text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun Polşanın LKS klubu ilə anlaşdığı barədə məlumat vermişdik. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və klub rəhbərliyi bu keçidə "yaşıl işıq" yandırıb. Lods təmsilçisi Rahillə müqavilə bağlasa belə, onu qeydiyyatdan keçirə bilməz. Buna səbəb kluba FİFA tərəfindən transfer...
publikaz_normalized
Lənkəran şəhəri ərazisində yağan güclü qar bir sıra fəsadlara səbəb olub. Belə ki, şəhər ərazisində bəzi küçə və prospektlərdə irigövdəli ağaclar aşaraq yollarda hərəkətə maneə törədib, binaların dam örtüklərində dəmir parçaları qopub asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaradıb. Yaranmış fəsadl...
publikaz_normalized
Aya yumşaq eniş cəhdi baş tutacaq?":"Yaponiya Aya yumşaq eniş etməyə cəhd edəcək. Bu enişin Ayın tədqiqində mühüm rol oynayacağı bildirilib. Enişin təxminən 20 dəqiqə davam etməsi gözlənilir. JAXA Aya daha çətin olan pilotsuz enişi həyata keçirərək, Yaponiyanın kosmos yarışında varlığını dünyaya sübut etməyi qarşısına ...
publikaz_normalized
Müəyyən xəstəlikləri olan kişilər hamama getməkdən çəkinməlidirlər. Həkimin sözlərinə görə, vanna qəbul etmək üçün ilk əks göstəriş prostatitdir. Mütəxəssis izah etdi ki, yüksək temperatura məruz qalma səbəbindən prostat vəzinin iltihabı daha da pisləşə bilər. Qonçikov, həmçinin epididimitiniz varsa, hamama getməyiniz ...
publikaz_normalized
Bu səbəbdən":"Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilməli olan “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb. “Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil...
publikaz_normalized
Çox adam iş və şəxsi həyatın stressindən narahatdır. Bəzi bürclərin nümayəndələri bu narahatlıqların öhdəsindən gələ bilsə də, bəziləri çətinliklərin öhdəsindən gələ bilmir. Gələcək narahatlığı həyatlarının bir parçasına çevrilən bu bürclər stressli halları ilə hər zaman diqqət çəkirlər. BALIQLAR" "Balıqlar hər zaman s...
publikaz_normalized
Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda yeni yol nişanı qoyulub. Bundan öncə həm qovşaqlara dönən, həm də giriş-çıxış hissələrində 90 km/saat və 70 km/saat nişanı olsa da, artıq 110 km/saat nişanı da qoyulub. Baxmayaraq ki, magistral yollarda maksimal sürrət həddinin 110 km/saat olduğunu ha...
publikaz_normalized
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Tarixi yaddaşımızda 20 Yanvar” adlı görüş keçiriləcək. Görüşdə Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Orxan Fikrətoğlu, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar jurnalist Rafiq Səməndər və fotomüxbir R...
publikaz_normalized
Çin Rusiya neftini daşıyır":"Çindəki özəl neft emalı zavodları İranla əmtəə qiymətləri ilə bağlı mübahisələr fonunda Rusiya neftini aktiv şəkildə almağa başlayıb. Məqalədə Rusiya neftinin qiymətinin aşağı düşməsindən bəhs edilir. Tehran dekabrın əvvəlində tədarükün qiymətini artırdı, lakin Moskva, əksinə, Şərqi Sibir-S...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasına daxil olduğu deyilən "Nəxşicahan Med” MMC məhkəməyə verilib. İddialara görə, adıçəkilən şəxslər "Nəxşicahan Med” MMC-nin işçiləri olub. Məhkəmə çəkişməsinin də əmək münasibətləri ilə bağlı mübahisələrdən qaynaqlanması bu i...
publikaz_normalized
Döş xərçəngi qadınlarda ən çox görülən xərçənglərdən biridir. Bu xəstəliyin inkişafına genetik meyl, yaş, həyat tərzi və ətraf mühit kimi bir sıra amillər səbəb ola bilər. O, bildirib ki, döş xərçəngindən qorunmaq üçün hər kəsə uyğun bir üsul yoxdur, lakin bəzi vərdişlər onun meydana gəlmə şansını azaltmağa kömək edə b...
publikaz_normalized
Növbədənkənar prezident seçkilərində "ekzit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub. Növbədənkənar prezident seçkilərində "ekzit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətənd...
