text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Aparıcı İlkin Həsəninin 3 aylıq övladı xəstəxanaya yerləşdirilib. O, bir neçə gündür xəstəxanadan görüntülər yayımlayaraq, Rain adı verdiyi övladının müalicə aldığını bildirib. Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alis adlı bir qız övladı da var.
publikaz_normalized
Balıqçlar Şəmkir su anbarında böyük ilan müşahidə ediblər. "Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub. Məlumata görə, sərnişinlərdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlə...
publikaz_normalized
Bu il reklam qanunvericiliyinin pozulmasına görə telekanallara iki dəfə xəbərdarlıq edilib. Bildirilib ki, Şura tərəfindən ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının mütəmadi, digər yayımçıların proqramlarının isə şikayət əsasında monitorinqləri aparılır. Cari il ərzində aparılmış monitorinqlər nəticəsin...
publikaz_normalized
Rusiyanın Tatarıstan vilayətində 57 yaşlı yerli sakin 10 yaşlı məktəbli qızı zorlayıb. Bildirilir ki, təqaüdçü qonşusu olan məktəblini evə aparmaq məqsədilə maşınına mindirib. Təqaüdçü qızı kimsəsiz yerə apararaq orada zorlayıb. Və bütün bunlar bir neçə dəfə təkrarlanıb. Daha sonra həmin şəxs məktəbli qızın evinə gizli...
publikaz_normalized
Bu gün G1(zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir. Bildirilib ki, 18-19 dekabrda TKA təsirinin davam edəcəyi, 22 dekabrda geomaqnit sahəsinin yenidən aktiv səviyyələrə qalxması, əlavə olaraq Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin də təsiri gözlənilir.
publikaz_normalized
39 yaşlı kişi boşanmış arvadından xahiş etdi: "Görməyim..." - Şok":"Quba rayonunda 1984-cü il təvəllüdlü Şəhriyar həyat yoldaşı Almazı (adlar şərti verilib – red.) Sərxoş olduqdan sonra faktiki ayrı yaşadığı arvadı Almazın onun 4 uşağının anası olmasına rəğmən başqa kişilərlə sevgi məzmununda danışa biləcəyini düşünüb....
publikaz_normalized
Bu gün BAXCP İdarə Heyətinin gündəmində olan digər məsələ partiyanın adında dəyişiklik edilməsi ilə bağlı olub. Qeyd olunub ki, məsələ uzun müddətdir ki, partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Son olaraq, çoxluq Ədalət, Hüquq,...
publikaz_normalized
2050-ci ilə qədər...":"Demensiya kimi tanınan xəstəlik bir çox koqnitiv funksiyalarda daimi və mütərəqqi pozulmalara səbəb olur. İnsanın gündəlik həyat fəaliyyətini ciddi şəkildə çətinləşdirən bir sindromdur. Bu xəstəlik xüsusilə 65 yaşdan yuxarı şəxslərdə tez-tez rast gəlinir. Hesablamalara görə, 2050-ci ilə qədər dem...
publikaz_normalized
Novosibirsk-İrəvan reysi ilə uçan təyyarədə Rusiya vətəndaşı ölüb. Bu barədə kriminal xəbərlər saytı shamshyan.com məlumat yayıb. Saat 09:30-da Zvartnots hava limanının polis şöbəsinə təyyarənin göyərtəsində bir nəfərin öldüyü bildirilib. Hadisə yerinə gələn polis və müstəntiqlər müəyyən ediblər ki, 65 yaşlı Ş.Aqekyan ...
publikaz_normalized
Xalq artisti Röya Ayxan paylaşımı ilə müzakirələrə səbəb olub. Açıq-saçıq şəkillərini şəxsi Instagram hesabında paylaşan müğənninin fotosuna 20 mindən çox bəyənmə gəlib. Sözügedən fotoları təqdim edirik:(Milli.Az)"
publikaz_normalized
Təsəvvür etmək çətin idi":"Argentinanın baş məşqçisi Lionel Skaloni millinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qazandığı qələbə ilə bağlı xatirələrini bölüşüb. “Leo Messinin kuboku başı üzərində qaldırması tarixi bir andır. Mən həqiqətən ümid edirəm ki, bu yenidən baş verəcək. Amma bəzən mənə elə gəlir...
