text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində su quyusunda 1964-cü il təvəllüdlü Aygün Həsənovanın meyiti aşkarlanıb. Meyit tibbi ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Ukrayna Təhlükəsizlik Xidməti (SSU) Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə ölkədə ona qarşı üç maddə üzrə cinayət işinin açıldığını bildirib: Ukraynanın ərazi bütövlüyünə qəsd, Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzünə haqq qazandırmaq və təcavüzkar müharibə apardığı üçün. Xüsusilə, istintaq patriarx Kir... | publikaz_normalized |
gələn ildən...":"Gələn il pensiyaların 11 faiz artacağı nəzərdə tutulur. Onun sözlərinə görə, cari və növbəti illərdə də orta aylıq pensiyanın, orta aylıq əməkhaqqıya nisbəti müvafiq olaraq, 46,8% və 49,3 % olmaqla Avropa sosial xartiyasının tələblərinə cavab verəcək. | publikaz_normalized |
İsrail Livanın raket hücumlarına yaraqlıların hücrələrini və Hizbullahın müşahidə məntəqəsini məhv etməklə cavab verdi. İsrail Müdafiə Qüvvələrinin nəşrində qeyd edildiyi kimi, Livanın raket hücumuna cavab olaraq İsrail ordusu iki yaraqlı hüceyrəni hədəfə alıb və Livanın şiə qruplaşması "Hizbullah"ın müşahidə məntəqəsi... | publikaz_normalized |
ABŞ-nin Montana ştatında yaşayan 66 yaşlı Toni Luis Vales həyat yoldaşına və oğluna atəş açarkən səhvən qızını güllələyərək öldürdüyü üçün 100 il həbs cəzasına məhkum edilib. Məhkəmə sənədlərinə görə, Vales hesab edib ki, iki qadın onu evdən çıxarmaq üçün gəlib və o, bu səbəbdən özünü itirib. O yataq otağından silahını... | publikaz_normalized |
ATV-nin “7 Tamam” verilişinin növbəti qonağı aktyor Elməddin Cəfərov olub. Belə ki, Riyad atası Elməddini aktyor kimi bəyənmədiyini, onu başqa sahədə görmək istədiyini bildirib. Övladının bu sözlərini aktyor maraqla qarşılayıb. | publikaz_normalized |
İsrail ordusu blokadada olan Qəzza zolağının cənubundakı Əli ibn Əbu Talib və Əl-İsticabə məscidlərini hədəfə alıb. Mənbələr Əli ibn Əbu Talib məscidinin və onun yanındakı bir evin tamamilə dağıldığını, Əl-İsticabə məscidinin isə ciddi ziyan gördüyünü bildirib. Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Səlamə Maruf əv... | publikaz_normalized |
Esra doğuşun ona göndərdiyi fotoları yaydı - VİDEO":"Xəbər verdiyimiz kimi, Esra Çömelek adlı qadının Türkiyədə efirə çıxaraq müğənni Doğuşla bir müddət münasibət qurduqlarını və dini nikahda olduqlarını iddia etməsi gündəmi silkələdi. O, Doğuşun çox qısqanc olduğunu bildirib: Mənə tez-tez olduğu yerlərdən fotolar yoll... | publikaz_normalized |
“Qalatasaray” Türkiyə Super Liqasının 11-ci turunda doğma meydanda “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlub edib. “Cim bom”un kapitanı Fernando Muslera sıradan çıxıb. 37 yaşlı qapıçı qarşılaşmanın 57-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Klubun həkiminin verdiyi məlumata görə, uruqvaylı qolkiperin əlində çıxıq aşkar... | publikaz_normalized |
Beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir. Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə... | publikaz_normalized |
Türkiyə İsraildəki səfirini geri çağırıb. | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berboku qəbul edib. Almaniyanın xarici işlər naziri ölkəsinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaq... | publikaz_normalized |
“Pakistanın Bəlucistan əyalətinin Qvadar bölgəsində 14 əsgərin həlak olması ilə nəticələnən dəhşətli terror aktını birmənalı şəkildə pisləyirik”. “Pakistan hökuməti və xalqı ilə həmrəyik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda bildirilib. | publikaz_normalized |
Noyabrın 4-də Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşlarından ibarət növbəti qrupun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş ekskursiyada əməkdaşlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib. Ekskursiya zamanı əm... | publikaz_normalized |
