text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi Rusiya yumurtalarının ixracını 6 ay müddətinə müvəqqəti məhdudlaşdırmağı təklif edib. Yumurtasının əsas alıcısı Qırğızıstandır. Bu ölkə Rusiyadan 2,6 milyon dollarlıq məhsul alıb. Reytinqdə növbəti ölkə Azərbaycandır (712 min dollar). Sonrakı yerlərdə Özbəkistan (84 min...
publikaz_normalized
Nikol Paşinyan Tbilisidə keçirilən “İpək yolu” forumunda çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yeni yanaşmasını təqdim edib: - Qarşılıqlı prinsiplər əsasında nəzarət və gömrük prosedurlarının müəyyən qədər sadələşdirilməsi mümkündür; - İrəvan sərnişin və yüklərin daşınmasında təhlükəsizliyi təmin etmək ...
publikaz_normalized
Neftçala rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs həbs edilib. O, həmkəndlisi olan 14 yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham edilib. R.Rəcəbov barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı məlum olub ki, R.Rə...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev, ilk növbədə, qonaqlara Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iş...
publikaz_normalized
Uçot dərəcəsi 35%-ə qaldırıldı":"Türkiyə Mərkəzi Bankı cümə axşamı keçirdiyi iclasda uçot dərəcəsini 30%-dən 35%-ə qaldırıb. “Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi uçot dərəcəsini 500 bənd artıraraq 35%-ə çatdırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir. Türkiyə milli valyutası oktyabrın əvvəlində dollar...
publikaz_normalized
Çin həyatın bir çox sahələrində inanılmaz tempdə inkişaf edən və uğurlu nəticələr əldə edən bir ölkədir. Səmavi İmperiyanın hər bir sakininin fantastik zəhməti və əzmkarlığı sayəsində bu xüsusiyyətlər demək olar ki, doğuşdan insanın xarakterinə kök salır. Uşaqlar sərt qaydalarla böyüdülür ki, gələcəkdə həm ailəsinə, hə...
publikaz_normalized
Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi olub.
publikaz_normalized
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 27 oktyabr saat 11:00-da başlayacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
publikaz_normalized
Xalq artisti Mələkxanım Eyyubova ilə kürəkəni Mərdan Kazımov birlikdə ifa etdikləri “Unuda bilmirəm” mahnısını təqdim ediblər. “Unuda bilmirəm”ə rejissor Alvin Mahmudov ekran həyatı verib. “Bir il idi ki, “Retrock” albomu üzərində çalışırdıq. Bu duet də həmin albomda yer alıb. Çox şadam ki, dəyərli sənətkarımızla işbir...
publikaz_normalized
Tanınmış müğənni Xatun Əliyeva klarnet ifaçısı Seymur Kərimovla işbirliyinə başlayıb. Müğənni artıq layihə ilə bağlı bir klip də ərsəyə gətirib. Qeyd edək ki, layihənin bədii rəhbəri və ideya müəllifi Seymur Kərimovun özüdür.
publikaz_normalized
FIFA milli komandaların noyabr ayı üçün yeni reytinq sıralamasını açıqlayıb. Canni De Byazinin baş məşqçisi olduğu yığma 1155.91 xalla 120-ci sırada qərarlaşıb. Komanda son olaraq AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya uduzub - 0:1. Millinin rəqiblərindən Belçika ...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını əlamətdar hadisə adlandırıb. “Bu gün biz nisbətən qısa zamanda, təxminən il yarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, ə...
publikaz_normalized
Azərbaycanın böyük planları var":"Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var". “Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməyə davam edəcək. Əminəm...
publikaz_normalized
2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb". O qeyd edib ki, 334 nəfərdən 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb: Ölənlərdən 50 nəfər mülki vətəndaş, 15 nəfər isə hərbçidir. Yaralananlar arasında isə 105 mülki, 164 hərbçi var". H.Hacıyev bildirib ki, 1991-ci ildə...
publikaz_normalized
Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq". Bunun regionun enerji inkişafında t...