publikaz_normalized
Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər. Ümid Partiyasının sədri İqbal Ağazadə belə bir qərarın qəbul olunmasının səbəbini açıqlayarkən qeyd edib ki, ölkə daxilindəki problemlərin həlli istiqamətində mübarizə və fəaliyyətlərini, prinsip və düşüncələrini yenə də ...
publikaz_normalized
Yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorun meneceri Audi Attar müştərisinin oktaqona nə vaxt qayıdacağı ilə bağlı fikirlərini bölüşüb. “Əgər hər şey yalnız Makqreqordan asılı olsaydı, o, gələn şənbə günü döyüşəcəkdi. Biz indi Konorun oktaqona mümkün qədər tez qayıtması üçün bütün qaydalara və prosedurlara əməl...
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putin dekabrın 26-da Sankt-Peterburqda qeyri-rəsmi görüşdə MDB ölkələrinin liderləri ilə görüşəcək. az xəbər verir ki, bu haqda Vladmir Putin Müstəqil Dövlətlər Birliyinin hökumət başçılarına və Şura iclasının iştirakçılarına ünvanladığı müraciətində bildirib: “Çox yaxında - dekabrın sonunda ...
publikaz_normalized
Gələn il Bakıda avtobusların elektrobuslarla əvəz olunması layihəsi planlaşdırılıb. Bildiyiniz kimi, gələn il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) konfrasına ev sahibliyi sahiblik edəcək. Gələn ildən Bakı küçələrində daha çox yeni elektrobusl...
publikaz_normalized
FIFA 2024-cü ildən etibarən keçiriləcək yeni Qitələrarası Kubokun formatını rəsmən açıqlayıb. Onlarda bütün qitələrin əsas klub turnirlərinin qalibləri iştirak edəcəklər. Birinci mərhələdə Asiya Çempionlar Liqasının qalibi və ya Afrika Çempionlar Liqasının qalibi öz stadionunda Okeaniya Çempionlar Liqasının qalibi ilə ...
publikaz_normalized
Xalq artistinin oğlu tanınmış həkimlə ailə qurdu. İfaçının oğlu İsmayıl dermotoluq Fatma Məmmədli ilə ailə qurub. Nikahdan görüntüləri İsmayıl sosial şəbəkədə yayımlayıb. Onlar bu ilin oktyabrında nişanlanıblar.
publikaz_normalized
İngiltərə çempionatının 17-ci turunun "Liverpul" - "Mançester Yunayted" matçında (0 :0) oyunun keçirildiyi "Enfild Roud" stadionunda tamaşaçı rekordu qeydə alınıb. Bu, son 60 ilin rekord göstəricisi olub. 1963-cü ildə "Bernli" ilə İngiltərə Kuboku oyunundan bəri "Liverpul"un ev oyununa gələn ən yüksək tamaşaçı sayıdır....
publikaz_normalized
Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb. Bildirilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Döyüş vəziyyətinə gətirilə...
publikaz_normalized
Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu” keçirilib. Onlar abidənin önünə ə...
publikaz_normalized
Ora bayramlarını məhv etmək üçün getdik":"Roma"nın baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama verib. “Biz Brendan Rocersi “Xüsusi iki” adlandırdıq ( Mourinyonun “Xüsusi biri” ləqəbinə bənzətməyə uyğun - red.). Çempionlar Liqasının yarımfinalında idik və Madriddə “Atletiko” ilə 0:0 hesablı heç-heçə etdik. Bizim üçün “L...
