text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini dəstəkləmir". Bundan bir qədər əvvəl, adanın Çindən müstəqilliyini müdafiə edən Tayvanın Demokratik Tərəqqi Partiyasının namizədi Lai Qingde 40,05% səslə administrasiya rəhbəri seçkilərində qalib gəlib. O, Çin hakimiyyətini Tayvan boğazındakı yeni vəziyyəti tanımağa çağırıb. Da... | publikaz_normalized |
Bakı-Sumqayıt yolu qar və buz örtüyü ilə bağlandığından avtomobillərin hərəkəti çətinləşib. Hazırda polis əməkdaşları yolda idarəetməni itirən avtomobillər üçün hərəkəti təmin etməyə çalışır. | publikaz_normalized |
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) yarışda zədələndiyi üçün sonadək mübarizə apara bilməyib. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda görüşdə uduzub. Qeyd edək ki, daha əvvəl yunan-Roma gü... | publikaz_normalized |
Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir”. Bildirilir ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir: “Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”. | publikaz_normalized |
Nicat Abasov rəsmən İddiaçılar Turnirində":"Azərbaycan şahmatçısı Nicat Abasov karyerasında ilk dəfə İddiaçılar Turnirində iştirak edəcəyi barədə məlumat vermişdik. Reqlamentə əsasən Dünya Kubokunda ilk üç yeri tutan şahmatçı İddiaçılar Turnirində iştirakını təmin edir. Yarışın qalibi Maqnus Karlsen turnirdə iştirak et... | publikaz_normalized |
Müğənni Samir Piriyev yeni klipindən ilk görüntüləri yayımlayıb. Ekran işində Samirlə birgə aktrisa Minara rol alıb. Layihədə aktrisa ilə müğənninin səmimi səhnələri xüsusilə diqqət çəkib. Mahnının aranjimanı Elvin İmanov, prodüser isə Rafael Abdullayevdir. | publikaz_normalized |
İrəvan Bakı ilə sülh üçün mümkün “körpüləri yandırır”. Paşinyanın Əliyevin sərhədin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlı dediklərinə cavabı belə düşünməyə əsas verir. Nikol sərhədin delimitasiyasında Almaatı bəyannaməsini əsas gətirir və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyən edilməsini irəli sürür. - S... | publikaz_normalized |
Paytaxtda hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir. Avtomobillərin və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən tədbirlər görül... | publikaz_normalized |
mənasız şübhələrin fəsadları pis ola bilər":" "Qoç - imkan və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı gündür. Dünyagörüşünüzü, intellekt və biliklərinizi göstərin. İşlərinizdə uğur qazanmaq istəyirsinizsə, iradəli, qətiyyətli olun. Günün ikinci yarısında səhv etməkdən çəkinməyin. Məqsədə doğru sürətlə hərəkət edin.... | publikaz_normalized |
Yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yusif İsmayılov polis əməkda... | publikaz_normalized |
Bakıda küləklə müşayiət olunan qarlı hava şəraiti davam edir. | publikaz_normalized |
SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsində çalışan Adnan Əhmədzadə və “Barselona”nın prezidenti Xuan Laporta azərbaycanlıların məşhur "bir dənə çay verərsən" zarafatının videosunun səsi ilə paylaşım edib. | publikaz_normalized |
Hazırda hava şəraiti ilə əlaqədar paytaxt yollarında sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirlər davam etdirilir. Qeyd olunub ki, bu məqsədlə mərkəzin texniki əməkdaşları təfərindən işıqforlara baxış keçirilir, yarana biləcək texniki problem dərhal edilir. | publikaz_normalized |
əmisi deyir ki…":"Yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov idmana qayıtmayacaq. “Məşqçi Xavyer Mendez deyib ki, Həbib Leon Edvardsla döyüşə hazırlaşmaq üçün onunla məşq edir? Formada qalmaq müqəddəs bir şeydir”, – deyə SE Nurməhəmmədovdan sitat gətirib. Bundan əvvəl keçmiş UFC döyüşçüsü, indi isə bloger, şə... | publikaz_normalized |
