text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar könüllü olaraq polisə silah-sursat təhvil verib.
publikaz_normalized
Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabı təqdim olundu":"Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatı olub. “Keçmiş olmasa, gələcək olmaz. Çox təəssüflər olsun ki, müasir Ermənistan daim ölkəmizin maddi-mənəvi irsi...
publikaz_normalized
ABŞ-ın Dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib. E.Blinken Esenboğa Hava Limanında adi səviyyədə qarşılanıb. Onu qarşılamaq üçün hava limanına ABŞ-ın Türkiyədəki səfiri Jeffry Flake, Türkiyə XİN-in Amerika üzrə məsul şəxsi Yaprak Balkan, Ankara Vali yardımçı...
publikaz_normalized
Krımla Rostovu belə birləşdirir":"Krım ilə Rostov-na-Don arasında dəmir yolunun çəkilişlərinə başlanılıb. Onun sözlərinə görə artıq Zaporoje vilayətindən keçəcək və Krımla Rostov-na Donu birləşdirəcək dəmir yolunun tikintisinə başlanılıb. Balitskinin sözlərinə görə, yeni dəmir yolu Akimovkadan Rostova Mariupol və Berdy...
publikaz_normalized
Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı sürücülərə müraciət edib. Bildirilib ki, qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ...
publikaz_normalized
Fətullah Gülənin oğlu...":"İsrailin Qəzzada törətdiyi soyqırımlara daha bir dəstək FETÖ-dən gəlib. FETÖ lideri Fətullah Gülənin övladlığa götürdüyü Enes Kanter dəstəyini ifadə etmək üçün ABŞ-dakı yəhudi məktəbini ziyarət edib. "Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər s...
publikaz_normalized
Noyabrın 4-də “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirin rəsmi hissəsində “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, A...
publikaz_normalized
Kəpəz"in futbolçularıyla bağlı sosial şəbəkələrdə qalmaqallı görüntülər yayılıb. Bu görüntülər sosial şəbəkə izləyiciləri və azarkeşlər tərəfindən qınaq obyektinə çevrilib. Rəylərdə qeyd olunub ki, oyundan sonra normal qidalanmayan və vitamin qəbul etməyən futbolçulardan meydanda nəsə gözləmək olmaz. Ağır matçdan sonra...
publikaz_normalized
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Şahidin sözlərinə görə o, SSRİ qoşunlarından Qarabağa xidmətə göndərilib. O, V.Xaçatryanı tanıdığını, onun Sarkisyan, Koçaryan, Balasanyan və digərləri ilə birləşib insanl...
publikaz_normalized
Qarabağda ləğv edilən qondarma rejimin “rəhbərləri” Ermənistana qaçdıqdan sonra Azərbaycana qarşı separatizmi davam etdirmək istəsələr də, Paşinyan hakimiyyəti buna icazə vermir. Ermənistan baş nazirinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Edmon Marukyan bəyan edib ki, qondarma rejimin, yaxud onun “institutlarının” sax...
publikaz_normalized
99-u sığınacağa yerləşdirilib":Almaniyada məişət zorakılığının qurbanı olan kişilərin sayında əhəmiyyətli artım olub. Ötən il 69 min 471 kişinin məişət zorakılığı qurbanı kimi polisə müraciət etdiyi açıqlanıb. Bundan əlavə yardıma müraciət edən kişilərdən 99-nun ölkə üzrə 12 kişi sığınacağına yerləşdirildiyi də bildiri...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, ailə qurduqdan sonra sənətdən gedən müğənni Aysel Teymurzadə "Avroviziya 2024"ün builki seçimlərində münsif heyətinə daxil olub. Öncə elan olunduğu kimi, 16 müsabiqə iştirakçısı canlı dinləmələrə keçid almışdılar. Onlardan 15-i görkəmli yerli musiqi peşəkarları və İctimai TV-nin rəhbərliyindən ib...
publikaz_normalized
Şuşada avtomobil aşaraq yanıb, 5 nəfər ölüb. Bildirilib ki, nmoyabrın 4-də Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz ...
publikaz_normalized
“Ayrılsaq da...” - VİDEO":"Xalq artisti Röya Ayxan keçmiş əri barədə danışıb. “Hər ailənin özünün bir qapalı məqamı var, onlara girməyək. Amma biz ayrılsaq da, münasibətimizə böyük hörmətim var. Ona görə də həmişə bir-birimiz haqqında çox yaxşı şeylər danışırıq. Gözüm parıldayanda anlayarsınız”.