publikaz_normalized
Nərimanov rayonu, Ə.Əliyev küçəsi 218 ünvanında yerləşən Bakı Modern Təhsil Kompleksində müəllimi döyən şəxsə hökm oxunub. "Təqsirləndirilən şəxs, 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ələsgər Cavadov (şərti soyad) iddia edib ki, mübahisəyə səbəb məktəbin fiziki tərbiyyə müəllimi Fikrətin onun əmisi nəvəsi Elm...
publikaz_normalized
1/8 finalın püşkü atıldı":"UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Qruplarda birinci yeri tutan komandalar ikinci yerlərin sahiblərinə rəqib olublar. Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq. UEFA Çempionlar Liqası, 1/8 f...
publikaz_normalized
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Publik.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə Azərbaycanın avrokuboklardakı təmsilçisi "Qarabağ"ın rəqibi müəyyənləşib. Tarixində ilk dəfə qitənin iki nömrəli klub tunirində qrup səddini aşan Ağdam təmsilçisi bu mərhələdə "Braq...
publikaz_normalized
Avtobusa minən 3 gənc qadın narkotik hazırladıqları anı videoya çəkərək görüntüləri internetdə paylaşıb. Bunun ardından polis hərəkətə keçib. Qadınların ünvanlarını tapan narkotik polisi onların Esenyurtdakı evlərində eyni vaxtda əməliyyat keçirib. Onların evlərində bir müddət axtarış aparılıb. Axtarışların ardından tu...
publikaz_normalized
İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb. Məlumata görə, ötən həftə 17 tank əleyhinə mina, 22 piyada əleyhinə mina, 234 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 326.6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu ...
publikaz_normalized
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi onun müddəal...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin dövlət quruculuğunda rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsində xalqı...
publikaz_normalized
Gürcüstan Rusiya ilə gizli danışıqlar aparmır. İki ölkə arasında bu cür qarşılıqlı əlaqəni parlamentdə çıxışı zamanı baş nazirin müavini, respublikanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Gürcüstan nümayəndə heyətinin nümayəndələrin iştirak etdiyi “Bir kəmər, bir yol” forumunda təkzib edib. Gürcüst...
publikaz_normalized
​Şahzadə Diananın 1985-ci ildə geyindiyi paltar Hollivuddakı “Julien's” hərracında rekord qiymətə - 1,1 milyon dollara, təxmini dəyərindən 11 dəfə baha satılıb. Qara məxmər balerina uzunluğunda ziyafət geyimi hərracda 1,14 milyon dollara satılıb", - hesabatda qeyd olunur. Diana ilk dəfə 1985-ci ildə əri, sonra Uels şah...
publikaz_normalized
Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan ölkənin birinci bankı Kapital Bank-ın depozit məhsulu üzrə şərtləri çox sərfəlidir. Belə ki, əmanət müddəti 12 aydan 36 ayadək olmaqla bankın USD valyutası üzrə depozit faizi 3.5%-dir. Depozit üçün minimum $500 olmaqla istənilən qədər məbləğ...
publikaz_normalized
Ağdaş rayonunun Əmirarx kəndi ərazisində əxlaqsızlıq yuvası yaradan 75 yaşlı kişi cinayət məsuliyyətinə cəlb edilib. Kafedə aparılan əməliyyat tədbiri zamanı məlumatlar təsdiqini tapıb və kafeni işlədən 1948-ci il təvəllüdlü Əmir Həsənovun (ad-soyad şərtidir) pul qarşılığında kafedə əxlaqslıqla məşğul olan qadın və kiş...
publikaz_normalized
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib. Hörmətli cənab Prezident," "Serbiya Respublikasında növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və lideri olduğunuz “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən...
publikaz_normalized
Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub. Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb! Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musay...
