text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“Victoria's Secret” moda nümayişlərinin ən məşhur “mələk”lərindən biri Adriana Lima Los-Ancelesdə (ABŞ) “The Hunger Games: The Ballad of Songbirds & Snakes” filminin qala gecəsinə qatılıb və qırmızı xalıya çıxıb. Belə ki, son illər artıq çəkidən əziyyət çəkən modelin xeyli arıqladığı görünüb. Əynindəki qırmızı-qara rən...
publikaz_normalized
Sadəcə boş qalmayacaqlar...":"Türkiyə lazım gələrsə, Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazırdır. O qeyd edib ki, bu komplekslər alındıqdan sonra sadəcə boş qalmayacaqlar, lazım gələrsə istifadə olunacaqlar. Türkiyə Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərinin dör...
publikaz_normalized
Goranboy Rayon Polis Şöbəsinə Rayonun Goran çayı sahilində silah-sursat olması barədə məlumat daxil olub. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 4 ədəd BP5, 6 ədəd F-1 əl qumbaraları, 200 ədəd 7,62 mm-lik SVD patronları, 1 ədəd Kalaşnikov markalı avtomat, 5 ədəd avtomat darağı və 287 ədəd 7,62 mm-lik avtomat pa...
publikaz_normalized
Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir, bir sıra fəsadlar yaranıb. Bir neçə ağac aşıb, iri budaqları sınıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Yollarda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər yaranıb. Hazırda şiddətli küləklə müşahidə olunan hava şəraiti Gəncə şəhə...
publikaz_normalized
Həbsdə olan güneyli milli fəal Yoruş Mehrəlinin ailəsi etiraz aksiyası keçirib. Bildirilir ki, güneyli məhbusun qardaşı Taymaz Mehrəli övladına Huntay adı qoyduğu üçün İran hökuməti uşağa doğum şəhadətnaməsi vermir. Bununla əlaqədar olaraq Mehrəli ailəsi əllərində “Mənim adım Huntaydır” yazılı plakatlarla Qeydiyyat İda...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "2. Tbilisi prospekti, mərkəz istiqamətində;" "3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "4. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiy...
publikaz_normalized
Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb. İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəh...
publikaz_normalized
Noyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək. Görüş zamanı başda iqtisadiyyat olmaqla iki ölkə arasındakı əlaqələr, eləcə də İsrail-Fələstin qarşıdurmasının müzakirə olunacağı gözlənilir. Prezident Ərdoğanın Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü də nəzərdə tutulub. Qey...
publikaz_normalized
ölən və yaralananlar var":"Türkiyənin İzmir şəhərinin Menemen rayonunda bir nəfərin pompalı tüfənglə atəş açması nəticəsində bir yeniyetmə ölüb, yeddi nəfər yaralanıb. adlı gənc evinə gedərək oradan götürdüyü pompalı tüfənglə toy məclisinə qayıdıb. Sözügedən silahla ətrafa nizamsız atəş açmış şübhəli daha sonra hadisə ...
publikaz_normalized
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İsveçlə görüşdə qazanılan 3:0 hesablı qələbəyə görə milli komandanın üzvlərinə mükafat təyin edilib. Sonradan meydana çıxanlar 30, ehtiyatda qalanlar isə 20 min dollar alacaqlar. Qeyd edək ki, formal görüşdə qazanılan qələbənin heç bir əhəmiyyəti yoxdur. Yığma...
publikaz_normalized
“Pink Floyd”un qurucularından olan məşhur musiqiçi Rocer Vaters Qəzza ilə bağlı verdiyi açıqlamalardan sonra İsrailə yaxın lobbilərin hədəfinə çevrilib. Argentinada yayımlanan media platformaları otel rəhbərliyinin belə münasibət göstərməsinə səbəb kimi britaniyalı musiqiçiyə qarşı antisemitizm ittihamları olduğunu bil...
publikaz_normalized
Avropa komissarı Josep Borrelin xarici siyasət üzrə keçmiş müşaviri, İtaliyanın “Istituto Affari Internazionali” analitik mərkəzinin direktoru Natali Toççi bildirib ki, Yaxın Şərqdəki münaqişə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin ideyasına son qoyub. Toççinin sözlərinə görə, Avropanın Ukrayna münaqişəsi...