Tanınmış müğənni Nuri Sərinləndiricidən xəbər var. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Nuri Sərinləndirici duet ortağı Jane Şirokihlə 2017-ci ildə Dominikanda ailə qurub. | publikaz_normalized |
Hazırda yol patrul xidməti avtomobillərinin müşayiətilə Bakıdan Sumqayıt şəhəri istiqamətində və Sumqayıt şəhəri ərazisindəki yollara qum və duz səpilir. Bildirilib ki, yollarda polis əməkdaşları tərəfindən hərəkət təşkil olunur. Təhlükəsizlik tədbirləri davam edir. Your browser doesn't support video. | publikaz_normalized |
20 dəfə çox ölümə səbəb ola bilər":"Bəşəriyyət Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-dan 20 dəfə çox ölümə səbəb ola biləcəyini proqnozlaşdırdığı yeni “X Xəstəliyi” pandemiyasına hazırlaşır. 2024-cü il yanvarın 15-dən 19-dək İsveçrə şəhərində keçiriləcək Davos forumunun gündəliyinə yeni sirli xəstəliyin müzakir... | publikaz_normalized |
İngiltərə Premyer Liqasında XXI turun növbəti matçları keçirilib. Çelsi" doğma meydanda "Fulhem"lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 45+4-cü dəqiqədə penaltidən Kole Palmer vurub. Günün digər oyunda isə "Nyukasl" və "Mançester Siti" komandaları qarşılaşıb. G... | publikaz_normalized |
Qışda avtomobillərdə ən çox problem soyutma sistemlərində baş verir. Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, avtomobili qış fəsilinə hazırlamayan sürücülər bu günlərdə minlərlə manat ziyana düşə bilərlər. Usta qeyd edir ki, soyuq havaya hazır olmayan avtomobillər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur. Dəniz... | publikaz_normalized |
Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. Bu barədə Pubika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. - paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;" "- yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu... | publikaz_normalized |
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 25 hədəfi məhv edib. “BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK/YPG/KSK və digər terror ünsürlərini zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimi... | publikaz_normalized |
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və ABŞ-ın “Lockheed Martin” Hərbi Sənaye Korporasiyası səsdən daha sürətli eksperimental X-59 təyyarəsini təqdim edib. Agentliyin məlumatına görə, “Quesst” proqramı çərçivəsində hazırlanan “səsdən sürətli təyyarə”nin əsas fərqləndirici xüsusiyyəti, dizaynına gö... | publikaz_normalized |
Yaxşı qabağa gedirlər, amma...":"“Xalqın musiqi zövqünü formalaşdıran televiziyadır. Bəzən müğənnilərdən kimsə deyir ki, filan mahnı oxunmasa, dəvət etmirlər, çörək pulu qazanmaq olmur. Amma biz böyüklərimizdən nələr eşidirdik? Deyirdilər ki, mənim toyumda Əlibaba Məmmədov, Tələt Qasımov, Hacıbaba Hüseynov oxuyub. İnsa... | publikaz_normalized |
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
Almaniya ticarət gəmilərini “Ansar Allah” hərəkatının (husi) qüvvələrinin hücumlarından qorumaq və Qərb koalisiyasının əməliyyatlarında iştirak etmək üçün “FGS Hessen” freqatını Qırmızı dənizə göndərir. Hava hücumundan müdafiə sistemi ilə təchiz edilən gəminin fevralın 1-də bölgədə olması gözlənilir. Qeyd edək ki, Qəzz... | publikaz_normalized |
Sabah, yanvarın 15-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Preziden... | publikaz_normalized |