publikaz_normalized
Bir neçə gün əvvəl Bakının rayonlarından birinin məhkəməsinə həmin rayonda yerləşən peşə liseyinin direktoru M.Məmmədov (şərti) tərəfindən xüsusi ittiham qaydasında şikayət daxil olub. M.Məmmədov qeyd edib ki, rəhbərliyi altında çalışan qadın liseyin əməkdaşlarına onun barəsində həqiqətə uyğun olmayan məlumatlar – guya...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qətəri Milli Gün münasibətilə təbrik edib. “Qətəri Milli Günü münasibətilə təbrik edirik! Milli bayramınız mübarək!” - XİN-in təbrikində qeyd olunub.
publikaz_normalized
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq. "Aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar q...
publikaz_normalized
Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi fərdi jurnalist müsabiqəsinin nəticələri açıqlanıb. Pubika.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
publikaz_normalized
Müharibə qaçılmazdır":"İsrailin ABŞ-dan aldığı dəstəklə 73 gündür Qəzzada soyqırım törətdiyi bir vaxtda yeni müharibənin başlayacağı açıqlanıb. 73 gündür HƏMAS-ı bəhanə edərək Qəzzanı bombalayan İsrailin gözünü Livana dikdiyini bildirən "The Guardian" nəşri "Yeni bir müharibə qaçılmazdır" deyib. "Xəbərdə Hizbullahın HƏ...
publikaz_normalized
İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq v...
publikaz_normalized
Gənc qalmaq üçün 19 yaşlı oğlunun qanını öz bədəninə köçürən və ən ağlagəlməz üsullara əl atan 46 yaşlı britaniyalı milyonçu Brayan Conson haqqında yeni iddialar ortaya çıxıb. Jurnalda milyonçunun şəxsi həyatının təfərrüatları qeyd olunub. Məlum olub ki, keçmiş nişanlısı Terin Sauzernə döş xərçəngi diaqnozu qoyulduqdan...
publikaz_normalized
Dədəsinə 10 qəpik xeyri olmayan...":"Elə deyil, haqsız danışırsınız. Dədəsinə 10 qəpik xeyri olmayan insanlar bu gün Azərbaycan televiziyalarında çalışan əməkdaşları aşağılamağa, onların ünvanına nalayiq sözlər deməyə başlayıblar. Kimsə pul qazana bilmirsə, çağıranı yoxdursa, veriliş vermirlərsə, bu, onun günahındır. Ç...
publikaz_normalized
Hazırda ölkə epidemioloji durum stabildir, narahatlığa heç bir əsas yoxdur. V.Qurbanov bildirib ki, istər xəstəxanalar, istərsə də tibb müəssisələri prosesə tam hazırdır: “Həm regionlarda, həm də Bakıda fəaliyyət göstərən infeksion, reanimasiya şöbələri tam hazır vəziyyətdədir. Çarpayı fondu xəstə sayına uyğun artırıla...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, qlobal və regional problemlər və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Ərdoğan Budapeşt səfərindən sonra ölkələr arasında münasibətlərin daha da dərinləşəcəyinə inandığını ...
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim edib. Putin namizədliyini öz təşəbbüsü ilə irəli sürür. Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında qanuna görə, bunun üçün o, azı 500 nəfərdən ibarət seçici qrupu yaratmal...
publikaz_normalized
Türkiyənin məşhur sənətçisi Yılmaz Ərdoğanın ssenari müəllifi və baş rolda oynadığı "İnci Taneleri" serialının treyleri yayımlanıb. Serialın çəkilişləri iki il davam edib və rejissoru Şenol Sönmezdir. Ekran əsəri uzun illərdən sonra həbsdən çıxan Azem Yücedağın hekayəsindən bəhs edir.
publikaz_normalized
Almaniyanın Düsseldorf şəhərində 3-cü Avropa Türk Media Zirvəsi keçirildi. Türkiyənin Düsseldorf şəhərindəki Baş konsulu Ali İhsan İzbul, TÜRKSOY baş katibinin müavini Yusuf Seyit, Türkiyənin hakim AK Partiya sədrinin müavini Zəfər Sırakaya, Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ali Öztunc, Avropa İş Adaml...
