text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İndi elə bir vaxtdayıq ki...":"PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe maraqlı açıqlama verib. “Biz həddindən artıq istehlak dövründə yaşayırıq, matçların çox olduğu, insanların oyunçulardan çox şey gözlədiyi bir vaxtdayıq. Göstərməyə çalışıram ki, təzyiq mənə mənfi təsir etmir. Hətta deyərdim ki, futbol o... | publikaz_normalized |
Daxili və xarici auditoriyalara hansı mesajlar verildi?":"Prezident İlham Əliyevin yeni il təbrikində və yerli televiziyalara müsahibəsində səsləndirdiyi fikirlər həm ölkə daxilində, həm də xaricdə təhlil edilir; hansı mesajlar ehtiva etməsi, mesajların hədəf auditoriyası, xitab ünvanları haqda şərhlər verilir, fərziyy... | publikaz_normalized |
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq. Bildirilib ki, sessiya müddətində komitə sədri və üzvləri Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə yeni qanunun layihəsini hazırlamalıdır. | publikaz_normalized |
Bakının Sabunçu rayonunun Əmircan və Bülbülə qəsəbələrində sarılıq xəstəliyi yayılıb. Yerli əhali buna kanalizasiya sularının içməli suya qarışmasının səbəb olduğunu deyir. “Dəqiqliklə deyə bilmərik ki, xəstəlik sudan olub, ya hava-damcı yolu ilə keçib. İlk müraciətlər 11-12 yanvar tarixlərində olub. Hələ də davam edir... | publikaz_normalized |
Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf p... | publikaz_normalized |
“Aygün öldü, indi oturub...”":"Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb oldu. Cəmiyyət bu məsələdə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevi günahlandırdı. "Əbülfəs Qarayev isə açıqlamasında Aygün Bəylərə Xalq artisti fəxri adının veri... | publikaz_normalized |
Tailandın "Buriram Yunayted" klubundan ayrılan Ramil Şeydayev artıq Türkiyədədir. Hətta yeni komandasının məşqini izləyib. O, tibbi müayinədən keçdikdən sonra 1-ci liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacaq. Millimizin üzvü bu müddət ərzində ümumilikdə 850 min avro maaş alacaq. Bonuslarla bu məbləğ 1 milyon avr... | publikaz_normalized |
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Səməd İsmayıl oğlu Seyidov “Şöhrət” ordeni ilə təltif edilib. | publikaz_normalized |
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxsi saxlayıb. Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti monitorinq zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ye... | publikaz_normalized |
Formula 1" yarışı...":"FİA "Formula 1" üzrə dünya çempionatnın yeni mövsümünün təqvimini açıqlayıb. Bakıdakı yarış mövsümün 17-ci mərhəsi olacaq və 13-15 sentyabr tarixlərində keçiriləcək. Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qeyd edək ki, "Formula 1"də yeni mövsümə fevralın 29-da Bəhreyndə start veriləcək... | publikaz_normalized |
Ölkəni tərk edən rusiyalılar tualetə görə vətənə qayıdırlar":"Rusiya prezidenti Vladimir Putin bildirib ki, xüsusi əməliyyatdan sonra Qərbə gedən ruslar vətənlərinə qayıdırlar, çünki onlara yad dəyərləri olan, o cümlədən oğlan və qızların ümumi tualetlərdən istifadə etdiyi ölkələrdə uşaq böyütmək çətin olur. Getdikcə d... | publikaz_normalized |
Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü bundan sonra apteklərdən elektron reseptsiz dərman əldə etməyin mümkün olmayacağını bildirib. Onun sözlərinə görə, elektron resept məsələsi dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunan müəyyən kateqoriyayadan olan vətən... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın "Instagram" sosial şəbəkə platformasındaki rəsmi hesabı oğurlanıb. Sənətçinin rəsmi səhifəsi oğurlanandan sonra bütün foto və videoları silinib. Kazımovanın izləyiciləri həmin görüntülərə görə bu paylaşımı edən şəxsi sərt şəkildə tənqid edərək, tapılaraq məsuliyyətə... | publikaz_normalized |
