text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, alsqeymer xəstəliyinin inkişafının səbəblərindən biri mutasiya nəticəsində yaranan mikroqliyaların işinin nasazlığı ola bilər. İnsanın sinir sistemi iki əsas hüceyrə növündən - sinir hüceyrələrindən (neyronlar) və qlial hüceyrələrdən ibarətdir. Mi...
publikaz_normalized
“WhatsApp” mesenceri süni intellekt (Sİ) ilə işləyən virtual köməkçilərlə çat təqdim edib. Qeyd olunub ki, mesencerin yeni versiyasında yazışmalar siyahısında süni intellekt üzrə köməkçilərlə çatlar istifadəyə verilib. Çatlar menyusunda xüsusi bir işarə yaranıb. Bu işarəyə toxunaraq virtual köməkçi ilə ünsiyyətə başlam...
publikaz_normalized
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 6 min ABŞ dolları nağd pul və ümumi dəyəri 40 min manat ola...
publikaz_normalized
Tehran Bakıya möhtacdır":"Son bir həftədə İran rəsmilərinin artıq tarix olmuş Qarabağ məsələsi ilə bağlı bəyanatları Tehranın məkrli niyyətlərindən əl çəkmədiyini göstərir. Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, bölgədə gələcək sülh və əməkdaşlıq üçün yeni reallı...
publikaz_normalized
Almaniyanın Düsseldorfd şəhərindəki Diabet Araşdırmaları Mərkəzinin alimləri müəyyən ediblər ki, səhər yeməyində 25-28 qram qoz-fındıq yemək ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azalda bilər. Bildirilib ki, bir çox insan səhər yeməyində yumurta yeyir. Onun sağlamlıq üçün faydaları mübahisəlidir - bəzi eksp...
publikaz_normalized
Ermənistan və Gürcüstan bizi....":"İqtisadi İslahatların Təhlili Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında qeyd edilir ki, cari ilin ilk doqquz ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, spirtli içkilər üzrə 2022-ci ildə əldə edilən gəlir 7 ...
publikaz_normalized
Yaxın Şərqdə bir aydan artıqdır davam edən müharibə digər ölkələrə təsirsiz ötüşmür. Hərbi əməliyyatlara qarşı etiraz aksiyaları keçirilir, qanlı döyüşlərə son qoyulmasına çağırışlar səslənir. Ərəb icmasının sıx məskunlaşdığı Avropa ölkələrində İsrail əleyhinə aksiyalar daha sərt xarakter alıb. Bu səbəbdən antisemitizm...
publikaz_normalized
Ətin bahalaşması qaçılmazdır":"Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı kəskin azalıb. 2023-cü il oktyabr ayının 1-nə iribuynuzlu heyvanların sayı iki milyon 533.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə yeddi milyon 223.2 min baş təşkil edib. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara g...
publikaz_normalized
Bir günlük antiterror tədbirlərindən sonra ABŞ-nin Azərbaycana qarşı təzyiq kampaniyası yeni mərhələyə keçib. Konqresdəki son dinləmələrdə çıxış edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn ölkəmizlə bağlı əsassız, qərəzli fikirlər səsləndirməklə Vaşinqtonun növbəti riyakarlığını ortaya qoyub. Bu dinləmələrin keçi...
publikaz_normalized
Tovuzun Aşağı Öysüzlü kəndində 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb. Noyabrın 18-i gecə saatlarında kənddə yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək, müvafiq tədbirlər həyata keçirib. ...
publikaz_normalized
Baş Prokurorluq soyuq və küləkli havalar şəraitində fasilələr və işin dayandırılması əsasları ilə bağlı işəgötürənlərə müraciət edib. Əmək Məcəlləsinə əsasən işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fa...
publikaz_normalized
Əgər Xavi zəng etsə...":"Latsio"nun yarımmüdafiəçisi Pedro "Barselona"ya qayıtmaq istədiyini açıqlayıb. O telefonu qapadana qədər mən artıq orada olacağam. Mən son illərdə bir çox insanlarla, o cümlədən Xavi və Laporta ilə əlaqə saxlamışam. Bu və ya digər şəkildə qayıtmağa çalışdım, amma bu, çox çətindir. Amma istərdim...
