text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Planlaşdırılması Departamentinin rəisi general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayənd...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Əməkdar artist Şəbnəm Tapdıq müğənni Şəbnəm Tovuzlunu məhkəməyə verib. Şəbnəm deyir ki, guya məni məhkəməyə adımı dəyişmək üçün verməyib. Guya, mən onunla bağlı yalandan demişəm ki, anamla rəfiqə olublar. Anam sağ olanda yaş yarım idim. 6 ildir Şəbnəm Tapdıq məndən əl çəkmir, onu yola verirəm, mü...
publikaz_normalized
Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilib. Forum çərçivəsində il ərzindəki fəal təşəbbüslərinə görə fövqəladə hallar könüllüləri Əzizə Əliz...
publikaz_normalized
Bu il qalın şərf və palantinlərə sarıldığımız son qış olacaq. Yun yorğana bənzər aksessuarlar yerini tədricən 2000-ci illərdə trend olan eleqant dar şərflərə verəcək. Yəqin ki, siz onları müxtəlif ekran əsərlərində görmüsünüz: məsələn, "Bridget Jones's Diary", "The Holiday Exchange", "Love Actually" kult filmlərdə. Bu ...
publikaz_normalized
İntensiv yağışlar nəticəsində Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərini su basıb. Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
publikaz_normalized
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hökumətə “Qiymət İzləmə Tətbiqi"nin əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi təqdim edib və bu istiqamətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması məqsədəuyğun hesab olunub. Məlumata görə, bununla bağlı qərar “İnflyasiya və Qi...
publikaz_normalized
Daşlardan hazırlanmış aksesuarlar həm də sehrli cazibəyə malikdir, qemmoloqlar və bioenergetiklər iddia edir ki, onların təsiri xüsusilə Yeni İl gecəsində ortaya çıxır. Əgər siz də Yeni İl ərəfəsində uğur və sərvət cəlb etmək üçün bütün yollardan istifadə etmək niyyətindəsinizsə, daşların mistik gücü ilə tanış olmağa d...
publikaz_normalized
Salyan Regional Qaz İdarəsinin rəisi Azər Musayev tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, A.Musayev il yarım öncə bu vəzifəyə təyin edilmişdi.
publikaz_normalized
Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb. 33 ictimai-siyasi, həmçinin 6 idman məzmunlu media subyektinə dəstək göstəriləcək. xxx" "Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediasına dəstək layihəs...
publikaz_normalized
Dekabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-dö­yüş fəaliy­yətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib. Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­liyev tərəfindən Azərbay­can tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Res­publi­­ka­sı­nın Prezidenti İlham Əliyevi...
publikaz_normalized
Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilən iclasında uçot dərəcəsi 4,5 % səviyyəsində saxlanılıb. “Əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, o cümlədən marjinal kredit xətti və depozit xətti üzrə faiz dərəcələri sabiq qalaraq müvafiq olaraq 4,50 %, 4,75 % və 4,00 % təşkil edəcək”, - məlumatda q...
publikaz_normalized
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağıb, Qusar və Şahdağda qar yağıb. Naxçıvan, ...
publikaz_normalized
SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən “1 Saylı QNAS Qaraçuxur” magistral qaz kəmərində kranın quraşdırılması zəruriyyəti ilə əlaqədar 15.12.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qaraçuxur əhali” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Suraxanı...
publikaz_normalized
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb. Hələ ki, onun nədə şübhəli bilindiyi açıqlanmayıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı təsdiqləyib. Nazirlik rəsmisi qeyd edib ki, hazırda araşdırma aparılır.
publikaz_normalized
Ədliyyə sahəsində xidmətlərə və informasiyaya əlçatanlığı asanlaşdıran“Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib. Bildirilib ki, portal vasitəsilə vətəndaşlar fərdi kabinetə sahib olmaqla vahid mənbədə elektron ədliyyə xidmətlərindən bəhrələnə, ona aid məlumat və rəsmi sənədlərlə tanış ola biləcəklər. Portal həm də...
publikaz_normalized
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha beş ədəd müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profil...