publikaz_normalized
Trendləri çox yaxından izləməsəniz belə, yəqin ki, bilirsiniz: bu mövsümün əsas rəngi qırmızıdır. Parlaq və cəsarətli ola bilər, lakin heç vaxt dəbdən düşmür. Və bildirirlər ki, bu tonlar son tendensiyalar arasında yer alan alqırmızıya möhtəşəm bir alternativdir. Burqundi (qırmızı şərabın rəngi) yaşından və geyim tərzi...
publikaz_normalized
Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Dövlətimizin başçısı vurğulayıb ki, hazırda bizi...
publikaz_normalized
İsrail ordusu HƏMAS-ın daha bir komandirini məhv edib. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Onun hava əməliyyatı nəticəsində öldürüldüyü bildirilir.
publikaz_normalized
Portuqaliyanın "Vogue" jurnalının son nömrəsinin üz qabığına çəkilən çex əsilli model Paulina Porizkova bu dəfə başqa bir moda jurnalı üçün kamera qarşısına keçib. Onun bu kadrları sosial şəbəkələrdə növbəti dəfə müzakirələrə səbəb olub. 58 yaşlı model və yazıçı fəal şəkildə yaşlanmaya qarşı çıxır və təbii qocalmanı də...
publikaz_normalized
Dünən Xalq artisti Röya Ayxanın oğlu Hüseynin 14 yaşı tamam olub. Məclisdən görüntülərini instaqramda paylaşan sənətçi formada qalmaq üçün çox az yediyini deyib: Düzdü, yemirəm, amma yeyəndə də dayanmıram", - Röya bildirib. " "Your browser doesn't support video.
publikaz_normalized
Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur". “Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istif...
publikaz_normalized
SOCAR “Azəriqaz” İstehsalat Birliyi kommunal xidmətlər üzrə ekspertlər və Qeyri-hökumət təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrindən ibarət İctimai Şuranın yaradılması işlərinə başlayıb. Əmrə əsasən komissiyanın tərkibinə “Azəriqaz” İB-nin Hüquq Departamentinin, Təmir-Tikinti İdarəsinin, İctimaiyyətlə əla...
publikaz_normalized
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb. Məlumata görə, sabahdan 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az...
publikaz_normalized
Azərbaycan-Britaniya münasibətləri” İngiltərə mediasında - FOTO":"Türk Ağsaqqalları İctimai Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev: Azərbaycan-Britaniya münasibətləri” sərlövhəli məqaləsi İngiltərənin populyar saytların...
publikaz_normalized
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini başa çatdırıb. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
publikaz_normalized
kənddə müxtəlif evlərdə...":"Şəkinin Aşağı Küngüt kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub. O bildirib ki, oktyabrın 26-ı saat 16 radələrində kəndlərində yaşayan kürəkən və qaynın mübahisəsi sonda kürəkənin ölümü ilə nəticələnib. Elsəvər Qasımov əlavə edib ki, 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlu...
publikaz_normalized
Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Qeyd edək ki, Ceyhun Cəfərov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb. Lənkəran Ağır Cinayət...
publikaz_normalized
Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarının is...
publikaz_normalized
Türkiyə Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb. Spiker qeyd edib ki, Ermənistanın Qərbdəki havadarları Ermənistanın bu yalan iddiaları əsasında Azərbaycana qarşı ittihamlar irəli sürürlər. Onun sözlərinə görə, bir sıra beyn...
publikaz_normalized
Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Görüşdə iki ölkə arasında dövlətlərarası əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin birgə səyləri nəticəsində strateji tərəfdaş...
publikaz_normalized
Türkiyə millisinin sabiq futbolçusu İlhan Mansız azərbaycanlı xanımla evlənib. Cütlük xəbəri sosial şəbəkə hesablarında paylaşıblar. Bundan başqa, onlar iki həftə əvvəl uşaqlarının olacağını da öyrəndiklərini bildiriblər. Onların nikah mərasimi ABŞ-də baş tutub. Məlumata görə, İlhan Mansızla Leylanın tanışlığı iki il ə...
publikaz_normalized
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib. Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri apar...
publikaz_normalized
Ermənistanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili oktyabrın 25-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Onun sözlərinə görə, müvəqqəti işlər vəkilinin diqqətinə Rusiya rəhbərliyinə, rus diplomatlarına və sülhməramlılarına ünvanlanmış "iyrənc nəşrlər"in əsasız olduğu çatdırılıb. Söhbət zamanı respublikanı...