publikaz_normalized
8-16 yanvar 2024-cü il tarixlərində Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Avstriya Respublikasının Tirol federal əyalətinin Qaltür şəhərində qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizə...
publikaz_normalized
Bu günədək növbədənkənar prezident seçkiləri ilə bağlı akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı 153 nəfərdir. Onun sözlərinə görə, 31 beynəlxalq təşkilatı təmsil edən 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
publikaz_normalized
Telegram" messencerində yeni funksiyalar təqdim olunub. Yenilik vasitəsilə şəxsi çatlarda mesajların oxunma vaxtı göstərilir. Məlumat "cavab vermək" seçimindən əvvəl açılan siyahının yuxarısında görünəcək. Eyni zamanda, ödənişli abunə sahibləri oxu vaxtını son fəaliyyətlərini də istəmədikləri istifadəçilərdən gizlədə b...
publikaz_normalized
Yeni təyinat":"Premium Bank" ASC-nin İdarə Heyətinin sədri Mahir Nəcəfov vəzifəsindən azad edilərək sədr müavini təyin edilib. Məlumata görə, indiyə qədər sədr müavini olan Kamil Lətifov isə sədr təyin olunub. Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a ...
publikaz_normalized
ƏN YENİ HÜNDÜRLÜK - FOTO":"Dəbin geridönüşlü olması artıq heç kimi təəccübləndirmir, trendlər dəb arenasına başqalarını əvəz etmək üçün gəlir və gedir. Bir neçə mövsümdən sonra bu tendensiya yenidən təkrarlanır. Yeni il daha bir dəb dövrünün gəlişindən xəbər verir. Onların geri dönüşü payızda başladı, lakin yalnız yaz-...
publikaz_normalized
Komandamız 20-ci Beynəlxalq Jautıkov olimpiadasında 4 medal qazanıb" "Azercell"in dəstəyi ilə beynəlxalq informatika olimpiadalarına və müsabiqələrə hazırlaşan və iştirak edən məktəblilərimiz növbəti dəfə uğurlu nəticələr əldə ediblər. 8-14 yanvar 2024-cü il tarixlərində Qazaxıstan Respublikasında təşkil edilən 20-ci B...
publikaz_normalized
Azərbaycan hərbçilərinə Türkiyədə həyatda qalma və qaçıb xilas olma təlimləri keçirilir. Qeyd olunub ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti iştirak edir. Təlimlərdə “Fövqəladə Paraşüt Təməl Kursu”, “Uçuşda sağ qalma kursu” və “Döyüşdə sağ qalma və qaçışda sağ qalma” kursları keçirilir.
publikaz_normalized
Seçki könüllüləri gənc seçiciləri məlumatlandırmağa başlayıb. Qeyd edilib ki, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən ölkəmizin ümumi inkişafına böyük töhfə verən və ilk dəfə səsvermədə iştirak edəcək gənclərimizə ...
publikaz_normalized
Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan ölkənin birinci bankı Kapital Bank depozit faizlərini 10%-dək artırıb. Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Bankın ən yaxın filialına yaxınlaşmaqla, AZN valyutası ilə depozitlərdə 6 aylıq müddətə illik 10% ...
publikaz_normalized
Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 18-də Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə slovakiyalı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş və...
publikaz_normalized
Tədbirlərdə nazirlər, səfirlər, üzv dövlətlərin nümayəndələri, regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib və COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırı...
publikaz_normalized
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxın...
publikaz_normalized
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi universal poçt rabitəsi xidmətləri üzrə tarifləri təsdiq edib. Yeni tariflər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il “12” yanvar tarixli 3-27/3-7-1/2024 nömrəli qərarı ilə təsdiq edilib. Universal poçt rabitəsi xidmətləri üzrə tariflər" "1. Daxili poç...
publikaz_normalized
Paris İrəvanı Bakıya qarşı müharibəyə sürükləyir":"Fransa Senatı Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə Cənubi Qafqazda sülhə qarşı olduğunu növbəti dəfə təsdiqlədi. Qətnamədə yer alan iddialar və çağırışların reallığı əks etdirmədiyi və Makron Administrasiyasının klassik erməni mövqeyinin təkrarı olduğu aydın görü...