publikaz_normalized
Təlatümlü dövrə işıq salacaq":"Misirin Abusir nekropolunda fironların son dövrü – eramızdan əvvəl VI əsrə aid sərdabə aşkalanıb. Arxeoloji qrup eramızdan əvvəl VI-V əsrlərdə - fironların son dövründə yaşamış ali rütbəli məmur Cehutyemnaxtın məzarını tapıb. "Misirin Qədim Abidələr Ali Şurasının baş katibi Mustafa Vəziri...
publikaz_normalized
öz məmləkətində kral olmaq daha yaxşıdır":"Fransa millisinin sabiq üzvü Samir Nəsri Kilian Mbappe barədə danışıb. “O getsə, PSJ-nin heyəti zəifləyəcək. Amma klubun büdcəsini nəzərə alsaq, parislilər başqa futbolçuları da dəvət edə biləcək. Amma onlar Mbappe olmayacaq, bu aydındır. Bu gün Kilian klub və milli komanda üç...
publikaz_normalized
Möhtəşəm 100 il" serialında canlandırdığı Hürrəm rolu ilə sadəcə Türkiyədə deyil, bütün dünyada məşhurlaşan aktrisa Məryəm Uzerli Amerikada, Los-Ancelesdə keçirilən Hollivud Türk Dram Günlərində iştirak edib. Tədbir Barbaros Tapanın təşkilatçılığı ilə baş tutub. Həmçinin gecənin qonaqları arasında “Atatürk 1881-1919” f...
publikaz_normalized
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi və Zirə kəndi, eləcə də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakim...
publikaz_normalized
ABŞ yeni plan hazırlayıb":"Birləşmiş Ştatlar neftin qiymətinin yuxarı həddinə əməl etmədiyinə görə Rusiyaya qarşı yeni tədbirlər görməyə davam edir. İndi ABŞ Rusiyanın istifadə etdiyi gəmilərə xidmət qiymətlərinin artırılması imkanlarını öyrənir. Xüsusilə, liman rəhbərlərinə Moskva üçün xərcləri artıra biləcək tövsiyəl...
publikaz_normalized
Şəbnəmin dili-dodağı əsdi - VİDEO":"ATV telekanalının efirində həyəcan dolu anlar yaşanıb. Proqramda qonaq olan müğənni Şəbnəm Tovuzlu ilanın studiyaya gəlməsi xəbərindən qorxaraq, həyəcandan dili-dodağı əsib. Digər qonaq müğənni Manaf Ağayev isə canlıdan qorxmayıb, hətta onlara yaxınlaşaraq, ilanlar üçün canlı mahnı d...
publikaz_normalized
Sən ondan gəldin, ona da..." - VİDEO":"Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyənin "SHOW TV" kanalında yayımlanan "Vaz Keçmə" adlı proqrama qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib. Bundan sonra Doğuşun həyat yoldaşı Xoşqədəm Hi...
publikaz_normalized
Tramp bu 5 mühüm ştatda Baydeni üstələdi":"2024-cü il seçkilərindən bir il əvvəl keçirilən ən son sorğuya görə, keçmiş ABŞ prezidenti Donald Tramp hazırkı prezident Co Baydeni beş mühüm ştatda üstələyir. Bayden isə Viskonsin ştatında sələfini qabaqlayıb. Tramp Nevada ştatında 10, Corciyada 6, Arizona və Miçiqanda 5, Pe...
publikaz_normalized
“Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycan çempionatlarında 568 günlük göstəricini təkrarlayıb. Bir qarşılaşmada fasiləyə qədər het-trik rəsmiləşdirən sonuncu oyunçu da “Qarabağ”ın üzvü olub. 2021/2022 mövsümündə İbrahima Vaci bunu bacarıb. O, 2022-ci il aprelin 15-də reallaşan “Şamaxı” ilə görüşün fasiləsinə qədə...
publikaz_normalized
İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında Həmas hərbi düşərgəsinə nəzarəti ələ keçirib. Qeyd olunub ki, kompleksin ərazisində müşahidə məntəqələri, silahlılar üçün təlim meydançaları, həmçinin terrorçular üçün yeraltı tunellər var. Qeyd edək ki,buna qədər İsrail Müdafiə Qüvvələri bir gündə Qəzza zolağında HƏMAS...