publikaz_normalized
Parkinson xəstəsi neyroprotezlə yeriməyə başladı":"İsveçrədə Parkinson xəstəsi olan Mark Gauthier onurğa beyninə qoyulan neyroprotez sayəsində yenidən yeriyə bilib. İsveçrə şirkəti onurğa beyninə yerləşdirilən, ayaq əzələlərini aktivləşdirən və xəstələrin yenidən yeriməyə imkan verən neyroprotez hazırlayıb. Lozanna Uni...
publikaz_normalized
Şahağacı” ölçü qovşağından qidalanan Astara rayonunun Pensər, Kakalos, Şahağac kəndlərini təbii qazla təmin edən orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar 17.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şahağacı” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması p...
publikaz_normalized
Yeni hökumətin ilk işi Fələstin dövlətini tanımaq olacaq":"İspaniyada Sosialist İşçi Partiyasının (PSOE) lideri və hazırkı baş nazir Pedro Sançes bildirib ki, hökumətinin prioriteti Fələstin dövlətinin tanınması üçün çalışmaq olacaq. Sançes oktyabrın 7-də HƏMAS-ın hücumunu qınayıb, günahkarların tez bir zamanda məhkəmə...
publikaz_normalized
Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə t...
publikaz_normalized
İstər burada, istərsə də...":"ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək. “ Biz Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə də başqa yerdə, biz hər iki tərəfi bu danışıqlarda iştirak etməyə təşviq...
publikaz_normalized
Argentina və Braziliya məğlub oldu":"DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasında V turun oyunları keçirilib. Argentinalılar doğma meydanında Uruqvaya, braziliyalılar isə səfərdə Kolumbiyaya uduzublar. Bu nəticələrdən sonra argentinalılar 12 xalla liderliyi qorusalar da, ikinci pillədəki Uruqvay fərqi 2 xala...
publikaz_normalized
İsveç NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək. Noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun təsdiqlənməsi haqqında qanun layihəsinin müzakirəsini təxirə salmaq qərarına gəlib. Oktyabrın əvvəlin...
publikaz_normalized
Azərbaycanda "Qızıl qələm" mükafatının verilməsi dayandırılıb. Bildirilib ki, vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi "Qızıl qələm" mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunm...
publikaz_normalized
Azərbaycanın diqqəti H qrupunda":"Bu gün Avro-2024-ün seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. C qrupunda Ukraynadan geri qalaraq 3-cü sırada qərarlaşan İtaliya millisi Şimali Makedoniyanı sınağa çəkəcək. Eyni zamanda E və H qruplarının hər birində 2 vəsiqə uğunda 3 komandanın mübarizəsi davam edəcək. Azərbayca...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
publikaz_normalized
Emili Ratajkovski çimərlik paltarında yarı çılpaq bədənini nümayiş etdirib. Həmin görüntüləri təqdim edirik:(milli.az)
publikaz_normalized
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.
publikaz_normalized
İsrail 20 gün əvvəl HƏMAS-ın komanda mərkəzi olduğunu iddia etdiyi Əl-Şifa xəstəxanasını ələ keçirmək üçün Qəzzada quru əməliyyata başlayıb. Əvvəlki basqınla bu məqsədinə çatan İsrail ordusu xəstəxana dəhlizlərini və otaqlarını gəzib, hətta yaralıları dindirib. Ancaq mövcud olduğunu iddia etdiyi tunellərlə bağlı hələ d...
publikaz_normalized
Fransanı "Eurovision 2024-də" Əlcəzair əsilli müsəlman müğənni Slimane Nebchi-təmsil edəcək. Slimane sosial media hesabında yarışmaya qatılacağını izləyiciləri ilə bölüşərək "Ailəm, qızım, Fransa və sizin üçün" sözlərini yazıb. Qeyd edək ki, ötən əsr boyunca Fransa "Eurovision"da beş dəfə qələbə qazanıb, dörd dəfə ikin...
publikaz_normalized
Məhərrəm İncəyə rəsmi təklif olub?":"CHP sədri Özgür Özəlin keçmiş CHP-lilərə “ata evinə qayıt” çağırışı gündəmdədir. Bolu Bələdiyyə Başçısı Tanju Özcan "99 faiz CHP-yə qayıdacağam” dediyi halda, CHP-dən ayrılaraq Vətən Partiyasını quran Məhərrəm İncənin atacağı addım maraq doğurur. Bolu Bələdiyyə Başçısı Tanju Özcan K...
