text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
GLP1R geninin müəyyən variantını daşıyan insanlar piylənməyə meyllidirlər. Onlar tədqiqatın nəticələrini Nature jurnalında paylaşıblar . Onlar qeyd ediblər ki, DNT metilasiyası (kodlanmış zülalın strukturunu dəyişdirməyən, lakin gen ifadəsinə təsir edə bilən bir proses) artıq çəki riskini artıra bilər. Alimlər qlükaqon...
publikaz_normalized
Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT ) Belarusun paytaxtında keçirilən sammitindən sonra Rusiya prezidenti Vladimir Putini Minsk hava limanında təyyarəyə qədər müşayiət edib. Dövlət başçıları prezidentin "Aurus" limuzindən birlikdə düşüblər, sonra qucaqlaşıblar. ...
publikaz_normalized
İsmayıllıda yol qəzası baş verib, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır. Belə ki, "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü həmin yolda hərəkətdə olarkən gecə saatları olduğundan və yol nişanlarına məhəl qoymayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Hindistanəsilli 6 vət...
publikaz_normalized
Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Qeyd olunub ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 6 nəfər (1 ...
publikaz_normalized
Reper "Face"in atası Timofey Dremin oğlunun borclarını ödəmək niyyətində olmadığını bildirib. Bildiirlib ki, "Face" təxəllüsü ilə tanınan sənətçi İvan Dremin xarici agentin fəaliyyətini pozduğuna görə məhkəmə icraçılarına 30 min rubl borclu olub. Timofey Dremin oğlunun bu məbləği ödəyəcək qədər zəngin olduğunu bildirib...
publikaz_normalized
Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi". Təcrübəli futbolçu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Milli komandanın sabiq baş məşqçisinin dedikləri yəqin ki, özü haqqında tam məlu...
publikaz_normalized
İşğaldan azad edilmiş Qarabağın minalarla ən çox çirklənən ərazilərindən biri olan Ağdamda yeni proses başlayıb. Ağdama ezam olunmuş AzTV-nin əməkdaşları əkin sahəsində olub, səpin işləri barədə məlumat əldə ediblər. Bildirilib ki, minalardan təmizlənmiş ərazilərdə əkin işləri sürətlə aparılır. Kənd təsərrüfatında müas...
publikaz_normalized
Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Bərdə rayonunda yas mərasimi zamanı 1 nəfərin ölümü, 33 nəfərin müxtəlif bədən xəsarətləri alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub. Ölümlə nəticələnən hadisə ilə bağlı prokurorluqda araşdırmalar baş...
publikaz_normalized
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qa...
publikaz_normalized
diqqətsizlik işlərdə problem yaradacaq":"Qoç - bilik və bacarıqlarınızı artırın. İxtisas müstəvisində irəliləyişlər üçün imkanlar var. Kommersiya, bizneslə məşğul olanlar üçün əlverişli zamandır. Günün ikinci yarısında borc almayın, kredit götürməyin. Məsuliyyətli və önəmli anlaşmanı ertələyin. Yaxınlarınızla münasibət...
publikaz_normalized
səhər saat 7-də...":"İsrail və HƏMAS 24 noyabr cümə günü səhər saat 7-də Qəzza zolağında atəşkəs elan edəcəklər. Atəşkəsin dörd gün davam edəcəyi gözlənilir. Tərəflər girovları dəyişmək niyyətindədirlər: 50 israilli 150 fələstinli əsir. Beynəlxalq Qırmızı Xaç Komitəsi mübadilədə yardım göstərməlidir, lakin təşkilat həl...
publikaz_normalized
İsrail ordusu Qəzza zolağının cənubunda Fələstinin HƏMAS qruplaşmasının Hərbi Dəniz Qüvvələrinin komandirini məhv edib. bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
publikaz_normalized
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Tacikistan Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
publikaz_normalized
Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək. Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan...
publikaz_normalized
şəxsi məlumatlar belə qorunacaq":"Apple" istifadəçilərin şəxsi məlumatlarını qorumaq üçün yeni üsulları patentləşdirib. Amerika korporasiyasının internetə sızan iki patentindiqqət çəkib. Birinciyə görə, "Apple" smartfon ekranının künclərini qaraldan xüsusi parametr yaratmağı düşünür. Bu halda, digər istifadəçilər cihaz...