publikaz_normalized
Bakıda “Toyota Prius” markalı avtomobillə təhlükəli manevrlər edən sürücü tutulub. Polis əməkdaşları onu saxlayaraq 21-ci Polis Bölməsinə aparıblar. Bu zaman 21 yaşlı sürücü müqavimət göstərib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib edilib. Saxlanılan sürücü Nəsimi rayo...
publikaz_normalized
“Sədərək” ticarət mərkəzində iş adamı Şakir Ağayevi döyərək ağır xəsarətlər yetirən və 30 min manat pulunu aparan Masallı rayon Təklə kənd sakini, 1991-ci il təvəllüdlü Elnur Əmənova hökm oxunub. O deyib ki, internetdə onlayn qaydada qumar oyunları sisteminə qoşulub və külli miqdarda pul uduzub. Bundan sonra işlədiyi “...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq Azərbaycan ilə Koreya Respublikası arasında müxtəlif istiqamətlərdə iqtisadi əməkdaşlıq imkanlar...
publikaz_normalized
Hacıqabul rayonunda sursat aşkarlanıb. Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Ərazidə olan sellofan torbadan 256 ədəd müxtəlif çaplı pa...
publikaz_normalized
Qərb ölkələri və ABŞ başa düşüb ki, bu mümkün deyil":"Qərb anladı ki, Ukrayna hətta NATO-nun dəstəyi ilə belə Rusiyanı məğlub edə bilməyəcək. O bildirib ki, Qərb ölkələri və ABŞ indi başa düşürlər ki, Kiyev rejimi hətta NATO-nun dəstəyi ilə belə Rusiya Federasiyasına qalib gələ bilməyəcək. Spiker hesab edir ki, Ukrayna...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində ağır yol qəzası baş verib. Daşaltı kəndi ərazsində “Nissan Navara” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobil alovlanıb və maşında olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə y...
publikaz_normalized
İnsanlar buna görə məni sevmir":"Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç Parisdə keçirilən "Master"s yarışında qalib gəldikdən sonra maraqlı açıqlama verib. “ATP turnirlərinin sayına görə rekord qırmağım mümkündür. Niyə mən də bu rekordu qırmağa cəhd etməyim ki? Belə böyük turnirdə qalib olmaq insanlara çətin iş ...
publikaz_normalized
Aparıcı Leyla Quliyeva anası Raziyə Sultanova ilə fotosunu yayımlayıb. Leyla fotoya "Ana, məni evə götür" qısa şərhini yazıb. "Qeyd edək ki, Leyla ailəlidir və iki övladı var.
publikaz_normalized
Paylaşımda "5 noyabr 2023-cü ildə Ohayo sinifli sualtı qayıq ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına gəldi",- deyə qeyd olunub. Xatırladaq ki, ABŞ 7 oktyabr 2023-cü il tarixindən etibarən İsrail-HƏMAS münaqişəsi çərçivəsində bölgəyə iki təyyarədaşıyan gəmi göndərib.
publikaz_normalized
Azərbaycanda fiziki şəxslərin 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq. Onun sözlərinə görə, söhbət vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirlərinin vergidən azad olunmasından gedir. Bu addımın da iki hədəfi var....
publikaz_normalized
Anlaqlı olub":"Vaqif Xaçatryan Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub və heç bir psixoloji xəstəlik aşkarlanmayıb. Rəydə qeyd edilib ki, V.Xaçatryan Meşəli hadisələrində hadisəni törədərkən güclü ruhi əsəb gərginliyi keçirməyib, özünü idarə etmək qabiliyyətində olub. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ...
publikaz_normalized
“Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Deputat Azərbaycan...
publikaz_normalized
Ağlasığmaz rəqəmlər - FOTO":"Bir çox məşhur müğənnilər 2024-cü ili səhnədə qarşılayacaq. Yeni İlin gəlişinə hələ 2 ay qalsa da, türk ulduzların bayram qazancları artıq məlum olub. T24"-ün xəbərinə görə, ən zirvədə 77 yaşlı müğənni Ajda Pekkandır. Yeni İli səhnədə qarşılayacaq türkiyəli ulduzların siyahısı və qonororlar...