publikaz_normalized
Bakının bəzi yollarında tıxac yaranıb. Hazırda yollardakı vəziyyəti təqdim edirik: Ziya Bünyadov prospekti, “Çermet” körpüsü hər iki istiqamətdə;" "2. Bakı-Sumqayıt şosesi, “Xırdalan dairəsi” istiqamətində;" "3. Tbilisi prospekti, hər iki istiqamətdə;" "4. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;" "5. Xətai prospek...
publikaz_normalized
ər və arvad...":"Lənkəranda ər və arvad dəm qazından boğulub. Belə ki, Murad Aydın oğlu Cəfərov və Bənövşə Abduləli qızı Cəfərovanın meyitləri yaşadıqları evdə yaxınları tərəfindən aşkar edilib. Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
AirAsia Thai" reysində canlı ilan sərnişinləri qorxudub. Bildirilib ki, sürünən uçuş zamanı təyyarənin baqaj hissəsindən sürünərək çıxıb. Hadisə Banqkokdan Phuketə uçarkən baş verib, baqaj raflarında kiçik qəhvəyi və ağ ilan görünüb. Stüardessalar ilanı zibil torbasına yerləşdirə biliblər. Enişdən sonra bort yerüstü xi...
publikaz_normalized
nəşhur sahibkarın oğlu həbs olundu - FOTO":"Bakının Suraxanı rayonunda yerləşən “Antalya” restoranının sahibi və mühafizəçilərini döyən mərhum iş adamının oğluna hökm oxunub. Belə ki, həmin ərazi 1998-ci ildə Suraxanı İcra Hakimiyyətinin sabiq başçısı olan, sonradan uzun illər Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edə...
publikaz_normalized
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bakıda və Abşeron yarımadasında yanvarın 19-u gündüzdən 20-dək cənub-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarınd...
publikaz_normalized
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi məqsədilə aparılan profilaktik tədbirlərə dəstək ve...
publikaz_normalized
tədarükçü hansı ölkədir? - FOTO/VİDEO":"İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb. Onların üzərində brezentlə örtülmüş naməlum yüklər olub. Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasının Aqarak gömrük-keçid məntəqəsinə,...
publikaz_normalized
Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. M.Zaxarova deyib ki, Xarkovda fransız muzdlularının dislokasiya məntəqəsinin vurulmasından sonra səfir XİN-ə çağırılıb. Bundan əvvəl Rusiya ordusu Xarkovda yerləşən fransız muzdlularından ibarət qruplaşmanın yerləşdiyi müvəqqəti dislokasiya məntəqəsini vurub. Zər...
publikaz_normalized
Ukraynadakı münaqişə dalana dirənib və çox böyüməyən bir mərhələdədir". Biz hər iki tərəfdən möcüzə gözləməməliyik", - NATO rəsmisi deyib. Eyni zamanda o, alyansın Kiyevə dəstəyini davam etdirməyə hazır olduğunu qeyd edib. Bauer həmçinin bloku gözlənilməz böhranlara və transformasiyaya hazır olmağa çağırıb. Bundan əvvə...
publikaz_normalized
Bu gün saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlu qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb. Məlumata görə, Elvin Ələkbərov xanımı ilə 2017-ci ildə ailə həyatı q...
publikaz_normalized
112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində bir nəfər vətəndaşın fərdi yaşayış evinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Hadis...
publikaz_normalized
Əliyev və Paşinyan istəyir ki...":"Ermənistan və Azərbaycan təkcə Gürcüstan üçün tərəfdaş deyil, həm də qardaş ölkələrdir". Gürcüstanın qonşu ölkələrlə - Ermənistan və Azərbaycanla çox sıx əlaqələri və tərəfdaşlıq münasibətləri var, onlar bizim qardaş və dostlarımızdır", - Qaribaşvili deyib. Onun sözlərinə görə, Erməni...
publikaz_normalized
Dedilər ki, gecikdirmisiniz" - VİDEO":"Qazaxda 13 yaşlı yeniyetmə qızılcadan dünyasını dəyişib. Atasının sözlərinə görə, vəziyyəti ağır olduğu üçün Bakıya göndərilən Nəzrin xəstəxanaya çatmamış dünyasını dəyişib: “Evdə müalicə aldığı müddətdə səpdi. Danışa-danışa getdi, xəstəxanaya çatanda ambulansdan düşə bilmədi. Xəs...
publikaz_normalized
öldürdüyü vəzifəli qadının dəfninə getdi":"2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nəzərli Nadejda Dmitriyevnanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, hər iki şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Nəzərli Nadejda Dmit...
