deyərək, prioritetinin Avstraliyada İsrailin Fələstindəki zorakılığı ilə bağlı müxtəlif fikirli nümayəndələr arasında körpü qurmaq olduğunu bildirib. Av... | publikaz_normalized |
ABŞ və Aİ liderlərinin Vaşinqtonda keçirilən 27-ci sammitinin yekununda İsrail-Fələstin münaqişəsi ilə bağlı ortaq bəyanat verilib. Həmçinin İsrail-Fələstin münaqişələri ilə bağlı HƏMAS-ın İsrailə hücumları ən sərt şəkildə pislənib: Heç bir şey terrora haqq qazandıra bilməz. İsrailin beynəlxalq hüquq normaları çərçivəs... | publikaz_normalized |
Oktyabrın 21-də Milli Məclisdə Yeni Kaledoniyadan olan nümayəndə heyətinin bir qrup deputatla görüşü keçirilib. O, Azərbaycanın Sakit okean dövlətlərinin, müstəmləkəçiliyə məruz qalan ölkələrin yanında olduğunu qeyd edib. Bakı Təşəbbüs Qrupunun rəhbəri Ayxan Abbasov çıxışı zamanı sözügedən qurumun cari ilin avqustunda ... | publikaz_normalized |
Moldova Respublikası Fransa ilə qeyri-müəyyən müddətə müdafiə sahəsində yeni əməkdaşlıq müqaviləsi bağlayacaq. Xarici Siyasət və Avropa İnteqrasiya Komissiyasının üzvləri bununla bağlı danışıqların başlanmasına dair rəyi təsdiqləyiblər. Müdafiə sahəsində yeni sazişin bağlanması təşəbbüsü Fransaya məxsusdur və Kişinyovd... | publikaz_normalized |
Bu ölkələrdən çıxın":"İsrail vətəndaşlarının davam edən müharibəyə qəzəbli olanların hədəfinə çevriləcəyindən qorxaraq Misir, İordaniya və Mərakeşə səyahət qadağası ilə bağlı xəbərdarlıq edib. Milli Təhlükəsizlik Agentliyi, Baş Nazirlik və Xarici İşlər Nazirliyindən verilən mesajda Misir (Sinay yarımadası da daxil olma... | publikaz_normalized |
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının işğaldan azad olunmuş ərazilərimizdə xidməti ilə bağlı videoçarx yayımlayıb. Həmin videoçarxı təqdim edirik: | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, İsrailə ezam olunmuş türk jurnalist Fulya Öztürk təhdidlərə məruz qalır. CNN Türk" bu səbəbdən jurnalisti Qüdsdən Türkiyəyə geri çağırıb. | publikaz_normalized |
BMT TŞ-nin təcili olaraq islahatlara ehtiyacı var":"Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Sedat Önal BMT Təhlükəsizlik Şurasının qlobal səviyyədə islahatlara ehtiyacı olduğunu bildirib. Önal dünyada çoxlu böhranların yaşandığı bir vaxtda beynəlxalq ictimaiyyətin təcili olaraq "rasional, ehtiyatlı və ardıcıl şəkil... | publikaz_normalized |
Sarımsağı belə yeməyi dərhal dayandırın":"Həm sağlam quruluşu, həm də kəskin qoxusu ilə qidalanma vərdişlərimizə daxil olan ləzzətli sarımsaq, düzgün istehlak edildikdə təbii antibiotik rolunu oynayır. Ancaq sarımsaq düzgün şəkldə istehlak edilməsə, fəsadları yarana bilər. Ancaq sarımsağı yanlış şəkildə istehlak etdikd... | publikaz_normalized |
Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu torpaqlarda aparılan bərpa və yenidənqurma işlərinin ən yüksək səviyyədə həyata keçirilməsini stimullaşdıran mühüm amillərdən biridir. O cümlədən, dövlətimizin başçısı cari ilin oktyabrın 17-də, “Füzuli şəhəri günü”ndə Füzuli şəh... | publikaz_normalized |
“Çox düşük və bambılıdırlar” - VİDEO":"Tanınmış fitness məşqçisi Kamil Zeynallı bir neçə gün sonra yarışlara qatılacağını açıqlayıb. “İnşallah, oktyabrın 29-u bodybuilding üzrə Azərbaycan çempionatı keçiriləcək. Mən də bodybuildingin mensfizik kateqoriyası üzrə iştirak efəcəyəm. İçi özüm qarışıq hamıya uğurlar arzu edi... | publikaz_normalized |
Ölkəmizdə keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirirlər. Birgə təlimin növbəti məşqlərində həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma xüsusiyyətləri və m... | publikaz_normalized |
Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun son vaxtlar bəzi dairələrin apardığı anti-Azərbaycan kampaniyasının alətinə çevrilməsini pisləyir. Çex parlamenti Azərbaycanı “Qarabağda yerli əhali ilə davranışı müşahidə etmək üçün beynəlxalq müşahidəçilərin bölgəyə girişinə imkan ver... | publikaz_normalized |
