text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini (1995–1999) Mehman Səlimov vəfat edib. O, polkovnikin bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya xəstəliyindən sonra ürək çatışmazlığından vəfat etdiyini bildirib. Qeyd edək ki, Mehman Səlimov 1995-1999-cu illərd... | publikaz_normalized |
İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırma mnərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. - Ardıcıl 13-cü dəfədir ki, ilin məşqçisi seçilirsiz. - Hamıya öz təşəkkürümü bildirirəm. Zəhmətinə dəyər veriləndə hər insanın əhval-ruhiyyəsi yaxşılaşır. - Bu, sizin üzərinizdə məsuliyyəti artırır? - Çox... | publikaz_normalized |
İkisi...":"Xankəndi istiqamətində hərəkət edərkən ağır qəza keçirən Peşəkar Futbol Liqasının (PFL) rəhbər heyətindən ikisi xəstəxanadan evə buraxılıb. Onlar müalicələrini ev şəraitində davam etdirəcəklər. PFL-in media və marketinq direktoru Sənan Abdullayevin 2 gün sonra evə buraxılacağı gözlənilir. Qurumun prezidenti ... | publikaz_normalized |
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha bir il müddətinə təxirə salınıb. Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xi... | publikaz_normalized |
Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd xaraba qalıb, 734 kənddə indi ermənilər yaşayır. Ermənistanda azərbaycanlılara məxsus 700 dən artıq inzibati ərazi vahidinin adları dəyişdirilib". O bildirib ki, İrəvan quberniyasında mövcud olan 310 məsciddən bugünkü Ermənistanda yalnız Göy məscid qalıb... | publikaz_normalized |
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova əlavə ittiham elan olunub. Vəkil deyib ki, Ə.Orucova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham iraəli sürülüb. Qeyd edək ki, Əziz Orucov ötən ay əvvəl həbs edilib. Kanal r... | publikaz_normalized |
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir. Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnika... | publikaz_normalized |
Azərbaycanda gizir və miçman vəzifələrində beş il və daha çox xidmət edənlərə kiçik leytenant hərbi rütbəsinin verilməsinə dair layihə ilk oxunuşdan keçib. Prezident tərəfindən təqdim olunan qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb. T... | publikaz_normalized |
“Demək olar ki, bütün ermənilər sülh və əmin-amanlıq istəyir. Bəli, Qarabağı unutmurlar, amma artıq döyüşmək də istəmirlər”. T.Arşakyan qeyd edir ki, Ermənistanda müxalifət bunun əksini sübut etməyə çalışır. Onun sözlərinə görə, arqument kimi sorğuların nəticələrini göstərirlər. “Hərçənd, bu sorğuların reallığı şübhə d... | publikaz_normalized |
Xankəndidə Yeni illə bağlı hər hansı şənlik və ya tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb. Qeyd edilib ki, yalnız 28-30 dekabr tarixləri arasında Xankəndidəki hərbçilər və orada təmir-bərpa işlərində çalışanlar üçün dar çərçivədə bayram tədbirlərinin keçirilməsinə icazə verilib. Xatırladaq ki, Xankəndidə hələ məskun... | publikaz_normalized |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifə... | publikaz_normalized |
onları mütləq axtarıb tapacağıq":"Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarından ikisi xəstəxanadan evə buraxılıb. O, qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov ilə birlikdə evə buraxıldıqlarını yazıb. Abbasov qəza anı haqda bunları yaz... | publikaz_normalized |
Rusiya hücum edəcək, ABŞ onları satacaq":"Baltikyanı ölkələr müharibə vəziyyətində ABŞ-ın onları qoruyacağına şübhə ilə yanaşırlar. az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb. Nəşrin yazdığına görə, Baltikyanı rəsmilər hesab edirlər ki, Rusiya Silahlı Qüvvələri Ukraynada məğlub olmayacaq və keçmiş Sovet respu... | publikaz_normalized |
Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir. Dəyişikliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya sim... | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi Çinə başsağlığı verib. Çində baş vermiş dağıdıcı zəlzələnin böyük insan itkisinə və yaralanmasına səbəb olması xəbəri bizi dərindən kədərləndi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda bildirilib. | publikaz_normalized |
Yeni sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı 61 nəfər və 86 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlərə Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin oğlu İlya və Rusiya prezidenti Vladimir Putinin əmisi qızı Anna Tsivileva daxildir. Bundan başqa, “Spa” və “Tsarqrad” telekanalları... | publikaz_normalized |
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden 1,4 milyon dollar məbləğində vergidən yayınma ittihamı ilə 2024-cü il yanvarın 11-də Kaliforniya Federal Dairə Məhkəməsində çıxış edəcək. Məhkəmənin təqviminə əsasən, bu iş üzrə ilk iclas yanvarın 11-nə təyin edilib. | publikaz_normalized |
Bu gün Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu baxımdan IFC ilə uzunmüddətli səmərəli tərəfdaşlığın önəmi vurğulanıb. Qeyd edilib ki, ötən müdd... | publikaz_normalized |
Bu dəniz artıq Rusiyanın daxili dənizidir":"Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azov dənizinin Rusiyanın daxili dənizinə çevrildiyini bildirib. Tədbir Moskvada Milli Müdafiə İdarəetmə Mərkəzində keçirilir. Rusiya hərbi idarəsinin rəhbərinin qeyd etdiyi kimi, Rusiyanın daxili dənizinə çevrilmiş Azov dənizinin akvatori... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Agentliklə “Tibbi Ərazi Bölmələrin... | publikaz_normalized |
Putinin prezident seçkilərində rəqibi Leonid Slutski olacaq. Xatırladaq ki, Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına sənədlər təqdim edib. Rusiyada prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək. | publikaz_normalized |
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib. PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin... | publikaz_normalized |
“Ümid edirəm ki, o, indi yaxşıdır və meydana çıxmağa tələsmir. Ona dəstək olmaq üçün ailəsi yanındadır. Bu vəziyyətdə ona ən yaxşı qərarı verməyi məsləhət görərdim. Həkimlər sizə başqa bir şey etməyi məsləhət görürlərsə, onların fikrinə hörmət etməlisiniz. Bu qərarı ailənizlə birlikdə verməlisiniz, tələsməməli və diqqə... | publikaz_normalized |
Aparıcı Aytən Səfərova həmkarı Kamran Həsənlinin "Xəzər TV"ni tənqid etməsinə reaksiya verib. Aytən videoya "Xəzər TV"nin israrla bayağı olmasını İTV-də iddia edənlər zənnimcə bu günə qədər reklam fasiləsində qalıb verilişə qayıtmayanlardır. Və ya qaytarılmayanlar" sözlərini yazıb. Qeyd edək ki, Kamran Həsənli İTV-də y... | publikaz_normalized |
Nə baş verir?":"PSJ-nin hücumçusu Kilian Mbappe ilə baş məşqçi Luis Enrikenin münasibət son bir həftə ərzində əhəmiyyətli dərəcədə pisləşib. Mənbənin sözlərinə görə, fransalı hücumçu iki əsas səbəbdən Enrikedən narazıdır. Əvvəla, Mbappe ispan mütəxəssisin Paris klubunun “Borussiya” (Dortmund) ilə matçın (1:1) sonunda i... | publikaz_normalized |
198 ölkədən 100 min nümayəndə gəlir":"COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiy... | publikaz_normalized |
bu şəhərdə arıqlayanlara pul veriləcək":"Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Hayma şəhərinin səlahiyyətliləri sakinlərin arıqlaması üçün əla motivasiya tapıblar. 12 həftə ərzində yerli sakinlər dörd kateqoriyada iştirak edə bilərlər. Maraqlıdır ki, onlardan ikisi uşaqlar və məktəb işçiləri üçün nəzərdə tutulub. Marafo... | publikaz_normalized |
