text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Avroviziya təmsilçilərimizdən olan Safurə Əliyeva ailəsi ilə yeni fotolarını yayımlayıb. "Safurə şəklə "Sizi sevirəm" şərhini yazıb. Qeyd edək ki, Türkiyədə yaşayan Safurə mərhum energetika naziri Natiq Əliyevlə ailəlidir.
publikaz_normalized
Fransa millisinin əfsanəsi Tyerri Anri PSJ-nin hücumçusu Kilian haqda fikirlərini bölüşüb. “Onun etdikləri cəfəngiyatdır. Amma o, belə tamaşalara o qədər öyrəşib ki, bu, sadəcə olaraq inanılmazdır. Üstəlik, Mbappe mərkəz hücumçusu deyil. Demək olar ki, hər yerdə oynayır. O, əsl instinktiv qol vuran oyunçu deyil,. Amma ...
publikaz_normalized
Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov rusiyalı qolkiperin Avropa Liqasının qrup mərhələsinin ən çox seyv edən qapıçılar sırasına daxil edilməsini şərh edib. “Düşünürəm ki, Andrey bu cür reytinqlərə sakit yanaşır. Uğurlarınızın qeyd olunması hər bir futbolçu kimi, yəqin ki, ona da xoşdur. Amma o, bund...
publikaz_normalized
Ölən və yaralananlar var":"Türkiyənin Konya şəhərinin Səlcuqlu rayonunda yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, beş nəfərin isə yaralanması ilə sonuclanıb. Bildirilib ki, avtomobil yoldan çıxaraq tramvay xəttinə aşıb, daha sonra isə ağaca çırpılaraq durub. Məlumata görə, sürücü də daxil olmaqla altı nəfərin yaraland...
publikaz_normalized
Məktəb direktoru 2500 manat maaş alır - VİDEO":"Ötən 20 il ərzində Azərbaycanda təhsil sisteminin maddi-texniki bazası əsaslı şəkildə yenilənib. Buna heç kəs etiraz edə bilməz. “Gözümüzün qarşısında dörd minə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya da yanında yeni korpus inşa olunub. Elə məktəb direktoru var ki,...
publikaz_normalized
Rusiyanın teatr və kino aktyoru Aleksey Çernıx vəfat edib. 43 yaşlı aktyorun infarktdan dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Aleksey “Qluxar”, "Səssizliyin qiyməti", "Gəncliyin səhvi", "Sevgi şəbəkəsi" kimi məşhur filmlərdə rol alıb.
publikaz_normalized
Aparıcı İlkin Həsəni arxiv fotosunu izləyiciləri ilə bölüşüb. 90-cı illər, 28 Aprel metrostansiyası yaxınlığı, indiki 28 May. Dayandığımız yerdə hazırda ticarət mərkəzi yerləşir. O vaxtlar həmin ərazi park idi".
publikaz_normalized
NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyannamə barədə olduqça nikbindir. Biz bunu çox müsbət bir hadisə kimi görürük. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıyıq. Biz həmçinin bu prosesdə Avropa İttifaqı və ABŞ-ın ...
publikaz_normalized
Son dövrün statistikasına əsasən, bir günə 60 nikahın pozulması qeydə alınır. O bildirib ki, ölkədə boşanma statistikası narahatlıq doğurur: “Müasir dövrdə ailə qurmaq asan olsa da, ailə olmağı hər kəs bacarmır. Baş verən hadisələri qarşılıqlı güzəşt, anlayışla həll etmək yerinə, çarəni nikahın pozulmasında görən evli ...
publikaz_normalized
Mövsümə uyğun olaraq Azərbaycanın bir sıra bölgələrinə qar yağıb. Paytaxt Bakıda isə küləkli, günəşli və bəzən yağışlı hava şəraiti müşahidə olunur. Aidiyyəti qurumlardan verilən məlumata görə, qar yağdığı zaman ictimai nəqliyyatın və piyadaların hərəkətində çətinlik yaranmasın deyə altı min tondan çox duz ehtiyatı top...
publikaz_normalized
Yeni il xüsusi bir bayramdır və Azərbaycanda da bu, qeyd olunur. Turistlər Azərbaycana səfər edərkən bunu mütləq qeydə alırlar. Mütəxəssis Yeni il ərəfəsində ölkəmizdəki turizm potensiallarından söz açıb. Müsahibimizin fikrincə, bayram zamanı qiymətlərin yüksəlməsi normal haldır: “Çünki müvafiq qiymətlər tələb və təkli...
publikaz_normalized
Braziliyalı triatlonçu Luisa Baptistanı məşq zamanı motosiklet vurub. Bildirilir ki, idmançı velosiped sürərkən motosikletçi idarəetməni itirərək tam sürətlə onu vurub. Qəzanın hər iki iştirakçısı yaralanıb – motosikletçi orta ağır xəsarətlər alıb, Luisa ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir neçə gün xəstəxana...
