text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Cəlilabad və Oğuz sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər. Bundan başqa, Oğuz rayon sakinləri də qanunsuz saxladıqları silahları polisə könüllü təhvil veriblər. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinlə...
publikaz_normalized
Ukraynada 26 nəfərin xəsarət alıdğı terror aktının səbəbi məlum olub. Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək Keretskov icmasının başçısına əməkhaqqının 50 %-i qədər artım və hər ay 100 % bonus verilməsini düzgün saymayıb. Daha sonra Batrin zaldan çıxıb və üç qumbara ilə geri dönərək ona söz verilməs...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində dekabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları(qurumları), yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qa...
publikaz_normalized
Oğuz rayonunda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.
publikaz_normalized
Avropa İttifaqı Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını razılaşdırmaq üçün 2024-cü ilin əvvəlində növbədənkənar sammit keçirəcək. “26 ölkə Ukraynaya yardım proqramını dəstəklədi, amma 26 qəbul etmək üçün kifayət deyil, ona görə də bu təklifi razılaşdırmaq üçün 27 ölkənin iştirakı ilə xüsusi sam...
publikaz_normalized
Son zamanlar kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq halları həyata keçirilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür təkliflər gəldikdə diqqətli olmağı tövsiyə edir. Belə ki, vətəndaşlardan “Google Map”-də müxtəlif addımları həy...
publikaz_normalized
Hörmətli gürcü xalqı, biz diz çökmədik, ləyaqətlə qalib gəldik. Avropa Birliyinə namizəd statusunu layiqincə qazandıq. Bu tarixi qələbə sizə məxsusdur, bizim yenilməz, sarsılmaz, qürurlu və azad gürcü xalqına. Baş nazir qeyd edib ki, hökumət və xalq AB-yə namizəd statusunu layiqincə qazanıb: “Namizəd olmağınız münasibə...
publikaz_normalized
Ermənistan tərəfindən basdırılmış minalar görülən bərpa və yenidənqurma işlərinə ən böyük maneədir. Azərbaycanla Mərakeş arasında yaxşı ikitərəfli münasibətlərin mövcud olduğunu deyən Baş nazir, xüsusən ölkələrimiz üçün mühüm məsələlərdə qarşılıqlı dəstəyin mövcud olmasını təqdir edib. O, qeyd edib ki, hazırda Mərakeş ...
publikaz_normalized
Vəkillər Kollegiyası dövlət hesabına hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb. “Lakin həmin kateqoriyadan olan şəxslərin əksəriyyəti qanunvericiliyə qeyd edilən dəyişikliklərdən məlumatsız olduğundan birinci və apellyasiya instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımdan lazımi qaydada yar...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
publikaz_normalized
2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir. Qeyd edilib ki, 2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var.
publikaz_normalized
PSJ-nin baş məşqçisi Luis Enrike klubun futbolçularına nəzarət təşkil edib. Həmin şəxs, həmçinin oyunçuların sosial media səhifələrini yoxlamaq üçün məsuliyyət daşıyır. Bundan əlavə, Enrike komanda üçün məşq bazasında məcburi qeydiyyat sistemi tətbiq edib. Qeyd olunur ki, Enrikenin üçün nizam-intizam əsas prinsiplərdən...
publikaz_normalized
Bakı şəhərinin Xətai rayonunda dönərxanada yanğın olub. Qeyd edilib ki, ümumi sahəsi 20 m² olan dönərxananın dam örtüyünün yanar konstruksiyaları yanıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub.
publikaz_normalized
“Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo, futbol sahəsindəki bütün rekordları qırarkən, sevgilisi, iki övladının anası Corcina Rodrigesi də sevindirməyi unutmur. Ronaldo və Corcina tarixi yerləri ziyarət etdilər, bundan sonra inanılmaz ulduzlu səmaya heyran qalıblar. “Göy öz gözəlliyi ilə heyrətləndirməkdən əl çə...
publikaz_normalized
Dekabrın 15-də Müsavat Partiyası Divanının iclası keçirilib. İclasın yekununda prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edilib. Qeyd edək ki, bu gün Azərbaycan Milli İstiqlal Partiyası da prezident seçkilərində öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib. Buna baxmayaraq, partiya seçkilər...