Naxçıvanda qohumunun evinə gizli daxil olmağa çalışan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Həmin kənddə yaşayan 1989-cu il təvəllüdlü İsmayıl Babayevin (soyadlar şərtidir) azyaşlı övladı ilə evdə tək olan qohumu Aytəkin Babayevanın evinə gecə saat 02 radələrində daxil olmağa cəhd etməsi barədə polisə müraciət daxil ... | publikaz_normalized |
Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində qadının gözünü çıxaran şəxsə hökm oxunub. Məhkəmə araşdırmaları zamanı məlum olub ki, Qaradağ rayonundakı kafelərdən birində çalışan Gülnarə adlı qadın oranın sahibi ilə mübahisə edib. Bu zaman kafenin Elbrus adlı sahibi onu Lökbatandakı avtoyuma məntəqəsinin yaxınlığında ... | publikaz_normalized |
Aktyor cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyova uzun müddət sonra birlikdə görüntüləniblər. Haqqında dəfələrlə ayrılıq xəbərləri yayılan Murad və Ülviyyə əl-ələ paytaxtın məşhur hipermarketlərindən birində Titul.az-ın kamerasına tuş gəlib. Qeyd edək ki, cütlük bir neçə dəfə küssələr də, boşanmayıblar. "Xatırladaq ki... | publikaz_normalized |
Avstriyada sığınacaq müraciəti qəbul olunmayan Türkiyə vətəndaşı evlənərkən deportasiya edilib. Həmzənin toydan sonra saxlanılmasını istəyən qonaqlar mənfi cavab alıb. Səlahiyyətlilər bildiriblər ki, Həmzə 10 gün əvvəl Avstriyanı tərk etməli idi. Həmzənin vəkili Qreqor Klammer müvəkkilinin Türkiyəyə göndəriləcəyini və ... | publikaz_normalized |
Ölkəmizdə ilk dəfə olaraq Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun “NEBOSH” təşkilatı ilə əməkdaşlığı çərçivəsində hazırladığı korporativ müştərilər üçün nəzərdə tu... | publikaz_normalized |
Xərçəng bir sıra səbəblərə görə gənclərə getdikcə daha çox təsir edir. Onun sözlərinə görə, buna ilk növbədə qeyri-kafi qidalanma, aktivliyin olmaması, ətraf mühitin zərərli toksinlərinə məruz qalma kimi həyat tərzinin dəyişməsi təsir edir. Bütün bunlar orqanizmdə kanserogen maddələrin yığılmasına, xərçəng riskinin art... | publikaz_normalized |
“Park Yasamal”da yeni mənzillər təqdim olundu. Bu yeni mənzillər yeni şərtlərlə satışdadır. Artıq şəxsi büdcənizə uyğun aylıq ödəniş təyin etmək şansınız var. Yalnız satış ofisinə yaxınlaşanlar öz gəlirinə uyğun aylıq ödəniş məbləği təyin etməklə mənzil sahibi ola bilərlər. Göl mənzərəli, geniş, yaşıl həyətli, zəngin l... | publikaz_normalized |
Astroloqlara görə, qarşımızdakı insanın bürcünü öyrənərək onun xarakteri haqqında proqnoz verə bilərik. Xarakteri ilə yanaşı bürclərin “ən”ləri də var. Hər bürc müəyyən sahədə yaxşıdır. Qoç, Əkizlər və Şir" "Ən şanslı bürc: Oxatan, Əkizlər və Buğa" "Ən çılğın bürclər: Qoç, Oxatan və Əkizlər" "Ən şorgöz bürc: Tərəzi və ... | publikaz_normalized |
Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar dünya mətbuatında geniş yer alıb. Bir çox xəbər platforması Ərdoğanın “Ya bizimləsən, ya da bizə qarşı” mesajını verdiyini yazıb. İraq və Suriyada qanlı qatillər olduğu müddətdə rahat olmayacağıq. Əməliyyatlarımız davam edəcək. Önümüzdəki aylarda kimin nə dediyinə ba... | publikaz_normalized |
Jurnalist Zülfüqar Xeyirxəbər başına gələn hadisə ilə bağlı sosial şəbəkələrdə görüntü və məlumat paylaşıb. O, bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı baş leytenant Elvin adlı şəxsin maraqları səbəbindən həmin sürücü barəsində heç bir tədbir görülməyib: “Sözügedən sürücü Kürdəmir rayon sakini Cəbrayıl Hə... | publikaz_normalized |
