text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bakıda sürücü idarəetməni itirərək maşını aşırıb. Belə ki, paytaxtın Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidə “Mercedes-Benz” markalı avtomobilin sürücüsü döngədə idarəetməni itirib, nəticədə avtomobil hasara dəyərək aşıb. Hadisə yerinə dərhal Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının (ÇPA) əməkdaşları ... | publikaz_normalized |
Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının çıxarılması və separatçı rejimin ləğv edilməsi ilə sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb. “Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının və separatçı siyasi hakimiyyətin sonu həm Ermənistanın Baş naziri Paşinyan, həm də Azərbaycan Prezide... | publikaz_normalized |
hədəf dəqiqliklə vuruldu - VİDEO":"Bayraktar - TB2" pilotsuz uçuş aparatının (PUA) tərtibatçısı və istehsalçısı olan Türkiyənin "Baykar" şirkəti ilk dəfə pilotsuz təyyarədən buraxılan PUA-122 "Hava-Yer" tipli səsdən sürətli ballistik raketini uğurla sınaqdan keçirib. Buraxılışın "Akıncı" PUA-dan həyata keçirildiyi bild... | publikaz_normalized |
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS kəşfiyyat bölməsindən iki yaraqlının məhv edildiyini açıqlayıb. Qeyd edək ki, bir neçə gün əvvəl İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın hərbi kəşfiyyat bölməsinin yüksək rütbəli üzvü Abdel Əziz Rantisi öldürüb. O, Həmas Karrara batalyonunun kəşfiyyat bölməsinin üzvü Əhməd Ay... | publikaz_normalized |
Hər cür şəraitə malikdir":"Astrofiziklər həyatın mövcudluğu üçün hər cür şəraitə malik planet kəşf ediblər. Bu kosmik cisim bəşəriyyətə çox uzun müddətdir məlumdur. Alimlərin fikrincə, Merkuridə yadplanetli sivilizasiyalar mövcud ola bilər. Məhz bu planetdə həyatın ekstremal formaları mümkündür. Günəş sistemindəki ən k... | publikaz_normalized |
Meksika ərazisində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 10 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib. | publikaz_normalized |
Güləş üzrə beynəlxalq “Təhsil” turniri davam edir. Dünən 5 çəki üzrə qaliblər müəyyənləşib: Yusif Mirzəyev (Azərbaycan)" "2. Ümüd Babayev (Azərbaycan)" "3. Əli Cavadlı (Azərbaycan), Ömər Salmanov (Azərbaycan)" "44 kiloqram" "1. Elmir Abbasov (Azərbaycan)" "2. Amin Əsgərli (Azərbaycan)" "3. Hüseyn Rəcəbli (Azərbaycan), ... | publikaz_normalized |
Ölkəmizin aktiv seysmik zonada yerləşməsi, ərazinin geoloji strukturu müxtəlif təbiət hadisələrinə qarşı hazırlıq səviyyəsi ilə bağlı suallar yaradır. Qeyd edək ki, dekabrın 7-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ Bakı... | publikaz_normalized |
Dünyanın keçmiş bir nömrəli tennisçi Simona Halep Rumıniyada, Snaqov gölünün sahilindəki malikanəsini satıb. Əmlak agentliyinin saytında yer alan məlumata görə, villa 4,2 milyon avroya satılıb. Eviini satdıqdan sonra 32 yaşlı Halep Dubayda mülk alıb və ora daimi olaraq köçüb. Sentyabr ayında Beynəlxalq Tennis Dürüstlüy... | publikaz_normalized |
Məşhur müğənni bu dəfə Doja Cat açıq-saçıq geyimi ilə gecədə diqqət çəkib. O, qolsuz, jiletlə örtülmüş hündür boyunlu, yarıçılpaq kostyum geyinib. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
ABŞ-nin Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb. “Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə müsbət və ... | publikaz_normalized |
“Qarabağ hər zaman elm və təhsil ocağı olub. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq”. M.Abbaszadə onu da vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib a... | publikaz_normalized |
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb. Həmin nəqliyyat vasitəsini idarə edən Z. Mahmudov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəs... | publikaz_normalized |