publikaz_normalized
“Nar” Qarabağ iqtisadi zonasının bütün şəhərlərində şəbəkə xidmətlərinin genişləndirilməsini davam etdirir. Bu təşəbbüs “Nar”-ın regionlarda abunəçilərə kəsintisiz və sərfəli mobil xidmətlər təqdim etmək öhdəliyini nümayiş etdirir. Ümumilikdə, “Nar” Qarabağ iqtisadi zonasında 100-dən çox baza stansiyasını uğurla inşa e...
publikaz_normalized
2024-cü ildə səyahət etməyin":"Suriya və Liviya 2024-cü ildə səyahət üçün ən təhlükəli beş ölkə arasındadır. Turistlərin getməsi tövsiyə edilməyən dövlətlər arasında Cənubi Sudan, Əfqanıstan və Somali də var . Eyni zamanda, antireytinqdə birinci yeri tutan Cənubi Sudan həddindən artıq təhlükəsizlik təhlükəsi olan ölkə ...
publikaz_normalized
Qondarma Rusiya Respublikası yaratmaq istəyirlər":"ABŞ-da Rusiya Federasiyasından kənarda öz hökuməti olan virtual "Rusiya dövləti" yaratmaq planları hazırlanır". Vəziyyətin absurdluğu o həddə çatıb ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya Federasiyasından kənarda virtual və guya legitim dövlətin, hansısa müvəqqəti adminis...
publikaz_normalized
Türkiyənin paytaxtı Ankarada Qərbi Azərbaycana qayıdışla bağlı məsələ müzakirə olunub. Bildirilib ki, Ankarada səfərdə olan Azərbaycan Milli Məclisi Azərbaycan-Türkiyə Parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun nümayəndə heyətinin iştirakı ilə Ankara Universitetində Qərbi Azərbaycana qayıdış mövzusunda dəyirmi mas...
publikaz_normalized
Masallıda itkin düşən yenityetmə tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, 2008-ci il təvəllüdlü J.A.nın dekabrın 11-də evdən şəxsiyyət vəsiqəsini götürərək çıxdığı və geri qayıtmadığı açıqlanmışdı.
publikaz_normalized
Yardımlı rayonunun Nisəqala kəndində təşkil olunan "Səyyar qəbul otağı"na 40-a yaxın vətəndaş təşrif buyursa da, cəmi 4 nəfər mikrofon önünə çıxıb. Daha dəqiq desək, hər iki kəndin sakinləri Nisəqala ilə Dəryavarın təbii qazla təmin edilməsini xahiş edib. Lənkərən RQİİ-nin rəhbər şəxsləri məsələ ilə bağlı qeydiyyatları...
publikaz_normalized
Xalq artisti Aygün Kazımovanın Qarabağda keçirilməsi nəzərdə tutulan Yeni il şənliyində çıxış üçün yüksək məbləğdə ödəniş tələb etməsi ilə bağlı məlumatlar yayılıb. Globalinfo.az məsələni dəqiqləşdirmək üçün tədbirin təşkilatçılarından “Evvent Office” ilə əlaqə saxlayıb. Təşkilatçılar iddialara aydınlıq gətirib: “Həmin...
publikaz_normalized
ana və az yaşlı övladı qonaq getikləri evdə...":"Gəncədə dəm qazından zəhərlənmə hadisə baş verib. 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun az yaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qon...
publikaz_normalized
Qarabağdakı Rusiya sülhməramlıları...":"Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək. Belə ki, Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.
publikaz_normalized
Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib. H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Mold...
publikaz_normalized
Niderland hökumətinin açıqlaması qəbuledilməzdir":"Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı hökumətinin Azərbaycanla bağlı açıqlamasını qəbuledilməz adlandırıb. “Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəy...
publikaz_normalized
Dekabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb. Azərbaycanın ölkəsi üçün qardaş ölkə olduğunu deyən Raşid Talbi El Alami ölkələrimiz arasında əlaqələrin genişlənməsinin vacibliyini qey...
publikaz_normalized
Mətbuat konfransında Rusiya Prezident Vladimir Putinə dublyorunun olub-olmadığını, süni intellekt və neyron şəbəkələrin təhlükələrinə necə baxdığını soruşublar. Prezidentin xarici görünüşündən istifadə edərək dərin saxta texnologiyadan istifadə edərək Putinə video suallar verilib. Müraciət müəllifi özünü Sankt-Peterbur...
