text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bakının Nizami rayonu ərazisindəki mağazaların birindən 1 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürülüb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub. | publikaz_normalized |
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb. | publikaz_normalized |
Çempionlar Liqası tarixinin ən yaxşı oyunlarının reytinqi açıqlanıb. Siyahıda birinci yeri 2005-ci ilin finalı tutur. Həmin oyunda "Liverpul" "Milan"ı məğlub edib (3:3, penaltilərlə 3:2). Qeyd edək ki, “Liverpul” birinci hissədən sonra 0:3 hesabı ilə geridə olub. “Milan” – “Liverpul” (3:3, penaltilər üzrə 2:3), 2004/20... | publikaz_normalized |
Mədəniyyət Nazirliyi bəstəkar Mobil Babayevin vəfatı ilə bağlı nekroloq yayıb. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayev 10 noyabr 2023-cü il tarixində, 78 yaşında vəfat edib. Mobil Rəşid oğlu Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 1... | publikaz_normalized |
Ölkənin ilk rəqəmsal bankı Birbank-da “10 001 hədiyyə” lotereyası davam edir. 15 dekabr tarixinədək davam edən lotereya Birbank kartları ilə ödəniş edən hər kəsə 1 ədəd 2 otaqlı mənzil, 3 ədəd 10 000 AZN-lik pul mükafatı, 7 ədəd səyahət paketi, qazanmaq şansı verir. Həmçinin “Umico Market” dən 500 AZN dəyərində 90 ədəd... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Qeyd olunub ki, havanın temperaturu gecə 12... | publikaz_normalized |
Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş edib. İlham Əliyev 20 il əvvəl, 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək bild... | publikaz_normalized |
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamağa hər cəhətdən hazır deyil. Bu deyim müqəddəs torpaqlara gedən bir səlibçinin əfsanəsindəndir. Bir gün qəhrəman gəmidə oyanır və qərara gəlir ki, o, artıq Yerusəlimdədir, lakin onun gəmisinin indiki Xorvatiya ... | publikaz_normalized |
Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğlu Hacı Hacıyev milli komanda ilə birlikdə Dünya Robot Olimpiadasında tarix yazıb. AREA-nın (Azerbaijan Robotics Engineering Academy) yaydığı məlumata görə, “Village Boys” - Kəndli Oğlanlar komandası Panamada keçirilən olimpi... | publikaz_normalized |
Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib. Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhəri... | publikaz_normalized |
Çirkin ittifaqları bir-bir üzə çıxardıq":"Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək. Gələcəyimizi, müstəqilliyimizi hədəfə alan daxili və xarici ssenariləri, çirkin ittifaqları bir-bir üzə çıxardıq. Dövlət başçısı bildirib ki, Türkiyə onlarla hücumun qarşısını alan bir ölkədir. Ərdoğan sözlərinə belə davam edib: ... | publikaz_normalized |
Bədəni "yeniləmək" və xroniki intoksikasiyadan qaçınmaq üçün pəhrizinizə kələm əlavə etməlisiniz. Üstəlik kələmin istənilən növü faydalıdır. Onun sözlərinə görə, bu tərəvəzin tərkibindəki faydalı mikroelementlər arasında kükürd xüsusi əhəmiyyət kəsb edir, ona görə də toksinlərin təmizlənməsi üçün zəruri olan qlutatyon ... | publikaz_normalized |
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağında olan kompüterlərdən tədris prosesinə uyğun ola... | publikaz_normalized |
HƏMAS-la döyüşlərdə öldürülən azərbaycanəsilli hərbçi Lior Əzizovun babası Vahid Əzizov Birinci Qarabağ müharibəsində şəhid olub. İsrailin Azərbaycandakı səfirliyi olaraq, oktyabrın 7-də HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı azərbaycanəsilli, 20 yaşlı serjant Lior Əzizovun həlak olmasından dərin kədər hissi keçiririk... | publikaz_normalized |