publikaz_normalized
Ali Avrasiya İqtisadi Şurasının (Aİİ) Sankt-Peterburqda keçirilən sammiti diqqətlə izlənilirdi, xüsusilə uzun müddətdir Putinlə görüşdən qaçan Ermənistanın baş naziri Nikol Paşinyanın sammitdə iştirakı baxımından. “Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikovun sammitdən reportajı Sankt-Peterburqa yaşananları,...
publikaz_normalized
“Rusiya kəşfiyyatı Samvel Şahramanyana Ermənistanda dövləti parçalamaq tapşırığı verib”. Onun fikrincə, Şahramanyanın funksiyası var və bunu yerinə yetirir: “Bu gün bunu edirsə, sabah da başqa iş görəcək. Bizim ictimai sferada belə bir fikir var ki, o ağılsızdır. Bu yanlış fikirdir, Şahramanyanın ağılı başındadır və nə...
publikaz_normalized
Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib. “Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyseriböyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb. Xatırladaq ki, daha öncə 20...
publikaz_normalized
Rusiyalı tədqiqatçılar VSV virusu bazasında yeni onkolitik preparat yaradıblar, o, təkcə xərçəng hüceyrələrini məhv etmir, həm də şişlə daha fəal şəkildə mübarizə aparmaq üçün immuniteti gücləndirir. Bildirilir ki, bu virus siçanlarda implant edilmiş şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladıb və ömürlərini uza...
publikaz_normalized
Onlar uğurlu idarəçidirlər":"Bəzi insanlar liderlik keyfiyyətləri sayəsində iş həyatında həmişə uğur qazanırlar. Onlar adətən məqsədlərinə asanlıqla çatır və idarəçi olurlar. Dolça bürcü - Adətən hər kəsi fərqli fikirləri ilə ruhlandırırlar. Onlar lider ola bilsələr də, hər kəs tərəfindən sevilməyə də bilərlər. Onların...
publikaz_normalized
Yanvarın 3-nə keçən gecə 2024-cü ilin ilk meteor yağışı gözlənilir. Həmin gün “kvadrantidlər” kimi tanınan meteor seli müşahidə olunacaq. Astronomlar bir saat ərzində 120-yə qədər meteorun görünə biləcəyini proqnozlaşdırırlar. Beynəlxalq Meteor Təşkilatının proqnozlarına əsasən, aktivliyin pik olduğu gecə saatda 120-yə...
publikaz_normalized
Tarix açıqlandı":"Yanvarın 3-də Yer Günəşə ən yaxın məsafədə olacaq. Bu tarixdə Günəş 2024-cü ildə ən maksimal diametrdə görünəcək, çünki Yer öz orbiti üzrə ona yaxın nöqtədə olacaq. Məlumata görə, Günəşin diski iyulun əvvəlində olduğundan 3% daha böyük görünəcək. Həmin gün planetlər arasındakı məsafə 147 098 988 km (0...
publikaz_normalized
Türkiyəli məşhur aktrisa Hande Erçel görünüşündə dəyişiklik edib. Yeni görünüşünü sosial şəbəkədə paylaşan aktrisanın halını bəziləri ona yaraşdırsa da, bəyənməyənlər də çox olub.
publikaz_normalized
Fransanın paytaxtı Parisin yaxınlığındakı Mo şəhərində mənzildə beş nəfərin meyiti tapılıb. “Actu17” portalının məlumatına görə, söhbət qadın və onun dörd övladından gedir. Onların ölüm səbəbi açıqlanmayıb. Polis uşaqların 33 yaşlı atasını axtarır. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;" "4. Koroğlu Rəhimov küçəsi, Gül...
publikaz_normalized
ölən var":Sumqayıtda avtomobillərin toqquşması piyadanın ölümünə səbəb olub. Qəza zamanı həmin ərazidən keçən piyadanı avtomobillər vurub. Zərərçəkmiş hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
ABŞ-ın Florida ştatında bir qadının evindən 309 heyvan tapıldıqdan sonra həbs edilib. Evdəki ammonyak miqdarının "ölümcül" səviyyədə olduğu müəyyən edilib. Evə girən polis qəfəslərdə kilidlənmiş təxminən 75 toyuq, tovuz və ördəklə qarşılaşıb. Rəsmilər bu heyvanların bəzilərinin zəif və xəstə göründüyünü söyləyir. Evə b...