publikaz_normalized
Bundan əlavə, Ukrayna və Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq barədə qərar qəbul edilib . Xatırladaq ki, oktyabr ayında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bütün Avropa liderlərindən ölkəni Aİ-yə qəbul etməyə hazır olduqlarına dair təsdiq aldığını bəyan edib.
publikaz_normalized
bu müğənnimiz müsəlman deyilmiş... - VİDEO":"Baku" TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib. O, “YouTube” da yayımlanan “Popumuz var” layihəsinə dəvət etdiyi qonaqları necə seçməsi barədə danışıb: “Elə qonaqlar olub ki, yazılan rəylərin əsasında çağırmışam. Elələri də var ki, özümə maraqlıdır ...
publikaz_normalized
daha bir ölkə silkələndi":Qazaxıstanın Almatı vilayətində beş bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı Almatı şəhərindən 180 kilometr cənub-şərqdə yerləşib. Təkanların 15 kilometr dərinlikdə baş verdiyi bildirilir.
publikaz_normalized
Göygöl Milli Parkında qeyri-adi təbiət hadisəsi baş verib. Bildirilib ki, ərazinin yüksək dağlıq hissəsində qar yağsa da, aşağı hissədə alça ağacları çiçək açıb. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Ərdoğan Yaxın Şərqdə baş verən qarşıdurmanın aradan qaldırılması, bununla əlaqədar təcili atəşkəsin təmin edilməsinin vacibliyini bildirib. O, bu məsələnin həlli ilə bağlı Türkiyənin təklif etdiyi qarant mexanizminin...
publikaz_normalized
Orban Aİ-nin bu qərarını "PİS" ADLANDIRDI":"Macarıstan Avropa İttifaqının Ukrayna ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarında iştirak etməyib". İndiki vəziyyətdə Ukrayna ilə danışıqlara başlamaq tamamilə irrasional qərardır və Macarıstan bu məsələdə mövqeyini dəyişmir. Aİ-nin digər 26 üzvü belə bir qərarı...
publikaz_normalized
Bakı İrəvanla danışıqlarda Ankara kartını irəli sürür":"Bakı və İrəvan ikitərəfli formatda razılaşma əldə etsə də, Qərb prosesin Vaşinqton və Brüssel masasında davam etdirilməsi istəyindən əl çəkməyib, Ermənistan da sülh müzakirələrinin üçüncü tərəflərin – ABŞ və Avropa İttifaqının iştirakı ilə aparılmasını istəyir. Va...
publikaz_normalized
“Transfermarkt” portalı Almaniya Bundesliqası oyunçularının transfer qiymətlərini yeniləyib. “Bayer Leverkuzen”in 20 yaşlı üzvünün transfer qiyməti 15 milyon avro artımla 100 milyon avroya çatıb. “Ayntraxt”dan olan 19 yaşlı Uqo Larssonun da dəyərini 11 milyon avro artıb. Onun tranfer qiyməti hazırda 28 milyondur. Serj ...
publikaz_normalized
ailədə münaqişələr yarana bilər":"Mövqelərini müdafiə edəndə, maraqlarınızı qoruyanda ifrata varmayın. Enerjinizdən effektiv istifadə edin. Günün ikinci yarısında narazılıq və aqressiya hissləri sizə hakim olmasın. Şəxsi münasibətlərdə nizam var. Dostlar və ya tanışların yaşamınıza sərt müdaxiləsinə imkan verməyin. İnt...
publikaz_normalized
Bizdə belə futbolçular yoxdur":"Hekken" Avropa Liqası qrup mərhələsinin sonuncu turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub. Onlara qarşı oynamaq təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər. Bu oyun bizim üçün çətin keçdi. İlk dəqiqədəki qol planlarımızı pozdu. Növbəti mövsümdə Konfrans Liqasında o...
publikaz_normalized
Bu olmasa, digər variantlardan istifadə edəcəyik" - FOTO":"Qarabağ" Avropa Liqası qrup mərhələsinin sonuncu turunda Bakıda "Hekken"i 2:1 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov tarixi uğurdan sonra mətbuat konfransında jurnalistlərin sualla...