Moldova Müdafiə Nazirliyi Fransadan hərbi yardımın ilk partiyasının gəldiyini açıqlayıb. Bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, şəxsi texnika, maddi-texniki təchizat, yüngül piyada silahları və sursat Fransa Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə ilə ölkəyə çatdırılıb və bu təyyarə “Mol... | publikaz_normalized |
Davam edən hərbi münaqişə kontekstində Ukrayna seçkilərdə səs vermək hüququ olan seçicilərin yarıdan çoxunu itirib. Nəşrin “Ukrayna seçkilərini təxirə salmalıdır” başlıqlı məqaləsində səsvermədə iştirak edən təxminən 32 milyon ukraynalı seçicinin dörddə birinin (8 milyon) xaricdə olduğunu təxmin edir. Yeddi milyona yax... | publikaz_normalized |
Hindistan, İran və Ermənistandan ibarət üçtərəfli qrup bu ilin aprelində İrəvanda keçirilən görüşdə iqtisadi layihələr və regional kommunikasiya kanallarını müzakirə ediblər. “Ermənistan Hindistan və digər Asiya ölkələrinə çıxış əldə etmək üçün İranın Çabahar limanına qoşulmaq üçün danışıqlar aparır”, - ölkə rəsmisi bi... | publikaz_normalized |
Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransı dekabrın 14-də keçirəcək. Qetd edək ki, Kremlin sözçüsü Dmitri Peskov konkret tarix açıqlamamışdı. | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb. Bildirilib ki, nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək. | publikaz_normalized |
ABŞ-ın ən azı dörd ştatında yerli seçki rəsmiləri tərkibində fentanil adlı zəhərli dərmanın olduğu iddia edilən şübhəli məktublar alıb. Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, Vaşinqtonun dörd seçki komissiyasından ən azı ikisinə göndərilən məktublarda fentanilin olduğu üzə çıxıb. Corciya və Kaliforni... | publikaz_normalized |
00-dək hərəkət məhdudlaşdırılacaq":"Bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda - Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi "20 Yanvar" dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hi... | publikaz_normalized |
Noyabrın 10-da saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub. Vətəndaşın xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Tellixanım Anar qızı Məmmədli qəfil vəfat edib. Onun ölümünə ev şəratində hazır... | publikaz_normalized |
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb, bəzi yerlərdə yağış, qar yağıb. Bildirilib ki, noyabrın 10-u saat 14:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlu... | publikaz_normalized |
Ağzının danışığını bilməyənlər...":"Aparıcıların üzərinə böyük məsuliyyət düşür. Aparıcıya efir tapşırılıbsa, ora kimlər gəlir? Hər bir kanal istəyir ki, oraya gözəl sənətkarlar gəlsin. Sonra da boşluğu doldurmaqdan ötrü kimi çağırırsan? Bundan sonra sənətkarların həmin verilişə ayağı dəymir. Çünki deyir ki, mən gəldiy... | publikaz_normalized |
Cinsi orqanını göstərdi":"Dünyaca məşhur Hollivud aktrisası Şeron Stoun 1980-ci illərdə cinsi təcavüzə məruz qaldığını etiraf edib. 65 yaşlı Stoun Ripaya bildirib ki, 1980-ci illərdə görüş zamanı böyük prodüser şirkətinin keçmiş baş direktoru ona cinsi orqanını göstərib. Lakin Stoun keçmiş menecerin adını açıqlamayıb. ... | publikaz_normalized |
Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, eks-prezident Mixail Saakaşvili həkimlərin müvafiq qərarı aldıqdan sonra həbsxanaya qaytarılacaq. Breqadzenin sözlərinə görə, respublikanın məhkum olunmuş sabiq rəhbərinin səhhəti kəskin şəkildə yaxşılaşır və onlar onu geri qaytarmağı planlaşdırırlar. Qeyd edək ki, ... | publikaz_normalized |
Hər bir ölkə üçün böyük təhlükədir":"ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydeni növbəti dəfə ittiham edib. Sabiq prezidentin sözlərinə görə, Baydenin xarici siyasəti üçüncü dünya müharibəsinə səbəb ola bilər. 77 yaşlı siyasətçi hesab edir ki, bu gün dünyada əsas təhlükə qlobal istiləşmə de... | publikaz_normalized |
