text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
2013-2023-cü illərdə Çinin baş naziri olmuş Li Keqianq 68 yaşında ürək tutmasından dünyasını dəyişib. Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 2013-2023-cü illər arasında baş nazir vəzifəsini icra edən Li, prezident Si Cinpin ilə birlikdə son 10 ildə Çin siyasətinin aparıcı simalarından biri i... | publikaz_normalized |
“Qadın ancaq uşağı tərbiyə edib, yemək bişirə bilər”":"“Subay ya evli olmağın kişi üçün fərqi yoxdur. Kişi evində də sultandır, çöldə də”. Sənətçi aparıcının “Sultanlıq edən kişinin evində, ailəsində vəziyyət necə olmalıdır? Ən son sözü qadın, yoxsa kişi deməlidir?” sualına belə cavab verib: “Qadın evdə ancaq uşağı tər... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra ... | publikaz_normalized |
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib. | publikaz_normalized |
Niderlandda ifrat sağçı “Demokratiya Forumu” siyasi partiyasının lideri Terri Baudet Belçikada çətirlə hücuma məruz qalıb. Sosial mediada yayılan görüntülərə görə, Baudetin başına çətirlə çox güclü zərbə vuran şəxs mühafizəçilər tərəfindən yaxalanıb. Belçika mediası hücumçunun hadisə zamanı “antifaşizm” şüarları səslən... | publikaz_normalized |
10 il əvvəl Emir İçgörenlə ailə quran aktrisa Zeynep Beşerler xəyanət səbəbindən boşanır. Qaranlıq Komediya" adlı tamaşası ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan uğurlu aktrisa Zeynep Beşerlerin bu nikahdan 7 yaşlı bir oğlu var. Uşağı və Beşerlərlə birlikdə yaşadığı evi tərk edən İçgören Etilerdə kirayə ev tutu... | publikaz_normalized |
Müğənni Manaf Ağayev bu dəfə də qeyri-adi paylaşımı ilə gündəmə gəlib. Belə ki, bərbərlərdən biri müştərinin başının arxa hissəni Manaf Ağayevin portretini çəkib. Müğənninin bu paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb. | publikaz_normalized |
Netanyahu quru əməliyyatı planını təsdiqləməkdən imtina etdi":"İsrailin baş naziri Benyamin Netanyahu İsrail komandanlığının təklif etdiyi Qəzza zolağında quru əməliyyatı planını təsdiqləməkdən imtina edib. Mənbənin sözlərinə görə, baş nazir planı hərbi rəhbərliklə münaqişə, habelə HƏMAS qruplaşmasının hücumundan sonra... | publikaz_normalized |
ABŞ-da yeni Müstəqillik silahları sınaqdan keçirilib. Gəmidən yerüstü və hava hədəflərini vura bilən Standart Raket 6 (SM-6) zenit raketi buraxılıb. Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, buraxılış LCS-nin modulyarlığını və öldürücülüyünü, həmçinin yerüstü hədəfi vurmaq üçün konteynerləşdirilmiş silah sistemi... | publikaz_normalized |
Ermənistana İran üzərindən silah göndərir":"Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını öyrənir. “Çatdırılmalar iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçiriləcək. Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Onlara əsasən, ... | publikaz_normalized |
Şahruddinə haqsızlıq etmişik":"Azərbaycan çempionu "Qarabağ" ötən gün Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Bayer"in qonağı oldu. Leverkuzen səfəri təmsilçimiz üçün heç də yaxşı keçmədi. Komandamız "asprinlər"lə görüşdə 1:5 hesablı məğlubiyyətə üzüldülər. Bu oyundan sonra yenə sosial şəbəkələrdə ... | publikaz_normalized |
“Əlin girdi arvadın gözünə” - VİDEO":"“Bizimləsən” ictimai-sosial proqramda gözlənilməz hadisə yaşanıb. Canlı efirdə bir-biri ilə söz davasına çıxan ailə üzvlərinin mübahisəsi müzakirələrə səbəb olub. Zaur Baxşəliyev “Əlin girdi arvadın gözünə, o qədər yaxından əlini soxdun ki, elə bildim əlin arvadın gözünə girəcək” -... | publikaz_normalized |
Müasir dövrdə Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili bizə miras qalan zəngin tarixi ənənələri yaşadır və demokratiya yolu ilə inkişaf edən müstəqil dövlətlərimizin milli maraqlarını qoruyaraq onları daha böyük nailiyyətlərə doğru aparır". O bildirib ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli ... | publikaz_normalized |
