text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
etalon kimi istifadə olunur":"Bu, çox mühüm bir layihədir və burada Azərbaycanla ikitərəfli əlaqələrin qurulması istiqamətində bütün ölkələrin marağı var. Ölkəmizdə siyasi sabitlik hökm sürür. Eyni zamanda, məhz son antiterror əməliyyatlarından sonra atəşkəsə ciddi şəkildə riayət olunur. Baxmayaraq ki, Qərb və bir sıra... | publikaz_normalized |
Müğənni Pünhan Piriyevin aparıcının “Nəfəslə ailə qur” deməsinə verdiyi cavab birmənalı qarşılanmayıb. Onu alıblar, həm də yaşım azdır. Yaxşı, Zaur, sən Allah, nəslin-kökün içində hamının mənə hörməti-izzəti var. Nəfəsi niyə alım, o dostumdur. Nəfəsi alan alıb, toyu olub, mən təzədən onu necə alım?”" "Zaur Kamal isə ca... | publikaz_normalized |
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının, Səudiyyə Ərəbistanı Krallığının, İordaniya Haşimilər Krallığının, Xorvatiyanın və Yunanıstanın səfirləri ilə görüşüb. Görüşdə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə - siyasi, iqtisadi... | publikaz_normalized |
Bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin rəsmi təməlqoyma mərasimi keçirilib. Tədbirdə məlumat verilib ki, təməli qoyulan Soltanlı kəndinin Baş planı layihəsi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətl... | publikaz_normalized |
Ruhumda ağrı, boğazımda...":"Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria tezliklə milli komandadan ayrılacağını açıqlayıb. Ruhumda ağrı və boğazımda bir düyün hissi ilə bütün karyeramda başıma gələn ən gözəl şeyə "əlvida" deyəcəm". Anxel Di Maria Argentina millisində 2008-ci il sentyabrın 6-da DÇ-2010-un seçmə... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Gürcüstanın Baş naziri Azərbaycanın SPECA-ya sədrliyi dövründə bu Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Gürcüstana səfərini və səfər çərçivəsində aparılan müzakirə... | publikaz_normalized |
Adrian Mutu “Neftçi”nin baş məşqçi postundan ayrıla bilər. Bu barədə "newscj.ro" məlumat yayıb. Bildlirli ki, hazırkı baş məşqçi Andrea Mandorlininin işindən narazı olan Kluj təmsilçisinin prezidenti Nelu Varqa onu məhz Mutu ilə əvəzləmək istəyir. İddiaya görə, ÇFR klubunun rəhbəri rumıniyalı mütəxəssislə danışıqlara b... | publikaz_normalized |
7 fələstinli...":"İsrail ordusu HƏMAS-la əldə olunmuş atəşkəs razılaşmasını pozub. Bildirilir ki, atəşkəs fonunda İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalına qayıtmağa çalışan insanlara atəş açıb," "Telekanalın müxbirinin verdiyi məlumata görə, 7 fələstinli yaralanıb. | publikaz_normalized |
13:32" "Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı. Sonra bi... | publikaz_normalized |
Noyabrın 24-də Macarıstanın Baş naziri Viktor Orban Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. | publikaz_normalized |
“Bir də gördün oğlum oldu” - VİDEO":"“3 qızım var, bilmək olmaz, oğlum da ola bilər”. O bildirib ki, oğul övladını heç vaxt arzulamayıb: “Bunu heç ağlımdan keçirtməmişəm. O vaxt oğul, ya da qız övladı arasında fərq qoymamışam. | publikaz_normalized |
Bu, bizim böyük uğurumuzdur":"SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə... | publikaz_normalized |
Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. “Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalq... | publikaz_normalized |
Babasının yolu ilə gedir":"Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov oğlu Adamın Quranı yandırmaqda təqsirli bilinən Nikita Juraveli döyməsinə münasibət bildirib. Kadırovun sözlərinə görə, Adamın düzgün yol tutması onun gənc yaşlarından bəlli idi. Sözlərinin təsdiqi kimi Çeçenistan rəhbəri oğlunun Qur... | publikaz_normalized |