publikaz_normalized
Türkiyənin “Fənərbağça” komandası UEFA Konfrans Liqasında səkkizdəbir finala yüksəlib. İsmayıl Kartalın başçılıq etdiyi komanda doğma meydanda rəqibinə 4 cavabsız qolla qalib gəlib. Qolları 36-cı dəqiqədə Fərdi Kadıoğlu, 48-ci dəqiqədə Dominik Takaç (avtoqol), 60-CI və 61-ci dəqiqələrdə isə Edin Ceko vurublar. “Fənərba...
publikaz_normalized
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçusu Kadi Borgesin Ağdam təmsilçisinə qayıdıb-qayıtmayacağı barədə danışıb. Bizim onunla heç bir danışığımız olmayıb. Buradan gedən futbolçuların hamısına demişik ki, "Qarabağ"ın qapısı üzünüzə həmişə açıqdır. Deyim ki, inşallah geri qayıdar, düz çıxmaz. O daha da böy...
publikaz_normalized
Amerikalı məşhur aktrisə Şeron Stoun açıq-saçıq obrazda poza verib. Yayımlanan ağ-qara fotoda 65 yaşlı məşhur taxta skamyada uzanaraq kamera qarşısına keçib. “Əsas instinkt”in ulduzu obrazı üçün simlərlə bəzədilmiş geniş paltar və laklı ayaqqabı seçib. Libbinin abunəçiləri aktrisanın gənc görünüşünə heyran qalıblar. “H...
publikaz_normalized
Bolqarıstan Dəniz Donanmasına məxsus “Ruen” yük gəmisi Ərəbistan dənizində ələ keçirilib. Gəminin ekipajı ilə əlaqə saxlamaq mümkün olmur. Ekipajda ümumilikdə 18 nəfər var: 8 Bolqarıstan və 10 Myanma və Anqola vətəndaşı" "Gəmi Malta bayrağı altında üzüb. Hadisə Yəmənin Sokotra adasından 380 dəniz mili (703 km) şərqində...
publikaz_normalized
Bakının Xəzər rayonunda sərxoş kişi tanışı tərəfindən bıçaqlanıb. Müayinə zamanı ona bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub. Saatov hadisə zamanı sərxoş vəziyyətdə olub. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
Oktyabrın 7-dən bəri Qəzza zolağında azı 300 tibb işçisi ölüb. Məlumata görə, qeyd olunan vaxt ərzində sektorda 138 tibb müəssisəsi İsrail Müdafiə Qüvvələrinin atəşinə məruz qalıb, 102 təcili yardım maşını məhv edilib. Səhiyyə Nazirliyi anklavda səhiyyə sahəsində son dərəcə çətin vəziyyəti bir daha qeyd edib. Vurğulanı...
publikaz_normalized
“Neftçi”nin futbolçusu Kenni Sayef komandadan ayrılıb. Qeyd edək ki, Kenni Sayef ötən ilin yayından “Neftçi”də çıxış edirdi.
publikaz_normalized
ABŞ-ın birinci xanımı Cill Bayden Ağ Evdən Milad videosu yayımladığı üçün tənqid edilib. Çəkilişdə Nyu-Yorkun "Dorrance Dancers" rəqs truppasının üzvləri iştirak edib. Ağ Evin salonlarında oynaq rəqs ifa edilib. "Şelkunçin"i ifa edən istedadlı "Dorrance Dance" ifaçıları sizə bir az sehr, möcüzə və sevinc bəxş edəcəklər...
publikaz_normalized
Berlində radikal HƏMAS hərəkatının 3 nümayəndəsi saxlanılıb. Saxlanılanlardan ikisinin Livan, digərinin isə Misir vətəndaşlığı var. Daha bir HƏMAS üzvü olduğu iddia edilən Rotterdamda saxlanılıb, onun Niderland vətəndaşlığı var. Şübhəlilərdən biri HƏMAS-ın Livandakı rəhbərliyinin göstərişi əsasında silah almağa çalışıb...
