text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq":"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb. “BAXCP ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş...
publikaz_normalized
İlham Əliyevə çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq":"Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı bəyanat yayıb. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkədə hökm sürən qalibiyyət ruhunun yeni ünvanı Azərbaycanda keçirilən Prezident seçkiləri oldu. 2024-cü ildə 78 ölkədə 83 se...
publikaz_normalized
Böyük Quruluş Partiyası bəyanat yayıb. “07.02.2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Böyük Quruluş Partiyası partiyanın sədri Fazil Mustafanın namizədliyi ilə təmsil olunub. Seçki öncəsi imzaların toplanması prosesinə aktiv şəkildə qatılan partiya fəalları MSK tərəfindən müəyyə...
publikaz_normalized
Almaniya kubokunun 1/4 finalında “Ştutqart”ı 3:2 hesabı ilə məğlub etməklə bu mövsüm “Bayer” Avropanın “top-5” liqasında məğlub olmayan yeganə komanda olaraq yoluna davam edib. Avropanın ən yaxşı 5 liqasında 2011/2012 mövsümündə Antonio Kontenin rəhbərlik etdiyi “Yuventus”dan sonra heç kim bunu bacarmayıb. Təkcə Almani...
publikaz_normalized
Yəmən üsyançılarının (husilər) Qırmızı dənizdə ticarət gəmilərinə hücumları nəticəsində Süveyş kanalı ilə daşınan yüklərin həcmi 42 faiz azalıb. Baş katib həmçinin qeyd edib ki, suyun səviyyəsi aşağı olduğundan kanaldan keçən yüklərin həcmi daha 36 faiz azalıb. Səbəbin münaqişə və ya iqlim olmasının fərqi yoxdur. beynə...
publikaz_normalized
Türkiyə Prezident Administrasiyasının sözçüsü Ömer Çelik Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə paylaşım edib. “Can Azərbaycanın bütün torpaqlarında, o cümlədən azad olunmuş ərazilərdə keçirilən seçkilərdə yenidən Prezident seçil...
publikaz_normalized
Ciddi uğurlara nail ola bilərsiniz":"Qoç - enerjili və aktiv olun. Rəqiblərinizi üstələyin, onları geridə qoyun. Bu gün səsləndirəcəyiniz ideyalar pis olmasa da, onların hələlik vaxtı çatmayıb. Ətrafınızdakılar sizi sadəcə, anlamaya bilərlər. Uğur əldə etmək üçün fəaliyyət azadlığı olmalıdır. Sərbəst fəaliyyətə nail ol...
publikaz_normalized
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərindəki qəti qələbə münasibəti ilə təbrik edirəm", - Pakistan Prezidenti vurğulayıb. A.Alvi iki ölkə arasındakı davamlı dostluq və əməkdaşlığı daha da gücləndirməyi ...
publikaz_normalized
İlham Əliyevi təbrik edir, vətənimizə xeyirli olsun deyirik":"Milli Cəbhə Partiyası seçkilərin ilkin nəticələrinə və “exit poll”arın nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi təbrik edib. “Vətən müharibəsində qalib gələrək Azərbaycanın ər...
publikaz_normalized
8, 9 il əvvəl kiməsə desəydilər ki, telefonun qarşısında təkbaşına oynayacaqsan buna gülüb keçərdilər. Lakin, hazırda internet istifadəçilərinin 80 faizə yaxını Tiktokdan istifadə edir. Onların da yarıdan çox telefonun qarşısına keçərək rəqs edir. Bu videoda yaxşı alınsa da, kənardan heç də normal görünmür. Belə ki, Ap...
publikaz_normalized
Antirekordla tarixə düşdü":"Ryan Arkidiakono dəhşətli statistikası ilə MBA tarixinə düşüb. 29 yaşlı basketbolçu bu mövsüm “Nyu York Niks”in heyətində 20 oyun keçirib və bütün oyunları bir xal da qazanmadan başa vurub. Arkidiakono meydanda təxminən 45 dəqiqə vaxt keçirib. O, mövsüm ərzində 20 matçda bir xal da qazana bi...
publikaz_normalized
Yeni dövrdə Türkiyə- Azərbaycan əlaqələrini “Şuşa Bəyannaməsi” prinsipləri əsasında daha da inkişaf etdirmək və gücləndirmək üçün bütün gücümüzlə çalışacağıq. O, növbədənkənar prezident seçkilərində qalib gəlməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edib: “Qardaş Azərbaycan xalqının seçimi və iradəsi ilə be...
