text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Oktyabrın 29-u Qazaxıstanda matəm günü elan olunub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Karaqanda vilayətində baş vermiş qəza nəticəsində ölənlərin sayı 28-ə çatıb. Bu gün səhər saatlarında Kostenko şaxtasında fövqəladə hadisə baş verib. Səbəb, ilkin olaraq, lavada (yeraltı mədən) metan partlayışı olub. Qəza... | publikaz_normalized |
Böyük fəlakət olacaq, su, işıq, yemək, istilik yoxdur":"Qəzzanın dağılması onilliklərin fəlakətinə səbəb olacaq. “Ona görə də, əlbəttə ki, dayanmalıyıq. Blokadada olan əhalini xilas etmək üçün humanitar proqramlar elan etmək lazımdır: su, işıq, yemək, istilik - bunların heç biri yoxdur”, - deyə nazir əlavə edib. Lavrov... | publikaz_normalized |
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib. Məlumata görə, Ə.Əsədov Karaqandada şaxtada baş verən qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qəbul etdiyini bildirib. Məktubda Qazaxıstanın Baş nazirinə, eləcə... | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstan hökumətinə Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verib. “Qazaxıstanda mədən sahəsində baş vermiş yanğının faciəvi nəticələri bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız kədərli ailələr,... | publikaz_normalized |
Bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanan Eşqin Cəlilov paylaşımı ilə gündəmə gəlib. İlk evlilyindən dünyaya gələn övladına dair paylaşım edən Eşqin uşağın üzünü gizli saxlayıb. Görüntülərdə Eşqin qızından "Atanı sevirsənmi? Hə, sevirəm, anamı da sevirəm". Xatırladaq ki, Aysun İsmayılova qona... | publikaz_normalized |
Xalq artisti Röya Ayxan bir neçə gün əvvəl doğum gününü qeyd edən həmkarı Günel Zeynalovaya (Azəri qızı Günel) sürpriz edib. “Mənə indi dedilər, yadıma düşdü, dedim ki, oğlumla eyni gündə doğulub. Çox yaşa, xoşbəxt ol, mənim gözəlim! Səni sevirəm, təbrik edirəm”. Günel Zeynalova isə həmkarının bu addımını səmimi qarşıl... | publikaz_normalized |
“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Tayson Fyuri ilə keçmiş UFC çempionu Frensis Nqannu arasında keçiriləcək döyüşündən əvvəl britaniyalı ilə görüşüb. Xatırladaq ki, Fyuri ilə Nqannu arasında döyüş oktyabrın 28-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) “King Fahd International Arena”da keçiriləcək. Bundan əvvəl çəki ölç... | publikaz_normalized |
Oktyabrın 26-dan Azərbaycanın bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. Araşdırmaya görə, bu, 2023-cü ildə çörəyin 3-cü ucuzlaşmasıdır. Belə ki, bu ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə düşmüş... | publikaz_normalized |
Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib. Bildirilib ki, "Sualtı hücum xüsusi təyinatlı kursu"nun kursant və təlimatçı heyəti ilə keçirilən toplanışda paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə y... | publikaz_normalized |
Fələstin Milli Administrasiyası (PNA) amerikalı sahibkar İlon Maskın Space X şirkəti tərəfindən idarə olunan “Starlink” layihəsi ilə əlaqəni bərpa etmək üçün kömək istəyib. Fələstinin rabitə naziri Yitzak Sadr “Starlink”in artıq əməkdaşlığa razı olduğunu təsdiqləyib. Hazırda Qəzza zolağında rabitə, o cümlədən internet ... | publikaz_normalized |
Veriliş aparacaq":"Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gələn ildən GB News telekanalına müəllifin siyasi proqramının aparıcısı və analitiki kimi qoşulacağını açıqlayıb. “Mən tezliklə GB News-da sizə qoşulacağımı elan etməkdən məmnunam. O gözəl yeni kanalda hər şeyə öz fikirlərimi mübaliğəsiz təqdim edəcəm... | publikaz_normalized |