publikaz_normalized
Noyabrın 22-dən 25-dək...":"Noyabrın 22-də Yer kürəsi yenidən güclü maqnit qasırğasının təsiri altında olacaq. Həmin gün halsızlıq, başağrısı, təzyiqin qalxıb-enməsi halları mümkündür. Eyni vəziyyət noyabrın 24-25-də də təkrarlanacaq. Bundan başqa, alim qeyd edib ki, belə qasırğalar yaxın iki il ərzində müntəzəm olaraq...
publikaz_normalized
Paşinyanı devirir, oğlunu...":"Ötən həftə Ermənistan parlamentinin iclası başlamazdan əvvəl müxalif “Ermənistan” bloku Robert Köçəryanın başçılığı ilə geniş tərkibdə iclas keçirib. Bildirilir ki, görüşdə “Ermənistan” fraksiyasının taktikası ilə bağlı məsələlər müzakirə olunub. Görüşlə bağlı məlumatı deputat Aqnesa Xamo...
publikaz_normalized
Kəlbəcər rayonuna icazəsiz keçən şəxslər saxlanılıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər. Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməs...
publikaz_normalized
Görün Barselonada mükafatı ona kim təqdim etdi - FOTO":"“Latın Grammy” mükafatının təqdimetmə mərasimi keçirilib. Musiqi mükafatı ilk dəfə ABŞ-dan kənarda keçirilib. Tədbirdə üç mükafat alan Şakira diqqət mərkəzində olub. Onlardan biri Jerar Pikedən ayrılması haqqında yazdığı mahnı “İlin mahnısı” mükafatını alıb. 2023-...
publikaz_normalized
RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Fox", "Star", "Show" telekanallarını cərimələyib. Buna səbəb isə layihələrdə şiddətə meyillilik, uşaq və gənclərin əxlaqına zərər gətirən səhnələrin olmasıdır.
publikaz_normalized
ölənlər var":"Cümə günü Filippin sahillərində baş verən zəlzələdə azı 6 nəfər həlak olub. Daha iki nəfərin hələ də itkin düşdüyü qeyd edilir. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,7 maqnitudada baş verib. Yeraltı təkanların episentri Mindanao adasının Şərqi Davao Oriental əyalətində yerl...
publikaz_normalized
Onlar da boykot qərarı verdi":"Amerikanın iri kino şirkətləri "Warner Bros", "Sony Pictures", "Paramount", "Lionsgate" "X" sosial şəbəkəsində reklamı dayandırmağa qərar verib. Onlar İlon Maskın sözlərinə cavab olaraq belə bir addım atmağa qərara veriblər. Mask müəyyən etnik qrupun soyqırımına açıq çağırış etdiyi üçün i...
publikaz_normalized
ABŞ və Asiyadan müştərilər var":"PSJ rəhbərliyi azlıq payını satmaq variantını nəzərdən keçirir. Mənbənin sözlərinə görə, payın alınmasına əsas iddiaçı Amerikanın özəl investisiya şirkəti “Arctos Sports Partners”dir. Nəşrin məlumatına görə, Asiyadan olan şirkətlər də pay almaq üçün yarışır. Əməliyyat məbləği 4 milyard ...
publikaz_normalized
Hacıqabulun Kolanı kənd orta məktəbinin direktoru Arifə Əliyevanın səs yazısı yayılıb. Səs yazısındakı şəxs məktəbliləri “Bura meymunluğa gəlmisiniz”, “Qoyun sürüsü” və s. Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorundan bildirilib ki, məlum səs yazısından məlumatlıdırl...