publikaz_normalized
Bakıda intihar hadisəsi olub. Rayon sakini E.Rzayev yaşadığı binanın 14-cü mərtəbəsinin blokunda ülgüclə bud nahiyəsini kəsərək həyatına son qoyub. Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır
publikaz_normalized
Rusiya “3+3” formatında fəal işi davam etdirmək əzmindədir. O, regional formatları bölgənin problemlərinin həlli üçün ən yaxşı üsul hesab edib. Gürcüstanın hələ bu formatda iştirak etmədiyini söyləyən diplomat rəsmi Tiflisin birgə işləməyə hazır olduğu təqdirdə qapının hər zaman onlara açıq olduğunu vurğulayıb. Qeyd ed...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
publikaz_normalized
bu hədd keçilə bilməz":"Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Belə ki, 2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşg...
publikaz_normalized
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. “İnfiniti” markalı avtomobil ”Toyota Prius”la toqquşub. Nəticədə avtomobillərdən biri aşıb. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən görüntünü təqdim edirik:
publikaz_normalized
Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. Dekabrın 16-da dağlıq və dağətəyi yollarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur.
publikaz_normalized
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən dövlət nömrə nişanları üzərində olmayan "Xəzər" markalı avtomobilin çoxavazlı səs siqnalından istifadə etdiyi müəyyən edilib. Bununla yanaşı sürücünün narkotik vasitədən istifadə etməsinə şübhələr yarandığınd...
publikaz_normalized
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb. Bakı İdman Sarayında baş tutan görüşün birinci hissəsi Vitali Borisovun yetirmələrinin üstünlüyü ilə keçib. Komandamız rəqibin müqavimətini ilk yarının sonlarında qıra bilib. Rafael Vilela 18 və 19-cu dəqiqələrdə ardıcıl iki qola imza at...
publikaz_normalized
Bu qış “Mançester Yunayted”i tərk edəcəyi gözlənilən Kazemiro uzun müddət klubsuz qalmayacaq. Şeyxlər Çempionlar Liqasının beşqat qalibini ildə 20 milyon avroluq maaşla şirnikləndirirlər. Futbolçu və onun nümayəndələri düşünmək üçün vaxt istəyiblər. Braziliyalının Avropada qalmaq variantları da var. Xüsusən də PSJ və İ...
publikaz_normalized
“Hizbullah” İsraillə Livanın cənubunda baş verən qarşıdurmalarda daha bir üzvünün öldüyünü açıqlayıb. Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda həlak olan “Hizbullah” üzvlərinin sayı 106-ya yüksəlib.
publikaz_normalized
Yaxın günlərdə istehlak bazarında kartofun qiymətinin bir qədər aşağı düşməsi gözlənilir. Buna səbəb Cəlilabad rayonunda payızlıq kartofun yığımına başlanılmasıdır. Yaxın bir neçə gün ərzində yerli bazara 20 min tondan artıq kartof çıxarılacaq. Bu da təbii ki, qiymətlərə öz təsirini göstərəcək. “Çünki təklif tələbi üst...
publikaz_normalized
Dollara tələb artmaqda davam edir. Ötən gün – dekabrın 14-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 70,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Qeyd edək ki, 12 dekabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 69,1 milyon ABŞ dolları...
publikaz_normalized
Sumqayıtda tikinti materialları bazarında obyekt yanıb. Belə ki, bazarın ərazisində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı obyektin iki otağının dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Obyektin qalan hissəsi, yaxınlıqda yığılan taxta materialları və digər obyektlər yanğından mühafizə olunub. Y...
publikaz_normalized
Müğənni Ziba Osmanova və prodüseri Kənan Məmmədov məhkəməyə verilib. Müğənni və prodüserinə Cinayət Məcəlləsinin 147-ci maddəsi ittiham edilərək həbs olunmaları tələb olunur. Şikayətə Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, sözügedən maddədə deyilir: Böhtan, yəni yalan...
publikaz_normalized
Abşeron rayonunun Masazır-Novxanı yolunda, Duz gölü yaxınlığında iki avtomobil toqquşub, xəsarət alanlar var. Onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.
publikaz_normalized
100 min qızıma verdim, yarım milyon manat da xeyir işlərə xərcim çıxdı. O bildirib ki, 22 ildir övlad böyüdürəm, niyə etməyim ki? “Pis iş görmürəm, haram iş görmürəm. 100 min də qızıma cehiz pulu kimi hədiyyə elədim”, müğənni deyib.