Müğənni və aktrisa Cennifer Lopez 1933-cü ildə Brodveydə çəkilmiş “Hörümçək qadının öpüşü” musiqili filminin kinoadaptasiyasında rol alacaq. Sübh” filmindəki işi ilə tanınan Bill Kondondur. Çəkilişlər 2024-cü ilin yazına planlaşdırılır. “Hörümçək qadının öpüşü” adlı musiqili film Manuel Puiqin romanı əsasında çəkilib. ... | publikaz_normalized |
Son bir həftə ərzində İtaliyada 307 nəfər COVID-19-un qurbanı olub. Ötən həftə ərzində COVID-19 infeksiyasına 60 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Səhiyyə Nazirliyi tərəfindən yayımlanan məlumata görə, həftə ərzində ölkədə koronavirusa yoluxma faktları 14 faiz və ölüm halları isə 5 faiz artıb. Mütəxəssislər ö... | publikaz_normalized |
Spirtli içkilərin tez-tez böyük miqdarda qəbulu insanın beyninə və idrak funksiyalarına mənfi təsir göstərir". Və artıq sübut edildiyi kimi, sinir hüceyrələri bərpa olunsa da, çox içsəniz, insanın idrak funksiyaları azalır. Ona görə də həddindən artıq spirt beyin fəaliyyətinə son dərəcə zərərlidir”, - Tixomirova qeyd e... | publikaz_normalized |
Sülh razılaşmasının ən qısa zamanda imzalanmasını diləyirik":"Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayaraq “əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını” dəstəkləyib. “Azərbaycan Prezidenti... | publikaz_normalized |
Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;" "3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stans... | publikaz_normalized |
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstə... | publikaz_normalized |
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb. Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarl... | publikaz_normalized |
Ağlasığmaz kontingent":"Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden hazırda Avropada 80 minə yaxın amerikalı əsgərin olduğunu bildirib. Orduya Amerikanı gücləndirmək və Rusiyanı cilovlamaq üçün yerləşdirilən kontingent də daxildir. Yada salaq ki, bir müddət əvvəl senator Cek Rid bildirmişdi ki, ABŞ Kiyevə hərbi ... | publikaz_normalized |
Nəyi müzakirə ediblər?":"Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hakim “Vətəndaş müqaviləsi” Partiyasının Təşəbbüs Qrupunun iclasını keçirib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, Paşinyan görüş iştirakçılarının suallarını cavablandırıb. Xatırladaq ki, dekabrın 5-də Ermənistanın baş naziri Nikol Paş... | publikaz_normalized |
Öpüşməyin yolunu tapdılar - FOTO":"Çirkli pulların yuyulması və digər ittihamlar üzrə həbs edilən Dilan-Engin Polat cütlüyü ilə bağlı yeni bir iddia gündəm olub. Hüseyn Kara “Ankara masası” verilişinin aparıcısı Fatih Atiklə söhbətində cütlüyün bir-biriləri üçün darıxdığını deyib. “Dilan mənim əlimdən öpdü, sonra “Əlin... | publikaz_normalized |
Qüds Vəqf Fondunun baş direktorunun müavini Najeh Bakirat Vifleym şəhərində İsrail hərbçiləri tərəfindən həbs edilib. Həbs İsrail ordusunun onun evinə basqını zamanı baş verib, lakin əlavə təfərrüatlar açıqlanmayıb. Bakirat əvvəllər də qanunsuz fəaliyyətdə ittiham olunaraq bir neçə dəfə saxlanılıb və İsrail Müdafiə Qüv... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi 0,0587 manata kimi ucuzlaşıb, Rusiya rublu 0.0184 manata kimi, Avro isə 1.8331 manata kimi bahalaşıb. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8331" "1 Rusiya rublu" "0,0184" "1 Avstraliya dolları" "1,1250" "1 Argentin... | publikaz_normalized |
Kiyev "Dinamo"sunun və Ukrayna millisinin sabiq hücumçusu Artem Milevski spirtli içki problemi səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə foto paylaşıb. Xatırladaq ki, futbolçu sentyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Daha sonra ukraynalı hücumçunun komada olduğu məlum olub. Bundan əvvəl Milevskini... | publikaz_normalized |