Ona yeni müqavilə təklif olunacaq":"Bavariya" klubun əfsanəvi qapıçısı Manuel Noyerlə müqaviləni uzatmağı planlaşdırır. 37 yaşlı futbolçunun hazırkı müqaviləsi 2023/24 mövsümünün sonuna kimidir. Bundesliqa hegemonunun rəhbərliyi ona müqavilənin 2025-ci ilə qədər uzadılmasını təklif etməyə hazırdır. Manuel Noyer bu mövs... | publikaz_normalized |
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib ki, Vaşinqtonun İsrailə tam dəstəyi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər. Bildirib ki, Birləşmiş Ştatlar başqalarına təmkinli olmağı tövsiyə edir, lakin o, İsraili tam dəstəkləyir. İranın baş diplomatı vurğulayıb ki, "ABŞ öz gördüyü işləri... | publikaz_normalized |
Hazırda Avrasiya qitəsində baş verən istənilən münaqişə böyük müharibəyə çevrilə bilər. “Hesab edirəm ki, onların hamısı özünəməxsus şəkildə təhlükəlidir, hər biri böyük müharibəyə çevrilə bilər. Xüsusilə, təbii ki, Yaxın Şərqdə baş verənləri nəzərə alsaq. Orada bir neçə qaynar nöqtə var: Bütün bunlar Afrika qitəsinə s... | publikaz_normalized |
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib. Hazırda f... | publikaz_normalized |
Dünən, oktyabrın 26-da Ermənistan polisi gecə saat 23 radələrində Qarabağdan gələn iki gənci - Mxitar Lernik Ohanesyanı və Ernest Akopyanı saxlayıb. Onların dostlarından biri “ Hraparak ”a bildirib ki, gənclər sentyabrın 21-də İrəvanda kütləvi iğtişaşlar törətdiklərinə görə gecə saatlarında heç bir xəbərdarlıq edilmədə... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 oktyabr 2023-cü il tarixində Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında To... | publikaz_normalized |
Bu gün, oktyabrın 28-də İspaniya çempionatının 11-ci turunda "Barselona" "Real”la qarşılaşır. Siyahıya Lionel Messi (26) " başçılıq edir. İkinci yerdə 18 qolla portuqaliyalı Kriştiano Ronaldodur. “El Klasiko” tarixində ən yaxşı 10 bombardir: Lionel Messi (Barselona) - 26 qol. Kriştiano Ronaldo (Real Madrid) - 18. Alfre... | publikaz_normalized |
İsrailin Qəzza zolağında genişmiqyaslı əməliyyatı hələ başlamayıb. O, HƏMAS-a qarşı hücumların həm qurudan, həm də dənizdən həyata keçirildiyini təsdiqləyib, lakin diplomatın sözlərinə görə, İsrail ordusu əməliyyat üçün başqa termindən istifadə edir. “Bizim ordumuz bunu dar miqyaslı hərbi əməliyyat adlandırır. Ona görə... | publikaz_normalized |
SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir. "Aksiya həftənin 1-ci günü Hacıqabul rayonu, Atbulaq kəndində (kənd inzibati ərazi dairəsinin qarşısı), 2-ci günü Neftçala rayonu, Aşağı Surra kəndində (Mədəniyyət evinin qarşısı), 4-cü günü İmişli rayonu, Muradalılı kəndində (İcra nümayəndəliyinin qarşısı), ... | publikaz_normalized |
Ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları üzə çıxıb. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evinə gəlib. O, evə hü... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, bu gün sübh vaxtı (saat 05:50) Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində dəhşətli cinayət törədilib. Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb. Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sar... | publikaz_normalized |
İsrailin Qəzza zolağında keçirdiyi quru əməliyyatında 5 minə yaxın ABŞ əsgəri iştirak edib. Təhlükəsizlik mənbələri agentliyə bildiriblər ki, İsrailin cümə günü axşam Qəzza zolağına qurudan təşkil etdiyi hücumda üç diviziya və bir neçə briqada iştirak edib. Həmsöhbətlər əməliyyatda 5 minə yaxın ABŞ hərbçisinin də iştir... | publikaz_normalized |
Ən azı 29 jurnalist son Fələstin-İsrail münaqişəsinin qurbanı olub. 2023-cü il oktyabrın 7-dən oktyabrın 27-dək hər iki tərəfdən öldürülən 8 mindən çox adamın siyahısına ən azı 29 jurnalist daxil edilib", - hesabatda deyilir. Təşkilatın aydınlaşdırdığı kimi, bu, Komitənin 1992-ci ildə məlumat toplamağa başlamasından bə... | publikaz_normalized |
Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları təsdiqlənib. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. | publikaz_normalized |
Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 27-də Avropa İttifaqı Şurasının Brüsseldə keçirilmiş iclası çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyir və rədd edirik". Bildirilib ki, onilliklər ərzində vasitəçi olarkən Azərbaycanın 20%-ə yaxın ərazisinin Ermənistan tər... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Hörmətli cənab Prezident," "Əziz Qardaşım," "Əlamətdar tarix – Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz... | publikaz_normalized |
Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz (Rəcəb Tayyib Ərdoğan) başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siy... | publikaz_normalized |
silahlı şəxslər tutuldular - VİDEO":"Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Qobu, Mehdiabad, və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirilib. Digər tədbirlərlə rayonda narkotiklə əlaqəli cinayətlərə görə 16, oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axta... | publikaz_normalized |
Qarabağda hansı mövqedəyiksə...":"“Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik”. “Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük. Qarşımızda Şərqi və Cənub-Şərqi Anadoluda erməniləri, Egeydə, Mərmərə və Qara dənizdə yunanları təxribata... | publikaz_normalized |
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin əməkdaşı Orxan Süleymanov Karate IKU təşkilatının Sloveniyanın Novo mesta şəhərində təşkil etdiyi Avropa çempionatında 80+ mütləq çəki dərəcəsində 3-cü yeri qazanıb. | publikaz_normalized |
28 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Kəpəz" oyunundan öncə maraqlı hadisə yaşanıb. Ancaq bir dəqiqə sonra problem aradan qaldırılıb. | publikaz_normalized |
Qarabağdakı Rusiya sülhməramlılarına məxsus hərbi texnikaların Azərbaycan ərazisini tərk etməsi ilə bağlı görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Bəzi sosial şəbəkə səhifələrində Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı yayılan iddialarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Həmin məktəbli və valideyni müəyyən edilib. Araşdırmalarla müəyyən edilib ki, həmin səs yazısındakı iddiala... | publikaz_normalized |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Qartallar”ın qollarını 19-cu dəqiqədə İssa Cibrilla, 78-ci dəqiqədə Rüstəm Əhmədzadə vurub. “Dənizçilər”in heyətində isə 31 və 34-cü dəqiqələrdə Pedro Nuno fərqlənib. “Zirə” 21 xalla liderliyini davam etdirir. “Səbail... | publikaz_normalized |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinə dəstək aksiyasında iştirak edib. Türkiyə lideri İstanbulun Atatürk Hava Limanında keçirilən mitinqdə Fələstin və Türkiyə bayraqları ilə hazırlanmış şərf taxıb. Mimitinqdə iki milyondan çox insanın iştirakı gözlənilirdi. Burada İstanbul sakinləri ilə yanaşı, T... | publikaz_normalized |
Bu gecə Qəzzada yer silkələndi, yeni sərəncama qədər...":"İsrail müharibənin növbəti mərhələsinə keçdi, Qəzzada əməliyyat davam edəcək". O bildirib ki, İsrail ordusu Qəzza zolağında bir gecədə başlayan və HƏMAS-ın tunellərini və digər infrastrukturlarını, həmçinin islamçı hərəkatın liderlərini məhv etmək məqsədi daşıya... | publikaz_normalized |
Çin sərhədindən başlayaraq...":"Gürcüstan və Qazaxıstan Orta Dəhlizin inkişafı və səmərəliliyinin artırılması ilə bağlı saziş imzalayıb. Bu, həmçinin dəmir yolunda təhlükəsizliyi artıracaq, qlobal ticarət və nəqliyyatda Gürcüstan və Qazaxıstanın gələcək mövqelərinə müsbət təsir göstərəcək. Qeyd edilib ki, 2022-2027-ci ... | publikaz_normalized |