publikaz_normalized
dekabrın 16-da...":"Phobos" Hava Mərkəzinin sinoptikləri son altı ildə Günəşdə ən güclü partlayış qeydə alıblar. Bildirilib ki, X2.8 intensivliyi ilə ən güclü partlayış Bakı vaxtı ilə təxminən 21:00-da qeydə alınıb. Bu, ilin əvvəlindən bəri ən güclü günəş partlayışdır", - sinoptiklər bildirib. Mütəxəssislər əlavə edibl...
publikaz_normalized
Yeni Arşavin yetişdirmək xəyalınız varmı? Bunun baş verməsi üçün bir çox amillər bir araya gəlməlidir. Bəlkə də Arşavin bu divarlar arasında böyüməməlidir - başqa yerdə böyüyəcək. Ancaq mənim kimi oyunçu - demək ki, təvazökarlıq deyil - o, 10-20 ildən bir, bəlkə də 50 ildən bir doğulur. O, Rusiyadadır”, - deyə Arşavin ...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb. Köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Bərdə rayonundan – 6 ailə (20 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (10 nəfər...
publikaz_normalized
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir. Qurultayda ilk olaraq Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət dinləniləcək. Müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və di...
publikaz_normalized
Bayden oğluma mane olur, yoxsa...":"“ABŞ prezidenti Cozef Bayden İlon Maskın dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”. Onun məqsədi dünyanı daha yaxşı bir yerə çevirməkdir. ABŞ-ın hazırkı prezidenti onu dayandırmaq istəyir. Başqa ölkələrdə insanlar İlonla fəxr edirlər və ABŞ prezidentinin motivlərini başa düşmürl...
publikaz_normalized
ciddi xəstəliklər yaradır, ömrü qısaldır":"Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, uzun illər ərzində baş verən tənhalıq hissləri təhlükəli xəstəliklərin daha yüksək riski və gözlənilən ömür uzunluğunun azalması ilə əlaqələndirilir. Tədqiqatçılar 1996-2004-cü illəri əhatə edən səkkiz illik dövrdə 50 yaş və...
publikaz_normalized
Dəyərini bilən qadın təhlükəlidir" - FOTO":"Eurovison" təmsilçimiz Səmra Rəhimli növbəti dəfə diqqətləri üzərinə çəkməyi bacarıb. Dəyərini bilən qadın təhlükəlidir", - o, sosial media hesabındakı paylaşımının şərh bölümünə bu sözləri əlavə edib. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətin...
publikaz_normalized
Separatçılardan azad olunmuş Xocavəndin Tuğ kəndindən reportaj hazırlanıb. Görüntülərdə məşhur bəy evlərinin, üzüm bağlarının son vəziyyətləri göstərilib. "Daha ətraflı videomaterialda:
publikaz_normalized
Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan yəqin ki, yeni prosesi başladıb. 2024-cü ilin əvvəlində rusiyalı həmkarı Vladimir Putinlə görüşərək onu Kiyevlə danışıqları bərpa etməyə dəvət etməyi planlaşdırır". Prezident Ərdoğan Ukrayna böhranında vasitəçi rolunu öz üzərinə götürməkdə qərarlıdır. Türkiyənin hər iki münaqişə t...
publikaz_normalized
Ermənistan mediasında Azərbaycanın Qərbi Zəngəzur bölgəsinə ekoloji qrup göndərdiyinə dair iddialar irəli sürülür. Erməni mediası bu təşkilatı Azərbaycana işləməkdə ittiham edir və onların rəsmi Bakı tərəfindən göndərildiyini iddia edir. “Hraparak” nəşri yazır ki, “Arnica” təşkilatı Ermənistanda “Ecolur” QHT-si ilə əmə...
publikaz_normalized
İsrail ordusu Fələstin HƏMAS hərəkatının liderləri haqqında məlumat üçün mükafat təklif edib. Məlumatlara görə, HƏMAS lideri Sinvar haqqında məlumat üçün 400 min dollar vəd edib. Onun qardaşı Məhəmməd Sinvar haqqında məlumat üçün 300 min dollar mükafat veriləcək. “Xan Yunisdəki HƏMAS batalyonunun komandiri olan Rafa Sa...