publikaz_normalized
Hissə-hissə...":"Avropa İttifaqı Moldova və Gürcüstanın hissə-hissə, yəni Brüsselin suverenliyini tanımadığı Dnestryanı, Cənubi Osetiya və Abxaziyasız ittifaqa qəbul edilməsi imkanını istisna etmir". Avropa Komissiyasının Kişinyovla üzvlük danışıqlarına başlamaq tövsiyəsindən sonra Moldovada bu mövzuda müzakirələr inte...
publikaz_normalized
Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 880 kv.m olan mansard...
publikaz_normalized
“Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Görə biləcəyi iş olmayanda “Hini olmayan toyuqlar var, harada yumurtlayım” deyə, yer axtarırlar. O, təhsili olmayan, lakin aktyorluq edən şəxsləri tənqid edib: “Bir nəfərə belə sual vermişdim ki, əgər həkimlik diplomun olmasa, cərrahiyyə şöbəsini oxumasam, məni əm...
publikaz_normalized
İbrahim Tatlısəsin özü kimi musiqiçi olan qızı Dilan Çıtak Tatlısəs anası Işıl Çıtak ilə çəkdirdiyi fotoları sosial media hesabında yayımlayıb. Buruq saçları və güclü səsi ilə atasına çox bənzədilən Dilan Çıtak Tatlısəs anasını görənlər heyrətlənib. Sosial media istifadəçiləri Dilan Çıtakı anasın bənzədilib. Xatırladaq...
publikaz_normalized
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerlə...
publikaz_normalized
“İraq İslam Müqaviməti” hərəkatının döyüşçüləri respublika ərazisində ABŞ hərbçilərinin olduğu iki hərbi bazaya hücum ediblər. Verilən məlumata görə, İraqın şimalındakı İraq Kürdüstanında Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən bazaya, eləcə də Ənbar vilayətindəki Ayn əl-Əsəd bazasına zərbələr endirilib. Hüc...
publikaz_normalized
Qəzza zolağından təxliyə edilmiş rusiyalıların daha bir qrupu Rusiya Federasiyasına çatdırılıb. Təyyarədə 47-si uşaq olmaqla ümumilikdə 103 nəfər olub. Onların hamısı Rəfah keçid məntəqəsi vasitəsilə təxliyə edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktoru Roman Oxotenko deyib...
publikaz_normalized
“Müharibə bu gün də bitə bilər” - VİDEO":"Baku" TV yeni layihəsini təqdim edib. Proqramın ilk buraxılışının qonağı İsrailin Azərbaycandakı səfiri Corc Dik olub. Verilişdə İsrail-HƏMAS müharibəsi və onun regiona təsiri, İsrailə qarşı etiraz edən ölkələr kimi mövzular müzakirə olunub. Səfir Qəzzadakı münaqişənin həlli il...
publikaz_normalized
İsrail və Almaniya təxminən 3,6 milyard ABŞ dolları dəyərində olan “Arrow 3” hava hücumundan müdafiə (HHM) sisteminin satışına dair müqavilə imzalayıb. “Müdafiə Nazirliyinin baş direktoru, istefada olan general-mayor Eyal Zamir bu gün Almaniyaya “Arrow 3” kompleksinin satışı üzrə 13 milyard şekel (təxminən 3,6 milyard ...
publikaz_normalized
Meksikanın geniş oxucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində “Mirajlar və reallıqlar: Qərbin Qafqazda ikili standartları siyasətinin ifşası” sərlövhəli məqalə dərc edilib. Bildirilib ki, Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə o...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə (72 nəfər) köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun...
publikaz_normalized
Daha əvvəl gənc görünmək üçün çoxsaylı plastik əməliyyatlar keçirən məşhur türkiyəli müğənni Seda Sayan bu dəfə də üzünə sünnət dərisindən əldə edilən maye vurdurub. O, körpələrin sünnət dərisindəki fibroplast hüceyrələrinin laboratoriya mühitində ayrılması ilə əldə edilən üsulu sınaqdan keçirdiyini bildirib. Seda Saya...