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” - “Bayer 04" (Almaniya) oyununun biletləri satışa çıxarılır. Qiymət müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən fanatlar üçün biletlərin qiyməti isə 2...
publikaz_normalized
Biz görürük ki, Qərb mediası sözün əsl mənasında rəsmi İrəvanın təmsilçiləri ilə razılaşıb, onlardan təxribat xarakterli suallara cavablar alıb". Biz görürük ki, bu məsələlər Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum zərər vurmağa yönəlib. Təəssüflər olsun ki, indiki erməni reallıqlarında belə qızışdırmal...
publikaz_normalized
Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Misirin paytaxtı Qahirədə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medal qazanıb. Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli sabah şəxsi yarışlarda bacarığını göstərəcəklər. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.
publikaz_normalized
keçmiş həyat yoldaşını gözəllik salonunda... - YENİLƏNDİ":"Bakıda gözəllik salonunda törədilən qətllə bağlı cinayət işi başlanıb. Oktyabrın 26-sı 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu...
publikaz_normalized
Polşada Marneuli bələdiyyəsinin Sabirkənd sakini 40 yaşlı Famil Musayev qətlə yetirilib. Bildirilir ki, sözügedən şəxs bir müddət bundan öncə Polşaya avtomobil gətirmək məqsədi ilə gedib. Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma başladılıb. Hazırda F.Musayevin cə...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “20 Yanvar” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 27 oktyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
publikaz_normalized
Ağdamda bu çətinliklər yarandı - VİDEO":"İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində çətinliklər var. Sujetdə hələ də mina təhlükəsinin olduğu bildirilərək, işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər etməməyə çağırış edilib.
publikaz_normalized
Tanınmış diktor Ramiz Qafarov vəfat edib. R.Qafarov Dərnəgül qəsəbəsində keçirilən kişi voleybolu üzrə Çelenc Kuboku turnirinin “Xarı Bülbül Şuşa” - “Spartak” (Slovakiya) oyununda diktorluq etməli olsa da, onun ürəyi gedib. Diktorun özünə gəlməsi üçün tibbi heyət əlindən gələni etsə də, onun həyatını xilas etmək mümkün...
publikaz_normalized
ailəsi ianə toplayır, əməliyyat olunmasa...":"Məşhur "The Walking Dead" və "House of Cards" seriallarının aktyoru Erik Censenə son mərhələdə kolon xərçəngi diaqnozu qoyulub. Blank müraciətində yazıb ki, əsas şişdən başqa ərinin qaraciyərində metastazlar aşkarlanıb. Bununla belə, o, 53 yaşlı Censonun sağalacağına əmindi...
publikaz_normalized
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərə gəlib. Sonra 21 artilleriya atəşinin müşayiəti ilə iki ölkənin dövlət himnləri səsləndirilib. Rəsmi qarşılanma mərasimindən sonra ölkə başçıları arasında görüş keçirilib. Liderlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə danışıb, həmçinin qarşılıql...
publikaz_normalized
“Əməkdar artist Aygün Bəylərin səhhətində heç bir problem yoxdur”. Bu barədə Oxu.Az-a Əməkdar artistin yaxınlarından biri məlumat verib. İfaçının yaxınlarından verilən məlumata görə, o qan analizi üçün xəstəxanaya üz tutub: “Aygün xanımın xəstəxanaya yatırılması ilə bağlı yayılan xəbərlər yalandır. Reytinq xətrinə yanl...