Müğənni Maykl Cekson haqqında bioqrafiya filmi 18 aprel 2025-ci ildə kinoteatrlarda nümayiş olunacaq. Nəşrin məlumatına görə, “Maykl” filminin çəkilişləri yanvarın 22-də başlayacaq. Müğənninin rolunu onun qardaşı oğlu Cəfər Cekson ifa edəcək. Bioqrafiyanı “Kral Artur”, “Təlim günü”, “Silahçı”, “Solaxay” və “Ekvalayzer”... | publikaz_normalized |
Bu, bir məhvetmə olacaq":"Dünya heç vaxt Üçüncü Dünya müharibəsinin başlamasına bu qədər yaxın olmamışdı". Düşünmürəm ki, biz indiki kimi Üçüncü Dünya Müharibəsi təhlükəsi ilə üzləşməmişik", - eks-prezident deyib. Tramp, bütün bu insanları tanıdığı üçün münaqişənin qarşısını ala biləcəyinə əmindir. Onun sözlərinə görə,... | publikaz_normalized |
Günəş Süd yolu adlı qalaktikamızın spiral qollarından birində - Orion-Qu qolunda yerləşir və planetlərlə birlikdə qalaktikanın mərkəzi ətrafında fırlanır. Hazırda Günəş məhz 250 milyon il əvvəl olduğu nöqtəyə çatıb, yəni Günəş sistemi qalaktikamızın mərkəzi ətrafında tam bir dövr edib. Təbii ki, heç kim dəqiq tarixi, m... | publikaz_normalized |
Bildirilib ki, yeni evlənənlərə onların biometrik məlumatlarının oxunduğu qadcet verilib. Onların düzgünlüyü təsdiqləndikdə, sevən cütlük rəsmi olaraq ər-arvad olublar. "Bu, Rusiyada biometrikdən istifadə edilən ilk toydur", - Biometrik Texnologiyalar Mərkəzi ASC-nin baş direktoru Vladislav Povolotski hadisəni şərh edi... | publikaz_normalized |
Dubayın 68 yaşlı sakini Munir Kərim təkbaşına qeyri-adi səyahət edib. O, öz avtomobili ilə dünyanın 44 ölkəsində olub. Maraqlıdır ki, bu göstəricinin 60 min kilometri Birləşmiş Ərəb Əmirlikləri hüdudlarından kənarın payına düşür. Kərimin yığcam yol-yoldaşı qeyri-adi avtomobildir: orada çarpayı, ayaq yolu və rahat səyah... | publikaz_normalized |
Baş ağrısının bir çox səbəbi ola bilər. Stress, yorğunluq, aclıq, su çatışmazlığı, sinüzit, miqren, sinir sıxılması, göz xəstəlikləri, boyun ağrısı və bəzi sağlamlıq problemləri baş ağrısına səbəb ola bilər. Baş ağrıları zaman-zaman azala və ya öz-özünə keçə bilər, lakin davamlı və şiddətli baş ağrıları baş verərsə, hə... | publikaz_normalized |
Azərbaycan millisinin 6 güləşçisi çıxış edəcək":"Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri bu gün başa çatacaq. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Ülvü Qənizadə (72 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 13... | publikaz_normalized |
Qəhvə ilə konyakı qarışdırmayın":"Bir çox insan qəhvəyə konyak əlavə edərək içkinin effektini ikiqat artırır. “Belə təhlükəli “kokteyli” daha çox kişilər içir. Təsəvvür edin, 1 içkidə kofein və etanol birləşir. Bu maddələr damarlara fərqli təsir edir. Nəticədə damar spazmı baş verir, kimin ürəyində tıxanma, damarlarınd... | publikaz_normalized |
Quşüzümünün daha bir əvəzolunmaz xüsusiyyəti - FOTO":"Quşüzümü (mərcanı) digər faydalı xüsusiyyətləri ilə yanaşı ömrü də uzadır. 15 il ərzində aparılan genişmiqyaslı araşdırma zamanı elm adamları 37 mindən çox insanın məlumatlarını təhlil ediblər. Tədqiqatlar zamanı bu meyvənin immun sistemini gücləndirərək soyuqdəyməd... | publikaz_normalized |
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə sulu qar, qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub. Qar örtüyünün hündürlüyü Lənkəran 37 sm, Yardımlı 35 sm, Astara, Lerikdə 30 sm, B... | publikaz_normalized |
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirəcək. Murad Musayevin rəhbərlik etdiyi komandanın görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, “Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib. | publikaz_normalized |
