text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı ölən moped sürücüsü cüdo üzrə Dünya və Avropa mükafatçısı imiş. Sürücü aldığı yaralardan hadisə yerində keçinib. Mərhumun bacısı Lamiyə Bağırovanın sözlərinə görə, hadisəyə səbəb küləyin güclənməsi olub: “Qardaşımın heç bir sağlamlıq problemi olmayıb. Müxtəlif illərdə Dünya və A... | publikaz_normalized |
ABŞ-da azyaşlı oğlan anasının avtomobilinin əlcək hissəsində yarı avtomatik tapança tapıb və təsadüfən bacısının üzünə atəş açıb. Hadisə çərşənbə axşamı, dekabrın 19-da Floridada baş verib. Polisin adını açıqlamadığı qadın bu gün səhər tezdən Qərbi Palmiyə Plyajında yanacaqdoldurma məntəqəsində dayanıb. O, qısa müddətə... | publikaz_normalized |
Britaniyaya məxsus döyüş gəmisi Qayana sahillərinə doğru üzəcək. Məlumatın görə, “Trent” patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Cənubi Amerikaya göndəriləcək. Qəzetin yazdığına görə, top və pulemyotlarla silahlanmış “Trent” əsasən te... | publikaz_normalized |
Serbiya Prezidenti Aleksandar Vuçiç, Belqradda etirazlar və iğtişaşlar fonunda Rusiyanın səfiri Aleksandr Bocan-Harçenko ilə görüşəcək. Görüş bazar ertəsi, dekabrın 25-də yerli vaxtla saat 9:00-da (Moskva vaxtı ilə 11:00) baş tutacaq. Qeyd edək ki, ötən gün etirazçılar şəhər administrasiyasının binasına basqın etməyə c... | publikaz_normalized |
yanvarın 3-də nə baş verəcək?":"Yanvarın 3-nə keçən gecə Quadrantids kimi tanınan 2024-cü ilin ilk meteor yağışı gözlənilir. Astronomlar bir saat ərzində 120-yə qədər meteorun görünə biləcəyini proqnozlaşdırırlar. Ulduzların düşməsi dekabrın 28-dən yanvarın 12-dək müşahidə oluna bilər. Meteorların buraxıldığı yer Boöte... | publikaz_normalized |
polislər yaralandı, 35 nəfər saxlanıldı":"Belqrad meriyası qarşısında baş verən iğtişaşlar zamanı iki polis əməkdaşı ağır yaralanıb". Dövlət başçısı həmçinin qeyd edib ki, daha bir neçə polis zabiti etirazçılar tərəfindən onlara atılan daşlardan yüngül xəsarətlər alıb. Serbiya prezidenti 35-dən çox nümayişçinin saxlanı... | publikaz_normalized |
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Publik.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı ... | publikaz_normalized |
Qəzza zolağında HƏMAS-a məxsus yeraltı tunellərdə beş israilli girovun cəsədi tapılıb. Ölən beş nəfərdən üçünün hərbçi olduğu bildirilir. Qeyd edəki, bir neçə gün öncə İsrail ordusu Qəzza zolağının şimalında Cəbəliyə düşərgəsinə nəzarəti ələ keçirmək üçün əməliyyatlar həyata keçirib. Əməliyyat çərçivəsində İDF HƏMAS-ın... | publikaz_normalized |
Türkiyənin “Pəncə-Kilit” əməliyyatında şəhid olan əsgər Kamal Aslanın şəhadətindən əvvəl komandirinə göndərdiyi video gündəm olub. Videoda 22 yaşlı şəhid Aslanın “Komandir, mən şəhid olsam, bu videomu saxla” sözləri hər kəsi təsirləndirib. Sözügedən təsirli videonu təqdim edirik: | publikaz_normalized |
Avroviziya qalibimzi Nigar Camal müğənni Sevda Yahyayeva haqqında maraqlı açıqlama verib. “Mahnı başlayanda dedim Sevdadır. Sonra fikirləşdim ki, o olmaz. | publikaz_normalized |
Ağ Evin məlumatına görə, son beş gündə 50 min miqrant ABŞ-a qeyri-qanuni yollarla daxil olub. Daha 1,5 min miqrant mobil proqram vasitəsilə sərhəd məntəqələrində qəbulu gözləyir. Qaçqınların daimi axını həm sərhədyanı dövlətlər, həm də bu miqrantları qəbul edən digər dövlətlər üçün böyük gərginlik yaradır. CBS qeyd edi... | publikaz_normalized |
Hazırda Bakının 20 küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik: Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;" "2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsi... | publikaz_normalized |