publikaz_normalized
Prezident İlham Əliyevə uğurlar arzulayıram":"Qələbə münasibətilə İlham Əliyevi ürəkdən təbrik edir və Prezidentə Azərbaycanın qüvvətlənməsi, insanlarımızın rifahının daha da yaxşılaşdırılması üçün atacağı bütün addımlarda uğurlar arzulayırıq. “Suveren Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericili...
publikaz_normalized
Prezident seçkilərinin nəticəsinin qardaş Azərbaycan xalqı və bölgə üçün xeyirli olmasını arzu edirəm. “Can Azərbaycanda bu gün (dünən-red) keçirilən prezident seçkilərində Azərbaycan xalqının dəstəyi ilə yenidən prezident seçilən cənab İlham Əliyevi təbrik edirəm. Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı i...
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi informasiya bombasına çevriləcək. Onun sözlərinə görə, Amerika hakimiyyəti Karlsonun ABŞ-a qayıtmasından sonra ona heç nə edə bilməyəcək. Kremlin məlumatına görə, Rusiya prezidenti artıq amerikalı jurnalistə müsahibə verib. The Wall Stree...
publikaz_normalized
Böyük Britaniya və ABŞ-ın silahlı qüvvələri Yəməndəki “Ənsərullah” hərəkatının husi üsyançılarının obyektlərinə növbəti zərbə endirib. Bildirilib ki, Yəmənin Hodeyda vilayətinin Ras-İsa limanının ərazisinə iki dəfə zərbə endirilib.(Axar.az)
publikaz_normalized
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Azərbaycan Respublikasında prezident seçkilərinin uğurla keçirilməsi və Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimi çatdırıram. Azərbaycan Respubl...
publikaz_normalized
Bolqarıstanda Ruse şəhəri yaxınlığındakı Dunay körpüsü bağlanıb. Fermerlər binanın yanındakı qovşağın üzərinə bir ton yarım süd töküblər. Ölkədə kənd təsərrüfatı sektorunun daha səriştəli idarə edilməsi və sənayeyə əlavə vəsait ayrılması tələbi ilə fermerlərin etirazları ikinci gündür davam edir. Bundan əlavə, kənd təs...
publikaz_normalized
Vestminster Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, səhər tezdən qalxmamaq və gec yatmamaq günün ritmini duymaq üçün orqanizm üçün ən rahat sayıla bilər. Alimlər qeyd ediblər ki, 5:22 ilə 7:21 arasında oyananlar daha çox stresdən əziyyət çəkirlər. Daha uzun və daha çox yatmaq lazımdır. Ancaq ən yaxşısı...
publikaz_normalized
“Dinamo” (Zaqreb) Konfrans Liqasının pley-off mərhələsində “Betis”ə qarşı keçirəcəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Onların arasında Azərbaycan millisinin üzvü Mahir Emreli də var. Lakin 26 yaşlı hücumçunun zədə səbəbindən “Betis”ə qarşı oyunları buraxacağı gözlənilir. “Dinamo” “Betis”lə ilk matçını fevral...
publikaz_normalized
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Azərbaycan Sizin rəhbə...
publikaz_normalized
Mülk alanda Nazənin xanımdan 3 min dollar (5 100 manat) borc aldım". Müğənni çətinliyə düşəndə həmkarlarından yalnız Nazənin Salayevaya müraciət etdiyini bildirib: 20 günlük almışdım borcu, bir həftənin tamamında qaytardım. Sənət cameəsindən heç kimə borc verməmişəm. Bir dəfə olub ki, borca pul verdim, geri istəmədim".
publikaz_normalized
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Belarus mətbuatında geniş işıqlandırılıb. Məlumatlarda seçkinin ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi xüsusi vurğulanıb. Həmçinin səsvermənin yekunu, “exit-poll”un nəticələri, Prezident İlham Əliyevin yenidən böyük səs çoxluğu ilə qəl...
publikaz_normalized
Fevralın 14-də NATO-nun Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclası keçiriləcək. Ukrayna ilə bağlı görüşün detalları barədə məlumat verilməyib.
publikaz_normalized
Rusiya hakimiyyəti Şimali Koreyanın Rusiya banklarından birində dondurulmuş aktivlərinin bir hissəsini blokdan çıxarıb və KXDR-ə beynəlxalq bank sisteminə çıxış əldə etməyə kömək edib. Bu barədə “The New York Times” ABŞ-ın müttəfiqlərinin kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb. Kəşfiyyat rəsmiləri ...