Azərbaycanın güclü iqtisadiyyatı..":"Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Azərbaycanın son iyirmi ildəki inkişafının əsas göstəricilərini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəl... | publikaz_normalized |
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. Dövlətimizin başçısı ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. “Keçmiş məcburi köçkünlər “Böyük Q... | publikaz_normalized |
Bu gün saat 13:20 radələrində ADY-yə məxsus teplovoz Sitalçay–Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-MR-785 olan “Mercedes” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib. Bununla belə, ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti ha... | publikaz_normalized |
Referendum keçirilsin":"Fələstin məsələsini həll etməyin yeganə yolu Fələstinin gələcəyi ilə bağlı referendum keçirməkdir. Fələstin probleminin yeganə həlli bütün fələstinlilərin iştirak edəcəyi referendumdur: həm işğal olunmuş ərazilərdə yaşayanlar, həm də bu əraziləri tərk edib başqa ölkələrdə yaşayanlar. Onlar öz mü... | publikaz_normalized |
“Ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”":"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakını Xəzər regionunun mirvarisi və dünyanın ən gözəl şəhərlərindən biri adlandırıb. O, əlamətdar hadisə - ölkəmizin ərazi bütövlüyünün beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələr... | publikaz_normalized |
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi 2025-ci ildə ölkəsində keçiriləcək Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammitinə fəxri qonaq qismində dəvət edib. Qeyd olunub ki, o, Azərbaycan dövlət başçısını 2024-cü ildə Özbəkistana rəsmi səfərə dəvət edib. Ş.Mirziyoyev 2024-cü ilin Öz... | publikaz_normalized |
Ali Məhkəmə Rusiyanın “Ozon” bazarına dəyən mənəvi zərərin ödənilməsi üçün müraciət edən İvanovo vilayəti sakininin iddialarını təmin edib. Alıcının sifariş etdiyi məhsular içrəsində bir qutu çay istisna olunub.Çayın pulunu satıcı müştərinin hesabına qaytarıb. Lakin o, istehlakçı hüquqlarının pozulması ilə bağlı iddia ... | publikaz_normalized |
Səndən çox qazanıram" - VİDEO":"Müğənni Səmra Rəhimli növbəti mahnısını qadınlara həsr edib. Mahnıda qadın və kişi bərabərliyindən danışan ulduz fikilərini instaqramda bölüşüb. Hər kəs bərabər hüquqlara sahibdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən əmlak vəziyyətindən, qulluq möv... | publikaz_normalized |
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycana dövlət səfərinə dəvət edib. Bu gün SPECA Proqramının 25 illiyinə yekun vurarkən, yəqin ki, hər bir ölkə bizim necə irəlilədiyimizi görə bilər. Sevindirici haldır ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə bu ... | publikaz_normalized |
Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik". Bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya siyasəti, ölkələrimizin daha da yaxınlaşması ilə əla... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. -... | publikaz_normalized |
Biz Sizinlə iqtisadi, ticari, sənayenin inkişafı və kooperasiya üzrə çox iddialı plan müəyyən etmişik və hamısı yerinə yetirilir". Biz bu ay Özbəkistanda görüşmüşük və bu gün təmaslarımızı davam etdiririk. Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Mənim Özbəkistana səfəri... | publikaz_normalized |