publikaz_normalized
9-cu turun son oyunları":"Bu gün Avro-2024-ün seçmə mərhələsində 9-cu tura yekun vurulacaq. B qrupunda Niderland final mərhələsinə vəsiqə qazanmaq üçün İrlandiyanı məğlub etməlidir. D qrupunda isə Uels və Xorvatiya Almaniyaya yollanmaq uğrunda yarışır. Qrup mərhələsi, 9-cu tur 18 noyabr" "B qrupu" "23:45.
publikaz_normalized
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/24-cü illər mövsümünə start veriləcək. İkinci Liqa təmsilçilərindən “Füzuli” “Lerik”lə, “Qusar” “Şahdağ Qusar”la, “Göygöl” “Dinamo” ilə qarşılaşacaq. 1-ci təsnifat mərhələsi 18 noyabr" "13:00 Füzuli – Lerik Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İma...
publikaz_normalized
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.
publikaz_normalized
İsrail girovları azad etmək üçün Fələstinin HƏMAS hərəkatı ilə 50/50 nisbətində razılaşmanı rədd edib. Jurnalistlərin aydınlaşdırdığı kimi, İsrail qadınların uşaqlarından ayrılmamasını tələb edib. İsrail tərəfinin nümayəndələri 70 israilli girovun azad ediləcəyi təqdirdə sövdələşməni nəzərdən keçirməyə hazır olduqların...
publikaz_normalized
Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.
publikaz_normalized
Alimlərdən şok açıqlama":"2020-ci ilin mart ayında Merilend ştatından olan alim Tajide de Karvalyo həmkarları ilə birlikdə mikroskop vasitəsilə unikal bir fenomen aşkar edib: “başqasının boynuna" yapışan daha kiçik bir virus. Merilend torpağında tapılan bu mikroorqanizmlər bakteriofaqlardır – bakteriyaları yoluxduran v...
publikaz_normalized
Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
publikaz_normalized
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
publikaz_normalized
Avropa Birliyinin (AB) Fransa kimi bəzi üzv ölkələri Ermənistanın hərbiləşdirilməsi proqramına başlayıblar. O bildirib ki, bu hərbiləşdirmə proqramları doğru deyil: “Birincisi, istənilən hərbiləşdirmə proqramının yararlı olduğunu sanmırıq. Ermənistanın militarizasiya proqramına ehtiyacı yoxdur. Ermənistanın sülh proqra...
publikaz_normalized
Araşdırmaya görə, keçən il hər 12 italyandan biri həddindən artıq yoxsul vəziyyətində yaşayıb. Milli Statistika İnstitutunun məlumatına əsasən, keçən il hər on iki italiyalıdan biri həddindən artıq yoxsulluq içində yaşayıb. Və bu rəqəmlər durmadan artır - getdikcə daha çox insan qida və ya geyim kimi əsas tələbat malla...
publikaz_normalized
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb. Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki "Kattakurqan" poliqonunda təlim-m...
publikaz_normalized
FourFourTwo" jurnalı tarixin ən yaxşı on ingilis futbolçunun adlarını açıqlayıb. Onun ən yaxın izləyicisi "Vest Hem"in keçmiş müdafiəçisi və kapitanı Bobbi Murdur. İlk üçlüyü hazırda İngiltərə millisinin kapitanı olan və "Bayern"də çıxış edən Harri Keyn qapayıb. Xatırladaq ki, oktyabrın 21-də vəfat edən Bobbi Çarlton 1...
publikaz_normalized
Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib. V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young...
publikaz_normalized
Nəhəng Fələstin bayrağını Avropanın bu qülləsindən asdılar - VİDEO":"On beş italyan tələbədən ibarət qrup Piza qülləsinə qalxaraq nəhəng Fələstin bayrağını asıblar. Onlar bu yolla İsrailin Qəzza zolağını bombalamasından sonra Fələstin əhalisi ilə həmrəylik ifadə etmək istəyiblər. Jurnalistlərin fikrincə, hər şey belə b...
publikaz_normalized
44 nəfər saxlanıldı":"Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib. Cinayət tör...