Yapon alimi Kikunae İkeda ilk dəfə 1900-cü illərin əvvəllərində acı, şirin, turş və duzludan başqa daha bir dadın - xoşməzə dadının olduğunu irəli sürmüşdü. Amma ictimaiyyət onunla təxminən 80 il sonra razılaşdı. Araşdırmalarda nevroloq Emily Liman və onun tədqiqat qrupu dilin turş dadını bildirən eyni protein reseptor... | publikaz_normalized |
Azərbaycan və Ermənistan Baş nazirləri Gürcüstanda görüşüb. Danışıqların təfərrüatı açıqlanmayıb. | publikaz_normalized |
Fələstin əsilli model Bella Hadid Fələstin və İsrail arasında oktyabr ayında şiddətlənən münaqişəyə münasibət bildirib. Günahsız insanların həyatına son qoyan və ailələri məhv edən bu çətin və dəhşətli son iki həftəni təsvir etmək üçün hələ doğru sözləri tapa bilməmişəm. Demək istədiyim çox şey var, amma bu gün mən qıs... | publikaz_normalized |
Buna görə cərimə olunacaqlar":"İranda “Əxlaq polisi” kişiləri cərimələyəcək. Bu barədə Qadın və Cəmiyyət Beyin Mərkəzinin rəhbəri Əbülfəzl İqbali deyib: “Dar köynəklər və şortlar kişilər üçün cinayət sayılır”. | publikaz_normalized |
Onu hələ də ən cazibədar həyat yoldaşı hesab edirlər - FOTOLAR":"Futbolçuların həyat yoldaşları və sevgililəri daim diqqət mərkəzində olur. Onlar arasında çox sayda gözəl qadın var. Amma iddia edirlər ki, biri daha çox cəlbedicidir. Söhbət“Ayntraxt”ın qapıçısı Kevin Trappın həyat yoldaşı İzabelle Qulardan gedir. O, dai... | publikaz_normalized |
Bakıda Azərbaycan və Litva Müdafiə nazirliklərinin hərbi tibb mütəxəssisləri arasında hərbi təbabət sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib. Görüşdə hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Litva nümayəndə heyətinə Azər... | publikaz_normalized |
Qarabağ"ın qolkipei Andrey Lunyovun menceri Anton Smirnov Ağdam təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsində "Bayer"ə qarşı keçirdiyi oyunu (1:5) dəyərləndirib. Belə oyunu şərh etmək çətindir. Komandalar arasında yerlə göy qədər fərq var. Ümid edirəm ki, Bakıda daha layiqli mübarizə olacaq". Smirnovun fikrincə... | publikaz_normalized |
Türkiyənin Samsun şəhərində mağazadan alt paltarı oğurladığı iddia edilən 3 şübhəli saxlanılıb. ilə bir mağazaya girərək alt paltarı oğurlayıb. Xəbərdarlıqdan sonra polis axtarışa başlayıb və şübhəliləri müəyyənləşdirərək saxlayıb. T.A polisə verdiyi ifadəsində alt paltarını bir neçə gün sonra doğum günü olan sevgilisi... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu ol... | publikaz_normalized |
Ermənistan Rusiya ordusunu ölkədən çıxar bilməz":"Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasından birtərəfli qaydada imtina edə bilməyəcək. “İzvestiya” yazır ki, bu məlumat Dövlət Dumasında təsdiqlənib. Belə ki, müvafiq sənədin 27-ci maddəsində deyilir: “Tərəflərdən biri bu müqaviləni ləğv ... | publikaz_normalized |
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Bayer" - "Qarabağ" matçından sonra (5:1) Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso Ağdam təmsilçisinin qolkiperi Andrey Lunyovla görüşüb. Rusiyalı qolkiperə qarşı biganə olmayan Alonso onu qucaqlayıb. Qeyd edək ki, Andrey 2021-2023-cü illərdə "Bayer"in üzv... | publikaz_normalized |
Ermənistan Zəngəzur dəhlizinə qarşı irəli sürdüyü “sülhün kəsişməsi” layihəsini təqdim edib. Layihə bir neçə prinsipi özündə birləşdirir: Bütün infrastruktur – avtomobil, dəmir və hava yolları, boru kəmərləri, kabellər və elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərir; 2.... | publikaz_normalized |