İctimai TV-də yayımlanan “Maska” şounun növbəti buraxılışı yayımlanıb. O, “Kəpənək” maskası altında iki bölüm yarışıb. Sənətçi birinci buraxılışda “Gülə-gülə”, ikincidə isə “Bu qatarın dalınca baxma” mahnısını səsləndirib. "Detektivlərdən heç biri Kəmalənin adını çəkməyib. | publikaz_normalized |
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştian Ronaldo boks promouteri Frank Uorrenin Londonun "Arsenal" klubuna keçmək təklifinə gülüb. O, "Arsenal" ilə müqavilə imzalayır". Bundan sonra portuqaliyalı forvard başını arxaya ataraq gülüb. 2 yanvar 2023-cü ildə Ronaldo, ildə 200 milyon avro aldığı müqaviləy... | publikaz_normalized |
Hollivud ulduzu Leonardo Di Kaprio sayqaların sayının qorunması və artırılmasına görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirib. Aktyorun sözlərinə görə, 2005-ci ildə antilop ailəsinə aid olan sayqaların sayı cəmi 48 min fərd idisə, indi onların sayı vəhşi təbiətdə 1,9 milyona çatıb. Brakonyerliklə mübarizəyə, qan... | publikaz_normalized |
Fələstinlilər təhlükəsiz deyillərsə...":"“İsrailin təhlükəsizliyi yalnız fələstinlilərin təhlükəsizlik şəraitində yaşaması şərti ilə mümkündür”. O əlavə edib ki, İsrail ordusu Qəzzada mülki əhalini daha yaxşı qorumalı və daha çox humanitar yardımın gətirilməsinə icazə verməlidir: “Qəzzada yüz minlərlə uşaq, qadın və qo... | publikaz_normalized |
Əl-Nəsr"in müdafiəçisi Emerik Laport "Real"a keçməkdən imtina edib. Mənbənin məlumatına görə, 29 yaşlı ispaniyalı Səudiyyə Ərəbistanı klubunda özünü xoşbəxt hesab edir. Həmçinin, Laport Ər-Riyad təmsilçisində aldığı illik 15 milyon avro maaşından razıdır. Çünki Madrid klubu ona daha aşağı məvacib təklif etmək fikrindəd... | publikaz_normalized |
Üç mərhələdən ibarət plan masada":"Misir hakimiyyəti Qəzza zolağında müharibəyə son qoymaq üçün üç mərhələdən ibarət plan təklif edib. Aydınlaşdırılır ki, birinci mərhələ iki həftəlik atəşkəs və 40 girovun azad edilməsini əhatə edir. Bunun müqabilində İsrail 120 fələstinli məhbusu azad edəcək. Həmçinin bu zaman İsrail ... | publikaz_normalized |
İraqda xəstəxanada dünyasını dəyişən dilənçinin evində aparılan axtarış zamanı 380 mindən çox dollar tapılıb. Dilənçinin ölümündən sonra onun qardaşları şəxsiyyət vəsiqəsini götürmək üçün getdikləri evdən çantalarda milyonlarla dollar tapıblar. Qardaşlar bacılarına məxsus pul və qızılları maşına yükləyərkən məhəllə mux... | publikaz_normalized |
Hər il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə smart tipli qaz sayğaclarında limit avtomatik, mexaniki sayğaclarda isə yanvar ayının 5-nə qədər yenilənir. Lakin bu prosesin bir neçə ildir həyata keçirilməsinə baxmayaraq, paytaxt sakinləri məlumatsızdır. Bəs sayğacda olan balans silinəcəkmi? | publikaz_normalized |
Putin danışıqlara hazırdır":"ABŞ mətbuatı Putinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün atəşkəs razılaşmasına hazır olduğunu iddia edib. ABŞ-ın “New York Times” (NYT) qəzetinin iddiasına görə, ötən həftə rus generallara müraciətində "Bizim olandan əl çəkməyəcəyik" deyən Putin hazır olduğu mesajını verir. Qəz... | publikaz_normalized |
Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib. “Sizə bildiririk ki, 2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərindən əldə etdiyi gəlir 90 018,71 avro təşkil edib”, - deyə cavabda bildirilir. Xat... | publikaz_normalized |