publikaz_normalized
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS 001-2006 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartının əvəzinə yenilənmiş AZS 001-2023 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartını qəbul edib. Məlumata gö...
publikaz_normalized
Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə süt...
publikaz_normalized
Azərbaycan bazarında istehsalçı və distribüter şirkət kimi tanınan Avrora Qrup yeni yaradılan “Tamstore” marketlər şəbəkəsi ilə pərakəndə bazarına daxil olur. Şirkətdən verilən məlumata görə marketlər şəbəkəsi qısa vaxtda Bakının müxtəlif yerlərində fəaliyyətə başlayacaq. “Tamstore” marketlər şəbəkəsinin “super”, “city...
publikaz_normalized
Ölkənin birinci bankı Kapital Bank növbəti yeniliyini təqdim edib. Artıq ölkədə geniş şəbəkəyə malik MilliÖn terminallarından Kapital Bank-a məxsus dollar və avro kartlarına mədaxil etmək olar. Mədaxil yalnız karta məxsus valyuta ilə mümkündür. Yəni, dollar kartına sahib müştərilər karta dollar, avro kartına sahib müşt...
publikaz_normalized
Abdullahiyan BMT-dən tələb etdi ki...":"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT Təhlükəsizlik Şurasını və Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) İsrailin nüvəsizləşdirilməsi üçün təcili tədbirlər görməyə çağırıb. Qeyd edilir ki, İsrailin İrs naziri Amichai Eliyahunun Qəzza zolağına nüvə zərbəsi e...
publikaz_normalized
İsrail ordusunda kapitan rütbəsində xidmət edən İsrailin baş naziri Benyamin Netanyahunun qardaşı oğlu Yair Netanyahunun İzzəddin Əl Qəssam Briqadaları tərəfindən öldürüldüyü iddia edilib. Yair Netanyahunun Qəzzada "təhlükəli snayper" adlandırılan bölmənin komandiri olduğu bildirilir.
publikaz_normalized
Fransanın ədliyyə naziri mümkün maraqlar toqquşması və səlahiyyətdən sui-istifadə halları ilə bağlı ilk dəfə xüsusi tribunal qarşısına çıxacaq. Belə ki, 2020-ci ildə Fransa prezidenti Emmanuel Makron tərəfindən gözlənilmədən nazir təyin edilən keçmiş məşhur hüquqşünas Erik Düpont-Moretti nazirlərin qanun pozuntusu ilə ...
publikaz_normalized
Sirrin üstü belə açıldı - FOTOLAR":"Mançester Siti"nin futbolçusu Ruben Diaş şəxsi həyatı ilə gündəmə gəlib. Cütlük münasibətlərini rəsmi olaraq açıqlamasa da, sosial şəbəkə paylaşımları onları ifşa edib. Pərəstişkarları onların eyni vaxtda Parisdə olduqlarını görüb. Cütlük, hətta demək olar ki, eyni fotoları paylaşıbl...
publikaz_normalized
Azərbaycanın Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə görüşü barədə məlumat yayıb. Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fik...
publikaz_normalized
Artıq hər kəndin öz qəbirləri var":"Ukraynalılar uzunmüddətli münaqişəyə hazırlaşır və öz hökumətlərindən narazılıqlarını nümayiş etdirirlər. Onlar müharibənin uzun sürəcəyinə inanırlar və artıq hər kəndin müharibədə həlak olmuş şəxslərin dəfn olunduğu qəbirləri var. May ayından başlayaraq oktyabr ayına qədər ukraynalı...
publikaz_normalized
Suriyanın şimalında “kürd dövləti”nin (terror dəhlizi-red) qurulması üçün bütün şərtlər yetişib. Qəzetdə yaylmlanan məqalədə qeyd olunur ki, Şərqi Aralıqda 4 təyyarə gəmisi, 120 döyüş gəmisi və onlarla nüvə dənizaltı gəmi toplanıb. “ABŞ-ın iki təyyarədaşıyan gəmisi rəsmi olaraq “strateji çəkindirmə” fəaliyyətini yerinə...