Aktrisa Qvinet "Fashion Awards" mükafatlandırma mərasimində Amerika Dizaynerlər Şurasının Moda İnnovasiyası üzrə Mükafata layiq görüləcək. Qeyd edək ki, Qvinet Peltrounun şirkəti bu payızda 15 illik yubileyini qeyd edir. | publikaz_normalized |
İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani Moskvada HƏMAS-ın Siyasi Bürosunun nümayəndəsi Əbu Mərzuk ilə görüşüb. Tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Görüşdə iranlı nazir bildirib ki, Tehran Fələstin müqavimətini dəstəkləyir. HƏMAS təşkilatının mətbuat xidməti daha əvvəl bildirmişdi ki, Əbu ... | publikaz_normalized |
Paşinyanın bu cür bəyanatlar səsləndirməsi yalnız və yalnız beynəlxalq ictimaiyyətdə özlərinin sülhpərvər imicini yaratmağa hesablanıb". O bildirib ki, Paşinyanın belə bir təəssürat yaratmağa çalışmaqda məqsədi sanki sülh çağırışına “yox” deyənin Ermənistan yox, Azərbaycan olduğunu göstərməkdir: Paşinyan artıq uzun müd... | publikaz_normalized |
HƏMAS-ı "seksual keçi" ilə məhv edin":"Trampın oğlu HƏMAS-ı "seksual keçi" ilə məhv etməyin gərəkdiyini bildirib. O, bu barədə "X" sosial şəbəkəsində (keçmiş Twitter) paylaşım edib. Siyasətçinin oğlunun ideyasına görə, atom bombasını heyvanın anusuna yerləşdirməklə məsələni həll etmək olar. | publikaz_normalized |
Ermənistan hökuməti Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu” vermək qərarına gəlib. Lakin bu addım erməni ictimai rəyində birmənalı qarşılanmayıb. Nəşr yazır ki, Qarabağdan gedən ermənilərin bir qismi bunu səbirsizliklə gözləyirdi: “Çünki onların Ermənistan hökumətinə ümidi yoxdur və bu statusla istənilən ölkədə ... | publikaz_normalized |
Castin Biber səhhətində yaranan problemlərlə əlaqədar olaraq səhnəyə qayıtmağı düşünmür. Belə ki, reper fevralda "Super Bowl"da çıxış edəcək və Biberin onun şousuna qatılmasını istəyir. Castin mentorlarından biri olan Uşerin onu "Super Bowl"da iştirak etməyə dəvət etdiyi üçün qürur duyur, lakin o, istəyir ki, Uşer öz i... | publikaz_normalized |
Qarabağdan qaçan separatçılar İrəvanda ac qalıblar":"Qarabağdan Ermənistana qaçan separatçılar ac qalıb. Məlumata görə, artıq ləğv edilmiş qondarma rejimdə təmsil olunanlar, eləcə də qondarma “deputatlar” və siyasi-hərbi sferada işləyənlər sosial problemlərlə üzləşib. Nəşr yazır ki, bütün “məmurlar” (qondarma rejimdə i... | publikaz_normalized |
Milli Məclisin deputatları Serbiyada səfərdə olublar. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq mövcuddur və bu əlaqələr ildən ilə daha da inkişaf edir. Bunun nəticəsidir ki, hər iki ölkənin pa... | publikaz_normalized |
Hər iki durumda özünü satmış olur":"Qadının maddi ehtiyaclarının qarşılanması üçün ərə getməsi ilə maddi ehtiyacları üçün pis yola düşməsi arasında çox fərq görmürəm. Nəticədə hər iki durumda özünü satmış olur. O, psixoloq Əfsanə Rüstəmovanın efirdə "3 min manatlıq telefona ehtiyacım varsa, ya həyat yoldaşım onu mənə a... | publikaz_normalized |
Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydası və forması təsdiqlənib. Qərarla məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Qida Təhlükəsizliyi Agentliyi (Agentlik) tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı (bundan sonra - sertifikat) veriləcək. İdxalçı öl... | publikaz_normalized |
“Azercell Telekom”un dəstəyi ilə portalın texniki və funksional imkanları genişləndirilib" "“Azercell Telekom”un korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlıqda həyata keçirdiyi “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinin yekun nəticələrinin təqdi... | publikaz_normalized |
Tanınmış diktor Ramiz Qafarovun ölümündən az bir müddət əvvəl verdiyi müsahibə yayılıb. Məlumata görə, onun "Spartak" - "Xarı bülbül" voleybol matçında halı pisləşib və R.Qafarovun həyatını xilas etmək mümkün olmayıb. | publikaz_normalized |
