text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. “9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik. Daim yüksəklərdə ol, böyük zəfərin ucalmış şanlı Bayrağı!”, – paylaşımda qeyd olunub. | publikaz_normalized |
Xankəndidə boşevik liderlərdən olan erməni Stepan Şaumyanın heykəli sökülüb. Qeyd edək ki, 1918-ci ildə yaradılan Bakı Sovetinin rəhbəri Stepan Şaumyan həmin ilin 31 martında da soyqırımın təşkilatçılarından olub. Onun rəhbəri olduğu Bakı Soveti Daşnakütyun Partiyasının hərbi dəstələri ilə birləşərək Bakıda, Qubada, Lə... | publikaz_normalized |
Yaxın Şərqdə münaqişənin başlamasından bəri Qəzza zolağında BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ən azı 92 əməkdaşı ölüb. “Mən bəşəriyyətin rifahı naminə tərəfləri sülhə çağırıram”, - Lazzarini deyib. | publikaz_normalized |
Qadınlar evli kişilərin pulları ilə villalar, avtomobillər, bahalı marka geyimlər alırlar. Mən deyirəm ki, bunları almayın. İşləyin və zəhmət çəkin, o villanı özünüz alın. Niyə hansısa evli kişinin pulu ilə alırsan?! Siz ailənizi "siçovul"lara görə dağıtmayın". | publikaz_normalized |
Əməkdar artist Aybəniz Həşimovanın qızı, bloger Aynişan Quliyeva açıqlamaları ilə diqqət çəkib. İşimiz stabil deyil, məsələn ay olur ki, sırf gəlir üçün deyil, bu işi çox sevdiyim üçün görürəm. Dünya brendləri ilə çalışıram və təbii ki, bunun qarşılığında da qonorar alıram". Aynişan Quliyeva şəxsi həyatından da danışıb... | publikaz_normalized |
Hər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar, iltihablar və s. zamanı geniş istifadə olunur. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər. Belə ki, açıq yaralar zamanı yod yaranın üz... | publikaz_normalized |
Ötən gün Portuqaliyanın paytaxtı Lissabonda baş tutan Madonnanın konsertində pərəstişkarları qovulub. Onlar güc tətbiqi ilə konsert zalından uzaqlaşdırılıblar. | publikaz_normalized |
ABŞ hərbi əməliyyatlar zamanı Ukraynanın müəyyən uğurlarına şübhə etmir. “Düşünürəm ki, onlar (ukraynalılar – red.) bu münaqişənin əvvəlindən lazımi səviyyədə qiymətləndirilməyiblər. Onların uğur qazanmağa davam edəcəklərinə heç bir şübhəmiz yoxdur”, - Kirbi bildirib. | publikaz_normalized |
İsveçin Ermənistandakı səfiri Patrik Svenson Zəngəzur (Sünik) bölgəsinə səfər edib. Bölgədə bir sıra görüşlər keçirən səfir, həmçinin, Azərbaycanla sərhəddə AB missiyasının patrul xidmətini müşahidə edib. O, İranla sərhəddə yerləşən Mehri keçid məntəqəsinə də baş çəkib. | publikaz_normalized |
ABŞ-nin Suriyanın Həsəkə mühafəzəsinin Şəddadə şəhərindəki hərbi bazası dron hücumuna uğrayıb. Hücuma görə məsuliyyəti “İraqın İslam Müqaviməti” şiə hərəkatı üzərinə götürüb. Noyabrın 7-də onun yaraqlıları Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını iki dəfə atəşə tutub. | publikaz_normalized |
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Roma"nın futbolçusu Sərdar Azmun qızına qayğı və diqqət göstərmir. O bildirib ki, iranlı futbolçu məhkəmənin təyin etdiyi alimenti də ödəmir: “Verdiyi vədlərdən heç birini yerinə yetirmədi. Məhkəmə onun atalığını müəyyən edərək aliment ödəməyə qərar verəndən sonra bütün ödənişləri dayandırıb. Qızının həyatı ilə maraqla... | publikaz_normalized |
Mən üç il əvvəl İkinci Qarabağ müharibəsi başlayanda zəfərin olacağına inanan Azərbaycan Ordusu və xalqını gördüm. “İnsanlar o qədər inanırdılar ki, bu zəfərin əldə olunacağına, əslində, bu inanc qələbəyə səbəb oldu. Azərbaycan Ordusu çox güclü idi. Amma Prezident İlham Əliyevin inancı, “Nə oldu Paşinyan?”, “Dəmir yumr... | publikaz_normalized |
