text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bu daş-qaş haradandır? - FOTO":"Paris meri Enn İdalqo keçən ilin oktyabr və noyabr aylarında Fransız Polineziyasına mübahisəli səfəri ilə bağlı "yalan" hesab etdiyi xəbərə görə aylıq “People Interview” jurnalını məhkəməyə verəcəyini açıqlayıb. Bu eksklüziv faylda jurnalistlər Enn İdalqonun Taitiyə səfərinin özəl hissəs... | publikaz_normalized |
Turan Tovuz"un müdafiəçisi Sərtan Taşkın Türkiyənin "Manisa" klubuna keçib. Sərtanla 1,5 illik müqavilə imzalanıb. Müdafiəçi yeni klubuna keçidi haqda bunları deyib: Manisa"ya gəldiyim üçün xoşbəxtəm. Burada gözəl işlər görmək istəyirəm. Qeyd edək ki, "Manisa"nın bu transferə görə "Turan Tovuz"a 150-200 min manat ödədi... | publikaz_normalized |
İran və Ermənistan xarici işlər nazirlərinin ötən ilin dekabrın 27-dəki görüşündən sonra bölgədə gərginliyi artıracaq bir addım atıldı. Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən elan edildi. "İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın ilk həftələrini Ermənistan konsulluğunun açılış tarixi ... | publikaz_normalized |
Torpaqda qalan plastiklər müxtəlif təbii və insan faktorlarının təsiri nəticəsində zamanla daha kiçik hissəciklərə parçalanır. Bunlar zamanla yetişdirilən məhsullara və suya keçir və biz buna mikro və nano plastiklər deyirik. Mikro və nano plastiklərin tarlada yetişdirilən məhsullara ötürüldüyünə dair çoxlu sübutlar va... | publikaz_normalized |
Qarabağ Dirçəliş Fondunun sifarişi əsasında Füzuli şəhərində salınacaq Mərkəzi Parkın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması işləri davam etdirilir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası E... | publikaz_normalized |
Biri var eyni geyimi kilolu müğənniyə geyindirəsən, biri də var ki, incə xanıma geyindirəsən. Əlbəttə ki, bunlar fərqli görünəcək. Bu bizim müğənnilərimizin ilk növbədə minusudur. Bir də son vaxtlar müğənnilər ombalarında plastik əməliyyatlar etdirirlər. Bu da geyimin vizual görünüşünə çox pis təsir göstərir. Bizim səh... | publikaz_normalized |
Çili futbolunun əfsanəsi, hazırda klubsuz olan Arturo Vidalın sevgilisi Sonia İsaza diqqət mərkəzinə düşüb. 35 yaşlı Sonya bodibildinqlə məşğuldur və idman zalında çəkdiyi videolar sayəsində artıq "İnstaqram"da 3,5 milyon izləyici toplayıb. Cütlik 2018-ci ildə tanış olub və o vaxtdan bəri ayrılmaz olublar. Vidal karyer... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, "Elgizlə izlə" verilişində Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan arasında böyük qalmaqal yaşanıb. Onun bəstəkar-müğənni Elza Seyidcahana baxışları gündəm olub. Həmin qalmaqallı anları təqdim edirik: | publikaz_normalized |
Yeni il həm də yeni stil deməkdir. Belə görünür ki, hər yerdə yayılmış slavyan stilini əvəz etmək üzrə olan ciddi bir rəqibi var. Təəccüblənməyin ki, 2024-cü ildə qızlar "babaları kimi" geyinmək istəyəcəklər, bir az təsadüfi və mümkün qədər rahat. Pinterest"in 2024-cü ilin trendlərinə dair proqnozları göstərib ki, ekle... | publikaz_normalized |
Futbol məbədə qayıdır":"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu illər sonra yenidən futbol matçını qəbul edəcək. Bu barədə Peşəkar Futbol Liqasının açıqladığı proqramda qeyd edilib. Fevralın 4-də baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək. Qeyd edək ki, 9502 nəfər tamaşaçı tutumuna malik olan və Sumqay... | publikaz_normalized |
Putinə gizli mesaj göndərib - FOTO":"Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə gizli siqnal göndərib. Ukrayna dövlətinin başçısı Estoniyanın baş naziri Kaja Kallas ilə görüşə 48,3794° və 31,1656° yazıları olan sviter geyinərək çıxıb. Alman nəşrinin jurnalistləri qeyd ediblər ki, müvafiq rəq... | publikaz_normalized |