UEFA Avropa Liqasının qrup mərhələsində seyvlərin sayına görə ən yaxşı qapıçıların siyahısını açıqlayıb. Rusiyalı qolkiper 6 oyunda 23 seyv edib. O, "Aris Limassol"da çıxış edən Vana (30) və "Rakuv"dakı həmkarı Vladan Kovaçeviçdən (27) geri qalıb. Vana (Aris Limassol) – 30 seyv (6 matç). Vladan Kovaçeviç (Rakuv) – 27 (... | publikaz_normalized |
İstefa verməyə çağırırlar - FOTO":"Britaniyanın daxili işlər naziri Ceyms Kleverlinin həyat yoldaşı ilə etdiyi zarafat ölkə gündəminə bomba kimi düşüb. Nazir həm vətəndaşlardan, həm də siyasətçilərdən reaksiyalar alıb. Qadın hüquqları müdafiəçiləri onu istefaya çağırıblar. Təcavüzkarların qadınlara qarşı istifadə etdiy... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi 0,0581 manatadək ucuzlaşıb, Avro isə 1,8714 manatadək bahalaşıb. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8714" "1 Rusiya rublu" "0,0185" "1 Avstraliya dolları" "1,1546" "1 Argentina pesosu" "0,0021" "1 Belarus rublu" ... | publikaz_normalized |
Florida Ştatındakı böyük ticarət mərkəzlərindən birində təhlükəli anlar yaşanıb. Alıcıların düz yanında nəhəng timsah peyda olub. Təhlükəsizlik xidmətinin əməkdaşları timsahı tutub ticarət mərkəzindən uzaqlaşdırmağa nail olublar. Nəhəng, 12 futluq timsah Florida ştatının Estero şəhərindəki "Coconut Point Mall"da Milad ... | publikaz_normalized |
Yəmən husilərinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı son hücumlarından sonra Yaponiyadakı dəniz şirkətləri dəniz xətlərini dəyişdi. Yaponiyanın dövlət televiziyası NHK-nın xəbərinə görə, “Nippon Yusen” və “Mitsui OSK Lines” şirkətləri Avropaya yola düşən və gələn nəqliyyat gəmilərinin yollarını dəyişib. Milli mət... | publikaz_normalized |
“Mançester Yunayted” bu mövsüm bütün turnirlərdə keçirdiyi 26 matçın 13-də məğlub olub. Həmin vaxt komanda Milada qədər daha çox məğlubiyyətə uğrayıb - 16 dəfə. Həmin vaxt “Yunayted” bu nəticəylə İngiltərə çempionatında sonuncu - 22-ci yerdə qərarlaşıb. Cari mövsümün 18 turundan sonra isə Mançester təmsilçisi 28 xalla ... | publikaz_normalized |
Bu gün saat 07:35-də Sumqayıtdan Bakıya hərəkət etməli olan sürətli sərnişin qatarı 17 dəqiqə gec - saat 07:52-də yola çıxıb. Bu barədə Pubika.az-a sərnişinlər məlumat verib. Bundan başqa, onların sözlərinə görə, saat 07:45-də yola düşməli olan Sumqayıt-Bakı ekspress qatarı saat 08:01-də yola çıxıb. Gecikmənin səbəbi h... | publikaz_normalized |
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Şahin Qasımovu vurub. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
UEFA-nın mətbuat xidməti sosial şəbəkə səhifələrində PSJ-nin hücumçusu Kilian Mbappenin maraqlı fotosunu paylaşıb. Bununla qurum Milad və yeni il bayramı münasibətilə futbol ictimaiyyətini təbrik edib. Mbappenin imici isə böyük marağa səbəb olub.. | publikaz_normalized |
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Mahmudzadə Çingiz Akif oğlunun məhkəməsi başlayır. Cinayət işinə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq. İstintaq materiallarına əsasən, onun xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərin... | publikaz_normalized |
Venesuela ilə müharibə olacaq?":"Böyük Britaniya Venesuela ilə bağlı vəziyyətlə əlaqədər həmrəylik nümayiş etdirmək üçün Qayanaya hərbi gəmi göndərəcək. HMS Trent, bu ayın sonunda Atlantikada patrul xidməti zamanı bölgədəki bir sıra döyüş təlimlərinin bir hissəsi olaraq regional müttəfiqi və Birlik tərəfdaşı Qayanaya s... | publikaz_normalized |