publikaz_normalized
İsrail HƏMAS yaraqlılarını tunellərdə "BOĞACAQ" - FOTO":"İsrail Qəzza zolağında HƏMAS silahlılarının qazdığı tunellərdə quru əməliyyatı zamanı ən son məxfi silahlardan istifadə edəcək. Məqalədə deyilir ki, söhbət "süngər bombaları"ndan gedir. Artıq İsrail Müdafiə Qüvvələri tərkibində partlayıcı olmayan bu kimyəvi bomba...
publikaz_normalized
Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Bay Arena"dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond T...
publikaz_normalized
Türkmənistanı Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü kimi görmək istəyirik". Bugünkü görüşlərimizdə əlaqələrimizin bütün aspektlərini dəyərləndirdik. 13 sahə üzrə müqavilələr bağladıq. Türkmənistan enerji ehtiyatlarına görə dünyanın ən böyük ölkələri sırasındadır. Türkmənistan təbii qazı strateji dəyər qaza...
publikaz_normalized
avro kəskin bahalaşdı":"Cümə axşamı avro gözlənilmədən rubl qarşısında möhkəmlənib. Ticarətin bağlanmasına bir neçə dəqiqə qalmış Avropa valyutasının məzənnəsi 98,8 rubldan 101,3 rubla yüksəlib. Moskva vaxtı ilə saat 18:54-ə olan məlumata görə, Avropa valyutasının məzənnəsi 101,3 rubla (+2,53%) çatıb ki, bu da bu il ok...
publikaz_normalized
Daxili işlər orqanlarında yeni təyinatlar olub. Digər əmrlə o, Qusar Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bundan başqa, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayev Zərdab RPŞ-nin rəisi təyin edilib. Həmçinin Qusar RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Türkiyəyə rəsmi səfərə gəlib. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarına kangal (it cinsi) balası, Berdiməhəmmədov isə Türkiyə liderinə alabay (it cinsi) balası hədiyyə edib. Görüş zamanı lentə alınan fotoları tə...
publikaz_normalized
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistanda səsləndirdiyi fikirlərə münasibət bildirib. Fransa Respublikasının mədəniyyət naziri Rima Əbdül Mələk Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə ...
publikaz_normalized
Rusiya Ayı öyrənməyə davam edəcək, Ay proqramı bağlanmayacaq". Alim Denis Demin prezident və gənc kosmik sənaye mütəxəssisləri arasında keçirilən görüşdə bildirib ki, “Luna-25” layihəsi üzərində işləyən komanda gələcək missiyalar üçün planlaşdırılan problemləri və texniki həlləri diqqətlə təhlil edir. Tədqiqatçı qeyd e...
publikaz_normalized
“Ermənistan ölkələrimiz arasında siyasi fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra Azərbaycandan qaz almağa hazırdır”. “Münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə oldu. O vaxt biz Azərbaycandan qaz alırd...
publikaz_normalized
əhvalınız korlanacaq":"Qeyri-adi layihəyə, mürəkkəb sifarişin icrasına başlamaq olar. Mübahisə edənləri ayırın, bir-birlərinə dəyər verən adamlar arasında kompromisin əldə olunmasına yardım edin. Həmin adamlar nədənsə bu gün dil tapa bilmirlər. Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri aradan qaldırın. ...
publikaz_normalized
Tanınmış hüquqşünas Əlayif Həsənov vəfat edib. Qeyd edək ki, Ə.Həsənov uzun illər vəkillik fəaliyyəti ilə məşğul olub. O, 2015-ci ildə Vəkillər Kollegiası üzvlüyündən çıxarılıb, vəkillik fəaliyyətinə xitam verilib.
publikaz_normalized
Sumqayıtda tanınmış baş həkim vəzifəsindən azad edilib. Belə ki, TƏBİB-in tabeliyində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi, Əməkdar həkim Mehparə Cavadova vəzifəsindən azad olunub.