publikaz_normalized
Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib. Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə...
publikaz_normalized
Avropa Komissiyası “X” sosial şəbəkəsinə (keçmiş Twitter) qarşı qeyri-leqal məzmunun silinməsi, şəffaflıq və dezinformasiya ilə mübarizə üzrə Avropa normalarının pozulması ittihamı ilə bağlı rəsmi araşdırmaya başlayıb. “Bu gün biz “X” şəbəkəsi əleyhinə pozuntuların aradan qaldırılması üzrə rəsmi prosedurları işə salmış...
publikaz_normalized
50 məktəbin inkişaf planı hazırlanıb":"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzi tərəfindən il ərzində 50 məktəbin inkişaf planı hazırlanıb. Bildirilib ki, inkişaf planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiy...
publikaz_normalized
Yəmən husiləri İsraillə əlaqəsi olduğu iddia edilən iki gəmiyə hücuma keçib. Onun sözlərinə görə, husilər iki təyyarə ilə “Swan Atlantic” neft tankerinə və “Clara” konteyner gəmisinə hücum edib. Qeyd edək ki, Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini ...
publikaz_normalized
Ukraynaya 50 milyard avro yardımın ayrılması üçün 2027-ci ilə qədər çoxillik büdcəyə düzəlişlər üzrə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək. Avropa İttifaqının çoxillik büdcə ilə bağlı fövqəladə sammiti fevralın 1-də keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün Macarıstanı razı salmağa bir az daha vax...
publikaz_normalized
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib. Aİ Rusiyaya qarşı ikili təyinatlı məhsul və texnologiyalara yeni ixrac məhdudiyyətləri tətbiq edib, həmçinin 29 şirkəti və bir neçə şəxsi qara siyahıya salıb.
publikaz_normalized
Budapeştdə rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbana Türkiyənin “Togg” markalı elektrik avtomobili hədiyyə edib. Məlumatda qeyd edilir ki, Macarıstan hökumətinin başçısı da öz növbəsində Türkiyə liderinə at hədiyyə edib. Ərdoğan və Orban arasında danışıqlar aparılı...
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda üz-üzə gələcək “Qarabağ” və “Neftçi”nin start heyətləri açıqlanıb. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq. ***" "Qarabağ" - "Neftçi" matçı start götürdü. ***" "Benzia 71-ci dəqiqədə "...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Lənkəranda 3 yaşlı Uğur Elvin oğlu Abızadə qızılca xəstəliyindən ölüb.
publikaz_normalized
Almaniya Kansleri Olaf Şoltsun koronavirus testi müsbət çıxıb. “COVID-19 üçün test müsbət çıxdı. Xəstəliyin yüngül keçəcəyini gözləyirəm”, - o qeyd edib. O.Şolts işinə davam edəcəyini bildirib.
publikaz_normalized
Ərəb şirkətləri ilə əməkdaşlığın bizə xeyri olacaq":"Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Ərəb dövlətləri ilə münasibətlərimizin təməli Ümummilli Liderimi...
publikaz_normalized
Türkiyə və türk şirkətləri 2023-cü ildə Rusiya neftinin və neft məhsullarının daha ucuz idxalını artıraraq təxminən 2 milyard dollar qənaət edə bilib. Agentlik özü LSEG məlumatlarının təhlilinə və treyderlərin qiymətləndirmələrinə istinad edir. “Bu il Türkiyə Aralıq dənizindəki analoji sortların qiymətləri ilə müqayisə...
publikaz_normalized
Qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
publikaz_normalized
Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib. O, bu postda ötən ay istefa verən Rüfət Hacıyevi əvəzləyib. Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev ötən ay istefa verib.
publikaz_normalized
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib. R.Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır. Məlumatı teatrın Mətbuat Xidməti təsdiqləyib.