Portuqaliya millisinin keçmiş baş məşqçisi Fernando Santuş müsahibə verib və DÇ-2022-nin İsveçrə və Mərakeşlə oyunlarında Ronaldonu niyə ehtiyat oyunçular skamyasında saxladığını izah edib. Fiziki hazırlığı ideal idi, amma oyunun tempini hiss etmirdi. Məşqçilər korpusu ilə bu çatışmazlığı aradan qaldırmağa çalışdıq. Əv... | publikaz_normalized |
Beş günlük bayram tətilini fürsət bilənlər rayonlara üz tuturlar. Bölgələrə sərnişin axınının artacağını proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də, istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq olub. Səbəb əksər insanların məhz bölgələrə gedəcəkləri gün bilet almaq istəmələ... | publikaz_normalized |
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva öz İnstaqram səhifəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda təşkil olunmuş atəşfəşanlıqdan görüntülər paylaşıb. " " " "A post shared by Official page of Leyla Aliyeva (@leyla999)" "Xankəndidə qumbara və avtomatlar... | publikaz_normalized |
Uzun müddət, fasiləsiz 8-9 saat kompütrer qarşısında oturmaq çoxsaylı xəstəliklər riskini 4 dəfə artırır. Getdikcə uşaqlar, insanlar kompüter, mobil telefonda oturaraq, həm işdə, həm evdə çox vaxt keçirirlər. Hətta bunlarsız başqa məşğuliyyət tapmırlar. Terapevt İrina Andreyeva yeni tədqiqatın nəticələri barədə danışıb... | publikaz_normalized |
Qazaxıstan və Çin qarşılıqlı ticarətdəki əngəllərin, xüsusən də termik emal olunmuş ətin tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə razılığa gəliblər. “Danışıqlar zamanı qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması ilə bağlı razılıq əldə etmək mümkün olub. ÇXR-in Baş Gömrük İdarəsi Qazaxıstan... | publikaz_normalized |
İrəvanın Qarabağla bağlı yeni planı de-şifrə oldu":"Ermənistan hakimiyyəti Qarabağdan çıxan erməni əhalisinə “müvəqqəti müdafiə” (“qaçqın”) statusu verir. Lakin buna paralel olaraq, onlara Ermənistan vətəndaşlığının verilməsi ziddiyyət təşkil edir. Ermənistan Daxili İşlər Naxirliyinin miqrasiya və vətəndaşlıq xidmətini... | publikaz_normalized |
Mark Libbi ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub. Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb. 2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sür... | publikaz_normalized |
Rusiya Pakistan, Misir, Belarus və Braziliya kimi ölkələrə ixrac etdiyi silahların bir hissəsini geri almağa çalışır. Üç mənbə nəşrə bildirib ki, ötən ilin aprelində paytaxt Qahirəyə səfər etmiş Rusiya rəsmilərindən ibarət nümayəndə heyəti Misir Prezidenti Əbdülfəttah əl-Sisidən Moskvanın Ukraynaya qarşı müharibəsi üçü... | publikaz_normalized |
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda səfərdədir. O, “Akorda” dövlət iqamətgahında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək, təkbətək və geniş tərkibdə danışıqlardan sonra sənədlərin imzalanması planlaşdırılır. Kremlin materiallarında qeyd olunduğu kimi, gündəliyə ikitərəfli əməkdaşlığın perspekti... | publikaz_normalized |
Rusiyanın Saxalin vilayətində iki güclü zəlzələ olub. Bildirilib ki, maqnitudası 5,4 və 4,1 olan iki zəlzələ Kuril adaları yaxınlığında qeydə alınıb. | publikaz_normalized |
Qəzza zolağında baş verən qarşıdurmalarda ölən İsrail əsgərlərinin sayı 351-ə yüksəlib. Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, hazırda oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 10 328 nəfərə çatıb. Ölənlərin 4237-nin uşaq, 2719-nun qadın olduğu bildirilir. | publikaz_normalized |