8 noyabr - Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr - 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçiriləcək. Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi zəfərimizə həsr etdiyi simfonik ... | publikaz_normalized |
"Müğənni Fədayə Laçın uzun müddətdən sonra Azərbaycana gəlib. Fədayə Vətənə gəlməsini Oğuzda toy mərasiminə dəvət əlaqələndirib: Gəlməyimin səbəbi isə Oğuz rayonunun Muxas kəndində keçirilən toyla əlaqədardır. Çox güman ki, axşam saatlarında başlayan toy səhərə kimi davam edəcək. Bu isə o deməkdir ki, səhərə qədər oxuy... | publikaz_normalized |
Oktyabrın 20-də İDEA İctimai Birliyinin təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş növbəti həyət Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 12,13,14,15,16,17,19,20,21 ünvanında 3000 nəfər sa... | publikaz_normalized |
Oktyabrın 7-dən bu günədək Qəzzada 16 jurnalist ölüb. IFJ-nin internet saytından verilən açıqlamada, "HƏMAS ilə İsrail arasında Qəzzada davam edən qarşıdurmalarda indiyədək 16 jurnalistin öldüyü, çoxlu sayda jurnalistin yaralandığı və itkin düşdüyü" bildirilib. Bir çox jurnalist və fotomüxbirdən isə xəbər yoxdur. IFJ h... | publikaz_normalized |
Tovuzda bədbəxt hadisə baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Böyük Qışlaq kəndində qeydə alınıb. 26 yaşlı kənd sakini Turan Rüstəmov aldığı güllə yarasından ölüb. İlkin məlumatına görə, silahla ehtiyatsız davrandığından əlində açılıb, hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub... | publikaz_normalized |
Azyaşlı naməlum qurğudan açılan atəş nəticəsində öldü":"Bakıda azyaşlı faciəli şəkildə ölüb. Bildirilib ki, oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, ... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasının 10-cu turunun açılış matçında dünən “Turan Tovuz” “Qarabağ”ı qəbul edib. “Boz qurdlar”ın son anda məğlubiyyətdən xilas olması isə azarleşləri böyük sevincə qərq edib. Mayın 7-dən bəri Tovuzda qələbə qazanmayan komandanın Ağdam təmsilçisiylə heç-heçəsini (2:2) yerli fanatlar qələbə kimi qeyd... | publikaz_normalized |
Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana onlayn yolla narkotik vasitə gətirən Nadim İmanverdiyevə hökm oxunub. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesin yekununda Nadim İmanverdiyev 7 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Məhkəmə iclasında bildirilib ki, N.İmanverdiyev qanunsuz olar... | publikaz_normalized |
Oktyabrın 22-də gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz ... | publikaz_normalized |
“ABŞ-ın hesabatı əvvəlki hesabatlarda olduğu kimi qərəzlərlə doludur”. O həmçinin qeyd edib ki, nüvə güclərini həmişə milli təhlükəsizliyin tələb etdiyi ən aşağı səviyyədə saxlayırlar: “Heç bir ölkə ilə nüvə silahı yarışına girmək fikrində deyilik. Çinin sülhpərvər və proqnozlaşdırıla bilən nüvə silahlanma siyasətini g... | publikaz_normalized |
Ermənistan rəhbərliyi və xüsusilə də xarici ölkələrdəki erməni diasporu Azərbaycana qarşı uydurma "təzminat tələbləri" ilə çıxış etmək istəyirlər. Amma bu "tələb"lərin hüquqi, mənəvi və məntiqi əsasları olmadığı kimi, heç bir perspektivi də yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan indiyədək çıxışlarında və bəyana... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dö... | publikaz_normalized |
bu saziş təsdiqlənəcək":"Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Qəhrəmanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə” qanun layihəsini m... | publikaz_normalized |
Misirin paytaxtı Qahirədə 30-dan çox dövlətin, bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammiti işə başlayıb. Tədbiri Misir Prezidenti Əbülfəttah Əs-Sisi açıb. | publikaz_normalized |