Rusiya Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada görüşünü təşkil etməyə hazırdır. Lakin hələlik dəqiq bir tarix müəyyənləşdirilməyib. “Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması məsələləri üzrə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələ... | publikaz_normalized |
Qərbdə və Rusiyada bəzi media orqanları qondarma rejimin geydirmə “liderlərini” Azərbaycan Dövləti tərəfindən beynəlxalq və milli hüquq normalarına uyğun olaraq həbs etməsini qınamağa çalışan yazılar olur. Rusiyanı bildik, bütün müqavimət və mane olmaq cəhdlərinə rəğmən Azərbaycan Dövləti onların onillərlə istifadə etd... | publikaz_normalized |
İrəvana buraxmadılar – FOTO":"Rusiyalı rejissor Vitali Manskinin İrəvan Dövlət Teatr və Kino İnstitutunda planlaşdırılan festivalı ləğv edilib. “Artdocfest” festivalının direktoru Vitali Manskinin son “Facebook” paylaşımından sonra Yerevan Dövlət Teatr və Kino İnstitutu 23-26 noyabr tarixlərində universitetdə keçiriləc... | publikaz_normalized |
Avropa İttifaqı üzv ölkələri 2024-cü ilin martına qədər Kiyevə 1 milyon mərmi vermək vədini yerinə yetirə bilməyəcək. Nəşr qeyd edib ki, bu vəziyyət Ukrayna tərəfinin Rusiya istehsalı ilə ayaqlaşmaq imkanlarını çətinləşdirəcək. Agentliyin məlumatına görə, hazırda Kiyevin mərmilərlə təmin edilməsi təşəbbüsü çərçivəsində... | publikaz_normalized |
Bizə ölkəni müdafiə edə biləcək bir ordu lazımdır":"Almaniya kansleri Olaf Şolz ölkənin müdafiəsi üçün xərclərin artırıldığını açıqlayıb və bildirib ki, ölkəyə onu müdafiə edə biləcək bir ordu lazımdır. Bunun sayəsində Almaniya son 30 ildə ilk dəfə 2024-cü ildə Şimali Atlantika Alyansının ÜDM-in 2%-i hədəfinə çatacaq. ... | publikaz_normalized |
Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub. Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub. E.Məmmədov barəsində toplanan material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həm... | publikaz_normalized |
Astara rayonunun Kakalos kəndində qətl hadisəsi baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Dəbdəbəli həyatları ilə tanınan Engin və Dilan Polat cütlüyünün həbsindən sonra sosial media fenomeni və gözəllik mərkəzinin sahibi Şulemsinin də böuük sərvəti olduğunu üzə çıxıb. Sərvətinə dair iddiaları qəti şəkildə təkzib edən Şulemsi təhdid mesajları aldığını bildirib. Bu barədə intsaqramda video paylaşan fenomen d... | publikaz_normalized |
Hamı yatanda, xəlvət..." - VİDEO":"Həbsxanada yorğanımın altında ağlayırdım. Amma ağlamaq istəyəndə mahnı oxuyub sakitləşmişəm. Oradakılar ağlaşıblar, məndə oxumuşam. Həbsdə beş il qalmalı idim, amma elə oldu ki, iki ildən sonra azadlığa çıxıb, səhnələrə qovuşdum. Həbs həyatından danışan ulduz bildirib ki, cəzasını həm... | publikaz_normalized |
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir. Bölgələrdə də qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax... | publikaz_normalized |
“Əl-Hilal”ın hücumçusu Neymar yaxın dostu Luana Andradenin ailəsinə başsağlığı verib. Faciə bazar ertəsi San-Pauludakı xəstəxanada baş verib. Əməliyyat başlayandan iki saat sonra Andradenin ürəyi dayanıb. Cərrahlar dərhal əməliyyatı dayandırıb və geniş tromboz aşkar edilən xəstəni müayinə ediblər. Qız reanimasiya şöbəs... | publikaz_normalized |
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısında iştirak etmək üçün ABŞ-a səfər edəcək və ABŞ prezidenti Cozef Baydenlə görüşəcək. Qeyd olunub ki, ÇXR Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə noyabrın 14-17-də San-Fransiskoda sə... | publikaz_normalized |
