text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Əliyevin şərtləri var":"ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Prezident İlham Əliyevlə Əliyevlə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqtonda aparılması və Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi haqda dedikləri ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avro...
publikaz_normalized
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Mazımqara” gömrük keçid məntəqəsində sıxlıq yaranıb. Tranzit yükdaşıma maşınları tıxacın olmasından və sıxlığın yaşanmasından əziyyət çəkirlər. Bu sıxlıq Balakən rayonunun Katex kəndindən etibarən gömrük postunadək 20 kilometr uzunluğundakı yolu əhatə edir. Ümumilikdə beş yüzə ...
publikaz_normalized
İtaliya Çin tərəfindən irəli sürülən və tarixi İpək yolu üzərində ticarəti böyük layihələrlə canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündən çıxıb. Sənəddə İtaliyanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakını uzatmayacağı bildirilib. Qeyd edək ki, İtaliya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ...
publikaz_normalized
Çalışmağa davam etsəniz...":"Dostlarla tanışların dəstəyini alsanız, bütün sədləri asanlıqla dəf edə biləcəksiniz. Seçdiyiniz yolun səhihliyinə onları inandırın. Günün ikinci yarısında işlərə görə məsuliyyət daşımalısınız. Münasibətlərdə eqoizmə yol verməyin. Axşam saatlarını qonaq qəbuluna, dostlarla görüşə həsr edin....
publikaz_normalized
“Everton”un futbolçusu Dele Allinin sevgilisi Sindi Kimberli “British Fashion Awards” mərasimində cəsarətli geyimiylə diqqətləri cəlb edib. Model Londondakı “Royal Albert Hall”da keçirilən tədbirin qırmızı xalçasına heyrətamiz ağ krop və yubka geynib. Saçlarını isə muncuqlarla bəzəyib. "25 yaşlı seksual gözəlin geyimi ...
publikaz_normalized
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turunun açılış oyunu baş tutub. Üstünlüyünü oyunun sonuna qədər davam etdirən “NTD-İndiqo” yekunda 93-71 hesablı qazanıb. Ən məhsuldar basketbolçular “Neftçi”də Toraje Breyk (23 xal, 4 asist), “NTD-İndiqo”da isə Cared Smol (38 xal, 8 ribaund) olublar...
publikaz_normalized
ABŞ-dan İsrailə hərbi texnika daşıyan 200-cü təyyarə gəlib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi əməliyyatlar başlayandan bəri İsrail ABŞ-dan 10 min ton hərbi texnika alıb. “İsrail Müdafiə Nazirliyi və ordu Qəzza zolağında əməliyyatın məqsədlərinə nail olmaq üçü...
publikaz_normalized
Azərbaycanda kişi qardaşına çay verdiyi üçün həyat yoldaşına zorakılıq edib. Belə ki, Fariz adlı şəxs qısqanclıq zəmnində yoldaşını təhqir edərək zorakılıq edib. Lakin hadisəni törədən şəxs durumu inkar edir.
publikaz_normalized
Ölkədə siyasi diletantlar hakimiyyətə gəldikdə, bir qayda olaraq həmin ölkə dünyanın gözündə gülüş hədəfinə çevrilir. “Hakimiyət sükanına əlləri yenicə çatan təcrübəsiz rəhbərlərin ağlasığmaz addımları ölkənin statusunu beynəlxalq hüququn subyektindən onun obyekti halına gətirir”, - deyə videomaterialda vurğulanır. Süj...
publikaz_normalized
ABŞ Ukraynaya 175 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb. O, yeni paketə hava hücumundan müdafiə sistemləri, HİMARS sistemləri üçün əlavə döyüş sursatları, artilleriya sursatları, radiasiya əleyhinə yüksək sürətli raketlər və tank əleyhinə raketlər, atıcı silahlar üçün sursat, maneələri aradan qaldırma...
publikaz_normalized
Yeddilik Qrupu (G7) ölkələri, oktyabrın 7-də Qəzza zolağında münaqişənin gərginləşməsinin növbəti mərhələsi başlayandan bəri Fələstin əhalisinə yardım üçün 600 milyon dollardan çox vəsait ayrıldığını elan edib. “7 oktyabr 2023-cü il tarixindən etibarən biz Fələstin xalqına, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Y...