Xanı öldürdük":"İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS batalyonlarından birinin komandirinin öldürüldüyünü açıqlayıb. “İDF gecə saatlarında HƏMAS batalyonunun komandiri Xan-Yunis Mədhət Mübəşəri öldürüb”, - bəyanatda deyilir. Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi “Əl-Əqsa” tufanı əməliyyatı çərçivəsind... | publikaz_normalized |
Salat hazırlamağa gəlməmişik" - VİDEO":"14:47" "Xəzər tv-də yayımlanan "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə ilə Sevil-Sevinc bacıları arasında gərginlik yaşanıb. Bu studiyada olan bir çox insan xasiyyətimizi bilir. Verilişə gəlirəmsə, hazırlaşıram, əziyyət çəkirəm, günlərlə geyimlər seçirəm. Efirə ifa etmək ... | publikaz_normalized |
Rəqəmlədən ibarət deyilik, hekayəmiz var":"21 yaşlı fələstinli Suad Alsbax ömrünü Qəzzada blokada altında keçirib. 2 ildir ki, ölkəsi Fələstindən uzaqda, Antalyada təhsil alır. İndi yenə vəhşiliklə üzləşiblər. Nəkbədə 700 mindən çox fələstinli öz torpaqlarından didərgin düşüb, minlərlə insan öldürülüb. 21 yaşlı fələsti... | publikaz_normalized |
Tanınmış şairə, ictimai xadim Nigar Həsənzadəyə vəzifə verilib. N.Həsənzadə Bakupost.az-a açıqlamasında xəbəri təsdiqləyib: 2023-cü ilin sentyabr ayından Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun təklifini qəbul etdim və fondun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin rəhbəri təyin olundum. Mənə göstərdiy... | publikaz_normalized |
Ən son SSRİ xəritəsi və...":"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sabit sülh əldə etmək üçün lazımi şərtləri açıqlayıb. “Ermənistan və Azərbaycan arasında sabit sülh, Alma-Ata Bəyannaməsi və ən son SSRİ xəritələri əsasında iki ölkənin ərazi bütövlüyü və sərhədlərinin delimitasiyasının birmənalı... | publikaz_normalized |
Şuşadan bu görüntüləri paylaşdı - VİDEO":"On minlərlə fələstinli ailənin tək günahı vətən dedikləri torpaqlarda yaşamaq istəməsidir. Bu gecə öləcəyini düşünən dərdli analar, atalar gözümün önünə gəlir. Arzu edirəm ki, bu gecə bu mahnı zalımları susduran olsun. Yanınızdayıq Qəzza, həm də iliklərimizə qədər. Bu mahnı tür... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda qətl hadisəsi baş verib. Cütlük bir neçə il əvvəl ayrılıblar. Boşanandan sonra Pərvanə Məhərrəmova iki qızı ilə kirayədə yaşayıb. Dırnaq ustası olan Pərvanə Məhərrəmova yaşadığı yerin yaxınlığında olan salonda işləyib. Faktl... | publikaz_normalized |
“Neftçi”nin sabiq futbolçusu Arramiz Soareş məhkəməlik olub. San-Tome və Prinsipidən olan forvardla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub və onun Azərbaycandan çıxışına “stop” qoyulması xahiş edilib. İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq. Məhkəmə ərizəni təmin etsə, Arramiz Soareşin Azərbaycan... | publikaz_normalized |
“Bayer”in futbolçusu Viktor Bonifasenin UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qapısına vurduğu qol III turun ən yaxşısı seçilə bilər. Həmçinin Lukas Paketa (“Vest Hem”, İngiltərə), Maqnus Volf Eykrem (“Molde”, Norveç) və Eduardo Bovenin (“Roma”, İtaliya) vurduqları qollar da fərqləndirilib. Həftənin qolu ... | publikaz_normalized |
Oleq Tsarevin vəziyyəti ilə bağlı rəsmi məlumatı gözləməli və ona qarşı mümkün sui-qəsd cəhdi barədə şayiələr yaymamalıdırlar. Kryuçkov jurnalistlərdən Tsarevlə bağlı vəziyyətlə bağlı ona sorğu göndərməməyi xahiş edib. “Həmkarlar, telefonu qapatmayın, rəsmi məlumat gözləyin”, - deyə o bildirib. Oleq Tsarev iş adamıdır,... | publikaz_normalized |
Beş aydan sonra yox, heç 50 ildən sonra aparıcı Lalə Azərtaşla barışmayacağam. O, verilişində böyük səhv buraxıb. Keçmiş kürəkəni Mustafa İbili ilə "Təsir dairəsi" ictimai-sosial proqramında qalmaqal yaşayan sənətkarın verilişin aparıcısı Lalə Azərtaşla da münasibətləri gərginləşib. Məmmədov bildirib ki, Azərtaş aparıc... | publikaz_normalized |