publikaz_normalized
Alimlər tənhalığın sağlamlığa mənfi təsir göstərən ən mühüm amillərdən biri olduğunu açıqlayıb. Ümumdünya Səhiyyə Təşkilatı tənhalığı “qlobal ictimai sağlamlıq problemi” elan edib. Vivek Murthy və Afrika İttifaqının gənclər səfiri Çido Mpembanın rəhbərliyi ilə beynəlxalq komissiya yaradılıb. Murthy, təkliyin piylənmə v...
publikaz_normalized
Noyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 1 ədəd tapança, 1 ədəd qumbara, 4 patron darağı, 350 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi aşkar edilərək götürü...
publikaz_normalized
“Sevgilim özünü yaxşı aparsa, onunla...” - VİDEO":"“Nəfəs” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Günel Məmmədova şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib. Nəfəs bildirib ki, həmin şəxslə rəsmi nikaha yalnız özünün istəyi olarsa daxil olacaq: “Əgər mən o insanla sevgiliyəmsə, bu, artıq rəsmidir. Mən rəsmi nikah...
publikaz_normalized
Heç nəyi dəyişməyəcək":"Krallığın yeni xarici işlər naziri Devid Kemeronun təyinatından sonra Rusiya ilə Böyük Britaniya arasında münasibətlərdə heç bir dəyişiklik olmayacaq. Kelinin fikrincə, müəyyən hökumət siyasəti, müəyyən qaydalar var və Kemeron Rusiya və Ukrayna böhranına tam uyğun gələn ümumi xəttə əməl edəcək. ...
publikaz_normalized
Viktoriya Bonya bir neçə ay əvvəl üzündə etdirdiyi plastik əməliyyatdan danışıb. verilişinin efirində açıqlayıb. Müsahibədə Viktoriya əməliyyatdan dərhal sonra çox da yaxşı görünmədiyini etiraf edib. Hətta qızı Ancelina onun məşhur “Pişik qadın” Coslin Vildenşteynə oxşadığını deyib. Amma sağ tərəf daha sürətli, sol tər...
publikaz_normalized
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə birbaşa əlaqə saxlamağın zəruriliyini qeyd edib. Ostinin sözlərinə görə, Pentaqon həm dostlarla, həm də düşmənlərlə danışmağı bacarmalıdır. Nazir hesab edir ki, bu kanalların açıq olması vacibdir. Pentaqon rəhbəri bildirib ki, hətta ...
publikaz_normalized
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Parlamentlərarası Assambleyanın (MDB PA) Şura iclası keçirilib. Tədbirdə həmçinin Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Belarus parlamentinin spikeri Natalya Koçanova, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, o cümlədən...
publikaz_normalized
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun qızı işdən çıxarılıb. O, qızının işdən çıxarılmasını işlədiyi şirkətin bağlanması ilə izah edib: Kinoda olduğu kimi, oğlumu axtarırdım, dostumu tapdım. Oğluma iş tapmamış, qızımı da çıxarıblar. Qızım ali təhsilli ingilis dili mütəxəsisidir. İki ay bundan əvvəl şirkətin fəaliyyəti d...
publikaz_normalized
Əvəzini Braziliyadan çıxmalıyıq":"Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay millisinə məğlubiyyəti (0:2) şərh edib. “Hansı komanda ilə qarşılaşdığımızı bilirdik, oynamaq bizim üçün çətin idi. İntensiv oynayırlar, fiziki cəhətdən güclü və sürətli oyunçuları var. Biz top...
publikaz_normalized
7,3 milyard insan ən azı 10 gün ərzində...":"Son 12 ay tarixdə ən isti dövr olub. Bu haqda "Climate Central"ın hesabatında qeyd edilib. Bu arada insanların dörddə biri həddindən artıq istilərin təhlükəli səviyyələrini yaşayıb. Tədqiqat çərçivəsində alimlər 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabr ayının əvvəlinə q...
publikaz_normalized
Ölən var - VİDEO":"Noyabrın 17-də səhər İrəvan Dövlət Universitetinin Kimya fakültəsinin binasında partlayış baş verib. Bildirilir ki, partlayış abadlıq işlərinin aparıldığı zirzəmidə baş verib. İlkin məlumata görə, bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Partlayışın səbəbi müəyyənləşdirilir. Hadisə yerində polis və tib...
publikaz_normalized
O, bossdur":"Mançester Siti"nin hücumçusu Erlinq Haaland uşaq yaşlarında kumiri olan futbolçu barədə danışıb. “Mən həmişə Ronaldonu, onun cərimə meydançasındakı hərəkətlərini izlədiyimi xatırlayıram. Olmaq istədiyi sahəyə girməzdən əvvəl iki və ya üç hərəkət edərdi. Bu, müdafiəçilərlə duel kimi bir şeydir. Yaxşı çalışm...