Prezident Rəcəb Tayyib Ərdoğanın Afinaya səfəri Yunanıstan mətbuatında geniş əks-səda doğurub. Yunan mətbuatı səfərin müsbət ab-havada keçdiyini və ikitərəfli münasibətlər üçün yeni başlanğıc kimi qiymətləndirilə biləcəyini yazıb. Ərdoğanın Afinaya səfəri “tarixi” kimi qiymətləndirilib və bunun hər iki ölkə üçün müsbət... | publikaz_normalized |
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. Şəhərin eyniadlı komandası doğma meydanda son çempion “Qarabağ”la üz-üzə gələcək. Ağdam təmsilçisi 32 xalla turnir cədvəlinə başçılıq edir. “Kimyaçılar” isə 23 xala üçüncü pillədə qərarlaşıb. Turun digər matçları dekabrın 9-10-da baş tutacaq. Azərbaycan Prem... | publikaz_normalized |
Sakinlər paytaxtı bu səbəbdən tərk edirlər - Video":"Moskva sakinlərinin əksəriyyəti Moskvaətrafı yerlərdə daşınmaz əmlak almağa üstünlük verir. Moskvalılar paytaxtı tərk etmək qərarına gəliblər. Ekspertin sözlərinə görə, Moskva daşınmaz əmlak alıcılarının təxminən 10 faizi əmlakın xüsusiyyətlərinə olan tələblərini aşa... | publikaz_normalized |
Aktyor və müğənni Sərxan Kərəmoğlu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Sərxan virusa yoluxduğunu və özünü piss hiss etdiyini vurğulayıb: Bu xəstəlik yalnız qızılça deyil. 3 gündür ki, canımla əlləşirəm. Səhhətimlə bağlı müəyyən şübhələrim vardı. Həkimlər məni o şübhələrimdən uzaqlaşdırdı. Mənə 3 gündür k... | publikaz_normalized |
Aralarında bu türk də var - FOTO":“Forbes” jurnalı dünyanın ən güclü qadınlarını müəyyənləşdirib. Bu il 100-lük siyahısına düşən yeganə türk qadın Gülər Sabancı olub. "Siyahıda dördüncü yeri İtaliyanın baş naziri Corciya Meloni tutub. Tanınmış müğənni Rihanna “Dünyanın ən güclü qadınları” siyahısında 74-cü sıradadır.... | publikaz_normalized |
Argentina üçün rahat qrup":"2024-cü il Amerika Kubokunun püşkatma mərasimi keçirilib. Turnirdə 16 komanda iştirak edəcək. Amerika Kubokunun iki iştirakçısı pley-off mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək. 2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Açılış matçı Atlantada yerləşən "Merced... | publikaz_normalized |
Suyu havadan çəkəcəyik":"Şanxay Jiao Tonq Universitetinin (Çin) alimləri günəş enerjisindən istifadə etməklə rütubəti udmaq qabiliyyətinə malik ən son gellərdən havadan suyun çıxarılması sahəsində mühüm irəliləyişə nail olublar. Bu superhiqroskopik məsaməli gellər 25°C temperaturda və 15%-dən 90%-ə qədər nisbi rütubətd... | publikaz_normalized |
Almaniyada aparılan sorğuda hökumətdən narazıların nisbətinin yüzdə 82 olduğu bildirilib. Anket nəticələrinə görə, koalisiya ortaqlarından biri olan Sosial Demokrat Partiyasının (SPD) səs nisbəti ötən ayla müqayisədə 16 faizdən 14 faizə düşüb. Anket nəticələrinə görə, koalisiya ortaqlarından biri olan Sosial Demokrat P... | publikaz_normalized |
“Arvad icazə versə..." - Video":"“Arvad icazə versə, evlənərəm”. Sənətçinin bu sözlərinə ilk reaksiya isə həmkarı Elşad Qarayevdən gəlib: “Sən onu yuxunda görərsən…" "Tacirin növbəti dəfə evlənmək eşqinə düşməsi sosial media istifadəçiləri tərəfindən heç də xoş qarşılanmayıb. İzləyicilər bu sözlərinə görə müğənnini tən... | publikaz_normalized |
Azərbaycan Hava Yolları" QSC (AZAL) dekabrın 10-dan Bakıdan Qətərin paytaxtı Dohaya uçuşlar həyata keçirəcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. | publikaz_normalized |
Qiyməti...":"Tesla" uşaqlar üçün dəyəri 1500 dollara olan uşaq mini elektrik avtomobili ( Mini Cybertruck ) istehsal edib. “Yetkinlər” modeli kimi o, elektrik mühərriki və litium-ion batareyası ilə təchiz edilib və tam doldurulma ilə beş saata qədər işləyir. Kiçik sürücülər üçün pikap maşınının qiyməti 1500 dollardır. ... | publikaz_normalized |