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Şamaxı rayonunda keçiriləcək. Aksiya Heydər Əliyev Parkında baş tutacaq. “Səyyar qəbul otağı” noyabr 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınla... | publikaz_normalized |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Köhlən atlar"ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqə... | publikaz_normalized |
Teleqram sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmədə bildirilib ki, o, teleqramda bir neçə kanal yaradaraq buraya çoxsaylı foto... | publikaz_normalized |
Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” (AZAL) QSC reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir. Qeyd edək ki, AZAL sərnişinlərin rahatlığına və seçiminə xüsusi önəm veri... | publikaz_normalized |
Azərbaycan Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəkləyir". Dövlət başçısı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu üç ölkə arasında əməkdaşlığın indiyədək mümkün olmadığını qeyd edib. Prezident Ermənistanın son üç ildə Azərbaycanın Qarabağ bölgəsinə silah-sursatın və hərbi heyətin daşınmasını... | publikaz_normalized |
Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq. Qeyd edək ki, qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa ... | publikaz_normalized |
Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Xankəndi şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunan hərbi parada hazırlıq gedir. | publikaz_normalized |
“Qarabağ” Azərbaycan Premyer Liqasının 12-ci turunda öz meydanında “Kəpəz”i 7:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – Futbolçularımı təbrik edirəm. Meydanda bunlardan istifadə etməyi çox istəyirdik... | publikaz_normalized |
Beynəlxalq səyyahlar qrupu Ağdamın tarixi yerlərini gəziblər. Turistlər Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, aparılan bərpa və tikinti işləri ilə tanış olublar. Daha sonra onlar Ağdam Dövlət Dram Teatrında olublar, onlara işğaldan əvvəlki dövrdə çəkilmiş kadrlar nümayiş olunub. Bundan əlavə, qonaqlara teat... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”nı təsdiq edib. Qərara əsasən, bu qayda “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən hazırlanıb və sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsini v... | publikaz_normalized |
Qlobal istiləşmə sürətlə nəzarətdən çıxacaq":"London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin britaniyalı alimləri iqlim böhranının tezliklə nəzarətdən çıxacağını proqnozlaşdırıblar. Bildirilib ki, qlobal istiləşmə üçün təhlükəsiz hədd altı ildən sonra, 2030-cu ilə qədər keçəcək. Mütəxəssislər qeyd ediblər k... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlər arasında keçirilmiş geniştərkibli görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər,... | publikaz_normalized |
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Rəqibinə qalib gələn Heydərov ardıcıl ikinci dəfə Avropa çempionu olub. Qeyd edək ki, cüdoçu 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medal əldə edib. | publikaz_normalized |
ATV-nin “El canlı” proqramında növbəti qonağı müğənni Fədayə Laçın olub. Daha ətraflı videogörüntüdə: | publikaz_normalized |
Bəs siz, Putinsiniz?" - VİDEO":"Rusiya Prezidenti Vladimir Putin bu gün günorta saatlarında Qırmızı Meydanda xüsusi hərbi əməliyyatın könüllüləri və həlak olmuş iştirakçıların uşaqları ilə söhbəti zamanı bir oğlana sürpriz edib. Kadrlarda dövlət başçısı könüllüləri ətrafına toplayaraq fotoqraflara pozalar verib. Onun q... | publikaz_normalized |
Azərbaycan BMT nizamnaməsinə uyğun hərəkət edib":"“Azərbaycan dövləti Konstitusiyasına və BMT nizamnaməsinə uyğun hərəkət edib”. C.Bayramov sentyabrın 19-20-də antiterror tədbirlərini labüd edən amillər barədə həmkarına məlumat verib: “3 il ərzində Azərbaycan davamlı olaraq yüksək təmkin göstərib. Azərbaycan Silahlı Qü... | publikaz_normalized |