Ortamı qarışdırıb, aradan çıxdı - VİDEO":"Dostlarını bir-birinə qarşı çevirərək xaosa səbəb olan pişiyin davranışı təhlükəsizlik kamerasına düşüb. O, əvvəlcə davanı sakitcə seyr edib, amma vəziyyə gərginləşincə, aradan çıxıb. Onun belə davranışı sosial media istifadəçiləri arasında gülüş mənbəyinə çevrilib. Pişiklər öz... | publikaz_normalized |
16:06" "Nazirlər Kabineti “Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”ni təsdiqləyib. Eyni zamanda Nazirlər Kabinetinin 19 mart 2019-cu il tarixli “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında” qərarı ləğv olunub. Qərara əsasən, bundan sonra, sat... | publikaz_normalized |
Görün pulu kimə bağışladı":"Rusiya sakini olan 25 yaşlı müəllim Oksana Kurilkin lotereyada 1 milyon rubl udub. Belə ki, gənc müəllimin anası mütəmadi lotereya biletləri alırmış. Möcüzələrə inan ana Yeni ildə qızına da lotereya bileti hədiyyə edib. Qızın dediyinə görə, bağışlanan lotereya biletini 2024-cü ilə qədər anas... | publikaz_normalized |
Görkəmli alim İlham Rəhimovun sayca altıncı mükəmməl və sanballı əsəri “Dünya dinlərində cinayət və cəza”nı Sankt-Peterburqda cinayət hüququ sahəsində çalışan alimlər arasında diskusiyalara səbəb olan məsələlərin həllinə cavab tapan fundamental bir əsər kimi qiymətləndirmək olar. Professor İlham Rəhimovun Rusiya Elmlər... | publikaz_normalized |
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin fərqli formatlarda ictimaiyyət qarşısına çıxması diqqəti cəlb edir. Bu formatlardan biri Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirələrdir. Əvvəlkindən fərqli olaraq artıq belə müşavirələrə müzakirə olunan mövzu ilə bağlı sırf aidiyyəti qurumların... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürü... | publikaz_normalized |
problemi yaradan siyasətçilərdir":"Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. O görüş zamanı sülhün bütün detallarını və şərtlərini açıqlayıb. “Azərbaycan torpaqlarının ərazi bütövlüyünü, davamlılığını bərpa edib. Prezident yerli televiziya kanallarına verdiyi açıqlamada bunu açıq şəki... | publikaz_normalized |
Ötən yay "Neftçi"dən ayrılaraq "Partizan"a keçən Mateus Saldanya "Fənərbağça"nın maraq dairəsinə düşüb. Mənbənin sözlərinə görə, İstanbul klubu keçid üçün Serbiya təmsilçisi ilə rəsmi danışıqlara başlayıb. 24 yaşlı forvard cari mövsümdə Serbiya Superliqasında 18 oyunda 14 qol vurub, 5 assist edib. Saldanya icarə əsasın... | publikaz_normalized |
İngiltərədə 25 yaşındaki qadın nəzarətçi Shania Begum həmin həbsxanadaki məhkum Josua adlı kişi ilə cinsi əlaqədə olub. Kameralar tərəfindən lentə alınan və ölkə gündəminə bomba kimi düşən hadisədən sonra qadın mühafizəçi həbs edilib. Məhkəmənin hökmü ilə Begum dövlət vəzifəsini pozmaqda təqsirli bilinərək 16 ay müddət... | publikaz_normalized |
“Ağ Evdə uşaqlara qarşı zorakılıq var”":"Dünya gündəmi Cefri Epşteyn davasından sonra açıqlanan sənədlərlə qarışarkən, məşhur ABŞ keşişi Qreq Lokkun köhnə videosu sosial mediada gündəmin mövzusuna çevrilib. ABŞ-da administrasiyanın bütün səviyyələrinə sızan uşaq istismarı iddiaları ilə çıxış edən keşiş Ağ Evdəki iddias... | publikaz_normalized |
Qırmız dənizi “qan gölü”nə çevirirlər":"Qərb Qırmızı dənizi “qan gölünə” çevirməyə çalışır. Heç bir proporsional hərəkət olmadı. Qeyri-mütənasib güc tətbiq edildi. İsrail Fələstində də eyni şeyi edir. İngiltərə ABŞ ilə birlikdə bu prosesdə bir addım atdı. İndi Qırmızı dənizi qan gölünə çevirməyə çalışırlar. Yəmən deyir... | publikaz_normalized |
Rüşvət almaqda ittiham olunan jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror müttəhimlərin ittiham edildikləri maddələrlə təqsirli bilinmələrini, Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib. Vəkillərə müdafiə çıx... | publikaz_normalized |