Təxminən 30 il əvvəl Çində zəhərləndikdən sonra gündəmə gələn Çju Linq 50 yaşında dünyasını dəyişib. Çju Linqi kimin zəhərlədiyi bilinməyib. Həkimlər belə nəticəyə gəliblər ki, Çju qoxusuz, dadsız və suda həll olunan yüngül metal olan talliumla zəhərlənib. O, iflic olub, görmə qabiliyyətini demək olar ki, tamamilə itir... | publikaz_normalized |
Yanvarın əvvəlində Yer öz orbitində Günəşə ən yaxın nöqtəsinə çatacaq və nəticədə həmin gün Günəşin görünən ən böyük diametri olacaq. Planetlər arasındakı məsafə bu il ən yaxın məsafə olan 147 098 988 km təşkil edəcək. Yer elliptik orbitdə 29,765 km/san sürətlə hərəkət edir və 365 gün 6 saat 9 dəqiqə 10 saniyəyə Günəş ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkda... | publikaz_normalized |
Dekabrın 25-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Daşkəsən, Şahdağda 13 sm, Göygöldə 12 sm, Qrızda 11 sm, Ordubad 10 sm,... | publikaz_normalized |
Türkiyənin “Pəncə-Kilit” əməliyyatında şəhid olan əsgər Kamal Aslanın şəhadətindən əvvəl komandirinə göndərdiyi video gündəm olub. Videoda 22 yaşlı şəhid Aslanın “Komandir, mən şəhid olsam, bu videomu saxla” sözləri hər kəsi təsirləndirib. Həmin təsirli videonu təqdim edirik:(metbuat.az)" | publikaz_normalized |
İkinci baş konsulluq açılır":"Rusiya Ermənistanda ikinci baş konsulluq açmağı planlaşdırır. “Yaxın gələcəkdə Rusiyanın xaricdəki diplomatik mövcudluğunun əhəmiyyətli dərəcədə genişlənməsi olacaq. Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, Qafan (Ermənistan), Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar... | publikaz_normalized |
Şok səbəb":"“Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb”. O qeyd edib ... | publikaz_normalized |
Ermənistanda “Dövrümüzün Qəhrəmanı 2023” mükafatlandırma mərasimi keçirilib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Mükafatı qalibə Ermənistanın baş naziri Nikol Paşinyan təqdim edib. Tədbirdə Ermənistan prezidenti Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, Konstitusiya Məhkəməsinin səd... | publikaz_normalized |
Əlahiddə Ümumqoşun Orduda bir qrup zabitin təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək yeni vəzifələrə təyin olunması münasibətilə buraxılış mərasimi keçirilib. Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə naz... | publikaz_normalized |
Ötən gün "Xəzər TV" kollektivi Yeni il tədbirində bir araya gəliblər. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
İnter Mayami"nin futbolçusu Lionel Messinin oğlu diqqət mərkəzinə düşüb. Kiçik Messi" ləqəbli azyaşlı futbolçu akrobatik zərbəylə fərqlənib. Rəqib qapıçının yerində olmamasından Mateo səmərəli istifadə edib. Mateonun qolu sosial şəbəkələrdə müzakirə edilib və Messinin əzəli rəqibi Kriştiano Ronaldonun vurduğu qollara b... | publikaz_normalized |
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina toyuq yumurtasının qiymətinin niyə qalxdığını açıqlayıb. Nabiullina yumurtanın qiymətinin kəskin qalxmasını təkcə inflyasiya ilə deyil, həm də tələbatın yüksək olması ilə izah edib. O, 2021-ci ildə bu və ya digər növ malların kəskin şəkildə bahalaşdığı vəziyyəti xatırla... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. Hörmətli cənab Prezident," "Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Misir arasında ən... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib. Əlahəzrət," "Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələr... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Viola Amherdə təbrik məktubu göndərib. Hörmətli xanım Amherd," "İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Biz Azərbay... | publikaz_normalized |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7№-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru Xəqani Novruzov vəzifəsindən azad edilib. Xatırladaq ki, “7№-li Avtomobil Yollarının Yaşıllaşdırılması” şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır. | publikaz_normalized |