publikaz_normalized
Azərbaycanın bir sıra ərazilərində salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzillər təmir olunacaq. Belə ki, təmir işləri Bakı şəhəri, Abşeron, Saatlı, Füzuli, Biləsuvar, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzilləri ə...
publikaz_normalized
AzTV-nin əməkdaşı Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından sonra vəfat etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Onlar bildiriblər ki, ilkin məlumata əsasən, Vüqar xəstəxanadan evə buraxıldıqdan sonra xeyli miqdarda su içib, bundan sonra vəziyyəti ağırlaşıb: “Ailəsi deyir ki, həkim göstərişi ilə yeməyi və suyu kiçik...
publikaz_normalized
İstanbulda kuryer Somali prezidentinin oğlunun olduğu avtomobilin vurmasından təxminən 1 həftə sonra dünyasını dəyişib. Bildirilib ki, qəza noyabrın 30-da İstanbulun Kennedi şossesində baş verib. Motosiklet sürən 38 yaşlı kuryer Yunus Geçer yol kənarında dayanmaq üçün tunelin çıxışında sürətini azaltmağa başlayıb. Həmi...
publikaz_normalized
Venesuela qonşu Qayana ilə artan münaqişə fonunda ordusunu səfərbər edir. Xatırladaq ki, çərşənbə axşamı Venesuela prezidenti Nikolas Maduro televiziyada ölkənin yeni rəsmi xəritəsini təqdim edib və bu xəritədə artıq Essekibo bölgəsi də yer alıb.
publikaz_normalized
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq":Dekabrın 7-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.
publikaz_normalized
28 yaşlı gənc xəsarət aldı":İmişli rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoy...
publikaz_normalized
Rusiyanın Ukraynanı məğlub etdikdən sonra Baltikyanı ölkələrə hücum edəcəyinə əminəm. Ağ Evin rəhbəri Ukraynadan üz döndərməyəcəyini vurğulayıb
publikaz_normalized
Milli Məclisin ötən gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsinin artırılması, aksiz vergisindən azad edilən məhsulların siyahısının genişləndirilməsi, motosikletlərə aksiz vergisinin müəyyənləşdirilm...
publikaz_normalized
Müğənni Günay İbrahimlinin növbəti paylaşımı müzakirə yaradıb. Buna səbəb isə onun Xalq artisti Tünzalə Ağayevanın libasına irad bildirməsi olub. İzləyicilər Günaya sözügedən açıqlamasını xatırladıb. Bundan əlavə "Səndən belə açıq geyim gözləmirdim" kimi şərhlər yazanlar da olub. İbrahimlinin qara libasının sinə və göb...
publikaz_normalized
Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə geyimi ilə gündəmə səs salıb. Diqqət çəkən məqam isə sözügedən geyimin dərin dekoltesi olub. Əynini bəzəyən bu geyim Tünzaləni yenidən "dilə-dişə" salıb. Belə ki, açıq-saçıq geyimdə səhnədə ifasını təqdim etdiyi görüntüləri izləyiciləri ilə bölüşən Ağayevanı izləyicilər "tulum"...
publikaz_normalized
“Oxlovla döyülmüşəm” - VİDEO":"Kiçik yaşlarında çox dəcəl olduğum üçün hər gün döyülürdüm. O bildirib ki, uşaqlıqda evi yandırdığına görə oxlovla döyülüb: Anam qonşuda idi, bacım və qardaşım ilə evdə idik. Kibrit qutusunu yandırıb evin altına atdım. Az sonra gördüm ki, ətrafı tüstü bürüyüb. Bacım qonşudan su gətirdi, b...
publikaz_normalized
Yük gəmisi ilə ponton körpüsünün toqquşması səbəbindən Süveyş kanalında gəmilərin hərəkəti dayandırılıb. Verilən məlumata görə, toqquşma İsmayıliyyə şəhəri yaxınlığında baş verib. Süveyş kanalının administrasiyası qəzanın nəticələrini aradan qaldırmaq üçün lazım olan hər şeyə malik olduğunu bildirib. “İdarə xilasetmə ə...