İsrailin xarici işlər naziri Eli Koen respublika prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarından sonra “İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün” ölkənin diplomatik nümayəndələrini Türkiyədən geri çağırıb. Türkiyənin sərt bəyanatları fonunda mən İsrailin Türkiyədəki diplomatik nümayəndələrinə İsrai... | publikaz_normalized |
Rəqqasə Rəna Ağamuradova (Renka) qəzaya düşüb. Nə gözəl göz dəydi bizə" deyə, rəqqasə avtomobilinin əzilən hissəsini bölüşüb. Məsələ ilə bağlı açıqlama verən Renka xəsarət almadığını bildirib: | publikaz_normalized |
Xaçmazın Qımıl kəndində intihar hadisəsi baş verib. Axtarışlar nəticəsində onun meyiti rayonun Qımıl kəndində meyvə bağında ağacdan asılı vəziyyətdə tapılıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Hadisə ilə ... | publikaz_normalized |
xəsarət alan var - FOTO":Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. | publikaz_normalized |
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən ağır vəziyyətdə olan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb. 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsində müalic... | publikaz_normalized |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib. Qolları 45-ci dəqiqədə Otto Con, 54-cü dəqiqədə Roderik Miller, 58-ci dəqiqədə Sertan Taşkın, 67-ci dəqiqədə Luis Paçu vurub. Bu nəticədən sonra xallarının... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasının 11-ci turunda "Kəpəz" "Turan Tovuz"un qonağı olub. Böyük hesablı məğlubiyyət "Kəpəz" azarkeşlərini qəzəbləndirib. Onların bir qismi Tovuz şəhər stadionunu tərk edib. Digərləri isə görüşün bitməyin gözləyib. Təqribən 40-50 nəfərlik azarkeş qrupu futbolçuları yanlarına çağırıb, söhbət aparıbl... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev “Instagram” sosial şəbəkəsində Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə paylaşım edib. “29 oktyabr Türkiyə Cümhuriyyət bayramı”. " "@presidentaz'in paylaştığı bir gönderi" "Xankəndidə qumbara və avtomatlar tapıldı" "Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır... | publikaz_normalized |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin professoru İbadulla Əli oğlu Məmmədov bu gün qəflətən ürək tutmasından vəfat edib. Qeyd edək ki, 1985-ci ildən etibarən sözügen univeristetdə çalışan İ.Məmmədov 6 monoqrafiyanın, 2 metodik vəsaitin, 1 dərsliyin və 100-ə qədər elmi məqalənin müəllifidir. Qara... | publikaz_normalized |
400 mindən çox ispan...":"440 mindən çox ispan ruhanilər tərəfindən zorakılığa məruz qalıb. Uzun illər Katolik Kilsəsi törədilən cinayətləri gizlədə bilib. Xüsusi yaradılmış komissiya olmasaydı, şok statistikanı yekunlaşdıran belə davam edərdi. Xalq Müdafiəçisi Anqel Qabilondo bu cümə günü Konqresə kilsədə cinsi istism... | publikaz_normalized |
orduya yeni hazırlıq ƏMRİ VERİLDİ":"İsrail Müdafiə Qüvvələri (IDF) şimal sərhədində yüksək hazırlıq vəziyyətinə gətirilib. Hərbi rəhbərin sözlərinə görə, bu cür tədbirlər Livanın şiə təşkilatı "Hizbullah"ın mülki İsrail vətəndaşlarına və İsrail Müdafiə Qüvvələrinin şəxsi heyətinə zərər vurmaq cəhdlərinin qarşısını alma... | publikaz_normalized |
Taktikadan danışmayım, sirlərimi açaram":"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 11-ci turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. Hər iki komanda üçün vacib matç idi. Neçə oyundur evdə qələbə qazana bilmirdik. Çox maraqlı və gərgin çempionat gedir. Bundan sonra daha çətin olacaq. Sevindirici haldır ... | publikaz_normalized |