geyinməyin 5 üsulu":"Ledi üslubunun populyarlığının ardınca qələm ətəklər moda arenasına qayıdır. Onlar ciddi və cəlbedici, zərif və tamamilə universaldır. Belə görünür ki, 2024-cü ildə həmişə, hər yerdə və bütün hallarda qələm ətək geyinəcəyik. Üstəlik, dizaynerlər bizə onun saysız çeşidlərini təklif etdilər. Köynəklə... | publikaz_normalized |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandayaa işgüzar səfərə yola düşüb. Bildirilib ki, Səfəri çərçivəsinə nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı və yüksək səviyyəli yerli və xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə... | publikaz_normalized |
Aparıcı Vüsalə Əlizadə sosial mediada tənqid hədəfi olub. O, 6 qat dünya çempionu olan idmançının 3 il əvvəl dünyasını dəyişən anası ilə birlikdə portretini efirdə ona hədiyyə edib. Daha sonra isə "ana" mahnısı səsləndirilib. İdmançı isə bu mənzərə qarşısında göz yaşlarına hakim ola bilməyib. Aparıcının anasını qucaqla... | publikaz_normalized |
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prokuror onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsin tətbiqi olunmasını, 5 il sınaq müddəti olmaqla 13 il şərti həbs cəzası verilib. Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi X... | publikaz_normalized |
Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb. Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir: Aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə bir... | publikaz_normalized |
Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan arasında dava düşüb. Keçmiş prezidentin oğlu N.Paşinyana “sən” deyərək müraciət edib. Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub. N.Paşinyan L.Köçəryana daha diqqətli ... | publikaz_normalized |
BMT 1995-ci ildə Bosniya və Herseqovinadakı müharibə zamanı boşnak əhaliyə qarşı törədilmiş Srebrenitsa soyqırımının inkar edilməsindən narahatdır. O, bütün bunların Qərbi Balkan regionunda davamlı sabitlik və sülhə maneə törətdiyin qeyd edərək deyib ki, otuz il əvvəl baş vermiş müharibə cinayətlərinin və soyqırımın mə... | publikaz_normalized |
saxlanılan var":"Polis Kürdəmirdə əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb. Əməliyyat tədbirləri zamanı rayonun Sor-Sor kənd sakini Elzamin İsmayılov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı satış məqsədilə 57 ədəd kibrit qutusunda qablaşdırılmış və çəkisi 400 qrama yaxın olan marixuana aşka... | publikaz_normalized |
Braziliya millisinin futbolçusu Renan Lodi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”a keçib. Transfer “Əl-Hilal”a 23 milyon avroya başa gəlib. 25 yaşlı sol cinah oyunçusu yeni komandası ilə 3,5 illik müqavilə bağlayıb. Qeyd edək ki, Renan Lodi bu mövsüm “Marsel”in heyətində bütün turnirlərdə 23 oyun keçirib. | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında inşa edilən bəzi binalardakı mənzillərə çıxarış verilməyə bilər. Həmin binaların istismara qəbul edilməməsinin səbəbi təhlükəsizliklə bağlıdır. Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, çıxarışların verilməməsinin əsas səbəbi binaların tikintisi zamanı alınan icazələrlə bağlıdır. | publikaz_normalized |
Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. O, Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi xüsusi diqqəti qonaqların nəzərinə çatdırıb. V.Mustafayev dövlətlə... | publikaz_normalized |
Kürdəmirdə “Qırmızı kitab”a düşmüş bəzgək quşu ovlayan şəxs saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən bəzgək quşu götürülüb. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində ... | publikaz_normalized |
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda ölənlərin adları açıqlanıb. Həmin şəxslər aşağıdakılardır: Abbasova Solmaz Paşabəy qızı (1983)" "2. Atakişiyev Aydın Mirzəmahmud oğlu (1964)" "3. Cəfərov Zaur Qulu oğlu (1980)" "4. Dadaşova Ülviyyə Hümbət qızı (1969)" "5. Məmmədov ... | publikaz_normalized |