Ermənistan hərbçisi əlverişsiz hava şəraiti nəticəsində itkin düşüb. Yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi təyinat yerinə keçərkən hərbi qulluqçu B.M. Güclü külək və dumana baxmayaraq, başlanmış axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər g... | publikaz_normalized |
Yanvarın 15-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. “Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-də, 15-də və 16-da gecə və səhər saatlarında bəzi magistral yolların buz ba... | publikaz_normalized |
Azərbaycan millisi son oyununa çıxacaq":"20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya 0:3 hesabı ilə uduz... | publikaz_normalized |
Hal-hazırda paytaxt yollarında sıxlıq müşahidə olunmur. Məlumata görə, avtomobil yolları hərəkətə açıqdır. | publikaz_normalized |
Paytaxt Bakıda və regionlarda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar sərnişin və yüklərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılmasını, eləcə də qatarların hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə ADY tərəfindən zəruri tədbirlər həyata keçirilir. Hazırda sərnişin qatarları qrafik üzrə hərəkət ed... | publikaz_normalized |
Aeroport yolunda sürücülərin təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülür. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar və sürücüləri yollardakı vəziyyətlə bağlı mütəmadi məlumatlandırma təmin ediləcək. | publikaz_normalized |
Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib. - övladlarınızı yollarda nəzarətsiz qoymayın;" "- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;" "- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan p... | publikaz_normalized |
Salyanda 20-yə yaxın kənd işıqsız qalıb. Belə ki gecə saatlarından indiyədək rayonun Qarabağlı, Çaxırlı, Arxarası, Yenikənd, Həsənli, Şəkərli, Kürsəngi, I-II Varlı, Peyk, Xocalı və ümumilikdə 20-yə yaxın kəndlərində elektrik enerjisinin verilişi dayanıb. Minlərlə sakin qışın qarlı-çovğununda işıqsız qalıb. Bununla bəra... | publikaz_normalized |
Bakıda müşahidə olunan qarlı hava şəraiti yolda nəqliyyat hərəkətinə təsir edib. Nəticədə yolda tıxac yaranıb. Məlumata görə, yol polisləri yolda hərəkəti bərpa etmək üçün tədbir görür. | publikaz_normalized |
Məqsədi odur ki...":"ABŞ-ın iqlim məsələləri üzrə elçisi Con Kerri vəzifəsini tərk edəcək. "“Düşünürəm ki, seçki ili olduğunu və Konqresin dondurulduğunu nəzərə alsaq, mən istefa verirəm, lakin bu məsələni tərk etmirəm – bu məsələnin üzərində başqa aspektlərdən çalışacağam”, - Kerri bildirib. Prezident Barak Obamanın d... | publikaz_normalized |
Cəmi 100 qram...":"Portağalın ürək-damar sisteminə faydası sübut olunub. Bu vitaminin konsentrasiyası orqanizmin gündəlik normasını portağal ödəyə bilir. Cəmi 100 qram portağal sutkalıq normanın yarısını ödəyir. Ona görə ürək-damar sisteminin sağlamlığı yaxşılaşır. O damarların elastikliyini, divar möhkəmliyini təmin e... | publikaz_normalized |
Bunu etməyin...":"Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, mövcud hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, evdən çıxarkən, buzlu yolda piyada təhlükəsiz hərəkət etmək üçün ayaqqabılar sürüşməyə qarşı hazırlanmalıdır. Bu məqsədlə ayaqqabının dabanı... | publikaz_normalized |
Naxçıvan Dövlət Yol Polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. | publikaz_normalized |
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş rəsmisi Rebekka Koffler Rusiyanın Ukraynaya hücumu kontekstində Amerika prezidenti Co Baydenin səhvlərini sadalayıb. O qeyd edib ki, Ağ Ev rəhbəri ehtiyatlı olub. Ukrayna böhranının hər mərhələsində Bayden "nəzarət-eskalasiya" strategiyasını seçdi, dəstək siqnalı ver... | publikaz_normalized |