publikaz_normalized
Etdiklərimiz təhlükəsizlik üçün deyil, qisasdır":"İsrailli Şura üzvü və yəhudi siyasətçi Dr Ofer Cassif İsrailin Qəzzaya hücumlarına qarşı üsyan edib və bölgəyə sülh gətirmək üçün atılacaq addımlardan danışıb. HƏMAS hücumlarında ən yaxın dostunu itirən Cassif CNN Türk-dən Elif Zeynep Özipekçi ilə danışıb və İsrailin tə...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Belə ki, sözügedən müəssisədə işlənmiş avtomobil şinlərinin yaxınlıqdakı obyektlərin damı üzərinə yığılaraq yanğın təhlükəsi y...
publikaz_normalized
Hindistanın Manikaran kəndi yaxınlığında (Himaçal-Pradeş ştatı) Parvati çayının vadisində iki Rusiya vətəndaşının meyiti tapılıb. Kişi və qadın isti bulaqda ölü tapılıb. Polis bildirir ki, rusların cəsədlərində yaralar olub, lakin onlar “ölümcül olmayıb”. Cütlüyün yaşadığı qonaq evində qeyd tapılıb. Burada şəxsi əşyala...
publikaz_normalized
Gecə klublarına nifrət edirəm":"Real"la lə müqavilə imzalayan "Palmeyras"ın hücumçusu Endrik həyatından danışıb. “Şənliklərə və gecə klublarına getməyə nifrət edirəm. Mən münaqişələrə girməyi sevmirəm. İmicimi ləkələyən şeylər etməyi xoşlamıram. Mən yalnız bir idmançı kimi gələcəyimə fikir verirəm, başqa heç nə maraqlı...
publikaz_normalized
Nə etmək istəyir?":"Kilian Mbappe PSJ ilə hazırkı müqaviləsinə əsasən qazanmalı olduğu 80 milyon avro mükafatı almayacaq. Bu barədə "RMC Sport" məlumat yayıb. Mbappe bonuslardan imtina etməklə pula önəm vermədiyini göstərmək istəyir. Kilian bu addımıyla başqa kluba gedəcəyi halda, PSJ-nin pul iitirməyəcəyinə əminlik ya...
publikaz_normalized
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovvə millət vəkili Kamaləddin Qafarov B iləcəri qəsəbəsinin T. Yaqubov küçəsində partiya fəalları ilə görüşüb. Partiya fəallarının qaldırdığı məsələlərin bir qismi qanunamüvafiq şəkildə həll edilmiş, digər problemlərin aradan qaldırılması üçün müv...
publikaz_normalized
İki nəfər öldü - FOTO":"Bakıda yolda dayanan nasaz avtomobil qəzaya səbəb olub, iki nəfər ölüb. Bu barədə Pubika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “Mercedes” markalı, 99-FK-216 dövlət qey...
publikaz_normalized
Rusiyanın sönməyən günəşi, məşhur müğənni Alla Puqaçovanın harada olduğu açıqlanıb. Agentlik Puqaçovanın monastırdan çıxarkən görüntülərini paylaşıb. Müğənni uzun qara don geyinib, qara papaq taxıb. Sənətçi görünüşünü gün eynəyi ilə tamamlayıb. Qeyd edək ki, ötən günərdə rus mətbuatında Puqaçovanın Kiprə köçməsi ilə ba...
publikaz_normalized
UEFA 2025-ci ildə keçiriləcək gənclər arasında Avropa çempionatının seçmə mərhələsinin oyunundan əvvəl İsrail və Polşa milli komandalarının bir dəqiqəlik sükutuna icazə verməyib. 2025-ci il gənclər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrail və Polşa komandaları arasında keçirilən oyun 2:1 hesabı ...
publikaz_normalized
Bakının Xəzər rayonunda əldə etdiyi odlu silahı satmaq üçün özündə saxlayan şəxs tutulub. Pubika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlarda olan odlu silah-sursatın könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşla...
publikaz_normalized
Ağdaş rayonu və Mingəçevir şəhərində sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib. Aşkar edilmiş faktlarla bağlı kəndin bələdiyyə sədri, Mingəçevirdə isə üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qala...