Rusiya Dövlət Duması Azərbaycana növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün nümayəndə heyəti göndərəcək. Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də baş tutacaq. | publikaz_normalized |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 18-də Xorvatiyaya rəsmi səfər edəcək. Bildirilib ki, o, həmkarı Qordan Qrliç-Radman və digər rəsmi şəxslərlə görüşəcək. | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. -Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;" "-Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;" "-Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov kü... | publikaz_normalized |
Əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni tələblər müəyyən edilib. Məlumata görə, Miqrasiya Məcəlləsində edilən müvafiq dəyişikliklərdən irəli gələrək Azərbaycan İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 16 yanvar tarixində hüquqi... | publikaz_normalized |
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefonla danışıb. O, bildirib ki, "Ceyş əl-Ədl" kimi tanınan hərəkat hər iki ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərən terror qruplaşmasıdır: “İranın təhlükəsizliyi Pakistandan olan bu iranlı terror qruplaşması tərəfind... | publikaz_normalized |
Rusiyanın əməkdar artisti Aleksandr Vontov 74 yaşında dünyasını dəyişib. Qeyd edək ki, sənətçi 2000-ci illərdə filmlərdə fəal və köməkçi rolları oynamağa başlayıb. Ən diqqətçəkən əsərlər arasında “Puşkin: Öyrənilməmiş dərslər”, “Şef” layihələri var. Onun son film işləri arasında “Zoya” filmindəki İosif Stalinin rolu ol... | publikaz_normalized |
Bakıda qızın ögəy atası və xalasının əri tərəfindən zorakılığa məruz qalması ilə bağlı açıqlama verilib. “Polis orqanında təhqiqat araşdırması aparılır. Tərəfimizdən zəruri tədbirlər görülür”. X X X" "Bakıda qız xalasının əri və ögey atası tərəfindən zorakılığa məruz qalıb. Yeniyetmə ögey atası və xalasının ərinin ona ... | publikaz_normalized |
Çərşənbə günü Almaniyanın Münhen hava limanında gömrük nəzarətindən keçərkən bahalı saata görə saxlanılıb. "“Arnold Şvartsenegger hazırda Münhen hava limanında həbsdədir”, - nəşr yazıb. "Onun Avstriyada keçiriləcək Dünya İqlim Sammitinə getmək üçün Münhenə uçduğu bildirilir. O, İsveçrənin “Audemars Piguet” şirkətinin d... | publikaz_normalized |
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bir neçə istiqamətdə əməliyyat tədbirləri keçiriblər. Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının Zazalı Dəmiryol Stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu si... | publikaz_normalized |
2023-cü ilin payız mövsümündə aparılan son sayğı prosesinə görə, Azərbaycanda 7 889 baş ceyran var. Məlumata görə, ölkə ərazisində ceyran populyasiyasının ən geniş yayıldığı ərazi Şirvan Milli Parkıdır. Sözügedən parkda isə 6 732 baş ceyran qeydə alınıb. | publikaz_normalized |
Təcavüzkar":"Ərəb Dövlətləri Liqası (LAS) İranın, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbil şəhərinə endirdiyi zərbələrlə bağlı verdiyi izahatları qənaətbəxş hesab etmir. Təşkilat yekun qətnaməsində “bu insident və onun nəticələrinə görə tam məsuliyyəti” Tehranın üzərinə qoyub və belə hərəkətləri “bir daha tə... | publikaz_normalized |
Trampın daha bir rəqibi seçki mübarizəsindən çəkildi":"Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson prezidentlik kampaniyasından çəkildiyini elan edib. Prinsipial və təcrübəli bir respublikaçı olaraq, favorit haqqında həqiqəti söyləmək mövqeyim Ayovada işə yaramadı" deyən Hatçinson, kampaniyası zamanı partiyanı "... | publikaz_normalized |