Rus iş adamları Roman Rotenberq (Rusiya Xokkey Federasiyasının birinci vitse-prezidenti) və Qennadi Timçenko (Sibur) 12-ci sanksiyalar paketi qüvvəyə mindikdən sonra Finlandiyadakı aktivlərinin bir hissəsini sata biləcək. Bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb. Yeni məhdudiyyətlər onu da deməyə əsas verir k... | publikaz_normalized |
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyi təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra İlham Əliyevin Prezident seçkilərinə namizədliyi təsdiqlənib. xxx" "Mərkəzi Seçki... | publikaz_normalized |
Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar Prezident seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb. Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayə... | publikaz_normalized |
İşinizə qarışmayacağıq":"Rusiya prezidenti Vladimir Putin ölkəsinin Avropanın işlərinə qarışmadığını və qarışmayacağını bildirib. Bu, onların seçimidir, Avropa xalqlarının seçimidir. Biz heç vaxt onların işinə müdaxilə etməmişik, qarışmamışıq və qarışmaq niyyətində də deyilik”, - Rusiya dövlət başçısı bildirib. Putin q... | publikaz_normalized |
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Məsələ barədə məlumatları MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov təqdim ediblər. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş nazirliyinin qurumları arasında “Bre... | publikaz_normalized |
“İşğaldan azad edilən ərazilərdə yeni seçki məntəqlərinin yaradılması prosesi başa çatıb”. Onun sözlərinə görə, azad edilən ərazilərdəki məntəqələrin fəaliyyəti üçün lazımı şərait yaradılacaq. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xəzər və dünya akvatoriyasında dinamik neft sızmalarının lokallaşdırılması” mövzusunda II beynəlxalq seminar keçirilib. Seminarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Akademiyası, SOCAR, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Res... | publikaz_normalized |
Bakıda çoxmərtəbəli binalardan birinin qarşısında güclü yanğın olub. Yanğın qısa vaxtda sürətlə artıb. Bina sakinlər yanğının həyətdə saxlanılan avtomobilə keçəcəyini görüb və 10 nəfərə yaxın şəxs birləşərək maşını götürüb kənara qoyublar. Buna baxmayaraq avtomobilə ziyan dəyib. Yanğın isə şiddətlənərək binanın birinci... | publikaz_normalized |
Qədim "zaman tuneli"ndən REPORTAJ - Bir az da aşağı ensəniz... - FOTO":"Macar xalqı həyatın təqvimindən düşən hər vərəqə dərin hörmət və sevgiylə yanaşır və onu qoruyur. Keçmiş, keçmişdə yaşanıb bitmiş və artıq əhəmiyyətini itirmiş bir hadisə deyil, həmişə və hər yerdə səninlə yaşayan, duyğusunu ötürür. Bu, tək yerin ü... | publikaz_normalized |
Bakıda fəaliyyət göstərən “Sahil-D Kompani” MMC tikinti şirkətinin icraçı direktoru Adilağa Hüseynov barəsində məhkəməyə xüsusi ittiham qaydasında müraciət edilib. Yüksək vəzifəli şəxs A.Hüseynovun Cinayət Məcəlləsinin 147-ci, yəni böhtan maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib. Suraxanı rayon Məhkəməsinin h... | publikaz_normalized |
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - MOİK oyununu idarə edəcək hakimin adı məlum olub. Kamal Umudlu vətən müharibəsinin iştirakçısıdır. O, futbol ictimaiyyətinin torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən üzvlərindən biridir. | publikaz_normalized |
Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək. Bu tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşları istifadə olunacaq. Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır", - F.Hacıyev söyləyib. O, Füzulidə Zəfər yol... | publikaz_normalized |