Əl-Hilal"ın hücumçusu Neymar yetirməsi olduğu "Santos"un Braziliya çempionatının ikinci divizionuna düşməsindən sonra azarkeşlərə müraciət edib. Xatırladaq ki, “Santos” doğma meydanda “Fortaleza”ya uduzaraq (1:2) tarixində ilk dəfə Braziliya çempionatının ikinci divizionuna düşüb. | publikaz_normalized |
Türkiyədə daha bir tanınmış sosial media fenomeni Gizem Bağdaçiçek məsuliyyətə cəlb olunub. Bağdaçiçek polis bölməsindəki dindirilmədən sonra məhkəməyə aparılıb. Məlumata görə, onun saxlanılmasına səbəb sosial şəbəkələrdə paylaşdığı açıq-saçıq görüntülərdir. Bağdaçiçek yayılan görüntülər bağlı, “Əvvəllər belə verilişlə... | publikaz_normalized |
Kişini şüşə ilə...":"Bakıda kafedə dava-dalaş olub. Rayonun Cavanşir küçəsində yerləşən "Nar Çiçəyim" kafesində Tahir Qarayev şüşə parçası ilə Elşad Rəfiyevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. R.Rəfiyev daxilə nüfuz edən, həyatı üçün təhlükəli olan ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fa... | publikaz_normalized |
Rusiya Federasiyasının Amur vilayətində yarıyuxulu ayılar qış yuxusuna getməyə hazır şəkildə gəzirlər, lakin anomal yüksək temperatur onlara bunu etməyə imkan vermir. Sibirdəki ayılar "qış yuxusu rejimində" gözləmək üçün kifayət qədər yağ toplayıblar, lakin çox isti hava onlara bunu etməyə mane olur. Baxmayaraq ki, bu ... | publikaz_normalized |
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib. Bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib. İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Ni... | publikaz_normalized |
Priqojinin taleyini yaşayacağından qorxur":"Hazırda Rusiyada istintaq təcridxanasında olan keçmiş rus zabiti İqor Qirkin (Strelkov) təyyarə qəzasında həlak olan "Vaqner PMC"nin keçmiş rəhbəri Yevgeni Priqojinin taleyini yaşayacağından qorxur. "Publik.az xəbər verir ki, o, bu barədə “Baza”ya müsahibəsində deyib. Qirkin ... | publikaz_normalized |
1,75 milyon abunəçisi olan məşhur bloger Nader Cindaui Almaniya kubokunun 1/8 finalında "Herta"nın heyətində debüt edib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb və əlavə vaxtda komandalar qalibi müəyyənləşdirə bilməyiblər. Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada Cindaui qol vura bilib. Seriy... | publikaz_normalized |
Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyənin ən zəngin əyalətlərinin siyahısını açıqlayıb. Hesabata görə, İstanbul 4 trilyon 564 milyard 280 milyon TL ilə ən yüksək ÜDM-ə çatıb və ümumi ÜDM-dən yüzdə 30,4 pay alıb. Ancaq adambaşına düşən ÜDM baxımından nə İstanbul, nə Ankara, nə də İzmir siyahının başındadır. Türkiyə... | publikaz_normalized |
Birləşmiş Ştatlar Bakı və İrəvanın məhbusların azad edilməsi ilə bağlı açıqlamasını qarşılıqlı etimadın yaradılması istiqamətində mühüm addım kimi alqışlayır. “Tərəflər münasibətləri həll etmək və sülh sazişini yekunlaşdırmaq üzərində işləyirlər və Birləşmiş Ştatlar bu prosesi dəstəkləməyə davam edir”, - Miller bildiri... | publikaz_normalized |
Gəlmək istəsə...":"Səudiyyə Ərəbistanı Liqasının Texniki Direktoru Mixael Emenalo "İnter Mayami"nin hücumçusu Lionel Messi haqqında danışıb. “Onun MLS-də çıxış etməsinin səbəbləri mənim üçün cavabı olmayan bir sualdır. Gələn mövsüm bura gəlmək istədiyinə qərar versə, biz onu məmnuniyyətlə qarşılayacağıq. MLS-də qalmaq ... | publikaz_normalized |
Səsli mesajlar...":“WhatsApp” tətbiqində bir dəfə dinlənildikdən sonra avtomatik silinəcək səsli mesajları göndərmək mümkün olacaq. "Funksiya dekabrın 7-də istifadəyə verilib. Birdəfəlik səsli mesajlar yaxın bir neçə gün ərzində bütün dünyada əlçatan olacaq. | publikaz_normalized |