Sizin Düşənbəyə dövlət səfərinizdən sonra nazirliklərimiz və idarələrimiz çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu proqramlar işlənib hazırlanır, biz indi bu barədə danışırıq. Onun sözlərinə görə, ikitərəfli qarşılıqlı fəaliyyətimiz həm ticarət sahəsində, həm də humanitar müstəvidə dinamik şəkildə inkişaf edir: Azərbayc... | publikaz_normalized |
Bu pəhrizə riayət etməklə bayrama qədər bir neçə kilo arıqlaya bilərsiniz. Əgər il boyu arıqlamaq üçün vaxt tapa bilməmisinizsə, ancaq Yeni İldə mükəmməl görünmək istəyirsinizsə, narahat olmağa tələsməyin. Özünüzə məhdudiyyətlərlə işgəncə vermək və qəfildən qarabaşağa keçmək əvəzinə, sizə əsrlər boyu sübut edilmiş qədi... | publikaz_normalized |
Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq". Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suver... | publikaz_normalized |
NATO Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləyir, bu, narahatlığa və cavab tədbirlərinə səbəb olmaya bilməz. “Məhz NATO öz hərbi infrastrukturu ilə daim sərhədimizə doğru hərəkət edir, biz NATO infrastrukturuna doğru hərəkət etmirik. NATO hərəkət edir və bu, bizim narahatlığımıza, öz təhlükəsizliyimizi təmin e... | publikaz_normalized |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb. - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 7A ünvanında fəaliyyət göstərən dönərxana;" "- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi,... | publikaz_normalized |
Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq", - dövlət başçısı qeyd edib... | publikaz_normalized |
Putin öləcək, Tramp xəstələnəcək, sonsuza qədər...":"Kiçik yaşlarında ildırım vuraraq görmə qabiliyyətini itirən Baba Vanqa ön görücülüyü ilə məşhurlaşıb. 2024-cü ildə dünyanın çox böyük dəyişikliyə uğrayacağını iddia edən Baba Vanqa Trampın xəstəliyindən tutmuş Putinin öldürülməsinə qədər bir çox proqnozlar verib. Bab... | publikaz_normalized |
Moskvaya yağan qar çox güman ki, yaza qədər davam edəcək. Bu qarın yalnız yazda əriməsi ehtimalı yüksəkdir", - sinoptik bildirib. O əlavə edib ki, Tuşino meteoroloji stansiyasının məlumatına görə, hazırkı hündürlük 12 santimetrdir. Noyabrın 24-də yüngül yağıntılar davam edəcək, ona görə də qarın qalınlığı artacaq. | publikaz_normalized |
Blokadaya aldılar":"Polşa ilə sərhəddə vəziyyət ağır olaraq qalır, hazırda 4 nəzarət-buraxılış məntəqəsi bağlanıb və təxminən 3700 yük maşını Ukrayna istiqamətində növbəyə durub. Zabit xatırladıb ki, noyabrın 23-də blokada iştirakçıları digər “Medikka” keçid məntəqəsində - Şeqinidə aksiyalara başlayıblar. Dövlət Sərhəd... | publikaz_normalized |
Tanınmışların vurma cədvəlini bilməməsi efirdə maraqlı anların yaranmasına səbəb olub. Onlar 8 dəfə 8, 7 dəfə 7-nin neçə etdiyini bilməyiblər. Aşıq Mübariz isə bu suallara etiraz edərək ona sənəti barədə sual verilməsini istəyib. | publikaz_normalized |
Azərbaycan idmançısı Eduard Məmmədov Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatının qalibi olub. “Ağ canavar” ləqəbli idmançı “Light Contact” və “Kick Light” versiyaları üzrə 6 döyüş keçirib. Portuqaliya, Britaniya, Qırğızıstan, Macarıstan, Hindistan, finalda isə Slova... | publikaz_normalized |
“Hazırda Azərbaycanın Ermənistanla 3 prinsip əsasında müqavilə imzalamağa hazır olduğu bəlli deyil”. Erməni baş nazir məlum üç prinsipi yenidən təkrarlayıb. Birincisi, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması: Azərbaycan 86600 kvadrakilometr, Erməniustan 29800 kvadratkilometr; İkincisi, sərhədin delimitasiyasını... | publikaz_normalized |