publikaz_normalized
Manqurt kütlə formalaşacaq, ağzında fastfud, əlində telefon":"“Uşaqların bədənini zibil məhsullar, beynini telefon zədələyir. Sonra da psixoloqlarda seanslar, həkimlərdə gəzmək, dərmanlar...”. O, valideynlərə çağırış edərək övladlarını zərərli qidalardan uzaq tutmağa çağırıb: “Bilsəm ki, həqiqətən valideynlər etdiyini ...
publikaz_normalized
Bu dəfə də baş məşqçisi ilə":"Futbolçu bu qərarı bəyənməyib. O, qəzəbini gizlətməyib və məşqi tərk edib. Mənbənin sözlərinə görə, Qallardo, bir müddət əvvəl komandaya qayıtmaq istəməyən və başqa kluba buraxılmasını xahiş edən Benzemadan elə komanda yoldaşları qarşısında üzrxahlıq gözləyir. Qeyd edək ki, Benzema 2023-cü...
publikaz_normalized
Facebook" və "Instagram" süni intellekt (AI) istifadə edilərək yaradılan fotorealistik görüntüləri etiketləyəcək. Şirkət bu qərarı seçki mövsümü öncəsi prezidentliyə namizədlərin seçicilərə təsir etmək üçün dipfeyklərdən istifadə etməsi ilə bağlı narahatlıqlar fonunda qəbul edib.
publikaz_normalized
Çin ABŞ-ın haker hücumlarını dəstəklədiyinə dair ittihamlarını rədd edir. Biz Çinə qarşı istənilən əsassız böhtan və ittihamlara qarşıyıq. Çin kiberhücumların əsas qurbanıdır. Biz haker hücumlarının bütün formalarına qarşı qəti mövqe nümayiş etdiririk və onlarla mübarizə aparmaq üçün qanuni üsullardan istifadə edirik. ...
publikaz_normalized
İsrail və Ukraynaya yardım göstərmək, həmçinin ABŞ-ın cənub sərhədində nəzarəti gücləndirmək üçün kompromis qanun layihəsi ABŞ Senatında keçirilən ilk prosessual səsvermədən keçə bilməyib. Qanun layihəsində Ukraynaya 60,06 milyard dollar, İsrailə 14,1 milyard dollar ayrılması nəzərdə tutulurdu. Sərhəd təhlükəsizliyinin...
publikaz_normalized
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Türkiyə mediasında geniş işıqlandırılıb. Məqalədə bildirilib ki, Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda təxminən 30 ildən sonra ilk dəfə seçki məntəqələri yaradıb. Qarabağın mədəniyyət paytaxtı” Şuşa, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağda...
publikaz_normalized
19 iyul 2024-cü il tarixində Cənubi Koreyada kriptovalyuta dələduzlarını ömürlük həbsə qədər cinayət cəzası gözləyəcək qanun qüvvəyə minəcək. FSC-nin saytında qeyd olunan məlumata görə, kriptovalyuta qanununun (keçən ilin yayında qəbul edilib) pozulması ən azı bir il həbs və ya qanunsuz qazancın 3-5 misli məbləğində cə...
publikaz_normalized
Hindistan yaxın illərdə neftə tələbat artımında liderlik edəcək. Enerji keçidi sürət qazandıqca və Çin iqtisadiyyatı daha az enerji tutumlu fazaya keçdikcə, Hindistan bu onillikdə neftə tələbat artımına dünyanın ən böyük töhfə verən ölkəsi kimi çıxış edəcək. 2023-2030-cu illər proqnoz dövründə Hindistan qlobal neft təl...
publikaz_normalized
Nə baş məşqçi olacaq, nə də…":"İntizam komitəsi “Real Sosyedad”la matçda qırmızı vərəqə alaraq iki oyunluq cəza alan “Jirona”nın baş məşqçisi Mişelin cəzasını qüvvədə saxlayıb. Bundan başqa, klub eyni matçda sarı vərəqə alan oyunçular Deyli Blind və Yanqel Herreranın diskvalifikasiyasına etiraz edə bilməyib. Qeyd edək ...
publikaz_normalized
Azərbaycan İlham Əliyevi Prezident seçdi":"Fevralın 7-də səhər saatlarında Elmlər Akademiyasının binasındakı seçki məntəqəsində sıxlıq müşahidə olunmayıb. Səsvermə birinci mərtəbədəki zalda, əsas pilləkənin qarşısında keçirilib. Girişin solunda seçki komissiyası, sağda qırmızı pərdələr arxasında bülletenlərin doldurulm...
publikaz_normalized
Çeçenistanın rəhbəri Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Hörmətli İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Azərbaycan vətəndaşlarının bu cür dəstəyi İlham Heydər oğlunun...