publikaz_normalized
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Bayer” tarixi rekorda imza atıb. Bunun 6-sı Bundesliqa, 3-ü Avropa Liqası, 1-i isə Almaniya Kuboku matçına təsadüf edib. Xabi Alonsonun yetirmələri son məğlubiyyətini 2022/2023 mövsümünün axırıncı turunda “Bohum”dan (0:3) alıblar. Qeyd edək ki, “...
publikaz_normalized
“Sosial yardım dayandırılsın, insanları...”":"Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin. Siyavuş Novruzov bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik: “Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara b...
publikaz_normalized
Tullantıların idarə olunması regionlarda zəif gedir. Təmiz şəhər modelini regionlara daşınmasına ehtiyac var. O qeyd edib ki, daha bir problem iqlim dəyişikliklərinin törədəcəyi fəsadlardır: “Bu sahə üçün gələn ilin dövlət büdcəsindən ayrılan vəsait bu illə müqayisədə az artımdır. Vəsait kiçik həcmdə artırılsa da, görü...
publikaz_normalized
İsrail bu ölkəyə də hücum edəcək":"İsrail Livana hücum etməyə hazırdır. Livanla sərhəddə hərbi birliyi ziyarət edən Halevi qeyd edib ki, şimalda hücuma keçmək ssenarisi var. Livanda fəaliyyət göstərən İrana bağlı "Hizbullah" lideri Həsən Nəsrullah isə müharibədə olduqlarını bəyan edib. “8 oktyabrdan etibaqrən Livan cəb...
publikaz_normalized
Azərbaycanda müddətdən artıq xidmət keçən hərbçilərin maaşlarını artırmaq vacibdir". Onun sözlərinə görə, həmin hərbçilər peşəkarlardır və onların stimullaşdırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün maaşlar yüksək olmalıdır.
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rumıniyanın xarici işlər naziri Luminita Odobesku regional məsələləri müzakirə edib. Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ilə Buxarestdə görüşməkdən məmnunam. Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri, cari regional ...
publikaz_normalized
İlahiyyatçı Hacı Təyyar Hüseynlinin "Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir" açıqlaması ictimaiyyətdə rezonans doğurub. Bu fikirlərlə razışlaşmayan kəsim ilahiyyatçını bu fikirlərinə görə sosial şəbəkələrdə tənqid və təhqirlər yağdırıblar. Bu azmış kimi ilahiyyatçı növbəti dəfə açıq...
publikaz_normalized
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
publikaz_normalized
Qərb siyasətçiləri Yaxın Şərqdə böyük qarşıdurmanı qızışdırırlar. Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, anqlo-saksların hərəkətləri nəticəsində Yaxın Şərq özünü “böyük müharibənin astanasında” tapıb. Oxşar şeyləri Ukraynada da görmək olar. Sergey Lavrov qeyd edib ki, Qərb başqalarının resurslarından istifad...
publikaz_normalized
Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
publikaz_normalized
Məşhur gecədən FOTOLAR":"Hollivud ulduzlarının “LACMA Art + Film Gala” qala gecəsi baş tutub. Budəfəki mərasim “The Killer” filminin rejissoru Devid Finçer və rəssam Cudi Bakeyə həsr olunub. Gecədə Cennifer Lopez və Ben Afflek, Leonardo Di Caprio, Salma Hayek, Cessika Çesteyn, Kiana Rivz və Aleksandra Qrant, Billi Ayli...
publikaz_normalized
Avropasayağı acı etiraf":"Avropa diplomatiyasının rəhbəri Josep Borrell etiraf edib ki, Qərbin intellektual üstünlüyü dövrü başa çatıb. “Hökmranlıq dövrü intellektual baxımdan başa çatıb, bunu etiraf etməliyik. Lakin biz bu yeni reallığın nəticələrini və praktiki nəticələrini hələ tam dərk etməmişik”, - deyə o bildirib...
publikaz_normalized
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatında yeni rekorda imza atıb. Braziliya Qran-prisinin qalibi olan Ferstappen mövsüm ərzində baş tutan 21 mərhələnin 17-də finişə birinci çatıb. Üçqat dünya çempionu karyerası ərzində 52-ci dəfə Qran-prinin qalibi olub. Bu göstəric...
publikaz_normalized
“O kimdir ki, mənimlə dost olsun?“":"Bir neçə gün öncə mətbuatda fəaliyyəti dayandırılmış “Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvləri, Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev və oğullarına məxsus olması ilə bağlı məlumat yayılıb. O, açıqlamasınd...