Aparıcı Xoşqədəm Hidayətqızı verilişində anasıdan danışıb kövrəlib. Görüntülərə kövrələn Hidayətqızı "Anam sağdır, efirdə yoxdur. Şükür anam da, atam da yanımdadır. Verilişimə gələn sənət adamları valideynin dünyasını dəyişməsindən danışanda qorxuram" sözlərini deyib. | publikaz_normalized |
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının regionda alternativi yoxdur”. O bildirib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi verib. “Biz Ermənistandan cavab gözləyirik”, - deyə o əlavə edib. | publikaz_normalized |
Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib". “Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında və region ölkələri arasında normal münasibətlərin tezliklə bərpasında maraqlıdır. Cənubi Qafqaz Avropa üçün maraqlı regiondur. Bunun iqtisadi səbəbləri və gələcək inkişaf perspektivləri var”, - o bildirib. ... | publikaz_normalized |
“Son 3 il ərzində qanunsuz rejim təxminən 480 km. ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb”. Onun sözlərinə görə, azad edilən ərazilər kütləvi şəkildə minalanıb: “Son mina qurbanımız dünən olub. Xoşbəxtlikdən həmin şəxs sağ qalıb. Antiterror tədbirlərindən sonra azad etdiyimiz ərazilərdə vəziyyət təhlil olunaca... | publikaz_normalized |
İrəvan bunu etsə, Ermənistan yerindəcə məhv olacaq":"Ermənistanın Roma Statutunu ratifikasiya etməsini qeyri-dost addım kimi qiymətləndirən Rusiya rəsmi Yerevanın hər iki ölkəyə aid məsələlərdə Haaqa Beynəlxalq Məhkəməsinin qərarlarının tətbiqini istisna edəcək ikitərəfli dövlətlərarası saziş imzalamaq təklifinə cavab ... | publikaz_normalized |
Bakıda toyda maraqlı anlar yaşanıb. O, mahnı oxumağa başlıqdan sonra bunu öyrənib. Müğənni özünü pərt eləməyərək ifasına davam edib. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan abşeronlu igidlərin bu günlərdə il dönümlərinin qeyd olunması davam etdirilib. Rayon rəhbərliyi tərəfindən şəhidlərimiz - Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar, Vətən Müharibəsi Qəhrəmanı Allahyarov Şahin Hüseynbala oğlu, Məcidov Səbuhi Ağalətif oğlu, ... | publikaz_normalized |
Noyabrın 6-da Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirəcək. Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır. 9 noyabr -... | publikaz_normalized |
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış edib. Almaniyalı nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiy... | publikaz_normalized |
“Kəpəz” baş məşqçisi Azər Məmmədovla yolları ayırıb. O, hətta klubun azad azarkeş qrupu “Xəmsə”nin rəhbəri Müşviq Məmmədova sabah istefa verəcəyini də bildirib. Mütəxəssis rəhbərliyə getmək istədiyini, istefa ərizəsini sabah onlara təqdim edəcəyini bildirib. Qeyd edək ki, “Kəpəz” Azər Məmmədovun rəhbərliyi altında 12 o... | publikaz_normalized |
Türkiyədə keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr kürsüsündən imtina edib. Müxalifət qüvvələrinin yeni lideri isə Manisa vilayətindən olan millət vəkili Özgür Özel olub. Kılıçdaroğlu ikinci turda 534, Özel isə 811 səs toplayıb. Özel əczaçıdır və bir mü... | publikaz_normalized |
Nazirlər Kabinetinin 2001-ci il 2 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları”nda dəyişiklik edilib. Bu qaydalarda nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəs... | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb. Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb. Belə ki, Nazirliyin Kadrlar idarəsinin rəisi kollegiya üzvləri sırasına daxil edilib. | publikaz_normalized |
Şabranın Ağalıq kəndində avtomobil piyadanı vuraraq öldürüb. N.Səfərəliyevanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Livanın şiə hərəkatı "Hizbullah" İsrailə hücum edərkən əvvəllər döyüşdə istifadə olunmayan güclü raketdən istifadə edib. Agentliyin həmsöhbətinin sözlərinə görə, atılan yeni raket Livanın cənubunda, İsraillə sərhədə yaxın Aita əş-Şaab və Rmeiş kəndlərindən sərhədin o biri tərəfindəki İsrail mövqesinə düşüb. Bundan əvvə... | publikaz_normalized |