publikaz_normalized
İranda Cənubi Xorasan əyalətində 5,1 maqnituda da zəlzələ olub. Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri Bircənd şəhərindən 94 km cənub-şərqdə olub. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.
publikaz_normalized
Səviyyə fərqinin şahidi olduq":"Bu gün səviyyə fərqinin şahidi olduq". 51 yaşlı mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Bayer 04" topla həddindən artıq yaxşı davranırdı. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi".
publikaz_normalized
Qəzza zolağında soyqırım davam edərsə, heç kim münaqişənin "amansız atəşindən" xilas ola bilməyəcək". Mən indi Fələstində soyqırımı həyata keçirən Amerika dövlət xadimlərinə açıq şəkildə deyirəm ki, biz regionda müharibənin yayılmasını alqışlamırıq", - deyə nazir vurğulayıb. O, əlavə edib ki, İran Qərbi Asiyanın bir hi...
publikaz_normalized
Azərbaycanda 2022-ci ildə 18 yaşı tamam olmadan dünyaya uşaq gətirən anaların sayı 2011 nəfər olub. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən il üzrə statistik məlumatında bildirilib. Qeyd edilib ki, göstəricilərdə 2021-ci illə müqayisədə 361 nəfər artım var. Ən yüksək göstəricilər 280 nəfə...
publikaz_normalized
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliy...
publikaz_normalized
Bildirilib ki, baza Koniko qaz yatağında yerləşir. Partlayışın səbəbləri və nəticələri barədə məlumat yoxdur. Qeyd olunub ki, son günlər Amerikanın İraq və Suriyadakı bazalarına bir neçə dəfə hücum edilib.
publikaz_normalized
HƏMAS-ın İsrailin mərkəzinə raket zərbələri endirib. Bildirilir ki, ölkənin Təl-Əviv, Rişon LeZion və Holon şəhərlərinin yerləşdiyi ərazilər vurulub. Təl-Əvivdə hava hücumundan müdafiə əməliyyatlarının videosu da yayılıb. Ərəb mənbələri iddia edir ki, HƏMAS raketlərindən biri şəhərə, İsrail Müdafiə Nazirliyinin yerləşd...
publikaz_normalized
Amerika Birləşmiş Ştatları oktyabrın 26-da Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Buraya NASAMS və tank əleyhinə “Javelin” raket sistemləri üçün raketlər daxildir. O, həmçinin qeyd edib ki, yardım paketinə NASAMS üçün əlavə sursat, AIM-9M hava hücumundan müdafiə raketləri, “Stinger” zenit raketləri, HIMARS üçün əla...
publikaz_normalized
Kamçatkanın Komandor adalarının yaxınlığında 6,6 maqnitudalı zəlzələ olub. Verilənlərə əsasən, zəlzələ 47 km dərinlikdə olub. Seysmohadisənin maqnitudası 6,6-ya bərabər olub. Bildirilib ki, yeraltı təkanların episentri Nikolskoye kəndindən 117 km aralı yerləşib. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İ...
publikaz_normalized
Misirin Cənub Sina mühafəzəsinin Taba yaşayış məntəqəsinə raket düşüb. Publikaaz xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Bildirilib ki, hadisədə beş nəfər yaralanıb. “Reuters” agentliyi isə mənbəyə istinadən qeyd edib ki, İsrail ordusunun insidentdən xəbəri var. “Təhlükəsizliklə əlaqəli insidentdən xəbərd...
publikaz_normalized
yaralılar var":Oktyabrın 26-da Türkiyənin Fethiye körfəzində yük gəmisinin göyərtəsində partlayış baş verib. Hadisə baş verən zaman 75 metrlik Niue bayraqlı Serenity Ac gəmisi Fethiye sahillərində lövbər atıb. Partlayışın səbəbləri hələ müəyyən edilməyib. Sahil Mühafizəsi gəmiyə xilasedici və polis qayıqları göndərib. ...