publikaz_normalized
KTMT bir neçə epizodda Ermənistana münasibətdə cinayətkar fəaliyyətsizliyini sübut edib. “Biz düşünmürdük ki, KTMT hərbçiləri gəlib azərbaycanlılara atəş açacaqlar. Amma heç olmasa siyasi qiymət görməliydik, amma bunu görmədik. Biz yalnız Ermənistanın suveren ərazisini müdafiə edirik və yalnız Ermənistanın maraqlarını ...
publikaz_normalized
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2024-cü il üçün gənclər əməkdaşlığının həyata keçirilməsi haqqında Əsas Fəaliyyət Planı” imzalanıb. İclasda Azərbaycan tərəfindən gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Xarici İşlər Nazirliyinin, Gənclər Fondunun nümayəndələri və gəncləri, qeyri-hökum...
publikaz_normalized
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 1800 m² (hər mərtəbəsi 600 m²) olan üçmərtəbəli restoranının havalandırma qurğusunun mühərriki yanıb. Məlumata görə, Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
İsrail Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Qəzza zolağında döyüşlər zamanı yanlışlıqla üç israilli girovu öldürüb. “Əş-Şucayidə döyüşlər zamanı SAXAL səhvən üç israilli girovu təhdid kimi müəyyən edib. Nəticədə hərbçilər onlara atəş açıb və onlar öldürülüb”, – bəyanatda açıqlanıb. “SAXAL insidentdən dərhal sonra tə...
publikaz_normalized
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycan xaricdən mal əti idxalını 93.3 faiz artırıb. Komitənin başqa bir hesabatında göstərilir ki, cari ilin yanvar – sentyabr aylarında Azərbaycanda 2 milyon 533 min 192 ədəd iribuynuzlu mal-qara olub. İstehsal olunan ətin...
publikaz_normalized
Rasional olun":"Qoç - günün ilk yarısı məhsuldar keçəcək. Səfər və ya ezamiyyət uğurlu alınacaq. Təşəbbüskar olun, məsuliyyət tələb edən qərarlarda vasvasılıq etməyin. Emosiyaların asanlıqla nəzarətdən çıxdığını unutmayın. Günün ikinci yarısında peşəkar müstəvidəki fəaliyyətinizi aktivləşdirin. Yaxınlarınız sizi mübahi...
publikaz_normalized
Ermənistan Hindistandan “Akaş” qısa mənzilli zenit-raket kompleksləri ala bilər. Kompleks qrup və ya avtonom rejimdə eyni vaxtda bir neçə hədəfi vura bilir. Sistem daxili elektron əks tədbir imkanlarına malikdir. Bütün silah sistemi mobil platformalarda yerləşir. Akaş" 4-25 kilometr radiusda uçan helikopterləri, döyüş ...
publikaz_normalized
Azərbaycan mətbəxi dünya festivallarında sözünü deyib, xarici turistlər tərəfindən yüksək qarşılanıb. Əgər bu atlası çəkən adamlar bizdən çox dolma növü olan ölkə təqdim edə bilsələr, onda gedib ləzzətdən danışa bilərlər. Milli mətbəximizin hər zaman yüksək qiymətləndirildiyinə toxunan qida eksperti bildirib ki, kulina...
publikaz_normalized
Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq. “Rusiyanın daxili işlərinə istənilən müdaxilə Rusiya qanunlarına uyğun olaraq yatırılacaq və sərt şəkildə yatırılacaq. Biz xalqımızın azadlığını, suverenliyini və gələcəyini seçmək hüququnu müdafiə edəcəyik”, - deyə Putin bildirib. O, ölkədə yeganə haki...
publikaz_normalized
Rusiyanın Nazirlər Kabineti 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması konsepsiyasını təsdiqləyib. Konsepsiyasın əsas məqsədi spirtli içkilərdən istifadə ilə bağlı xəstəlik, əlillik və ölüm hallarının azaldılmasıdır. Qeyd edək ki, 2024-cü il mayın 1-dən Rusiyada alkoqol və tütünə aksiz vergiləri artacaq.
publikaz_normalized
Ukraynada müharibə davam edir. Pubilka.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gün paytaxt Kiyevdə hava hücumları daha kəskin formada davam edib: “Raket hücumları Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilsə...