“Aşk-ı Memnu” serialı əsasında çəkilmiş “Bihter” filmi ilk dəfə 16 noyabrda rəqəmsal platformada nümayiş olunacaq. Ekran işinin aktyor heyətində Farah Zeynep Abdullah, Boran Kuzum, Osman Sonant, Hande Ataizi, Helin Kandemir, Nezaket yer alıb. “TAFF Pictures”in çəkdiyi filmin ssenari müəllifi Merve Göntemdir. Qeyd edək ... | publikaz_normalized |
Rusiya estradasının ulduzu Alla Puqaçova yeni il bayramlarında qısa müddətə səhnəyə qayıtmağı planlaşdırır. Alla Borisovnanın çıxışının qiyməti 2020-ci illə müqayisədə 150 min dollar artıb. O zaman sənətçinin qonorarı təxminən 350 min dollar idi. Bu qiymətə qalmaq yeri və digər şərtlər nəzərdə tutulmur. Konsertlərin ... | publikaz_normalized |
Türkiyənin Hatay şəhərinin Kırıkhan rayonunda 4,8 maqnitudalı zəlzələ olub. Bildirilib ki, yeraltı təkanların ocağı 8,28 km dərinlikdə olub. Təbiət hadisəsi 05:32-də (Bakı vaxtı ilə 06:32-də) qeydə alınıb. Tələfat və ya dağıntı barədə məlumat verilməyib. | publikaz_normalized |
İsraildə Fələstinin HƏMAS radikal hərəkatının silahlıları tərəfindən qaçırılan İspaniya vətəndaşı İvan İllarramendi ölüb. Məlumata görə, kişi Çili vətəndaşı olan həyat yoldaşı ilə İsraildə Qəzza zolağı ilə sərhədə yaxın ərazidə yaşayıb. Qeyd edək ki, bundan əvvəl Madrid HƏMAS-ın İsrailə hücumundan sonra yoxa çıxan kral... | publikaz_normalized |
Hindistandan Ermənistana 60 mindən çox işçi gəlib. Yeni Dehli ilə İrəvan arasında birbaşa aviareys açılsa, Hindistandan gələnlərin sayı kəskin artacaq. O bildirib ki, Hindistanda aylıq 25-100 dollar arası qazanc əldə edənlər, ya da iş tapa bilməyənlər Ermənistana üz tutur: “Lakin onlar Ermənistanda Hindistanla müqayisə... | publikaz_normalized |
İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. “İsrail səfirliyi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir”, – səfirlik qeyd edib. Xatırladaq ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərə... | publikaz_normalized |
Burun axması bir çox xəstəliyin yan təsiridir. Xüsusilə qış aylarında burun axıntısı daha çox olur. Qış aylarında xəstəliklərin yayılması ilə tez-tez görülməyə başlayan burun axıntısı infeksiyalar səbəbiylə sağlamlığınıza zərər verməklə yanaşı, daim yanınıza salfet apararaq burun qıcıqlanmasına da səbəb olan bir vəziyy... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı sammiti çərçivəsində Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Məlumata əsasən, danışıqlar zamanı İsrail-Fələstin münaqişəsi müzakirə olunub. | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib. #Azərbaycan pic.twitter.com/46dBboYDUU | publikaz_normalized |
bu 6 komanda 1/8 finala vəsiqəni təmin edib":"Çempionlar Liqasının 2023/2024 mövsümünün qrup mərhələsində 4-cü turuna yekun vurulub. A qrupundan Almaniya "Bavariya"sı dörd oyunda 12 xal toplayaraq, artıq 1/8 finala vəsiqəni təmin edib. C qrupunda "Real"ın da oxşar göstəricisi var (12). D qrupundan İspaniyanın "Real Sos... | publikaz_normalized |
UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək. H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul ed... | publikaz_normalized |
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib. Bayrağımız milli mənsubiyyətimizin, müstəqil dövlətimizin və ali dəyərlərimizin rəmzidir. Dövlət Bayrağı Günü münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Bayrağımız daim zirvələrdə dalğalansın!... | publikaz_normalized |
Avropa İttifaqı (Aİ) ölkəmizə qarşı ədalətsiz və qərəzli davranır. Bildirilib ki, Aİ-nin bu yanaşması bir çox təhlükə ilə üzləşən qitənin gələcəyi üçün əlavə narahatlıqlar yaradır: “Biz əsassız iddiaları və haqsız tənqidləri qəti şəkildə rədd edirik. Xüsusilə, məhkəmə sistemi və insan azadlıqları ilə bağlı iddiaları qə... | publikaz_normalized |