publikaz_normalized
50 ildən artıqdır ictimaiyyətdən gizlədilən Maykl Ceksonun ilk studiya yazısı "Anotherblock" platformasında yayımlanacaq. Qeyd olunub ki, 13 iyul 1967-ci ildə 8 yaşlı Cekson və onun "The Jackson 5"dan olan qardaşları Çikaqodakı "One-derful" studiyasında ilk seanslarını ediblər. Həmin vaxt Cekson "Big Boy" trekini ifa e...
publikaz_normalized
Tailand Liqa kubokunda ilk mərhələnin oyunları keçirilir. 4:2 hesablı qələbəyə sevinən Ramilin komandası növbəti mərhələyə yüksəlib. Şeydayev bu oyunun iştirakçısı olmayıb.
publikaz_normalized
Türkiyəli aktyor Halit Ərgençin baş rolunu canlandıracağı "Adsız aşıklar" serialında tərəf müqabili bəlli olub. Qeyd edək ki, 8 bölümlük serial "Netflix"də yayımlanacaq.
publikaz_normalized
Üzərində gerb olan qəpiklər saytlarda dəyərindən 10 dəfə baha qiymətə satılır. Üzərində gerb olan qəpikləri satan şəxslər bildirib ki, məhdud sayda buraxılmış qəpiklər olduğu üçün kolleksiyaçılar tərəfindən marağa səbəb olur və alınır. İqtisadçı Xalid Kərimli deyib ki, müxtəlif qəpiklərin öz nominal dəyərindən baha sat...
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin vəliəhdi Məhəmməd bin Salman əs-Səudla görüşüb. Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
publikaz_normalized
Teylor Svift “Time” jurnalına əsasən Putin, Si Cinpin, Britaniya kralı III Çarlz və Barbini geridə qoyaraq ilin adamı seçilib. “Time” qalibin ABŞ-də konsert turunu qeyd edib. Bu, bütün zamanların ən böyük turu olub və müğənniyə bir milyard dollardan çox qazanc gətirib. Müğənni ABŞ-nin 66 şəhərinə səyahət edib. Artıq on...
publikaz_normalized
Bu gün saat 01 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində bıçaqlanma hadisəsi olub. Bildirilib ki, 1965-ci il təvəllüdlü Fətəliyev Vasif Fətəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən V. Fətəliyevin qardaşı Bayram Fətəliyev saxlanı...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər...
publikaz_normalized
ABŞ Konqresində Azərbaycan əleyhinə çıxış edən Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycana səfəri zamanı nələr söyləyəcəyi səbirsizliklə gözlənilirdi. Çünki Ceyms Obrayen Konqresdəki çıxışı ilə ABŞ-ın təhlükəsizlik maraqlarına zərbə vurmuşdu. O bildirib ki, amerikalı diplom...
publikaz_normalized
Dekabrın 6-da ADA Universitetində “Qarabağ: Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək. Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrd...
publikaz_normalized
Yaponiya hökuməti birbaşa və Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar məbləğində yardım göstərəcək. Qeyd olunub ki, vəsait Ukraynanın bərpası və yenidən qurulmasına, habelə humanitar yardıma xərclənəcək. Bundan əlavə, Yaponiyanın baş naziri Kiyevə yardımı davam etdirmək və Moskvaya qarşı sanksiyaları saxlama...
publikaz_normalized
Hazırda afterşoklar davam edir - YENİLƏNDİ":"Hazırda zəif afterşoklar gedir. ***" "Bakıda bir qədər əvvəl güclü zəlzələ olub. Təxminən saat 08:17 radələrində baş verən zəlzələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Zəlzələnin təsiri ilə bağlı sosial şəbəkələrdə də xeyli sayda paylaşım edilir. Yerli vaxtla 08:16-da...
publikaz_normalized
Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətin...
publikaz_normalized
ADY hərəkətə keçdi":"7 dekabr tarixində səhər saatlarında Azərbaycan ərazisində baş vermiş 5.0 bal zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tune...
publikaz_normalized
Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib. O bildirib ki, qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar isə işlək vəziyyətdədir: “Qeyd edək ki, “Bakı Metropoliteni” QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan büt...