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Romal Bəyəlizadə saxlanılıb. O, ifadəsində törətdiyi dələduzluq əməllərini səmimi etiraf edib. R.Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və Quba RPŞ-nin (+994 2... | publikaz_normalized |
Kiberdələduzlar yeni saxta ödəniş portalı yaratdılar - ALDANMAYIN":"Kiberdələduzlar tərəfindən növbəti saxta ödəniş portalı yaradılıb. Portal vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən cərimələrin müəyyən güzəştlərlə ödənilməsi vədi verilir. V... | publikaz_normalized |
uğurlar sizi sevindirməyə bilər":"Qoç - dürüst qərarlar qəbul etməyə imkan verən uğurlu gündür. İşdə ciddi problemlərin öhdəsindən gələcəksiniz. Mühüm işgüzar münasibətləri bərpa edin. Düşünülmüş addımlar nüfuzunuzu daha da möhkəmlətməyə imkan verəcək. Bəzi hallarda sərt davranaraq peşəkar müstəvidə inkişafınız üçün şə... | publikaz_normalized |
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev vəfat edib. Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlər... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə mətbuat konfransı keçirib. Bu zaman Ceyhun Bayramov Annalena Berbok siyasi tərzdə irad bildirib: Hər suveren ölkə ərazisindəki adlar BMT-nin müvafiq komitəsinə təqlim olunan coğrafi adlar çəkilməlidir. Hə... | publikaz_normalized |
HƏMAS liderlərindən daha biri saxlanıldı - FOTO":"İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın liderlərindən olan Nadir Savaftanın əsir götürüldüyünü açıqlayıb. Bildirilib ki, İsrail hərbçilərinin bu əməliyyatı üç həftəlik təqibdən sonra uğurla yekunlaşıb. Qeyd edilib ki, Nadir Savaftan Tubas şəhərində ələ keçirilib. | publikaz_normalized |
ABŞ dövlət katibi Antoni Blinken bu gün Fələstinin inzibati mərkəzi Ramallaha səfər edəcək. Blinkenin Ramallahdakı proqramı ilə bağlı məlumat verilməyib. Qeyd edək ki, Fələstinin rəhbər orqanları və prezident Mahmud Abbasın qərargahı bu şəhərdə yerləşir. | publikaz_normalized |
“İnter Mayami” səkkizinci dəfə “Qızıl top” mükafatına sahib çıxan futbolçusu Lionel Messinin şərəfinə qala gecəsi keçirəcək. Həmçinin Florida təmsilçisinin sahibi Xorxe Mas və MLS-in komissarı Don Qarber azarkeşlər önündə “Qızıl top”u Messiyə təqdim edəcək. Tədbirin noyabrın 11-nə keçən gecə baş tutacağı gözlənilir. Xa... | publikaz_normalized |
qırmızı düymə" basıldı - VİDEO":"SHAMAN təxəllüsü ilə tanınan rusiyalı müğənni Yaroslav Dronov Sankt-Peterburqda solo konserti zamanı simvolik "qırmızı düymə"ni basıb. Düymə qara çamadanın içində olub. ŞAMAN "Mən rusam” sözlərini söyləyən zaman düyməni basıb, bundan sonra səhnədə alovlu atəşfəşanlıq başlayıb. "Daha əvv... | publikaz_normalized |
Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda Kürdüstan Fəhlə Partiyasının ( Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası - PKK ) 15 hədəfini vurub. Noyabrın 4-ü saat 19:30-da İraqın şimalındakı Hakurk bölgəsində hədəflərin vurulduğu vurğulanır. Oktyabrın 5-də Türkiyə milli kəşfiyyatı PKK terror təşkilatının hərbi ... | publikaz_normalized |
Almaniyanın Yaşıllar Partiyasından olan vitse-kansleri və ölkənin iqtisadiyyat naziri Robert Habek Fələstinin Həmas hərəkatını məhv etməyə çağırıb. Onun sözlərinə görə, HƏMAS-ın İsrailə hücumu sivil dünyaya müharibə elanı idi. Əslində, HƏMAS məhv edilməlidir, çünki o, Yaxın Şərqdə sülh prosesini məhv edib.", - Almaniya... | publikaz_normalized |
Klon " ("El Clon") serialında "Noemia" obrazını canlandıran braziliyalı aktrisa Elisangela do Amaral Vergeiro 68 yaşında vəfat edib. Aktrisa noyabrın 3-də vəfat edib. Elisangelanın evdə özünü pis hiss etdiyi və nəfəs almaqda çətinlik çəkdiyi iddia edilir. Elisangela infarkt və tənəffüs tutulmasından Guapimirin xəstəxan... | publikaz_normalized |
ABŞ-ın Dövlət katibi Antoni Blinken noyabrın 5-də Türkiyəyə səfər edəcək. Məlumata əsasən, Blinkenin Türkiyənin dövlət rəsmiləri ilə noyabrın 6-da keçiriləcək görüşündə İsrail-Fələstin münaqişəsində son vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə olunması gözlənilir. | publikaz_normalized |