publikaz_normalized
ABŞ-ın “Associated Press” (AP) xəbər agentliyinin saytında bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinə həsr olunmuş məqalə dərc olunub. “Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir və çox güman ki, hazırkı prezident İlham Əliyev hökuməti əvvəllər erməni separatçılarının nəzarətində...
publikaz_normalized
Seçki bülletenlərinin 93,3 faizi sayılıb. Hazırkı nəticəyə görə, İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir. Digər namizədlərin səs faizi isə belədir: Qüdrət Həsənquliyev 1,76 faiz" "Zahid Oruc 2,19 faiz" "Fazil Mustafa 2 faiz" "Elşad Musayev 0,67 faiz" "Razi Nuru...
publikaz_normalized
Ekvadorda evtanaziya qanuniləşdirilir. Bildirilib ki, qərar üç ildir sklerozdan əziyyət çəkən 42 yaşlı Paola Roldanın ərizəsindən sonra verilib. Bu müddət ərzində isə o, süni tənəffüs aparatına qoşulub. Artıq ölkənin Səhiyyə Nazirliyinə evtanaziya ilə bağlı qaydaların hazırlaması tapşırılıb.(Qafqazinfo.az)
publikaz_normalized
Xüsusi prokuror Robert Hyor ABŞ Prezidenti Cozef Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı araşdırmasını başa çatdırıb. “Sizə məlumat verirəm ki, xüsusi prokuror Robert Hyor araşdırmasını başa çatdırıb”, - məktubda qeyd edilir. “Mən qanunun və Departamentin siyasətinin tələblərinə uyğun olaraq, xüsusi prokuro...
publikaz_normalized
Cümə axşamı Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası), eləcə də Pəncab, Sind, Bəlucistan və Xayber Paxtunxva əyalətlərinin qanunverici orqanlarına seçkilər keçiriləcək. 160-a yaxın partiya və birlik qeydiyyatdan keçib. Milli Məclisin əvvəlki tərkibi vaxtından əvvəl buraxıldığından, respublika konstitus...
publikaz_normalized
Ötən ilin oktyabrdan indiyə kimi Qəzza zolağında təxminən 3 min ev yandırılıb. Bildirilib ki, bununla da bölgəyə on milyonlarla dollar ziyan dəyib. Hökumətin verdiyi bəyanatda Fələstin xalqına qarşı törədilən bütün cinayətlərə görə İsrail və beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığı qeyd olunub.(Qafqazinfo.az)
publikaz_normalized
Müğənni Şəbnəm Tovuzlu idmana başlayıb. Kamil Zeynallının fitnes zalından paylaşım edən ifaçı idmana başladığını bildirib. O, müəlliminə hər gün idmana gələcəyinə söz verib. Kamil Zeynallı isə Şəbnəm Tovuzlunu 15 gün müşahidə edəcəyini, idmana gələcəyi təqdirdə çəkib, sosial media hesabında paylaşacağını bildirib. Qeyd...
publikaz_normalized
“Çelsi” İngiltərə Federasiya Kubokunun 1/16 final mərhələsində cavab oyununa çıxıb. Matç “Çelsi”nin qələbəsiylə başa çatıb – 3:1. London klubunun qollarını Konnor Qallager, Nikolas Cekson və Enso Fernandes vurub.
publikaz_normalized
Bu gün UEFA Millətlər Liqasının 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Milli komandamız C Liqasında mübarizə aparacaq. Yığmamız Kosovo, Bolqarıstan və Farer adaları ilə birlikdə ikinci səbətdə yer alıb. Komandamız sözügedən millilərlə yanaşı. 1-ci səbətdə yer alan Ermənistanla eyni qrupda yer ala bi...
publikaz_normalized
Müstəqil Fələstin dövlətinin...":"ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşündə uzunmüddətli sülhə nail olmaq üçün əsas element kimi İsraillə münaqişənin iki dövlət əsasında həllinin vacibliyini qeyd edib. O qeyd edib ki, Vaşinqton Qəzza zolağının mülki ...
publikaz_normalized
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu münasibətlə ən xoş arzularımı qəbul edin. Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilmə...
publikaz_normalized
Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində səs verən məhkum Əfsanə Cəfərova ilk dəfədir ki, seçkilərdə iştirak edib. İki il 11 ay həbs cəzası almışam, uşaqlarıma anam baxır. İlk dəfədir cəzaçəkmə müəssisəsində səs verirəm. İnandığım namizədə səs verdim. Azərbaycan üçün bu gün hər kəs səs vermə ...