SOCAR-ın “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib. "Salmanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda cəmi 2 abonent qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb. Raiq Bayramovla Cəmil Sətiyev debitor borca görə dayandırılmış qaz təchizatının bərpa edilməsini və yaranmış ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib. Əvvəlcə, Dövlət Himni səsləndirilib, Ümummilli Lider və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəh... | publikaz_normalized |
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb. Məlumata görə, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçür... | publikaz_normalized |
ana və qızı...":"Ağdaşda evdə qaz balonu partlayıb, iki nəfər xəsarət alıb. 1977-ci il təvəllüdlü Niyaməddin İkram oğlu Həmidova məxsus fərdi yaşayış evində maye qaz balonu partlayıb. Nəticədə 1981-ci il təvəllüdlü Elnarə Akif qızı Həmidova və övladı, 2007-ci il təvəllüdlü Elcan Niyaməddin qızı Həmidova xəsarət alaraq ... | publikaz_normalized |
Azərbaycanın qaz ixracından hasilatı 2023-cü ilin ilk on bir ayı ərzində ötən ilin analoji dövründəki 14,8 milyard dollarla müqayisədə, 12,8 milyard dollar olub. Beləliklə, Azərbaycanın təbii qaz ixracından hasilatı illik hesablamada 13,7 faiz azalıb. Bununla belə, Azərbaycandan təbii qaz ixracı 2023-cü ilin ilk on bir... | publikaz_normalized |
Azərbaycanda öncül internet təşəbbüsləri dəstəkləmək məqsədilə, “Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı. Ekspertlər Şurasının seçimi və internet istifadəçilərinin səsverməsi ilə 20 layihə qalib seçilib. Qaliblər haqqında ətraflı məlumatı netty.az/az/winners səhifəsindən əldə etmək olar. Qey... | publikaz_normalized |
Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir. Araz-Naxçıvan" "İrəvan"ın qonağı olub. Naxçıvan təmsilçisi 8:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Digər oyunda isə "İmişli" "Qəbələ"ni qəbul edir. Bu qarşılaşma saat 16:00-da start götürüb. Bu cütün qalibi 1/4 finalda "Araz-Naxçıvan"a rəqib olacaq. Qeyd ed... | publikaz_normalized |
Hazırda Bakının 20 küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;" "2. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;" "3. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "4. Tbilisi prospekti, hər iki istiqamətdə;" "5. ... | publikaz_normalized |
Bu ölkələrin heç biri Türkiyə deyil…":"“Avropa İttifaqı bundan sonra Türkiyənin mövqeyini düzgün qiymətləndirməlidir”. Ərdoğan Avropa İttifaqının müharibə vəziyyətindəki Ukrayna və həmçinin Moldova ilə üzvlük danışıqlarına başlaması və Gürcüstana namizəd statusu verməsi ilə bağlı fikirlərini bildirib. “Onlara namizəd s... | publikaz_normalized |
Avtomobil qəzasında ölən Əzizənin fotosu qohumları tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Əzizə Qalib qızı Əsgərova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsi tarix müəllimliyi fakültəsinin 1-ci kurs tələbəsi olub. | publikaz_normalized |
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzildə yanğın olub. Hadisə nəticəsində mətbəxdə 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan mətbəx mebeli, plastikdən ibarət qapı və pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissə... | publikaz_normalized |
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatların təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini açıqlayıb. Məlumat üçün bildiririk ki, ötən tədris il... | publikaz_normalized |