publikaz_normalized
Noyabrın 15-dən Azərbaycanda istilik mövsümü başlayıb. Mərkəzi istilik sistemindən yararlana bilməyənlər qazla olan qızdırıcılara üstünlük verirlər. Bununla yanaşı, qış aylarında qazın qiymətində artım olacağını düşünənlər də az deyil. Bəs görəsən, belə bir artım gözləniləndirmi? Evlərə verilən qazın təzyiqinin qənaətb...
publikaz_normalized
Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyi Gorus hava limanının yenidən işə salınması üçün ilkin araşdırmalar aparır. “Nəzərinizə çatdırırıq ki, nazirlik Gorus hava limanının yenidən işə salınması, o cümlədən binanın və uçuş-enmə zolağının bərpası ilə bağlı ilkin araşdırma aparır”, - deyə məlumatda bildiril...
publikaz_normalized
Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə birgə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb. Bild...
publikaz_normalized
Rusiya ilə sərhəddəki keçid məntəqəsi...":"Finlandiya hakimiyyətinə Rusiya ilə sərhəddəki keçid məntəqəsinin bağlanmaması ilə bağlı müraciəti 8 mindən çox internet istifadəçisi imzalayıb. Təşəbbüsün təsvirində bildirilir ki, hökumətin Finlandiya ilə Rusiya Federasiyası arasında sərhəd trafikini tamamilə bağlamaq qərarı...
publikaz_normalized
90-cı illərin ən məşhur qatillərindən biri Aleksandr Pustovalov ( Saşa Soldat ) Moninodakı maksimum təhlükəsizlik koloniyasından azad edilib. Onun üç dəfə azadıqdan məhrum edildiyi bildirilir. Nəticədə o, 24 il həbs cəzası alıb. Pustovalov cəzasını Vladimir Mərkəzi Həbsxanasında, sonra Tver vilayətində yerləşən İK-9-da...
publikaz_normalized
Transfermarkt" portalı dünyanın ən dəyərli 10 milli komandasının sıralamasını açıqlayıb. İlk 3-lük"də Fransa (1,14 milyard avro) və Braziliya milliləri (1,04 milyard avro) yer alıb. İngiltərə (1,29 milyard avro)" "2. Fransa (1,14 milyard avro)" "3. Braziliya (1,04 milyard avro)" "4. Portuqaliya (932 milyon avro)" "5. İ...
publikaz_normalized
Bizi qarşılıqlı hörmət və...":"Belarus prezidenti Aleksandr Lukaşenko Latviya xalqını Latviya Respublikasının elan edilməsinin 105-ci ildönümü münasibətilə təbrik edib, qonşu dövlətlərlə yaxşı münasibətlər əsasında, dövlətçiliyin möhkəmlənməsini arzulayıb. Lukaşenko deyib ki, Belarus Latviya sakinləri üçün ölkəyə vizas...
publikaz_normalized
PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe 2024-cü il Olimpiadasında mübarizə aparmaq istədiyini söyləyib. Olimpiya yığmasında oynamaqdan məmnun qalacağam, amma klubum istəməsə, qərarı dəstəkləyəcəm. Düşünürəm ki, bu barədə düşünmək çox vaxt aparmayacaq. Mən Olimpiadada oynamaq istəyirəm və düşünürəm ki, insa...
publikaz_normalized
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd "AKS-U" markalı avtomat, 2 ədəd daraq v...
publikaz_normalized
Noyabrın 18-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb. Bu bardə Pubika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 16 mm, Quba, Gədəbəydə 10 mm, Qusar, Şəkidə 6 mm, Orduba...
publikaz_normalized
DÇ-2022-nin ən seksual fanatı İvana Knoll "Instagram"da yeni video yayımlayıb. O, dünya şöhrətli Fernando Alonsonun maşınının qarşısında açıq geyimdə poza verib. Knoll, Qətərin qadınlar üçün sərt geyim kodunun sərhədlərini aşaraq, turnirin oyunlarında bir neçə dəfə dəbdəbəli açıq geyimlərdə göründükdən sonra fenomenə ç...