publikaz_normalized
Hər şey bitib, Azərbaycan hər birimizə nəzarət edəcək":"Güzəşt siyasəti ona gətirib çıxarıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlər üfüqidən şaquliyə çevrilir. Konstitusiya islahatına hazırlıq bizi o yerə gətirib çıxarıb ki, daha pis heç nə gözləmək olmaz, çünki bundan sonra hər şey bitəcək. Azərbaycan hər bi...
publikaz_normalized
Prezident seçkiləri azad və şəffaf keçirildi":"Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab edir. 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan Ümid Partiyası Mərkəzi Aparat və Yerli Təş...
publikaz_normalized
Fevralın 7-də Kürdəmir rayonunda növbədənkənar prezident seçkilərində səs vermək üçün gələn vətəndaş məntəqədə ölüb. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
publikaz_normalized
Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 10 nəfər sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlə...
publikaz_normalized
100-ə çatdı":"Amerikanın Qərbi Virciniya ştatının sakini Zan Uayt 100 illik yubileyini “McDonald's” restoranında qeyd edib. Həmin şəxs 1924-cü ildə anadan olub və İkinci Dünya Müharibəsi illərində orduda xidmət edib, radarların təmiri ilə məşğul olub. Təqaüdə çıxanda, adı "Restoranda nahar edən pensiyaçılar" ifadəsini ...
publikaz_normalized
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib. “Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humani...
publikaz_normalized
Ağır şəraitdə işləyirik":"Fransada təqaüd yaşını tədricən 64-ə qaldıran islahatlara reaksiya olaraq liman işçiləri tətilə çıxıblar. Təqaüd yaşını 62-dən 64-ə qədər artıran islahatlara etiraz edən liman işçilərinin tətili səbəbindən limanlarda fəaliyyət dayandırılıb. Tətilçilər Havr limanının bütün girişlərini bağlayıb,...
publikaz_normalized
Şahzadə "Playboy" üçün çılpaq şəkillər çəkdirdi - FOTO":"Kral ailəsinin nümayəndəsi "Playboy" üçün soyunub. 37 yaşlı Xenia bildirib ki, ulu babası Saksoniyanın kralı olub. Qeyd edək ki, Saksoniya, rəsmi olaraq Azad Saksoniya əyaləti Almaniyanın dənizə çıxışı olmayan, Brandenburq, Saksoniya-Anhalt, Türingiya, Bavariya ə...
publikaz_normalized
Məşhur amerikalı porno aktrisa Emili Uillis narkotik maddənin həddindən artıq dozası şübhəsi ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, hazırda reanimasiya şöbəsindədir, həkimlər onun vəziyyətini ağır qiymətləndirir və proqnoz vermirlər. Bildirilir ki, Uillis Malibuda bir çox ulduzun müxtəlif asılılıqlardan müal...
publikaz_normalized
Paris Universitetinin (Fransa) tədqiqatçısı Valeri Laininin rəhbərlik etdiyi bir qrup avropalı və çinli astronom Saturnun ən yaxın peyki olan Mimasın buzlu səthinin altında 20-30 km dərinlikdə buzaltı okeanın olduğuna dair sübut tapıb. Alimlər 2004-cü ildən 2017-ci ilə qədər Cassini planetlərarası stansiyası tərəfindən...
publikaz_normalized
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Zirə" səfərdə qalib gəldiyi "Səbail"i bu dəfə evdə sınağa çəkəcək. Qarabağ" isə ilk oyunda darmadağın etdiyi "Sabah"ı qəbul edəcək. Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək. Azərbaycan kuboku,...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. 2023-cü il fevral 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0556 manat təşkil edib. Rusiya rublu 0.0187 manata kimi ucuzlaşıb, Avro isə 1.8323 manata kimi bahalaşıb.
publikaz_normalized
İnter Mayami"nin hücumçusu Lionel Messi məşhur Çin sosial şəbəkəsi "Weibo"da çin və ispan dillərində böyük yazı dərc edib. “Çin və Honkonqdakı bütün azarkeşlərə və dostlara salam. Mətbuat konfransında dediyim kimi, qasıq nahiyəsindən zədə aldığım üçün Honkonqda yoldaşlıq görüşündə oynaya bilmədim. Zədəm inkişaf etmişdi...
publikaz_normalized
Serbiyadakı ukraynalılar Putini dəstəkləyirlər, ruslar isə...":"Serbiyada yaşayan ukraynalıların əksəriyyəti Rusiya lideri Vladimir Putini dəstəkləyir. Serbiyada ruslar çox deyil, lakin maraqlıdır ki, Serbiyadakı bu ruslar əsasən prezident Putinə qarşı yönəliblər. Maraqlıdır ki, Serbiyada olan ukraynalılar əsasən rusdi...