publikaz_normalized
Acgöz qara dəlik planetimizi YEYƏ BİLƏR":"NASA-dan olan astrofiziklər qorxulu kəşf ediblər. Axı, onların fikrincə, insanlıq üçün əsl təhlükə məhz onlardan gəlir. Göründüyü kimi, onlar haqlıdılar. Kəşf edilən qara dəlik sözün əsl mənasında qalaktikaları "istehlak edir" - yeyir. Kembric Universitetində yaxınlıqdakı qalak...
publikaz_normalized
Masallıda ev yanıb, sakinlər təxliyə olunub. Odun sobasının səbəb olduğu yanğında ev yaşayış üçün yararsız hala düşüb. Qeyd edək ki, evdə yaşayan ana və üç azyaşlı uşaq qohumlarının evində yerləşdiriliblər.
publikaz_normalized
“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidanın oğlu, “Eybar”ın qapıçısı Luka Zidan atasının yaxın gələcəkdə potensial olaraq hansı kluba rəhbərlik edə biləcəyi ilə bağlı danışıb. “Atam haqqında “Marsel”də işləmək kontekstində danışmaq tabu deyil. Hara işləmək və hansı komandanı çalışdırmaq istədiyinə yalnız o qərar verə...
publikaz_normalized
Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub. Qeyd edək ki, hadisə toy mərasimində şəxsi münasibətlər zəminində olub. xxx" "20:28" "Şəmkirdə mübahisə bıçaqlanma ilə nəticələnib. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
“112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müdd...
publikaz_normalized
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin vikipediya könüllüləri “Vikipediya”nın özbək dili bölməsində Zəngəzur məqaləsi əsaslı redaktə olunub. Məqalədə XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə parça-parça Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzu...
publikaz_normalized
“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları İsraili iştirakçılar siyahısından çıxarmamaq qərarına gəliblər. Bu, hökumətlər deyil, yayımçılar üçün bir yarışdır və İsrail yayım şirkəti 50 ildir ki, iştirak edir", - Avropa Yayım Birliyinin (EBU) cavabında deyilir. Qeyd edilir ki, təşkilatçılar müsabiqəni musiqi vasitə...
publikaz_normalized
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla regional prosesləri müzakirə edib. Tərəflər Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasının hüquqi əsasları ilə bağlı müzakirə aparıblar. Həmçinin Ermənistanın “Sülh kəsişməsi” layihə...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Türkiyənin ilk insanlı kosmos missiyasının yaxın saatlarda uçuşu baş tutacaq. Türkiyənin ilk astronavtı olacaq Alper Gezeravcı da daxil olmaqla "Ax-3" missiyasının üzvləri uçuşdan əvvəl ailələri ilə vidalaşıb. Helikopterlə hadisə yerinə gələn "Ax-3" ekipajı əvvəlcə uzaqdan ailələrini salamlayıb. ...
publikaz_normalized
Sen Çal Kapımı" serialının ulduzu, aktrisa Hande Erçel yaxtada istirahətindən silsilə fotolar yayımlayıb. Hande Erçel qarnında yarıqlar olan rəngli mini paltarda pozalar verib. Görünüş, boyun ətrafında sandal və kulonlarla tamamlanıb. O, saçlarını açıq qıvrımlara buraxıb və makiyajını çəhrayı ənliklə edib. Sosial şəbək...
publikaz_normalized
“Həyatda qalma” və “Qaçıb xilas olma” kursları çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin hazırlığı davam edir. “Təlim şərçivəsində “Fövqəladə Paraşüt Təməl Kursu”, “Uçuşda sağ qalma kursu” və “Döyüşdə sağ qalma və qaçıb xilas olma” kursları keçirilir”, - deyə məlumatda vurğulanıb. Hayatta Kalma ve...
publikaz_normalized
NATO-nun ən böyük təlimi gələn həftə başlayır. Onun sözlərinə görə, “Steadfast Defender2024” təlimlərində 90 minə yaxın hərbçi iştirak edəcək. Hərbi təlimlərin məqsədi Rusiyanı çəkindirməkdir.
publikaz_normalized
Kiyevin meri Vitali Kliçko Ukrayna Silahlı Qüvvələrinin (AFU) cəbhədəki kritik vəziyyəti ilə əlaqədar Almaniyadan yeni yardım tələb edib. Onun sözlərinə görə, Ukrayna artıq bir neçə aydır ki, “dəli, böyük sursat çatışmazlığı” yaşayır. Fürsətdən istifadə edərək Almaniyaya mesaj göndərmək istərdim: biz ölkəmizi müdafiə e...