O, Talış adlı oğlanla ailə qurub. Sevil öz yarı ilə rəsmi nikaha girdi. Allah onları bir ömürboyu xoşbəxt etsin. O qədər sevindim ki, sizinlə bölüşmək istədim. 44 günlük Vətən müharibəsində düşmənin törətdiyi Gəncə terroru nəticəsində hər iki valideynini itirən Sevil və Hüseynin (qardaşı - red.) öz dərd içində qürur rə... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan Prezident Administrasiyasının binasına daxil olarkən xarici işlər naziri Yorqos Gerapetritisin onun qarşısında baş əyməsi yunanlar tərəfindən gülüşlə qarşılanıb. Qeyd edək ki, Türkiyə lideri ötən gün Yunanıstana səfər edib və onu Yunanıstan XİN başçısı qarşılayıb. | publikaz_normalized |
Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Fransada əməliyyat olunub. Mənbənin sözlərinə görə, almaniyalı futbolçu bel nahiyəsində yaranan problemin bu yolla həll edilməsinə nəhayət razılıq verib. Əməliyyat mürəkkəb olmadığından qolkiper yaxın vaxtlarda bərpa prosesinə başlaya biləcək. Ter Ştegenin "Barselona"nın bu ... | publikaz_normalized |
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). “Dövlət ehtiyatları haqqı... | publikaz_normalized |
Azərbaycanla Türkiyə arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları keçirilib. Ankara şəhərində keçirilən görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub... | publikaz_normalized |
2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bütöv Azərbaycan ərazisində baş tutacaq. O qeyd edib ki, bu seçkini Zəfər seçkisi adlandırmaq olar: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün qalib ölkədir. Ulu öndər Heydər Əliyev strategiyası Prezident İlham Əliyev tərəfindən uğu... | publikaz_normalized |
Nüfuzlu "Daily Mail" nəşri İngiltərə Premyer Liqası (İPL) dövründə "Mançester Yunayted"in ən yaxşı futbolçularının reytinqini dərc edib. İkinci yerdə əfsanəvi yarımmüdafiəçi Pol Skoulz qərarlaşıb. İlk üçlüyü hücumçu Ueyn Runi tamamlayıb. Portuqaliyalı Kriştiano Ronaldo isə 4-cü sırada qərarlaşıb. Qeyd edək ki, İngiltər... | publikaz_normalized |
Mən utandım - VİDEO":"O qədər çox insan acı çəkir ki, sevincli bir post paylaşamağa utanıram. Amma həyatımızı yaşayayırıq, təbii ki, yaşayacağıq. Dostum ad günü keçirirsə, təbii ki, ora gedəcəyəm, onu təbrik edəcəyəm və hədiyyə alacağam. Amma başqa bir tərəfdə də həyatın davam etmədiyi bir dünya var. Kino ulduzu zəlzəl... | publikaz_normalized |
Almaniya Azərbaycanı və Ermənistanı cəsarətli addımlar atdıqlarına və etimadın yaradılmasına görə təbrik edir. Biz suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan nizamlanma prosesini dəstəkləməyə hazırıq", - Şteffen yazıb. Xatırladaq ki, Azərbaycanla Ermənistan arasın... | publikaz_normalized |
Haqsızlığa və terrora məruz qalan dövlətlər deyil bunu həyata keçirənlər haqlı çıxmağa çalışır. O bildirib ki, buna baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bölgədə və dünyada yeni bir reallıq yaradıb: Gələn il keçirilən prezident seçkiləri Azərbaycanın qarşısında yeni imkanlar açacaq. Qarşıdakı seçkidə... | publikaz_normalized |
Təxribat gözlənilir?":"Ötən gün humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini Ermənistan Respublikası isə 2 azərbaycanlı hərbçini azad edib. “Bundan daha vacib məsələ iki dövlətin üçüncü dövlət olmadan danışması, razılaşmasıdır. Hər iki dövlət problemləri ort... | publikaz_normalized |
10 min nəfərin...":"Almaniyada qəfil yağan qar nəticəsində bir çox şəhərlər ağ örtüklə örtülüb. Güclü qar Almaniyada həyatı iflic edərkən, Münhen hava limanında yüzlərlə reys təxirə salınıb və 10 min çamadan sahiblərinə çatdırıla bilməyib. Ölkənin cənubundakı Bavariya əyalətinin paytaxtı Münhendə qarın qalınlığı 40 san... | publikaz_normalized |
Siyahıda kimlər var?":"Transfermarkt" internet portalı azad agent statusuna malik olan ən bahalı futbolçuların reytinqini dərc edib. Hazırda onun transfer dəyəir 8 milyon avro olaraq qiymətləndirilir" "Son olaraq “Nottingem Forest”də çıxış edən ingilis yarımmüdafiəçi Cessi Linqard ikincidir. Onun transfer dəyəri 5 mily... | publikaz_normalized |