publikaz_normalized
Bəyanat yayacaq":"Fransa prezidenti Emanuel Makron və hökuməti Avropa Superliqasının yaradılması ilə bağlı açıq bəyanatla çıxış etməyə hazırlaşır. Ölkənin yüksək vəzifəli şəxsləri yeni turnirin yaranmasına qarşı çıxacaqlar. Almaniya və İtaliya da oxşar bəyanatla çıxış edə bilər. Xatırladaq ki, Avropa Məhkəməsi FİFA və ...
publikaz_normalized
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,6 ABŞ dolları, yaxud 0,72 % artaraq 84,41 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 79,53 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta ...
publikaz_normalized
İsveç İmmiqrasiya Məhkəməsi Qurani-Kərimi yandıran şəxslə bağlı qərar verib. Bu qərardan razı qalmayan Salvan Momika apellyasiya məhkəməsinə müraciət edib. Məhkəmə Momikanın yaşayış icazəsi ilə bağlı yalan məlumat verdiyini müəyyən edərək deportasiya qərarını dəstəkləyib. İmmiqrasiya Məhkəməsinin təsdiq etdiyi qərarla ...
publikaz_normalized
“Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinin döyüş hazırlığı planı”na əsasən keçirilən dərs və məşğələlərdə qoşunların müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılaraq cəmlə...
publikaz_normalized
Seçki yüksək səviyyədə təşkil olunmuşdu":"Azərbaycanda keçirilən Prezident seçkilərini izləyən ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti müşahidələrin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, seçicilərə hansısa müdaxilə və təzyiq olmayıb: Səsvermə prosesi qanunvericiliyə uyğun aparılıb və texniki cəhət...
publikaz_normalized
Fevralın 6-da və 7-də Xankəndidə 3 silah götürülüb. Bildirilib ki, həmçinin 3 ədəd qumbara, 1 ədəd alışdırıcı, 39 ədəd patron darağı, 1576 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
publikaz_normalized
Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qazaxıstanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar a...
publikaz_normalized
Apardığımız müşahidələr seçkilərin demokratik, azad və şəffaf mühitdə keçirildiyini deməyə əsas verir. Bu, Azərbaycan xalqının demokratiya bayramıdır. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycan şəffaf seçki nümunəsi sərgiləyib. Müşahidə apardığımız məntəqələrdə seçki prosesinin yüksək səviyyədə təşkil edildiy...
publikaz_normalized
İstirahət, yoxsa "Barselona"?":"Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsüm başa çatdıqdan dərhal sonra "Barselona"ya rəhbərlik etməyəcək. Klopp istirahət etmək fikrindədir. Alman mütəxəssisin qərarı qətidir. O, klub prezidenti Xuan Laportanın böyük marağına baxmayaraq, "Barsa" ilə danışıqlar aparmayacaq. Qeyd edək ki...
publikaz_normalized
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Pakistan 2013-2021-ci illərdə bir çox tədbirlərdə iştirak etmişdi. Seçki ilə bağlı fikirlərim çox müsbətdir. Hesab edirəm ki, bu seçkilər Azərbaycanın daha çox davamlı ...
publikaz_normalized
Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib. İttihama əsasən, o, metronun "Əhmədli" stansiyasının yaxınlığında - Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə və söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib. Barəsində Xətai RPİ-nin 34-cü Polis Şöbəsində İnziba...
publikaz_normalized
Türkiyə bəyan edəcək ki...":"Türkiyə Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı Ukrayna lideri Vladimir Zelenski ilə görüş təşkil etməyə hazır olduğunu bəyan edəcək. “Səfər zamanı Ankaranın atəşkəs və insan itkilərini təmin etmək üçün liderlərin görüşünü təşkil etməyə hazır olduğu vurğulanacaq”, - agentliyin mənb...
publikaz_normalized
ABŞ “dişsiz canavar”dır, supergüc olduğu dövr geridə qaldı":"KXDR Xarici İşlər Nazirliyinin Yapon İşləri İnstitutunun tədqiqatçısı Kim Sol Hva bildirib ki, ABŞ-ın dünyada yeganə supergüc olduğu dövr əbədi olaraq geridə qalıb və indi Vaşinqton “dişsiz canavar”dır. “İkinci Soyuq Müharibə strukturunda gündən-günə zəifləyə...