publikaz_normalized
romantik hisslərə qapıla bilərsiniz":" "Qoç - bilik və məlumatlarınızı artırın. Sizi qarşıda gözləyən problemləri həll etmək üçün hazırlıqlı olmalısınız. Çoxdan bəri cavab axtardığınız sualların bundan sonra da narahat etməsinə imkan verməyin. Uzunmüddətli öhdəliklər və genişmiqyaslı anlaşmalarla bağlı olmayan proseslə...
publikaz_normalized
Yanvarın 18-də futbol üzrə Türkiyə kubokunun onaltıdabir final mərhələsində növbəti oyunlar keçirilib. “Cim-Bom”un heyətində B.Yılmaz, Tete, Bardakçı və Dervişoğlu fərqləniblər. Qonaqların təsəlli qoluna isə “Qalatasaray”dan B.Yılmaz imza atıb (öz qapısına). Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Tr...
publikaz_normalized
Polşanın yarısında...":"Rusiya ordusu yanvarın 17-də Polşanın yarısında və Suvalki dəhlizində GPS naviqasiya siqnalını boğmağı bacarıb. Son günlərdə belə vəziyyət ilk dəfə deyil. Problemlər əvvəllər Finlandiya və Estoniyada da müşahidə olunub. gpsjam.org (real vaxt rejimində kəsintilərin xəritəsi) saytını idarə edən Co...
publikaz_normalized
:"“Biz Ermənistan və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”. Onun sözlərinə görə, son bir ildə İrəvan və Bakı ciddi irəliləyişlər əldə edib. O, tərəfləri bu sürəti saxlamağa və sülh müqaviləsi bağlamağa çağırıb: “Ümid edirik ki, Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlü...
publikaz_normalized
İlk Türk astronavt Alper Gezeravcının kosmosa səyahəti başlayıb. Astronavt yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb. Tarixi uçuş ölkənin demək olar hər yerində quraşdırılan xüsusi ekranlar vasitəsilə yayımlanıb. Vətəndaşlar ilk uçuşun həyəcanını İstanbul, Ankara, Trabzon, Konya, Mersin, Qaziantep...
publikaz_normalized
ABŞ-ın İraq Kürdüstanındakı hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Zərbə İraq Kürdüstanının paytaxtı Ərbil şəhərindəki hava limanı ərazisinə endirilib.
publikaz_normalized
İlk insanlı kosmik missiyamızla Cümhuriyyətimizin ikinci əsrinə qədəm qoyuruq" - VİDEO":"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk türkiyəli astronavt Alper Gezeravcının kosmosa uçuşu ilə əlaqədar videomüraciət yayımlayıb. “İlk insanlı kosmik missiyamızla Cümhuriyyətimizin ikinci əsrinə, Türk əsrinə qədəm qoyuruq. Ta...
publikaz_normalized
Gürcüstanın baş naziri İrakli Qaribaşvili İsrailə qarşı silahlı hücumları pisləyib. “Gürcüstanın Baş naziri qeyd edib ki, Gürcüstan hökuməti İsrail dövlətinə və onun vətəndaşlarına qarşı həyata keçirilən terror aktlarını pisləyir”, - bəyanatda deyilir. Qaribaşvili və Hersoqun təhlükəsizlik baxımından mövcud olan çağırı...
publikaz_normalized
“Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard işlinə davam edəcək. 43 yaşlı mütəxəssis 2023-cü ilin iyulunda “Əl-İttifaq”a rəhbərlik edir. Komanda Səudiyyə Ərəbistanı çempionatında 8-ci yerdədir. Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Cerrard daha əvvəl “Reyncers” və “Aston Villa”ya rəhbərlik edib.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, ilk Türk astronavt Alper Gezeravcının kosmosa səyahəti başlayıb. Astronavt yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb. Alper Gezeravcının kosmosdakı ilk sözü "İstikbal göklerdedir" olub. Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürk aviasiya ilə b...
publikaz_normalized
Atam istəmirdi ki..." - VİDEO":"Müğənnilər Sevil-Sevinc bacıları "Rəngarəng" verilişinin qonağı olub. Onlar atalarının ailə qurmalarına qarşı olmasını bu sözlərlə əsaslandırıblar: Valideynlər övladları üçün hər şeyin yaxşısını istəyirlər. Atam da ailə qurub çətinliklər yaşamağımızı istəmirdi. Atamızı ən çox yaxşı günlə...