publikaz_normalized
Çin orbitə üç peyki uğurla çıxarıb. Məlumata görə, Quanqdonq əyaləti sahillərində “Long March-11” (Çançjen-11) daşıyıcı raketinin buraxılışı Pekin vaxtı ilə saat 6:39-da (Bakı vaxtı ilə saat 2:39) reallaşıb. “Şiyan-24C” peykləri əsasən kosmik elm və texnologiya sahəsində təcrübələr üçün nəzərdə tutulub.
publikaz_normalized
ABŞ heç vaxt...":"Amerika Hərbi Dəniz Qüvvələrinin istefada olan birinci dərəcəli kapitanı Harri Tabax Ağ Evin heç vaxt Kiyevin Rusiya ilə münaqişədə qələbəsini təmin etməyə çalışmadığını söyləyib. O vurğulayıb ki, Vaşinqton nümayəndələri tezliklə Ukraynanı Rusiya Federasiyası ilə danışıqlara məcbur edəcəklər. Bunun 20...
publikaz_normalized
Dişlərin saralması hər kəsin üzləşdiyi problemlərdən biridir. Saralmış dişlərə qarşı standart qulluq vasitələri nəticə vermədikdə, bu məqsədlə təbii üsuldan yararlana bilərsiniz. Bu üsul sayəsində dişləriniz qısa zamanda ağaracaq. Onun vasitəsilə dişlərinizi qısa müddətdə təbii ağ rənginə qaytara bilərsiniz. Bu üsul ağ...
publikaz_normalized
İsrailin baş naziri Binyamin Netanyahu və İsrail ordusunun xristian dünyasına yönəlmiş Milad yazısı sosial media istifadəçilərində reaksiyalara səbəb olub. “Canavarlarla qarşı-qarşıyayıq. Uşaqları valideynlərinin gözü qarşısında öldürən, valideynləri övladlarının gözü qarşısında öldürən, qadınları zorlayıb başlarını kə...
publikaz_normalized
5 nəfər öldü":"Braziliyanın San-Paulu şəhəri yaxınlığında qəzaya uğrayan təyyarədə biri uşaq olmaqla 5 nəfər ölüb. Qısa tur üçün Monte Alto şəhərindən havaya qalxan təyyarənin yaxınlıqdakı Fernandopolisdən sərnişinləri götürdüyü, naməlum səbəbdən Jaboticabal bölgəsində qəzaya uğradıqdan sonra alovlandığı bildirilib. Ya...
publikaz_normalized
Azərbaycan televiziyalarının durumu təkcə tamaşaçıları yox, sənət adamlarını da ciddi narahat edir. "- Rasim bəy, Kamran Həsənlinin televiziya haqqında dedikləri müzakirə yaradıb. Siz necə düşünürsünüz, Kamran bəyin dediklərində həqiqət var? - Mən eşitmişəm ki, o, efiri tənqid edib, amma televizora baxmadığım üçün çıxı...
publikaz_normalized
Serbiyada seçkilərdə pozuntular olduğu iddiası ilə başlayan gərginlik getdikcə artır. Belqradda polis seçkilərin ləğvini tələb etmək üçün küçələrə çıxan minlərlə insana sərt müdaxilə etsə də, müxalifət nümayişləri davam etdirməkdə israrlıdır. Beynəlxalq müşahidəçilərin ədalətli şəraitdə keçirilmədiyini bildirdikləri 17...
publikaz_normalized
Britaniyanın “FourFourTwo” jurnalı 21-ci əsrin birinci 10 illiyinin ən yaxşı milli komanda oyunçularının reytinqini tərtib edib. Nəşr Ukrayna millisinin sabiq hücumçusu Andrey Şevçenkonu 14-cü yerdə qərarlaşdırıb. “FourFourTwo”ya görə 2000-ci illərin ən yaxşı 10 milli komanda oyunçusu: Ronaldinyo - Braziliya millisi. K...
publikaz_normalized
Pekin dondu":"Çin tarixində ən uzun soyuq hava dalğasını yaşayır. Pekinin Nanjiao meteoroloji stansiyasında qeydə alınan temperatur ötən gün uzun müddət ərzində ilk dəfə olaraq sıfır dərəcədən yuxarı qalxıb. Dekabrın 11-də havanın temperaturu sıfır dərəcədən aşağı düşüb. 300 saatdan çox hava belə qalıb. Pekində termome...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı 26 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Manata nəzərən avronun məzənnəsi 1.8731 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0581 manat, 1 Rusiya rublu 0.0186 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6323 manat olub. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1...
publikaz_normalized
İran prezidenti İbrahim Rəisi deyib ki, İsrail rejimi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşavirinin qətlinin əvəzini mütləq ödəyəcək. Rəisi İsrailin Suriyaya endirdiyi hava hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli üzvünün həlak olması ilə bağlı başsağlığı verib və bildiri...