İsrail prezidenti İsxak Hersoq bildirib ki, ölkə qalan girovları azad etmək üçün Qəzza zolağında növbəti humanitar fasiləyə hazırdır". İsrailin girovların azad edilməsini təmin etmək üçün növbəti humanitar fasiləyə və əlavə humanitar yardıma hazır olduğunu təsdiq edə bilərəm" - o deyib. O, həmçinin qeyd edib ki, İsrail... | publikaz_normalized |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirninin milli təhlükəsizlik məslələri üzrə müşaviri Tim Barrou ilə görüşüb. “Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, eləcə də ... | publikaz_normalized |
Neftin qiyməti 100 dollara çatarsa...":"2024-cü ilin əvvəli üçün baza proqnozuna əsasən, bəzi ixracatçı şirkətlər tərəfindən valyuta gəlirlərinin məcburi satışı ilə bağlı tələblərin davam etməsi fonunda dolların məzənnəsi 85 rubla qədər enə bilər. Ekspert Rusiya valyutasını dəstəkləyəcək digər amillər arasında şirkətlə... | publikaz_normalized |
Paytaxt havasında dəm qazının miqdarı normadan çox olub. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata... | publikaz_normalized |
Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib. Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat... | publikaz_normalized |
SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin nəticələri bəlli olub. Daha sonra bülletenlərin hesablanmasına başlanılıb. Seçkinin nəticəsində tələb olunan səs çoxluğunu toplamış 7 namizəd İctimai Şuranın üzvü seçilib: 1) İbrahimli Qorxmaz Əbülfəz oğlu" "2) Salmanov Elçin Fikrət oğlu" "3) Əhmədov Araz Əhməd o... | publikaz_normalized |
UEFA Futzal üzrə Çempionlar Liqasının 2024-cü ildə baş tutacaq finalı Ermənistanda keçiriləcək. Ermənistan finalın keçirilməsi üçün namizədliyini verən Yunanıstan, Litva, Polşa, İspaniya və İsveçrə kimi ölkələri üstələyərək qalib olub və nəticədə həlledici matça ev sahibliyi edəcək. "Oyunlar İrəvanda yerləşən "Karen De... | publikaz_normalized |
Bir neçə ay əvvəl şantaj olunduğunu iddia edən bloger Günay Mehdiyeva paylaşımı ilə diqqət çəkib. Xatırladaq ki, bloger Günay Mehdiyeva keçmiş həyat yoldaşı Fərdi Əliyev tərəfindən şantaj olunduğunu açıqlayıb. Əri isə bu iddiaları təkzib edib. Bundan əvvəl də dəfələrlə ayrılmışıq, səbəbi də xəyanət olub. Amma mən onu b... | publikaz_normalized |
Alimlər 1930-cu illərdə başlayan sirli piylənmə epidemiyasının izahını veriblər. Kopenhagen Universitetinin professoru Emeritus Thorkild Sorensenin dediyinə görə, insanlar təkamül yolu ilə qida əldə etmək üçün əməkdaşlıq etməyə uyğunlaşdırılıblar. Sosial qarşılıqlı əlaqə çətin olarsa, bu, aclıq qorxusuna səbəb olur və ... | publikaz_normalized |
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb. E.Məmmədovun qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməs... | publikaz_normalized |
Azərbaycanda zəlzələ oldu":"Bu gün yerli vaxtla saat 20:24-də Oğuz rayonunda maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 25 km-dir. Yeraltı təkanlar bəzi insanlar tərəfindən hiss olunub. | publikaz_normalized |
Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri;" "2. Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni k... | publikaz_normalized |
Ekspertlər “Best Model of Azerbaijan” qalibini... - VİDEO":"Bir neçə gün əvvəl Bakıda keçirilən "Best Model of Azerbaijan 2023" model müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Birinci yerə Fatimə Nəzərli və Nurxan Xəlil layiq görülüb. Proqramda iştirak edən ekspertlər Nurxanın qalibiyyətini qəbul etsələr də, Fatimən... | publikaz_normalized |