publikaz_normalized
Amerikalı sahibkar və milyarder İlon Mask bildirib ki, Avropa sürətlə vətəndaş müharibəsinə doğru gedir". İş adamı vurğulayıb ki, Avropada böhranların eskalasiyası mütəmadi olaraq baş verir: Münaqişənin dərəcəsi hər il, hətta bəlkə də hər ay artır. Dublindəki iğtişaşlar Avropada inkişaf edən bu daxili münaqişənin yalnı...
publikaz_normalized
Ümumdünya Səhiyyə Təşkilatı Çindən bu ölkədə geniş yayılmağa başlayan, hazırda naməlum uşaqlıq pnevmoniyasının baş verməsi ilə bağlı əlavə klinik və epidemioloji məlumatlar tələb edib. Çinin Milli Səhiyyə Komissiyası keçən il uşaqlar arasında yuxarıda qeyd olunan yeni pnevmoniya hallarının artdığını qeyd edib. Çin haki...
publikaz_normalized
Hazırda Bakının 17 küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;" "2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;" "3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "4. 28 May küçəsi, Puşkin küç...
publikaz_normalized
Bu günə qədər Sumqayıtın adı ilə bağlı bir neçə uydurma izahlar verilib. Guya Hindistandan gəlib Yaxın Şərqə doğru hərəkət edən dəvə karvanında olan Sum adlı gənc və Ceyran adlı qızın “sevgi rəvayət”ində “Sum qayıt, Sum qayıt!” çağrışı edib və bundan sonra bu ərazi belə adlanıb. Birinci “Hindistandan gələn” dəvə karvan...
publikaz_normalized
Zərdabda iki bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin tələblərini pozduğuna görə hər iki kənd bələdiyyəsinin məsul şəxsləri barəsində qanunvericiliyə uyğun olaraq protokollar tərtib olunub və onlar qanunvericiliyə uyğun olaraq məsuliyyət...
publikaz_normalized
Bu sirrdir - nə baş verir?":"Telescope Array" alimlərindən ibarət beynəlxalq komanda təbiəti müəyyən edilə bilməyən indiyədək müşahidə edilən ikinci ən güclü kosmik şüanı kəşf edib. Yuta Universitetinin "Telescope Array" nümayəndəsi Con Metyus qeyd edib ki, ekspertlər şüanı təşkil edən yeni hissəciyin mənbəyə qədər tra...
publikaz_normalized
Əraziləri verək ki...":"Amerikalı jurnalistlər Rusiya ilə münaqişənin gedişi ilə bağlı Ukrayna vətəndaşları arasında keçirilən sorğuları təhlil ediblər. Müəlliflərin fikrincə, bəzi ukraynalılar Rusiya ilə sülh naminə ərazi güzəştlərinə getməyə hazır olduqlarını bildiriblər. Sorğular göstərir ki, ukraynalıların kiçik, l...
publikaz_normalized
Noyabrın 30-da Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyaları dövlət sərhədində görüşəcək. Bununla bağlı müəyyən suallar var: görüş sərhədin hansı hissəsində baş tutacaq, nələr müzakirə olunacaq? Komissiyalara hər iki ölkədən baş nazirin müavinləri rəhbərlik edir. Bir il yarımdır faliyyət göstərə...
publikaz_normalized
Resurslar tamamilə tükənib":"Qərb ölkələri hazırda zəif vəziyyətdədir və Ukraynada sülhə can atırlar. O, bu barədə Britaniyanın “UnHerd” portalındakı məqaləsində yazıb. Ekspert Qərblə danışıqları Rusiya üçün mənasız adlandırıb və Rusiya ordusunun mühüm strateji sahələrdə irəlilədiyini vurğulayıb. “Qərb liderləri geosiy...
publikaz_normalized
Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb. Bildirilib ki, biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamə...
publikaz_normalized
Bu məhsullar rüsumsuz keçəcək":"Özbəkistana müəyyən məhsulları Aİ-yə rüsumsuz göndərmək imkanı verən GSP Plus statusu daha 4 il müddətinə uzadılıb. Avropa bazarına 6 min növdən çox mal ixracı vergidən azad olmağa davam edəcək. O bildirib ki, 10 aprel 2021-ci ildə qüvvəyə minən və bu ilin sonunda başa çatacaq bəzi məhsu...