Tamamilə yandı":"Düşənbə hərbi hava limanından uçuş zamanı Rusiyanın İl-76MD hərbi-nəqliyyat təyyarəsində yanğın baş verib. Hadisə nəticəsində təyyarə uçuş-enmə zolağından çıxıb və tamamilə yanıb. Rəsmi məlumata görə, yanğına səbəb təyyarənin təkərlərinin partlamasıdır. Təyyarədə 8 nəfər olsa da, xəsarət alan olmayıb. | publikaz_normalized |
Tikintisinin 2025-ci ildə başa çatdırılması planlaşdırılan Laçın hava limanından görüntülər yayılıb. | publikaz_normalized |
Nəfəs almaqda probleminiz varsa...":"Xalq arasında "ağciyərlərin sərtləşməsi" kimi tanınan ağciyər fibrozu, müalicə gecikdirildikdə tənəffüs çatışmazlığına səbəb ola biləcək bir xəstəlikdir. "Üstəlik, onun ən tipik simptomu olan nəfəs darlığı məkrli şəkildə baş verir və adətən yavaş irəliləyir. Xəstəlik irəlilədikcə, n... | publikaz_normalized |
İlk maşınlar Qəzzaya doğru hərəkətə başladı":"Qəzza zolağına humanitar yardım aparan ilk yük maşınları Rəfah keçid məntəqəsindən keçərək anklav ərazisinə hərəkət etməyə başlayıb. Humanitar yardım, o cümlədən tibbi dərmanlar və tibbi avadanlıqlar daşıyan yük maşınları Misirin Rəfah keçid məntəqəsindən keçərək Qəzza zola... | publikaz_normalized |
Əməkdar artist Firuz Səxavətə vəzifə verilib. F.Səxavət bildirib ki, o, Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyin olunduğu üçün Ağdam şəhərinə köçüb: “Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyin olunandan sonra Ağdam şəhərinə köçmüşəm. Məni bundan sonra yalnız şənbə və bazar günləri efirlərdə görə bilər... | publikaz_normalized |
Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər ötən gün də davam etdirilib. Bildirilib ki, oktyabrın 20-də keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 54 fakt aşkar edilib. İctimai yerlərdə nark... | publikaz_normalized |
Bakı Təşəbbüs Qrupu artıq rəsmi fəaliyyətə başlayıb. Bizim neokolonializmə qarşı mübarizəmiz davam edəcək". O bildirib ki, Qrupun fəaliyyəti beynəlxalq hüquq çərçivəsində davam etdiriləcək: Bildiyiniz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yekunlaşır. Amma neokolonializmlə mübarizəmiz davam edəcək". Qeyd edək... | publikaz_normalized |
“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi vətəndaşlara eyni əmlakı girov qoymaqla banklardan daha böyük məbləğdə kredit götürmək imkanı verəcək. Deputat bildirib ki, yeni qanun layihəsi əmlakın daha dəqiq, ölçülə bilən və bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq. “Bu baxımdan gözlənti... | publikaz_normalized |
Türkiyənin Boğaziçi Universitetinin akademiki, dosent Doğan Kəlafət deyib ki, yaxın vaxtlarda İstanbulda baş verə biləcək zəlzələ sunamiyə səbəb ola bilər. "Kəlafət zəlzələnin maqnitudasının 7,2 bal gücünə çata biləcəyini də bildirib. Xatırladaq ki, bundan əvvəl avqust ayında yaponiyalı seysmoloq və baş mühəndis Yoşino... | publikaz_normalized |
“Qarabağ” rəhbərliyi Xankəndiyə səfər edib. Pubika.az xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb. Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni “xunta” rejiminin əlindən geri alınan və Azərbaycan dövlətini... | publikaz_normalized |
4 nəfər saxlanıldı":"Şənbə günü səhər tezdən Kiprin paytaxtında İsrail səfirliyi yaxınlığında kiçik əldəqayırma bomba partlayıb. Əldəqayırma partlayıcı Nikosiyadakı səfirliyin girişindən təxminən 30 metr aralıda işə salınıb. Kipr KİV-lərinin məlumatına görə, cihaz atəşfəşanlıqda istifadə olunan materialla doldurulmuş m... | publikaz_normalized |
“Fələstin üçün”":"Qəzza zolağında öldürülənlərin qisasını almaq istəyən şəxs Böyük Britaniyada terror aktı törədib. Qeyd olunur ki, 2020-ci ildə Böyük Britaniyaya gələn bir adam polisə bunu “Fələstin üçün” etdiyini deyib. Lakin nəşrin qeyd etdiyi kimi, bu hadisə ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Hadisənin təfə... | publikaz_normalized |