Region gənclərini fəal şəkildə səsvermə hüququndan istifadəyə təşviq etmək və seçki prosesləri ilə bağlı maarifləndirmə aparmaq məqsədi ilə ötən ilin dekabr ayının 28-dən etibarən ölkənin şəhər və rayonlarına edilən səfərlərin sayı 22-yə çatıb. Seçki könüllüləri tərəfindən həyata keçirilən səyyar görüşlər 11,12 yanvar ... | publikaz_normalized |
bol cinslər trenddən düşməyəcək - FOTO":"Reperlərin sevdiyi bol cins şalvar hər il genişlənir, belləri isə aşağı düşür. Mübahisələrə baxmayaraq, qızlar bu dəb çağırışını məmnuniyyətlə qəbul edir. Baggy (beqqi) adlanan bu geniş cins şalvarların tarixi Amerika həbsxanalarından başlayıb. Qanunu pozanlara həbsxanalarda böy... | publikaz_normalized |
Həkim-terapevt, diyetoloq və məşqçi De Dek hesab edir ki, Akkermansia adlı faydalı bakteriya növü bağırsaqlara daxil olduqda, "Ozempic" dərmanı rolunu yerinə yetirir. Bakteriya qlükaqona bənzər peptid-1-ə (GLP-1) də təsir edir, iştahı yatırır və arıqlamağı stimullaşdırır. Mütəxəssis qeyd edib ki, bağırsaqlarda Akkerman... | publikaz_normalized |
saziş üçün ikitərəfli format niyə vacibdir?":"Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının iki müstəvidə aparılması gündəmdədir: vasitəçilərin iştirakı ilə aparılan danışıqlar; ikitərəfli formatda aparılan danışıqlar;" "44 günlük müharibədən sonra əsas danışıqlar vasitəçilərin iştirakı ilə aparılıb, hərçənd, h... | publikaz_normalized |
Bu gün Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsininin inzibati binasında Lənkəran, Astara, Lerik və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbuldan öncə ADSEA-nın sədri Zaur... | publikaz_normalized |
Bu gün Bakıda müxtəlif biznes assosiasiyalarının nümayəndələri, sənaye, tikinti, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, sığorta, turizm, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının, startapçıların təşəbbüsü ilə “Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçir... | publikaz_normalized |
Britaniya bununla Rusiyaya müharibə elanı etmiş olacaq":"Böyük Britaniyanın Ukraynaya rəsmi hərbi kontingentini göndərməsi Rusiyaya müharibə elan etmək deməkdir. “Onların rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elanı demək olacaq”, - o deyib. Qeyd edək ki, yanvarın 12-də Britaniyanın baş ... | publikaz_normalized |
Belə ki, bir çox ölkələrdə yanvarın 13-dən 14-nə keçən gecə bayram kimi qeyd olunur. Köhnə yeni ili qeyd etmək ənənəsi hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yulian təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Rusiya ilə yanaşı köhnə yeni il Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Bel... | publikaz_normalized |
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub. O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu. Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı S... | publikaz_normalized |
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin vəkilləri müvəkillərinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və zərərçə... | publikaz_normalized |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib. Məlumata görə, xəbərdarlıqda deyilir ki, xəbərdarlığa əsasən, sabah səhər saatlarında Xəzər Dəniz Akvatoriyasında mü... | publikaz_normalized |
Qarşıdakı günlərdə ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında gözlənilən qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir. “Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içində suyun qalmaması üçün sayğacın giriş ventili b... | publikaz_normalized |
Müğənni-bəstəkar Sivva son günlər ayrılıqla bağlı paylaşımları ilə diqqət çəkib. Belə ki, Sivva "Ayrıldıq" adlı yeni sinqlını dinləyicilərin ixtiyarına verib. Bəstənin sözləri və musiqisi müğənninin özünə məxsusdur. Bir çox yaradıcı insan, daha çox rəssamlar öz portretlərini çəkirlər. Çox vaxt bu abstrakt bir əsər olur... | publikaz_normalized |
Azərbaycan komandoları şərti düşmən müdafiəsinin yarılması tapşırığını icra ediblər. Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir. Məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin r... | publikaz_normalized |