Gözəl qadın və... - FOTOLAR":"Atletiko"nun futbolçusu Alvaro Morata həmişə diqqət mərkəzində olub. Həm meydandakı çıxışı, həm də şəxsi həyatıyla. Nümunəvi davranan Alvaronun xoşbəxt həyatı var. O, dörd uşağının anası Aliçe Kampelloilə evlidir. 28 yaşlı xanım İtaliyanın tanınmış ailəsindəndir. Onun atasının avtomobil sa... | publikaz_normalized |
Regional super güc":"Serbiya Müdafiə Nazirliyinin dövlət katibi Nemanya Staroviç Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib. Prezident Rəcəb Tayyib Ərdoğan və Serbiya Prezidenti Aleksandr Vuçiç arasında münasibətlərin “son dərəcə konstruktiv və müsbət” olduğunu bildirən Staroviç, “21-ci əsr Avropasının iki böyük l... | publikaz_normalized |
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ölkələr arasında strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər. Qeyd edilib ki, görüşdə iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərinə əsas diqqət yetirilib, eləcə də Azərbaycanın Gürcüstanın aparıcı tica... | publikaz_normalized |
Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya daha bir Avropa nəhənginin hədəfinə düşüb. London klubunun məşqçi heyəti 22 yaşlı vingerin komandanın hücum xəttini gücləndirməyə qadir olduğunu düşünür. “Napoli” isə 85 milyon avro dəyəri olan Xviçanı satmaq istəmir. Bir müddət əvvəl Almaniya mətbuatı Kvaratsxeliyanın "Bayern"i... | publikaz_normalized |
COVİD-19-dan sonra sirli epidemiya panikası":"İllər sonra dünyada milyonlarla insanın ölümünə səbəb olan koronavirus epidemiyasının yarandığı Çini daha bir epidemiya təşvişi bürüyüb. "Xəbər verdiyimiz kimi, Çində son zamanlar, xüsusilə də uşaqlar arasında yaranan pnevmoniya epidemiyası böyük narahatlıq doğurur. Çində g... | publikaz_normalized |
Cəlilabad rayonunda polisə zəng edib cinayət törədəcəyini deyən şəxs tutulub. Belə ki, bir neçə gün əvvəl kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Tağıyev (şərti ad soyadlı) DİN-in 102 xidmətinə zəng edərək Mahir adlı şəxsin ona pul borclu olduğunu və həmin şəxsi bıçaqlayacağını deyib. Dərhal həmin şəxsin yaşadığı yer m... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Saatlı rayonunun Əlisoltanlı kənd tam orta məktəbində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təh... | publikaz_normalized |
Hacıqabulda bələdiyyə sədri məsuliyyətə cəlb edilib. Aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən kənd bələdiyyəsinin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) mad... | publikaz_normalized |
Bankdan kredit götürərkən əsas nələrə diqqət edirsiniz? Təbii ki, sizə lazım olan məbləğin verilməsi, aylıq ödənişin sərfəli olması, müddət, sığorta xərci və zamin tələbinin olmaması, ödəniş vaxtını özünüzün seçmək imkanı və bunlarla yanaşı ən əsası rahat və tez rəsmiləşdirməyin mümkünlüyü. Bütün bu istəklərinizi bir ü... | publikaz_normalized |
İnanılmaz faydası var":"Balqabaq toxumlarının müntəzəm istifadəsi sinir sisteminin və böyrəklərin işini yaxşılaşdırır, həmçinin kişilərin sağlamlığına faydalı təsir göstərir. Həkim bildirib ki, balqabaq tumları öz tərkibinə görə unikal məhsuldur. Onun sözlərinə görə, 60 qram, yəni bir ovuc toxumda əsəb sistemini və əzə... | publikaz_normalized |
Həyata keçirdiyi davamlı və faydalı layihələri ilə cəmiyyətə töfhə verən “Nar” zəngin korporativ sosial məsuliyyət (KSM) təcrübəsini ADA Universitetinin tələbələri ilə bölüşdü. Təqdimatda bizneslərin sosial məsuliyyəti mənimsəməsi, KSM strategiyasının yaradılması, müsbət fərq yaradan sosial layihələrin icrası və onları... | publikaz_normalized |