Avropa Super Liqası layihəsinin direktoru Bernd Reyxart maraqlı açıqlama verib. “Avropa Super Liqasında oynamaq üçün 64 komandanı asanlıqla tapa biləcəyimizə əminik. Biz öz təklifimizi daha da yaxşılaşdırmaq istəyirik, çünki indi klubların sanksiyalardan qorxması lazım deyil. Bundesliqa, xüsusən də Premyer Liqa klublar... | publikaz_normalized |
Ermənistanın Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük işgüzar səfərə gedib. | publikaz_normalized |
Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bildirilib ki, hadisə ilə əlaqədar “112” qaynar telefon xəttinə xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb o... | publikaz_normalized |
“Real Sosyedad”ın hücumçusu Takefusa Kubo “Mançester Yunayted”ə keçə bilər. İngilis klubunun rəhbərliyi Baskoniya təmsilçisinin 22 yaşlı futbolçusunun transferini yanvarda reallaşdırmaq üçün onun hazırkı maaşından 7 dəfə artıq məbləğ təklif edir. Yaponiyalı vinger La Liqa təmsilçisində illik 1 milyon avro məvacib alır.... | publikaz_normalized |
Müğənni Fərəh Əməkdar artist Mətanət İsgəndərlinin eks-gəlini Canana haqda maraqlı açıqlamalar edib. “O, bir yerdə dayanan qız deyil. Sadəcə uşaqları evə görə götürə bilmir, deyir ki, öz evim olsun, şəraitimi qurum, sonra uşaqlarımı götürüm”. Verilişin aparıcısı İsa Şükürov isə onun arqumentlərinə haqq qazandırmayıb: “... | publikaz_normalized |
Alimlərdən "asta gedən fəlakət"ə hazır olun xəbərdarlığı":"Ötən il ABŞ-da yüzlərlə heyvanın “zombi maral xəstəliyi"nə yoluxmasından sonra alimlər bunun insanlara da keçə biləcəyi barədə xəbərdarlıq ediblər. “Bənzər bir şeyin baş vermə potensialından danışırıq. Heç kim bunun mütləq baş verəcəyini demir, amma insanların ... | publikaz_normalized |
Bir il əvvəl, dekabrın 24-ü... İndiyə qədər apardığım ən həyəcanlı, ən kövrək, həm də ən xoşbəxt buraxılış... Söhbət sənətkardan və onun məişətindən, həyatından gedirdi. Sona qədər bu xəbəri ondan gizlətməyə və göz yaşlarımı saxlamağa çalışırdım. Sənətçinin keçən il "Söhbət musiqidən gedir" verilişinə qonaq olduğu kadr... | publikaz_normalized |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində əhaliyə verilən mal-qaranın yararsız olması ilə bağlı dəfələrlə mediada və sosial şəbəkələrdə faktlar paylaşılıb. "Belə hallardan biri də ötən gün Balakən rayonunda yaşanıb. Belə ki, kənd sakini Dövlət Məşğulluq Agentliyinin... | publikaz_normalized |
yeməkdən əvvəl ud və arıqla":"Vibrasiya sayəsində toxluq hissi yaradan həb ixtira edilib. "Asan yolla arıqlamaq hər kəsin arzusu olsa da, bəzən bu elə arzu olaraq da qalır. Kədərlənməyə dəyməz, alimlər bu problemin həllini tapmaq üçün vibrasiyalı həblər hazırlayıblar. İnsan üzərində lazımi sınaqlar hələ ki, həyata keçi... | publikaz_normalized |
Qalatasaray"ın futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara diqqət mərkəzinə düşüb. O, "Ulduzlarla rəqs" şousunun İtaliya versiyasında qalib olub. Mauro İkardinin həyat yoldaşı Paskual La Roşa ilə tandem təşkil edib. Onlar bir neçə ay qalib olmaq üçün mübarizə aparıblar. " "Vanda və Paskual cütlüyünün çıxışları ... | publikaz_normalized |
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritet... | publikaz_normalized |
Prezident İlham Əliyev Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək... | publikaz_normalized |
Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilib. R.Usubov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib. | publikaz_normalized |
Azərbaycanda dövlət qulluğunda xidmətlərinə görə Məcid Mayis oğlu Çaybasarski 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. | publikaz_normalized |
Seksoloq Andrey Bulax bildirib ki, kişi psixoloji və fiziki səbəblərə görə həyat yoldaşını aldada bilər. Onun sözlərinə görə, bəzi kişilər üçün aldatmaq həyat tərzidir. Əgər intim həyatın başlanğıcından bəri kişi tez-tez partnyorlarını dəyişibsə və uzunmüddətli münasibətlərə girməyibsə, gələcəkdə onun məşuqəyə meyli da... | publikaz_normalized |
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. - dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri, spesifikasiyası, nümunəsi və verilməsi qaydası;" "- dəmiryol nəqliyyatı vasitələri... | publikaz_normalized |
Türkiyə müxalifəti İsveçin NATO-ya üzvlük protokolunun ratifikasiya prosesi ilə bağlı hələlik dəqiq mövqeyə malik deyil və hökumətdən ətraflı məlumat tələb edəcək. Dekabrın 26-da parlamentin xarici işlər üzrə komissiyası İsveçin NATO-ya üzvlüyü haqqında protokolun ratifikasiyası ilə bağlı mütəmadi müzakirələr aparacaq.... | publikaz_normalized |
Prezident İlham Əliyev 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin edəcək. “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublik... | publikaz_normalized |
Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, qarşıdan Yeni il bayramı gəlir. Bu münasibətlə bəzədilən küknar ağacı ətrafında keçirilən bayram tədbirləri həm də yanğın təhlükəsini yaradır. Təəssüflə qeyd edilməlidir ki, Fövqəlad... | publikaz_normalized |
Ağsaqqallar Şurası bu gün keçirilən Ümumi yığıncağında İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib. E.Quliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə ... | publikaz_normalized |
FİFA Braziliyaya xəbərdarlıq edib. Yanvarda təşkilata yeni prezident seçilərsə, milli komandalar və klublar beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər. Bu barədə "Associated Press" məlumat yayıb. Mənbənin məlumatına görə, CBF-yə göndərilən məktubda FİFA bildirib ki, ölkənin futbol qurumu prezidenti Ednaldo Rodriqesi po... | publikaz_normalized |
“Vogue” jurnalı 2023-cü ilin ən dəbli ulduzlarının adını açıqlayıb. Onların arasında bu il Renessans turnesi sayəsində diqqət mərkəzində olan müğənni Beyons, hamiləliyin son mərhələlərində dəfələrlə təxribat xarakterli obrazlarda görünən Rihanna və "Game of Thrones" ulduzu Meysi Uilyams da var. Siyahıya həmçinin bir mü... | publikaz_normalized |
qəbirlərin üzərinə... - Video":"Gəncədə iri gövdəli ağaclar qəbirlərin üzərinə aşıb. İlkin məlumata görə, 10-a yaxın ağac qəbirlərin üzərinə düşüb. | publikaz_normalized |
Tapşırıq verilib ki...":"Qərb mediasının verdiyi xəbərə görə, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Hər şey Fransa səfirlikdaxili r... | publikaz_normalized |
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin dekabrın 25-də gündüz saatlarından tədricən sabitləşəcəyi, 26-27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək. | publikaz_normalized |
Prezident İlham Əliyev Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. On dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Bakı‒Şamaxı‒Yevlax (218 k... | publikaz_normalized |
Bakıda öyrəndim":"Formula 1" üzrə dünya çempiomi, "Red Bull" sürücüsü Maks Ferstappen maraqlı açıqlama verib. “Bakıdakı yarış zamanı çox şey öyrəndim. Avtomobillə müəyyən işləri necə etmək və onu necə qurmaq, idarə etmək və s. Bəli, Bakıdakı yarışı qazanmadım, amma həqiqətən də avtomobillə bağlı çox şeyləri və müxtəlif... | publikaz_normalized |