publikaz_normalized
hətta yeniyetmələrdə də...":"Smartfondan tez-tez istifadə nəinki yaşlı nəsildə, hətta məktəblilərdə də buxağın və boyunda “Venera halqalarının” əmələ gəlməsinə səbəb olur. Bəs texnoloji tərəqqinin bu mənfi təsirindən xilas olmaq mümkündür? Həkim Mariyat Muxina izah edib ki, baş irəli əyildikdə, yük yeddinci boyun fəqər...
publikaz_normalized
Qərbin vicdansızlığı yenə təəccüb doğurmadı":"İsrail ordusu Fələstin xalqına qarşı soyqırımını günü-gündən artırır. İsraili Qərb, xüsusilə də ABŞ açıq şəkildə dəstəkləyir. Bunun ən son nümunəsi Fransanın Le Monde qəzetidir. Şəfa xəstəxanasında 7 mindən çox köçkünün, xəstələrin və tibb işçilərinin su və qida çatışmazlığ...
publikaz_normalized
Teleaparıcı Zaur Baxşəliyev canlı yayımda əlinə süpürgə alaraq studiyanı süpürməyə başlayıb. O, verilişə süpürgə və xəkəndazla çıxıb: Buranı silərəm də, süpürərəm də, təmizləyərəm də... Adam çörək qazandığı yerə gərək hörmətlə yanaşsın. İnsan çalışdığı yerə xəyanət etməməli, ora hörmət qoymalıdır. Harada çalışırsan çal...
publikaz_normalized
İsrail ordusu ilə hökuməti müzakirəyə başladı":"İsrail Müdafiə Qüvvələri (IDF) və ölkə hökuməti Qəzza zolağında əməliyyatın mümkün inkişafını müzakirə edir. “Hökumətin və İsrail Müdafiə Qüvvələrinin ən yüksək səviyyələrində hərbçilərin Qəzzanın cənubunu işğal etməyə başlamalı olub-olmaması və ya müvəqqəti girov müqavil...
publikaz_normalized
Bunu bacaran ilk futbolçu oldu":"Kriştiano Ronaldo milli komanda səviyyəsində unikal nailiyyət əldə edib. Portuqaliyalı 38 yaşında millinin heyətində ən azı 10 qol vuran ilk futbolçu olub. Qeyd edək ki, Portuqaliya 2024-cü il Avropa çempionatının final mərhələsinə vəsiqəni ötən ay təmin edib. Komanda 27 xal toplayıb və...
publikaz_normalized
35 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azad etdi". O gün Bakıda ucaldılan bayraq bu gün bütün Azərbaycan səmasında dalğalanır. Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik", - paylaşımda bildirilib.
publikaz_normalized
Valideynlər heç olmasa ildə bir dəfə övladlarını müayinədən keçirməlidirlər". Onun sözlərinə görə, məsuliyyətli valideynlər gələcəyin sağlam övladı, fərdi deməkdir: Valideynlərlə yanaşı, uşaqlar da öz hüquqlarını bilməli, sağlamlıqlarının keşiyində dayanmalıdırlar".
publikaz_normalized
Azərbaycan qanunvericiliyinə yeni fəsillər əlavə olunur. Belə ki, Məcəlləyə “Prosessual sənədlərin rəsmi qaydada verilməsi” və “Cinayət təqibi üzrə qiyabi icraat” adlanan iki yeni fəsil əlavə olunması təklif olunur. Məcəllənin ayrı-ayrı maddələrində cinayət prosesini həyata keçirən orqana çağırış qaydalarını nəzərdə tu...
publikaz_normalized
Hərbi Prokurorluqda yeni təyinat olub. Hərbi Prokuror Xanlar Vəliyevin əmri ilə Fərəc Sayılov Hərbi Prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib. Sayılov Fərəc Nuhbala oğlu 26.09.1982-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2005-ci ildən prokurorluq orqanlarında qulluğa qəbul o...
publikaz_normalized
Bizi qarşıda Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin tərkib hissəsi kimi gərgin diplomatik iş gözləyir. Papoyan hesab edir ki, “yerdə” mövcud proseslər tərəflərə sülh müqaviləsi imzalamaq imkanı verir: “Təbii ki, maneələr var, əks halda saziş artıq bu gün imzalana bilərdi”. Öz növbəsində, onun fraksiy...