publikaz_normalized
Bazara girəcək":"Müdafiəçilər arasında yaranan zədə epidemiyası "Real"ı yanvarda transfer bazarına girməyə məcbur edir. 24 yaşlı niderlandlı müdafiəçi 2022-ci ilin yayında "Yuventus"dan "pivəçilər"ə keçdikdən sonra hələ də ümidləri doğrulda bilməyib. Bu mövsüm De Liqt Münhen klubunun heyətində bütün turnirlərdə 11 matç...
publikaz_normalized
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımların ardıcıl, sistemli və keyfiyyətlə atıldığını bildirib. Onun sözlərinə görə, müstəqil Azərbaycan əlamətdar tarixi hadisə - 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədə...
publikaz_normalized
Bu şəhər tutuldu":"Rusiya Müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşdə bildirib ki, Rusiya qoşunları Maryinka üzərində tam nəzarəti təmin ediblər. Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Maryinkanın ələ keçirilməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha səmərəli müdafiə etməyə imkan v...
publikaz_normalized
İsrail prezidenti İsaak Hersoq Qəzzaya atılacaq haubitsa mərmilərindən birinə öz fikrini yazıb. O, Qəzza sərhədindəki ehtiyat batalyonların 80 gündür evlərindən uzaqda olduqlarını və böyük bir məsuliyyət hissi ilə bütün çətinliklərlə üzləşdiklərini qeyd edib. Hersoq səfərinin fotolarını da paylaşıb. Fotoşəkillərdən bir...
publikaz_normalized
Orada-burada danışırlar ki..." - VİDEO":"Meyxanaçı Ağamirzə Məmmədov efirdə həmkarlarından gileylənib. Söz xiridarı Ağamirzə həmkarlarını yalan danışmaqda ittiham edib. O bildirib ki, onlar efirlərdə yalandan yataq xəstəsi olan Ağakərimə (meyxanaçı Kərim Novruzov) baş çəkdiklərini söyləyirlər: Onlara "dost" deyə müraci...
publikaz_normalized
Qız atasını bıçaqladı":"Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.
publikaz_normalized
Diqqətlər 31 dekabrda":"Dollar qlobal valyutalar qarşısında dəyər itirməyə davam etsə də, türk lirəsi qarşısında dəyər qazanmağa davam edir. Dünən 29.12TL-ə kimi ucuzlaşan məzənnə bu gün 29.31TL-dən başlayıb. Türk lirəsi 2023-cü il yanvarın 1-dən etibarən dollar qarşısında 56,31 faiz dəyər itirdiyi halda, avro qarşısın...
publikaz_normalized
Paytaxtın Nəsimi rayonunda 3950 manat dəyərində 3 ədəd velosiped oğurlayan şəxs saxlanılıb. Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əv...
publikaz_normalized
həyatınızı xilas edəcəksiniz":"Avropalı alimlərin araşdırmasına görə, ayı kimi yatmağı öyrənmək insanların həyatını xilas edə bilər. Tədqiqatçılar, qış yuxusundan oyanan ayılarda HSP47 adlı zülalın miqdarının azaldığını müəyyən ediblər. Qan laxtalarının əmələ gəlməsində iştirak edən hüceyrə hissələrinin səthindəki bu z...
publikaz_normalized
Tərkibində...":"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırıb. Bildirilib ki, bu zaman ilk növbədə məhsulların tərkibindəki şəkərin miqdarına diqqət yetirilməlidir: Yadda sa...
publikaz_normalized
Qeyd olunur ki, Lissabon klubu 19 yaşlı istedadını 100 milyon avrodan aşağı qiymətə buraxmayacaq. Bu məbləğ futbolçunun müqaviləsində sərbəstqalma bəndi kimi göstərilir. Bu mövsüm Joao Neves "Benfika"nın heyətində bütün turnirlərdə 25 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı Portuqali...
publikaz_normalized
Bakı şəhərinin Xəzər rayonu ərazisində köməksiz vəziyyətdə qalan it xilas edilib. Bildirilib ki, sakinlər dərinliyi beş metr olan quyuda qalan iti çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər. Daxil olmuş məlumatla bağlı FHN-nin xilasediciləri hadi...
publikaz_normalized
Gələn il yanvarın 1-dən Azərbaycanda gücü 200 kVt-dan çox olan elektrik qurğularının istismarı “Elektroenergetika haqqında” qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək. Hazırda qüvvədə olan qanuna görə isə, gücü 150 kVt-dan çox olan elektrik qurğularının i...