publikaz_normalized
ABŞ prezidenti Co Bayden ABŞ hərbi qüvvələrinə qarşı silsilə hücumlara cavab olaraq Suriyadakı iddia edilən İran hədəflərinə zərbələr endirmə əmr edib. Vaşinqtonun məlumatına görə, zərbəyə məruz qalan iki obyekt İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və əlaqəli qruplar tərəfindən istifadə olunur. ABŞ hərbi dep...
publikaz_normalized
“Liverpul”un ulduzu Məhəmməd Salah daha bir rekorda imza atıb. Bu qol Salahı Avropa klub yarışlarında ingilis komandaları üçün ən çox qol vurmuş rekordçu edib. Əvvəllər bu rekord Londonun “Arsenal” klubunun fransalı hücumçusu Tyerri Anriyə məxsus idi. Daha öncə Salah və Anri 42 qolla birinci yeri bölüşürdülər, lakin mi...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;"...
publikaz_normalized
Aparıcı Murad Əzimzadə ATV-dən ayrılıb. 7 ildən çox layihə rəhbəri və aparıcı olaraq çalışdığım ATV kanalı ilə yollarımız ayrıldı. ATV-də çalışdığım dönəmdə mənə doğma və əziz olan kollektivin hər bir şəxsinə təşəkkür edirəm. Yeni yolum isə "Space" televiziyasında "Səhərin statusu" layihəsindən keçəcək".
publikaz_normalized
müsahibələr başlayır":"Oktyabrın 27-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək. Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəh...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, ötən gün tanınmış diktor Ramiz Qafarov ürəktutmasından vəfat edib. Qafarovun vəfatı ilə bağlı klub başsağlığı verib. Sosial şəbəkədə yayılan paylaşımı təqdim edirik: “Tanınmış idman diktoru, daim səsini “Qarabağ”ın oyunlarında duyduğumuz Ramiz Qafarov dünyasını dəyişib. Xarı Bülbül Şuşa" voleybol...
publikaz_normalized
Amma...":"İnter Mayami"nin futbolçusu Lionel Messi ABŞ-da iddia etdiyi 2 şəxsi tituldan birində mübarizəni dayandırıb. İlk üçlükdə Lusiano Akosta (Sinsinnati), Tyaqo Almada (Atlanta United) və Denis Buanqa (Los-Anceles) yer alıb. Bununla Messi MLS-in "ən yaxşı yeni oyunçusu" mükafatı uğrunda mübarizə aparır. O, bu kate...
publikaz_normalized
HƏMAS-ı tələyə belə sal":"İsrail vasitəçilərsiz, birbaşa danışıqlar təklif etməklə HƏMAS-ı tələyə salacaq. O, aydınlaşdırıb ki, bu tələdə HƏMAS yaraqlıları ya yəhudi dövlətini tanımalı, ya da danışıqlardan imtina edərək son dərəcə əlverişsiz bir şəkildə görünməli olacaqlar. “Ümumilikdə İsrail bu müharibədə bu gün də qa...
publikaz_normalized
Yaddaşı zəifləyib":"ABŞ prezidenti Co Bayden yaşla əlaqədar koqnitiv geriləmə yaşayır. Jurnalist ABŞ Konqresinin yeni spikerindən Baydenin idrak qabiliyyətində azalma müşahidə edib-etmədiyini soruşduqda o, "Bəli, düşünürəm ki, bir çox insan bunu görür" deyə cavab verib. Siyasətçi qeyd edib ki, ABŞ prezidentinin koqniti...
publikaz_normalized
09:06" "Ermənistan mediası Qarabağda keçmiş separatçı “rəhbərlərin” qandallanaraq, Bakıya gətirilməsi məsələsi ətrafında yeni fərziyyələr, sui-qəsd nəzəriyyələri irəli sürməkdə davam edir. Samvel Babayan separatçılar arasından Ermənistana gedə bilən ilk şəxs idi və onun keçidi haqda müxtəlif versiyalar irəli sürülür. H...