Qapı kilidlənmişdi, birtəhər aça bildik":"Kəpəz" Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Turan Tovuz"a 0:4 hesabı ilə məğlub olub. Təhlil edib, səhvlərimizə baxmalıyıq. Turan Tovuz" bu gün qələbəyə layiq idi. - Əsas oyunçuların hamısını start heyətdə meydana buraxmışdınız. Buna baxmayaraq, ilk yarıda nəticə... | publikaz_normalized |
Azərbaycanın Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan Qarabağdakı qondarma rejimin "prezident"i Samvel Şahramanyanın Azərbaycandan neçə qaçdığı məlum olub. Azərbaycan tərəfi "Artsax" liderlərinə qarşı seçici yanaşma nümayiş etdirdi. Belə qənaətə gələ... | publikaz_normalized |
Bakı ilə əlaqə saxladım, Babayan və Balasanyanı...":"Mən Azərbaycanın bizimlə işləyən məsul şəxsi ilə əlaqə saxladım ki, "Artsax"da onların danışıqlara hazır olduqları namizədin olub-olmadığını öyrənək". Artsax"da müzakirələr gedirdi ki, Samvel Babayan və ya Vitali Balasanyan daha məqbul namizəd olacaq. Mən Azərbaycan ... | publikaz_normalized |
Bu ilin ikinci Ay tutulması başa çatıb. Saat 23:35-də qismən tutulma olub. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verib. Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatıb. xxx" "22:11" "Bu gün ilin ikinci Ay tutulması başlayıb. Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat ... | publikaz_normalized |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bildirilir ki, görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sül... | publikaz_normalized |
Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində minik avtomobili traktorla toqquşub, ölən var. Hadisə nəticəsində traktorun sürücüsü Ə.Vahabov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Müharibənin ikinci mərhələsi başladı":"İsrailin baş naziri Benyamin Netanyahu müharibənin ikinci mərhələsinin başladığını elan edib. Baş nazir qeyd edib ki, əməliyyatın məqsədi Fələstinin HƏMAS hərəkatının infrastrukturunu məhv etmək və girovları azad etməkdir. Netanyahu qeyd edib ki, hərbi əməliyyatların ikinci mərhəl... | publikaz_normalized |
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens seçki yarışında iştirakını dayandırdığını elan edib. Mən bu gündən prezidentliyə namizədliyimi dayandırmaq qərarına gəldim", - Pens deyib. Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. ... | publikaz_normalized |
Aparıcılar Zaur və Günay Baxşəliyevanın ötən gün evlilik ildönümü olub. Görüntülərdə onların övladları Dilavər və Davud da yer alıb. Aparıcılar sosial şəbəkədə paylaşdıqları görüntülərə bu sözləri yazıblar: Ailəmizin 11 yaşı tamam oldu, maşallah. Allah bütün ailələri qorusun". | publikaz_normalized |
HƏMAS-ın hərbi büdcəsinin 90%-i İrandan gəlir":"HƏMAS-ın hərbi büdcəsinin 90%-i İran tərəfindən təmin edilir". Düşünürəm ki, HƏMAS-ın hərbi büdcəsinin 90%-i İrandan gəlir. O, maliyyələşdirir, təşkil edir, rəhbərlik edir", - baş nazir qeyd edib. Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu müharibənin ikinci mərh... | publikaz_normalized |
Partlayış "Müdafiə Departamenti"nin xidmətə yararlı yanacaq anbarında baş verib. Biz bu yanacaqdan döyüş əməliyyatlarından əvvəl istifadə etməməyə çalışdıq, çünki o, döyüş əməliyyatlarının əvvəlində istifadə üçün nəzərdə tutulmamışdı". Panika nəticəsində əhalimiz hərbi hissənin anbarına sığındı, elementar təhlükəsizlik... | publikaz_normalized |
Qərbdə bir çox ölkə xarici siyasətlərini erməni maraqlarına qurban vermək uğrunda yarışa başlayıb və Azərbaycana qarşı “səlib yürüşü”nə bənzər mövqe sərgiləyirlər. Və bu ölkələrin əksəriyyəti ya Cənubi Qafqazda baş verənlərə “fransız” olanlardır, ya da belə demək mümkünsə, “aynaya baxmadan danışırlar”. Yarışa qoşulan ö... | publikaz_normalized |
Azərbaycan Fransaya Afrikada keçmiş müstəmləkəsi olan ölkələrlə problemlərinin həllində vasitəçilik edə biləcəyi təklifini verib. Bu, rəsmi Parisin Cənubi Qafqazda “vasitəçilik” adı altında erməni maraqlarını müdafiə etməsi və proseslərə müdaxilə cəhdləri fonunda Bakının “siyasi silləsi” kimi bir şeydir... Afrikada Fra... | publikaz_normalized |