publikaz_normalized
2 hal boşanmaya səbəb ola bilər: ailədə şiddət və xəyanət varsa, o ailə dağılmağa məhkumdur. Bu gün olmasa da, gələcəkdə onun fəsadları özünü bariz şəkildə göstərəcəkdir. “Buna görə də bəzi islam cəmiyyətləri kimi bizdə də yersiz səbəblərdən boşanmaları aradan qaldırmaq üçün cərimə sistemi tətbiq olunmalıdır. Boşanmala...
publikaz_normalized
Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini yenidən bağlayıb. Finlandiya hakimiyyətinin daha əvvəl izah etdiyi kimi, bu, Vaalimaa və Niirala keçid məntəqələri vasitəsilə üçüncü ölkələrdən gələn miqrantların axını ilə bağlıdır.
publikaz_normalized
Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Bildirilib ki, Kamil Vəli Nərimanoğlu ürəktutmasından dünyasını dəyişib.
publikaz_normalized
3 nəfər yaralandı":"Dekabrın 15-də axşam saatlarında İrəvanda atışma baş verib. Yaralananlar 37 yaşlı Serob G., 63 yaşlı Samvel G. Onların vəziyyətinin ağır olduğu və hadisənin başvermə səbəbini danışmaq imkanında olmadıqları bildirilir. Qeyd edək ki, 44 günlük savaş zamanı Ermənistan vətəndaşlarına kütləvi surətdə sil...
publikaz_normalized
Çinin Yaxın Şərqdəki böhranın həllində daha yaxından iştirak etməsini istəyirik. O qeyd edib ki, oktyabrın 7-dən Çin hakimiyyəti ilə əlaqə saxlayıb: Aydındır ki, mən onların adından danışa bilmərəm. Amma bu münaqişənin mahiyyətini məhdudlaşdırmaq üçün onların öz nüfuzundan istifadə etmələri önəmlidir".
publikaz_normalized
Türkiyə paytaxtı Ankarada keçmiş əri tərəfindən qətlə yetirilən Nursena Kozan adlı qadın son mənzilinə yola salınıb. “Kişi zorakılığının qurbanı oldu. Onu kişilər deyil, qadınlar daşıyacaqlar”, - məlumatda deyilir. Hətta qadınlardan bəziləri “Qadına şiddətə yox” və “Şiddət göstərən kişilər yox olsun” kimi şüarlar səslə...
publikaz_normalized
Əsirlikdən azad olunan Hüseyn Axundov və Aqşin Bəbirovun anaları övladlarının yaşadıqları dəhşətlərdən danışıblar. Aqşinin anası Dürdanə Bəbirovanın sözlərinə görə, oğlunun əsirlikdə gördüyü işgəncələri eşitdikdən sonra hələ də özünə gələ bilmir: “Namaz qıldığı vaxt oğlumun başını divara vurub partladıblar. Əl-ayağını ...
publikaz_normalized
Tbilisidə Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusunu alması ilə bağlı izdihamlı mitinq və konsert proqramı təşkil olunub. Tədbirdə Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib. Mərasimdə Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Şalva Papuaşvili, ...
publikaz_normalized
Qadın restorana getmədikləri üçün həyat yoldaşını boğaraq öldürüb. Belə ki, Rəsul və Amaliya (Adlar şərtidir) sosial şəbəkədə tanış olaraq ailə qurmuşdular. Onlər hər həftənin bazar günü davamlı olaraq görüşdükləri restorana gedib əylənirdilər. Rəsul keçmiş nikahından olan övladı ilə əlaqəni Amaliya ilə ailə qurduqdan ...
publikaz_normalized
Hollivud ulduzları Ancelina Coli və Bred Pittin boşanması ilə bağlı yeni təfərrüatları məlum olub. "Nəşrin yazdığına görə, Coli mərhum rejissor Sesil B.DeMillinin Los Felizdəki malikanəsini almaq üçün Breddən 24,5 milyon dollar borc pul alıb. Digər şeylər üçün isə aktrisa 17 milyon dollarlıq ipoteka götürüb. İndi isə m...
publikaz_normalized
Təsir dairəsi" verilişində aparıcı Lalə Azərtaş 12 yaşlı qızın nişanlanması xəbərini açıqlayıb. O, telefonuna məsələ ilə bağlı gələn mesajı oxuyub və bunları deyib: Körpə qızı 34 yaşlı kişiyə ərə verirlər. Sizi lənətə gəlin ki, hələ gəlinciklə yatan qızı 34 yaşlı kişiyə ərə verməyə qıymısınız. Mesajda yazılıb ki, həmin...