publikaz_normalized
İşğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfərlərlə tələ minalara, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinməsi faktı Ermənistanın azərbaycanlılara qarşı terror siyasətini bir daha təsdiq edir. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfin...
publikaz_normalized
Ermənistan müdafiə nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb. Müdafiə nazirliyinin nümayəndələri birgə əməkdaşlıq sahəsində proqramlara imza atıblar. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək.
publikaz_normalized
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşüb. Thank you for hospitality, Mr. Secretary @SecBlinken and Mrs.
publikaz_normalized
daha bir ölkə silkələndi":"Çində 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
publikaz_normalized
İtaliyanın sədrlik etdiyi “Yeddilik qrupu” (G7) Yaxın Şərqdəki vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirəcək. “Biz İtaliyanın G7-yə sədrliyi ilə beynəlxalq səviyyədə fayda gətirəcək konkret öhdəlikləri ehtiva edən bir gündəm üzərində işləyəcəyik... Yaxın Şərqdəki münaqişənin həlli üçün işləməyə dav...
publikaz_normalized
Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən "Baku Cafe" restoranında təmizlikçi kassanı sındıraraq pulları oğurlayıb. Bu məqsədlə o, gecə saat 4 radələrində işdə olarkən kafedəki seyfi sındırıb, oğurluq etmək fikrinə gəlib. Kənan balta ilə bir neçə zərbə vurmaqla seyfin qapısını qırıb və içərisində olan 4...
publikaz_normalized
Avropa Şurası Konqresinin yerli və ərazi orqanlarından ibarət nümayəndə heyəti dekabrın 19-da İrəvan və Masisə səfər edəcək. Məlumata görə, Börn Vohringer və Bronni Rudkinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və əmək və sosial məsələlər naziri Narek Mkrt...
publikaz_normalized
Avropa İttifaqına üzv dövlətlər koronavirus pandemiyasının pik dövründə əvvəlcədən alınmış ən azı 215 milyon doza antikoronavirus vaksini məhv ediblər. Bu barədə “Politico” yazır və əlavə edir ki, bu, bütün hesablamalara görə, kifayət qədər azaldılmış göstəricidir. Nəşr bildirir ki, pandemiya zamanı Aİ hər Avropa sakin...
publikaz_normalized
Misirə daha 6 il Sisi rəhbərlik edəcək":"Dekabrın 10-12-də keçirilən ümumi seçkilərdə Misirin hazırkı lideri Əbdülfəttah əs-Sisi qalib gəlib və növbəti 6 ildə yenidən ölkə prezidenti olacaq. Misirdən kənarda və ümumilikdə ölkədə səs verən seçicilərin 89,6%-i əs-Sisiyə səs verib. Bu barədə Milli Seçki Komissiyasının rəh...
publikaz_normalized
Məğlub olmağımız utancvericidir. Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Çətin oyun idi, güclü rəqibə qarşı çıxış edirdik. Futbolçularım əzmkar mübarizə aparmağa çalışdılar. İrəlidə top saxlamağa çalışdıq, amma sonda məğlub olduq”. Baş məşqçi hücumçularından daha yaxşı oyun gö...
publikaz_normalized
COP29 konfransının Bakıda keçirilməsi Azərbaycana siyasi və iqtisadi dividentlər gətirəcək. Onun sözlərinə görə, siyasi dividentlər bölgədə yeni reallığı beynəlxalq ictimaiyyətə əyani şəkildə təqdim etməkdir: “Qarabağ məsələsi artıq bitib və yeni dövr başlayır. Bu reallığı qəbul etmək istəməyənlər hələ də var. Azərbayc...
publikaz_normalized
“Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq. Mütəxəssis bu raunddakı rəqibləri olan Portuqaliya təmsilçisi “Braqa”nın güclü komanda olduğunu bildirib: “Fikrim “Neftçi” ilə oyunda olduğu üçün püşkatma ilə çox maraqlanmadım. Potensial rəqiblərin hər biri ciddi komanda idi. Portuqaliya klubları avrokuboklara ən ci...
publikaz_normalized
Bu gündən "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib. Bolt" taksi şirkətinin Zülfiqar adlı sürücüsü bildirib ki, gedişhaqqında bahalaşma yaxın ...