publikaz_normalized
Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək. Son çempion “Qarabağ” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ın qonağı olacaq. Ağdamlılar bu oyunda qalib gəlsələr, vahid liderliyi ələ keçirəcəklər. “Bayquşlar” isə qələbə qazanmaqla avrokubok zonasına yaxınlaşmağı planlaşdırır. Oyunun start fiti saat 20:...
publikaz_normalized
Bıçaqlı hücumdan sonra Dublin savaş meydanına döndü - FOTO":"İrlandiyanın paytaxtı Dublində bıçaqlı hücumda 3-ü uşaq olmaqla 5 nəfərin yaralanmasından qəzəblənən insanlar küçələrə axın edib. Polis üç azyaşlı uşaq, biri kişi və bir qadın olmaqla beş nəfərin Dublin bölgəsindəki xəstəxanalara aparıldığını bildirib. "Məlum...
publikaz_normalized
Xalq artistlərinin əksəriyyəti fonoqram oxuyur. Anam 35 il musiqi dərsi verib. Görün, toylarda o zamanlar kimlər oxuyurdu... Akif İslamzadə toylarda nömrə bir idi. Rəhmətlik Hüseynağa Hədiyev... Artıq bir-bir onların adını çəkməyəcəyəm, çünki nə qədər sadalasam, soruşacaqlar ki, “onlar kimdir?”, sonra da başlayacaqlar ...
publikaz_normalized
Zəngilan rayonunda 18 mina, 8 silah aşkarlanıb. Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumabaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edib və müvafiq qaydada götürüb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Roma"nın müdafiəçisi Leonardo Spinatsiola karyerasını Türkiyədə davam etdirə bilər. Mənbənin məlumatına görə, Spinatsiola "Qalatasaray"a keçməyə yaxındır. İstanbul nəhəngi yarımmüdafiəçini azad agent kimi heyətinə qatacağına ümid edir. Onun “Roma” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Xatırladaq ki, Spinatsiola...
publikaz_normalized
Joby Aviation" tərəfindən hazırlanan S4 eVTOL təyyarəsi Nyu Yorkda ilk uçuşunu nümayiş etdirib. eVTOL-un istifadəsi ictimai nəqliyyat sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Hava taksisi təkcə trafikin təsirli şəkildə azaldılmasını vəd etmir, həm də əhalinin çox olduğu və nəqliyyat şəbəkəsinin praktiki olara...
publikaz_normalized
Bizim iştirakımız...":"Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç bildirib ki, İslamabadın BRİKS-də iştirakı beynəlxalq əməkdaşlığın artırılmasında və inklüziv çoxtərəfliliyin canlanmasında mühüm rol oynaya bilər. Pakistanın BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət etdiyini təsdiqləyən Bəluç bəyan edib ...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib. Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları ilə şəxsi dostluq əlaqələrinin olduğunu, bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın uğurl...
publikaz_normalized
Rusiyaya görə":"Rusiya və Çin Qərbi, Qlobal Cənubdakı müttəfiqlərindən fəal şəkildə məhrum edirlər. Media nümayəndəsinin sözlərinə görə, Çin Çilinin əsas investoruna çevrilib. Həmçinin Rusiya və Çin Afrika ölkələrinə təsirlərini artırır. Bu ölkələr artıq bizim yerimizə oynamır", - jurnalist bildirib. Volfqanq Munçau he...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0.0192 manata kimi ucuzlaşıb, Avro isə 1.8538 manata kimi bahalaşıb.
publikaz_normalized
İqtidar yıxılacaq":"Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) ümumi seçkilər 2024-cü ilin yazında keçirilə bilər. Nəşrin məlumatına görə, Böyük Britaniya xəzinədarlığının yüksək rütbəli rəsmiləri indi büdcə zərfinin əksər hallarda olduğu kimi martda deyil, fevralda təqdim edilməsi imkanlarını müzakirə e...
publikaz_normalized
Uşaqlar üçün dərsliklər":"İsrail ordusu Qəzzada bəzi binalara basqınlar zamanı silah və partlayıcı maddələr tapdığına sübut kimi uşaqlar üçün dərslikləri göstərib. Hücumlar zamanı HƏMAS-ın istifadə etdiyi iddia edilən silah anbarlarının hədəf alındığı iddia edilərkən, İsrail qüvvələrinin binalarda çoxlu sayda silah, su...