Avropa İttifaqı (Aİ) oktyabrın 7-də İsrailə hücuma görə HƏMAS hərəkatının nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür. “Biz HƏMAS-a qarşı əlavə tədbirlərə açığıq. Bu, şəxslərin qara siyahıya salınması ola bilər”., - o bildirib. | publikaz_normalized |
3 prinsip...":"Ermənistan Azərbaycanla Brüssel danışıqlarında səslənən üç prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir. Onun sözlərinə görə, birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır. İkinci prinsip ondan ibarə... | publikaz_normalized |
İsrail ordusu Qəzza zolağına nəzarəti əlində saxlayacaq və onu kənar qüvvələrə verməyəcək. Qəzzaya yaxın ərazidə yerləşən bələdiyyələrin rəhbərləri Baş nazirdən İsrail qüvvələrinin hazırkı hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağında qalacağı ilə bağlı sual ünvanlayıb. Baş nazir isə cavabında deyib: “Ordu Qəzz... | publikaz_normalized |
Şəkidə toy karvanında qəza baş verib. Məlumat görə, toy karvanında hərəkətdə olan iki minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobillərdən birinin sürücüsü, 1994-cü il təvəllüdlü Vahab Salmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma a... | publikaz_normalized |
Almaniya kansleri Olaf Şolts noyabrın 17-də Berlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. “Cümə günü axşam kansler Türkiyə Prezidenti ilə görüşəcək. İşgüzar nahar zamanı müxtəlif siyasi mövzular müzakirə olunacaq”, - o deyib. Bundan başqa, Türkiyə lideri Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə də ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bildirilib ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmi... | publikaz_normalized |
AKP-dən reaksiya...":"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik CHP-nin yeni sədri Özgür Özəlin Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı sözlərə sərt reaksiya verib. “CHP-də nə dəyişsə də, Yassıada mentaliteti dəyişmir. CHP-nin yeni seçilən sədrinin ilk işi Prezident Ərdoğanı tənq... | publikaz_normalized |
Türkiyəli məşhur aktyor Haluk Bilginerin rəqsi sosial şəbəkələrdə gündəm olub. Aktyor serialda “Agah Beyoğlu” obrazını canlandıracaq. Qeyd edək ki, “Şahsiyet” noyabrın 13-dən etibarən “Gain” platformasında yayımlanacaq. | publikaz_normalized |
Polşa, Macarıstan və digər Şərqi Avropa ölkələri çox güman ki, Ukraynanın Aİ-yə qoşulmasına qarşı çıxacaqlar, çünki onlar özlərinə iqtisadi rəqib yaratmaq istəməyəcəklər. Ekspert qeyd edir ki, Polşa və Macarıstan Ukraynanın Aİ üzvlüyündən birbaşa iqtisadi itkilərə məruz qalacaq. Onun sözlərinə görə, hər iki ölkədə Alma... | publikaz_normalized |
İsrailin Qəzza zolağına endirdiyi zərbələr zamanı 11 078 nəfər ölüb. Yaralıların sayının 27 490 nəfər olduğu açıqlanıb. | publikaz_normalized |
insanlar minlərlə manat itirdilər":"Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb. O bildirib ki, platformada 50 min manata qədər pulu batan insanlar var: “Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan p... | publikaz_normalized |
Paşinyanı bu yolla yıxacaqlar":"Ermənistan hakimiyyətinin anti-Rusiya siyasəti yavaş-yavaş öz təsirini göstərir. Bu maneələr Rusiyada yaşayan hər bir erməniyə tətbiq edilir. Bildirilir ki, artıq Rusiyadan Ermənistana mal çatdırılması prosesi dayandırılıb. Bütün digər ölkələrlə bağlı heç bir problem olmasa da, Ermənista... | publikaz_normalized |
Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar TB3" zərbə tipli pilotsuz uçuş aparatı 5-ci dəfə sınaq uçuşu həyata keçirib. O bildirib ki, Tekirdağ vilayətində baş tutan sınaq uçuşu 6 saat davam edib və uğurla başa çatıb. uçuş testini de başarıyla tamamladı. #BayraktarTB3 successfully completed its fifth ... | publikaz_normalized |