Qaytarmırsınızsa, borcdan silin":"Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın, Moskvanın tədarük etmədiyi silahlara görə ödədiyi pulu ölkənin Rusiyaya olan borcundan çıxmağı təklif edib. “Variantlardan biri Ermənistan Respublikasının Rusiya Federasiyasına olan borcundan silaha görə ödənilən məbləğin tutulması ola b... | publikaz_normalized |
Göyçay rayonunda xuliqanlıq etmiş şəxs həbs edilib. Belə ki, A.Qədirov əvvəllər arayışa görə aralarında mübahisə yaranmış N.İsmayılovun yanından keçərkən üzünü ona tutaraq “Noldu Paşinyan” mahnısını oxuyub. Mahnının onun ünvanına olduğunu düşünən RİH əməkdaşı 53 yaşlı kişiyə yaxınlaşaraq irad bildirib və aralarında müb... | publikaz_normalized |
Real"ın futbolçusunun sevgilisiylə görüşdü - FOTOLAR":"PSJ-nin futbolçusu Əşraf Hakimi həftəsonu Madriddə "Real"ın futbolçusu Eder Militaonun keçmiş sevgilisi Karolina Lima ilə görüşərkən görüntülənib. Mərakeşli müdafiəçi və influenser İspaniyanın paytaxtındakı klublardan birində görüşüblər. Mediada yayılan xəbərlərə g... | publikaz_normalized |
Xırdalandakı bir kafedə xuliqanlıq etmiş Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Qalib Osmanova hökm oxunub. Belə ki, Qalib Osmanov həmin gün dostu ilə “Vedi” restoranında yeyib-içib. Onlar 2 litr spirtli içki qəbul ediblər. Restorandan çıxan dostlar daha sonra pivə içmək üçün üzbəüz yerləşən digər kafeyə daxil olu... | publikaz_normalized |
Aktrisa Ülfət Bəşir yenidən sosial medianın istifadəçilərinin hədəfinə tuş gəlib. Ülfətin şəhərin əyləncə məkanlarının birində sərgilədiyi rəqs performansı kişilərin ağlını başından alıb. İnstagram" istifadəçiləri bu paylaşıma müxtəlif fikrləri ilə münasibət bildiriblər. Onların bir çoxu isə Ülfəti qınayıb. Videonu izl... | publikaz_normalized |
SPECA Azərbaycanın inkişafına imkan yaradır":"Bakıda noyabr ayının 20-dən 24-dək BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqram (SPECA) Günləri keçirilir. Tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr ol... | publikaz_normalized |
Beynəlxalq alimlər qrupu naməlum dinozavr növünü aşkar ediblər. Son vaxtlara qədər kiçik terapodlar ailəsinin üzvləri "Alvarezsauridae"nin uça bilməyən bir quş növü olduğu düşünülürdü, lakin indi onlar maniraptoranlarla əlaqəli, lakin quşlar sinfinə daxil olmayan dinozavrlar kimi təsnif edilir. Məqalədə alimlər "sürətl... | publikaz_normalized |
Bayram axşamı bürclərə uğur gətirən rəng hansı olacaq?":"Biz hər il Yeni İlin şans və xoşbəxtlik gətirəcəyini arzu edirik. Astroloqlar əmindirlər ki, Yeni İli keçirəcəyiniz geyimdən, hətta onun rəngindən də çox şey asılıdır. Üstəlik, hər bir bürcə şans gətirən rənglər tamam fərqlənir. Odur ki, biz hətta inadkar skeptik... | publikaz_normalized |
Avroviziya təmsilçimiz Nadir Rüstəmli bu dəfə fərqli obrazda çəkdirdiyi klipi təqdim edib. Bəstənin sözləri Kənan İbralı, musiqisi isə elə səbəbkarın özünə məxsusdur. Bakıda lentə alınan klipin süjet xəttində Nadir öz keçmişi ilə danışır. Baş verən bütün hadisələrdə o, beynində canlandırdığı keçmişindəki “Nadir”i günah... | publikaz_normalized |
Azərbaycan idmançısı Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. Qeyd edək ki, yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edir. | publikaz_normalized |