Azərbaycan Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq "Albax TV" MMC, "Real Teleco... | publikaz_normalized |
Həyat yoldaşını itirdi - VİDEO":"Mövsümü erkən başa vuran "İnter Mayami"nin futbolçusu Lionel Messi Mayamidə istirahətindən zövq almaqda davam edir. O, belə axşamlardan birində həyat yoldaşı Antonella Rokkuzzo, həmçinin Serxio Buskets və Devid Bekhem ilə birlikdə Mayamidəki restoranlardan birində gedib. Həmin məkanın g... | publikaz_normalized |
Rusiya ilə "körpü"nü yandırır?":"Üç ildir ki, kommunikasiyaların açılması müzakirə olunur. Lakin bu illər ərzində Ermənistan baş naziri Nikol Paşinyan sözügedən istiqamətdə müxtəlif mövqelər sərgiləyib. Onun mövqeləri bəzən üst-üstə düşüb, bəzən isə bir-birinə zidd olub. Daha doğrusu, əlaqələrin inkişafına hazır olduğu... | publikaz_normalized |
yeni liderlərə, "B" planına ehtiyac var":"Ukrayna müharibədə qalib gəlməyəcək. Orban deyib ki, "B" planına ehtiyac var. O həmçinin hesab edir ki, növbəti Avropa seçkilərində dəyişiklik olmalıdır, çünki hazırkı liderlər bu problemin öhdəsindən gələ bilmirlər. | publikaz_normalized |
Adanada təqaüdçü zabit Yaşar Ərgül (53) həyat yoldaşı Sadə Ərgülü (35) uşaqlarının gözü önündə qətlə yetirib. Ərgül şəhər xaricinə çıxmaq üçün yüngül ticarət maşınından istifadə etmək istəyib. İddiaya görə, Ərgülün həyat yoldaşı Sadə Ərgül (35) də maşına ehtiyacı olduğunu bildirib və ərinə sən avtobusla get deyib. Bu m... | publikaz_normalized |
Bakıda qadın sürücüyə qarşı quldurluq hadisəsi baş verib. Naməlum şəxs saat 19:40 radələrində havanın qaranlıq olmasından istifadə edərək işıqforda dayanmış “Hyundai Elantra” markalı, 99 FX 891 dövlət qeydiyyat nişanlı minik avtomobilinə daxil olub. O, qabaq sərnişin oturacağında əyləşərək bıçağı sürücü G.Mehdiyevaya d... | publikaz_normalized |
“Hansısa qeyri-hökumət təşkilatı BMT-yə alternativ hesabat kimi yazıb göndərib ki, bizdə guya 70 faiz qadın sterilizasiyadan keçirilir”. H.Hüseynovanın sözlərinə görə, bunu deyəndə ağıl yoxdur: “Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi sterilizasiyadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kiş... | publikaz_normalized |
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları birgə Zərifə Əliyeva küçəsində avtobusların hərəkətini tənzimləyir. Məlumata görə, adıçəkilən küçədə dayanacaq şəhərkəna... | publikaz_normalized |
Yay transfer pəncərəsində PSJ-dən 90 milyon avroya "Əl Hilal"a keçən Neymarın sevgilisi Bruno Byankardi üçün aldığı hədiyyə görənləri təəccübləndirib. Bu sırada ulduz oyunçu ilə bağlı şok bir iddia ortaya atılıb. PSJ-dən ayrılan Neymarın komandadan getməsinə qalmaqallı bir hal səbəb göstərilib. Belə ki, 31 yaşlı futbol... | publikaz_normalized |
Enerketika nazirinin müavini Kamal Abbasova ağır itki üz verib. Qeyd edək ki, Şölə İsmayılova 1961-ci ildə “Ali dərəcəli həkim”, 2008-ci ildə isə “Respublikanın əməkdar həkimi” kimi fəxri adlara layiq görülüb. | publikaz_normalized |
Yaşıl çay artıq çəki ilə mübarizədə kömək edir, lakin bir neçə qaydaya riayət etmək lazımdır. Mütəxəssisin fikrincə, arıqlamaq istəyirsinizsə, fəstfudlardan uzaq durmalısınız. Əgər biz fəstfud, tortlar, şokolad və digər şirniyyatları yaşıl çayla birlikdə yeyib-içiriksə, bu zaman çəkiniz azalmayacaq, əksinə, artacaq. On... | publikaz_normalized |
Vətən uğrunda canından keçən qəhrəmanlarımızdan biri Osman Manafovun şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür. Xatırladaq ki, həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində iştirak edən Osman Manafov Xocavənd-Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrun... | publikaz_normalized |