Xalq yazıçısı Anarın adını daşıyan nəvəsi Anarın toy məclisi baş tutub. Toy məclisində bir çox tanınmış sənət adamı iştirak edib. Bəstəkar-müğənni Murad Arif çıxışı ilə diqqət çəkib. Bir çox sənət adamlarının iştirak etdiyi məclisdə həmçinin Xalq artisti Fərhad Bədəlbəyli rəqsi ilə diqqətləri öz üzərinə toplaya bilib. ... | publikaz_normalized |
Ötən gün "Maska" şousunun növbəti buraxılışı yayımlanıb. Müğənni əvvəlcə onu illərdir küsülü olduğu həmkarı Tünzalə Ağayevaya bənzədib. "Daha sonra isə rəqqasə Fatimə Fətəliyevanın adını çəkib. "Ağayevin "Fatimə gözəl oxuyur. Həm də bədən quruluşu hazırda belədir" sözləri hər kəsi güldürüb. | publikaz_normalized |
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bild... | publikaz_normalized |
Azərbaycanlı müğənni Nahidə Babaşlı 2 illik həyat yoldaşı Serkan Küçükceylandan boşanıb. Qeyd olunub ki, cütlük 10 dəqiqədə qarşılıqlı razılıq əsasında ayrılıb və bir-birindən heç bir təzminat, ya aliment tələb etməyib. İddialara görə, cütlük arasında anlaşılmazlıq başlayanda Serkan Küçükceylan boşanma ərizəsi ilə Ailə... | publikaz_normalized |
Gecə saatlarında yağan qar səbəbindən İrəvanın inzibati rayonlarında buzlaq əmələ gəlib. Onlar Yerevan Bələdiyyəsinin məsuliyyətsiz münasibətindən şikayətlənirlər, çünki torpağı təmizləməyiblər, heç olmasa qum belə səpməyiblər. Bildirilir ki, Ermənistan ərazisində yağan güclü qar ilə əlaqədar bir sıra rayonların avtomo... | publikaz_normalized |
Milyarder İlon Mask “X” sosial şəbəkəsində (keçmiş Twitter) iqtisadi bazanın müharibələrə imkan verdiyini bildirib. İqtisadi güc müharibə aparmaq üçün əsasdır", - sahibkar yazıb. Daha əvvəl ictimai müzakirələr zamanı Mask bildirib ki, üçüncü dünya müharibəsinin qarşısını almaq üçün Ukrayna bəzi əraziləri Rusiyaya vermə... | publikaz_normalized |
Prezident İlham Əliyev Özbəkistanla vizasız gediş-gəlişlə bağlı sazişə əlavə və dəyişikliyi təsdiqləyib. Fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Re... | publikaz_normalized |
Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib. Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin builki xərcləri 2 241 239 633 manatdan 2 301 959 633 manata çatdırılıb. O cümlədən icbari tibbi sığorta ödənişləri və ... | publikaz_normalized |
ABŞ-ın qurduğu planda hədəf İrandır, yoxsa...":"Qırmızı dənizdəki husi qüvvələri dünya ticarətini və enerji bazarını təhdid edir. Yəməndəki husilər Asiya ilə Aralıq dənizini birləşdirən ən qısa nöqtə olan Qırmızı dənizin girişində öz silahlı təhdidləri ilə birdən-birə dünya ticarət və enerji gündəminin zirvəsinə çıxıb.... | publikaz_normalized |
“Fireland group” və “Restaurants by Emin Agalarov”un birgə təşkil etdiyi “Qürur dolu yeni il” bayram tədbiri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan respublikasının Müdafiə Nazirliyinin də dəstəyi ilə şəhid əmanətlərini yenidən bir araya toplayıb. Artıq 3-cü ildir ki, “Fire Land Group” komandası “Mə... | publikaz_normalized |
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Dekabrın 25-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə k... | publikaz_normalized |
İrəvanın Xancyan küçəsində separatçıların, üzərində “erməni liderlər Bakıda həbsdədir” yazılan fotosunun götürülməsi Ermənistanda ciddi müzakirəyə səbəb olub. Ermənistan müxalifəti Nikol Paşinyanı İlham Əliyevdən qorxmaqda günahlandırır. Müxalif politoloq Suren Surenyants bildirib ki, Bakıda həbsdə olan separatçıların ... | publikaz_normalized |
Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz sözü, səsi, dəsti-xətti ilə seçilən muğam ifaçısı. Milli musiqi ifaçılığında özünəməxsus yolu və rolu olan Xalq artisti, bütün zamanların sevilən səs sahibi, böyük xanəndə Ağaxan Abdullayev. Sənətkarın bu gün anım günüdür. O, milli musiqi ifaçılığında özünəməxsus bir yol ... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında dekabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 45-55 % olacaq. Azərbayc... | publikaz_normalized |
Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində üç aylıq qızı Meyvi ilə Milad fotolarını dərc edib. Şahzadəmizin ilk Milad bayramı" deyə futbolçu fotoya şərh yazıb. Qeyd edək ki, noyabrın sonunda braziliyalı model "Əl-Hilal"ın oyunçusundan... | publikaz_normalized |
Bu çıxışına görə...":Milad müraciətindən sonra vətəndaşlar Almaniya prezidentini istefaya çağırıblar. Buna səbəb prezidentin bayram müraciətində səsləndirdiyi fikirlər olub. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ukrayna ilə bağlı fikirləri “Die Welt” qəzetinin oxucularını sözün əsl mənasında şoka salıb və onlar... | publikaz_normalized |
Meqa ulduz Tarkan Kiprdə məşhur hotellərin birində Yeni İl axşamı çıxış edəcəyi konsert proqramı üçün 28 milyon tl (təxminən 1 milyon 700 min manat) qonorar alacaq. Müğənni bildirib ki, ona gələn belə bir gözəl təklifi rədd edə bilməzdi: Gözəl bir təklif gəldi, mən də dəyərləndirdim. Belə bir təklif gəlməsəydi, bəlkə d... | publikaz_normalized |
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Aksiya Gənclər Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müv... | publikaz_normalized |
“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasının dövlət gənclər siyasətinə töhfələr verməyi özünün əsas hədəfi olaraq müəyyənləşdirmiş, gənclərin sağlam, rəqabətədavamlı və hərtərəfli inkişafı istiqamətində artıq 15 ildir ki, fəaliyyət göstərən respublikanın aparıcı gənclər təşkilatlarından biridir. Çıxdığımız bu yol... | publikaz_normalized |
Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində "ZİL" markalı mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində xəsarət alanların adları məlum olub. Abdullayeva Rəfiqə Kərəm qızı - 1958-ci il 2. Əhədova Səidə Həmid qızı - 1957-ci il 3. Verdiyeva Mötəbər Mirzəhüseyn qızı - 1961-ci il 4. Əliyeva T... | publikaz_normalized |
Balakəndə 15 yaşlı oğlan atasını öldürmə şübhəsi ilə saxlanılıb. Bayramovun törətdiyi cinayət əməlinə görə məhkumluq həyatı yaşaması, bir neçə gün əvvəl azadlığa buraxılması məlum olub. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Daha ətraflı videomaterialda: | publikaz_normalized |
İrəvan niyə geri çəkilir?":"Rusiya ilə qarşıdurma fonunda Putinlə görüşdən qaçan Paşinyanın uzun müddət sonra Avrasiya İqtisadi İttifaqı və MDB-nin iclasında iştirak etmək üçün Sankt-Peterburqa getməsinin birdən çox səbəbi var. Biricinsi, iqtisadi amillərdəndir: KTMT-dən imtina edən İrəvanın Fransanın timsalında hərbi ... | publikaz_normalized |
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və ölkənizə xidmətinizdə uğurlar diləyirəm. Gürcüstan ilə Azərbaycan Respublikası arasında mehriban qonşul... | publikaz_normalized |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kadr təyinatı olub. F.Əhmədov bundan əvvəl ali təhsil müəssisəsinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru vəzifəsində çalışıb. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.