publikaz_normalized
09:06" "Xəzər dənizində 68 km dərinlikdə, 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Həmçinin 2 gün öncə İstanbulda da 5,1 bal gücündə zəlzələ olmuşdu. Zəlzələ təxminən 9 kilometr dərinlikdə qeydə alınmışdı. Hadisə ilə bağlı türkiyəli alim, seysmoloq Prof.Dr. O qeyd edib ki, 2 gün öncə İstanbulda olan zəlzələnin Bakıdakı zə...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi səhər saatlarında baş verən zəlzələ ilə bağlı məlumat yayıb. “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxt...
publikaz_normalized
Tramp gələcək, bunları ləğv edəcək":"ABŞ prezidenti Co Bayden Donald Trampın qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə hazırkı administrasiyanın əksər qərarlarını ləğv edəcəyindən narahatdır. Onun sözlərinə görə, Tramp yanacağın qiymətini aşağı salmaq üçün neft hasilatını artırmaq istəyir, həmçinin ...
publikaz_normalized
Palmeyras"ın hücumçusu Endrik Braziliya A Seriyasında mövsümü 11 qolla başa vurub. Endrik Neymarı qabaqlasa da, Ronaldo Nazarionu ötə bilməyib. Endrik çempionatın son turunda "Kruzeyro" ilə matçda (1:1) "Palmeyras"ın heyətində qol vurub. Bu nəticə gənc forvardın klubuna çempionluq üçün kifayət edib. Qeyd edək ki, Endri...
publikaz_normalized
Brayton" uzun müddətdən sonra mövsümün geridə qalan bütün 15 matçında qol vuran və buraxan ilk İngiltərə Premyer Liqa komandası olub. Belə göstəriciyə sonuncu dəfə 1934/1935 mövsümündə "Vulverhempton" imza atıb. Qağayılar" isə 89 il sonra bu nəticəni təkrarlayıb. Qeyd edək ki, 15 turdan sonra "Brayton" 25 xalla Premyer...
publikaz_normalized
Ola bilsin ki...":"Zəlzələdən sonra afterşoklar olacaq. Ancaq ola bilsin ki, hiss olunmasın".
publikaz_normalized
Qayana ordusuna aid GDF Bell-412 tipli helikopterin Venesuela sərhədi yaxınlığında yoxa çıxdığı bildirilir. Bildirilir ki, helikopterdə 7 ekipaj üzvü olub. Vertolyotun iki ölkə arasındakı mübahisəli Esequibo bölgəsində itdiyi təxmin edilir. Venesuelanın hücumu nəticəsində helikopterin itdiyinə dair heç bir dəlillərinin...
publikaz_normalized
Bu müddətdən sonra günün uzunluğu 25 saat olacaq":"Münhen Texniki Universitetinin mütəxəssisləri Yer kürəsinin fırlanma hərəkətini yavaşlatdığını bildiriblər. “Bu "tormozlama" səbəbindən günün uzunluğu tədricən artacaq və yaxın gələcəkdə kosmik standartlara görə 25 saata çatacaq. Bu, təxminən 200 milyon ildən sonra baş...
publikaz_normalized
Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafat barədə Daxili İşlər Nazirliyinə (DİN) məlumat daxil olmayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi isə bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırır. İdarədən bildirilib ki, baş vermiş zəlzələdən sonra...
publikaz_normalized
Argentinanın prezidenti seçilən ifrat sağçı Xavyer Mileyin iti Konanı klonlaşdırdığı məlum olub. Miley beş baladan birinə Konan adını verib. Digər dördünə isə heyran olduğu iqtisadçıların - Milton Fridman, Murray Rothbard, Robert və Lukasın adlarını verib. Miley deyir ki, 2017-ci ildə qondarma qəhrəman Konan Barbarın ş...
publikaz_normalized
Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub. “Qazaxıstan ərazisində - Aktauda (Xəzəryanı Manqistau rayonunun inzibati mərkəzi) 12 ballıq MSK-64 şkalası üzrə 3 bal gücündə yeraltı təkanlar hiss olunub”, - qeyd ediblər. Seysmoloqların məlumatına görə...