publikaz_normalized
İlin sonunda...":"Azərbaycanda 2023-cü İlin sonuna inflyasiyanın birrəqəmli olması gözlənilir. Onun sözlərinə görə, ölkədə inflyasiyanın səviyyəsi hökuməti narahat edən bir məsələdir və bu barədə Prezidentin xüsusi tapşırıqları olub. Nazir qeyd edib ki, cari ildə inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir: Gələn...
publikaz_normalized
Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Hökumətl...
publikaz_normalized
Türkiyədə bir şəxs İsrail əleyhinə etiraz olaraq “McDonald's” fast food restoranında siçanları buraxıb. Nəşrin yayımladığı videogörüntülərdə bir nəfərin siçan qutusu ilə restorana girdiyi və onları buraxdığı görünür. “Müsəlmanların ətini deyil, bu siçanları yeyin”. Nəşrin məlumatına görə, hadisə şəhərin qərbində, Merte...
publikaz_normalized
İsrail ordusu Qəzza zolağındakı mülki şəxslərin təhlükəsiz şəkildə cənub bölgəsinə köçməsi üçün 4 saat vaxt verib. 4 saatlıq vaxt bu gün, noyabrın 6-sı səhər 10:00-da – Bakı vaxtı ilə 12:00-da başlayıb. Saat 14:00-da (16:00) bitəcək. “Əgər özünüzü və yaxınlarınızı düşünürsünüzsə, İsrail ordusunun göstərişlərinə əməl ed...
publikaz_normalized
İsrailin hücumları təxminən bir aya yaxındır davam etdiyi vaxtda, Fələstin və İsrailin qonşusu İordaniya hərəkətə keçib. Məhdud miqdarda yardımın yalnız Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzaya daxil olmasına icazə verilsə də, İordaniya Kralı II Abdullah Qəzzada İordaniya Səhra Xəstəxanasına təcili tibbi ləvazimat və əcz...
publikaz_normalized
Ölkədə hər şey bahalaşacaq":"Kiçik sahibkarlıqla məşğul olan sahibkarlar üçün əsas vergi güzəştlərindən biri ləğv edilir. Mövcud qanunvericiliyə görə, gəlirlər 20% dərəcə ilə vergiyə cəlb olunacaq. Hazırda gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətin...
publikaz_normalized
Gələn ildən siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. Aksiz dərəcələrinin artması bu məhsulların qiymətlərinə necə təsir edəcək? Siqaret və siqarillanın qiymətinin 10-15 qəpik bahalaşacağı gözlənilir. Əsas artım elektron siqaretlərdə gözlənilir. Belə ki, elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 ...
publikaz_normalized
Yeni istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücü getdiyi məsafə üçün nəzərdə tutulandan artıq ödəniş tələb edilməsindən şikayətçidir. Sürücü nəqliyyat vasitəsini nəzarətçi olan pəncərənin önündə saxlayaraq nə üçün ondan 9,50 qəpik əvəzinə 10 manat alındığının səbəbini soruşur: 10 mana...
publikaz_normalized
26 ölkəni təmsil edən 50 səyyahın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üç günlük səfəri başa çatıb. Səfərin ilk günü qonaqlar Füzuliyə, daha sonra Şuşa şəhərinə səfər ediblər. Burada səyyahlar şəhər qalasına, eləcə də şəhər işğaldan azad edildikdən sonra tikilmiş icra hakimiyyətinin binasına baş çəkib, Cıdır ...
publikaz_normalized
Elm və Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Laçında “Bayraq yürüşü” keçirilir. 2014-cü ildən etibarən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir. Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayra...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, "Avroviziya 2024" seçimlərinin daha bir mərhələsi uğurla başa çatıb. İtv-nin yaydığı məlumata əsasən ölkəmizi bu il beynəlxalq musiqi yarışmasında təmsil edəcək namizədlərin siyahısına Emy Lia, Mila Miles, İlkin Dövlətov, Etibar Əsədli, Aisel, Fahree, Qorqud və Səbinə Quluzadə daxil olub. Qeyd ed...
publikaz_normalized
Hazırda şəhərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş bir sıra layihələr sürətlə həyata keçirilməkdədir. Komitə tikintisi davam etdirilən bir sıra layihələri təqdim edib: - 630 ailənin yaşayacağı 4 yaşayış məhəlləsi;" "- 960 yerlik tam orta məktəb;" "- 160 yerlik uşaq bağça...