publikaz_normalized
İnterpol tərəfindən axtarışda olan xorvatiyalı narkobaron Nenad Petrak İstanbulda saxlanılıb. “Bütün Avropanı əhatə edən “Adriatik əməliyyatı” nəticəsində mütəşəkkil cinayətkar qruplaşmanın lideri, Xorvatiya narkotik kartelinin rəhbəri Nenad Petrak İstanbulun Üsküdar rayonunda saxlanılıb. Onun adı qətlə görə “qırmızı b...
publikaz_normalized
Bakı şəhərində 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib. Bildirilib ki, sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi i...
publikaz_normalized
Xalq artisti Aygün Kazımovanın “Parol” mahnısı “Apple Music Azerbaijan” və “Yandex Music”də birinci olub. Son günlər hit olan “Parol" bütün musiqi platformalarını eyni zamanda “TikTok” video axınını da zəbt edib. Bundan başqa Kazımovanın repertuarında yer alan “Qorxuram” və “Vəfasızlar” mahnısı “Apple Music Azerbaijan”...
publikaz_normalized
500-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi. Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq",”Çiçək yağışı”,”Limanda” kimi dillər əzbəri olan,ruhumuza özünəməxsus rahatlıq bəxş edən Emin Sabitoğlu. Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda görkəmli dramaturq Sa...
publikaz_normalized
Binəqədi rayonunda yol polisləri narkotikin təsiri altında olan sürücünün avtobilindən külli miqdarda marixuana aşkarlayıb. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürü...
publikaz_normalized
Trampın o hücumda əli olub":"Kolorado məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci ildə Kapitoliyə hücumda əli olduğunu müəyyən edib. Eyni zamanda, hakim Trampın 2024-cü il prezident seçkilərində iştirakına mane olmaq cəhdini rədd edib. Qeyd edildiyi kimi, məhkəmə siyasətçinin “qiyama qatıldığını” təsdiq e...
publikaz_normalized
Yenilik olacaq! - VİDEO":"Mənzilə çıxarış almaq asanlaşacaq. Əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər. Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqlənəndən...
publikaz_normalized
Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu göndərib. Pubika.az xəbər verir ki, məktubda deyilir: Əlahəzrət," "Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularım...
publikaz_normalized
Ukrayna prezidenti Vladimir Zelenski üçün ABŞ-ın növbəti dövlət başçısının kim olmasının fərqi yoxdur, çünki bu vaxta qədər o, artıq olmayacaq və Rusiya ilə münaqişə Moskvanın qələbəsi ilə başa çatacaq. Əgər Tramp gələn ilin noyabrında keçiriləcək seçkilərdə qalib gəlsə, 2025-ci ilin yanvarında keçiriləcək inauqurasiya...
publikaz_normalized
Xilaskar oğullar dünyaya gətirən analar qarşısında dayanmaq asan deyil - VİDEO":"Xalq artisti Röya Ayxan Zəfər bayramına həsr olunmuş “Mənim oğlum qəhrəmandır” adlı layihə çərçivəsində çıxış edib. İfaçı fikirlərini belə ifadə edib: “Onlar sülhü canları bahasına qazanan göyərçinlərdir. Mənim oğlum qəhrəmandır" layihəsin...
publikaz_normalized
Dövrünün ən çox baxılan seriallarından olan “Kurtlar Vadisi”ndə Polat Alemdar obrazı ilə yadda qalan türk aktyor Necati Şaşmaz uzun müddətdir ekrandan uzaq həyat yaşayır. İctimaiyyətdən uzaq yaşamağa üstünlük verən, zaman-zaman müəyyən iddialarla gündəmə gələn Polat Alemdarın son halı:
publikaz_normalized
Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi səhər arabir güclənəcək. Bildirilib ki, havanın temperaturu gecə 8-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer ...