publikaz_normalized
Ayaks" klub tarixinin yeni antirekordunu müəyyənləşdirib. Tanırnın övladları" son 9 matçdan 6-da məğlubiyyət və 3-də isə heç-heçə edib. Bu, klub tarixindəki ən pis seriyadır. Avropa Liqasının B qrupunda yer alan Niderland təmsilçisis 2 xalla sonuncu pillədə qərarlaşıb. “Ayaks” Erediviziyada isə 7 turdan sonra 5 xalla 1...
publikaz_normalized
“Qəzzaya olan hücumlarda indiyədək 3 min uşaq və 1700 qadın həyatını itirib”. Həmçinin o qeyd edib ki, bu cinayətə son qoyulmalıdır: “Dağıntılar altında olan uşaqlarin taleyi məlum deyil. Qəzzada xəstəxanalar ölülərin saxlandığı soyuducuya çevrilib. Evlərin 40 faizi dağıdılıb, 1 milyon 400 min fələstinli isə didərgin d...
publikaz_normalized
Polşalı müğənni Kristina Duris 38 yaşında ürək tutmasından vəfat edib. Müğənni oktyabrın 19-da dünyasını dəyişib. Bildirilir ki, Durisin qəfil ölüm xəbəri onu sevənləri sarsıdıb. Qeyd edək ki, Kristina 2022-ci ildə iki albom buraxıb. O, təkcə Polşada deyil, həm də Çexiya, Slovakiya, İsveç, Danimarka və İndoneziyada keç...
publikaz_normalized
Bu gün Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq. Bildirilib ki, "Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan kollektorlarda görüləcək təmir işləri, eləcə də Qəzyan, Xalac və Lək qaz xətləri üzərində olan siyirtmələrin təmiri ilə bağlı “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xə...
publikaz_normalized
Bu gün minifutbol üzrə milli komandamız Dünya çempionatında mübarizəyə start verəcək. G qrupunda yer son Avropa çempionları BƏƏ-də keçirilən mundialdakı ilk matçını İraqa qarşı keçirəcək. Turnirin favoritlərindən biri hesab edilən yığmamızın mundiallardakı debüt qarşılaşması saat 21:00-da başlayacaq. Qrupdakı digər mat...
publikaz_normalized
Hədəf bu şəhəri mühasirəyə almaqdır":"Ruslar Marinski və Kupyanski istiqamətlərində hücum edərək Avdeyevkanı mühasirəyə almağa çalışırlar. Məlumata görə, dinc əhali arasında yaralananlar və ölənlər var. Həmçinin şəxsi yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib. Qeyd olunur ki, ruslar “Şahed-13...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Türkiyə lirəsinə gəlincə, 1 türk lirəsi azalaraq 0,0603 manat təşkil edib.
publikaz_normalized
Qəzzada minlərlə günahsız mülki insanı qətlə yetirilməsinə görə dünyaya səslənən Şəfa Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Məhəmməd Həbebin evi İsrail tərəfindən bombalanıb. Dr.Həbeb dünyaya car çəkərək bildirmişdi ki, İsrail xəstəxananı boşaltmamığımızı istəyir. “Şəfa Xəstəxanası Qəzzanın ən böyük xəstəxanasıd...
publikaz_normalized
Bu aktrisalar "qara siyahı"ya salındı":"İran hicab taxmaqdan imtina etdiyi üçün fəaliyyət göstərməsi qadağan edilən aktrisaların rəsmi siyahısını açıqlayıb. Bunu İRNA-ya müsahibəsində İranın Kino Peşəkar Qiymətləndirmə və Nəzarət Baş İdarəsinin rəis müavini Həbib İl Beqi deyib. O bildirib ki, qadağa məcburi hicabsız ak...
publikaz_normalized
Qurani-Kərimi yandıran şəxs deportasiya olunacaq":"Son aylarda İsveçdə Quran yandırma aksiyaları həyata keçirən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib. O qeyd edib ki, bu tarixdən sonra ona yaşayış və iş icazəsi verilməyəcək və Momika deportasiya ediləcək....