publikaz_normalized
Bəzi xərçəng növlərində pasiyentlər daha çox bağırsaq işində pozulmadan şikayətlənir. Adətən bu 3 xərçəngdə bağırsaq funksiyası pozulur. Bunlar mədəaltı vəz xərçəngi, yumurtalıq və bağırsağın müxtəlif seqmentlərinin şişləridir. Pasiyentlər daha çox qarında köp, şişkinlik, qəbizlik, ishal, ağrıdan şikayətlənir. Mədəaltı...
publikaz_normalized
BUNKER TİKİR - FOTO":"Facebook-un qurucusu Mark Zukerberq Havayda nəhəng bunker tikir. Zukerberqin dünyanın sonuna hazırlaşdığı bildirilir. Nəşrin məlumatına görə, Havayda "Koolau Ranch" adlı yaşayış kompleksinin tikintisi Zukerberqə təxminən 270 milyon dollara başa gələcək. Onun fövqəladə çıxışları, öz qida ehtiyyat y...
publikaz_normalized
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində səkkiz evdən oğurluq etməkdə şübhəli bilinən üç dost saxlanılıb. Dostlar vətəndaşlara ümumilikdə 100 min manata yaxın ziyan vurublar. Saxlanılan Rəşad İsmayılovun sözlərinə görə, birinci mərtəbəyə daxil olaraq qızıl götürü...
publikaz_normalized
Mövsümi qrip təhlükəsinə görə artıq COVID-19-u üstələyib və eyni ölümcül fəsadlara malikdir. Araşdırmanın nəticələri “Lancet” jurnalında dərc olunub. Tədqiqatlar göstərib ki, qrip koronavirusa bənzər uzunmüddətli simptomlara səbəb ola bilər. Mütəxəssislər mövsümi qrip və ya koronovirusla xəstəxanaya yerləşdirilən xəstə...
publikaz_normalized
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçiriləcək. Tovuz şəhər stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək. Matçın baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. Tovuz klubu 16 xalla 8-ci, paytaxt təmsilçisi 29 xalla 2-ci pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası" "XVI...
publikaz_normalized
Binəqədi rayonunun 2-ci mədən küçəsində vətəndaşa məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində pul və içərisində qızıl-zinət əşyaları olan çanta tapıblar. Çantanı tapan yanğınsöndürənlər pulu və zinət əşyalarını sahibinə təhvil veriblər. Qeyd edək ki,...
publikaz_normalized
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif yollarla ölkə ərazisinə, o cüml...
publikaz_normalized
Görün gəliriniz nə qədər artacaq":"Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycanda vətəndaşların banka qoyduğu əmanətlərdən gələn aylıq faiz gəlirlərinin vergidən azad olunması prosesi həyata keçiriləcək. Xatırladaq ki, bundan öncə banklardakı əmanətlərdən gələn aylıq faiz gəlirləri 10 faiz həcmində vergiyə cəl...
publikaz_normalized
Yeni qərar niyə işləmir?":"Tarif Şurası tərəfindən dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı 15 sentyabr 2023-cü il tarixində yeni qərar qəbul edilib. Dəyişikliyə görə, artıq dərmanlarla bağlı vahid qiymət siyasəti yoxdur. Yəni dərmanların yuxarı həddi müəyyən edilir və apteklər dərman vasitələrini bundan daha ...
publikaz_normalized
Dünyanın ən uzun ömür sürən insanları dedikdə ağıla ilk gələn yaponlardır. Onların bu qədər uzun yaşamasının ən böyük səbəblərindən biri birbaşa istehlak etdikləri qida ilə bağlıdır. Yaponiyanın Okinava bölgəsində yaşayan insanlar uzun ömürləri ilə tanınırlar. Onların bu sirri isə bənövşəyi kartofdur. Bölgədə yaşayan i...
publikaz_normalized
Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsindən keçirilməsi prosesi davam edir. Hazırda 10 ali məktəbdə proses yekunlaşıb. Nəticələri “qismən uyğundur” və ya “uyğun deyil” hesab edilən təhsil müəssisələrinin isə bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib. Pro...