publikaz_normalized
Fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş əməliyyatları zamanı yalnız avrodan istifadəyə icazə veriləcək. Bildirilir ki, avrodan istifadəni nəzərdə tutan qaydalar təsdiqlənib və o, fevral ayından ölkədə nağd əməliyyatlarda yeganə valyuta növü kimi istifadə olunacaq. Avrodan başqa valyuta növləri isə yalnız fiziki fo...
publikaz_normalized
Türkiyənin Adıyaman şəhərinin Sincik bölgəsində zəlzələ baş verib. Məlumata görə, 4 bal gücündə olan zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.
publikaz_normalized
Bonobo meymunu "Kanzi Minecraft" oyununu tamamlaya və sonuncu bossu məğlub edə bilib. Kanziyə bu oyunu demək olar ki, bir il öyrədiblər. O, sensor ekrandan istifadə edərək personajı idarə etməyi bacarıb. Meymun müəyyən hərəkətləri yerinə yetirdiyinə görə ləzzət alıb. O, mağaraları uğurla kəşf edə, qapıları açıb canavar...
publikaz_normalized
Müğənni Dua Lipa aktyor Kallum Törnerlə qucaqlaşıb-öpüşərkən görüntülənib. Paparatsiyalar 28 yaşlı Dua Lipanın 33 yaşlı Kallum Törnerlə birlikdə restorandan çıxarkən fotolarını çəkiblər. Müğənni və Hollivud aktyoru hisslərini gizlətməyiblər. Sevgililər balkonda bir-birini qucaqlayıb öpüblər. Qeyd edək ki, Dua Lipa və K...
publikaz_normalized
BMT-nin Baş katibi Antoniu Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb. “Baş katib İran və Pakistan arasında son hücumlarından son dərəcə narahatdır. O, hər iki ölkəni vəziyyəti daha da gərginləşməmək üçün maksimum təmkinli olmağa çağırır. Quterreş əmindir...
publikaz_normalized
bu ölkənin 75% ərazisində...":"ABŞ-ın Geoloji xidmətinin mütəxəssisləri ölkənin 75%-nin dağıdıcı zəlzələlərlə üzləşə biləcəyini proqnozlaşdırıblar. Güclü yeraltı təkanlar xüsusən Atlantik okeanının mərkəzi və şimal-şərq sahillərində proqnozlaşdırılır. Dağıntı Nyu-York, Boston və Vaşinqtona təsir edə bilər. Alimlər Kali...
publikaz_normalized
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Quba Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 5 ədə...
publikaz_normalized
Sadəcə dedi ki, bitdim":"İki çəki dərəcəsində keçmiş UFC çempionu və promosyon şərhçisi Daniel Kormier rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun oktaqona qayıtmaqdan imtina etdiyi məbləğdən danışıb. Kormierin sözlərinə görə, rusiyalı aydın şəkildə bildirib ki, pul onu peşəkar karyeraya qayıtmağa məcbur etməyəcək, hətta UF...
publikaz_normalized
“Climate Central” qeyri-kommersiya tipli iqlim tədqiqatları qrupu dünyanın məşhur görməli yerlərinin gələcəyi üçün iki ssenari hazırlayıb. Birinci ssenariyə görə, istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq mümkün olacaq. Digər ssenari isə iqlim dəyişikliklərinin müasir tempdə davam edəcəyi təqdirdə, dünyanın 50...
publikaz_normalized
Bakının bəzi yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;" "2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;" "3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stans...
publikaz_normalized
“112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ...
publikaz_normalized
Ötən gecə İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Atletiko” və “Real” komandaları üz-üzə gəlib. dramatik keçən görüşün qalibi əlavə vaxtda müəyyənləşib. “Hindular” əzəli rəqibini 4:2 hesabı ilə məğlub edib. Bununla Karlo Ançelottinin baş məşqçisi olduğu "qalaktikos"un 21 matçlıq məğlubiyyətsizlik seriyasın...
publikaz_normalized
Qlobal iqlim dəyişikliyi ilə bağlı istilik fəlakəti 2024-cü ildə də səngiməyəcək. Onun sözlərinə görə, yaz-yay aylarında cəhənnəm istiləri gözlənilir və gündə 3 milyon kubmetrdən çox su sərf edilən İstanbulda ehtiyatlar üçün artıq “qənaət” xəbərdarlığı edilib. “Qlobal iqlim dəyişikliyi bir çox ölkə kimi Türkiyəyə də mə...