publikaz_normalized
Çörək Nəqliyyat Açıq Tipli Səhmdar Cəmiyyəti ləğv edilir. Yığıncaqda şirkətin ləğvi ilə bağlı qərar veriləcək. Eyni zamanda, cəmiyyətin səhmlərinin ləğv edilərək dövriyyədən çıxarılması və bununla əlaqədar bütün digər məsələlərin həlli barədə qərar qəbul ediləcək. Qeyd edək ki, cəmiyyətin səhmdarları bundan əvvəllər də...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə sıravi və kiçik rəis heyəti üzrə sürücü vəzifəsinə sənəd qəbulu elan edir. Bildirilib ki, işə qəbulla bağlı müsabiqədə Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 10.01.2024-cü il tarixinədək tamam olma...
publikaz_normalized
Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan bir sıra məşhur istiqamətlər üzrə endirim aksiyasına start verib. Aksiya çərçivəsində Bakıdan Mineralnıye Vodı, Həştərxan, Volqoqrad, Samara, Soçi, Ufa və Minsk şəhərlərinə aviabiletlərin qiyməti bir tərəfə 79 manatdan, hər iki istiqamətdə isə 149 manatdan başlayır. Moskva (V...
publikaz_normalized
Milli Məclisin deputatı Ceyhun Məmmədov seçicisinin toyunda iştirak edib. Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov seçicisini - Qarabağ qazisi Saday Səfərovun qızı Gülbar Səfərovanı tək qoymayıb. O, əvvəl bəylə gəlinə xeyir-dua verib, sonra isə qonaqlarla birgə rəqs edib. Millət vəkilinin bu görüntüləri...
publikaz_normalized
Bakıda idmanla məşğul olurlar":"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan separatçılara Ermənistandan qohumları tərəfindən göndərilən bağlamaları təhvil veriblər. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və hüquq şöbəsinin müdiri Rövşə...
publikaz_normalized
Yanvarın 1-dən 8-dək sürücülər Moskvada avtomobillərini pulsuz saxlaya biləcəklər. Onun sözlərinə görə, tariflərin saatda 380 və 450 rubl olduğu küçələrdə də avtomobilləri pulsuz saxlamaq mümkün olacaq. Sobyanin əlavə edib ki, bu günlərdə şlaqbaumları olan parkinq yerləri həmişəki kimi işləməyə davam edəcək.
publikaz_normalized
Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Milad bayramı münasibətilə imzalı formasını "Fluminense"nin müdafiəçisi və dostu Marselonun oğluna hədiyyə edib. Çox sağ olun, Kriş Mən səni sevirəm, sən mənim kumirimsən" - deyə Marselonun oğlu Ronaldoya təşəkkür edib. Xatırladaq ki, Marselo "Kral klubu"na 2007-ci ildə “Fluminens...
publikaz_normalized
Hamısını öldürün!":"ABŞ-ın "Johnson & Johnson" dərman şirkətinin vitse-prezidenti Sam Maldonado İsrailin Qəzzada törətdiyi qətliamı açıq şəkildə dəstəkləyib. ABŞ-ın "Johnson & Johnson" əczaçılıq şirkətinin vitse-prezidenti Sam Maldonado "Linkenln" vasitəsilə qırğına çağırıb. "Xatırladaq ki, bundan əvvəl Netanyahu da qı...
publikaz_normalized
Astroloqların fikrincə 2024-cü ilin başlanğıcı ilə bəzi bürclər parlaq bir dövrə qədəm qoyacaq və arzuları gerçəkləşəcək. Pul, sevgi və karyera baxımdan şans onların üzünə güləcək. Müsbət dəyişikliklərin gözlənildiyi bu bürclər ulduzların işığında parlamaqdan həzz alacaqlar. Oğlaq (22 dekabr - 20 yanvar)" "Oğlaqlar ətr...
publikaz_normalized
Çinli kişi Taylandda nişanlısının qız uşağına hamilə qaldığını öyrənən kimi ölkədən qaçıb. 36 yaşlı Noi adlı qadın qonşusunun tövsiyəsi ilə 42 yaşlı çinli ilə tanış olub. O, kişinin subay olduğunu və onun uzaq qohumu olduğunu bildirib. Aprel ayında onlar onlayn ünsiyyət qurmağa başlayıblar. İyul ayında kişi Taylanda gə...
publikaz_normalized
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Həmin məsələlər aşağıdakılardır: Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Milli Məclisinin Bəyanatı" "2. “Arbitraj haqqında” qanun layihəsi (üçüncü oxunuş)" "3. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçün...
publikaz_normalized
Türkiyədə ofisianta bu qədər “çayvoy” verdi":"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç Türkiyənin elit restoranlarından birində inanılmaz səxavət nümayiş etdirib. Abramoviçin dostları ilə getdiyi müəssisədə iş adamı “kralcasına” qarşılanıb. Sahibkar və onun dostları üçün yeməkləri aşpaz şəxsən hazırlayıb. Xidmətdən məmn...