Mərakeş 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının final oyununa ev sahibliyi etməyə iddialıdır. Xatırladaq ki, 2030-cu ildə futbol üzrə dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Bununla belə, turnirin açılış oyunları Argentina, Paraqvay və Uruqvayda baş tutacaq. Bu, Cənubi Amerikad... | publikaz_normalized |
Ukraynanı aşağıladı":"UEFA prezidenti Aleksander Çeferin hesab edir ki, İtaliya komandası Avro-2024-ün final hissəsində olmalıdır. “İtaliya Avro-2024-ə vəsiqə qazanmalıdır, əks halda bu, fəlakət olardı. Düşünürəm ki, İtaliya Ukraynaya qalib gələcək”, - Çeferin bildirib. Xatırladaq ki, Ukrayna və İtaliya yığmaları AVRO-... | publikaz_normalized |
Qəzzadakı bombalanmadan sonra fələstinli uşağın ölən bacısıyla vidalaşmağı sosial şəbəkələrdə viral olub. Qardaşın bu görüntüsu son günlər sosial şəbəkələrin gündəmindən düşmür. Həmin videonu təqdim edirik: | publikaz_normalized |
Qarabağın baş tacı, dağlar gözəli Şuşa ilin bütün fəsillərdə əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Payız fəslində isə şəhər, xüsusən də Cıdır düzü, Xan qızı bağı, Şuşa qalasının ətrafı boyalarla işlənən tablonu xatırladır. Ətrafdakı dağlar, yarpaqları qızılı rəngə çalan ağaclar, xəzanın sarı, qırmızı rənglər... | publikaz_normalized |
ingilis kanalında İsraili biabır etdi, Qərb mediasını ələ saldı - VİDEO":"Misir televiziyasının aparıcısı Bassem Youssef britaniyalı jurnalist Piers Morqanın "Senzurasız" proqramında iştirak edib. İsrailin Qəzzaya qarşı başlatdığı qətliamı satirik şəkildə şərh edən Youssef, İsraili narsist psixopatik personajların oyna... | publikaz_normalized |
Birini tutublar...":"Haqqımda yazılan xəbərlərin altında şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim. Azərbaycan polisi sağ olsun şikayətimə baxıb, (red. 3 gündür menecerimə zəng edir, ailəsi üzr istəyir, özü üzr istəyir ki, şikayətimi geri götürüm”. Haqqında təhqir dolu ifadələr yaz... | publikaz_normalized |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi yeni vəzifəyə təyin edilib. Qeyd edək Cavanşir Nuriyev ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qaracallı kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “İVECO” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələr... | publikaz_normalized |
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Şəmkir rayonunda yerləşən daş karxanasının ərazisində ekskovatorda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.... | publikaz_normalized |
Ərəb ölkələrinin iştirakı ilə...":"ABŞ və İsrail Qəzza zolağında müvəqqəti hökumətin yaradılması variantını müzakirə edir. Hökumət BMT-nin dəstəyi və ərəb ölkələrinin iştirakı ilə yaradıla bilər. Nəşr yazır ki, müzakirələr hələ rüşeym mərhələsindədir və onların uğuru gələcək inkişaflardan asılıdır. | publikaz_normalized |
Rekord alış":"Bu ilin avqustunda Hindistan Rusiyadan 215 milyon dollar dəyərində brilyant alıb ki, bu da 2018-ci ilin martından bəri rekord göstəricidir. Belə ki, yayın sonunda Hindistan Rusiya almazlarının idxalını aylıq olaraq 4 dəfə, illik əsasda isə 9% artıraraq 215,1 milyon dollara çatdırıb. Ümumilikdə, ilin əvvəl... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Rafiq Nəsrəddinov adına ... | publikaz_normalized |
İsrailin əzabı Türkiyə olacaq!":"Beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayan İsrailin qırğınlarını dayandırmaq üçün səylər davam edərkən, ABŞ hərbi analitikindən diqqətçəkən bir şərh gəlib. İsrail Qəzzaya girərsə, bu, onlar üçün qiyamət olacaq" ifadələrini işlədib. " " "4 mindən çox günahsız insanın həyatına ... | publikaz_normalized |