Bakının bəzi yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;" "2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar"... | publikaz_normalized |
Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı jurnalist və ictimai fəal Nəsim Sultanbeygiyə qarşı təzyiqlər artıb. O, bildirib ki, məhbus jurnalistlə görüş və telefon əlaqəsinə qadağa qoyulub, həbsxana rəsmiləri onun durumu ilə bağlı açıqlama verməkdən imtina edirlər. Qeyd edək ki, Nəsim Sultanbeygi “hökumət əley... | publikaz_normalized |
Sabahdan başlayaraq 2 gün ərzində “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı Mərkəzinin və istilik haqlarının ödəniş sistemlərində müvəqqəti fasilə yaranacaq. Məlumata görə, buna səbəb abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə texniki təkmilləşdirmə və profilaktika işlərinin aparılmasıdır. Abonentl... | publikaz_normalized |
“Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində regionda vəziyyət, sülh prosesi, qarşıda dayanan vəzifələr haqqında ətraflı bəhs edib. Müsahibədə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması prosesi xüsusilə diqqət mərkəzində oldu”. Bu fikirləri Milli Məclisin deputatı Fat... | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür. Bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsu... | publikaz_normalized |
Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb. Sənədlərə əsasən, rəsmi London Kiyevlə kəşfiyyat məlumatlarını mübadilə edəcək, kibertəhlükəsizlik, hərbi təlimlərə kömək edəcək və müdafiə-sənaye əməkdaşlığını gücləndirəcək. Belə ki, Böyük Britaniyanın bu sənəd üzrə təhlü... | publikaz_normalized |
Qarabağ iqtisadi rayonu ərazisində işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılan Ağdam-Əsgəran avtomobil yolunun inşasına başlanılıb. Qeyd edilib ki, sözügedən avtomobil yolunda torpaq və qrunt işlərinə start verilib. O da bildirilib ki, Ağdamda şəhər... | publikaz_normalized |
Naxçıvan Muxtar Respublikasında qızılcaya qarşı peyvəndə başlanılıb. Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə uşaq və yaşlı qrupa aid əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur. 11-40 yaşı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 d... | publikaz_normalized |
Ukrayna prezidenti Vladimir Zelenski dörd ukraynalı dənizçinin Yəmən husilərinin əsirliyində olduğunu deyib. Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında açıqlama verib: Biz onları geri qaytarmaq üçün çalışırıq". Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməni bombalayıb. B... | publikaz_normalized |
Evianda azərbaycanlı şairə Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına çox kədərləndim və bunu təəccüblə qarşıladım. Təəssüf ki, Fransada Azərbaycana qarşı olan digər mənfi hallar kimi, bu vandalizm aktı da Azərbaycan qarşı qarayaxma kampaniyasının ifadəsidir. Bunun səbəbi Azərbaycanla bağlı reallı... | publikaz_normalized |
Türkiyə polisi Rusiyadan olan 49 yaşlı turistin ölümündə əli ola biləcək Kəmərdə işləyən bələdçilərdən birini dindirir. Məlumata görə, Nikolos adlı bələdçi qadın axtarışında polislər can-başla yardım edirmiş. Həmçinin bildirilir ki, qadının mobil telefonu və cəsədi Nikolosun evinin yaxınlığında tapılıb, lakin əvvəllər ... | publikaz_normalized |
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" klubu ilk yoxlama görüşünü keçirib. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, “Sumqayıt” ikinci yoxlama matçını yanvarın 16-da keçirəcək. Rəqib Özbəkistan təmsilçisi “Soqdiana” olacaq. | publikaz_normalized |
Cəlilabad rayonunda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb. Hadisə zamanı "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1966-ci il təvəllüdlü Ə.Süleymanov, 1985-ci il təvəllüdlü A.Mənsimov, 2007-ci il təvəllüdlü D.Mənsimova xəsarət alıb. Yaralılar rayon xəstəxanasına apar... | publikaz_normalized |