Bakıda mağazadan oğurluq edilib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Ötən ilin oktyabrından bəri Qəzzada hərbi əməliyyatlar nəticəsində həlak olan sakinlərin sayı artıb. Bildirilib ki, son 24 saatda 163 nəfər həyatını itirib, 305 nəfər xəsarət alıb. Bununla da indiyədək ölənlərin sayı 24 min 448 nəfərə çatıb. 61 min 504 nəfərdən çox insanın isə yaralandığı qeyd olunub. Açıqlamada, hələ ... | publikaz_normalized |
Olimpiadadan imtina etdilər":"Meksika 2036-cı il Olimpiadasına ev sahibliyi etmək iddiasını geri götürüb. Meksikanın 2036 və ya 2040-cı il Oyunlarına ev sahibliyi etmək niyyəti 2022-ci ilin oktyabrında məlum olub. Meksika indi 2030-cu il Gənclər Olimpiadasına və ya 2027-ci ildə Panamerika Oyunlarına ev sahibliyi etməyə... | publikaz_normalized |
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı onun xahişi əsasında qəbul edib. Qeyd olunub ki, söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyət ətraflı müzakirə olunub. | publikaz_normalized |
Ermənistanın öz ordusunun məğlubedilməzliyi barədə uydurduğu miflər 44 günlük müharibədən sonra alt-üst olub. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti videomaterialda bildirilib. Müəlliflərin fikrincə, öncəki mifləri darmadağın edilən ermənilər yeni, daha fantastik “nağıllar” uydurmağa başlayıblar. ... | publikaz_normalized |
Almaniyanın mərkəzi, qərbi və cənub-qərbində güclü qar yağması və həddindən artıq buzlanma səbəbindən bəzi uçuşlar həyata keçirilə bilməyib və magistral yollarda çoxlu qəzalar baş verib. Bildirilib ki, günorta saatlarından başlayaraq xüsusilə, ölkənin mərkəz və cənubunda güclü qar yağacağı və həddindən artıq buzlanma g... | publikaz_normalized |
Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya uğrayıb. Belə ki, 77 YD 546 nömrə nişanlı "Mitsubişi" markalı avtomobilin sürücüsü kənd ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Avtomobildə olan sürücü və sərnişin kə... | publikaz_normalized |
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Hüseynəli Cavidanfər Pakistanla sərhədə yaxın ərazidə silahlıların hücumu nəticəsində həlak olub. Məlumata görə, polkovnik silahlılar tərəfindən güllələnib. İRNA həmçinin bildirib ki, hücumu törədənlərin müəyyən edilməsi üçün tədbirlər görülür. | publikaz_normalized |
Kardioloqlar ürəyində problem olan insanlara bir növ balığı qadağan edib. “Ürək-damar, təzyiq xəstəliyi olanların rasionunda duzlu balıq olmamalıdır. Onda natrium normadan 10 dəfə çoxdur, bu da təzyiqi qaldırır, ödəm yaradır. Daha bir balıq yeməyi – bitki yağında qızardılmış balıq ürəyə neqativ təsir edir. Ayrılıqda ba... | publikaz_normalized |
Baş və boyunda bədxassəli şişlərin öyrənilməsində ixtisaslaşan onkoloq Maykl Honun fikrincə, ağız boşluğunun selikli qişasının rənginin dəyişməsi və şişməsi, xoraların əmələ gəlməsi, xroniki öskürək və dişlərin laxlaması xərçəngin inkişafının əlamətləri ola bilər. Onlar badamcıqlarda, dilin kökündə, yumşaq damaqda və b... | publikaz_normalized |
Bir müddətdir ki, fərdi repititorluq qiymətlərində artım müşahidə olunur. Repetitorların sözlərinə görə əvvəlki dövrlə müqayisədə bu xidmət 30 faiz bahalaşıb. Qarşıdakı dövrdə isə qiymətlər necə olacaq? Mövzu ilə bağlı videomaterialı təqdim edirik: | publikaz_normalized |
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşündə iki ölkənin parlamentləri arasındakı əlaqələr müzakirə olunub. “Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu ziyarət etdik. Görüşdə Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələ... | publikaz_normalized |
ABŞ dövlət katibi Antoni Blinken təyyarənin xarab olması səbəbindən İsveçrədən ABŞ-a gec qayıdıb. Təyyarədə oksigen sızması aşkar edilib və onu aradan qaldırmaq mümkün olmayıb. Ehtiyat uçuşun tutumu az olduğu üçün bir çox amerikalı diplomatlar və mətbuat işçiləri ticarət uçuşları ilə ABŞ-a qayıtmaq məcburiyyətində qalı... | publikaz_normalized |