publikaz_normalized
Mətbuatda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun keçmiş müdiri Cəsarət Valehova yeni vəzifə verilməsi ilə bağlı məlumat yayılıb. Onun Elm və təhsil naziri Emin Əmrullayein əmri ilə Azərbaycan Respublikasının Təhsil İnstitutuna direktor müavini təyin olunduğu bildirilib.
publikaz_normalized
Görüşdülər, danışdılar, razılaşdılar":"Mübahisəli Essekibo ştatı ilə bağlı aparılan danışıqlar nəticəsində Venesuela və Qayana münaqişənin həlli üçün güc tətbiq etməmək barədə razılığa gəliblər. Qeyd olunur ki, Venesuela prezidenti Maduro ilə Qayana prezidenti Məhəmməd İrfaan Əli arasında görüş olub. “Qayana və Venesue...
publikaz_normalized
ABŞ belə reaksiya verdi":"ABŞ Türkiyənin Ermənistan ilə Azərbaycan arasında münaqişənin həllindəki rolunu alqışlayır. Dekabrın 14-də Bakıda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləy...
publikaz_normalized
Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"i məğlub edərək pley-offa yüksəldikləri matçdan (2:1) sonra jurnalistlərə açıqlama verib. İkinci hissənin çoxunu azlıqda keçirdik. Buna baxmayaraq qələbə qazanmaq istəyirdik və qazandıq. Qələbə ilə birlikdə pley-offa vəsiqə...
publikaz_normalized
Azərbaycan UEFA reytinqində irəliləyib. Ölkəmiz Rusiyanı geridə qoyaraq 29-cu pillədən 28-ci pilləyə qalxıb. Bu qələbə Azərbaycana 0,500 bal qazandırıb. Daha 0,500 bal isə bonus olaraq 1/16 finala çıxmağa görə verilib. Beləliklə, Azərbaycan xal ehtiyatını 19,125-ə qaldırıb. 2022-ci ilin fevralından avrokuboklardan uzaq...
publikaz_normalized
Azərbaycan Tibb Universitetinin (ATU) professoru, tarixçi Fəxrəddin Məmmədov vəfat edib. Tarixçi ali təhsil müəssisəsinin İctimai fənlər kafedrasının professoru vəzifəsində çalışırdı. Qeyd edək ki, Məmmədov Fəxrəddin Nəriman oğlu 1948-ci il dekabrın 13-də Hacıqabul rayonunun Qızılburun kəndində ziyalı ailəsində anadan ...
publikaz_normalized
Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” tarixində ilk dəfə Avropa Liqanın pley-off mərhələsinə vəsiqə qazanıb. Matçdan sonra 51 yaşlı mütəxəssis paltardəyişmə otağında futbolçuların qarşısında çıxış edib. Qurbanov komanda üzvlərinə qazanılan uğura görə təşəkkür edib.
publikaz_normalized
Bu günün valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0.0189 manatadək, Türk lirəsi isə 0.0586 manatadək ucuzlaşıb. Avro 1.8692 manatadək bahalaşıb. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8692" "1 Rusiya rublu" "0,0189" "1 Avstraliya dolları" "1,1416" "1 Argentina pesosu" "0,0021" "1 Belarus rublu" "0,5...
publikaz_normalized
2023-cü ilin 11 möhtəşəm FOTOSU":"2023-cü ilin ən yaxşı vəhşi təbiət fotoları təqdim olunub. Publik.az xəbər verir ki, nüfuzlu beynəlxalq “Nature's Best Photography” (NBP) mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Onlar ən yaxşıları seçərək siayahıya 11 fotoşəkil daxil ediblər. " " " " " " " "...