publikaz_normalized
Xırdalan şəhərində ata və oğul bıçaqlanıb, saxlanılan var. Bildirilib ki, noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xı...
publikaz_normalized
Bu çimərliklərdən qum yoxa çıxır":"Son 13 il ərzində Barselona çimərlikləri 150 min kubmetr qum itirib, noyabrda isə vəziyyət daha da pisləşib. Çimərliklər üzrə direktor, noyabrın əvvəlində Avropanı vuran "Ciaran" qasırğasının səbəb olduğu fırtınanın Barselonanın sahil xəttini kritik vəziyyətə saldığını və Nova Mar Bel...
publikaz_normalized
Cari ilin hazırlıq planına əsasən Quru Qoşunlarında hərbi qulluqçular arasında keçirilən atletika üzrə yarışlar başa çatıb. Bildirilib ki, “N” hərbi hissənin idman şəhərciyində keçirilən yarışlarda birlik, birləşmə və əlahiddə bölmələri təmsil edən 8 komanda mübarizə aparıb. Bağlanış mərasimində Azərbaycan xalqının Ümu...
publikaz_normalized
10:35" "Rusiya sülhməramlılarının Qarabağda rotasiyası başa çatıb və bölgədən çıxarılanların yerinə yenilənmiş kontingentin gətirilməsi həyata keçirilir. “Hraparak” nəşri yazır ki, sülhməramlıların özləri də Qarabağda nə işlə məşğul olacaqlarını dəqiq bilmirlər. “Əldə etdiyimiz məlumata görə, əvvəlki kontingent Ermənis...
publikaz_normalized
Hər birimizin ailə qurmamışdan öncə genetik testdən keçməsi vacibdir". Onun sözlərinə görə, bunun üçün yaşın heç bir fərqi yoxdur: Müəyyən edilmiş genetik test insandan ömründə yalnız bir dəfə götürülür və ikinci dəfə nə zamansa götürülməsinə ehtiyac olmur".
publikaz_normalized
Şimali Koreya lideri Kim Çen In izah edib ki, yeni kəşfiyyat peykinin buraxılması ölkənin müdafiə hüququnun qanuni şəkildə həyata keçirilməsidir. Şimali Koreya liderinin Milli Aerokosmik Texnologiyaya səfərindən hazırlanmış materialda deyilir: “Kim Çen In kəşfiyyat peykindən istifadənin özünümüdafiə hüququnun tam şəkil...
publikaz_normalized
Ukrayna naminə Trampa rüşvət verək":"Jurnalist Cozef de Vek ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynaya dəstəyin hansı formada davam edəcəyini açıqlayıb. Müəllif etiraf edib ki, Avropa İttifaqı Trampın Ukraynaya dəstəyi naminə ABŞ-dan silah ala bilər. Onun fikrincə, Avro...
publikaz_normalized
“Asiya dövrü” əsrin geoiqtisadi inkişafıdır":"Regional Hərtərəfli Əməkdaşlıq Sazişi (RCEP) ilə Çin qlobal iqtisadiyyat və geoiqtisadi sahədə irəliyə doğru bir addım atıb. Türkiyə çoxqütblü iqtisadi sistemə çevrilən dünyada düzgün mövqe tutmalıdır. 2020-ci ildə imzalanmış və 1 yanvar 2022-ci ildə qüvvəyə minən Regional ...
publikaz_normalized
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı həm siyasi kontekstdə, həm də ticarət-iqtisadi istiqamətdə bir sıra məsələlər, mədəni-humanitar məsələlər, o cümlədən, xüsusi...
publikaz_normalized
İsrailə dedik ki, əsirləri ancaq bu yolla...":"HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə daha əvvəl İsrailə əsirləri ancaq “mübadilə” yolu ilə geri ala biləcəklərini bildirdiklərini açıqlayıb. Sahədəki irəliləyişləri və əldə edilən məhbus mübadiləsi razılaşmasını qiymətləndirən sözçü, h...
publikaz_normalized
Dünyaya gəldim ki, səni... - VİDEO":"Səni sevmək üçün gəldim dünyaya. Doğum günün mübarək, həyatımın mənası. Gözəl həyat yoldaşı və gözəl ana, yaxşı ki, varımsan. Xanımının doğum gününü təbrik edən sənətçi ona olan sevgisini də dilə gətirib: Mən düşündüklərimi heç də hər zaman düzgün ifadə edə bilmirəm, amma mənim ürəy...