publikaz_normalized
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Qeyd olunur ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. H...
publikaz_normalized
Bu qərarı verdi":"Hücumçu Kərim Benzema bir neçə həftə "Əl-İttihad"ın məşqlərindən kənar qaldıqdan sonra komandanın məskunlaşdığı Ciddəyə qayıdıb. Fransız futbolçunun komandadan uzun müddət uzaq düşməsinin fonunda mediada Benzemanın Səudiyyə Ərəbistanında xoşbəxt olmadığına dair söz-söhbətlər ortaya çıxıb. Lakin bundan...
publikaz_normalized
Yanvarın 17-si axşam saatlarından etibarən Ermənistanın bütün əsas şəbəkə yanacaqdoldurma məntəqələrində benzinin qiyməti eyni vaxtda və eyni məbləğdə ucuzlaşıb. Gün ərzində bir litr benzinin qiyməti ucuzlaşıb: “adi” üçün 520-dən 490 dram-a, “premium” üçün isə 550-dən 530 dram-a düşüb. Ekspert qeyd edib ki, 2023-cü ili...
publikaz_normalized
Fevral ayından etibarən məktəbəqədər təhsillə bağlı alternativ modellərin tətbiqinə başlanır. "O əlavə edib ki, pilot layihə fevral ayından başlayaraq bir neçə ay davam edəcək. Layihə Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala kimi regionlarda icra olunacaq. Layihədə sağlamlıq imk...
publikaz_normalized
Diplomatiya səmərəsizdirsə...":"ABŞ İrana nüvə silahı yaratmağa icazə verməyəcək. Əgər buna diplomatiya yolu ilə nail olmaq mümkün deyilsə, başqa yollar da var. Biz buna diplomatiya yolu ilə nail olmağa üstünlük verərdik, lakin aydındır ki, bu, tezliklə baş verməyəcək. Biz əmin olacağıq ki, bunun baş verməməsi üçün baş...
publikaz_normalized
İrana hücum edirik":"İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibə apardıqlarını bildirib. O, “İranla birbaşa münaqişə olacaqmı” sualına “Kim deyir ki, biz İrana hücum etmirik, biz İrana hücum edirik” cavabını verib. Amma Netanyahu 'bu hücumlarla bağlı rəsmi açıqlama olacaqmı?' Son günlər bölgədə vəziyyət gərg...
publikaz_normalized
Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ gəmisini qanadlı raketlərlə hədəfə aldıqlarını və onu dəqiq vurduqlarını açıqlayıblar. “ABŞ-İngiltərənin məzlum Fələstin xalqına kömək etmək əvəzinə Yəmənə qarşı təcavüzünə cavab olaraq, silahlı dəniz qüvvələrimiz Körfəzdə “Kim Ranger” gəmisini hədəfə alıb”. Sözüg...
publikaz_normalized
Bu ölkədəki bazada hazırlanıb":"Venesuela prezidenti Nikolas Maduro ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ABŞ Narkotiklərlə Mübarizə İdarəsini (DEA) ölkəsində qarşıdurma yaratmaqda ittiham edib. O, keçən il Bolivar inqilabına qarşı dörd sui-qəsdin qarşısını aldıqlarını xatırladıb. Maduro həmin sui-qəsdlərin qarşısını ...
publikaz_normalized
Müharibə olmayacaq?":"Filippin və Çin aralarında suverenlik mübahisəsinin olduğu Cənubi Çin dənizinə son müdaxilələrdən sonra bölgədəki gərginliyi azaltmaq üçün birgə işləmək barədə razılığa gəliblər. Tərəflər razılığa gəliblər ki, insidentlər diplomatiya yolu ilə sakit şəkildə həll olunmalıdır. Çin Xarici İşlər Nazirl...
publikaz_normalized
Paşinyan müdaxilə etdi, Babayanın qruplaşması...":"Qarabağdan qaçan separatçıların tör-töküntüləri varlıqlarını qorumaq üçün müxtəlif variantlara əl atırlar. Onlar bu görüşdə təşkilatlanmaqla bağlı qərar qəbul etmişdilər. Ermənistan mətbuatı yazır ki, separatçılar ikinci dəfə də toplaşıblar. Bu dəfə də görüş gizli keçi...