Hava şəraiti ilə bağlı 3765 çağırış daxil olub":"Daxili İşlər Nazirliyinin əməkdaşları respublikanın bütün ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə əlavə heyətlə xidmətini davam etdirir. Ölkə ərazisində hava şəraiti ilə əlaqədar ağır, yaxud ölümlə nəticələnən hadisə qeydə alınmayıb. Son sutka ərzin... | publikaz_normalized |
Ukraynada "Jiqulevskoye" pivəsinin adını dəyişərək “Vienskoye” adlandırıblar. Bu barədə “Public” nəşri məlumat yayıb. Pivə zavodunun marketoloqu Mariya Kisel belə bir ideyanın çoxdan mövcud olduğunu, lakin texniki səbəblərdən yalnız indi həyata keçirməyin mümkün olduğunu bildirib. Pivə zavodunun nümayəndələri onu da qe... | publikaz_normalized |
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. | publikaz_normalized |
Cənub bölgəsinin rayonları işıqsız qalıb. Buna səbəb 10 min kilovatlıq xətlərdəki açılmalardır. Bununla yanaşı, iri gövdəli ağacların budaqları qopub, küknar və çinar ağacları kökündən çıxaraq aşıb. Nəticədə elektrik, rabitə və internet dirəkləri, xətləri sıradan çıxıb. Əsas yollar texnikaların vasitəsilə qardan təmizl... | publikaz_normalized |
2034-cü ilə qədər nəzərdə tutulacaq Avropa İttifaqının növbəti büdcəsində Kiyevə dəstək və Ukraynanın Aİ-yə qoşulması nəzərdə tutulmaya bilər. Nəşrin yazdığına görə, yeni büdcə Rusiya prezidenti Vladimir Putinə “siyasi hədiyyə” olacaq. FT xəbər verir ki, qarşıdan gələn büdcə əvvəlkindən xeyli böyükdür. Nəşrin jurnalist... | publikaz_normalized |
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon (Şərq) dənizi istiqamətində ballistik raket buraxıb. Bu, Şimali Koreyanın cari ildə ilk raket sınağıdır. Hələlik raketin və onun uçuşunun detalları barədə məlumat yoxdur. Bununla belə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-şik ötən həftə Yonhap agentliyinə müsahibəsind... | publikaz_normalized |
7 gün əvvəl İsmayıllıda ailə üzvləri ilə birgə ağır yol qəzasına düşən gənc vəfat edib. Onun ailə üzvləri 65 yaşlı Eldar Sadiq oğlu Osmanov və 58 yaşlı Nəcibə Eldar qızı Alışanovanın müalicəsi davam etdirilir. Vəfat edən gəncin fotosunu təqdim edirik. | publikaz_normalized |
Qazaxıstanın Almatı şəhərindən 230 km aralıda 4,6 bal gücündə zəlzələ baş verib. | publikaz_normalized |
Faktiki hava":"Yanvarın 14-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır. Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Sarıbaş (Qax), İsmayıllı, Şamaxı,... | publikaz_normalized |
Əməkdaşlar təxliyə edildi - VİDEO":"Fələstini dəstəkləyən etirazçılara görə Ağ Evin əməkdaşları təxliyə edilib. Etirazçılar binanın yaxınlığında iğtişaşlar törədiblər. Telekanalın aydınlaşdırdığı kimi, onlar hasara ziyan vurub və polisə əşyalar atıblar. Etirazlar ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı zərbələ... | publikaz_normalized |
Bu dəhliz bağlanmayana qədər müharibə davam edəcək":"İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Misirlə Qəzza arasındakı sərhəd bağlanana qədər HƏMAS-a qarşı müharibəni bitmiş hesab etməyəcək. “Biz HƏMAS-ı məhv edəcəyik, Qəzzanı demilitarizasiya edəcəyik, lakin hərbi texnika və digər ölümcül silahlar ... | publikaz_normalized |
Ağstafa rayonu, Zəlimxan kənd orta məktəbinin direktoru Qalib Cəfərov vəfat edib. Q.Cəfərov uzun illərdir direktor vəzifəsində çalışırdı. Qeyd edək ki, Q.Cəfərov Milli Məclisin deputatı Nizami Cəfərovun yaxın qohumudur. | publikaz_normalized |
Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə çalışaraq uçuşların cədvəl üzrə həyata keçirilməsini təmin edir. Kompleks hazırlıq işləri çərçivəsində Bakı aeroportu çətin hava şəraitində etibarlı hava hərəkətini təmin etməyə tam hazırdır. Texniki park tam təchiz olunub, hava limanında uçuş-enmə zolaqlarının, yolların ... | publikaz_normalized |
Yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti olacaq. Yanvarın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı... | publikaz_normalized |
Milli Hidrometeorologiya Xidməti yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. Azərbaycanın rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yanvarın 14-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var. | publikaz_normalized |
Ölənlər var":"Avstraliyanın Kvinslend ştatında kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. Bildirilib ki, təyyarə qəzası qolf klubun yaxınlığında olub. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Atamı öldürdülər":"Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın kiçik oğlu atasının qəsdən öldürüldüyünü iddia edib. Bunu kimin etdiyini deyə bilmərəm, bu barədə fikirlərim var, amma ifadə edə bilmirəm. Onu taleyin ixtiyarına buraxdılar, halbuki nəsə etmək olardı”, – kiçik Maradona “Marca”ya müsahibəsində bildirib. ... | publikaz_normalized |
6 ildən sonra libasın üstümə geyindim":"Opera səhnəsinin tozu ilə qidalandım. Mənə bu sənətin zirvəsini göstərdi Opera səhnəsi. Müəyyən fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındə Leyli obrazını canlandıran 51 yaşlı ifaçı duyğularını bölüşüb. Onun səhnədəki tərəf müqabili isə Xalq artist... | publikaz_normalized |
Son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda itkin düşən erməni əsgərin axtarış-xilasetmə işləri davam etdirilir. Xatırladaq ki, yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi məntəqəyə keçərkən Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi h... | publikaz_normalized |
2024-cü ili ilin ilk günlərində uşaqlara fərqli və müasir adların qoyulması halları müşahidə edilir. Belə ki, təzə ilin ilk ayının birinci yarısında oğlan uşaqlarına verilən adlar arasında Ərhan, Alihan, Onur, Mirac, Atilla, Mehran, Rüzgar, Qiyami və Rahula rast gəlinir. Bununla yanaşı ilk onluqda Raul, Uğur, Hüseyn, Y... | publikaz_normalized |
Hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə tədbirlər davam etdirilir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) monitorinq mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Monitorinq mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürü... | publikaz_normalized |
Qarlı günlərdə yerli və xarici turistlər ölkə ərazisində yerləşən milli parkların qış gözəlliklərindən zövq almağa dəvət edilirlər. Qar füsunkar təbiəti ilə göz oxşayan bu yerlərə özünəməxsus gözəllik qatıb. Şahdağ Milli Parkına yağan qar maral və zubrlarla daha cəlbedici görünür. | publikaz_normalized |
Güclü qar yağması və şaxta səbəbindən Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib. Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi he... | publikaz_normalized |
Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə çətin relyefli və dağlıq ərazilərdə xidmət aparan bölmələrimizin təminat yollarını qar örtüyündən təmizləyərək daim işlək vəziyyətdə saxlanılmasını təmin edirlər. Çətin relyefli, dağlıq ərazilərdə dislokasiya o... | publikaz_normalized |
Məşhur komediya ustası Cem Yılmaz Leventdəki villasını satmaq qərarına gəlib. Məşhur evini satışa çıxardığını gizli saxlamaq istəsə də, məlumat dərhal mediaya sızıb. | publikaz_normalized |