publikaz_normalized
Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib. Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, "Pençe-Kilit" əməliyyatı bölgəsində terrorçulara PUA-larla zərbələr endirilib. Açıqlamada İraqın şimalında bir gündə 7 terrorçunun zərərsizləşdirildiyi b...
publikaz_normalized
PSJ-nin qapıçısı Keylor Navas bu mövsüm Paris klubunda çox oynamadığına görə təəssüfləndiyini bildirib. Yüksək səviyyədə futbolda qalmaq çətin bir işdir və bunun üçün əlindən gələni etməlisən. Çətin vəziyyətdir, amma şikayət edə bilmərəm, çünki şikayət etmək imtiyazdır”, – AS Navasdan sitat gətirib. Xatırladaq ki, 37 y...
publikaz_normalized
Ağstafa rayonunun Göycəli kəndində “Mercedes” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb. Məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Ürəyimiz niyə küsür?":"Ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır. Son zamanlar isə cavanların da bu xəstəlikdən vəfat etməsi halına rast gəlirik. Bu günlərdə qısa zaman kəsiyində üç tələbənin ürəktutmasından vəfat etməsi faktı dediklərimizi bir daha təsdiqləyir. Qeyd edək ki, ürək-damar sistemi xəstə...
publikaz_normalized
Hər il Yeni il və Novruz bayramı, həmçinin yeni tədris ili ərəfəsində Bakıda metrostansiyaların çıxışlarında qurulan çadırlar bu il gözə dəymir. Buna səbəb kimi hər il çadırlarla bağlı müəyyən narazılıqların yaranması əsas gətirilib. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən (BŞİH) bayram ərəfələrində əksər ...
publikaz_normalized
Paşinyanın “cəza maşını” işə düşür":"Ermənistan parlamenti tərəfindən qurulan və 44 günlük müharibədəki məğlubiyyətin səbəblərini araşdıran komissiya öz funksiyasını yerinə yetirmək əvəzinə baş nazir üçün cəza maşını rolunu oynayır. Nikol Paşinyanın gizli əmri ilə hakimiyyətinə potensial təhlükə ehtiva edən siyasilər, ...
publikaz_normalized
Nağdsız ödənişə qayıdırıq?":"2023-cü ilin yanvar-iyul aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1.2 milyard manatlıq əməliyyat aparıblar. Ötən ilin eyni dövründə isə bu rəqəm 1.3 milyard manat təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na görə, bu da illik müqay...
publikaz_normalized
ABŞ və Kanada üçün böyük təhlükə":"Fransız alimlərinin hesablamalarına görə, şimal-şərq ştatlarında bir milyondan çox amerikalı, eləcə də Kanadanın bəzi sakinləri ciddi risk altındadır. Bu ərazilər 72 kilometrlik nəhəng nasazlığın səbəb olduğu güclü sunami ilə üzləşə bilər. Publik.az “Daily Mail”ə istinadən bildirir ki...
publikaz_normalized
36 yaşlı uruqvaylı futbolçu Luis Suares “Barselona”nın ən yaxşı vaxtlarında əfsanəvi MSN üçlüyünün (Lionel Messi, Neymar, Luis Suares) necə yarandığından danışıb. “Ayaksla oyunların birində Luis Enrike Messinin yalançı doqquz nömrə kimi oynamasını istədi, çünki o, bu mövqeyə öyrəşmişdi. Neymar və mən cinahlarda idik. S...
publikaz_normalized
2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün "2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi" keçirilib. Bu barədə Pubika.az-a Azərbay...
publikaz_normalized
Real" yarımmüdafiəçisi Luka Modriçlə bağlı qərar verib. Sport" nəşrinin məlumatına görə, futbolçunun müqaviləsi başa çatır və Madrid klubunun rəhbərliyi ona yeni müqavilə təklif etməmək qərarına gəlib. Modriç 2012-ci ildən "Los Blankos"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "Real"ın heyətində bütün turnirlərdə 18 oyun...
publikaz_normalized
Bu ölkənin nazirini...":"Macarıstan Xarici işlər naziri Peter Szijyarto ABŞ administrasiyasının ona qarşı alçaldıcı rəftarından danışıb. Siyasətçinin sözlərinə görə, Vaşinqtonda ona başa salıblar ki, əgər Macarıstanın Baş naziri Viktor Orban Ağ Evdə qəbul olunmayıbsa, o zaman ABŞ dövlət katibi də onu qəbul etməyəcək. N...