publikaz_normalized
3 ölü, 3 yaralı var":"ABŞ-ın Nevada ştatında Las Veqas Universitetinə silahlı hücum nəticəsində 3 nəfər ölüb, hücum edən şəxs zərərsizləşdirilib. Hadisə nəticəsində 3 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib. Hücum edənin zərərsizləşdirildiyi açıqlanıb. Hücum edənin kimliyi ilə bağlı açıqlama verilməsə də, hadi...
publikaz_normalized
Başqa klublar almasın deyə":"Aston Villa" yarımmüdafiəçisi Duqlas Luis üçün qiymət təyin edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Bildirilir ki, klub bu qiyməti “Arsenal” kimi komandaların marağını azaltmaq üçün müəyyən edib. Bununla braziliyalı futbolçunu komandada saxlamağa çalışırlar. Luis 2019-cu ilin iyul...
publikaz_normalized
Azərbaycanda polis zəlzələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Məlumata əsasən, nazirlik tərəfindən zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib, polis gücləndirilmiş iş rejiminə keçib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün info...
publikaz_normalized
111 illik klubun müsibəti":"Braziliyanın köklü klublarından birir olan "Santos" tarixinin ən pis günlərini yaşayır. Santos" 8 dəfə (1961, 1962, 1963, 1964, 1965, 1968, 2022, 2004) Braziliya çempionatının və həmçinin 3 dəfə isə (1962, 1963, 2011) Libertadores Kubokunun qalibi olub. Ağ-qaralar"ın tarixinin ən uğurlu dönə...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0.0182 manata kimi, Avro isə 1.8293 manata kimi ucuzlaşıb.
publikaz_normalized
Bu baş versə, istefaya gedəcək":"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib. “Bu mövsüm trebl qazansaq, istefa verəcəm. Bilirəm ki, bu, son dərəcə çətindir. İngiltərədə çoxlu inanılmaz komandalar var və bunu yalnız bir Aleks Ferqyuson bacarıb. Biz də keçən mövsüm trebl etməyi bacarmışıq". Heyb...
publikaz_normalized
Heyvanları göndərdik, ardınca...":"İran heyvan daşıyan raketi kosmosa göndərdiyini bildirib. Telekommunikasiya naziri İsa Zarepura bildirib ki, buraxılışın məqsədi yaxın illərdə kosmosa kosmonavt göndərməkdir. Kapsulu kosmosa daşıyan "Salman" adlı raketin görüntüləri televiziyada yayımlanıb. Xəbərlərdə kosmik gəmidə ha...
publikaz_normalized
Rusiya və BƏƏ prezidentləri Vladimir Putin və Məhəmməd bin Zayed Əl Nəhyan bir-birlərinə hədiyyələr veriblər. Bəli, hədiyyələrin protokol mübadiləsi aparıldı. Putin Nəhyanın təsviri olan tablonu BƏƏ prezidentinə hədiyyə etdi. Əvəzində isə Putinə mozaika hədiyyə edildi", - Peskov deyib. Onun sözlərinə görə, Səudiyyə Ərə...
publikaz_normalized
Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olun...
publikaz_normalized
PKK terror təşkilatıdır":Yaponiyanın Ankaradakı səfirliyi terror təşkilatı PKK-nın Yaponiya İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin (PSIA) terror təşkilatları siyahısına daxil edildiyini açıqlayıb. Yaponiya hökuməti PKK-nı 2002-ci ildən etibarən aktivləri dondurulmalı olan terror və bənzər təşkilatlar sırasına daxil...
publikaz_normalized
FourFourTwo" 2010-cu illərdə İspaniya La Liqasında çıxış edən ən yaxşı futbolçuların siyahısını açıqlayıb. İlk 3-lük"də "Real"ın keçmiş forvardı Kriştiano Ronaldo və sabiq "Barsa"lı yarımmüdafiəçi Andres İnyesta qərarlaşıb. Xatırladaq ki, hazırda "İnter Mayami"də çıxış edən Lionel Messi "Barselona"nın yetirməsidir. O, ...