çətinlikləri həll etmək mümkün olmayacaq":" "Qoç - günün ilk yarısında işgüzar aktivlik səviyyəsinin aşağı düşməsinə imkan verməyin. Nəticələr kiçik olsa da, gözədəyəndir. İşdə rəhbərliklə münaqişə yaratmayın. Karyeranıza təsir edə biləcək insanlarda özünüzə qarşı kəskin antipatiya yaratmayın. Günün ikinci yarısında ma... | publikaz_normalized |
Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir. İki il sonra - 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümh... | publikaz_normalized |
Babək Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi olub. Bu vəzifəyə Culfa rayon icra başçısının müavini vəzifəsindən azad edilən Vüsal Məmmədzadə təyin edilib. | publikaz_normalized |
"İtaliya A Seriyasının X turunda “Yuventus” “Verona” ilə qarşılaşıb. Yeganə qolu qarşılaşmanın 90+7-ci dəqiqəsində Andrea Kambiaso vurub. Qələbə sayəsində xallarını 23-ə çatdıran “Yuventus” birinci pilləyə yüksəlib. “Qoca sinyora” bir oyun az keçirən “İnter”i bir, “Milan”ı iki xal üstələyir. Səkkiz xalı olan “Verona” 1... | publikaz_normalized |
Azərbaycanda dini radikalizmin təbliğinə və pozuculuq fəaliyyətə cəlb edilmiş şəbəkənin bir qrup üzvü polis əməkdaşları tərəfindən həbs edilib. Məlumata görə 9 nəfər şəxs narkotik aludəçilərini yardım adı altında əməkdaşlığa cəlb ediblər, ölkədə “kərimə dövləti” qurulmasını təbliğ ediblər. İrandan idarə edilən radikal ... | publikaz_normalized |
Oktyabrın 19-da bütün İsrail diplomatları Türkiyəni tərk edib. Buna görə də İsrailin xarici işlər naziri Eli Koenin tabeliyində olanlara çağırışını başa düşmək çətindir". Hazırda Türkiyədə heç bir İsrail diplomatı yoxdur, onların hamısı oktyabrın 19-da ölkəni tərk edib. Türkiyə Xarici İşlər Nazirliyi oktyabrın 18-də ba... | publikaz_normalized |
Universitetdə ayaqyolu təmizləyirdim,amma..." - FOTO":"“İşsizliyimlə bağlı məsələ hələ də problem olaraq qalıb. Bir müddət əvvəl bu xəbər sosial şəbəkələrdə paylaşıldı. Bir çox insan yazmışdı ki, o boyda şairin qızı işsizdir. Bəziləri isə rişxənd edirdilər ki, hamı pensiya ilə dolanır. Heç kimə demirəm ki, gətir mənə a... | publikaz_normalized |
İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat uzun müddət çəkəcək və böyük səbr tələb edəcək. Bizə - hər bir insana, cəmiyyətə, rəhbərliyə səbr lazımdır, böyük emosional dözümlülük lazımdır. Və hər şeydən çox, təhlükəsizlik qüvvələrinə dözüm və möhkəmlik lazımdır", - o deyib. | publikaz_normalized |
3 nəfər can verdi":"Oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Əmrahov Fariz Valeh oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kərimov Sənan Vüqar oğlu oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. VAZ-2106... | publikaz_normalized |
Dostlar" serialının ulduzu Metyu Perri 54 yaşında vəfat edib. İlkin məlumatlara görə, aktyor Los-Ancelesdəki evində olarkən cakuzidə boğularaq ölüb. "Agentliyin mənbəsi qeyd edib ki, ürək tutması ilə bağlı zəngdən sonra hadisə yerinə təcili tibbi yardım işçiləri gəlib. Perrinin öldüyü yerdə heç bir narkotik vasitə qalı... | publikaz_normalized |
Türkiyənin Konya vilayətində 4 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, yeraltı təkanların episentri Kulu rayonunda yerləşib. Zəlzələnin ocağı 7,02 km dərinlikdə olub. Dağıntılar və tələfat barədə məlumat verilməyib. | publikaz_normalized |
İsrailin Qəzza zolağının atəşə tutması və bombalaması ən azı 8 min insanın ölümünə səbəb olub. Bildirilib ki, qurbanların yarısı uşaqlardır. Son 24 saat ərzində ölənlərin sayının 300-dən çox olduğu vurğulanıb. Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS radikal hərəkatı İsrailə hücum edib. Naməlum s... | publikaz_normalized |