Naxçıvan polisi tərəfindən yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib. "Bildirilib ki, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Naxçıvan polisi tərəfindən reyd keçirilib. Reyd zamanı yetkinlik yaşına ça... | publikaz_normalized |
“Turan Tovuz” qış fasiləsində ilk futbolçu transferini həyata keçirib. Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı forvard karyerası ərzində Türkiyənin "Boluspor" və Litvanın “Hegelman” klublarında da çıxış edib. | publikaz_normalized |
“... xatırladığım yalnız qırmızı və qara idi”":"20 Yanvar faciəsinin baş verdiyi o qanlı, müdhiş gündən bizi 34 illik bir zaman ayırır. Bir neçə gündən sonra xalqımız bu faciənin qurbanlarını ehtiramla anmaq üçün Şəhidlər xiyabanına üz tutacaq və bu faciəni törədənlərə öz nifrətini bildirəcək. Ötən müddət ərzində bu fa... | publikaz_normalized |
ABŞ Yaxın Şərq regionuna hələ ki əlavə hərbi birləşmələr göndərməyi planlaşdırmır. “ABŞ-nin regiona əlavə qüvvələr göndərməsi kontekstində elan edəcəyimiz yeni heç nə yoxdur”, - o deyib. Bununla belə, P.Rayder vurğulayıb ki, Pentaqon lazım gələrsə, dünyanın istənilən yerində ABŞ hərbi qüvvələrinin sayını artırmağa qadi... | publikaz_normalized |
Türkiyədə həbsdə olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud sərbəst buraxılıb. Qeyd edək ki, ötən il noyabrın 30-da İstanbul şəhərində Məhəmməd Həsən Şeyx Mahmudun idarə etdiyi avtomobil motosikletlə toqquşub. Motosiklet sürən 38 yaşlı kuryer Yunus Göçər yolun kənarında dayanmaq üçün tunelin çıxışında sü... | publikaz_normalized |
Kerala ştatını haqlı olaraq Hindistanın ən cəlbedici yerlərindən biri adlandırmaq olar. 1956-cı ildə yaradılan ştat malayalam xalqlarının muxtariyyəti hesab olunur və tərcümədə “kokos ölkəsi” deməkdir. "Çoxlu sayda çimərlikləri olan ərazi dəniz boyu 590 kilometrə qədər uzanır. Şərq hissəsində çay plantasiyaları yaradıl... | publikaz_normalized |
“Səbail” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb. Görüş qolsuz bərabərliklə başa çatıb. “Səbail” ikinci yoxlama oyununu yanvarın 15-də “Fakel”lə (Rusiya) keçirəcək. | publikaz_normalized |
Peru prokurorluğu ölkənin keçmiş prezidenti Pedro Kastilyoya 34 il həbs cəzası istəyib. “Prokurorluq Pedro Kastillo Terronesi qiyam, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi ciddi şəkildə pozmaqda təqsirli bilərək onun 34 il həbs cəzasına məhkum olunmasını istəyir”, - məlumatda deyilir. Xatırladaq ki, ... | publikaz_normalized |
Fransanın yeni xarici işlər naziri Stefan Sejurne Kiyevə işgüzar səfərə gedir. Nazir Fransanın Ukraynaya dəstəyini nümayiş etdirmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. Xatırladaq ki, bundan öncə keçmiş nazir Ketrin Kolonnanın Ukraynaya səfəri planlaşdırılırdı. Hökumətdə baş verən dəyiş... | publikaz_normalized |
8 nəfər öldü, 15-i itkin düşdü - YENİLƏNDİ":"21:03" "Çinin Henan əyalətinin Pindinqşan şəhərində kömür mədənində baş verən qəzada azı 14 nəfər itkin düşüb. Ərazidə xilasedicilər işləyir. Qəzaya səbəbin havalandırma sistemində baş verən qaz sızıntısı olduğu ehtimal edilir. ***" "Kömür mədənində baş vermiş qəza nəticəsin... | publikaz_normalized |
Amma bir problem var":"“Arsenal” İtaliyanın “Bolonya” klubunun hollandiyalı hücumçusu Coşua Zirkzeeni transfer etmək istəyir. Mənbənin məlumatına görə, “topçular” 22 yaşlı futbolçu üçün təxminən 50 milyon funt-sterlinq ödəməyə hazırdırlar. “Arsenal”ın hücumçuya ehtiyacı olsa da, Zirkzenin keçidinin yanvarda baş tutacağ... | publikaz_normalized |
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. | publikaz_normalized |
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel ilə telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli müna... | publikaz_normalized |