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun ən yaxşı qolu adına namizədlər bəlli olub. Digər namizədlər Jau Pedro ("Brayton"), Lorents Assinyon ("Renn") və "Olimpiakos"dan Daniel Podensedir. Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Heybət" " " " " " " " " " " " " " " " " " " " " " " " " ...
publikaz_normalized
Şəmkirdə 4 yaşlı oğlan uşaq qızılca xəstəliyindən ölüb. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
publikaz_normalized
Oktyabrın 7-də İsrailə qanlı basqınla dünya gündəminə gələn HƏMAS kritik "siyasət dəyişikliyi" ərəfəsində ola bilər. “Rəsmi mövqeyi izləməlisiniz” deyən HƏMAS-ın yüksək səviyyəli idarəçisi, “Rəsmi mövqe Fələstin Azadlıq Təşkilatının (FAT) İsrail Dövlətini tanımasıdır” deyib. Mərzuk qeyd edib ki, İsrail vətəndaşları bəz...
publikaz_normalized
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi ölkə çempionatının matçından sonra hakimi döydüyü üçün “Ankaragücü”nün sabiq prezidenti Faruk Koca haqqında qərar qəbul edib. Klubun digər rəhbər şəxsləri də xəbərdarlıq alıb və cərimə ediliblər. Komitə həmçinin “Ankaragücü”nün 2 milyon türk lirəsi cərimə ödəməsi barədə q...
publikaz_normalized
Əksər insanlar Xirosimadakı kölgələrin 1945-ci ildəki nüvə partlayışının qurbanlarının qalıqları olduğuna inanırlar. Məlum kölgələr heç də insan qalıqları deyil. IFLScience yazır ki, Xirosimadakı kölgələri nüvə partlayışı qurbanlarının yeganə qalıqları hesab edənlər də oxşar səhvə yol verirlər. Bəzi insanlar səhvən köl...
publikaz_normalized
Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus Naxçıvan Dəmir Yolları MMC gələn il yanvarın 1-dən sərnişin daşımalarını müvəqqəti dayandıracaq. Məlumata görə, son vaxtlar ADY ölkəmizdə əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri aparır, dəmi...
publikaz_normalized
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimiz...
publikaz_normalized
Dərhal sərnişinlər avtobusdan düşürülüb. Hadisə yerindən görüntüləri təqdim edirik:(Bakupost.az )"
publikaz_normalized
Aİ Putinin qalib gəldiyini bildirdi":"İrlandiyanın baş naziri Leo Varadkar Macarıstanın Avropa İttifaqının Ukraynaya 50 milyard avro həcmində uzunmüddətli büdcə yardımı proqramına veto qoymasını Rusiya prezidenti Vladimir Putinin qələbəsi adlandırıb. Yaxşı, o zaman Putin qalib gələcək" deyən baş nazir vəziyyəti şərh ed...
publikaz_normalized
Məqsədimiz bu olacaq":"“Sevincimi ifadə etmək üçün söz tapa bilmirəm. Qələbədən də, nəticədən də çox məmnunuq”. “Bu oyunun əhəmiyyəti çox böyük idi. Ona görə də qarşılaşamaya çox ciddi hazırlaşmışdıq. Meydanda baş məşqçimizin tapşırıqlarını yerinə yetirdik. Şükürlər olsun ki, yekunda istəyimizə çatdıq. Azarkeşlərimizi,...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik: Hörmətli qurultay iştirakçıları! Əziz müəllimlər və təhsil işçiləri! Azərbaycan müəllimlərinin XVI quru...
publikaz_normalized
Hələ də nə baş verdiyini dərk etmirik":"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"i məğlub edərək (2:1) tarixində ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. - Demək olarmı ki, startda vurduğunuz qol bu qələbənin əsas səbəbi oldu? - Faktiki olaraq, tez vurulan qol oyunun dəyişməsinə gə...
publikaz_normalized
Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. “Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda yanğın təhlükəli ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırıb. Bildirilib ki, Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm...
publikaz_normalized
Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur. Nazir bildirib ki, azad olunan ərazilərə Böyük Qayıdış çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində...
publikaz_normalized
Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir". Dövlət başçısı qeyd ed...
publikaz_normalized
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi İrandan Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşını saxlayıb. Bildirilib ki, dekabr ayının 14-də saat 15:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənl...
publikaz_normalized
Pandemiya dövrünün təhsilə təsirləri uzun müddətli olacaq. Tədqiqat və araşdırmalar da məhz bu istiqamətdə aparılmalıdır. Onun sözlərinə görə, hədəf pandemiyadan əvvəl təhsil sisteminə qayıtmaqdır: Pandemiyanın emosional baxımdan və təhsilə verdiyi təsirlər həllini tapmalıdır. Həmin müddətdə təhsil 200 gündən artıq dis...