publikaz_normalized
Şengen problemini həll edin":"Türkiyə-Aİ toplantısında viza məsələsi bir daha gündəmə gəlib. Daxili İşlər Naziri Əli Yerlikayanın da qatıldığı iclasda Türkiyə Şengen vizası problemlərinin həll edilməsini və viza liberallaşdırılmasına nail olunana qədər viza sadələşdirilməsinin həyata keçirilməsini tələb edib. Bu məsələ...
publikaz_normalized
Bəzi qadağan olunmuş yerlərdə tikilən evlərə çıxarışların verilməsi nəzərdə tutulmur". Onun sözlərinə görə, həmin ərazilərə yüksək gərginlikli elektrik naqillərinin altında tikilən, dəmir yolu infrastrukturlarının yaxınlığında yerləşən, neft kəmərlərinin, su və qaz borularının tam üzərində tikilən evlər və s. Qanunveri...
publikaz_normalized
Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının ərazisində dəyişiklik edilir.
publikaz_normalized
Sunakı çətin sınaq gözləyir":"Hökümətin səylərinə baxmayaraq 2023-cü ildə Britaniyaya rekord sayda miqrant gəlib. “Artan miqrant sayı deməyə əsas verir ki, gələn il gözlənilən ümumi seçkilər öncəsi Sunak üçün çətin olacaq. Onun Mühafizəkarlar Partiyası Böyük Britaniyaya gələn xarici vətəndaşların sayına qarşı sərt tədb...
publikaz_normalized
Onlar bir-birinə sarılıb...":"Astroloqlar su elementi ilə təsbit edilən bəzi bürclərin soyuq havalarda daha həssas ola biləcəyini izah ediblər. Su elementinə bağlı olan Xərçənglər emosional insanlardır. Fiziki olaraq soyuğa qarşı daha həssas ola biləcək bu insanlar sevgiliyə sarılmağa və romantik münasibətlərə açıq ola...
publikaz_normalized
“Timsah göz yaşları”, özünü yalandan “demokratik” ölkə kimi sırımaq Ermənistana kömək etməyəcək. Bildirilib ki, son günlər Ermənistan rəsmiləri Avropa İttifaqının səfirləri ilə görüşmək üzrə yarışa çıxıblar. Ermənistan Parlamentinin spikeri, əksər hallarda danışdığı sözün mahiyyətini dərk etməyən Alen Simonyan isə lap ...
publikaz_normalized
Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycana işgüzar səfəri çərçivəsində Bakı Ekspo Mərkəzində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub. Proqramın iştirakçı dövlətləri Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır....
publikaz_normalized
NTV-də Əhməd Mümtaz Taylanın aparıcılığı ilə yayımlanan "Empati"nin növbəti qonağı aktrisa Hazal Kaya olub. Əhməd Mümtaz Taylanın "Qəribə xasiyyətlərin varmı? sualına Hazal Kaya belə cavab verib: Sirkə ilə yuyunuram, sirkə ilə evi silirəm. Astroloqumdan soruşmadan nə imza atıram, nə də addım atıram. Fikonun doğulması M...
publikaz_normalized
Hərbi razılaşmadan imtina edildi":"Şimali Koreya Cənubi Koreyanın qismən dayandırdığı hərbi gərginliyi azaltmaq üçün razılaşmadan çıxdığını açıqlayıb. Daha əvvəl Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilirdi ki, Seul Pxenyanın cəsus peyki buraxmasını ölkələr arasında hərbi razılaşmanın pozulması k...
publikaz_normalized
Almaniya kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Corca Meloni dünən paytaxt Berlində Almaniya-İtaliya Hökumətlərarası Məşvərət Toplantısı çərçivəsində birgə mətbuat konfransı keçirib. Beynəlxalq iqtisadi maliyyələşdirmə üçün ikitərəfli dəstəyi qeyd etdiniz. İtaliya üçün Almaniya bu məsələdə hələ də etibarlı tərəfd...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. - Hörmətli Emomali Şaripoviç, Sizi Azərbaycanda salamlayıram. Sizinlə yenidən görüşməyimə şadam. Dəvəti qəbul etdiyinizə və SPECA Proqramının Sammitində iştirakınıza görə sağ olun. Görüşmə...