publikaz_normalized
Təzyiq edirlər ki...":"İrəvanda gizli toplantı keçirən separatçılar daha sonra Samvel Şahramanyanla da görüşüblər. Bildirilir ki, separatçıların məqsədi beynəlxalq səviyyədə dəstək əldə etməkdir. Amma bunun üçün qarşılarında maneə var. O da Şahramanyanın separatçı rejimin buraxılması ilə bağlı qərarıdır. Samvellə görüş...
publikaz_normalized
Ona həmişə "cırtdan" deyirdi":"Atletiko"nun sabiq müdafiəçisi Filipe Luis Madrid komandasının baş məşqçisi Dieqo Simeone barədə maraqlı açıqlama verib. “"Barselona" ilə oynayanda Simeone bizi qorxutmamaq üçün Messinin soyadını demirdi. Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur, o, inanılmazdır. Mən onu dayandırmaq...
publikaz_normalized
Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib. Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 11 nəfər qeyd edilən...
publikaz_normalized
Pereslə görüşəcək":"Palmeyras"ın hücumçusu Endrik gələcək klubu ilə tanış olmaq üçün ilk dəfə Madridə uçub. Həmçinin "kral klubu"nun prezidenti Florentino Pereslə görüşəcək," "Braziliya millisinin üzvü gələn ilin yayında - 18 yaşı tamam olduqdan sonra "Real"ın futbolçusu olacaq. Endriklə Madrid klubu arasında müqavilə ...
publikaz_normalized
“Frankenşteyn narkotiki”":"Son altı ayda nitazen kimi tanınan yeni təhlükəli narkotik vasitə 54 ölümə səbəb olub. Cinayətkar təşkilatlar tərəfindən şərq ölkələrindən gətirildiyi güman edilən bu sintetik narkotiklər bir çox icmalarda fəsadlar törədir. Nitazenlər, heroin kimi opioidlərin təsirlərini təqlid etmək üçün yar...
publikaz_normalized
Putin bir daha bəyan etdi ki, Rusiya Qarabağı təslim etmədi, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistandır. Lakin Nikol Paşinyan heç vaxt Rusiya prezidentinə bu bəyanatlara cavab verməyib. O demir ki, Qarabağı təslim etməmişik, bu, 2016-cı və ya 1996-cı ildə baş verib". “Niyə bunu rusların qarşısında ...
publikaz_normalized
Avropa Futbol Super Liqasının rəhbəri Bernd Rexart FIFA və UEFA-ya qarşı antiinhisar iddiasına baxılacaq məhkəmə iclası haqqında danışıb. “Bir neçə gündən sonra Avropa İttifaqının ən yüksək məhkəməsi UEFA və FİFA-ya qarşı antiinhisar iddiamızla bağlı qərar verəcək. Bu işdə hələ də çox çaşqınlıq var, amma əslində baş ve...
publikaz_normalized
515 nəfər... - VİDEO":"Çinin paytaxtı Pekində metro qəzasında iki qatarın toqquşması nəticəsində 515 nəfər yaralanıb. Qəzadan sonra istintaq qrupu yaradılıb və araşdırmaların davam etdiyi bildirilib. Publik.az xəbər verir ki, Pekin Bələdiyyəsinin Nəqliyyat Komissiyasının bu gün Çin sosial media platforması "Weibo"da ba...
publikaz_normalized
Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib. “Hazırda bu barədə heç bir fikrim yoxdur. Ancaq hər şey kiminsə bizi tərk edib-etməyəcəyindən asılıdır. Bunun baş verib-verməyəcəyini bilmirəm. Bəziləri qalır, bəziləri gedir. Hər şey oyunçuların sayından və ümid etdiyimiz gənclərin özünü göstərib-göstərməmə...
publikaz_normalized
“Kərimi başqa qadına vermişəm ki...” - VİDEO":"2008-ci ildə 29 yaşımda toyum olub. Nişanımın birinci ilində barmağıma taxılan nişan üzüyümü geri qaytarmışdım. Lakin bu hadisələrlə bağlı keçmiş həyat yoldaşım Kərim məndən əl çəkmədi deyə, nişan məsələsi əlavə 7 il də uzandı”. Keçmiş həyat yoldaşı Kərimlə münasibətlərind...