2018-ci ildə növbəti dəfə prezident seçilən cənab İlham Əliyev Azərbaycan xalqının bütün ümidlərini doğrultdu. O qeyd edib ki, 2024-cü ilin 7 fevral seçkiləri Azərbaycanın daha böyük urğurlara aparılmasına yeni imkanlar açacaq. Fəzail Ağamalı bildirib ki, Ana Vətən Partiyası seçkilərdə cənab Prezidentin namizədliyini d... | publikaz_normalized |
Barbie" filmindən sonra daha da məşhurlaşan Hollivud aktrisası Marqo Robbi Türkiyə Hava Yolları ilə əməkdaşlığa imza atıb. İdarə heyətinin sədri Ahmet Bolat bu barədə verdiyi açıqlamasında bildirib ki, aktrisanı Göbeklitəpə kimi bir çox yerlərlə tanış etməyi planlaşdırırlar. | publikaz_normalized |
Prezidentin saytında sorğu yerləşdirildi":"Vladimir Zelenskinin ofisinin saytında Ukraynada “Telegram” tətbiqinin qadağan edilməsi tələbi ilə petisiya yaranıb. Sənəd müəllifinin sözlərinə görə, milli təhlükəsizliyə təhlükə Telegram kanallarının köməyi ilə yaradılır. 24 saat ərzində sənədi cəmisi 387 nəfər imzalayıb. Tə... | publikaz_normalized |
Əməkdar artist Elza Seyidcahanla müğənni bacısı Rasimə Seyidcahana efirdə gözlənilməz sürpriz olunub. Diqqət çəkən məqam isə Mehribanın Elza ilə görüşməsi olub. Belə ki Mehriban bacısını qucaqlayıb, öpsə də Elza bu görüşə qarşılıq verməyərək, üzünü çevirib. Lalə isə nə Elza ilə nə də Rasimə ilə görüşüb. Lalə sadəcə kən... | publikaz_normalized |
“Azərbaycanda seçki keçirmək üçün mühit, ictimai-siyasi sabitlik var”. Azərbaycanın bütün ərazisində seçkilərin keçirilməsi üçün hər bir şəxsə şərait yaradılıb. Burada başqa cəhət axtarmağa ehtiyac yoxdur. Azərbaycanda fevralın 7-də azad, ədalətli, demokratik prezident seçkiləri keçiriləcək. Bundan sonra qarşıda böyük ... | publikaz_normalized |
Cənubi Afrikanın Elektrik Naziri Ramokqopanın verdiyi açıqlamaya görə, 2022 və 2023-cü illərdə elektrik enerjisinin kəsilməsi səbəbindən 1,5 milyon insan işini itirəcək. İstehsal infrastrukturunun köhnəlməsi, təxribat və kabel oğurluğu səbəbindən ölkədə uzun müddətdir ki, ciddi elektrik böhranı yaşanır. Nazir Ramokqopa... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Aqşin Kazımovun rəhbərliyi ilə Xidmətin əməkdaşlarından ibarət növbəti qrupun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş ekskursiyada əməkdaşlara Mərkəzin fəaliyyəti barəd... | publikaz_normalized |
“ 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayı... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. O, ölkəmiz tərəfindən Avropa Şurasının bir çox konvensiyasını imzalandığını və ratifikasiya edildiyini, bir müddət əvvəl Azərbaycan tərəfinin Avropa Şurasının İnsan orqanlarının alverinə qar... | publikaz_normalized |
“Həqiqətən yeni seçkilərin elan olunmasını ölkəmizdə sabitliyə, təhlükəsizliyə töhfə verəcək, islahatlara və inkişafa yol açacaq bir hadisə kimi qiymətləndirmək istəyirəm”. Millət vəkili “ümid edirəm ki, bu seçkilərdən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoymaq imkanı əldə edəcək”,-deyə əlavə edib: “Ermən... | publikaz_normalized |
Xoruzlar istədikləri vaxt banlayacaqlar":"Fransa parlamenti xoruzların kənd yerlərində istədikləri kimi banlamaq hüququnu qoruyan qanun qəbul edib. Fransız kənd mədəniyyətində xoruz milli simvollardan biri hesab olunur və kənd yerlərində kənd həyatının bir hissəsidir. Xüsusən də kənd və təsərrüfatda xoruz səsi günün ba... | publikaz_normalized |
Lixtenşteyn şahzadəsi və taxt-tacın ən gənc varisi Konstantin 51 yaşında gözlənilmədən vəfat edib. Taxtda yeddinci olan Konstantinin ölüm səbəbi açıqlanmayıb. Qrafinya Mari Qabriele Fransiska ilə evli olan Konstantinin üç övladı var: Şahzadə Morits, Şahzadə Corcina və Şahzadə Benedikt. Ölən şahzadə Konstantin kral ailə... | publikaz_normalized |
Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodrigez Rio-de-Janeyro Ədliyyə Məhkəməsinin qərarıyla vəzifəsindən uzaqlaşdırılıb. Lakin hüquqi prosedurlara görə o, vaxtından əvvəl işdən çıxarılıb. Səbəb kimi prezident seçkisinə kənar müdaxilələrin olması göstərilib. Rodrigezin postundan uzaqlaşdırılması ... | publikaz_normalized |
Elektrikli ilanbalığı ötürdüyü cərəyanla...":"Yaponiyanın Naqoya Universitetinin alimləri müəyyən ediblər ki, elektrik ilanbalığı müxtəlif genlərin kiçik balıq sürfələrinə ötürülməsinə səbəb olmaq üçün kifayət qədər cərəyan ötürə bilir. Tədqiqat laboratoriyada zebrabalığı sürfələri və elektrikli ilanbalıqlarının mühiti... | publikaz_normalized |
Qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür. Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab ... | publikaz_normalized |
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Daha sonra Hərbi Prokurorluğun dövlət ittihamı idarəsini prokuroru Elnur Kərimov işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakimlər prokurora işlə tanı... | publikaz_normalized |
Dördüncü dəfə ana olmağa hazırlaşan müğənni və aktrisa Siara dünən Los-Ancelesdə keçirilən "The Color Purple" filminin premyerasında geyimi ilə gündəm yaradıb. O, qarnını qızılı yarpaqla bəzəyib. Siara ağ şalvar, düymələri açıq köynək və papaqda fotoqraflara poza verib. Görünüşü ağ stilettolar və kvadrat şəklində böyük... | publikaz_normalized |
Deputat Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib. Deputat Ülviyyə Ağayeva isə komitənin sədr müavini seçilib. Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsin keçmiş sədri Qənirə Paşayeva idi. O, bu ilin sentyabrında vəfat edib. | publikaz_normalized |
Milli Məclis “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunu üçüncü oxunuşda qəbul edib. Azərbaycanda ilk dəfə 1998-ci ildə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul edilib. Ancaq ötən müddət ərzində bu sahədə bəzi boşluqlar yaranıb və yeni bir qanuna ehtiyac duyulub. Layihənin qəbulu qiymətləndirmə fəaliyyəti ... | publikaz_normalized |
Bir neçə gün öncə ATV kanalında yayımlnan "Rəngarəng səhər” verilişində qonaq olan meyxanaçı Orxan Lökbatanlının "Verilişlərə ona görə getmirəm ki, söz deyəcək adam artıq qalmayıb” sözlərinə həmkarı Vüqar Əbdülov cavab verib. Razıyam ona görə ki, həqiqətən də hər bir meyxanaçı özünə uyğun tərəf müqabili axtarmaqda azad... | publikaz_normalized |
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının t... | publikaz_normalized |
Bu üç şəhər risk altındadır":"Gəmlik körfəzindəki 5,1 bal gücündə zəlzələdən sonra bütün gözlər Cənubi Mərmərədəki risklərdədir. Bu zəlzələdən sonra 6 il əvvəl köçürülməsi planlaşdırılan Gəmlik ilə birlikdə Bursa və Yalovada köhnə binaların transformasiyası üçün xəbərdarlıq edilib. Geologiya və Zəlzələ Mütəxəssisi Dr. ... | publikaz_normalized |
Xəstəxanalarda onlayn növbə sisteminin tətbiq edilməsinə başlanılıb. Onun sözlərinə görə, artıq paytaxtda bir çox xəstəxanada onlayn növbə sistemi fəaliyyətə başlayıb: Çünki xəstəxanalara müraciətlərin çoxluğuna görə növbələr olurdu və bu da vətəndaşlar üçün çətinlik yaradırdı. Ona görə də ilk olaraq Bakıdakı xəstəxana... | publikaz_normalized |
Axundovun qaytarılması Ermənistanı qarışdırdı":"Bakı və İrəvanın razılaşması nəticəsində Ermənistanın əsirliyində olan iki hərbçimiz – Hüseyn Axundov və Aqşin Bəbirov Azərbaycana qaytarılır, qarşılığında 32 erməni hərbçisi təhvil verilir. Bu addım Ermənistanda ciddi müzakirələrə səbəb olub, xüsusilə Hüseyn Axundov və A... | publikaz_normalized |
Ermənistan imza atır, 8 kənd qaytarılır və...":"Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə... | publikaz_normalized |