publikaz_normalized
Qusar rayonu ərazisində zəlzələ olub.
publikaz_normalized
Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub. Emalatxananın içərisində xeyli sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar, eləc...
publikaz_normalized
Misirin Taba qəsəbəsinə raketin düşməsi nəticəsində 5 nəfər yaralanıb. Xəbərdə 5 nəfərin yaralandığı hadisədə ölüm halının yaşanmadığı barədə məlumatlar yer alıb. Məlumata görə, hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib. Raketin haradan atıldığı hələlik məlum deyil. Bildirilib ki, insidentlə bağlı lazımi araşdır...
publikaz_normalized
“ABŞ prezidenti Co Bayden İrana hücum etmək haqda düşünür. Senator Lindsey Graham və onun keçmiş həmkarı Cozef Liberman onu bu qərarı verməyə sövq edirlər”. Onun sözlərinə görə, bu adamlar illərdir belə istəyi dilə gətirirlər, indi isə şəraitin yetişdiyini düşünürlər: “Hesab edirlər ki, Bayden Administrasiyası bunu edə...
publikaz_normalized
Gələn il büdcədən maliyyələşən təşkilatlarda maaşların ödənilməsi üçün nə qədər vəsaitin xərclənəcəyi məlum olub. Sənəddə qeyd edilib ki, növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur. Bəs, 2024-cü ildə maaşlar nə qədər arta bilər? Qeyd edilən göstərici hans...
publikaz_normalized
Gəlininin ölümünə dözməyən qayınana...":"Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb. Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Nuranə Məhəmməd qızı yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Məmmədova Gülnaz Nüsrə...
publikaz_normalized
Girovları o vaxt azad edəcək ki...":"Fələstinin HƏMAS hərəkatı atəşkəs razılaşdırılmayana qədər girovları azad edə bilməz. O, aydınlaşdırıb ki, HƏMAS hərbi münaqişənin əvvəlindən “mülki məhbusları” azad etmək niyyətindən danışıb. Hazırda hərəkata oktyabrın 7-də Qəzza zolağında itkin düşmüş hər kəsi tapmaq üçün vaxt laz...
publikaz_normalized
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV - Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramına start verilib. Bu istiqamətdə ilk tədbir “Azərbaycan” Universitetində baş tutub...
publikaz_normalized
Ankarada Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qrupları arasında görüş olub. Səfər çərçivəsində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun r...
publikaz_normalized
Təkid edəcəyik ki, Azərbaycanla Ermənistan...":"Vaşinqton Azərbaycan və Ermənistana sülh sazişinin bağlanmasında yardımı davam etdirəcək. Biz inanmaqda davam edirik ki, sülh razılaşmasının əldə olunması hər iki tərəfin, regionun və bütün dünyanın maraqlarına uyğundur. Biz bundan sonra da təkidlə davam edəcəyik ki, Azər...
publikaz_normalized
Fransanın mədəniyyət sahəsində anti-Azərbaycan fəaliyyətləri UNESCO-nun Baş Qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir". Bildirilib ki, Fransa rəsmilərinin Azərbaycanla bağlı gülünc açıqlamaları artıq heç kimi təəccübləndirmir: Bu dəfə “estafeti” Fransanın mədəniyyət naziri qəbul etmişdir. Fransız nazir ...
publikaz_normalized
UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Bunlar “Bayer”dən Florian Virts, “Molde”dən Volf Ekremdir. Həmçinin “Liverpul”dan Rayan Qravenberx və “Frayburq”dan Vinçenso Qrifo da ən yaxşı adına namizədlər sırasındadır. Qeyd edək ki, Virts “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etdikləri görü...
publikaz_normalized
HESAB VERƏCƏYƏM":"Bunun müharibədən sonra edilməsinin gərəkdiyini bildirən Netanyahu onun hazırkı vəzifəsinin İsrail dövlətini və xalqını böyük bir qələbəyə çatdırmaq olduğunu vurğulayıb.
publikaz_normalized