Ağcabədidə 1955-ci il təvəllüdlü arvadı Dəstəgül Mehdiyevanı balta ilə öldürən 70 yaşlı Əliyar Mehdiyevin məhkəmə prosesi başa çatıb. Qeyd edək ki, hadisə bu ilin yanvarın 15-də baş verib. Məhkəmədə ifadə verən Əliyar Mehdiyev hadisənin arvadı tərəfindən təhqir olunması nəticəsində baş verdiyini bildirib. Məlum olub ki... | publikaz_normalized |
Yuxumda proseslər gedir":"Rusiyalı məşhur bloger Viktoriya Bonidə şəxsiyyət pozğunluğu ola bilər. İnsanları həyəcanlandırmaq arzusu. Üstəlik, üzr istəyirik, o, psixikaya səfərləri təbliğ edir və psixikadan istifadə etdiyini etiraf edir", - Şurov qeyd edib. Narkoloq vurğulayıb ki, şəxsiyyət pozğunluğu halüsinogen dərman... | publikaz_normalized |
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" - MOİK oyunu Xankəndi şəhər stadionunda keçiriləcək. Sosial mediada yayılan yeni görüntüləri təqdim edirik: Qeyd edək ki, “Qarabağ” - MOİK matçı dekabrın 21-də saat 14:00-da başlayacaq. Oyunu canlı izləmək istəyən azarkeşlər həmin gü... | publikaz_normalized |
imdada Azərbaycan çatdı":"Dekabrın 19-da Azərbaycandan 36 ton (612 min ədəd) həcmində yumurtanın ilk partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Rusiyaya gətirilib. Son aylar məhsulun kəskin bahalaşması fonunda hökumət yumurtanın rüsumsuz idxalına icazə verib. İlin əvvəlindən onların dəyəri 36,63 faiz, noyabrd... | publikaz_normalized |
Sizcə, xəyal dünyasına vizual olaraq səyahət etmək mümkündür? Əlbəttə, bu artıq süni intellekt vasitəsi ilə reallığa çevrilib. Dijital Foto Studio"nun hazırladığı fotoları təqdim edirik: | publikaz_normalized |
“Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 12 milyard ABŞ dollarına çatıb, Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 19,5 milyard ABŞ dollarını ötüb”. O qeyd edib ki, bu göstəricilərin daha çox artmasına ümid edilir. “Azərbaycan və Türkiyə prezidentləri bizim üçün hədəf qoyub... | publikaz_normalized |
Həyat necə dəyişdi...":"Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransı zamanı jurnalistin xahişinə cavab olaraq rus dilində danışmağa icazə verib və daha sonra buna münasibət bildirib. Lakin Zelenski jurnalistə Ukrayna dilində cavab verib. Tərcüməçi mənim üçün rus dilindən ukraynacaya tərcümə... | publikaz_normalized |
- Misir müəllim, bir neçə gün əvvəl "kəriməçilərin" sizə sui-qəsd təşkil etməsinə dair xəbərlər yayıldı. - Açığı, özümə qarşı hansısa sui-qəsd cəhdi hiss etməmişəm, amma dedilər ki, belə plan olub. Hazırda həmin şəxsin məhkəməsi davam edir, araşdırmalar aparılır. Siz nazir olduğunuz dövrdə, yoxsa yaxın vaxtlarda? - Dəq... | publikaz_normalized |
PSJ-nin ehtiyat qapıçısı Alexandre Letelyenin evinə hücum olub. Hadisə zamanı futbolçuyla yanaşı ailə üzvləri də mənzid də olub. Bu barədə “RMC Sport” məlumat yayıb. Bildirilir ki, ötən gecə quldurlar evə daxil olaraq, Letelye ailəsindən qızıl-zinət əşyaları və pul tələb ediblər. Cinayətkarların Paris komandasının qapı... | publikaz_normalized |
Ukrayna prezidenti Volodimir Zelenski övladlarının yerini açıqlayıb. Ukrayna liderinin sözlərinə görə, oğlu məktəbdə, qızı isə Ukraynada universitetdə dərslərdə iştirak edir. Onların burada olduqlarına görə şadam", - Zelenski əlavə edib. 2023-cü ilin yayında Ukrayna prezidenti oxşar təklif alsa da, on yaşlı oğlunu və d... | publikaz_normalized |
Yəmənin husi üsyançıları Qəzza zolağında qarşıdurmanın qızışmağa başladığı oktyabrın 7-dən indiyədək Qırmızı dənizdə gəmilərə 100-dən çox hücum həyata keçirib. “Husilər pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edərək 10 ticarət gəmisinə 100-dən çox hücum həyata keçirib, bununla da 35-dən çox ölkəyə qa... | publikaz_normalized |
Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb. Mahir Əmiraslanov (Zenit), Mahir Məmmədzadə (Lənkəran)" "61 kq" "1. Nurəddin Novruzov (Gəncə)" "2. Ruslan Abdullayev (UGİM-5)" "3. Ceyhun Allahverdiyev (Neftçi), Camal Abbasov (Gəncə, “Neftçi”)" "65 kq" "1. Zirəddin Bayramov (Neftçi)" "3. Murad Haqv... | publikaz_normalized |
yalnız qala bilərsiniz":"Qoç - peşəkar fəaliyyət sahəsi ilə bahəm, şəxsi münasibətlərdə gözlənilməzliklər vəd edən gündür. Baş verənlərə təəccüblənməyin. Situasiyanı dərhal təhlil edin, düzgün qərarlar qəbul edin. Yaxın ətrafınızdakı insanlar hər şeyin məhz düşündüyünüz kimi getdiyini düşünürlər. Qətiyyətli və iradəli ... | publikaz_normalized |
Ermənistan və Azərbaycan dünyanı heyrətləndirməyi bacarıb":"Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb". Hərbi qarşıdurma başa çatıb. Həqiqətən də Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, həmçinin Azərbaycan öz ərazilərinin 30 ildir davam edə... | publikaz_normalized |
Türkiyənin Kahramanmaraş vilayətində 3.6 bal gücündə zəlzələ baş verib. Bildirilib ki, zəlzələ Kahramanmaraşın Andırın rayonunda qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 7 kilometr olub. | publikaz_normalized |
Onu ancaq ölüm kağızı xilas edəcək!":"Oleq Romantsevin rəhbərliyi altında Moskva "Spartak"ı bütün 10 il ərzində Rusiyanın əsas komandası olub. Onun dövründə davamlı olaraq avrokuboklarda çıxış edib, “Real” və “Arsenal”ı məğlub edib, avrokubokların yarımfinalına çıxıb. Futbolçular üçün daxili çempionluğu qazanmaq isə na... | publikaz_normalized |
Baydenin əl-qolunu kim bağlayıb?":"Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinə sonsuz dəstək üçün "sehrli pul küpə"si yoxdur". Bizim "sehrli pul küpə"miz yoxdur, Ukraynanı dəstəkləmək üçün pulumuz və vaxtımız tükənir. Konqres Prezidentin əlavə maliyyə tələbini qəbul etməlidir", - o brifinq zamanı jurnalistlərə bildirib. Ağ... | publikaz_normalized |
ABŞ-ın Klivlend klinikasında müalicə olunan mərhum prezident Heydər Əliyev 2003-cü il 12 dekabr tarixində dünyasını dəyişib. Reporatjda H.Əliyevi müalicə etmiş həkim və tibb bacıları öz xatirələrini danışıblar. “Onun yaşıl gözlərini heç vaxt unutmayacağam”- Heydər Əliyevə xidmət edən tibb bacısı deyib. | publikaz_normalized |
Bakının Nəsimi rayonunda iki dost bıçaqlanıb. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qasımova sol bud, S.Orucova isə sağ sağrı nahiyəsindən kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. | publikaz_normalized |
“Alissa Milano serialın prodüserlərini məcbur edib ki, baş rolun ifaçısı Şennen Doertini serialdan qovsunlar”. Kombsun dediyinə görə, o, Doertinin niyə işdən çıxarıldığını öyrənmək üçün 2000-ci illərin əvvəllərində şounun prodüseri Conatan Levin ilə görüşməyi xahiş edib. “O, aktrisanı qovmaq istəmədiklərini deyirdi, la... | publikaz_normalized |
dava düşdü, yeznə qaynını...":"Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib. Belə ki, yeznəsi tərəfindən baş nahiyəsindən daşla vurulan 1976-cı il təvəllüdlü Əlirzayev Elnur Əlirza oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəs... | publikaz_normalized |
İngiltərənin “Mançester Siti” klubu Səudiyyə Ərəbistanında keçirilən futbol üzrə klublararası dünya çempionatının finalına yüksəlib. Oyunda qolları “Urava”nın futbolçusu Marius Heyboten (öz qapısına), Mateo Kovaçiç və Barnardo Silva vurublar. Finalda “Şəhərlilər”in rəqibi Braziliyanın “Fluminense” klubu olacaq. Oyun de... | publikaz_normalized |
UNO-nun eniş yeri bütün Sovet xalqlarından gizlədilib":"Şarapova Oxota Serpuxovun yaxınlığında qəsəbədir. II Yekaterinanın cənubdan qayıtdığı yol oradadır. İmperator və onun yoldaşları demək olar ki, yol boyu quldurların hücumlarından qaça biliblər. Qalanları nadir hallarda şanslı idi: itkisiz keçmək son dərəcə çətin i... | publikaz_normalized |