Komandanı bu üsulla izləyirmiş":"Fil dişi sahillində keçiriləcək Afrika Millətlər Kubokunda çıxış edəcək Əlcəzair millisinin düşərgəsində qalmaqal yaşanıb. Hazırlıq prosesinin icazəsiz pilotsuz uçuş aparatı vasitəsilə müşahidə edildiyi məlum olub. Bu barədə dərhal polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əmə... | publikaz_normalized |
Moskvada avtomobilin vurması nəticəsində komada olan məşhur şairi Lev Rubinşteyn xəstəxanada dünyasını dəyişib. Yanvarın 12-də Rubinşteyn süni nəfəs aparatına qoşulmuşdu. Yanvarın 8-də Moskvada piyada keçidində avtomobil tərəfindən vurulan şairin vəziyyəti həkimlər tərəfindən çox ağır kimi qiymətləndirilirdi. O, çoxsay... | publikaz_normalized |
ABŞ və müttəfiqlərinin Yəmənə hücumlarından sonra Brent markalı neftin bir barreli 80, WTI tipli neftin bir barreli 75 dollara qədər bahalaşa bilər. Analitiklər hesab edir ki, dünya neft bazarının əsas oyunçuları ötən ilin sonundan müşahidə edilən tələbat artımına həddən artıq diqqət yetirib və Qırmızı dənizdə vəziyyət... | publikaz_normalized |
cəmi 11 günə…":"Yaxın Şərqdə sonu görünməyən münaqişələr, Qırmızı dənizdə, Hörmüz boğazında, əsas yükdaşıma arteriyalarına yaxın baş verən və artma potensialı olan gərginlik Orta Dəhliz layihəsinin aktuallığını daha da artırır. Azərbaycan yeni, təhlükəsiz, sərfəli və sürətli yollar qovşağına çevrilməklə gələcəkdə ölkə ... | publikaz_normalized |
“Əl-Nəsr”in uşaq komandasında oynayan Kriştiano Ronaldonun 13 yaşlı oğlu “Əl-Fateh”lə oyunda (2:1) komandasına qələbəsinə töhfə verib. O, qol sevincini atasının üslubunda qeyd edib. Kiçik Ronaldo “Əl-Nəsr”də yaşıdları ilə deyil, U-15 komandası ilə məşq etdiyi bildirilir. Əvvəllər KriRo Instagram-da oğluna cərimə zərbəs... | publikaz_normalized |
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata v... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta və məişət tullantıları yığılmış tikilidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmas... | publikaz_normalized |
Ermənistanda Razdandan Çarentsavana gedən onlarla avtomobil qəzaya düşüb. “Bir çox vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Digər dövlətlərarası yollarda da vəziyyət oxşardır. Kapitulyantın (Paşinyan nəzərdə tutulur – red.) kolonu da yolun bu hissəsindən keçir, biabırçı vəziyyətin şahidi olur”, - hadisə şahid... | publikaz_normalized |
Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb. Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib. Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçul... | publikaz_normalized |
Texniki nasazlıq aşkarlandığı və təhlükəsizlik standartlarına əməl edilmədiyi üçün Bakı Dövlət Sirkinin fəaliyyəti dayandırılıb. Bina artıq müasir tələblərə cavab vermədiyi üçün bir neçə gün əvvəl sirkin fəaliyyəti dayandırılıb. Bakı Dövlət sirkinin direktor əvəzi Nahid Ağayev bildirib ki, göstərilən iradların aradan q... | publikaz_normalized |
7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumu ilə başlayan müharibəyə İsrail dövləti 31 dekabra qədər 6,6 milyard dollar xərcləyib. Bildirilib ki, təxminən 4,5 milyard dollar müdafiəyə (müharibənin aparılmasına – red.), qalanı isə mülki məqsədlərə yönəldilib. Büdcə kəsiri isə 20 milyard dolları ötüb. | publikaz_normalized |
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron arasında telefon danışığı olub. İsrail-Fələstin qarşıdurmasına toxunan Hakan Fidan bu münaqişənin ən qısa zamanda sona çatmasının vacibliyini qeyd edib, gərginliyin artmasının regional təhlükəsizlik və beynəlxalq sabitli... | publikaz_normalized |
Ordumuz neçəncidir?":"“Global Firepower” dünya ordularının 2024-cü il üçün reytinqini açıqlayıb. Beləliklə, ilk onluqda olan ordular bunlardır: Azərbaycan 2024-cü il reytinqində 59-cu yeri tutub. Azərbaycanın qonşuları – Gürcüstan 84-cü, Ermənistan isə 102-ci yerdə qərarlaşıb. | publikaz_normalized |