Onu 6-cı raundda nokauta göndərəcək":"WBC versiyasında ağır çəkili kəmər sahibi Tayson Fyuri (33-0-1, 24 KO) Frensis Nqannunu neçə raundda nokaut etməyi planlaşdırdığını söyləyib. “Mən onu altı raundda nokaut edəcəyəm. Qollarımı yuxarı qaldırıb döyüşəcəm. Mən onu gürzlə vuracağam, 120+ kq üzünə çırpılacaq. Mən Nqannanı... | publikaz_normalized |
Türkiyədə insanları aldadaraq onlardan 100 milyon lirə (təxminən 6 milyon 70 min AZN) pul yığan fenomen Kıvanç Talu ilə bağlı şok iddialar ortaya çıxıb. Cütlüyün orta məktəb yoldaşları və yaxınlarının hər birindən 1-2 milyon lirə məbləğində pul aldığı məlum olub. Onlar evlərində çalışan xadimənin avtomobilini də satdır... | publikaz_normalized |
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir. Bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının t... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb. Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar. Onlar, həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər. Qeyd olunub ki, Türkiyə regi... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyiti aşkarlanması barədə məlumat daxil olub. Qeyd olunub ki, əraziyə yaxınlaşmaq üçün nəqliyyat yolu olmadığından köməyə ehtiyac yaranıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xi... | publikaz_normalized |
Əməkdar artist Mətanət İsgəndərli nəvələri ilə bağlı paylaşım edib. Ruhlanın doğum günü ötən ay oldu, uşaqlar əylənsin deyə bir araya toplandıq. Ölkəmizdə əminamanlıq olsun, nəvələrimin hər özəl gününü daha böyük əhval-ruhiyyə ilə keçirəcəm". " "Mətanət İsgəndərli (@metanet__isgenderli)'in paylaştığı bir gönderi" "Azə... | publikaz_normalized |
Gəncə şəhərində tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb. Təbir zamanı ümumilikdə 25 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbələrinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda oldu... | publikaz_normalized |
Rossiya 24" Bakıdan videosüjet yayımladı - VİDEO":"“Fransa müxtəlif regionlarda geosiyasi intriqalar yaratmaqla məşğuldur”. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri Bakıda Fransanın müstəmləkə siyasətinə qarşı təşkil edilən “Neokolonializm: İnsan haqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfra... | publikaz_normalized |
ABŞ üçüncü dünya müharibəsinə yaxınlaşır":"Amerika Prezidenti Co Baydenin səriştəsiz rəhbərliyi ABŞ-ı üçüncü dünya müharibəsinə yaxınlaşdırır". Siyasətçinin sözlərinə görə, Bayden nə baş verdiyini bilmir. Tramp əlavə edib ki, seçki qərargahını "Truth Social"da qeydiyyatdan keçirmək ABŞ prezidentinin kifayət qədər sağla... | publikaz_normalized |
Azərbaycanın Qarabağda separatizmi ləğv etməsi və suverenliyini tam bərpa etməsindən sonra qondarma rejim Ermənistanın dəstəyi ilə erməni əhalisinin kütləvi şəkildə bölgədən çıxmasını həyata keçirdi. Hətta beynəlxalq təşkilatlar belə bunun niyə baş verdiyi anlamadıqlarını bəyan edirlər. Çünki ermənilərin Qarabağı tərk ... | publikaz_normalized |
Qarabağ" bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndində keçirəcək. Redaksiyamıza verilən informasiyaya görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb. Köhlən atlılar" bəzi ev matçılarının Xankəndində təşkili ilə əlaqəli tədbirlər planı hazırlayac... | publikaz_normalized |
Avropa İttifaqı birlik ölkələrinin sərhədlərində pasportlara viza möhürlərinin vurulmasının rəqəmsal yoxlamalarla əvəzlənəcəyi yeni təftiş sistemini tətbiq etmək qərarına gəlib. Aİ nümayəndələri Lüksemburqda keçirilən Daxili İşlər Şurasının iclasında yeni sistemlə bağlı konsensusa gəliblər. EES giriş və çıxış sistemi 2... | publikaz_normalized |
Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas edilib. İlkin müayinələr baş tutub və onun udduğu səkkiz ədəd xırda maqnit muncuğunun nazik bağırsağında olduğu dəqiqləşdirilib. Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun na... | publikaz_normalized |