Mənimlə görüşsən, nənəmi qəfəsdən buraxacam - FOTOLAR":"Laura Vuds tanınmış qadın jurnalistlərdən biridir. O, "Sky Sports" və "TalkSPORT"da işlədikdən sonra məşhurlaşıb. Yeni mövsümdən isə "TNT Sport"da çalışır. 36 yaşlı britaniyalı televiziya ulduzuna bu yaxınlarda maraqlı sual verilib. Ondan "İnstaqram"da aldığı ən q... | publikaz_normalized |
“Bayern”nın qapıçısı Manuel Noyerlə bağlı sevindirici informasiya var. Bu barədə “Sky Sports”(Almaniya) məlumat yayıb. Qolkiperin Bundesliqanın 9-cu turunun “Darmştadt”la sabahkı oyununda meydana çıxacağı bildirilir. Qey edək ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında çıxışını başa vurduqdan sonra Noyer... | publikaz_normalized |
Azərbaycandakı bankların cəmi kredit portfeli 2023-cü ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 467 milyon 697 min manat artaraq 22 milyard 281 milyon 884 min manata çatıb. Mərkəzi Bankın aylıq hesabatına əsasən, sentyabr ayında bankların biznes kreditləri portfeli 256 milyon 883 min manat artaraq 12 milyard 78 mi... | publikaz_normalized |
Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir. O bildirib ki, ölkəmiz 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələyib: “Bütün selektiv abortlar kriminal abortlardır. Bununla Cinayət Məcəlləsinin qapısı açılır. Həmçinin bir məsələyə də diqqət çəkmək istəyirəm. 2008-ci ildə Dövlət Stat... | publikaz_normalized |
Bu qızlar pullarınızı kartdan çəkə bilər":"Azərbaycanda “Tinder ovçuları” dələduzluğu yenidən aktivləşib. O bildirib ki, “Tinder” sosial şəbəkəsində Azərbaycana yeni gəldiklərini iddia edən xanımlar oğlanlarla tanış olur: “Onlar görüş üçün oğlanlara bilet almağa saxta film saytı göndərirlər. Bu linklər isə yerli kinote... | publikaz_normalized |
Lukaşenko Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Belarus liderinin sözlərinə görə, indiki vəziyyətdə yalnız bir çıxış yolu var, o da Fələstin dövlətinin yaradılmasıdır. Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşin Fələstindəki vəziyyətlə bağlı tənqidini əsassız hesab edib. Dövlət başçısı vurğulayıb ki, nə İs... | publikaz_normalized |
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektoruna müdir təyin olunub. Belə ki, Ömər Xıdırov həmin vəzifəyə təyinat alıb. Qeyd edək ki, bundan əvvəl həmin sektorun aparıcı mütəxəssisi vəzifəsində çalışan Ömər Xıdırov Xəzər TV-də çalışıb və jurnalist kimi Vətən mühari... | publikaz_normalized |
Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib. Fərmana əsasən, Səhiyyə Nazirliyinin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. Eyni zamanda nazirlik müva... | publikaz_normalized |
Rusiya Müdafiə Nazirliyi oktyabrın 27-nə olan hesabatında oktyabrın 1-dən bəri Ukrayna aviasiyasının itkiləri barədə məlumat verib. Rusiya qırıcı təyyarələri və hava hücumundan müdafiə sistemləri düşmənin 31 təyyarəsini məhv edib", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir. Rusiya Müdafiə Nazirliyi aydınlaşdırı... | publikaz_normalized |
Yorğana bürün, elnən sürün":"Yəqin ki, son həftələrdə bu tezisi çox eşitmisiniz. Amma biz yenə də sizə xatırlatmağı özümüzə borc bilirik: qış ərəfəsində üst paltar almaq barədə düşünmək lazımdır. Termometrdə dərəcə durmadan aşağı doğru sürünür, plaşlar və pencəklər isə artıq bizi soyuqdan xilas etmir. Odur ki, biz daha... | publikaz_normalized |
Hər şey 1+1+1 formatına doğru gedir":"Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq konfransı zamanı bildirib ki, hazırda Azərbaycanla sülh müqaviləsi üzərində iş gedir və o, bu prosesin yaxın aylarda uğurla başa çatacağına ümid edir. Paşinyanın hər dəfə belə deməsinə baxmayaraq ölkə... | publikaz_normalized |