publikaz_normalized
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adama daha iki yüksək mükafatlar təqdim olunub. Bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib. Mükafatlandırma mərasimi “Rusiyanın Əmək Şücaəti” Ümumrusiya ictimai təşk...
publikaz_normalized
(ABŞ Konqresində keçirilmiş dinləmələrə sözardı)" "ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr ölkəmizə və ümumiyyətlə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsinə qarşı ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin növbəti təxribatıdır. Uzun illər ərz...
publikaz_normalized
Azərbaycan və Rusiyanın mədəniyyət nazirləri görüşüb, iki ölkə arasında mədəni əlaqələrin inkişafı müzakirə edilib. Bildirilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 16-18-də keçirilən IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir. O, səfər çərçiv...
publikaz_normalized
kazinoda 15 milyon uduzub":"Məşhur bloger Yeqor Şip kazinoda 15 milyon rubl uduzması haqda danışıb. Şip, kazinolara aludə olduğunu, ümumilikdə 15 milyon rubldan çox pul itirdiyini deyib. Onun sözlərinə görə, hər şey kiçik məbləğlərlə başlayıb: məsələn, beş min rubl itirərək, bir müddət sonra 10 min rubl mərc etdim. Mən...
publikaz_normalized
Məlum olduğu kimi, “Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılır. Hazırda ibtidai istintaq davam etdirilir. Faktı Naxçıvan Muxtar Respublikası Prokuror...
publikaz_normalized
Bakıda məktəbdə bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb. Qeyd olunub ki, mərkəzin strukturuna daxil olan tibb müəssisələri uşaqların icbari dispanserizasiyasını davam etdirir: İcbari dispanserizasiya uşaqların mütəmadi olaraq tibbi müayinələrdən keçirilməsidir. Növbəti tədbir 201 saylı orta məktəbdə aparılıb və bəzi şa...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt şəhəri ərazisində yerləşən SOCAR-ın Etilen-Polietilen Zavodunda “Açıq texnoloji qurğularda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib. Təlimə Dövlət Yanğından ...
publikaz_normalized
Cənubi Koreyanın göyərtəsində sərnişinlərin olduğu "Asiana Airlines" şirkətinə məxsus təyyarənin mühərrikində uçuş zamanı nasazlıq yaranıb. Noyabrın 16 - da Sinqapurdan Seula uçan təyyarədə gözlənilməz vəziyyət yaranıb . “Havaya qalxdıqdan sonra təyyarənin ekipajı mühərrikdə nasazlıq barədə məlumat verib”, - məlumatda ...
publikaz_normalized
Vəziyyət gözləniləndən daha mürəkkəbdir":"Ukraynada vəziyyət gözləniləndən daha mürəkkəbdir, lakin bu, Kiyevə yardımı dayandırmaq üçün səbəb deyil. “Biz başa düşməliyik ki, döyüş meydanında vəziyyət ağırdır. Rusiya sülh planlaşdırmır, əksinə, Rusiyanın necə hücum əməliyyatlarına başladığını görürük. Amma vəziyyətin göz...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası baş verib. Qeyd edək ki, 16 noyabrda saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Aca...
publikaz_normalized
İsrailin Azərbaycandakı səfirliyinə İranəsilli silahlı şəxsin hücumunun qarşısı alınıb. Bildirilib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hücumun qarşısını vaxtında almağı bacarıb: Azərbaycan DTX səfirliyə soxulmağa cəhd edən şəxsi tərksilah edib".
publikaz_normalized
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə yeni müşavir təyin edilib. Qeyd edək ki, İ.Nəsirov bundan əvvəl enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb. Qurumun mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.
publikaz_normalized
AĞLAGƏLMƏZ YOLLAR":"Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər 20 minə yaxın kişi hərbi xidmətə çağırılmamaq üçün Ukraynadan qaçıb. Son zamanlar daha 21 113 ukraynalı kişi qaçmağa cəhd edib, lakin Ukrayna hakimiyyəti tərəfindən yaxalanıblar. Rusiyanın işğalından sonra 18-60 yaşlı kişilərin əksəriyyətinin ölkəd...
publikaz_normalized
Ərini cəbhədən qaytarmaq üçün oğlunu döyən ana qəyyumluqdan məhrum edilə bilər. Qondarma Donetsk Xalq Respublikasında (DXR) qəyyumluq orqanlarının nümayəndələri oğlunu ərinin cəbhədən qayıtması naminə döyən ananı həbs ediblər. Ananın azyaşlı oğluna işgəncə verdiyi bildirilir. Qadın həyat yoldaşının cəbhədən geri qayıtm...