Sadəcə uçub uzaqlaşırıq":"Ukraynada Vaşinqton üçün hər şey Vyetnam ssenarisi üzrə bitəcək". İşlər istədiyimiz kimi getməyəndə, səhv etdiyimiz zaman, biz sadəcə uçub uzaqlaşırıq. Ukraynada hər şey Vyetnamdakı kimi bitəcək - biz sadəcə gedəcəyik", - deyə o bildirib. Makqreqor qeyd edib ki, amerikalılar Ukraynaya maraqlar... | publikaz_normalized |
Meksikada “Otis” qasırğası nəticəsində ölənlərin sayı artaraq 39-a çatıb. İtkin düşənlərin sayının 10-a yüksəldiyini bildirən Rodriges axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Qeyd edək ki, oktyabrın 26-da 5-ci kateqoriyaya yüksələn və "dağıdıcı ola biləcəyi" xəbərdarlığı edilən "Otis" qasırğası nəticəsində... | publikaz_normalized |
3000-lik telefon almasam, arvadım müdirinə aldıracaq" - VİDEO":"3000-lik telefon almasam, arvadım müdirinə aldıracaq”. | publikaz_normalized |
ABŞ-nin tanınmış iş adamı İlon Mask “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) ironik bir paylaşım edib. Mask öz paylaşımında İran ərazisinin ABŞ bazaları ilə əhatə olunduğunu əks etdirən foto yayımlayıb. Fotonun üzərində bu sözlər yazılıb: Görün, onlar öz ölkələrini bizim hərbi bazalarımıza nə qədər yaxın yerləşdiriblə... | publikaz_normalized |
Kolumbiyada “Liverpul”un futbolçusu Luis Diasın valideynləri oğurlanıb. Bildirilib ki, Diasın valideynləri avtomobili idarə edərkən motosikletli şəxslər onların yolunu kəsib. Polis artıq futbolçunun anasını xilas edə bilib. Hazırda onun atasının azad edilməsi üçün əməliyyat aparılır. Qeyd edək ki, 26 yaşlı Dias ötən il... | publikaz_normalized |
Rusiyanın Krasnodar diyarındakı Afipski neft emalı zavodunun ərazisində güclü partlayış baş verib. Bildirilib ki, hadisə gecə saat 03:20 radələrində baş verib. Yerli sakinlərin sözlərinə görə, partlayışdan əvvəl onlar "ot biçimini" xatırladan səs eşidiblər. Hazırda hadisə yerində işıqlanma var. İlkin məlumata görə, ins... | publikaz_normalized |
Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının girovlar siyahısında olan şəxslərin sayı 230-a yüksəlib. Ordu sözçüsü əlavə edib ki, İDF Qəzzada quru manevrlərini genişləndirir. Həqari hesab edir ki, HƏMAS-a nə qədər çox təzyiq edilərsə, girovların azad edilməsi şansı bir o qədər çoxalır. | publikaz_normalized |
ilk 45 dəqiqə ərzində...":"Weill Cornell" Tibb Kollecinin (WCMC-Q) alimləri müəyyən ediblər ki, CT scan avadanlığı və qan laxtalanmasına qarşı dərmanlarla təchiz edilmiş mobil təcili yardım otaqları bir çox insultların qarşısını ala bilər və insult keçirən insanların sağ qalma nisbətini yaxşılaşdıra bilər. 2014-cü ildə... | publikaz_normalized |
Sumqayıt" "Qəbələ"ni, "Neftçi" "Sabah"ı qəbul edəcək":"Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək. “Kapital Bank Arena”dakı qarşılaşma saat 16:00-da başlanacaq. Gənclik şəhəri" təmsilçisi 14 xalla 7-ci, "qırmızı-qaralar" 7 xalla 9-cu pillədə qərarlaşıb. Turun mərkəzi görüşündə i... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Milli Bayram münasibətilə təbrik edib. “Bu gün bölgədə və dünyada xüsusi rola malik qardaş Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü qeyd olunur. 29 Oktyabr – Cümhuriyyət Günün mübarək və Türkiyə Yüzili çərçivəsində inkişaf və yüksəlişin davamlı ol... | publikaz_normalized |
Cənubi Koreya alimləri xoşxassəli paroksizmal başgicəllənmədən xilas olmaq üçün effektiv vasitə tapıblar. Alimlər bu xəstəliyi olan 957 nəfəri təcrübəyə alıb, onların bir qrupuna gündə 2 dəfə D vitamini və kalsium verilib, digər qrupa isə placebo – yəni dərman olmayan boş tablet. 2 həftə sonra birinci qrupda başgicəllə... | publikaz_normalized |