publikaz_normalized
Düşünürük ki, seçkilər...":"Yeni Zaman Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Qeyd edilib ki, seçki öncəsi prosesi də diqqətlə izləyən Yeni Zaman Partiyası seçki iştirakçıları - seçicilər, namizədlər, müşahidəçilər, məşvərətçilər üçün qanunvericiliyin tələblərinə u...
publikaz_normalized
Fevralın 7-də Fransa kubokunun 1/8 final mərhələsində PSJ "Brest"i qəbul edib və qalib gəlib - 3:1. Bu qol 25 yaşlı futbolçunun 2023/24 mövsümündə klub səviyyəsində vurduğu 30-cu qol olub. Mbappe bununla cari mövsüm dünyada 30+ qol həddinə çatan ilk oyunçu olub. Buna nail olmaq üçün Kiliana 29 matç keçirmək kifayət edi...
publikaz_normalized
Avropada alkoqol istehlakı durmadan azalır, lakin bəzi ölkələr daha çox içməyə başlayır. Avropa İttifaqının ən çox içki içən ölkələri siyahısına keçmiş sovet respublikalarından biri - Latviya başçılıq edir. 2020-ci ildə 15 yaşdan yuxarı hər bir ölkə vətəndaşına 12,1 litr təmiz spirt düşür. Eyni zamanda, Latviya 2010-cu...
publikaz_normalized
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümumxalq səsverməsinin yekunları Sizin çoxşaxəli islahatlar kursunuza tam etima...
publikaz_normalized
Fevralın 8-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qırğızıstan Prezidenti İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. Sadır Japarov dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü...
publikaz_normalized
Azərbaycanda keçirilən seçkilər şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun şəkildə baş tutdu. Yüksək seçici aktivliyinin olduğunu deyə bilərik". Akkan Suver qeyd edib ki, Qarabağ zəfərindən sonra Azərbaycan demokratiya zəfəri yaşadı: Bu seçkilər təkcə Azərbaycan üçün yox, həm də Qafqaz coğrafiyasının gələcəyi üç...
publikaz_normalized
UEFA İcraiyyə Komitəsi 2024-2027-ci illərdə klublar arasında gəlirlərin bölüşdürülməsi sxemini təsdiqləyib. Bunların 10%-i (440 milyon) avrokuboklarda iştirak etməyəcək klublara çatacaq. Eyni zamanda təsfinat mərhələləri keçməyən klublara 308 milyon avro ödəniləcək. 132 milyon avro isə “həmrəylik ödənişləri” olacaq. Qa...
publikaz_normalized
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib. Dövlətimizin başçısı Sergey Lebedevə və MDB müşahidə missiyasının bütün üzvlərinə bu seçkiləri müşahidə etdiklərinə görə təşəkkürünü bildirdi, MDB müşahidə missiyasının Azərbaycanda bu v...
publikaz_normalized
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Qonaq seçkilərin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu qeyd etdi. TDT-nin Baş katibi şanlı Qarabağ Zəfəri və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə əlaq...
publikaz_normalized
Fevralın 8-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Emoməli Rəhmon İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb. Taci...
publikaz_normalized
Nə baş verib?":"Udmurtiya sakinləri çərşənbə günü, fevralın 7-də axşam saatlarında İjevsk yaxınlığında güclü partlayış baş verdiyini bildiriblər. Sonradan məlum olub ki, partlayış Votkinsk Maşınqayırma Zavodunun, xüsusən də neft-qaz və dağ-mədən avadanlıqları, dəzgahlar, qazma avadanlıqları və hərbi texnikanın istehsal...
publikaz_normalized
Azərbaycanda keçirilən Prezident seçkilərinin monitorinqini aparan Meksika Parlamentinin nümayəndələri müşahidələrinin nəticələrini açıqlayıb. O, seçki prosesinin yüksək səviyyədə və şəffaf şəkildə təşkil edildiyini qeyd edib. Meksika Parlamentinin nümayəndələri demokratik seçkilərin keçirilməsi münasibətilə Azərbaycan...
publikaz_normalized
Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə Oljas Bektenova təbrik məktubu ünvanlayıb. Həmçinin, iki ölkənin qardaş xalqlarının mənafeyi naminə gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksinin inkişafı məqsədilə fəal birgə fəaliyyətə hazırlıq ifadə ol...
publikaz_normalized
Ötən gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Seçkilərin nəticəsinə əsasən hazırki prezident İlham Əliyev 92.05 faiz səslə qalib gəldi. Seçkilərdən sonra digər namizədlərin yeni formalaşdırılacaq hökumətdə təmsil olunub-olunmayacağı ilə bağlı müxtəlif mülahizələr dolaşır. O, belə bir təklifin uyğun...