Soyuq havalarda insan orqanizmində bəzi dəyişikliklər baş verir. Onlardan biri budur ki, insan dodaqlarını tez-tez dili ilə isladır, çünki quru və soyuq havada dodaqlar tez tez quruyur. Sadəcə ağız suyu tez buxarlanır, amma içərisindəki fermentlər buxarlanmır və dodaqların üzərində qalaraq çatlar əmələ gətirir. Qarın i... | publikaz_normalized |
Quru qapalı hava, çöldəki soyuq və temperaturun dəyişməsi dəridə stress yaradır, ona görə də üzünüzü yaxşı formada saxlamaq üçün bir neçə qaydaya riayət etmək vacibdir. Onun sözlərinə görə, nəmləndirmə və qidalanmaya xüsusi diqqət yetirilməlidir. Qışda dəri baxımının əsas vəzifələrindən biri onu qurutmamaqdır. Ona görə... | publikaz_normalized |
Bakı-Naxçıvan avtobus reysləri təxirə salınıb. Buna səbəb İran İslam Respublikasında olan hava şəraiti və yolların vəziyyətidir. Məlumata görə, 14 və 15 yanvar tarixlərində avtobus reysləri olmayacaq. | publikaz_normalized |
Xüsusidir":"“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının hücumçusu Paulo Dibalanın yeni zədəsindən danışıb. “Dibalasız oynamağın yolunu tapmaq? Bu, Qvardiolanın Haalandı kiminlə əvəzləyəcəyinə qərar verməsi ilə eyni deyil. “Mançester Siti”də də Alvares var. Oxşar paralelləri digər klublar üçün də aparmaq olar. Poç... | publikaz_normalized |
Cari ilin iki həftəsində ABŞ-nin elektrikli avtomobil şirkəti “Tesla” bazar dəyərini 94 milyard dollar itirib ki, bu da şirkətin qurucusu İlon Mask üçün “ilin ən pis başlanğıcıdır”. Agentlik qeyd edib ki, əgər “Tesla” 2023-cü ildə kapitallaşmasını iki dəfə artırdığı halda, ABŞ-nin ən böyük avtomobil icarəsi oyunçuların... | publikaz_normalized |
Ölümündən sonra ona bu adı verin":"Aygün Hümmətova içində daşıdığı, gizlətdiyi, sığdırdığı dərdi, dünyaya sığmayan istedadını qoyub getdi. İnsanlar hələ də özünə gələ bilmir. Hər kəs onu paylaşır, gözləri dolur hər onun səsin eşidəndə, ağlayır bəlkə də bir çoxu - səbəbini belə anlaya bilmir. Əməkdar artist Aygün Hümbət... | publikaz_normalized |
İngiltərə çempionatının 21-ci turunun matçında “Mançester Siti” “Nyukasl”a 3:2 hesabı ilə qalib gəlib. “Siti”nin turnir tarixində 100-dən çox qol vurduğu ilk elita klubu məhz “Nyukasl” olub. Qeyd edək ki, bu statistika İngiltərə çempionatının premyer liqa adlandırıldığı 1992/93 mövsümündən hesablanıb. | publikaz_normalized |
“Beşiktaş” Portuqaliyalı yarımmüdafiəçi Renato Sançeşin transferi üçün PSJ ilə danışıqlara başlayıb. Xatırladaq ki, futbolçu bu mövsüm İtaliya “Roma”sında icarə əsasında çıxış edir. Daha əvvəl PSJ rəhbərliyinin portuqaliyalını icarədən geri çağırıb yeni komandaya göndərmək niyyətində olduğu bildirilirdi. Bu mövsüm Sanç... | publikaz_normalized |
İtkin düşən erməni hərbçinin meyiti tapıldı. Bildirilir ki, valideynləri onun ölümü barədə məlumatlandırılıblar. Məlumata görə, əsgərin yaxınlarına onun meyitinin qar uçqunu altından tapıldığı bildirilib. Ermənistan Müdafiə Nazirliyindən hələlik şərh almaq mümkün olmayıb . Departament daha əvvəl bildirmişdi ki, hərbçi ... | publikaz_normalized |
Dietoloq Yelena Tixomirova tez arıqlamağa kömək edən mikroelementləri sadalayıb. B vitaminləri, həmçinin C, D vitaminləri, kalsium və maqnezium sağlam qidalanma və fiziki fəaliyyətlə birlikdə orqanizmdə yağ yandırma proseslərini sürətləndirə bilər. Beləliklə, balıq, toyuq əti, süd, yumurta və bananda olan B vitaminləri... | publikaz_normalized |
Amerikalı alimlər xüsusi araşdırmalar zamanı müəyyən ediblər ki, qida rasionunda çoxlu şəkər və şirniyyatlar yaddaş zəifliyinə, məntiqi düşünmək, problemləri həll etmək və böyük miqdarda məlumatı mənimsəmək qabiliyyətinin azalmasına səbəb ola bilər. Şirniyyata aludə olan insanların hətta öz adi məsuliyyətlərinin və kiç... | publikaz_normalized |