Ehtiyatı əldən verməyin":"Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz. Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə mövqelərinizi möhkəmlədirə bilrsiniz. Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır. Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və irandaları nəzərə alın.... | publikaz_normalized |
İsrail hakimiyyəti Qətərin vasitəçiliyi ilə Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovlara dərman göndərilməsini razılaşdırıb. Bildirilib ki, bu, İsrailin sektora humanitar yardımının bir hissəsidir. Qeyd edilib ki, dərmanlar yaxın bir neçə gün ərzində anklava çatdırılmalıdır. | publikaz_normalized |
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasının üzvü, Stepanavan şəhərinin meri qəbuluna gələn vətəndaşı bıçaqlayıb. “Stepanavanın meri şəxsi məsələ ilə müraciət edən vətəndaşın boğazını bıçaqla kəsməyə çalışıb. Müvəkkilim əmək qabiliyyəti haqqında arayış almaq üçün şəhər meriyasına daxil olub, merdən xahiş edib.... | publikaz_normalized |
Azərbaycanın daha iki güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində çıxışlarını başa vurub. Qadınların mübarizəsində isə Alyona Kolesnik (59 kiloqram) macarıstanlı Nikolet Şaboya 11:8 hesabı ilə məğlub edərək, reytinq turnirində bürünc medal qazanıb. Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində da... | publikaz_normalized |
Avtomobilini kasko sığorta etdirənlərə bəzi hallarda sığorta təminatı verilməyə bilər. Qanun bəzi hallarda sığortaçıya dəymiş zərərin ödənilməməsi hüququnu verir. Oxşar yanaşma daşınmaz əmlakın da könüllü sığortasında tətbiq edilir. Burada da mülk sahibi müqavilədə qeyd edilən bəzi hallarda sığorta pulu almaq hüququnu ... | publikaz_normalized |
Sabirabadda 43 yaşlı qadın dəm qazından boğularaq ölüb. Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkənin bir neçə hərbçisinin İraqın şimalında terrorçularla atışma zamanı şəhir olması ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib. R.Məmmədov qeyd edib ki, “Pence-Kilit” əməliyyatı bölgəsində terrorçularla atışmada Türkiyə əsgərlərinin şəhid olmasını, daha bir ne... | publikaz_normalized |
Köhnə sevgilisi ulduz futbolçu ilə…":"Tyerri Anri və İrina Şeyk lüks saat və zərgərlik şirkətinin reklamında çəkilmək üçün Dubaya gediblər. Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun keçmiş sevgilisi reklam çarxının çəkilişindən sonra Anri ilə fotosunu İnstaqram səhifəsində yerləşdirərək paylaşım edib. Onun əməkdaşlıqd... | publikaz_normalized |
Milyonlarını itirə bilər":"“Mayami Hits”in baş məşqçisi Erik Spoelstra boşandığı üçün klubla imzaladığı yeni müqavilənin elan edilməsini təxirə salıb. Onun boşanmasının yekunlaşmasından bir neçə həftə keçib. Lakin o, keçmiş həyat yoldaşının Mayami ilə yeni meqa-müqaviləsindən əldə olunan gəlirlərdən pay alma ehtimalınd... | publikaz_normalized |
Çin startapı “Betavolt” şirkəti 50 il ərzində elektrik enerjisi istehsal edə bilən yeni “əbədi” akkumulyator yaradıb. Pekində yerləşən “Betavolt”dan bildirilib ki, 63 nüvə izotopundan ibarət batareya nüvə enerjisinin miniatürləşdirilməsinin dünyada ilk nümunəsidir. Yeni nəsil akkumulyator artıq pilot sınaqdan keçib, sm... | publikaz_normalized |
Türkü seçdilər ki…":"Almaniya Futbol Assosiasiyası azarkeşlərin 2023-cü ildə Almaniya millisinin ən yaxşı futbolçusu kimi Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Canı seçdiyini açıqlayıb. İkinci yeri 11,7% göstərici ilə onun komanda yoldaşı Niklas Fullkruq, üçüncü yeri isə “Bavariya”dan Camal Musiala (9,4%) tut... | publikaz_normalized |
Türkiyədə siyasi partiyaların yanvarın 14-ə nəzərdə tutulan bütün tədbirləri təxirə salınıb. Ertələnən tədbirlərə bu il martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə partiyaların namizədlərinin açıqlanması mərasimləri də daxildir. Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə bu gün saat 14:30-da Türkiyə Prezi... | publikaz_normalized |