10 min istədilər":"Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb. Aygün Kazımova, bunu oxuyursansa, 10.000 avro Bitkoin üçün mənə teleqramda yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram". Qeyd edək ki, son bir neçə gündə idmançı Pərvi... | publikaz_normalized |
neft erası bitir…":"2023-cü ilin yekunları göstərir ki, əsas makro-iqtisadi göstəricilərdə artımlar məhz qeyri-neft sektoru hesabına baş verib. ÜDM-də qeydə alınan 1.1 faiz artım da enerjidən kənar sektorlar hesabına reallaşıb. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sekt... | publikaz_normalized |
2023-cü il üzrə dünyanın ən yaxşı qida məkanlarının adları məlum olub. Nəticələrə əsasən, Bakı şəhəri dünya miqyasında qida məkanları siyahısında 13-cü yeri tutub. Qeyd edək ki, siyahı sayt istifadəçilərinin rəy və fikirlərinə əsaslanır və minlərlə şəhərin arasından qida məhsullarının əlçatanlığına görə 25 şəhər “Best ... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb. İngilisin nəyinə lazımdır ki, Aygün Kazımovanın səhifəsini oğurlasın və xaricdən öz şəkillərini, videolarını qoysun. Mənə çatmayan budur, inandırıcı deyil. Mənə elə gəlir ki, kiminsə əli ilə olan bir işdir. Necə ... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasının dekabr ayında keçirilən oyunları zamanı vurulan qollar arasında “Ayın qolu” nominasiyasının qalibi “Araz-Naxçıvan”ın üzvü Turan Manafov olub. Xatırladaq ki, Turan Manafov avqust ayında keçirilən səsvermənin də qalibi olmuşdu. Onun “Sumqayıt”la matçda cərimə zərbəsindən vurduğu qol “Ayın qol... | publikaz_normalized |
İran Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. O bildirib ki, Pakistan ərazisinə zərbələr oradakı iranlı terrorçuların hədəf alınması zamanı baş verib. XİN başçısının sözlərinə görə, bu addımlar Pakistanın və bütün regionun təhlükəsizliyinin maraqlarına cavab verib. “Biz milli təhlükəsizliyimizin təhlü... | publikaz_normalized |
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təqdimatında rəsmi şəkildə açıqlandı ki, Xırdalana metro xətti çəkilməyəcək. Qeyd olunub ki, artıq istifadəyə verilən “Xocəsən” stansiyası Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Həm də Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası ü... | publikaz_normalized |
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. 00:58" "Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədb... | publikaz_normalized |
Ötən gün Bakı şəhərinin Baş planının təqdimatı olub. Kadrlarda 2040-cı ilə qədər şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, şəhərin memarlıq siması, tarixi irsə qayğı, yeni şəhər iqtisadiyyatının qurulması mərhələləri öz əksini tapıb. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Füzuli şəhərində işğaldan azad olunandan sonra ilk toy məclisi baş tutub. Belə ki, kadrlarda “Vağzalı” sədalarının müşaiəti ilə toy karvanını görmək mümkündür. Həmin görüntüləri təqdim edirik: " "Your browser doesn't support video. | publikaz_normalized |
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. | publikaz_normalized |
Emosiyalarınıza hakim olun":"Narahat olmayın, situasiyadan çəkinməyin. İşlərdə və şəxsi münasibətlərdə daha praktik olun. Günün ikinci yarısında özünüzü sentimental hiss edə bilərsiniz. Ötənlərdəki hadisələrdən biri ilə bağlı hissləriniz təlatümə gələcək. Yaşamınızın bəzi məqamlarına yenidən nəzər salın. Buğa - Sərt və... | publikaz_normalized |
Filippin sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 300 mindən çox insanın yaşadığı Butuan şəhərindən 109 kilometr cənub-şərqdə olub. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi ilə bağlı məlumat verilməyib. | publikaz_normalized |