publikaz_normalized
10 minə yaxın sakinin... - FOTO":"Sumqayıt şəhəri 76-cı məhəllənin 10 minə yaxın sakini hazırda çətin vəziyyətdə yaşayır. Məhəllədə yerləşən 100-dən çox ev su altında qalıb. Sakinlər aidiyyəti qurumlardan kömək istəyir. Hətta bəzi sakinlər məcbur olaraq məhəlləni tərk ediblər. Yaşadığı mənzilin zirzəmisinə su dolan Rəh...
publikaz_normalized
Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Bakı şəhərində mənzillərdən birində lentə alınmış zəlzələ anının görüntüsünü təqdim edirik: " " "Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Xəzər dənizinə yaxın ...
publikaz_normalized
Belçikanın baş naziri Alexander De Croo bildirib ki, İordan çayının qərb sahilindəki ekstremist məskunlaşanların Belçikaya girişi qadağan olunacaq. Əgər avropalılar etibarlı olmaq istəyirsə, Kiyevdə və ya Qəzzada günahsız insanlar öldürüləndə öz sözümüzü deməliyik. İordan çayının qərb sahilindəki ekstremist məskunlaşan...
publikaz_normalized
Dekabrın 7-si saat 1 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1965-ci il təvəllüdlü Vasif Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Bayram Fətəliyevin Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yar...
publikaz_normalized
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxt ərazisində, eləcə də ölkənin avtomobil yollarında duman müşahidə edildiyini bildirərək sürücləri daha məsuliyyətli olmağa çağırıb. Eyni zamanda vurğulanıb ki, piyadalar da dumanlı hava şəraitində​ sürücülərin yolun hərəkət hissəsini və k...
publikaz_normalized
Azərbaycanda səfərdə olan İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Azərbaycan HDQ-nin "N" hərbi hissəsini ziyarət edib. Hərbi instituta gələn nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin ins...
publikaz_normalized
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinad edərək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq uşaqlara, şagird və valideynlərə həyəcanlanmamağı və narahat olmamağı tövsiyə edib. Qeyd olunub ki, hazırda həm Bakı Şəhər Təhsil İdarəsinin, həm də Regional Təhsil İdarələrinin tabeliyində fəaliy...
publikaz_normalized
Fanatik yəhudilər Məscidül-Əqsaya yürüş edəcəklər":"Fanatik yəhudi qrupları işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya "islam statusunu sona çatdırmaq" və "yəhudiləşdirmək" üçün yürüş təşkil edəcəklərini açıqlayıblar. Bəyanatda təxribat xarakterli yürüşün Məscidül-Əqsanın idarəçiliyindən məsul olan Qüds İslam Vəqfl...
publikaz_normalized
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edək ki, prokuror təqsirləndirli...
publikaz_normalized
Yerə doğru sürətli axın başladı - FOTO":"Alimlər Günəşin səthində qaranlıq bir dəliyin açıldığını və radiasiya cərəyanlarının geomaqnit qasırğaları ilə Yerə sürətlə yayıldığını bildiriblər. Alimlər bildiriblər ki, 60 dəfə Yerdən böyük olan keçici qara dəliyin ölçüsü və istiqaməti Günəş dövrünün bu mərhələsində misilsiz...
publikaz_normalized
Antisionizm antisemitizmə bərabərdir":"ABŞ Konqresinin Nümayəndələr Palatası “Antisionizm (İsrail dövlətinə qarşı düşmənçilik) antisemitizmə (Yəhudi düşmənçiliyi) bərabərdir” adlı qanun layihəsini qəbul edib. Antisionizmin antisemitizmə bərabər olduğunu iddia edən qanun layihəsində ABŞ-da və dünyanın digər ölkələrində ...
publikaz_normalized
Tanımayacaqsınız - FOTOLAR":"Qadın tennisinin əfsanələrindən olan Mariya Şarapovanı xatırlayırsınız? O, 3 ildir ki, böyük idmanla vidalaşıb. Amma idmansevərlər onu unutmur. Böyük Dəbilqənin beşqat çempionu sosial şəbəkə hesablarında yenə fotolar paylaşıb. Görənlər Mariyanın xarici görünüşündə dəyişikliklərə görə xeyli ...