Azərbaycan Respiblikasının Müdafiə Nazirliyi 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib. | publikaz_normalized |
Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak etmək üçün Özbəkistana səfər edib. Bu tədbirdə təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasi... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşü olub. Pakistanın Baş naziri Azərbaycanı antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibəti... | publikaz_normalized |
Çelsi"nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel atasının iki dəfə qaçırıldığını deyib. “Mən 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatında milli komandada çıxış edərkən atam qaçırıldı. Biz qrup mərhələsinin son oyununda Argentina ilə oynamağa hazırlaşırdıq. Oyundan iki saat əvvəl qardaşım mənə zəng edə... | publikaz_normalized |
Bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsindəki 4-cü matçına bu gün çıxacaq. Ağdam təmsilçisi Bakıda Almaniyanın “Bayer” komandası ilə üz-üzə gələcək. Qrupun digər oyununda “Molde” “Hakken”in qonağı olacaq. Qeyd edək ki, maksimum nəticə g... | publikaz_normalized |
Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev “Rospotrebnadzor”, “Roskomnadzor” və Sənaye və Ticarət Nazirliyinə alkoqollu dondurmaların internetdə satışının qadağan edilməsi təklifi ilə müraciətlər göndərib. Millət vəkili bu qurumları internetdə dondurma formasında spirtli içkilərin qanunsuz dövriyyəsinə diqqət yet... | publikaz_normalized |
Xoşqədəmdən üzr istədi":"Müğənni Doğuş haqda qalmaqallı açıqlamalar verən "Show tv"nin aparıcısı Didem Arslan Yılmaz bütün söylədiklərini təkzib edib. Bu zaman aparıcı bildirib:"Efirdə səsləndirdiyiniz isimlərin heç birinin Doğuşla bir əlaqəsi yoxdur. Araşdırdıq, qeyd etdiyiniz insanların heç birisi Doğuşla çalışmır" d... | publikaz_normalized |
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hazırda ukraynalılar Amerika Birləşmiş Ştatlarının Respublikaçılar Partiyasının bəzi üzvlərinin mövqelərindən qorxurlar. O aydınlaşdırıb ki, indi bu partiyanın bəzi nümayəndələrinin səsi doğrudan da təhlükəlidir. “Şübhəsiz ki, Ukrayna sakinləri belə səslərdən qorxurlar”... | publikaz_normalized |
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp bildirib ki, hazırda Birləşmiş Ştatlar üçüncü dünya müharibəsinə öz tarixində heç vaxt olmadığı qədər yaxındır. Biz indi heç vaxt olmadığı qədər üçüncü dünya müharibəsinə yaxınıq", - Tramp bildirib. Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden “sə... | publikaz_normalized |
Real"ın hücumçuları Vinisius Junior və Rodriqo Çempionlar Liqasında qolların sayına görə klubun ən yaxşı braziliyalı futbolçuları olublar. Beləliklə, bununla da onlar qitənin bir nömrəli klub turnirində 17-ci qollarını vurublar. Vinisius və Rodriqo bu göstəricidə həmyerliləri olan Roberto Karlosu ötüblər. Vinisius 2018... | publikaz_normalized |
Real"ın çalışdırıcısı Karlo Ançelotti məşqçi kimi Çempionlar Liqasında ən çox qalibiyyət rekordu vurub. Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun oyununda “Real” səfərdə “Braqa”nı 3:0 hesabı ilə məğlub edib... | publikaz_normalized |
Müəllim silahla...":Almaniyanın Hamburq şəhərində 1050 şagirdin təhsil aldığı məktəbdə silahlı çaxnaşma baş verib. Blankeneze bələdiyyəsindəki Blankeneze rayon məktəbində iki nəfər müəllimi silahla hədələyib. Təxliyə edilən şagird və müəllimlər təhlükəsiz əraziyə aparılıb. Məktəbdə Türkiyə vətəndaşlarının da olduğu öyr... | publikaz_normalized |