publikaz_normalized
Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Digər təqsirləndirilənlər Fuad Şeydabəyov və Azər Xəlilov haqda isə həbs qətimkan tədbiri seçilib. Cinayət işini Bakı Hərb...
publikaz_normalized
COP29-un ölkəmizdə keçirilməsi mühüm önəm kəsb edir. Bu, "Yaşıl enerji"nin daha geniş aspektdə təşviqinə imkan verəcək. O qeyd edib ki, ölkəmizdə su ehtiyyatları ilə bağlı məsələlər gündəmdədir: “Quraqlı dövründə ölkədə kənd təsərrüfatına ciddi ziyan dəyir. Təklif odur ki, digər təbii fəlakətələr kimi quraqlıq da təbii...
publikaz_normalized
Brayton"un baş məşqçisi Roberto De Zerbi "Milan"a rəhbərlik edə bilər. Mənbənin məlumatına görə, hazırkı baş məşqçi Stefano Pioli istefaya göndərilə bilər. Onun yerinə 44 yaşlı italiyalı mütəxəssis nəzərdən keçirilir. De Zerbinin xidmətində adı açıqlanmayan ərəb klubları da maraqlıdır. De Zerbi 2022-ci ilin sentyabrınd...
publikaz_normalized
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatıb. Onun sözlərinə görə, bu, Azərbaycan təhsili tarixində rekord rəqəmdir: Son illərdə xarici vətəndaşlar üçün təhsil müəssisələrinə müraciət və yaşayış icazələrinin alınması üçün xeyli iş görülüb".
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” kimi qeyd olunacaq. Bu bir daha təsdiq edir ki, Azərbaycan regional və qlobal məsələlərə töhfə verən ölkədir. O qeyd edib ki, 2024-cü il məhz bu kontekstdə Azərbaycan üçün yadda qalan illərdən biri ola...
publikaz_normalized
Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin nişanı olub. O, nişandan görüntüləri sosial şəbəkədə paylaşıb. İzləyicilərin mart ayında da nişanı olmasına dair yaranan suallarını cavablayan bloger bildirib ki, bundan əvvəl "həri" mərasimləri olub, indi isə nişanı qeyd edirlər. Rəfiqə ona gələn xonçaları da izləyiciləri i...
publikaz_normalized
Azərbaycandan Ermənistana qaçan separatçılar gündəmdə qalmaq üçün müxtəlif yollara əl atırlar. Bu Qeyri-Hökumət Təşkilatını vaxtilə qondarma qurumda fəaliyyət göstərmiş “Ədalət” adlı partiyanın təsisçiləri yaradırlar. Onlar yaratmaq istədikləri QHT-yə “Ədalət və Qayıdış” adını veriblər. Yəqin ki, bu adla Qarabağa qayıt...
publikaz_normalized
Hollivud aktyor Jan-Klod Van Damın oğlu Kristifer Van Damla ailə quran azərbaycanlı musiqiçi Suada Hacızadə Milad bayramından kadrları izləyiciləri ilə bölüşüb. Van Varenberqsdən Milad bayramınız mübarək" sözlərini yazıb. Cütlüyün səmimi fotoları diqqət çəkib. Your browser doesn't support video.
publikaz_normalized
Fransada Xurşudbanu Natəvanın abidəsi ilə bağlı xoşagəlməz xəbərlər gəlir. Bu abidənin barbarcasına sökülməsi, onun yazılarının silinməsi kimi pis niyyətlər irəli sürülür. O qeyd edib ki, Fransanın irticaçı siyasətini ifşa edən rıçaqları işə salmalıyıq: “Fransa axırıncı ölkədir ki, mədəni irslə, insan hüquqları ilə bağ...
publikaz_normalized
Dədə-baba yurdum!" - VİDEO":"Xalq artisti Aygün Kazımovanın Naxçıvan konserti baş tutub. Heydər Əliyev Muzeyinin qarşısında baş tutan festivalın açılış tədbirində 20 minə yaxın insan Pop divanı izləmək üçün meydana toplaşıb. Kazımova 2 saata yaxın naxçıvanlılara musiqi dolu anlar yaşadıb. Müğənni 20-dən çox mahnısını r...
publikaz_normalized
Yusif Vəzir Çəmənzəminlinin qəbrinin Azərbaycana gətirilərək Şuşada dəfn edilməsi təşkil edilməlidir. Hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır. O bildirib ki, Rusiya ilə münasibətlərin normal olmasından istifadə edib buna nail olmaq mümkündür: “Biz Qarabağa yalnız insanları deyil, həmçinin Azərbaycan dövlətçiliy...