publikaz_normalized
Dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Qobustanda 12 mm, Mingəçevir, Sabirabad, Ordubad, Neftçala, Yevlax, Şamaxı, Göyçay, Beyləqan, Kürdəmir, Biləsuvar, Şabran, Bərdə, Nax...
publikaz_normalized
Bu gün səhər saatlarında Xəzər dənizində baş verən güclü zəlzələdən sonra Xırdalan şəhərində marketlərin birinə ziyan dəyib. Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Bakıda və bir sı...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, bu gün səhər saat 08:16 radələrində Bakıda güclü zəlzələ olub. Həmin an aparıcılar Aytən Səfərova və Mehman Rəsulov studiyada çilçıraqların silkələndiyini deyib. Həmin anlar canlı olaraq efirdə yayımlanıb.
publikaz_normalized
“Hazırda dövlət xəstəxanalarındakı statistikaya baxsaq, görərik ki, xəstə sayı artıb, bu doğru deyil. Artan xəstə sayı deyil, göndərişlərin sayıdır”. O qeyd edib ki, dünyada bu təcrübə belə deyil, pasient sığortasından istədiyi xəstəxanada istifadə edir: “Bu, həkim üçün də olduqca yaxşıdır. Həm müalicəsini yaxşı edir, ...
publikaz_normalized
Roman Abramoviçin keçmiş həyat yoldaşı Daşa Jukova dördüncü övladını dünyaya gətirməyə hazırlaşır. 2017-ci ildə Abramoviçdən boşandıqdan sonra Jukova 2019-cu ilin oktyabrında Niakrosla evlənib. 2021-ci ilin mart ayında cütlüyün Filip adlı bir oğlu dünyaya gəlib. Balaca Filip sərvətini yaradan ata ulu babasının adını da...
publikaz_normalized
Müğənni Nigar Camal bir neçə saat əvvəl Bakıda olan zəlzələ anını telefonla çəkib. O, hər ehtimala qarşı yanına yastıq və su qoyduğunu bildirib. Uşaqlar, zəlzələni hiss edirsiniz, yellənir. Düzdü, çox sakitdir, amma deyəsən, ikinci dalğa da olacaq. Ən əsası telefonu götürmüşəm, yastıq, qulaqcıq və su da saxlamaq lazımd...
publikaz_normalized
Erdal Beşikçioğlu və qızı Derin Beşikçioğlu baş rolda oynadığı "Behzat Ç. Çekiç ve Gül" 2-nin yeni mövsüm qala gecəsində gündəm olub. Çekiç ve Gül" serialı tamaşaçıların qarşısına çıxmağa ghazırlaşır. Dekabrın 7-də yayımlanacaq serialın çəkiliş heyəti ötən gecə özəl gecə üçün bir araya gəlib. Gecədə baş rolda yer alan ...
publikaz_normalized
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan ərazisinə odlu silah və döyüş sursatını gizli keçirib, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər edib. Aktda göstərilib ki, aparılmış ibtidai istinta...
publikaz_normalized
Gələcək üçün ideal variant":"Barselona"nın baş məşqçisi Xavi "Mançester Siti"nin hücumçusu Julian Alvaresi ixtiyarında görmək istəyir. Bu barədə İspaniyanın "Sport" nəşri məlumat yayıb. Alvares 2022-ci ilin yanvarında "River Pleyt"dən "Mançester Siti"yə keçib. Transfer məbləği 21,4 milyon avro təşkil edib. Oyunçunun kl...
publikaz_normalized
Milli valyutanın zəifləməsi ölkə iqtisadiyyatında daxili problemlərdən xəbər verir. Xüsusilə, rublun zəifləməsi və inflyasiyanın artması yüksək əsas dərəcə və inhisarların hökmranlığı ilə əlaqələndirilə bilər. “5 faizlik əsas dərəcə iqtisadiyyat üçün məqbuldur; yüksək faiz bütün iqtisadiyyatı kökündən məhv edir. Artıq ...
publikaz_normalized
Baş Prokurorluq Füzuli rayonu Horadiz kəndi ərazisində mina partlayışı ilə bağlı araşdırma aparır. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır. ***" "Dekabrın 7-də saat 10 radələrində F...