publikaz_normalized
Mən doğru görürəm?! - VİDEO":"Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - İsveç oyununda (3:0) Emin Mahmudovun 89-cu dəqiqədə vurduğu möhtəşəm qol ötən gecə Avropada böyük səs-küyə səbəb olub. Xüsusilə DAZN kanalının İngiltərə şöbəsinin yayımında şərhçinin Mahmudovun ünvanına işlətdiyi ifadələr mar...
publikaz_normalized
Bu ilin yanvar-sentyabr aylarında 1204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Qeyd olunub ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,2 faiz azalaraq 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1034-ü isə yaralanıb. Hadisələrin 43,6 faizi gündüz, 39,...
publikaz_normalized
Tezliklə..." - FOTO/VİDEO":"12:35" "Rusiyada keçirilən erməni toylarının birində azərbaycanlı aşpazın hərəkəti erməniləri qorxuya salıb. Həmin an çəkilən görüntülər sosial şəbəkədə yayılaraq erməni izləyicilərinin qəzəbinə səbəb olub. Onlar "Yeni mövsümdə əziz ermənilər, restoran seçərkən ehtiyatlı olun", "Ya xalq olar...
publikaz_normalized
Müğənni Günay İbrahimli üçün efirə gəlinlik gətirilib. Proqramın aparıcısı Mətanət Əliverdiyeva gəlinliyin Günayın tanışı olan qadın tərəfindən göndərildiyini bildirib: Günay, bir xanım sənin üçün verilişimizə gəlinlik göndərib. Bu xanım səni, sən də onu tanıyırsan. Qadının adını anonim saxlayırıq. O deyib ki, nə zaman...
publikaz_normalized
Bayern"in hücumçusu Harri Keynin bu mövsüm vuracağı 40 qola görə nə qədər mükafat alacağı məlum olub. Bu, sözləşmədəki bonuslar bəndində öz əksini tapıb. Bu yay 95 milyon avroya “Tottenhem”dən “Bayern”ən keçən Harrinin həftəlik məvacibi 480 min avrodur. Qeyd edək ki, o, Münhen komandasının heyətində ümumilkdə 16 oyun k...
publikaz_normalized
ABŞ-ın Ermənistan planı":"13:45" "Amerika iqtisadiyyatının əsas resursları, şübhəsiz ki, silah sənayesinə əsaslanır. Çünki dünyada müharibələr olmalıdır ki, Amerika öz silah sənayesi ilə bu ölkələrə silah sata bilsin. Ona görə də dünyada baş verən bütün münaqişələrin, müharibələrin arxasında ya Amerikanı, ya da görünmə...
publikaz_normalized
Türkiyədə Azərbaycanın dəniz xüsusi təyinatlılarının iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təlimləri bu gün başlayır. Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır. Noyabrın 25-dək davam edə...
publikaz_normalized
Səudiyyə Ərəbistanının "Aramco" neft şirkəti FİFA ilə sponsorluq müqaviləsi imzalamağa hazırlaşır. Bildirlir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. Müqavilə bağlanarsa, "Aramco" FİFA-nın əsas sponsoru olacaq. Təklif olunan müqavilə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq. Futbol təşkilatı bu əməkdaşlıqd...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə süt...
publikaz_normalized
Formula 1"-in əfsanəvi pilotu Mixael Şumaxerin Fondu "Keep Fighting" zərgərlik şirkəti "Mongrip" ilə birlikdə maraqlı addım atıb. Sabiq yeddiqat dünya çempionu bu bolidlə 1996-cı ildə İtaliya Qran-prisinin qalibi olub. Bildirilir ki, məhdud sayda - 91 nüsxə (Şumaxerin dünya çempionatının treklərində qazandığı qələbələr...
publikaz_normalized
“20th Century” kinostudiyası tərəfindən ekranlaşdırılan "The Omen" adlı məşhur mistik filminə baxış tarixi açıqlanıb. Ən qorxulu və həyəcanlı filmlər siyahısına daxil olan filmin rejissoru Arkaşa Stivensondur.
publikaz_normalized
Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
publikaz_normalized
Prezident İlham Əliyev noyabrın 17-də “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb. Sistem aşağıdakıları təmin edir: - ərizəçinin daşınmaz əmlakın dövlət reyestrini və kadastrını tərtib edən və aparan quruma müraciətinin və ona əlavə edilən sənədlərin (m...