komanda meydandan çıxarıldı":"Türkiyənin "İstanbulspor" klubunun prezidenti Ejmel Sarıalıoğlu Türkiyə çempionatının 17-ci turunun "Trabzonspor"la oyununda komandanı meydandan kənarlaşdırıb. Buna səbəb komanda rəhbərinin hakimin hərəkətindən narazı qalması olub. Hadisə 73-cü dəqiqədə, hesab 2:0 “Trabzonspor”un xeyrinə o... | publikaz_normalized |
“HƏMAS-ın Qəzza zolağının şimalındakı mövqeyi çökməyə yaxındır”. Onun sözlərinə görə, İsrail ordusunun əməliyyatları məqsədyönlü şəkildə həyata keçirməsi dinc əhali arasında itkiləri azaldır: “Bildiyiniz kimi, şimalda HƏMAS terrorçularının təslim olması ilə bağlı çoxlu hallar olub. Hesab edirik ki, oradakı hərəkat ifla... | publikaz_normalized |
yaralılar var":"Şirvanda nəqliyyat vasitələri toqquşub, qəza zamanı iki nəfər xəsarət alıb. Hadisə zamanı xəsarət alan Fərəcov Rəşad və Əliyev Fərid Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Onun cəmi 18 yaşı var idi, yalnız qırmızı bikini geyinmişdi və içində sovet güveçini bir daha sınamamaq və növbələrin nə olduğunu unutmaq arzusu var idi. Sadə bir sovet qızı Lilya qırmızı bikinini Pamela Andersondan çox-çox əvvəl məşhurlaşdırdı. Düzdür, o, indi dünyaya başqa adla tanınır - Liliana Qasinskaya. Onun sayə... | publikaz_normalized |
Dekabrın 19-da futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura start verilib. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Borussiya Dortmund” və “Hoffenheym” də xal itiriblər. Belə ki, “Borussiya Dortmund” öz meydanında “Maynts”la 1:1 hesablı heç-heçəyə razılaşıb. “Hoffenheym” isə səfərdə “Darmştad”ın müqavimətin... | publikaz_normalized |
ABŞ İran və kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı sanksiyalar siyahısına 4 şəxs və 10 təşkilat əlavə edib. Sənəddə bildirilib ki, siyahıya üç İran və bir İndoneziya vətəndaşı daxil edilib. Bundan əlavə, siyahıya dörd İran şirkəti, Malayziyada qeydiyyatdan keçmiş dörd təşkilat, həmçinin Honq-Konqda və İndone... | publikaz_normalized |
pedofillər axtalana bilərlər":"Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini Anatoli Vıbornı pedofillərin kimyəvi axtalanması (kastrasiya) məsələsinə qayıtmağı təklif edib. Vıborninin sözlərinə görə, qadağanın tətbiqi ilə eyni vaxtda onun pozulması faktının qeydə alınması və məsuliyyətin sərtləşdirilmə... | publikaz_normalized |
Slovakiyanın bir çox şəhərlərində hökumət əleyhinə mitinqlər keçirilib. Telekanalın məlumatına görə, mitinqlərdə minlərlə vətəndaş iştirak edib. Onlar Nazirlər Kabinetinin ölkənin hüquq sistemində xüsusi prokurorluğun ləğvi ilə bağlı qərarına, eləcə də hökumətin 2024-cü ildən qüvvəyə minəcək və yaşayış səviyyəsinə mənf... | publikaz_normalized |
Daha faydalı və sağlamdır":"Zülal insan bədəninin əzələləri və digər toxumaları üçün ən vacib tikinti materialıdır, onun çatışmazlığı əsas qida problemlərindən biridir. Alimlər daryarpaqlı lupin toxumlarından qida sənayesi üçün yüksək proteinli un istehsalı üsulunu işləyib hazırlayıb və patentləşdiriblər. Bu bitki yüks... | publikaz_normalized |
diplomatik təzyiqlər arta bilər":"Beynəlxalq nəqliyyat şirkətləri Qəzza zolağında münaqişə və Qırmızı dənizdə "Husilər"in hücumları ilə bağlı vəziyyətə görə Yaxın Şərqdən enerji nəqli marşrutlarını dəyişmək məcburiyyətindədir. Məqalədə qeyd olunur ki, Təl-Əviv administrasiyası tərəfindən yaradılan geosiyasi yanğın COVI... | publikaz_normalized |
Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 28 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.