publikaz_normalized
Müzakirə və təqdimat olacaq":"Bu gün Şuşada Türk dünyası memarlarının simpoziumu öz işinə başlayıb. İki gün davam edəcək simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunveric...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb. - Hörmətli Sadır Nurqojoyeviç, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Sammitdə iştirakınıza görə sağ olun. Fikrimcə, bu, h...
publikaz_normalized
Noyabrın 24-ü səhər saatlarına olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi şərq rayonlarında yağış yağıb. Quba, Qusar, Xaltan, Qrızda duman müşahidə olunub. Şimal-qərb küləyi arabir Tərtərdə 22 m/s, Şahdağ, Mingəçevir, Balakəndə 20 m/s, Bərdə 19 m/s, Şəki, Sabirab...
publikaz_normalized
İtaliya millisinin sabiq hücumçusu, hazırda Türkiyənin "Adana Dəmirspor" futbol klubunda çıxış edən Mario Balotelli qəzaya düşüb. 33 yaşlı futbolçu səndələyərək avtomobilindən düşüb. Avtomobilin bütün təhlükəsizlik yastıqları açılıb. İtaliyalı futbolçuya tibbi yardım göstərilib və spirtli içki qəbul edib-etmədiyi yoxla...
publikaz_normalized
Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar. Bundan başqa, aksiyada BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb. Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil ed...
publikaz_normalized
Cənubi Koreyada uçuş zamanı təcili çıxış qapısını açmağa cəhd edən sərnişin həbs edilib. Yonhap"ın Seuldakı İnçxon Hava Limanı polisinə əsaslanan xəbərinə görə, ABŞ-ın Nyu-York şəhərindən bu hava limanına gələn təyyarədəki qadın sərnişin uçuşun başlamasından təxminən 10 saat sonra narahatlıq əlamətləri göstərməyə başla...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin iştirakı ilə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 93 ünvanında yerləşən BEGOC Biznes Mərkəzində “İnzibati binalarda baş verən yanğınların söndürülməsi və insanların təxli...
publikaz_normalized
reabilitasiya mərkəzinə yerləşdirildi - FOTO":"Sosial şəbəkələrdə qalmaqallı paylaşımları ilə gündəmə gələn müğənni Zerrin Özerin vəziyyəti ağırlaşdığı üçün reabilitasiya mərkəzində nəzarətə götürülüb. Məlumat üçün bildirək ki, 65 yaşlı sənətçi son vaxtlarda sosial şəbəkədə dediyi qalmaqallı sözləri ilə gündəmə gəlmişd...
publikaz_normalized
Şuşa rayonun bəzi kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək. Layihəyə əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı...
publikaz_normalized
Laçının Alıcan kəndi ləğv edilir, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin təkibinə verilir. Layihəyə əsasən, Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı...
publikaz_normalized
Neftin qiyməti bu səbədən ucuzlaşıb":"Bazar üçün tam sürprizə çevrilən OPEC ölkələrinin nazirlər toplantısının təxirə salınması Anqola və Nigeriyanın neft hasilatını artırmaq istəyi fonunda baş verib. Güman edilirdi ki, tərəflər arasında hasilatın azaldılmasının hazırkı səviyyəsinin uzadılması və ya hətta sərtləşdirilm...
publikaz_normalized
Ən faydalı şorba borşdur, o, qida maddələrinin ideal birləşməsinə malikdir. Tərkibində zülal, kifayət qədər miqdarda tərəvəz şəklində mürəkkəb karbohidratlar və lif var, kalorisi yüksək deyil. Şimal enliklərinə gəlincə, orada daha yağlı şorbalar məşhurdur, çünki temperatura görə daha çox enerji tələb olunur", - mütəxəs...
publikaz_normalized
Azərbaycan milli komandasında daha bir əcnəbi məşqçinin - Canni de Byazinin dönəmi başa çatdı. O, yığmanın “sükanı arxasına” keçən ümumilikdə 6-cı əcnəbi məşqçi oldu. Rövnəq Abdullayevin AFFA-ya rəhbərlik etdiyi dönəmdə isə 4-cü gəlmə mütəxəssis kimi tarixə düşdü. "Onun da fəaliyyəti Azərbaycan futbol üçün faydalı olma...