Qert Vilders - KÜÇƏLƏRƏ AXIN":"İfrat sağçı lider Qert Vildersin seçkilərdə qələbəsindən sonra hollandlar küçələrə çıxarkən, Qərb mediasındakı təhlillərdə məyusluq və narahatlıq ifadə edilib. Vilders özünün belə gözləmədiyi qələbə ilə parlamentdəki 150 yerdən 37-ni qazanıb və baş nazirlik üçün ən güclü namizəd olub. Nət... | publikaz_normalized |
Laçın sakinləri doğma yurdlarına köçürülür. İndi gündəmimizi Qarabağa qayıdışla bağlı müjdəli xəbərlər bəzəyir. İşğal zamanı dağıntılar altında qalan Laçında artıq sürətli inkişaf dövrü başlayıb. Azərbaycan 30 il sonra erməni işğalından azad etdiyi tarix şəhərdə müharibənin izlərini silir. Dağılmış və xarabalığa çevril... | publikaz_normalized |
İstanbulda “Hibrid təhdidlərlə qlobal mübarizə” Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (Stratcom,23) başlayıb. Zirvədə açılış niqti ilə çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan tədbirin həsr olunduğu mövzunun müasir dünyada aktuallığının sürətlə artdığını vurğulayıb. Türkiyə Prezident Administrasiyası K... | publikaz_normalized |
Külüllü-Kürdəmir magistral su kəmərində aparılan təmir-bərpa ilə əlaqədar təmir işləri yekunlaşana qədər Kürdəmir şəhərinə və magistral xətdən su alan kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib. | publikaz_normalized |
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. | publikaz_normalized |
Azərbaycan Türkiyə vətəndaşını ölkəsinə ekstradisiya edib. Qeyd olunub ki, Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Mehmet Yavuz İncesu cari ilin... | publikaz_normalized |
Noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət basçılarının şərəfinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi nahar verilib. | publikaz_normalized |
Noyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla ke... | publikaz_normalized |
Moldova parlamenti fövqəladə vəziyyətin dekabrın 1-dən daha 30 gün uzadılması barədə qərar qəbul edib. “Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət rejimi 2023-cü il dekabrın 1-dən 30 gün müddətinə uzadılacaq”, – Daxili İşlər Nazirliyinin rəhbəri Adrian Efrosun təqdim etdiyi qərarda deyilir. Müxalif Kom... | publikaz_normalized |
Bu gün Özbəkistan Azərbaycanla birgə infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Təhlillər göstərir ki, region dövlətləri arasındakı ticarət dövriyyəsinin həcmi 52 milyard dollardır. Qarşılıqlı sərmayə yatırımı və tranzit əməkdaşlıq sahəsində 2030-cu ilə qədər bu rəqəm 100 milyard dollara çata ... | publikaz_normalized |
2023-cü il noyabrın 23-də İrəvanda BMT-nin həqiqətin, ədalətin təşviqi, təzminat və təkrarlanmama təminatları üzrə xüsusi məruzəçisi Fabian Salvioli erməni diasporunun təşkil etdiyi Ermənistana səfərinin yekunu olaraq mətbuat konfransı keçirib. Bununla belə, BMT-nin xüsusi məruzəçisinin Ermənistana erməni diasporunun t... | publikaz_normalized |
Ermənistan Rusiyanı dost ölkə hesab edir. Paşinyan vurğulayıb ki, İrəvan Moskva ilə münasibətləri qarşılıqlı hörmət əsasında qurmaq üçün bütün lazımi səyləri göstərmək niyyətindədir. “Biz Rusiya ilə münasibətlərin qarşılıqlı hörmət, maraqlara, suverenliyə və müstəqilliyə hörmət əsasında qurulmasını təmin etmək üçün hər... | publikaz_normalized |
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb. Prezident Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar. | publikaz_normalized |
İnternetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. O bildirib ki, belə vətəndaşların ümumi sayı haqqında məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı,... | publikaz_normalized |