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,40 ABŞ dolları, yaxud 2,75 % azalaraq 85,02 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 79,54 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta q... | publikaz_normalized |
Hürrəmim":"Müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə rəqs edərkən çəkilən görüntülərini yayımlayıb. Müğənni paylaşımına "Hürrəmim", - deyə qeyd edib. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Xalqımızın, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində bu gün şanlı Qələbəmizin simvoluna çevrilib". Yaşasın Azərbaycan!", - paylaşımda bildirilib. Həmçinin xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan dövləti və xalqını təbrik e... | publikaz_normalized |
Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı. Sonra birgə foto çəkdirildi. Tədbirdə ECO-nun əvvəl... | publikaz_normalized |
Timsahın dişlərindən belə xilas oldu":"Avstraliyalı fermer göldə timsahın hücumundan onu dişləyərək xilas olub. O bildirib ki, timsahı gözündən dişlədiyi üçün sağ qalıb. Hadisə Finnis çayı yaxınlığındakı göldə baş verib. Devero gölün kənarında dayanıb balıqlara baxarkən bir timsah onun sağ ayağından tutaraq suya çəkib.... | publikaz_normalized |
Ronaldoya çatmağa nə qaldı?":"Bayern"in futbolçusu Tomas Müller UEFA Çempionlar Liqasındakı qələbə sayına görə ikinci sıraya yüksəlib. Müller bu göstəricidə "Real"ın əfsanəvi qapıçısı İker Kasilyası (101) qabaqlayıb və ikinci sıraya yüksəlib. Rekordçu isə hazırda "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldodur. Onun Çempio... | publikaz_normalized |
Bu il Azərbaycan xalqı 9 noyabr Dövlət Bayrağı Gününü indiyədək görünməmiş ruh yüksəkliyi və böyük təntənə ilə qeyd edir. Millət vəkili bildirib ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. “Bu bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, AXC hökumətinin iclasında qə... | publikaz_normalized |
Cənubi Koreyada robot fəhləni əzərək öldürür. Maşın adamla rəftar etdiyi yemək qutularını ayırd edə bilməyib. İnsident çərşənbə axşamı, noyabrın 7-də, yerli vaxtla saat 19:45 radələrində baş verib (maraqlıdır ki, sınaq əvvəlcə noyabrın 6-na planlaşdırılıb, lakin sonra robotun sensorunda yaranan problemlərə görə təxirə ... | publikaz_normalized |
Husilərin verdiyi yazılı açıqlamada, Yəmənin hava məkanında “müşahidə və casusluq” fəaliyyəti həyata keçirdiyi təsbit edilən ABŞ-a məxsus MQ9 tipli silahlı pilotsuz uçuş aparatının vurulduğu qeyd edilib. Keçmişdə ABŞ pilotsuz təyyarələri husilər tərəfindən vurulsa da, bu hadisə bölgədə xüsusilə gərgin bir vaxta təsadüf... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. - Özbəkistana bir daha xoş gəlmisiniz. Mehriban xanıma mənim həyat yoldaşım və ailəmdən böyük salamlar var. Fikrimcə, biz hələ növbəti səfərlər zamanı birlikdə görüşəcəyi... | publikaz_normalized |
Fərqimiz budur":"Roma"nın baş məşqçisi Joze Mourinyo "Latsio"dakı həmkarı Mauritsio Sarrinin sözlərinə cavab verib. O, "Slaviya" ilə Avropa Liqası matçının Joze Mourinyonın rəhbərlik etdiyi "Roma" üçün asan keçəcəyini və yoldaşlıq matçı statusunda sayıla biləcəyini deyib. “Sarrinin bu sözlərindən inciyən mən yox, "Slav... | publikaz_normalized |
Bir gündə":"Los-Anceles dairəsinin şerif ofisinin 4 əməkdaşı bir gün ərzində intihar edib. “Los-Anceles Şerif Departamentinin indiki və keçmiş dörd əməkdaşı 24 saat ərzində intihar ediblər”. Nəşrin məlumatına görə, bütün bu ölümlərin əlaqəli olduğuna dair heç bir işarə yoxdur. Qeyd olunur ki, belə bir müddət ərzində bi... | publikaz_normalized |