Məqsədlərə çatana qədər...":"İsrail Qəzza zolağını tamamilə blokadaya alıb. O əlavə edib ki, İsrail hərbçiləri anklavda hərbi əməliyyat çərçivəsində yeni addımlara hazırlaşmağa davam edir. İsrail Qəzzada yerüstü əməliyyata öz seçdiyi vaxtda başlamağa hazırdır və məqsədlərə çatana qədər davam edəcək", - deyə İsrail Müda... | publikaz_normalized |
səhnə arxasında nələr baş verir? - VİDEO":"Son ayların ən baxımlı verilişlərindən olan "Komedixana"nın kadrarxası görüntüləri yayılıb. İzləyicilər onların əylənərək işləməsini təqdir ediblər. Milli.Az sosial şəbəkələrdə ən çox izlənən sözügedənvideonu təqdim edir: | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən “Banu” restoranıda yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 980m² olan üçmərtəbəli restoranın tüstü bacasında baş verdiyi və yayılma r... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, İsrail Müdafiə Qüvvələri Qəzza zolağını tamamilə blokadaya alıb. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Mərhum Xalq artisti Telman Adıgözəlov, Xalq artistləri Faiq Ağayev, Fidan Hacıyeva, Murad Dadaşov, müğənnilər Elnarə Xəlilova, Samirə ƏliMəryəm və aparıcı Kamilə Babayevanın 20 il əvvəlki görüntülüri yayılıb. Belə ki, video illər öncə yayımlanan “Zəif bənd” proqramından olub. Sözügedən görüntüləri təqdim edirik: | publikaz_normalized |
Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib. Paytaxt təmsilçisi “Sabah” doğma arenasında “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada hesabı erkən qolla qonaqlar açıblar. İsa Suliman 9-cu dəqiqədə “gənclik şəhəri” təmsilçisini önə keçirib. Lakin Samir Abasovun kollektivinin üstünlüyü bir hissə çəkib. Meydan s... | publikaz_normalized |
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində polis şöbəsi yaradılıb. Belə ki, fotoda sözügedən şöbənin lövhəsi əks olunub. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xankəndi Şəhər Polis Şöbəsi”. | publikaz_normalized |
Qəzza zolağına endirilən raket zərbəsi anbaan lentə alınıb. Həmin anın videogörüntülərini təqdim edirik: | publikaz_normalized |
Tovuzda bədbəxt hadisə baş verib. Belə ki, bir neçə nəfər kanalın üstündə olan bəndən keçən zaman su kanalına düşüb. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Hazırda kimlikləri dəqiqləşdirilir. | publikaz_normalized |
İngiltərənin əfsanəvi futbolçusu ser Bobbi Çarlton 87 yaşında vəfat edib. Bildirilib ki, ömrünün son illərində demensiyadan əziyyət çəkirdi. B.Çarlton İngiltərə yığması ilə 1966-ci ildə dünya çempionu olub. Ümumilikdə o, millidə 106 oyun keçirib. Məşhur futbolçu peşəkar karyerasının böyük hissəsini “Mançester Yunayted”... | publikaz_normalized |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə Laçın rayonunda Ermənistan tərəfinin basdırdığı minanın detonasiyası nəticəsində ölən ay balasının qalıqlarının görüntülərini paylaşıb. Azərbaycanın işğaldan azad edi... | publikaz_normalized |
BMT-nin Baş katibi Antoniu Quterreş Fələstinlə bağlı Qahirə Sülh Sammitində çıxışı zamanı Qəzza zolağında dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb. “Tərəfləri atəşkəsə və girovların azad edilməsinə çağırıram”, - Baş katib deyib. O vurğulayıb ki, qan axıdılmasının dayandırılması və iki dövlətin yaradılması ... | publikaz_normalized |
İsveçdə COVID-19 virusuna təsdiqlənmiş yoluxma hallarının sayı ötən həftə ondan əvvəlki həftə ilə müqayisədə 38 faiz artıb. Hakimiyyət orqanları bəyan ediblər ki, yoluxmaların artması gözlənilən ssenariyə müvafiqdir, yalnız intensiv müalicə şöbələrinə daxil olan insanların sayındakı kiçik dəyişiklikdə və COVID-19 virus... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.