publikaz_normalized
Kürdəmir rayonunda gənc qızın çılpaq görüntülərini yayan şəxs barəsində cinayət işi açılıb. Araşdırmalarla müəyyən edilib ki, Əziz həmkəndlisi olan 2004-cü il təvəllüdlü qızla tanış olub və onu sevdiyini deyib. Bundan sonra onların arasında səmimi münasibət yaranıb. Ə.Nadirov qızla görüntülü danışarkən onun soyunmasını...
publikaz_normalized
Azərbaycan Ermənistandan normallaşma məsələsində konstruktiv mövqe tutmasını və bu unikal şansı bir daha qaçırmamasını gözləyir". O söyləyib ki, Azərbaycanın suverenliyinin tam bərpası Ermənistanla münasibətlərin normallaşması üçün yeni perspektivlər yaradır. Ancaq XİN başçısı onu da qeyd edib ki, münasibətlər qarşılıq...
publikaz_normalized
“Həccə gedib, Quran oxuyub, iki sevgilisini bir stolda əyləşdirir”":"Özümü nəinki ona layiq bilmək, hətta əlimə alıb oxumaq üçün çirkli hesab edirəm. Mənim üçün Quran, din o qədər önəmlidir ki... Bəlkə yanlış düşüncədəyəm, amma bu, belədir". Sosial şəbəkə izləyicilərinin aktrisaya ünvanladığı "Qurani-Kərim kitabını oxu...
publikaz_normalized
Real"ın mərkəz müdafiəçisi Eder Militao Kral Klubu ilə müqaviləsini uzatmağa yaxındı. Onun sözlərinə görə, braziliyalı futbolçu tezliklə müddəti 2028-ci ilin yayına qədər yeni müqavilə imzalamalıdır. Militao Madrid təmsilçisindəki karyerası ərzində klub səviyyəsində bütün mümkün kubokları qazanmağı bacarıb. Mövsüm başl...
publikaz_normalized
Bölgələrimizdə bayram və istirahət günlərində- 8-12 noyabrda gözlənilən hava şəraiti açıqlanıb. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəçəyi gözlənilir. Lakin 10-u axşamdan 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, yüksək d...
publikaz_normalized
Barselona"nı məğlub etməyi üstün tuturam":"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının evdə "Rayo Valyekano" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra özünə təsəlli olacaq məqam tapıb. Mən "Rayo Valyekano"nu yox, ilk olaraq "Barselona"nı məğlub etməyi üstün tuturam. Rayo Valyekano" ilə matçda xal itirmək "Barse...
publikaz_normalized
Quru şampunların tərkibində epidermisin su balansını poza bilən bir maddə var. Mütəxəssisin sözlərinə görə, bu gün bütün quru şampunlar ümumiyyətlə, təhlükəsiz tərkibə malikdir. Amma quru şampunun tərkibində spirt də var. Buna görə də, baş dərisinin su balansını pozmamaq üçün çox tez-tez istifadə etmək lazım deyil. Onl...
publikaz_normalized
Keçmişdə ağacların sayı indikindən daha çox olub. Bu gün hansısa şirkət obyekti tikir və yaşıllıq sahəsi salmaq yaddan çıxır". Onun sözlərinə görə, tikinti işlərindən əvvəl şirkətlər yaşıllıqların salınması tələbinə rəy alır: Amma sonradan qaydalara əməl etmirlər. Obyekti tikən zaman qaz xəttinin keçdiyi yerləri görüb ...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb. İki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəminə toxunulub və parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində...
publikaz_normalized
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Qanun 2023-cü il sentyabrın 1-dən tətbiq edilir.
publikaz_normalized
Bolunun Yeniçağa rayonunda evin bağçasına ayı girib. Heyvan bir müddət bağda dolaşıb, sonra oradan uzaqlaşıb. Həmin görünütünü təqdim edirik:
publikaz_normalized
“Bayer” UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyun öncəsi Bakıda məşq etməyəcək. Xabi Alonsonun baş məşqçisi olduğu komanda noyabrın 8-də gecə saatlarında Bakıda olacaq. İspaniyalı mütəxəssisin mətbuat konfransı da təşkil olunmayacaq. “Qarabağ”ın son məşqi isə həmin gün saat 17:30-da qarşılaşmanın gerçəkl...