“Birmingem”in baş məşqçisi Ueyn Runi hesab edir ki, mobil telefonlar və sosial media oyunçuların meydanda ünsiyyətinə mənfi təsir göstərir. “Mən oyunçularla hər zaman ünsiyyət haqqında danışıram. Tək burada yox, istənilən komandada görürsən ki, meydanda ünsiyyətdə olan, bir-birinə kömək edən insanlar meydanda azdır. İn... | publikaz_normalized |
Ermənistan və Fransa Beynəlxalq Frankofoniya Təşkilatını (BFT) anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirir. Azərbaycanın sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən sonra bütün beynəlxalq platformalarda ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa və Ermənistan təşkilatın bu icl... | publikaz_normalized |
Noyabrın 8-də Bərdə rayon qaçqın qəsəbəsində Bərdə İcma Mərkəzinin təşkilatçılığı ilə sahibsiz itlərə qayğı və quduzluq haqqında tədbir keçirilib. Şəlalə Zeynalova Azərbaycanda iki dəfə quduzluq xəstəliyinin genetik aspektlərini öyrənib. O, quduzluğa nəzarət Beynəlxalq Qlobal Alliance təşkilatı tərəfindən Şərqi Avropa ... | publikaz_normalized |
ASAN xidmət" Ermənistanda keçirilmiş beynəlxalq tədbirdə diqqət mərkəzində olub. Tədbirin məqsədi Asiya və Sakit okean hövzəsi ölkələrində rəqəmsal texnologiyaların və ağıllı cəmiyyət quruculuğu istiqamətində uğurlu təcrübələrin təşviqi, o cümlədən Asiya-Sakit Okean İnformasiya Supermagistralının İşçi qruplarının illik... | publikaz_normalized |
Müsəlmanların ilk qibləsi boş qaldı - FOTO":"Cümə namazını qılmaq üçün Əl-Əqsa məscidinə gələn fələstinlilərin qarşısı alınıb. Məscidin ətrafında namaz qılmaq istəyən müsəlmanlara gözyaşardıcı qaz, plastik və həqiqi güllələrlə müdaxilə edilib. Müharibənin beşinci cümə günü Əl-Əqsa məscidi demək olar ki, boş qalıb. Norm... | publikaz_normalized |
Kariyera yüksəlişi, pul...":"Bürclərin əksəriyyəti hansısa bir anda həyatlarının ən şanslı vaxtlarını yaşayırlar. İnsanlar özləri haqda sevgi, pul, karyera məsələlərində onları nələrin gözlədiyi haqda fikir sahibi olmaq istəyirlər. Oxatan" "Dekabrda oxatanları müsbət hadisələr gözləyir. Bu bürcün nümayəndələri dekabr a... | publikaz_normalized |
WhatsApp" istifadəçilər təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcək yeni funksiyanı açıqlayıb. Belə ki, indi zənglər zamanı asanlıqla IP ünvanını gizlətmək mümkün olacaq. Yenilik artıq "iPhone" və "Android" istifadəçiləri üçün əlçatandır. Qeyd olunur ki, bu funksiya sayəsində danışdığınız şəxs yerinizi tapa bilməyəcə... | publikaz_normalized |
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə keçirilən Altıncı Sülh Konfransında Azərbaycanın apardığı “etnik təmizləmə”dən danışdıqdan sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edib. O bildirib ki, beynəlxalq ictimaiyyət də Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Bakının özü sülh prosesinin təşəbb... | publikaz_normalized |
İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, yeraltı təkanların episentri Dehloran şəhərindən 37 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. | publikaz_normalized |
Kanada Rusiyadan olan doqquz fiziki və dörd hüquqi şəxsə sanksiya tətbiq edib. Sanksiya tətbiq edilənlər arasında REN TV, "İzvestiya" və "Parlament qəzeti" kimi mətbuat orqanları var. Müğənni Jasmin (əsl adı Sara Şor) də məhdudiyyətlərə məruz qalıb. Qara siyahı"ya daxil edilənlər arasında, həmçinin aşağıdakılar var: Ru... | publikaz_normalized |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə əlaqədar paylaşım edib. “Türk xalqının böyük öndəri, qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, sevincimizi sevinci, kədərimizi kədəri bilən Qazi Mustafa Kamal Atatürkün hər zaman qəlbimizdə yaşayan əz... | publikaz_normalized |