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova sakinlərinə Rusiya vətəndaşlığının qəbulunu sadələşdirən fərman imzalayıb. Fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına...
publikaz_normalized
Qəzza zolağında 19400 nəfər İsrail Müdafiə Qüvvələrinin zərbələrinin qurbanı olub. Qeyd olunur ki, oktyabrın 7-də vəziyyətin gərginləşməsindən sonra Fələstin-İsrail münaqişəsi zonasında 19 453 nəfər həlak olub, daha 52 286 sakin yaralanıb. “Biz bütün ölkələri və beynəlxalq təşkilatları yaralıları və xəstələri xilas etm...
publikaz_normalized
Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandasına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb. Bir həftə sonra Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 21:45-də başlayacaq. Qeyd edək ki, cütün qalibi Avropa Liqasında 1/8 finala vəsiqə əldə edəcək.
publikaz_normalized
Oyunu səbirsizliklə gözləyirik. Təəssüratlarım barədə matçdan sonra danışa bilərəm. Yaxşı nəticə əldə etmək istəyirik. Qeyd edək ki, dekabrın 21-də ölkə kuboku çərçivəsində Xankəndidə "Qarabağ" MOİK-lə 1/8 final oyununu keçirəcək.
publikaz_normalized
“Forbes” jurnalı Ruben Vardanyanın Ermənistana və Qarabağa xərclədiyi pullar haqda məlumat yayıb. 2022-ci ildə o, Qarabağda yaratdığı qondarma “biz və bizim dağlar agentliyi” vasitəsilə təxminən 900 min dollar pul xərcləyib. Ruben 2001-ci ildən 2023-cü ilə qədər – 22 il ərzində Ermənistana və Qarabağa “xeyriyyə” adı al...
publikaz_normalized
Yeni tanışlıqlar, maraqlı görüşlər istisna deyil":"Ehtiyatlı olun, sayıq davranın. Peşəkar fəaliyyətlə bağlı mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Sizə yardım və dəstək vəd edən insanların yardımlarına bel bağlamayın. Kömək etmək istədiklərini deyən insanlar sizin maraqlarınızı nəzərə almırlar. Günün ikin...
publikaz_normalized
ABŞ Konqresi UNO-lar haqqında məlumatların məxfilikdən çıxarılmasına icazə verən qanun layihəsini dəstəkləyib. Nəşr qeyd edir ki, qanun ABŞ Prezidenti Co Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Burada naməlum anomal hadisələrə, naməlum mənşəli texnologiyalara və qeyri-insani intellektə aid olan dövlət sə...
publikaz_normalized
Biz əvvəllər dəfələrlə bildirdiyimiz kimi, artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalırıq. “Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir. Əgər, əlbəttə bu cür fikirlər daha çox əsaslandırılırsa, onlar...
publikaz_normalized
Sosial şəbəkələrdə Bakıda daşınmaz əmlak ticarəti ilə məşğul olanların reklam etdikləri fərdi yaşayış evlərinin çoxunu məhz belə adlandırmaq olar. Ekspertlər deyirlər ki, daha çox makler evləri kimi tanınan bu evlərin sənədləşdirilməsi mümkün olmayacaq, çünki belə evlər ərazinin tikinti sıxlığı əmsalı qaydalarına zidd ...
publikaz_normalized
Bu, bizim səhvimiz oldu":"Lənkəranda qızılcadan ölən uşaq qızılcaya qarşı vaksin olunmayıb. O, bildirib ki, qızılcadan ölən nəvəsi Uğur anadan olunanda xəstəlik keçirdiyindən peyvənddən imtina ediblər. Nəvəm pnevmoniya olduğundan peyvənd vurmağa qoymadım. Bu, bizim səhvimiz oldu, gərək vaksin etdirərdik. Uğur evimizin ...