Xalq artisti Aygün Kazımovanın “Bilmək olmaz” super hiti dijital platformalarda satışa çıxdığı gün “Apple Music TOP 100”də birinciliyi əldə edib. Belə ki, siyahıda ikinci yerdə də Aygün Kazımovanın “Parol” mahnısıdır. Bundan əlavə, ümumilikdə şou-biznesin yaradıcısının 9 mahnısı top listdə yer alır. Həmin siyahıda Aygü... | publikaz_normalized |
Yanvarın 11-də Gədəbəy rayonunun Söyüdlü kəndində sərxoş halda xuliqanlıq hərəkətləri etmiş şəxs həbs edilib. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılan şəxs barəsində inzibati protocol tərtib edilib və o, Gədəb rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Piriyev 10 sutka inzibati həbs cəza... | publikaz_normalized |
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçirilib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şəra... | publikaz_normalized |
Məşhur aparıcı Elvin Basqallı və ailəsinin uğradığı qəzanın detalları məlum olub. “Qəza zamanı avtomobildə aparıcı Elvin Basqallı, qardaşı Nicat Vahid oğlu Tanrıverdiyev, Elvinin səkkiz yaşlı oğlu Ramal və Elvinin anası olub. Onlar “Hunday SantaFe” markalı, 77-GT-210 dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmirdən Bak... | publikaz_normalized |
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi şosesinin Hacı Zeynalabdin Tağıyev küçəsindən keçən hissəsində ağırtonnajlı yük maşınları yolda qalıb. Bildirək ki, yanvarın 13-ü gecə saatlarından yağan qar hələ də davam edir. | publikaz_normalized |
22 nəfər xəsarət alıb":"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb. Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar. Hava şəraitinin kəskin dəyişməsi ... | publikaz_normalized |
Niyaməddin Musayev Flora Kərimovanın dodağından öpüb. Musayev Flora Kərimovaya yaxınlaşaraq onu dodağından öpüb. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Ölkə ərazisində davam edən qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yanvarın 14-ü günün ilk yarısında 90-dan çox reys həyata keçirilib. Bildirilib ki, hava şəraitindən asılı olmayaraq Bakı Beynəlxalq Avtovağzalı vətəndaşlara fasiləsiz xidmət göstərir. Paytaxtdan çıxan avtobus reysləri il... | publikaz_normalized |
Premyer Liqa təmsilçisi "Kəpəz"in I Liqa klubu "İmişli" ilə sabaha planlaşdırılan yoxlama oyunu ləğv edilib. Qeyd edək ki, daha əvvəl "Şamaxı" və "Araz Saatlı" klubları arasında bu günə planlaşdırılmış sınaq görüşü də əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilmişdi. | publikaz_normalized |
TƏBİB qarlı hava şəraiti ilə bağlı müraciətlərin sayını açıqlayıb. Bildirilib ki, müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar. | publikaz_normalized |
Dahi Üzeyir Hacıbəylinin dünyanı dolaşan 111 yaşlı “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrında növbəti dəfə tamaşaya qoyulub. Səhnə əsəri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev tərəfindən yeni quruluşda təqdim olunub. Tamaşanın or... | publikaz_normalized |
Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində 555 nömrəli marşrut avtobusu qəzaya düşüb. Daha sonra isə yol buzlu olduğu üçün avtobus yolun kənarına çırpılıb. Hadisə yerinə dərhal Baş Dövlət Yol Polisi İdarəsi alayının 3-cü tağımının əməkdaşları cəlb olunub. Sərnişinlər digər avtobusla yola salınıb. Sonra Adi... | publikaz_normalized |
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovanın sosial media hesabında yeni foto paylaşıb. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.