Balkanlarda təhdidlərə qarşı tədbir gör!":"Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç ABŞ ilə NATO-nun ölkəsində və Qərbi Balkan regionunda sabitliyə yönələn təhdidlərə qarşı tədbir görməsinin vacibliyini qeyd edib. “Qərbi Balkan regionu müxtəlif illərdə ciddi təhlükələrlə üz-üzə qalıb. Avropanın ... | publikaz_normalized |
Partizan"ın direktoru Miloş Vazura futbolçusu Mateus Saldanyaya "Fənərbağça"dan təklif gəlməsi barədə danışıb. Mateus Saldanya da daxil olmaqla, "Partizan"dakı oyunçular satılmır. Türkiyə klubunun və digər klubların təklifləri ilə maraqlanmırıq. Biz mövsümün qalan hissəsi üçün işləri davam etdiririk". Qeyd edək ki, Sal... | publikaz_normalized |
Qırmızı dənizdə...":"BMT Baş katibi Antonio Quterreş bütün tərəfləri Qırmızı dənizdə vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb. Baş katib öz gəmilərini qoruyan bütün BMT-yə üzv dövlətləri qətnamədə göstərildiyi kimi, bunu beynəlxalq hüquqa uyğun etməyə çağırır. Baş katib bir daha bütü... | publikaz_normalized |
sarışın, qaraşın, qumral...":"Trixoloqlar hesab edir ki, saçlar sağlamlığın barometri hesab edilir. Sarı saçlar" "Statistikaya görə, sarışın qadınlar daha çox görmə torunun distrofiyasından əziyyət çəkir. Anadangəlmə sarı saçlılarda göz problemləri çox olur. Ona görə onlar rasionlarına daha çox lütein və çeaksantinlə z... | publikaz_normalized |
Öskürək, yüksək hərarət, halsızlıq kimi simptomlarla özünü büruzə verən bu xəstəliyə demək olar ki beş nəfərdən üçü yoluxur. Bəs uzun müddət keçməsinə baxmayaraq xəstəlik candan niyə çıxmır? Həkimlər isə deyirlər ki, yayılan bu virus COVID-19-un yeni subvariantıdır. Ətraflı Baku TV-nin süjetində: | publikaz_normalized |
Alimlər ağızda itirilən dişlərin sayına görə insanın ömrünə nə qədər qaldığını müəyyən edə biliblər. Sübut olunub ki, 70 yaşa qədər insanda nə qədər az diş itirilibsə, onun 90 yaşa çatma ehtimalı bir o qədər yüksəkdir. Əgər 60-70 yaşa qədər ağızda daha çox diş qorunub saxlanılıbsa, deməli, orqanizm yaxşı vəziyyətdədir.... | publikaz_normalized |
Türkiyəli aktrisa Melis Sezen "Elle" jurnalının üz qabığına çəkilib. O, cəsarətli pozları ilə sosial şəbəkədə diqqətləri üzərinə çəkib. | publikaz_normalized |
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb. Cari ilin 12 yanvar tarixində, Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə" "Silahlı Qüvvələrinin ... | publikaz_normalized |
PKK-ya qarşı sonadək mübarizə aparacağıq":"Sərhədlərimiz daxilində və xaricində PKK terror təşkilatına qarşı sona qədər mübarizə aparacağıq. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı bölgəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib, ailələrinə, yaxınlarına,... | publikaz_normalized |
Bakının Səbail rayonu, Bayıl qəsəbəsində vətəndaşın uzun illər yaşadığı evin bir addımlığında söküntü işlərinə başlanılıb. Söküntü işlərinin razılıq olmadan aparılmaması ilə bağlı məhkəmə qərarı olsa da buna əhəmiyyət verən yoxdur. Daha ətraflı “ATV Xəbər”in süjetində: | publikaz_normalized |
Ərdoğan TŞ-ni çağırdı":"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə İstanbulda Dolmabağça Sarayında təhlükəsizlik məsələləri ilə əlaqədar iclas keçiriləcək. O, İraqda 6 türk əsgərinin şəhid olmasından sonra Türkiyə dövlət rəhbərinin bu yöndə qərar verdiyini bildirib. İclasda xarici işlər naziri Hakan Fidan... | publikaz_normalized |
“Parazit” və “Qardalan” filmlərinin yaradıcısı Bonq Joon Ho Cənubi Koreyanın daha 2000 mədəniyyət xadimi ilə birlikdə aktyor Li Son Gyunun ölümünün araşdırılmasını tələb edib. Qeyd edək ki, Li Son Seulun mərkəzi parkında avtomobildə ölü tapılıb. Bəzi versiyalara görə, ölümün səbəbi intihar olub. Aktyorun həyat yoldaşı ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.