Türkiyədə maraqlı mərasim - VİDEO":"Türkiyənin Ordu şəhərində təşkil edilən gəlinapardı mərasimi insanların və mətbuat nümayəndələrinin marağına səbəb olub. Belə ki, gəlin maşını TIR-la əvəz edilib, sükan arxasına isə gəlin özü keçib. | publikaz_normalized |
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 15 yaşlı Adəm Kadırov region rəhbərinin təhlükəsizlik xidmətində "vacib" vəzifəyə təyin edilib. Adəm Kadırovu Çeçenistan Respublikasının başçısının təhlükəsizlik xidmətində mühüm vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm", - Əhməd Dudayev "Telegram" kana... | publikaz_normalized |
Səudiyyə Ərəbistanın futbol çempionatında 12-ci turunun matçında "Əl-Nəsr" doğma meydanda "Əl-Xəlic" klubu üzərində qələbə qazanıb. Qolları Kriştianu Ronaldo və Aymerik Laport vurub. 38 yaşlı Ronaldo üçün bu qol 30 yaşından sonra karyerasında 400-cü qol olub. | publikaz_normalized |
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında HƏMAS-ın yeraltı tunellərinə çoxlu giriş nöqtələri aşkar edib. HƏMAS Qəzzanın cənubundakı mülki şəxslərin təhlükəsiz ərazilərə köçməsinə mane olarkən, özləri mürəkkəb terror tunelləri şəbəkəsində gizlənir. İDF əsgərləri Qəzzanın şimalında əməliyyatlar zamanı tune... | publikaz_normalized |
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. Elektron qaydada təşkil olunacaq imtahan DİM-in Bakı şəhəri, Nəsimi rayo... | publikaz_normalized |
İranda həkimlərin ölkəni tərk etməsi halları artıb. Bildirilir ki, İranda hər 100 min nəfərə cəmi 62 mütəxəssis həkim düşür. Həkimlərin İranı tərk etməsi ölkədə həkim qıtlığını artıran digər mühüm amildir. Buna əsas səbəb həkimlərin əməkhaqqı ilə bağlı narazılıqlarıdır. Tehranın Səhiyyə Sisteminin İdarə Heyətinin sədri... | publikaz_normalized |
Məşhur türkiyəli iş adamı, jurnalist Acun İlıcalı Yunanıstanın “Atromitos” klubunun səhmlərini satın almağa hazırlaşır. “Artıq tanınmış iş adamının apardığı danışıqlar yekun mərhələyə çatıb” - mənbə yazır. Məlumat üçün qeyd edək ki, “Atromitos” Yunanıstan çempionatında doqquz turdan sonra altı xalla turnir cədvəlinin 1... | publikaz_normalized |
Rusiyalı məşhur müğənni Viktoriya Tsıqanovanın ailəsi bildirib ki, onların evində axtarış aparılır. "Publika xəbər verir ki, bu barədə məlumat sənətçinin rəsmi "Telegram" kanalında yer alıb. Axtarışla gəliblər, baxırlar. Mməlumat verdi müğənninin əri Vadim Tsıqanov", - paylaşımda deyilir. Eyni zamanda o, axtarışlara gö... | publikaz_normalized |
Noyabrın 5-də Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb. Sərgiyə 154 ölkə və beynəlxalq təşkilatdan 3400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılıb. Təxminən 410 min peşəkar ziyarətçi sərgi üçün qeydiyyatdan keçib. Şanxay sərgis... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib. "Manisa millət vəkili Özgür Özəl 1974-cü ildə Manisada anadan olub. Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsili alan Öz... | publikaz_normalized |
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına şimal-qərbdən və şərqdən Qəzza şəhərinin cənubuna doğru təxminən dörd mil irəliləyib.. Yayımlanan görüntüyə görə, İsrail tankları və zirehli texnikasının Əl-Şati qaçqın düşərgəsi yaxınlığındakı əraziyə çatdığı güman edilir. Eyni zamanda, Qəzzanın şərqindən cənuba doğru hərə... | publikaz_normalized |
Kamal Kılıçdaroğlu CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edib. “Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni s... | publikaz_normalized |
Sabirabad rayon sakini qanunsuz olaraq saxladığı avtomatı könüllü olaraq polisə təhvil verib. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində keçirilən tədbirlər zamanı isə 5 nəfər rayon sakinindən sənədsiz ov tüfəngləri götürülüb. Bu istiqamətdə tədbirlər ... | publikaz_normalized |