publikaz_normalized
Bu gün Ruslan Abışov "Neftçi" formasıyla vida matçına çıxacaq. O, Ruslanın "Rubin"ə transferi ərəfəsində başına gələn və bu günə kimi hər kəsə məlum olmayan hadisədən bəhs edib: "7 saatlıq ürək əməliyyatı və ya 2013 cü ildə bitməli olan karyera. Onsuz da doğma klubu “Neftçi”dən əzəli rəqibi “Xəzər-Lənkəran”a keçəndən ü...
publikaz_normalized
Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları...":"Ombudsman Səbinə Əliyeva “İrqi ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən 17 noyabr 2023-cü il tarixində qəbul edilmiş müvəqqəti tədbirlər barədə qərarına münasib...
publikaz_normalized
Tovuzun Aşağı Öysüzlü kəndində 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb. Noyabrın 18-i gecə saatlarında kənddə yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçirib. Ya...
publikaz_normalized
Noyabrın 5-də Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vakant vəzifələr üçün elan olunmuş müsabiqənin test mərhələsindəki bir neçə tapşırıqla bağlı suallar yaranıb. Vətəndaşların sözlərinə görə, iki variant üzrə ayrılmış sual kitabçalarının A variantında 77-ci, B ...
publikaz_normalized
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni klinika tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planla...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin oper...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Oman Sultanlığını Milli Gün münasibətilə təbrik edib. “Omanı Milli Günü münasibəti ilə təbrik edirik! Milli bayramınız mübarək!”, - XİN-in təbrikində qeyd olunub.
publikaz_normalized
Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub. Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbu...
publikaz_normalized
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət s...
publikaz_normalized
Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Çingiz Əbdül Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib.
publikaz_normalized
Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi təkmilləşdirilib. Pubika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci...
publikaz_normalized
Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Qarşı tərəfin təxriba...
publikaz_normalized
Bakıda “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Yada Daşı” sənədli filminin təqdimat mərasimi keçirilib. Layihə müəllifinin sözlərinə görə, peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri ...
publikaz_normalized
Çox gec olmadan İsrailin nüvə silahına malik olub-olmadığını yoxlamaq lazımdır. Onun sözlərinə görə, Ankara müvafiq yoxlamaya başlayacaq. “İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı deyil. Müqavilədə olmadığı üçün onun qaydaları ona şamil edilmir. Amma elə bir vəziyyət var ki, üzv ölkələr nüvə təhlü...
publikaz_normalized
ABŞ prezidenti Co Bayden etiraf edib ki, həyat yoldaşı Cil Baydeni Meksika rəhbəri Andrés Manuel López Obradora qısqanıb. ABŞ liderinin sözlərinə görə, meksikalı həmkarı ilə görüşü zamanı həyat yoldaşı Cill Bayden Latın Amerikası dövlətinin liderini bəyəndiyini deyib. Sən mənim həyat yoldaşımın yanında oturmuşdun və o ...
publikaz_normalized
Azərbaycanın yeni müdafiə sənayesi naziri Vüqar Mustafayev kollektivə təqdim olunub. Məlumata görə, Vüqar Mustafayevi kollektivə Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov təqdim edib. Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Az...
publikaz_normalized
Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı ölkə vətəndaşlarından quraqlıq səbəbindən suya qənaət etməyi xahiş edib. “Biz vətəndaşlarımızın suya qarşı daha diqqətli və həssas olmasını gözləyirik. Bu, həyatımızın bir hissəsidir” , - nazir vurğulayıb. Qeyd edək ki, avqust ayı Türkiyədə son 33 ilin ən quraq ayı olu...
publikaz_normalized
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,5 % artaraq 1 milyard 651,1 milyon manat təşkil edib. Məlumata görə, ictimai iaşə dövriyyəsinin 15 milyon 400,5 min manatı dövlət, 1 milyard 635,7 milyon manatı isə qeyri-dövlət sektorunun payına...
publikaz_normalized
Bir neçə il əvvəl Amerikaya köçən AiD ləqəbli məşhur reper Orxan Zeynallı Murad Arifin "Popumuz var" verilişinin qonağı olub. O, bildirib ki, müəyyən səbəblərdən yutub kanalında yayımlanan verilişinə fasilə verməli olsa da, çəkilişlərə yenidən start verib. Murad Arif ilk qonağının Orxan Zeynallı olduğunun anonsunu da v...