Məşhur müğənni 5-ci dəfə ata oldu - FOTO":"Jukovlar ailəsi artıq ilk Yeni il hədiyyəsini alıb. qrupunun solisti Serqey Jukovun həyat yoldaşı Regina Burd 3-cü oğlunu dünən dünyaya gətirib. O, bu barədə instaqramda məlumat yayıb. Cütlüyün 15 yaşında bir qızı, həmçinin 9 və 13 yaşlarında iki oğlu var. Sənətçinin ilk evlil... | publikaz_normalized |
12:37" "Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilir. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;" "2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;" "3. Vətəndaşların seçki hüququnu ... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütu... | publikaz_normalized |
Əfsanəvi ispan tennisçisi Rafael Nadal 2024-cü il mövsümünün onun üçün sonuncu olacağı ehtimalını qiymətləndirib. “Şübhəsiz ki, bu, mənim son ilim olacaq. Bunun altı ay sonra reallaşma ehtimalı da var. Mən indi bu tipli suallara cavab verə bilmərəm. Bircə onu deyə bilərəm ki, hələ bir müddət yarışacağam. Günün sonunda ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişlidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib. Bildirilib ki, İmişli rayonunun Oruclu kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınıb. FHN-in Tikin... | publikaz_normalized |
Xalq artisti, tanınmış iş adamı Emin Ağalarov Yeni İl ərəfəsində "44" adlı yeni albomunu təqdim edərək dinləyicilərini sevindirib. O, bildirib ki, alboma sadacə solo ifaları deyil, həm də Rusiya estradasının parlaq simaları ilə oxuduğu duetləri də daxildir: Bu albomda yayımlanmayan çoxlu duet mahnılar var. Hətta çox bə... | publikaz_normalized |
NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. “Mən saxlanılanların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirlərinin görülməsi və çoxdan gözlənilən sülh sazişinin əldə edilməsinə dair aydın öhdəliyi elan edən Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayıra... | publikaz_normalized |
Ötən gün Azərbaycanda 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Xəzər dənizində, 68 km dərinlikdə qeydə alınıb. Görüntülər bir çox insanın marağına səbəb olub. | publikaz_normalized |
Almaniya millisinin sabiq futbolçusu Ditmar Hamann Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannı tənqid edib. “Bunu görəndə doğru hərəkət olmadığını düşündüm. Milli komanda qulağına qədər sudadır və məşqçi “Hər şey yaxşı olacaq” devizi ilə Ştutqarta ailəvi səfərə yollanır. Mənim üçün bu, qeyri-peşəkar və anlaşılm... | publikaz_normalized |
Sərdar Fərəcov - ürəyi, canı, qanı, ruhu Azərbaycan musiqisi ilə yoğrulan, milli musiqimizin təəssübkeşi, Üzeyir Hacıbəyli yaradıcılığının layiqli davamçısı, başdan-ayağa özünü peşəkar musiqiyə həsr edən böyük şəxsiyyət. Özəl günü münasibəti ilə sənətkarla əlaqə saxlayıb, təbrik etdik, xoş arzularımızı dilədik, nəticəd... | publikaz_normalized |
Braziliya futbolunun parlaq istedadlarından biri hesab edilən Endrik şəxsi həyatı ilə gündəmə gəlib. 17 yaşlı hücumçu Braziliyada mövsümün yekunları ilə bağlı təşkil edilən mükafatlandırma mərasiminə sevgilisi Qabrielle Miranda ilə birlikdə gəlib. Onlar ilk dəfə bir yerdə səhnədə görütüləniblər. Bundan əvvəl cütlüyün b... | publikaz_normalized |
ABŞ Ukraynada nəyə hazırlaşır?":"ABŞ Rusiyanı Ukrayna ilə danışıqlara sövq etməyə çalışır. Onun sözlərinə görə, 2024-cü ilin sonuna qədər bu planın həyata keçirilməsi nəzərdə tutulur. Vaşinqton Moskvanı Kiyev üçün məqbul şərtlərə razı salmaq niyyətindədir. Belə görünür ABŞ Rusiyanı dilemma vəziyyətinə salmaq istəyir: y... | publikaz_normalized |
“Kristal Abşeron” xəbər verir ki, “Park Yasamal”da tikinti-təmir işləri sürətlə davam edir. Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, 10 binadan ibarət birinci mərhələdə dəmir-beton inşaat işləri 90% tamamlanıb. 10-cu mərtəbəyədək hörgü işləri görülüb və bütün binalarda elektrik işlərinə başlanılıb. "Şirkət nümay... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.