Azərbaycanın paytaxtı Bakı şəhərinin fotoaparatla çəkilmiş ilk fotosu yayılıb. O qeyd edib ki, foto 1861-ci ildə lentə alınıb. | publikaz_normalized |
Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat məhkəməyə çıxarılıb. Xatırladaq ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır. İlkin məlumata əsasən, onlar çirkli ... | publikaz_normalized |
Yeni qərara əsasən, 2023-cü il oktyabr ayından başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Qanunvericiliklə, ev, yaxud qeyri-yaşayış obyektinə hər hansı bir kommunikasiya xətlərinin çəkilməsi üçün həmin ərazidə məntəqənin ünvanı olmalıdır. O bildirib ... | publikaz_normalized |
Sumqayıt şəhərində keçmiş məhkumda silah aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
İtirən alıcılar, qazanan satıcılardır - VİDEO":"Əksər mağazalarda məhsulların qiymətinin sonu 9 və ya 99 qəpiklə bitir. 1,29, 6,49, 14,99 qəpik və sair. Yəni, bu cür qiymətləndirmədə itirən alıcı, qazanan isə şəbəkə olur. Psixoloq Könül Xəlilova isə hesab edir ki, 99 strategiyası biznes tələsidir və bu addımla alıcılar... | publikaz_normalized |
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. | publikaz_normalized |
Bu ilin ilk 10 ayında İranda edamların sayı 600-ü keçib. Məlumata görə, bu il icra olunan son ölüm hökmləri arasında əsasən qəsdən adamöldürmədə ittiham edilən yeddi məhbus Kərəcin Qızılhisar həbsxanasında dar ağacından asılıb. “İnsan Hüquqları Şurasının Sosial Assambleyasına da sədrlik edən, BMT-yə üzv olan İran hökum... | publikaz_normalized |
Müğənniləri, məşhurları bütün günü saxta hesablardan söyənlərin qapısını polis döyəndə 100 yerdən xahiş-minnətlə yalvarırlar. O, fikirlərinə təhqiramiz sözlər yazanlara belə cavab verib: Paylaşım etmişəm ki, məşhurların əxlaqından danışanlar min hoqqadan çıxırlar, necə əl qatıblar özlərinə... Kim mənfi fikir yazıbsa, y... | publikaz_normalized |
Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycan mətbəxi ilə bağlı paylaşım edib. “Mənim ən çox sevdiyim Azərbaycan yeməyi meşədə yol kənarında aldığımız göy qutabdır. Ən çox sevdiyim Azərbaycan yeməyi meşədə yol kənarında aldığımız göy qutabıdır Bon appétit ! | publikaz_normalized |
Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib. Qeyd edək ki, Musa Yunis oğlu Əzizov 5 iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb. O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub və eləcə də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edib. O, həmçinin uzun müddət ... | publikaz_normalized |
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində qüvvələrini sınayıblar. Musayev Yaponiya təmsilçisi Toji Takeda ilə görüşüb. Döyüşçümüz üçüncü raundda rəqibinə nokautla qalib gəlib. Kərəmov yaponiyalı Çihiro Suzukiyə uduzub. Abbasov isə ... | publikaz_normalized |
12 dekabr tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir: Qeyd edək ki, nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır. Məlumatın dərc olunduğu gün... | publikaz_normalized |
Bu gün Xalq artisti Mələkxanım Əyyubovanın doğum günüdür. Çəkiliş avtomobilində lentə alınan görüntülərdə Mələkxanım Əyyubova və Ramal İsrafilov da yer alıb. Aparıcı ad gününü Qarabağda qeyd edəcəklərini bildirib. | publikaz_normalized |
Rusiya Qəzza zolağının əhalisi üçün Misirə humanitar yardımın üçüncü partiyasını göndərib. Rusiya Fövqəladə Hallar Nazirliyinin iki xüsusi təyyarəsi Qəzza zolağının əhalisi üçün 60 ton humanitar yük çatdıracaq. Fövqəladə Hallar Nazirliyinin "İl-76" təyyarəsi Qroznı Beynəlxalq Hava Limanından Misir Ərəb Respublikasına u... | publikaz_normalized |
ölənlərin sayı artdı - YENİLƏNDİ":"Türkiyənin Aydın vilayətində leysan yağışları selə səbəb olub. Məlumata əsasən, Söke rayonunda 3 nəfər sel nəticəsində ölüb, 1 nəfər isə iktin düşüb. Seldən zərər çəkmiş bölgələrə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), jandarma və polis əməkdaşlarının cəlb olunub. Axtarış... | publikaz_normalized |
Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb. Daha sonra iki dəfə havaya atəş açıb və avtomobildən iki molotov kokteyli atıb. Yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürüblər. Aeroportda uçuşlar dayandırılıb, hadisə yerinə Hamburq hüquq-mühafizə orqanlarının qüvvələri cəlb olun... | publikaz_normalized |
“Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv edilir. Məlumata görə, bununla bağlı dekabrın 11-də “Səba” ASC səhmdarları bir araya gələcək. Yığıncaqda MMC-nin ləğv edilməsi haqqında qərar veriləcək. Qeyd edək ki, ASC-nin səhmdarları bundan əvvəllər də MMC-nin ləğv edilməsi ilə ə... | publikaz_normalized |
Noyabrın 06-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz,... | publikaz_normalized |
12:50" "Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı araşdırma aparılır. Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə... | publikaz_normalized |
Şəmkir rayonunda yanğın baş verib. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
Son vaxtlar Azərbaycanın istehlak bazarında qəribə təzadlılıq müşahidə olunur. Bu da özünü əsasən bir-biri ilə əlaqəli olan ərzaq və kənd təsərrüfatı məhsullarında göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. 00:17" "Ötən il kiloqramı 11-13 ma... | publikaz_normalized |
Dumanlı və tozlu hava şəraitinin noyabrın 5-i gün ərzində davam edəcəyi gözlənilir. “Hazırda Bakıda və Abşeron yarımadasında duman və toz müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq payız fəsli üçün xarakterik olan atmosfer hadisəsidir. Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd x... | publikaz_normalized |
Uruqvayın daxili işlər naziri Luis Eber xarici işlər nazirinin ardınca uruqvaylı narkotik alverçisi Sebastian Marsetə pasport verilməsi ilə bağlı qalmaqala görə istefa verib. “Bu gün nazir Luis Alberto Eber, nazir müavini Qilermo Masiel və prezidentin köməkçisi Roberto Lafluf istefa veriblər. Hər üçünün ərizələrini qəb... | publikaz_normalized |
İsrail Müdafiə Qüvvələrinin quru qoşunları, donanması və hava qüvvələri Qəzza zolağında HƏMAS-ın 2,5 mindən çox hədəfinə zərbələr endirib. Qeyd olunub ki, Qəzza zolağında İsrail hərbçiləri yaxın döyüşlərdə terrorçuları məhv edir və HƏMAS terrorçularının infrastrukturuna, silah anbarlarına, müşahidə məntəqələrinə və nəz... | publikaz_normalized |
Azərbaycanın aparıcı şahmatçıları 2024-cü ildə milli komandaya düşməyə bilərlər. Bununla bağlı qərara alınıb ki, milli komanda üzvləri noyabrın 1-dən iyulun 1-dək ən azı 18 klassik oyun keçirməlidir. Bu, son vaxtlar klassik partiyaları çox az oynayan ölkənin aparıcı qrossmeysterləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyar... | publikaz_normalized |
Azərbaycan karateçisi Musa Musazadə beşqat dünya çempionu olub. 60 kq çəki dərəcəsində mübarizə aparan M.Musazadə bütün rəqiblərinə qalib gəlib. 14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Digər karateçi Fərman Rəhimov isə dünya çempionatını bürünc med... | publikaz_normalized |
İsrailin baş naziri Benyamin Netanyahu Qüds məsələləri və yəhudi irsi naziri Amihay Eliyahunu Nazirlər Kabinetinin iclaslarında iştirakını növbəti xəbərdarlığa qədər dayandırıb. Məlumata görə, buna səbəb Eliyahunun Qəzza zolağına nüvə bombası atılmasını təklif edən çıxışı olub. “Eliyahunun sözləri doğru deyil və reallı... | publikaz_normalized |
Azərbaycan Velosiped Federasiyası (AVF) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində 8 Noyabr - Zəfər Günü münasibətilə veloyürüş keçirilib. Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götü... | publikaz_normalized |
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov, Vətən Müharibəsi Qəhrəmanları Zaur Nudirəliyev, Vüqar Ağayev, Ceyhun Həsənov və Vətən müharibəsi şəhidi Asiman Əliyevin xatirəsinə həsr edilən anım mərasimləri keçirilib. Anım mərasimləri çərçivəsində ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.