publikaz_normalized
Aleksandra Skoçilenko Rusiya-Ukrayna müharibəsinə etitaz etdiyinə görə təqsirli bilinib. Saşa kimi tanınan 33 yaşlı rusiyalı qadın söz azadlığına qarşı təzyiqlərin və prezident Vladimir Putinə qarşı müxalifətin güclənməsi fonunda Moskvanın qonşusuna təcavüzünə qarşı çıxış etdiyi üçün saxlanılan, cərimələnən və həbs olu...
publikaz_normalized
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda dəyişiklik edib. Qərara əsasən, taksi xidməti ilə bağlı xüsusi hazırlığı...
publikaz_normalized
Paltaryuyan maşındır?":"Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​parlamentdə idarənin 2024-cü il büdcəsi ilə bağlı keçirilən dinləmələrdə deputatların suallarını cavablandırıb. ​​“Niyə “S-400”-dən istifadə etmirsiniz?”" "Gülər onun sualına belə cavab verib: Onları harada istifadə etməliyik? Xahiş edirəm, hər mövzu...
publikaz_normalized
Onu devirmək üçün “Maydan-3" hazırlanır":"Ukraynada “Maydan” respublika rəhbərini vəzifəsindən uzaqlaşdırmağa hazırlaşır. O, diqqətə çatdırıb ki, söhbət “Maydan-3” əməliyyatından gedir, onun sözlərinə görə, bu əməliyyat Rusiya tərəfindən Ukraynada dövlət çevrilişi həyata keçirmək məqsədi ilə hazırlanır . Biz bu cür məl...
publikaz_normalized
Dayandırdı":"Rep musiqisinin məşhur adı Snoop Dogg tütün və marixuana məhsullarından istifadəni dayandırdığını açıqlayıb. Dogg bu qərarı ailəsi ilə birlikdə verdiyini bildirib. Həmin paylaşımda belə qeyd edib: “Ailəmlə çox düşünüb, söhbət etdikdən sonra bu qərara gəldim. Xahiş edirəm, indi şəxsi həyatıma hörmət edin”.
publikaz_normalized
Polis oğurluq edənləri Moskva yaxınlığında saxlayıb. Qeyd olunur ki, Doroxovo kəndindəki SNT-lərdən birində iki nəfər bağ evinin pəncərəsini sıxaraq açıb və məişət texnikasını oğurlayıb. Hücum edənlər Volokolamsk və İstra şəhər rayonlarında yerləşən ünvanlarda saxlanılıb. Axtarışlar zamanı oğurlanmış əmlakın bir hissəs...
publikaz_normalized
“Unibank” Kommersiya Bankının Rəqəmsallaşma üzrə Baş inzibatçısı Səttar Kazımov Lüksemburqda keçirilən “Bankçılıqda Rəqəmsallaşma - Bankınızın Rəqəmsal Transformasiyasına təkan verir” adlı çoxmillətli beynəlxalq maliyyə tədbirində iştirak edir. Lüksemburqun Banklar Assosiasiyası, Lüksemburq Maliyyə Texnologiyaları Evi ...
publikaz_normalized
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. İş üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar F.Qasımovun həbsdə saxlama müddəti 3 ...
publikaz_normalized
Aktrisa Hande Ataizi ötən gün İstanbulda keçirilən "Bihter" filminin qala gecəsinə qiyməti 1 milyon dollar oaln bilərziklə gəlib. Məlum olub ki, firma dəyəri 1 milyon dollar olan bu bilərziklə yanaşı 50 yaşlı aktrisaya iki nəfər dəmühafizəçi göndərib.
publikaz_normalized
Uzunmüddətli müharibə istəyirsənsə, biz hazırıq":"HƏMAS lideri Haniyə müqavimət qüvvələrinin uzunmüddətli müharibəyə hazır olduqlarını və apardıqları mübarizə ilə strateji transformasiyaların qapısını açdıqlarını ifadə edərək, “İsrail bu müharibənin uzunmüddətli olmasını istəyirsə, nəfəsimiz onlardan daha uzunömürlü ol...
publikaz_normalized
Hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər var. Nəzərdə tutulub ki, uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlər məsuliyyətə cəlb olunsunlar, onlarla danışıqlar aparılsın. Bu istiqamətdə maarifləndirmə tədbirlərinə ehtiyac var", - o qeyd edib.
publikaz_normalized
“Azərbaycana rifah arzulayırıq”. XİN 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı Azərbaycan dövləti və xalqını təbrik edib.