13 israilli əsir, həmçinin 12 Tailand vətəndaşı Qəzzadan azad edilərək Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib. İsrailin həmçinin 39 fələstinli məhbusu azad edəcəyi gözlənilir. Məsələ barədə Tailandın Baş naziri Settha Thavisin də “X” sosial şəbəkəsində məlumat verib. “Təhlükəsizlik xidmətləri və Xarici İşlər Na... | publikaz_normalized |
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb. Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar. | publikaz_normalized |
Müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. İttiham aktında göstərilib ki, bu ilin 6 iyununda Bakı şəhərində Hökümə Əşrəfzadə və bacısı Rəhimə Əşrəfzadə... | publikaz_normalized |
İsrail hərbçiləri Qəzzanın ən böyük xəstəxanası olan Əl-Şifadan geri çəkilib. Qeyd edək ki, bir müddət öncə İsrail Müdafiə Qüvvələri bölmələri Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında HƏMAS-ın hərbi hədəflərinə qarşı əməliyyat keçirmişdi. Xatırladaq ki, bu gün İsrail ilə HƏMAS arasında müvəqqəti atəşkəs başlayıb. | publikaz_normalized |
Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb. | publikaz_normalized |
Abşeronun Aşağı Güzdək qəsəbəsində yerləşən “Daşagil” gölünün yaxınlıqdakı dəri emalı sexi tərəfindən çirkləndirilməsi faktı aşkar olunub. Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirib. Nəticədə həmin ünvanda sanitariya-gigiyena qaydalarının pozulması fa... | publikaz_normalized |
Kanada hökuməti Ukraynaya 11 mindən çox avtomat silahı və 9 milyondan çox patron təhvil verəcək. | publikaz_normalized |
Noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb. " "Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar. | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında görüş keçirilib. Bununla yanaşı, KƏŞ-in bir sıra regional fotmatlarında, xüsusilə də Orta Asiya ölkələri ilə əməkdaşlıq mexanizmlərində ölkəmizin iştirakının və proseslərə y... | publikaz_normalized |
Qlobal istiləşmə 1,5 dərəcə azaldılsa, qlobal neft və qaz sektoruna hər il qoyulan 800 milyard dollar sərmayə 2030-cu ilə kimi yarıya qədər azala bilər. Hesabata görə, bu məqsədə çatmaq üçün neft və qaz sektorunda yeni, uzunmüddətli layihələrə ehtiyac yaranmayacaq və bəzi cari layihələr birdəfəlik saxlanılmalı olacaq: ... | publikaz_normalized |
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb. UNESCAP-ın icraçı katibinin Azərbaycanın SPECA-ya sədrliyi çərçivəsində ilk dəfə olaraq təşkil olunan və proqramın 25-ci ildönümünə təsadüf... | publikaz_normalized |
Hazırda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti, müqayisə ilə baxsaq, Azərbaycanın digər bölgələri ilə müqayisədə ortadan yuxarı və yaxud da nisbətən siyahının daha yuxarı hissəsindədir. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə fəaliyyət p... | publikaz_normalized |
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib. Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdır... | publikaz_normalized |
Kommunal şəbəkələrə qoşulmaqla bağlı yeni qaydalar əvvəl tikilmiş qanunsuz evlərə şamil edilməyəcək. O qeyd edib ki, hansı qanunsuz evlər indiyə qədər kommunal şəbəkələrə qoşulub, onlar istifadə edə biləcəklər. “Kimsə onları şəbəkədən ayırmayacaq. Lakin əsas problem oktyabrın 1-ə qədər kommunal şəbəkələrə qoşulmayan ev... | publikaz_normalized |
Əməkdar artist Aygün Bəylər illər sonra konsert verəcək. O bildirib ki, dekabr ayının 26-ı Heydər Əliyev Sarayında səhnə alacaq. Aygün Bəylər konserti üçün kamera qarşısına keçib və çəkiliş etdirib. Xatırladaq ki, Əməkdar artist bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. (olay.az)" " " " " " " " " " " " " " " "... | publikaz_normalized |