publikaz_normalized
Azərbaycan və Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə danışıqlar aparır. Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair 17 iyul 1998-ci ildə imzalanmış sazişin müasir dövrün t...
publikaz_normalized
Putinin bu müsahibəsi nüvə müharibəsinin qarşısını alacaq?":"Amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsi ABŞ-da rusofobiyaya ciddi zərbə olacaq. “Qarşıdan gələn müsahibə "rusofobiyanı kökündən sarsıdacaq" və bu, ehtimal ki, Amerika tərəfinin münaqişədən çıxmasına kömək edəcək”, -o ...
publikaz_normalized
Əməkdar artist Elza Seyidcahan yenə geyimi ilə diqqət çəkməyi bacarıb. E.Seyidcahan qırmızı dəstini başındakı tacla tamamlayıb. Müğənni həmin baş aksessuarı ilə obyektiv qarşısına keçib.
publikaz_normalized
Avrasiya İqtisadi İttifaqına üzvlükdən imtina Ermənistan üçün sərfəli deyil, bu, onun maraqlarına ziddir. Pankinin sözlərinə görə, Aİİ çərçivəsində əməkdaşlıq Ermənistan üçün səmərəlidir, son bir neçə ildə ölkə ÜDM-in artımı, əsas kapitala investisiyalar, başa çatdırılan tikinti işlərinin həcmi və s. kimi göstəricilərə...
publikaz_normalized
Seçki azad, şəffaf və qanunlara uyğun keçirilib":"MDB-nin müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. O səriştəli və dəqiq işə görə təşəkkür edib: “Keçirilən prezident seçkilərində 160-dan çox MDB müşahidəçisi iştirak edib. Lakin...
publikaz_normalized
Dəhlizin tikintisi başladı":"Ermənistanda Şimal-Cənub dəhlizinin Qacaran-Agarak hissəsinin (İran sərhədi) tikintisinə başlanılıb. Söhbət Tranş-4 çərçivəsində yolun 32 km-lik hissəsindən gedir. Tikinti işlərini iki İran şirkəti – “Abad Rahan Pars International Group” və “Tunnel Sadd Ariana” həyata keçirəcək. Hazırda səf...
publikaz_normalized
“Anam üzümə tüpürdü, atam isə...”":"“Sihirli Annem” serialındakı Tuğçe obrazı ilə məşhurlaşan aktrisa Damla Ersubaşı etirafı ilə gündəmi silkələyib. Bundan xəbər tutanda ailəsinin sərt reaksiya verdiyini deyən Ersubaşı bildirib: Anam bunu eşidəndə üzümə tüpürdü, atam bir müddət mənimlə danışmadı". Qalmaqallı şəkildə bo...
publikaz_normalized
O, Azərbaycanın gələcəyi üçün səs verməyə gəlmişdi":"Hər kəs səs vermək üçün can atırdı. O qeyd edib ki, missiya 1 aydan çoxdur Azərbaycandadır: “Azərbaycanda keçirilən seçkilərdə gizli səsvermə üçün bütün şərait var idi. Ekspert və alimlər belə qərara gəldilər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi dünya stand...
publikaz_normalized
Mənzurə Musayevaya dedim ki, siz Şövkət Ələkbərovanın tələbəsi ola bilməzsiniz, durub üstümə cumdu. Özü də həmişə ədəb-ərkan gözlədiyini deyir. İnanın mənə, əgər Mənzurə mənə şillə vursaydı, mən ona ikisini vuracaqdım". Şair sənət adamlarının ondan çəkindiyini vurğulayıb: İki aydan yuxarıdır ki, mən bu verilişlərə eksp...
publikaz_normalized
“İctimai təşkilatların, siyasi partiyaların da bu prosesdə rolu danılmazdır”. Yaradılmış şəraitə görə şadıq. Bütün seçki məntəqələri lazımi avadanlıqlarla tam təmin olummuşdu. Seçki məntəqələrində tələb olunan stendlər, proqramlar tam səlis şəkildə hazırlanaraq təmin edilmişdi. Bu isə Azərbaycandakı seçkinin şəffaflığı...
publikaz_normalized
Müğənni Elnur Məmmədov ikinci dəfə oğul atası olub. Oğlu ilə fotosunu paylaşan sənətçi ona Muhamməd adını qoyduğunu açıqlayıb. “Şükür Allah, ən gözəl hədiyyən üçün. Muhamməd, həyatımıza xoş gəldin”, - o, qeyd edib. Qeyd edək ki, Elnurun İnam adlı daha bir oğulu da var.
publikaz_normalized