Azərbaycanın Astanadakı səfiri Ağalar Atamoğlanov Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırovla görüşüb. “Səfir Ağalar Atamoğlanov Qazaxıstanın milli iqtisadiyyat naziri A.Kuantırovla görüş keçirmişdir. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində müsbət dinamikası vurğu... | publikaz_normalized |
Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Qeyd edək ki, Azərbaycan komandası ilk matçda İrakı 2:0 hesabı ilə üstələyib. Milli oktyabrın 31-də Küveytl... | publikaz_normalized |
Okeaniya bölgəsində yerləşən Vanuatunun sahilində 6 maqnitudada zəlzələ olub. Qeyd olunub ki, yeraltı təkanların episentri Vanuatunun paytaxtı Port-Viladan 193 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 80 km dərinlikdə olub. Seysmohadisə yerli vaxtla 15:32-də (Bakı vaxtı ilə 08:32-də) qeydə alınıb. Regionada sunami tə... | publikaz_normalized |
Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı - Respublika Gününün 100-cü ildönümü münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb. Məktubda TBMM sədrinə, üzvlərinə və qardaş Türkiyə xalqına spiker Sahibə Qafarovanın və Azərbayca... | publikaz_normalized |
Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam ed... | publikaz_normalized |
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsində partiya fəalları ilə görüşüblər. Partiya fəalları və sakinlər belə görüşlərin keçirilməsini razılıqla qarşılayıblar. | publikaz_normalized |
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Baş Qərargah rəisi ordu generalı Metin Güraka təbrik məktubu ünvanlayıb. Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Cümhuriyyət ... | publikaz_normalized |
İsrail hər kəsi hərəkətə keçməyə vadar edəcək “qırmızı xətləri” keçib. “Sionist rejimin cinayətləri hər kəsi hərəkətə keçməyə vadar edəcək qırmızı xətləri keçib. Vaşinqton bizdən heç nə etməməyi istəyir, ancaq onlar İsrailə geniş dəstək verməkdə davam edirlər. ABŞ Müqavimət Oxuna (İranın rəhbərlik etdiyi qeyri-rəsmi an... | publikaz_normalized |
Bu gün İngiltərə Premyer Liqasında Mançester derbisi keçiriləcək. “Old Trafford”dakı qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Qırmızı şeytanlar"da Amad Diallo, Teyrell Malasia, Lisandro Martines, Lyuk Şou, "şəhərlilər"də isə Manuel Akanji və Kevin De Bruyne zədə səbəbindən görüşü buraxacaq. Meydan sahibləri ... | publikaz_normalized |
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəni 29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə təbrik edib. “Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm”, - o qeyd edib. | publikaz_normalized |
Rusiya ilə Türkiyə “daha ədalətli və demokratik dünya nizamının qurulması naminə” ikitərəfli münasibətləri inkişaf etdirəcəklər. “Əminəm ki, biz dost xalqlarımızın mənafeyi uğrunda, daha ədalətli və demokratik dünya nizamının qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün kompleksini ardıcıl şəkildə davam etdir... | publikaz_normalized |
ABŞ-nin Suriyanın Həsəkə mühafəzəsinin Şəddadə şəhərindəki hərbi bazası dron hücumuna uğrayıb. Məlumata görə, İraq İslami Müqaviməti Cebs neft yatağının yaxınlığında yerləşən Amerika bazasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Xatırladaq ki, bu gün telekanal ABŞ-nin hərbi bazasının atəşə tutulduğunu söyləmişdi... | publikaz_normalized |
İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior növbəti dəfə irqçiliyə məruz qalıb. Braziliyalı oyunçu matçın sonuna əlavə edilmiş 6-cı dəqiqədə əvəzlənərkən irqçiliklə üzləşib. O, meydanı tərk edərkən Kataloniya təmsilçisinin fanatlarını istehza ilə alqışlayıb. Yerli tərəfdarlar Vinisius Junioru "meymun" adland... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.