publikaz_normalized
“Nar” ölkədə voleybolun inkişafına və təbliğinə mühüm töhfə məqsədi ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi tərəfdaşı oldu. Əməkdaşlıq çərçivəsində mobil operator qadınlar və kişilər arasında yerli çempionatın keçirilməsinə dəstək göstərəcək. “Nar”ın dəstəyi ilə 2023-2024-cü ilin voleybol mövsümü artıq star...
publikaz_normalized
Müəyyən yaşa çatdıqdan sonra ürəyinizə xüsusi diqqət yetirmək lazımdır. Mütəxəssis qeyd edib ki, ilk növbədə, 40 yaşlı kişilər və qadınlar bədənin əsas orqanının sağlamlığı haqqında düşünməlidirlər. 40 yaşdan yuxarı bütün kişilər müntəzəm müayinələrdən keçməlidirlər. Söhbət qadınlardan gedirsə, o cümlədən 40+, həmçinin...
publikaz_normalized
“İnter Mayami”nin hücumçusu Lionel Messi maraqlı vəziyyətlə üzləşib. Səbəb isə təhlükəsizliklə bağlı məsələ olub. Bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, tədbir Argentinanın Rosario şəhərindəki kilsədə baş tutub. Leonun orada olacağını proqnozlaşdıran çox sayda insan kilsənin qarşısına toplaşıb. Bu vəziyyətdən ...
publikaz_normalized
Saçlarından gor yastığı düzəldən Xalq artisti":"Məncə onun həyatı, keçdiyi keşməkeşli ömür yolu simasındakı cizgilərinə belə hopmuşdu. Göründüyü kimi olmayan və ya bəlkə də olmaq istədiyi kimi görünməyə can atırdı. Bunu özündən və onu yaxından tanıyanlardan başqa kimsə bilməz. Güclü qadın, güclü ana, güclü aktrisa, həy...
publikaz_normalized
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib. xxx" "Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
publikaz_normalized
Xankəndidə ermənilər heç bir iş görməyib. Ağdamdan kərpicləri söküb aparıb Kərkicahan tərəfində bir-iki iş görüblər. 36 ildən sonra məni və Azərbaycan xalqını Xankəndiyə aparan cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. İlk dəfə Ağdama gedəndə sevincimdən oynamışdım. Xankəndidə musiqi olmadı deyə oynamadım. Amma o ...
publikaz_normalized
2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
publikaz_normalized
Cəsədlər yüksək temperaturda yandırılır":"Dünyanı təşvişə salan COVİD-19-un JN.1 variantı bir çox ölkədə yayılmağa davam edir. Müxtəlif mənbələr isə iddia edir ki, Çindəki krematoriyalar COVİD-19-dan ölüm hallarının artması ilə ayaqlaşmaq üçün gündə 24 saat işləyirlər. Çinin Henan şəhərində yerli sakinlər vəziyyətin nə...
publikaz_normalized
Serbiyada parlament seçkilərindən sonra müxalif qüvvələrin etiraz aksiyaları keçmiş sosialist ölkələrində Qərbin müstəqil, milli və suveren dövlətlərə qarşı maydan inqilablarının davamıdır. Prezident Vuçiç haqlı olaraq şəhər meriyasına zorakı hücumun xaricdən idarə olunan, Brüsseldən təyin edilən, Rusiya əleyhinə sansk...
publikaz_normalized
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
publikaz_normalized
Qızılca xəstəliyinin xüsusi müalicəsinin olmamasına baxmayaraq, uşağın immunitetinin gücləndirməsi, simptomları yüngülləşdirməsi və fəsadların aradan qaldırılması mümkündür". O qeyd edib ki, valideynləri övladlarının sağlamlığına artıq dərəcə diqqətli olmağa çağırıb: Qızılcadan qorumaq və infeksiyanın qarşısını almaq m...
publikaz_normalized
Bu avtomobili icarəyə vermədilər":"Maşınların icarəyə verilməsiylə məşğul olan "Sixt" şirkəti "Red Bull" sürücüsü Maks Ferstappendən üzr istəyib. Bu cür güclü avtomobillər yalnız 30 yaşdan yuxarı, müvafiq güc və sürətin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəsi olan sürücülərə verilə bilər. Bu, şirkətin daxili qay...
publikaz_normalized
Nikbinlik üçün əsas yoxdur":"2024-cü ilin sonuna kimi avrozona iqtisadiyyatı 0,6 faiz artacaq və gələn il blokun ÜDM-nin durğunluqla üzləşməsi ehtimalı istisna olunmur. Sorğuda 48 iqtisadçı iştirak edib. Onların əksəriyyəti avrozona iqtisadiyyatının gələn il sürətli artıma nail ola bilməyəcəyi ilə razılaşıb. Bununla be...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq. Azərbaycanın ...