Qəzza zolağının Səhiyyə Nazirliyi İsrail-HƏMAS münaqişəsi nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı bölgələrdə sıxlıq və gigiyena şəraitinin pis olması səbəbindən Hepatit A virusunun yayıldığını açıqlayıb. Nazirlikdən verilən ikinci açıqlamada isə lazımi materialların əldə oluna bilməməsi səbəbindən CBC (tam... | publikaz_normalized |
Türkiyə Kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir. Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) II Liqa təmsilçisi növbəti raunda yüksəlib. “Adana Demirspor” isə kubokda mübarizəni dayandırıb. Şahruddin Məhəmmədəliyev bu oyunda iştirak ... | publikaz_normalized |
Böyük Britaniya kralı III Çarlz gələn həftə xəstəxanaya yerləşdiriləcək. Bukingem Sarayından bildirilib ki, Çarlz prostat vəzinin böyüməsi ilə bağlı müalicə alacaq. 75 yaşlı kral daha sonra gücünü bərpa etmək üçün müvəqqəti olaraq ictimaiyyət qarşısında çıxışlardan çəkinəcək. | publikaz_normalized |
Sumqayıtda təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Hadisənin baş vermə səbəbini hüquq-mühafizə orqanlarının istintaqından sonra bilinəcək", - sözçü qeyd edib. Sumqayıt şəhəri, 22-ci məhəllədə yer... | publikaz_normalized |
Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır. “FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub. Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar”, - naz... | publikaz_normalized |
Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib. 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub. 1981-ci i... | publikaz_normalized |
Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb. Yanvarın 20-də Bodrumda baş tutacaq oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək. | publikaz_normalized |
Keçmişdən indiyə qədər insanlar alternativ təbabətin nemətlərindən faydalanmaq istəyirlər. Bu bitkilərdən biri də reyhandır. Türkiyədə xüsusilə Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yeməklərdə geniş şəkildə istifadə edilən reyhan, sağlamlıq baxımından da çoxlu faydalara malikdir. Soyuq qış ayları ilə birlikdə xəstə... | publikaz_normalized |
Finlandiya və Rusiya sərhədində əlavə maneələr quraşdırıla bilər. Ola bilsin ki, qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almaq üçün şərq sərhədində əlavə müvəqqəti maneələr tikilsin", - materialda deyilir. Qeyd olunur ki, uzunluğu 1300 kilometrə yaxın olan bütün sərhəd boyu onları quraşdırmaq mümkün olmadığından yal... | publikaz_normalized |
Ötən gün yanğının baş verdiyi Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında 11 məcburi köçkün ailəsi məskunlaşıb. O qeyd edib ki, dünən axşam saat 22 radələrində binada işıqlar sönüb. Bir neçə dəqiqə sonra partlayış səsi eşidiilib. Bundan sonra yanğın başlayıb. S.Hüseynov bununla bağlı müvafiq qurumlara... | publikaz_normalized |
Çin özünün “Tienqon” (Tiangong) kosmik stansiyası üçün növbəti yük gəmisi olan “Tiencou-7”ni (Tianzhou-7) orbitə göndərib. Raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxtla yanvarın 17-də saat 22:27-də baş tutub. Yük gəmisi stansiyadakı astronavtlar üçün həyati əhəmiyyətli yükləri, habelə stansiya... | publikaz_normalized |
Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qə... | publikaz_normalized |
Futbol şərhçisi və jurnalist Konstantin Qeniç mərcdə nə qədər uduzduğunu açıqlayıb. Eyni zamanda, Qeniçin maksimum birdəfəlik uduşu təxminən 300 min rubl olub: Şərhlərdə qumarbaz olduğumu, hər şeyi itirdiyimi yazırlar. Belə olsaydı, nə maşın sürə, nə də çoxdan arzuladığım evi ala bilməzdim. Bəzi məqamlarda uduzmağım xo... | publikaz_normalized |