publikaz_normalized
Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur. Burada hər kəsə maraqlı olan bir sual yaranır ki, elektron imtahanlar hansı s...
publikaz_normalized
Bakıda xoşagəlməz hərəkətləri ilə insanları narahat edən qadın peyda olub. Onlar qonşuları İmanova İlahədən şikayətçidirlər. Sakinlər qonşu qadının ətrafdakı insanlara zərər verdiyini, emosiya və davranışlarını idarə edə bilmədiyini iddia edirlər.
publikaz_normalized
Müğənni Sevda Yahyayeva ilk dəfə qızı Aylanın üzünü göstərib. Yahyayeva hisslərini belə ifadə edib: Demək qismətdə mənim də övladımı təbrik etmək varmış. Bu gün üçün Allaha sonsuz təşəkkür edirəm. Mən sənlə sevginin yeni ünvanını tapa bildim. Səni sevirəm Aylam, 1 yaşın mübarək". Qeyd edək ki, cütlüyün Aida adlı ikinci...
publikaz_normalized
Türkiyənin Gümüşhane vilayətində yenidən zəlzələ olub. Bildirilib ki, vilayətin Kelkit rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 15.68 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. Qeyd edək ki, eyni ərazi...
publikaz_normalized
Xalq artisti Tünzalə Ağayeva görünüşündə dəyişiklik edib. O, yeni halını sosial şəbəkədə paylaşıb.
publikaz_normalized
“Səhərlər...” - VİDEO":"Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında 70 yaşlı mərdəkanlı taksi sürücüsü Balaş Məmmədov keçmiş günlərdən danışıb. B.Məmmədov əvvəlki taksi xidmətinin daha etibarlı olduğunu vurğulayıb: “Səhər işə gələndə ağzımızı xüsusi aparatla iyl...
publikaz_normalized
ABŞ Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır. “Bu hücumlar (Qırmızı dənizdə gəmilərə qarşı – red.) ehtiyatsız və təhlükəlidir, beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizə aparmaq üçün beynəl...
publikaz_normalized
Ukraynada qadınları səfərbər etmək lazım ola bilər. Millət vəkilinin sözlərinə görə, əgər ölkənin müdafiə qabiliyyətini artırmaq üçün belə bir addım lazımdırsa, o zaman atılmalıdır: “Bir bəyanat olmalıdır - dostlar, biz ya müharibəni uduzuruq, ya da qadınları səfərbər etmək üçün çətin bir qərar verməliyik”.
publikaz_normalized
Ən çox satılan fiqur oldu - FOTO":"“İnter Mayami”nin hücumçusu Lionel Messinin şortiki aşağı düşmüş şəkildə hazırlanan fiquru “Caganer” şirkətinin ən çox satılan suveniri olub. Populyarlığın artması Argentinanın Qətərdə keçirilən dünya çempionatında qələbəsi ilə əlaqələndirilir. Bu müddət ərzində şirkət Messinin həm fi...
publikaz_normalized
Moskva məhkəməsi rep deyişməsi zamanı hamilə rus qadını döymək istədiyini deyən Qırğızıstan əsilli reper İslam Zakirovu həbs edib. 17 yaşlı Zakir üzr istəsə də, onu 6 ilə qədər həbs gözləyir.
publikaz_normalized
Tiktokda yayılan video maraq doğurub. Xanımların bu davasının səbəbi isə bilinmir. Sözügedən kadrları təqdim edirik:
publikaz_normalized
Roma Papası Fransisk keşişlərə eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verib. Lakin Vatikanın evliliyə kişi və qadın arasındakı münasibət kimi baxmağa davam etdiyini bildirib.
publikaz_normalized
2023-cü ildə Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etdik. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də Azərbaycanla heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib. Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyəni...
publikaz_normalized