Gəncə şəhərində məktəblərdən birində şagirdlərə "Patı" təklif edilir. Valideynlərdən biri iddia edib ki, kimliyi bəlli olmayan qadın Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərindən birinə konfet adı ilə patı təklif edib. Uşaq etiraz etməsin deyə qadın ona alma, banan da vermək ist... | publikaz_normalized |
Qarderobun əsas və ən universal titulu uğrunda mübarizədə cins şalvar həmişə qalib gəlir. Kobud parçadan hazırlanmış bu şalvarlar çoxdan bizim uniformamıza çevrilib. Onlar həm işgüzar stilin, həm gündəlik, həm də teatr və romantik görüşlərin də ayrılmaz hissəsi olmağı yaxşı bacarırlar. Bu mövsüm də istisna olmayıb. Mağ... | publikaz_normalized |
Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub. Fərmanla səhiyyə nazirinin 3 müavini olacaq. | publikaz_normalized |
Xəsarət alanlar var":"İstanbulun qərbində binanın zirzəmisində naməlum səbəbdən partlayış baş verib. Partlayışın Bağçılar rayonunda yerləşən müəssisənin üçmərtəbəli binasının zirzəmisində baş verdiyi bildirilir. Partlayışdan sonra yanğın başlayıb. İlkin məlumata görə, beş nəfər xəsarət alıb. | publikaz_normalized |
Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə vətəndaşlıq yox, “qaçqın statusu” verir. - siyasi hədəfi “qaçqınların qayıdışını” daim Bakıya qarşı təzyiq aləti kimi saxlamaq, o cümlədən, Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların geri qayıdışı məsələsində “ermənilərin Qarabağa qayıdışını” irəli sürm... | publikaz_normalized |
“Qızıl top” Lionel Messiyə verilməlidir":"Braziliya millisinin sabiq hücumçusu Ronaldo Nazario "ilin ən yaxşı futbolçusu kimdir" sualına cavab verib. “Qızıl top” şübhəsiz ki, Lionel Messiyə verilməlidir. Onun 2022-ci il dünya çempionatında etdikləri xüsusi idi. Bu mənə Dieqo Maradona və Pelenin dünya çempionatındakı çı... | publikaz_normalized |
“Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib. Bunun arxasında xalqlarımızın iradəsi və liderlərimizin qardaşlıq münasibətləri dayanır”. O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk ölkə Türkiyə olub: “Mustafa Kamal Atatürk deyirdi ki, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri biz... | publikaz_normalized |
“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yol xəritəsidir”. O bildirib ki, bütün sahələrdə böyük layihələr həyata keçirilir: Ticarət həcmində investisiyalar hər il artır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi neft və təbii qaz layihələri uğurla davam edir”. C.Bayramov, həmçinin Tü... | publikaz_normalized |
Azərbaycan Slovakiyaya səfir təyin edib. Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. xxx" "Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli sə... | publikaz_normalized |
Arif Baloğlan oğlu Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. | publikaz_normalized |
Donatella Versace niyə xarici görünüşünü tanınmayacaq dərəcədə dəyişməyə qərar verdi və nələri geyinməyi özünə qadağan edib? Versace" moda evinin gələcək rəhbəri 1955-ci il mayın 2-də İtaliyanın Redcio di Kalabria şəhərində dörd uşaqlı ailədə anadan olub. Evin sonbeşiyi olan qızcığaz kiçik yaşlarından qardaşı Canni ilə... | publikaz_normalized |
Xankəndi Polis Şöbəsi yaradılıb, Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edilib. Nazir oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və ter... | publikaz_normalized |
Bu il 7 nəfər daxili işlər orqanlarından xaric edilib, 16-sı vəzifəsindən azad olunub. O, nazirlik tərəfindən həyata keçirilən qətiyyətli tədbirlərin məntiqi nəticəsi kimi şəxsi heyət arasında neqativ halların minimuma endiyini, ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1 286 əməkdaş barəsində ara... | publikaz_normalized |
Ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi tutulub. Törədilmiş cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi ziyanın 79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib. Vilayət Eyvazov hər ... | publikaz_normalized |