İsrail yığmasının üzvləri belə gizləndi":"İsrail milli komandasının futbolçuları HƏMAS-ın raket zərbələri nəticəsində başlayan hava hücumu xəbərdarlığı səbəbindən avtobusunu tərk edib yol kənarında gizlənmək məcburiyyətində qalıblar. Hava limanına gedən yolda”, – deyə sosial şəbəkələrdə Moskva “Dinamo”sunun və İsrail m... | publikaz_normalized |
Çölün düzündə qalmışıq - VİDEO":"Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarında texniki problem yaranıb. Sürət qatarı ilə Tovuzdan Bakıya gedirəm. Yolda qatarda texniki problem oldu. İçəridə işıqlar və monitorlar sönüb”, - deyə sərnişin qeyd edib. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Astanada Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bışımbayev yerli restoranlardan birində mübahisə zamanı həyat yoldaşı - Səltənət Nukenovanı döyərək öldürüb. | publikaz_normalized |
Burak Yılmazın istefasından sonra "Beşiktaş"ı çalışdıracaq baş məşqçinin adı müəyyənləşib. Onun ilkin olaraq dekabrın 3-nə qədər komandaya rəhbərlik etməsi ilə bağlı razılıq əldə olunub. Daha sonra isə rəhbərliklə Çalımbay arasında görüş olacaq və növbəti qərar veriləcək. Qeyd edək ki, futbolçu kimi uzun illər (1980-19... | publikaz_normalized |
Gürcüstan Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunun panel müzakirəsində Ermənistan-Azərbaycan münaqişəsindən danışıb. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri, dostluq əlaqələri var, həmçinin qardaş Ermənistanla dostluq əlaqələrinə malikdir. Gürcüstan qərəzli ola bilməz, biz 100 faiz neytralıq v... | publikaz_normalized |
Kamilə Vəliyeva ilə bağlı qərarı bu vaxt açıqlanacaq":"Lozanna İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva ilə bağlı qərarını 2024-cü ilin yanvarında açıqlayacaq. Tərəflərə məlumat verilib ki, bu məsələyə cavabdeh olan CAS 2024-cü ilin yanvar ayının sonuna qədər tərəflərə qərarla bağlı mə... | publikaz_normalized |
qədim viruslar "dirilə" bilər":"Rusiyanın şimalındakı daimi donuşluq (permafrost), minilliklər boyu basdırılmış qədim patogenlər qlobal temperatur yüksəldikcə yenidən oyana bilər. Onlar qeyd ediblər ki, bu, bəşəriyyəti potensial olaraq yeni xəstəliklər riski qarşısında qoyur. Virusoloq və Eks-Marsel Universitetinin Tib... | publikaz_normalized |
Naxçıvan şəhərində fərdi yaşayış evində baş verən yanğın söndürülüb. Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğın Mühafizə hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. | publikaz_normalized |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. “Dalğa Arena”da baş tutan qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Kəpəz”in heyətində 75-ci dəqiqədə Adama Niane fərqlənib. Naxçıvan təmsilçisi 20 xalla 4-cü pillədə qalıb. Xallarının sayını 9-a çatdıran Gəncə klubu isə sonunc... | publikaz_normalized |
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağda yenidən qurulan şəhərlərimizə məcburi köçkünlərin qayıdışı prosesi davam edir. Bu günə qədər köç prosesi çərçivəsində çox sayda ailə doğma torpaqlarına qovuşub. Sosial şəbəkələrdə Azərbaycanın digər rayonlarından olan sak... | publikaz_normalized |
Noyabrın 10-da Ermənistan baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirir. “Ermənistanın baş nazirinin Azərbaycanın Qarabağ bölgəs... | publikaz_normalized |
Bu ilin oktyabrında Rusiya sakinləri kütləvi şəkildə xarici valyuta almağa başlayıb. Belə ki, əgər sentyabrda vətəndaşlar 40,7 milyard rubl dəyərində valyuta alıbsa, oktyabrda bu rəqəm 120,9 milyard rubla qalxıb. Buna baxmayaraq, Rusiya MB rublun möhkəmləndiyini bildirib. Qeyd edək ki, dollar hazırda 92,3 rubladır. | publikaz_normalized |
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə ça... | publikaz_normalized |
Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyə dair Gürcüstanın uğurlu presedenti var. Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı Qaribaşvili xatırladıb ki, Gürcüstan iki ölkə arasında iki il əvvəl uğurlu vasitəçilik edib. Bu, bizim Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə yarat... | publikaz_normalized |
7-10 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti YUNESKO-nun Baş Konfransının 42-ci sessiyasında iştirak etmək məqsədilə Fransa Respublikasına işgüzar səfərdə olub. Qeyd olunub ki, sessiyanın ilk günü yekdilliklə qəbul edilm... | publikaz_normalized |
2001-ci ildə "Oskar" mükafatına layiq görülən "Şrek" filminin yeni bölümü çəkilir. Animasiyanın səsləndirməsini isə Kamerun Diaz, Maykl Mayers və Eddi Mörfi edəcək. | publikaz_normalized |
Budapeşt 2023-cü ilin sonuna qədər Rusiya qazının tranziti üçün ödənişlərin artırılması ilə bağlı Sofiyanı məhkəməyə verməyə hazırdır”. “Bu gün mən Avropa Komissiyasına məktub göndərərək ondan Bolqarıstana qarşı öhdəliklərin pozulmasına görə dərhal işə başlamağı xahiş etdim və Bolqarıstanı enerji rüsumlarının artırılma... | publikaz_normalized |
Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Qeyd edək ki, bu Azərbaycan gimnastikası tarixində bir ilkdir. | publikaz_normalized |
Bu il dekabrın 14-19-da Moskvada “Şahmat ulduzları 3.0” sürətli şahmat üzrə III Beynəlxalq turnir keçiriləcək. Turnirin təşkilatçıları – “Yeni şahmat” və “Agalarov Development” şirkətləri intellektual idmanı dəstəkləməyi və gənc nəsillə işləməyi ən vacib vəzifə hesab edirlər. “Mən şadam ki, biz şahmat kimi intellektual... | publikaz_normalized |
Sumqayıtda kütlə dava olub, xəsarət alanlar var. 10 yaxın naməlum şəxsin meyvə-tərəvəzlə məşğul olan Qərib adlı şəxslə mübahisəsi düşüb.Kütləvi dava zamanı naməlum şəxslər satıcıya ağır bədən xəsarətləri yetiriblər. Hadisə yerinə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları cəlb olunub. Davada iştirak edən şəxslərin 1-c... | publikaz_normalized |
Romantik hisslərə qapılmayın":"Qoç - bu gün yaranacaq istəklər, ideyalar və ya quracağınız planları sürətlə reallaşdırmaq asan deyil. Yaxın ətrafınızdakı insanlardan dəstək gözləməyin. Özünüzə qapanmayın, pərişan olmayın. Hisslərinizi anlamayan, sizi başa düşməyən insanlarla münasibətləriniz pozula bilər. Kiçik, amma ə... | publikaz_normalized |
Gəncədə yol nəqliyyat hadisəsi hadisəsi baş verib. Hərəkətdə olan "Mersedes", VAZ 2107 və VAZ 2106 markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
HƏMAS-ın rəhbəri İsmayıl Haniyənin nəvəsi Roaa Haniyə Qəzzada bu gün İsrail ordusunun Qəzzaya aviazərbəsi nəticəsində öldürülüb. | publikaz_normalized |
Təsəvvür edin, oturmusan evdə, heç kimdə işin yoxdur, açmısan televizoru, görürsən ki, kimlərsə sənin haqqında xoşagəlməz sözlər danışırlar. Baxıb, fikirləşirsən ki, axı bu nəyə görə belədir?. O qeyd edib ki, gözəl mahnılar səsləndirdiyi halda özü haqda xoş olmayan ifadələr eşidir: “Bir insan var deyir ki, “bilirlər ki... | publikaz_normalized |
Müğənni Nazənin ATV kanalında yayımlanan “Rəngarəng səhər” verilişinin qonağı olub. Müğənni bildirib ki, iki qardaşını itirməsi ona daha çox təsir edib. | publikaz_normalized |
İlk növbədə qeyd edim ki, işğaldan azad edilmiş bütün tarixi torpaqlarımızda ali təhsil müəssisələri olacaq. Xankəndidə və Şuşada hazırda universitetlər var və tezliklə bərpa olunacaq. Ekspertin sözlərinə görə, işğaldan azad edilmiş bütün rayonlarda ərazilərin kadra olan ehtiyaclarını ödəmək üçün orta, peşə, ali ixtisa... | publikaz_normalized |
Məşhur İtaliya brendi “Moschino”nun yaradıcı direktoru David Renne 46 yaşında infarktdan vəfat edib. Onun cəmi 10 gün öncə, 1 noyabr tarixində vəzifəyə təyin olunduğu bildirilib. Ona qədər isə Gucci dizaynerlər komandasının 20 il boyunca üzvü olub. Qeyd edilir ki, italyan dizayner və modelyer “Moschino”da ilk kolleksiy... | publikaz_normalized |