Bu gün Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçiriləcək. Azərbaycanlı hücumçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su Plzen “Viktoriya”sının qonağı olacaq. Türkiyə təmsilçilərindən “Beşiktaş” Norveç “Bodo Qlimt”ini qəbul edəcək. “Fənərbağça” isə Bolqarıstanda “Ludoqorets”in qonağı olacaq. qr... | publikaz_normalized |
ABŞ İrana belə cavab verdi":"ABŞ qüvvələri Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istifadə etdiyi obyektə “özünümüdafiə zərbəsi” endirib. Bu özünümüdafiə dəqiqliyi zərbəsi İran İnqilabı Keşikçiləri Korpusu bölmələri tərəfindən İraq və Suriyada ABŞ personalına edilən silsilə hücumlara cava... | publikaz_normalized |
Qatıqlaya-qatıqlaya... - VİDEO":"Təbliğatda ən böyük rol televiziyaların payına düşür. Nəyi televiziyada təbliğ etsələr, tamaşaçılara nəyi "yedizdirsələr" o da "yeyiləcək", təbliğ olunacaq, o zövqüdə formalaşdıracaq". Sənətçi bayağı müğənnilərin və onların oxuduğu bayağı mahnıların bu qədər populyar olmasında günahı te... | publikaz_normalized |
İsraillə müharibə daimi olsun ki...":"HƏMAS İsraillə daimi müharibəyə ümid edir. Ümid edirəm ki, İsraillə müharibə vəziyyəti bütün sərhədlərdə qalıcı olacaq və ərəb dünyası bizi dəstəkləyəcək. Hazırda Qəzza zolağını su və elektrik enerjisi ilə təmin etməyə çalışırıq” deyə Taher El-Nunu bildirib. | publikaz_normalized |
Ehtiyatda olan general-mayor, Beyləqan korpusunun sabiq komandiri Mahmud Həmzəyev vəfat edib. Ü.Cəfərov general Həmzəyevin bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunacağını bildirib. | publikaz_normalized |
Pakistanın Baş naziri Ənvər-ul-Xak Kakar Prezident İlham Əliyevə Azərbaycanı antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın... | publikaz_normalized |
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması Ermənistanın sülhə ciddi sadiqlik və sülh prosesində konstruktiv mövqe nümayiş etdirməsi halında mümkündür”. O qeyd edib ki, regionda sülh və əmin-amanlığa nail olmaq o halda mümkündür ki, Ermənistan sülh prosesində iştirakını imitasiya etməyi dayandırsın və A... | publikaz_normalized |
Bu silahlar 2024-cü ilin martına qədər...":"Hindistandan reaktiv yaylım atəşi sistemləri və raketlər idxal edən Ermənistan indi Cənubi Asiyadakı müttəfiqindən PUA əleyhinə sistem idxal edir. “Bu, münaqişədən məğlub ayrılan Ermənistanın Sovet dövründən qalma müdafiə texnikasını modernləşdirmə zərurətindən irəli gəlir”, ... | publikaz_normalized |
Baydenin dövründə ABŞ dünyanın zibilxanasına çevrilib. O hesab edir ki, "Əsas vəzifə Amerikanın təhlükəsizliyini təmin etməkdir". “Mən dörd il Amerikanı təhlükəsiz saxladım. Mən İsrailin təhlükəsizliyini təmin etdim. Mən Ukraynanın təhlükəsizliyini təmin etmişəm. Nə İsrail, nə də Ukrayna müharibəsi Tramp administrasiya... | publikaz_normalized |
Amerika mətbuatının ABŞ rəsmilərinə əsaslanan xəbərində Co Baydenin İsrail Baş naziri Benyamin Netanyahu ilə gerçəkləşdirdiyi telefon danışığında Qəzza zolağında 3 günlük atəşkəs çağırışı etdiyi iddia edilib. "Xəbərdə Netanyahunun HƏMAS-a güvənmədiyini və girovlarla bağlı razılaşmaya hazır olduqlarına inanmadığını dedi... | publikaz_normalized |
Ukraynanın “Vorskla” klubunda maraqlı təyinat reallaşıb. Ukrayna millisinin sabiq üzvü U-19 komandasına rəhbərlik edəcək. Klubun mətbuat xidməti UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına sahib olan İya Andruşçakla altı ay müddətinə razılığa gəldiklərini bildirib. Andruşçak Sankt-Peterburqda anadan olub. 2012-2016... | publikaz_normalized |