publikaz_normalized
Dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycana əlavə gəlirlər gətirir". Pubika.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ilkin qiymətləndirmələr göstərir ki, dünya bazarında neft qiymətinin büdcədə nəzərdə tutlandan 10 ABŞ dolları yüksək olması Azərbayc...
publikaz_normalized
Onun İsrailin təhlükəsizliyinə təhdid olub-olmadığını bilmirəm, amma Netanyahunu baş nazir olaraq görmək istəmirəm. Netanyahunun gələcəyi qaranlıqdır, İsrail üçün çox pis baş nazirdir, təqaüdə getməlidir”. O bildirib ki, İsrail hökuməti məsələnin siyasi həllini təklif etməlidir. “Belə olarsa, beynəlxalq aləmdə daha yax...
publikaz_normalized
Gənclər əldən gedir":"Ümumdünya Səhiyyə Təşkilatı öz bəyanatında elektron siqaretlərin tütündən imtinada təsirli olmadığını, əksinə fərqli bir asılılıq yaratdığını bildirib. Açıqlamada xüsusilə gənclərə təklif olunan elektron siqaretlərin sosial media vasitəsilə uşaq və gənclərə heç bir yaş məhdudiyyəti qoyulmadan satı...
publikaz_normalized
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc növbədənkənar Prezident seçkilərində namizəd olacağını açıqlayıb. Z.Oruc yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib. Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak...
publikaz_normalized
Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib. Əlahəzrət," "Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Əmin...
publikaz_normalized
Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmə...
publikaz_normalized
İki gün əvvəl Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən evdə yanğın törədən şəxs saxlanılıb. Bildirilib ki, evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olu...
publikaz_normalized
Yüklə dolu TIR-lar belə toqquşdu - VİDEO":"Bu gün səhər saatlarında Ələt – Astara yolunda ağır yol qəzası baş verib. Nəticədə sürücülərdən biri hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb. Qəzadan sonra yolda hərəkət bir müddət dayanıb, sonradan nisbətən təmizlənərək hərəkət bərpa edilib. Dəhşətli qəzanın baş verd...
publikaz_normalized
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib. Bildirilib ki, qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetir...
publikaz_normalized
Dekabrın 15-də kütləvi informasiya vasitələri nümayəndələrinin Bakı Baş Gömrük İdarəsinə mediaturu təşkil edilib. Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov bildirib ki, vətəndaş və sahibkar məmnuniyyətinin təmin edilməsi, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi gömrük orqanlarının stra...
publikaz_normalized
Xankəndi şəhərinə yollanan Peşəkar Futbol Liqası rəhbərliyinin qəzaya düşdüyü barədə məlumat vermişdik. Hadisə nəticəsində qurumun bütün rəhbər heyəti yaralanıb. O, PFL-in prezidenti Elxan Səmədovun durumunun nisbətən ciddi olduğunu, özü də daxil olmaqla səfərdə olan digər heyət üzvlərinin vəziyyətinin ağır olmaıdığını...
publikaz_normalized
Astroloqların fikrincə, yaxın 2 ayda bir bürc sahibləri üçün geniş maliyyə pəncərəsi açılacaq. Pubika.az xəbər verir ki, tərəddüd etməmək, ulduzların verdiyi şanslardan yararlanmaq vacibdir. Pul uğuru həm hazırkı rəsmi vəzifələrinin icrası, həm də yeni işə keçid və ya işarənin nümayəndələrinin əvvəllər yaxınlaşmaqdan q...
publikaz_normalized
Mənzil İnşaatı Dövlət Agentliyinin 4 layihəsində - Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin güzəştli şərtlərlə satışı başa çatıb. 351 mənzilin artıq sifariş ərizəsi təqdim edilib. Mənzill...
publikaz_normalized
Toyda... - VİDEO":"Müğənni Manaf Ağayevin başına iş gəlib. Bu zaman musiqiçilərin avadanlığı, eyni zamanda mikrofon da işləməyib. Manaf düşdüyü çətin vəziyyətdən çıxmaq üçün ifasını mikrofonsuz canlı şəkildə nümayiş etdirib. Bunu görən məclisdəki qonaqlar Ağayevin başına toplaşaraq ona “ürək-dirək” veriblər. Avazını bə...
publikaz_normalized