Yeddilik Qrupunun (G7) sammiti gələn il iyunun 13-dən 15-dək İtaliyanın Apuliya bölgəsində keçiriləcək. “İtaliyanın “G7”yə sədrliyi dövründə Afrika və miqrasiya məsələsi əsas mövzular olacaq. Gələn il ərzində müxtəlif nazirliklərin himayəsi altında tədbirlər keçiriləcək, lakin əsas tədbir - liderlərin sammiti iyunun 13... | publikaz_normalized |
ABŞ Dövlət Departamenti Rumıniyaya təxminən 2,53 milyard dollar dəyərində “Abrams” tanklarının mümkün satışını təsdiqləyib. Mümkün sövdələşmənin təfərrüatları hələ açıqlanmayıb. Qeyd edilir ki, bu ilin may ayında Rumıniya Parlamenti ölkənin Müdafiə Nazirliyinin ABŞ-dan 54 ədəd M1A2 Abrams tankının alınmasına icazə veri... | publikaz_normalized |
Son günlər paytaxtda və bölgələrdə kənd yumurtasının qiymətində artım müşahidə olunur. Bir müddət əvvəl 25 qəpiyə satılan yumurta indi 35-40 qəpiyə təkif olunur. Satıcılar deyir ki, qiymətin artması mövsümi xarakter daşıyır. Payız-qış aylarında sözügedən məhsulun azalması müşahidə olunur. Yevlax və Ağdaş rayonlarından ... | publikaz_normalized |
İsrail və HƏMAS 100-ə yaxın mülki şəxsin azad edilməsi üçün danışıqlar aparır. Məlumata əsasən, həmin mülki şəxslər HƏMAS tərəfindən girov saxlanılır. Bildirilib ki, 240 girovun yarısından azı mülki şəxslərdir, tərəflər razılığa gələ bilsələr, o zaman bu girovlar azad olunacaq. " "Mənbələr müzakirə olunan variantlardan... | publikaz_normalized |
“Şifa” xəstəxanasına hücum Qəzza zolağından olan bir qrup silahlı tərəfindən həyata keçirilib. Qeyd olunub ki, mərmi Qəzza zolağından yaraqlılar tərəfindən buraxılıb, lakin nasazlıq səbəbindən xəstəxanaya düşüb. İsrailin təhlükəsizlik sözçüsü bildirib ki, ordu hücumla bağlı əməliyyat sistemləri və kəşfiyyat məlumatları... | publikaz_normalized |
ABŞ administrasiyası Çinə Rusiyaya yardım göstərəcəyi təqdirdə əlavə sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib. “Danışıqlarımız zamanı Çin şirkətlərinin Rusiya hərbi-sənaye kompleksinə maddi dəstək verməməsinin bizim üçün son dərəcə vacib olduğunu və bundan sonra da sanksiyalar tətbiq etməyə hazır old... | publikaz_normalized |
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın mümkün qələbəsini faciə adlandırıb. “Prezident Putin (Rusiya Prezidenti Vladimir Putin – Qeyd)qalib gəlsə, bu, təkcə ukraynalılar üçün deyil, həm də bizim üçün faciə olacaq”, - Alyansın baş katibi vurğulayıb. Onun sözlərinə görə, Ukraynaya dəstək davam etdirilməlidir: “Bu,... | publikaz_normalized |
Son bir neçə həftədə bölgələrdə quzu ətində ucuzlaşma olduğu deyilir. Ancaq hələlik ucuzlaşma Bakıda satılan ətə təsir etməyib. Yəni, indi də quzu əti 18 manata satılır. Quzu ilə yanaşı, dana ətinin də qiyməti hələlik dəyişməyib. Bununla belə, bəzi qəssabxanalarda 15 manata satılan dana ətini bəziləri 14 manata təklif ... | publikaz_normalized |
Bədənində 50-yə yaxın xal olan insanlarda melanoma riski yüksəkdir. “Xallardan bir neçəsinin forma və ölçüsünü dəyişməsi təhlükəli məqamdır. Elmi araşdırmalar sübut edib ki, bədənində 30-40 xalı olanlar təhlükədədir. Onlar dərilərini UB şüalardan ciddi qorumalıdır. Həmişə yüksək qoruculu SPF kremlər çəkməlidir. Ayda bi... | publikaz_normalized |
Qarabağ"ın zədəli qapıçısı Andrey Lunyovun durumuna aydınlıq gəlib. Bu haqda Ağdam təmsilçisinin həkimi Gena Kislari bildirib. O, qapıçının Rusiya millisinin qarşıdakı təlim-məşq toplanışına da qatıla bilməyəcəyini qeyd edib. Qeyd edək ki, Lunyov bu mövsüm "Qarabağ"ın heyətində 9 oyunda iştirak edib, 9 qol buraxıb. Əla... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.