publikaz_normalized
Bakıda vəzifəli şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Hadisə Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 105 A ünvanda yerləşən "Bəyoğlu” restoranı ilə üzbəüz ünvanda fəaliyyət göstərən mərasim evində baş verib. Dünyasını dəyişən Cavid Əsədovun (ad-soyad şərtidir) 3 mərasimində keçmiş x...
publikaz_normalized
Astroloqlar bəzi bürcləri təbiətcə məşhurluq düşkünü sayır. XƏRÇƏNG" "Xərçənglər cazibədardırlar. Onların qəlbində pislik yoxdur. Bu bürclər həm də ailələrinə sadiq olurlar. Xərçənglər istənilən mühitdə diqqəti özünə cəlb edir. Romantika onlar üçün vacibdir. Xərçənglər üçün bir yerdə dayanmaq doğru hərəkət deyil. Həmiş...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında noyabrın 7-də şimal-qərb küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında noyabrın 7-si axşamdan 8-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Dağlıq Şirvan, Quba-Qusar) yağıntıların qısamüddət...
publikaz_normalized
Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş material əsasında Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 adda dərman vasitə...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı (AMB) qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı bir sıra xidmətlərə görə vergi ödəməkdən azad ediləcək. Sənədə əsasən, həmin xidmətlər xəzinə avadanlıqlarına texniki xidmət, pul nişanlarının istehsalı, daşınması, sazlanması, sığortalanması və istehsalının audi...
publikaz_normalized
Qəzzaya XƏBƏRDARLIQ":"İsrail Müdafiə Qüvvələri (IDF) 48 saat ərzində Qəzza şəhərində döyüşlərə başlamağa hazır olduqlarını açıqlayıb. Qəzza zolağındakı qüvvələr 48 saat ərzində Qəzza şəhərini tamamilə mühasirəyə alacaq və döyüşə başlayacaq”, - deyə jurnalistlər yazır. İsrail hakimiyyəti bu yolla HƏMAS döyüşçülərini tam...
publikaz_normalized
Xorvatiya minaların təmizlənməsi məsələsində Azərbaycana dəstək verəcək. Görüşdə Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.
publikaz_normalized
Görüşdən açıqlamalar":"ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakah Fidan ilə Ankarada keçirilən danışıqları məhsuldar adlandırıb. Siyasətçinin sözlərinə görə, danışıqlardan sonra Blinken və Fidan Qəzza zolağında davamlı sülhün təmin edilməsi, eləcə də əhaliyə humanitar yardımın göstərilməsi mə...
publikaz_normalized
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 8-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdır...
publikaz_normalized
İsrail Müdafiə Qüvvələrinin (TSAXAL) döyüşçüləri Qəzza zolağında HƏMAS-ın xüsusi əməliyyatlarına cavabdeh olan Camal Musanı öldürüblər. “Döyüşçülərimiz HƏMAS terror təşkilatının xüsusi əməliyyatlarına rəhbərlik edən Camal Musa da daxil olmaqla bir neçə HƏMAS terrorçusunu öldürüb. Bundan əlavə, İDF əsgərləri quru döyüşl...
publikaz_normalized
Azərbaycanda son 1 həftə ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. COVID-19-a yoluxan 101 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.
publikaz_normalized
Portuqaliya Dövlət Politexnik Ali Təhsil İnstitutunun alimləri kofeinin beyindəki qan dövranını ləngidə biləcəyini aşkar ediblər. Tədqiqatda nadir hallarda qəhvə içən 18-22 yaş arası 45 nəfər iştirak edib. İştirakçıların beyin qan axınının sürəti beyinə qan tədarükünün öyrənilməsi üçün ultrasəs texnikası olan transkran...
publikaz_normalized
Hazırda Bakının 17 küçə və prospektində sıxlıq müşahidə olunur. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;" "3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;" "4. Alı Mustafayev küçəsi, 3 mkr dairəsi, körpünün üstü, Ziya...
publikaz_normalized
Bu gün Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, Sumqayıt şəhərində dəm qazı 1.2 dəfə normadan yüksək olub. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti ...
publikaz_normalized