publikaz_normalized
Kişi qarderobunun elementlərini qadın qarderobuna köçürməklə artıq heç kimi təəccübləndirmək mümkün deyil. Pambıq "ofis" köynəkləri, geniş çiyinli pencəklər, həcmli gödəkçələr çoxdan şkaflarımızda ipək bluzkaların və korsetlərin yanında öz yerini alıb. Hətta kobud kişi çəkmələri iti burunlu stiletto və çəkmələrdə dəb g...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə paylaşım edib. Bildirilib ki, milli şüur tariximizin ən önəmli günlərindən biri olan 17 noyabr milli azadlıq hərəkatının başlanması ilə əlamətdardır: 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımız...
publikaz_normalized
“Düşmənçilik aktıdır”":"Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Piter Siyyarto ölkələrin enerji təchizatına heç kimin müdaxilə etmək hüququna malik olmadığını bəyan edərək, Bolqarıstanın təbii qaz tranzit ödənişlərini artırmaq addımını “düşmənçilik aktı” kimi qiymətləndirib. Görüşdən sonra ikili birgə mətbua...
publikaz_normalized
Bakının Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. "Bildirilib ki, nazirliyə daxil olan məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli yaşayış binasının 4...
publikaz_normalized
Birləşmiş Krallıq Azərbaycanın universal dövri icmalı prosesində iştirakını və minalardan zərər çəkənlərin mühafizəsini gücləndirməsini alqışlayır. Biz Azərbaycanı münaqişədən sonra barışığı, xüsusən də məcburi köçkünlərin müdafiəsini inkişaf etdirməyə çağırırıq”. Sənəddə ölkədə insan hüquq və azadlıqlarının məhdudlaşd...
publikaz_normalized
Ölümə səbəb olan səhv - FOTOFAKT":"Məşhur aktyor Maykl Fassbender "Bayern"in futbolçusu Harri Keynin Dortmund "Borussiya"sı ilə oyundakı qol sevincini bəyənib. Dostum bu şəkli mənə "WhatsApp"da göndərdi. Bu filmin bir hissəsi olmaq, mənim qəhrəmanım Tarantinonun jestinin təkrarlandığını görəndə özünüzü çox xoşbəxt hiss...
publikaz_normalized
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin martda keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcək. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) televiziya kanalının Putindən sonra gələcək prezidentin necə olması barədə sualına Peskov cavab verib. Peskov bu dəfə də “tam ...
publikaz_normalized
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meri Ann İdalqoya açıq məktubla cavab verib. “Alovu qızışdırmağa ehtiyac yoxdur, sülhün yolu həqiqətdən keçir”, - Leyla Abdullayeva yazıb.
publikaz_normalized
Azercell Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sponsoru qismində çıxış etdi. Şirkət rəqəmsal kitabxanasını rəsmi tərəfdaşı olduğu və yerli bazarda eksklüziv endirimli tariflərlə təqdim etdiyi “Litres” və “Bookmate” mobil tətbiqləri i...
publikaz_normalized
Pandemiyadan sonra dünya ticarətinə “əvvəlkindən daha güclü” qayıdan Çinin Rusiya bazarındakı mövqeyinin güclənməsi səbəbindən Türkiyədən Rusiyaya ixrac son aylarda azalıb. Bildirilir ki, bu ilin avqustunda Türkiyədən Rusiyaya tədarük 11 faiz, sentyabrda isə 25 faiz azalıb. Nəşrin istinad etdiyi Türkiyə İxracatçılar Bi...
publikaz_normalized
Biabırçılıqdır":"İsveç millisinin futbolçusu Emil Forsberq Azərbaycana məğlubiyyəti biabırçılıq adlandırıb. Biz ilk 2 qolu buraxdıqdan sonra özümüzü pis vəziyyəyə saldıq. Özümüzə güzgüdə baxıb soruşmalıyıq ki, yaxşı oynadıqmı? O dəqiqə da cavab alacaqsınız ki, xeyr.
publikaz_normalized
Qomelə işgüzar səfəri zamanı Belarus prezidenti Aleksandr Lukaşenkoya qumbaraatan hədiyyə edilib. Belarus lideri şəhərə 1868-ci artilleriya silah bazasını ziyarət etmək üçün gəlib. Lukaşenkonun silah arsenalını artırmaq üçün respublika rəhbərinə odlu silahlar, o cümlədən qumbaraatan hədiyyə edilib. Mənbənin məlumatına ...
publikaz_normalized