Utancverici uğursuzluqdur":"Amerika mətbuatı da ABŞ dövlət katibi Antoni Blinkenin uğursuz Yaxın Şərq siyasətini tənqid edir. “The Nation” jurnalının yazdığına görə, Blinkenin diplomatik səfəri “utancverici bir uğursuzluq”dur. Xəbərdə prezident Baydenin Qəzzanı dağıtmaq üçün İsrailə yaşıl işıq yandırdığı xatırladılıb. ... | publikaz_normalized |
“Ərgünəş” rəhbərliyindən insanlığa sığmayan rəzalət - VİDEO":Azərbaycan Region Liqasında çıxış edəcək "Ərgünəş" klubu irqçilik edib. Klubun nümayəndəsi Maykl adlı afrikalı futbolçunu heç də xoş olmayan ifadələrlə təqdim edib. Bu görüntülər sosial şəbəkələrdə xoş qarşılanmayıb. Azarkeşlər irqçiliyə yol verən komandanın ... | publikaz_normalized |
“Şanlı Azərbaycan bayrağının torpaqlarının hər yerində əbədi dalğalanmasını arzu edirik”. Paylaşımda Şimali Kipr Azərbaycan dövlətini və xalqını təbrik edib. | publikaz_normalized |
Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirindən bir neçə həftə sonra Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi parad beynəlxalq mətbuatın diqqətində olub. Məqalələrdə diqqətə çatdırılır ki, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan qoşunları və hərbi orkestr parad keçirib. Separatçıları... | publikaz_normalized |
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib. “Qoy qəlbimiz hər zaman Vətənimizə, bayrağımıza və xalqımıza görə qürur hissiylə dolsun!” | publikaz_normalized |
“Azərişıq” ASC Füzuliyə köç edən sakinləri işlə təmin edir, artıq bir neçə sahə üzrə işlə təmin edilənlər var. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzində daha çox yerli sakinlər çalışır. Qeyd edək ki, düşmən işğalından azad edilən torpaqlarımızda sürətlə davam edən yenidənqurma işlərinin nəticəsidir ki, 30... | publikaz_normalized |
Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini səmi... | publikaz_normalized |
Azərbaycan iqtisadiyyatına 310 milyard dollar...":"Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir. Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahib... | publikaz_normalized |
Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayın... | publikaz_normalized |
Mançester Yunayted" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Kopenhagen"ə 3:4 hesabı ilə uduzub. Opta"nın məlumatına görə, "mankunianlıla"r sonuncu dəfə 50 il əvvəl - 1973/74 mövsümündə belə statistika ilə üzləşib. Həmin mövsümün sonunda “Yunayted” tarixində sonuncu dəfə əsas çempionatdan aşağı liqaya düşüb... | publikaz_normalized |
Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır". | publikaz_normalized |
Ermənistan mediası Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti ilə bağlı yeni iddia ortaya atıb. “Rəsmi Bakı Qarabağda sülhməramlılara ehtiyacın qalmadığını desə də, Rusiya bir neçə min erməninin geri qayıdacağını istisna etmir. Məlumatlara görə, sülhməramlılar Xankəndidə qalan erməniləri məlumatlandırıb: ermənil... | publikaz_normalized |
Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Dövlət başçısı qeyd edib ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəl... | publikaz_normalized |
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib. O, Azərbaycan dövləti və xalqını təbrik edib. | publikaz_normalized |
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Şaxtyor” – “Barselona” oyunundan sonra (1:0) məşhur ukraynalı futbol agenti Aleksandr Pankov azarkeşlərin hücumuna məruz qalıb. Pankov sosial şəbəkə hesabında stadionda rəqs edərkən çəkilmiş videosunu yayımlayıb. Onun bu görüntülərini heç də hamı bəyənməyib. Bəziləri... | publikaz_normalized |
Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Atmosfer təzyiqi 757 mm... | publikaz_normalized |