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi Hikmət Hacıyevi II-ci dərəcəli “Dostık” (Dostluq) ordeni ilə təltif edib. Diplomat bildirib ki, H.Hacıyev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrinin inkişafına,... | publikaz_normalized |
Xocalı rayonu Ə.Cavadov adına Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılovanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əs... | publikaz_normalized |
Ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də nəzarətdə saxlanılıb. O bildirib ki, qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 19 kiloqram çox – yəni 4 ton 18 kiloqram narkotik vasitə və 343 kiloqram psixotrop maddə çıxarılıb, 244 nəfərdən ibarət 110 cinayətkar qrup zərər... | publikaz_normalized |
Daxili işlər orqanları və Daxili Qoşunlar qanunla müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə yetirib. O bildirib ki, ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb. Baş Prokurorluqla birgə görülmüş təd... | publikaz_normalized |
Bu ilin 9 ayında Azərbaycanda ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb. Nazir bildirib ki, Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış 336, o cümlədən bir neçə xüsusilə ağır cinayətin açıl... | publikaz_normalized |
Böyük Britaniya kraliçası II Yelizavetanın idarə etdiyi avtomobil noyabrın 11-də Birminhem şəhərində hərraca çıxarılacaq. | publikaz_normalized |
Brüsseldə keçirilən sammitdən sonra Avropa Birliyi (Aİ) liderləri Ermənistan və Azərbaycan arasında vasitəçiliyi davam etdirmək niyyətində olduqlarını bəyan ediblər. Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşm... | publikaz_normalized |
Oktyabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) üzvü Elşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bildirilib ki, görüş zamanı Azərbaycan-İraq münasibətlərində son zamanlar artan dinamizm, bu xüsusda, cari ilin mart və iyul aylarında müvafiq ola... | publikaz_normalized |
Konstitusiya Məhkəməsi məcburi əmək müqaviləsi ilə bağlı qərar qəbul edib. Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seç... | publikaz_normalized |
Pakistan və Hindistan sərhədində atışma olub. Hadisə nəticəsində ölən olmayıb. Qeyd edilib ki, Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girməyə cəhd edərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub. Pakistan ordusundan verilən açıqla... | publikaz_normalized |
Xankəndidən sonra Xocalı və Tərtərə də müvəqqəti komendantlar təyin edilib. Zaur Nəbiyev 2020-ci ildə Xocalının polis rəisi təyin edilmişdi. Elçin Qasımov isə 2018-ci ildən Tərtərdə eyni vəzifəni yerinə yetirirdi. Qeyd edək ki, daha öncə polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib. | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib. Telefon danışığı əsnasında Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələr müzakirə edilib, xalqlarımızın mənafeyi naminə iki ölkə arasın... | publikaz_normalized |
Qadınlardan ibarət Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsinin III turunun oyununda Farer adaları yığmasını məğlub edib. Millinin qollarını Kristina Bakarandze və Manə Mollayeva vurublar. Xal ehtiyatını 7-yə çatdıran komanda yer aldığı qrupun vahid lideridir. Qeyd edək ki, yığma növbəti görüşünü oktyabrın ... | publikaz_normalized |
Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib. "Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə gö... | publikaz_normalized |
Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülleteninə əsasən, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” adlandırıb. Əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlan... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.