publikaz_normalized
Bu məsələlərdə güzəştə gedə bilmərik":"Türkiyə regionda baş verənləri nəzərə alaraq güclü olmalıdır. Hazırda PUA texnologiyası bizim ən güclü olduğumuz sahədir. Bundan əlavə, biz Hərbi Dəniz Qüvvələri baxımından yaxşı mövqe tutmuşuq. Hazırda biz NATO ölkələri arasında Quru Qoşunlarının sayına görə beşinci yerdəyik. Xüs...
publikaz_normalized
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaların qüvvəyə minməsi ilə bağlı iki fərman imzalayıb. Söhbət 108 fiziki şəxs və 37 şirkətin daxil olduğu üç sanksiya siyahısından gedir. Onların əksəriyyəti xeyriyyə təşkilatlarıdır. Paseçnik və Aksenovdan başqa, Ukraynanın keçmiş baş naziri Nikolay Azaro...
publikaz_normalized
Kütləvi şəkildə...":"ABŞ-ın qabaqcıl yarımkeçiricilər üzərindəki ticarət məhdudiyyətlərinə qarşı çıxmaq üçün Çin cəsarətli bir addım atmağa qərar verib. Son rübdə çip nəhənglərinin gəlirinin 40%-dən çoxu Çinli müştərilərdən əldə edilib və "Lam Research Corp" bu siyahıda liderlik edir - demək olar ki, 50%. Çinə tədarükü...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Nazirlər ikitərəfli və regional gündəlikdə duran və həlli zəruri olan məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər. Bölgədə regional formatlar...
publikaz_normalized
Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib. Məlumata görə, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Şərq...
publikaz_normalized
Vətəndaşlarda olan odlu silah-sursatın könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir. Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək ...
publikaz_normalized
Artıq özünəməxsus geyim tərzinə alışdığımız Xalq artisti Tünzalə Ağayeva bu dəfə izləyicilərinin diqqətini qısa ətəyi ilə çəkib. Ötən gün Bakıda keçirilən Moda Həftəsində iştirak edən sənətçi məkana qara geyimdə qatılıb. Qara qısa yubka geyinən Tünzalə Ağayeva bu obrazını tül köynək və qəribə uzunboğaz çəkmələrlə tamam...
publikaz_normalized
Macarıstanın Baş naziri Viktor Orban yenidən FİDES partiyasının sədri seçilib. Qurultayda hökumət və parlament üzvləri də daxil olmaqla 1,5 min nümayəndə və eyni sayda qonaq iştirak edib. Orban yekdilliklə və alternativsiz olaraq yenidən FİDES partiyasının sədri seçilib. FİDES-in qurultayında həmçinin 4 sədr müavini və...
publikaz_normalized
“Ermənistanın baş nazirinin “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyinin və bu istiqamətdə apardıqları təbliğatın Ermənistana qarşı “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır”. “Müxtəlif beynəlxalq platformalardan istifadə e...
publikaz_normalized
“Türk Hava Yolların”dan 105, “Pegasus”dan isə 82 reysin ləğv edilməsinə qərar verilib. “Pegasus”da bu gün və sabah ümumilikdə 82 reysin ləğv edildiyini elan edib. Qeyd olunub ki, digər reyslərin uçuşları da təxirə düşə bilər.
publikaz_normalized
Azərbaycanın "Eurovision 2011" qalibləri Nigar Camal və Eldar Qasımov Amsterdamda keçirilən konsertdə qonaqlara unudulmaz anlar yaşadıblar. Gecənin özəl qonaqları qismində dəvət edilən ulduzlar illər əvvəl onlara birincilik gətirən "Running Scared" kompozisiyasını səsləndiriblər. Ulduzların Avropa səhnəsindəki bu çıxış...
publikaz_normalized