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış “SA Maritime AFEZCO” Birgə Müəssisəsinə məxsus “Aframax” tipli sayca üçüncü gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb. Digər "Aframax" tipli tankerlər kimi, bu gəmi də Prez... | publikaz_normalized |
“Bayer” Bakıda meydana ehtiyat qüvvəylə çıxacaq. UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la bu gün keçiriləcək oyunda Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso rotasiya etmək qərarına gəlib. İspaniyalı mütəxəssis əsasən az oyun şansı əldə edən futbolçulara güvənəcək. Tofiq Bəhramov adına Res... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında Ermənistana çağırış edib. O bildirib ki, Qarabağdan Əfqanıstana qədər hər yerdə həmrəylik göstərilməlidir: “Qarabağın azad olunması nəticəsində regionda sülhə bir az da yaxınlaşdı... | publikaz_normalized |
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında növbəti sammitin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. | publikaz_normalized |
“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf “Universitatya Krayova”nı aldadıb. Bunu “Universitatya Krayova” sahibi Mixai Rotaru yerli mətbuata açıqlayıb. O bildirib ki, mövsümün gedişində sözləşməyə təktərəfli xitam verən və Səudiyyə Ərəbistanının “Əl-Tai” klubunun “sükanı arxası”na keçən Regekampfla bağlı məhk... | publikaz_normalized |
Həbs edilən separatçılar Ermənistandakı qohumlarından siqaret istəyib. Məlumata görə, separatçıların yaxınları ilə əlaqə saxlamasına şərait yaradılıb. “Onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə ailələrinə məktub göndəriblər. Mənbələrimizin bildirdiyinə görə, ailələrindən əsasən siqaret istəyiblər”, - qəzet id... | publikaz_normalized |
Xalq artisti Nazpəri Dostəliyeva üzündə plastik əməliyyat etdirib. Onlar ifaçının plastik, üzgərmə əməliyyatı etdirdiyini bildiriblər. | publikaz_normalized |
Tezliklə kağız da tükənəcək":"Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Amerika Birləşmiş Ştatları hazırda dövlət borcuna xidmət göstərmək üçün saatda 200 milyon dollardan çox pul xərcləyir. Putin" "Rossiya 1"də proqramının jurnalisti Pavel Zarubin öz Telegram kanalında məlumat verib. Peskov qeyd e... | publikaz_normalized |
Çoxuşaqlı ailələr bu vergidən azad edilsin, nənə və babalara...":Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko çoxuşaqlı ailələrin fərdi gəlir vergisindən azad edilməsi təşəbbüsü ilə çıxış edib. Bundan əvvəl Federasiya Şurasının sədri Rusiyada Xoşbəxtlik Nazirliyinin yaradılmasın... | publikaz_normalized |
heç kim onlara...":"Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrin Nəcəfovanın müğənni və Mərdan Kazımovla nişanlanmaından danışıb. “Mərdan və qızım Nəzrin bir-birilərini seviblər. Hər bir ailə sevgi ilə qurulmalıdır. Mənə sual verəndə ki, uşaqlarınıza sərbəstlik vermisiniz, onlar kimisə sevsə, istəsə razılığını ve... | publikaz_normalized |
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Bayer" oyununa bilet satışı başa çatıb. Bu o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq. Qeyd edək ki, “Qarabağ” – “Bayer" görüşü saat 21:45-də başlayacaq. | publikaz_normalized |
Azərbaycan xəbərləri erməni sosial mediasının gündəmindədir. Belə ki, erməni istifadəçilər “X”də ən çox Azərbaycana dair xəbərləri axtarıblar. Xüsusilə erməni sosial media istifadəçiləri arasında Azərbaycan Ordusunun Xankəndi şəhərində keçirdiyi Zəfər paradı və Prezident İlham Əliyevin parad zamanı çıxışı trend olub. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.