publikaz_normalized
Prokurorluq işçiləri ilə yanaşı prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsi gücləndirilir. Qüvvədə olan “Prokurorluq haqqında” qanunun 39-cu maddəsi prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərini tənzi...
publikaz_normalized
Milli Məclisin dekabrın 26-da keçirilən plenar iclasında parlamentdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin - 23 deputatın adından Bəyanat səsləndirilib. Bəyanatda vurğulanır ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin edilməsi etimad quruculuğu vasitələrindən biridir. Həmçinin ...
publikaz_normalized
Madam Soyqırımı":"Avropa Parlamentinin (AP) İrlandiya Sol Qrupunun üzvü Kler Deylinin Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyenə “Madam Soyqırımı” deyə müraciət etdiyi çıxışı sosial şəbəkələrdə geniş yayılıb. “Vətəndaşlardan bir səs belə almadan hakimiyyətə gələn və son iki ayı seçilmiş hökumətləri...
publikaz_normalized
Arktikadan şimala, “Qütb canavarı”na aparıblar":"Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 cəza koloniyasına köçürülüb. Onun sözlərinə görə, POC komissiyasının üzvləri yanvarın sonunda ora səfər etməyi planlaşdırır. Xarp kəndi Arktika Dairəsindən 60 kilometr şimalda yerləşir. Onun ərazisində ...
publikaz_normalized
Azərbaycanda şagirdlər üçün "tibbi arayış" HƏNGAMƏSİ":"“Əksər məktəblərdə uşaqlar bir gün belə dərsdən qaldığı üçün tibbi arayış istənilir. Poliklinikaya getdikdə isə bu arayış üçün bir çox testlər tələb olunur. Məsələn, qrip üçün gedən xəstəyə göz, burun və digər müayinələr edirlər. Bu isə həm uşağın bir neçə gün əlav...
publikaz_normalized
24 yaşlı aktrisa Melisa Döngel arıq qala bilmək üçün hər gün 16 saat ac qalır. O, bildirib ki, səhər yeməyi yemir. Səhər yeməyindən imtina etmişəm, sadəcə günorta qidalanıram, axşam da heç bir şey yemirəm. Naharda istədiyim hər şeyi yeyirəm. Gündə 1000 dəfə iplə tullanmaq çox yaxşı bir məşqdir. Zərərli yeməklər yemirəm...
publikaz_normalized
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. S/n" "Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri" "Qəbulun keçirildiyi" "şəhər, rayon" "Əhatə ...
publikaz_normalized
2024-cü ildə də...":"Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır. Müəyyən yoxlamalar istisna olmaqla, digər bütün yoxlamalar 2024-cü ildə də dayandırılacaq. O bildirib ki, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində ...
publikaz_normalized
Misir Superkubokunun "Future" - "Pyramids" yarımfinal matçından (1:0) sonra təşkil edilən mətbuat konfransında maraqlı hadisə yaşanıb. O, media nümayəndələrinə “Bağışlayın uşaqlar, mən cavab verməliyəm. Bu, Joze Mourinyodur,” - deyən Rikardo telefonu media nümayəndələrin göstərib və zəngə cavab verib. Onlar arasında da...
publikaz_normalized
Qızlar yaxın məhəllədəki yaşayış binalarının bloklarında...":"Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli mətbuata açıqlamasında qızların universitetlərə və məktəblərə qısa ətəkdə getməsindən, şəhvət doğuracaq, bayağı geyimlər geyinməsindən şikayətlənib. Bildirib ki,...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
publikaz_normalized
Müğənninin sonu yoxdur":"Türklərdə gözəl bir deyim var: Müğənni - "Şarkıcı" isə hamı ola bilər. O, sənətçi adını qazandığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Mən çox xoşbəxtəm ki, mənə dünyanın hər yerində, gəzdiyim, yaşadığım hər şəhərdə məhz sənətçi deyərək müraciət olunur! Boşuna deyilmiş, illərimi bu sənətə...
publikaz_normalized
Lider mobil operator 160 ölkədə 390-dən çox şəbəkədə rouminq xidməti təklif edir" "Azercell" abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir. - İndi rouminq internet paketləri daha əlçatandır. Azercell" 60-dan çox şəbəkəni əlavə etməklə rou...
publikaz_normalized
Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar e...
publikaz_normalized
Jirona"nın vingeri Savio Moreyra ilə Avropanın bir sıra məşhur klubları maraqlanır. Premyer Liqa və Bundesliqanın bir sıra komandaları futbolçu ilə maraqlanır və "Jirona"ya təxminən 30 milyon avro təklif etməyə hazırdırlar. İspaniya klubu isə liderini buraxmaq istəmir və onu ən azı 2024-cü ilin yayına qədər komandada s...
publikaz_normalized