publikaz_normalized
Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq həftəsonuna Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Məlumata görə, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq. Noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatar saat 21:35-də Bakıya ...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb. Prezident Kasım-Jomart Tokayev: Mənimlə böyük nümayəndə heyəti gəlib. Prezident Kasım-Jomart Tokayev: Bütün qonaqların gəlişinə şadam. Bu, onu göstərir ki, gündəlik kifayət qədər gen...
publikaz_normalized
Öz müxbirləri "BBC"ni tənqid etdi":"Britaniyanın "BBC" telekanalının İsrailyönlü yayımlarına daha bir reaksiya öz müxbirlərindən gəlib. Məktubda jurnalistlər öz qurumlarını İsrailin xeyrinə qərəzli münasibətdə ittiham ediblər. Məktubda Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyi iddiası ilə bağlı xəbər yayarkən "eht...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilir. Lakin aksiyanın təşkilatçıları polisin tələbinə məhəl qoymayıb, bildiriblər ki, Azərbaycan onların dostudur, haqlı mübarizələrində onlara dəstək verir, odur ki, müstəqillik aksiyasında Azərbayca...
publikaz_normalized
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov Binəqədi rayonunun S.S.Axundov küçəsində partiya fəalları ilə görüşüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik ...
publikaz_normalized
“Kristal Abşeron”dan möhtəşəm təklif var! 11644 manat ilkin ödəniş etməklə 52,67 m² tam təmirli, dəniz mənzərəli 2 otaq studiya mənzilə sahib ola bilərsiniz! Sözügedən təklif “Kristal Abşeron”un “Highland Residence” layihəsindədir. Sakinlərin yüksək həyat standartları ilə təmin edilməsi üçün hər bir məqamın nəzərə alın...
publikaz_normalized
Bəzi sosial şəbəkə səhifələrində guya Ağdam rayonunda müxtəlif ərazilərin minalaşdırılması görüntüsünün formalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb. Azərbaycan Baş Prokuroruluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Emin Nəcəfzadə Ağdam rayonunun Baş Qərvənd kə...
publikaz_normalized
Son yoxlama"sı həyatı bahasına başa gəldi":"Uşaq vaxtı ən böyük arzusu rəssam olmaq olsa da, atasının istəyinə görə bu arzunu gerçəkləşdirə bilməyib. Atası bir oğlunu prokuror, Əjdəri isə aktyor kimi görmək istəyib. Bu gün Azərbaycan kino və teatr sənətində öz yeri, öz rolu, öz sözü olan Əjdər Həmidovun vəfatından 3 il...
publikaz_normalized
Prokuror bu qədər iş istədi":"Barselona"nın və Braziliya millisinin keçmiş oyunçusu Dani Alves 9 il müddətinə həbs edilə bilər. Ötən ilin dekabr 30-da Barselonadakı gecə klubunda qıza təcavüz etməkdə ittiham olunan 40 yaşlı braziliyalı futbolçu məhkəmə qarşısına çıxacaq. Avqust ayında braziliyalıya qarşı ittiham irəli ...
publikaz_normalized
Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özəl sektora çağırış edib. peşə bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirib. Xüsusi nümayəndə deyib ki, Laçın biznes üçün açıqdır: Özəl sektoru Laçında...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. - Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, sizi yenidən görməyimə çox şadam. Biz bu ay Özbəkistanda görüşmüşük və bu gün təmaslarımızı davam etdiririk. Biz o qədər tez-tez görüşürü...
publikaz_normalized
Şənbə gününün havası açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° is...
publikaz_normalized
Oyunlar zamanı daim...":"“Sevindirici haldır ki, ölkəmizdə artıq üçüncü dəfədir Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilir”. A.Əliyev Azərbaycanın son illər bir çox nüfuzlu idman tədbirinə ev sahibliyi etdiyini bildirib: “Bundan başqa, idmançılarımız beynəlxalq tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər”. M...
publikaz_normalized
Bakıda noyabr ayının 20-dən 24-dək BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqram (SPECA) Günləri keçirilir. Tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub. Hazırda SPECA-nın iştirakçı dövlətləri A...
publikaz_normalized