Azərbaycan 1-ci liqası təmsilçisi “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. Qeyd edək ki, V.Əsgərli ötən ilin iyulundan “Şamaxı”nı çalışdırırdı. | publikaz_normalized |
İsrail bu gün İspaniya və Belçika səfirlərini ölkənin Xarici İşlər Nazirliyinə çağırıb. Bildirilib ki, buna səbəb İspaniya və Belçika baş nazirlərinin Təl-Əvivin Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin əzablarına son qoymaq üçün tam atəşkəsdən imtina etməsi ilə bağlı söylədiyi fikirlərdir. “Terrora dəstə... | publikaz_normalized |
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıda aldığı evini nümayiş etdirib. Hüseyn bildirib ki, hazırda evi üçün yeni mebellər almağa hazırlaşır. Rusiyadakı, Dubaydakı və Bakıdakı evim təmirdədir. deyə, Həsənov paylaşımında yazıb. | publikaz_normalized |
Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyat etdirib. O bildirib ki, üzünə kök hüceyrə etdirib: R.Allahverdiyeva plastik əməliyyatla 10-15 yaş cavanlaşdığını əlavə edib. | publikaz_normalized |
Qanuni oğru Vitali Tbilisski, onu İrəvanda müşayiət edən şəxslər noyabrın 17-də digər qanuni oğru Arsen Yerevanski və “Mercedes” markalı avtomobilin sürücüsü ilə əlbəyaxa olublar. Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb. Noyabrın 22-də Vitali Tbilisski və onu müşayiət edən üç nəfər saxlanılıb. Baxış ... | publikaz_normalized |
Hollandiyalı aktyor-rejissor Helmert Voudenberq vəfat edib. Qeyd edək ki, sənətçi “Mavi film”, “Mən nə görürəm?”, “Son qatar”, “İki kraliça və şahzadə”, “Bir az aşiq”, “Yenidən evdəyik”, “Maastrixt polisləri”, “İzsiz itdi”, “Boşanma” kimi məşhur filmlərdə rol alıb. | publikaz_normalized |
Serj Sarkisyanın bəyanatı və... - Paşinyan şok faktlar açıqladı":"Müşahidə etdim ki, Rusiya 44 günlük müharibə ilə Ermənistan hakimiyyətini müəyyən hərəkətlərə görə cəzalandırdığına dair tezis çox fəal şəkildə yayılır. Mən Rusiyanı bu kontekstdə müzakirə obyektinə çevirmək istəməzdim, amma gəlin bu tezisi ciddi müzakir... | publikaz_normalized |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib. Qarşılaşma qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. Qeyd edək ki, turun digər görüşləri 25-26 noyabrda olacaq. | publikaz_normalized |
Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən “Bəy Hotel” barəsində protokol tərtib edilib. “Bəy Hotel” sahibinə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə otel sahibi inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə o... | publikaz_normalized |
Qətər Xarici İşlər Nazirliyi atəşkəs razılaşması çərçivəsində 39 fələstinli məhbusun İsraildən azad edildiyini təsdiqləyib. “Biz həmçinin razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini təsdiq edirik”, – Əl-Ənsari bildirib. | publikaz_normalized |
İsrail Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb. “Biz qaçırılan uşaqlarımızı, onların analarını və digər qadınları geri qaytarmağın birinci mərhələsini başa vurduq. Onların hər biri bütöv bir dünyadır. Amma mən sizə, ailələrə və İsrail vətə... | publikaz_normalized |
Bu matçda etdiyimiz səhvlər inanıram ki, "Molde" ilə oyunöncəsi bizə çox fayda verəcək. Molde" evdə oynayacaq, mütləq qalib gəlməlidirlər. Ola bilsin ki, çox pressinq etdilər. Amma ümumən mənim üçün vacib olan futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bugünkü görüşün faydası çox oldu. Futbolçular da gördü k... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.