publikaz_normalized
2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib. Meşəlik ərazilərdə keçirilən taktiki-...
publikaz_normalized
Səni məndən ayırmağa..." - VİDEO":"Tanınmış məşqçi Kamil Zeynallı qızı ilə bağlı paylaşım edib. Sən olmasan, bu dünya könlümə yatmaz, qızım. Səni məndən ayırmağa ayrılığın gücü çatmaz, Sahilə”. Kamilin bu paylaşımı minlərlə baxış sayı alaraq izləyiciləri kövrəldib. Qeyd edək ki, Kamil 2010-cu ildə müğənni Gülay Zeynall...
publikaz_normalized
Dövlət Gömrük Komitəsi 2024-cü il üçün planlarını açıqlayıb. "Bakı Baş Gömrük İdarəsi inteqrə edilmiş zəng, SMM və elektron sistem yaratmağı planlaşdırır. Elektron müraciət köşkünün yaradılması da nəzərdə tutulur. Həmçinin elektronlaşdırma nəticəsində fiziki müraciətlərin sayı minimuma endiriləcək.
publikaz_normalized
Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzzada sülhün təmin olunması üçün ən çox çalışan lider olduğunu bildirərək, yeni ildə Türkiyəyə səfər edə biləcəyini qeyd edib. O bildirib ki, Ərdoğan Qəzzadakı faciəyə diqqət çəkən, vəziyyəti yaxşılaşdırmaq və uzunmüddətli sülh üçün şərait ya...
publikaz_normalized
Vaşinqton Ankaranı müttəfiq kimi itirdi":"Amerika Birləşmiş Ştatları Türkiyədə qadağan edilən Kürdüstan İşçi Partiyasının silahlıları ilə keçirdiyi birgə təlimlərə görə müttəfiq kimi Ankaranı itirdi. Nəşrin müəlliflərinin fikrincə, Vaşinqton artıq Ankaranı itirib. İctimai rəydə ABŞ çoxdan Türkiyənin əsas düşməninə çevr...
publikaz_normalized
Dövlət Gömrük Komitəsi növbəti ildə süni intellektdən istifadə edəcək. "Qeyd olunub ki, 2024-cü ilin 1 yanvar tarixindən qurumda süni intellektdən istifadə olunacaq. Proseslə bağlı məsələlərin 90 faizi həll olunub.
publikaz_normalized
Bayden çarəsizdir":"ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin Ukraynaya hərbi yardımı təsdiqləməməsini Rusiya prezidenti Vladimir Putin üçün Milad hədiyyəsi adlandırıb. Materialın müəllifi Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə verdiyi açıqlamalardan birini xatırladıb. ABŞ lideri bildirib ki, Konqres ...
publikaz_normalized
Sürdüyümün qiyməti... - Video":"Sürdüyüm maşının 100 min qiyməti var. 10 ildir avtomobil idarə edirəm. Xanəndə avtomobilindən danışıb. O bildirib ki, ucuz avtomobillə toya gedəndə yaxşı baxmırlar: Belə atalar sözü var ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Əvvəl fikir vermirdim, indi isə fərqli...
publikaz_normalized
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 minik avtomobili verilib. A.Əliyev bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən mühar...
publikaz_normalized
Argentina millisininz hücumçusu Lionel Messinin DÇ-2022-də geyindiyi 6 forma "Sotheby" auksionunda satılıb. Bildirilib ki, mundialın oyunlarından birinin ilk yarısında Lionelin geyindiyi formaların son qiyməti bu il bir idman yadigarı üçün ödənilən ən yüksək qiymət olub. Ümid edilirdi ki, Messinin formaları oyun zamanı...
publikaz_normalized
Rusiyaya hansı ölkələrin borcu var?":"Ötən il Rusiya digər ölkələrə verdiyi kreditlərin həcmini 1999-cu ildən bəri ən yüksək həddə çatdırıb. Qeyd olunur ki, ötən il 37 ölkənin Rusiya Federasiyasına borcu olub, onların ümumi borcu 9% artaraq 28,9 milyard dollara çatıb ki, bu da müvafiq göstəricinin 32,8 milyard dollar o...
publikaz_normalized