publikaz_normalized
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. M.Huseynov bu təyinata qədər Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb
publikaz_normalized
Allah sənin bəlanı versin" - VİDEO":"Mənim səhifələrimi şikayət edib spama salan adam, sözüm sənədir, Allah sənin bəlanı versin. Səhifələrini spama salan adama müraciət edən məşhur onun ünvanına qarğışlar səsləndirib. Duaçınam, başladım", - aktyor qeyd edib. Your browser doesn't support video.
publikaz_normalized
Dağıstanda 5,7 bal gücündə zəlzələ baş verib. Bildirilir ki, Rusiya regionunda yeraltı təkanların episentri Xəzər dənizində, 80 kilometr dərinlikdə yerləşib. Güclü yeraltı təkanlar Mahaçqala , Kaspiysk , Buynaksk, Dərbənddə hiss olunub. Dağıntılarla bağlı məlumat verilməyib.
publikaz_normalized
Liverpul"un baş məşqçisi Yurgen Klopp müdafiəçi Joel Matip və yarımmüdafiəçi Aleksis MakAllişterin zədələri barədə danışıb. “Joelin dizinin ön çarpaz bağı yırtılıb. Təəssüf ki, bu, ilk saniyədən aydın olan bir şeydir. Hər şey tam olaraq belə görünürdü. MakAllişterə gəlincə, ayağında kəsiyi var. Yara sarğılı idi, amma o...
publikaz_normalized
Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-ə təyin edilib.
publikaz_normalized
2 nəfər...":Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz...
publikaz_normalized
Bakıda zəlzələ zamanı şagirdlərin davranışı maraqla qarşılanıb. Şagirdlər zəlzələ baş verən an partaların altına girərək qorunmağa çalışıblar.
publikaz_normalized
Diyeta saxlamaq, kalori saymaq və idmana getməklə arıqlamağa çalışmaq mənasızdır. İdman əla məşğuliyyətdir, çoxsaylı faydaları var. Amma bunu arıqlamağa görə edirsizsə, özünüzü yormayın. Vaxtınızı idman zallarında saatlarla tər tökərərək öldürməyin, daha səmərəli keçirin. Aldığımız kalori verdiyimiz kaloridən az olarsa...
publikaz_normalized
xəsarət alan var - Yeniləndi":"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi ilə bağlı məlumat yayıb. xxx" "Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat ...
publikaz_normalized
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsind...
publikaz_normalized
2 ölü, 4 yaralı":"Rusiyanın Bryansk şəhərindəki məktəblərdən birində insident baş verib. Atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədən sonra məktəbli qızın özünün də intihar etdiyi məlum olub. Hazırda həkimlər zərərçəkənlərdən birinin həyatı üçün mübarizə aparır - onlar ağır xəsarətlər alan yeniyetmənin...
publikaz_normalized
İmmunoloq, beynəlxalq sağlamlıq və dərman vasitələri üzrə ekspert Nikolay Kryuçkov arıqlama dərmanlarının zərərlərindən danışıb. Dərman istehsalçıları insanları inandırır ki, sadəcə həb qəbul etməklə arıqlamaq mümkündür. Və dərmanların insanları idmandan imtina etməyə məcbur edəcəyini də iddia edirlər. Xüsusilə ürəkbul...
publikaz_normalized
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa...
publikaz_normalized
Bu gün səhər saatlarında Azərbaycanda baş verən zəlzələ 50 saniyə davam edib. Onun sözlərinə görə, zəlzələdən sonra 5 afterşok qeydə alınıb.
publikaz_normalized
Oğurluq imiş - VİDEO":"Yutub Sevil və Sevinc bacılarının Nurlan Təhməzli ilə ifa etdikləri "Ürəyimi yaraladı" adlı mahnıya çəkilən klipi bloklayıb. Məlum olub ki, mahnını ilk dəfə Xamdam Sobirov və Gülinur adlı özbək ifaçıları ifa edib. Söz və musiqisini isə özbək bəstəkar Camşid Aimbetov yazıb.
publikaz_normalized
Şair Vüqar Əhmədə ağır itki üz verib.
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer ...
publikaz_normalized