Milli Basketbol Assosiasiyasının “Nyu York Niks” klubunun sahibi Ceyms Dolan məhkəmə prosesində iştirak edib. Qadının sözlərinə görə, hadisə 2013-cü ildə Dolan rok qrupunun konsert turu zamanı masajçı işlədiyi zaman baş verib. Masaj seanslarından birində Dolan Kroftu intim münasibət qurmağa inandırmağa çalışıb. Daha so... | publikaz_normalized |
İlan boğazından çıxıb":"Aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramına qonaq olan müğənni Lətifə Soyuözə təəccüblənib. Dedilər ki, Lətifə gəlib, inanmadım. Qız elə bil ilan boğazından çıxıb. Cenifer Lopes sənin yanında istirahət edir". Lətifə isə ciddi pəhriz saxlayaraq, bu çəkiyə nail olduğunu deyib: 9 aya yaxındır ki,... | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkədəki səhifəsində qocalar evinin əvəzinə Ağ Evin olduğu iddia edilən ironik video yayımlayıb. Videoçarxda kadrarxası səslə deyilir ki, “Ağ qocalar evinin” sakinləri 24 saat peşəkar qulluq və evdə bişirilən ləzzətli yeməklərlə təmin olunurlar. | publikaz_normalized |
Daha 30 ailə Füzuli şəhərinə qayıdır - YENİLƏNDİ":"Azad olunan ərazilərə bu ilin ilk köçü başlayıb. Belə ki, bu gün daha 30 ailə (127 nəfər) Füzuliyə yola salınıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlü... | publikaz_normalized |
Hesabları bağlandı - FOTO":"“Fənərbağça”nın futbolçusu Ferdi Kadıoğlu və “Real Madrid”in üzvü Arda Gülərin “Instagram” hesablarına giriş bağlanıb. Məsələ ilə bağlı heç bir açıqlama verilməsə də, hesabların bağlanma səbəbi maraq doğurur. | publikaz_normalized |
Ölən və yaralananlar var":"Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 1981-ci il təvəllüdlü Vaqif Yarış oğlu Qəhrəmanovun idarə etdiyi "Grand Cherokee" markalı avtomobillə 1990-cı il təvəllüdlü Tural Nayib oğlu Rəhmanovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Opel"in sürücüsü, ha... | publikaz_normalized |
İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalant Qəzza zolağında hərbi əməliyyatların davam edəcəyini bildiriblər. Netanyahu İsrailin cənubundakı “Nevatim” Hərbi Hava Bazasına baş çəkib. Baş nazir bildirib ki, Qəzzada əməliyyatlar məqsədə çatana qədər davam edəcək. Heç kim bizi yanlış mühakimə etməm... | publikaz_normalized |
Sumqayıtda Rusiya Federasiyası vətəndaşının meyiti aşkarlanıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. | publikaz_normalized |
BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev 64 yaşında vəfat edib. “Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq! Allah rəhmət eləsin!”, - Ə.Hacıyev feysbuk hesabında yazıb. Qeyd edək ki, o, fakü... | publikaz_normalized |
Macarıstanın cənub-qərbindəki Kapoşvar şəhərindəki böyük quşçuluq fermasında insanlar üçün potensial təhlükəli quş qripi (H5N1) epidemiyası qeydə alınıb. İdarə müəssisədəki 39 min hindquşçunun hamısının məhv edilməli olduğunu vurğulayıb. Bütün quş populyasiyasının məhv edilməsi artıq başa çatıb. Qaydalara uyğun olaraq ... | publikaz_normalized |
Avropanı tərk edir?":"PSJ-nin hücumçusu Kilian Mbappe gələcəkdə Avropadan kənarda oynaya biləcəyinə işarə edib. Bir gün getmək növbəsi mənə də çatacaq. Mən bu dəyişikliklərdən narahat deyiləm. Mən sadəcə karyeram və öz yolum haqqında düşünürəm”, Mbappe GQ-ya müsahibəsində deyib. 25 yaşlı fransızın parislilərlə hazırkı ... | publikaz_normalized |
Belçika polisi bir kişinin evindən Şaqal və Pikassonun oğurlanmış rəsmlərini tapıb. Bu barədə “Reuters” məlumat yayıb. Pikassonun “Tete” və Şaqalın “Səcdədə olan adam” əsərləri 2010-cu ildə israilli kolleksiyaçıdan oğurlanıb. Rəsmlərin təxmini dəyəri 900 min dollardır. Yerli polis sənət əsərlərinin satışa çıxarıldığını... | publikaz_normalized |
Sumqayıtda 23 yaşlı ana və övladları itkin düşüb. Faktla bağlı polisə məlumat verilib. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.