publikaz_normalized
Ay da quruyur":"ABŞ, İngiltərə, Kanada və İsveç alimləri Ay qabığında suyun olması ilə bağlı ümumi fərziyyələri dəyişdirən araşdırmalar aparıblar. Qərb Universitetinin Yer Elmləri Departamentinin planetar geoloqu Qordon Osinski ilə işləyən kosmokimyaçı Tara Hayden ilk dəfə Ay qabığının erkən formalarında ən çox yayılmı...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8508" "1 Rusiya rublu" "0,0191" "1 Avstraliya dolları" "1,1183" "1 Argentina pesosu" "0,0021" "1 Belarus rublu" "0,5195" "1 Brazil...
publikaz_normalized
Türkiyə ilə...":"Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkəsinin Türkiyə ilə müsbət atmosferi gücləndirməyə çalışacağını bildirib. Yumşalmaların davam etdiyini bildirən Mitsotakis qeyd edib ki, son illərdə Türkiyə siyasətində dramatik dəyişikliklər olub: “Bununla belə, nikbin olmaq və ölkələrimizin atdığı müsbət ...
publikaz_normalized
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun məhkəmə zalından görüntüləri yayılıb. Təranə Səmədova həbsdə olarkən dəhşətli dərəcədə arıqlayıb. "Qeyd edə ki, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinay...
publikaz_normalized
ÜST süni intellektin "bələdçi"si haqda məlumat yaydı":"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə sahəsində istifadə olunan sürətlə inkişaf edən süni intellekt texnologiyası "LMM"lər üçün yeni bələdçi nəşr edib. Açıqlamada bildirilib ki, bələdçi insan ünsiyyətini təqlid etmək və proqramlaşdırılmamış tapşırıqları yerinə ...
publikaz_normalized
Ölkəni gəzirəm ki...":"ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkənin sabiq lideri Donald Trampın 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gələcəyi ehtimalından qorxduğunu bildirib. Mən çox qorxuram" deyən Harris buna görə ölkəni gəzərək ABŞ-ın hazırkı prezidenti Coe Bidenin kampaniyasında seçici...
publikaz_normalized
Razılıq versə...":"PSJ Kilian Mbappeyə 400 milyon avro dəyərində 4 illik müqavilə təklif edib. PSJ isə ona maaş olaraq 100 milyon təklif etməyə hazırdır”. Qayın sözlərinə görə, təklif edilən müqavilənin müddəti 4 il olacaq. Bu o deməkdir ki, Mbappe razılıq versə, 400 milyonluq müqaviləyə imza atacaq.
publikaz_normalized
ölən var":Gədəbəydə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
publikaz_normalized
İsrail prezidenti bu ölkəni nişan verdi":"İsrail prezidenti İsaak Hersoq bildirib ki, Səudiyyə Ərəbistanı ilə normallaşma Qəzzada müharibəni sonlandırmaq və Tel-Əviv administrasiyasına yeni üfüq açmaq üçün açardır. Aydındır ki, Səudiyyə variantı bütün normallaşma prosesinin bir hissəsi kimi, müharibədən yeni üfüqə doğr...
publikaz_normalized
Klub hər kəsə yalan danışıb":"Mançester Siti"nin keçmiş maliyyə müşaviri Stefan Borson son günlər qalmaqalların mərkəzində olan klubun gələcəyi ilə bağlı açıqlama verib. Şübhə yoxdur ki, bu ittihamlar sübuta yetirilsə, ən azı klubun aşağı liqaya göndərilməsi ilə nəticələnəcək. 10 illik cəza ilə də bağlı fərziyyələr var...
publikaz_normalized
Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi qaydalarına dəyişiklik edilib. Qərara əsasən, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd veriləcək. Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştir...
publikaz_normalized
“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişiklik edilib. Qərara əsasən, elektron məlumat bankının istifadəçiləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbayc...
publikaz_normalized
20 milyona yaxınlaşır - FOTO":"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo yeni lüks avtomobilinin fotosunu yayımlayıb. Avtomobilin qiyməti 400 min funt sterlinqdir (466 min avro). "Ronaldo həmçinin "Bugatti Chiron", "Bugatti Veyron Grand", "Ferrari Monza" və "McLaren Senna" avtomobillərinin sahibidir. Bununla Ronaldonun av...
publikaz_normalized